Məhkəmə qərarları › İş №1(124)-481/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-481/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-481/2023 18.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - sədrlik edən hakim Rzayeva Aynur Tapdıq qızı, hakimlər Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Quliyev Hüseyn İmran oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: X4, Müdafiəçi: “Şimal” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Zəngilan rayonu, Şamlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X7 xx.xx.2022-ci il tarixdə saat 18 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ və yol vərəqəsi olmadan Şahid2 məxsus 525 saylı marşrut xətti üzrə hərəkət edən texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtobusla Abşeron rayonu, “Zəngilan şəhərciyi” yaşayış kompleksindən üzü Abşeron rayonu, Masazır qəsəbəsi istiqamətinə 10km/saat sürətlə hərəkətə başlayarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə, sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, yol nəqliyyat hadisəsi törətdikdə hadisə barəsində müvafiq orqanlara xəbər verməli və xəsarət alana yardım göstərmədən hadisə yerindən getməməli kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa real imkanı olduğu halda həmin tələblərə əməl etməyərək sürücülük hüququ olmadan avtobusu hərəkət etdirməyə başlamazdan əvvəl etdiyi manevr hərəkətin təhlükəsizliyinin təmin edilməsinə əmin olmamış, hərəkətin təhlükəsizliyi təmin olunmadığı halda avtobusu dayandığı yerdən hərəkət etdirmiş, Abşeron rayonu “Zəngilan şəhərciyi” yaşayış kompleksində yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət edən piyada Zərərçəkmiş şəxs avtobusun qabaq sağ hissəsi ilə vurub yol nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmış, onun bu hərəkətləri Zərərçəkmiş şəxs-baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərin qəlpəli sınıqları, başın, alın və təpə nahiyələrinin yumşaq toxumaları altına qansızmalar, başın alın və sol təpə nahiyələrinin əzilmiş yaraları və sıyrığı, üzün sol yarısının iri ölçülü sıyrığı, döş qəfəsinin sol İİ-X qabırğalarının yerdəyişmiş sınıqları, sol ağ ciyərin cırılmış yaraları, qarının ön səthinin iri ölçülü sıyrığı, sol qalça sümüyünün qəlpəli sınığı, qara ciyərin cırılmış yarası, sol böyrək ətrafı yumşaq toxumalara qansızma, sağ əlin arxa səthinin əzilmiş yarası və sıyrığı, sağ diz oynağı və baldır nahiyələrinin sıyrığından ibarət ağır bədən xəsarətləri almasına və aldığı xəsarətlərdən baş beyininin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin qəlpəli sınıqları onun hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər sürücü işləmiş, həmin gün işdə olmamışdır. Elman adlı şəxs ona yaxınlaşmış və özünün halının yaxşı olmadığını dilə gətirərək, maşın sürə bilməyəcəyini demişdir. Ondan maşını qaraja aparmağını istəmişdir. Elman orada sürücü işləmişdir. Maşını sağa döndərmək istəyəndə səs gəlmişdir. Səs üçün aşağı düşüb baxmışdır ki, adam təkərin altındadır. Maşını döndərmək istəyəndə o, heç kəsi görməmişdir. Səs gəlmiş, o, da düşüb baxmışdır ki, təkərin altında kimsə var. Sürdüyü maşın "635" olmuşdur. O, 525, yəni “Zəngilan şəhərciyi”ndən Əcəmi metrosu olan maşrut xətti ilə işləmişdir. Qəza olan zaman hadisə yerində heç kəs olmamışdır. Təqsirləndirilən şəxs X7 dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, sözü gedən 525 saylı xətdə 6-7 ildir ki, işləmişdir. Elman özünü pis hiss etmiş, ona görə maşını qaraja aparmağı ondan istəmişdir. Elman özü avtobusda olmamışdır. "Tappıltı" səsi gələn zaman o, həmin şəxsi görməmişdir. Dönəndə səs gəlmiş, o, da aşağı düşüb baxmışdır ki, adam təkərin altındadır. Şəxs arxa təkərin altında olmuşdur. Həmin şəxs əzilmişdi və üzərində çox qan var idi. Vəziyyətinin ölü və ya sağ oluğunu başa düşməmişdir. Sadəcə fikirləşmişdir ki, polisə xəbər versin. Xırdalana getmiş, orada Abşeron rayon polis idarəsinə xəbər vermişdir ki, qəza törədib. Orada növbətçi hissəyə yaxınlaşmışdır. Bununla bağlı sənədləşmə olmuşdur. İlkin tibbi yardım göstərməmiş, ağlına gəlməmişdir. Düşünmüşdür ki, polis daha üstündür. İlk öncə ona xəbər vermişdir. Sürücülük vəsiqəsinin vaxtının bitməsini həmin zaman bilməmişdir. Vəsiqələri onların üzərində olmur. Sürücülük vəsiqələri müdürdə olmuşdur. Zərərçəkmiş şəxsin ailəsi ilə barışmışdır. Əməlimdən peşmandır. Təqsirləndirilən şəxs X7 müdafiəçinin sullarına cavab olaraq göstərmişdir ki, əvvəllər də Şahid1 vəziyyətinin yaxşı olmadığı zamanlar onun yerinə maşın sürmüşdür. Sonuncu dəfə nə vaxt reysə çıxdığı dəqiq yaddında deyildir. Hadisədən sonra maşını sürüb qaraja qoymuş, sonra da polisə gedib bununla bağlı ərizə yazmış, qol çəkmiş və çıxmışdır. Polisə hadisə barədə məlumat vermişdir. Hava çiskinli olmuşur. Şəxsi görmə ehtimalı olmamışdır. Şəxsin huşu özündə olmamışdır, təkərin altında qalmış, əzilmişdir. Təqsirləndirilən şəxs X7 məhkəmə tərkibinin sullarına cavab olaraq göstərmişdir ki, o, hadisədən sonra Xırdalanda polis idarəsinə getmiş, həmin avtobusu qaraja qoymuş, özü isə oradan avtobusla getmişdir. Həmin avtobusla birbaşa heç yerə getməmiş, avtobusu qaraja qoymuş, özü də balaca maşınla polisə getmişdir. Sürücülük vəsiqəsinin vaxtının bitməsiylə bağlı heç bir xəbəri olmamışdır. Əslində, maşını saxlayıb vurduğu şəxsə baxmışdır. Lakin ilkin tibbi yardım göstərmək ağlına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı təsdiq edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 göstərmişdir ki, 12 dekabrda ona zəng gəlmişdir ki, qardaşı Ümidvarı maşın vuraraq öldürmüşdür. O da zəng edən adamdan harada olduğunu soruşanda ona demişdirlər ki, hadisə “Zəngilan şəhərciyi”ndə yerləşən kafenin yanındakı dayanacaqda baş vermişdir. Ondan hadisənin necə baş verdiyini soruşanda təfərrüatları bilmədiyini demişdir. Sadəcə qardaşını 525 nömrəli marşurutun vurub ödürdüyünü demişdir. O, 102 xidmətinə zəng etmişdir. Hadisə barədə məlumat vermişdir. Sonra öyrənmişdir ki, elə həmin dəqiqə ora polis əməkdaşları gəlib. Ona qohumu olan polis əməkdaşı demişdir ki, hadisə yerinə gəlməyə ehtiyac yoxdur, morqa gəlsin. Mərhumu gətirmiş, onun vəziyyətinə baxmışdırlar. Ümumiyyətlə həmin gün mərhum orada, morqda qalmışdır. Sabahsı gün onu gətirmiş və dəfn etmişdirlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 dövlət ittihamçısının suallarına cavab olaraq göstərmişdir ki, Ağaqulunu o, yox, qardaşları daha yaxşı tanımışdır. O, Zəngilandan çıxanda 1968-ci il olmuşdur. Ağaqulunu belə təqribən tanımışıdır. Ağaqulu da Zəngilanda mantyor işləmişdir. Onun da qardaşları gəlmiş, görüşmüşdürlər. Aralarında barışıq olmuşdur. Onları əsəbləşdirən o, olmuşdur ki, hadisə yerində qardaşını o vəziyyətdə qoyub tərk etmişdir. Onun sadəcə deyəcəyi odur ki, həmin zaman Ağaqulu avtobus parkında işləmiş, parkın nüayəndələri bu işə çox soyuq yanaşmışdırlar. Onlar orada işləməyən birinə necə avtobus vermişdirlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 müdafiəçinin suallarına cavab olaraq göstərmişdir ki, halhazırda onun Ağaquludan heç bir şikayəti və tələbi yoxdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Bildirmişdir ki, 2017-ci il tarixdən bugünə kimi 525 saylı marşurut xətti üzrə hərəkət edən avtobusda sürücüsü işləyir. Avtobus Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi yaşayış kompleksindən Bakı şəhəri, Memar Əcəmi metrostansiyası istiqamətinə işləyir. Avtobusu “D” katiqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində 525 saylı avtobusla son sərnişinləri Zəngilan şəhərciyində düşürdüb, son duracağa sürmüşdür. Səhhətinin pis olduğunu görüb, avtobusu sürə bilməyəcəyini başa düşmüşdür. Əvvəlcə bu barədə 525 saylı avtobus şirkətinin rəhbərliyinə məlumat vermək istəsə də sonradan təsadüfən əvvələr 525 saylı avtobusun sürücüsü olan X5 görmüş və Ağaquludan avtobusu Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən qaraja aparmağı xahiş etmişdir. Ağaqulu da etiraz etməmiş və avtobusu aparmağa razılıq vermişdir. O, orada markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə əyləşib həmin yerdən uzaqlaşmışdır. Sonradan eşitmişdir ki, X7 yol nəqliyyat hadisəsi törədib və hadisə nəticəsində xx.xx.1955-ci təvəllüdlü Zərərçəkmiş şəxs ölmüşdür. Bildirmişdir ki, X1 vəsiqəsinin vaxtının keçməsindən xəbəri olmamışdır. X4 avtobusu idarə etməsindən 525 saylı marşurut xəttinin sahibinin xəbəri olmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Bildirmişdir ki, 55 saylı və 525 saylı xəttə marşrut avtobusları ona məxsusdur. Həmçinin **-LF-*** dövlət qeydiyyat nişanlı avtobus da ona məxsusdur. Həmin avtobus 525 saylı marşrut xətti üzrə hərəkət edir. Həmin avtobusu o, yol vərəqəsi ilə idarə etməsi üçün Şahid1 vermişdir. Həmin sürücü avtobusu idarə etdikdən sonra isə həmin avtobusu aparıb Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən qarajda saxlamalı olmuşdur. Şahid1 Telman oğlu xx.xx.2022-ci il tarixdə həmin avtobusu Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində sonuncu dayanacaqda saxlamış və özünü pis hiss etdiyi üçün avtobusu saxlayıb orada yerləşən çayxanaya getmişdir. Həmin vaxtı avtobusu qaraja apara bilməyəcini bilib əvvəllər 525 saylı marşrut xətti üzrə avtobusda sürücü işləmiş X3 həmin avtobusu qaraja aparmasını xahiş etmişdir. X7 isə avtomobili idarə edən zaman yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə Zərərçəkmiş şəxs hadisə yerində dünyasını dəyişmişdir. O, 525 saylı marşrut xətti üzrə hərəkət edən **-LF-*** dövlət qeydiyyat nişanlı avtobusu X6 verməmişdir. Baş vermiş hadisə nəticəsində ona məxsus “Daewoo”markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtobusa heç bir ziyan dəyməmiş və onun bununla bağlı heç kimə qarşı şikayəti, tələbi və iddiası yoxdur. Bildirmişdir ki, Şahid1 X6 avtobusu verməsi barədə onun məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, “Zəngilan şəhərciyi” yaşayış kompleksində yerləşən yolun sağ hissəsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən avtobus 2012-ci il buraxılışlı “Daewoo”markalı **-LF-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtobusdur. Baxış zamanı qeyd olunan avtobusda hər hası bir əzik və ya zədə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin 13 dekabr 2022-ci il tarixli 2/32312 saylı “alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” protokolundan görünür ki, X7 13 dekabr 2022-ci il tarixdə saat 00:25-də ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X6 məxsus sürücülük vəsiqəsindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə AB 401029 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 12 yanvar 2023-ci il tarixli 187 saylı rəyindən görünür ki, 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərin qəlpəli sınıqları, başın, alın və təpə nahiyələrinin əzilmiş yaraları və sıyrığı, üzün sol yarısının iri ölçülü sıyrığı, döş qəfəsinin sol İİ-X qabırğalarının yerdəyişmiş sınıqları, sol ağ ciyərin cırılmış yaraları, qarının ön səthinin iri ölçülü sıyrığı, sol qalça sümüyünün qəlpəli sınığı, qara ciyərin cırılmış yarası, sol böyrək ətrafı yumşaq toğumalara qansızma, sağ əlin arxa səthinin əzilmiş yarası və sıyrığı, sağ diz oynağı və baldır nahiyələrinin sıyrığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyati olub mərhumun ölümündən az əvvəl bərk küt əşya təsirindən törənmişlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb- baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərin qəlpəli sınıqları olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsi başlandığı andan (xx.xx.2012-ci il saat 09:00-dan) 12-18 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsin göstərilən şəraitdə, yəni hərəkətdə olan avtobusun piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə kimyəvi şöbənin tərtib etdiyi aktdan (4598/K nömrəli, xx.xx.2022-ci il tarixli) görünür ki, Zərərçəkmiş şəxs meyitindən götürülmüş qandan məhkəmə-kimya təhqiqatı nəticəsində -2,3% promilli etil spirti aşkar edilmişdir ki, bu da onun sağlığında orta dərəcəli alkaqol sərxoşluğu yarada bilərdi. Meyitin qanında narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş yol-nəqliyyat hadisələri ekspertizasının 13 fevral 2023-cü il tarixli 8/149 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Daewoo” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X4 hərəkətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X2 avtobusu sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx xxxx 1955-ci il tarixdə Zəngilan rayonu Şamlı kəndində doğulmaqla məcburi köçkündür, hal hazırda 68 yaşı vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 X3 heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər icra hakimiyyəti mənzil-kommunal təsərrüfatı istehsalat birliyinin 3 saylı Mənzil- Kommunal sahəsindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X7 ailəsi ilə birgə Sumqayıt şəhəri, 16-cı məhəllə, 1 saylı uşaq bağçasında yaşayır və yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxs X4 hadisə baş verən zaman sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi barədə məlumatının olmaması və hadisə yerindən qaçmaması, hadisə barədə polis idarəsinə məlumat verməyə getməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, başa çatmış cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X6 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrinin sanksiyaları həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X6 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cinayət törətmiş X4 zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməklə ona qarşı heç bir şikayət və tələbin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla məcburi köçkün olması və hal hazırda ahıl yaş həddinə çatmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə barədə Azərbaycan respublikası DİN-in 102 xidmətinə 12 dekabr 2022-ci il tarixdə saat 18:35-də məlumat verilmiş, hadisə yerinə baxış isə saat 18:55-də başlamaqla 19:30-da yekunlaşmışdır. Yəni təqsirləndirilən şəxs hadisənin törənməsindən 20 dəqiqə sonra hadisə yerinə qayıtmış, hadiə yerinə baxışda iştirak etməklə hadisənin törəndiyi yeri göstərmişdir. Odur ki, məhkəmə tərkibi belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs hadisə baş verdikdən sonra hadisə yerini tərk etsə də yenidən hadisə yerinə qayıtmış, istintaq orqanına hadisənin baş verdiyi yeri göstərmişdir. Qeyd olunan xüsusat baş vermiş və Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə münasibətdə təqsirləndirilən şəxsin törətdiyi cinayət hadisəsinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan haldır. Təqsirləndirilən şəxs X7 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə X6 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Beləliklə, məhkəmə X6 cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün X7 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddələrinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə, həmin Məcəllənin 264-cü maddəsi ilə isə maddənin sanksiyasında nəzərdə tutulan alternativ cəza növü olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən X6 Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, CM-nin 66.3 və 66.4cü maddələrinə əsasən cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CMnin 263-1.3 və 264-cü maddələri ilə təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaqla ona həmin maddələrlə təyin edilmiş cəzaların hər birindən çox olan qəti əlavə və əsas cəza təyin olunmalı və cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilməli, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, X7 13 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 dekabr 2022-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, X4 həbsdə olduğu 13 dekabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək olan müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə kollegiyası X6 cinayətlərin məcmusu qaydasında təyin edilməli olan beş ildən artıq təşkil edəcək qəti cəzanın məntəqə tipli cəza çəkmə müəssisəsində çəkilməli olmasına münasibət bildirərək qeyd edir ki, CM-nin 56.1.1- ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq: - şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Hazırki halda X6 cinayətlərin məcmusu qaydasında təyin olunacaq cəza beş ildən artıq təşkil etsə də, ona ehtiyatsızlıqdan törədilən cinayətə görə təyin olunmuş cəzanın müddəti beş il həddini aşmır. Məcmuya daxil olan ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətə görə isə X6 təyin olunacaq cəza azadlıqdan məhrum etməklə əlaqədar deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə yol-nəqliyyat hadisəsi vaxtı X4 idarə etdiyi “Daewoo” markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtobusun sahibi Şahid2 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətində azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki günü təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına bir gün hesablanmaqla Azərbaycan Respulikası CMnin 66.3-cü maddəsinə əsasən təyin edilmiş zadlıqdan məhrumetmə cəzası ilə toplamaq yolu ilə və Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən ona təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzalarını qismən toplanması yolu ilə X6 qəti olaraq 4 (dörd) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 13 dekabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək həbsdə saxlandığı 3 (üç) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 4 (dörd) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. X7 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X7 ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkilməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəsissəsində qeydiyyata alındığı gündən hesablansın. X7 təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə yol-nəqliyyat hadisəsi vaxtı X4 idarə etdiyi “Daewoo” markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtobusun sahibi Şahid2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat ekspertiza xərci X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar