Məhkəmə qərarları › İş №1(124)-49/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-49/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-49/2024 12.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Qobustan rayonu, Mərəzə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 312.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə CM-nin 312.2-ci maddəsinə xitam verilmiş və cəzası 05 ilə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı «Əfv» Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Qobustan rayonunda qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK, ev-55, mənzil 211-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tanışı İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun göndərdiyi külli miqdarda narkotik vasitə heroinin, metamfetaminin, metadon həblərinin və qurudulmuş marixuananın qoyulduğu Beyləqan rayonu ərazisindən götürülüb təyin edilmiş yerlərə qoyulması müqabilində 1.000 manat qazanc əldə edəcəyi ilə bağlı qabaqcadan razılığa gəlmiş və buna görə satış məqsədi ilə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxil olmuş çəkisi 1.035,139 qram qəhvəyi rəngli maddədən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, 99,150 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryəki, 2 ədəd şəffaf poletilendə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 665,0 qram, 915,0 qram və 1 ədəd yaşıl rəngli sellofonda təmiz çəkisi 600,0 qram olmaqla, ümumi çəkisi 2180,0 qram külli miqdarda qurudulmuş marixuananı, tərkibində ümumilikdə 11,92 qram çəkidə narkotik vasitə metadon olan, üzərində «Metadone 40..Faran» göstəriciləri yazılmış 30 ədəd blisterdə ümumilikdə 298 ədəd üzərlərində «F/440» yazıları həkk olunmuş bozumtul-qəhvəyi rəngli metadon tabletlərini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına daxil olmuş 1031,221 qram çəkidə ağ rəngli kristalşəkilli kütlədən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Abşeron rayonu Xırdalan şəhərinə daşıyaraq, bir hissəsini üzərində və digər hissəsini isə yaşadığı mənzildə saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 09 aprel 2022-cı il tarixdə saat 02:40 radələrində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı o, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Heydər Əliyev prospekti-9 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin Bakı şəhəri, A.Abbaszadə küçəsi-17 ünvanında yerləşən inzibati binasına aparılmış və üzərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə 22,139 qram çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin, 01 ədəd bükümdə 19,221 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin, habelə əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 05:00 radələrində onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "xxxx" MTK, 55 nömrəli idarəsinin Bakı şəhəri, A.Abbaszadə küçəsi-17 ünvanında yerləşən inzibati binasına aparılmış və üzərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə 22,139 qram çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin, 01 ədəd bükümdə 19,221 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin, habelə əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 05:00 radələrində onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "xxxx" MTK, 55 nömrəli evin 211 nömrəli mənzilinə keçirilən baxış zamanı qanunsuz olaraq, satış məqsədi ilə əldə edib qonaq otağındakı kağız qutuda saxladığı xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə üzərində aşkar edilmiş narkotik vasitə heroinlə eyni olan 01 ədəd bükümdə 1.013 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminlə eyni olan 01 ədəd bükümdə 1012 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə 99,150 qram çəkidə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan tiryək, 02 ədəd şəffaf polietilendə hər birinin ayrı- ayrılıqda çəkisi 665,0 qram, 915,0 qram və 01 ədəd yaşıl rəngli sellofanda çəkisi 600,0 qram olmaqla ümumi təmiz çəkiləri 2.180,0 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, tərkibində ümumilikdə 11,92 qram çəkidə külli miqdarda narkotik vasitə- metadon olan, üzərində «Metadone 40..Faran» göstəriciləri yazılmış 30 ədəd blisterdə ümumilikdə 298 ədəd üzərlərində «F/440» yazıları həkk olunmuş bozumtul-qəhvəyi rəngli metadon tabletləri, üzərində heroin izləri olan “E68” markalı və “Loste” markalı 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Heydər Əliyev prospekti, ev 9A ünvanında yaşayır. O, əvvəllər narkotik vasitə istifadə etmişdir. 09 aprel 2022-ci il tarixdə saat 01:00- 02:00 radələrində darvazanı bağlamaq üçün həyətə çıxmışdır. Həyətin darvazasında problem yaranmış, buna görə də darvaza bağlanmırdı. Darvazadan çölə çıxdıqda qarşı tərəfdə polis əməkdaşlarının olduğu avtomobili görmüşdür. Onların polis əməkdaşları olduqlarını dəqiq bilməmiş, lakin şübhələnmişdir. Əgər həmin vaxt üzərində hər hansı qanunsuz vasitələr olsaydı, onların polis əməkdaşları olduğundan şübhələnib üzərindəki qanunsuz vasitələrdən azad olardı. Daha sonra darvazanın boltunu açmaq üçün burğac lazım olduğundan onu götürmək üçün evə deyil, yaxınlıqda yerləşən İlkin adlı şəxsin işlədiyi sexə yaxınlaşmışdır. Burğacı götürüb darvazanın boltunu sıxdıqdan sonra onu geri qaytarmaq üçün yenidən sexə getmişdir. Sexdən evə qayıdarkən təxminən 15 nəfər şəxsin ona doğru gəldiyini görmüşdür. Həmin şəxslərin polis əməkdaşları olduğunu əvvəlcə anlamamışdır. Onlar onu döymüşlər. Həmin vaxt hava sərin olduğu üçün gödəkçəni çiyninə atmışdır. Gödəkçənin cibindən bank kartlarını, mobil telefonunu, pulunu çıxarmışlar. Polis əməkdaşlarının onu döyməklərini və s. həmin vaxt səs-küy səbəbindən çölə çıxmış qonşular görmüşlər. Təxminən 10-15 nəfər polis əməkdaşı onu döymüşlər.Onda ümumiyyətlə, narkotik vasitə olmamışdır. O, “Sədərək” və “Binə” ticarət mərkəzlərində gümüş məmulatlarının topdan satışı ilə məşğul olurdu. Bundan əlavə onun 4 ədəd mağazası vardır. Hər mağazada 2 ədəd tərəzi mövcuddur. Bu səbəbdən onun çoxlu sayda tərəziləri vardır. Hətta, evindəki iş otağında da tərəzi var idi. Həmin tərəzilər bahalı və keyfiyyətli tərəzilər idi və onları Türkiyə Respublikasının İstanbul şəhərindən almışdır. Polis əməkdaşları yaşadığı evə onun razılığı olmadan daxil olmuşdular. Hadisədən sonra övladı psixoloji sarsıntı keçirmişdir. Həyat yoldaşının xərçəng xəstəliyi mövcuddur. Narkotik vasitələrin aşkar olunduğu mənzil yaşadığı evdən 6 km məsafə uzaqlığındadır. Mobil telefonunda İran İslam Respublikasının vətəndaşı olan şəxsin mobil telefon nömrəsi var idi. O, meyvə alış-verişi ilə bağlı İran İslam Respublikasının vətəndaşı ilə danışıqlar aparmışdır. İran İslam Respublikasının vətəndaşından əlavə bir çox ölkələrin vətəndaşlarının da mobil telefon nömrələri onun kontaktlar siyahısında olmuşdur. Narkotik vasitələr aşkar olunduğu mənzil həyat yoldaşının adına qeydə alınmışdı. Həmin mənzildə təmir işləri aparılırdı. Yasin adlı usta hər gün həmin mənzilin təmiri ilə əlaqədar oraya gedirdi. Narkotik vasitələr aşkar olunmazdan təxminən 2-3 saat əvvəl Yasin adlı usta həmin mənzilə getmişdir. Narkotik vasitələri Yasin adlı şəxsin və ya polis əməkdaşlarının mənzilə qoyduğunu təxmin etmişdir. Faktiki olaraq mənzil ona məxsusdur və oradan narkotik vasitələr aşkar olunmuşdur. Lakin qanunsuz vasitələr ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 09 aprel 2022-ci il tarixdə saat 02:40 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirib, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib BNMİ-nin inzibati binasına dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə həmin yerə getmiş, orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyim təklif olunmuş, bu təklifdən sonra o, əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə heroini və 01 ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkçənin sol yan cibindən 01 ədəd içərisində 051 ***- **-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, əynində olan şalvarın sağ yan cibindən özünə məxsus olan 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd üzərində 4098 0944 2035 0330 nömrəsi olan plastik bank kartı və 01 ədəd açar, həmin şalvarın sol yan cibindən 380 manat, 100 ABŞ dolları pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, sonra təqdim etdiyi heroin və metamfetaminnə baxış keçirilmiş və elektron tərəzidə çəkilmişdir. Həroinin çəkisi 24,1 qram, metamfetaminin çəkisi 22,1 qram olmuş, sonra aşkar olunmuş həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmışdıp. O və digər iştirakçılar həmin zərfin üzərində imza etmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd plastik bank kartı və şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüş, 01 ədəd açar, 380 manat, 100 ABŞ dolları pul isə Özünə qaytarılmışdır. Sonra polis əməkdaşları ondan həmin narkotik vasitələri və psixotrop maddələri haradan və hansı məqsıdlə əldə etdiyini soruşmuş, o da üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri təxminən 6 ay əvvəldən tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Rza” adlı şəxsin vasitəsi ilə 1 həftə bundan əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən onun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, “Rza”nın göstərişi ilə həmin narkotik vasitələri müəyyən ünvanlara qoymasına görə onun ona 1000 manat pul verəcəyini, bundan əvvəl də “Rza”nın göstərişi ilə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən onun dediyi ünvanlara qoymaq üçün narkotik maddələr əldə etdiyini və bunun qarşılığında onun ona 1000 manat pul verdiyini, narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, həmçinin Abşeron rayonu Xırdalan şəhərində yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz elmədiyimi bildirmişdir. Bundan sonra onlar sonuncunnun yaşadığı mənzilə getmiş, orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o mənzildə qonaq otağında kağız qutunun içərisindən 01 ədəd bükümdə heroini, 01 ədəd bükümdə metamfetamini, 01 ədəd bükümdə heroini, 03 ədəd bükümdə qurudulmuş marixuananı, 298 ədəd metadon həblərini və 02 ədəd elektron tərəzini təqdim etmiş, həmin kütlələr baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 01 kq 19qram, metamfetaminin çəkisi 01 kq, 25qram, tiryəkin çəkisi 104 qram və qurudulmuş marixuananın çəkisi 02kq, 345qram olmuşdur. Daha sonra həmin kütlələr və 02 ədəd elektron tərəzi ilə birlikdə sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, sonra o və digər iştirakçılar həmin torbanın üzərində imza etmiş, bunun ardınca polislər yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və sənəd aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 201- 203) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 Zakif oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddələri üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində təxminən 2022-ci ilin aprel-may aylarında saat 02:00-03:00 radələrində Təqsirləndirilən şəxs ünvan 6 ünvanı yaxınlığında saxlanılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən 1 bükümdə psixotrop maddə aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, onun üzərindən aşkar edilən metamfetamin növündə psixotrop maddələrdir. Narkotik vasitələrin satışı ilə məşğul olubolmaması barədə soruşduqda, Təqsirləndirilən şəxs bunu etiraf etmiş və yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir. Sonuncu buna etiraz etməmişdir və onun yaşadığı evdə baxış həyata keçirilmişdir. Baxış zamanı ona yaşadığı evdə qanunsuz vasitələri təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə olan müxtəlif növdə narkotik vasitələri, psixotrop maddələri və elektron tərəzini təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddələri üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 6 ünvanı yaxınlığında saxlanılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən 1 bükümdə psixotrop maddə aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, onun üzərindən aşkar edilən metamfetamin növündə psixotrop maddələrdir. Narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə soruşduqda, Təqsirləndirilən şəxs bunu etiraf etmiş və yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir. Sonuncu buna etiraz etməmişdir və onun yaşadığı evdə baxış həyata keçirilmişdir. Baxış zamanı ona yaşadığı evdə qanunsuz vasitələri təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə olan müxtəlif növdə narkotik vasitələri və psixotrop maddələri təqdim etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Hadisə baş verdiyi gün gecə saatlarında Təqsirləndirilən şəxs qapını bağlamaq üçün çölə çıxmışdır. Yarım saat sonra səs-küy eşitmişdir. Birdən polis əməkdaşları içəri daxil olmuşlar. Onlar Təqsirləndirilən şəxs qolunu sıxmışdılar. O, onlara etiraz etmək istədikdə, onun da üstünə qışqırmışlar və onlara səs çıxarmamalarını demişlər. Onlar Təqsirləndirilən şəxs təzyiq edərək, “mal haradadır?” deyə suallar verirdilər. Polis əməkdaşları evin hər yerini axtarmışlar. Bu zaman onu və oğlu Şahid5 mətbəxə salmışlar. Onlar evdə və Təqsirləndirilən şəxs üzərində heç nə tapa bilməmişlər. Təqsirləndirilən şəxs oğlunu və onu tutacaqları ilə hədələmişlər. Həmin polis əməkdaşlarından 2 nəfər onların yanında qalmışlar. Qalanları Təqsirləndirilən şəxs aparmışlar. Təxminən 7-8 nəfər polis əməkdaşları onların evinə gəlmişlər. Onlardan 3-4 nəfəri Təqsirləndirilən şəxs saxlayırdılar. Qalanları onların üzərinə və evin hər yerinə baxış keçirirdilər. Onlar evdən və üzərimizdən heç bir qanunsuz vasitə aşkar etməmişlər. Təxminən 30-40 dəqiqə sonra onlarla qalan 2 nəfərə də zəng gəlmiş və onlar da çıxıb getmişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. O, motosiklet ustası kimi fəaliyyət göstərir. 2022-ci ilin aprel ayının 8-dən 9-a keçən gecə saat 00:00 radələrində həyətdə motosiklet düzəldirdi. Təqsirləndirilən şəxs gəlib qapının xarab olduğunu bildirmiş və ondan burğac istəmişdir. O, ona burğacı vermiş və getmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olarkən təxminən 10 nəfər mülki geyimli şəxs onun üzərinə gəlmişlər və ona təzyiq etməyə başlamışlar. O da dərhal onlara yaxınlaşmışdır. Bu zaman onlar ona özlərinin polis əməkdaşları olduqlarını bildirib ona qarışmamağı demiçlər. Bundan sonra Təqsirləndirilən şəxs özləri ilə birlikdə aparmışlar. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 08 aprel 2022-ci il tarixdə gecə saatlarında səs-küy eşitmiş və anasının ağladığını görmüşdür. Həmin vaxt 8-9 nəfər mülki geyimli polis əməkdaşları atasını tutmuşdular. Onlar atasına təzyiq göstərərək, onun üzərinə və evə baxış keçirmişlər. Atasının üzərindən və evdən heç bir qanunsuz vasitə aşkar olunmamışdır. Polis əməkdaşları atasına etiraf etməyini, əks halda onu və anasını da tutacaqlarını deyərək, onu hədələmişlər. Bundan sonra onların təmir etdirdikləri evin açarını da götürüb getmişlər. Həmin evdə nəsə gizlətmək üçün şərait yoxdur, ev boş olduğu üçün heç bir əşya da yoxdur. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X2 usta kimi fəaliyyət göstərdiyini, işlədiyi Təqsirləndirilən şəxs məxsus mənzildə heç nə görmədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs 2022-ci ildə tanımışdır. Təqsirləndirilən şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən məxsus evdə kombi xətti çəkmişdir. 3 gün həmin mənzilə kombi xətti çəkmək üçün gedib-gəlmiş, ev boş olmuş, orada heç nə görməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə” 09 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən 1 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər və 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilib götürülmüşdür. (Cild 1, iş vərəq 33-34) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “mənzilə baxış və götürmə” protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "xxxx" MTK, 55 nömrəli evin 211 nömrəli mənzilinə keşirilən baxış zamanı qonaq otağındakı kağız qutuda saxladığı 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər, 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, 1 ədəd bükümdə narkotik vasitə olan tiryəkə bənzər, 02 ədəd şəffaf polietilendə çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər və üzərində “Methadone 40...Faqan” göstəriciləri yazılmış 30 blisterdə ümumilikdə 298 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş tabletlər, “e68” markalı və “Loste” markalı 2 ədəd elektron tərəzini aşkar edərək götürülmüşdür. (Cild 1, İş vərəq 37-38) «Şəxsi axtarış və götürmə aparılması haqqında» və “mənzilə baxış və götürmə haqqında” 09 aprel 2022-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış bununla bağlı 02 ədəd disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və mənzilə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1955 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs üzərindən» və s sözlər, imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 22,139 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 19,221 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - üzərində «....Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş» və s sözlər, imzalar olan bağlamada 01 ədəd bükümdə təmiz çəkisi 1013 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 1012 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 99,150 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Üzərində «Metadone 40..Faran» göstəriciləri olan blisterdə ümumilikdə 298 ədəd üzərlərində «F/440» yazıları həkk olunmuş bozumtul-qəhvəyi rəngli tabletlərin tərkibində ümumilikdə təmiz çəkisi 11,92 qram narkotik vasitə- metadon müəyyən edildi. «E 68» markalı və «Loste» markalı elektron tərəzilərin üzərində heroinin izləri müəyyən edildi. Tərəzilərin səthində heroin iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və eyniləşdirilmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş metamfetamin kütlələri kimyavi tərkiblərinə görə öz aralarında heroin kütlələri də həmçinin eynilik təşkil edirlər. (Cild 1, iş vərəqləri 45-50) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-bioloji xx.xx.2022-ci il tarixli 7/340 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksi olan ağ rəngli poletilen bağlamada 1 ədəd yaşıl rəngli sellofanın içərisində 2 ədəd şəffaf poletilendə hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 665,0 qr və 915,0 qram və 1 ədəd yaşıl rəngli sellofonda təmiz çəkisi 600,0 qram olmaqla, ümumi çəkisi 2180,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Təqdim edilmiş 2 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin izləri yoxdur. (Cild 1, İş vərəqləri 51-54) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4922 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixostimulatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 168-169) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 1034,989 qram heroin; 99,050 qram metamfetamin, 288 ədəd metadon tableti, 2179,85 qram qurudulmuş marixuana “E68” markalı və “Loste” markalı tərəzilər maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 180-190) Məhkəmə, təqsirləndirilən şəxsin aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən qoyulması, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmətibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 698 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilmədi. (Cild 1, iş vərəq 99) Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə həmçinin müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən təqsirləndirilən şəxsin ailə üzvləri və tanışlarının məhkəmədə verdikləri ifadələrində onun mənafeyinə uyğun göstərdikləri xüsusatlara tənqidi yanaşır və hesab edir ki, bu ifadələr qeyd olunan səbəblərə görə mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 312.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə CM-nin 312.2-ci maddəsinə xitam verilmiş və cəzası 05 ilə endirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı «Əfv» Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (Cild 1, iş vərəq 152-160, 163-164) Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü və 83.4-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmədə cəzasını ağırlaşdıran hal hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 10 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 06 avqust 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 24, 138-141) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş üzrə maddi sübut olub Abşeron RPİdə saxlanılan 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Abşeron RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 1034,989 qram heroin, çəkisi 99,050 qram metamfetamin, 288 ədəd metadon tableti və çəkisi 2179,85 qram qurudulmuş marixuana məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 198 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 198 (yüz doxsan səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 1.034,989 qram çəkidə narkotik vasitə heroin, 99,050 qram çəkidə psixotrop maddə metamfetamin, 288 ədəd metadon həbləri və 2.179,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, «E 68» markalı və «Loste» markalı elektron tərəzilər xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. 02 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar