Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-488/2025 11.03.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X5 (sədrlik edən), X7 və X6 ibarət tərkibdə, Məhkəmə iclasının katib X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Şimal Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1989-cu ildə Füzuli rayonu, Aşağı Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olmuş, Füzuli rayonu, Aşağı Veysəlli kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Örənqala kəndində yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə, xx.xx.1999-cu ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olmuş, Füzuli rayonu, Pirəhmədli kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Örənqala kəndində yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Ağa” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər. Bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən, İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxsin və qeyrilərinin xüsusilə külli miqdarda – 62 kq 290 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı gizlədildiyi yerdən götürüb özlərində saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən, qeyd edilən narkotik vasitələri əldə etmək qərarına gəlmişlər. Bundan sonra, “Ağa” adlı şəxsin “Whatsapp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs1 göndərdiyi koordinatlar əsasında onlar 12 iyul 2025-ci il tarixdə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisinə gedərək qeyd edilən xüsusilə külli miqdarda narkotik vasitəni gizlədildiyi, istintaqla müəyyən edilməmiş yerdən götürmüşlər. Həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Sumqayıt şəhəri, “Stansiya Sumqayıt” yaşayış massivi, 43 nömrəli tam orta məktəbin yaxınlığına daşımışlar. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onlar 12 iyul 2025-ci il tarixdə saat 23:55-də yuxarıda qeyd olunan ünvanda saxlanılmışlar. Onların razılığı və iştirakı ilə 13 iyul 2025-ci il tarixdə saat 00:00 dəqiqədən etibarən həmin yerdə “Kia” markalı **-DB-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük hissəsindən 2 ədəd torbada və həmin avtomobilin arxa oturacaq hissəsindən 1 ədəd torbada olmaqla, onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxlamaqla daşıdıqları ümumilikdə 60 ədəd bağlama aşkar edilmişdir. Ayrı-ayrılıqda təmiz çəkiləri: 1045,0 qram; 1060,0 qram; 1055,0 qram; 1055,0 qram; 1045,0 qram; 1070,0 qram; 1050,0 qram; 1040,0 qram; 1050,0 qram; 1050,0 qram; 1050,0 qram; 1050,0 qram; 1060,0 qram; 1070,0 qram; 1050,0 qram; 1050,0 qram; 1045,0 qram; 1050,0 qram; 1070,0 qram; 1040,0 qram; 995,0 qram; 1015,0 qram; 1030,0 qram; 1010,0 qram; 1030,0 qram; 1010,0 qram; 1030,0 qram; 1030,0 qram; 1030,0 qram; 985,0 qram; 1040,0 qram; 1040,0 qram; 1030,0 qram; 1035,0 qram; 1035,0 qram; 1025,0 qram; 1035,0 qram; 1040,0 qram; 1035,0 qram; 1035,0 qram; 1030,0 qram; 1030,0 qram; 1040,0 qram; 1040,0 qram; 1045,0 qram; 1025,0 qram; 1040,0 qram; 1055,0 qram; 1045,0 qram; 1040,0 qram; 1040,0 qram; 1040,0 qram; 1035,0 qram; 1025,0 qram; 1040,0 qram; 1030,0 qram; 1030,0 qram; 1040,0 qram; 1025,0 qram və 1025,0 qram olmaqla, ümumilikdə xüsusilə külli miqdarda 62 kq 290 qram çəkidə bitki mənşəli kütlələr – tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, onda narkotik vasitə olmuşdur amma həmin çəkidə narkotik olmamışdır. O, yarım kilo narkotikin arxasınca getmişdir. Daha sonra həmin narkotikin çəkisi 62 kiloqram 290 qram çıxmışdır. Saat 17:35 və ya 17:45 radələri olmuşdur. Bir nömrədən ona buraxılmış zəng gəlmişdir. Həmin gün 12 iyul olmuşdur. Zəngin üzərindən bir saat keçəndən sonra o, həmin nömrəyə “kim idi” deyə yazmışdır. Ona yarım kiloqram narkotikin 3000 manat dəyərində olduğunu demişdir. Həmin narkotiki bu pulun müqabilində Sumqayıt şəhərinin ərazisinə qoyacağını demişdir. Narkotiki götürmək üçün getmişlər və götürəndə tutulmuşlar. 62290 qram narkotik olduğunu daha sonra bilmişdir. Həmin narkotiki özü götürmüşdür. O, həmin əşyanı götürəndə içərisində paltarların və yarım kiloqram narkotikin olduğunu güman etmişdir. İranlı onun kartına 500 manat pul atmışdır. 3000 manata razılaşmışlar. Əvvəlcədən 500 manat pul göndərmişdir. Həmin alacaqları 3000 manat pulun 1500 manatı Təqsirləndirilən şəxs2 çatmalı olmuşdur. Onlar yarım kiloqram marixuananı qoymaqları üçün 3000 manat pul alacaqlarını bilmişlər. 62 kiloqramlıq narkotikin arxasınca 3000 manata kimsə getməz. Onlara yarım kiloqram marixuana deyilmişdir. İfadədə dediyi saatlarda ona zəng etmişdir. Bir saatdan sonra onunla danışmışdır və onlara yarım kiloqram narkotik deyilmişdir. İstintaq zamanı 62 kiloqram narkotiki qəbul etmədiyi təqdirdə ailəsi ilə hədələnmişdir. İstintaq zamanı polislər onu hədələmişdir. Döyülmə olmamışdır. Stansiya Sumqayıt ərazisində saxlamışlar. Narkotiki götürdükdən iki saat sonra saxlamışlar. Hökməli ərazisindən narkotiki götürmüşdür. Axşam on birə işləmiş saxlamışlar. O və Təqsirləndirilən şəxs2 orada olmuşlar. Başqa kimsə yanlarında olmamışdır. Avtomobil “renta car” olmuşdur. İstintaq zamanı vermiş olduğu ifadələri qəbul etməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Evlidir, iki övladı vardır. Heç bir psixi xəstəliyi yoxdur. Təqsirləndirilən şəxs2 tanıyır, İbrahim onun həmkəndlisidir. İbrahimlə heç bir ədavəti və düşmənçiliyi yoxdur. İbrahim onun yanında fəhləliklə məşğul olur. Bir müddət bundan əvvəl sosial şəbəkədə iranlı bir nəfər şəxslə tanış olmuşdur. Adını bilmədiyi üçün həmin şəxsə "Ağa" deyə müraciət etmişdir. "Whatsapp" vasitəsilə söhbət edən zaman “Ağa”ya borcunun çox olduğunu və ödəyə bilmədiyini bildirmişdir. Bu zaman “Ağa” ona bildirmişdir ki, müxtəlif ərazilərdə narkotik vasitələr gizlədib konumunu göndərir, həmin konumdan narkotik vasitələri götürüb ayrı-ayrı yerlərə qoymaq qarşılığında yaxşı qazanc verir. O da maddi cəhətdən sıxıntıları olduğu üçün “Ağa" ilə razılaşmışdır. İyul ayının 12-də axşam saatlarında "Ağa” ona bildirmişdir ki, konum göndərəcəkdir, həmin konuma gedib narkotik vasitələri götürüb gizlət, sonradan deyəcəyim yerlərə qoyacaqsan. Bunun qarşılığında sənə 3.000 manat pul göndərəcəyəm. O, “Ağa” ilə razılaşmış və “Ağa” ona konum göndərmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 də onun yanında olmuşdur. O, İbrahimə bu barədə bildirmiş və demişdir ki, həmin puldan sənə 1.500 manatını verəcəyəm. İbrahim onunla razılaşmış və onlar birlikdə konuma uyğun olaraq hərəkət edib Qobu qəsəbəsi ərazisinə getmişlər. Orada üç ədəd böyük bağlamanın olduğunu görüb narkotik vasitə olduğunu yəqin etmiş və birlikdə ikisini avtomobilin arxa yük yerinə, birini isə arxa oturacağa yerləşdirmişlər. Bu barədə iranlı şəxsə məlumat verdikdən sonra iranlı onun kartına 500 manat pul göndərmişdir. Qalan pulu isə iş bitdikdən sonra verəcəyini demişdir. 12 iyul 2025-ci il tarixdə, saat 23:55 dəqiqədə Sumqayıt şəhəri, "Stansiya Sumqayıt" adlanan ərazidə, 143 nömrəli tam orta məktəbin yaxınlığında "Kia" markalı, **- DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında tanışı Təqsirləndirilən şəxs2lə birlikdə olan zaman bir neçə nəfər mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun və İbrahimin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, üzərilərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etmələrini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “Redmi” markalı mobil telefonu, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsini və 2 (iki) ədəd bank kartını, əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd avtomobil açarını təqdim etmişdir. Daha sonra üstü yoxlanılmış, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 2 (iki) ədəd bank kartı götürülmüş, 1 (bir) ədəd avtomobil açarı isə özünə geri qaytarılmışdır. Daha sonra İbrahimə eyni təklif olunmuş, bundan sonra İbrahim əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd mobil telefonu və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra İbrahimin üzəri yoxlanılmış, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi sonuncudan götürülmüşdür. Daha sonra "Kia" markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri vermələri təklif edilmişdir. Bu təklifdən sonra onlar avtomobilin yük hissəsindən 2 (iki) ədəd torbanı və avtomobilin arxa oturacaq hissəsindən 1 (bir) ədəd torbanı təqdim etmişlər. Avtomobilin digər hissələrinə baxış keçirilmiş, avtomobilə baxış zamanı avtomobildən iş üçün əhəmiyyət kəsb edən başqa heç bir əşya və ya predmetə rast gəlinməmişdir. Sonra həmin torbalara baxış keçirilmiş, içərisindən ümumilikdə 60 (altmış) ədəd bağlamada qurudulmuş marixuana aşkar edilmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, imzalanmış, möhürlənmiş və götürülmüşdür. O, verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş kütlələri adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının vasitəsilə saxlanılmamışdan 2 (iki) saat əvvəl Qobu yolu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə İbrahimlə birlikdə əldə etdiyini, bunun əvəzində həmin şəxsin ona 500 (beş yüz) manat pul verdiyini, daha sonra ümumilikdə 3.000 (üç min) manat olmaqla, qalan 2.500 (iki min beş yüz) manat pulu verəcəyini bildirmişdir. İbrahim verilən suallara cavab olaraq avtomobildə aşkar olunmuş kütlələrdən məlumatının olduğunu, onunla birlikdə götürdüyünü bildirmişdir. Daha sonra onları polis əməkdaşları BNMİ-yə aparmışlar. Orada təqdim etdikləri kütlələrə yenidən baxış keçirilmişdir. Onlar tərəfindən verilən suallara analoji cavablar verilmişdir. Sonra ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar olunmuş maddələri iranlının dediyi yerlərə çatdırmaq məqsədi ilə əldə etmişdir. İranlı şəxslə görüşməmişdir və anket məlumatlarını bilmir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin nə istifadəsi, nə də satışı ilə məşğul olmur. Avtomobildə narkotik vasitə olmasından yalnız onların ikisinin xəbəri olmuşdur. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMCyə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Nə saxlanılan zaman, nə üzərinə, nə də avtomobilə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs1 barəsində 14 iyul 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən o, məhkəmə iclasında çıxış edib özünü təqsirli bilərək qeyd etmişdir ki, onlar İbrahim ilə birlikdə narkotik vasitəni qeyd olunan yerdən götürüb konum atılan ünvana çatdırmalı, əvəzində 3.000 manat pul əldə etməli olmuşlar. Polis əməkdaşları tərəfindən heç bir işgəncə və təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs1 01 oktyabr 2025-ci il tarixdə həmin maddə ilə yenidən ittiham elan edilərkən o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, aşkar edilmiş narkotik vasitəni iranlı şəxsin göndərdiyi konuma uyğun olaraq Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisindən Təqsirləndirilən şəxs2 ilə birlikdə götürmüşlər. İranlı şəxs demişdir ki, yarım kiloqram marixuananı deyəcəyi ünvana qoyacaqlar və bunun qarşılığında onlara 3.000 manat pul verəcəkdir. Lakin iranlının göndərdiyi konuma çatanda narkotik vasitənin miqdarının çox olduğunu görmüşlər. Artıq həmin yerə gəlmişlər və tamah onlara güc gəldiyi üçün düşünmüşlər ki, həmin narkotik vasitənin artıq qalan hissəsini gizlədib yavaş-yavaş istifadə edərlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur, nə saxlanılan zaman, nə də üzərinə və avtomobilə baxış keçirilən zaman heç bir təsir və təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, onda narkotik vasitə olmuşdur amma həmin çəkidə narkotik olmamışdır. O, yarım kilo narkotikin arxasınca getmişdir. O, digər təqsirləndirilən şəxslə birlikdə yarım kiloqram narkotik arxasınca getmişdir. Qara sellefona qoyulmuşdur. 3 ədəd bağlama olmuşdur. Bağlamalardan ikisini baqaja, birini isə avtomobilin salonuna qoymuşlar. Qobu yolunda hərəkət edib Stansiya Sumqayıt ərazisinə gələndə onları tutmuşlar. İranlının onlara 3000 manat pul veriləcəyini təsdiq etmişdir. Onu da demişdir ki, 1500 manat pulun veriləcəyindən onun xəbəri olmamışdır. İranlı ilə o, danışmamışdır. Yolda olarkən Təqsirləndirilən şəxs1 ona yarım kilo narkotik olduğunu və Sumqayıt şəhərində konuma atacaqlarını demişdir. İranlının 3000 manat pul verəcəyini və Təqsirləndirilən şəxs1 isə yolda olarkən 1500 manat pulu ona verəcəyini demişdir. İranlı ilə əlaqəsi və tanışlığı olmamışdır. Nə qədər narkotik göndərəcəyi barədə məlumatı olmuşdur. Elçin ona yarım kiloqram demişdir. Bağlamalardan birini avtomobilin salonuna qoymuşlar. 3 qara rəngli bağlama olmuşdur. İki bağlamanı avtomobilin yük yerinə qoymuşlar. Bölmədə olarkən psixi zor tətbiq olunmuşdur. Birinci üzərlərinə daha sonra avtomobilə baxış keçirilmişdir. O, bükümlərdə o qədər çəkidə narkotik olduğunu bilməmişdir. Əməlindən peşman olmuşdur. O, yarım kiloqram narkotik olduğunu bilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Heç bir xəstəliyi, o cümlədən psixi xəstəliyi yoxdur. Təqsirləndirilən şəxs1 tanıyır, Elçin onun həmkəndlisidir və yaxşı münasibəti vardır. 13 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə Elçinin idarə etdiyi "Kia" markalı avtomobildə olduqları zaman Elçin bildirmişdir ki, bir nəfər iranlı şəxs var, həmin şəxsin dediyi yerdən narkotik vasitələri götürüb dediyi yerlərə çatdırarsa, ona 3.000 manat pul verəcəkdir. Əlavə olaraq Elçin qeyd etmişdir ki, ona bu işdə köməklik göstərmək lazımdır və əgər ona kömək etsə, ona həmin şəxsin göndərəcəyi 3.000 manat pulun yarısını verəcəkdir. O, Elçinlə razılaşmış və onlar birlikdə Elçinin idarə etdiyi "Kia" markalı avtomobillə iranlının göndərdiyi konuma uyğun olaraq Qobu qəsəbəsi ərazisində bir yerə getmişlər. Orada üç ədəd böyük bağlama olduğunu görüb narkotik vasitə olduğunu yəqin etmiş və birlikdə ikisini avtomobilin arxa yük yerinə, birini isə arxa oturacağın üzərinə qoymuşlar. 12 iyul 2025-ci il tarixdə, saat 23:55 dəqiqədə Sumqayıt şəhəri, "Stansiya Sumqayıt" adlanan ərazidə, 143 nömrəli tam orta məktəbin yaxınlığında "Kia" markalı, **- DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında tanışı Təqsirləndirilən şəxs1la birlikdə olan zaman bir neçə nəfər mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun və Elçinin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, üzərlərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etmələrini təklif etmişlər. Bu təklifdən sonra Elçin əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd mobil telefonu, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsini və 2 (iki) ədəd bank kartını, əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd avtomobil açarını təqdim etmişdir. Daha sonra Elçinin üzəri yoxlanılmış, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 2 (iki) ədəd bank kartı götürülmüş, 1 (bir) ədəd avtomobil açarı isə özünə geri qaytarılmışdır. Sonra ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** simkart nömrəsi olan "Poco" markalı mobil telefonu və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra üstü yoxlanılmış, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi götürülmüşdür. Daha sonra "Kia" markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri vermələri təklif edilmişdir. Bu təklifdən sonra onlar avtomobilin yük hissəsindən 2 (iki) ədəd torbanı və avtomobilin arxa oturacaq hissəsindən 1 (bir) ədəd torbanı təqdim etmişlər. Avtomobilin digər hissələrinə baxış keçirilmiş, avtomobilə baxış zamanı avtomobildən iş üçün əhəmiyyət kəsb edən başqa heç bir əşya və ya predmetə rast gəlinməmişdir. Sonra həmin torbalara baxış keçirilmiş, içərisindən ümumilikdə 60 (altmış) ədəd bağlamada qurudulmuş marixuana aşkar edilmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, imzalanmış, möhürlənmiş və götürülmüşdür. Elçin verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş kütlələri adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının vasitəsilə saxlanılmamışdan 2 (iki) saat əvvəl Qobu yolu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə onunla birlikdə əldə etdiyini, bunun əvəzində həmin şəxsin 500 (beş yüz) manat pul verdiyini, daha sonra ümumilikdə 3.000 (üç min) manat olmaqla 2.500 (iki min beş yüz) manat pul verəcəyini bildirmişdir. O, verilən suallara cavab olaraq avtomobildə aşkar olunmuş kütlələrdən məlumatının olduğunu, Elçinlə birlikdə götürdüklərini bildirmişdir. Daha sonra onları polis əməkdaşları BNMİ-yə aparmışlar. Orada təqdim etdikləri kütlələrə yenidən baxış keçirilmişdir. Onlara verilən suallara analoji cavablar verilmişdir. Sonra ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar olunmuş maddələri iranlının dediyi yerə çatdırmaq məqsədi ilə əldə etmişlər. İranlı şəxslə görüşməmişdir və anket məlumatlarını bilmir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. Elçin narkotik vasitələrin nə istifadəsi, nə də satışı ilə məşğul olmur. Avtomobildə narkotik vasitə olmasından yalnız onların ikisinin xəbəri olmuşdur. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. “Azercell" MMC-yə məxsus ***-***- **-** mobil nömrəsindən istifadə etmişdir. Nə saxlanılan zaman, nə üzərinə, nə də avtomobilə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs2 barəsində 14 iyul 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən o, məhkəmə iclasında çıxış edərək dostu ilə birgə narkotik maddə götürməyə getdiyini, lakin bağlamalarda külli miqdarda narkotik vasitə olduğunu qabaqcadan bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 02 oktyabr 2025-ci il tarixdə həmin maddə ilə yenidən ittiham elan edilərkən o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, aşkar edilmiş narkotik vasitəni Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən yaşayış olmadığını yəqin etdiyi evin kənarından Təqsirləndirilən şəxs1 ilə birlikdə götürmüşlər. Bundan sonra Elçin avtomobili Sumqayıt şəhəri ərazisinə sürmüşdür. Təxminən yarım saatdan sonra Sumqayıt şəhəri ərazisində BNMİ-nin əməkdaşları onları saxlamış və avtomobilə baxış keçirilən zaman Elçinin avtomobilin baqaj hissəsinə yerləşdirdiyi iki ədəd bağlama və onun avtomobilin salonunda arxa oturacağın üzərinə qoyduğu bir ədəd bağlama aşkar edilərək götürülmüşdür. Bağlamalara baxış zamanı içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. O, ifadəsində göstərdiyi evə çatanda başa düşmüşdür ki, həmin yerdə olan bağlamada narkotik vasitə var. Lakin o, çox stress keçirdiyi üçün nə danışa, nə də hərəkət edə bilməmiş, buna görə də, məcbur olub Elçinin idarə etdiyi avtomobillə Sumqayıt şəhəri ərazisinə kimi gəlmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur, nə saxlanılan zaman, nə də üzərinə və avtomobilə baxış keçirilən zaman heç bir təsir və təzyiqə məruz qalmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. 12 iyul 2025-ci il tarixdə Füzuli rayonu, Örənqala kəndində yaşayan Təqsirləndirilən şəxs1 Füzuli rayonu, Örənqala kəndində yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaqla satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri X16, X17, X18 və X12 daxil edilmişlər. 12 iyul 2025-ci il tarixdə saat 00 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə 43 nömrəli məktəbin yaxınlığında olmaları müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 23:55-də Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə 43 nömrəli orta məktəbin yaxınlığında, “Kia” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar iki nəfər şəxsi müəyyən etmişlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxslərin də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş qərarla tanış etmiş və elə oradaca qeyd olunan şəxslərin üzərilərinin yoxlanılmasına başlamışlar. Bundan sonra həmin şəxslərə üzərilərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa, təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarının ciblərindən 01 ədəd mobil telefonu, 01 ədəd şəxsiyyət vəsiqəsini, iki ədəd bank kartını və avtomobil açarını çıxarıb təqdim etmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa hər hansı predmet aşkar edilməmişdir. 01 ədəd mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi və iki ədəd bank kartı götürülmüş, avtomobil açarı isə özünə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarının ciblərindən 01 ədəd mobil telefonu və 01 ədəd şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa hər hansı predmet aşkar edilməmişdir. 01 ədəd mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi götürülmüşdür. Bundan sonra göstərilən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi "Kia” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin avtomobilin arxa yük yerində saxladıqları 02 ədəd torbanı və həmin avtomobil arxa oturacağının üzərindən 01 ədəd torbanı təqdim etmişlər. Həmin torbalara baxış zamanı içərilərində 60 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Avtomobilin digər hissələrinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, aşkar olunmuş maddələri adını bilmədiyi iranlı şəxsin vasitəsilə saxlanılmamışdan iki saat əvvəl Qobu yolu ərazisində gizlədilmiş yerdən İbrahimlə birlikdə əldə etdiklərini, bunun əvəzində iranlı şəxsin 500 manat pul verdiyini, ümumilikdə isə 3000 manat pul verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, avtomobildən aşkar olunmuş kütlələrdən məlumatının olduğunu və Elçinlə birlikdə götürdüklərini bildirmişdir. Bundan sonra BNMİ-nin inzibati binasında üstünü yoxlama və baxış hərəkətlərinin nəticəsi barədə onun tərəfindən protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Baş İdarənin təhqiqatçısı Yelmar Vahabov tərəfindən təqdim olunan əşyalara və 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilməklə iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, həmin şəxslər heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12 iyul 2025-ci il tarixdə saat 23:55-də Sumqayıt şəhəri, “Stansiya Sumqayıt” yaşayış massivi, 43 nömrəli orta məktəbin yaxınlığında, “Kia" markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılmış və üzərilərinə və avtomobilə baxış keçirilmişdir. Eləcə də, baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuşdur. Lakin texniki səhv olduğundan saxlanılma yeri 143 nömrəli orta məktəbin yaxınlığı göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.1989-cu ildə Füzuli rayonu Aşağı Veysəlli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Veysəlli Ə\D, Aşağı Veysəlli kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Örənqala kəndində yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1999cu ildə Beyləqan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Pirəhmədli Ə\D, Pirəhmədli kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Örənqala kəndində yaşayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olmaları, həmçinin KİA markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlətmələri bildirilmişdir. xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BNMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.1989-cu ildə Füzuli rayonu Aşağı Veysəlli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Veysəlli Ə\D, Aşağı Veysəlli kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, örənqala kəndində yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1999-cu ildə Beyləqan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Pirəhmədli Ə\D, Pirəhmədli kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Örənqala kəndində yaşayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olmaları, həmçinin KİA markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobildə gizlətmələrində şübhəli bilindikləri üçün, sonuncular 12 iyul 2025-ci il tarixdə, saat:23:55 dəqiqədə Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə, 143 nömrəli tam orta məktəbin yaxınlığında KİA markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanıldılar. Üstün yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 1 ədəd mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi, 2 ədəd bank kartı, Təqsirləndirilən şəxs2 isə 1 ədəd mobil telefon və 1 ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, KİA markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı isə 60 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək 3 ədəd torbada qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 BNMİ-yə gətirilmişlər. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkilişlər DVD-yə qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, 12 iyul 2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, “Stansiya Sumqayıt” adlanan ərazidə yerləşən 143 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılmış, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia" markalı **-DB-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı 62 kq 290 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 13 iyul 2025-ci il tarixli 7/958 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2” yazılar və imzalar olan 1-ci qara rəngli polietilen torbada 20 ədəd üzərləri skoçla bağlanmış qara rəngli bağlamalarda ayr-ayrılıqda təmiz çəkiləri - 1045,0 qram; 1060,0 qram; 1055,0 qram; 1055,0 qram; 1045,0 qram; 1070,0 qram; 1050,0 qram; 1040,0 qram; 1050,0 qram; 1050,0 qram; 1050,0 qram; 1050,0 qram; 1060,0 qram; 1070,0 qram; 1050,0 qram; 1050,0 qram; 1045,0 qram; 1050,0 qram; 1070,0 qram; 1040,0 qram, ümumi çəkisi - 21055,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 2-ci qara rəngli polietilen torbada 20 ədəd üzərləri skoçla bağlanmış qara rəngli bağlamalarda ayr-ayrılıqda təmiz çəkiləri - 995,0 qram; 1015,0 qram; 1030,0 qram; 1010,0 qram; 1030,0 qram; 1010,0 qram; 1030,0 qram; 1030,0 qram; 1030,0 qram; 985,0 qram; 1040,0 qram; 1040,0 qram; 1030,0 qram; 1035,0 qram; 1035,0 qram; 1025,0 qram; 1035,0 qram; 1040,0 qram; 1035,0 qram; 1035,0 qram, ümumi çəkisi - 20515,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 3-cü qara rəngli polietilen torbada 20 ədəd üzərləri skoçla bağlanmış qara rəngli bağlamalarda ayr-ayrılıqda təmiz çəkiləri - 1030,0 qram; 1030,0 qram; 1040,0 qram; 1040,0 qram; 1045,0 qram; 1025,0 qram; 1040,0 qram; 1055,0 qram; 1045,0 qram; 1040,0 qram; 1040,0 qram; 1040,0 qram; 1035,0 qram; 1025,0 qram; 1040,0 qram; 1030,0 qram; 1030,0 qram; 1040,0 qram; 1025,0 qram; 1025,0 qram, ümumi çəkisi - 20720,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Təqdim olunmuş 3 ədəd polietilen torbalarda ümumi sayı 60 ədəd bağlamalarda olan marixuanaların ümumi çəkisi - 62290,0 qramdır. Təqdim olunmuş 60 ədəd bağlamalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 04 avqust 2025-ci il tarixli 4705 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 04 avqust 2025-ci il tarixli 4703 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin üstlərinin yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12 iyul 2025-ci il tarixdə saat 23:55-də Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə, 43 nömrəli orta məktəbin yaxınlığında «Kia" markalı **-DB-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılmış, elə orada onların üzəri yoxlanılmış və qeyd olunan avtomobilə baxış keçirilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 01 ədəd “Redmi” markalı mobil telefonu, 01 ədəd şəxsiyyət vəsiqəsini, 02 ədəd bank kartını və 01 ədəd avtomobil açarını, Təqsirləndirilən şəxs2 “Poco" markalı mobil telefonu və 01 ədəd şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Mobil telefonlar, şəxsiyyət vəsiqələri və 02 ədəd bank kartı götürülmüş, 01 ədəd avtomobil açarı Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 idarə etdiyi «Kia" markalı **-DB-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa yük yerindən 02 ədəd torbada, həmin avtomobilin arxa oturacaq hissəsindən isə 01 ədəd torbada olmaqla ümumilikdə 60 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Yoxlama, baxış və götürmə hərəkəti 13 iyul 2025-ci il tarixdə saat 00:00-da başlamış və həmin tarixdə saat 00:27-də bitmişdir. xx.xx.2025-ci il tarixli "Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12 iyul 2025-ci il tarixdə saat saat 23:55-də Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə, 43 nömrəli orta məktəbin yaxınlığında «Kia" markalı **-DB-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılmış, avtomobilə baxış zamanı arxa yük yerindən 02 ədəd torbada, həmin avtomobilin arxa oturacaq hissəsindən isə 01 ədəd torbada olmaqla ümumilikdə 60 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. X11 tərəfindən aşkar edilmiş predmetlərə və 01 ədəd CD diskə baxış keçirilmişdir. Təqdim olunan əşyaya baxış və götürmə hərəkəti 13 iyul 2025-ci il tarixdə saat 03:15-də başlamış və həmin tarixdə saat 03:30-da bitmişdir. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin üstlərinin yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” protokola əlavə edilmiş 01 ədəd CD diskə və təqdim olunana əşyaya baxış və götürmə hərəkətlərinin qeydə alındığı 01 ədəd CD diskə xx.xx.2025-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinin yoxlanılması, eləcə də **-DB-*** qeydiyyat nişanlı, “Kia” markalı avtomobilə baxış və götürmə hərəkətləri Sumqayıt şəhəri, Stansiyta Sumqayıt adlanan ərazidə 43 nömrəli tam orta məktəbin yaxınlığında həyata keçirilir. Baxış zamanı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X18, X12, X16, X17 iştirak edir və videoçəkiliş həyata keçirilir. Baxış keçirilməzdən əwəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa, təqdim etmələri təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, 01 ədəd şəxsiyyət vəsiqəsini və 02 ədəd bank kartını, həmin şalvarının sağ yan cibindən isə 01 ədəd avtomobil açarını təqdim edir. 01 ədəd “Redmi” markalı mobil telefon, şəxsiyyəti vəsiqəsi və 02 ədəd bank kartı götürülür, 01 ədəd avtomobil açarı Təqsirləndirilən şəxs1 geri qaytarılır. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sol yan cibindən 01 ədəd "Poco” markalı mobil telefonu və 01 ədəd şəxsiyyət vəsiqəsini təqdim edir. 01 ədəd mobil telefon və 01 ədəd şəxsiyyəti vəsiqəsi götürülür. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Kia markalı, **-DB-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən 02 ədəd torbanı və arxa oturacaq hissəsindən 01 ədəd torbanı təqdim edirlər. Həmin torbaların içərisinə baxış zamanı orada 60 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilir. Daha sonra aşkar olunmuş predmetlər elektron tərəzidə çəkilir, qablaşdırılır, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənir və götürülür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, aşkar olunmuş kütlələri adını bilmədiyi iranlı şəxsin vasitəsilə saxlanılmamışdan iki saat əvvəl Qobu yolu ərazisində gizlədilmiş yerdən İbrahimlə birlikdə əldə etdiklərini, bunun əvəzində iranlı şəxsin 500 manat pu verdiyini və daha sonra da 2500 manat pul verməli olduğunu bildirir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, aşkar edilmiş kütlələrdən məlumatının olduğunu və Elçinlə birgə götürdüklərini bildirir. 2-ci CD diskdəki videogörüntülərə baxış keçirilərkən müəyyən edildi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Yelmar Vahabov tərəfindən təqdim edilmiş əşyalara və götürmə hərəkətləri Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasındakı xidməti otaqların birində həyata keçirilir. Baxışda Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X18, Şahid, X16, X17 iştirak edir və videoçəkiliş həyata keçirilir. Baxış zamanı “Kia" markalı, **-DB-*** qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 03 ədəd torbada, 60 ədəd bağlamada olan kütlələrə baxış keçirilir, içərilərində narkotik vasitəyə oxşar kütlələr olması müşahidə olunur. Həmin kütlələr qablaşdırılıb götürülür. 01 ədəd DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinin yoxlanılması, eləcə də onların 03 ədəd torbada, 60 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri təqdim etməsi müşahidə olunur. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, Füzuli rayonu, Aşağı Veysəlli kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Örənqala kəndində yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1999-cu il təvəllüdlü, Füzuli rayonu, Pirəhmədli kəndində qeydiyyatda olmaqla Füzuli rayonu Örənqala kəndində yaşayan Təqsirləndirilən şəxs2 arxiv məlumatına həmin xəstəxanada müalicədə olmayıblar. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 daxil olmuş məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 son 10 ildə və xx.xx.1999-cu il Təqsirləndirilən şəxs2 son 5 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməyiblər. xx.xx.2025-ci il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə sübut əhəmiyyətinə malik olan heç bir məlumat aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefon qara rəngli olmaqla “Redmi” markalıdır, işlənmiş vəziyyətdədir, plasmasmetal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Üzərində qara rəngli qobura vardır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə və səs tənzimi düymələrinin olması müəyyən edilmişdir. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər-hansı bir danışıqların, sms yazışmalarının və digər məlumatların olması müəyyən edilməmişdir. xx.xx.2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefon boz rəngli olmaqla “Poco” markalıdır, işlənmiş vəziyyətdədir, plasmasmetal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Üzərində mavi rəngli qobura vardır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə və səs tənzimi düymələrinin olması müəyyən edilmişdir. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər-hansı bir danışıqların, sms yazışmalarının və digər məlumatların olması müəyyən edilməmişdir. xx.xx.2025-ci il tarixli Kapital Bank ASC-dən təqdim edilmiş bank məlumatları barədə CD disklərə baxış keçirilməsi barədə protokoldan görünür ki, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ifadələrində iranlı şəxsin ona ilkin olaraq 500 manat pul göndərdiyini bildirmiş, təqdim edilmiş 1-ci CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həqiqətən də, 10 iyul 2025-ci il tarixdə saat 20:35:04-də ona məxsus bank hesabına naməlum hesabdan 500 manat məbləğində pul köçürülmüşdür. Bundan başqa 2-ci CD diskdə olan şəkillərə baxış zamanı müəyyən edildi ki, qeyd olunan kartlarla müxtəlif ATMlərdə keçirilmiş əməliyyatlar zamanı çəkilmiş şəkillər əks olunmuşdur. Həmin şəkillərdən kartların Təqsirləndirilən şəxs1 istifadəsində olması təsdiq edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5(005)-2029/2025 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə 5219 1517 7097 1441 və 4169 7388 0200 5896 nömrəli “Kapital Bank" ASC-yə məxsus bank kartları hesabına 12 aprel 2025-ci il tarixdən 12 iyul 2025-ci il tarixədək olan müddətdə pul köçürmələrinə, həmin bank kartları vasitəsi ilə həyata keçirilmiş maliyyə əməliyyatlarına dair, maliyyə əməliyyatlarında iştirak edən müştərilərin anket məlumatları barədə, hazırkı vaxtda hesablarda olan pul vəsaitlərinin məbləği ilə bağlı, pul vəsaitlərinin bankomat vasitəsi ilə nağdlaşdırılması zamanı qeydə alınmış fotoşəkillər, nağdlaşdırılmamn aparıldığı ünvan və tarixlərlə bağlı məlumatların, həmçinin, bank kartı açdıran zaman təqdim olunmuş, SMS xəbərdarlıq üçün, 3D təhlükəsizlik kodu üçün və mobil bank tətbiqində qeyd olunmuş mobil telefon nömrələrinin "xxxx" ASC-dən ələ keçirilməsinə qərar verilmişdir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X13 adlı iki azyaşlı övladları vardır. Cinayət işinin materiallarında olan medalların vəsiqələrinin surətlərindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 qardaşı X9 “Hərbi Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” olmasına görə medalları ilə təltif edilmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs1 qardaşı X9 müharibə veteranlarına şamil olunan güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Bundan başqa əlilliklə bağlı vəsiqənin surətindən təqsirləndirilən Təqsirləndirilən şəxs1 atası X3 ikinci qrup əlil olması müəyyən edilmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-872/2025 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-871/2025 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 12 iyul 2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş tədbir nəticəsində Sumqayıt şəhəri, “Stansiya Sumqayıt” yaşayış massivi, 43 nömrəli tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi və içərisində Təqsirləndirilən şəxs2 olduğu “Kia” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Avtomobilə baxış zamanı avtomobilin arxa yük hissəsindən 2 ədəd torbada və arxa oturacaq hissəsindən 1 ədəd torbada olmaqla, onların iranlı “Ağa” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etdikləri ümumilikdə 60 ədəd bağlamada xüsusilə külli miqdarda – 62 kq 290 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və həmin narkotik vasitələr məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 12 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə, eləcə də "Kia" markalı avtomobilə videoçəkilişlə baxış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq təqsirləndirilən şəxs qismində cəlb edilmələri zamanı və ondan sonra aparılmış hüquqi prosedurlar zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilmələri və ifadələrində qeyd etdikləri bəzi xüsusatlarla əlaqədar münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən fiziki və psixi təsirə məruz qaldığını bildirmişdir. Bununla əlaqədar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin təsirə məruz qalmasına əsas verən heç bir mötəbər sübut təqdim olunmamış və buna dəlalət edən hər hansı hala rast gəlinməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin İran vətəndaşı tərəfindən göndərilən bağlamalarda cəmi yarım kiloqram (0.5 kq) marixuana olduğunu düşünmələri, içərisində 62 kq 290 qram narkotik vasitə olan 3 ədəd böyük həcmli torbaları avtomobilə yükləyərkən onun miqdarından və mahiyyətindən xəbərsiz olmaları barədə ifadələrini inandırıcı hesab etmir. Belə ki, 60 ədəd bağlamadan ibarət olan 62 kiloqramdan artıq kütlənin həcmi və ağırlığı onun yarım kiloqramlıq bağlama ilə səhv salınmasını qeyri-mümkün edir. Təqsirləndirilən şəxslərin öz ifadələrində də təsdiq etdikləri kimi, onlar Qobu ərazisindən həmin 3 ədəd böyük bağlamanı birlikdə götürərək avtomobilin yük və sərnişin hissəsinə yerləşdirmişlər. Bu fəaliyyətin müqabilində isə onlara 3000 manat pul vəd edilmiş və ilkin olaraq 500 manat Təqsirləndirilən şəxs1 kartına köçürülmüşdür. Təqsirləndirilən şəxslərin narkotik vasitənin miqdarı ilə bağlı verdikləri ifadələr məntiqi baxımdan işin faktiki halları ilə uzlaşmır və şəxslərin daşıdıqları yükün xüsusilə külli miqdarda olmasını əvvəlcədən dərk etdiklərini sübut edir. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərin bağlamaların içərisində bu qədər çox narkotik olmasını bilməmələri barədə verdikləri ifadələri onların məsuliyyətdən yaxa qurtarmaq, onların məsuliyyətlərini yüngülləşdirmək məqsədi daşıyan müdafiə taktikası kimi qiymətləndirir və bu ifadələrə tənqidi yanaşır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda qeyd olunan əməlləri törətmələri onların qismən etirafedici ifadələri ilə yanaşı, şahidin məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə – səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onların törətdikləri əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını (CM-in 59.1.4), həmçinin onun qardaşının 44 günlük Vətən Müharibəsi iştirakçısı və veteran olmasını, bundan başqa atasının ikinci qrup əlil olmasını (CM-in 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran haların olmadığını qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cəza təyin olunması məsələsini müzakirə edərkən Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində fəal iştirakını, yəni öz avtomobilindən narkotik vasitənin götürülməsi üçün istifadə etməsini və İran vətəndaşı ilə danışıqlarını qeyd edir. Bununla yanaşı Təqsirləndirilən şəxs1 barəsində olan yüngülləşdirici halların cəza təyini zamanı nəzərə alınmalı olduğunu bildirir. Həmçinin məhkəmə cəza təyin olunması məsələsini müzakirə edərkən Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində rolunu və onun barəsində yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə alır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini nəzərə alaraq onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə tutulduğundan onun cəzasını çəkməsinin əvvəli həmin tarixdən hesablanmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə tutulduğundan onun cəzasını çəkməsinin əvvəli həmin tarixdən hesablanmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məcburi müalicə təyin edilməməlidir. Məhkəmə ekspertizalarına sərf olunmuş 72 (yetmiş iki) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 36 (otuz altı) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məh¬kə-mə Ekspertiza Mərkə¬zinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra avtomobildən aşkar edilərək, iş üzrə maddi sübut kimi tanınıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sübutların saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 62 kiloqram 284 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 02 ədəd bank kartı Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1.1 maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını сiddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını сiddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 72 (yetmiş iki) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 36 (otuz altı) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra avtomobildən aşkar edilərək, iş üzrə maddi sübut kimi tanınıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sübutların saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 62 kiloqram 284 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 ədəd bank kartı Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-488/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-488/2025
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver