Məhkəmə qərarları › İş №1(124)-485/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-485/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-485/2025 28.01.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X15 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi - X28 oğlunun, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 2 mart 1998-ci il tarixdə Şabran rayonu. Gəndab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “İbiza” restoranında kababçı işləmiş, Şabran rayonu. Gəndov kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanda yaşamış, barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 iyul 2025-ci il tarixdə saat 01 radələrində yaşadığı Sumqayıt şəhəri 2-ci mikrorayon 45\67 saylı evin 10 nömrəli mənzilində arvadı Şahid1 onu xəyanətdə günahlandırdığına görə aralarında yaranmış ailə münaqişəsi zamanı Şahid1 sağ bazunun orta 1 \3-nin arxa səthinin 3 (üç) ədəd qançırları, alın nahiyyəsinin tüklü hissəsinin səthi yarası kimi sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, qayınatası Zərərçəkmiş şəxs bunu bilib məsələni aydınlaşdırmaqdan ötrü təşəbbüs göstərərək həmin gün gecə saat 03 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon Heydər Əliyev prospekti 345 ünvanda yerləşən ünvan 4 yolda onunla görüşdüyü zaman bu məsələyə qarışmasına görə qayınatası Zərərçəkmiş şəxs müqavimətini sındırmaqdan ötrü sinəsindən təpiklə qəsdən bir neçə dəfə vurub fiziki ağrılar yetirdikdən sonra qayınatası Zərərçəkmiş şəxs bacısı Şahid5 və qızı Şahid1 gözləri qarşısında onlara xüsusi əzab və iztirab verdiyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, yaşadığı evdən götürərək üzərində gətirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol aşağı bayır səthinin boşluğa keçən 1 (bir) ədəd, ürək kisəsinin, ürəyin sağ qulaqcığını, ürəyin sol mədəciyinin, sağ ağciyərin orta payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön aşağı iç hissəsinin boşluğa keçən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnən yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid ümumilikdə 2 (iki) ədəd xəsarət yetirməklə sol və sağ ağciyərin, ürəyin sol mədəcəyinin və sağ qulaqcığının deşilmiş-kəsilmiş yaraları nəticəsində baş vermiş daxili qanitirmə səbəbindən ölümünə səbəb olaraq Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan mərhum etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, hadisənin detalları tam olaraq onun yadında qalmamışdır. O, mərhuma bir bıçaq zərbəsi vurmağını xatırlamışdır. Ona qarşı söyüş söydüyü üçün mərhumu vurmuşdur. Onunla mübahisə etmədiyi halda mərhum ona arxadan hücum etmişdir. Hadisə 12 iyun tarixində olmuşdur. Saat gecə üç radələrində olmuşdur. 3 saylı orta Məktəbin futbol meydançasının yaxınlığında keçən yolda olmuşdur. O, gecə saat üçdə evdən çıxıb bacısıgilə getmişdir. O, yolda olarkən kiminləsə rastlaşmamışdır. Yol getdiyi halda mərhum ona arxadan hücum etmişdir. Mərhumun yanında heç kimi görməmişdir. Tək olmuşdur. Şahid1 və Şahid5 orada görməmişdir. O, mərhumu vurandan sonra da həmin iki nəfəri orada görməmişdir. Həmin günü iki xanımı görsə də, hadisə vaxtı orada görməmişdir. Zərərçəkmiş şəxs onu telefonda “səni öldürəcəm” deyə təhdid etdiyinə görə onu vurmuşdur. Onun üzərində bıçaq olmuşdur. Onu öldürəcəyini dediyinə və onu söydüyünə görə üzərində bıçaq gəzdirmişdir. O, evdən çıxanda onunla görüşəcəyini bilməmişdir. O, bıçağı sonradan götürmüşdür. Əvvəlcədən bıçağı götürməmişdir. Gecə vaxtı onunla rastlaşmaqdan ehtiyyat etdiyinə görə üzərində bıçaq olmuşdur. O, evdən çıxanda Şahid1 evdə olmuşdur. Onun bacısıgilə getdiyini bilmişdir. Gecə vaxtı olduğuna görə bıçaq üzərində olmuşdur. O, evdən çıxanda Şahid1 evdə olmuşdur. O Şahid1 hara gedəcəyini deməmişdir. Şahid5 evdən gedəndə görmüşdür. Həmin şəxsin evə qayıtmasını görməmişdir. Hadisə baş verən yerdə Şahid5 görməmişdir. İstintaq zamanı vermiş olduğu ifadələrini xatırlamamışdır. İstintaq zamanı vermiş olduğu ifadə doğru olmuşdur. İfadəsində hadisəni təsvir etmişdir. Yazılanlar düzgün olmuşdur. O, bir bıçaq zərbəsi vurmağını xatırlamışdır. İkinci bıcaq zərbəsi vurmağını xatırlamamışdır. İfadəsini təsdiq etmişdir. Bir bıçaq zərbəsi vurmağını xatırlamışdır. Hadisəni törədərkən digər şəxslərin görməsini xatırlamamışdır. Şahid5 evdən gedəndə görmüşdür. Ondan sonra görməmişdir. Yaşadıqları mənzilin pəncərəsindən dava-dalaş etdiyi yer görünmüşdür. O, ifadə verərkən Şahid1 və Şahid5 yanından çıxıb gəldiyini demişdir. O, hadisənin baş verdiyi yerə gedənə qədər rəhmətliyi görməmişdir. Hadisənin baş verdiyi yerdə yoldaşının qışqırıq səslərini eşitməmişdir. Orada Şahid5 görməmişdir. Şahid5 qışqırıq səslərini hadisə zamanı eşitməmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2 mart 1998-ci Şabran rayonu Gəndov kəndində anadan olmuşdur. 2021-ci ilin əvvələrindən etibarən Sumqayıt şəhərində yaşayır. Qan azlığı ilə əlaqədar həqiqi hərbi xidmətdə olmamışdır. 2012-ci ildə atası X10 ölmüşdür, anası X7 isə Şabran rayonu Gəndov kəndində tək yaşayır. 2022-ci ildə X17 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan xx.xx.2024-cü il təvəllüdlü Tofiq adlı övladı dünyaya gəlmişdir. ünvan 5 ünvanda arvadı Şəhla və övladı Tofiq ilə birlikdə yaşayır. Sumqayıt şəhərində yerləşən İbiza restoranında kababçı işləyir. Əvvəllər məhkumluğu olmayıb, hər hansı psixi xətəlikdən əziyyət çəkmir, səhhəti ilə bağlı hər hansı şikayəti yoxdur. Təxminən 2016-cı ildə həmin vaxt istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəyə tanımadığı mobil nömrədən zəng gəlmişdir. Həmin şəxs ilk olaraq özünü Aycan adı ilə təqdim etmiş, aralarında olan münasibət 3-4 ay davam etmiş, yalnız telefonla əlaqə saxlamış, aralarında hər hansı görüş baş tutmamış, həmin şəxs ona özünə aid olmayan şəkillər atmışdır. 2022-ci ilin avqust ayında "Tiktok" media platformasında hazırda adını xatırlamadığı istifadəçidən ona mesaj gəlmişdir. Mesajı yazan şəxs bir neçə il öncə münasibətdə olduğu Aycan adlı şəxs olduğunu demiş, lakin təxminən 1-2 gün sonra əsl adının Şəhla olduğunu, özünün Siyəzən şəhərində yaşadığını, yaxın qohumlarının onun anadan olduğu Şabran rayonu Gəndov kəndində məskunlaşdığını, onun ailəsini və qohumlarını tanıdığını bildirmişdir. Həmçinin, o və anası Simnarə Şəhlanın onların yaşadığı kənddə məskunlaşan yaxın qohumlarını tanımışlar. Şəhla özünü təqdim etdikdən təxminən 2-3 gün sonra o. Şəhlaya fikrinin ciddi olduğunu, onunla ailə həyatı qurmaq istədiyimi demişdir. Şəhla da anası Şahid2 çətin xarakterli insan olduğunu, sonuncunun onunla ailə həyatı qurmasına mane olacağını bildirmişdir. Bir qədər sonra o. Şəhla ilə əlaqə saxlayarkən anası Tamilla onların münasibətlərindən xəbər tutmuşdur. O. Tamillaya fikrinin ciddi olduğunu, qızı Şəhlanı istədiyini demişdir. Valideynləri arasında tanışlıq yarandıqdan sonra 2022-ci ilin sentyabr ayında o. anası, bacısı və dayısı arvadı Şəhlanı istəməyə getmişlər. Elçilikdə Şəhlanın anası Tamilla, qardaşı Asif və atası Arif iştirak etmişdir. Elçilik zamanı Arif kənarda oturmuş, onlar orada olan zaman bir kəlmə belə danışmamışdır. Evləndikdən sonra Şəhlanın anasının və atasının boşandığını öyrənmişdir. 1 dekabr 2022-ci il tarixdə Şəhla ilə ailə həyatı qurmuşdur. İş yeri Sumqayıtda şəhərində olduğu üçün 2023-cü ilin fevral ayında o, anası və arvadı Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən hazırda dəqiq ünvanını xatırlamadığı mənzilə köçmüşlər. Təxminən 5-6 ay sonra maddi problemləri olduğu üçün anası və arvadı Şabran rayonuna qayıtmış, o isə Sumqayıt şəhərində qalıb iş yeri olan ‘'Baharlı" restoranında kababçı kimi işləməyə davam etmişdir. Şəhla və anası Şabranda qaldığı müddət ərzində aralarında yaranan mübahisələr səbəbindən Şəhla öz atası və anasının yanına, Siyəzən şəhərinə qayıtmışdır. Şəhla Siyəzən şəhərində yaşadığı müddətdə, xx.xx.2024-cü il tarixdə oğlu Tofiq anadan olmuşdur. Tofiq anadan olduqdan sonra arvadı Şəhla ondan Sumqayıt şəhərində mənzil kirayələməyini və onları Sumqayıt şəhərinə gətirməyini xahiş etdiyindən o, arvadı və oğlunu Sumqayıt şəhərinə gətirmişdir. Sumqayıt şəhərində birlikdə yaşamağa başladıqdan sonra maddi sıxıntılar və Şəhlanın onu həddindən artıq qısqanması və bununla əlaqədar aralarında yaranan dava-dalaş səbəbindən sonuncu ilə münasibətləri pisləşmişdir. Təxminən bundan 1 ay öncə Şəhlanın onu başqa qadınlarla danışmaqda günahlandırmasına görə aralarında yenidən mübahisə yaranmışdır. O, telefonunu Şəhlanın əlindən alaraq sonuncunu itələmiş, Şəhla isə ondan Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə şikayət etmişdir. Bundan sonra o, Sumqayıt ŞPİ-nin 4-cü PB-ə aparılmış, orada 1 gün qalmış, izahatını vermiş və evə gəlmişdir. Evə gəldikdə qayınanası Tamilla və qayınatası Arifin də onlarda olduğunu görmüşdür. O, Tamilla və Arifə evi boşaltmalarını, Şəhlanı və oğlu Tofıqi də özləri ilə birlikdə Siyəzən rayonuna aparmalarını, evi mülkiyyətçisinə təhvil verəcəyini bildirmişdir. Şəhla Tofıqi bağçaya qoyduqdan sonra kirayə pulunu özünün işləyib ödəyəcəyini demiş, o. da Şəhla ilə razılaşmışdır. Tamilla təxminən 2-3 gün onlarda qalsa da. qayınatası Arif Siyəzən rayonuna qayıtmışdır. O. bu dövr ərzində Sumqayıt şəhərində yaşayan bacısı Əsmərgildə qalmışdır. Təxminən 5-6 gün sonra arvadı Şəhla ona zəng edərək ev ehtiyaclarını, lazım olan məhsulları almağını tapşırmış, bundan sonra münasibətləri yaxşılaşmışdır. 11 iyul 2025-ci il tarixdə təxminən saat 22 radələrində işlədiyi "İbiza" restoranından çıxaraq evə getmişdir. Bir müddət sonra yaşadığı yerin yaxınlığında yerləşən “Nömrə 1 Pub”a gedərək pivə içməyə başlamış, bu zaman olduğu məkanın konumunu "Whatsapp” ani mesajlaşma şəbəkəsində istifadəsində olan ***-***-**-** mobil nömrədən arvadı Şəhlanın istifadəsinə olan ***-***-**-** mobil nömrəyə göndərmişdir. Təxminən 45-50 dəqiqə sonra Şəhla yenidən “Whatsapp” ani mesajlaşma şəbəkəsində ona videogörüntü vasitəsilə zəng etməyə başlamışdır. O. pivə içdikdən sonra dostu Kənanın istifadəsində olan 077-667- 48-53 mobil nömrəyə zəng edərək onunla görüşmək istədiyini bildirmiş, lakin Kənan ondan uzaqda olduğu üçün görüşə bilməmişdir. Daha sonra arvadı Şəhla ona zəng edərək harada olduğunu soruşmuş, o isə Şəhlaya Sumqayıt şəhəri Nizami kinoteatrının yaxınlığında yerləşən mini marketin qabağında olduğunu və ona tapşırdığı məhsulları almaq üçün bura gəldiyini, həmin məhsulları aldıqdan sonra evə gələcəyini demişdir. Şəhla Nizami kinoteatrının yaxınlığında yerləşən mini marketin qarşısına gəlmişdir. O, marketdən alış- veriş edərkən cibində olan pulu tapa bilməmişdir. Evə gəldikdən sonra Şəhlaya “məni o qədər tələsdirdin ki, cibimdə olan pulu da itirdim” demiş. Şəhla isə qazandığı pulu əxlaqsız qadınlara xərclədiyini irad bildirirək onunla mübahisə etməyə başlamış, o, əsəbləşib əlində olan telefonu Şəhlanın alın nahiyyəsində vurmuş, Şəhla onun üzərində olan ağ rəngli köynəyi dartaraq cırmışdır. O, Şəhlaya “məni həyatımdan bezdirmisən” demiş və istifadəsində olan ***-***-**-** mobil nömrədən qayınanası Tamillanın istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək "Şəhlanın ünvan 8 ünvanında yaşayan bibisi Şahid5 onlara gələrək Şəhla və Tofıqin yanında qalması və ya onları Şahid5 yaşadığı ünvana aparması üçün sonuncuya məlumat verməsini” demişdir. Tamilla isə Şahid5 xəbər verdiyini, İradənin qısa müddətdə onlara gələcəyini bildirmişdir. Eyni zamanda bacısı Əsmərin əri Ramilin də aranı sakitləşdirməyə kömək etməsi üçün bacısının "Whatsapp” nömrəsinə yaşadığı evin konumunu atmışdır, lakin gec saatlarda mesaj yazdığı üçün bacısı mesajını oxumamışdır. Bundan sonra həyətə düşmüşdür, həyətdə Şəhlanın bibisi Şahid5, onun əri Şahid6 və oğlu Şahid7 görmüşdür. Onlar salamlaşdıqdan sonra İradə ilə birlikdə yaşadığı mənzilə qalxmışdır, evdə olan zaman Arif zəng edərək “sən mənim qızımı vurursan?” deyib onun və ailəsinin ünvanına nalayiq ifadələr işlədərək. Sumqayıt şəhərinə gələrək öldürəcəyi ilə hədələmişdir. O isə Arifə "ürəyin nə istiyirsə elə” deyərək telefonu söndürmüş, yenidən həyətə düşmüşdür. Arifin onun mobil telefonuna zəng etməsini dəqiq xatırlamır. Ola bilsin ki, Ariflə İradənin və ya Şəhlanın telefonu ilə danışmışdır. Bundan sonra o, yenidən həyətə düşmüşdür. Emin və Müsliimlə bir qədər söhbət etdikdən sonra Zərərçəkmiş şəxs səhv xatırlamırsa. Şahid6 zəng edərək onu Sumqayıt şəhəri Sülh küçəsində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığından götürmələrini tapşırmışdır. Emin və Müslüm Arifi qarşılamağa getdikdən sonra o evə çıxaraq arvadı Şəhla ilə mübahisə zamanı cırılmış ağ rəngli köynəyi dəyişmiş, açıqyaşıl rəngli köynəyi geyinmiş, qayınatası Arif onu öldürməklə hədələdiyi üçün mətbəxdən dəstəyi açıq-qəhvəyi rəngli taxta materialdan, tiyəsi gümüşü rəngli metaldan, qatlanmayan tipli bıçağı götürürək belinin sağ tərəfində şalvarımın üst hissəsinin altına qoymuşdur. Daha sonra həyətə düşüb bıçağı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən Sumqayıt şəhər 3 saylı tam orta məktəbin arxasındakı futbol meydançasının kənarında olan ağacın altına atmışdır. Bir neçə dəqiqə həyətdə gözləmiş, İradə həyətə düşərək onunla söhbət etməyə başlamış, söhbət zamanı ona Arifin Sumqayıt şəhərinə gəldiyini deyib hər hansı mübahisənin olmaması üçün bacısı Əsmərgilə getməyini xahiş etmiş, o, İradənin təklifi ilə razılaşmış və bıçağı altına atdığı ağac məktəb ərazisində yerləşdiyindən hər hansı məktəblinin bıçağı görməməsi üçün ağacın altına atdığı bıçağı götürərək belinin sağ tərəfində şalvarının üst hissəsinin altına qoymuşdur. Bıçağı ağacın altından götürdüyünü İradə görmüşdür. O, İradə ilə sağollaşıb futbol meydançasının kənarından keçən asfalt örtüklü yol ilə bacısı Əsmərgilə getməyə başlamışdır. İradə isə onun yaşadığı mənzilə tərəf getmişdir. O, həmin yol ilə gedən zaman qayınatası Arifin yaşadığı bina tərəfdən gəldiyini görmüşdür. Bu vaxt evdən təxminən 100- 150 metr aralıda olmuşdur. Həmin vaxt İradə binanın yaxınlığında durub Arifi izləmişdir. 10 iyul 2025-ci il tarixdə saat gecə 03 radələrində Sumqayıt şəhəri. 2-ci mikrorayon ərazisində yerləşən Sumqayıt şəhər 3 saylı tam orta məktəbin arxasındakı futbol meydançasının kənarından keçən yolda hərəkətdə olan zaman Arif onun üzərinə hücum çəkib köynəyindən tutaraq dartışdırmış, o, Arifin sinə hissəsinə təpik vurduqdan sonra Arif ondan bir qədər aralanmış, lakin yenidən üzərinə hücum çəkmişdir. O, bu zaman yenidən Arifin sinəsinə təpiklə vurmuş. Arif onun rəhmətə gedən atasının, həmçinin ailəsinin ünvanına nalayiq ifadələr işlədərək yenidən üzərinə hücum çəkmişdir. O, evdən çıxarkən mətbəxdən götürdüyü bıçağı sağ əlində tutaraq 2 dəfə Arifin bədəninin müxtəlif nahiyyələrinə vurmuş, birinci dəfə vurduğu bıçaq zərbəsinin Arifin bədəninin hansı nahiyyəsinə dəydiyini bilməmiş, lakin 2-ci zərbənin Arifin qarın nahiyyəsinə dəydiyini xatırlayır. Bıçağın həmin vaxt qana bulaşıb-bulaşmamasına fikir verməmiş, belinin sağ tərəfində şalvarının üst hissəsinin altına qoymuşdur. Hadisəni törətdikdən sonra bacısı Əsmərgilə gedərək köynəyimi dəyişmiş və ’’Nizami" kinoteatrının qarşısına gəlmişdir. O. Daxili İşlər Nazirliyinin 102 xidmət mərkəzinə zəng edərək Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirməyi ilə bağlı məlumat vermiş, polis əməkdaşları gələrək onu Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə aparmışlar. Bədəni üzərində olan "Döş qəfəsinin ön sağ hissəsinin, döş qəfəsinin ön-aşağı sağ hissəsinin döş qəfəsinin sol yan səthinin 2 (iki) ədəd qançırları" kimi xəsarətləri ona 12 iyul 2025-ci 1 tarixdə aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs yetirmiş, sonuncu öldüyü üçün şikayəti yoxdur. Şahid1 bədəni üzərində olan ’’Sağ bazunun orta 1\3-nin arxa səthinin 3 (üç) ədəd qançırları, alın nahiyyəsinin tüklü hissəsinin səthi yarası” kimi xəsarətləri sonuncuya 12 iyul 2025-cil tarixdə aralarında olan mübahisə zamanı o. yetirmişdir. 12 iyul 2025-ci il tarixdə saat gecə 03 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 3 saylı tam orta məktəbin arxasındakı futbol meydançasının kənarında Arif üzərinə hücum çəkmiş, köynəyindən tutaraq onu dartışdırmış, əynində olan uzunqol köynək həmin vaxt cırılmış və düymələri qopmuşdur. O. Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirərkən Arifin bacısı İradə orda olmuş, hadisəni birbaşa gözləri ilə görmüşdür. Həmçinin, kirayə qaldığı evin pəncərəsindən arvadı Şəhla Ariflə aralarında olan mübahisəni birbaşa görmüş və müşahidə etmişdir. Hadisəni Şəhla və İradədən başqa digər şəxslərin görüb-görmədiyini bilmir. Arifi 12 iyul 2025-ci il tarixdə bıçaqla vurmaqla məqsədi qorxutmaq olmuş, Arifi özünü müdafiə etmək məqsədi ilə vumuş. onu öldürmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X28 oğlu sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxs onun yeznəsidir. O, hadisə vaxtı evdə olmuşdur. Həmin gün anası ona zəng etmişdir. Bacısının pis vəziyyətdə olduğunu demişdir. Ona “özünü bura çatdır” deyə bildirmişdir. Uşaq evdə tək olduğuna görə gedə bilməmişdir. Atası saat birdə evdən çıxmışdır. Saat üçdə də hadisənin baş verdiyini eşitmişdir. Daha sonra da hadisənin kim tərəfindən və necə törədildiyini bilmişdir. Bacısından hadisəni görüb-görmədiyini soruşmamışdır. Təqsirləndirilən şəxslə barışmışdır. İstintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir. Hadisə barədə ona bibisi məlumat vermişdir. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X28 oğlu təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını və təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etdi Zərərçəkmiş şəxsin hüquqi varisi X28 oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs ilə anası Şahid2 birgə nikahından 17 fevral 1998-ci ildə anadan olmuşdur. Orta təhsilini Siyəzən rayonu. Cəfər Cabbarlı adma 1 saylı tam orta məktəbdə başa vurmuşdur. 2022-ci ilin oktyabr ayında X9 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan 11 oktyabr 2023-cü ildə qızı Arzu dünyaya gəlmişdir. Atası Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuşdur. Anası Tamilla ilə aralarında yaranan mübahisələr zamanı anasını döyüb şəxsiyyətini təhqir etdiyi üçün Siyəzən rayon məhkəməsinin qətnaməsi ilə 2019-cu ildə anası və atasının nikahları pozulmuşdur. Nikahın pozulmasına baxmayaraq anası və atası yaşadıqları Siyəzən rayonu. Daşqın Turabov küçəsində yerləşən evdə qeyri-rəsmi nikahda birlikdə yaşamışdırlar. Təqsirləndirilən şəxs bacısı Şəhlanın əridir. 2022-ci ilin dekabr ayında bacısı Şəhla Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Bu nikahdan 2024-cü ildə Tofiq dünyaya gəlmişdir. Bacısı Şəhla ilə əri Nurulla arasında olan mübahisələrdən xəbəri olmuşdur. Bu mübahisələrə səbəb Nurullanın başqa qadınlarla ona xəyanət etməsi olmuşdur. Həmçinin. 2025-ci ilin may ayında Nurulla ilə dalaşdıqdan sonra onu polisə şikayət etmişdir. Bu məsələ ilə bağlı anası və atası Sumqayıt şəhərinə gələrək onları barışdırmışdır. Bundan öncə bacısı Şəhla Nurulla ilə dalaşdıqdan sonra ona zəng edərək Nurulladan şikayət etmiş, ondan Nurulla ilə danışaraq onu başa salmağını xahiş etmişdir. O da Nurullaya zəng edərək “qızı istəmirdinsə, onunla niyə ailə həyatı qururdun, ailəvə sahib çıx, puluvu boş yerlərə xərcləmə, evdə dava-dalaş yaratmaq“ demişdir. Nurullanın anası X11 bacısı Şəhladan ayırmaq istəmişdir. Bu məsələ barədə bacısı Şəhla ona məlumat vermişdir. Şəhla Nurullanın telefonuna öz telefonundan nəzarət etmişdir, Nurullaya gələn mesajlar həm də bacısı Şəhlaya gəldiyi üçün bacısı bundan xəbər tutmuşdur. Buna görə də onların arasında dəfələrlə mübahisələr yaranmışdır. 12 iyul 2025-ci ildə gecə saat 23 radələrində bacısı Şəhla anasına zəng edərək Nurulla ilə aralarında mübahisə baş verdiyini. Nurullanın onun döydüyünü demişdir. Həmin vaxt anası Şabran rayonu Gəndab kəndində olmuşdur. Anası ona zəng edərək Nurulla ilə Şəhla arasında dava-dalaş baş verdiyini deyib onun Sumqayıt şəhərinə. Nurulla ilə bacısı Şəhlanın yaşadıqları ünvana gedə bilibbilməyəcəyimi soruşmuşdur. O da arvadı Nəzrin evdə tək qalmaqdan qorxduğu üçün anasına hal-hazırda getməyəcəyimi, səhər açıldıqdan sonra gedə biləcəyimi bildirmişdir. Nurulla ilə Şəhla arasında baş verən mübahisə barədə atasına məlumat vermişdir, atası isə bibisi İradə ilə əlaqə saxlamış və evdən çıxaraq Sumqayıt şəhərinə getmişdir. Həmin gün gecə vaxtı təxminən saat 03 radələrində bibisi oğlu Müslüm ona zəng edərək Nurullanın atasını qətlə yetirdiyini bildirmişdir. Hadisə barədə bildikləri bundan ibarətdir. Hadisə baş verən zaman bibisi Şahid5, sonuncunun əri Şahid6 və oğlu Şahid7 orada olmuşdur. Atası Arif bacısı Şəhla ilə sonuncunun yaşadığı mənzildə onunla söhbət etdikdən sonra mənzilin qapısını kilidləyərək evdən çıxdığı üçün bacısı hadisəni yalnız evin pəncərəsindən görmüşdür. Atası Arif ilə kürəkəni Nurulla arasında əvvəllər davadalaş olmamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxs onun yoldaşıdır. Onunla rəsmi nikah münasibətlərində olmuşdur. Hadisə izahatında bildirdiyi kimi baş vermişdir. Uşaqla bağlı baxçada bir problem yaranmışdır. Yoldaşı evə gəlmişdir. Normal şəkildə yeməklərini yemişlər. Sonra ona “aşağıda pivə içməyə yer var. Uşaqlarla orada oturmağa gedəcəm” demişdir. O, yoldaşına “canlı şəkildə mənə konum at” demişdir. Gecə vaxtı narahat olduğu üçün yoldaşına o sözü demişdir. Canlı konumu ona göndərərək evdən getmişdir. O, canlı konumla onu izləmişdir. Uşağı yatırandan sonra onun canlı konuma baxanda yerini dəyişdiyini görərək ona zəng edib “hara gedirsən” deyə soruşmuşdur. Ona “yaxınlıqdakı parkda oturmuşam” demişdir. O da ona “mənə yalan danışma” deyə bildirmişdir. O, həmin an yalandan yoldaşına “hə gəldim və sənə baxaraq geri qayıtdım” yazmışdır. Uşağı yatızdırdığı üçün yoldaşının arxasınca gedə bilməmişdir. Daha sonra yenidən yoldaşına zəng edərək harada olduğunu soruşmuşdur. Ona “dostlarımla görüşməyə gedirəm” demişdir. O əsəbləşərək ona olduğun yerdə “məni gözlə və səni götürməyə gəlirəm” demişdir. Olduğu yerdən mübahisə edərək yoldaşını evə gətirmişdir. Evdə bir az münaqişələri böyümüşdür. İstər-istəməz əsəbi olduğu üçün onun valideynlərinə münasibətdə təhqiramiz sözlər işlətmişdir. Yoldaşı əsəbləşmiş və telefonu tullamışdır. İstər-istəməz telefon onun alnına gəlmişdir. Daha sonra əsəblərini cilovlaya bilməmiş və anasına zəng edərək “gəlib qızını sakitləşdirə bilərsən mi” demişdir. Anasıyla telefonda görüntülü danışanda anası elə bilmişdir ki, onların arasında böyük bir münaqişə vardır. Anası elə bilmişdir ki, yoldaşı ona istəyərək xəsarət yetirmişdir. Daha sonra o qayınanasına zəng etmişdir. Anası da daha sonra qardaşına və bibisigilə məlumat vermişdir. Yoldaşı aşağı düşəndən sonra bibisi onlara gəlmişdir. Anası həmin an ona zəng edərək atasının yolda olduğunu demişdir. Atasına zəng edərək gəlməməsini demişdir. Yoldaşıyla aralarında kiçik mübahisələr olmasına baxmayaraq həmin gün olan mübahisə bir az böyük olmuşdur. Atası həmin gün telefonda əsəbləşərək yoldaşının onu artıq hədsiz əsəbləşdirdiyini və onun başını kəsəcəyini demişdir. Atası nalayiq sözlər işlətmişdir. Daha sonra bibisi aşağıya düşmüşdür. O, yerə yıxılanda Nurullanın sinəsindən tutmuşdur. Nurullanın köynəyi cırılmışdır. Nurulla köynəyi cırıldığı üçün əynini dəyişmişdir. Yaşıl rəngli köynəyini geyinmişdir. Daha sonra şkafdan nəsə götürərək həyətə düşmüşdür. Bibisinə şkafdan nəsə götürdüyünü deyəndə yəqin ki, yandıran götürdüyünü demişdir. O, bibisinə “sən canın sən aşağıya düş, atam bir az mübahisəli adamdır” demişdir. Atasının mübahisəli biri olduğunu və anasıyla dəfələrlə mübahisələrinin olduğunu yoldaşı da bilmişdir. Atası bir neçə dəfə anasını öldürməyə belə cəhd etmişdir. Bibisinə “aşağı düş və nəsə olsa imkan vermə” demişdir. Bibisinin yoldaşı ilə bibisi atasının qabağına getmişdir. Nurullanı evə gətirəndən sonra bibisi və yoldaşı avtomobilə minərək evlərinə getməyə hazırlaşmışlar. Atası yuxarı çıxmış və ondan “bibimgil hardadır” deyə soruşanda ona avtomobilə minərək evlərinə getdiklərini demişdir. Atası onun alnını görəndə hadisəni izah eləməyinə imkan verməmişdir. Atası evdə olarkən ona “gedəcəm və yoldaşının başını kəsəm” demişdir. Heç evin açarını həmin an qapının üzərindən çıxarmamışdır. Atasını qucaqlamış, lakin atası itələmişdir. Arxaya baxmadan qapını kilidləyərək getmişdir. Həmin gün yoldaşının bacısıgilə gedəcəyini bilmişdir. O, yataq otağının pəncərəsindən kimin haraya getməsinə baxmışdır. O, pəncərədən baxanda atasının qışqıraraq getməsini görmüşdür. O, ilk zərbənin atası tərəfindən vurulmasının şahidi olmuşdur. Pəncərəni açıb atasına “eləmə” deyə qışqırmağa başlamışdır. O qışqıraraq “ay ata sən hadisənin mahiyyətini bilmirsən” demişdir. Həmin an dediklərini kimsə dinləməmişdir. Onlar dalaşmışlar. Daha sonra onun telefonuna zəng gəlmişdir. Həmin an ona xalası zəng etmişdir. O, hadisə yerində bibisigili görməmişdir. Beş və ya on dəqiqə sonra bibisinin səsini eşitmiş və “X27a zəng edin” deyə qışqırırmış. Oraya gedəndə hadisənin baş verməsini görmüşdür. Hadisə baş verəndən sonra iki nəfər yoldan keçəni görmüş və onlara səslənərək atasının cibində açar olduğunu, “həmin açarla mənzilin qapısını açın” demişdir. Qapını həmin iki nəfər açandan sonra aşağıya düşmüşdür. X27 gələndən sonra artıq atasının ölməsini təsdiqləmişdir. Ondan sonra bibisioğlu ilə Siyəzənə getmişlər. Hadisə baş verən zaman evdə kilidli vəziyyətdə qalmışdır. Hadisənin necə baş verdiyini bilməmişdir. İbtidai istintaq zamanı ona təzyiq göstərən olmamışdır. İfadəni oxumamışdır. İmzalayıb getmişdir. Uşaq onun qucağında olduğu üçün o, Nurullanın bıçağı haradan götürməsini bilməmişdir. Şkafın səsindən təxmin edərək bıçağı oradan götürdüyünü düşünmüşdür. Övladı qorxduğu üçün yoldaşının arxasınca getməmişdir. Oğlunu tək qoyub gedə bilmədiyi üçün bibisinə onların arxasınca getməsini demişdir. Atasının cibində həmişə qatlanan bıçaq olmuşdur. O, atasının həmin bıçağı götürüb gəlməsindən qorxmuşdur. Hadisə yaşadıqları binanın yaxınlığında olmuşdur. Hava qaranlıq olmuşdur. Dəqiq baş verdiyi yeri bilməmişdir. Yaşadıqları binadan 100-150 metr aralıda hadisə baş vermişdir. Hadisənin baş verdiyi yeri təqribi olaraq görmüşdür. Onlar mübahisə edən zaman o qışqırmışdır. Onu eşitməmişlər. Onların mübahisə etməsinə mane ola bilməmişdir. O, üçüncü mərtəbədən aşağıya baxmışdır. Onun qışqırıqlarını dinləməmişlər. Atası evdən çıxanda söyüş söyərək yoldaşının arxasınca qaçmışdır. O, pəncərədən baxarkən atasının bir dənə zərbəsini görmüşdür. Ondan sonra ona zəng gəlmiş və telefona yönəlmişdir. O, telefonu götürdükdən sonra bibisinin qışqırıqlarını eşitmişdir. Beş dəqiqə telefonla danışmışdır. Pəncərəyə gedəndə bibisinin qışqırıqlarını eşitmişdir. Bibisini o, hadisə yerində görməmişdir. Hadisədən sonra bibisiylə danışmışdır. Bibisi ona hadisə yerinə çatana kimi artıq hadisənin baş verdiyini bildirmişdir. Onun bibisi doqquzuncu mikrorayonda yaşamışdır. Bibisini anası çağırmışdır. O, anasına zəng edəndən sonra anası bibisinə “bizə get” demişdir. O, bibisinə “onların arxasınca get ki, hər hansı bir hadisə baş verməsin” demişdir. Atasının nəsə etməsindən qorxmuşdur. Atası əvvəllər anasını öldürməyə cəhd etmişdir. Hətta bir neçə dəfə anasına şiddət göstərməsi ilə bağlı atasını polisə vermişlər. Bibisi aşağı düşəndə Nurullanı başa salaraq onu bacısıgilə yönləndirmişdir. Bibisi atasını da başa salmışdır. Atası bibisinə “evinizə gedin” demişdir. Bibisigilə bu gecə qızının yanında qalacağını səhər söhbəti həll edəcəyini demişdir. Daha sonra evdə onun vəziyyətini görəndən sonra söyüş söyərək Nurullanın arxasınca getmişdir. Atası evdə olarkən ondan Nurullanın harada olduğunu soruşmuşdur. Onun harada olduğunu bilmədiyini deyəndə ona “bu şərəfsizin o biri tərəfə getdiyini gördüm” demişdir. Onların yaşadığı binanın həyətindən hadisənin baş verdiyi yeri görmək mümkündür. O, bibisini hadisə yerində görməmişdir. Bibisi ona hadisə yerinə çatana qədər hadisənin baş verdiyini demişdir. Ona “hadisəni görsəydik qarşısını alardıq” demişdir. Hətta Arifin bibisinin qucağına yıxıldığını ona bibisi demiş və onda bıçaq zərbəsinin olduğunu görmədiyini demişdir. Bibisi atasında bıçaq izini görəndən sonra qışqıraraq kömək istəmişdir. Bibisi ona bıçağın olduğunu demişdir. Bibisinin ona təxmini olaraq dediklərinə əsasən o ifadə vermişdir. O, bıçağın yerində olmadığını görmüşdür. Nurullanın bıçaq götürməsini görməmişdir. O, atasının zərbə endirməsini və onların əlbəyaxa olduqlarını görmüşdür. Onun olduğu yerlə hadisənin olduğu yer uzaq olduğuna görə o bıçaq zərbəsini görməmişdir. İstintaq zamanı vermiş olduğu ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, o, hadisəni şəxsən görməmişdir. Həmin gecə kürəkəni ona zəng etmişdir. Onun qızı həmin vaxtı əsəbi olmuşdur. Kürəkəni ona “xala bizə gələ bilərsən mi” demişdir. Qızını sakitləşdirmək üçün onu çağırmışdır. O, Şabranda olmuş, tarlada işləmək üçün getmişdir. Hadisə olan gecə o öz evində olmamışdır. Evində olsaydı yoldaşını getməyə qoymazmış və ya onunla birgə gedərmiş. Daha sonra o, Nurullaya zəng edərək bacısıgilə getməsini demişdir. Həmin gün qızıyla yoldaşı arasında olan mübahisədə təqsir qızında olmuşdur. Səhər tezdən oraya gələcəyini demiş və onunla razılaşmışdır. Yarı yolda olarkən yoldaşı kürəkəninə “səni öldürməyə gəlirəm” demişdir. Hadisənin baş verməsinin əsas səbəbi qızının qısqanclığı olmuşdur. Hadisə barədə ilk məlumatı zəng edəndə öyrənmişdir. Baldızı İradəyə zəng etmişdir. İradəyə “Arifdən ehtiyyatlı ol və onları yaxın durmağa qoyma” demişdir. Uzaqdan səsini eşitmişdir, “Arif deyəsən yıxıldı” demişdir. İradə, halbuki hadisə zamanı orada olmamışdır. Arifin yas mərasimində İradə ona “əgər hadisə zamanı orada olsaydım hadisənin baş verməsinə icazə verməzdim” demişdir. O, davanın səsini eşitməmişdir. Həmin vaxtı İradənin səsini eşitmişdir. Həmin vaxtı görüntülü danışmamışdır. Zənglə danışmışdır. Sonradan telefonlar sönmüşdür. Yoldaşıyla evdə söz-söhbətləri çox olmuşdur. Bir və ya iki dəfə müxtəlif əşyalarla başını əzmişdir. Həmin günü də qohumunun evində işləmiş və içki içmişdir. Yoldaşı, bəlkə də, həmin günü içkili olmasaymış hadisə baş verməzmiş. İstintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir. O, Siyəzəndə yaşamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bacısıdır. O, hadisənin şəxsən şahidi olmamışdır. Hadisəni sonradan eşitmişdir. Belə ki, həmin gün qardaşı onlara gələcəyini demişdir. Qardaşı onlara gələndən sonra mərhumu vurduğunu demişdir. Nəylə və necə vurduğunu ona deməmişdir. İstintaq zamanı vermiş olduğu ifadəni təsdiq etmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, atası X10 ilə anası X3 birgə nikahından Şabran rayonu Gəndab kəndində 6 noyabr 1990-cı ildə bacısı Qurbanova Nərmin, xx xxxx 1992-ci ildə o, 26 fevral 1994-cü ildə bacısı Aslanova Minurə və 2 mart 1998-ci ildə qardaşı Nurulla dünyaya gəlmişdir. Şabran rayonu. Gəndab kənd tam orta məktəbinin 11-ci sinfindən məzun olmuşdur. 2009-cu ildə Şahid4 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 2010-cu ildə Ləman, 2014-cü ildə Ayan və 2020-ci ildə Nuray dünyaya gəlmişdir. Hal-hazırda ünvan 11 ünvanda yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs ilə onun qardaşıdır. O, 2009-cu ildə ailə həyatı qurduqdan sonra Sumqayıt şəhərində yaşamağa başlamışdır. Həmin ərəfədə qardaşı Nurulla isə anası Simnarənin yanında, yəni Şabran rayonu Gəndab kəndində qalmış, ayrı- ayrı sifarişlər üzrə günəmuzd işlərdə işləmişdir. Nurulla 2022-ci ildə Şahid1 ilə ailə həyatı qurmuşdur. Şəhla qardaşı Nurulla ilə evləndikdən sonra Nurullanın Sumqayıt şəhərində kirayə yaşadığı mənzilə köçmüş, təxminən 4-5 ay müddətində həmin mənzildə birlikdə yaşadıqdan sonra anası və Şəhla Şabran rayonunda geri qayıtmışlar. Həmin vaxt Nurulla Sumqayıt şəhərində yerləşən restoranların birində kababçı işləsə də. evin xərclərini qarşılamaqda çətinlik çəkmişdir. Nurulla özünə qapanan insan olmuş, ailədaxili məsələlərini onlarla bölüşməmişdir. 2025-ci ilin may ayının sonlarında Nurulla Şəhla ilə aralarında yaranmış mübahisədən sonra təxminən 2-3 gün onların yaşadığı evdə qalmışdır. O, həmin ərəfədə Şabran rayonu. Gəndab kəndində anası Simnarənin yanında olmuş, əri Ramil evdə tək olmuşdur. Şəhla Nurulla barəsində Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə şikayət etdikdən sonra Nurulla polis bölməsinə dəvət olunmuş, izahatı alınmış və əri Ramil öz avtomobili ilə Nurullanı bölmədən götürərək onların yaşadığı evə aparmışdır. Bundan sonra Nurulla ilə Şəhla arasında hər hansı məsələ ilə bağlı mübahisə olduğunu eşitməmişdir. Nurullanın qayınanası Tamilla və qayınatası Ariflə münasibəti olmamış, sonuncuları yalnız Nurullanın toy mərasimində görmüşdür. Hadisə baş verənə qədər Nurulla ilə qayınatası Arif arasında söz-söhbət olmamışdır. Nurullanın yalnız ailədaxili mübahisələri olmuşdur. 12 iyul 2025-ci il tarixdə saat 12 radələrində anası Simnarə ona zəng edərək Nurullanın Şəhla ilə dalaşması barədə məlumat vermişdir. Nurullanın qayınatası Arifin Sumqayıta gəlməsi barədə onun və anasının xəbəri olmamışdır. 12 iyul 2025-ci il tarixdə gecə saat 02:40-da Nurulla onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək ‘'kişini vurdum, indi sizə gəlirəm” demiş, lakin həmin kişinin qayınatası olduğunu deməmişdir. O, Nurulladan nəyə görə belə bir hərəkətə yol verdiyini soruşmuş və ağlamağa başlamışdır. Təxminən 2-3 dəqiqə sonra Nurulla ona zəng edərək “pilləkənlərlə yaşadığımız mənzilə qalxdığım" demiş və o da mənzilin qapısını açmışdır. Nurulla onlara gəldikdən sonra o, Nurullanın qayınatası Arilə bıçaqla xəsarətlər yetirdiyini öyrənmişdir. O, Nurulladan bunun səbəbini soruşduqda sonuncu “məni öldürəcəkdi, qardaşının ölməsini istəyərdinmi" demişdir. Nurulla onlara gələrkən üzərində eninə və uzununa xətləri olan açıq-yaşıl rəngli uzunqol köynək və qara rəngli idman şalvarı olmuşdur. Nurullanın üzərində olan açıq-yaşıl rəngli uzunqol köynəyi cırıldığı üçün köynəyini dəyişmiş və qara rəngli qısaqol köynək geyinmişdir. Bundan sonra o, əri Ramilə bu barədə xəbər vermişdir. Nurulla olanları əri Ramilə danışmış və “bizdən çıxaraq polisə təslim olmağa gedəcəyini" demişdir. Nurulla evdən çıxarkən cırılmış açıq-yaşıl rəngli uzunqol köynəyini də özü ilə götürmüşdür. Nurulla evdən çıxdıqdan bir müddət sonra onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək şübhəli şəxs qismində tutulması barədə məlumat vermiş və ondan paltar gətirməyini istəmişdir. Bundan sonra yaşadıqları məhəlləyə gələn xalası oğlu Elnura Nurullanın paltarlarını vermişdir. Onun Bağıyevlər ailəsi ilə hər hansı əlaqəsi olmadığı üçün sonradan ona hadisənin necə baş verməsi barədə hər hansısa məlumat verilməmişdir. Qardaşı ilə qayınatası arasında əvvəllər hər hansısa dava-dalaş olmamışdır. Nurulla onlara gəldikdə üzərində bıçaq olması barədə məlumat verməmişdir. Nurulla açıq-yaşıl rəngli uzunqol köynəyini dəyişərkən o, Nurullanın şalvarının üst hissəsinin altına yerləşdirdiyi bıçağın tiyəsini görmüşdür. Nurulladan üzərində niyə bıçaq gəzdirdiyini soruşduqda Nurulla Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarətlər yetirdiyini bildirmiş və evdən çıxarkən də həmin bıçağı özü ilə aparmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxs onun qaynıdır. O, hadisə yerində olmamışdır. Gecə saatlarında yoldaşı onu yuxudan oyadaraq Təqsirləndirilən şəxs onu görmək istədiyini demişdir. O da yoldaşından gecənin bir vaxtında nə üçün onu görmək istədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs ilə görüşəndə ona dava etdiyini demişdir. Ona qayınatasını vurduğunu demişdir. Təqsirləndirilən şəxsə yuxulu vəziyyətdə “çox nahaq yerə qayınatanı vurmusan” demişdir. Daha sonra yoldaşı ona hadisə barədə məlumat vermişdir. O, təqsirləndirilən şəxsə “bura niyə gəlmisən və get polisə təslim ol” demişdir. Təqsirləndirilən şəxs qayınatasını vurmasını demişdir. Yoldaşı isə ağlayaraq bıçaqla vurduğunu demişdir. İstintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2 noyabr 1980-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2009-cu ildə Şahid3 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 2010-cu ildə Ləman. 2014-cü ildə Ayan və 2020-ci ildə Nıırav dünyaya gəlmişdir. Hal-hazırda ünvan 12 ünvanda qeydiyyatda olmaqla yaşayır. Hal-hazırda ayrı-ayrı sifarişlər üzrə günəmuzd işlərdə işləyir. Təqsirləndirilən şəxs ilə onun arvadının qardaşıdır. Nurulla 2022-ci ildə Şəhla ilə ailə həyatı qurmuşdur. Nurullanın Sumqayıt şəhərində ailəsi ilə birlikdə kirayə mənzil tutaraq həmin mənzildə qalmasından məlumatlı olmuşdur, lakin həmin mənzilin hansı ünvanda yerləşməsi barədə xəbəri olmamışdır. Nurulla zəhmətkeş insan olmuşdur, o səhər saatlarında işə getmiş və günün çox hissəsini işdə olmuşdur. Buna görə də. Nurulla ilə tez-tez görüşüb söhbətləşə bilməmişdir. Nurulla ilə münasibətləri yaxşı olmuşdur, lakin sonuncu öz dərdlərini və sirrlərini heç kimə deməmiş, özünə qapanan insan olmuşdur. Nurulla daim iş-gücündə olmuş, heç kəslə dava-dalaşı olmamış, yalnız ailədaxili mübahisələri olmuşdur. Nurullanın 2025-ci ilin may ayının sonlarında arvadı Şəhla ilə mübahisəsinə görə sonuncu onu Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə şikayət etmişdir. Ona bu barədə arvadı Əsmər məlumat verdikdə, o, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə getmiş və Nurullanı bölmənin qarşısından öz avtomobili ilə götürərək yaşadığı ünvan 12 ünvana gətirmişdir. Nurulla paltarlarını dəyişərək işlədiyi restorana getmişdir. Bundan sonra təxminən 2-3 gün onun evində qalmışdır. Bu müddət ərzində Nurulla arvadı Şəhla ilə hansı səbəbdən dalaşması barədə ona nəsə deməmişdir. 12 iyul 2025-ci il tarixdə saat 03 radələrində arvadı Əsmər onu oyadaraq “Nurullanın onu görmək istədiyini" demişdir. O. yaşadığı evin mətbəxinə gələn zaman Nurulladan nə baş verdiyini soruşmuşdur. Nurulla ona “kişini vurmuşam" demişdir. O, Nurulladan kimi vurduğunu soruşmuşdur, lakin Nurulla bu barədə məlumat verməmiş, sadəcə başını yellətmişdir. O, Nurullanın kiməsə bıçaqla xəsarətlər yetirdiyini fikirləşməmişdir, sadəcə olaraq kiminləsə dalaşdığını düşünmüşdür. Bundan sonra Nurullaya bu barədə polisə məlumat verməli olduğunu dedikdə Nurulla onun evindən çıxaraq polisə təslim olmağa gedəcəyini bildirmişdir. O, mətbəxə gedərkən Nurulla artıq köynəyini dəyişmişdir. Nurulla evdən çıxdıqdan sonra arvadı Əsmər Nurullanın onlara gəlib üzərində olan köynəyi dəyişərkən şalvarının üst hissəsinin altına yerləşdirdiyi bıçağın tiyəsini gördüyünü və sonuncunun həmin bıçaqla qayınatası Arifi xəsarətlər yetirdiyini demişdir. O. 11 iyul 2025- ci il tarixdə axşam saat 19 radələrində evə gəldikdən sonra evdən çölə çıxmamış və Nurulla ilə görüşməmişdir. Gecə saat 3 radələrində arvadı Əsmər onu oyadaraq Nurullanın onunla görüşmək istədiyini bildirmiş, bundan sonra Nurulla ona "bir kişini vurduğunu" deyib evdən çıxmışdır. Nurulla ilə son günlər ərzində hər hansı danışıqları olmamış, sonuncu onunla əlaqə saxlamamışdır. Nurullanın qayınatası Arifə xəsarətlər yetirməsi barədə arvadı Əsmər Nurulla evdən çıxdıqdan sonra ona məlumat vermişdir. O. hadisənin törədildiyi anın şahidi olmamışdır, həmçinin Nurullanın hansı ünvanda yaşamasını belə bilməmişdir. Nurulla ilə qayınatası Arif arasında əvvəllər hər hansısa dava-dalaş olması barədə məlumatı yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid5 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. Onunla heç bir düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs onun qardaşının qızının yoldaşıdır. Gecə vaxtı ona zəng gəlmişdir. O, təqsirləndirilən şəxsin yoldaşının anası ilə danışmışdır. Təqsirləndirilən şəxsin yoldaşının anası ona “qızımı orada öldürürlər və özünü tez çatdır” demişdir. Birinci o, ünvana getmək istəməmişdir. Bir dəfə də belə bir hadisə olmuşdur. Polisə düşmüşlər. Daha sonra barışıq olmuşdur. Ona görə də o, ikinci dəfə onlara getməməyə görə özünə söz vermişdir. Təqsirləndirilən şəxsin yoldaşının anası ağlayaraq ondan getməyini xahiş etmişdir. Yoldaşı və oğlu da getmək istəməmişdir. Yoldaşına gecə saatları olduğu üçün bir yerdə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxsin yoldaşının anası və qardaşının xahişi ilə onlara getmişdir. O, oğluyla yoldaşını heç bir zaman onların evinə buraxmamışdır. Yuxarı çıxmışdır. Təqsirləndirilən şəxsin yoldaşının başında və ayağında qan olmuşdur. Həmin günü də dəfələrlə 102 xidmətinə zəng olunmuşdur. Təqsirləndirilən şəxs evə gəlmiş, övladı ilə söhbət etmiş və daha sonra getmişdir. Birinci mətbəxə keçmişdir. O şəxsin mətbəxdə olduğu müddətdə axtarış səsləri eşitmişdir. O səslər eşitdiyini təqsirləndirilən şəxsin yoldaşına deyərək təqsirləndirilən şəxsin özünə bir şeylər etməsindən narahat olduğunu deyəndə ona “ay bibi narahat olma özünə bir şey etməz” demişdir. O, təqsirləndirilən şəxsin yoldaşına təqsirləndirilən şəxsin oradan nəsə götürdüyünü demişdir. Mətbəxə keçəndən sonra geri qayıtmış mətbəxdəki bıçaqlardan birini götürdüyünü demişdir. O, Şəhlaya “icazə ver mən aşağıya düşüm” demişdir. O Şəhlaya təqsirləndirilən şəxsi dilə tutaraq bacısıgilə göndərmək istədiyini demişdir. O, aşağı düşəndə təqsirləndirilən şəxsi görmüşdür. Ona “bibi sən niyə aşağı düşmüsən” demişdir. Həmin vaxtı qardaşı da ona zəng edərək yolda olduğunu demişdir. Onların bir-birilərini görməkləri barədə narahat olmuşdur. Onun qardaşı çox sakit biri olmuşdur. Təqsirləndirilən şəxsi bacısıgilə göndərmişdir. Həmin vaxtı qardaşı evə gəlmişdir. O, sakitçilik olsun deyə getməsi üçün yalvarmışdır. O, “səhər gələrsən anası ilə danışarsan” demişdir. O, həmin an Şəhlaya “qızım gəl bizə gedək. Səhər anan gələr məsələni yoluna qoyarıq” demişdir. Ona “ölərəm getmərəm” demişdir. Şəhlaya onunla gəlməsi üçün yalvarmışdır. Açarı onlarla gəlməsi ilə bağlı Şəhlanı dilə tutması üçün qardaşına vermişdir. Onun qardaşını oğlu gətirmişdir. Şəhlanın anası atasına zəng edərək “qızımı vəhşicəsinə döymüşdür” demişdir. O, qardaşına dəfələrlə yorğun olduğunu bildərərək ondan Şəhlanı da götürüb getməkləri üçün xahiş etmişdir. Qardaşına onluq bir iş olmadığını deyərək qarışmamasını bildirmişdir. Qardaşı ona “sən yorğunsan sən evə get” demişdir. Ona “Şəhlanın yanına gedib onunla qalaram” demişdir. Həmin vaxt onun yoldaşıyla oğlu avtomobilin yanında olmuşlar. Qardaşı yuxarıya çıxmışdır. Avtomobilin yanına gedəndə oradan bir kölgənin keçdiyini görmüşdür. Qardaşı yuxarı çıxanda Şəhlanın vəziyyətini görmüşdür. Qapını kilidləyərək çölə çıxdığını eşitmişdir. Gecə vaxtı o “Ay əclaf, sən mənim qızımı nə günə qoymusan və bura gəl” sözünü eşitmişdir. O, qardaşının səsini eşidərək səs gələn tərəfə qaçmışdır. O, qardaşına “Arif getmə, təqsirləndirilən şəxsin əlində bıçaq var” demişdir. O yaxınlaşanda qardaşının bədəninə təpik vurmasını görmüşdür. Qardaşı təqsirləndirilən şəxsə “Sən mənim sinəmə təpik vurursan?” demişdir. Ondan sonra dalaşmağa başlamışlar. Təqsirləndirilən şəxsin əlində bıçaq görmüşdür. İki dəfə bıçaqla vurmasını görmüşdür. Qardaşı yerə yıxılanda təqsirləndirilən şəxs qaçmışdır. O, qardaşının yanına çatanda qardaşının yerə yıxılmasını görmüşdür. Onun günahsız qardaşı qollarında ölmüşdür. Onun qardaşı onların ailə işlərinə qarışmamışdır. Hətta iki gün əvvəl təqsirləndirilən şəxsin ailə üzvlərindən onun yanına gələrək ona bıçaq zərbəsini görmədiyini deməsi ilə bağlı ona təzyiq etmişlər. Təqsirləndirilən şəxs qardaşına təpik vuranda o, həmin ünvana çata bilməmişdir. O, uzaqdan “Ay Arif getmə” qışqırmışdır. O, avtomobilin yanında olmuşdur. Onların yanına çatana təqsirləndirilən şəxs qardaşına ikinci bıçaq zərbəsini vurmuşdur. O, qardaşına “təqsirləndirilən şəxsin əlində bıçaq vardır və təqsirləndirilən şəxsin yanına getmə” demişdir. Nurulla onu orada görmüşdür. Onu görmək ehtimalı yüksək olmuşdur. Nurulla evdən gedəndə o evdə olmuşdur. Nurulla evdən gedəndə “qapını kiməsə açmayın” demişdir. O, daha sonra mənzilin qapısını kilidləyərək təqsirləndirilən şəxsin yanına getmişdir. O, Şəhla ilə Nurullanın davasını görməmişdir. O, Şəhlanın ayağına buz qoymuşdur. Təqsirləndirilən şəxs onun səsini də eşitmişdir. Hava qaranlıq olmuşdur. Aralarında 15-20 metrlik məsafə olmuşdur. Onun qışqırıqlarını da eşitmişdir. O, Nurullanın Arifə bıçaq xəsarəti yetirməsini görmüşdür. İstintaq ifadəsində nə üçün belə yazıldığını bilməmişdir. O gördüyünü demişdir. Onun gözünün qarşısında olmuşdur. O, təqsirləndirilən şəxsin mərhuma iki bıçaq zərbəsi vurmasını görmüşdür. Müstəntiq əvvəlcədən onu tanımamışdır. Komputerdə ifadəni yazan o olmamışdır. O, ifadəsini oxusa da, gözləri zəif gördüyünə görə yaxşı diqqət edə bilməmişdir. İfadəsinin altında yazılan yazı onun xəttidir. O, ifadəsini tam dəqiqliklə oxuya bilməmişdir. Qardaşı təqsirləndirilən şəxsi söyməmişdir. Məhkəmə ifadəsində hadisələri necə görmüşsə, elə demişdir. Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx xxxxxxx 1968-ci ildə Siyəzən rayonunda anadan olmuşdur. Ailədə 9 nəfər - atası Bağı, anası Bahar. 3 bacı və 4 qardaş olmuşlar. 1992-ci ildə Şahid6 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan 2003-cü ildə Müslüm adlı övladları dünyaya gəlmişdir. Hal-hazırda Sumqayıt şəhəri. 9-cu mikrorayon, ev 26, mənzil 34 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda əri Emin və oğlu Müslüm ilə birlikdə yaşayır. Ayrı-ayrı sifarişlər üzrə günəmuzd təmizlik işləri görür. Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı 1991-ci ildə Şahid2 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan Şəhla və Asif adlı 2 övladı dünyaya gəlmişdir. Arifin öz ailəsi ilə münasibətləri yaxşı olmamış, içki aludəçisi olmuş, içki içdikdən sonra arvadı Tamilla ilə mübahisələri olmuş, qardaşı bu barədə onunla söhbətləşmişdir. Arif qızı Şəhlanın Nurulla ilə ailə həyatı qurmasını istəməmiş, arvadı Tamillaya dəfələrlə bu barədə etirazını bildirsə də, Tamilla Şəhla ilə Nurullanın evlənməsinə müsbət münasibət bəslədiyi üçün onlar ailə həyatı qurmuşdur. Şəhla ilə Nurullanın ailə həyatı qurmasını qardaşı Arifin istəməməsinin səbəbi Nurullanın mənsub olduğu nəslin ailəcanlı olmaması. Tamillanın bacısı və bacısı uşaqlarının həmin nəsildən olan şəxslə evləndikdən sonra boşanması olmuş, həmçinin, qardaşı oğlu Asifdə Nurulla ilə Şəhlanın ailə həyatı qurmasını istəməmişdir. 2022-ci ilin dekabr ayında Şəhla öz istəyi ilə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuşdur. Şəhla bir müddət qayınanasıgildə qalsa da. rəsmi nikaha daxil olduqdan sonra Sumqayıt şəhərinə Təqsirləndirilən şəxs yaşadığı ünvana köçmüşdür. Şəhla təxminən 4-5 ay Sumqayıt şəhərində qalsa da, ailədə yaranan maddi sıxıntılar və Şəhlanın qaynanası Simnarə ilə mübahisələrinin yaranması səbəbindən yaşadıqları rayona qayıtmışdır. 2024-cü ilin əvvəllərində Tofiq anadan olduqdan sonra yenidən Sumqayıt şəhərinə Nurullanın kirayə yaşadığı mənzilə köçmüşdür. 2025-ci ilin təxminən may ayının axırlarında Şəhla Nurulla arşında yenidən mübahisə olmuş, Şəhla Nurulla ilə bağlı polisə müraciət etmişdir. Həmin hadisə günü gecə saat 3 radələrində Şəhlanın anası Tamilla istifadəsində olan 055-741 -43- 38 mobil nömrəyə zəng edərək "tez özüvü yetir. Nurulla qızı boğub öldürür" demişdir. O, oğlu Müslüm və əri Eminlə birlikdə Nurullanın yaşadığı ünvana gəlmişdir. Şəhla Nurulla tərəfindən döyüldüyü üçün Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə şikayət etmişdir. Mənzilə daxil olan zaman polis əməkdaşlarının da orada olduğunu görmüş, bundan sonra Nurulla polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Şəhla onların evində olan zaman Nurullanın anası Simnarənin Nurullaya "Whatsapp" ani mesajlaşma şəbəkəsində göndərdiyi səs yazılarını dinlətdirmişdir. Səs yazılarında Simnarə Nurulluya “rədd elə o gəlini getsin, başqa qızdan 100 dənə elə Tofiq doğular“ demişdir. Həmin hadisənin növbəti günü Şəhlanın anası Tamilla və atası Arif Sumqayıt şəhərinə gəlmişdir. Arif Şəhlaya onunla birlikdə rayona getməyi təklif etsə də. Şəhla bu təklifi qəbul etməmişdir. Bundan sonra olanlar barədə onun məlumatı yoxdur. 12 iyul 2025-ci il tarixdə saat 01 radələrində Tamilla istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək ''Nurullanın Şəhla ilə dalaşdığını, bir-birilərini öldürəcəyini, tez oraya getməli olduğumu“ demişdir. Bundan sonra onlar Şəhla və Nurullanın yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 16/65-in qabağına gəlmişdir. O, həmin binanın 10 nömrəli mənzilinə, yəni Nurulla və Şəhlanın yaşadığı mənzilə qalxmış, əri və oğlu isə həyətdə onu gözləmişlər. O, mənzilə qalxan zaman Şəhlanın alnının qanadığını və qol-qıçının göyərdiyini görmüş. Şəhla ağrılarından şikayətlənərək ağlamışdır. Bundan sonra Nurulla mənzilə qalxmış və oğlu Tofıqi öpərək mənzilin yataq otağına keçmiş, yataq otağından çıxan Nurullanın əynində olan qısaqol köynəyi çıxartdığını və tünd rəngdə uzunqol köynək geyindiyini görmüşdür. Bu ərəfələrdə Tamilla Şəhlaya zəng edərək Arifin Sumqayıta gəldiyini bildirmiş. Şəhla ona bu barədə məlumat verdikdə, o, Şəhlaya “daha mən gəlmişəm. Arifə de gəlməsin“ demişdir. Bundan sonra Ariflə əlaqə saxlayıb Sumqayıta gəlmə demiş. Arif isə artıq Sumqayıta çatmasına az qaldığını, Müslüm və Eminin Sumqayıtın çıxışında onu qarşılayacaqlarını bildirmişdir. Nurulla Tofiq ilə bir müddət oynadıqdan sonra mətbəxə keçmiş, mətbəxdən bıçaqların birbirinə dəyməsi nəticəsinə yaranan səslər gəlməyə başlamışdır. O, Şəhlaya "Nurulladan gözüm su içmir, mətbəxdən səslər gəlir. Nurulla birdən bıçaq götürər" demişdir. Şəhla isə “Nurulla elə şey etməz" demişdir. Nurulla mənzilin çıxış qapısına tərəf getmiş və evdən çıxarkən ona qapını kilidləməyi və heç kəsə açmamağımı tapşırıb həyətə düşmüşdür. Nurulla həyətə düşdükdən sonra Şəhla ilə mətbəxə keçmiş, Şəhla bıçaqların qoyulduğu rəfə baxan zaman bıçaqlardan birinin olmadığını görmüşdür. O, Nurullanın bıçaqların qoyulduğu rəfi açıb həmin rəfdən bıçaq götürməsindən əmin olmuş və evin çıxış qapısını açarla bağlayaraq həyətə Nurullanın yanına getmişdir. Həyətə düşən zaman Nurulla həmin vaxt həyətdə binanın sağ və sol istiqamətində gəzişdiyini görmüşdür. Nurulla ona “burda nə gəzişirsən" dedikdə o, Nurulladan bacısıgilə getməsini xahiş etmiş, Nurulla isə “yaxşı gedərəm" demiş və o, Nurullanın getməsini gözləməyə başlamışdır. Bir neçə dəqiqə sonra Nurulla öz telefonunun flaş işığını yandırıraq Sumqayıt şəhəri 2-ci mikrorayon, Heydər Əliyev prospekti 345 ünvanında yerləşən 3 saylı tam orta məktəbin futbol meydançasının kənarında olan ağacın altında nəyisə axtarmağa başlamışdır. O. Nurulladan nə axtardığını soruşduqda Nurulla ona “bibi sən çıx get. sənlik birşey yoxdur, mən də bacımgilə gedirəm" demişdir. O, Arifin çatmasına az qaldığını, Nurullanın qardaşını gözlədiyini düşünüb binanın qarşısına gəlmişdir. Təxminən 10-15 dəqiqə sonra qardaşı Arif onun olduğu yerə gəlmişdir. Arif ondan nə üçün burada gözlədiyini soruşduqda Arifə "Şəhla mənimlə birlikdə yaşadığım mənzilə gəlmir, sən Şəhlanı razı sal. bizə gedək" demişdir. Arif isə "Şəhla tərsdir, getməyəcək deyibsə getməyəcək, sən evə get, mən gedib yanında qalaram" demişdir. O. mənzilin qapısının açarlarını Arifə vermiş və Arifin mənzilə çıxacağından əmin olmaq üçün gözləməyə başlamışdır. Arif mənzilə çıxdıqdan sonra Müslüm və Eminin maşım saxladıqları yerə tərəf getmişdir. Müslüm və Emin Arifi düşürtdükdən sonra maşının yanında onu gözləməyə başlamışlar. Maşına çatmağına az qalmış Arifin həyətə düşdüyünü, blokun girişində “ay əclaf, sən mənim qızımı nə günə qoymusan, gəl cavab ver" dediyini eşitmişdir. O. Nurullanın üzərində bıçaq olmasından və Nurullanın yaxınlıqda olmasından şübhələndiyi üçün Arifə səslənərək "Arif getmə" demişdir. Arif futbol meydançasına tərəf sürətlə hərəkət etməyə başlamışdır. Arif ondan uzaqda olduğu üçün o. futbol meydançasına çatana kimi artıq Arifin Nurulla ilə əlbəyaxa olduqlarını, Nurullanın Arifin sinə nahiyəsinə təpiklə vurduğunu, Arif müvazinətini itirərək arxa-arxaya getməyə başladığını görmüşdür. Arif sinəsini tutaraq Nurullaya "sən mənim ürəyimdən vurdun ay əclaf, mən səndən Şəhla ilə mübahisənin səbəbini soruşmağa gəlmişdim“ demişdir. Arif Nurullanın və atasının ünvanına hər hansı nalayiq ifadələr işlətməmişdir. Bundan sonra yenidən əlbəyaxa olub dalaşmağa başlamışlar. Oğlu Müslüm “ana getmə, səni də vurar* demişdir. Təxminən 15-20 saniyə sonra Arifin arxası üstə yerə yıxıldığını görmüşdür. Həmin vaxt Şəhla da mənzilin pəncərəsindən onlara baxmışdır. O, X27 çağırılması üçün ətrafdakılara səslənmişdir və yerə yıxılmış qardaşının yanına yaxınlaşdır. Qardaşını qucaqladıqdan sonra əlində qanabənzər ləkələrin olduğunu görmüş və əynində olan köynəyi qaldıran zaman Arifin qarınının sol nahiyəsində iki yerdən bıçaq xəsarətlərinin yetirildiyini müşahidə etmişdir. Bundan təxminən 10 dəqiqə sonra Təcili və təxirəsalınmaz tibbi yardımın həkim briqadası gələrək qardaşının daxili qanaxmadan öldüyünü bildirmişdir. Növbəti gün Tamilla ilə danışıq zamanı sonuncu Nurullanın 11 iyul 2025-ci il tarixdə gecə saat 11 radələrində “Whatsapp" ani mesajlaşma şəbəkəsində görüntülü zəng edərək "bax qızıva, gör nə günə qoymuşam, sənə 20 manat pul atıram, dur gəl Sumqayıta" dediyini, bu məsələ ilə bağlı Nurulla ilə mübahisə etdiyini" bildirmişdir. O. Nurulla ilə Arifin bir-birinə yaxın məsafədə əlbəyaxa olduğundan, həmçinin havanın qaranlıq olması səbəbindən Nurullanın Arifə bıçaq xəsarətləri yetirdiyi anı görməmişdir. Arif arxası üstə yerə yıxılan zaman o, həmin yerdən 6- 7 metr məsafədə aralı olmuşdur. O. həmin vaxt Nurullanın Arifə bıçaqla xəsarətlər yetirdiyini zənn etməmişdir. O. Nurullanın bıçaq götürdüyünü, həmçinin üzərində bıçaq saxlamasını görməmişdir. Arifilə Nurulla arasındakı mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid6 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, o, ifadəsində gördüklərini demişdir. O, hadisə yerinə çatanda mərhumun yerdə uzandığını görmüşdür. Başqa bir şey görməmişdir. O, həyətdə avtomobilin yanında olmuşdur. O, hadisə yerinə çatanda şəxs artıq yerdə olmuşdur. İradə onun yoldaşıdır. İradənin, həqiqətən, hadisəni görüb-görmədiyini bilməmişdir. Hadisə yerində o, İradənin qışqırıq səslərini eşitmişdir. O bildiyi qədəri ilə İradə hadisəni görmüşdür. İradə ona təqsirləndirilən şəxsin mərhumu bıçaqla vurduğunu gördüyünü demişdir. O, binanın həyətində avtomobili saxlamışdır. O, oğluyla avtomobildə olmuşdur. İradə yuxarıya çıxandan sonra onun yanına qayıtmamışdır. İradənin “X27 çağırın” deyə qışqırığını eşitmişdir. O çatanda da artıq hadisə olmuşdur. Mərhum onun qaynıdır. Yaxşı bir insan kimi tanımışdır. Deyib gülən biri olmuşdur. Ailəsi barədə olan münasibətlərini bilməmişdir. Qayınını dava-dalaşla arası olmayan biri kimi tanımışdır. İstintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir. Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx xxx 1974cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1999-cu ildə Şahid5 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan 2003-cü ildə Müslüm adlı övladları dünyaya gəlmişdir. Hal-hazırda ünvan 8 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda arvadı İradə və oğlu Müslüm ilə birlikdə yaşayır. ünvan 16al Təsərrüfat Birliyində bağban vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun arvadının qardaşıdır. Arif çox mehriban və zəhmətkeş insan olmuş, onunla münasibəti yaxşı olmuş. Arif ara-sıra Sumqayıt şəhərinə gələn zaman onu qarşılamağını xahiş etmişdir. Arifin Şəhla və Asif adında 2 övladı olmuşdur. 2022-ci ilin dekabr ayında Şəhla öz istəyi ilə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş. Arif qızı Şəhlanın Nurulla ilə ailə həyatı qurmasını istəməmiş, arvadı Tamillaya dəfələrlə bu barədə etirazını bildirsə də. Tamilla Şəhla ilə Nurullanın evlənməsinə müsbət münasibət bəslədiyi üçün onlar ailə həyatı qurmuşdur. Şəhla ilə Nurullanın ailə həyatı qurmasını Arifin istəməməsinin səbəbi Nurullanın mənsub olduğu nəslin ailəcanlı olmaması. Tamillanın bacısı və bacısı uşaqlarının həmin nəsildən olan şəxslə evləndikdən sonra boşanması olmuşdur. Şəhla ailə həyatı qurduqdan bir müddət sonra Sumqayıt şəhərinə Təqsirləndirilən şəxs yaşadığı ünvana köçmüşdür. 2024-cü ilin əvvəllərində onların Tofiq adlı övladı dünyaya gəlmişdir. Təxminən 2025-ci ilin may ayının axırlarında Şəhla ilə Nurullanın aralarında yaranan mübahisə zəmnində Şəhla Nurulla ilə bağlı polisə müraciət etmişdir. Həmin hadisə günü gecə saat 3 radələrində Şəhlanın anası Tamilla arvadı İradəyə zəng edərək "tez özüvü yetir. Nurulla qızı boğub öldürür" demişdir. Bundan sonra o, İradə və oğlu Müslüm birlikdə Nurullanın yaşadığı ünvana - ünvan 17öydüyü üçün Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə şikayət etmişdir. Bundan sonra arvadı İradə onların yaşadığı mənzilə qalxmışdır. O, və Müslüm isə Nurulla ilə Şəhlanın ailə həyatına qarışmaq istəmədikləri üçün həyətdə İradənin gəlməsini gözləmişdir. Nurulla polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş. Şəhla və oğlu Tofiq isə onlarla birlikdə öz yaşadıqları ünvana, yəni - ünvan 18 növbəti günü Şəhlanın anası Tamilla və atası Arif Sumqayıt şəhərinə gəlmişlər. Bundan sonra olanlar barədə onun məlumatı yoxdur. 12 iyul 2025-ci il tarixdə saat 01 radələrində Şahid2 arvadı İradəyə zəng edərək “Nurullanın Şəhla ilə dalaşdığını, bir-birilərini öldürəcəyini, tez oraya getməli olduğumuzu'’ demişdir. Bundan sonra onlar Sumqayıt şəhəri. 2-ci mikrorayon, ev 16/65-in qabağına gəlmişdir. Arvadı İradə binanın 10 nömrəli mənzilinə, yəni Nurulla və Şəhlanın yaşadığı mənzilə qalxmış, o və oğlu Müslüm isə həyətdə İradəni gözləməyə başlamışdır. İradə mənzilə qalxdıqdan bir müddət sonra Arif Müslümün istifadəsində olan mobil nömrəyə zəng edərək Siyəzən rayonundan Sumqayıt şəhərinə gəldiyini bildirib Miislümdən onu avtomobil ilə Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisindən, daha dəqiq desək Sumqayıt Qeydiyyat-imtahan və X20 yaxınlığından götürərək Nurullanın yaşadığı ünvana gətirməyini" istəmişdir. O, Müslümün idarə etdiyi "BYD Destroyer 05” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt Qeydiyyat-imtahan və X20 yaxınlığına gəlmiş və Arifi həmin ünvandan götürərək ünvan 20umqayıt şəhəri, 2-ci mikrorayon, ev 16/65-in qarşısına çatan zaman İradənin həyətdə Arifi gözlədiyini görmüşlər. Arif avtomobildən düşdükdən sonra Müslüm ev 16/65-dən təxminən 30-40 metr aralıda maşını saxlamışdır. İradə Arifin yanma gələrək Şəhla və Tofıqin evdə tək olduğunu bildirib mənzilin açarlarını Arifə vermişdir. İradə Arifin mənzilə qalxdığından əmin olmaq üçün bir neçə dəqiqə binanın qarşısında gözləmiş, Arifin mənzilə qalxdığından əmin olduqdan sonra isə maşını saxladıqları yerə tərəf gəlməyə başlamışdır. İradə maşına çatmağa az qalmış arxaya çönərək Arifin blokdan çölə çıxdığını bildirmiş və Arifə səslənərək "Arif getmə” deyə-deyə Arifin hərəkət etdiyi istiqamətə tərəf getməyə başlamışdır. O. Arifin blokdan çölə çıxdığını görməmiş, habelə hər hansı ifadələr işlətdiyini eşitməmişdir. O. Müslümlə İradənin olduğu yerə, yəni - Sumqayıt şəhəri 2-ci mikrorayon. Heydər Əliyev prospekti 345 ünvanında yerləşən 3 saylı tam orta məktəbin futbol meydançasına tərəf gedən zaman futbol meydançasının kənarından keçən avtomobil yolunun ortasında Arifin arxası üstə uzandığını görmüş, Arifə yaxınlaşaraq onun əynində olan boz-ağ rəngli eninə zolaqlı qısaqol köynəyi qaldırmış və Arifin qarınının sol nahiyəsində iki yerdən bıçaq xəsarətlərinin yetirildiyini müşahidə etmişdir. Bundan bir müddət sonra Təcili və təxirəsalınmaz tibbi yardımın həkim briqadası gələrək Arifin daxili qanaxmadan öldüyünü bildirmişdir. O, Nurullanın Arifə bıçaq xəsarətləri yetirdiyi, həmçinin onların əlbəyaxa dava etdikləri anı görməmişdir. O, Nurulla ilə Arifin dalaşdığı yerə gələn zaman Nurulla orada olmamış. Arif isə arxası üstə uzanmışdır. O. ümumiyyətlə həmin gün Nurulla ilə qarşılaşmamış, hadisə olan ərəfədə görməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid7 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxs onun anasının qardaşının qızının yoldaşıdır. Gecə saatlarında onlara zəng gəlmişdir. “Qoymayın qızımı döyürlər” demişdir. Qızıgilə getməklərini istəmişlər. Onlar da oraya getmişlər. Daha sonra mərhum ona zəng edərək “arxamca gəl” demişdir. Stansiya Sumqayıt ərazisinə getmişdir. O, avtomobilin yanında dayanmışdır. Birdən anasının qışqırıq səslərini eşitmişdir. O, hadisə yerinə çatanda dayısı artıq yerdə olmuşdur. Hadisə anını görməmişdir. O, hadisə vaxtı orada olmamışdır. Hadisə yerində anasını görməmişdir. Dayısını gətirdikdən 10 dəqiqə sonra hadisə baş vermişdir. Bəlkə də daha az olmuşdur. Hadisə olan zaman o, avtomobildə olmuşdur. Onun anası dayısının arxasınca getmişdir. Anası sonradan onların yanına qayıtmamışdır. Onlar binanın qarşısında dayanmışlar. Hadisə binanın tinində olan yolda olmuşdur. Məktəbin yaxınlığı olmuşdur. Həmin yerdən Şəhlanın yaşadığı bina görünmüşdür. Avtomobildə olarkən uzaqdan anasının getməsini görmüşdür. Atasından “ana hara getdi” deyə soruşmuşdur. Atası anasının arxasınca bir dəqiqə sonra getmişdir. O, avtomobili kilidləyəndən sonra hadisə yerinə getmişdir. Anası “X27 çağırın” deyə qışqırırmış. Anasının dilindən “qoyma qardaşım” eşitmişdir. Dayısı arada bir içmişdir. Ailəsi ilə münasibətlərini normal bilmişdir. Ailədaxili münasibətlərində polisə düşməklərini bilməmişdir. Anasının qışqırması ilə onun hadisə yerinə getməyi arası beş dəqiqə olmuşdur. Hadisə yerindən səslər eşitmişdir. İstintaq zamanı vermiş olduğu ifadəni təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, ünvan 22 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək qayınatası Zərərçəkmiş şəxs 2 bıçaq zərbəsi ilə bıçaqladığını bildirmişdir. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, Siyəzən şəhəri, Seyfəddin Dağlı küçəsi, ev 73-də yaşayan, xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon, 26/65 və 3 nömrəli məktəbin arxasında ürək nahiyəsinin kəsilmiş və deşilmiş yarasından vəfat etmişdir. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, vətəndaş Bağıyeva ,əhla Arif qızı dünən əri Təqsirləndirilən şəxs onu döyməsi və bu barədə görüntünü ailəsinə göndərməsi səbəbilə danışığa gələn atasına bıçaqla xəsarət yetirərək öldürməsini bildirmişdir. xx.xx.2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə A/1520 saylı protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. xx.xx.2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə onun həyat yoldaşı Şahid1 arasında keçən yazışmalarda mübahisə məzmunlu mesajlar aşkar olunmuşdur. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istintaq hərəkəti iştirakçılarını Sumqayıt şəhəri 2-ci mikrorayon. Heydər Əliyev prospekti 345 ünvanında yerləşən 3 saylı tam orta məktəbin futbol meydançasının kənarından keçən asfalt beton örtüklü avtomobil yoluna gətirərək hadisənin burada baş verdiyini göstərmiş və qeyd etmişdir ki, ‘'yaşadığı Sumqayıt şəhəri 2-ci mikrorayon ev 16/65-in qarşısında Zərərçəkmiş şəxs bacısı Şahid5 ilə söhbət zamanı sonuncu ona "bu gün bacıngilə get. sabah gələrsən söhbət edərik“ demiş, o da sonuncunun təklifi ilə razılaşmış və ağacın altına gələrək bıçağı atdığı yerdən götürmüşdür. O. bu yol ilə bacısı gilə gedərkən (getdiyi istiqaməti göstərərək) Zərərçəkmiş şəxs oradan (Zərərçəkmiş şəxs gəldiyi istiqaməti göstərərək) üzərinə hücum çəkərək həm onun, həm də vəfat edən atasının ünvanına nalayiq ifadələr işlətmiş və pis söyüşlər söymüşdür. Bundan sonra Ariflə dalaşmışlar, sonuncu əl-qol ataraq onun köynəyini cırmışdır. Hadisə zəmnində o da üzərində olan bıçağı çıxardaraq Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs 2 dəfə bıçaqla xəsarətlər yetirməyə çalışmışdır, lakin onlardan 1-i sonuncuya dəymişdir. Üzərində bıçaq götürməyinin səbəbi Zərərçəkmiş şəxs Siyəzən şəhərində olarkən zəng edib ona söyüş söyməsi və onu öldürməklə hədələməsi olmuşdur. Bıçağı saxladığı yerdən çıxartmaqda məqsədi qan çıxartmaqla Zərərçəkmiş şəxs qorxutmaq olmuş, sonuncunu öldürmək niyyəti olmamışdır, istəmədən buna səbəb olmuşdur. Aralarındaki mübahisə təxminən 3 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxslə aralarında olan mübahisəni sonuncunun bacısı Şahid5, bacısının əri Emin, bacısı oğlu Müslüm və kirayə yaşadığı mənzilin pəncərəsindən (kirayə yaşadığı mənzili göstərərək) arvadı Şəhla müşahidə etmişdir. Bu zaman Şəhlanın səsini eşitmiş. Şəhla ona "Nurulla sən nə etdin“ demişdir. Aralarında olan dava-dalaş zamanı Zərərçəkmiş şəxs onun köynəyini cırmışdır, hadisə zamanı aldığı xəsarətləri Zərərçəkmiş şəxs ona yetirmişdir. Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər hər hansı dava-dalaş, mübahisə olmamışdır”. xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən Sumqayıt şəhər 3 saylı tam orta məktəbin futbol meydançasının yaxınlığıdır. Hadisə yeri təhlükəsizlik lenti ilə əhatəyə alınmışdır. Təhlükəsizlik lentinin bağlandığı ağacın alt hissəsi ağ rəngli əhənglə boyanmışdır, yarpaqları yaşıldır, ətrafı torpaqla qarışmış halda olan solaraq saralmış otlarla örtülmüşdür. 3 saylı tam orta məktəbin futbol meydançasının kənarında olan təhlükəsizlik lentinin bağlandığı ağacın hasara tərəf olan hissəsindən ensiz asfalt beton örtüklü yol çəkilmişdir. Yolun ortasında dayanaraq hasar boyu uzanan hərəkət hissəsinə baxdıqda: Sağ yan tərəfdə yol boyunca davam edən 11 mişar daşı hündürlükdə hasar və ona bitişik ortası çəpərli dəmir dirəklər mövcuddur. Hasarın digər tərəfində 2 mərtəbəli köhnə tikili və ağaclar müşahidə olunmuşdur. Yolun çiyin hissələri kiçik daşlarla qarışmış formada olan torpaq və təbbi şəkildə yetişmiş yaşıl və solaraq saralmış otlarla örtülmüşdür. Sol yan tərəfdə təbii şəkildə yetişmiş otlarla qarışmış torpaq səthdən ibarət futbol meydançası yerləşir. Həmin futbol meydançasının kənarından keçən asfalt beton örtüklü avtomobil yolunda yaşıl rəngli çarpayısı olan, təkərli xərək üzərində üstü ağ mələfə ilə örtülmüş vəziyyətdə arxası üstə kişi meyiti uzadılmışdır. Meyitin gözləri qapalı, ağzı açıq vəziyyətdədir. Təkərli xərəkdən təxminən 1 metr məsafədə üzərində qəhvəyi rəngli tabut olan dəmir materialdan yaşıl rəngli təkərli konstruksiya vardır. Meyitin ayaqları təhlükəsizlik lentinin bağlandığı ağac istiqamətində, başı isə yolun hərəkət hissəsində olan dəmir kanalizasiyası quyu qapağı istiqamətindədir. Asfalt beton örtüklü yolun hərəkət hissəsində qanabənzər ləkələr müşahidə olunmamışdır. Meyitin əynində bir ədəd göy rəngli cins şalvar, bir ədəd ağ-qara-boz-gö) rəngli eninə zolaqlı qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir cüt qara rəngli corab, bir cüt qara rəngli ayaqqabı müşahidə olunmuşdur. Meyitin əynində olan ağ-qara-boz-göy rəngli eninə zolaqlı qısaqol köynəyin ön səthində qanabənzər ləkələr və sinə hissəsində 2 ədəd kəsik-zədə vardır. Meyitin əynində olan ağ-qara-boz-göy rəngli eninə zolaqlı qısaqol köynəyi və ağ rəngli maykanı yuxarı qaldırdıqda döş qəfəsinin sol aşağı hissəsində 2 ədəd kəsilmiş-deşilmiş yara müşahidə olunmuşdur. Sorğu zamanı meyitin Zərərçəkmiş şəxs məxsus olduğu bildirilmişdir. Hadisə yerindən Zərərçəkmiş şəxs meyiti götürülərək Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiyası Birliyinin Sumqayıt şəhər şöbəsinin mevitxanasına aparılmışdır. xx.xx.2025-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, saat 08.00 dəqiqədən saat 08:30-dəqiqəyədək Sumqayıt şəhər Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya şöbəsinin meyitxanasında mərhum Zərərçəkmiş şəxs meyitinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki: təşrih masası üzərində arxası üstə kişi meyiti uzadılmışdır. Meyitin əynində göy rəngli cins materaildan olan şalvar boz-ağ rəngli eninə zolaqları olan qısaqol köynək, ağ rəngli qolsuz mayka, qara rəngli br cüt ayaqqabı, qara rəngli bir cüt corab vardır. Ağ rəngli qolsuz maykanın boyun tikişdən 1 lsm aşağı, sol yan tərəfdən 26.5 sm. sağa, ətəkdən 35 sm yuxarıya 1.7 sm ölçüdə zədə. Boyun tikişdən 1.7 sm aşağı, sol yan tikişdən 18 sm sağa, ətəkdən 32.0 sm yuxarıya 1.4 sm zədə vardır. Çiyin tikişdən 12 sm aşağı, sol yan tikişdən 16 sm sağa, ətəkdən 35 sm yuxarıya 2,5 sm ölçüdə zədə vardır. Ağ-boz rəngli eninə zolaqları olan köynəyin boyun tikişdən 27 sm aşağı, sol yan tikişdən 23.0 sm sağa, ətəkdən 29.0 sm yuxarıya 1.8 sm zədə vardır.Boyun tikişdən 24.5 sm aşağıya, sol yan tikişdən 15 sm sağa, ətəkdən 3 1 sm yuxarıya. 2.6 sm zədə vardır.Boyun tikişdən 31 sm aşağıya, sol yan tikişdən 17.5 sm sağa, ətəkdən 23 sm yuxarıya 1.5 sm zədə vardır. Paltarları qanla bulaşmışdır.Meyit düzgün bədən quruluşlu olub, kafi qidalıdır. boyu 172.0 sm-dir. Meyit qacıması yoxlanılan əzələ qruplarında inkişaf etmişdir. Meyit ləkəsi bədənin arxa və yan səhtini əhatə etməklə solğun göyümtül-bənövşəyi rəngdə olub, barmaqla təzyiq etdikdə avazıyır və 30 saniyədən sonra əvvəlki rəngini bərpa edir. Baş tükləri (saçları) ağarımşdır, uzunluğu 2,0- 3.0 sırı-ə qədərdir. Gözləri qapalı vəziyyətdədir, bəbəklər bərabər genəlmişdir, diametri 0.5 sm-dir. güzehli qişa qəhvəyi rəngdədir, ağlı qişa bulanıq və qansızmalıdır. Burun sümük və qığırdaqları, eləcə də üz-skelet sümüklərini əllədikdə gözlə görünən patoloji dəyişiklik yoxdur. Xarici qulaq keçəcəkləri sərbəst keçirici olub, ifrazat yoxdur. Burun dəlikləri sərbəst keçirici olub, ifrazat yoxdur. Ağzı qapalıdır, dişləri tamdır. Boynu bədənə müvafiqdir, hərəkətlidir. Döş qəfəsi silindrikdir, simmetrikdir, qarnı döş qəfəsi səviyyəsindədir, əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Xəstəlik və zədə əlamətləri yoxdur. Arxa dəlik ətrafı təmiz və zədəsizdir. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər vardır. Döş qəfəsinin ön səthinin aşağı iç səthində 2.8x0.8 sm ölçüdə, döş qəfəsinin ön səthinin aşağı-bayır səthində 3.Ox 1.0 sm ölçüdə, köndələn çəp yerləşmiş, hamar kənarlı, ucları iti yaralar vardır. Meyitin bədəni üzərində digər xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz-ağ rəngli eninə zolaqlı qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd ağ-boz rəngli tuman, bir cüt qara rəngli corab və bir cüt qara rəngli ayaqqabı tərəfimdən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. xx.xx.2025-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı əynində qara rəngli idman şalvarının, açıq-yaşıl rəngli uzunqul köynəyin olduğunu, sonuncuya qatlanmayan tipli, tiyəsi gümüşü, dəstəyi açıq-qəhvəyi rəngli bıçaqla xəsarətlər yetirdiyini, hadisə barədə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə ‘\X29 13" markalı mobil telefondan istifadə edərək məlumat verdiyini bildirmiş və iş üçün əhəmiyyət kəsb edə biləcəyini nəzərə alaraq sadalananların ondan götürülməsini xahiş etmiş, bundan sonra iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli idman şalvarı, bir ədəd açıq-yaşıl rəngli uzunqul köynək, habelə, bir ədəd qatlanmayan tipli, tiyəsi gümüşü, dəstəyi açıq-qəhvəyi rəngli bıçaq və “X29 13“ markalı mobil telefon tam. hərtərəfli və obyektiv araşdırmanın aparılması üçün əhəmiyyətli olduğuna görə sonuncudan götürülərək müvafiq qaydada qablaşdırılmışdır. xx.xx.2025-ci il tarixli əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus paltarlara baxış zamanı müəyyən edildi: №01-02. Köynək - ağ-qara-boz-göy rəngli zolaqları olan materialdan hazırlanmış, qısaqoldur, yaxalığı üç düymə ilə bağlanır, üzərində geyilmə izləri qeyd edilir, boynun astar səthinə "İnnovate” yazılmış etiket tikilmişdir. Köynəyin uzunluğu 690mm, çiyin nahiyyəsində eni 485mm, qollarının uzunluğu 230mm-dir. Köynəyin ön səthinin sol yarısında, aşağı azad kənardan 270mm, sol yan tikişdən 155mm məsafədə, 100x70mm sahədə, köndələn və çəp istiqamətli, düz xətti formalı, uzunluqları 15mm, 20mm və 27mm olan üç ədəd dəlib-keçən zədə var. Zədələrin kənarları sapların düz bölünmüş uclarından təşkil olunmuş, onlardakı liflər yığcam yerləşərək, ucları eyni səviyyədə dururlar. Zədələrin hər iki ucunda son saplarda zədələnmə qeyd olunmur. Zədələrin bir ucunda sonuncudan əvvəlki saplar zədə oxu boyunca düz bölünmüş, onlardakı liflər yığcam yerləşmiş, ucları eyni səviyyədə dururlar. Zədələrin digər ucunda sonuncudan əvvəlki saplar zədə oxu boyunca qeyri-düz bölünmüş, onlardakı liflər saçaqlanmış, ucları müxtəlif səviyyələrdə yerləşmişlər. №03-04. Şalvar - göy rəngli cins materialdandır, üzərində geyilmə izləri qeyd edilir, öndən metallik zəncirbənd və düymə vasitəsilə bağlanır, ön və arxa səthinin hər iki yarısında cibləri var. ciblərin içərisi boşdur, arxa səthinin sağ yarısına qəhvəyi rəngli dəriyəoxşar materialdan etiket tikilmişdir. Şalvarın uzunluğu 1040mm, bel nahiyyəsində diametri 410mm- dir. Şalvarın üzərində zədə aşkar edilmədi. №05-06. Mayka - ağ rəngli materialdn hazırlanmışdır, üzərində geyilmə izləri qeyd edilir, uzunluğu 685mm, eni 505mm-dir. Maykanın ön səthinin sol yarısında, aşağı azad kənardan 320mm, sol yan tikişdən 180mm məsafədə, 100x75mm sahədə, köndələn və çəp istiqamətli, düz xətti formalı, uzunluqları 15mm, 18mm və 25mm olan üç ədəd dəlibkeçən zədə var. Zədələrin kənarları sapların düz bölünmüş uclarından təşkil olunmuş, onlardakı liflər yığcam yerləşərək, ucları eyni səviyyədə dururlar. Zədələrin hər iki ucunda son saplarda zədələnmə qeyd olunmur. Zədələrin bir ucunda sonuncudan əvvəlki saplar zədə oxu boyunca düz bölünmüş, onlardakı liflər yığcam yerləşmiş, ucları eyni səviyyədə dururlar. Zədələrin digər ucunda sonuncudan əvvəlki saplar zədə oxu boyunca qeyri-düz bölünmüş, onlardakı liflər saçaqlanmış, ucları müxtəlif səviyyələrdə yerləşmişlər. №07-08. Tuman - boz rəngli, üzərində xətti təsvirləri olan materialdan hazırlanmışdır, üzərində çoxsaylı geyilmə izləri qeyd edilir, uzunluğu 275mm, bel nahiyyəsində diametri 290mm-dir, üzərində zədə aşkar edilmədi. №09. Bir cüt corab - qara rəngli materialdan hazırlanmışdır, üzərində çoxsaylı geyilmə izləri qeyd edilir, uzunluğu 240mm, hündürlüyü 180mm-dir, üzərində zədə aşkar edilmədi. №10. Bir cüt ayaqqabı - qara rəngli dəriyəoxşar materialdan hazırlanmışdır, üzərində geyilmə izləri qeyd edilir, alt səthinə "37" rəqəmi həkk olunmuşdur, uzunluğu 295mm, eni 100mm-dir, üzərində zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus paltarlara baxış zamanı müəyyən edildi: №11-12. Köynok - yaşıl rongli malerialdan hazırlanmışdır, üzərində geyilmə izləri qeyd edilir, yaxalığın sorbost ucları düymə ilə bağlanır. Köynək öndən plastik düymələr və onlara Uyğun llgoklorlo bağlanır (yuxarıdan 3, 5, 6 və 7-ci düymələr yerində yoxdur), boynun astar solhlno "J L T. XXL. Made in Turkey" və digər sözlər yazılmış etiket tikilmişdir. Köynəyin uzunluğu 710mm, çiyin nalıiyyesinde eni 410mm, qollarının uzunluğu 620mm-dir. Köynəyin ön sothlnln sağ yarısında, sağ çiyin tikişindən başlayaraq aşağıya doğru, boylama istiqamətli, qeyri-düzgün xotti formalı, 480mm uzunluqlu bir ədəd, sağ yan nahiyyədə, sağ qolun dairəvi tiklşindon başlayaraq, boylama istiqamətli, uzunluqları 580mm və 390mm olan, qeyri-düzgün xotti formalı iki odod zədə var. Sağ çiyin tikişindən başlayan zədə köynəyin arxa səthinə keçorok, arxa köndolon tikiş xotti boyu 110mm uzunluqda davam edir. Zədələrin kənarları sapların qeyri-düz qırılmış uclarından təşkil olunmuş, onlardakı liflər kəskin saçaqlanmış, ucları müxtəlif səthlər üzrə dururlar, zədələrin uclarında son saplarda dartılma qeyd edilir, bəzi hissolərdo zodo kənarları arasında bölünməmiş saplar qeyd edilir. Köynəyin sağ ön sərbəst konarı üzərində olan yuxarıdan 3, 5, 6, 7-ci düymələr yerində yoxdur, qopmuşdur, düymə yerlərində səthi xarakterli, bəzi sapların qeyri-düz bölünməsi, üflənməsi, saçaqlanması ilə müşayiət olunan zodələnmolər qeyd edilir. Köynəyin arxa səthinin sol yarısının yuxarı hissəsində, yaxalıq tikişindən başlayaraq, aşağıya doğru, qeyri-düzgün xətti fomalı, uzunluqları 30mm və 50mm olan iki ədəd dəlib-keçən zədə var. Zədələrin kənarları sapların qeyri-düz qırılmış uclarından təşkil olunmuş, onlardakı liflər kəskin saçaqlanmış, ucları müxtəlif səthlər üzrə dururlar, zədələrin uclarında son saplarda dartılma qeyd edilir, bəzi hissələrdə zədə kənarları arasında bölünməmiş saplar qeyd edilir. №13-14. İdman şalvarı - qara rəngli materialdan hazırlanmışdır, üzərində geyilmə izləri qeyd edilir, bel nahiyyesi elastikidir, rezinlidir, ip keçirdilmişdir, ön səthinin hər iki yarısında yan cibləri var, ön səthinin sol yarısına “Emporio Armani” sözü və emblemi həkk olunmuşdur. İdman şalvarının uzunluğu 1035mm, bel nahiyyəsində diametri 380mm-dir, üzərində zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi bıçağa baxış zamanı müəyyən edildi: №15-16. Bıçaq - qatlanmayan tiplidir, tiyə və dəstəkdən ibarətdir, ümumi uzunluğu 245mm-dir. Bıçağın tiyəsi - gümüşü rəngli metal materialdan hazırlanmışdır, uzunluğu 135mm, eni əsasında 28mm, ortada 21 mm, ucunda 1mm-dir. Tiyənin aşağı kənarı itilənmiş (ülgüc), yuxarı kənarı itilənməmişdir (küp). Tiyənin kəsici kənarının (ülgücünün) konturu əsasından ucuna qədər qövsvari formada yuxarıya doğru qalxaraq küp kənarla birləşir. Tiyənin ülgüc kənarı əsasından 6mm məsafəyədək olan hissəsi istisna olmaqla, hər iki tərəfdən itilənmişdir, itilənmə hündürlüyü 2mm-ə qəderdir, kafi itilikdədir. Tiyənin küpü «n» şəkillidir, qalınlığı 1,5mm-ə qodordir, qabırğaları zəif biruzə olunur. Tiyənin küpünün konturu əsasından ucuna qədər qövsvari formada yuxarı qalxır, kəsici kənarla iti bucaq altında birləşərək tiyənin ucunu əmələ gətirir, tiyənin ucu orta xətdən yuxarı səviyyədə yerləşir, kafi itilikdədir, cüzi sola doğru əyilmişdir. Bıçağın dəstəyi - açıq qəhvəyi rəngli taxta materialdan hazırlanmışdır, qövsvari formalıdır, sol yan səthi cüzi qaralmışdır, tiyənin milinə dairəvi formalı, gümüşü rəngli üç ədəd metal millər vasitəsi ilə bərkidilmişdir. Dəstəyin uzunluğu 110mm, eni 20mm-dən 27mm-ə qədər, qalınlığı 17mm-dir. Meyitin məhkəmə-tibbi ekspertizasının Zərərçəkmiş şəxs barəsində 81 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ölümünə səbəb sol və sağ ağciyərin, ürəyin sol mədəcəyin və sağ qulaqcığının deşilmiş-kəsilmiş yaraları nəticəsində baş vermiş daxili qanitirmə olmuşdur Erkən meyit əlamətlərinə əsasən ölüm meyitin müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol ağciyərin aşağı payının zədələnməsi ilə müşayət olunan döş qəfəsinin ön səthinin sol aşağı bayır səthinin bir ədəd boşluğa keçən deşilmiş-kəsilmiş yarası. Ürək kisəsinin, ürəyin sağ qulaqcığını, ürəyin sol mədəcinin, sağ ağciyərin orta payının zədələnməsi ilə müşayət olunan döş qəfəsinin ön aşağı iç hissəsinin bir ədəd boşluğa keçən deşilmiş- kəsilmiş yarası. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin təsirindən, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən törənmişdirlər, törənmə müddəti meyitin müayinəsindən bir qədər əvvəl olmaqla 12.07.25-ci il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə həm ayrı-ayrılıqda, eləcədə ümumilikdə adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər qısa müddət ərzində yetirildiyindən həmin xəsarətlərin ardıcılığı haqqında fikir söyləmək çətindir. Zərərçəkmiş şəxs bədənində olan xəsartələrin xarakterinə və yerləşmə yerinə əsasən demək olar ki, zərərçəkmişlə zərər yetirən şəxs şaquli vəziyyətdə qarşı-qarşıya durmuşdular. Zərərçəkmiş şəxs yerləşmə yerinə əsasən demək olar ki, bədənində olan xəsarətlərin xarakterinə və həmin xəsarətlərin özü-özünə yetirməsi istisna edilir. Zərərçəkmiş şəxs döş qəfəsinin ön sol hissəsində olan boşluğa keçən iki ədəd yaranın istiqaməti aşağıdan-yuxarıya, soldan-sağa, öndən-arxaya doğru olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş paltarlardakı zədələrlə onun bədəni üzərində olan xəsarətlər nisbi olaraq üst-üstə düşür. Təqsirləndirilən şəxs barəsində məhkəmə tibbi ekspertizasının 1020 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki. Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Döş qəfəsinin ön sağ hissəsinin, döş qəfəsinin ön-aşağı sağ hissəsinin döş qəfəsinin sol yan səthinin 2 (iki) ədəd qançırları. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən bir günə qədər olmaqla 12.07.25-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və həm ayrı-ayrılıqda eləcədə ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Şahid1 barəsində məhkəmə tibbi ekspertizasının 1049 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki. Şahid1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Şahid1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ bazunun orta 1\3-nin arxa səthinin 3 (üç) ədəd qançırları, alın nahiyyəsinin tüklü hissəsinin səthi yarası. Qeyd olunan xəsarətlər küt əşyanın (əyşayalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən 2-3 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və həm ayrı-ayrılıqda eləcədə ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Maddi sübutların məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizalarının tədqiqinə dair 306/MTKŞ-2025 savlı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın və qolsuz maykanın hər birinin ön səthində üç ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Mərhum Zərərçəkmiş şəxs məxsus cins şalvarın, bir cüt corabın, bir cüt ayaqqabının və tumanın üzərində zədə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus uzunqol köynəyin ön səthinin sağ yarısında və arxa səthinin sol yarısında çoxsaylı cırılmış zədələr, ön səthinin sağ sərbəst kənarı üzərində yuxarıdan 3. 5. 6 və 7-ci düymələrin qopması var. Bu zədələr küt mexanizmdən köynəyin həmin nahiyyəsinin kəskin dartılması nəticəsində törənmişlər. Təqsirləndirilən şəxs məxsus idman şalvarının üzərində zədə aşkar edilməmişdir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim edilmiş maddi sübutların üzərində məhkəmə-tibbibioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələgəlmə mexanizmi aşağıdakı kimidir: Bıçağın tiyəsinin hər iki səthində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində yaranmış yaxma xarakterli ləkələrdir. Mərhum Zərərçəkmiş şəxs məxsus cins şalvarın ön səthində olan ləkə qan mənbəyindən (qanlı səthdən) öz ağırlığı ilə az hündürlükdən düşən damcı xarakterli ləkədir. Mərhum Zərərçəkmiş şəxs məxsus koftanın üzərində olan ləkələrdən ön səthdə olan geniş ləkə qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli, kənarlarında olan ləkələr qan mənbəyindən az hündürlükdən düşən damcı xarakterli, bəzi ləkələr isə sıçrantı xarakterli ləkələrdir. Koftanın ön səthinin aşağı azad kənarında olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində törənmiş yaxma xarakterli ləkələrdir. Mərhum Zərərçəkmiş şəxs məxsus maykanın üzərində olan ləkələrdən ön səthdə olan geniş ləkə qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli, kənarlarında olan ləkələr qan mənbəyindən az hündürlükdən düşən damcı xarakterli, ön səthinin aşağı azad kənarında olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində törənmiş yaxma xarakterli ləkələrdir. Mərhum Zərərçəkmiş şəxs məxsus corablardan bir tayının alt səthində olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkədir. Mərhum Zərərçəkmiş şəxs məxsus tumanın üzərində olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkədir. Mərhum Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabının üzərində məhk mə-bioloji tədqiqat zamanı qana şübhəli ləkə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus köynəyin sağ qolunun azad kənarı üzərində olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkədir. Təqsirləndirilən şəxs məxsus idman şalvarının üzərində məhkəmə-bioloji tədqiqat zamanı qana şübhəli ləkə aşkar edilməmişdir. Maddi sübutların məhkəmə tibbi bioloji tədqiqinə dair 467/2025-TBŞ nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu AB /İV/-dir. X8 ABO sistemi üzrə qan qrupu 0 alfa. beta /l/-dir. (təqdim olunan sənədlərin surətinə əsasən). Ekspertizaya təqdim edilmiş bıçaq. Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, qısaqol köynək, tuman, şalvar, bir cüt corab və X24 oğluna məxsus uzunqol köynək üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A. B və H antigenləri alınmışdır. Bu qan ləkələri AB(H)/İV/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (əgər onun qanında müşayətçi H antiqeni vardırsa). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabı və X24 oğluna məxsus şalvar üzərində qana şübhəli ləkə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş maddi sübutlarda olan qan ləkələrin hansı müddətdə əmələ gəlməsini və canlı insanın, yoxsa meyitin qanından əmələ gəlməsi olan suallara dəqiq elmi əsaslandırılmış metod olmadığı üçün cavab vermək mümkün olmamışdır. Təqsirləndirilən şəxs barəsində ambulator məhkəmə psixiatrik və məhkəməpsixoloji ekspertizasının 3183 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədərkən və ona qədər hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs tərətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilivini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı pxisi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs tərətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilivini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21- ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əsəbilik, hövsələsizlik, öz maraqlarını üstün tutmaq, söz götürməmək, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında qəzəb, aqressiya kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan-fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli, DİN-in vahid məlumat axtarış sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Sumqayıt şəhər Narkoloji Dispanserindən daxil olmuş 4474 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qetdiyyatda yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü X23 adlı bir azyaşlı övladı vardır. Cinayət işinin materiallarında olan 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin 4(060)-207/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4- cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə işin hallarını Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən təhlil edərək qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə hadisə vaxtı 2 bıçaq zərbəsi yetirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə nisbətdə yaşlı olmasını, fiziki cəhətdən təqsirləndirilən şəxsə münasibətdə gücünün qeyri bərabər olmasını, təqsirləndirilən şəxsin əlində deşici kəsici alətin olmasını, həmçinin hadisəni zərərçəkmiş şəxsin yaxın qohumlarının gözü qarşısında edərək, onlara xüsusi əzab verdiyini dərk etməsini nəzərə alaraq həmin vəziyyətdə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaq zərbələri yetirməsini, məhz Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xüsusi əzab və iztirab verməklə öldürmək niyyəti ilə əlaqələndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək onun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa məhkəmə Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasındakı fərqi qiymətləndirməyi zəruri hesab edir. Belə ki, şahid ifadələri arasında yaranmış ziddiyyəti ibtidai istintaq zamanı ifadə verərəkən eynəyi üzərində olmadığı üçün diqqətlə oxuya bilməməsi ilə əlaqələndirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsində də hadisəni görməsi əks olunmuşdur. Lakin məhkəmə istintaqı zamanı Şahid5 baş vermiş hadisəni daha detallı və daha dəqiq təsvir etmişdir. Həmçinin məhkəmə şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəni səmimi verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadə digər şahidlərin ifadələri ilə üst-üstə düşür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şahid5 məhkəmə istintaqı zamanı daha dəqiq və ətraflı ifadə verdiyi üçün sonuncu ifadəsi əsas götürülməlidir. Bundan başqa məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai istintaq zamanı verdiyi "zərərçəkmiş mənə hücum etdi", "yanımızda heç kim yox idi", "öldürmək istəmirdim" məzmunlu ifadələrinə tənqidi yanaşır. Məhkəmə bu ifadələri səmimi hesab etmir və onları təqsirləndirilən şəxsin özünü müdafiə etmək, cinayətin ağırlıq dərəcəsini azaltmaq və məsuliyyətdən yaxa qurtarmaq məqsədilə seçdiyi taktika kimi qiymətləndirir. Bu ifadələr şahidlərin (Şahid5, Şahid1) hadisənin təfərrüatlarını təsvir edən ardıcıl ifadələri və ekspertiza rəyləri ilə tamamilə təkzib olunur. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 -cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 120.2.4 -cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs bir azyaşlı övladının olmasını (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi), könüllü gəlib təqsirini boynuna alması (AR CM-in 59.1.10-cü maddəsi) və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini (AR CM-in 59.1.12-ci maddəsi) şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin könüllü polis orqanlarına gəlməklə təslim olmasını yüngülləşdirici hal kimi nəzərə alsa da qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Cinayət məcəlləsinin 60.2-ci maddəsinin tələbi nəzərə alınmaqla həmin məcəllənin 60.1-ci maddəsi tətbiq edilə bilməz. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halı nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4 -cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 12 iyul 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt şəhər Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz-ağ rəngli eninə zolaqlı qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd ağ rəngli tuman, bir cüt qara rəngli corab, bir cüt qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli idman şalvarı bir ədəd açıq yaşıl rəngli uzunqol köynək, habelə bir ədəd qatlanmayan tipli, tiyəsi gümüşü, dəstəyi açıq-qəhvəyi rəngli bıçaq məhv edilməli, Sumqayıt şəhər Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd "X29 13" markalı qara rəngli telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt şəhər Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz-ağ rəngli eninə zolaqlı qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd ağ rəngli tuman, bir cüt qara rəngli corab, bir cüt qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli idman şalvarı bir ədəd açıq yaşıl rəngli uzunqol köynək, habelə bir ədəd qatlanmayan tipli, tiyəsi gümüşü, dəstəyi açıq-qəhvəyi rəngli bıçaq məhv edilsin, Sumqayıt şəhər Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd "X29 13" markalı qara rəngli telefon onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar