Məhkəmə qərarları › İş №1(124)-494/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-494/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-494/2024 16.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X10 Nizami oğlunun sədrliyi, X7 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Zəngilan rayonu Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti 11 ay 28 gün azadlıqdan məhrumetmə təyin edilmiş, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olan və Sumqayıt şəhəri BTZ Bağları ərazisində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan 1,484 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və 2,573 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 26 sentyabr 2023-cü il tarixdə saat 04:30-da Bakı-Quba avtomagistral yolunun 26-cı km-də yolun sağ tərəfində, Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən köşkün yaxınlığında Sumqayıt ŞPİ-nin 5ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis böməsinə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana qablaşdırılmış 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 2,573 qram külli miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,484 qram şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, sentyabr ayının 24-ü gecə saatlarında Ceyranbatan adlanan ərazidə yerləşən Araz market yaxınlığında 30 manatlıq arenda pulunu ödəyərkən 3 nəfər tərəfindən saxlanılmışdır. Onu saxlayan şəxsləri tanımışdır. Həmin şəxslər beşinci bölmənin əməkdaşları olmuşlar. İttihamda isə gecə saatlarında 20 yanvar adlanan ərazidə olmuş və səhər saatlarında isə yolun qırağında olduğunu qeyd etmişlər. Saat ikidə o, bölmədə olmuşdur. 5-cı bölmədə qardaşı ilə danışmışdır. Qardaşı bölməyə gəlmişdir. Öz üstündə 1.4 qramlıq narkotik vasitə heroin olmuşdur. Onun üzərində metamfetamin olmamışdır. Onu beşinci bölməyə aparmışlar. Səhərə yaxın müdafiəçi gəlmişdir. Səhərə yaxın videoçəkiliş olmuşdur. Əvəllər məhkumluğu olmamışdır. Əvvəllər heroindən istifadə etmişdir. Metamfetamindən heç vaxt istifadə etməmişdir. Ona təzyiqlər olmuşdur. Onu hədələmişlər. Ona əgər boynuna almasa, evindən külli miqdarda narkotik çıxardacaqlarını söyləmişlər. 1.4 qramlıq narkotik olmuşdur. Digər narkotiki üzərinə qoymaqla onun vəziyyətini ağırlaşdırmışlar. Onu tutan şəxslər tərəfindən əvvəllər də tutulmuşdur. Əvvəllər aralarında söz-söhbət olmuşdur. O, cəzasını çəkib qutarmamışdır. Ona təzyiqlər göstərilmişdir. O polis əməkdaşları ilə kobud danışmışdır. Onu hədələmişlər. Birinci dəfə tutulanda məhkəmədə ifadə verən post-patrulun əməkdaşı olmuşdur. Onunla düşmənçilikləri olmuşdur. Birinci dəfə tutulanda da artıq miqdarda narkotik yazmaq istəmişlər. O isə razılaşmamışdır. Ayın 26-sında saxlanılmışdır. Onun Elşadla ədavəti olmuşdur. O, Elşadı bölmədə təhqir etmişdir. O da pensiyaya çıxmağa bir gün qalsa belə onu tutacağını demişdir. Lakin həmin şəxs şahid qismində dindirilməmiş və şahidlərin siyahısında adı keçməmişdir. Həmin müddətdən sonra iki dəfə onu öz yaşadığı massivdə görmüşdür. Həmçinin Elşad adlı şəxs ona “səhv bir hərəkətində səni tutacam” demişdir. O, Dərnəgül və Əzizbəyov arasında taksi fəaliyyəti ilə məşğul olmuşdur. Səhərə yaxın saat beşdə vəkil gəlmişdir. Narkotik vasitəni birinci boynuna götürməmişdir. Onlar “istəsək səndən külli miqdarda narkotik çıxardarıq” dedikləri üçün və ailəsinin problem yaşamaması üçün narkotiki boynuna götürmüşdür. Bir dəfə onu narkotiklə tutmuşlar. O, müalicə almamışdır. İstifadəyə davam etmişdir. O, avtomobil sürərkən narkotik vasitə istifadə etməmişdir. Polis əməkdaşları onun birinci səfərdən tutulmadığını görüb ikinci dəfə onu bu yolla yükləmişlər. Ona psixoloji təzyiq etmişlər, lakin döymək söhbəti olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini qəbul etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışıdr. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 04:30-da Bakı- Quba avtomagistral yolunun 26-cı km-də yolun sağ tərəfində, Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən köşkün yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onu üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Bundan sonra etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmiş və polis bölməsində olan zaman ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bunada etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, eləcədə hüquqlarının müdafiəsini təmin edəcək təqdim edilmiş siyahıdan seçdiyi vəkil X5 təqdim olunmuş, təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirmişdir. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində araşdırma üzrə hər hansı əhəmiyyət kəsb edən qanunla daşınması və saxlanması qadağan olunmuş əşya və ya pridmet olub-olmaması suruşularaq, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunduqda özü əynində olan boz rəngli cins şalvarının sol yan cibində saxladığı mobil telefonunu, sağ yan cibində saxladığı həmin gün saat təxminən 02 radələrində Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar dairəsi adlanan ərazidə olarkən adını, soy adını, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəm üçün 150 manata aldığı 2 ədəd bükümdəki narkotik vasitə olan və “kakos” adlandırılan heroini və psixotrop maddə olan, “patı” adlandırılan metamfetamini çıxarıb təqdim etməklə otaqdakı masanın üzərinə qoymuşdur. Həmin bükümlərə baxış keçirilən zaman təqdim etdiyi siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümün içərisindən ağ rəngli, kristal şəkilli maddə, sellofan bükümün içərisindən isə qəhvəyi rəngli maddə aşkar edilmiş, sorğu zamanı üzərindən aşkar edilmiş həmin maddələrin narkotik vasitə olan və “kakos” adlandırılan heroin və “patı” adlandırılan psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni həmin gün saat təxminən 02 radələrində Bakı şəhəri, ərazisində yerləşən 20 dairəsi adlandırılan ərazidə olarkən adını, soy adını, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 150 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsədə üzərindən digər qanunla saxlanması və ya daşınması qadağan edilmiş digər əşya və ya pridmet aşkar edilməmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş bükümlərdəki maddələr elektron tərəzidə çəkilməklə çəkiləri müəyyən edilmiş, sonra isə ekspertiza tədqiqatına göndəriləcəyi ona izah edilərək üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş ona məxsus mobil telefonla birlikdə xüsusi qaydada qablaşdırılaraq üzərləri möhürlənməklə götürülmüşdür. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində protokolu imzalamaqla doğruluğunu təsdiq etmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, hər hansı digər şəxsə satmamış, pay verməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, təzyiq göstərilməmiş və hədə qorxu gəlinməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, xx.xx.2023-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 5-ci PB-nə Xəyal adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görə də, Xəyal adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik vasitələrin, eləcədə psixotrop tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal adlı şəxsin xx.xx.1986-cı ildə Zəngilan rayonu Məlikli kəndində anadan olmuş, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olan və Sumqayıt şəhəri BTZ Bağları ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 04:30-da Bakı- Quba avtomagistral yolunun 26-cı km-də yolun sağ tərəfində, Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən köskün yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3la yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, narkotik vasitələri və psixotrop tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlanıldığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getməli olduğunu bildirdikdə Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirib, raport tərtib etməklə təhfıl vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3 və əməliyyat müwəkkili Şahid2, eləcədə Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik vasitələri və psixotrop tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında və qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana qablaşdırılmış bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş və bir ədəd sellofana qablaşdırılmış bükümləri çıxararaq xidməti otaqdakı masanın üzərinə qoymuş, təqdim edilmiş bükümlərə baxış keçirilərkən gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisindən ağ rəngli, kristal şəkilli maddə, sellofana qablaşdırılmış bükümün içərisindən isə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş bükümlərdəki maddələr elektron tərəzidə çəkilməklə ayrı ayrılıqda çəkiləri müəyyən edilmiş, içərisində ağ rəngli, kristal şəkilli maddələr olan ilk büküm elektron tərəzidə çəkildikdə çəkisinin 2,86 qram, içərisində qəhvəyi rəngli maddələr olan ikinci büküm elektron tərəzidə çəkildikdə çəkisinin 3,57 qram olması müəyyən edilmiş, daha sonra isə həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümlərdəki maddələrin nə olduğunu, nə vaxt, hardan, neçəyə aldığını və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda o, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümlərdəki ağ rəngli maddələrin psixotrop maddə olan və patı adlandırılan metamfetamin, qəhvəyi rəngli maddələrin isə narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu, narkotik vasitə və psixotrop maddəni həmin gün saat 02 radələrində Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar adlandırılan ərazidə əvvəllər tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 150 manata alaraq sonradan istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki şalvarın sol yan cibindən əlavə olaraq bir ədəd mobil telefonda aşkar edilmiş, sonra isə qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Sonda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolu tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 işin halları ilə bağlı Şahid1lə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olan və Sumqayıt şəhəri, BTZ bağları fərdi evdə yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində gəzdirməsi, qəbulu və qanunsuz dövriyyəsi barədə məlumat Sumqayıt ŞPİ-yə 5-ci Polis Bölməsinə daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olan və Sumqayıt şəhəri, BTZ bağları fərdi evdə yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, narkotik vasitələrin qəbulu, üzərində gəzdirmısi və dövriyyəsi barədə alınmış əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə saat 04:30-da Bakı-Quba magistral yolunun 26-cı kilometrliyində Sumqayıt şəhəri, Ceyrabatan bağları ərazisində yerləşən köşkün yaxınlığında vətəndaş Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-yə 5-ci Polis Bölməsinə gətirilmişdir. Cinayət işinin istintaqı zamanı cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmənin aparılmasına dair protokoldan və ona əalvə edilmiş video diskdən müəyyən olunur ki, özünü təhqiqatçı Ramin Əhmədov kimi təqdim edən şəxsin məlumat verərək həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, istifadə edilməsində və üzərində gəzdirilməsində şübhəli bilindiyindən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinə gətirilməsi barədə məlumat verdiyi, daha sonra isə xidməti otaqdakı digər şəxslərədə özlərini təqdim etmələrini təklif etdiyi, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edildiyi, həmin şəxsin təqdim edilmiş bildirişi qəbul edərək tanış olduğu, sonra isə geri qaytardığı, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən xidməti otaqda olan digər şəxsində özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiə edilməsi məqsədilə dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 olduğunu bildirməklə, müdafiəçinin iştirakına dair etiraz və ya vəsatətinin olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualı cavablandıraraq müdafiəçinin iştirakına etirazının olmadığını bildirdiyi, bundan sonra təhqiqatçı tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə müraciət edilərək həmin şəxsin narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, istifadə edilməsində və üzərində gəzdirilməsində şübhəli bilindiyindən saxlanılaraq polis bölməsinə gətirilməsi səbəbindən video kameranın yaddaşına qeyd etməklə, eləcədə hüquq və qanuni mənafelərinin müdafiə edilməsi məqsədilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə təkrar məlumat verilməklə, bundan sonra üzərində hər hansı qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim edilməsini təklif edildyi, onun təklifindən sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində narkotik vasitə olduğunu təsdiq edərək xidməti otaqdakı masaya yaxınlaşaraq əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana qablaşdırılmış bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş və bir ədəd sellofana qablaşdırılmış bükümləri çıxararaq xidməti otaqdakı masanın üzərinə qoyduğu, təqdim edilmiş bükümlərə baxış keçirilərkən gümüşü rəngli siqaret kağızma bükülmüş bükümün içərisindən ağ rəngli, kristal şəkilli maddənin, sellofana qablaşdırılmış bükümün içərisindən isə qəhvəyi rəngli maddənin olduğunun müəyyən edildiyi, bundan sonra aşkar edilmiş bükümlərdəki maddələrin elektron tərəzidə çəkilməklə ayrı ayrılıqda çəkilərinin müəyyən edildiyi, içərisində ağ rəngli, kristal şəkilli maddələr olan ilk büküm elektron tərəzidə çəkildikdə çəkisinin 2,86 qram, içərisində qəhvəyi rəngli maddələr olan ikinci büküm elektron tərəzidə çəkildikdə çəkisinin 3,57 qram olmasının müəyyən edildiyi, daha sonra isə həmin bükümlərin içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin mühlirləndiyi, zərfin üzərində qeydlər aparıldığı, bundan sonra zərfin üzərində özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən, daha sonra isə müdafiəçi tərəfindən imzalar edildiyi, sonra isə götürüldüyü, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümlərdəki maddələrin nə olduğunu, nə vaxt, hardan, neçəyə aldığını və nə məqsədlə üzərində gəzdirdiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualları ardıcıl olaraq cavablandıraraq üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümlərdəki ağ rəngli maddələrin psixotrop maddə olan və patı adlandırılan metamfetamin, qəhvəyi rəngli maddələrin isə narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu, narkotik vasitə və psixotrop maddəni həmin gün saat 02 radələrində Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar adlandırılan ərazidə əvvəllər tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 150 manata alaraq sonradan istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirdiyi, bundan sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, həmin vaxt onun əynindəki şalvarın sol yan cibindən bir ədəd mobil telefonun aşkar edildiyi, onun üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmetin aşkar edilmədiyi, bundan sonra aşkar edilmiş mobil telefonunda içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin mühürləndiyi, zərfin üzərində qeydlər aparıldığı, bundan sonra zərfin üzərində özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən, daha sonra isə müdafiəçi tərəfindən imzalar edildiyi, sonra isə götürüldüyü, daha sonra müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini, üzərindən aşkar edilərək götürülmüş bükümlərin özünə məxsus olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən verilmiş sualların cavablandırıldığı, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı formada fiziki zor tətbiq edilmədiyini, üzərindən aşkar edilmiş maddələrin özünə məxsus olduğunu bildirdiyi, sonda isə özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aparılan video çəklişin dayandırılacağı barədə məlumat verildiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-ci il tarixli 3-16-16/2-6/5081 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,484 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 2,573 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə - narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7450 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 1600 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin istintaqı zamanı "xxxx" MMC-dən daxil olmuş, yaddaşında 07 (yeddi) ədəd, birincisi “SMS_Tarixcesi_**********1516_558051064” adlı, ikincisi “SMS_Tarixcesi_ **********1520_558051064” adlı, üçüncüsü “SMS_Tarixcesi_**********1531_554439707” adlı, dördüncüsü “Zenglerin_Detallasmasi_**********5341_554439707” adlı, beşincisi “Zenglerin_Detallasmasi_**********3148 558051064” adlı, altıncısı “Zenglerin_Mexsusluq_ Tarixceleri_**********5343_554439707_BKC” adlı və yeddincisi “Zenglerin_Mexsusluq_ Tarixceleri_**********3151_558051064_BKC” adlı fayllar olan diskə baxış keçirildikdə "xxxx" mobil operatoruna məxus “*** *** ** **” saylı mobil nömrənin AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olan Təqsirləndirilən şəxs adma qeydiyyata alındığı, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxslə xx.xx.2023-cü il tarixdə saat 00:00:11 radələrindən xx.xx.2023- cü il tarixdə saat 05:18:14 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 04:21:49-da Sumgait Bakcell OMC/"Sülh küçəsi, Sumqayıt, saat 04:33:28-də Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, X6 Cəmiyyəti, 42 saylı bağın ərazisi, saat 04:33:43, 04:33:47, 04:33:50, 04:33:52, 04:34:22, 04:34:24, 04:34:54, 04:34:58, 04:35:02, 04:35:14-də Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin sağ tərəfi, saat 04:44:51, 04:45:15, 04:45:17, 04:45:22, 04:45:46, 04:45:50, 04:45:59, 04:46:02, 04:46:06, 04:46:09-də Sumgait Bakcell OMC/"Sülh küçəsi, Sumqayıt, saat 05:15:22, 05:15:23, 05:15:24, 05:15:25, 05:18:14-də Sumqayıt şəhəri, Bakı-Quba yolu, Xəzər yarmarkası, ərazisində yerləşən antendən şəbəkəyə qoşulduğu, daha sonra isə istifadə edilmədiyi müəyyən edilmişdir. Bundan başqa diskə baxış keçirdikdə isə "xxxx" mobil operatoruna məxus “*** *** ** **” saylı mobil nömrənin AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olan Təqsirləndirilən şəxs adma qeydiyyata alındığı, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxslə xx.xx.2023-cü il tarixdə saat 00:06:21 radələrindən xx.xx.2023-cü il tarixdə saat 02:27:05 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 23:49:44-də Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, X6 Cəmiyyəti, 42 saylı bağın ərazisi, xx.xx.2023-cii il tarixdə saat 02:27:05-də Sumgait Bakcell OMC/"Stilh küçəsi, Sumqayıt ərazisində yerləşən antendən şəbəkəyə qoşulduğu, daha sonra isə istifadə edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Mcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-733/2023 saylı hökmünə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən qəti 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2023cü il təvəllüdlü X8 adında iki azyaşlı övladı vardır. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. Sumqayıt şəhər məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olan və Sumqayıt şəhəri, BTZ bağları fərdi evdə yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində gəzdirməsi, qəbulu və qanunsuz dövriyyəsi barədə məlumat daxil olmuş, bundan sonra çəxs tutularaq polis bölməsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, və şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə metanfetaminə bənzər kütlələr, aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilərək narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ona psixi təsir göstərildiyi üçün ibtidai istintaq zamanı etirafedici ifadə verdiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona heç bir fiziki zor tətbiq olunmadığını demişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hər hansı bir psixi təsirin göstərilməsi məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Həmçinin müdafiə tərəfi qeyd olunan halla əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (59.1.4) və ağırlaşdıran hallar (ağırlaşdıran hallar yoxdur), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin olunmalıdır. Belə ki iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-733/2023 nömrəli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda araşdırılan cinayət işi üzrə hökm çıxarılmamışdan əvvəl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməli törətmiş və həmin əməlinə görə qeyd olunan hökmə əsasən təqsirli bilinərək qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, təsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin olunarkən CM-nın 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti cəza təyin olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri seçildiyindən, ona Sumqayıt Şəhər Məhkəməsinin hökmünə əsasən təyin olunmuş cəza icra olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir)manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən götürülərək maddi sübut kimi tanınıb, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,434 qram narkotik vasitə heroin və qalıq çəkisi 2,523 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş qəti 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir)manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən götürülərək maddi sübut kimi tanınıb, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,434 qram narkotik vasitə heroin və qalıq çəkisi 2,523 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar