Məhkəmə qərarları › İş №1(124)-488/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-488/2024

23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-488/2024 23.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3aşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə edib, daşıma cinayətini törətmişdir. Belə ki, o, 13 aprel 2023-cü il tarixdə saat 16:00 radələrində Abşeron rayonu, Masazır kəndində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən 200 manat pul müqabilində 04 ədəd şəffaf rəngli sellofan bükümlərdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin sıyahısı”na (Siyahı İ) daxil edilmiş ayrıayrılıqda çəkiləri 5,318 qram, 7,268 qram, 1,096 qram və 0,578 qram ümumi çəkisi 14,260 qram olan külli miqdarda tünd qəhvəyi rəngli xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd şəffaf rəngli sellofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin sıyahısı’na (Siyahı İ) daxil edilmiş çəkisi 0,378 qram olan ağ rəngli kristal formalı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq, Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində Abşeron rayon polis idarəsinin narkotiklərlə mübarizə qrupunun və cinayət axtarışı şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bolmart” mağazasının qarşısında saxlanılaraq, Abşeron rayon polis idarəsinə aparılıb, həmin gün saat 03:00 radələrindən saat 03:25 radələrinədək vaxt ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd qara rəngli dəridən hazırlanmış zəncirbəndli pul kisəsinin içərisində satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 04 ədəd şəffaf rəngli selofan bükümdə ayrı-ayrılıqda çəkiləri 5,318 qram, 7,268 qram, 1,096 qram və 0,578 qram, ümumi çəkisi 14,260 qram olan külli miqdarda tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,378 qram olan ağ rəngli kristal formalı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, onu ittiham aktında göstərilən saatda yox, axşam saat 9 radələrində “Bolmart”ın qarşısında yox, blokun içərisində tutublar. Polis əməkdaşları üzərinə baxış keçirərkən üzərindən pul qabı, telefon da çıxmış, amma sənədlərdə onlar qeyd olunmamışdır. Əgər onun üzərində narkotik var idisə, onu telefonu niyə araşdırılmayıb, bəlkə elə o, narkotiki satacaqmış? Polis şöbəsində 2-3 saat ərzində təsirlərə məruz qalmış, yenə də ittiham olunacağı əməli boynuna götürməmişdir, lakin ona demişdirlər ki, “səni ən yüngül maddə ilə rəsmiləşdirəcəyik, istifadəçi kimi”. Sonra onu mənzilinə aparmışdırlar, artıq evinə girdiklərini görəndə nə desələr, razılaşacağını bildirmişdir. Çünki evində kim varsa, şöbəyə aparacaqlarını demişdirlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, əvvəllər narkotik vasitənin heç bir növündən istifadə etməmişdir, Elnur adlı polis əməkdaşı ilə ədavəti olmuşdur, belə ki, o Abşeronda mebel işi ilə məşğul imiş, Elnurun tanışı isə ondan baha qiymətə ustalıq edirmiş, bir-iki dəfə ona ucuz qiymətə işləməməsini desələr də, o razılaşmamışdır, bu söhbətdən iki gün sonra tutulmuşdur. Ondan heç bir ekspertiza analizi götürülməmişdir, sadəcə narkotik istifadə edib-etməməsi soruşulmuş, o da istifadə etmədiyini bildirmişdir. O, heç narkotik vasitə tanımır, o, əvvəl xuliqanlıq maddəsi ilə tutulmuşdur, bu hadisədən 1-2 ay əvvəl Biləcəridə dava düşmüşdür. Onu iki nəfər polis əməkdaşı saxlamışdır, birinin adına “Maqa” deyirlərmiş, biri də İbrahim imiş. Amma binadan çıxanda Elnur da orada idi, onu vurduqda səbəbini soruşmuş, Elnur isə “gedək bölməyə, başa salacam səni” demişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman özlərini təqdim etməmişdirlər, o özü İbrahimi əvvəldən tanıyırdı. Polis şöbəsində ona 1 saat təzyiq göstərmişlər. Çəkiliş gecə 2-3 radələrində aparılmışdır, çünki o vaxta qədər razı olmurdu. Çəkiliş zamanı müdafiəçisi yanında olmuşdur, amma onunla təklikdə heç bir görüş olmamışdır. MSY-də xəsarətləri yoxlanmamışdır, lakin Kürdəxanıda qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234-1.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 13 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvəllər məhkum olunmamışdır. Təxminən 1 ay olar narkotik vasitə hesab olunan heroindən və psixotrop maddə metamfetimdən istifadə etmişdir. 13 aprel 2023-cü il tarixdə ona heroin və metamfetamin lazım olduğu üçün Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Masazır dairsəinə gəlmiş və orada bir nəfər tanımadığı şəxsə yaxınlaşaraq ona heroin və metamfetamin lazım olduğunu demişdir. Həmin şəxs də onda heroin və metamfetamin olduğunu demişdir. Sonra isə ona 04 büküm heroin və 01 büküm metamfetamin gətirmişdir. O da həmin şəxsə 200 manat pul vermişdir. Həmin 04 ədəd şəffaf rəngli sellofan bükülmüş heroinləri və 01 ədəd seffaf rəngli sellofona bükülmüş metamfetamini qara rəngli pul kisəsinin içərisinə qoymuşdur. Pul kisəsini isə bağlayaraq əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 01:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bolmart” adlı mağazasının qarşısından keçib evinə getmək istəyərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini Abşeron rayon polis idarəsinin əməkdaşları kimi təqdim edib Abşeron rayon polis idarəsinə dəvət etmişlər. İşin nə yerdə olduğunu bildiyi üçün cibində olan narkotik vasitə hesab olunan heroini və 01 büküm metamfetamini kənara ata bilməmişdir. O da bundan imtina etmədən könüllü olaraq həmin polis işçiləri ilə birlikdə Abşeron RPİ-nə gələrək orada polis işçilərinin iştirakı ilə təhqiqatçı Zamiq Mustafayev tərəfindən üstünə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Üzərindən hər hansı bir əşya aşkar olunmamışdır. Sonra isə vidoçəkilşlə öz razılığına əsasan şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan tünd rəngli cins şalvarnın sağ yan cibindən 04 ədəd bükümlərdə ayrıayrılıqda narkotik vasitə hesab olunan heroin və 01 bükümdə pxixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Sonra isə öz bükmlərinə bükülərək zərfin içərisinə qoyularaq ağzı bağlanmış və möhürlənmişdir. Daha sonra bu bardə təhqiqatçı tərəfindən protokol yazılmışdır. O, özü də protokolla tanış olub düzgün yazıldığını bildikdən sonra hər bir vərəqinin axırına imzalar etmişdir. Həmçinin digər iştirakçılar da imza etmişlər. Polis idarəsində təhqiqatçı tərəfindən izahatı alınmışdır. Həmin narkotik vasitəni o, 13 aprel 2023-cii il tarixdə Abşeron rayonu, Masazır kəndindən tanımadığı şəxsdən təsadüfən 200 manata almışdır. Həmin şəxsi birinci dəfə idi ki, görmüşdür. O, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən qəbirsanlığın yanında bir nəfər şəxsin dayandığını görüb həmin şəxsə yaxınlaşaraq ona narkotik vasitə hesab olunan heroin və metamfetamin lazım olduğunu demişdir. Bundan sonra həmin şəxs də ona 04 büküm heroin və 01 büküm metamfetamin gətirmiş, o da həmin şəxsə 200 manat pul vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 14 aprel 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 3aşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bolmart” mağazasının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmiş və narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. İdarədə həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bükümlər çıxarıb təqdim etmişdir. Sorğıı zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 01 ay olar narkotik vasitə və psixotrop maddə qəbul etmişdir, təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 200 manata alıb özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektinə daşımışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq, zorakılıq olmamışdır, O hər şeyi səmimi, könüllü surətdə etiraf etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 14 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli dəridən olan zəncirbəndli pul kisəsinin içərisində 02 ədəd şəffaf rəngli sellofan bükümdə tünd qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin 01 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristal şəkilli şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, pul kisəsindəki boz rəngli “Davidoff’ adlı siqaret qutusunun içərisində 02 ədəd şəffaf rəngli sellofan bükümdə tünd qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış aparılmasını əks etdirən və məhkəmədə tədqiq edilən videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən yuxarıdakı protokolda qeyd olunan hallar və şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspıtizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 14 aprel 2023-cü il tarixli 6/2212 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi, “....Təqsirləndirilən şəxs oğlunun üzərindən....” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə 04(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,318 qram, 7,268 qram, 1,096qram, 0,578 qram, ümumi təmiz çəkisi 14,260 qram tünd qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə isə təmiz çəkisi 0,378 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxildir. Qeyd: Heroinin təmiz çəkisi 14,260 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq – 14,060 qram; Metamfetaminin təmiz çəkisi 0,378 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,328 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 12 iyun 2023-cü il tarixli, 3684 saylı rəydən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorlarm qəbul edilməsi nəticəsində yaranan Asıllıq Sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniydan məcburi müalicəsinin məhz hansı müddətdə təyin edilməsi Ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasının səlahiyyətlərinə aid deyildir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş ümumilikdə təmiz çəkisi 14,260 qram narkotik vasitə heroin və 0,378 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və ekspertizadan sonra qalan 14,060 qram narkotik vasitə heroin 0,328 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 728 saylı rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarın 13-cü bəndində göstərilir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və fiziki zorakılığa məruz qalması öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından təqdim edilmiş “məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, ilkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs hər iki biləyin ön səthində 4-5 sm ölçüdə, sağ çiyinin ön səthində 1 sm ölçüdə üzəri qərtməkli yara müşahidə edilmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Abşeron rayon Polis İdarəsindən təqdim edilmiş tibbi kitabçanın surətindən görünür ki, MSY-ə daxil olarkən Təqsirləndirilən şəxs heç bir şikayəti olmamışdır. Məhkəmə qeyd olunan məsələ ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində də qeyd etdiyi kimi hazırkı cinayət əməlinə görə tutulmamışdan əvvəl başqa şəxslərlə dava etmişdir, odur ki, tibbi kitabçada qeyd olunan yaralar həmin davada da yaranmış ola bilər. Cinayət işi materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il təvəllüdlü və xx.xx.2010-cu il təvəllüdlü iki uşağı vardır. Cinayət işi materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs anası X5 gözdən əlil olduğu üçün ona birinci dərəcə əlillik təyin edilmişdir. Cinayət işinin materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il qərarının 34-cü bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, azdlığın faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-nin tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətlərinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin o, üzərindən aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin onun olmadığını və polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirməmişdir. Əksinə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən videogörüntüdən, həmçinin onun ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, təqsirləndirilən şəxs öz əməlini etiraf etmiş, lakin sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün məhkəmədə fərqli ifadə vermişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq, həmçinin məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin cinayət işi materiallarında olan protokollar, videoçəkiliş, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində bir yetkinlik yaşına çatmamış uşağının olmasını və anasının birinci dərəcə əlil olmasını CM-nin 59.2-ci maddəsinə cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2023-cü il tarixli qərarı ilə əvvəli 14 aprel 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 14 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,060 qram olan narkotik vasitə heroin və 0,328 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,060 qram olan narkotik vasitə heroin və 0,328 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar