Məhkəmə qərarları › İş №1(124)-491/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-491/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-491/2024 09.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X8 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X4, Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkilli Müdafiəçi, Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi – Qanuni nümayəndə iştirakları ilə, xx xxxx 1998-ci ildə Cəbrayıl rayonu, Qazanzəmi kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Cəbrayıl rayonu, Qazanzəmi kəndində qeydiyyatda olan, cinayət törədərkən və hazırda anlaqsız vəziyyətdə olan, psixi vəziyyətinə görə cinayət prosesində iştirak edə bilməyən, cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan, barəsində xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri tətbiq edilmiş, məhkəmənin qərarı ilə Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmiş təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törədən zaman anlaqsız vəziyyətdə olmuş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bacısı Şahid1 ilə əri Zərərçəkmiş şəxs arasında mütəmadi baş vermiş ailədaxili münaqişələr zamanı bacısı Şahid1 ilə kobud rəftar etməsi səbəbindən Zərərçəkmiş şəxs qisas alaraq öldürmək üçün 1 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs zəng edərək onu Sumqayıt şəhəri N.Nərimanov küçəsində yerləşən “Zeytun” restoranına çay içməyə dəvət etdikdən sonra yaşadığı evdən bir ədəd məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb 1 iyul 2023-cü il, saat 20:30 radələrində “Zeytun” restoranının arxa hissəsinə gedən yolda Zərərçəkmiş şəxsla görüşüb mübahisə edərək Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri ilə döyüb özü ilə gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs bir neçə zərbə vurduqdan sonra Zərərçəkmiş şəxs onun zərbələrindən yayınmaq üçün “Zeytun” restoranı istiqamətində hərəkət edib yalvarmaqla onu azyaşlı uşağına bağışlamasını bildirməsinə baxmayaraq Zərərçəkmiş şəxs təqib edib yalvarmasına məhəl qoymadan, müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə həmin bıçaqla çoxsaylı zərbələr vuraraq qaraciyərin sağ payının diafraqmal səthinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yan səthinin qarın boşluğuna keçən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yarası, sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol arxa səthinin 1 (bir) ədəd döş boşluğuna keçən deşilmiş-kəsilmiş yarası xarakterli adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır, sağ çiyin nahiyəsinin 1 (bir) ədəd, döş qəfəsinin sağ yan səthinin 2 (iki) ədəd, sol qulaq arxası nahiyənin 1 (bir) ədəd, sol dirsək büküşündə 3 (üç) ədəd, döş qəfəsinin ön səthinin yuxarı iç səthində 1 (bir) ədəd, sol kürək nahiyədə 3 (üç) ədəd, sol bazunun orta 1/3-nin arxa səthinin 1 (bir) ədəd, döş qəfəsinin sol arxa səthində 1 (bir) ədəd ədəd) deşilmiş kəsilmiş yarası isə adətən canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən 2 iyul 2023-cü il tarixdə müalicə aldığı Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasında ölmüş, nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs barəsində təqdim edilmiş sübutlar aşağıdakı qaydada tam, hərtərəfli və obyektiv araşdırılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməlin onun tərəfindən anlaqsız vəziyyətdə törədilməsi tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə qərarı ilə cinayət prosessual fəaliyyət qabiliyyətsiz hesab edildiyindən, onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs anlaqsız vəziyyətə cinayət törətməsi müəyyən edilməzdən əvvəl təqsirləndirilən şəxs qismində cəlb edildikdə özünü elan olunmuş ittihamlar üzrə təqsirli bilərək ifadələrində göstərmişdir ki, Sumqayıt şəhər psixiatriya xəstəxanasında qeydiyyatdadır, daimi olaraq heç bir yerdə işləmir. Şahid1 onun bacısıdır, təxminən 2 ilə yaxındır ki, rəsmi olaraq Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahdan bir övladı vardır. Zərərçəkmiş şəxs bacısı ilə ailə həyatı qurandan sonra onu mütəmadi olaraq incitmiş, lakin bacısı qorxusundan onlara bu barədə məlumat verməmişdir. Lakin son vaxtlar bacısı evdə onlara bu barədə məlumat versə də, xahiş etmişdir ki, onun həyat yoldaşına bu barədə heç nə deməsinlər. Onlar da bacısının ailəsi dağılmamasından ötrü heç nə deməmiş, əksinə olaraq atası onlar üçün nə lazımdırsa etmişdir. O, 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibə vaxtı başından və bədənindən müxtəlif bədən xəsarətləri almışdır. O da son zamanlar bacısının halının olmamasını görüb, hiss etmişdir ki, onu həyat yoldaşı yenədə incidir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə Qanuni nümayəndələ söhbət etmək qərarına gəlmiş və buna görə də evdən bir ədəd bıçaq götürmüşdür. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək Sumqayıt şəhəri, Nərimanov küçəsində yerləşən Zeytun restoranında çay içməyi təklif etmişdir ki, onunla görüşə gəlsin. Zərərçəkmiş şəxs da onun təklifini qəbul etmiş və onlar qeyd olunan tarixdə təxminən saat 20:30 radələrində Zeytun restoranın yaxınlığındakı arada görüşmüşlər. Orada bacısını hansı səbəbdən incitməsini, döyməsini, söyməsini soruşmuşdur. Arif isə cavabında Şahid1 onun həyat yoldaşı olduğunu, özünün biləcəyini demişdir. Lakin onu söyməmiş, təhqir etməmişdir. O, Zərərçəkmiş şəxs ona dediyi sözlərdən əsəbləşib ona bir ədəd yumruq zərbəsi vurmuşdur. Arif yerə yıxılmış, o, Arifə yerdə yumruq və təpik zərbələri vurmağa davam etmişdir. Arif ağalamağa başlamış, o, Arifin ölmədiyini görüb üzərində gətirdiyi bıçağı çıxarmış və ona çoxsaylı bıçaq zərbələri vurmuşdur ki, ölsün. O, vurduğu zərbələrin sayını dəqiq bilmir, amma 6-dan çox zərbə vurmuşdur. Təxminən 5 dəqiqə ərzində onların mübahisəsi və onun Arifə zərbələr vurması baş vermişdir. O, Arifə 3 ədəd bıçaq zərbəsi vurandan sonra Arif bədənindən qan axa-axa qaçmağa çalışmış, lakin o, Arifin qaçmasına imkan verməmiş, yenə Arifə bıçaqla zərbələr vurmuşdur. Onun qarnından, sinəsindən, kürəyindən, qolundan zərbələr vurmuşdur. O, Arifin artıq yerdən qalxa bilmədiyini, ağzından qan gəldiyini, öldüyünü görüb oradan uzaqlaşmışdır. O, Arifi döyəndə və bıçaqla zərbələr vuranda qol saatı və bıçaq əlindən düşüb hadisə yerində qalmışdır. O, oradan uzaqlaşdıqdan sonra evə getmişdir. Fikri ata və nənəsi ilə sağollaşıb polis bölməsinə gedib təslim olmaq olmuşdur. Lakin evdə olan zaman polis əməkdaşları onun yaşadığı evə gəlib onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis idarəsinə gəlmişdir. Hadisə 01 iyul 2023-cü il tarixdə, saat 20:30 radələrində Sumqayıt şəhəri, Nərimanov küçəsində yerləşən "Zeytun" kafesinin arxasına gedən yolda baş vermişdir. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Onlar “Zeytun” restoranında oturmamışlar. Elə arxa tərəfinə gedən yolda görüşüb orada mübahisə etmiş və onu döyəndən sonra orada qəsdən öldürmüşdür. O, Zərərçəkmiş şəxs birinci yumruq zərbəsini vuranda yan-yana yolda getmişlər, Arifə tərəf dönəndən sonra birinci yumruq zərbəsini vurmuşdur. Sonra Arif yerdə, o isə ayaq üstə olanda ona yumruq və təpik zərbələri vurmuşdur. Sonra yenə həmin vəziyyətdə Arifə bıçaq zərbələri vurmuşdur. Zərərçəkmiş şəxs qaçmağa çalışdığına görə bıçaq zərbələri onun müxtəlif nahiyələrinə dəymişdir. Zərərçəkmiş şəxs ağlayaraq bir uşağının olduğunu, onu uşağına bağışlamağımı istəmişdir. Lakin o, razılaşmamış, əvvəllər də onun bacısını döymüş, söymüşdür. Atası ona köməklik edib avtomobil almışdır ki, taksi fəaliyyəti ilə məşğul olub qazanc əldə etsin, ailəsinə baxsın. Lakin Arif işləməmiş, narkotik vasitələrdən istifadə etmişdir. Çöldə insanlar arasında heç bir hömrəti olmadığı halda evə gedib bacısını incitmişdir. Buna görə onun düzəlməyəcəyini, döyməklə bu işi həll etməyin mümkün olmadığını anlamış və onu öldürmək qərarına gəlib öldürmüşdür. Onu yumruq və təpik zərbələri ilə vurandan sonra öldürmək üçün də bıçaqla zərbələr vurmuşdur. Zərərçəkmiş şəxs mübahisə zamanı onu vurmaq istəsə də, vura bilməmişdir. Heç bir xəsarət almamışdır. O, Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurandan sonra ətrafdan tanımadığı şəxslərin gəldiyini görmüşdür. Qaranlıq olduğu üçün onların üzünü görməmiş, oradan uzaqlaşmışdır. O, ümumiyyətlə alkoqollu içkilərin, narkotik vasitələrdə istifadə etmir. Hadisə vaxtı da onların təsiri altında olmamışdır. Şahid1 ona və ailə üzvlərinə bu barədə məlumat vermişdir. Lakin son vaxtlar ərindən qorxduğundan bu barədə onlara heç nə deməmişdir. Lakin sonuncu dəfə 29 iyun 2023-cü il tarixdə yaşadığı evdə bacısını görəndə onun bədənində xəsarətlər olduğunu görmüşdür. Arifin onu döydüyünü başa düşmüşdür. Atası Arifin atası ilə telefonla danışıb Arifin niyə bacısını döyməsinə imkan verdiyini soruşmuşdur. Arifin atası Arifdən qorxduğunu, birdən onu da döyməsindən çəkindiyini demişdir. Onun əynində ağ rəngli qısaqol köynək və mavi rəngli cins şalvar olmuşdur. Zərərçəkmiş şəxs əynində isə qara rəngli qısaqol köynək və boz ya da qara rəngli şalvar olmuşdur. O, ***-***-**-** saylı telefon nömrəsindən “Apple İphone 13” markalı mobil telefondan istifadə etmişdir. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Şahid2 ifadəsində düzgün göstərmişdir. Şahid2 onun üzərində bıçaqla hadisə yerinə getməsindən xəbəri olmamış, orada Zərərçəkmiş şəxs bıçaqla zərbə yetirəcəyini qabaqcadan bilməmişdir. O, ilkin ifadələrində Coşqunun bu məsələyə aidiyyəti olmadığına görə onun adını çəkməmiş, onunla birlikdə olduğunu deməmişdir. Coşqun onun Arifə bıçaqla zərbələr vurmasına mane olmaq istəmiş, lakin o, yaxınlaşsa, ona da zərər yetirəcəyini demişdir. Buna görə də Coşqun müdaxilə edə bilməmişdir. Coşqun onun Arifi döyməsində, ona bıçaq xəsarət yetirməsində heç bir şəkildə iştirak etməmiş, hər hansı köməklik etməmişdir. Coşqundan başqa orada heç kim olmamışdır. Zərərçəkmiş şəxs zərbələri ancaq o vurmuşdur. Ondan başqa Arifə bıçaqla və digər zərbələri heç kim vurmamış, heç kim onun Arifi vurmasına şərait yaratmamamışdır. Arifin bacısını incitməsinə görə xatırlamadığı tarixdə atası ilə birlikdə Arifin evinə getmişlər. Orada Ariflə mübahisə edərkən Arif ona yumruqla zərbə vurmuşdur. Atası araya girib mübahisənin böyüməsinə imkan verməmişdir. Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (atası)– Qanuni nümayəndə öz konstitusion hüququndan istifadə edərək yaxın qohumu olan oğluna qarşı həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə ifadə verməkdən imtina etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi – X10i sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təxminən 1995-1996-cı illərdə X11 ilə ailə qurmuşdur. Həmin nikahdan Zərərçəkmiş şəxs və Azər Muxtarlı dünyaya gəlmişdir. Onlar ünvan 1 ünvanında birlikdə yaşamışlar. 2021-ci ilin avqust ayında oğlu Zərərçəkmiş şəxs Şahid1 ilə ailə qurmuşdur. O, Şahid1 evlənmək məqsədilə qaçırmışdır. Şahid1 atası ona işgəncə verdiyinə görə daha çox evlənmək məqsədilə Zərərçəkmiş şəxsla qaçmaq istəmişdir. Həmin vaxtdan Şahid1 da onlarla birlikdə yaşayır. 08 dekabr 2022-ci ildə Arif və Təranənin birgə nikahından Mehdi Muxtarov dünyaya gəlmişdir. 07 oktyabr 2022-ci ildə Şahid1 atasının evində 1-2 gün qalmaq istəmişdir, Arif də əvvəlcə buna icazə versə də, sonradan Təranənin atasının evinə gedib Təranənin evə gəlməsini istəmişdir. Həmin vaxt Arif orada səs-küy salmış, evin qapısını bərk döymüşdür. Sonradan o da ora getmişdir, Təranədən xahiş etmiş, Təranə evə Arifin və onun təkidləri nəticəsində gəlmişdir. Bundan təxminən 3- 4 saat sonra Əkbər bibisi oğlanları Coşqun və Amil və atası Ariflə birlikdə onların evə gəlmişlər. Əkbərin əlində böyük xəncər olmuşdur. O, Təranənin onların evində qalmasına Arifin icazə vermədiyi üçün onları öldürməklə hədələmiş, Arifin Təranəni söyməsinə etiraz etmişdir. Həmin vaxt onlarla aralarında mübahisə yaranmış, onları evdən qovmuş, lakin qohum olduqlarına görə onların barəsində şikayət etməmişlər. Əkbər 07 oktyabr 2022-ci ildə onların evinə basqın edəndə Arif ona bir ədəd yumruq zərbəsi vurmuşdur. Həmin vaxt Əkbər Arifə demişdir ki, 1-0 onun xeyrinə, lakin bunun əvəzini ondan çıxacağına orada and içmişdir. Bundan sonra ailələr arasında münasibətlər soyumuş, təxminən 3 ay müddətində görüşməmişlər. Sonradan onlarla barışmışlar. Arif və Təranənin uşağı olandan sonra daha çox görüşmüşlər. Təranənin atası Arif digər qızı Arzu və oğlu Əkbəri döymüş, onlar da onun evinə gəlmişlər. Arzu tez-tez əşyalarını yığıb onun evinə gəlmişlər ki, atası onu döyür, atası ilə birlikdə qala bilmir. Əkbər də bundan sonra dəfələrlə onun evinə gəlib yemək yemişdir. 28-29 iyul 2023-cü il tarixlərdə Təranənin atası Arif Təranəyə zəng edib hazırlaşmasını, Əkbərin Qurban bayramı ilə əlaqədar onu gəlib bayramı qeyd etmək üçün evə aparacağını demişdir. Təranə bu barədə Arifə deyəndə Arif onun getməsinə icazə verməmişdir. Sonra Əkbərin nənəsi ona zəng etmiş, Əkbərin gəldiyini, Təranənin onunla getməsinə icazə verməsini xahiş etmiş, o da izah etmişdir ki, Arifə gərək zəng edib deyərdilər, Arifi saymayıb Təranəyə zəng edirlər deyə Arif də icazə vermir. Nəticədə Arif icazə vermədi deyə Təranə atasının evinə getməmişdir. Lakin təxminən 10- 15 gün əvvəldən Əkbər yenidən Arifə təhdid mesajları göndərməyə başlamış, onu Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığına görüşə çağırmışdır. Onların təkidi ilə Arif gedib onunla görüşməmiş, ona baş qoşmamışdır. Sonradan Təranənin deməsinə görə Təranə və ya Arifə bıçaq şəkli də göndərib Arifi öldürməklə hədələmişdir. Əvvəllər Arif Azərbaycan Respublikası Müdafiə Nazirliyində sürücü işləmişdir. Son vaxtlar taksi fəaliyyəti ilə və müxtəlif şirkətlərdə ekspeditor kimi işləmişdir. Lakin daimi işi olmamışdır. 01 iyul 2023-cü il tarixdə Arif gün ərzində evdə olmuşdur. Saat 16-17 radələrində o, gəlini Təranə və nəvəsi Mehdini Heydər parkına gəzməyə aparmağa getmişdir. Çıxanda Arifdən gəlib-gəlməməsini soruşmuşdur. Arif uzanmış, istirahət edəcəyini demişdir. Onlar çıxıb parka getmişlər. Bir müddət sonra evə qayıdanda Təranənin mobil telefonu internetə qoşulmuş və o, görmüşdür ki, bacısı Arzu ona yazıb ki, Əkbər evdə bıçağı itiləyib Arifi öldürmək üçün Fəxri marketin yanına çağırmışdır. Təranə ona bu barədə məlumat verəndən sonra onlar bacısı oğlu Rəfael Əliyevin avtomobili ilə Sumqayıt şəhəri istiqamətində yola çıxmışlar. Gəlini Təranə və həyat yoldaşı Ofeliya da onlarla gəlmişdir. X27 dəfələrlə zəng etmişdir, Əkbər telefona cavab verməmiş, sonradan cavab vermiş və Əkbər Təranəyə demişdir ki, Arifi öldürüb, gəlib onu da öldürəcəkdir. Onlar Arifə zəng edəndə tibb bacısı cavab verib Arifin Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında olduğunu demişdir. Onlar da təcili ora getmişlər. 02 iyul 2023-cü il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasının reanimasiya şöbəsində ayılmış, özünə gəlmiş, onu tanıyıb- tanımadığını soruşmuşdur. Zərərçəkmiş şəxs danışa bilməmiş, xırıldamış, danışdıqlarını tam başa düşə bilməmişdir. Həmin vaxt oğlu Azər və o, Arifin yanında olmuşlar. O, oğlu Arifdən soruşmuşdur ki, onu neçə nəfər döymüş, bıçaqla vurmuşdur. Həmin vaxt Arif uzanmış vəziyyətdə əlinin iki barmağını qatlamış, üç barmağını isə açıq saxlayıb onlara 3 nəfər olduqlarını bildirmişdir. Başqa heç bir şey danışmamışlar. Təxminən 3-4 saat sonra Arif həmin xəstəxanada ölmüşdür. Buna görə də onlar Əkbərin Amil və Coşqunla birlikdə Arifi öldürdüyünü düşünmüşlər. Zərərçəkmiş şəxs xəstəxanada olanda Coşqunu xəstəxananın qarşısında əlinin sarğıda olduğunu görmüşdür. Buna görə onların Arifin öldürülməsində iştirak etdiklərini düşünür. Onun fikrincə Əkbərin atası Arif oğlumun öldürülməsinin təşkilatçısıdır, çünki Əkbərin ailə üzvlərinin əvvəlcədən Əkbərin Arifi öldürəcəyindən məlumatları olmuş, özləri bunu təşkil etmişdir. Yuxarıda göstərdiyi kimi Arzu bu barədə Təranəyə məlumat vermişdir ki, Əkbər evdə bıçağı itiləyib Arifi öldürməyə gedir və Fəxri marketin yanına çağırmışdır. 02 iyul 2023-cü il tarixdə Arif xəstəxanada müalicə alanda Təranə atası Ariflə mesajlaşanda atası Təranəni təhqir etmiş, pul verib oğlu Əkbəri də Coşqunu da məsuliyyətdən azad etdirəcəyini demişdir. Bununla bağlı onda səs yazıları vardır. O, Qanuni nümayəndə bir neçə dəfə borc pul götürüb geri qaytarmışdır. Bundan başqa Qanuni nümayəndə oğlu Zərərçəkmiş şəxs lizinq əsasında avtomobil vermiş və aylıq 600 manat pul verməsini istəmişdir. Zərərçəkmiş şəxs təxminən 5-6 ay həmin avtomobili idarə etmiş, sonradan lizinq ödənişlərini edə bilmədiyi üçün avtomobili geri qaytarmışdır. Həmin vaxt avtomobil dövlət yol polisinin cərimə meydançasında olmuşdur. Ariflə Təranənin arasında sözlə mübahisələr çox olmuş, lakin Arif Təranəni döymüşdür, söymüşdür, lakin bu mütəmadi olmamışdır. Təranə Arifdən narazı olmamışdır. 07 oktyabr 2022-ci il tarixdə onların evinə basqın edəndə Təranəyə onlarla birlikdə getməyi təklif etmişlər, Təranə isə evdən getmək istəmədiyini, Arifdən ayrılmaq istəmədiyini demişdir. Gün ərzində onlar evdən çıxıb işə getmiş, Təranə istəsə, evdən çıxıb gedə bilər, hazırda da onların evində Təranə nəvəsi ilə birlikdə yaşayır. Arif narkotik vasitələrdən istifadə etməmişdir, amma alkoqollu içkilərdən istifadə etmişdir. Əkbər və onun atası Arif Təranəni təhqir etmiş, onu öldürməklə hədələmişlər. Təranəyə işgəncə verdikləri üçün onların əlindən qaçıb onun evinə gəlmişdir. Təranənin bacısı Arzu, hətta Əkbər də atası onları döyəndə onun evinə gəlmişlər. Məhkəmə baxışında öz konstitusion hüququndan istifadə edərək ifadə etməkdən imtina etmiş Şahid1 ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 08 avqust 2021-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. O, öz razılığı ilə ailə qurmaq məqsədilə Zərərçəkmiş şəxs qoşulub qaçmışdır. Həmin vaxtdan Arifin valideynləri ilə yaşadığı ünvan 2 ünvanında yaşamışlar. 08 dekabr 2022-ci il tarixdə oğlu X18 dünyaya gəlmişdir. Zərərçəkmiş şəxsla rəsmi nikahı olmamışdır. Dini kəbin əsasında evli olmuşlar. Ariflə əvvəllər ər-arvad kimi münasibətləri yaxşı olsa da, sonradan ciddi problemləri yaranmışdır. O, Zərərçəkmiş şəxsla ailə qurmadan əvvəl onun narkotik vasitələrdən istifadə etdiyini bilməmişdir. Ailə qurandan sonra öyrənmişdir ki, Arif narkotik vasitələrdən istifadə edir, spirtli içki qəbul edir. Ramazan ayında onunla birlikdə oruc tutsa da, digər vaxtlarda gündəlik marixuana, metafetamin və güclü təsir edən həblərdən istifadə etmişdir. Marixuananı mütəmadi qəbul etmiş, siqaret kimi çəkmişdir. Buna görə də onlar ailə qurandan qısa bir müddət sonra onu döyməyə, təhqir etməyə başlamışdır. Birinci dəfə evlənəndən 20 gün sonra onu döymüşdür. Hər dəfə onu döyüb təhqir edəndən sonra gəlib üzr istəmişdir. Narkotik vasitələrdən istifadə etdiyi üçün əhvalruhiyyəsi həmin formada dəyişmişdir. Mütəmadi onu, ailə üzvlərini nalayiq formada təhqir etmişdir. O, Ariflə evlənəndən sonra 2021 -ci ilin dekabr ayında atası ilə barışmışdır. 2022ci ilin mart ayında atası onun cehizini göndərmişdir. 2022-ci ilin iyun ayında Arif maşın almaq istəmişdir. Atası bir dəfə onun üçün maşının pulunu verə biləcəyini, sonra aylıq pul ödəməklə Arifin ona qaytarmasına şərait yaradacağını demişdir. Arif də atasının həmin sözünü əsas tutub atasından maşın almasını istəmişdir. Atası da onun xətrinə bunu etmişdir. Lakin Arif maşına görə atasına verməli olduğu aylıq pulu verməmişdir. Normal qaydada taksi fəaliyyəti ilə məşğul olmamışdır. Gündəlik dostları ilə orda-burda avaralıqla məşğul olmuşdur. Artıq bir neçə ay o, ödəniş etmədiyi üçün o, atasından utanmışdır. Günlərin bir gün barmağındakı üzüyü ona vermişdir ki, girov qoyub pul götürsün, atasına pul versin. Maşına yazılan inzibati cərimələri də atası ödəmişdir. Yekunda isə Arif avtomobili nasaz hala salmış, cərimə meydançasına düşmüş, maşını götürə bilməmişdir. Atası gedib maşını götürmüş və Arifə verməmişdir. O, 7 aylıq hamilə olarkən bacısının evində olmuşdur. Arif arxasınca gəlmişdir. Onun aşağı düşməsini, evə getməsini demişdir. O, Arifin onu döyəcəyini başa düşdüyü üçün aşağı düşməmiş, evdən çıxmamışdır. Arif yuxarı qalxıb onu düşürəcəyini demiş və yuxarı qalxıb bacısının yaşadığı evin qapısının dəstəyini sındırmışdır. O, atasına zəng edib məlumat vermiş, atası uzaqda olduğu üçün vaxtında gəlib çata bilməyəcəyini demiş, Arifin atasına zəng etməsini bildirmişdir. O da Arifin atası Habil Muxtarova zəng etmişdir. Habil Muxtarov qardaşı Azər Muxtarlı ilə ora gəlmişlər. Onlar Arifi qapıdan uzaqlaşdıra bilməmişdir. Qonşular səsinə toplaşmışdır. O, Habil Muxtarovdan nə üçün Arifi aparmadığını soruşmuşdur. Habil Zərərçəkmiş şəxslə bacarmadığını demişdir. Habil Muxtarov liftin qarşısında ürəyini tutub dayanmışdır. Bacısı qapını açmalarını bildirmişdir. O, bacısına evdəki bıçaqları gizlətməsini demiş, sonra qapını açmasını bildirmişdir. O, hamam otağında gizlənmişdir. Bacısı qapını açmış, Arif içəri girmiş, hamam otağının qapısını açmağa çalışmış, onun çıxmasını istəmişdir. O, Arifə onu döyməyəcəksə, çıxacağını bildirmişdir. Arif yenə qapını açmasını təkid etmişdir. O, qapını açmış, Arif evə gedəcəklərini, orada ona göstərəcəyini demişdir. Onlar evə gedən bacısına atasının arxasınca gəlməsini demişdir. Arif onu evə aparıb orada onu döymüşdür. Ailə üzvləri onu Arifin əlindən ala bilməmişdir. Bundan sonra atası, qardaşı və bibisi onlara gəlmişdir. Arif əlindəki bıçağı onun bədəninə dirəyib evdən gedəcəyi təqdirdə ona bıçaqla zərbə vuracağını demişdir. O da bibisinə bıçaqla hədələndiyi üçün onlarla gələ bilmədiyini demişdir. Bibisigil onun çıxmasını gözləmişdir. Arif evdən çölə çıxıb qardaşı Əkbərlə mübahisə etmişdir. Mübahisə zamanı Arif qardaşı Əkbərə yumruqla zərbə vurmuşdur. Əkbər ona başının yaralı olduğunu bilə-bilə ona zərbə vurmasına irad bildirmişdir. Atası Əkbəri oradan uzaqlaşdırıb aparmışdır. Sonradan bibisi Gülnaz və oğlu Amil onlarda olduğuna görə atası Əkbərlə yenidən onu aparmaq üçün qayıtmışdır. Evdə yenə mübahisə yaranmışdır. O, yataq otağında olmuşdur. Ariflə atası və qardaşı Əkbər arasında mübahisə getmişdir. Həmin vaxt ehtiyatsızlıqdan atası və Arif onun üzərinə yıxılmışdır. O, yerə yıxılanda bibisi oğlu Amil bunu səhv anlayıb Arifə yumruqla zərbə vurmuşdur. Həmin vaxt mətbəxdə olan Əkbər orada dava baş verdiyini zənn edib özü ilə gətirdiyi qayınanasının dediyinə görə qılıncla Arifə hücum etmək istəmişdir. Lakin atası onun qarşısını almış və oradan uzaqlaşdırmışdır. O, Arifin qorxusundan atasıgillə gedə bilməmişdir. Atasıgil də çıxıb getmişlər. Bundan sonra Arif yenə ona bildirmişdir ki, əgər onunla qalacaqsa, bir daha onu incitməyəcək, döyməyəcək, təhqir etməyəcəkdir. O, Arifdən ayrılacağı halda Arifin ailə üzvlərinə ziyan yetirəcəyindən qorxub onun sözlərinə inanmasa da, onunla razılaşmışdır. Arifin qohumları da mübahisəyə görə həmin vaxt evə gəlmişlər. Onlar da onun hərəkətini alqışlayıb Arifə məsləhət vermişlər ki, dəfələrlə aralarında problemlər olmasına baxmayaraq onu Arifi seçməsini nəzərə alıb ona yaxşı baxsın. 08 dekabr 2022-ci il tarixdə o, qeysəriyyə cərrahiyyə əməliyyatı üçün Arif, Azər və qayınanası ilə birlikdə Sumqayıt Hospitala getmişdir. Qayınanası və qayınatası onun qeysəriyyə cərrahiyyə əməliyyatının xərcini özlərinin çəkəcəklərini demişlər. Hospitala getmədən əvvəl də bunu ona və Arifə bildirmişlər. Onlar hospitala çatanda qayınanasına 1050 manat ödəniş etməsini demişdir. Lakin qayınanası pulunun olmadığını demişdir. Onlar atasının da hospitala gələcəyini bildikləri üçün pulları olmadığı halda ona yalandan söz verib hospitala gətirmişlər. Qayınanası ona təkid etmişdir ki, atasından həmin pulu istəsin. O, utandığını, atasından pul istəyə bilməyəcəyini demişdir. Buna baxmayaraq qayınanası qayını Azəri atasının üstünə göndərmişdir ki, atasından onun əməliyyat pulunu alsın. Azər də onun dediyi kimi atasından 1050 manat pul alıb gətirmişdir. O, cərrahiyyə əməliyyatı ilə övladını dünyaya gətirmişdir. Buna görə onun ailəsi ilə Airifin ailəsi arasında münasibətlər qismən düzəlmişdir. Həmçinin, Ariflə Əkbərin münasibətləri də düzəlməyə başlamış, öz aralarında görüşüb yoldaşlıq etmişlər. Buna baxmayaraq sonradan da görmüşdür ki, Əkbərin Arifə qarşı ədavəti qalmışdır. Arif də aralarında mübahisələr olanda qardaşının arxasınca onun yanında nalayiq ifadələrdən istifadə etmişdir. Atası övladı doğulanda 500 manat pulu şirinlik kimi vermişdir. Arif həmin pulu dərhal əlindən almış, atası və anası da həmin pulu ondan almaq üçün onu sıxışdırmışdır. 28 iyun 2023-cü il tarixdə o, atası və digər ailə üzvləri ilə görüşmək üçün atasının evinə getmişdir. Onu Arif aparmış, lakin atasının evinə qalxmamışdır. O. günorta ora gedib axşam qayıtmışdır. 30 iyun 2023-cü il tarixdə atası ona zəng edib demişdir ki, qayınatası və qayınanası razıdırsa, Əkbər onu yaşadığı evdən avtomobillə götürüb bağa aparsın. Bayram münasibətilə bütün qohumları bir yerə yığışır. O, telefonla danışa-danışa Arifin sifətinə baxmışdır. Onda hər hansı narazılıq hiss etmədiyinə görə atasına gələcəyini demişdir. Əkbər də bacısı ilə birlikdə avtomobillə onun yaşadığı evə doğru hərəkət etmişdir. Arif əvvəlcə səssiz qalsa da, sonradan onun qohumları ilə görüşmək üçün bağa getməsinə icazə verməmiş, atasının onu saymadığı üçün heç yerə gedə bilməyəcəyini demişdir. O, Arifə qardaşının yolda olduğunu, qohumlara və atasına ayıb olacağını deyib icazə verməsini xahiş etmişdir. X23rın evinə gəlsə, ona nə edəcəyini bildiyini demiş və icazə vermədiyini təkrarlamışdır. O da buna görə atasına zəng edib gələ bilməyəcəyini, Arifin icazə vermədiyini demişdir. Nənəsi bundan sonra Habil Muxtarova zəng edib onu göndərmələrini xahiş etmişdir. X25 da Arifin sözünü demişdir. Atası da bu barədə qardaşı Əkbərə məlumat verib geri qayıtmasını deyəndə Əkbər buna əsəbiləşib Arifin onu yenə döydüyünü, inctidiyini, təhqir etdiyini başa düşmüşdür. Onlar həmin gün qohumları ilə bağda yığışanda bibilərinin dediyinə görə Əkbər orada əsəbi olmuş, divarı yumruqlamış, Arifə qarşı daha da nifrəti artmışdır. Qardaşı Təqsirləndirilən şəxs uşaq yaşlarından əsəb xəstəliyinə görə müalicə alır. 2021-ci ilin avqust ayında da Rusiya Federasiyasının Mosva şəhərində beyninə qansızması nəticəsində cərrahiyyə əməliyyatı olunmuş, başının sol tərəfində sümük defekti yaranmışdır. Bundan sonra yenidən bir neçə də cərrahiyyə əməliyyatı olunmuşdur. Nəticədə daha əsəbi, daha aqressiv olmuş və psixiatrik xəstəliyi yaranmışdır. Sumqayıt şəhər Psixiatriya Dispanserində də qeydiyyata alınmışdır. 30 iyun 2023-cü il tarixdə, saat 22:30 radələrində dostları ilə yeyib içmək üçün Arif evdən çıxıb getmişdir. 01 iyul 2023-cü il tarixdə, saat 03-04 radələrində evə gəlib yatmışdır. 01 iyul 2023-cü il tarixdə də axşamüstünə qədər evdən çıxmamışdır. Təxminən saat 19 radələrində o, qayınatası Habil, qayınanası Ofeliya və Arifin bibisi qızı Pərvanə ilə birlikdə yaxınlıqdakı Heydər Əliyev parkına onun və Pərvanənin övladnnı gəzdirmək üçün, həmçinin özü hava almaq üçün getmişlər. Getmədən əvvəl o, yataq otağında Arifə xərcləməsi üçün pul vermiş, Arif ona cavab verməmişdir. Çünki onun qohumları ilə görüşməsinə icazə vermədiyi üçün küsmüşlər. Lakin o, otaqdan çıxmadan əvvəl ona barışmalarını təklif edib onunla barışmış və dediyi kimi Heydər Əliyev parkına getmişdir. Onlar parkda olduqları müddətdə Arifin evdən çıxıb-çıxmadığını və harasa gedib- getmədiyini bilməmişlər. Saat 21 radələrində onlar evə qayıtmışlar. O, övladı ilə oynayanda bacısının ona mesaj yazdığını görmüşdür. O, yazmışdır ki, qardaşı Əkbər Ariflə görüşmüş, mübahisə etmişdir. O, qayınanası və qayınatasına məlumat vermişdir. Həmin vaxt Arifin bibisi oğlu Rəfael onların yaşadığı evin qarşısına avtomobili ilə gəlmişdir. Onları tapmaq üçün Rəfaelin avtomobili ilə Sumqayıt şəhəri istiqamətində avtomobillə hərəkətdə olanda Arif zənglərə cavab verməmişdir. Əkbər telefonu götürüb Arifi öldürdüyünü, onu da öldürməyə gəldiyini bildirmişdir. O, artıq başa düşmüşdür ki, qardaşı Təqsirləndirilən şəxs özündə deyildir, onun psixiatrik xəstəliyi büruzə veribdir, çünki normalda onunla belə danışması mümkün deyildir. O da onun bu sözlərindən əsəbiləşib ona kobud cavab vermiş və zəngi sonlandırmışdır. Bundan sonra Arifin mobil telefonuna xəstəxananın tibb işçisi cavab vermiş, Arifin Sumqayıt şəhər TTYXda olduğunu bildirmişdir. Onlar da ora getmişlər. Arifə xəstəxanada nə qədər tibbi yardım göstərilsə də, Arif 02 iyul 2023-cü il tarixdə, saat 21-22 radələrində xəstəxanada vəfat etmişdir. Arif Muxtariv və Təqsirləndirilən şəxs ona aralarında pul, əmlak və sair mübahisəsi olması barədə məlumatı yoxdur. Atasının deməsinə görə Arif Əkbərdən də borc pul alıb geri qaytarmamışdır. O isə Arifin bacısı Arzudan borc pul alıb geri qaytarmadığının şahididir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısı Qanuni nümayəndə oğludur. Onunla münasibəti yaxşı olmuşdur. Zərərçəkmiş şəxs da tanıyır, dayısı qızı X9 həyat yoldaşı olmuşdur. Onun Ariflə münasibəti yaxşı olmuş, mehriban olmuşlar. 01 iyul 2023-cü il tarixdə, saat 19:15 radələrində o, işdən çıxıb evə getmişdir. Yemək yeyəndən sonra Təqsirləndirilən şəxs ona zəng edib onu “Sputnik” adlanan əraziyə çağırmış, nə baş verdiyini soruşmuş, danışa bilmədiyini demişdir. O, Əkbərin dediyi kimi “Sputnik” adlanan əraziyə getmiş, orada Əkbərlə görüşmüşdür. Əkbər ona demişdir ki, gedək çay içək. Onlar həmin ərazidən Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısına gəlmiş, oradan düz keçmişlər. Küçənin kəsişməsində Arif onu siqaret almağa göndərmişdir. O, yolu keçib 2- ci məhəllədə yolun kənarında olan kioskdan iki ədəd siqaret alıb Əkbərin arxasınca getmişdir. Əkbər çox iti yerimiş, o, Əkbərə çatmaq üçün qaçmağa başlamışdır. İti yeriməsinin səbəbini soruşanda Əkbər ona heç nə deməmişdir. Onlar Sumqayıt şəhər prokurorluğunu və Zeytun restoranını keçəndən sonra Əkbər Zərərçəkmiş şəxs Zeytun restoranı istiqamətindən yolu “Fəxri” market istiqamətində keçdiyini görmüşdür. Əkbər fit çalıb Arifi çağırmışdır. Arif geri qayıdıb onlara yaxınlaşmış, onlar öpüşüb mehriban görüşmüşlər. Sonra yolun kənarında parka tərəf üçü hərəkət etmişlər. Yanında başqa adam olmamışdır. Onlar parka tərəf qalxanda Əkbər Arifdən bacısı Təranənin, onun və atasının ünvanına nalayiq sözlər deməsinin səbəbini soruşmuşdur. Arif də ona söyüşlə cavab verərək bu məsələnin ona aidiyyətinin olmadığını demiş və əli ilə Əkbərin sifətinə yüngül sillə zərbəsi vurmuşdur. Həmin vaxt Əkbər də Arifin çənəsindən yumruq zərbəsi vurmuşdur. Arif həmin zərbədən sonra büdrəsə də, yıxılmamışdır. Bundan sonra Əkbər üzərindən bıçaq çıxarıb Arifin bədəninin yuxarı nahiyələrində zərbələr vurmağa başlamışdır. O, donub qalmış, şoka düşmüşdür. Əkbər bir anın içərisində üzərindən bıçağı necə çıxarıb Arifə zərbələr vurmasını gözləməmişdir. O, onlara müdaxilə edib Əkbərin qarşısını almaq istəsə də, Əkbər ona demişdir ki, yaxınlaşsa, onu da vuracaqdır. Əkbərin bıçaq zərbələrindən sonra Arif yenə yerə yıxılmamışdır. Lakin Əkbərə müdaxilə edə bilməmiş, yalnız özünü qorumuşdur. Bir neçə bıçaq zərbəsindən sonra Arif yuxarı Zeytun restoranı istiqamətində getməyə başlamışdır. Arif yuxarı hərəkət edəndə Əkbər yenə ona bıçaqla zərbələr vurmağa davam etmişdir. Arif yuxarıda divarın qarşısındakı ağacın yanına çatanda ayağı büdrəmiş, yerə yıxılmışdır. Arif yerə yıxılandan sonra Əkbər ona yumruq vurmuşdur. Parkda olan və yaxınlqıdakı kafedə oturan şəxslər artıq Əkbərin Arifi vurduğunu görmüş və onlar yaxınlaşmağa başlamışdır. Bundan sonra o, Əkbəri qucaqlayıb oradan aparmışdır. Əkbərin özü ilə gətirdiyi bıçaq və qol saatı üzərindən düşüb orada qalmışdır. Onun Əkbəri oradan uzaqlaşdırmaq istəyəndə telefonu cibindən düşmüş və ayağının altında qalaraq sınmışdır. Həmin vaxt onun üzərində “Apple iPhone 8” markalı mobil telefon və ***-***-**-** saylı telefon nömrəsi də həmin telefonun üzərində olmuşdur. O, Əkbəri oradan uzaqlaşdırmışdır. Onlar evə getmişlər. Onlar uzaqlaşanda Arif ayağa qalxmışdır. O da buna görə Arifin ağır xəsarət almadığını yəqin etmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərdiyi kimi Zərərçəkmiş şəxs iki yumruq zərbəsi vurmuşdur. Neçə bıçaq zərbəsi vurduğunu isə xatırlamır. Lakin dalaşmağa başladığı yerdən Arifin yıxıldığı yerə qədər vurmuşdur. O, Zərərçəkmiş şəxs vurmamış, döyməmiş, tutmamışdır. Əkbərin onu vurmasına şərait yaratmamışdır. O, onları aralaşdırmaq istəyəndə Əkbərin əlində bıçaq olmuş, yaxın dursa, onu da vuracağını demişdir. O da qorxub yaxınlaşmamışdır. O, hadisə zamanı heç bir xəsarət almamış, əlində sarğı olmamışdır. Əkbərdən başqa heç kim Arifin öldürülməsində iştirak etməmişdir. Hadisə onu gözləri qarşısında olmuşdur. Əkbərin qarşısını ala bilmədiyi üçün peşmandır. Hadisə vaxtı Əkbərə mane olmaq üçün onun başından daşla vurmaq istəmiş, lakin Əkbərin başının bir hissəsində kəllə sümüyü olmadığına görə ona daşla vurmaqdan qorxmuşdur. Onların hər ikisi ondan canlı və qüvvətlidirlər. Buna görə hadisənin qarşısını ala bilməmişdir. Həm də Əkbər çox əsəbi adamdır, psixoloji xəstəliyi vardır. O, hadisə vaxtı çox əsəbi olmuş, əlində bıçaq olmuşdur. Həmin anda ona yaxınlaşmamasını, əks halda onu da vuracağını dediyi üçün o, müdaxilə edə bilməmişdir. Əkbərin Ariflə görüşməyə getdiyini, özü ilə bıçaq götürdüyünü, Arifi öldürmək istədiyini əvvəlcədən bilməmişdir. Bilsə, qohumlarına məlumat verib onun qarşısını almağa çalışardı. Təqsirləndirilən şəxslə birlikdə Zərərçəkmiş şəxs evinə getməmiş, həmin evin yerini tanımır. Heç vaxt həmin ünvanda olmamışdır. Onlar ifadələrində düzgün göstərmirlər, o, onların evinə basqına getməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımamış, heç biri ilə qohumluq, düşmənçilik və ədavəti yoxdur. 01 iyul 2023-cü il tarixdə, saat 21 radələrində Bəxtiyar İmamverdili ilə Sumqayıt bələdiyyə parkı ərazisində velosiped sürmüşlər. Həmin vaxt “Zeytun” restoranının arxa tərəfində, həmçinin “Park Palace” şadlıq sarayının arxasında yerləşən ərazidə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs uzaqlaşmağa çalışdığını, Təqsirləndirilən şəxs isə onu təqib edərək əli ilə zərbələr vurduğunu görmüşlər. O, onların həmin vaxt ad və soyadlarını bilməmiş, hadisədən sonra öyrənmişdir. Onlar velosipedləri kənara qoyub onların yanına yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralaşdırmaq istəmiş, Təqsirləndirilən şəxs belə hərəkətlərin lazım olmadığını demişdir. Təqsirləndirilən şəxs isə ona və ətrafdakı şəxslərə kənara çəkilmələrini, Zərərçəkmiş şəxs onun bacısını söydüyünü demişdir. Həmin vaxt qaranlıqda onlar Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görməmişlər. Həmin yerə toplaşmış tanımadığı digər şəxslər də Təqsirləndirilən şəxs yaxınlaşıb ona mane olmamışlar. Ola bilsin ki, onlar Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görmüşlər. Lakin onlar görməmişlər. Onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əli ilə zərbələr vurduğunu görmüş, lakin qaranlıq olduğundan əlindəki bıçaqla zərbələr vurduğunu görməmişlər. Axırıncı dəfə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətindən bir dəfə təpiklə zərbə vurmuş və bundan sonra kənara çəkilmişdir. Onun kənara çəkildiyi görən şəxslər ona yaxınlaşıb onu ərazidən uzaqlaşdırmışlar ki, Zərərçəkmiş şəxs yenidən zərbə vurmasın. O və dostu Bəxtiyar Zərərçəkmiş şəxs yaxınlaşmışlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu bıçaqladığını deyib onlardan kömək istəmişdir. Onlar da Zərərçəkmiş şəxs köməklik etmiş, Zərərçəkmiş şəxs ayağa qalxmış, onların köməkliyi ilə “Park Palace” restoranının arxa tərəfi ilə asfalt yoluna kənarına gəlmişdir. Yoldan keçən avtomobillərə əl ilə işarə edərək saxlamasını istəmişlər. Ağ rəngli, “Hyundai” markalı, qeydiyyat nişanını və sürücüsünü tanımadığı cip tipli avtomobil saxlamışdır. Zərərçəkmiş şəxs həmin avtomobilə mindirib Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs onlara bıçaqlandığını deyəndə onlara bilmişlər ki, Təqsirləndirilən şəxs əlində bıçaq olmuşdur. O, Zərərçəkmiş şəxs yalnız Təqsirləndirilən şəxs zərbələr vurduğunu görmüşdür. Onlara yaxınlaşanda ətrafda tanımadığı çoxlu adam olmuşdur. Lakin onların Təqsirləndirilən şəxslə birlikdə ora gəlib-gəlmədiyini bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zərbələr vurmasına köməklik edən və ya digər formada buna şərait yaradan şəxsin olmasını görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zərbələr vuranda Zərərçəkmiş şəxs ona “vurma məni, balam var” deymişdir. Təqsirləndirilən şəxs isə onlara və ətrafda olan şəxslərə “çəkilin durun qırağa, bu mənim bacımı söyübdür” deməsini eşitmişdir. Təqdim edilən fotoşəkillə tanış olmuşdur. Həmin şəxsi tanımır. Hadisə yerində gördüyünü xatırlamır. Hadisə vaxtı hava artıq qaralmış və hadisə yerinə tanımadığı çoxlu adam toplaşmışdır. O isə diqqətini Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs vermişdir. Ətrafdakı şəxslərin kim olmasına diqqət yetirməmişdir. Həmin şəxsin hadisə vaxtı orada olub-olmamasını, həmin vaxt orada nə etməsini bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt şəhər X3-Psixiatr Komissiyasının xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Dri üzvi mənşəli emosional labil (astenik) pozuntu (F 06.6) və üzvi koqnitiv pozuntu (F 06.7) olması qərara alınmışdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 70№-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində qaraciyərin sağ payının diafraqmal səthinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yan səthinin qarın boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol arxa səthinin 1 (bir) ədəd döş boşluğuna keçən deşilmiş-kəsilmiş yarası, sağ çiyin nahiyəsinin 1 (bir) ədəd, döş qəfəsinin sağ yan səthinin 2 (iki) ədəd, sol qulaqarxası nahiyənin 1 (bir) ədəd, sol dirsək büküşündə 3 (üç) ədəd, döş qəfəsinin ön səthinin yuxarı iç səthində 1 (bir) ədəd, sol kürək nahiyyədə 3 (üç) ədəd, sol bazunun orta 1/3-nin arxa səthinin 1 (bir) ədəd, döş qəfəsinin sol arxa səthində 1 (bir) ədəd (ümumilikdə 15 ədəd) deşilmiş kəsilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkənin Sumqayıt TTYXna qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə qaraciyərin sağ payının diafraqmal səthinin zədələnməsi ilə mşüyiət olunan döş qəfəsinin sağ yan səthinin qarın boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol arxa səthinin 1 (bir) ədəd döş boşluğuna keçən deşilmiş-kəsilmiş yarası adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır, digər xəsarətlər, yəni - sağ çiyin nahiyəsinin 1 (bir) ədəd, döş qəfəsinin sağ yan səthinin 2 (iki) ədəd, sol qulaqarxası nahiyənin 1 (bir) ədəd, sol dirsək büküşündə 3 (üç) ədəd, döş qəfəsinin ön səthinin yuxarı iç səthində 1 (bir) ədəd, sol kürək nahiyyədə 3 (üç) ədəd, sol bazunun orta 1/3-nin arxa səthinin 1 (bir) ədəd, döş qəfəsinin sol arxa səthində 1 (bir) ədəd ədəd) deşilmiş kəsilmiş yarası isə adətən canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu çoxsaylı deşilmiş-kəsilmiş yaralar nəticəsində baş vermiş daxili qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 10-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədənində oilan xəsarətlər qısa müddət ərzində yetirildiyindən həmin xəsarətlərin ardıcıllığı haqqında fikir söyləmək çətindir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterinə və yerləşmə yerinə əsasən demək olar ki, zərərçəkmişlə zərər yetirən şəxs müxtəlif qarşılıqlı duruş vəziyyətində ola bilərdilər. Zərərçəkmiş şəxs qaraciyərin sağ payının diafraqmal səthinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yan səthinin qarın boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaranın istiqaməti yuxarıdan-aşağıya, sağdan-sola, öndən-arxaya doğru olmuşdur. Bədənində olan digər xəsarətin yəni-döş qəfəsinin sol arxa səthinin 1 (bir) ədəd döş boşluğuna keçən deşilmişkəsilmiş yaranın istiqaməti arxadan-önə, yuxarıdan aşağıya, soldan-sağa doğrudur. X12 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs adına açılmış xəstəlik tarixində qoyulmuş diaqnozla məhkəmə-tibbi diaqnoz arasında ziddiyyət vardır. Kompleks məhkəmə-bioloji, trasoloji və kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 451/2023-MTBŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunan 1 ədəd bıçaq, 6 ədəd 10 qəpiklik metal pul, kişi qol saatı, telefon kablosu, Zərərçəkmiş şəxs məxsus şalvar, kofta və bir cüt idman ayaqqabısı (krosovka) üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim edilən Təqsirləndirilən şəxs məxsus kofta və şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Kompleks məhkəmə-bioloji, trasoloji və kriminalistik ekspertizasının 27 iyul 2023-cü il tarixli, 323-2023/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının yuxan hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının orta nahiyəsində 03 (üç) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 03 (üç) ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd, sağ qolunun ön səthində 03 (üç) ədəd, sol qolunun ön səthində 01 (bir) ədəd və sol qolunun arxa səthində 01 (bir) ədəd (cəmi 13 (on üç) ədəd) deşilmişkəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin orta nahiyəsində 01 (bir) ədəd deşilmiş zədə vardır. Bu zədə iti ucu olan alətin (əşyanın) uc hissəsinin təsirindən əmələ gələ bilərdi. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan deşilmiş və deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın (bıçaqların) tiyəsi ilə törənmələri istisna olunmur. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin boyunluğunun arxa səthində, boyunluq tikişində küt yaranma mexanizminə malik olan və köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində törənməyə xarakterik 02 (iki) ədəd sökülmə zədələri vardır. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus şalvar üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus köynəyin və şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində onun təyinatını dəyişdirəcək heç bir əlavə və dəyişiklik edilməmişdir. Komisyon kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2339 saylı ekspert rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl də üzvi mənşəli şəxsiyyət pozuntusu müəyyən edilmiş, xüsusən müharibədəki stressin və aldığı psixi travmanın nəticələri özünü büruzə vermişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkmiş, həmin pozuntunun gedişində dekompensasiya vəziyyəti olmuş, əhval-ruhiyyəsində disforiklik təzahür etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmamışdır. Buna görə əd, Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqsız hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri alına düşür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək, hadisəni qavramaq, proqnozlaşdırmaq iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs müəyyə edilən üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti hal-hazırda da davam edir. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. X16 fərdi psixi xüsusiyyətlərini müəyyən edərkən diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), təfəkküründə ilişkənlik, mücərrəd anlayışların dərk edilməsinin və proqnozlaşdırmasının zəif çıxış etməsi, ixtiyari yaddasaxlamasının nisbətən zəifləməsi, emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, ola biləcək nəticələri proqnozlaşdırmadan davranmaq, emosional dayanıqsızlıq, davranışı üzərində iradi nəzarətin çaışmazlığı, neqativ amillərə qarşı dözümsüzlük, impulsivlik və s. aşkar olunur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində qıcığa qarşı yüksək həssaslıq, impulsivlik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmadığı qənaətinə gəlinir. Komisyon kompleks stasionar məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 149 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “Üzvi mənşəli şəxsiyyət pozuntusu”ndan əziyyət çəkmiş, həmin pozuntunun gedişində dekompensasiya vəziyyəti olmuş, disrofik hal müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri alına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti hal-hazırda da davam edir. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etdiyindən stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs aşkarlanan “Üzvi mənşəli şəxsiyyət pozuntusu” formasında psixi pozuntu onda cinayət əməlinin törədilməsindən sonra deyil, həmin əməli törətməzdən əvvəl yaranmış, təqsirləndirildiyi cinayət əməlini törədərkən həmin patologiyanın gedişində dekompensiasiya vəziyyəti və disforik hal olmuşdur. Buna görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət məcəlləsinin 21.3-cü maddəsinin deyil, 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs konfliktə meyillilik, qıcığa qarşı həssaslıq, inadkarlıq, hövsələsizlik, kobudluq, tez özündən çıxmaq, emosional reaksiyalara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində göstərilən hadisə zamanı X16 emosional vəziyyəti, onda müəyyən edilən psixi pozuntu ilə şərtləşdiyindən, törətdiyi əməl zamanı o, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində qəzəb, emosional reaksiyalara meyillilik əmələ gəlmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı keçirdiyi emosional vəziyyət, əziyyət çəkdiyi psixi pozuntu ilə əlaqədar olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik aşkar edilməmişdir. Məhkəmə-Tibbi ekspertiza və X14 X31 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 879/KEŞ saylı ekspert rəyindən müəyyən olunur ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və meyitinin məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. Zərərçəkmiş şəxs meyiti müayinə olunmuş və onun ölümünə səbəb almış olduğu çoxsaylı deşilmiş-kəsilmiş yaraları nəticəsində baş vermiş daxili qanitirmənin olduğu müəyyən edilmişdir. Sumqayıt Təcili Tibbi X5 Arif Habil oğlunun adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə xəstəxanaya daxil olmuş və ona “Döş qəfəsinin sol yansmın və sağ yansının, hər iki çiyinin, sol qulaq seyvanının, sol saidin içəri səthinin kəsilmiş-deşilmiş yaralan” diaqnozu təyin edilmişdir. Bununla əlaqədar təxirəsalınmaz “Laparotomiya. Qaraciyərin təftişi. Qarın boşluğunun lavajı və drenajı. Yaralann tikilməsi. Döş qəfəsinin sağ yansının Byulau üsulu ilə drenajı” cərrahiyyə əməliyyatı icra edilmişdir. Zərərçəkmiş şəxs təyin edilmiş diaqnoz qismən düzgün olmuşdur. Belə ki, döş qəfəsinin sol arxa səthinin 1 (bir) ədəd döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaranın xarakteri müəyyən edilməmiş və həmin nahiyyədə mövcud olan qanaxmaya qarşı hər hansı bir tibbi müdaxilə apanlmamışdır. Döş qəfəsinin sol arxa səthinin 1 (bir) ədəd döş boşluğuna keçən deşilmiş-kəsilmiş yarası müəyyən edilməli olduğu halda, müəyyən edilməmiş və sol plevra boşluqlarına davam edən qanaxma bir sutka davam etmiş və sonda ümumi qanitirmə fonunda ölümə gətirib çıxarmışdır. 2.3. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərlərlə əlaqədar ona təxirəsalınmaz göstərişlə operativ müalicə taktikası düzgün seçilmişdir. Müxtəlif nahiyyələrdən daxilə keçən iki xəsarətlərdən biri aradan qaldırılmış, digəri isə döş qəfəsinin sol arxa səthinin deşilmiş-kəsilmiş yarası ilə əlaqədar heç bir tədbir görülməmiş, cərrahi müdaxilə aparılmamışdır. Xəstəyə göstərilmiş tibbi yardım qüsurlu olmuş və səhiyyə sistemində mövcud olan 70 saylı əmrin pozulması kimi qiymətləndirilir. Göstərilmiş qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır və buna məsul şəxs cərrahiyyə əməliyyatını icra edən həkim cərrahdır.

4. Zərərçəkmiş şəxs aparılmış cərrahiyyə əməliyyatından sonra ona göstərilmiş tibbi yardım yalnız kliniki vəziyyəti ilə əlaqədar olmuşdur. Lakin bir sutka ərzində döş qəfəsinin sol arxa səthinin deşilmiş-kəsilmiş yarasından davam edən qanaxma müəyyən edilməmişdir. Bununla da qanaxmanın müəyyən edilməməsi ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur.

5. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərlə əlaqədar cərrahiyyə əməliyyatı zamanı və əməliyyatdan sonrakı dövrdə göstərilmiş tibbi yardım tam həcmdə aparılmamışdır. Belə ki, döş qəfəsinin sol arxa səthinin deşilmiş-kəsilmiş yarasından davam edən qanaxma müəyyən edilib, adekvat tibbi müdaxilələr icra edilmiş olsa idi baş vermiş ölümün qarşısının alınması şansı çox ola bilərdi. Təkrar kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 174 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Üzvi mənşəli şəxsiyyət pozuntusu»ndan əziyyət çəkmiş, həmin pozuntunun gedişində dekompensasiya vəziyyəti olmuş, disforik hal müəyyən edilmişdir. Odur ki, Ə.A. Vəliyev təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusunun gedişində dokoıvpensəsiyə vəziyyəti hal-hazırda da davam edir. Bununla əlaqədar olaraq ƏQanuni nümayəndə hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. ƏQanuni nümayəndə hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etdiyindən stasionar şəraitdə məcburi müalicəyə ehtiyacı vardır. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdınlmış psixiatriya stasionannda məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs düçar olduğu «Üzvi mənşəli şəxsiyyət pozuntusu» formasında psixi pozuntu hazırda da dekompensasiya vəziyyətində olduğu üçün o, prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs onda müəyyən edilən psixi pozuntuya xas olan - psixi-emosional sferasında qıcıqalara qarşı yüksək həssaslığı, emosional dayanıqsız olması, əsəbiliyi, davranışı üzərində iradi olaraq nəzarətin zəifliyi, intellektual imkanlarında nisbi zəiflik (təfəkküründə torpidlik, diqqətində dağınıqlıq, gec mərkəzləşmə, qavramasında lənglik və s.) və s. kimi xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional halı onda müəyyən edilən psixi pozuntu ilə şərtləşdiyindən, o, hadisə zamanı öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional halında qəzəb, aqressiya yaranmışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbləri onda müəyyən edilən psixi pozuntu ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə onda hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilməmişdir. “Diskə və telefona baxış keçirilməsi haqqında” 5 iyul 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4 təqdim etdiyi bir ədəd diskin və bir ədəd “Apple” markalı mobil telefonun tərəfimdən baxışı aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilən disk “HP” markalı kompyüter asitəsilə oxundu. İçərisində 4 ədəd səs yazısı və bir ədəd fotoşəkil vardır. Səs yazılarının üçün Qanuni nümayəndə qızı Şahid1 ünvanlandığı səs yazılarıdır. Həmin səs yazılarında Qanuni nümayəndə qızı Şahid1 nalayiq ifadələrlə təhqir edərək Amil və Əkbərin düzgün hərəkət etdiklərini, lakin Şahid1 narkotik vasitələrin aludəçisi olan həyat yoldaşı Arifi müdafiə etdiyini bildirir. Digər səs yazısı isə Təqsirləndirilən şəxs X15 ünvanlandığı səs yazısıdır. Həmin səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində nalaiq ifadələr işlədərək əvvəllər Arifin ona yumruqla vurmasına Arifin ailə üzvlərinə görə təpiklə cavab verdiyi, lakin bundan sonra Arifə qarşı zorakı hərəkətlər edəcəyini bildirmişdir. Təqdim edilən fotoşəkildə Təqsirləndirilən şəxs “Whatsapp” proqramı vasitəsilə Zərərçəkmiş şəxs göndərdiyi mesajlar əks olunmuşdur. Həmin mesajlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təhqir edərək, onu görüşməyə, hətta dalaşmağa çağırmışdır. Təqdim edilən bir ədəd “Apple” markalı mobil telefon ağ rənglidir, içərisində çoxsaylı səs yazıları, fotoşəkillər, videogörüntülər və tətbiqetmələr vardır. Həmin telefonda iş üzrə mühüm əhəmiyyət kəsb edəcək heç bir hal aşkar edilməmişdir. “Diskə baxış keçirilməsi haqqında” 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Sumqayıt şəhər polis idarəsinin 12 iyul 2023-cü il tarixli, 3-13-58/2-30688 nömrəli məktubu ilə daxil olmuş 3 (üç) ədəd diskin tərəfimdən baxışı aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilən disklər “HP” markalı kompyüter vasitəsilə oxundu. Həmin disklərin birində Sumqayıt şəhər polis idarəsinin inzibati binasının divarında quraşdırılmış iki ədəd videokamera vasitəsi ilə 1 iyul 2023-cü il tarixdə, saat 19-dan 22-dək lentə alınmış 21 ədəd faylda videogörüntü vardır. Həmin videogörüntülərdə “Zeytun” restoranından aşağıda yerləşən yol müşahidə edilir. Həmin yoldan çoxsaylı şəxslərin keçməsi müəyyən edilsə də, videokameraların uzaqdan lentə alması səbəbindən həmin şəxslərin əlamətləri müəyyən edilmir. Digər diskdə Sumqayıt şəhəri ərazisində quraşdırılmış təhlükəsiz şəhər kameraları vasitəsilə lentə alınmış 5 (beş) ədəd faylda videogörüntülər vardır. Həmin videogörüntülərdə Təqsirləndirilən şəxs iti-iti addımlarla Şahid2 ilə birlikdə hadisə yerinə gəlməsi müşahidə edilir. Digər diskdə isə Sumqayıt şəhəri, N.Nərimanov küçəsində bələdiyyə parkı ilə üzbəüz yerləşən yolda dairəsinin kənarında yerləşən köşkə quraşdırılmış videokameralar vasitəsilə lentə alınmış 5 (beş) ədəd faylda videogörüntülər vardır. Həmin videogörüntülərdə Şahid2 siqaret alması müşahidə edilir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 1 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri,Nərimanov küçəsində yerləşən “Zeytun” kafesinin arxa hissəsinə gedən yol, Nərimanov parkı adlanan ərazidir. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 1 iyul 2023-cü il tarixdə həmin ərazidə Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bıçağı atdığı yeri göstərmiş və həmin ərazidə yerləşən ağacların arasında bir ədəd qəhvəyi rəngli dəstəyi, gümüşü rəngli tiyəsi və üzərində qan ləkələri olan bıçaq götürülmüşdür. Həmçinin hadisə baş vermiş yerdə torpaq üzərində qan ləkələrinin olması və bir ədəd kişi qol saatının olması müəyyən edilmişdir. Həmin qol saatı da götürülmüşdür. Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 22 saylı MKS-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(060)-256/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(060)-435/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan cinayət işi üzrə cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə-Tibbi Ekspertiza və X14 X31 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1076 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Şahid2 bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. DİN-nin BƏSİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işində olan ekspert rəyləri araşdırılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 dəfə ekspertizadan keçirilmişdir. Həmin ekspert rəyləri araşdırıldıqda bütün hallarda ekspertlərin eyni qənaətə gəldiyi müəyyən olunur. Həmçinin Sumqayıt şəhər X3-Psixiatr Komissiyasının rəyindən müəyyən olunur ki,Təqsirləndirilən şəxs araşdırılan hadisəyədək psixi pozuntu aşkar edilmişdir. Qeyd olunanlar məhkəmənin, Təqsirləndirilən şəxs, həqiqətən də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşməsi qənaətinə gəlməsinə əsas verir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən araşdırılan əməlin törədilməsi zərərçəkiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmə baxışı zamanı verdikləri və elan olunmaqla araşdırılmış ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Lakin məhkəmə istintaqı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 cu maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Odur ki, şəxs cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir; 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər; 93.2-ci maddəsinə əsasən 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır; 93.1-1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən təyin olunur; 93.1-1.1-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər həmin məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə təyin olunur; 93.3-cü maddəsinə əsasən Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur; 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə; “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-nin LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-nin 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəməpsixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468-478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan maddələr ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertlərin rəyinə və həmçinin Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində tətbiq olunan həbs qətimkan tədbiri barədə qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Sumqayıt şəhər prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinin baxışı zamanı götürülmüş bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək, Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək, bir cüt ayaqqabı qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, X19 məxsus bir ədəd qol saatı, Zərərçəkmiş şəxs məxsus bir ədəd telefon qabı, altı ədəd metal qəpik pul qərar qanuni qüvvəsini aldıqdan sonra onların yaxın qohumlarına qaytarılmalı, X4 təqdim etdiyi bir ədəd disk, ifadənin yerində yoxlanılması istintaq hərəkəti protokoluna əlavə edilmiş bir ədəd disk və Sumqayıt şəhər polis idarəsi tərəfindən təqdim edilən üç ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346,348, 477 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun və o, cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinin baxışı zamanı götürülmüş bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək, Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək, bir cüt ayaqqabı qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. X19 məxsus bir ədəd qol saatı, Zərərçəkmiş şəxs məxsus bir ədəd telefon qabı, altı ədəd metal qəpik pul qərar qanuni qüvvəsini aldıqdan sonra onların yaxın qohumlarına qaytarılsın. X4 təqdim etdiyi bir ədəd disk, ifadənin yerində yoxlanılması istintaq hərəkəti protokoluna əlavə edilmiş bir ədəd disk və Sumqayıt şəhər polis idarəsi tərəfindən təqdim edilən üç ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Qərardan elan olunduğu 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar