Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-485/2024 18.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – ünvan 1az Rayon Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, 25 fevarl 1962-ci il tarixdə ünvan 1az şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1az şəhəri, N.Nərimanov prospekti, ev 65A, mənzil ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1az şəhəri, Ramil Sadıqov küçəsi, ev 54 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə, saat 02 radələrində alkoqol sərxoşluğu halında yaşadığı ünvan 1az şəhəri, Ramil Sadıqov küçəsi, ev 54 ünvanında yerləşən fərdi yaşayış evində onunla birlikdə yaşayan tanışı Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi, habelə sonradan onu döyməsi səbəbindən qisas almaq məqsədi ilə sonuncunu öldürmək qərarına gəlmiş, bu məqsədlə evində olan soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı bıçağı götürüb müstəsna qəddarlıq nümayiş etdirərək Zərərçəkmiş şəxs xüsusi ağrılar və iztirablar yetirdiyini dərk edib bunu arzulayaraq həmin bıçaqla zərərçəkmiş şəxsin həyatı üçün mühüm orqanların yerləşdiyi nahiyələrinə qəsdən çoxsaylı zərbələr endirərək sonuncunun ölümünə səbəb olan daxili və xarici kəskin qanitirmə ilə nəticələnən ümumilikdə 23 ədəd xəsarət yetirmiş, o cümlədən, sağ ağ ciyərin orta payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa sağ tərəfində 02 ədəd daxilə nüfuz edən həyat və sağlamlıq üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş xəsarətlər, həmçinin boyunun orta üçdə birinin sol tərəfində 02 ədəd, boyunun aşağı üçdə birinin sağ tərəfində 04 ədəd, sol kürək nahiyəsində 01 ədəd döş qəfəsinin arxa sol tərəfində 08 ədəd, döş qəfəsinin arxa sağ tərəfində 05 ədəd, sol bazunun yuxarı üçdə birinin ön tərəfində 01 ədəd yüngül zərər vurmaya aid deşilmiş-kəsilmiş xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tanışı olmuş, 5 ay olarki onun evində qalırmış, fərdi olaraq evlərin təmiri üzrə usta işləmişdir. O, xx.xx.2023-cü il tarixdə, axşam saat 7-8 radələrində evdə qanı qara formada oturub araq içdiyi vaxt Zərərçəkmiş şəxs evə gəlmiş, birlikdə yemək yemişlər, axşam saat 23:30 radələrində evin yanındaki kafedən pivə almağa getmiş, arxasınca Zərərçəkmiş şəxs də gəlmiş, 2 litr piyvə aldıqdan sonra Rasimə evə getməyi təklif etməsinə baxmayaraq Rasim evə gəlməmişdir. O, evə qayıdıb pivəni içərkən yuxu tutmuş, Zərərçəkmiş şəxs isə gecə saat 3-4 radələrində evə gəlmişdir. O, səs-küyə oyanan zaman Rasim ona yumruqla vurmuş və qaşı partlamışdır. Daha sonra Zərərçəkmiş şəxs stolun üzərindəki kül qabını götürərək ona vurmağa başlamışdır. O isə özünü müdafiə etmək məqsədi ilə stolun üzərindəki bıçağı götürərək Rasim Haciyevə xəsarət yetirmişdir. Səhər oyanan zaman Zərərçəkmiş şəxs öldüyünü görmüş, təcili yardıma və “102” ximətinə zəng etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs vurmaqda məqsədinin nə olduğunu bilmədiyini, onu öldürmək niyətinin olmadığını, bıçaq xəsarətləri yetirən zaman özündə olmadığını, öldürdükdən sonra sərxoş olduğu üçün yatdığını, zərərçəkmiş şəxsi özü sürükləyərək çölə çıxardığını, gecə saat 3-də telefon olmadığı üçün təcili tibbi yardıma zəng edə bilmədiyini, zərərçəkmiş şəxsin qalmağa yeri olmadığı üçün 5-6 ay onunla qaldığını, onun özünün də mənzildə tək yaşadığını, “102” xidmətinə tanış qızın telefonu ilə zəng etdiyini, həmin qıza Rasimin yıxılaraq xəsarət aldığını bildirdiyini, daha sonra onun telefonu ilə əvvəl təcili tibbi yardıma, daha sonra isə “102” xidmətinə zəng etdiyini, “102” xidmətinə zəng edən zaman nə dediyini bilmədiyini, Rasimi fəhlə çayxanasından tanıdığını, daha sonra fəhlə kimi onu evinə gətirdiyini, birlikdə yaşadıqları müddətdə münasibətlərinin yaxşı olduğunu, Rasimin onun evində 5-6 gün fəhlə kimi işlədiyini, bir dəfə o yatdığı üçün Rasimin hasardan tullanaraq başından zədə aldığını, Rasimin külqabı ilə 10-15 dəfə ona xəsarət yetirdiyini, qulaq və qaşının xəsarət aldığını, başının şişdiyini, Rasimin ona onu evdən qovaladığı üçün xəsarət yetirdiyini, Rasimin ondan 500 manat pul istədiyini, müdafiə məqsədi ilə onu itələyib yıxdıqdan sonra bıçağı götürərərk Rasimə xəsarət yetirdiyini, sərxoş olduğu üçün ona neçə ədəd bıçaq xəsarəti yetirdiyini xatırlamadığını, Rasim fəhlə kimi onun evində işlədiyi müddətdə ona pul verdiyini, pivə almağa gedən zaman Rasimin oradakı uşaqlara sataşdığını, ibtidai istintaq zamanı ona hər hansısa təsirin göstərilmədiyini, Rasimin ona ağır söyüşlər söydüyünü, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Məhkəmə çıxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi - ünvan 1az rayon Vəkil Bürosunun vəkili X11 məhkəmədən qanuni və ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 1az şəhəri, R.Sadıqov küçəsində icarə əsasında kafe işlədirmiş. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 4-5 ay bir yerdə yaşamış, onlar hər ikisi tüfeyli həyat tərzi sürməklə spirtli içki alidəçisi olmuşlar. Bir gün gecə radələrində işlətdiyi çayxanada olarkən Faiq oraya gələrək ona 5 manat pul vermiş və onun üçün 2 litr pivə süzməsini xahiş etmiş, bundan sonra Faiq üçün 2 litrlik plastik butulkaya pivə süzməyə başlamış, bu vaxt Faiqin dalınca Rasim də çayxanaya daxil olmuş, Rasim ona 2 manat pul verərək ona və Faiqə 2 bakal pivə verməsini xahiş etmiş, həmin vaxtı Faiq və Rasim hər ikisi sərxoş vəziyyətdə olmuş, orada 2 bakal pivə süzərək Faiqə və Rasimə vermiş, Faiq və Rasim orada masa arxasında əyləşib pivəni içməyə başlamışlar. Ətrafda başqa adamlar da olmuş, bundan sonra Faiqin 2 litr pivəsini süzmüş və noxudla birlikdə sellofan paketdə Faiqə vermiş, Faiq bakaldakı pivəsini içib qurtardıqdan sonra 2 litrlik pivəni əlinə alıb ayağa qalxmış və Rasimə evə getmək istədiyini bildirmiş, Rasim isə hələ pivəsini içib qutarmadığından Faiqə “sən get mən gələrəm” demiş, Faiqd piyvəni götürərərk çıxıb getmişdir. Artıq saat 00:30 radələrində çayxananı bağlamaq qərarına gəlmiş və Rasimdən xahiş etmişdir ki, çayxanadan çıxıb getsin. Rasim də pivəsini yekunlaşdırıb ayağa qalxmış və çayxanadan çölə çıxmışdır. Rasimin arxasınca çölə çıxmış ki hava alsın, Rasim sərxoş olduğundan güclə yerimiş, gah sağa, gah da sola tərəf gedirmiş, sonda isə Rasim Faiqin evinə tərəf getmişdir. Özü isə çayxanada işlərini yekunlaşdırıb oranı bağlayaraq evinə getmişdir. Növbəti gün, çayxananı açmış, bir neçə saatdan sonra, yəni təxminən saat 15 radələrində ona məlum olmuşdur ki, Faiq Rasimi öz evində qətlə yetirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid2 Faiq getdikdən 10 dəqiqə sonra Rasimin çayxananı tərk etdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 03.11,2023-cü il tarixdə, saat 14 radələrində ünvan 1az şəhəri, R.Sadıqov küçəsi ilə piyada işdən evə qayıdan zaman küçədə qiyabi olaraq tanıdığı Faiqi görmüş, Faiq küçədə ona yaxınlaşaraq təcili yardıma zəng etmək üçün telefon istəmiş, Faiqdən nə baş verdiyini soruşduqda, sonuncu onunla birlikdə yaşayan dostu Rasimin gecə sərxoş olduğundan yıxılıb başı daşa dəyərək huşunu itirdiyini bildirmiş, bundan sonra özünə məxsus 055 ***-**-** mobil telefon nömrəsi ilə təcili yardım xidmətinə zəng etmiş, təcili yardımdan ona bildirilmişdir ki, xəsarət barədə polisə də məlumat verilməlidir, bunun ardınca 102 xidmətinə də məlumat vermiş, bundan sonra özü Faiqin yaşadığı evin həyətinə daxil olub görmüş ki, Rasim evin giriş qapısında qarnı üstə yerdə uzanıqlı vəziyyətdə olmuş, Rasimin nəbzini yoxladıqda nəbzinin olmadığını görmüş, Rasimin uzandığı döşəmə qan içində olmuş, qanı görüb qorxaraq çölə çıxmış, çox keçmədən polis əməkdaşları və təcili yardım briqadası oraya gəlmiş, sonradan onlara məlum olmuş ki, Faiq evində onunla birlikdə yaşayan Rasimi bıçaqla vurub öldürmüşdür. Rasim kimsəsiz olduğundan səfil həyat tərzi keçirmiş, daimi yaşayış yeri olmadığından küçədə yaşamış, mütəmadi olaraq spirtli içki qəbul etmiş, daim sərxoş halda olmuş, ictimai yerdə söyüş söyməyə və dalaşmağa meyilli olmuş, son günlərdə isə Rasim Faiq ilə birlikdə qalmış, bundan başqa hadisə barəsində məlumatı yoxdur (cild 01, iş vər. 118-120). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 noyabr 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 1az şəhəri, Ramil Sadıqov küçəsi, ev 54 ünvanında yerləşən fərdi yaşayış evidir. Hadisə yerinə dair müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 06-12). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Meyitə baxış keçirilməsi haqqında” 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədən səthində - boyunun orta üçdə birinin sol tərəfində 2 ədəd, boynun aşağı üçdə birinin sağ tərəfində 4 ədəd, sol kürək nahiyəsində 1 ədəd, döş qəfəsinin arxa sol tərəfində 8 ədəd, döş qəfəsinin arxa sağ tərəfində 7 ədəd, sol bazunun yuxarı üçdə birinin ön tərəfində 1 ədəd olmaqla ümumilikdə 23 ədəd 0,5x0,5sm- dən 2x0,5 sm-ə kimi ölçülərdə kəsilmiş və deşilmiş-kəsilmiş yara xəsarətləri vardır. Meyitin əynindəki 01 ədəd ağ rəngli uzunqol kofta və 01 ədəd qara rəngli şalvar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Zərərçəkmiş şəxs meyitindən 01 ədəd flakonda qan nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 13-22). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 373 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə olması aşkar edilmişdir. (cild 01, iş vər. 46) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 yanvar 2021-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiklərini bir daha təsdiq edərək əyani şəkildə göstərmişdir. (cild 01, iş vər. 92-94) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 1az şəhəri, R.Sadıqov küçəsi, ev 46 ünvanında quraşdırılmış təhlükəsizlik kameralarında xx.xx.2023 - 03.11,2023-cü il tarixlərdə qeydə alınmış video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 23:20-də Təqsirləndirilən şəxs (real vaxtla 23:50-də) yaşadığı ev tərəfdən çıxaraq ünvan 1az şəhəri. R.Sadıqov küçəsi ilə hərəkət edib həmin küçədə yerləşən çayxana istiqamətində gedir və görüntüdən itir. Həmin vaxtı Təqsirləndirilən şəxs sağ əlində yanan siqaretin olması müşahidə edilir. xx.xx.2023-cü il tarixdə, saat 23:27-də (real vaxtla 23:57-də) Zərərçəkmiş şəxs qaldığı ev tərəfdən çıxaraq ünvan 1az şəhəri. R.Sadıqov küçəsi ilə hərəkət edib həmin küçədə yerləşən çayxana istiqamətində gedir və görüntüdən itir. Həmin vaxtı Zərərçəkmiş şəxs sol əlində yanan siqaretin olması müşahidə edilir. 02.11,2023-cü il tarixdə, saat 23:59-da (real vaxtla xx.xx.2023-cü il, saat 00:29-da) Əliyev X12 şəhəri, R.Sadıqov küçəsi ilə hərəkət edərək həmin küçədə yerləşən çayxana istiqamətindən çıxıb yaşadığı evə tərəf gedir. Həmin vaxtı Təqsirləndirilən şəxs sağ əlində sellofan torbada 01 ədəd butulka aparması müşahidə edilir. 03.11,2023-cü il tarixdə, saat 00:30-da (real vaxtla saat 01:00-da) Zərərçəkmiş şəxs ünvan 1az şəhəri, R.Sadıqov küçəsi ilə hərəkət edərək həmin küçədə yerləşən çayxana istiqamətindən çıxıb qaldığı evə tərəf gedir. Həmin vaxtı Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə gəzməsi, yəni bədənin müvazinətini tam idarə edə bilməyərək küçənin gah sol, gah da sağ tərəfi ilə gəzməsi müşahidə edilir. xx.xx.2023-cü il tarixdə, saat 13:55- də (real vaxtla 14:25-də) Təqsirləndirilən şəxs ünvan 1az şəhəri, R.Sadıqov küçəsi ilə hərəkət etməsi müşahidə edilir, lakin Zərərçəkmiş şəxs hər hansı hərəkəti müşahidə edilmir. Baxışda iştirak edən ev sahibi Nizami Qurbanov müşahidə kamerasında qeydə alınmış video görüntülərin üzərində göstərilən vaxtın 30 dəqiqə real vaxtdan dala qaldığını qeyd etmişdir (cild 01, iş vər. 58-59). Cinayət işinin materiallarında olan “məhkəmə-tibbi” ekspertizasının xx.xx.2023-cü il tarixli, 638 saylı rəyindən görünür ki, 1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmətibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ qulaq seyvanı və sol gözün bayır bucağı nahiyələrinin qançırları bərk küt əşya (ola bilər ekspertizaya təqdim edilmiş külqabı) təsirindən törənməklə, yetirilmə müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir (cild 01, iş vər. 98-99). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:29 radələrində, vətəndaş Faiq ***-***-**-** saylı mobil telefon nömrəsindən AR DİN-in “102” xidmətinə zəng edərək, ünvan 1az şəhəri, Lermantov küçəsi, ev-54 ünvanında kirayə yaşayan kişinin qan içində olmasını, ölməsini düşünməsi barədə 23089277 nömrəli məlumat ünvan 1az RPŞ-nin növbətçi hissəsində qeydə alınmışdır (cild 01, iş vər. 137). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 18:05 radələrində ünvan 1az RMX-dən tibb bacısı Daşdəmirova ünvan 1az RPŞ-nin Növbtçi hissəsinə telefonla zəng edərək, ünvan 1az rayonu, Lermantov küçəsində yaşayan 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs “Meyit” diaqnozu ilə xəstəxanaya daxil olmasını bildirmişdir (cild 01, iş vər. 138). Cinayət işinin materiallarında olan “məhkəmə-genetik” ekspertizasının xx.xx.2023cü il tarixli, 23/987R saylı rəyindən görünür ki, 01 (bir) ədəd bıçağın tiyə hissəsi üzərində aşkar edilmiş, 04 (dörd) ədəd tampon üzərində mövcud olan, Zərərçəkmiş şəxs meyitinə baxış keçirilərkən əynində olmuş 01 (bir) ədəd uzunqol köynək və 01 (bir) ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd boz rəngli pencəyin sol sinə hissəsi, sol bazu hissəsi, 01 (bir) ədəd boz rəngli uzunqol köynəyin sağ sinə hissəsi, sağ qolun bilək hissəsi, sol qolun bilək hissəsi, sol qolun said hissəsi, 01 (bir) ədəd boz rəngli şalvarın sağ diz hissəsi, sağ balaq hissəsi, sol balaq hissəsi və 01 (bir) ədəd qəhvəyi rəngli parça tərliyin sağ tayının üst və alt hissələri üzərində aşkar edilmiş qanabənzər ləkələr insana məxsus qan nümunələridir. 01 (bir) ədəd bıçağın tiyə hissəsi üzərində aşkar edilmiş, 04 (dörd) ədəd tampon üzərində mövcud olan, Zərərçəkmiş şəxs meyitinə baxış keçirilərkən əynində olmuş 01 (bir) ədəd uzunqol köynək və 01 (bir) ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd boz rəngli pencəyin sol sinə hissəsi, 01 (bir) ədəd boz rəngli uzunqol köynəyin sağ sinə hissəsi, sağ qolun bilək hissəsi, sol qolun bilək hissəsi, sol qolun said hissəsi, 01 (bir) ədəd boz rəngli şalvarın sağ diz hissəsi, sağ balaq hissəsi, sol balaq hissəsi və 01 (bir) ədəd qəhvəyi rəngli parça tərliyin sağ tayının üst və alt hissələri üzərində aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur (cild 01, iş vər. 177-185). Cinayət işinin materiallarında olan “məhkəmə-lifli” ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəcikləri arasında, Zərərçəkmiş şəxs şalvarının üzərindən aşkar edilmiş tünd boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər (cild 01, iş vər. 187-193). Cinayət işinin materiallarında olan “məhkəmə-tibbi” ekspertizasının xx.xx.2023-cü il tarixli, 60 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin üzərində aşkar edilmiş xəsarətlər - daxili və xarici qanitirmə ilə müşaiyət olunmuş sağ ağ ciyərin orta payının zədələnməsi ilə döş boşluğuna nüfuz edən 2 ədəd, boyunun aşağı üçdə birinin sağ tərəfində 04 ədəd, sol kürək nahiyəsində 01 ədəd, döş qəfəsinin arxa sol tərəfində 08 ədəd, döş qəfəsinin arxa sağ tərəfində 05 ədəd, sol bazunun yuxarı üçdə birinin ön tərəfində 01 ədəd olmaqla ümumilikdə 23 ədəd kəsilmiş və deşilmiş yaraları deşici-kəsici alətin (ola bilər ekspertizaya təqdim edilmiş bıçağın) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə daxili və xarici qanitirmə ilə müşaiyət olunmuş sağ ağ ciyərin orta payının zədələnməsi ilə döş boşluğuna nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yaralar canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə (boyun, döş qəfəsinin və sol bazu nahiyələrinin 21 ədəd kəsilmiş və deşilmiş-kəsilmiş yaraları) ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs xəsarət yetirilərkən xəsarət yetirmiş alətə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb döş boşluğuna nüfuz etmiş kəsilmiş- deşilmiş yaraların sağ ağ ciyərin zədələnməsi nəticəsində daxili və xarici qanitirmə olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 2-5 saat əvvələ uyğun gəlir (cild 01, iş vər. 197-199). Cinayət işinin materiallarında olan məhkəmə-daktilaskopik, trasoloji və soyuq silahların kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2 3/1887, 3/1888, 3/1889 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın səthində əlbarmaq və papilyar naxış izləri aşkar edilmədi. Təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təssərüfat-məişət təyinatlı mətbəx bıçağıdır, istifadəyə yararlıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus ...” yazı qeydləri olan bükülüdən aşkar edilmiş uzunqol köynəyin səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi, sayı və ölçüləri təsvir edilməklə göstərilmiş zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetlə (o cümlədən təqdim edilmiş bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətlə) çoxsaylı zərbələrin təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin uzunqol köynəyin səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş uzunqol köynəyin material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını təyin etmək mümkün olmadığından onun səthində olan zədələrin yaranma mexanizmini müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus ...” yazı qeydləri olan bükülüdən aşkar edilmiş uzunqol köynəyin səthində fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik zədə yoxdur. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus ...” yazı qeydləri olan bükülüdən aşkar edilmiş şalvarın, üzərində “Təqsirləndirilən şəxs məxsus ...” yazı qeydləri olan bükülülərdən aşkar edilmiş bir ədəd pencəyin, bir ədəd şalvarın, bir ədəd uzunqol köynəyin, bir ədəd tərliyin səthində trasaloji zədə yoxdur (cild 01, iş vər. 201-205). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3348 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hansı psixi-emosional vəziyyətində emosional oyanıqlıq, qəzəb yaranmış, həmin halın yaranması adi alkoqol sərxoşluğu fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında, güclü ruhi həyəcan vəziyyətində olmamışdır (cild 01, iş vər. 210-212). Cinayət işinin materiallarında olan “Sübutları qiymətləndirilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.2, 221, 245, 228.4-cü maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd olunmuşdur (cild 01, iş vər. 228-239). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrumetməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanması kimi istintaq hərəkətlərinin protokolları və s.) təsdiq olunur ki, ...“ Təqsirləndirilən şəxs birlikdə yaşadığı tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə onunla mübahisə etdikdən sonra evində olan soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı bıçağı götürüb müstəsna qəddarlıq nümayiş etdirərək Zərərçəkmiş şəxs xüsusi ağrılar və iztirablar yetirdiyini dərk edib bunu arzulayaraq həmin bıçaqla zərərçəkmiş şəxsin həyatı üçün mühüm orqanların yerləşdiyi nahiyələrinə qəsdən çoxsaylı zərbələr endirərək sonuncunun ölümünə səbəb olan daxili və xarici kəskin qanitirmə ilə nəticələnən ümumilikdə 23 ədəd xəsarət yetirməklə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 120.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə onun söylədikləri cinayət işinin materillarında olan sübutlar vasitəsi ilə təkzib olunduğundan, məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, bu formada ifadə verməkdə onun məqsədi CM-nin daha ağır məsuliyyət nəzərdə tutan maddəsi ilə məhkum olunmaqdan yayınmağa hesablanmış müdafiə taktikasıdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs tək tənha ünvan 1az şəhəri, Ramil Sadıqov küçəsi, ev 54 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Onun barəsində yaşadığı müddət ərzində ünvan 1az şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (cild 01, iş vər. 141-142) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 161). Mərhum Zərərçəkmiş şəxs ixtisaslı həkim yardımına ehtiyacının olduğunu lazım bilib Təqsirləndirilən şəxs təcili tibbi yardıma məlumat vermək istəməsini və bu məqsədlə qonşuluqda yaşayan Şahid1 hadisə barədə bildirməsini, daha sonra Şahid1 məlumatı əsasında təcili tibbi yardımın və polis əməkdaşlarının hadisə yerinə gəlməsini şəxsin könüllü gəlib hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verilməsi kimi qəbul etmək mümkün olmasa da, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin bu hərəkətləri, həmçinin bundan sonrakı hərəkətləri, yəni səmimi ifadə verməsi, baş verən hadisə barədə ətraflı ifadə verməklə istintaqa yardım etməsi CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs bu cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:05-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 39). Cinayət işinin materiallarında olan ünvan 1az Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 4(067)-145/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 114-117). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 03 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və ünvan 1az rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus olmuş 01 ədəd ağ rəngli uzunqol kofta və 01 ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd boz rəngli pencək, 01 ədəd boz rəngli uzunqol kofta, 01 ədəd boz rəngli şalvar, 01 ədəd çəkələk və hadisə yerindən götürülmüş 01 ədəd kül qabı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 294 AZN (iki yüz doxsan dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və ünvan 1az rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus olmuş 01 ədəd ağ rəngli uzunqol kofta və 01 ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd boz rəngli pencək, 01 ədəd boz rəngli uzunqol kofta, 01 ədəd boz rəngli şalvar, 01 ədəd çəkələk və hadisə yerindən götürülmüş 01 ədəd kül qabı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 294 AZN (iki yüz doxsan dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-485/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-485/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver