Məhkəmə qərarları › İş №1(124)-486/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-486/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-486/2024 19.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X13 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xaçmaz rayonu Uzunoba kəndində yaşayan, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X15 tanışı X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya (əkmə və yetişdirmə) etmək məqsədilə Xaçmaz rayonu, Sibiroba kəndinin meşə tərəfə olan hissəsində kənd qurtardıqdan sonra meşə sahəsində 2 kilometr şimal istiqamətində ağaclarla və kollarla əhatə olunmuş 10x5=50 m2 sahədə otlardan təmizlədikləri yerdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin aprel ayında torpağa basdıraraq əkmiş və əkdikləri həmin toxumlardan yetişən küllü miqdarda - 78 (yetmiş səkkiz) ədəd çətənə bitkisinə 26 avqust 2023-cü il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları kultivasiya etmiş, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 26 avqust 2023-cü il tarixdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Xaçmaz rayonu, Sibiroba kəndi ərazisində yerləşən həmin yerdən 78 (yetmiş səkkiz) ədəd yaş vəziyyətdə, ümümi çəkisi 50 kiloqram 380 qram olmaqla əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X15 özünü ona CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə elan olunan ittiham üzrə təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində göstərmişdir ki, onlar yay fəslində Fəxri Təhməzovla birlikdə dəniz kənarına getmiş və dənizə yaxın ərazidə kolluq görərək həmin ərazidə çətənə bitkisi əkmək qərarına gəlmişlər. O da narkotik vasitə istifadəçi olduğu üçün çətənə bitkisi əkmək istəmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, 3- 4 il olar ki, narkotik vasitə istifadə etmişdir. Çətənə bitkisi əkdikləri ərazinin kimə məxsus olduğunu bilməmişdir. Həmin ərazidə çətənə bitkisi əkdiklərindən heç kimin məlumatı olmamışdır. Həmin ərazi kolluq ərazi olduğu üçün ancaq böyürtkən yığan şəxslər oraya gedirmişlər. Onun anası və bir bacısı var. Arada onun gözlərində tutulmalar olur. O, Sumqayıt şəhərində doğulmuşdur. Atası öldükdən sonra Xaçmaz rayonuna köçmüşlər, amma orda onlara məxsus torpaq sahəsi yoxdur. Onlar Xaçmaz rayonunda nənəsinin bacısıgilin evində yaşayırlar. Bitkiləri yetişdirmək barədə internetdə araşdırma aparmışlar. Çətənə bitkisi əkmək Fəxri ilə onun ortaq qərarları olmuşdur. Onlar bitkiləri sulamaq məqsədi ilə bel ilə 2-3 metr quyu qazmışlar. Hazırda əməlindən peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş X16 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuş və narkotik vasitə almağa imkanı olmadığı üçün çətənə bitkisi əkmək qərarına gəlmişdir. Narkotik vasitə istifadəçi olduğu üçün həmin toxumları tutulmamışdan əvvəl özündə saxlamış, sonra isə atmışdır. Həmin bitkiləri Səbuhi Nəzərli ilə birlikdə meşədə əkmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, çətənə bitkilərinin hüdürlüyü fərqli olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman Səbuhi Nəzərli də onun yanında olmuşdur. Yaşadığı ev bina evi olduğu üçün çətənə bitkilərini həyətində yox, meşədə əkmişdir. Özü narkotik vasitə istifadəçisi olduğu üçün və narkotik vasitəyə ehtiyacı olduğu üçün çətənə bitkisi əkmişdir. O, ağacların bu qədər böyüyəcəyini təsəvvür etməmiş, həmin bitkiləri sulamışdır. Çətənə bitkisi əkməyin qanunsuz olduğundan qismən məlumatı olmuş, çətənə bitkisi əkmək onun təklifi olmuşdur. Əvvəllər narkotik vasitə istifadə etmişdir. Bitkilərdən neçəsinin qurumayıb qalacağını bilmədiyi üçün 3-4 ədəd yox, 78 ədəd çətənə bitkisi əkmişdir. Çətənə bitkisi əkəcəkləri yeri o tapmışdır. Həmin yeri Səbuhi ilə birlikdə alaq otlarından təmizləmiş və bitkiləri birlikdə sulamışlar. Səbuhi onun əkdiyi bitkilərin çətənə bitkisi olduğundan məlumatlı olmuşdur. Səbuhi də əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. O, 22 avqust 2022-ci il tarixdə azadlığa çıxmış, bir il sonra - 23 avqust 2023-cü il tarixdə yenidən tutulmuşdur. Cəzaçəkmə müəssisəsindən çıxan zaman dövlət ona 1100-1200 manat pul vermişdir. Həmin pulu xəstəliyi ilə əlaqədar müalicəsi üçün istifadə etmişdir. Himayəsində bir tək anası var. Hazırda əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 26 avqust 2023-cü il tarixdə Xaçmaz rayon sakinləri X9 və X8 tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmələri barədə əməliyyat məlumatı daxil olmuş, tərəfindən bu məlumat Xaçmaz Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və X16 ilə X8 ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri ilə X9 və X8 Xaçmaz rayonu, Sibiroba kəndi ərazisində olan meşə sahəsində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmələri müəyyən edilmişdir. Bununla bağlı həmin əraziyə X16, X15, aqronom və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı oradan ümumilikdə 78 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkiləri, 1 ədəd ov tüfəngi, bitki dərmanı, barmaq izləri, siqaret kötükləri və həmçinin məişət əşyaları aşkar edilərək götürülmüşdür. Bundan başqa oradan çadır aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən X16 və X15 aşkar edilmiş həmin bitkiləri özlərinin əkərək kultivasiya etdiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ayrıayrılıqda Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı həmçinin şahidlər Şahid5 və Şahid4 ibtidai istintaq zamanı vermiş olduqları ifadələr elan olunaraq tədqiq olunmuş və onların da Şahid1 ilə eyni məzmunlu ifadə verdikləri müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinə Xaçmaz rayonu, Həsənqala kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1993-cü il təvəllüdlü X16 və Sumqayıt şəhəri 9 mkr ev 8 m 39-da qeydiyyatda olmaqla Xaçmaz rayonu, Uzunobakəndində yaşayan xx.xx.1990-cı il təvəllüdlü X8 Xaçmaz rayonu, Sibiroba kəndi ərazisində yerləşən meşə massivində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmələri barədə etibarlı mənbədən əməliyyat yolu ilə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə X16 və X8 ətrafında təxirə salınmadan əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 26.08. 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə video çəkilişlə polis əməkdaşlarının, aqranomun, X16 və X8 iştirakı ilə Xaçmaz rayonu, Sibiroba kəndi ərazisində yerləşən meşə sahəsinə baxış keçirilərkən 78 ədəd çətənə bitkisinə oxşar bitki, 02 ədəd stəkan, 01 ədəd fincan, 01 ədəd 1 litrlik plastik ayran qabı, 01 ədəd üzərində 14671-59 rəqəmləri həkk olunmuş yivsiz ov tüfəngi, bundan əlavə 01 ədəd dərman preparatı, 01 ədəd 5 litrlik su bidonu, 11 ədəd siqaret kötüyü və 01 ədəd çadır aşkar olunaraq götürülmüş, video çəkilişin əks olunduğu 02 ədəd DVD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər.15- 18). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Torpağa və bitkilərə baxış keçirilməsi haqqında” mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayonu, Sibiroba kəndində yerləşən meşəlik əraziyə baxış keçirilərkən aşkar ediərək götürülmüş cəmi 78 (yetmiş səkkiz) ədəd yaş vəziyyətdə olan bitkilər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Onların dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir (cild 01, iş vər.58). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 27 avqust 2023-cü il tarixli 3-16-16/2-7/1215 nömrəli rəyindən görünür ki, - tədqiqata təqdim olunmuş 6 ədəd torbada ümumi sayı 78 ədəd yaş vəziyyətdə ümumi çəkisi 50 kq 380 qram olan bitkilər tərkiblərinə görə eyni olub, əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (cild 01, iş vər. 63-66). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(067)-183/2023 nömrəli qərarından görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 01, iş vər. 126). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin xx.xx.2023-cü il tarixli, 1216 nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs X6 Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinə müraciət etməmişdir (cild 01, iş vər. 130). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 18-1- 43/2-2691/2023 nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs X15 “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası”nda həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur (cild 01, iş vər. 132). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-10959/2023 nömrəli məktubundan görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-79/2-24986/2023 nömrəli məktubu vasitəsi ilə, xx.xx.2023-cü il tarixdə, Xaçmaz rayonu, Sibiroba kəndində meşə massivində narkotik tərkibli çətənə bitkilərinin qanunsuz olaraq kultiavisya edilməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan 08 ədəd əl izi (stəkanın üzərindən götürülmüş əl-barmaq izləri) (ADİS-in məlumat bankına Xaçmaz Rayon Polis Şöbəsindən daxil olan) xx.xx.1993-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş X5 əlinin orta, adsız (02 dəfə), sol əlinin orta barmaqları, sağ əlinin ovuc (03 dəfə) və sol əlinin ovuc əksləri ilə eynilik müəyyənlik edilmişdir. Digər eynilik aşkar edilməmişdir (cild 01, iş vər. 142). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 6117 nömrəli rəyindən görünür ki, X1 qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 143-144). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə daktiloskopik ekspertizasının 13 dekabr 2023-cü il tarixli 3-16-16/2-3/1941 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 8”a”,’;b”,”c”,’*d” saylı daktilolentin səthindəki əlbarmaq izləri, 9,10”a”,”b” saylı daktilolentlərin səthindəki ovuc izləri, 10”c”, 1 l”a”,”b” saylı daktilolentin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 1,2,3,4,5,6,7,8,9,10,11,12,13,14,15,16,17,18,19 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 8 “a” saylı daktilolentlərin səthindəki əl-barmaq izi X5 əlinin orta barmağından,’’b” saylı daktilolentlərin səthindəki əl-barmaq izi onun sağ əlinin adsız barmağından ,”c’* saylı daktilolentlərin səthindəki əl-barmaq izi onun sağ əlinin çeçələ barmağından,’ТГ saylı daktilolentlərin səthindəki əl-barmaq izi onun sağ əlinin adsız barmağından,9 saylı daktilolentin səthindəki ovuc izi onun sol ovucunun hipotenar hissəsindən, 10”a” saylı daktilolentin səthindəki ovuc izi onun sağ ovucunun tenar hissəsindən, 10”b” saylı daktilolentin səthindəki ovuc izi onun sağ ovucunun hipotenar hissəsindən, ll”a”,’’b” saylı daktilolentin səthindəki əl-barmaq izləri isə onun sağ əlinin adsız barmağından qalmışdır (cild 01, iş vər. 203-216). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X15 barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edimişdir (cild 01, iş vər. 223-231). Cinayət işinin materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-486/2024 saylı qərarı ilə iş üzrə təqsirləndirilən şəxslərdən biri olan X16 məhkəmə istintaqından yayındığına görə onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, onun barəsində axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-486/2024 saylı qərarları ilə cinayət işi üzrə icraat təzələnmiş, habelə hazırki cinayət işindən X9 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrılmış, hazırki cinayət işi təqsirləndirilən şəxs X8 barəsində CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə davam etdirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarında göstərilmişdir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində verilmişdir. Həmin maddədə qeyd edilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Həmin siyahı görə 16 ədəddən 800-dək çətənə kolunun əkilməsi külli miqdarı əhatə edir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxs X12 qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, X8 cinayət əməli təqsirləndirilən şəxsin özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X8 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, X15 anası ilə birlikdə Xaçmaz rayonu, Uzunoba kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 154-156). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, X15 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 127). Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X8 CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar və CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası X8 əməlində cəzasını yüngülləşdirən halların, habelə cəzasını ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, yəni meşə gözətçisi olduğu halda qeyd edilən cinayəti törətməsini, beləliklə də şəxsiyyətinin ictimai təhlükəliliyini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən X15 təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “Tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X15 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 52-53). Cinayət işinin materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X8 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 113-115). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, X8 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bitdiyindən, o, Xaçmaz RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 169-171) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-486/2024 saylı qərarı ilə X15 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilmiş və o, zaldan həbs olunaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı şəhərində yerləşən 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs X8 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 02 (iki) ay müddət cəzasına hesablanmaqla ona təyin olunan cəzadan çıxılmalı, cəzasının başlanğıcı isə xx.xx.2024-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, X15 barəsində olan məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X8 xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübutların taleyinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 838/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli hökmü ilə həll edilməsi nəzərə alınmalıdır. İş üzrə 68,65 AZN (altmış səkkiz manat, altmış beş qəpik) ekspertiza xərci X7 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X8 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə olduğu 02 (iki) ay müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılsın və üzərində 04 (dörd) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X15 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. X15 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutların taleyinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 838/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli hökmü ilə həll edilməsi nəzərə alınsın. İş üzrə 68,65 AZN (altmış səkkiz manat, altmış beş qəpik) ekspertiza xərci X7 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (X12 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar