Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-482/2024 07.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X15 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisləri - X9 və X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Masallı rayonunun Xıl kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Masallı rayonunun Xıl kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evində yaşamış hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan qızı Zərərçəkmiş şəxs2 və arvadı Zərərçəkmiş şəxs1 - iki şəxsi xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində başqa kişi ilə yaxın münasibətdə olub ona xəyanət etməsindən şübhələndiyi xx.xx.2022-ci il tarixdən rəsmi nikah münasibətində olduğu arvadı - xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə yaşadıqları Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində onlarla birlikdə yaşayan atası Şahid2 Hatem oğlunun və anası Şahid3 evdə olmamasından istifadə edərək şübhələri ətrafında sorğu-sual edib arvadının həm onunla evlənməmişdən qabaq, həm də evləndikdən sonra iki şəxslə intim əlaqədə olub, ona xəyanət etdiyini onun təzyiq və hədələrindən sonra etiraf edən zaman sorğu-sual səhnəsini özünün istifadəsində olan “SAMSUNG” markalı mobil telefon ilə videoya çəkdikdən sonra arvadını və qızı - xx.xx.2022-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qəsdən öldürmək qərarına gələrək yaşadıqları evin mətbəxindən tiyəsinin uzunluğu 200 mm, dəstəyinin uzunluğu 133 mm olan soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını götürərək evin yataq otağında çarpayının üzərində yaşı ilə əlaqədar özünü müdafiə etmək iqtidarından tam məhrum olmaqla, aşkar surətdə köməksiz vəziyyətdə olan 9 aylıq qızı Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 gözü qarşısında bununla sonuncuya xüsusi əzab verdiyini dərk edərək, eyni zamanda müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib əlindəki bıçaqla Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif, o cümlədən həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrindən uşağın daxili orqanlarının xaricə çıxması ilə müşayiət olunan ümumilikdə 7 ədəd xəsarət yetirməklə sonuncunun döş və qarın boşluğuna nüfuz edərək sol ağciyəri, qaraciyəri və yoğun bağırsağı yaralayan və kəskin daxili və xarici qanitirməyə səbəb olmuş deşilmiş-kəsilmiş yaralardan ölümünə səbəb olan döş qəfəsinin arxa səthinin 2 (iki) ədəd və qarın nahiyəsinin 3 (üç) ədəd plevra və periton boşluqlarına nüfuz edən, sol ağciyəri, qaraciyəri və yoğun bağırsağı zədələyərək sol tərəfli hematoraksa və kəskin daxili və xarici qanitirməyə səbəb olmuş deşilmiş-kəsilmiş yaraları, eləcə də döş qəfəsinin arxa səthinin 1 (bir) ədəd və qarınüstü nahiyənin 1 (bir) ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla öldürdükdən sonra, cinayət əməllərini davam etdirib, yataq otağında çarpayının üstündə olan arvadını da qısqanclıq zəminində öldürmək məqsədi ilə müstəsna qəddarlıq nümayiş etdirərək, yetirdiyi xəsarətlərin zərərçəkmişə xüsusi ağrılar yetirdiyini dərk edib eyni bıçaqla arvadı Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif, o cümlədən həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrindən xəsarətlər yetirməklə sonuncunun boyun nahiyəsindəki yuxu arteriyasının ve vidaci venanın, nəfəs və qida borusunun zedələnmesi ilə müşayiət olunan iri ölçülü kəsilmiş yaranın törətdiyi kəskin xarici qanitirmədən ölümünə səbəb olan boyunun yuxarı 1/3-nin ön və yan səthlərini əhatə edən boyun üzvlərinin, qida borusunun, nəfəs borusunun, yuxu arteriyasının və vidaci venanın zədələnməsi ilə müşayiət olunan, boyun fəqərəsinədək çatan iri ölçülü kəsilmiş yarası, sol döş giləsinin sağ hissəsinin 1 (bir) ədəd, sol bazunun aşağı 1/3-nin arxa səthindən sol dirsək oynağı nahiyəsinin arxa səthinə qədər olan sahənin 2 (iki) ədəd, bel nahiyəsinin sol hissəsinin 1 (bir) ədəd, sağ sağrının yuxarı bayır kvadrantının 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları (ümumilikdə 6 (altı) ədəd deşici-kəsici xarakterli yaralar), eləcə de sol gicgah nahiyəsinin dərialtı hematoması və hər iki baldırın qançırları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 də xüsusi amansızlıqla qəsdən öldürüb, bununla iki şəxsi həyatdan məhrum etdikdən sonra əlindəki bıçaqla özünün qarın nahiyəsinin ön səthinin qarın boşluğuna nüfuz edən nazik bağırsaq ilgəklərinin, nazik bağırsaq müsariqəsinin və sol periton arxası sahəni yaralayan, daxili qanaxma törədən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaralar kimi həm ümumilikdə və həm də ayrı-ayrılıqda heyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, lakin vaxtında ixtisaslaşdırımış tibbi yardım göstərilib həyatı xilas edilməklə özünü öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, onun üçün danışmaq çətindir. Kişi üçün bunu danışmaq baş aşağı bir vəziyyətdir. Buna görə də o, bir dəfə ifadə vermək istəmiş, ikinci dəfə suallara cavab vermək istəməmişdir. O xoşbəxt olmaq üçün ailə həyatı qurmuşdur. O əvvəllər təkcə onun atasını tanımışdır. Sonra onunla ailə həyatı qurmuşdur. Ailə qurmamışdan əvvəl nişanlı vaxtlarında da problemlər yaşamışlar. Evləndikdən sonra Ayla dünyaya gəlmişdir. Ayla dünyaya gələnə qədər də aralarında heç bir problem olmamışdır. Bircə dəfə telefonunu istəmişdir. Həmin vaxt onlar ailə həyatı quralı iki və ya üç ay olmuşdur. Telefon üstündə mübahisə etmişlər. Ondan sonra heç bir mübahisələri olmamışdır. O heç vaxt ailəsindən şübhələnməmiş və ailə qurandan inanacağı insan olarsa aralarında problem olmayacağını bildirmişdir. Öz evindən necə təhsil almağa gedib gəlmişsə, onun evindən də o cür gedib-gələcəyini bildirmişdir. Ona maddi və mənəvi cəhətdən kömək olmuşdur. May ayında ondan şübhələnməyə başlamışdır. Başqasından hamilə qalmışdır. Başqasının uşağını abort etdirməyi birinci özü istəməmişdir. O da bu barədə heç bir söz deməmişdir. Evə gəldiyi vaxt ona hamilə olmasını bildirmişdir. O, uşağın özündən olmamasını bilmişdir. Sonra ona xəyanət etməsini üzünə demişdir. O da heç nə deməmiş, gözləri dolmuş və daha sonra “sən məni nə hesab edirsən?” cümləsini söyləmişdir. O şəxsən bu sözdən sonra xəcalət çəkmiş və yataq otağında ondan üzr istəmişdir. O, evdəkiləri inandırsa da, onu inandıra bilməmişdir. O bu işin dəqiqləşdirmək üçün işdən icazə almış və ona instagrama girməsini söyləmişdir. O da instaqramda tələbə yoldaşları ilə danışdığını bildirmiş və qrupda oğlanların olmadığını söyləmişdir. Onun telegramdan xəbərim olmamışdır. O şəxs ondan gizli çox iş görmüşdür. Ondan gizli məktəb adı ilə çıxmışdır. Onun evində olanlar belə imtahandan kəsilməsindən xəbəri olmamışdır. O, imtahan üçün ona şərait yaratmışdır. Ondan kəsrindən ötrü alt qrupda oturmağı üçün icazə istəmiş o da öz növbəsində şərait yaratmışdır. O isə aldığı iki saat icazədən özü üçün istifadə etmişdir. O, işdən icazə alıb evə gəlmiş və onun mətbəxdə olduğunu görmüşdür. Qapını açmış və nə baş verməsi barədə ondan soruşmuşdur. O da yatdığını bildirmişdir. Onun iki dənə instagram hesabı olmuş biri qızları Aylanın, digəri isə öz səhifəsi olmuşdur. İnstagramdan onun başı çıxmadığı üçün onu qoyun hesab etmişdir. Onun instagramda olan iki səhifəsini bağlamışdır. Bağladığı vaxt digər səhifə qarşısına çıxmışdır. Nə olduğunu soruşduqda isə donub qalmış və heç bir söz deməmişdir. Ondan həmin instaqram səhifəsini açmasını tələb etmişdir. O bıçağı götürərək masanın üzərinə qoymuş və kodunu açmasını tələb etmişdir. Açdıqdan sonra səhifəsinə girmiş, ən birinci və axrıncı danışdığı adamlar qabağına çıxmışdır. Onun oxuya bilmədiyi yeddi və səkkiz adam daha olmuşdur. X22 adında bir nəfər də olmuşdur. Onun həyatda ən çox qorxduğu şey xəyanət olmuşdur. Bundan sonra ondan hər şeyi danışmasını tələb etmişdir. Ona onu atacağını və çıxıb gedəcəyini bildirərək onu inandırmışdır. Telefonu açandan sonra telefondakı yazışmalara baxmağa başlamışdır. İbrahim adında oğlan olmuşdur. Həsənov onun dostu olmuşdur. İbrahim onu bloka atmışdır. O da İbrahimə Səbuhinin əli ilə çatmaq istəmişdir. Ona Aylanın fotolarını göndərmişdir. O gördükləri qarşısında dəli olmuşdur. Daha sonra o hər şeyi danışmağa başlamışdır. Fevral ayında onunla tanış olduğunu bildirmişdir. İnstagramda tanış olmuş və onunla bir dəfə yaxınlıq etmişdir. Sonra o Ayla ağladığı üçün onu yatızdırmağa aparmışdır. Bu zaman onu çağırmış əvvəlcə cavab verməsə də, sonuncu çağırışına cavab vermişdir. Ondan hər şeyi danışması üçün yanına gəlməsini xahiş etmişdir. Sonra ona məktəb vaxtı və ya kurs vaxtı bir oğlanla əlaqədə olduğunu bildirmiş və bu hadisənin babası rəhmətə getmiş oğlana təsəlli verən zaman olduğunu söyləmişdir. Bəlkə də onu mətbəxə çağırmasa imiş bu hadisə baş verməyəcəkmiş. Onu təhrik etmişdir. Ona təsir edən onun öz evindən belə şeylə gəlib və bu şeyləri onun evində də törətməsi olmuşdur. Həmin vaxt Aylanı yatırmışdır. Divara tərəf olmuşdur. Qapıdan girən kimi sağda özü əyləşmişdir. O, Aylaya baxa-baxa söhbət etmişdir. Sonra bıçağı mətbəxdən götürmüş və onun başını kəsərək öldürmüşdür. Xəstəxanada olarkən onun özünündə bıçaq xəsarətləri olmuşdur. Onun üstünə gedərkən o Ayla tərəfə qaçmışdır. O ayaqları ilə onu vurmağa başlayanda əlində bıçağın olmadığını görmüşdür. Daha sonra ayağına nəyinsə batdığını hiss etmişdir. Aylanı Leyla vurmuşdur. Əlindən alanda çevrilmiş və bu hadisə baş vermişdir. Zərgər işləmişdir. Arada taksiçiliklə də məşğul olmuşdur. Ailədə üç övlad olmuşlar. O evdə tək qalmışdır. Onun anası 9 ay Aylaya baxmışdır. O yoldaşına valideynləri ilə mehriban olmasını tapşırmışdır. İttihamda yazılanları oxuyanda birinci özünü öldürmək istəmişdir. O, Aylanı öldürmədiyini bildirmişdir. O, yoldaşını xəyanətə görə öldürmüşdür. O, insan öldürdüyü üçün əməlindən peşman olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi elan olunmuş ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2021 -ci ildə həmkəndlisi X16 ilə ailə həyatı qurmuş, bu nikahdan onların 2022-ci il təvəllüdlü Ayla adlı qızları dünyaya gəlmişdir. Yaşadıqları evdə atası Firdovsi, anası Sevər, Leyla və Ayla ile birlikdə yaşamışdır. Ailədaxİlİ münasibətləri normal olmuşdur. O, zərgərlik edərək ailəsini dolandırmışdır. Leyla isə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin üçüncü kurs tələbəsi olmuşdur. Leyla ilə arasında bir ər-arvad kimi münasibətləri normal olmuşdur. Leylanı əsasən universitetə özü aparıb gətirmişdir. Valideynləri ilə də Leylanın münasibətləri normal olmuşdur. 2023-cü ilin aprel-may aylarından Leylanın ona xəyanət etməsindən şübhələnmişdir. Belə ki, Leyla ilə arasında ər-arvad kimi soyuq münasibət yaranmış, Leyla soyuq münasibət göstərməyə başlamışdır. Həmin ərəfələrdə Leyla hamilə qalmış və uşağı istəmədiyini bildirmişdir. Leylaya hamilə olduğunu bildiyi gün “Sen menə xəyanət edirsən” demişdir. Çünki Leyla ilə arasında uşaq olacaq səviyyədə, yəni həmin vaxta uyğun cinsi əlaqə olmamışdır. Leyla da ağlayaraq “Sən mənə inanmırsan?” demişdir. Leylanı şübhələndirməmək üçün çox da üstünə getməmişdir. Leyla Sumqayıt şəhərində yerləşən xəstəxanaların birində abort etdirmişdir. Leylanın xəyanət etməsi barədə şübhələrini sonuncuya bildirməyərək faktlar toplamaq istəmişdir. Bu müddət ərzində də Leyla ilə arasında münasibətlər tamamilə soyuqlaşmışdır. 20 iyun 2023-cü il tarixdə saat 16 radələrində birlikdə işlədiyi bibisi oğlu Şahid1 icazə alaraq işdən tez çıxmışdır. Çünki iş vaxtı Leylanın “İnstagram” sosial şəbəkəsində həddindən artıq aktiv olduğunu görmüşdür. Leylaya zəng edib “lnstagram”da nə üçün bu qədər aktiv olduğunu soruşduqda sonuncu yatdığını bildirmişdir. Həmçinin bir gün sonra Leylanın imtahanı olduğundan yatmayacağını bildirmişdir. Bu səbəbdən Leylanın yalan dediyinə tam əmin olmuşdur. Saat 17 radələrində evə çatmışdır. Evdə yalnız Leyla və Ayla olmuşdur. Qapını Leyla açmışdır. Leyla ilə mətbəxdə söhbət etmiş və söhbət əsnasında Leylanın xəyanət etməsindən tam əmin olmuşdur. Belə ki, Leylanın mobil telefonunu götürərək əlavə açdığı “İnstagram” profilinə girmiş və başqa bir oğlanla yazışmasının şahidi olmuşdur. Bundan sonra Leyladan bunun açıqlamasını istədikdə sonuncu, hər şeyi etiraf etmişdir. Belə ki, Leyla İbrahim adlı oğlanla münasibət saxladığını, hətta fevral ayından bəri 2-3 dəfə cinsi əlaqədə olduğunu bildirmişdir. Leyla, İbrahimi “İnstagramdan tanıdığını bildirmişdir. Leyla bütün bunları etiraf etdikcə mobil telefonu vasitəsi ilə sonuncunu videoya çəkmişdir. Bütün bunlar ərzində əlində mətbəxdən götürdüyü dəstəyi qara rəngli bıçaq olmuşdur. Hər şeyi olduğu kimi danışması üçün Leylanı atası evinə göndərəcəyini deyərək aldatmışdır. Leylanın etirafından sonra bir kişi kimi olanları qəbul etməmiş və sonuncunu öldürmək məqsədi ilə həmin vaxt yataq otağında çarpayının üstündə olan Leylanın üzərinə şığımışdır. Bu zaman bıçaq da əlində olmuşdur. Leyla ona müqavimət göstərmiş və bıçaq onun əlindən düşmüşdür. Leyla canını qurtarmaq üçün bir neçə dəfə ona xəsarət yetirmək istəmişdir. Lakin bıçağı Leylanın əlindən almış və boğazını kəsmişdir. Leylaya başqa xəsarət yetirməyini xatırlamamışdır. Leylanın bıçaqla ona xəsarət yetirmək istəyən zaman sonuncunun təsadüfən Aylaya da xəsarət yetirdiyini, bunun nəticəsində Aylanın da ciddi xəsarətlər aldığını hesab etdiyini bildirmişdir. Ayla hadisə vaxtı arxası üstə uzanıqlı vəziyyətdə olmuşdur. Leylanın öldüyünə tam əmin olduqdan sonra Aylanı da qanlar İçində görən zaman özünü itirmiş, sonuncunu öpmüş və elində olan bıçaqla qarın nahiyəsindən vurmuşdur. Bundan sonra bibisi oğlu Anara zəng edərək "Leylanı vurub öldürmüşəm, özümə də vuracam, hər şey telefonlardadı, kodlarını yazıb qoyuram buraya, anama icazə verməyin evə gəlsin” demişdir. Bundan sonra huşunu İtirmiş və Respublika Klinik Xəstəxanasında gözlərini açmışdır. Təqsirləndirilən şəxs ifadəsində Aylaya heç bir xəsarət yetirmədiyini, Aylaya dəymiş bıçaq xəsarətləri bıçaq Leylanın əlində olarkən ehtiyatsızlıqdan dəydiyini bildirmişdir. Çünki Leyla əsasən ona xəsarət yetirərək canını qurtarmaq istəmişdir. Leylanın xəyanət etməsini ifadəsində qeyd etdiyi kimi faktları yığmış, daha sonra mobil telefonuna baxdıqda başqa kişi ilə əlaqə saxladığını bilmişdir. Həmçinin Leyla hər şeyi etiraf edərkən birinci kursda oxuyan vaxt, yəni onunla evli olmayan vaxt da başqa biri ilə cinsi əlaqədə olduğunu demişdir. Bu da ona tam əsəbilik gətirmişdir. Leylanın boğazını kəsdiyini xatırladığını, başqa bir xəsarət yetirməyini və hadisə vaxtı özünün, Leylanın və Aylanın əynində nələr olduğunu xatırlamadığını bildirmişdir. Hadisə 20 iyun 2023-cü il tarixdə saat 18 radelərində baş vermişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 20 iyun 2023-cü il tarixdə eri Təqsirləndirilən şəxs Firdovsi oğlu tərəfindən qətlə yetirilən 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 onun qızı olmuşdur. Leyla 2021-ci ildə həmkəndlisi Şahid2 oğlu Fəridlə ailə həyatı qurmuş, bu nikahdan onların 2022-ci il təvəllüdlü Ayla adlı qızları dünyaya gəlmişdir. Fərid ilə Leyla arasında ailə münasibətləri normal olsa da bir dəfə 2022-ci ilin iyun ayında Leyla hamilə olan vaxt Leyla “Fərid bir dəfə məni boğurdu, mənimlə bərk danışır, üstümə qışqırır" demişdir. Bu zaman Fəridin anası Sevər “Mən Leylanı xilas etdim” demişdir. Bu söhbət Fərid ve Leylanın Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən evlərində olmuşdur. Bundan başqa Fərid Leylanın mobil telefonunu almış, hətta bir dəfə qırmışdır. Leyla Bakı Dövlət Universitinin biologiya fakültəsinin üçüncü kurs tələbəsi olmuşdur. Fəridin belə xasiyyətləri olsa da Leylanı universitetə özü aparmış, başqa ciddi münaqişə yaratmamışdır. 20 iyun 2023-cü il tarixdə saat 19 radələrində Fəridin atası Firdovsi zəng edərək “Fərid uşaqların üstünə bıçaq çıxardıb, tez özünü çatdır bizə” demişdir. Firdovsidən məlumatı sonuncunun bacısı oğlu Anar vasitəsi ilə xəbər tutduğunu öyrəndikdən sonra Anara zəng etmişdir. Anar “Mən dəqiq bilmirəm, Fəridlə Sevər xəstəxanaya gedirlər, men de oraya gedirəm” demişdir. Leyla və Fəridi yığsa da heç biri cavab verməmişdir. Daha sonra Respublika Klinik Xəstəxanasına getmək üçün yola düşmüşdür. Dəqiqləşdirmək üçün arvadı Sənubərə zəng edərək tez Leylagilə getməsini istəmişdir. Respublika Klinik Xəstəxanasının həyətində olan zaman oğlu Sərxan zəng edərək “Ata, Fərid Leylanın boğazını kəsib, Aylanı da bıçaqlayıb” demişdir. Bundan sonra 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmçinin Firdovsiyə zəng edərək Fəridin etdiklərini bildirmişdir. Respublika Klinik Xəstəxanasında təcili tibbi yardım şöbəsində arvadı Sənubərlə rastlaşmışdır. Sənubər yaralı vəziyyətdə olan Aylanı taksi ilə xəstəxanaya gətirmiş, sonuncu xəstəxanaya gətirilərkən ölmüşdür. Bundan sonra oğlu Onur gəlmiş və onlar birlikdə taksi ilə Fəridgilin evinə getmiş, oraya çatdıqda artıq polis və prokurorluq əməkdaşları hadisə yerində olmuşlar. Onların hadisə yerində Fəridin valideynləri ilə mübahisələri yaranmışdır. Leyla və Aylanın meyiti Yasamal rayon meyitxanasında müayinə olunduqdan sonra ailəyə təhvil verilmiş və Xıl kənd qəbristanlığında dəfn olunmuşdur. Əlişan İbadov ifadəsində hadisənin tam səbəbini bilməsə də Fəridin əvvəllər də qızını bir neçə dəfə incitdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqiq varisi X9 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun barəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, hadisənin birinci şahidi olmuşdur. Yoldaşı ona zəng edib onlarda bıçağlanma olduğunu və Təqsirləndirilən şəxs bıçaqlandığını söyləmişdir. O, taksi tutub onlara getmişdir. Gedəndə qapıları açıq olmuş və o, içəri keçmişdir. İçəri girəndə həmin qapının ağzında ikinci addımı atanda ayağı islanmışdır. İçəri keçəndə qızını çağırmışdır. Qapıdan bir metrə aralıya baxanda qızının boğazının kəsilmiş halda uzandığını görmüşdür. Ürəyinə bıçaq zərbələri vurulmuşdu. Qollar və əllər hər tərəfdən kəsilmiş vəziyyətdə olmuşdur. Qızının öldüyünə əmin olduğu üçün nəvəsini qucağına alaraq taksiyə tərəf üz tutmuşdur. Uşağı Respublikanski Xəstəxanasına aparmışdır. Orda həkimlər Aylanın öldüyünü bildirmişlər. Orda əri Əlişan görmüş və bir müddət sonra oğlu Onur da oraya gəlmiş ve onlar birlikdə Fəridgilə getmişlər. Onlar oraya çatdıqda artıq polis və prokurorluq əməkdaşları hadisə yerində olmuşlar. Onların orada Leylanın valideynləri ilə mübahisələri yaranmışdır. Leylanın və Aylanın meyiti Yasamal rayon meyitxanasında müayinə olunduqdan sonra təhvil verilmiş və Xıl kənd qəbristanlığında dəfn olunmuşlar.Orada uşağı ondan almışlar o da oradan çıxıb evə gəlmişdir. Qızının qaynanası hər dəfə narazılıq edirmiş. Qızı da qayananasından onu yola verməməsinə görə narazı olmuşdur. Qaynanası onun qızının başqaları ilə görüşdüyünü iddia etmişdir. Onun qızı həyatı boyu heç kimlə danışmamışdır. Onun qızının evi onların evinə yaxın olmuşdur. Tez-tez onlara gedə bilmişdir. Telefon üstündə təqsirləndirilən şəxs qızını bir dəfə boğmuşdur. Telefonu bir az gec verdiyinə görə belə bir şey etmişdir. Qızı təqsirləndirilən şəxsin onu boğmasını heç kimə deməmişdir. Kiçik oğlunun son zəngində qızına yoldaşından icazə alaraq onlara gəlməsini demişdir. Yoldaşı icazə verməmişdir. Hadisə barədə yoldaşı məlumat vermişdir. Yoldaşına da məlumatı oğlanın atası vermişdir. Təqsirləndirilən şəxs hadisə barədə birinci bibisi oğluna məlumat vermişdir. Təqsirləndirilən şəxsin onun nəvəsini nə üçün öldürdüyünü bilməmişdir. Təqsirləndirilən şəxsin anasının hər dəfə deyinməyi hadisənin baş vermə səbəbi olmuşdur. İstintaq zamanı verdiyi ifadənsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqiq varisi X13 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun barəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs Firdövsi oğlu doğma dayısı oğludur. Fərid 2021-ci ildə Leyla ilə ailə həyatı qurmuş, bu nikahdan onların Ayla adlı qızları dünyaya gəlmişdir. Dayısı Firdovsi və arvadı Sevər, Fərid, sonuncunun arvadı Leyla və 8 aylıq qızları Ayla Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Fərid zərgər olmuş və 5 ilə yaxın onunla birlikdə işləmişdir. Dayısıgilin ailəsinin ailədaxili münasibətləri normal olmuşdur Fərid də öz arvadı ilə yaxşı yola getmiş, onların ciddi münaqişəsinin şahidi olmamışdır. 20 İyun 2023-cü il tarixdə saat 16 radələrində Fərid icazə almış və işdən tez çıxmışdır. Saat 18 radələrində Fərid zəng etmiş ve “Leylanı vurdum, indi de özümə soxuram” demişdir Əvvəlcə heç nə başa düşməmişdir Daha sonra isə Fəridə “Fərid, sakit ol, hər şeyin bir çarəsi var” demişdir Bu söhbətdən sonra Fəridlə danışa bilməmişdir Tez dayısının arvadı Sevərə, dayısına ve digər qohumlarına zəng edərək bu barədə məlumat vermişdir Hadisə yerinə getmək üçün işdən çıxmışdır. “Şamaxinka” adlanan ərazidə olan zaman dayısı arvadı Sevər zəng edərək “Get Respublika Klinik Xəstəxanasına cərrah tap mən də uşaqla birlikdə gəlirəm” demişdir Bundan sonra tez Xəstəxanaya getmişdir Bir müddətdən sonra Sevər taksi ilə gəlmişdir Dayısı arvadının yanında yalnız yaralı və huşsuz vəziyyətdə olan Fərid olmuşdur Sevərdən “Bəs Leyla və Ayla hardadır?” deyə soruşduqda sonuncu heç bir şey başa düşmədiyini demişdir. Burda Sevərin hadisəni tam bilmədiyini başa düşmüşdür. Dayısı arvadına hadisəni danışdıqda sonuncu bir yerdə dura bilməmiş və taksi ilə yenidən evə qayıtmışdır. Təxminən 10-15 dəqiqə sonra Leylanın anası əlində 8 aylıq körpə Ayla ilə birlikdə gəlmişdir Aylanı götürərək reanimasiya şöbəsinə aparmışdır. Bundan sonra Fəridin Aylanı da vurduğunu başa düşmüşdür. Aylanın artıq öldüyünü hiss etmişdir. Fərid əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə keçirilmişdir. Hazırda müalicəsi davam etdirilir Aylanın və Leylanın Masallı rayonunun Xıl kəndində keçirilən yas mərasimlərində də iştirak etmişdir. Şahid1 ifadəsində Fəridlə mobil telefonda danışan zaman sonuncunun “Sübutum var telefonda hər iki telefonun kodlarını yazıb stolun üstünə qoyuram” dediyini bildirmişdir. Bundan sonra Leylanın Fəridə xəyanət etməsindən və Fəridin buna görə bu hadisəni törətməsindən şübhələnmişdir. Fəridin məqsədi özünü və ailəsini tamamilə məhv etmək olduğunu hesab etdiyini bildirmişdir Fərid özündən və Leyladan sonra heç bir iz buraxmaq istəməmişdir. Ayla da Fəridin və Leylanın birgə uşağı olmuş ve en böyük yadigar da Ayla olmuşdur. Bu səbəbdən Fərid Aylanı da öldürmüşdür. 5 ildir Fəridlə işləmişdir. Fərid çox sakittəbiətli, dost-tanış, qohumlar, iş yoldaşları arasında hörmətli biri olmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs Firdövsi oğlu onun oğludur. Oğlu 2021 -ci ildə Leyla ilə ailə həyatı qurmuş, bu nikahdan Leyla ve Fəridin Ayla adlı qızları dünyaya gəlmişdir. Onların ailədaxili münasibətləri normal olmuşdur. Leyla və Fərid bir ər-arvad kimi yaxşı yola getmiş, aralarında ciddi münaqişə baş verməmişdir. X12 zərgər işləmişdir. Mərhum Leyla isə Bakı Dövlət Universitinin biologiya fakültəsinin 3-cü kurs tələbəsi olmuşdur Leyla sakittəbiətli birisi olmuşdur. Fərid hər gün Leylanı universitetə özü aparmışdır. Leyla bir gəlin kimi yaxşı gəlin olmuşdur. 20 iyun 2023-cü il tarixdə saat 18:30 radələrində bacısı oğlu Anar zəng edərək “Evə tez gəl, Fəridin vəziyyəti yaxşı deyil” demişdir. Anardan nə baş verdiyini soruşduqda sonuncu “Zərhərlenib” deyə cavab vermişdir. Həmin vaxt Masallı rayonunda olmuşdur. Anara təcili tibbi yardıma zəng etməsini xahiş etmişdir. Bundan sonra Leylaya zəng etsə də sonuncu zənginə cavab verməmişdir. Masallıdan çıxıb gələn zaman arvadı Şahid3 zəng etmişdir. Sonuncu qışqıraraq “Tez özünü çatdır, Fərid, özünü bıçaqlayıb, ölür, taksiya minib gedirik xəstəxanaya” demişdir. Yolda olarkən qudası Əlişana zəng etmişdir. Sonuncu “Evimiz yıxılıb, mən xəstəxanadayam, Fəridi buraya gətiriblər” demişdir. Bir müddət sonra Əlişan zəng edərək “Oğlun qızımı və nəvəmi öldürüb” demişdir. Bundan sonra hadisə aydın olmuşdur. Təxminən 2 saat sonra xəstəxanaya çatmışdır. Burda dəqiq bilmişdir ki, Fərid Leylanı və Aylanı öldürdükdən sonra özünə xəsarət yetirmişdir. Şahid2 ifadəsində hadisənin tam dəqiq hansı səbəbdən olmasını bilmədiyini bildirmişdir. Leyla onlara pis gəlin olmamışdır. Oğlu ilə də bildiyi qədəri ilə münasibətləri normal olmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs Firdövsi oğlu onun oğludur. 1992-ci ildə Şahid2 ilə ailə həyatı qurmuş, bu nikahdan onların üç övladı (1993-cü il təvəllüdlü Fərid, 1997-ci il təvəllüdlü Fuad və 1999-cu il təvəllüdlü Fidan) dünyaya gəlmişdir. Fərid 2021 -ci ildə həmkəndlisi X10 ilə ailə həyatı qurmuş, bu nikahdan bir qızı (2022-ci il təvəllüdlü Ayla) dünyaya gəlmişdir. 20 iyun 2023-cü il tarixdə səhər saatlarında o, Leyla, Fərid, Ayla və əri evdə olmuşlar. Saat 08 radələrinde Fərid evdən çıxıb işə getmişdir. İmtahan sessiya olduğundan Leyla da evdə olmuşdur Bir müddətdən sonra yeni saat 09 radələrinde o da evdən çıxaraq işə getmişdir. Səhər saatlarında onlar arasında normadan kənar heç bir söhbət olmamışdır. Hökməli qəsəbəsində fərdi evdə işləmişdir. Saat 11 radələrinde Firdovsiyə zəng edərək əhvalını soruşmuşdur. Sonuncu müştəri olduğunu və Masallı rayonuna aparmalı olduğunu bildirmişdir. Saat 18 radələrində baldızı oğlu Anar zəng edərək “Fərid yıxılıb evə tez çat” demişdir. İşlədiyi evdən çıxıb evə getmişdir. Evə daxil olduqda evin qapısının pilləkənin üstündə Fəridi qanlar içində bağırsağı çöldə görmüşdür. Bundan sonra qışqıraraq çölə çıxmış və köməyə adamları çağırmışdır. Bundan sonra iki nəfər cavan oğlan gəlmiş və onlarla birlikdə Fəridi taksi vasitəsi İlə Respublika Klinik Xəstəxanasına aparmışdır. Yolda olarkən Fərid tamamilə huşsuz vəziyyətdə olmuşdur. Xəstəxanaya çatanda Fəridi içəri aparmışlar. Bu zaman Anar da xəstəxanada olmuş və ona yaxınlaşaraq “Evdəkilər (Ayla və Leyla) hardadır bəs?” demiş, bu suala mat qalmış və konkret cavab verə bilməmişdir. Anar tez evə getmək lazım olduğunu demişdir. Bundan sonra qardaşı Zamiqin avtomobili ilə yenidən evə qayıtmışdır. Bir saata yaxın müddətə evə çatmışdır. Evə çatdıqda artıq polis və prokurorluq əməkdaşları orda olmuşlar. Onu içəri evə buraxmamışlar. X24 və Aylaya bıçaqla xəsarət yetirdiyini, daha sonra isə özünə xəsarət yetirdiyini öyrənmişdir. Aylanı nənəsi Sənubər xəstəxanaya çatdırmışdır. Leylanın meyiti isə evdə olmuşdur. Ayla da xəstəxanaya aparılarkən yolda ölmüşdür. Şahid3 ifadəsində mərhum Zərərçəkmiş şəxs1 atası Əlişan İbadovun rayon prokurorluğuna müraciət edərək onun Fəridi xəstəxanaya apararkən Leylanı və Aylanı da orda görməsi ve sonunculara hər hansı köməklik göstərməməsi tam yalan olduğunu bildirmişdir. Çünki Fəridə kömək edəndə heç evə daxil olmamışdır, belə ki Fərid pilləkənin üstündə olmuşdur. Fəridi görəndə şoka düşmüş və heç bir şeyi gözü görməmişdir. Bu səbəbdən Leylanı və Aylanı görməmişdir. Əgər Leyla və Aylanı görsə bacardığı qədər sonunculara da köməklik göstərərmiş. Fəridin Leylanı səhər-səhər aralarında olan sözsöhbətə görə onun planı əsasında öldürməsi tam yalan olmuşdur. Hadisənin nə səbəbə görə baş verdiyini bilməmişdir. Onların arasında səhər-səhər qeyri-adi heç bir söhbət baş verməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 20 iyun 2021-ci il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilən 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 onun doğma bacısı olmuşdur Bacısı Fərid ilə 2021-ci ildə ailə həyatı qurmuş, bu nikahdan Fərid və Leylanın 2022-ci il təvəllüdlü Ayla adlı qızları dünyaya gəlmişdir. Fərid öz ailəsi, yəni atası Firdovsi və anası Sevər də daxil olmaqla birlikdə onların evinin yaxınlığında Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Fəridlə Leylanın arasında elə də ciddi münaqişənin şahidi olmamışdır. 2022-ci ilin iyun ayında Leylanın əri tərəfindən boğulduğunu bilmişdir. Bundan başqa Fərid Leylanın mobil telefonunda olan qız nömrələrini silmiş, sonuncuya bununla bağlı müəyyən məhdudiyyətlər qoymuşdur. Bundan başqa Leylanın ailəsi ilə birlikdə heç bir münaqişənin şahidi olmamışdır. Bacısını sonuncu dəfə hadisədən təxminən 1 həftə əvvəl görmüşdür. Belə ki, anası ilə birlikdə bacısıgilə getmişdir. Orda bacısının və Fəridin hərəkətlərində heç bir qeyri-adilik hiss etməmişdir. 20 iyun 2023-cü il tarixdə saat 19 radələrində qardaşı Sərxan zəng edərək “Fərid özünü bıçaqlayıb, tez get Respublika Klinik Xəstəxanasına" demişdir. İşdən çıxdığı vaxt olduğundan taksi ilə getmək istəyərkən anasına da zəng edərək hadisəni öyrənmək istəmişdir. Anası cavabında “Fərid Leylanın başını kəsib, Aylanı da bıçaqlayıb" demişdir. Bundan sonra tez taksi ilə Respublika Klinik Xəstəxanasında getmişdir. Daha sonra isə atası və anası ilə birlikdə Leylagilə getmişdir. Onlar oraya çatdıqda artıq polis və prokurorluq əməkdaşları orada olmuşdur. Hadisə yerində Fəridin anası ilə mübahisə də yaranmışdır. Belə ki, anası Fəridin anası Sevərdən nəyə görə yalnız Fəridi xəstəxanaya çatdırdığını soruşmuşdur. Sonuncu anasına “Mən elə bildim ki, Leyla Aylanı götürüb qaçıb” demişdir. Bu səbəbdən anası ilə Sevər arasında mübahisə yaranmış və sonunda Sevər anasına “sənin qızın inadçı keçi idi əcəb oldu cəzasını aldı” demişdir. Bundan sonra ailələr arasında daha ciddi mübahisələr yaranmışdır. Bir müddətdən sonra bacısının meyiti müayinə olunması üçün Yasamal rayon meyitxanasına yerləşdirilmişdir. Aylanın meyiti isə əvvəlcədən yerləşdirilmişdir. Çünki anası Aylanı xəstəxanaya aparmışdır. Bacısının və Aylanın meyiti müayinə olunduqdan sonra onlara təhvil verilmişdir. Leyla və Ayla Masallı rayonu, Xıl kənd qəbristanlığında dəfn olunmuşlar. Ona məlum olmuşdur ki, Fərid Leyla və Aylaya xəsarət yetirdikdən sonra özünə də xəsarət yetirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid5 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 20 iyun 2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilən 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 onun doğma bacısı olmuşdur. Bacısı Fərid ilə 2021-ci ildə ailə heyatı qurmuş, bu nikahdan Fərid və Leylanın 2022-ci İİ təvəllüdlü Ayla adlı qızları dünyaya gəlmişdir. Fərid öz ailəsi ilə birlikdə onların evinin yaxınlığında Hökməli qəsəbəsində yaşamışdır. Fəridlə Leylanın arasında elədə ciddi münaqişənin şahidi olmamışdır. Leyla öz ailəsi ilə bağlı heç bir narazıçılıq bildirməmişdir. Bacısını sonuncu dəfə hadisədən təxminən 1 həftə əvvəl görmüşdür. Belə ki, anası ilə birlikdə bacısıgilə getmişdir. Orda bacısının və Fəridin hərəkətlərinde heç bir qeyri-adilik hiss etməmişdir. 20 iyun 2023-cü il tarixdə saat 19 radələrində evdə olarkən anası “Fəridi bıçaqlayıbiar tez gedək oraya” demişdir. Anası ilə birlikdə taksi ilə Fəridgilin evinə getmişlər. Təxminən 5 dəqiqə sonra oraya çatmışlar. Evə girdikdə dəhlizdə iki ədəd bıçaq, sağdan birinci yerləşən yataq otağında olan çarpayının üzərində arxası üstə qanlar içərisində bacısı Leylanı, otağın giriş tərəfində çarpayının üzərində yastığın üzərində Aylanı qanlar içində görmüşdür. Ayla arxası üstə uzanmış vəziyyətdə olmuşdur. Onlar Leylanın artıq öldüyünü bilmişlər. Aylanı anası Sənubər yastıqla birlikdə götürərək taksi ilə xəstəxanaya aparmışdır. Onlar Fəridgilə getdikdə orada Ayla və Leyladan başqa heç kəs olmamışdır. Anasının səs-küyünə qonşular gəlmişdir. Daha sonra evdə Leylanı qucaqlamış, sonra isə həyətə düşmüşdür. Daha sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişlər. Bundan sonra Aylanın da öldüyünü öyrənmiş və məlum olmuşdur ki, Fərid Leylaya və Aylaya xəsarət yetirdikdən sonra özünə də xəsarət yetirmişdir. Fəridi də anası Sevər xəstəxanaya aparmışdır. Şahid5 ifadəsində Leylanın çox sakittəbiətli, ailəcanlı qız olduğunu bildirmişdir. Fəridin Leyla ilə hər hansın ciddi münaqişəsinin şahidi olmamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid6 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Cəlilabad rayonunda valideyinləri ilə birlikdə yaşayır. Hal hazırda heç bir yerdə işləmir. Mərhum Zərərçəkmiş şəxs1 ilə 2023-cü ilin fevral ayında “Telegram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Həmin vaxt Cəlilabad rayonunda olmuşdur. Bir neçə ay ərzində Leyla ilə yalnız sosial şəbəkələr vasitəsi ilə danışmışdır. Leyla ona evli olub boşandığını və bir uşağının olduğunu demişdir. Leyla Bakı Dövlət Universitetitinin tələbəsi olmuşdur. 2023- cü ilin may ayında bir aylıq Bakı şəhərinə gəlmişdir. Bu bir ay ərzində Leyla ilə mütəmadi görüşmüş və Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən xalasına məxsus evdə 1 dəfə cinsi əlaqədə olmuşdur. Bütün görüşlərə Leyla Universitetin birinci və ya ikinci dərslərindən çıxaraq gəlmişdir. Leyla həmişə öz həyatından narazılığını bildirirərək zorla ərə verildiyini demişdir. Leyla ilə sonuncu görüşlərinin birində sonuncunun evli olduğunu bilmişdir. Çünki Leylaya tez-tez zəng gəlmiş və vaxtında evə getməyə başlamışdır. Bu səbəbdən Leyladan evli olub-olmadığını soruşduqda Leyla onu qucaqlayıb ağlayaraq “belə eləmə gəl yenə də görüşümüzə davam edək” demişdir. Leylaya etiraz edərək sonuncunu evlərinə göndərmişdir. Leyla ilə sonuncu görüşü hadisədən təxminən 20 gün əvvəl olmuşdur. Leyla ilə BDU-nun yanında görüşmüşlər. Leylaya bunun sonuncu görüş olduğunu demişdir. Bundan sonra Leyla yenə də ağlamağa başlamışdır. Leylanı sakitləşdirmiş, daha sonra metroya yola salmışdır. Bu görüşdən bir müddət sonra yəni hadisədən təxminən 1 həftə əvvəl Leylanı danışdıqları “instagram” sosial şəbəkəsində blok etmişdir. Bundan sonra Leyla ilə nə görüşmüş, nə de əlaqə saxlamışdır. Hadisədən isə 21 iyun 2023-cü il tarixdə gecə saatlarında sosial şəbəkələrdən xəbəri olmuşdur. Şahid6 ifadəsində Leylanın ona çox bağlandığını və onsuz yaşaya bilməyəcəyini dediyini bildirmişdir. Leylaya qohumlarından birinin onları görməsindən ehtiyat etmədiyini soruşduqda sonuncu “səninlə olan münasibətimi bilsələr məni öldürərlər” demişdir. Leylanın evli olduğunu bildikdən sonra tamamilə əlaqəni kəsmək istəmiş və bu səbəbdən sonuncunu blok etmişdir. Leylanın evli olduğunu bilsə sonuncu ilə heç bir əlaqə saxlamazmış. Leyla həmişə öz həyatından etiraz edərək ağlayaraq “Atamdan xoşum gəlmir, çünki atam məni istəmədiyim bir adama verdi, mən razılıq vermədiyimə görə bir neçə gün məni ac-susuz saxlamışdı. Ona xoşbəxt olacağını dedi lakin heç nə olmadı. Məni özümdən 10 yaş böyük adama verdi. Həmin oğlan atamın dostunun oğlu olduğundan onu tanıyırdı. Məni atam bədbəxt etdi. Bu səbəbdən atama nifrət edirəm” demişdir. Həmçinin Leyla anasına nifrət etməsə də anasının bu işə razılıq verməyinə görə anasından da ona narazılığını bildirmişdir. Leyla həmçinin onu başqa qızlara da qısqanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli 1326 nömrəli rəyindən görünür ki, Vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - qarın nahiyəsinin ön səthinin qarın boşluğuna nüfuz edən nazik bağırsaq ilgəklərinin, nazik bağırsaq müsariqəsinin və sol perton arxası sahənin yaralayan, daxili qanaxma törədən 2 ədəd (iki ədəd) deşilmiş-kəsilmiş yaraları iti deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər; dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhülkəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Vətəndaş F.F. Hüseynlinin bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş yaraların xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd olunan deşilmiş kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər. Vətəndaş Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər bədənin əl çatan nahiyəsində yerləşdiyindən şəxsin özü-özünə yetirilməsi istisna edilmir. Məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli 79 nömrəli rəyindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs2 bədəni üzərində ümumilikdə 7 (yeddi) ədəd deşilmiş- kəsilmiş yaralar aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlərdən - döş qəfəsinin arxa səthinin 2 (iki) ədəd və qarın nahiyəsinin 3 (üç) ədəd plevra və periton boşluqlarına nüfuz edən, sol ağciyəri, qaraciyəri və yoğun bağırsağı zədələyərək sol tərəfli hematoraksa və kəskin daxili və xarici qanitirməyə səbəb olmuş deşilmiş-kəsilmiş yaralar, eləcə də döş qəfəsinin arxa səthinin 1 (bir) ədəd və qarınüstü nahiyənin 1 (bir) ədəd daxilə keçməyən deşilmişkəsilmiş yaraları - həyatidirlər, ölümündən az əvvəl iti deşici-kəsici alətin təsirindən yaranmışlar və ümumilikdə həyat üçün təhlükəli olan AĞİR zərərvurmanın əlamətlərinə malik olub, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Daxilə nüfuz edən yaralardan - döş qəfəsinin arxa səthində, sol kürəkaltı nahiyədəki İkl ədəd yaralar döş boşluğuna daxil olaraq divar plevrasını zədələmiş və sol ağciyərin aşağı payına daxil olmuşlar, həmin nahiyədə ağciyərin toxuması üzərində 2,2x0,3 sm ölçülərdə kənarları hamar və qansızmalı, yuxarı ucları küt, aşağı ucları iti görünən yara əmələ gətirməklə yara kanalları ağciyər toxumasında öz yolunu bitirmişlər. Beləliklə, yara kanalları arxadan önə, yuxarıdan aşağıya və qismən sağdan sola doğrudur. Qarınüstü nahiyədə olan 2 (iki) yaralar periton boşluğuna daxil olaraq qaraciyərin sağ və sol payını zədələmiş və üzərilərində 2,4x0,3 sm ölçülərdə kənarları hamar və qansızmalı, yuxarı ucları küt, aşağı ucları iti şəkilli görünən yaralar əmələ gətirməklə, yara kanalları qaraciyər toxuması üzərində öz yolunu bitirmişlər. Yara kanalları öndən arxaya, bir qədər yuxarıdan aşağıya və qismən sağdan sola doğrudur. Qarınüstü nahiyədəki digər 3-cü yara daxilə periton boşluğuna nüfuz edərək yoğun bağırsaq üzərində 2,1x0,6 sm ölçüdə yara əmələ gətirmişdir. Yaranın yuxarı ucu küt, aşağı ucu iti olmaqla, yara kanalı öndən arxaya, bir qədər yuxarıdan aşağıya və sağdan sola doğrudur. Qeyd olunan xəsarətlər iti deşici-kəsici xarakterə malik əşyanın (alətin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən ekspertizaya maddi sübut qismində təqdim edilmiş bıçağın yaxud buna bənzər bıçaqların təsirindən yarana bilərdilər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb - döş və qarın boşluğuna nüfuz edərək sol ağciyəri, qaraciyəri və yoğun bağırsağı yaralayan və kəskin daxili və xarici qanitirməyə səbəb olmuş deşilmiş-kəsilmiş yaralar olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhumun ölümü onun meyitinin meyitxanadakı müayinəsindən (xx.xx.2023 saat 21:30) 4-7 saat əvvəl baş vermişdir. Məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli 80 nömrəli rəyindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - boyunun yuxarı 1/3-nin Ön və yan səthlərini əhatə edən boyun üzvlərinin, qida borusunun, nəfəs borusunun, yuxu arteriyasının və vidaci venanın zədələnməsi ilə müşayiət olunan, boyun fəqərəsinədək çatan iri ölçülü kəsilmiş yarası, sol döş giləsinin sağ hissəsinin 1 (bir) ədəd, sol bazunun aşağı 1/3-nin arxa səthindən sol dirsək oynağı nahiyəsinin arxa səthinə qədər olan sahənin 2 (iki) ədəd, bel nahiyəsinin sol hissəsinin 1 (bir) ədəd, sağ sağrının yuxan bayır kvadrantının 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları (ümumilikdə 6 (altı) ədəd deşicikəsici xarakterli yaralar) eləcə də sol gicgah nahiyəsinin dərialtı hematoması və hər iki baldırın qançırları həyatidirlər, ölümündən az əvvəl əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Qeyd olunan xəsarətlərdən - boyun nahiyəsinin iri ölçülü kəsilmiş yarası, sol döş giləsinin sağ hissəsinin 1 (bir) ədəd, sol bazunun aşağı 1/3-nin arxa səthinin sol dirsək oynağı nahiyəsinin arxa səthinə qədər olan sahənin 2 (iki) ədəd, beş nahiyəsinin sol hissəsinin 1 (bir) ədəd, sağ sağrının yuxarı bayır kvadrantının 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları iti deşici kəsici xarakterə malik əşyanın (alətin) təsirindən törənmişlər; sol gicgah nahiyəsinin dərialtı hematoması və hər iki baldırın qançırları isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Bu xəsarətlər qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə müvafiq olaraq kənar şəxs tərəfindən ekspertizaya maddi sübut qismində təqdim edilmiş bıçağın yaxud buna bənzər bıçaqların təsirindən, həmçinin kənar şəxsin bədən hissəsinin (el, ayaq və s.) təsirindən yaranmağa xarakterikdir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb - boyun nahiyəsindəki yuxu arteriyasının və vidaci venanın, nəfəs və qida borusunun zedələnmesi ilə müşayiət olunan iri ölçülü kəsilmiş yaranın törətdiyi kəskin xarici qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhumun ölümü onun meyitxanədakı müayinəsindən (20,06.2023-cü il, saat 22:30) 5-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilattar aşkar edilməmişdir. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 319-2023/MTKŞ saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs1 məxsus olmuş donun ön səthinin orta nahiyəsinin yuxarı hissəsində 02 (iki) ədəd, arxa səthinin orta nahiyəsinin aşağı hissəsində 03 (üç) ədəd və arxa səthinin sol yarısının aşağı hissəsində 03 (üç) ədəd; büstqalterin ön səthində, sol tayı üzərində 01 (bir) ədəd və tumanın arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs1 məxsus olmuş don, tuman və büstqalter üzərində aşkar edilmiş deşilmiş- kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçaqların tiyəsi ilə törənməiəri istisna olunmur. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs2 məxsus olmuş maykanın ön səthinin orta nahiyəsində 02 (iki) ədəd və arxa səthinin sol yarısının orta nahiyəsində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs2 məxsus maykanın üzərində aşkar edilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçaqların tiyəsi İlə törənməiəri istisna olunmur Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs2 məxsus olmuş uşaq bezinin üzərində əhəmiyyət kəsb edən heç bir zədə yoxdur. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin orta nahiyəsinin aşağı hissəsində 02 (iki) ədəd deşilmiş- kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus köynəyin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçaqların tiyəsi ilə törənməiəri istisna olunmur. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə yoxdur. Ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur Bıçağın üzərində heç bir düzəliş edilməmişdir. Məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 432/2023-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu 0 alfa, beta /l/-dir (təqdim olunan sənədin surətinə əsasən). Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu AB (H) /İV/-dir. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu A beta (H) /ll/-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 Əlşan qızına məxsus qısaqol don, tuman, məmədan üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A, B, və H antigenleri alındı; Bu qan ləkələri AB(H)/İV/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus ola bilər Ekspertizaya təqdim edilmiş X8 şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu ABO ədəd çubuqlu pambıq topası və Zərərçəkmiş şəxs2 məxsus uşaq maykası, uşaq bezi üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenleri alındı. Bu qan ləkələri A-beta(H)/ll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar (və kəmər), mayka üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız "H” antigeni alındı. “H" antigenl 0 alfa, beta /İ/ qrupunun əsasını təşkil edir. Bu qan ləkələri alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A, B və H antigenləri alındı. Qanların qarışıq olduğu halında bu qan ləkələri ABO sistemi üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs məxsus ola bilər. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2441 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqın ekspertlər qarşısında qoyduğu suallara ambulator şəraitdə cavab vermək çətin olmasını və bununla əlaqədar haxırki psixi vəziyyətini düzgün qiymətləndirmək məqsədilə daha ətraflı və uzun müddətli müayinə tələb etdiyini nəzərə alaraq onun stasionar məhkmə psixiatrik ekspertizasına göndərilməsi zəruridir. Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 139 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Fidövsü oğlu təqsirləndirildiyi cinayət əməlini törətməmişdən əvvəl və törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliylni dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən psixi fəaliyyətin müvəqqəti pozulması keçirməmişdir. Təqsirləndirilən şəxsde hal-hazırda yüngül dərəcəli depressiv pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi yüngül dərəcəli depressiv pozuntu ifadə olunma dərəcəsinə görə hal-hazırda onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs deprssiv pozuntudan əziyyət çəkməsi, anamnezində suisidal meylin qeydə alınması nəzər alınaraq həmin şəxsin istənilən şəraitdə (istintaq təcridxanasında, cəzaçəkmə müəssisəsində və s.) daim nəzarət altında saxlanması, təhlükəsizliyə xidmət edə biləcək preventiv tədbirlərin həyata keçirilməsi üçün vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan, qeyd olunan cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli və İntellektual imkanlarının normaya uyğun olması, gerilik əlamətlərinin olmaması müəyyən edilir. İdrak proseslərində (diqqət, hafizə, qavrayış, təfəkkür və s.) kobud pozuntu aşkar edilməməklə, diqqətində bir qədər dağınıqlıq müəyyən edilir. Hazırkı psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs əhvalruhiyyəsinin enməsi, qəmgin görünməsi, ünsiyyətə az meyilli olması, bir qədər özünə qapanması, verilən suallara laqeyd yanaşması, hadisə barəsində soruşduqda bəzi suallara cavab vermək istəməməsi və s. müşahidə olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. Abşeron rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 59/2-47847 saylı sorğuya cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 barəsində Abşeron rayon Polis idarəsində hər hansı hüquqpozmaya dair təqsirləndirici material aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsindən daxil olmuş 22 iyul 2023-cü il tarixli xx/xx-8576 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Fordövsü oğlu və Zərərçəkmiş şəxs1 yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. Masallı rayon İcra Hakimiyyəti Başçısının Xıl kənd İnzibati erazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyetnamelerde Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 müsbət xarakterizə edilmişlər. “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən daxil olmuş 21 iyul 2023-cü il tarixli PHŞ-6-60/2-840/2023 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 "Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda durmurlar və hər hansı xəstəliklə əlaqədar müalicə almaları barədə müəssisənin elektron sistemində heç bir məlumat tapılmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsindən daxil olmuş 28 iyul 2023-cü il tarixli 9810 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. "Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən daxil olmuş 28 iyul 2023-cü il tarixli PHŞ-6-20/2-1357/2023 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 hər hansı bir xəstəliklə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinə müraciət etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı heç bir məlumat yoxdur. Abşeron rayon məhkəməsinin 4(012)-486/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən yəni, ancaq arvadı Zərərçəkmiş şəxs1 öldürməsi, övladı Zərərçəkmiş şəxs2 ölümündə isə təqsirli bilməməsinə dair hissəyə qiymət verməyi zəruri hesab edir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Sözügedən plenum qərarında həmçinin göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Həmin plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinə qiymət verərkən ilk növbədə onun bütün istintaq müddətində vermiş olduğu ifadələri qiymət verməyi əsaslı hesab edir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə ilk dəfə hadisədən 4 gün sonra (xx.xx.2023-cü il) sübhəli şəxs qismində ifadə verərkən hadisəni necə törətdiyini arvadı Zərərçəkmiş şəxs1 necə öldürdüyüynü ətraflı şəkildə göstərmişdir. Həmçinin “Qızım Aylanı isə necə vurduğumu xatırlamıram” deyə bildirmişdir. Yəni hadisənin baş verdiyi vaxtdan sonra ilk dəfə ifadə verərkən Zərərçəkmiş şəxs2 necə vurduğunu xatırlamadığını bildirmişdir. Bundan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə vermişdir. Həmin ifadəsində mərhum zərərçəkmiş Leya Hüseynlinin ona müqavimət göstərərkən təsadüfən mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyini bildirmişdir.. Məhkəmə bu hissədə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yenidən ittiham elan olunarkən və həmin tarixdə ona yenidən ifadə verməsi təklif edilmiş lakin təqsirləndirilən şəxs ifadə verməkdən imtina etmişdir. Bundan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs1 öldürməsini etiraf etmiş, lakin Zərərçəkmiş şəxs2 isə onun anası yəni Zərərçəkmiş şəxs1 tərəfindən öldürülməsini bildirmişdir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 öldürmək istəyərkən sonuncunun qışqırdığını, lakin qışqırmasının səbəbinin törətmiş olduğu əməl yəni Zərərçəkmiş şəxs2 bıçaqlaması olduğunu bildirmişdir. Məhkəmə qeyd olunan ifadələrə cinayət işinin materiallarında olan maddi sübutların ekspertizasına dair 319-2023/MTKŞ saylı, 432/2023-MTKŞ saylı və mərhum Zərərçəkmiş şəxs2 meyitinin müayinəsinə dair 79 saylı rəylərə əsasən qiymət verərək qeyd edir ki, mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs2 təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi şəkildə təsadüf nəticəsində xəsarət alması mümkün deyildir. Çünki mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs2 bədəni üzərindəki xəsarətlərə baxıldıqda aşkar görünür ki, zərərçəkmiş şəxsin almış olduğu xəsarətlər bir başa və məqsədli şəkildə yetirilmiş xəsarətlərdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsasən müəyyən olunur ki, sonuncu Zərərçəkmiş şəxs1 boğazını kəsmək istəyərkən o müqavimət göstərmişdir. Ölümlə üz-üzə qalan şəxsin var gücü ilə müqavimət göstərməsi birmənalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs bildirdiyinə görə isə o Lelya Hüseynlini öldürərkən digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin vaxt eyni çarpayıda olmuşdur. Ölüm qalım mübarizəsinin getdiyi iki nəfərlik çarpayıda 9 aylıq uşağın tam hərəkətsiz qalması qeyri mümkündür. Lakin qeyd olunanvəziyyətdə qarın üstü nahiyyəyə öndən arxaya 3 yanaşı zərbələrin və sol kürək altı nahiyyəyə arxadan önə 2 yanaşı zərbələrin təsadüfən yetirilməsi ağlabatan deyildir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 təsadüf nəticəsində bıçaq zərbələrinin dəyməsinə dair bildirdikləri istisna olunur. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 bıçaq zərbələrinin sonuncunun anası Zərərçəkmiş şəxs1 tərəfindən vurulduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin qeyd olunan fikrini qiymətləndirməyi zəruri hesab edir. Belə ki, qətl hadisəsinin törədilməsindən qısa müddət əvvəl təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən çəkilmiş videodan aydın görünür ki, zərəçəkmiş Zərərçəkmiş şəxs1 danışarkən səsi, qorxudan əlləri və bədəni əsir və bununla bərabər zərərçəkmiş Zərərçəkmiş şəxs2 ağlayır. Qeyd olunan vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs vəziyyəti tam kontrol altında saxladığı, övladının ağlamağına fikir vermədiyi, zərərçəkmiş şəxsdən uşağında başqa şəxsdən olub olmamasını soruşduğu müəyyən olunur. Bütün bu qeyd olunan vəziyyətdə zərəçəkmiş Zərərçəkmiş şəxs1 uşağı sakitləşdirmək cəhdi görünür. Qeyd olunan video görüntüdə əks olunanlar onu deməyə əsas verir ki, hadisədən qısa müddət əvvəl zərəçəkmiş Zərərçəkmiş şəxs1 özünü zorla kontrolda tutduğu və həmin vəziyyətdə uşağını sakitləşdirməyə çalışdığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs nəzarətindən çıxıb öz övladını bıçaqla vurması ağlabatan deyildir. Əksinə videodan aydın görünən budur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs övladınında ona məxsus olmasına tərədüddlə yanaşır. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs hadisədən 4 gün sonra şübhəli şəxs qismində verdiyi ifadəsində və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində zərərçəkmiş Ayla Hüseylinin anası tərəfindən yəni Zərərçəkmiş şəxs1 tərəfindən bıçaqla vurulduğunu bildirməmişdir. Halbuki hadisənin baş verdiyi gündən dörd gün sonra ifadə verən təqsirləndirilən şəxs həmin hadisəni daha detallı xatırlamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, övladının bıçaqla vurularaq öldürülməsini görən anlaqlı şəxsin bu cür faciəvi hadisəni unutması inandırıcı deyildir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək onun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi (zərərçəkmiş Zərərçəkmiş şəxs2 öldürməkdə özünü təqsirli bilməməsi hissəsində) ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici (zərərçəkmiş Zərərçəkmiş şəxs2 öldürməkdə özünü təqsirli bilməməsi hissəsində nəzərə alınmadan) ifadəsilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varislərinin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə, həmin məcələnin 120.2.7-ci maddəsinə əsasən iki və ya daha çox şəxsi öldürmə və həmin məcəllənin 120.2.9-cu maddəsinə əsasən təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 57.1-ci maddəsinə görə ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azyaşlı şəxsə qarşı cinayət törətməsi onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən qeyd edir ki, təqsirləndirilən şəxs həmin əməli xüsusi amansızlıqla törətmişdir. Cinayət işinin materialları və məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs bildirdiklərindən müəyyən olunur ki, sonuncu cinayət əməlini törətməzdən bir müddət əvvəl arvadının ona xəyanət etməsindən şübhələnmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs şübhələrinə arvadının ondan hamilə qalmaması, başqa şəxslərlə yazışması hallarını göstərmək olar. Yəni məhkəmə bunu qeyd etməklə bir məsələyə diqqəti yönəldir ki, əslində təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd etdiyi halları bildikdən sonra özünündə bildirdiyi kimi bu halları dəqiqləşdirib sübut etmək niyyəti olmuşdur. Bi isə onu deməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xəyanətə uğraması, onun arvadının onu aldatması halı onun üçün hadisə günü bəlli olan gözlənilməz bir fakt olmamışdır. Əksinə təqsirləndirilən Təqsirləndirilən şəxs üçün xəyanətə uğramasına dair halın baş vermə ehtimalı gözlənilən olmuşdur. Yəni təqsirləndirilən Təqsirləndirilən şəxs hadisə günü onun üçün gözlənilən olan xəyanət faktını sübut etmiş, vəziyyətin tam nəzarəti altında olduğu bir şəraitdə soyuqqanlılıqla, amasızca və rəhmdillik göstərmədən Zərərçəkmiş şəxs1 boğazını kəsmiş və Zərərçəkmiş şəxs2 yeddi ədəd deşilmiş və kəsilmiş yaralar yetirməklə onları həyatdan məhrum etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi ilə əlaqədar hala diqqət edərək bildirir ki, təqsirləndirilən şəxs digər iki şəxsə həyatda qalmaq üçün heç bir şans tanımadan öldürdüyü halda özünə xəsarət yetirərkən onu birdəfəlik həyatdan məhrum edə biləcək həyati vacib orqanlarına (məsələn ürəyinə, boğazına yaxud ciddi qan itirməsinə səbəb ola biləcək venalarına) xəsarət yetirməmişdir. Bununla yanaşı özünə xəsarət yetirməmişdən əvvəl bu barədə bibisi oğluna telefonla məlumat vermişdir. Halbuki kiçik bir kağız parçasına son sozünüdə yazıb özünə xəsarət yetirə bilərdi. Məhkəmə bu halları nəzərə çatdıraraq qeyd edir ki, başqalarının həyat eşqini amansızlıqla bitirən Təqsirləndirilən şəxs, iş özünə çatdıqda həyatda qalmaq üçün özünə şanslar saxlamışdır. Məhz qohumuna məlumat verməsi sayəsində həkimlərin vaxtında müdaxiləsi hesabına hayatda qalmışdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməlinin xarakterini plenum qərarına əsasən qiymətləndirərək qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir, birbaşa qəstlə törədilmişdir və törətdiyi cinayətin obyektini insanın həyat və sağlamlığı təşkil edir. Törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyinə gəldikdə isə əməl xüsusi amansızlıqla iki nəfər şəxsə qarşı törədilmiş və onlardan biri köməksiz vəziyyətdə olan azayşlı olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ömürlük azadlıqdan məhrum etmə cəzasının tətbiqi məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdır ki, qanunda göstərilən hallarda belə cəza yalnız o vaxt tətbiq oluna bilər ki, həmin cəzanın təyini cəzanı ağırlaşdıran xüsusi hallarla və cinayəti törətmiş şəxsin cəmiyyət üçün son dərəcə təhlükəli olması ilə şərtləşmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, şəxsiyyət əleyhinə bu formada, yəni insan həyatını heçə sayan formada xüsusilə ağır cinayət törətmiş şəxs cəmiyyət üçün son dərəcə təhlükəlidir və bu cür cinayət törətmiş şəxs ömürlük cəmiyyətdən təcrid edilməlidir. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan Plenum qərarlarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrinin sanksiyasında müəyyən edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni, əsaslı və eləcə də ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı həbsxanada çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, təqsirləndirilən şəxsə CPM-in 356.6-cı maddəsinə əsasən əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Abşeron Rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus tünd yaşıl rəngli köynək və “DOLCE GABANA" markalı, belində qara rəngli kəməri olan açıq boz rəngli şalvar; Zərərçəkmiş şəxs1 məxsus qırmızı rəngli don, qara rəngli məmədan və çəhrayı rəngli alt paltarı (trusik); Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli, iç etiketində “Feizi Tornado” sözləri yazılmış, üzərində qırmızı rəngli naxışları olan uşaq maykası və ağ rəngli uşaq bezi; hadisə yerindən pambıq tampon vasitəsi ilə götürülmüş 02 ədəd nümunə (şərti olaraq 2 və 3 rəqəmləri ilə işarələnmiş); 01 ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs məxsus "SAMSUNG” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını həbsxanada çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Abşeron Rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus tünd yaşıl rəngli köynək və “DOLCE GABANA" markalı, belində qara rəngli kəməri olan açıq boz rəngli şalvar; Zərərçəkmiş şəxs1 məxsus qırmızı rəngli don, qara rəngli məmədan və çəhrayı rəngli alt paltarı (trusik); Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli, iç etiketində “Feizi Tornado” sözləri yazılmış, üzərində qırmızı rəngli naxışları olan uşaq maykası və ağ rəngli uşaq bezi; hadisə yerindən pambıq tampon vasitəsi ilə götürülmüş 02 ədəd nümunə (şərti olaraq 2 və 3 rəqəmləri ilə işarələnmiş); 01 ədəd bıçaq məhv edilsin, Təqsirləndirilən şəxs məxsus "SAMSUNG” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-482/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-482/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver