Məhkəmə qərarları › İş №1(124)-485/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-485/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-485/2022 03.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 Saylı Vəkil Bürosu vəkili X4, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksininn 6 saylı məhkəmə zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəmə aidiyyəti Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Belə ki, cinayət işi üzrə verilmiş ittihama görə, Təqsirləndirilən şəxs sərxoş halda xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi “Qurd qapısı” restoranın qarşısındakı avtobus dayanacağından Badamdar qəsəbəsi istiqamətində hərəkətdə olan 31 saylı marşrut avtobusa mindikdən sonra avtobusda oturan onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yanında əyləşmiş, cinsi ehtirasını təmin etmək məqsədi ilə gərginləmiş cinsiyyət orqanını şalvarından çıxararaq sonuncuya göstərmiş, bunu görən Zərərçəkmiş şəxs qalxıb yerini dəyişmək istədikdə o, sonuncunu öldürməklə hədələyib zor tətbiq etməklə əli ilə ayağından tutaraq qalxmasına imkan verməyib yerində otuzdurduqdan sonra sonuncunun əlindən tutub öz gərginləşmiş cinsiyyət orqanına əl vurmağa məcbur etmiş, daha sonra cinsiyyət orqanını Zərərçəkmiş şəxs ayağına və bədəninin müxtəlif yerlərinə sürtərək cinsi ehtirasını pozğun formada təmin etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 3,050 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq 0,200 qramını üzərində,2,850 qramını isə idarə etdiyi arvadı X1 adına olan “Cangan” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra Səbail RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarının” 2.12-ci bəndində əsasən müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən üzəri yoxlanıldığı zaman qanunsuz olaraq əldə etdiyi çəkisi 0,200 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əynindəki gödəkçəsinin sağ döş cibindən aşkar olunaraq götürülmüş və istintaqa təqdim olunmuş, daha sonra keçirilmiş təxirəsalınmaz əməliyat axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 03 radələrində etibarnamə ilə idarə etdiyi arvadı X5ma məxsus “Cangan” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilə Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksinin həyətində axtarış aparılan zaman avtomobilin sol qabaq qapısının ciblik hissəsindən bir ədəd gümüşü rəngli kağız bükümdə çəkisi 2,850 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən cinayət işlərindən biri Ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Ağır Cinayətlər məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Göstərilənlərlə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi “Qurd qapısı” restoranın qarşısındakı avtobus dayanacağından Badamdar qəsəbəsinə qədər olan ərazidə törətməsi ittiham olunan cinayət Bakı şəhəri Səbail rayonu ərazi yurisdiksiyasına görə Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksinin həyətində törətməsi ittiham olunan cinayət isə ərazi yurisdiksiyasına görə Abşeron rayon məhkəməsinə aiddir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.5, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası üzrə yekun qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar