Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-495/2025 02.03.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), X6 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatında X5 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi – Xaçmaz şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, psixoloq-mütəxəssis - X3 iştirakları ilə, xx xxxxx 2010-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Qadaşoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 üçün Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 01 iyul 2025-ci il tarixdə saat 17 radələrində yaşadığı Xaçmaz rayonu, Qadaşoba kəndində yerləşən, koordinatları 41.499402N, 48.736404E olan evdə anası Zərərçəkmiş şəxs “Tiktok” sosial şəbəkəsində yad kişi ilə yazışması səbəbindən sonuncunu öldürmək qərarına gələrək, bu məqsədlə evdə olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən, ümumi uzunluğu 238 mm olan, məişət təyinatlı bıçağı evin mətbəxindən götürüb həmin bıçaqla zərərçəkmiş şəxsin həyatı üçün mühüm orqanların yerləşdiyi nahiyələrinə qəsdən çoxsaylı zərbələr endirərək Zərərçəkmiş şəxs ölümünə səbəb olan ağ ciyərlərin zədələnməsi ilə daxili və xarici qanaxma ilə nəticələnən ümumilikdə 15 ədəd xəsarət yetirmiş, o cümlədən, sol qoltuqaltı xətt üzrə V-Vİ qabırğalar səviyyəsində 2 ədəd, Vİİİ qabırğa səviyyəsində 1 ədəd, döş qəfəsinin ön-sağ tərəfində məmə xətti üzrə 1 ədəd, sağ arxa qoltuq xətti üzrə İV qabırğa səviyyəsində 1 ədəd daxilə nüfuz edən həyat və sağlamlıq üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş xəsarətlər, həmçinin döş qəfəsinin sol arxa qoltuq xətti üzrə İV-V qabırğalar səviyyəsində 1 ədəd, məmə xətti üzrə Vİİ qabırğa səviyyəsində 1 ədəd, sol süd vəzisi nahiyəsində 3 ədəd, döş sümüyü nahiyəsində 3 ədəd, sol kürək nahiyəsində 1 ədəd və sol kürəkaltı nahiyədə 1 ədəd yüngül zərər vurmaya aid deşilmiş-kəsilmiş xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında qanuni nümayəndəsi və psixoloqmütəxəssisin iştirakı ilə verdiyi ifadəsində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, anası ilə münasibətləri bu hadisəyə qədər yaxşı olub. Hadisədən bir neçə gün əvvəl təsadüfən anasının telefonunda "TikTok" sosial şəbəkəsində tanımadığı bir kişi ilə səmimi yazışmalarını görüb və bu ona çox pis təsir edib. Bundan sonra anasını öldürmək qərarına gəlib və "ChatGPT" süni intellektində anasını öldürsə hüquqi nəticələrinin nə olacağı ilə bağlı danışıqları olub. Anasını bıçaqla öldürüb, ona neçə bıçaq zərbəsi vurduğunu xatırlamır. Anasını öldürən zaman atası və qardaşı evdə olmayıb. Daha sonra qonşuluqda yaşayan əmisigilə gedib və anasını öldürdüyünü deyib. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o hadisənin birbaşa şahidi olmamışdır. 01 iyul 2025-ci il tarixində axşamüstü bacısı ona zəng edərək qızı Zərərçəkmiş şəxs səhhətinin yaxşı olmadığını və qızının evinə getməsini demiş, o da qızının evinə getmişdir. Evə çatdıqda həyətdə polis əməkdaşlarının olduğunu görmüşdür. Nə baş verdiyini soruşduqda nəvəsi Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs bıçaqladığını və qızının öldüyünü deyiblər. Səbəbini soruşduqda Zərərçəkmiş şəxs telefonunu Təqsirləndirilən şəxs vermədiyini, bu səbəbdən də Arizin əsəbləşərək anasını öldürdüyünü deyiblər. Nəvəsi Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışıb, bununla bağlı notarial qaydada verdiyi ərizəni təsdiq edir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, hadisə baş verən günü vəfat etmiş əmisi arvadına bağ işlərində kömək üçün Xaçmaz rayonu Qadaşoba kəndində yerləşən evinə getmişdir. Evinin qarşısında polislərin olduğunu eşidən kimi dərhal evinə getmiş, qardaşı Rəşaddan nə baş verməsini soruşduqda Arizin Kifayəti bıçaqlayaraq öldürməsini demişdir. Daha sonra oğlu Arizlə göürüşüb söhbət edən zaman Kifayətin “Tiktok” sosial şəbəkəsində yad kişi ilə yazışdığını görüb özündən çıxaraq Kifayəti bıçaq zərbələri vuraraq öldürdüyünü demişdir. Oğlu Təqsirləndirilən şəxs mülayim, sakit biri olmuşdur, o, heç kimlə mübahisə yaratmaz, dalaşmazdı. Arizin belə hərəkət etdiyinə hələ də inana bilmir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, arvadı Vəzxanımın Elşadgilin həyətindən qışqırıq səsini eşitmiş, dərhal qardaşı Elşadgilə getmişdir. Evin həyətində Arizlə rastlaşmış, Ariz ona Kifayəti bıçaqlamasını, “102” zəng xidmətinə zəng edərək məlumat verməyini demişdir. O, evə daxil olduqda yataq otağında Kifayətin üzü üstə uzanmasını görmüş və təcili tibbi yardıma bu barədə məlumat vermişdir. Kifayətin meyitinin yanında olan bıçağı hamam otağında paltaryuyan avadanlığının içərisinə qoymuşdur. Daha sonra evə təcili tibbi yardım əməkdaşları gəlmiş və Kifayətin ölməsini təsdiqləmişlər. Məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində öz evlərinin həyətində olmuş, Ariz onun yanına gələrək anası Kifayəti bıçaqla vurduğunu demiş, o, Arizə inanmamış və həmin evə getmişdir. Evə girəndə yataq otağının qapısının qarşısında Kifayəti qanlar içində yerdə uzanmış vəziyyətdə görmüş, o, qorxduğundan qışqırıb-ağlayaraq çölə çıxmış, səsinə əri Rəşad gəlmişdir. Ondan nə olmasını soruşduqda ağlayaraq Arizin Kifayəti bıçaqlamasını demiş, Rəşad dərhal evə getmişdir. Daha sonra Rəşad təcili tibbi yardımın “103” xidmətinə bu barədə məlumat vermiş, o isə öz evinə getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsinə səbəbin dəqiq nə olmasını bilməmişdir. Məhkəmə iclasında iştirak etməyən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, 2023-cü ildən “Tiktok” sosial şəbəkəsində orxan_046 adlı hesab açaraq istifadə etmişdir. 1 ildir ki, həmin hesabda mütəmadi videolar paylaşmışdır. Onun videolarına rəy bildirənlərə və ya videoları ilə bağlı mesaj yazanlara “like” işarəsi atmışdır. Həyat yoldaşı qısqanc biri olmasına görə yad qadınlar ona yazdıqda çox vaxt mesajı açmayaraq silmiş, ya da mesajlara yola verdi cavab yazmışdır. Həmin şəxslərdən biri də “Я ПОН” adlı istifadəçi olmuşdur, sonuncuda da mütəmadi mesajlar yazmış, o, həmin mesajları çox vaxt silmiş, ya da smayl işarəsi atmışdır. Ümumiyyətlə, Tiktok” sosial şəbəkəsinin mesaj bölməsində operativ cavab kimi 3 smayl işarəsi olmuş, onlar ürək, gülüş və ağlamaq smayllarıdır. O da “Я ПОН” adlı istifadəçiyə 1 dəfə ürək smaylı atmışdır. Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, “Tiktok” sosial şəbəkəsində “Я ПОН” adlı hesabın kimə məxsus olmasını bilməmişdir. Sonuncu ona özünü təqdim etməmişdir. xx.xx.2025-ci il tarixdə ona Zərərçəkmiş şəxs öldürülməsi ilə bağlı cinayət işi üzrə Xaçmaz rayon prokurorluğuna dəvət olunmağına dair çağırış vərəqəsi göndəriləndən sonra sonuncunun ölümü ilə bağlı “Tiktok” sosial şəbəkəsində xəbər elanı qarşısına çıxmış, o, bu zaman kim olmasını bilmiş, lakin Zərərçəkmiş şəxs ölümü ilə onun arasında nə kimi əlaqə olmasını bilməmişdir. Məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, 2020-ci ildən 2025-ci ilin mart ayına kimi Xaçmaz rayonu, Qadaşoba kənd tam orta məktəbində coğrafiya müəllimi olmuş, 2025-ci ilin mart ayından isə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs işlədiyi məktəbdə 9-cu sinif şagirdi olmuşdur. Təqsirləndirilən şəxs sakit, mülayim şagirdlərdən olmuş, hər hansı pis vərdişləri olmamışdır. Arizin fiziki intellektual səviyyəsi öz yaşıdlarına nəzarən aşağı olmuş, əqli inkişaf səviyyəsi isə öz yaşıdlarına nəzərən normal olmuşdur. Təqsirləndirilən şəxs dərslərini yaxşı oxumamış, dərslərdən əsasən 3 qiyməti almışdır. Sonuncu ilə fərdi söhbət zamanı peşə məktəbinə getmək istədiyini bilmiş və bununla bağlı Arizə məsləhətlər də vermişdir. İş yoldaşı Həcər xx.xx.2025-ci il tarixdə axşam saatlarında ona zəng edərək Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs öldürdüyünü demiş, Arizin nə üçün anasını öldürdüyünü soruşduqda Həcər səbəbini bilmədiyini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Qadaşoba kəndi ərazisində yerləşən koordinatları 41.499402N, 48.736404E olan fərdi yaşayış evidir. Darvazadan daxil olduqdan 5 metr irəlidə bir mərtəbəli fərdi yaşayış evi görünür. Fərdi yaşayış evinin giriş hissəsində üzəri damla örtülmüş talvar vardır. Evin giriş qapısı dəmir materialdandır. Giriş qapıdan içəri daxil olaraq sağ tərəfdə yerləşən piləkən vasitəsilə dəhlizə qalxdıqda evin hamam otağına və qonaq otağına keçid görünür. Evin qonaq otağının uzunluğu 6 metr, eni 3.20 metrdir. Qonaq otağında evin digər 3 otağına keçid vardır. Evin otaqlarının qapıları tünd qəhvəyi rəngli taxta materialdandır. Qonaq otağından sol tərəfdə yerləşən yataq otağının girişində Zərərçəkmiş şəxs meyiti görünür. Meyitin baş nahiyəsi yatağa, ayaqları isə otağın girişinə istiqamətlənmiş vəziyyətdədir. Meyit yataqdan 0.15 metr, sağ divardan 0.45 metr, otağın giriş qapısından 0.40 metr məsafədədir. Zərərçəkmiş şəxs meyiti şərti “1” rəqəmi ilə işarələndi. Meyitin olduğu yerdə qanabənzər ləkələr aşkar edildi. Qeyd olunan ləkələr şərti “2”, “3” və “4” rəqəmləri ilə işarələndi. Qeyd olunan qanabənzər ləkələrdən müvafiq qaydada 02 ədəd nümunə qablaşdırılaraq götürüldü. Yataq otağının eni 3.40 metr, uzunluğu 4 metrdir. Yatağın üzərində olan döşək yarı qatlanmış vəziyyətdədir. Şahid2 iştirakı ilə hamam otağında paltaryuyan məişət avadanlığının içərisində üzərində qanabənzər ləkələr olan 23.8 sm uzunluğunda bıçaq aşkar edildi, bıçağın dəstəyi açıq qəhvəyi rəngdə olmaqla 10.5 sm-dir, bıçağın tiyəsinin uzunluğu isə 13.3 sm-dir. Bıçaq şərti olaraq 5 rəqəmi ilə işarələndi və müvafiq qaydada qablaşdırılaraq götürüldü. İştirakçı Şahid2 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində tövlədə işləyən zaman arvadı Vəzxanımın Elşadgilin həyətindən qışqırıq səsini eşitmiş, dərhal qardaşı Elşadgilə getmiş, fərdi yaşayış evinin pilləkənlərində qardaşı oğlu Təqsirləndirilən şəxs ilə rastlaşmış, sonuncu Zərərçəkmiş şəxs bıçaqlayaraq öldürməsini, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat verməyini demiş, o, Arizə inanmamış və evə daxil olmuşdur. Bu zaman yataq otağında Kifayətin üzü üstə uzanmasını görmüş, təcili tibbi yardımın 103 xidmətinə bu barədə məlumat vermişdir. xx.xx.2025-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, meyitin əynində aşağıdakı paltarlar vardır: qara rəngli qısaqol kofta, qara rəngli büstqalter, qara rəngli retuz, çəhrayı rəngli alt tumanı. Meyit qadın cinsli olub, düzgün bədən quruluşludur, kafi qidalıqdadır, boynun uzunluğu 157 sm-dir. Meyit əllədikdə bir qədər soyuqdur. Meyit qacıması müayinə olunan əzələlərdə yaxşı inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa səthində yerləşməklə bənövşəyi rəngdədir, barmaqla basdıqda itir və tez bərpa olunur. Başın tükləri qara rəngli olub, uzunluğu 35 sm-dir. Gözləri qapalıdır, bəbəklərin diametri 0,5 sm-dir. Xarici qulaq və burun keçəcəkləri sərbəst keçiricidir, ifrazat yoxdur. Burun sümük və qığırdaqları, eləcə də üz-sklet sümükləri əllədikdə tamdır. Ağzı qapalıdır, dişləri yoxdur, diş yuvaları açıq çəhrayı rəngdə olub, zədəsizdir. Üst çənədə 2 ədəd sarı metaldan diş vardır. Boynu bədənə müvafiqdir, hərəkətsizdir. Döş qəfəsi çəlləkvari formada olub, simmetrikdir, əllədikdə qabırğalar tamdır. Qarını əllədikdə yumuşaqdır, döş qəfəsi səviyyəsindən aşağı yerləşmişdir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir, onlarda xəstəlik və zədə əlamətləri yoxdur. Arxa keçəcək qapalıdır, ətrafı zədəsiz olub, təmizdir. Ətraf sümükləri əllədikdə tamdır. Meyitin bədən səthində aşağıdakı xəsarətlər - sol qoltuqaltı xətt üzrə V-Vİ qabırğalar səviyyəsində 2 ədəd, Vİİİ qabırğa səviyyəsində 1 ədəd, döş qəfəsinin ön-sağ tərəfində məmə xətti üzrə daxilə keçən 1 ədəd, sağ arxa qoltuq xətti üzrə İV qabırğa səviyyəsində 1 ədəd daxilə keçən, döş qəfəsinin sol arxa qoltuq xətti üzrə İV-V qabırğalar səviyyəsində 1 ədəd, məmə xətti üzrə Vİİ qabırğa səviyyəsində 1 ədəd, sol süd vəzisi nahiyəsində 3 ədəd, döş sümüyü nahiyəsində 3 ədəd, sol kürək nahiyəsində 1 ədəd və sol kürəkaltı nahiyədə 1 ədəd olmaqla cəmi 15 ədəd kənarları hamar, bucaqları iti qırmızı rəngli deşilmiş-kəsilmiş yaralar vardır. Meyitin bədən səthində digər hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Üzərində qanabənzər ləkələr olan 01 ədəd qara rəngli retuz, 01 ədəd qara rəngli qısaqol kofta, 01 ədəd qara rəngli büstqalter və 01 ədəd çəhrayı rəngli alt tumanı müvafiq qaydada qablaşdırılaraq götürüldü. xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd cins şalvar göy rəngli olmaqla zədəsizdir, üzərində qanabənzər ləkələr vardır. xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 təqdim etdiyi “Poco X3 Pro” markalı smartfon tipli mobil telefonun özünün olmasını bildirdi. Telefon işlək vəziyyətdədir. Telefonu aktivləşdirdikdə proqramlar pəncərəsi açılır. Telefonda olan “Whatsapp” mobil tətbiqinə baxış zamanı Təqsirləndirilən şəxs 30 iyun 2025-ci il tarixdə saat 20:22-dən, 01 iyul 2025-ci il tarixdə saat 02:50-dək “ChatGPT” adlı süni intellekt proqram təminatı ilə yazışması aşkar olunur. Həmin mesajlarda Təqsirləndirilən şəxs anasını öldürmənin üsul və vasitələrini, anasını öldürdükdən sonra törətdiyi hadisənin hüquqi nəticələrini və az cəza almaq üçün istintaqa necə ifadə verməli olduğunu “ChatGPT” adlı süni intellekt proqram təminatından soruşduğu müəyyən olunur. “Poco X3 Pro” markalı smartfon tipli mobil telefonun qalareyasında “Tiktok” sosial şəbəkəsinin mesaj bölməsində “orxan_046” adlı hesabla yazışma görünür və həmin yazışmada “salam”, “???????”, “hadsa”, “??????” və “??????” sözləri yazılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin şəkli anası Zərərçəkmiş şəxs telefonundan ekran görüntüsü alaraq öz telefonuna göndərdiyini bildirdi. Telefona baxış zamanı istintaq üçün əhəmiyyətli başqa heç bir məlumat aşkar olunmadı və “Poco X3 Pro” markalı smartfon tipli mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürüldü. 02 iyul 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs "Samsung A13” markalı smartfon tipli mobil telefonun anası Zərərçəkmiş şəxs istifadəsində olduğunu bildirdi. Telefon işlək vəziyyətdədir. Telefonu aktivləşdirdikdə proqramlar pəncərəsi açılır. Telefonda olan “Tiktok” sosial şəbəkəsinə baxış zamanı Zərərçəkmiş şəxs “Я ПОН” adlı hesabı olması və həmin hesabla 17 gün ardıcıl “orxan_046” adlı hesabla danışması müəyyən olundu. Şübhəli şəxs Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs “Tiktok” sosial şəbəkəsinə “orxan_046” adlı hesabla ardıcıl 17 gün danışmasına görə öldürməsini bildirdi. Telefona baxış zamanı istintaq üçün əhəmiyyətli başqa heç bir məlumat aşkar olunmadı və “Samsung A13” markalı smartfon tipli mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürüldü. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 meyitin məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 32 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı həyati xəsarətlər - daxili və xarici qan itirmə ilə müşahidə edilmiş, ağ ciyərlərin zədələnməsi ilə sol qoltuqaltı xətt üzrə V-Vİ qabırğalar səviyyəsində 2 ədəd, Vİİİ qabırğa səviyyəsində 1 ədəd, döş qəfəsinin ön-sağ tərəfində məmə xətti üzrə daxilə keçən 1 ədəd, sağ arxa qoltuq xətti üzrə İV qabırğa səviyyəsində 1 ədəd daxilə keçən, döş qəfəsinin sol arxa qoltuq xətti üzrə İV-V qabırğalar səviyyəsində 1 ədəd, məmə xətti üzrə Vİİ qabırğa səviyyəsində 1 ədəd, sol süd vəzisi nahiyəsində 3 ədəd, döş sümüyü nahiyəsində 3 ədəd, sol kürək nahiyəsində 1 ədəd və sol kürəkaltı nahiyədə 1 ədəd olmaqla cəmi 10 ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yaralar, deşicikəsici alətin (bıçaq) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən ağ ciyərlərin zədələnməsi ilə döş boşluğuna keçən 5 ədəd deşilmiş-kəsilmiş yara ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər döş boşluğuna keçməyən 10 ədəd deşilmiş-kəsilmiş yara isə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb ağ ciyərlərin zədələnməsindən daxili və xarici qanaxma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs qanında məhkəmə-kimya təqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirilərkən döş qəfəsi xəsarət yetirmiş alətə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 Məhkəmə-tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 245/MTKŞ-2025 nömrəli rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus qolsuz koftanın ön səthinin sol yarısının yuxarı hissəsində, ön səthinin sol yarısında, ön səthinin sağ yarısının aşağı hissəsində, arxa səthinin sol və sağ yarısında çoxsaylı deşilmiş-kəsilmiş zədələr, koftanın arxa səthinin orta hissəsində bir ədəd kəsilmiş zədə, büstqalterin ön səthinin sol yarısında, sol yan səthində və arxa səthinin sol yarısında çoxsaylı deşilmiş-kəsilmiş zədələr var. Bu zədələrdən deşilmiş-kəsilmiş zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, koftanın arxa səthində olan bir kəsilmiş zədə isə kəsici kənara malik hər hansı bir iti alətin (əşyanın) təsirindən törənməyə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların (qolsuz kofta və büstqalter) üzərində olan deşilmiş-kəsilmiş zədələrin və kəsilmiş zədənin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin on beş zərbəvi təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus koftanın ön və arxa səthində, sağ yan nahiyəsində çoxsaylı cırılmış zədələr, koftanın sağ yan tikişinin üzərində bir ədəd sökülmüş-cırılmış zədə var. Bu zədələr küt mexanizmdən törənmişlər, koftanın həmin nahiyələrinin dartılması nəticəsində törənməyə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs məxsus retuzun və tumanın üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus cins şalvarın üzərində zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır, istifadə üçün yararlıdır və soyuq silah hesab olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 379/2025-TBŞ Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu göstəricisi: Balfa (H) (İİİ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu göstəricisi: Oalfa, beta /İ/ (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol kofta, retuz, busqalter, alt tuman, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvar və 02 ədəd çubuqlu pambıq tamponlar üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Bu ləkələr Balfa/H/(lll) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin Oalfa, beta (İ) qruplu şəxsin, o cümlədən Təqsirləndirilən şəxs qarışıq qanının olması da inkar olunmur. (Əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3207 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Qərarın təsviri hisəsində göstərilən əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində fərdi-psixi xüsusiyyətləri fonunda gərginlik, qəzəb kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən güclü ruhi həyəcan - fizioloji affekt halında olmamışdır. 10 oktyabr 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 01 ədəd bıçaq, “Poco X3 Pro” markalı smartfon tipli mobil telefon, “Samsung A13” markalı smartfon tipli mobil telefon, Zərərçəkmiş şəxs məxsus 01 ədəd retuz, 01 ədəd qısaqol kofta, 01 ədəd büstqalter və 01 ədəd alt tumanı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvar, hadisə yerindən götürülmüş 2 ədəd qanabənzər ləkə maddi sübut kimi tanınmış və həmin predmetlər saxlanılması üçün Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Xaçmaz rayon 1 saylı notariat ofisinin Xüsusi notariusu tərəfindən təsdiq edilmiş **********699 saylı ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 Ariz Elşad oğlu ilə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur, bunu nəzərə alaraq məhkəmədən Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edilməsini xahiş edir. Xaçmaz rayon Qadaşoba kənd tam orta məktəbindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs məktəbdə oxuduğu zaman özünü intizamlı şagird kimi doğrultmuş, məktəbin pedaqoji və şagird kolletivinin hörmətini qazanmışdır. Xaçmaz RİHB Qımılqışlaq İƏD nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənd ictimaiyyəti arasında müsbət davranışı ilə seçilmişdir, aqresssiv, münaqişəyə meyilli, cinayət aləmi ilə əlaqəli şəxs kimi tanınmamışdır. İctimai qayda pozuntularında və ya hüquqazidd davranışlarda iştirak etməsi barədə əvvəllər hər hansı fakt olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “EGE Hospital” xəstəxanasından təqdim edilmiş ******* nömrəli tibbi kitabçadan çıxarışdan görünür ki, həkim tərəfindən Təqsirləndirilən şəxs pektus ekskavatum – çəkməci döş qəfəsi diaqnozu qoyulmuş və əməliyyat olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın qəsdi zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır (qərarın 3-cü bəndi). Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların hərtərəfli, tam və obyektiv araşdırılması, cinayət işi materiallarında olan və yuxarıda qeyd olunan mötəbərliyi və həqiqiliyi şübhə altına alınmayan sübutların – təqsirləndirilən şəxsin etirafedici ifadələrinin, ekspert rəylərinin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinin, istintaq və məhkəmə iclas protokollarının və həmin sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi nəticəsində bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs qəsdən adam öldürmüşdür, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş və bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməl başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən yuxarıda qeyd edilənlərlə yanaşı CM-nin 86.1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Qeyd edilən maddənin tələblərinə əsasən yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, həmin şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. Ali Məhkəmənin qeyd edilən Plenum qərarında göstərilmişdir ki, X7a cəza təyin edilərkən ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır və cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını CM-in 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci madəsinə əsasən, həmçinin onun cinayət hadisəsini törətdikdən dərhal sonra polisə təslim olmaq üçün əmisindən polisə zəng etməsini xahiş etməsini, xəstəliyinin olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs ümumbəşəri dəyərlər içərisində ən ali dəyər hesab olunan insan həyatına, anasının həyatına son qoyması həm sosioloji, həm də hüquqi baxımdan onun törətdiyi cinayətin ağırlığına dəlalət edir və bu baxımdan məhkəmə onun yalnız cəmiyyətdən təcrid olunaraq islah və tərbiyə olunmasını və bu yolla cəzanın qanunda göstərilən məqsədlərinə nail olunacağını mümkün hesab edir. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 85.5-ci maddəsinə əsasən X7a azadlıqdan məhrum etmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. “X5 cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, X7a cəza təyin edərkən nəzərə almaq lazımdır ki, CM-in 85.1-ci maddəsi ilə bu kateqoriyadan olan şəxslər üçün cəmi beş cəza növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə) nəzərdə tutulmuş və CM-in 85.2-85.5-ci maddələri ilə onların hər biri üçün azaldılmış məbləğ və ya qısaldılmış müddətlər müəyyən edilmişdir. O cümlədən CM-in 85.5-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, azadlıqdan məhrum etmə X7a on ildən çox olmayan müddətə təyin edilir. Ona görə də, X7a CM-in 85.2-85.5-ci maddələrinin tələblərinə əsasən CM-in Xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin etmək zərurəti yarandıqda, bu cəza CM-in 62-ci maddəsinə istinad edilmədən təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi, yəni CM-nin 59.1.12-ci maddəsi CM-nin 60.1-ci maddəsinin tətbiq dairəsinə düşdüyündən təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin cəzanın son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halın olmadığını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi əməl üzrə CM-nin 60.1-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 85.5.1-ci maddəsinə əsasən ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 01 iyul 2025ci il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli qərarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 01 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, ibtidai istintaq müddəti ərzində və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxildir və təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd retuz, 01 ədəd qısaqol kofta, 01 ədəd büstqalter və 01 ədəd alt tumanı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvar, hadisə yerindən götürülmüş 2 ədəd qanabənzər ləkə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Poco X3 Pro” markalı mobil telefon və Zərərçəkmiş şəxs məxsus “Samsung A13” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarından birinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Xaçmaz rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd retuz, 01 ədəd qısaqol kofta, 01 ədəd büstqalter və 01 ədəd alt tumanı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvar, hadisə yerindən götürülmüş 2 ədəd qanabənzər ləkə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub Xaçmaz rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus “Poco X3 Pro” markalı mobil telefon və Zərərçəkmiş şəxs məxsus “Samsung A13” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarından birinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev Hakim Nurəddin Hüseynli Hakim Tariyel Quliyev
Məhkəmə qərarları › İş №1(124)-495/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-495/2025
02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver