Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-497/2024 09.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X14 Nizami oğlunun sədrliyi, X11 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2721419Müdafiəçi, Təqsirləndirilən şəxs – X3 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Rusiya Federasiyası Çeçenistan Respublikası, Qroznıy şəhəri, Şolkoskoy rayonu Şapalov küçəsi bina 13 mənzil 10 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 23 iyun 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksi ərazisində yerləşən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan 1 (bir) ədəd şəffaf polietilen bükümdə çəkisi 10,226 qram olan külli miqdarda psixotrop maddə metamfetamini 200 manat müqabilində qanunsuz olaraq əldə etməklə əynindəki qara rəngli qolsuz gödəkçənin sağ iç cibinə qoyub Abşeron rayonu Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksi ərazisinə daşıyaraq saxlamış, 23 iyun 2023-cü il tarixdə saat 21:20-də Abşeron rayon polis idarəsinin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksi ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və 24 iyun 2023-cü il tarixdə saat 23:15-dən saat 23:40-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli qolsuz gödəkçənin sağ iç cibindən həmin 10,226 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, X7 Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, təqsirləndirilən şəxs X7 ona, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, iyun ayının 20-si təyyarəylə gəlmişdir. Həmin vaxt yanında yoldaşı, iki uşağı, bibisi və bir nəfər həmkəndlisi olmuşdur. Atası isə iyun ayının 21-i gəlmişdir. Polis əməkdaşları Xırdalana gələrək onu evindən götürmüşlər. Polis əməkdaşları evə gələndə həmin vaxt evdə atası, yoldaşı, uşaqları və bibisi olmuşdur. Üzərində narkotik vasitə olmamışdır. Polis Bölməsinə aparmışlar. Üzərində narkotik olmamışdır. Onun cibində Azərbaycan manatı ilə Rusiya dövlətinə məxsus olan rubl olmuş, onu da polislərin yanında atasına vermişdir. Həmin vaxt ayağı xəstə idi. Xəstəxanaya getmişdir. Onun evinə gəlib qapını döyərək onu soruşmuşlar. Evdəkilər də onun evdə olduğunu onlara bildirmişlər. Daha sonra polislər onu 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyinə görə polis bölməsinə dəvət etmişlər. O da əynini geyinib onlarla polis bölməsinə getmişdir. Onda narkotik olmamışdır. O, Abşeron rayonu Xırdalan şəhəri AAAF Park yaşayış kompleksində yaşamışdır. Tutulmamışdan qabaq iyun ayın 22-sində yəni bir gün qabaq saat 09:00 və 10:00 radələrində yaşadığı evə gəlmişdir. İyun ayının 23-ü səhər-səhər ayağı yara olduğu üçün xəstəxanaya getmişdir. Həmin vaxt saat 09:00-10:00 arası olmuşdur. Yeriyə bilmədiyi üçün qayıdıb evə gəlmişdir. Yoldaşı ona özünə dərman almasını tapşırmışdır. O da dərman alıb evə gəlmişdir. Daha sonra 6-7 nəfər polis əməkdaşı onu soruşmuşlar. O da həmin polis əməkdaşlarına Cabbarov Etibar olduğunu bildirmişdir. Daha sonra ondan telefonunu istəmişlər. Telefonunu təqdim etmişdir. Onu polis bölməsinə dəvət etmişlər. Polislərə əynini geyinməsi üçün gözləmələrini xahiş etmişdir. Onun üzərində narkotik olmamışdır. AAF-dakı mənzilin kimə məxsus olduğunu bilməmişdir. Ora qonaq olaraq gəlmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Onu orada bir az incitmişlər. Çəkilişdə də vardır. Həmin zaman orada etiraz etmişdir. Onlar isə boyununa qoymuşlar. Onu 6-7 nəfər polis əməkdaşları saxlamışdır. Sonradan 10-15 nəfər olmuşlar. 3 və ya 4 avtomobillə gəlmişlər. Gələndə onlar əvvəlcədən 3-4 qapını döyə-döyə onun yaşadığı mənzilə gəlmişlər. Onun yaşadığı mənzil üçüncü və dördüncü mərtəbədə yerləşir. Polislər onu xidməti avtomobillə aparmışlar. Ondan başqa həmin avtomobildə 4 nəfər olmuşdur. Ümumi xidməti maşınların sayı isə yeddi ədəd olmuşdur. Həmin vaxt üzərində telefon olmuşdur. Polislərlə gedən zaman ağ köynək geyinmişdir. Yeriyə bilməmişdir. Onu polis avtomobilinə gətirmişlər. Onlar onu evdən aparanda “səni narkotik vasitələrinin saxlanması və satılmasında şübhəli olduğuna görə polis bölməsinə dəvət edirik” kimi bir ifadə işlətməmişlər. X24 birinci mərtəbədə yerləşən xidməti otaqların birinə aparmışlar. Otaqda polis əməkdaşları ondan telefonun kodunu istəmişlər. Telefona baxmışlar. Ondan sonra orda olan bir nəfər onu 3 dəfə vurmuşdur. Narkotiki götürərək onun cibinə qoymuşlar. Bundan sonra ona “boynuna götürməsən ailənin hamısını gətirdəcəyik” demişlər. Onu polisə gətirəndən sonra gecə saat 02:00-03:00 arası müvəqqəti saxlanma yerinə təhvil vermişlər. Ondan götürülən mobil telefon daha sonra ailəsindən kimsəyə qaytarılmamışdır. Telefonda Whatsapp sosial şəbəkəsi olmuşdur. Telefona onun yanında baxmamışlar. Telefonda şəxsi videoları və şəkilləri olmuşdur. Telefonu İbrahim adlı əməkdaş götürmüşdür. Daha sonra telefon onlarda qalmışdır. O, Rusiya Federasiyanın vətəndaşıdır və əlilliyi vardır. Narkotik vasitələrdən istiadə etməmişdir. Heç vaxt narkotik vasitələrin nə olduğunu bilməmişdir. Araq və siqaretdən belə istifadə etməmişdir. İki uşağı vardır. İstintaqda verdiyi ifadələr doğru deyil. Məhkəmədə verdiyi ifadəsi doğrudur. Sanksiya məhkəməsində öz etirazını bildirmişdir. Həmin məhkəmədə zorla boynuna qoyulduğunu bildirərək məhkəmədən kömək istəmişdir. Sanksiya tətbiq edərək işin məhkəmədə araşdırılacağını ona bildirmişlər. Həmin ünvanda təkcə gəldiyi günün axşamı qalmışdır və cəmi bir saat həkimdə olmuşdur. Qalan vaxtlarda isə evdə olmuşdur. Bu dediyi kameralarda da vardır. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində, özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyası Çeçenistan Respublikası Qroznıy şəhəri Şolkoskoy rayonu Şapalov küçəsi bina 13 mənzil 10 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 22 iyun 2023-cü il tarixdə saat 19:00 radələrində Gədəbəy rayonunda baş tutacaq toy şənliyində iştirak etmək üçün hava nəqliyyatı vasitəsilə qohumları ilə birlikdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmişdir. Təyyarədən endikdən sonra bibisinə məxsus ünvan 1 ünvanında yaşamağa başlamışdır. 23 iyun 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksi ərazisində əvvəllər tanımadığı və anket məlumatlarını bilmədiyi şəxs ilə əlaqə saxlayıb 200 manat pul verməklə 1 ədəd şəffaf polietilen bükümdə psixotrop maddə metamfetamin alıb əynindəki qara rəngli qolsuz gödəkçənin sağ iç cibinə qoymuşdur. Ancaq həmin psixotrop maddənin hər hansı miqdarını istifadə etməmişdir. 23 iyun 2023-cü il tarixdə saat 21:00 radələrində qeyd etdiyi yaşayış kompleksində piyada hərəkətdə olan 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu pasixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu demişlər. Saxlanıldığı yerdə müvafiq sənədləşmə aparılması mümkün olmadığı üçün polis əməkdaşları tərəfindən Abşeron rayon Polis İdarəsinə dəvət olunmuşdur. O, buna etirazının olmadığını bildirməklə xidməti avtomobilə əyləşərək polis əməkdaşlarının müşayiəti ilə polis idarəsinin inzibati binasına getmişdir. Polis idarəsinə gətirildikdən sonra müvafiq sənədləşmə işlərinin aparılmasından ötrü dövlət hesabına müdafiəçi və tərcüməçi təyin edilmişdir. Bundan sonra saat 22:30 radələrində üzərində psixotrop maddə saxlamağı ilə əlaqədar şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının iştirakları ilə xidməti otaqlardan birində üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa dövlət hesabına təyin edilmiş müdafiəçi və tərcüməçi də iştirak edirmiş. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazının olub- olmaması soruşulmuşdur. O, tərcüməçinin köməyindən istifadə etməklə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Bundan sonra ona üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə sual verilmiş və müsbət halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əynindəki qara rəngli qolsuz gödəkçənin sağ iç cibindən içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd şəffaf polietilen bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi psixotrop maddəni haradan əldə etdiyi soruşulduqda, bükümü bir gün əvvəl Abşeron rayonu Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən aldığını və yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Daha sonra üzərindən aşkarlanan büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca şəxsi axtarış və götürmə haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birgə protokolu imzalamışdır. Lakin, iş üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3- cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 22 iyun 2023-cü il tarixdə yaşadığı Rusiya Federasiyası Qroznu şəhərindən, Qroznu-Bakı reysi ilə saat 20:00 radələrində arvadı X12 övladların 2009-cu il təvəllüdlü Əli Dzhabbarov, 2010-cu il təvəllüdlü Gülnaz Dzhabbarov və bibisi X9 ilə Beynəlxalq hava limanından Azərbayacan Respublikası Bakı şəhərinə gəlmişdir. 21 iyun 2023-cü il tarixdə atası X4 Rusiya Federasiyası Qroznu şəhərindən, Bakı gəlmişdir. Onlar 15 iyul 2023-cü il tarixdə qohumu Gədəbəy şəhərində toy şənliyi olacaqdı, bu səbəbdən gəlmişlər. Həmin axşam bibisinin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində yerləşən evinə getmişlər. Ailə üzüvləri ilə birlikdə həmin günü sözü gedən ünvanda qalmışlar. Həmin gün evdən çıxmamışdır. 23 iyun 2023-cü il tarixdə səhətində yəni ayağında olan problemlərə görə saat 09 radələrində arvadı X12 ilə birlikdə evdən çıxaraq Abşeron rayonu Xırdalan şəhəri, ərazisində yerləşən adını dəqiq xatırlamadığı poliknikada 40-45 yaşlrında kişi həkim onu müayyinə etmiş və resept yazılmışdır. Poliknikada qeydiyyata aparılmışdır. Poliknikadan çıxdıqdan sonra taksi ilə 10:30-da yaşadığı evə gəlmişlər. Evdə olan zaman sağ ayağı şişdiyinə görə arvadı Şəbnəm aptekə gedərək onun üçün dərman almışdır. Evdə həmin dərmanla ayağını mazlamışlar və bintnən bağlamışlar. 23 iyun 2023-cü il tarixdə saat 19 radələrində evdə olarkən, qapı döyülmüş, atası X10 qapını açmış, qapıdakı şəxs Etibar evdədi dediyini eşitmiş və bu səbəbdən qapıya yaxınlaşmışdır. Həmin şəxslər özlərinin polis əməkdaşı olduğunu bildirmişlər və onlarla birlikdə polis idarəsinə getməli olduğunu demişlər. Əlavə olaraq bildirmək istəyir ki, polis əməkdaşları evə daxil olan zaman ona məxsus mobil telefonu götürmüşlər. Onların təklifi ilə razılaşmış və əynini dəyişib, onlarla birlikdə gedə biləcəyini bildirmişdir. Əlavə olaraq bildirmək istəyir ki, onun dalınca evə təxminən 10-15 polis əməkdaşı gəlmiş, onlar hamısı mülki geyimdə idi. Həmin şəxslərdən ikisi ilə birlikdə otağa daxil olmuş, orada əynində olan idman geyimini çıxarıb, Rusiyadan gətirdiyi əl çantasının içərisindən 01 ədəd cins şalvar və qolsuz gödəkcəni götürüb, geyinmişdir. Bundan sonra onlarla birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Polis idarəsində inzibati otaqların birində mülkü geyimdə olan şəxslərdən onu hansı səbəbdən gətirdiklərini soruşmuşdur. Adını bilmədiyi polis əməkdaşı ona “səni Gədəbəy məsələsinə görə bura gətirmişik” bildirmişdir. Polis əməkdaşları ona WhatsApp ünsiyyət proqramında “Gədəbəy Söyyüdlü kəndinə xeyriyyə” qrupu yaratdığını söyləmişlər. Adını bilmədiyi polis əməkdaşlarından biri otaqda olan seyfi açmış və oradan sellofan büküm çıxarıb, onun qarşısına qoymuş və bükümün içərisində narkotik vasitə olduğunu, həmin bükümü götürməyini tələb etmişdir. Polis əməkdaşından səbəbini soruşduqda, o ona yenidən səni Gədəbəy Söyüdlü kəndində olan hadisəyə görə gətirdiklərini bildirmişlər. Polis əməkdaşına onu Gədəbəydə Söyüdlü kəndində olan hadisəyə görə gətirdiklərini və hansı səbəbdən narkotik vasitəni götürməyini tələb etdiklərini soruşmuşdur. Bundan sonra orada olan bir neçə polis əməkdaşı üzərinə hücum çəkərək, yumruq və təpik zərbələri ilə onu vurmuşlar və ünvanına nəlayiq ifadələr işlətməyə başlamışlar. Daha sonra onun arvadını evdən gətirib, onlarıda narkotik vasitə ilə sənədləşdirəcəklərini bildirmişlər. Bundan sonra onların təklifi ilə razılaşmış, polis əməkdaşlarından biri bükümü götürüb cibinə qoymuşlar. Bildirmək istəyir ki, polis əməkdaşları onu polis idarəsinə daxil olduqdan sonra sağ tərəfə döndükdən sonra, ən axırda olan otaqda söhbət aparırmışlar. Narkotik vasitəni cibinə qoyduqdan sonra onu inzibati binanın ikinçi mərtəbəsinə qaldırmışlar. Orada inzibati otaqların birində, ona vəkil və tərcüməçi təqdim olunmuşdur. Onların iştirakı ilə video çəkiliş aparılmış və məcbur olub cibinə yerləşdirilən narkotik vasitəni çıxarıb masanın üzərinə qoymuş və polis əməkdaşlarının deməsi əsasında yalandan narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Əlavə olaraq bildirmək istəyir ki, məhkəmə barəsində həbs qətimkan tədbiri seçilən zaman narkotik vasitənin özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. O, törətmədiyi cinayəti boyununa götürməyinin səbəbi, arvadı ilə onun təhdit olunmağı olmuşdur, ona arvadını polisə gətirib, narkotikə görə həbs edəcəklərinə inanmış və belə bir hadisə baş versəydi, bir kişi kimi özünü baqışlaya bilməzdi, insan içinə çıxa bilməzdi. Polis əməkdaşları bu yolla onu sındırmışlar. O, bildirmək istəyir ki, Gədəbəy hadisələrində iştirak eləməmiş, ümumiyyətlə o, siyasi işlərdən tam uzağaq adamdır. Natamam orta təhsilidir, hər hasnı bir vəzifə sahibi deyil, yaxın qohumlarından heç biri vəzifədə deyil, və vəzifədə olmaq fikirləridə yoxdur. O, Söyüdlü kəndinin bir sakini kimi, kəndinə müəyyən köməklikləri öz imkanı daxilində etmiş, bu hərəkətlərindən peşman deyil, gələcəkdə kəndində imkanı olmayan insanlara dəstək olmağa hazırdır. O, Türkiyədə baş verən zəlzələdən sonra Rusiyada yaşayan, əslən Gədəbəyli olan tanışları ilə birlikdə, zəlzələdən zərərçəkmiş şəxslərə yardım göstərilməsi üçün 71.000 manat onun təşəbüsü ilə maddi yardım göstərilmişdir. 2023-cü il tarixdə Rusiyada yaşayan, əslən Gədəbəyi olan tanışları ilə birlikdə, onun təşəbüsü ilə 20 yanvar tarixində 700 nəfər şəxsə eysan verilməsini təşkil etmişdir. Kəndində bayraq meydanı təşkil etmiş, açılışıda Ulu öndərin doğum günündə baş verib. Bundan əlavə kənd qəbirsanlığının abadalşması, kəndin işıqlandırılması, asfalt çəkilməsi eləcədə, Gədəbəy rayonunda olan 44 şəhidin ailəsinə, yaxın dostlarıla birlikdə yardım təkşil etmişlər. Başqa xeyriyə işləridə vardır, hərbiçi ailələrinə yardım göstərilməsi, yaşat fonduna 4800 manat pul köçürülməsini təşkil etmişdir. Bütün bu gördükləri işin video görüntüləri vardır. O, ömründə narkotik vasitələrin hər hansı bir növündən istifadə etməmiş, narkotik vasitələri istifadə etmək fikri yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. Təqsirləndirilən şəxs barəsində İdarəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat şəxsin narkotik vasitələrindən istifadə etməsi və dövriyyəsi ilə məşğul olması barəsində olmuşdur. Şəxsi onlar AAF-Park Yaşayış Kompleksinin yaxınlığında saxlamışlar. Əvvəlcə daxil olmuş məlumat əsasında qrup yaradılmış və əməliyyat tədbiri keçirilmişdir. Şəxsi saxlamış və idarəyə dəvət etmişlər. Təhqiqatçının otağıda şəxsin üzərinə baxış keçirilmış və üzərində aşkar olunmuş narkotik vasitə sənnədləşdirilmişdir. Şəxsin üzərinə baxış keçirilən zaman köynəyinin cibindən kristal şəkilli narkotik vasitə olan büküm aşkar olunmuşdur. Həmin büküm zərfə qoyulmuş və yekunda sənədləşdirilmişdir. Əməliyyat məlumatı Şahid2 daxil olmuşdur. Qrupda onlar ikisi olmuşlar. Onlar şəxsi onun evinin içərisində saxlamamışlar. Onlar tərəfindən şəxsə hər hansı təzyiq olmamışdır. Əməliyyat məlumatı narkotikin istifadəsi və dövriyyəsi ilə bağlı olmuşdur. Şəxsin evinə baxış keçirməmişlər. Şəxs haqqında əvvəllər idarəyə məlumat daxil olmamışdır. Əməliyyat məlumatı əsasında qrup yaradılmışdır. Sənədlərlə tanış olmuşdur. Onlar şəxsi idarəyə 21:00-22:00 arası gətirmişlər. O, tədbirə gedəndə bilmişdir. Bir ay ərzində narkotiklə bağlı çox sənədləşdirmə olduğuna görə xatırlamamışdır. Hadisə ayın 23-ündə olmuşdur. Keçirdikləri tədbirin heç bir adı olmamışdır. Sənədi o yazmamışdır. Şəxsi İdarəyə ikisi gətirmişdir. Şəxsi onlar əvvəlcə qıraqdan müşahidə etmişlər. Hansı məsafədən şəxsi müşahidə etməklərini xatırlamamışdır. Bu zaman texniki vasitələrdən istifadə etməklərini xatırlamamışdır. Şəxsin müşahidə edildiyi dəqiq yeri xatırlamamışdır. O, şəxsi AAF-Park Yaşayış Kompleksində saxlamışdır. Hansı hissəsində saxladığını xatırlamamışdır. O həmin vaxt idarəyə təzə gəldiyi üçün küçə və ünvanları dəqiq bilməmişdir. Şəxs tək olmuşdur. Onlar şəxsi saxladıqları ünvana avtomobillə getmişlər. Avtomobilin markasını xatırlamamışdır. Avtomobolin kimə məxsus olmasını da xatırlamamışdır. Avtomobildə ikisi olmuşlar. Şəxsin avtomobilin hansı hissəsində əyləşməsini xatırlamamışdır. O, şəxsin evini tanımamışdır. İdarəyə yeni gəldiyi üçün şəxs haqqında əvvəllər məlumatın olub-olmaması barədə onda məlumat olmamışdır. Şəxs ifadəsində özünü müdafiə məqsədi ilə yalan danışmışdır. İbrahim adlı əməkdaş onların xidmət etdikləri şöbədə yoxdur. Axşam saatlarında şəxslə birgə Polis İdarəsində olmuş və şəxsi birbaşa təhqiqatçıya təhvil vermişlər. Şəxsi dərhal təhvil vermişlər. Şəxsi gətirdikləri vaxtdan nə qədər sonra onun üzərində şəxsi axtarış aparılmasını xatırlamamışdır. Şəxsin üzərində telefondan başqa kristal şəkilli narkotik vasitə də olmuşdur. Telefonu sənədləşdirilərək və istintaqa təhvil verilmişdir. Şəxsin üzərində aşkar olunmuş narkotik vasitəsinin növü və çəkisi barədə məlumatlar yadında deyildir. Təqsirləndirilən şəxs yanında onlardan başqa heç kim olmamışdır. Onlar şəxsi saxladıqdan sonra ona saxlanmasının səbəbini izah etmişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri haqqında məlumat vermişlər. Hüquqların və vəzifələrin izahını Şahid2 etmişdir. Şəxsin onlara qarşı müqaviməti olmamışdır. Şəxsin üzərinə yerində baxış keçirməmişlər. Saxladıqları yerlə polis idarəsinin arasındakı məsafə 10 dəqiqəlikdir. Məlumat gecə daxil olduğu üçün tədbiri gecə keçirmişlər. Şəxsə məxsus olan mobil telefona o baxmamışdır. O, müstəntiqdən şəxsin telefonunda nə aşkar olunmasını soruşmamışdır. O, şəxslə heç bir sorğu aparmamışdır. Şəxsin istifadəsində nəqliyyat vasitəsinin olmasını və olmamasını bilməmişdir. Ehtiyac olmadığına görə əməliyyat tədbirini davam etdirməmişlər. Aşkar olunmuş narkotikin üzərində olmasını könüllü şəkildə bildirmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Şəxsin özü onlarla könüllü gəlmişdir. Hansı nəqliyyat vasitəsi ilə İdarəyə aparmağı ilə bağlı müstəntiq ona sual vermədiyinə görə bu hissədə nəqliyyat vasitəsinin növü onun ifadəsində göstərilməmişdir. İndi də həmin hissəni xatırlamır. Şəxsi müşahidə edərkən şəxs mahnı oxuya-oxuya gedirmiş. Onun sağlamlıqla bağlı problemi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023-cü ilin iyun ayında daxil olmuş məlumata əsasən Etibar adlı şəxs narkotik vasitələrinin qəbulunda və saxlanmasında şübhəli bilinmişdir. Onlar tərəfindən məlumatın realizə edilməsi üçün rəhbərliyə məruzə olunmuşdur. Rəhbərlik tərəfindən əməliyyat qrupunun yaradılması təşkil olunmuşdur. Əməliyyat qrupunda onunla birlikdə digər əməkdaş da iştirak etmişdir. Tədbirlə əlaqədar qeyd olunan ünvanda olmuşlar. Həmin ünvanda zahiri əlamətləri oxşar olan şəxsi onlar kənarda müşahidə etmişlər. Uyğun bir şərait olandan sonra onlar həmin şəxsə yaxınlaşmışlar. Yaxınlaşandan sonra özlərini təqdim etmiş və polis bölməsinə dəvət etmişlər. Şəxsə onlarla birgə bölməyə getməyə etiraz etməmişdir. Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Bölmədə məsələnin araşdırılması ona izah olunmuş və təhqiqatçının otağına dəvət olunmuşdur. Təhqiqatçının otağında çəkiliş vasitəsi ilə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı şəxsin əynində ağ köynək və qara gödəkçə olmuşdur. Şəxs gödəkçənin içərisindən büküm çıxarmış və həmin bükümü təqdim etmişdir. Təhqiqatçı həmin bükümü açaraq içərisində kristal şəkilli maddənin olduğunu görmüşdür. Ona bəzi suallar verilmişdir. Sual verilən zaman həmin bükümü Xırdalan şəhərindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Əməliyyat qrupuna o və Şahid1 daxil olmuşdur. Şəxsi saxlayarkən ona hər hansı bir təzyiq olunmamışdır. Onlar şəxsi AAF park yaşayış kompleksində binaların yaxınlığında saxlamışlar. Şəxsin evinə getməmişlər. Evində olmamışlar. Şəxs barəsində məlumat ona daxil olmuşdur. Məlumat həmin gün daxil olmuşdur. Şəxs tutulmamışdan iki və ya üç saat əvvəl şəxs haqqında məlumat daxil olmuşdur. Əvvəllər şəxs haqqında məlumat daxil olmamışdır. Şəxs haqqında ilk dəfə əməliyyat məlumatı daxil olmuşdur. Şəxsin harada yaşamasını və harada qeydiyyatda olmasını onlar bilməmişlər. Məlumat daxil olan kimi əməliyyat tədbirinin keçirilməsi üçün rəhbərliyə məruzə olunmuşdur. Şəxsin hara vətəndaşı olduğunu onlar bilməmişlər. Şəxsin hal-hazırda hara qeydiyyatı olduğunu bilməmişdir. Axşam vaxtı saat təxminən səkkiz, doqquz və ya saat on olmuşdur. Məlumatda şəxsin narkotik vasitəsindən istifadə etməsi və onu saxlaması göstərilirmişdir. Şəxsin olduğu yer barədə məlumat daxil olmuşdur. Onlar şəxsi 4 saylı binanın qarşısında saxlamışlar. Şəxsin evində onlar olmamışlar. Əməliyyat axtarış tədbirinin keçirilməsi ilə bağlı qərarda onun özünün imzası vardır. Həmin məlumatları təsdiqləyir. Əməliyyat qrupunda iki nəfər olmuşlar. Əməliyyatda onlardan başqa heç kim olmamışdır. Şəxsi avtomobillə polis idarəsinə aparmışlar. Avtomobil onun özünə məxsus olmuşdur. Avtomobili onun özü idarə etmişdir. Həmin avtomobili satmışdır. Avtomobilinin nömrəsi onun yadında deyildir. Şəxsi 15 dəqiqə ərzində kənardan müşahidə etmişlər. Şəxsə birinci özü yaxınlaşmışdır. Şəxs onlara hörmətlə yanaşmış və heç bir etiraz etmədən onlarla getmişdir. İdarədə narkotik vasitələrə münasibətdə şübhəli şəxs kimi gətirdiklərini bir daha izah etmişlər. Daha sonra bir başa təhqiqatçının xidməti otağına dəvət etmişlər. Şəxsin bir gün əvvəl Rusiya Federasiyasından gəlməsi barədə onlarda məlumat olmamışdır. Onlar şəxsi idarəyə gətirdikdən dərhal sonra təhqiqatçıya təhvil vermişlər. İdarəyə girəndə təhqiqatçının otağı sağ tərəfdə yerləşmişdir. Şəxs saxlanılarkən o əvvəlcə şəxsin narkotik vasitələrin təsiri altında olduğunu güman etmişdir. Daha sonra sağlamlıq durumunda problem olduğunu bilmişlər. İbrahim adlı şəxsi tanımır. Onlar şəxsi küçədən aparmışlar. Onlar şəxsi güdməmiş, lakin şəxsi kənardan müşahidə etmişlər. Orada zahiri əlamətləri uyğun gələn digər şəxslər də olmuşdur. Ona görə dəqiqləşdirmək üçün 10 dəqiqə onlar orda şəxsi müşahidə etmişlər. Əməliyat məlumatında məhz narkotik vasitəsin növü göstərilməmişdir. Şəxsi saxlayarkən kənardan onlara heç bir müqavimət olmamışdır. Saxladıqları yerdə əməliyyat şəraiti həmin vaxtı uyğun olmadığına görə onun üzərinə yerində baxış keçirə bilməmişlər. Həmin yerdə azyaşlı və yaşlı insanlar olmuşdur. Hava şəraiti əməliyyat tədbirini davam etdirilməsi üçün uyğun olmamışdır. Qısa müddət ərzində, yəni 5 ya da 10 dəqiqəlik zaman kəsimini nəzərdə tutmuşdur. Həmin saata qədər şəxs xidməti otaqda saxlanılmışdır. Şəxsin üzərində şəxsi axtarış keçiriləndə onun özü, digər əməkdaş, müdafiəçi və təhqiqatçı iştirak etmişdir. Qara gödəkçənin iç cibindən narkotik vasitə aşkar olunmuşdur. Şəxsin üzərindən telefon götürülmüşdür. Protokollaşdırılma aparılmışdır. Şəxsin üzərindən pulun aşkar olunub-olunmaması yadında olmamışdır. Şəxsin ümumilikdə üzərinə baxış keçirilmişdir. Videogörüntüdə aşkar şəkildə proseslər qeyd olunmuşdur. Üzərindən aşkar olunan narkotik vasitəsini 200 manata aldığını bildirmişdir. O, şəxsin telefonuna baxmamışdır. Şəxsin üzərindən narkotik vasitə aşkar olunmuşdur. İstintaq zamanı verdiyim ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X10 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi onun yanında tutmuşlar. Səhər saat doqquz və ya on radələrində təqsirləndirilən şəxs yoldaşı ilə birlikdə ayağına baxılması üçün xəstəxanaya getmişdir. Bir saat və ya bir saat yarımdan sonra gəlmişlər. Ayağını bintləmişlər. Ondan sonra oğlu çölə çıxmamışdır. Axşam üstü saat yeddi və ya səkkizə işləmiş qapıları döyülmüşdür. Qapını açdıqda qapının ağzında maskalı şəxsləri görmüşdür. Həmin şəxslər onun oğlu Etibarı soruşmuşlar. O həmin şəxslərə Etibarın evdə olduğunu bildirmişdir. Onlar içəri girmişlər. Etibar həmin vaxtı ev geyimində olmuşdur. Etibara əynini dəyişərək onlarla getməli olduğunu bildirmişlər. Hələ polislər onu itələmişlər. Nəvəsinin əlindəki telefonu almış və həmin telefonun işləmədiyini görmüşlər. Həmin telefonu geri qaytarmışlar. Etibar əynini geyinəndən sonra ayaqyoluna keçmək istəmişdir. Oğlunun arxasınca taksi tutaraq getmişdir. Onları iki gün içəri buraxmamışlar. Üçüncü gün müstəntiq onu otağına çağırmışdır. Müstəntiq ona “sənin oğlun deyəsən narkoman imiş” demişdir. Müstəntiqə oğlunun iki övladı olduğunu bildirmişdir. O, oğlunun həmişə xeyriyyəçiliklə məşğul olduğunu söyləmişdir. Onun oğlu Rusiya Federasiyasında Ulu Öndərin heykəlinin qarşısında “X25 rəhmət eləsin” demişdir. O müstəntiqə oğlunun narkotik vasitələrdən istifadə etmədiyini demişdir. Onun oğlu Rusiyada yaşayır. Oğlu iyun ayının 22-si gəlmişdir. Özü iyun ayının 22-si səhər hava limanına düşmüşdür. Oğlu isə axşam saat yeddi-səkkiz arası hava limanına düşmüşdür. Gecəni Xırdalanda qalmışlar. Oğlu Xırdalan şəhərinə gələndən heç bir yerə getməmişdir. Gələndən yatmışdır. Səhər yoldaşı ilə ayağına görə həkimə getmişdir. Oğluna ayağını həkimə göstərməsi ilə bağlı acıqlanmışdır. O acıqlanandan sonra onlar poliklinikaya getmişlər. Həkim qəbulunda hətta Etibarın üzərində Azərbaycan pulu olmamışdır. Daha sonra pulu dəyişdirərək poliklinikanın pulunu vermişdir. Polis əməkdaşları gələnə qədər Etibar heç bir yerə getməmişdir. Həmin vaxta qədər Etibarın ayağını dərmanlamışlar. O vaxta qədər Etibar uzanmışdır. Hərdən ayağının ağrıdığını demişdir. Oğlunun ayağına şəkərə görə hər gün üç ədəd insult iynəsi vurulmuşdur. Oğlu bir neçə il ərzində Azərbaycana gəlməmişdir. Üç və ya dörd il olar ki, ölkəyə gəlməmişdir. Oğlu heç Xırdalan şəhərini tam olaraq tanımır. Həmin mənzil bacısının qohumuna məxsusdur. Gecəni Xırdalan şəhərində qalmışlar ki, səhər Gədəbəy rayonuna gedə bilsinlər. Gədəbəyə getməkdə məqsəd bacısı qızının nişan mərasimində iştirak etmək olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə Rusiya Federasiyası vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi, 23-cü küçə, 4 nömrəli binada yerləşən mənzildə müvəqqəti yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə qəbulu ilə məşğul olması və üzərində saxlaması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Rusiya Federasiyası vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi, 23-cü küçə, 4 nömrəli binada yerləşən mənzildə müvəqqəti yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə qanunsuz olaraq psixotrop maddə qəbulu ilə məşğul olması və üzərində saxlaması barədə şübhəli bilinən Rusiya Federasiyası vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi, 23-cü küçə, 4 nömrəli binada yerləşən mənzildə müvəqqəti yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi, 23-cü küçə, 4 nömrəli binanın yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. 23 iyun 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə əynindəki tünd rəngli şalvarın sağ yan cibindən çıxardığı 1 (bir) ədəd qara rəngli Samsung A 73 markalı mobil telefon aparatını, ardınca əynindəki qolsuz qara rəngli gödəkçənin (jiletin) sağ iç cibindən çıxardığı 1 (bir) şəffaf rəngli sellofana bükülmüş içərisində şəffaf rəngli kristal formalı maddəni qarşısındakı masanın üzərinə qoyaraq araşdırmaya təqdim edib bildirmiş ki, narkotik istifadəçisidir, təqdim etdiyi 1 (bir) şəffaf rəngli sellofana bükülmüş içərisində şəffaf rəngli kristal formalı maddə özünə məxsus olan narkotik vasitədir, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Xırdalan şəhərində 200 manat pula tanımadığı şəxsdən almışdır. Üzərindən aşkar olunmuş həmin maddəni o narkotik kimi adlandırır. Həmçinin, şəxsi axtarış zamanı RF-nin vətəndaşı Təqsirləndirilən şəxs oqlının üzərindən 1 (bir) ədəd cib dəsmalı da aşkar edilmişdir. Bundan sonra RF-nin vətəndaşı Təqsirləndirilən şəxs oqlının üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. RF-nin vətəndaşı Təqsirləndirilən şəxs oqlı buna heç bir etirazının olmadığını bildirmişdir. Buna görə RF-nin vətəndaşı Təqsirləndirilən şəxs oqlının üzərində polis əməkdaşları tərəfindən yoxlama aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı RF-nin vətəndaşı Təqsirləndirilən şəxs oqlının üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan edilmiş qeyd olunandan başqa hər hansı əşya və ya başqa qanunsuz hər hansı bir maddə aşkar olunmamışdır. Məhkəmə-kimyəvi ekspertizasının 24 iyun 2023-cü il tarixli 6/3522 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi- 10,226 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6190 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1827 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəl iliy ini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərində iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(012)-470/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin hakiminin əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 5(012)- 615/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarın qanuniliyinin yoxlanılmasına dair Abşeron Rayon Polis İdarəsinin, Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 qərarı geri qaytarılmışdır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2010cu il təvəllüdlü X8 adlı iki yetkinlik yaşına çatmayan övladları vardır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə Rusiya Federasiyası vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi, 23-cü küçə, 4 nömrəli binada yerləşən mənzildə müvəqqəti yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə qəbulu ilə məşğul olması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə küllü miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı müddətində özünü təqsirli bilməməsi ilə əlaqədar verdiyi ifadələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən qiymətləndirməyi zəruri hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinə şahidlərə ətraflı suallar verməklə onların müdafiə mövqeyini əsaslandırmaları üçün şərait yaradılmışdır. Bundan başqa məhkəmə əməliyyat tədbirini həyata keçirən polis əməkdaşlarının iş üzrə şahid qismində dindirilməsinin münasibət bildirərək qeyd edir ki, polis əməkdaşlarının sözügedən əməliyyat tədbirini həyata keçirən şəxslər olması səbəbindən məhkəmə bu hala həssaslıqla yanaşmış, həmin şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə iş materiallarında olan sübutları qarşılıqlı olaraq araşdırılmış və yekunda məhkəmə həmin şəxslərin şahid ifadələrinin həqiqəti əks etdirən obyektiv sübut olması qənaətinə gəlmişdir. Həmçinin məhkəmə polis idarəsinə təqsirləndirilən şəxslə bağlı əvvəllər əməliyyat məlumatının daxil olmaması və təqsirləndirilən şəxsin özünün də polis əməkdaşlarını əvvəlcədən tanımaması iş üzrə şahid polis əməkdaşlarının təqsirlənidirilən şəxsə qarşı qərəzlı olmaması qənaətinə gələrək onların verdikləri ifadələri həqiqətə uyğun saymışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs bildiridiyinə görə ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilmişdir. Lakin məhkəmə istintaqı zamanı cinayət işinin materiallarında buna dair heç bir sübuta rast gəlinməmişdir. Həmçinin müdafiə tərəfi buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Əksinə cinayət işinin materiallarında olan məhkəmə tibb ekspertizasının rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət izi aşkar olunmamışdır. Məhkəmə müdafiəçinin təqsirləndirilən şəxsin tutulduğu yer və məkan barədə bildirdiklərinə əsasən, qeyd edir ki, məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı qeyd olunan yerdə tutulması qənaətinə gəlinmaəsinə imkan verir. Bundan başqa məhkəmə müdafiçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən fərqli ifadə verməsinə dair qeyd edir ki, təqsirləndirilən şəxsin fərqli ifadələr verməsi əldə edilmiş sübutun qanuniliyini şübhə altına almaq üçün əsas deyildir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin hansı müddətdə narkotik istifadə etməsi, nə qədər istifadə etməsi, narkotik vasitəni haradan əldə etməsi barədə məlumatlar təqsirləndirilən şəxsin özünün bildirməsinə əsaslanan məlumatdır. Yəni sonradan şəxsin narkotik istifadəçisi olmaması yaxud narkotik vasitəni bildirdiyindən fərqli yollarla əldə etməsi ibtidai istintaq orqanının əldə etdiyi sübutun həqiqiliyini istisna etmir. Həmçinin məhkəmə müdafiəçinin təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan əldə etməsinə dair qeyd etdiyi fikrə əsasən bildirir ki, məhkəmə bu hala hazırki mərhələyədək qiymət vermişdir. Belə ki, məhkəmə müdafiə tərəfinin çıxışında qeyd etdiyi bu halla razıdır və yuxarıda da qeyd olunduğu kimi məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cnayət Məcəlləsinin 234-1.1-ci maddəsi ilə tövsif olunmalıdır. Bundan başqa məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs atasının məhkəmə istintaqı zamanı bildirdiklərinə dair qeyd edir ki, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X10 təqsirləndirilən şəxsin yaxın qohumu olan atasıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin şahid təqsirləndirilən şəxsin mövqeyini müdafiə etmək məqsədilə onun ifadəsinə uyğun ifadələr verir. Həmçinin həmin şahidin ifadəsində göstərdiyi hallar cinayət işində olan digər mötəbər sübutlara əsasən öz təsdiqini tapmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli və məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı ibtidai istintaqda və məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda psixotrop maddəni istifadə etməsi və saxlamasına dair əməli törətməsi onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə verdiyi ifadəsinə, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1- 1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını (59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 55 (əlli beş) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxs X2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. X2 aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 10,126 qram çəkidə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2023-cü il tarixdən hesablansın. X3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 55 (əlli beş) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxs X2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. X2 aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 10,126 qram çəkidə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (X7 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-497/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-497/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver