Məhkəmə qərarları › İş №1(124)-489/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-489/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-489/2024 20.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X9 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə saat təxminən 22 radələrində Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi ilə, Məzunlar evi istiqamətinə gedən yolun kəsişməsində işıqforun yanında arvadı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun onunla evlərinə qayıtmasına etiraz etməsi və öz həyatını yaşamasını deməsi səbəbindən üzərində olan bıçaqla Zərərçəkmiş şəxs döş və qarın boşluqlarına qəsdən iki dəfə zərbə vuraraq döş qəfəsinin sol yarısının ön yan səthinin bir ədəd, döş və qarın boşluqlarına nüfuz edərək diafraqmanı, mədəni yaralayan döş boşluğuna qanın toplanması, qarın boşluğuna qanaxma ilə müşaiyət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası, qarının ön səthinin 1 (bir) ədəd qarın boşluğuna nüfuz edərək köndələn çənbər bağırsağı və nazik bağırsaq ilgəyini yaralayan daxilə qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Gülnarə ilə 18 ildir rəsmi olaraq ailə qurmuş, 2 övladları vardır. Ailə qurandan sonra Yevlax şəhərində yaşamışlar. Bir ilə yaxındır ki, Samux rayonu, Seyidlər qəsəbəsində dövlət tərəfindən verilən sosial evdə yaşamışlar. 2023-cü ilin may ayının əvvələrində Gülnarə ilə aralarında ailə məişət münasibətləri zəminində mübahisələri olmuşdur. Həmin mübahisədən sonra Gülnarə qızı Aynurəni özü ilə götürüb Abşeron rayonu, Masazır kəndində Məzunlar evində yaşayan bacısı Bəsti və Nigarın yanına gəlmişdir.Təxminən 10 gün sonra o, Gülnarəni evə qaytarmaq məqsədi ilə arxasınca sonuncunun bacısının evinə gəlib uşaqlar ortalıqda qalmasın deyə onunla evə getməsini demişdir. Gülnarə onunla qayıtmaq istəmədiyini, «məni saxlayan var, get öz həyatını yaşa» deyərək cavab vermişdir. Gülnarənin bu sözü ona pis təsir etmişdir. O, bir neçə dəfə Gülnarəni evə aparmağa gəlsə də sonuncu getməmişdir. O, Gülnarənin Masazır qəsəbəsində kafedə işləməsini öyrənmişdir. 15 iyun 2023-cü il tarixdə saat 10 radələrində Gülnarənin işlədiyi yerə yaxın yolun kənarında dayanıb gözləmişdir ki, Gülnarə çıxanda sonuncu ilə görüşüb bir daha evə qayıtmasını desin. Bir az keçəndən sonra Gülnarənin yolu keçməsini görmüş, Gülnarə Məzunlar evinə gedən yolda dayanan «Mersedes Vita»markalı avtomobilə yaxınlaşıb ondan «Məzunlar evinə» gedib-getməməsini soruşmuşdur. Həmin avtomobilin sürücüsü avtomobili arxaya verib saxlamışdır. O, Gülnarəyə tərəf gedib sonuncunu çağırıb rayona evə getməsini bildirmişdir. Gülnarəyə uşaqların tək qalmasını, aralarındakı küskünlüyə son qoymalarını bildirmişdir. Gülnarə ona evə qayıtmayacağını, öz həyatam yaşamasını demişdir. Gülnarənin bu sözündən sonra əsəbləşərək baş nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Sonra isə Gülnapəni özü ilə aparmaq istəyəndə sonuncu qışqırıb ətrafdakı şəxslərdən kömək istəmişdir. O, bunu görüb cibində olan çörək pıçağını çıxarıb əvvəl Gülnarənin sağ tərəfdən ayağına vurmaq istəyəndə sonuncu əyildiyi üçün bıçaq qarın boşluğuna dəymişdir. Bundan sonra o, yenidən bıçaqla Gülnarəyə sol tərfdən qarın boşluğuna zərbə endirmişdir. Gülnarə isə bıçaqla vurduğunu görüb ona vurmamasını evə qayıdacağını demişdir. Gülnarə əli ilə qarnını tutub yerə yıxılmışdır. O, isə oradan uzaqlaşıb taksiylə avtovağzala gəlmişdir.Taksiyə minməzdən əvvəl Gülnarəni vurduğu bıçağı orada boş əraziyə tullanmışdır. Həmin hadisədən təxminən 1 həftə əvvəl o, Gülnarənin işlədiyi kafeyə gələrkən Gülnarənin bacılarının «Cehvrolet Gruz» markalı avtombillə gəldiklərini, Gülnarənin isə kafedən çıxıb həmin maşina əyləşməsini görüb onlara yaxınlaşmış və sürücüyə maşını saxlamasını demişdir. Bu vaxt Gülnarənin bacısı Nigar və Bəsti həmçinin maşının sürücüsü onunla söz mübahisəsi etmişlər. O, sürücüyə avtomobildə olan qadının həyat yoldaşı olduğunu və maşından düşürməsini demişdir. Həmin şəxs ona «Bolt» taksi şirkətində işlədiyini, onları müştəri kimi aparmışlar. O, sürücüyə məsləhət görmüşdür ki, Gülnarəni maşından düşürsün. Bundan sonra Nigar və Bəsti sürücüyə maşina əyləşib getməsini demişlər. Həmin sürücü onları «Məzunlar evi» istiqamətində aparmışdır. Taksi sürücüsü geri qayıdanda saxlatdırıb söhbət etmək istədikdə maşını saxlamamışdır. Həmin şəxs onun nömrəsini baldızı Nigardan alıb zəng edib ona Məzunlar evində Ramin adlı dostu yaşadığını, sonuncunun yanına gedəndə baldızları taksi sifarişi verdiklərini bildirmişdir. Həmin sürücü ona güya maşınını saxladanda qapının şüşəsinə toxunduğu üçün şüşə qalxıb-enməmişdir. Həmin nasazlığın pulunu onun ödəməli olduğunu demişdir. O, həmin sürücüyə maşınına toxunmadığını və heç bir pul verməli olmadığını bildirmişdir. Həmin sürücü onun ünvanına söyüş işlətdiyi üçün o, da söyüşlə cavab vermişdir. Sürücü ona «əgər kişisənsə nə vaxt Maszıra gəlsən mənimlə görüş sənə həddini bildirəcəm» demişdir. Buna görə o, 15 iyun 2023-cü il tarixdə Masazıra gələndə Qurtuluş-93 massivində yerləşən təsərrüfat malları satılan mağazadan 1 ədəd çörək yəni mətbəx bıçağı almışdır ki, həmin taksi sürücüsü ilə görüşəndə özünü müdafiə etsin. Lakin o, taksi sürücüsünün mobil nömrəsinə zəng vursa həmin şəxs onun zənginə cavab verməmişdir. Buna görə də həmin bıçağı şalvarının kəmərinə keçirmişdir. Haditsədən sonra Gülnarənin işlədiyi kafedə dönər satan işləyən Amid adlı şəxs ona zəng vurub Gülnarəni niyə vurduğunu soruşmuş və Gülnarəni xəstəxanaya apardığını bildirmişdir. O, yaşadığı Yevlax şəhərinə qayıdanda polis əməkdaşları ona zəng vurub törətdiyi hadisə ilə əlaqədar olaraq Abşeron rayon polis idarəsinə gəlməli olduğunu bildirmişlər. O, həmin gün evə getmişdir. Atasına hadisə barədə məlumat vermiş və bir neçə gün sonra isə Abşeron rayon polis idarəsinə gəlib törətdiyi əməli etiraf etmişdir.Baş vermiş hadisə Abşeron rayonu Masazır qəsəbəsində «Qurtuluş-93» massivinin giriş hissəsində işıqforun yanında baş vermişdir. Həmin vaxt yaxınlıqda kənar şəxslər olmamışdır, bu hadisə təxminən bir-iki dəqiqə davam etmişdir.Hadisə zamanı yüksək səslə söyüş söyülmə, qışıqırıq və ya səs-küy yaranma hallarına yol verilməmişdir. Yalnız Gülnarə ona kömək etmələrini demişdir.Həmin vaxt orada kənar şəxslər olmamışdır. Aralarındakı mübahisə zamanı Zərərçəkmiş şəxs onu vurmamış, ona bu və ya başqa formada fiziki zorakılıq göstərməmişdir. Onun əvvəl Gülnarəni bıçaqla vurmaq niyyəti olmamışdır. Zərərçəkmiş şəxs bıçaqla zərbə vurmaqda məqsədi sonuncunun onun sözünü eşitməməsi, bir neçə gün əvvəl isə ona başqası tərəfindən saxlanıldığını deməsi səbəbindən əsəbləşərək ayağına vurub ona xəsarət yetirmək istəmişdir. Gülnarəni bıçaqla vurmaqda niyyəti sonuncunu qorxutmaq olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda əməlinin cinayət olduğunu başa düşdüyünü, peşiman olduğunu, hazırda zərərçəkmişlə barışdığını, nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Eldənizlə xx.xx.2023-cü il tarixdə rəsmi olaraq ailə qurmuş, birgə nigahlarından iki övladları olmuşdur. Əvvəllər Eldənizlə mehriban olmuşlar. Eldəniz son bir neçə ildir ki, pis vərdişlərə qurşanmışdır.Bundan başqa qadınlarla münasibətdə olması mütəmadi içkili vəziyyətdə evə gəlməsi, bəzi vaxtlar evdə gecələməməsi səbəbindən aralarında mübahisələr yaranmışdır. Artıq o, Eldənizin hərəkətlərinə dözməyib 2023-cü ilin may ayının 7-də qızı Aynurə ilə Abşeron rayonu, Masazır qəsəbəsində Məzunlar evində yaşayan bacısı Bəstinin evinə gəlmiş və orada yaşamağa başlamışlar. O, ailəsini dolandırmaq üçün Masazır qəsəbəsində «Qurtuluş-93» yaşayış kompleksində yerləşən ailəvi restoranda xadimə işləmişdir. Bacısı gildə qaldığı müddətdə Eldəniz telefonla ona zəng edib evə qayıtmasını bildirmişdir. Hətta Eldəniz bir neçə dəfə bacısının evinə və işlədiyi yerə gəlib onun evə qayıtmasını tələb etmişdir. Eldəniz onun işləməsinə razı olmamışdır. O, isə Eldənizə onunla birlikdə yaşaya bilmədiyini demişdir. Onu hərəkətləri ilə bezdirib. Eldəniz isə onu sözlə hədələmişdir. Eldəniz onu narahat etdiyi və hədələdiyi üçün qorxub xadimə kimi işlədiyi restorandan işdən çıxmışdır. Təxminən 10 gün sonra 09 iyun 2023-cü il tarixdə «Qurtuluş-93» yaşayış kompleksində yerləşən «Qafqaz» ailəvi restoranında ona aşpaz işi təklif olunmuşdur. O, həmin restoranda səhər saat 10dan 15:00-dək işləmişdir. 15 iyun 2023-cü il tarixdə işlədiyi restoranda məktəblilərin son zəng tədbiri olduğu üçün o, həmin gün işdən gec çıxası olmuşdur. Saat təxminən 22 radərində işdən çıxıb piyada Qurtuluş-93 kompleksində işıqforun yanına yaxınlaşmışdır. Məzunlar evinə gedən 1 manatlıq taksi ilə evə getmişdir. Həmin vaxt maşınların hərəkəti intensiv olduğundan avtomobil yolunu keçməkdə çətinlik çəkdiyi üçün yolun kənarında olan yaşlı kişidən ona yolu keçməyə köməklik etməsini xahiş etmişdir.Lakin həmin kişiyə ehtiyac olmadan yolu keçib səkiyə çatmışdır. Bu vaxt Məzunlar evi istiqamətinə gedən taksini saxlatmış və məzunlar evinə neçəyə aparasını soruşmuşdur. Taksi sürücüsü 3 manat istədiyi üçün, razı olmamış və başqa maşını gözləyəsi olmuşdur. Bu vaxt həmin taksiyə bir nəfərin yaxınlaşmasını kənardan görmüş, lakin həmin şəxs taksiyə işarə verib getməsini demişdir. Qaranlıq olduğu üçün həmin şəxsin kim olduğunu görməmişdir. Həmin şəxs ona tərəf gələndə həyat yoldaşı Eldəniz olduğu məlum olmuşdur. Eldəniz o, qaça bilməsin deyə onun çiynindəki çantanın qulpundan tutub saxlamışdır. Eldəniz ona «gəl burdan gedək, ailəmiz dağılmasın» demişdir. O, Eldənizə heç bir yerə getmədiyini, uşağını verməsini və ondan əl çəkməsini demişdir. Eldəniz onun bu sözündən sonra «nə uşaq, getmirsən?» deyib saçından tutub başına və kürəyinə yumruqla vurmuşdur. Eldənizə onu öldürsə də getməyəcəyini demişdir. O, əlindəki bıçaqla qarın nahiyəsinin sağ tərəfinə vurmuş, o, arxaya çəkilib əlini qarnına tutmuş, Eldənizdən onu niyə vurduğunu soruşduqda yenidən qarın boşluğuna sol tərəfdən 1 dəfə vurmuş və oradan qaçaraq üzü «Duz gölü» istiqamətində getmişdir. O, xəsarət aldığı üçün dayanacağa tərəf gedib kömək istəmişdir. Bundan sonra əvvəl xadimə işlədiyi restoran yaxınlıqda olduğu üçün ora getmişdir. Həmin restoranın qarşısına çatanda onun köməyə gəlin çağırışına həmin restoranda inzibatçı işləyən Amid bayıra çıxıb onun vəziyyətini görüb nə baş verdiyini soruşmuşdur. Amidə əri Eldənizin onu bıçaqla vurduğunu bildirmişdir. Amid ona evə məlumat verməsini demişdir. O, Amidə telefonunu düşürdüyünü bildirib, bacısının nömrəsini Amidə verib zəng vurub məlumat verməsini xahiş etmişdir. Amid bacısına məlumat verdikdən sonra onu taksi ilə Abşeron rayon xəstəxanasına aparmışdır. Bacısı Nigar xəbəri eşidib xəstəxanaya gəlmişdir.Orada həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib onu təcili yardım maşını ilə Bakı şəhərinə X13 göndərmişlər. Bundan sonra huşu özündə olmamışdır. Özünə gələndən sonra əməliyyat olunduğunu bilmişdir.Təqsirləndirilən şəxsla aralarındakı mübahisə Eldənizin onu qısqanması, işləməyi və evə qayıtmaması səbəbindən olmuşdur.Təqsirləndirilən şəxs onu Masazır qəsəbəsi Qurtuluş-93 kompleksindən Məzunlar evinə gedən yolun kənarında işıqforun yanında vurmuş və həmin vaxt onların yanında kənar şəxslər olmamışdır. Eldəniz ona bıçaqla zərbə endirmiş, onu bıçaqla vurmasına səbəb onunla evə qayıtmaması və sözünü eşitməməyi olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı barışığa dair notarial qaydada təsdiq edilərək təqdim etdiyi barışıq ərizəsinin nəzərə alınmasını və təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş X2 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, rəsmi olaraq işləmir.Bacıları Bəsti və Gülnarə ilə birlikdə yaşayırlar. 15 iyun 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə etdiyi müraciətlə bağlı bildirmişdir ki, bacısı Zərərçəkmiş şəxs 18 ildir ki, Təqsirləndirilən şəxsla ailə qurmuşdur. Əvvəllər onlar çox mehriban olmuş, lakin son bir neçə ildir ki, bacısı ona Eldənizin pis vərdişlərə qurşandığını bildirmişdir. Bu səbəbdən Gülnarə 2023-cü ilin may ayında Eldənizlə birlikdə yaşamaqdan imtina edib onlarla birlikdə yaşamağa başlamışdır. O, Gülnarəyə Eldənizlə barışmasını bildirsə də, Gülnarə Eldənizin onu incitməsi səbəbindən sonuncu ilə yaşamaq istəmədiyini demişdir.Eldəniz bir neçə dəfə onların evinə gəlib Gülnarəyə evə qayıtmasını demiş, lakin Gülnarəni hədələdiyi üçün Gülnarə Eldənizlə evə qayıtmamışdır. Gülnarə Masazır qəsəbəsi «Qurtuluş-93» massivində şadlıq sarayında aşbaz köməkçisi kimi işə düzəlmişdir. 15 iyun 2023-cü il tarixdə Gülnarə axşam 22 radələrində tanımadığı nömrədən ona zəng edib işdən çıxıb evə gələn zaman əri Eldənizin onu bıçaqla vuraraq xəsarət yetirməsi və Abşeron rayon mərkəzi xəstəxanasına aparıldığını demişdir.O, dərhal yol maşını ilə Abşeron rayon xəstəxanasına gəlmiş, xəstəxanaya çatanda həkimlərin Gülnarəyə ilkin yardım göstərildiyini, Gülnarənin qarın boşluğunda və sol qabırğa nahiyəsində xəsarət aldığını DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Gülnarənin vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə X13 göndərmişlər. Əməliyyatdan sonra Gülnarə Eldənizin ona qəfil yaxınlaşaraq bıçaqla xəsarət yetirdiyini və sonra qaçıb oradan uzaqlaşdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:\ Məhkəmə - tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1331 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- oğlunun bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yarısının ön yan səthinin bir ədəd, döş və qarın boşluqlarına nüfuz edərək diafraqmanı, mədəni yaralayan döş boşluğuna qanın toplanması, qarın boşluğuna qanaxma ilə müşaiyət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası, qarının ön səthinin 01 (bir) ədəd qarın boşluğuna nüfuz edərək köndələn çənbər bağırsağı və nazik bağırsaq ilgəyini yaralayan daxilə qanaxma törədən bir ədəd deşilmişkəsilmiş yaraları iti deşici-kəsici alətin (alətlərin) zərbələrinin təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan vaxta yəni, xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ayrı-ayrılıqda eləcədə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X15 xx.xx.2023-cü il tarixli, 2519 nömrəli rəyinə əsasən müəyyən olnur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal- hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur.Bunu cinayət işi materialları, anamnestik məlumatlar və şal-hazırki psixiatrik müayinənin nəticələri və.s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir.Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə notarial qaydada verdiyi ərizəsindən müəyyən olunur ki, əri Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ağ ciyərin sol tərəfli eksuldativ plevrit diqanozu ilə Yevlax Rayon Vərəm Əleyhinə Xəstəxanada qeydiyyatda durur. Sağlamlıq vəziyyətinin öyrənilməsi haqqında aktdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ağır eşitmə və cinsiyyət orqanı ətrafı hiperkeratoz xəstəlikləri vardır. Cinayət işinin materiallarında olan çıxarışdan müəyyən olunur ki, X5 ürək çatışmazlığı və şəkərli diabet diaqnozları vardır. Yevlax şəhər İcra Hakimiyyəti başçısının Yevlax şəhəri 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində 02 yetkinlik yaşına çatmayan uşağı vardır. Həmçinin Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunmuşdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərəçəkmiş şəxsin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən səmimi peşman olmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar