Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-483/2024 16.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sabirabad rayonu, Qarağac kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 179.3.2, və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 2laraq həmin ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxsndə MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi və xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişinə əsasən sürücü, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişlərinə əsasən isə satış təmsilçisi vəzifələrində işləyib Cəmiyyətin onunla bağladığı xx.xx.2019-cu il tarixli “tam maddi məsuliyyət haqqında” müqaviləyə müvafiq olaraq ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübariz olmaq, müəssisənin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək, ona etibar edilmiş invertariarın, məhsulların, görüləcək işlərin dəqiq uçotunu aparmaq, ona etibar edilmiş maddi sərvətlərin, məhsulların, avadanlıqların inventarizasiyasında iştirak etmək və ona etibar edilmiş əmlak, maddi və digər sərvətlərə dəyən zərərə görə cavabdehlik daşıyan maddi məsul şəxs kimi satış təmsilçisi vəzifəsində işlədiyi müddətdə “SARO TEA" MMC-nin mülkiyyətində olan malları anbarlar arası göndəriş qəbzləri və anbarlar arası sifariş qəbzləri əsasında Cəmiyyətin ünvan 3 ünvanında yerləşən hazır məhsul anbarından öz anbarına, yəni Cəmiyyət tərəfindən ona ayrılmış avtomaşına qəbul edərək Bakı şəhəri və Abşeron rayonu ərazisində ona təhkim olunmuş ticarət obyektlərinə Cəmiyyət tərəfindən müəyyən edilmiş qiymətlərə sataraq əldə etdiyi satış pulunu Cəmiyyətin xəzinəsinə mədaxil etməli olduğu halda, ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə ələ keçirməklə talayıb qanunsuz qazanc əldə etmək qərarına gəlmiş, bu məqsədlə əvvəlcədən planlaşdırdığı vahid niyyətə uyğun olaraq öz qulluq mövqeyindən istifadə etməklə, Cəmiyyətlə ticarət münasibətlərində olan “3 alma Badamdar” adlı müştəridən aldığı 40,15 manat, “888 market 6-cı mkr” adlı müştəridən aldığı 95,56 manat, “9 market” 9-cu mkr” adlı müştəridən aldığı 40,95 manat, “ADORE MARKET” adlı müştəridən aldığı 41,10 manat, “AF market Abşeron" adlı müştəridən aldığı 23,00 manat, “Ailə market 6-cı mkr” adlı müştəridən aldığı 58,51 manat, “Amart 2” adlı müştəridən aldığı 8,59 manat, “AY STORE” adlı müştəridən aldığı 4,51 manat, “Azərcity market” adlı müştəridən aldığı 60,74 manat, “BAL MARKET Hökməli” adlı müştəridən aldığı 120,07 manat, “Bol market Pirəkəşkül” adlı müştəridən aldığı 26,91 manat, “BƏRƏKƏTLİ MARKET” adlı müştəridən aldığı 181,44 manat, “Çinar market Nərimanov” adlı müştəridən aldığı 193,34 manat, “Dalğa market Yasamal” adlı müştəridən aldığı 45,89 manat, “Dəniz market Xırdalan” adlı müştəridən aldığı 35,48 manat, “Dəniz market Nərimanov” adlı müştəridən aldığı 398,00 manat, “Dərnəgül 2 market 8-ci mkr” adlı müştəridən aldığı 381,18 manat, “Dünya market 9- cu mkr” adlı müştəridən aldığı 41,93 manat, Dünya Ordubad sirniyat quru meyve” adlı müştəridən aldığı 99,67 manat, “Dünya sirniyaf adlı müştəridən aldığı 222,67 manat, “ƏHMƏDOĞLU MARKET” adlı müştəridən aldığı 24,25 manat, “Elit market Gültəkin” adlı müştəridən aldığı 20,00 manat, “Elmar Ələf adlı müştəridən aldığı 134,52 manat, “Elmar market Biləcəri DSK yolu” adlı müştəridən aldığı 48,39 manat, “Elmar market Biləcəri” adlı müştəridən aldığı 458,87 manat, “Etibar” adlı müştəridən aldığı 102,80 manat, “Gold market” adlı müştəridən aldığı 26,91 manat, “Güvən topdan” adlı müştəridən aldığı 54,00 manat, “Halal market Qobustan” adlı müştəridən aldığı 40,01 manat, “Həyat market” adlı müştəridən aldığı 300,63 manat, “İdris market 5-ci mkr” adlı müştəridən aldığı 15,99 manat, “Kalva market 9-cu mkr” adlı müştəridən aldığı 68,16 manat, “Kamaloğlu market” adlı müştəridən aldığı 200,44 manat, “Leyla marker adlı müştəridən aldığı 184,06 manat, “X21 Happy” adlı müştəridən aldığı 50,20 manat, “Məhəllə market’ adlı müştəridən aldığı 14,51 manat, “Mir market 9-cu mkr” adlı müştəridən aldığı 92,23 manat, “Netto market - Yeni Yasamal adlı müştəridən aldığı 57,73 manat, “No 1 market” adlı müştəridən aldığı 10,00 manat, “Nur market - Hökməli” adlı müştəridən aldığı 48,05 manat, "OKEAN MARKET Nərimanov” adlı müştəridən aldığı 258,56 manat, “Onur market - Sulutəpə” adlı müştəridən aldığı 36,56 manat, “Orginal market” adlı müştəridən aldığı 43,23 manat, “PAK MARKET” adlı müştəridən aldığı 190,51 manat, “Panda Nərimanov” adlı müştəridən aldığı 615,90 manat, “Pepsi marker adlı müştəridən aldığı 55,74 manat, “Plazma market - Bineqed” 12,19 manat, “Qardaşlar market 4-cü mkr” adlı müştəridən aldığı 20,72 manat, “RUBAİL MARKET" adlı müştəridən aldığı 298,98 manat, “Ruzi Atyalı” adlı müştəridən aldığı 10,00 manat, "RUZİM MARKET” - Xırdalan adlı müştəridən aldığı 44,91 manat, “Şanlı market - Hökməli" adlı müştəridən aldığı 30,21 manat, “Saral market - Biləcəri” adlı müştəridən aldığı 48,57 manat, “Sədafil market - Qobustan” adlı müştəridən aldığı 57,56 manat, “Sədəf market” adlı müştəridən aldığı 21,08 manat, “SƏNAN MARKET” adlı müştəridən aldığı 97,39 manat, “Sərfəli marker adlı müştəridən aldığı 99,35 manat, “Sevimli Dad marker adlı müştəridən aldığı 31,77 manat, “Sevimli market’ - Yeni Yasamal adlı müştəridən aldığı 19,05 manat, “Sevinc market” adlı müştəridən aldığı 19,21 manat, “Seymur marker adlı müştəridən aldığı 200,91 manat, “Şok market" adlı müştəridən aldığı 45,92 manat, “Sünbül market - 5 mkr” adlı müştəridən aldığı 93,07 manat, “Telman market” adlı müştəridən aldığı 11,92 manat, “TS Akif Dərnəgül” adlı müştəridən aldığı 448,99 manat, “TS Beta Dərnəgül” adlı müştəridən aldığı 1307,18 manat, “TS Dondurma Şərifzadə” adlı müştəridən aldığı 269,55 manat, “TS Elçin Biləcəri” adlı müştəridən aldığı 80,10 manat, “TS Əli” adlı müştəridən aldığı 99,16 manat, “TS Elməddin” adlı müştəridən aldığı 192,79 manat, “TS Əvəz Dərnəgül” adlı müştəridən aldığı 875,40 manat, “TS Fərahim” adlı müştəridən aldığı 704,40 manat, “TS Habil" adlı müştəridən aldığı 645,81 manat, “TS İdeal Hökməli” adlı müştəridən aldığı 50,00 manat, “TS Murad Xırdalan adlı müştəridən aldığı 533,59 manat, “TS Ordubad quru meyvələri” adlı müştəridən aldığı 424,16 manat, “TS X19” adlı müştəridən aldığı 549,60 manat, “TS Qubad” adlı müştəridən aldığı 170,51 manat, “TS Quru meyvə Aliman” adlı müştəridən aldığı 1273,40 manat, “TS Sahin (Cavid) Binəqədi” adlı müştəridən aldığı 106,83 manat, “TS Saleh Qobustan” adlı müştəridən aldığı 1000,25 manat, “TS Seyid Hökməli” adlı müştəridən aldığı 817,51 manat, “TS Telman Ələt” adlı müştəridən aldığı 662,63 manat, “TS Yaqub M,Qaşqay” adlı müştəridən aldığı 40,46 manat, “Tur market Müşviqabad” adlı müştəridən aldığı 274,31 manat, “Ucuz market 9-cu mkr” adlı müştəridən aldığı 29,96 manat, “VASİF MARKET” adlı müştəridən aldığı 105,87 manat, “Xəzər market - Bayıl” adlı müştəridən aldığı 31,18 manat, “Xəzər market - Əcəmi” adlı müştəridən aldığı 64,56 manat, “Yadigar market - Sulutəpə” adlı müştəridən aldığı 42,94 manat, “Yurd market 3-cü mkr” adlı müştəridən aldığı 131,41 manat, “Yusif market 9-cu mkr” adlı müştəridən aldığı 26,36 manat, “Zeytun market - C, Hacibəyli” adlı müştəridən aldığı 43,24 manat, “Zeytun market - Xırdalan” adlı müştəridən aldığı 50,38 manat, “Real market Yasamal” adlı müştəridən aldığı 100,00 manat, “Zeytun market Salam” adlı müştəridən aldığı 299,98 manat satış pulunu Cəmiyyətin xəzinəsinə mədaxil etməli olduğu halda bunu etməyib həmin 96 müştəri üzrə ümumilikdə 17887,26 manat satış pulunu ələ keçirməklə öz şəxsi ehtiyaclarına sərf etmiş, habelə, ona təhkim olunmuş müştərilərdən onların sifarişləri olmadığı halda guya “Army market” adlı müştəri tərəfindən 337,72 manat, “Army market 2” adlı müştəri tərəfindən 126,31 manat, “Ağ bazar” adlı müştəri tərəfindən 500,20 manat, “Elnur market Qobustan” adlı müştəri tərəfindən 1610,39 manat, “Fa markef adlı müştəri tərəfindən 171,17 manat, “Happy market” adlı müştəri tərəfindən 257,02 manat, "King 2” adh müştəri tərəfindən 263,80 manat, “İntiqam xurmaçı” adlı müştəri tərəfindən 1284,40 manat, “TS Tayqa Dərnəgül” adlı müştəri tərəfindən 696,00 manat, "TS Qərb Şirniyyat" adlı müştəri tərəfindən 142,49 manat, “TS Elmar Sahil” adlı müştəri tərəfindən 220,08 manat, “Sefa Store - 9 mkr adlı müştəri tərəfindən 20,93 manat dəyərində sifariş qəbul etməsi barədə məlumatları terminal vasitəsi ilə MMC-yə ötürməklə tamah niyyəti ilə, fəaliyyət sahəsinə aid edilmiş, vəzifəli şəxs kimi informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edərək həmin malları istintaqa məlum olmayan şəxslərə satmaqla əldə eydiyi ümumilikdə 5630,51 manat satış pulunu ələ keçirmiş, habelə Cəmiyyətlə ticarət münasibətlərində olan mal satdığı “Pak market 20 Yanvar” adlı müştəri tərəfindən satışdan geri qaytarılmış 378,93 manat, “Qız qalasi - Binəqədi” adlı müştəri tərəfindən satışdan geri qaytarılmış 45,70 manat, "King market” adlı müştəri tərəfindən satışdan geri qaytarılmış 174,13 manat, “HİPER MARKET Binəqədi” adlı müştəri tərəfindən satışdan geri qaytarılmış 9,70 manat “TS Xəzer Binəqədi" adlı müştəri tərəfindən satışdan geri qaytarılmış 34,65 manat, "TS Rəsul” adlı müştəri tərəfindən satışdan geri qaytarılmış 281,53 manat, “TS Makro Kamal” adlı müştəri tərəfindən satışdan geri qaytarılmış 408,60 manat dəyərində malları Cəmiyyətin anbarına təhvil verməli olduğu halda bunu etməyib istintaqa məlum olmayan şəxslərə satmaqla əldə etdiyi ümumilikdə 1333,24 manat satış pulunu ələ keçirmiş, habelə öz qulluq mövqeyindən istifadə edərək ona təhkim olunmuş daimi müştərilərə satılması üçün, həmin müştərilər tərəfindən ona verilmiş sifarişlər, yəni həmin müştərilərə satdığı mallar barədə məlumatları terminal vasitəsi ilə MMC-yə ötürməsi prosesində, satışının və satışdan əldə olunmuş gəlirinin daha yüksək olması üçün, Cəmiyyətlə ticarət münasibətlərində olmayıb faktiki olaraq mövcud olmayan "Beroska”, Esref İlknur”, “X23”, Rafet pive", “Nicat 7-ci mkr”, “Muhemmed mt İlknur”, “X20”, “Teymur market”, “Təzə Bazar 28”, “Tural yaşıl bazar” adlı şərti müştərilər yaradaraq, həmin şərti müştərilən adlarına guya ondan çay məhsulları almaları barədə məlumatları terminal vasitəsi ilə MMC-yə ötürməklə, tamah niyyəti ilə, fəaliyyət sahəsinə aid edilmiş, vəzifəli şəxs kimi informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edərək ümumilikdə 17193,15 manat dəyərində malı istintaqa məlum olmayan şəxslərə satmaqla əldə etdiyi satış pulunu ələ keçirmiş, habelə ticarət dövriyyəsi ilə əlaqədar ona ayrılmış avtomaşında rezerv kimi qalan və müştərilərə təqdim edilməyən ümumilikdə 17011,53 manat dəyərində malın 10719,27 manat dəyərində olan hissəsini istintaqa məlum olmayan şəxslərə satmaqla əldə etdiyi nağd pul vəsaitini ələ keçirmiş və bu hərəkətləri ilə o, vəzifəli şəxs kimi informasiya resurslarına tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş 52763,43 manat dəyərində külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs – mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, övladı xəstə olmuş və onun həyatda qalması üçün xeyli miqdarda pul lazım olmuşdur. Ona görə də, o, işlədiyi yerdən pul götürmüşdür. Məqsədi övladının vəziyyəti düzəldikdən sonra, həmin pulu işlədiyi yerə qaytarmaq olmuşdur. Lakin, övladını xilas edə bilməmiş, övladı ölmüş və həmin vaxt o, çox böyük sarsıntı keçirmişdir. Həmçinin, şirkətdən pul götürməyinin üstü açılmış və bununla bağlı, onu dekabr ayında Babək Haqverdiyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırmışdır. Babək Haqverdiyev ona şirkətdən müəyyən miqdarda yeyinti etdiyini demiş, o da dəqiq nə qədər məbləğ yeyinti olduğunu deməsini istəmiş və ödəyəcəyini bildirmişdir. Babək Haqverdiyev isə işin onlara aid olmadığını, getməyini və onu Abşerondan çağıracaqlarını bildirmişdir. O da, yanvar ayında "Kaspian" şirkətində sürücü-mexanik kimi işə düzəlmiş və Laçına getmişdir. "Kaspian" şirkətində işlədiyi vaxt Tural Maqsudov ona telefon vasitəsilə zəng etmiş, şirkətə 52500 manat borcu olduğunu və gəlməli olduğunu bildirmişdir. O da Tural Maqsudova işlədiyi şirkətdən icazə vermədiklərini və şirkətin hansı dövlət orqanı onu çağırırsa, həmin orqanın onun ünvanına yazılı sənəd göndərməsini tələb etdiyini demişdir. Həmçinin, Tural Maqsudova əgər şirkətə borcu varsa, ona bir kart hesabı deməsini və həmin karta hər ay 2000 manat pul ödəyəcəyini demişdir. Tural Maqsudov isə israrla onun şəxsən gəlməli olduğunu bildirmişdir. Lakin, bununla bağlı onun ünvanına heç bir rəsmi sənəd göndərilməmişdir. Tural Maqsudova avqust ayının sonunda 15 günlük məzuniyyət götürəcəyini və həmin vaxt gələcəyini bildirmişdir. O, övladının xəstəliyi ilə bağlı şirkətdən pulları götürəndə, hər ay 1500-2000 manat ödəyərək qaytaracağını düşünmüşdür. Hətta, övladı öldükdən sonra, Nümayəndə1 da qəbulunda olmuş və Nümayəndə1 ona pulları ödəməli olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Ələtdə "Elmar" marketin bir il yarım əvvəl bağlandığını, bütün firmalara pul atdığını Bakı şəhərində yerləşən bütün firmalar bilir. Lakin, "Elmar" marketin atdığı pullar da onun adına yazılmışdır. Ona elan olunan ittiham üzrə şirkətə 52000 manat məbləğində deyil, 45000 məbləğində ziyan vurduğunu qəbul edir. Ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir. Çünki, onun şirkətə ittihamda qeyd olunan məbləğdə borcu yoxdur. O, şirkətdə işlədiyi müddətdə, dəfələrlə müraciət edib, Ələtdə yerləşən "Elmar" marketin şirkətə pul atdığını demiş, lakin, istintaqda "Elmar" marketin atdığı pullar da onun adına yazılmışdır. Birinci epizodda 96 dükana mal paylanması nəticəsində əldə olunmuş 17887,26 manat gəlirin cəmiyyətin hesabına mədaxil edilməməsinə görə dəymiş ziyanı qəbul edir. İkinci epizodda, terminal vasitəsilə informasiya resurslarına müxtəlif şərti marketlərin adlarını qeyd edib, başqa şəxslərə mal satılması adı ilə 5630 manat məbləğində pulun əldə olunması hissəsində, pulu əldə etdiyini qəbul edir. Lakin, bu hal onun istəyi ilə baş verməmişdir. Şirkətin rəhbəri Nümayəndə1 ondan malları kiməsə, qıraq müştərilərə, restoranlara satmağını və əsas əldə olunmuş pulu ona gətirməyini istəymiş, buna görə də, o, küçədə şəxslərə malları satmış, lakin əldə olunmuş pulu özünə götürmüşdür. Həmçinin, terminal vasitəsilə informasiya resurslarında qeyd etdiyi məlumatlar yalan deyildir və "Sefa Store", "Happy market", "Ağ bazar" , "Army Market", "Army Market 2", "TS Tayqa Dərnəgül", "Qərb Şirniyyat" kimi obyektlər də həqiqətən mövcuddur. İbtidai istintaq zamanı ifadə verəndə ona qarşı heç bir təzyiq və təsir olmamışdır. Üçüncü epizodda, dükanlardan satışdan geri qaytarılmış 1333 manat dəyərində malların ona qaytarılması, lakin tərəfindən anbara təhvil verilməməsi hissəsini də qəbul edir. Dördüncü epizodda, ona təhkim olunmuş daimi müştərilərə satılması üçün, həmin müştərilər tərəfindən ona verilmiş sifarişlər, yəni həmin müştərilərə satdığı mallar barədə məlumatları terminal vasitəsi ilə MMC-yə ötürmə prosesində, satışının və satışdan əldə olunmuş gəlirinin daha yüksək olması üçün Cəmiyyətlə ticarət münasibətlərində olmayıb faktiki olaraq mövcud olmayan “Beroska”, Esref llknur”, “Sara Keşlə Bazarı", Rafet pive", “Nicat 7-ci mkr”, “Muhemmed mt llknur”, “X20", "Teymur market", “Təzə Bazar 28”, “Tural yaşıl bazar" adlı şərti müştərilər yaradaraq, həmin şərti müştərilən adlarına guya ondan çay məhsulları almaları barədə məlumatları terminal vasitəsi ilə MMC-yə ötürməklə əldə olunmuş 17193,15 manat məbləğində pulu da qəbul edir. Digər epizodda, ticarət dövriyyəsi ilə əlaqədar ona ayrılmış avtomaşında rezerv kimi qalan və müştərilərə təqdim edilməyən malın 10719,27 manat dəyərində olan hissəsini istintaqa məlum olmayan şəxslərə satmaqla nağd pul vəsaitini əldə etdiyini qəbul etmir. Çünki, avtomaşında ittihamda qeyd olunan məbləğdə deyil, 9000 manat dəyərində rezerv kimi mal qalmışdır. Lakin, o, 9000 manatın sayılmasında iştirak etməmişdir. Həmin maldan da 2000-3000 manat dəyərində malı dükanlara pay vermişdir. Çünki, şirkət hər iclasında malı dükanlara pay verib, satışı artırmağını ondan tələb etmişdir. Həmin marketlərin rəhbərliyi də onlara pay kimi mal verdiyini təsdiq edə bilər. Onun övladı anadan olandan 8 ay müddətində müalicə olunmuşdur. Bu müddətdə o, şirkət rəhbərliyinə pula ehtiyacı olması barədə müraciət etmişdir. Azad müəllimin qəbulunda olmuş, lakin ona şirkətdə satış zəif olduğundan, borc pul verə bilməyəcəkləri bildirilmişdir. O, depozit hesabda olan puldan götürüb, daha sonra qaytarmağı da təklif etmiş, lakin Azad müəllim bunun müştərilərin narazılığına səbəb olacağını bildirib, təklifini rədd etmişdir. Bundan sonra, o, marketlərdən malların əvəzində alınan pulları övladının müalicəsi üçün xərcləməyi qərara almışdır. Bugünə qədər götürdüyü puldan 8000 manat qaytarmışdır. O, azad olunduqdan sonra, şirkətə hər ay 2000 manat ödəməyi öhdəsinə götürə bilər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs “SARO TEA" MMC-nin nümayəndəsi – mülki iddiaçı Nümayəndə1 göstərmişdir ki, Təqsirləndirilən şəxs onların əməkdaşı olmuş, əvvəlcə sürücü vəzifəsində, sonra isə ekspeditor vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyandan yalnız 8000 manat onlara qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən şirkətə dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid21 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-nin tabeliyində olan “Kingsmart” adlı marketdə satınalma üzrə mütəxəssis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ekspeditor vəzifəsində işlədiyi üçün onunla çox münasibətləri olmamış, onlar daha çox satış müdirləri ilə münasibətdə olmuşlar. Ekspeditor daha çox mal qəbulçuları ilə əlaqədə olurlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, satınalma üzrə mütəxəssis işləmişdir. Onun Təqsirləndirilən şəxsla hər hansı bir tanışlığı yoxdur. Şirkət tərəfindən üzləşməyə gələn zaman müəyyən olunmuşdur ki, onlara heç bir məhsul verilmədiyi təqdirdə şirkət tərəfindən məhsul verildiyi qeyd olunmuşdur. Bu cür hallar iki dəfə baş vermiş, amma məbləği hazırda xatırlamır. Satınalma ilə şirkət arasında üzləşmə zamanı onlar siyahıya baxır və onlarda olan siyahı ilə şirkətin siyahısını müqayisə edir. Ekspeditorun imzası ilə olan qayimələrin hamısı onlarda olur. Onlarda malları mal qəbulçuları təhvil alır, daha sonra qayimə sistemə daxil olunur və nə qədər malın alındığı müəyyən olunur. Onlar malları qaytaran zaman ekspeditora iadə edirlər. İbtidai istintaq zamanı ifadə verərkən ona qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirmişdir ki, Dərnəgüldə yerləşən “Ucuz topdan satış" adlı obyektdə işləyir. Onlar Zərərçəkmiş şəxs MMC ilə işləmişdir. Həmin şirkətin ekspeditoru Təqsirləndirilən şəxs tanımamışdır. İbtidai istintaq zamanı ifadə vermiş, həmin ifadəni hazırda tam xatırlamır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC onlara borclarının olduğunu bildirmiş, amma onların həmin şirkətə heç bir borcları yoxdur. Onların 500 manat depoziti olmuşdur. İlkinurdan sonra şirkətin bir xanım nümayəndəsi gəlmiş və o, pulu ödəyərək bir daha Zərərçəkmiş şəxs MMC ilə işləməyəcəklərini bildirmişdir. Onlar kimə pul versələr həmin şəxsə imza çəkdirirmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İfadə verən zaman ona heç bir təsir və təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ekspeditor kimi tanımışdır. O, Zərərçəkmiş şəxs MMC-də fəhlə kimi işləmiş və avtomobillərin boşaldılmasına, yüklənməsinə və s. kömək etmişdir. Təqsirləndirilən şəxs tərəfindən təfvil verilmiş avtomobilə sayım keçirilməsində o da iştirak etmişdir. O, sadəcə olaraq sözügedən avtomobilin bolşaldılmasına kömək etmiş, malların sayından məlumatı olmamışdır. İbtidai istintaq zamanı da bu məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, avtomobildə sayım keçirilən zaman Təqsirləndirilən şəxs gəlməmiş və onlar avtomobili boşaldaraq saymışlar. Avtomobilə sayım keçirilməsi barədə Təqsirləndirilən şəxs məlumat verilməsinə baxmayaraq, İlkinur sayımda iştirak etməmişdir. Zərərçəkmiş şəxs MMC-nin ofisi var və həmin ofis ikinci mərtəbədə, anbar isə birinci mərtəbədə yerləşir. Təqsirləndirilən şəxs sayım barədə məlumat verilməsini işçilərdən eşitmiş, amma onu hansı vasitə ilə xəbərdar etdiklərini bilməmişdir. Təqsirləndirilən şəxs avtomobilinə sayım keçirilməsində o, Elminin, Murad müəllim və s. iştirak etmişlər. Sayım zamanı malların artıq və əskikliyindən onun məlumatı olmamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayından "SARO TEA” MMC-nin anbarında fəhlə işləyir. Gördüyü işlər gələri malların anbara yığılması, habelə satış təmsilçilərinə təhvil verilmiş malların onlara ayrılmış avtomaşınlara yüklənməsindən ibarətdir. Zərərçəkmiş şəxs MMC Şrilankadan ölkəyə idxal edilmiş hazır çayların satışını həyata keçirir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. O, işlədiyi müddətdə Təqsirləndirilən şəxs müəyyən məbləğdə satış pulunu mənimsədiyini bilir. Lakin sonuncunun konkret hansı məbləğdə pul mənimsədiyini bilmir. Təqsirləndirilən şəxs bir müddət işə gəlmədiyi üçün, sonuncuya ayrılmış avtomaşında 2022-ci ilin avqust ayında onun da, iştirakı ilə sayım aparılmış və avtomaşında 9772,84 manat dəyərində mal əksikliyi olması müəyyən olunmuşdur. Bununla bağlı akt tərtib olunmuş və o da, aktı imzalamışdır (cild 05, iş vər. 165-168). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onun malların nə qədər artıq, nə qədər əskik olmasında məlumatı olmamışdır. İbtidai istintaq zamanı ifadə verərkən ona qarşı heç bir təzyiq və təsir olunmamışdır. Avtomobilə sayım keçirilməsində ondan əlavə Elmin və Murad müəllimin iştirak etdiyini xatırlayır. İbtidai istintaq zamanı da malların sayından xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay 57 b ünvanında yerləşən “Dünya” şirniyyat mağazasında sahibkar kimi fəaliyyət göstərir. O, Zərərçəkmiş şəxs MMC-dən çay sifariş etmiş və sifariş gəldikdən sonra onlara qayimə vermişdir. O, hər zaman ödənişi nağd qaydada ödəmişdir. İlkinurdan sonra da iki dəfə şirkətin nümayəndəsi gəlmiş və onlardan da depozitsiz mal almışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs mənimsəmə cinayəti tərətməsi barədə sonradan məlumatı olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid20 ifadəsində bildirmişdir ki, Binəqədi rayonu, Sərdarov adına Poladtökmə zavodunun yaxınlığında yerləşən topdan satış mağazasında satıcı işləyir və Təqsirləndirilən şəxs oradan tanıyır. O, Zərərçəkmiş şəxs MMC-dən malı qeyri-rəsmi formada almışdır. Nə qədər satış olsa ona uyğun ödəniş olunması barədə həmin şirkətlə razılığa gəlmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, sonuncu dəfə Təqsirləndirilən şəxsla əlaqə saxlamışlar və malların satılmadığını bildirmişlər. Təqsirləndirilən şəxs gedib malları götürmüş və onlar ödəməli olduqları təxmini 30-40 manat məbləği həmin vaxt ödəmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Zərərçəkmiş şəxs MMC-nin malları ilə elə də çox satışları olmamışdır. O, malları satılmadığı üçün Təqsirləndirilən şəxs dəvət etmiş, və malları ona qaytardıqdan sonra qalıq borcu da ödəmişdir. Zərərçəkmiş şəxs MMC-nin əməkdaşları Təqsirləndirilən şəxs barəsində sonradan onlara müraciət etməmiş, ibtidai istintaq zamanı ifadə vermək üçün dəvət edilən zaman İlkinurun cinayət törətdiyini bilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Zərərçəkmiş şəxs MMC-də audit vəzifəsində işləmişdir. Hazırda həmin şirkətdə işləmir. Təqsirləndirilən şəxs həmin şirkətdə satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs övladı xəstəlikdən ölmüş və iyun ayının əvvəllərindən Təqsirləndirilən şəxs daimi işə gəlməmişdir. Avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs işə gəlmişdir. Avqust ayında audit kimi o, əraziyə çıxmalı olmuş və həmin vaxt bəzi fərqlər ortaya çıxmışdır. Fərqlər ortaya çıxdıqdan sonra o, şirkətə məlumat vermiş və müştərilərdə qeyd edilən borclarla onlarda qeyd edilən borclar arasında fərqlər olduğunu bildirmişdir. Bundan sonra ərazidə iştirak etməsi üçün Təqsirləndirilən şəxs özünə məlumat göndərilmişdir. İlkinurun özü ərazidə iştirak etmədikdə müştərilərlə bağlı ortaya böyük problemlər çıxmışdır. Bəzi müştərilərlə bağlı şübhəli borclar olmuşdur. Bu səbəbdən də İlkinurun iştirakı məcburi olmuşdur. O, şirkətə məlumat verdikdən sonra Təqsirləndirilən şəxsla əlaqə saxlanılıb-saxlanılmadığı barədə xəbərsiz olmuşdur. O, yoxladıqdan sonra başqa auditor da gəlmiş və ərazini yoxlamış, həmin yoxlamalar əsasında da Təqsirləndirilən şəxs barəsində istintaq başlamışdır. Bəzi müştərilər olmuşdur ki, yoxlamada İlkinurun özünün iştirakını tələb etmişdir. Üzləşmə bitdikdən sonra o, bəzi müştəriləri tapa bilməmiş və onları “tapılmadı” kimi qeyd etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ikinci audit yoxlamasından məlumatı olmamış, həmin ərəfədə o, işdən çıxmışdır. Ümumi olaraq 59-60 min manat kəsir çıxmış, yoxlamamın nəticəsi isə 51-52 min manat olmuşdur. Şərti müştərilərdə yaranmış problemlər çəki malları ilə bağlı olmuş, digər müştərilərlə bağlı problem ondan ibarət olmuşdur ki, müştərilər ödənişləri etmiş, amma onun qarşılığı kassada olmamışdır. o, tapa bildiyi müştərilərlə bağlı yoxlamalar aparıb dəftərində qeydlər etmiş, tapmadığı müştərilərlə bağlı isə araşdırılma aparılmasını qeyd etmişdir. Təqsirləndirilən şəxs avtomobili 1 aydan çox həyətdə qalmışdır. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsində o, Elmin və Rahim iştirak etmişlər. Avtomobildəki mallar sayılmış və anbarın ortasına boşaldılmışdır. Sayımdan sonra üzləşmə komputer vasitəsi ilə edilmişdir. Şirkət İlkinura avtomobildə sayım keçirilməsi ilə bağlı məktub göndərmişdir. Tapa bilmədikləri müştərilərdə qalan borclar araşdırılması üçün verilmiş, sonradan müstəqil audit yoxlamışdır. Əsas məbləği tapa bilmədikləri müştərilərlə bağlı borclar təşkil etmişdir. Təqsirləndirilən şəxs avtomobilində sayım keçirilməsində Murad müəllimin iştirak edib-etmədiyini xatırlamır. Sonuncu avtomobil sayımından sonra şəxsin anbardan götürdüyü mallarla satış qəbzləri və avtomobildə qalan mallar əsasında sayım həyata keçirilir. Saylarda fərq çıxan zaman onlar 2-3 dəfə sayım aparırlar. İlkinura gönderilən məktublardan birini səhv etmirsə o göndərmişdir. İlk vaxtlar müştərilərdə səhvlər çıxan zaman o, İlkinurla əlaqə saxlaya bilməmiş, Murad müəlllim İlkinurun atası ilə əlaqə saxlamış və atası onun gələcəyini bildirmiş, lakin İlkinur gəlməmişdir. Sayım bitdikdən sonra o İlkinurla görüşmüş, İlkinurun avtomobilinə oturmuş, hətta İlkinur onu evə kimi aparmışdır. Onlar İlkinurla söhbət etmişlər və İlkinur etdiklərini danışmışdır. İlkinur işlədiyi müddətdə “Elmar market Ələt” bağlı kimi qeyd edilmişdir. O, yoxlama keçirdikdən sonra müstəqil audit yoxlama keçirmişdir. 3 aydan bir olan sayımlarda ekspeditor iştirak edir. Son 3 aylıq sayımda İlkinura məlumat verilməsinə baxmayaraq sayımda iştirak etməmişdir. Arada işə gəlib-getməsi daxil olmaqla İlkinur 1 ay müddətində işdə olmamışdır. Həmin müddətdə İlkinurun avtomobili həyətdə olmuş, açarı isə İlkinurda olmuşdur. Həmin avtomobili şirkət işçisindən başqa heç kim aça bilməz. Onlar İlkinurun iştirakı olmadan onun avtomobilinə blomp vura bilməzlər. Sayımın keçirilməsi tarixi ilə bağlı İlkinura məlumat verilmişdir. Aktlaşmada sadəcə müsəssisənin işçiləri iştirak etmişdir. Sayım zamanı və aktlaşma zamanı çəkiliş aparılmamışdır. Avtomobil kameranın altında olmuş və avtomobilə başqa şəxsin girməyi mümkün olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, İlkinur Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində çalışmış, o özü də həmin şirkətdə işləmiş və İlkinurdan malların verilməsi üçün siyahı alırmış. Anbarda olan malları anbardan götürmüş, olmayanları isə o, təhvil vermişdir. İlkinur malların satışını həyata keçirdikdən sonları pulları ona verirmiş. İlkinur işə gəlmədiyi üçün həyətdə qalmış avtomobil boşaldılaraq sayılmış və nə əskiklik varsa onun adına qeyd olunmuşdur. O, avtomobilə sayım keçirilməsində iştirak etmiş və 9000-ə yaxın fərq aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, sistemdə marketləri o yaratmış, amma ərazidən xəbəri olmamışdır. Ərazidə yoxlama həyata keçirilən zaman bəzi marketlər tapılmamışdır. O, terminala müdaxilə edə bilər, amma müdaxilə etməmişdir, çünki təhvil verilən mallarla bağlı imzalar çəkilir. Müştərilər pulları şirkətə yox təmsilçiyə ödəyir. İlkinurun kassasına baxış keçirilən zaman ödənişlər görünür. Sayımda o, Murad müəllim, Fərid müəllim və fəhlə iştirak etmişdir. İlkinura məktub göndərilməsinə baxmayaraq sayımda iştirak etməmişdir. Sayımda kənar şəxs iştirak etməmiş və çəkiliş aparılmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla eyni vəzifədə işləmişlər. Hazırda da ekspeditor vəzifəsində işləyir. İbtidai istintaq zamanl verilən suallara uyğun cavablar vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Fərid müəllimlə təhvil-təslimə çıxılmış, marketlərdəki əskiklər silinmiş və müştərilərdə olan borclar təhvil verilmişdir. Məbləğləri dəqiq xatırlamır. Çatışmazlıqlarla bağlı aktlar tərtib olunmuşdur. Həmin aktlardakı imzalar ona məxsusdur. Müştərilərdə olan borclar ona təhvil verilmişdir. Nə qədər pul çatışmazlığı olduğunu xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, o, ticarətlə məşğuldur və onun ərzaq mağazası var. Təqsirləndirilən şəxs ekspeditor kimi tanımış və ondan Saro çayları almışdır. Onlara gələn qayimələrin hamısı sistemə işlənir və ödənişlər çıxılır. Şirkət tərəfindən gəlib borclar yoxlanılan zaman fərqlər çıxmış, sonradan araşdırılmış və müəyyən olunmuşdur ki, onların adına mal yazılıb, amma mal gəlməyib. Onların marketinin adı “Taygadır”. Onların Zərərçəkmiş şəxs MMC-ə borcları olmuş, amma nə qədər borcları olduğunu xatırlamır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, mühasib vəzifəsində işləyir. Ödənişlərin hamısı köçürmə vasitəsi ilə Zərərçəkmiş şəxs MMC-ə köçürülmüşdür. Onların adına mal yazılmış, amma təhvil verilməmişdir. Malı təhvil verən ekspeditorlar imza çəkir, amma şirkət malın tehvil verilməsini sübut edə bilməmişdir. Onların sifarişlərini ya onun özü, ya da anbardan sifariş edirmiş. Onların mağazası Dərnəgüldə yerləşir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, o, Müşfiqabadda “Tur” adlı marketdə sahibkardır. Təqsirləndirilən şəxs şəxsən tanımır, onu görməmişdir. Zərərçəkmiş şəxs MMC-nin auditoru yoxlanış üçün gələn zaman mühasib onunla əlaqə saxlamış və ödəmələrdə fərq olduğunu bildirmişdir. O, mühasibə bildirmişdir ki, özlərində olan məbləğə imza çəksin. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ödəmələr arasında nə qədər fərq olduğunu xatırlamır. Məbləği xatırlamır, amma az məbləğ olduğunu bilir. Təqsirləndirilən şəxs az müddətdə onlarla əməkdaşlıq etmişdir. Təqsirləndirilən şəxs əlbə-əl ödəniş olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsgilin şirkətindən mal almışlar. Şirkət mal verildikdən müəyyən müddət keçdikdən sonra gəlib pulu almışlar. Audit gəlmiş, yoxlama keçirilmiş və nəticədə 258,56 manat fərq yaranmışdır. Həmin borca əvvəlki ekspeditordan qalan borc da daxil olmuşdur. Bundan sonra onlar imza çəkmiş və şirkətin nümayəndələri getmişdir. Ətraflı heç bir yoxlama aparılmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, İlkinurdan şəxsən mal almamış, ona əlbə-əl pul vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu, Məmmədli kəndində yerləşən “CC” market adlı ərzaq mağazasını işlədir. Təqsirləndirilən şəxs ekspeditor kimi onlara mal vermişdir. Audit vaxtında gəlib yoxlaşın həyata keçirsə fərqlər olmazdı. Onlar aldıqları malların ödənişini nağd şəkildə ödəmiş, şirkətə heç bir zaman borcları olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, “Şərur Topdan” adlı ərzaq mağazasını işlədir. Onlar Zərərçəkmiş şəxs MMC ilə işləmiş və ödənişləri nağd etmişlər. Daha sonra audit gəlmiş və 1000 manatlıq borc çıxmış, o isə 200-300 manatlıq malları olduğunu bildirmişdir. Daha sonra şirkət mallarl onlardan götürmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, o, “Seyid topdan” adlı marketdə işləyir. Zərərçəkmiş şəxs MMC ilə işləmiş və hazırda da işləyirlər. Onlar həmin şirkətlə nağdsız qaydada işləyir. Audit yoxlaması zamanı problemlər yaranmışdır. Fərq yaranmış məbləği hazırda dəqiq xatırlamır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, o, “Yurd market”in işçisi olmuşdur. Təqsirləndirilən şəxs bir dəfə ekspeditor kimi onların marketinə gəlmiş, bir dəfə isə bölgə müdiri ilə gəlmişdir. Onlar SARO TEA MMC ilə nağdsız şəkildə alış-veriş etmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, İlkinur onlara bir dəfə mal vermiş və onlardan qayimə tələb etmişdir. Daha sonra İlkinur bölgə müdiri ilə gəlmiş və malları geri qaytarmışdır. O, malları almış, saxlamış, amma pul ödəməmiş, sonradan malları şirkət geri qaytarmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid18 Nürəddin oğlu ifadəsində bildirmişdir ki, o, “Elmar market” adlı ərzaq mağazasında işləmişdir. Təqsirləndirilən şəxs tanımır, əvvəllər onu görməmişdir. Zərərçəkmiş şəxs MMC ilə onlarda mağazanın əməkdaşı işləmiş və mağaza başlandıqdan sonra mallar firmalara təhvil verilmişdir. Yekunda fırmaların borcları olan siyahı onlara təqdim edilmişdir. Şirkətin əməkdaşı gəlib borcları yoxlayan zaman müəyyən olunmuşdur ki, həmin şirkətin adı siyahıda yoxdur. O, mağaza müdirindən soruşan zaman mağaza müdiri malların təhvil verildiyini və sıfırlandığını bidirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid19 ifadəsində bildirmişdir ki, o, “X24” MMC-də işləyir. Onlar Zərərçəkmiş şəxs MMC ilə əməkdaşlıq etmişlər və onlardan mal almışlar. Şirkətin auditi yoxlaşın üçün gələn zaman 700 manat fərq yaranmışdır. Yoxlamadan əvvəl onları malları İlkinura təhvil vermişlər, amma İlkinur malları şirkətə təhvil verməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, onları pulu əlbə-əl deyil, köçürmə vasitəsi ilə ödəmişlər. Program vasitəsi ilə onlar malların qaytarılma siyahısını çıxarır, audit gələn zaman həm qayimələr, həm də malla təhvil verilir. Auditin dediyinə görə şirkətə heç bir mal təhvil olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Onlarda depozit olmamışdır. Mal təhvil verilən zaman deyil, həmin mallar satıldıqdan sonra ödəniş olunur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid23 ifadəsində bildirmişdir ki, o, “Park market” adlı ərzaq mağazasında işləyir. Zərərçəkmiş şəxs MMCdən nağd şəkildə malları almışdır. Şirkətin nümayəndəsi gəlib yoxlama keçirən zaman fərqlər yaranmışdır. 190 manat çatışmazlıq yaranması onun problemi deyil. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, həmin mağazanın sahibkarı deyil, etibarnamə ilə mağazanı idarə etmişdir. Üzləşmə zamanı yaranmış borcun məbləğini dəqiq xatırlamır, ibtidai istintaq zamanı qalıq borcu qeyd etmişdir. O, ödənişləri İlkinura nağd şəkildə ödəmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid8 oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Binəqədi rayonu, 2-ci mədən, korpus 87 ünvanında yerləşən ərzaq və gündəlik təlabat mağazasını atası Şahin Babayev və tanışları Elxan Mustafayev birlikdə işlədirlər. Sahibkar kimi VÖEN Elxan Mustafayevin adınadır. Mağaza “TS Şahin" market adlanır, topdan və pərakəndə satış həyata keçirir, təxminən 12-13 ildir fəaliyyat göstərir. Mağazada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edilir. Həmin firmalardan biri də Zərərçəkmiş şəxs MMC-dir. Zərərçəkmiş şəxs MMC müxtəlif həcmdə, qablaşdırmada eyni adlı çayların satışını həyata keçirir. Zərərçəkmiş şəxs MMC-dən hazırda da mal alırlar. “SARO TEA" MMC- dən malları nağd formada alırlar, satış təmsilçisi malı gətirdikdə elə yerincədə malın pulunu sonuncuya verirlər. Mağazaya gələn mallar malqəbuledici tərəfindən qəbul edilir, llkinur Cahangirov 2SARO TEA” MMC-də satış təmsilçisi olmuşdur. Zərərçəkmiş şəxs MMC-nin müəyyən etdiyi qaydalara əsasən, llkinur Cahangirov mağazaya gələrək onlardan sifarişləri götürmüş və sifariş verdiyləri malları dərhal yerindəcə onlara vermişdir. Malları satış fakturaları əsasında qəbul etmişlər. Malı qəbul etdikdən sonra elə yerindəcə malın pulunu llkinura əlbəəl vermişlər. Ümumiyyətlə onlar Zərərçəkmiş şəxs MMC ilə həm indi, həmdə əvvəllər bu qaydada işləmiş, aldığları malın pulunu dərhal satış təmsilçisinə vermişlər. Zərərçəkmiş şəxs MMC-dən malları nağd almışlar. Təqsirləndirilən şəxs onlara satdığı malları pulunu yalnız sonuncunun özünə vermişlər. Ümumiyyətlə Zərərçəkmiş şəxs MMCdən malları fakturada qeyd olunan qiymətə almışlar. MMC-nin hər hansı bir satış təmsilçisi “TS Şahin” marketə satılmış mallara görə fakturada göstəriləndən əlavə heç vaxt endirim etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs da, malları satış fakturasında göstərilən qiymətlərə almışlar, sonuncu tərəfindən mağazaya fakturadan kənar hər hansı bir endirim edilməmişdir, llkinur Cahangirov ona Zərərçəkmiş şəxs MMC-nin mallarını MMC müəyyən etdiyi qiymətə satmışdır. O, l.Cahangirovdan malları nağd almış, sonuncu hər dəfə ona mal satdıqda dərhal satış pulunu llkinura vermişdir. 2022-ci ilin avqust ayında MMC-nin əməkdaşı və yeni satış təmsilçisi marketə gələrək təhvil təslim aparmış və həmin tarixə marketin MMC-yə borcu 148,74 manat olmuşdur. Həmin məbləğ mağazada olan depozit məbləğidir. Təhvil-təslim zamanı akt tərtib olunmuş və o, aktı imzalamaqla MMC-yə 148,74 manat borcu olduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs onlardan aldığı 106,83 manat satış pulunu MMC-nin kassasına ödəməmişdir. Buna görə də, “TS Şahin” market üzrə sonuncunun hesabında çatışmazlıq yaranmışdır. (cild 06, iş vər. 32-36). Məhkəmə istintaqı zamanı Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Habil market” adlı ərzaq mağazasını 2020- ci ildən icarə əsasında işlədir. Mağaza ərzaq və gündəlik təlabat mallarının satışını həyata- keçirir. Mağazada olan malların İdxalı üçün bir çox firmalarla əməkdaşlıq edilir. Həmin firmalardan biri də “SARO TEA" MMC-dir. O, hər ay Zərərçəkmiş şəxs MMC-dən 300, 500, 700 manat dəyərində mal almışdır. MMC tərəfindən endirim edilmədikdə və ya hədiyyə kompaniyası olmaqdıqda isə aylıq daha az, təxminən 150-200 manat məbləğində mal almışdır. "SARO TEA” MMC müxtəlif həcmdə, qablaşdırmada eyni adlı çayların satışını həyata keçirir, llkinur Cahangirovu tanıyır, sonuncu Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs MMC-nin müəyyən etdiyi qaydalara əsasən, satış təmsilçisi Təqsirləndirilən şəxs mağazaya gələrək ondan sifarişləri götürmüş və sifariş verdiyi malları dərhal ona vermişdir. Təqsirləndirilən şəxs “isti satış” həyata keçirmiş, yəni mallar llkinurun özünə ayrılmış avtomaşında olduğu üçün sonuncu sifarişləri ona dərhal, yerindəcə vermişdir. O, malları satış fakturasını imzalamaqla qəbul etmiş, həmçinin satış fakturasını llkinur da imzalamışdır. Satış fakturasının bir nüsxəsini Təqsirləndirilən şəxs ona vermişdir. O, mah qəbul etdikdən sonra elə yerindəcə malın pulunu llkinura əlbəəl vermişdir. Yəni malları llkinurdan nisyə deyil, nağd almışdır. Həmçinin Zərərçəkmiş şəxs MMC-dən aldığı mallara görə köçürmə yolu ilə heç vaxt ödəniş etməmiş, ödənişləri yalnız satış təmsilçisinə əlbəəl vermişdir. О, Təqsirləndirilən şəxs mağazaya satdığı malların pulunu yalnız sonuncunun özünə vermişdir. Təqsirləndirilən şəxs pul verərkən o, mağazada olan qeydiyyat vərəqində llkinura pulu qəbul etməsi ilə bağlı imza çəkdirmişdir. Sonradan həmin qeydiyyat vərəqlərini hər ay sonunda atmışdır. Təqsirləndirilən şəxs malları ona MMC-nin müəyyən etdiyi qiymətə satmış, fakturadan kənar hər hansı bir endirim etməmiş, həmçinin fakturadan əlavə hədiyyə qismində mal verməmişdir. Bəzi vaxtlarda Təqsirləndirilən şəxs aldığı malların bir hissəsini satışdan geri qaytarmış və bu zaman həmin malları MMC heç bir problem yaratmadan qəbul etmişdir. 2022-ci ilin sentaybr ayında Zərərçəkmiş şəxs MMC-nin əməkdaşı mağazaya gələrək təhvil-təslim aparmış və həmin vaxt onun MMC-yə borcu cəmi 511 manat olmuşdur. Həmin məbləğ depozit məbləğidir və həmişə borc kimi qalmaqdadır. Belə ki, mağazada Zərərçəkmiş şəxs MMC-nin həmişə 511 manat dəyərində malı saxlanılır. Təhvil-təslim zamanı akt tərtib olunmuş və o, aktı imzalamaqla MMC-yə olan 511 manat borcunu təsdiq etmişdir. O, 645,81 manat satış pulunu llkinur Cahangirova əlbəəl vermişdir. Çox güman ki, Təqsirləndirilən şəxs ondan aldığı satış pullarının 645,81 manatını MMC-nin kassasına mədaxil etməmişdir (cild 06, iş vər. 96-100). Məhkəmə istintaqı zamanı Şahid22 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Bakı şəhəri, 7-ci mkrda yerləşən “Sənan market” adlı ərzaq mağazasını 2008-ci ildən işlədir. Mağazada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edilir. Həmin firmalardan biri də “SARO TEA" MMC-dir. “SARO TEA" MMC müxtəlif həcmdə, qablaşdırmada eyni adlı çayların satışını həyata keçirir. O, “SARO TEA" MMC-dən hazırda da mal alır. Zərərçəkmiş şəxs MMC-dən mallar nağd formada alınmış, satış təmsilçisi malı gətirdikdə elə yerindəcə malın pulu sonuncuya verilmişdir. Təqsirləndirilən şəxs xatırlamır. Mağazaya çox sayda firmanın satış təmsilçiləri gəldiyi üçün o, sonuncuların simalarını, adlarını yadda saxmaqda çətinlik çəkir. О, Təqsirləndirilən şəxs və sonrakı satış təmsilçisindən malları nağd almışdır. Ümumiyyətlə “SARO TEA" MMC-dən malları fakturada qeyd olunan qiymətə almışdır. MMC-nin hər hansı bir satış təmsilçisi mağazaya satılmış mallara görə fakturada göstəriləndən əlavə heç vaxt hər hansı bir endirim etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs da, malları satış fakturasında göstərilən qiymətlərə almış, sonuncu tərəfindən ona fakturadan kənar hər hansı bir endirim edilməmişdir. О, Təqsirləndirilən şəxs malları nağd almış, sonuncu hər dəfə ona mal satdıqda dərhal malın pulunu llkinurun özünə vermişdir. 2022-ci ilin avqust ayında MMC-nin əməkdaşı və yeni satış təmsilçisi marketə gələrək təhvil təslim aparmış və həmin tarixə marketin MMC-yə borcu 66,68 manat olmuşdur. Həmin vaxt akt tərtib olunmuş və o, aktı imzalamaqla MMC-yə 66,68 manat borcu olduğunu təsdiq etmişdir.Şahid22 О, Təqsirləndirilən şəxs hesabında yaranmış 97,39 manat məbləğində satış pulu çatışmazlığı ilə bağlı ifadəsində göstərmişdir ki, 97,39 manat satış pulu llkinura verilmişdir. Çoxgümanki Təqsirləndirilən şəxs, həmin məbləği MMC-nin kassasına ödəməmişdir (cild 06, iş vər. 101-104). Məhkəmə istintaqı zamanı Şahid17 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən “Murad market” adlı mağazasında təxminən 5-6 ildir ki, operator vəzifəsində işləyir. Mağaza ərzaq və gündəlik tələbat mallarının satışını həyata keçirir. X13 adlı sahibkara məxsusdur. Operator kimi onun vəzifələri marketin sifarişləri əsasında mağazaya gələn malların qəbul edilməsi, firmaların nümayəndələrinə sifarişlərin verilməsi, firmalarla olan borcların hesablanması, uçotunun aparılmasından ibarətdir. Mağazada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edilir. Həmin firmalardan biri də “SARO TEA" MMC olmuşdur. Zərərçəkmiş şəxs MMC-dən müxtəlif həcmdə, qablaşdırmada çay almışlar. "SARO TEA” MMC-dən hazırda mal almırlar. Şahid17 ifadəsində həmçinin göstərmişdir ki, llkinur Cahangirovu tanıyıra sonuncu "SARO TEA” MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs MMC- nin müəyyən etdiyi qaydalara əsasən, llkinur Cahangirov mağazaya gələrək əvvəlcə ondan sifarişləri götürmüş və sifariş verdiyi malları dərhal ona vermişdir. Çünki Təqsirləndirilən şəxs "isti satış" həyata keçirdiyi üçün satdığı mallar özünə ayrılmış avtomaşında olmuşdur. O, malları satış fakturaları əsasında qəbul etmiş və bu zaman satış fakturalarını imzalamışdır. Mallar llkinurdan əsasən nağd alınmış, yəni mah qəbul etdikdən dərhal sonra satış pulu llkinura yerindəcə əlbəəl verilmişdir. Bəzi vaxtlarda isə malı nisyə alıb, ay ərzində həmin malın pulunu llkinura əlbəəl vermişlər. Satış təmsilçilərinə satış pullarının verilməsini mağazanın kassiri Fəridə xanım həyata keçirmişdir. 1.Cahangirovdan alınmış malların pulu yalnız İlkinurun özünə verilmişdir, llkinurdan aldıqları mallara görə MMC-nin bank hesabına köçürmə yolu ilə heç vaxt pul ödəməmişlər. Təqsirləndirilən şəxs işdən çıxarıldıqdan sonra artıq MMC ilə köçürmə yolu ilə işləməyə başlamışlar və hazırda da, satış pullarını MMC-nin bank hesabına köçürürlər. Ümumiyyətlə Zərərçəkmiş şəxs MMC-dən malları həmişə fakturada qeyd olunan qiymətə almışlar. [.Cahangirovdan da, malları satış fakturasında göstərilən qiymətə almışlar, sonuncu tərəfindən “Murad" marketə fakturadan kənar hər hansı bir endirim edilməmişdir. 2022-ci ilin sentyabr ayının ilk günlərində “SARO TEA" MMC-nin əməkdaşı və yeni satış təmsilçisi olan xanım mağazaya gələrək təhvil təslim aparmış və təhvil-təslimin aparıldığı tarixə "xxxx" marketin Təqsirləndirilən şəxs alınmış mallara görə MMC-yə borcu 259,46 manat olmuşdur. Təhvil-təslim zamanı akt tərtib olunmuş və o, aktı imzalamaqda marketin MMC-yə olan 259,46 manat borcunu təsdiq etmişdir. Şahid17 Təqsirləndirilən şəxs “Murad market" üzrə hesabında yaranmış 533,59 manat satış pulu çatışmazlığı ilə bağlı ifadəsində göstərmişdir ki, llkinur onlardan aldığı ümumilikdə 533,59 manat satış pulunu MMC-nin kassasına mədaxil etməmişdir. Buna görə də, İ. Cahangirovun hesabında “Murad market” üzrə həmin məbləğdə çatışmazlıq yaranmışdır (cild 06, iş vər. 113-117). Məhkəmə istintaqı zamanı Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Salatın Əsgərova küçəsində yerləşən “Ordubad quru meyvələri” adlı mağazanı təxminən bir il əvvəllə kimi işlətmiş, sahibkar kimi VÖEN öz adına olmuşdur. Həmin mağaza çərəz, quru meyvə, şirniyyat və çay satışını həyata keçirmişdir. Mağazada olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edilmişdir. Həmin firmalardan biri də Zərərçəkmiş şəxs MMC olmuşdur. Zərərçəkmiş şəxs MMC-dən müxtəlif həcmdə, qablaşdırmada çay almışdır. O, mağazaya gələn malları həmişə özü qəbul etmiş, həmçinin mal aldığı firmaların nümayəndələrinə, satış təmsilçilərinə satış pulları da, həmişə özü vermişdir. Təqsirləndirilən şəxs tanıyır, sonuncu Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs MMC-nin müəyyən etdiyi qaydalara əsasən, Təqsirləndirilən şəxs mağazaya gələrək ondan sifarişləri götürmüş və sifariş verdiyi malları dərhal yerindəcə ona vermişdir. Çünki sonuncu “isti satış” həyata keçirmiş və satdığı mallar özünə ayrılmış avtomaşında olmuşdur. O, malları satış fakturaları əsasında qəbul etmiş və bu zaman satış fakturalarını imzalamışdır. Malları llkinurdan nisyə almış və aldığı malın pulunu mal satıldıqca llkinurun özünə əlbəəl vermişdir. Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs MMC-nin hər hansı bir əməkdaşına satış pulu verməmişdir. O, Təqsirləndirilən şəxs ona satdığı Zərərçəkmiş şəxs MMC-nin çay məhsullarının pulunu llkinurun özünə əlbəəl ödəmiş, aldığı mallara görə MMC-nin hesabına köçürmə yolu ilə heç vaxt ödəniş etməmişdir. Təqsirləndirilən şəxs malları satış fakturasında göstərilən qiymətə almış, sonuncu tərəfindən onun mağazasına fakturadan kənar hər hansı bir endirim edilməmişdir. 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs MMC- nin əməkdaşı mağaya gələrək təhvil təslim aparmış və təhvil-təslimin aparıldığı tarixə onun MMC-yə borcu olmamışdır. Təhvil-təslim zamanı akt tərtib olunmuş və o, aktı imzalamaqda MMCyə borcu olmadığını təsdiq etmişdir. Aliman Hüseynbov (Təqsirləndirilən şəxs hesabında yaranmış 1273,40 manat satış pulu çatışmazlığı ilə bağlı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 1273,40 manat satış pulunu MMC-nin kassasına mədaxil etməmişdir. Buna görə də, İlkinurun hesabında onun mağazası üzrə çatışmazlıq yaranmışdır (cild 06, iş vər. 118-122). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, "xxxx" MMC-nin baş direktoru Nümayəndə1 yazılı ərizə ilə Abşeron rayon prokurorluğuna müraciət edərək "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs işlədiyi müddətdə şirkətdən müxtəlif məbləğdə malları götürüb təhkim edilmiş mağazalara təhvil verib satılan malların pullarını alıb MMC-nin kassasına mədaxil etməməsi və bunun nəticəsində MMCyə külli miqdarda ziyan dəyməsi ilə bağlı məlumat vermiş və baş verən bu hadisə ilə bağlı hüquqi tədbirlərin görülməsini xahiş etmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan 18 mart 2023-cü il tarixli “Müstəqil auditor hesabatı”ndan görünür ki, "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləmiş X4 öhdəsində olan pul vəsaitlərində və mallarda ümumi kənarlaşma və çatışmayan pul məbləği 52763,43 (əlli iki min yeddi yüz altmış üç manat qırx üç qəpik) manat təşkil edir. Həmin hesabatın təsviri hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs öhdəsində olan məbləğ 67266,11 manat olmuş, həmin məbləğdən müştərilər tərəfindən təsdiq edilmiş borclar 25221,95 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs öhdəsində olan malda 42044,16 manat məbləğində kənarlaşma vardır. Eyni zamanda 29 avqust 2022-ci il tarixə olan üzləşməyə görə Təqsirləndirilən şəxs öhdəsində olan məhsullarda 9772,84 manat kənarlaşma müəyyən edilmişdir (burda özündə rezerv kimi qalan və müştərilərə təqdim edilməyən mallar nəzərdə tutulur). Bundan başqa Təqsirləndirilən şəxs əvvəlki dövrdə olan qalıq sayımında (xx.xx.2022-ci il tarixə) 946,43 manat məbləğində kənarlaşma olmuşdur (cild 01, iş vər. 07-15). Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, “SARO TEA" Məhdud Məsuliyyətli Cəmiyyət xx.xx.2019-cu tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq ********** saylı VÖEN verilmişdir. MMC-nin hüquqi ünvanı ünvan 7lçisi Nümayəndə1dur (cild 01, iş vər. 20-21). Cinayət işinin materiallarında olan “SARO TEA" MMC-nin direktoru Salam Dadaşov tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 23/09-19-01 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cəmiyyətdə sürücü vəzifəsinə təyin edilmişdir (cild 01, iş vər. 23). Cinayət işinin materiallarında olan “SARO TEA" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X16 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2019- cu il tarixli əmək müqaviləsindən görünür ki, Cahangirov llkinur İlkin oğlu həmin tarixdən Zərərçəkmiş şəxs MMC-də sürücü vəzifəsinə işə qəbul edilmiş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır (cild 01, iş vər. 24-31). Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs (işçi) ilə Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyət (işəgötürən) arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, müqavilə üzrə Təqsirləndirilən şəxs vəzifəsi sürücü olmuş, əmək müqaviləsi üzrə iş yeri əsas iş yeri olmuş, müqavilə müddətli olmuşdur (cild 01, iş vər. 32). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs baş direktoru X16 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2019- cu il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Təqsirləndirilən şəxs ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübariz olmaq, müəssisənin rəhbərliyinə vaxtlıvaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək, ona etibar edilmiş invertarların, məhsulların, görüləcək işlərin dəqiq uçotunu aparmaq, ona etibar edilmiş maddi sərvətlərin, məhsulların, avadanlıqların inventarizasiyasında iştirak etmək və tam maddi məsuliyyət haqqında müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirmək vəzifələrini öhdəsinə götürmüşdür (cild 01, iş vər. 35-38). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Təqsirləndirilən şəxs (işçi) ilə Zərərçəkmiş şəxs MMC arasında (işəgötürən) bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməklə Təqsirləndirilən şəxs müqavilə üzrə vəzifəsi MMC-də satış təmsilçisi olmuşdur (cild 01, iş vər. 61). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin baş direktoru Nümayəndə1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 09-09-22/01 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verimişdir (cild 01, iş vər. 67). Cinayət işinin materiallarında olan MMC-nin Auditoru Şahid1, Baş direktor müavini Şahid2, satış təmsilçisi Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs Saro Tea MMC-ə 676.98 (altı yüz yetmiş altı manat, 98 qəpik) manat borcu var (cild 01, iş vər. 68). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin auditi Şahid1, satış təmsilçisi Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Üzləşmə aktından görünür ki, həqiqətən satış təmsilçisi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-dən satıb pulunu ödəmək şərti ilə 76.916 manat məbləğində malı qəbul etmiş və hal-hazır ki tarixədək Zərərçəkmiş şəxs MMC-ə ödəməmişdir (cild 01, iş vər. 72). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin Baş direktoru Nümayəndə1, Baş direktor müavini Şahid2, auditor Şahid1, satış təmsilçisi X6, fəhlə Şahid4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə satış təmsilçisi Təqsirləndirilən şəxs təhkim olunmuş **-LP-*** DQN-lı yük avtomobilinin anbarında təhvil-təslim edilən zaman 9772.84 AZN miqdarında mal çatışmazlığı qeydə alınmışdır (cild 01, iş vər. 99). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan və digər sənədlərdən görünür ki, xx.xx.2022-cil tarixə uçot üzrə Təqsirləndirilən şəxs avtomaşınında (öhdəsində) 16065,10 manatlıq mal qalığı olmalı imiş. Təqsirləndirilən şəxs təhkim olunmuş avtomaşında faktiki qalığı yoxlanılarkən xx.xx.2022-ci il tarixə faktiki mal qalığının 6292,26 manat olması müəyyən olunmuşdur. Beləliklə, xx.xx.2022-ci il tarixdə satış təmsilçisi Təqsirləndirilən şəxs təhkim olunmuş **-LP-*** d.q.n.-lı yük avtomobilinin anbarında təhvil-təslim edilən zaman 9772,84 AZN (16065,10-6292,26) miqdarında mal çatışmazlığı qeydə alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs cari hesabında xx.xx.2022-ci il tarixdə avtomaşında mal qalığının sayımı nəticəsində 946.43 manat çatışmazlıq qalmışdır (cild 04, iş vər. 116). Cinayət işinin materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 22 may 2023-cü il tarixli 9/3509 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hesabı üzrə yaranmış çatışmazlıq 52763,43 manat məbləğində müəyyən olunmuşdur (cild 05, iş vər. 152-159). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 283147/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına hər hansı nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır (cild 05, iş vər. 200). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yayında ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-21- 3-02/2-9290/2023 nömrəli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ərazi idarələrində mövcüd arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına Sabirabad rayonu, Qarağac kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,03 ha və 0,42 ha həyətyanı torpaq sahələri qeydiyyata alınmışdır (cild 05, iş vər. 218). Cinayət işinin materiallarında olan “SARO TEA" MMC tərəfindən təqdim olunmuş 19 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə vurulan 52763,43 AZN məbləğində ziyandan onun atası İlkin Cahangirov tərəfindən MMC-nin kassasına xx.xx.2023-cü il tarixdə 2500 AZN, xx.xx.2023-cü il tarixdə 500 AZN, xx.xx.2023-cü il tarixdə 500 AZN, xx.xx.2023-cü il tarixdə 500 AZN olmaqla, ümumilikdə 4000 AZN məbləğində ödəniş edilmişdir (cild 06, iş vər. 131). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsndə təmsilçisi vəzifəsində işləyərkən, vəzifəli şəxs kimi informasiya resurslarına taman niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talaması onun vahid qəsdi ilə tam əhatə olunduğundan, barəsində CM-in 179.2.2-ci (mənimsəmə və ya israf etmə tekrar törədildikdə) maddəsi ilə cinayət təqibinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs ekspeditor vəzifəsində işlədiyi "xxxx" MMC-yə məxsus külli miqdarda əmlakı mənimsəmə və israf etmə yolu ilə talamasında digər şəxslərin iştirakları müəyyən edilmədiyindən, həmin xüsusatla bağlı CM-in 179.2.1-ci (mənimsəmə və ya israf etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (cild 06, iş vər. 132-154). Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs son sayımdan sonra (xx.xx.2022) anbardan təhvil aldığı və anbara təhvil verilən malların siyahısından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən sonra "xxxx" MMC-nin anbarından 13031 qutu mal təhvil almış, son sayımdan sonra kassaya toplam 48987,22 manat pul ödəmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli məktubun və poçt qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ona təhkim olunmuş və MMC-nin anbarında olan **-LP-*** DQN yük avtomobilinə baxış keçirilməsində iştirak etməsi üçün məlumat verilməsi barədə məktub poçt vasitəsi ilə ona ünvanlanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon qurğularında olan “Watsapp” proqramı yazışmasının surətindən görünür ki, "xxxx" MMC-nin əməkdaşları ilə Təqsirləndirilən şəxs istifadəsində olan MMC-yə məxsus ***-***-**-** nömrəsi arasında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ona təhkim olunmuş və MMC-nin anbarında olan **-LP-*** DQN yük avtomobilinə baxış keçirilməsində iştirak etməsi ilə bağlı yazışmalar olmuşdur. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 179.1-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama cinayət əməli sayılır və həmin əmələ görə şəxs min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 179.3.2-ci maddəsi ilə o zaman cinayət məsuliyyəti yaranır ki, şəxs sözügedən talama cinayətini külli miqdarda ziyan vurmaqla törətmiş olur. CM-in 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Həmin qərarın 31-ci bəndində həmçinin göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Bundan əlavə, vəzifəli şəxs tərəfindən tamah və ya sair şəxsi niyyətlərlə rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi - vəzifə saxtakarlığı sayılır, həmin əməl CM-in 313-cü maddəsi ilə məsuliyyətə səbəb olmaqla həmin cinayəti törətmiş şəxs isə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanmaqla ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən CM-nin 179.3.2 və 313-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin mübahisələndirdiyi əsas məsələ Təqsirləndirilən şəxs iştirakı olmadan ona təhkim olunmuş yük avtomobildə sayımın həyata keçirilməsi və bunun nəticəsində aşkar olunan çatışmazlığın məbləği olmuşdur. Belə ki, müdafiə tərəfi həmin məbləğin əslində daha az məbləğdə olduğunu iddia etmişdir. Çünki təqsirləndirilən şəxs hesab etmişdir ki, ümumiyyətlə şirkətdən ona o miqdarda mal təhvil verilməmişdir. Müdafiə tərəfin qeyd etdiyi məsələyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs yazılmış xx.xx.2022-ci il tarixli məktubdan və “Watsapp” yazışmalarından da görünür ki, Zərərçəkmiş şəxs MMC-nin məhsul anbarında olub, Təqsirləndirilən şəxs təhkim olunmuş **-LP-*** DQN yük avtomobilinə xx.xx.2022-ci il tarixdə baxış keçirilməsindən Təqsirləndirilən şəxs xəbəri olmuş, hətta iştirak etmək istəmədiyini həmin yazışmalarda qeyd etmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə əsasən müdafiə tərəfin qeyd etdiyi xüsusatlar həmin yük avtomobilinə baxış keçirilməsi nəticəsində tərtib olunan aktın etibarsızlığına səbəb olan hal kimi qəbul oluna bilməz. İş üzrə Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxs Təqsirləndirilən şəxsla bir şirkətdə işləmiş, həmin şəxslər bir-birilərini yaxşı tanımışlar. Ona görə də, məhkəmə kollegiyası həmin şahidin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan hesab edir. Bu baxımdan Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsinin iş materialları ilə üstüstə düşüb biri digərini tamalayan sübutlarla eyniyyət təşkil etdiyi, ibtidai istintaq zamanı heç bir təsir və təzyiq altında qalmadan həmin ifadəni verməsini əsas götürərək təqsirləndirilən şəxsə elan ollunan ittihamın əsasına məhz şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi və ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X5 adında bir oğlan uşağı doğulmuş, lakin qaraciyət çatışmazlığı xəstəliyi səbəbindən qısa müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 05, iş vər. 201). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs vurulmuş ziyandan qismən ödəniş etməsini CM-nin 59.1.14-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailə qurduqdan uzun müddət sonra uşaq sahibi olmasını və həmin uşağı çox erkən itirməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsi ilə irəli sürülün ittiham üzrə CM-in 75-ci maddəsinə əsasən cəlb etmə müddəti keçdiyindən, həmin maddə ilə ona cəza təyin edilməməlidir. Belə ki, qeyd edilən cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir və CM-in 75-ci maddəsinə əsasən həmin cinayətlər üzrə onların törədildiyi gündən hökm qəbul edilib qanuni qüvvəsini alandək iki il müddət keçdikdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş sayılır və belə olan halda həmin şəxsə qeyd edilən cinayət əməli üzrə cəza təyin edilə bilməz. Hazırkı iş üzrə ona qeyd edilən maddənin tələbləri tətbiq edilməli və təqsirli bilindiyi CM-nin 313-cü maddəsi ilə ona cəza təyin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, mənimsədiyi pulu övladının müalicəsi üçün istifadə etməsini, övladını çox erkən itirdiyi üçün ağır travmalar almasını, cinayət nəticəsində müəyyən olunmuş mənimsədiyi və zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyanın məbləğinin 52763,43 manat olmaqla, cinayət qanunvericiliyi ilə müəyyən olunmuş külli miqdarda ziyan vurma məbləğindən az miqdarda artıq olmasını və həmin ziyandan bir qismini qaytarmasını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin (CM-in 179.3.2-ci maddəsinin) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddində cəza təyin edilərək islah olunmasını mümkün sayaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cinayət işinin materiallarında olan “İttiham elan edilməsi üçün şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 05, iş vər. 224). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 06, iş vərəqi 28-31). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli 13 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs MMC tərəfindən qaldırılan mülki iddiaya münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət işinin materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs MMC mülki iddia qaldıraraq 44763,43 (qırx dörd min yeddi yüz altmış üç manat qırx üç qəpik) manat maddi ziyanın və 224,30 manat (iki yüz iyirmi dörd manat otuz qəpik) ödənilmiş dövlət rüsumunun, ümumilikdə 44987,73 manat (qırx dörd min doqquz yüz səksən yeddi manat yetmiş üç qəpik) məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq onlara ödəniməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır: Azərbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Hazırkı cinayət işi üzrə qeyd edilən cinayət əməlinin Təqsirləndirilən şəxs təqsirli olaraq törətməsi sübuta yetirildiyindən və maddi ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduğundan, məhkəmə kollegiyası hesab edir ki, mülki iddia təmin edilməli və 44763,43 AZN (qırx dörd min yeddi yüz altmış üç manat qırx üç qəpik) cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, o cümlədən 224,30 manat (iki yüz iyirmi dörd manat otuz qəpik) ödənilmiş dövlət rüsumunə görə, ümumilikdə 44987,73 manat (qırx dörd min doqquz yüz səksən yeddi manat yetmiş üç qəpik) məbləğində pul tutularaq zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır. İş üzrə 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin maddə ilə Təqsirləndirilən şəxs cəza təyin olunmasın. İş üzrə zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs 44763,43 AZN (qırx dörd min yeddi yüz altmış üç manat qırx üç qəpik) cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə və 224,30 manat (iki yüz iyirmi dörd manat otuz qəpik) ödənilmiş dövlət rüsumunə görə, ümumilikdə 44987,73 manat (qırx dörd min doqquz yüz səksən yeddi manat yetmiş üç qəpik) məbləğində pul tutularaq zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilsin. İş üzrə 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-483/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-483/2024
16.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver