Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-49/2022 17.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri: Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə,
1. xx xxxx 1974-cü ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Abşeron rayonu, Saray qəsəbəsi, “Yeni yaşayış massivi”-ndə qeydiyyatda olmaqla faktiki yaşamış, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05.10.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26.12.2007-ci il tarixli qərarı ilə cəzası 13 il müddətinə endirilmiş və Binəqədi Rayon Məhkəməsinin 01.02.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 02 ay 18 gün hissəsində vaxtından əvvəl şərti azad edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə,
2. 24 sentyabr 1976-cı ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2arəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə, yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli külli miqdarda təmiz çəkisi 1848,581 qram narkotik vasitə heroin, təmiz çəkisi 25,899 qram narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 39,909 qram narkotik vasitə tiryək, külli miqdarda tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 2,8 qr təşkil edən 70 ədəd həblər və külli miqdarda təmiz çəkisi 2131,504 qram psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş və bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan “Əli” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitəni və psixotrop maddəni keçirdikdən sonra Təqsirləndirilən şəxs1 külli miqdarda 1848,581 qram çəkidə narkotik vasitə olan heroin, 25,899 qram narkotik vasitə qurudulmuş marixuana, 39,909 qram narkotik vasitə tiryək, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 2,8 qr təşkil edən 70 ədəd həblər və külli miqdarda 2131,504 qram çəkidə psixotrop maddə metamfetamini Xırdalan şəhəri ərazisindən satış məqsədi ilə qanunsuz əldə etməklə həmin psixotrop maddə metamfetamindən bir ədəd bükümdə 19,190 qr çəkidə ayırıb götürməklə üzərində saxlamış, narkotik vasitə heroindən üç ədəd bükümdə ümumilikdə 590 qram çəkidə və psixotrop maddə metamfetamindən bir ədəd bükümdə 10,207 qram çəkidə ayırıb Təqsirləndirilən şəxs2 vermiş, qanunsuz olaraq əldə etmiş olduğu maddələrdən 1258,581 qr çəkidə narkotik vasitə heroin, 39,909 qr çəkidə narkotik vasitə tiryək, 2102,107 qram çəkidə psixotrop maddə metamfetamin, 25,899 qr çəkidə narkotik vasitə qurudulmuş marixuana və tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 2,8 qr təşkil edən 70 ədəd həbləri Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildə saxlamış, 04 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saat 00:20-də ünvan 4 ünvanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılaraq həmin idarəyə gətirilmişlər və orada saat 02:00-dan etibarən üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə 19,190 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəsinin sağ yan cibindən bir bükümdə 10,207 qram çəkidə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş metamfetaminlə xarici əlamətlkəri və kimyəvi tərkiblərindəki kompenentləri eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, həmin gün Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilərkən mənzilin yataq otağında olan divanın sağ künc hissəsindən bir ədəd sellofan torbanın içərisində altı ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 107,609 qr, 282,282 qr, 375,030 qr, 250,002 qr, 18,638 qr, 225,020 qr, ümumi çəkisi 1258,581 qr çəkidə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2090 qr, 12,107 qr, ümumi çəkisi 2102,107 qr çəkidə öz aralarında və Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş metamfetaminlə kimyəvi komponent tərkibləri və xarici əlamətləri eyni olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, yeddi ədəd kibrit qutularda, ayrı-ayrılıqda təmiz çəkiləri 4,294 qr, 3,135 qr, 4,419 qr, 3,268 qr, 4,209 qr, 3,251 qr, 3,323 qr, ümumi təmiz çəkisi 25,899 qr tərkiblərinə görə eyni olan narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 39,909 qram çəkidə narkotik vasitə tiryək və külli miqdarda tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 2,8 qram təşkil edən yeddi ədəd konvalyutda ümumi 70 ədəd həb aşkar olunaraq götürülmüş, həmin gün Təqsirləndirilən şəxs2 yaşadığı Sumqayıt şəhəri, Saray qəsəbəsi yeni yaşayış massivində yerləşən mənzilə baxış keçirilərkən mənzilin yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsindən üç ədəd bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 355 qr, 145 qr, 90 qr, ümumi çəkisi 590 qram çəkidə öz aralarında və Təqsirləndirilən şəxs1 mənzilindən aşkar edilərək götürülmüş heroinlə xarici əlamətləri və tərkiblərindəki komponentləri eynilik təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd Kapital Bank tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli külli miqdarda təmiz çəkisi 1848,581 qram narkotik vasitə heroin, təmiz çəkisi 25,899 qram narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 39,909 qram narkotik vasitə tiryək, külli miqdarda tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 2,8 qr təşkil edən 70 ədəd həblər və külli miqdarda təmiz çəkisi 2131,504 qram psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş və bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan “Əli” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitəni və psixotrop maddəni keçirdikdən sonra külli miqdarda 1848,581 qram çəkidə narkotik vasitə olan heroin, 25,899 qram narkotik vasitə qurudulmuş marixuana, 39,909 qram narkotik vasitə tiryək, külli miqdarda tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 2,8 qr təşkil edən 70 ədəd həblər və külli miqdarda 2131,504 qram çəkidə psixotrop maddə metamfetamini Xırdalan şəhəri ərazisindən satış məqsədi ilə qanunsuz əldə etməklə həmin psixotrop maddə metamfetamindən bir ədəd bükümdə 19,190 qr çəkidə ayırıb götürməklə üzərində saxlamış, narkotik vasitə heroindən üç ədəd bükümdə ümumilikdə 590 qram çəkidə və psixotrop maddə metamfetamindən bir ədəd bükümdə 10,207 qram çəkidə ayırıb Təqsirləndirilən şəxs2 vermiş, qanunsuz olaraq əldə etmiş olduğu maddələrdən 1258,581 qr çəkidə narkotik vasitə heroin, 39,909 qr çəkidə narkotik vasitə tiryək, 2102,107 qram çəkidə psixotrop maddə metamfetamin, 25,899 qr çəkidə narkotik vasitə qurudulmuş marixuana və tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 2,8 qr təşkil edən 70 ədəd həbləri özünün yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildə saxlamış, 04 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saat 00:20-də ünvan 4 ünvanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq həmin idarəyə gətirilmişlər və orada saat 02:00-dan etibarən üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə 19,190 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəsinin sağ yan cibindən bir bükümdə 10,207 qram çəkidə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş metamfetaminlə xarici əlamətləri və kimyəvi tərkiblərindəki komponentləri eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, həmin gün Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilərkən mənzilin yataq otağında olan divanın sağ künc hissəsindən bir ədəd sellofan torbanın içərisində altı ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 107,609 qr, 282,282 qr, 375,030 qr, 250,002 qr, 18,638 qr, 225,020 qr, ümumi çəkisi 1258,581 qr çəkidə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2090 qr, 12,107 qr, ümumi çəkisi 2102,107 qr çəkidə öz aralarında və Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş metamfetaminlə kimyəvi komponent tərkibləri və xarici əlamətləri eyni olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, yeddi ədəd kibrit qutularda, ayrı-ayrılıqda təmiz çəkiləri 4,294 qr, 3,135 qr, 4,419 qr, 3,268 qr, 4,209 qr, 3,251 qr, 3,323 qr, ümumi təmiz çəkisi 25,899 qr tərkiblərinə görə eyni olan narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 39,909 qram çəkidə narkotik vasitə tiryək və külli miqdarda tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 2,8 qram təşkil edən yeddi ədəd konvalyutda ümumi 70 ədəd həb aşkar olunaraq götürülmüş, həmin gün Təqsirləndirilən şəxs2 yaşadığı Sumqayıt şəhəri, Saray qəsəbəsi yeni yaşayış massivində yerləşən mənzilə baxış keçirilərkən mənzilin yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsindən üç ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 355 qr, 145 qr, 90 qr, ümumi çəkisi 590 qram çəkidə öz aralarında və Təqsirləndirilən şəxs1 mənzilindən aşkar edilərək götürülmüş heroinlə xarici əlamətləri və tərkiblərindəki komponentləri eynilik təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd Kapital Bank tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bilməyərək göstərdi ki, 2021-ci il fevral ayının əvvəllərində ona Fazildən zəng gəlmiş və Fazil onu evə dəvət etmişdir. Fazilin evinə gəldikdə orda bir çox adamlar olmuş, lakin ilkin olaraq onların polis əməkdaşları olduqlarını bilməmişdir. Sonra ona qarşı zor tətbiq edilmiş və silah çıxarılmış və bu zaman o, həmin şəxslərin polis əməkdaşları olduqlarını bilmişdir. Daha sonra o, polis əməkdaşları tərəfindən baş idarəyə gətirilmiş və orada üzərinə 3 büküm narkotik vasitə qoyaraq çəkiliş edilmişdir. Daha sonra polis əmnəkdaşları onunla evinə gedib çəkiliş aparmışlar və bu zaman o, narkotiklərlə bağlı özünü təqsirli bilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 3-4 ay müddətində narkotik vasitələrdən istifadə etmiş, Əli adlı İran İslam Respublikasının vətəndaşını tanımamış, Təqsirləndirilən şəxs1lə onun arasında telefon danışığı olmamış, onda aşkar olmuş narkotik vasitələr isə polis tərəfindən üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, o, birlikdə tutulduğu Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanımışdır. Fazil ilə həm qonşu, həm də tanışlıq münasibəti vardır. Hətta məhkumluğunu Fazillə birlikdə eyni cəzaçəkmə müəssisəsində keçirmişdir. Özü də Fazil kimi narkotik vasitə heroindən istifadə edir. “Əli” adlı İran İslam Respublikasının vətəndaşı ilə Fazilə görə tanış olmuşdur. Belə ki, “Əli” Fazilin narkotik vasitə istifadəçi olduğunu bilib Fazilə təklif etmişdir ki, göndərdiyi və yerini bildirdiyi narkotik vasitələri Fazil götürüb sonradan bildiriləcəyi yerlərə qoymaqla “Əli”-yə kömək etsin və bunun müqabilində pul qazansın. Fazil də “Əli” ilə bu cür işləmişdir. Lakin sonradan Fazilin “Əli”-yə borcu yaranmışdı. Ona görə də “Əli” ilə arasında münasibəti pozulmuşdur. “Əli” Fazilə artıq etibar etməmişdir. O, bu barədə xəbər tutandan sonra Fazilə məxsus olan mobil telefonla özü “Əli” ilə sosial şəbəkədə əlaqə saxlayıb “Əli”-yə Faziln vəziyyətini izah etmiş, Fazilin “Əli”-yə yalan danışmadığı və tez bir zamanda borcu yerinə qoyacağını bildirmişdir. “Əli” də onun sözünə inanıb razılaşaraq artıq göndərəcəyi malların yerini və sonradan qoyulmalı olan yerləri ona deyəcəyini bildirmişdir. O, da razılaşmışdır. Danışıq belə olmuşdur ki, “Əli”-nin göndərdiyi malları Fazil götürüb ona verəcək, sonradan da Əli dediyi kimi həmin malların çatası yerlər barədə ona xəbər verərək o, Fazilə lazım olan bağlamanı verəcək və Fazil götürüb bağlamanı lazım olan yerə qoyacaq. Təxminən 01.02.2021-ci il tarixdə “Əli” növbəti dəfə sosial şəbəkədə danışan zaman ona Xırdalan şəhərində “Duyğu” marketin yanından keçən boruların yanında narkotik vasitə qoyulduğunu bildirmişdir. O, da həmin yer barədə Fazilə məlumat verdikdən sonra Fazil gedib gizlədilmiş torbanı götürüb onun evinə gətirmişdir. Həmin bağlamalarda olan narkotik vasitələr hazır formada bölünmüşdü və hər bir bağlamanın üzərində çatacağı adamın adı yazılmışdı. O, həmin adamları tanımırmış. Sadəcə olaraq “Əli” bağlamanın üzərində olan adı deyəndə həmin bağlamanı bildiriləcəyi yerə aparıb qoymaq lazım idi. Sonradan isə o, hər dəfə “Əli” dedikdə Fazilə qoyulacağı bağlamanı verirmiş və yeri izah etdikdən sonra Fazil həmin bağlamanı aparıb ora qoyurmuş. Ümumi bağlamaların təxminən beş dənəsini Corat qəsəbəsində Fazilə sonradan deyilən yerlərə qoymaqla ünvana çatdırmışdır. Cəmisi bir ədəd çatdırılası bağlama qalmışdır ki, onu da özündə saxlamışdır ki, deyilən vaxt aparıb lazım olan yerə qoysun. Narkotik vasitlərin bir qismi də onun evində qalmışdı. 04 fevral 2021-ci il tarixdə axşam saat 00:20 radələrində Fazilin yaşadığı ünvanın yaxınlığında Fazillə birlikdə piyada hərəkət edən zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Fazilin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Fazillə onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçilərin iştirakı ilə o və Fazil şübhəli şəxs qismində tutulmuşlar. Daha sonra onun və Fazilin üzərinə müdafiəçilərinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Fazil əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon da götürülmüşdür. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilmişdir. Fazil şəxsi axtarış zamanı həmçinin yaşadığı ünvanda da narkotik vasitələr saxladığını bildirmişdir. Bundan sonra, onun üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qış gödəkçəsinin sağ yan cibindən bir bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Daha sonra üzərində olan 1 ədəd “Red Mi” markalı mobil telefon da götürülmüşdür. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilmişdir. Sonra onunla Fazilin təqdim etdikləri bükümlər boş ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, iştirakçılar tərəfindən imzalanmışdır. Sonra o, şəxsi axtarış zamanı yaşadığı evdə də narkotik vasitə saxladığını, evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Sonra polislərlə birlikdə yaşadığı mənzilə yollanmışlar. Yaşadığı mənzildə çarpayının altından 3 bükümdə narkotik vasitə olan heroin təqdim etmiş və həmçinin 1 ədəd öz adına olan plastik kartı təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə olan heroin bükümləri elektron tərəzidə çəkilmiş, sonra qablaşdırılmışdır. Şəxsi axtarış zamanı və mənzilə baxış zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri təxminən 2 gün bundan əvvəl tanışı Təqsirləndirilən şəxs1 ona verdiyini, həmin narkotik vasitənin yerini də o özü tanışı İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə Fazilə bildirdiyini, tanışı Təqsirləndirilən şəxs1 həmin narkotik maddəni Xırdalan şəhəri ərazisindən götürdüyünü, həmin yeri də tanışı Təqsirləndirilən şəxs1 özünün dediyini, yaşadığı ünvanda narkotik vasitələr saxlaması barədə heç kimin məlumatı olmadığını bildirmişdir. Qeyd edilənlər barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə qismən təqsirli bilərək göstərdi ki, onu ittihamda göstərilən ünvanda deyil, 02 fevral 2021-ci il tarixdə ünvan 5s əməkdaşları saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 onunla olmamış və o, tək tutulmuşdur. Onun üzərində narkotik vasitə olmuş, lakin evində ittihamda göstərilən həcmdə narkotik vasitə olmamışdır. Ümumilikdə onda 40 qr. tiryək, 7 qutu nəşə və 1 büküm heroin olmuşdur. Təqsirləndirilən şəxs2 o, məhəllə sakini kimi tanımış, Təqsirləndirilən şəxs2lə onun arasında telefon danışığı olmamış və onda olan narkotik vasitələri polis əməkdaşları Təqsirləndirilən şəxs2 üzərinə qoymuşdurlar. Daha sonra o, qeyd etmişdir ki, Əli adlı İran İslam Respublikasının vətəndaşı ilə o, telefonla sosial şəbəkələr vasitəsi ilə tanış olmuş, ondan nisyə narkotik vasitələr əldə etdiyi üçün borcu yaranmışdır. Onda aşkar edilmiş narkotik vasitələri Əlinin tapşırığı ilə o deyilən yerə aparmalı və bunun müqabilində Əli tərəfindən onun borcundan 1.000 silinməli olmuşdur. Əli ona İran nömrəsi ilə zəng vurmuşdur. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, o, birlikdə tutulduğu Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır. Natiqlə həm qonşu, həm də tanışlıq münasibətləri olmuşdur. Onlar Natiqlə birlikdə cəzaçəkmə müəssisəsində də olmuşlar. Hər ikisi narkotik vasitə heroindən istifadə etmişdir. Təxminən üç əvvəl “Əli” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. “Əli” onun narkotik vasitə istifadəçisi olduğunu bilirmiş və təklif etmişdir ki, özünün göndərdiyi və yerini bildirdiyi narkotik vasitələri o, götürüb sonradan ona bildiriləcəyi yerlərə qoymaqla kömək etsin və bunun müqabilində pul qazansın. O, “Əli”-nin təklifini qəbul etmişdir. Lakin ilk əvvəl “Əli”-nin dediyi sistemlə işləməsinə baxmayaraq onun “Əli”-yə borcu yaranmışdır. Belə ki, “Əli”-nin dediyi yerə qoymuş olduğu narkotik vasitə sonuncunun dediyinə görə ünvana çatmamışdır. Ona görə də “Əli” ilə aralarında münasibətləri pozulmuşdur. “Əli” ona artıq etibar etməmişdir. Bu barədə xəbəri olan tanışı Natiq ona məxsus olan mobil telefonla “Əli” ilə sosial şəbəkədə əlaqə saxlayıb ona zamin durduğunu, işi davam edəcəyi təqdirdə borcu geri qaytaracağını, bunun müqabilində pul istəmədiyini, hər dəfə göndərilən narkotik vasitələrin sonradan paylanması müqabilində 100 qram heroinin özlərinə götürücəklərini demiş və “Əli” Natiqlə razılaşmışdır. Odur ki, təxminən 01.02.2021-ci il tarixdə “Əli” növbəti dəfə sosial şəbəkədə danışan zaman Natiqə Xırdalan şəhərində “Duyğu” marketin yanından keçən boruların yanında narkotik vasitə qoyulduğunu bildirmişdir. Natiq də ona həmin yer barədə məlumat verdikdən sonra o, gedib gizlədilmiş torbanı içində olan bağlamalarla birlikdə götürmüşdür. Həmin bağlamalarda olan narkotik vasitələr hazır formada bölünmüşdü və hər bir bağlamanın üzərində çatacağı adamın adı yazılmışdı. O, həmin adamları tanımamışdır. Sadəcə olaraq “Əli” bağlamanın üzərində olan adı deyəndə həmin bağlamanı bildiriləcəyi yerə aparıb qoymaq lazım olmuşdur. Göndərilmiş bağlamalar saxlanması üçün Natiqə verilmişdir. Sonradan isə Natiqə hər dəfə “Əli” dedikdə Natiq ona qoyulacağı bağlamanı vermiş və o, lazım olan yerə aparıb qoymuşdur. Ümumi bağlamaların təxminən beş dənəsini Corat qəsəbəsində ona sonradan deyilən yerlərə qoymaqla ünvana çatdırmışdır. Cəmi bir ədəd çatdırılası bağlama qalmışdır ki, onu da evində saxlamışdır ki, deyilən vaxt aparıb lazım olan yerə qoysun. Natiqin evində də narkotik vasitələr qaldığını bilmişdir. 04 fevral 2021-ci il tarixdə axşam saat 00:20 radələrində yaşadığı ünvanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və tanışı Natiqi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, və Natiq şübhəli şəxs qismində tutulmuşlar. Ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun və Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçilərinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon da açkar edilərək götürülmüşdür. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilmişdir. O, şəxsi axtarış zamanı həmçinin, yaşadığı ünvanda da narkotik vasitələr saxladığını bildirmişdir. Bundan sonra Natiqə üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, Natiq əynində olan qış gödəkçəsinin sağ yan cibindən bir bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmçinin Natiqin əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bir ədəd “Red Mi” markalı mobil telefon da götürülmüşdür. Natiqin də təqdim etdiyi büküm elektron tərəzidə çəkilmişdir. Sonra onunla Natiqin təqdim etdikləri bükümlər qablaçdırılaraq götürülmüşdür. Sonra o, şəxsi axtarış zamanı yaşadığı evdə də narkotik vasitə saxladığını, evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Mənzilinə baxış zamanı o, divanın küncündə saxladığı torbanı təqdim etmişdir. Həmin torbaya baxış zamanı içərisindən 04 ədəd şpris, 70 ədəd metadon F/M40 yazısı olan həblər, 1 bükümdə narkotik vasitə tiryək, 2 bükümdə psixotrop maddə metamfetamin, 7 bükümdə narkorik vasitə olan qurudulmuş marixuana və 6 bükümdə narkotik vasitə olan heroin aşkar edilmiş və aşkar edilmiş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Üzərindən çıxarıb təqdim etdiyi, həmçinin yaşadığı mənzildən təqdim etdiyi narkotik vasitələr barədə sorğu edildikdə bildirmişdir ki, həmin maddələr özünə məxsusdur, həmin bükümlərdəki vasitələri tutulmamışdan təxminən 2 gün əvvəl tanışı Təqsirləndirilən şəxs2 ona bildirdiyi, Xırdalan şəhəri ərazisindən götürdüyünü, həmin yeri də tanışı Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin dediyini, narkotik vasitəni götürdükdən sonra Təqsirləndirilən şəxs2 verəcəyini, sonradan isə İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin göstərişi ilə müxtəlif ünvanlara qoyduğunu, gördüyü işin qarşılığında hər dəfəsi üçün 100 qram narkotik vasitə götürdüyünü, həmin narkotik vasitənin bir hissəsini tanışı Təqsirləndirilən şəxs2lə birlikdə istifadə etdiyini, qalan hissəsini isə sataraq pul əldə edib öz aralarında bərabər şəkildə böldüklərini bildirmiş, psixotrop maddə olan metamfetaminin qramının 30 manatdan satışını həyata keçirdiyini bildirmişdir. Qeyd etmişdiur ki, yaşadığı ünvanda narkotik vasitələr saxlaması barədə heç kimin məlumatı olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 ifadəsində göstərdi ki, 03 fevral 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Corat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik edilməsi ona tapşırılmaqla əməliyyat qrupunun üzvləri kimi idarənin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 və baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 təyin edilmişlər. 04 fevral 2021-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 00:20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 234/1 ünvanın yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs1 oxşar şəxsi görüb ona və onunla birlikdə həmin vaxt piyada hərəkət edən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra, həmin şəxslərin şəxsiyyəti barədə sorğu etmişlər və həmin şəxslər özlərini onlara təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs1 narkotik vasitələr və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə Sumqayıt şəhərinin ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirilməklə hər iki şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşdur. Bundan sonra, vəkillərin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə hər iki şəxsin üzərində şəxsi axtarış aparılmaqla onlara üzərilərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Qeyd edilən bükümdən əlavə bir ədəd mobil telefon da təqdim etmişdir. Təqdim etdiyi büküm tərəzidə çəkilərək 20,40 qram olması müəyyən edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli uzunqol qış gödəkcəsinin sağ yan cibindən bir büküm təqdim etmişdir, həmin bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan sonra, sonuncunun üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan bir ədəd mobil telefon da götürülmüşdür. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 11,29 qram olması müəyyən edilmişdir. Hər iki şəxsin üzərindən aşkar edilmiş bükümlər ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və bu barədə qeydiyyat aparılmışdır. Üzərilərindən aşkar edilərək götürülmüş maddələr barədə sorğu edilərkən ilk öncə Təqsirləndirilən şəxs1 həmin maddəni iki gün əvvəl Təqsirləndirilən şəxs2 dediyi yerdən Xirdalan şəhəri ərazisindən gedib götürdüyünü, həmin yeri tanışı olan Təqsirləndirilən şəxs2 də İranlı “Əli” adlı şəxsin bildirdiyini, həmin maddələri götürdükdən sonra Təqsirləndirilən şəxs2 verdiyini, sonradan isə “Əli” adlı şəxsin tapşırığı ilə deyilən yerlərə aparıb qoymaqla bunun müqabilində hər dəfəsi üçün 100 qram həmin maddələrdən özlərinə götürdüklərini, bir qismini birlikdə istifadə etdiklərini, bir qismini də sataraq pul əldə edib öz aralarında böldüklərini qeyd etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə barədə sorğu edilərkən həmin maddəni ona iki gün əvvəl Təqsirləndirilən şəxs1 verdiyini, Fazil tərəfdən həmin maddənin Xırdalan şəhərindən götürüldüyünü, götürüldüyü yeri də özü Fazilə bildirdiyini, həmin yer barədə özünə İran İslam Respublikasının vətəndaşı olan “Əli” adlı şəxsin məlumat verdiyini bildirmişdir. Bundan başqa, hər iki saxlanılmış şəxs yaşadıqları evlərində ayrı-ayrılıqda narkotik vasitə olduğunu, həmin ünvanlara keçiriləcək baxışa etiraz etmədiklərini bildirmişlər. Daha sonra, həmin gün Təqsirləndirilən şəxs2 yaşadığı Sumqayıt şəhəri, Saray qəsəbəsi yeni yaşayış massivi deyilən yerdə yerləşən evinə baxış keçirlməyi qərara alınmış, o da buna etiraz etməmişdir. Videoçəkiliş ilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 evin yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsindən iki ədəd bağlamada olan üç büküm açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni və bir ədəd üzərində özünün ad və familiyası qeyd olunmuş "xxxx" tərəfindən verilmiş plastik kartı təqdim etmişdir. Həmin bükümlər ayrılıqda olmaqla elektron tərəzidə çəkilmiş və çəkilərinin müvafiq olaraq 113,29 qram, 384 qram və 1709,47 qram olması müəyyən edilmişdir. Həmin evə keçirilən baxış zamanı əlavə heç bir qanunsuz maddə aşkar edilməmişdir. Aşkar edilmiş həmin bükümlər ekspertiza tədqiqatı aparılması üçün götürülərək qablaşdırılmış, bu barədə müvafiq qeydiyyat aparılmışdır. Həmin bükümlər barədə Təqsirləndirilən şəxs2 sorğu edilərkən bildirmişdir ki, həmin bükümlər ona məxsusdur, bükümləri ona iki gün əvvəl Təqsirləndirilən şəxs1 Xırdalan şəhərinin ərazisindən götürüb gətirmişdir, həmin maddələrin yeri barədə ona “Əli” adlı İran İslam Respublikasını vətəndaşı məlumat vermiş, özünün sonradan bu barədə Fazilə xəbər verdiyini qeyd etmişdir. Həmçinin Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə saxlanılmışlar və onlara qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilli Şahid1 Şahid2la oxşar məzmunlu ifadələr verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin onun ifadəsi ilə müəyyən edilmişdir ki, həmin gün, yəni 04 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 razılığı ilə onun yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 234/1 ünvana əməliyyat müvəkkili Şahid3lə birgə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yataq otağında divanın sağ tərəfinin künc hissəsində bir ədəd sellofan torba çıxarıb təqdim etmişdir. Həmin sellofan torbaların birincisinin içində 3 ədəd bükümdə heroinə bənzər maddələr, ikincisinin içində isə 7 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər, 2 bükümdə psixotrop maddə metamfetaminə bənzər, 1 bükümdə narkotik vasitə tiryəkə bənzər, 3 bükümdə heroinə bənzər kütlələr, həmçinin 4 ədəd şpris, 7 ədəd konvalyutda ümumilikdə 70 ədəd “üzərində Methadon 40” sözləri yazılmış həblər aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Aşkar olunmuş kütlələr və hablər barədə Təqsirləndirilən şəxs1 soruşduqda o, qeyd etmişdir ki, həmin bükümlər ona məxsusdur və iki gün əvvəl Xırdalan şəhəri ərazisindən götürmüş, onların yeri barədə məlumatı ona Təqsirləndirilən şəxs2 vermiş, sonuncuya isə bu barədə məlumatı Əli adlı İran vətəndaşı demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 Şahid2 və Şahid1la oxşar məzmunlu ifadələr verməklə onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 2, iş vərəqləri 52-56) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması” haqqında 04 fevral 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin İnzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə 19,190 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli uzunqol qış gödəkcəsinin sağ yan cibindən isə bir bükümdə 10,207 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 58-61). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evlərə baxış keçirilməsinə dair “Mənzilə baxış və götürmə aparılması haqqında” 04 fevral 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 evinə baxış keçirilərkən bir ədəd sellofan torbanın içərisində kustar üsulla hazırlanmış narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, narkotik vasitə tiryək, qurudulmuş marixuana, 70 ədəd metadon həbi və 04 ədəd 1 ml-lik şpris aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 65-67). Bundan əlavə, Təqsirləndirilən şəxs2 evinə baxış keçirilərkən üç ədəd bükümlərdə narkotik vasitə heroin və bir ədəd "xxxx" ASC-yə məxsus plastik kart aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 71-72). Hər üç istintaq hərəkəti video çəkilişlə aparılmış və müvafiq video görüntülər 3 (üç) ədəd “DVD” formatlı disklərə yazılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 62, 68, 73). Həmin video görüntülərə məhkəmə prosesində tərəflərin iştirakı ilə baxış keçirilərkən müəyyən olundu ki, qeyd olunan protokollarda əks olunan hallar və aşkar edilən dəlillər bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilməsi ilə bağlı protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa vermiş olduğu ifadəsini qismən təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha demişdir ki, “Əli” adlı İran İslam Respublikasının vətəndaşı ilə Natiqi özü tanış etmiş, tanışlıq verməyə səbəb həmi vaxt “Əli”-yə yaranmış borc məsələsi olmuş, Natiq də həmin şəxslə video görüntülü danışaraq onun vəziyyətini həmin şəxsə izah etmiş və Təqsirləndirilən şəxs1 həmin qaydada işləyərək borcu qaytarması üçün şərait yaratmasını xahiş etmişdir. Bundan sonra o, “Əli”-nin dediyi yerlərdən ona bildirilmiş bükümləri götürüb deyilən yerlərə qoymuşdur. İçərisində narkotik vasitə heroin olan bükümü də saxlamaq üçün Natiqə vermiş ki, evində olan sonuncu bağlama həmin gün kiməsə çatmalı imiş, lakin tutulduğuna görə həmin bağlamanı çatdıra bilməmişdir. Natiqdə olan heroinlə bağlı isə həmin bükümdəki təxminən 600 qram heroinin 100 qramı onunla Natiqin, yerdə qalan 500 qramı isə “Əli”-nin dediyi adama aparıb verməli olmuşdur. Lakin həmin bağlamanın oğurlanmasından qorxaraq saxlamaq üçün Natiqə vermişdir. (Cild 1, iş vərəqləri 196-198). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 04 fevral 2021-ci il tarixli, 7/150 nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş 7 ədəd kibrit qutularda ayrıayrılıqda təmiz çəkiləri 4,294 qram, 3,135 qram, 4,419 qram, 3,268 qram, 4,209 qram, 3,251 qram, 3,323 qram, ümumi təmiz çəkisi 25,899 qram olan bitki mənşəli ketlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 83- 86). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 fevral 2021-ci il tarixli, 6/499 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi 1 büküm psixotrop maddə olan metamfetaminə bənzər maddə” yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 19,190 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 mənzilindən aşkar edilmiş ...” yazısı olan polietilen bağlamadakı: 6 (altı) ədəd bükümdə ümumi təmiz çəkisi 1258,581 qram ( 1 kq 258,581 qr) qəhvəyi rəngli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 2102,107 qram (2 kq 102,107 qram) ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tırkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 39,909 qram tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; 7 ədəd konvalyutda ümumi 70 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 70 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edir (bir həbdə 0,04 qram metadon olmaqla); 4 (dörd) ədəd 1 ml-lik şpris zavod üsulu ilə qablaşdırılmış tamlığı pozulmamış qablaşdırılmalarda təqdim edildiyi üçün, onlar üzərində tədqiqat aparılmadı. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən aşkar edilərərk götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 2121,297 qram (2 kq 121,297 qr) təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs2 şəxsin axtarış zamanı təqdim etdiyi 1 büküm psixotrop maddə olan metamfetaminə bənzər maddə” yazısı olan kağız paketdəki 1 (bir) ədə dbekemdə təmzi çəkisi 10,207 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs2 mənzilindən baxış zamanı təqdim etdiyi 3 büküm heroinə bənzər maddələr” yazısı olan kağız paketdəki 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 590 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən və yaşadıqları mənzillərdən aşkar edilərək götürülmüş metamfetaminlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları mənzillərdən aşkar edilərək götürülmüş heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 87-94). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji ekspertizasının 14.06.2021-ci il tarixli, 1905 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 deməsinə görə müəyyən müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir, əvvəllər, arabir, düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edib. Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 118-119). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji ekspertizasının 14.06.2021-ci il tarixli, 1904 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 deməsinə görə təxminən 2004-cü ildən narkotik vasitə olan tyiryəkdən və narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir, narkotik vasitəni əvvəllər inyeksiya yolu ilə yuxarı ətraf venalara, son zamanlar isə əsasən dərialtına vurduğunu, sonuncu dəfə narkotik vasitə olan heroindən tutulan gün istifadə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 120-121). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 30 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq götürülmüş 01 ədəd “Samsung Galaxy A3” və 01 ədəd “Redmi” markalı mobil telefon aparatlarına baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd qızılı rəngli “Samsung Galaxy A3” markalı mobil telefon aparatı işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələrin, çoxsaylı kontaktların, o cümlədən də İran İslam Respublikasına məxsus olan +**********40 saylı GSM nömrədə adı “Aliobba” kimi qeyd olunmuş kontakt və ***-***- **-** saylı GSM nömrədə adı “S NATİQ Y.” kimi qeyd olunmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrə kontaktı, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edilmişdi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçiriliş baxış zamanı Təqsirləndirilən şəxs1 çoxsaylı istifadəçilərlə həm yazılı, həm səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı qeyd olunmayan +**********96 saylı İran İslam Respublikasına məxsus olan nömrənin istifadəçisi ilə dialoq pəncərəsində həmin istifadəçi tərəfindən 04 fevral 2021-ci il tarixdə iki buraxılmış zəngin olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1lə “Aliobba” kimi adı qeyd olunmuş İran İslam Respublikasına məxsus olan nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında olan danışığın əks olunduğu dialoq pəncərəsinə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, 03 fevral 2021-ci il tarixdə saat 05:33-də Təqsirləndirilən şəxs1 həmin istifadəçiyə səsli mesaj göndərərək “Salam, hər vaxtınız xeyir olsun..deməli gəlirsiz Sumqayıtdan üzü Corata tərəf gələndə deməli svetofor var Coratın abidəsinin yanında, təxminən 300 metr qabağa keçəndə görəcəksən ki, qəbiristanlığın padyomu var, həmin padyomu qalxanda deməli yol iki hissəyə bölünür, biri sağa gedir, biri sola, siz sağa gedən yolla gəlirsiniz...düz divarın qırağında..divarda XƏZƏR sözü yazılıb həmin sözün olduğu həyət yox, obiri həyət, boş həyət görəcəksiz, hasar yoxdu..deməli qoyulub hasarın qırağına, ağ sellofan paketdədir..gəlin götürün gedin..” bildirmişdir. Həmin gün saat 05:53-də Təqsirləndirilən şəxs1 həmin istifadəçiyə yenidən səsli mesaj göndərərək “Götürməyib qardaş, götürməyib...başqa adamın imiş o.....yerindədir...gözləyirəm onu..götürməyib hələ..desəydin biraz tez gələrdi..nə olardıki..” bildirmiş, buna cavab olaraq həmin istifadəçi Təqsirləndirilən şəxs1 özünə göndərilmiş “Bir dənə Mehriyar ondan soruş abidəni keçdin neçənci küçəyə dönsün, 1-ci, 2-ci, 3-cü..burda küçə çoxdur ona görə soruşuram...” sözlərlə müşaiyət olunan səsli mesaj göndərmişdir. Sonrakı səsli mesajlarda Təqsirləndirilən şəxs1 danışıqlardan bəlli olduğu kimi özü ilə gətirmiş olduğu bağlamanı gizlətdiyi yeri ərazinin koordinatları ilə izah etməsi və gizlədilmiş bağlamanın kiminsə tərəfindən taksi ilə gəlib götürülməsi məlum olmuşdur. 03 fevral 2021-ci il tarixdə həmin istifadəçi Təqsirləndirilən şəxs1 səsli mesaj göndərək “Sənin qadan alım..a kişi..o patıdan da 100 dənə bağla” bildirmişdir. Daha sonrakı vaxtlarda həmin istifadəçi tərəfindən çoxsaylı qəbul edilməmiş zənglərin olması müəyyən edilmişdir. Sonrakı baxış zamanı 03 fevral 2021-ci il tarixdə saat 03:13-də İran İslam Respublikasına məxsus +**********41 saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş adı qeyd olunmayan istifadəçi Təqsirləndirilən şəxs1 səsli mesaj göndərərək “Bir dənə cavab ver də” bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1lə İran İslam Respublikasına məxsus olan +**********94 saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş adı qeyd olunmayan kontaktla danışığın olması müəyyən edilmişdir. Həmin danışıq pəncərəsinə keçirilmiş baxış zamanı sözügedən istifadəçinin Təqsirləndirilən şəxs1 02 fevral 2021-ci il tarixdə “...sən 300 manat da desən..mal da desən nə desən sənə verəcəm..çünki sən mənim az əziyyətimi çəkməmisən..sat özüvə maya elə..bunu sənə işləməyə görə vermirəm..o sənin özünə aiddir...Bakıda olacaq..Sumqayıtda yox..Bakıda...” səsli mesaj yazması, sonuncunun da buna cavab olaraq “Deyirəm ki..maşın pulum yoxdur da..Bakıda olacaq ya Sumqayıtda..maşın pulu düzəldim də mən..” demişdir. Həmin vaxt qeyd edilən istifadəçi də Təqsirləndirilən şəxs1 “Bu bilirsən necə...qoyan deyil...bu yoldur..bilinmir harada olacaq...narahat olma Bakıda olacaq olmağına yerini öyrənən kimi tam dəqiq sənə deyəcəm..” bildirmişdir. Təqsirləndirilən şəxs1 ona “...bizim axı danışığımız oldu axı 3000 sənə vuracam..qalanı da borcuma..” sözlərini demişdir. Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 sonuncunun istifadəsində olan ***- ***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş həmin sosial ünsiyyət təbiqində olan profili arasındaki danışıqlara keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 02 fevral 2021ci il tarixdə saat 20:59-da Təqsirləndirilən şəxs1 səsli mesaj yazaraq “Niyə gecikirlər qaqaş bəs..axı o dedi ki onlar ordadı..sən bir maraqlandın qardaşımızdan niyə gecikir? Nə oldue bu dünən də bugün də gecikir..nə oyundue bu..” bildirmiş, daha sonra isə Fazilə “qardaşım..ay Əli..neynirsən ay brat..ay qardaş sənə qurban belə alınmır axı sənin başıva dönüm..bu atır..gedir saatlarla orda qalmalı deyil axı..belə olmur axı..dünən də belə bugün də belə..nətərdie bu ay brat?” səsli mesaj göndərib həmin səsli mesajı Fazil tərəfindən lazım olan adama göndərməsini bildirmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 ona cavab olaraq “Deyir ki 5-3 dəqiqə səbr elə gəlib çıxır”. Təqsirləndirilən şəxs2 də ona cavab olaraq “Qardaşım, bir dənə saata bax, 10 dəqiqə rovnu dayan, 10 dəqiqə sonra gəlginən..boş gəlmə..onu da götür çıx gəl buyana..bunlar lap başımı xarab elədiləree....olmur ki belə..” bildirmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs2 yenidən Təqsirləndirilən şəxs1 “Ay qardaşım..ay başıva dönüm belə alınmadıe..kişi götürüb qayıdır onu evə..başqa cür alınmıre..o adam gəlmədisə o orada qala bilməz..deyirəm götürüb gəlsin evə..” səsli mesaj göndərib həmin adama ünvanlamasını bildirmişdir. Təqsirləndirilən şəxs1 ona cavab olaraq “atdım..qadan alaram..” sözlərini yazmışdır. Saat 22:20-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “Qaqaş temanı apardın? Kokunu deyirəm” sözləri yazmış, sonuncu həmin sualı anlamadığı üçün “hə yetim heçnə də..kolanı deyirdim..Ümidə çəkib vermədim..onu deyirdim aparmısan..baxıram yoxdu burda..bir tikə atıb özüm vurardım...”. Təqsirləndirilən şəxs1 də cavab olaraq “heç bir şey brat..sən o kokunu götür..varımdı məndə..sən götür...mən elə bildim ki, Əlinin temasından da yəni ondan deyirsən..yəni götürüsənsə götür..məndə özümdə var..obirsini də atmışam..şəklini çəkib atdım, özünü də..bayaqdan çapalıyıram..bayaqdan gözləyirəm gəlib götürsün ki mən də çıxıb gəlim də..” bildirmişdir. Həmin tarixdə saat 22:29-da Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yazaraq “Yetim 11-in yarısı oldu mən evə gedə bilməmişəm..gör bu petya nə deyir..gəlir onun adamı?” bildirmiş, Təqsirləndirilən şəxs1 də ona cavab olaraq “Heç nə qaqaş mən onu bomba yerə qoymuşam istəyirsən gəlim?” qeyd etmişdir. Saat 22:32-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 səsli mesaj yazaraq “amma..bir dənə şeyi yığ..naxadu soruş ondan..Alyoşadan..gör çatır? Yox əgər çatırsa..heç..gözlə..çatmırsa-gəl..qayıdanda baxarıq” bildirmişdir. 03 fevral 2021-ci il tarixdə saat 00:23-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yazaraq “Ay yetim neynirsən? Sənin həvəsin vare..” bildirmiş, buna cavab olaraq sonuncu şəxs “Nə həvəs? həvəs nədi?..məcburam” qeyd etmişdir. Təqsirləndirilən şəxs2 də ona “Yox..məcbur deyilsən..yorulmusansa mən adboy verim nə deyirsən?” bildirmişdir. Təqsirləndirilən şəxs1 də buna “Məcbur yoxe..mənə kulturni yox qaqaş..o bizə çörəy verir..necə atmayım?” cavab vermişdir. 03 fevral 2021-ci il tarixdə saat 22:43-də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “qaqaş bu mənim mazqimi xarab elədie..sənin başıva dönüm..gəlirsən gəl də..bu səninlə danışmaq istəyir..mənim mazqimi xərəb elədiee bu..” səslimesaj göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 məxsus bir ədəd qara rəngli “Redmi” markalı mobil telefon aparatı işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonda ***-***-**-** saylı GSM nömrənin, çoxsaylı kontaktların, o cümlədən də ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələrdə adı “Fazil Ç” kimi qeyd olunmuş Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrə kontaktı, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edilmişdir. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətibiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçiriliş baxış zamanı Təqsirləndirilən şəxs1 çoxsaylı istifadəçilərlə həm yazılı, həm səsli yazışmalarının olması məlum olmuşdur. Buna baxmayaraq həmin danışıqların içərisində iş üçün əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Daha sonra, mobil telefonun daxili yaddaşında olan fayllara keçirilmiş baxış zamanı “göndərilənlər” qovluğunda Təqsirləndirilən şəxs2 tərəfindən naməlum istifadəçilərə məlum olmayan tarixlərdə ayrıayrılıqda göndərmiş olduğu öz adına olan "xxxx" tərəfindən verilmiş göy rəngli plastik kartın və əldə tutularaq şəkli çəkilmiş üzərində “GöyGöz” yazısı olan ağ rəngli sellofan bağlamanın görüntüləri müəyyən edilmişdi. Telefona baxış keçirilməsi ilə bağlı sübut əhəmiyyətli yuxarıda qeyd olunan yazışmaların müvafiq hissələrinə dair skrinşot yolu ilə edilmiş fotogörüntülər, o cümlədən telefonun daxili yaddaşından götürülmüş görüntülər fotocədvəl şəklində tərtib edilmiş protokola əlavə edilmişdi. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 götürülmüş müvafiq olaraq “Samsung” və “Redmi” markalı mobil telefonlar maddi sübut kimi tanınmış və saxlanması üçün BMCMİnin Növbətçi Hissəsinə təhvil verilmişdir. (Cild 2, iş vərəqləri 38-47) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “mobil operatordan ələ keçirilmiş məlumatlara baxış keçirilməsi haqqında” 27 mart 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 18.03.2021-ci il tarixli BKC/LGL-3800/21 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı GSM mobil telefon nömrəsinə aid olan 04 noyabr 2020-ci il tarixdən 04 fevral 2021-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatların SMS bölməsinə keçirilən baxış zamanı müxtəlif telefon nömrələri abunəçiləri ilə yazışmaların olması müəyyən edilmiş, həmin yazışmalardan məlum olmuşdur ki, **********24 saylı GSM mobil telefon nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs1 18.12.2020-ci il tarixdə saat 10:13-də SMS yazaraq “Fazil mənə pati lazimdi.beş manatdi.babat bir şey elədə qaqaş”, 27.01.2021-ci il tarixdə saat 11:32-də “Fazil kişinin koşiyə borcu olat.mənidə dünən aldadiblar.ölürəm lomkadan köməy eliyün” sözlərini yazmışdır. Təqsirləndirilən şəxs1 həmin istifadəşi ilə aralarında olan yazışmalara baxış zamanı məlum oldu ki, o, həmin abunəçiyə 31.21.2020-ci il tarixdə saat 20:06-da SMS yazaraq “Mahir bu bayram günü özüm ölürəm lomkadan sən öl işimdə hələ düzəlmiyib” sözlərini yazmışdır. Baxış zamanı məlum oldu ki, **********00 saylı GSM mobil telefon nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs1 19.01.2021-ci il tarixdə saat 17:19-da SMS yazaraq “Sen etağa başun çatır senin mencə çatmır 30 manat varımdı qram alındırmaq olarsa gələrdim.ya həmişə məşəqqətdi vaxda düşürəm yada senin esəblərün pozulub” sözlərini yazmışdır. Bundan başqa, **********09 saylı GSM mobil telefon nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs1 arasında olan yazışmaya baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 01.02.2021-ci il tarixdə saat 21:39-da həmin abunəçiyə “Elis diqqatla oxu sal pancarani aciq sozla gatirib atacaqlar pancaradan” sözlərini yazmış, həmin tarixdə saat 21:41-də sözügedən abunəçi ona SMS yazaraq “Sag pəncərəni acıq saxlıyım gətirib atacaglar düz başa düşdüm?” sualını verib, saat 21:42-də "Sən mənə vızıv atarsan onda acaram” sözlərini yazmışdır. Təqsirləndirilən şəxs1 həmin istifadəşi ilə aralarında olan yazışmalara baxış zamanı məlum oldu ki, o, həmin abunəçiyə 31.21.2020ci il tarixdə saat 20:06-da SMS yazaraq “Mahir bu bayram günü özüm ölürəm lomkadan sən öl işimdə hələ düzəlmiyib” sözlərini yazmışdır. Bundan başqa, məlum oldu ki, Təqsirləndirilən şəxs1 **********23 saylı GSM mobil telefon istifadəçisinə 20.01.2021-ci il tarixdə saat 04:33-də “Xanim basiva donum hayatviza atdim otu da, qaranı da, cix gotur spicka karobkasinda”, 26.01.2021-ci il tarixdə saat 02:04-də “Cox saq ol ki ozuvu tanitdirirsan mana birda sannan xahis eliyiram agar tak buna gora yiqirsansa birda mani ela seylar gora narahat elama olanda vermiyacam saq ol,var ol,uzaq ol” mətnli SMS yazmışdır. Daha sonra, Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı GSM mobil telefon nömrəsinə aid olan 04 noyabr 2020-ci il tarixdən 04 fevral 2021-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatların SMS bölməsinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, **********72 saylı GSM mobil telefon nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs1 14.11.2020-ci il tarixdə saat 22:44-də SMS yazaraq “Axsamın. xeyir. Fazil. o vaxt. goturmusdun. qum. maldan.qumnan. mal. olsa. Fazil. almlyacam. Fazil. qumnan. mal. olsa. almayacam.”, 30.11.2020-ci il tarixdə saat 21:27-də “fazil. cekende. ozun. cek.. kuleknan. bir. yerde. aglr. gelir. Fazil...ozu:-) 04dur. Fazil.allah. and. olsun...Fazil” sözlərini, **********05 saylı GSM mobil telefon nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs1 20.11.2020-ci il tarixdə saat 17:01-də SMS yazaraq “Emi basva donum oldum mən lomkadan gelmisen?” sualını vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** saylı GSM mobil telefon nömrəsinə aid olan 04 noyabr 2020-ci il tarixdən 04 fevral 2021-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatların SMS bölməsinə keçirilən baxış zamanı müxtəlif telefon nömrələri abunəçiləri ilə yazışmaların olması müəyyən edilsə də iş üzrə istintaq əhəmiyyəti kəsb edən danışıq müəyyən edilməmişdir. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 7-8) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “bank məlumatlarına baxış keçirilməsi haqqında” 08 iyun 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş 07.06.2021-ci il tarixli 157000/2-2892 saylı məktubla müşayiət olunan 01 ədəd disk və hesab üzrə məxaric-mədaxil əməliyyatlara dair 04 vərəqdə təqdim olunuş çıxarışa keçirilmiş baxış zamanı məlum olmuşdur ki, araşdırma zamanı sorğu edilən 4169 74** **** 5399 nömrəli kart Təqsirləndirilən şəxs2 adına qeydiyyatdan keçmiş, Təqsirləndirilən şəxs1 adına isə bank hesabının olmaması müəyyən edilmişdir. Təqdim edilmiş çıxarışlara nəzər salınan zaman məlum olmuşdur ki, həmin plastik kart üzrə elektron hesaba 04.09.2020-ci il tarixdən 12.02.2021-ci il tarixədək olan müddət ərzində terminallardan istifadə etməklə ayrı-ayrı vaxtlarda 201, 150, 51, 170, 100, 30, 40, 50, 20, 10, 101, 201, 150, 200, 100, 300, 21, 20, 110, 10, 400, 200, 150, 100, 21, 150, 20, 30, 200, 40, 400, 15, 150, 110, 60, 50, 45 manat məbləğində pul mədaxil edilmiş, bundan başqa, həmin dövrü əhatə etməklə, qeyd edilən hesaba digər sistemlə köçürmə üsulu ilə ayrı-ayrı vaxtlarda 100, 200, 200,100, 140, 60, 78, 377, 421, 52 manat məbləğində pul mədaxil edilmişdir. Bundan başqa, məktuba əlavə edilmiş CD diskdə təqdim olunmuş müvafiq dövrlərdə bankomatdan istifadə edilməklə pul vasitələrinin məxaric edilməsi ilə əlaqədar aparılan bank əməliyyatları zamanı fiksə edilmiş fotogörüntülərə keçirilmiş baxış zamanı həyata keçirilmiş bütün əməliyyatların Təqsirləndirilən şəxs2 tərəfindən icra edildiyi məlum olmuşdur. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqi 94) Cinayət işinin materiallarında olan “Maddi sübut hesab edilməsi haqqında” 06 fevral 2021-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 06 iyul 2021-ci il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən və yaşadıqları evlərdən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından qalıq qalan 1.848,251 qram çəkidə narkotik vasitə heroin, 39,709 qram çəkidə tiryək, 25,759 qram çəkidə qurudulmuş marixuana, 65 ədəd metadon həbi, 2.131,104 qram çəkidə psixotrop maddə metamfetamin, 04 ədəd 1 ml-lik şprislər maddi sübut kimi tanınmaqla saxlanılması üçün DİN-nin BMCMİ-nin saxlanc yerinə təhvil verilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 götürülmüş 01 (bir) ədəd “Redmi” markalı və Təqsirləndirilən şəxs1 götürülmüş 01 (bir) ədəd “Samsung” markalı mobil telefonlar, eləcə də istintaq hərəkətlərinin video gürüntüləri yazılmış 03 (üç) ədəd “DVD” formatlı və telefonla aparılan danışıqlara dair məlumatlar yazılmış 01 (bir) ədəd “CD” formatlı disklər maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmışdır. (Cild 1, iş vərəqləri 199-201, Cild 2, iş vərəqləri 126-148, 211) İş materiallarından görünür ki, hazırki cinayət işindən, təqsirləndirilən şəxslərin külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (Cild 2, iş vərəqləri 187-188) Cinayət işinin materiallarına əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 23 aprel 2021-ci il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tutularkən polis əməkdaşları tərəfindən döyülməsi və sair qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. (Cild 2, iş vərəqləri 22-29) Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlardan aşkar edilmiş narkotik vasitələr və psixotrop maddənin əldə etmə, daşıma və saxlamalarında satış məqsədlərinin olmaması, narkotik vasitələrin və psixotrop maddələrin ittihamda göstərilən həcmdə onlarda olmaması və polis əməkdaşları tərəfindən qoyulması, eləcə də özlərini müdafiə ilə bağlı ifadələrində göstərdiyi digər xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqelərinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiələri üçün gətirdikləri dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələr işin hallarına uyğun olduğundan iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X3 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından və müvafiq məhkəmə hökmlərinin və qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər məhkəməsinin 23 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 yanvar 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənildiyindən və həmin Məcəllənin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05.10.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26.12.2007-ci il tarixli qərarı ilə cəzası 13 il müddətinə endirilmiş və Binəqədi Rayon Məhkəməsinin 01.02.2019cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 02 ay 18 gün hissəsində vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. (Cild 1, iş vərəqləri 239-245, Cild 2, iş vərəqləri 14-21, 30-37, 122- 125) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən halların olmadığını müəyyən etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halların olmadığını müəyyən etməklə yanaşı, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs2 qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən ağır cinayətlər törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin təhlükəli residivinin olması müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 fevral 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Nərimanov rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarları ilə onların barələrində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Həmin məhkəmənin 01 iyun 2021-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxslərin həbsdə saxlanılma müddəti 3 ayadək müddətə uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 178-189, Cild 2, iş vərəqləri 78- 83) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəylərinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onlar, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən etməmişdir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan: 1.848,251 qram çəkidə narkotik vasitə heroin, 39,709 qram çəkidə tiryək, 25,759 qram çəkidə qurudulmuş marixuana, 65 ədəd metadon həbi, 2.131,104 qram çəkidə psixotrop maddə metamfetamin, 04 ədəd 1 ml-lik şprislər, həmçinin Təqsirləndirilən şəxs2 götürülmüş 01 (bir) ədəd “Redmi” markalı və Təqsirləndirilən şəxs1 götürülmüş 01 (bir) ədəd “Samsung” markalı mobil telefonlar - narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə hazırkı işdən ayrılmış ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində saxlanılmalı, iş materiallarında olan 03 (üç) ədəd “DVD” formatlı və 02 (iki) ədəd “CD” formatlı disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 93 (doxsan üç) manat və Təqsirləndirilən şəxs1 93 (doxsan üç) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 04 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 04 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan: 1.848,251 qram çəkidə narkotik vasitə heroin, 39,709 qram çəkidə tiryək, 25,759 qram çəkidə qurudulmuş marixuana, 65 ədəd metadon həbi, 2.131,104 qram çəkidə psixotrop maddə metamfetamin, 04 ədəd 1 ml-lik şprislər, həmçinin Təqsirləndirilən şəxs2 götürülmüş 01 (bir) ədəd “Redmi” markalı və Təqsirləndirilən şəxs1 götürülmüş 01 (bir) ədəd “Samsung” markalı mobil telefonlar narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə hazırkı işdən ayrılmış ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində saxlanılsın, iş materiallarında olan 03 (üç) ədəd “DVD” formatlı və 02 (iki) ədəd “CD” formatlı disk isə hazırkı cinayət işinin materiallarında saxlanılsın. 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 93 (doxsan üç) manat və Təqsirləndirilən şəxs1 93 (doxsan üç) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.