Məhkəmə qərarları › İş №1(124)-495/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-495/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-495/2024 13.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai rayonu Sadıqcan küçəsi 52 inzibati binada qeydiyyatda olmaqla Aşıq Qurban 25 küçəsində yerləşən fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Hüseyinqulu adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub sonuncunun satdığı külli miqdarda narkotik vasitələrin şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə çatdırılması xidmətini həyata keçirərək bununla bağlı satış məqsədilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, saxlamaqla Şamaxı rayonu ərazisində daşımış, 19 sentyabr 2023-cü il tarixdə, saat 16:10 radələrində Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 112-ci kilometrliyində, Şamaxı rayonu Həmyəli kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Qayalı” marketinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 17:05-dən başlayaraq rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunda satış məqsədi ilə əldə edib üzərində saxladığı külli miqdarda təmiz çəkisi 50,158 (əlli tam mində yüz əlli səkkiz) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, adını Hüseyinqulu kimi təqdim edən şəxs ona “Whatsapp” vasitəsilə mesaj yazmışdır. Daha sonra onlar danışmağa başlamışdır. Üzərindən bir müddət keçdikdən sonra Hüseynquqlu ona zəng edərək xəritə (konum) atacağını və narkotik vastə olan 10 qram marixuananı götürməyini bildirmişdir. O, marixuananı götürmək məqsədi ilə atılan konuma getmiş, amma konumda və şəkildə göstərilən ərazidə heç bir narkotik vasitə olmamışdır. O, geri qayıtmaq məqsədi ilə gəldiyi taksiyə yaxınlaşan zaman mülki geyimli polis əməkdaşları onu saxlamışlar. Əvvəlcə o, müqavimət göstərmiş, amma qaça bilməmişdir. Polis əməkdaşları onu Şamaxı Rayon Polis Şöbəsinə gətirmiş, ona fiziki təzyiq göstərmiş və onu buraxmaları üçün pul tələb etmişlər. Daha sonra onu izahatını almaq məqsədi ilə təhqiqatçının otağına aparmışlar və qarşısına narkotik vasitə qoyaraq boynuna götürməsini bildirmişlər. O, məcbur qalaraq onların yazdığı sənədləri imzalamışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman da narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. O, çəkiliş zamanı danışmamışdır. Polis əməkdaşları narkotik vasitəni onun cibinə qoymuşlar və çəkiliş zamanı götürmüşlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təzəlikcə narkotik vasitələrdən istifadə etməyə başlamış, marixuana və heroin istifadə etmiş, iranlı şəxslə də təzəlikcə tanış olmuş, ondan narkotik vasitə almamış, özü Bakı şəhərində yaşamış, marixuananı götürmək üçün Şamaxıya taksi ilə getmiş, həmin taksiyə 40 manat pul verəcəkmiş, iranlı şəxslə yeri dəqiqləşdirmək məqsədi ilə danışıqları olmamış, sadəcə ona atılan konuma getmiş, iranlı şəxslə “Whatsapp” vasitəsi ilə danışıqlar aparmış, o, iranlı şəxsin bank hesabına pulu marixuananı götürdükdən sonra köçürəcəyi barədə razılaşmış, konumda göstərilən ünvana gedən zaman heç nə aşkar etməmiş, 2 polis avtomobili ona yaxınlaşmış və polis əməkdaşları onun üzərinə qaçmışlar, o, polis əməkdaşlarından qaçmağa çalışmış, amma dayanmış, iranlı şəxsin dediyinə görə adaxlısı Şamaxıda yaşadığı üçün marixuananı oraya qoyduğunu bildirmiş, həmin şəxs onunla səlis danışmış, onun iranlı olmamasından şübhələnməmiş, polis əməkdaşları onu saxladıqları yerdə çəkiliş etməmiş, polis şöbəsində əməliyyatçılar çəkilişlə üzərinə baxış keçirmiş və heç nə aşkar olunmamış, boynuna qoyulan narkotik vasitənin miqdarını əvvəlcədən bilməmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində təqsirləndirilən şəxs göstərmişdir ki, 18 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında özünü İran İslam Respublikasının vətəndaşı kimi adını Pünhani kimi təqdim edən şəxs ona məxsus olan ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” vasitəsilə +**********47 saylı nömrədən zəng edib xəritə (konum) atacağını və narkotik vastəni götürməyini bildirmişdir. O, da həmin şəxslə razılaşmış və həmin şəxsin dediyi yerə, yəni Bakı şəhərində narkotik vasitəi qoyacağını bildirmişdir. Sonra isə ona adını Pünhan kimi təqdim edən şəxs xəritə (konum) atdı və Bakı şəhərindən tanışı taksi sürücüsü İlkin adlı şəxslə konum vastəsilə Şamaxı şəhərinə getmişlər. Həmin vaxt saat 16:10 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Şamaxı şəhəri ərazisində yerləşən "Qayalı" marketin yaxınlığına gəlib avtomobildən yerə düşmüşdür. Həmin vaxt yolun sağ tərəfində yerdən siqaret qutusunu götürüb şalvarının sağ yan cibinə qoymuşdur. Bu zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona demişlər, lakin o etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı Rayon Polis Şöbəsinə dəvət etdikdə, o onlarla birlikdə Şamaxı Rayon Polis Şöbəsinə getmişdir. Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusu aşkar edilmişdir. Polis əməkdaşları siqaret qutusunu açdıqda içərisindən tünd qəhvəyi rəngli spesifik iyə malik olan heroin aşkar edilmişdir. Onların iştirakı ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə olan siqaret qutusundakı heroin polis əməkdaşları tərəfindən elektron tərəzi vastəsi ilə çəkilmiş və 51.5 (əlli bir tam onda beş) qram gəlmiş, kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar (cild 01, iş vər. 90-92). İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra təqsirləndirlən şəxs bildirmişdir ki, həmin ifadə ona məxsus deyil, məcburiyyət qarşısında qalaraq həmin ifadəni imzalamışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığını bildirməmişdir. İranlı şəxslə SMS-ləri telefonunda olmuş, o həmin şəxsə “heroin də olsa at, gəlim götürüm” məzmunlu SMS yazmışdır. Şamaxı rayon prokurorluğunun əməkdaşları gələrək onunla danışmış və izahatını almışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onlara bir nəfər şəxsin Şamaxı rayonu ərazisində qanunsuz olaraq üzərində narkotik vasitəni saxlaması barədə məlumat daxil olmuşdur. Əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra onlar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən “Qayalı” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişlər. Onlar şəxsi Şamaxı Rayon Polis Şöbəsinə dəvət etdikdə o, etiraz etməyib onlarla birlikdə Şamaxı Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsinin inzibati binasında çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman şəxsin üzərindən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsin üzərindən 01 büküm narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmiş, şəxs həmin kütləni sosial şəbəkə vasitəsi ilə tanıdığı şəxsdən aldığını bildirmiş, şəxsi “Qayalı” marketin yaxınlığında saxlamışlar, şəxsin üzərinə şəxsi-axtarış istintaq hərəkəti keçirilən zaman siqaret qutusunun içərsində bir büküm narkotik vasitə heroin aşkar olunmuş, o, həmin istintaq hərəkətində iştirak etmiş, şəxs saxlanılan zaman onlara müqavimət göstərməmiş, həmçinin onlar təqsirləndirilən şəxsə heç bir təsir və təzyiq göstərməmişlər. Məhkəmə istintaqı zamanı Şahid2 və Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi etiraz etmədiyindən, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 19 sentyabr 2023-cü il tarixdə, əvvəllər tanıdığı Bakı şəhər sakini olan Təqsirləndirilən şəxs ona zəng vuraraq Şamaxı rayonun giriş hissəsinə gedib qayıtmaqlarını bildirdikdə o, ona taksi kimi ona nə qədər pul verəcəyini soruşmuşdur. Cavabında Vaqif 60 manat verəcəyini bildirdikdən sonra o, onunla razılaşmışdır. Sonra o, Təqsirləndirilən şəxs ilə birlikdə saat 16:10 radələrində Şamaxı şəhəri ərazisində yerləşən “Qayalı” marketin yaxınlığına gələrkən yolun sağ tərəfindən Təqsirləndirilən şəxs avtomabildən düşərək bir qədər uzaqlaşmışdır. Sonra isə mülki geyimdə olan iki nəfər şəxs onlara yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyib üzərlərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu dedikdə o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı Rayon Polis Şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı Rayon Polis Şöbəsinə gəlmişdir. Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə və avtomabilinə baxış keçirmişlər. Baxış zamanı onun üzərindən və avtomobilindən narkotik vastə aşkar olunmamışdır. Qeyd etmişdir ki, o, tanışı Təqsirləndirilən şəxs narkotik vasitə götürməyə gəldiyini bilməmişdir. O, Təqsirləndirilən şəxs Şamaxı şəhərinə hansı məqsədlə gəlməsini bilməmişdir. O, taksi kimi Təqsirləndirilən şəxs 60 manat alaraq sonuncunu Şamaxı şəhərinə gətirmişdir.O, heç bir zaman narkotik vastələrdən istifadə etməmişdir (cild 01, iş vər. 167-169). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Şamaxı Rayon Polis Şöbəsinə xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, deməsinə görə əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 2 ünvanda yaşayan, Təqsirləndirilən şəxs və Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi İ.Hacıyev küçəsi yeni yaşayış massivində yaşayan Şahid1 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 19 senytabr 2023-cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusu aşkar edilərək açılmış və həmin siqaret qutusu açılaraq içərisinə baxıldıqda, qutunun içərisində spesifik iyə malik tünd qəhvəyi rəngdə olan narkotik vasitə olan heroinə oxşar kütlə, sol yan cibindən isə “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 29-31). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 20 sentyabr 2023-cü il tarixli, 3-16- 16/2-6/4952 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 50,158 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 67-71). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefonun qara rəngli olması, “smartfon” funksiyalı, iki simkart tipli, sensorlu (ekrana toxunuşla işləyən) mobil telefon olması müəyyən edildi. Mobil telefon işə salınaraq funksiyalarına baxıldıqda, zənglər siyahısında müxtəlif vaxtlarda və saatlarda müxtəlif nömrələrlə adi qaydada danışıqlar və buraxılmış zənglər müəyyən edildi. “WhatsApp” proqram vasitəsinə baxış zamanı isə müxtəlif nömrələrlə, yəni dostları və qohumları ilə yazışması, həmçinin +**********47 nömrəsi ilə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023- cü il tarixdə yazışması, həmçinin həmin nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə “WhatsApp” proqram vasitəsi ilə İran ləhçəsinə oxşar səslə səs yazmalar göndərilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun “Qalerea” papakasına daxil olunan zaman orada istintaqa məlum olmayan Sefer adlı bir şəxsin ağrıdan pis olduğunu və narkotikaya ehtiyacının olduğunu, Təqsirləndirilən şəxs isə cavab olaraq 25 manatından olacağını yazması fotoşəkilinin skrin edilməsi, həmçinin tərəzi fotoşəkili aşkar edildi. Həmin görüntülərə baxış keçirilərkən görünür ki, “+**********47” saylı nömrə qeyd edilmiş nömrə ilə yazılı və səsli danışıqlarda aşağıdakılar yazılmışdır: 30 avqust 2023 “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı”: Salam. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı ”:Buraxılmış zəng. 02 sentyabr 2023 “Vaqif”:https://ettsjoyk0yay.passioncordial.cn/blTLDRİbiq7pzdq169365135Q346 “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı ”: Salam necəsən abi yaxşısan canım qurban. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı”: Buraxılmış zəng. 15 sentyabr 2023 “Vaqif”: Salam, salam kim idi. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İsiam Respublikası vətəndaşının səsii mesajı”: Salam qaqa necəsən, yaxşısan qadanlım. “Vaqif”: Saqol, sə, sən necəsən kim idi tanımadım. ‘Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı”: İrannıyamda qaqa, telefon, nömrən məndə var da o səfər instoqramda pey səyfəmə yazmışdın. “Vaqif”: May instaqramda heç bir səyifəyə yazmamışam axı, haa ola bilər, lap yaxşı. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı ”: Qardaş sizə tema lazım olacaq qadan alım. “Vaqif”: Yoo, yoo, yoo, mən səni tanımıram eləmirəm, sənən nə tema alış verişim olsun. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı”: Yaşıl dairənin içində OK. 16 sentyabr 2023 “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı”: Aa nisyə atsam geb göterə bilərsən qadan alım. “Vaqif”: Dəqiqdisə yalan deyilsə həə. “Vaqif”: Yan başqa söbət zad olmıyacey, boş ünvan, ay nəm yandırmağ eləməy, belə təmiz işdiyən insansansa, işdiyərəm sənnən, yaxçıda xeyir verərəm də yəni, səndə mənim kimi etən əgər əl əli yuar əldə durub üzü yuyar, sən mənə necə kömək olacaqsansa məndə elə sənə əl tutaram. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı”: Yox qağa başqa söbət nədi canım qurban, bi uş qram, beş qram atım get götür. “Vaqif”: Atson ğgğr bir saat puluvu ataram, hərəsindən üç dənə, daş kola, hərəsindən üç dənə polnu bəsdi, bir saata iki saata pataloku ataram pulu, yalannan demiyim götürən kimi, bir saat iki saata çəkəcəq. “Şəxsiyyəti istintaqa mə/um otmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı”: Atim. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı”: Nəsimliyə zada nə qədə yolun var sənin. “Vaqif”: Yarım saat. Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı”: Doz. “Vaqif”: Nə. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı”: Yaxşı döz ünvan atımget göt, desən yarım saatığ, ya qa sabah atım. “Vaqif”: Ne qeder vaxt ceker. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı ”: Qıx dayğa bi saat. “Vaqif”: Dəqiqdisə gözdüyüm, əgər yox yalandısa məə boş yerə oturub gözləmimda. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı”: Yaşıl dairənin içində OK. “Vaqif”: Noldu bir xəbər çıxmadı. “Vaqif”: İnternetidə söndürdün bəs dedim axı düz olax da. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı”: Salam. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı ”: Axşama hazır ol atacam cibim. “Vaqif”: salam, salam dünəndə deyirdin atıram ahzır ol, yoxa çıxdın, axşama, bir azdan ata bilməzsən. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı ”: Axşam zəng eliyəcəm canım qurban, atacam gedib götürər. “Vaqif”: bildime, yani başqasına atırsansa deyill. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı”: salam qağa necəsən, yaxşısan qağa, setdə ol axşam atacama ünvanı. “Vaqif”: dünəndən atırsan elə. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı”: bu gün atacam setdə ol atacam gəlsin. “Vaqif”: setdəyəm, kruqlı sutka setdəyəm. ‘Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı”: Yaşıl dairənin içində OK. “Vaqif”: noldi. 17 sentyabr 2023 “Vaqif”: gördün mən sənə dedim səən düz insan deyilsən yalan deyirsən. “Şəxsiyyəti istintaqa məlum olma yan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı”: Ə düz insan olmacağ, mən səə mal boşdü deyləm ki, indi nisyə boşdu, sən məə pul vurmuyacaqdın mən axşam ataceydım adam setdə deyil elə danışırsan elə bil mən görəsən on min manat iyirmi min manat pul vurubsan sən mən səə boşduyam. “Vaqif”: Mən səə, ay nəisə prostu üç gündü deyirsən ümid eliyirsən adamı şorada yoxa çıxırsan ümid eləməydə pis şeydidə ona görə deyirəm. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsii mesajı”: Bu gün yüz faizdi bax yüz faiz. “Vaqif”: görayda yaxşıda gözdiyəy bu gündə. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı”: Yaşıl dairənin içində OK. 19 sentyabr 2023 “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı”: Gaad. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı”: Konum. “Şəxsiyyəti istintaqa məlum о/mayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı ”: 2 ədəd fotoşəkil. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İsiam Respublikası vətəndaşının səsli mesajı”: bax abi konuma bax gör nə qədə yol var tez mə bax xəbər elə. “Vaqif”: 3saat. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsii mesajı”: gedə bilərsən qağa. “Vaqif”: Gedim? “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı”: He. “Vaqif”: Sen ezizderivin cani zibile duwmerem? “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İsiam Respublikası vətəndaşının səsii mesajı”: Ae yoxe qağa biyə zibilə düşənsən qadan alım arxeyincilikdən get götü. “Vaqif”: Yaxwi. “Vaqif”: Vse a baba maşın gözdürəm gəlir dostum idi on maşını yaxşıdıda cipdi rahatçılığ olur ilişib eliyən olmur onnan geb gelərəm gəlir oda gəlsin onnan çıxıram. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı ”: Yenə konlu can qurban get get. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı”: Gaga. “Vaqif”: Bde qördün maşı düşən maşına qedün minün. “Vaqif”: bb min dəfə dedim allaha and olsun bərəkən haqqı qedirəmdə narahat olma. “Vaqif”: baba səən adun yadımnan çıxdı bidənə aduvu dedə yenə mənə. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı”: Məəm adım hüseyinquludu hüseyinqulu. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İssam Respublikası vətəndaşının mesajı”: Yaşıl dairənin içində OK. “Vaqif”: 1 ədəd fotoşəkil. “Vaqif”: Yoldayam gerem. ‘Şəxsiyyəti istintaqa məlum otmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı”: Yaşıl dairənin içində OK. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının mesajı”: Buraxılmış zəng. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İsiam Respublikası vətəndaşının mesajı”: Nоİdo. “Şəxsiyyəti istintaqa mə/um olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İsiam Respublikası vətəndaşının mesajı”: Buraxılmış zəng. “Vaqif”: yoldayam baba yoldayam nəəb hardasa naviqatornan bir saat qırx beş dəqiqəm bir saat əlli dəqiqəm var. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı”: bısat deyilən bisat deyolən qırx beş dağa yolun var. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı”: aa bə noldu harda qaldun, bir saatdı deyirsən çatıram. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İsiam Respublikası vətəndaşının mesajı”: Buraxılmış zəng. “Vaqif”: Yoldayam 1saat 27deqem qalib. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinqulu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı”: aa qağıle bir saat yol gedsən bir dağa əskilir o sən dediyin saat çıx getdəna dörd saatdı elə bi saat qırx dəğə elə dörd. “Şəxsiyyəti istintaqa məlum olmayan özünü Hüseyinquiu kimi təqdim edən İran İslam Respublikası vətəndaşının səsli mesajı”: bir saat qırx dəğə dörd saatdı yol gedsən indi iyirmi dəğə səskili kimi danışıqlar müəyyən edildi (cild 01, iş vər. 98-121). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı əldə edilmiş SMSlərin siyahısında iş üçün əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir. Həmçinin keçirilən baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan «**********14» mobil nömrəsinə aid “Yer dəyişdirmə” adlı fayl açıldıqda içərisində səhifələr və anten dairələri müəyyən edilmiş, sonuncu olaraq xx.xx.2023-cü il tarixli anten dairələrinə baxış keçirən zaman müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus telefonunda anten dairələri müxtəlif ünvanlarda əks edilmişdir: Həmin anten məlumatlarında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:02 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində olmağı öz əksini tapmışdır (cild 01, iş vər. 162-165). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 6340 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabionidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 174-175). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 2882 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir (cild 01, iş vər. 176-179). Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Baş prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2-450/3- 009429/2024 saylı məktubundan görünür ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiqə və təsirə məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlar Baş prokurorluqda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmamış, polis əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinə xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, deməsinə görə əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Şamaxı Rayon Polis Şöbəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusu aşkar edilərək açılmış və həmin siqaret qutusu açılaraq içərisinə baxıldıqda, qutunun içərisində spesifik iyə malik tünd qəhvəyi rəngdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr məhkəmə kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai araşdırmanın ilkin dövründə verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərkələsində və məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan narkotik vasitələrin ona aid olmaması, polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması, məcbur qalaraq narkotik vasitəni boynuna alması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman və daha sonra polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qaldığını bildirsə də, həmin xüsusatlar Baş prokurorluqda araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı narkotik vasitənin onun üzərindən aşkar olunmaması ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşaraq onları müdafiə xarakterli ifadə kimi qəbul edir və onlarla razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi nəticəsində obyektiv şəkildə əldə olunaraq cinayət işinin materiallarına əlavə olunan sübutlar iş üzrə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün bu məzmunda ifadə verdiyini təsdiq edir. Belə ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı fərqli ifadə vermiş, ibtidai istintaqın ilkin dövründə özünü təqsirli bilmiş, sonrakı dövründə isə həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir ki, bu halın özü də onun səmimiyyətinə dair məhkəmə kollegiyasında şübhələr yaratmışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həm ibitidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq onları əsaslı sübut növü kimi qəbul etmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin onun üzərindən narkotik vasitənin aşkar olunmaması və onun 10 qram marixuana götürmək məqsədi ilə həmin əraziyə getməsini bildirməsi ilə bağlı qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək 50,158 qram narkotik vasitə heroinin aşkar edilməsi, ibtidai istintaq zamanı zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi nəticəsində obyektiv şəkildə əldə olunaraq cinayət işinin materiallarına əlavə olunan sübutlar (şahid ifadələri, şəxsə məxsus mobil telefondan aşkar olunan SMS yazışmaları, foto şəkillər və.s) iş üzrə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün bu məzmunda ifadə verdiyini təsdiq edir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırmanın ilkin dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin onun üzərindən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaqın ilkin dövrlərində verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 153-154). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 138- 141). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 49,958 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun hazırki cinayət işindən ayrılmış ********* saylı cinayət işində saxlanması nəzərə alınmalıdır. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 49,958 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun hazırki cinayət işindən ayrılmış ********* saylı cinayət işində saxlanması nəzərə alınsın. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar