Məhkəmə qərarları › İş №1(124)-499/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-499/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-499/2024 18.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Nizami oğlunun sədrliyi, X7 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda Təqsirləndirilən şəxs yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 2,096 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 1,311 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroini, üzərində “Faran” yazısını oxunan blisterdə “F/M40” yazısı həkk olunmuş 01 ədəd qəhvəyimtil-boz rəngli dərman tabletinin tərkibində 0,04 qram narkotik vasitə metadonu istintaqa məlum olmayan mənbədən və vaxtda, istintaqa məlum olmayan şəraitdə əldə edib, 01 ədəd bükümdə 1,515 qram psixitrop maddə metamfetamini üzərində qanunsuz daşıyaraq, digər narkotik vasitələri və psixotrop maddəni yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 41 ünvanında qanunsuz saxlamış, 27 sentyabr 2023-cü il tarixdə, saat 18:30 radələrində Sumqayıt şəhər polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 41 ünvanında Sumqayıt şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarına əsasən baxış keçirilən zaman təmiz çəkisi 0,581 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 03 ədəd bükümdə ümumi təmiz çəkisi 1,311 qram olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,327 qram, 0,057 qram, 0,927 qram olan eyni tərkibli qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “Faran” yazısı oxunan blisterdə “F/M40” yazısı həkk olunmuş 01 ədəd qəhvəyimtil-boz rəngli dərman tabletinin tərkibində 0,04 qram narkotik vasitə metadon evin qonaq otağına girişdən sol tərəfdəki masanın üzərindən, 01 ədəd bükümdə 1,515 qram çəkidə eyni tərkibli ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin isə Sumqayıt şəhər polis İdarəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, Polislər onu evdən tutmamışlar. O, evdən küçəyə çıxıb qapılarının ağzında dayanmışdır. İki avtomobilin dayandığını görmüşdür. Həmin avtomobillərdən 6-7 nəfər düşmüş və onun həyətinə girmişlər. Onların polis olduqlarını bildiyi üçün qaçmışdır. Qaçanda evə tərəf yox o biri tərəfə qaçmışdır. Daha sonra onlar gəlmiş və onun qolundan tutmuşlar. Onu daha sonra evə gətirmişlər. Polislər onu təhqir etmiş və öz həyətində döymüşlər. Çəkiliş aparılanda evdə heç bir şeyin olmadığını demişdir. Evdəkilər və uşaqlar evdə olmamışdır. Evin bir tərəfini axtarış apararkən dağıtmışlar. Stolun üstündə bir qram narkotik vasitə olmuşdur. Onu polis bölməsinə aparmış və həmin bir qram narkotikin onun olduğunu bildirmişlər. Bir qramdan bir az çox miqdarda narkotik vasitə olmuşdur. Metamfetamin də olmuşdur. İkisindən də istifadə etmişdir. Onun satış niyyəti olmamışdır. Metamfetaminin miqdarı iki qram olmamışdır. Narkotiki bir qramdan bir az çox miqdarda almışdır. Aşkar olunan narkotik vasitə ona məxsus olmuşdur. Üzərinə baxış keçirmişlər. Daha sonra onu polis bölməsinə aparmışlar. Orada da yenidən üzərinə baxış keçirmişlər. Təhqiqatçının otağına aparmışlar. Prokurorluğa şikayət etmişdir. Onun döyülməsi barədə bədənində xəsarət qalmamışdır. Polislər onu qorxutmuşlar. Sanskiya məhkəməsində hər şeyi hakimə demişdir. Heroin onda olmuşdur. O narkotik vasitəni xəstə olduğu üçün istifadə etmişdir. Onda xırda bağlamalar olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışıdr. Belə ki təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü Cinayət Mcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamışdır. Əvəllər dəfələrlə məhkum olunmuşdur. xx.xx.2023- cü il tarixdə saat 18:30 radələrində yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 41 saylı mənzildə olduğu zaman, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək özlərini təqdim etdikdən sonra onun yaşadığı mənzildə narkotik vasitələr və psixotrop maddələr saxlamaqda şübhəli olduğunu və Sumqayıt şəhər Məhkəməsinin qərarı əsasında mənzilinə baxış keçirilməsinin zəruriliyi bildirilərək hüquq və vəzifələri ona elan olunduqdan sonra mənzilində saxlanması qadağan olunmuş maddə və əşyanın olub-olmaması, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. O, yaşadığı evin otağında olan masanı və masanın üzərinə qoyduğu maddələri onlara göstərib həmin maddələrin narkotik vasitə heroin və psixotrop maddə olan “şüşə” olduğunu bildirmişdir. Polis əməkdaşları mənzildə yerləşən masanın üzərində olan 03 ədəd biri şəffaf sellofana bükülmüş halda olan və büküm göy rəngli sellofana bükülmüş halda olan bükümləri, bir ədəd üzərində F/M-40 sözləri yazılmış həbi və 07 ədəd üzərində “Tramadol” sözləri yazılmış iki konvalyutda olan həblərə baxış keçirərək 03 büküm hər biri şəffaf rəngli sellofana bükülmüş halda, onlardan da iki bükümü açıq vəziyyətdə olmaqla hər birinin içərisində qəhvəyi rəngdə narkotik vasitə olan heroinə bənzər maddələrin, 01 büküm göy rəngli sellofanda açıq halda olan içərisində ağ rəngli kristal halda olan psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu, bir ədəd üzərində F/M-40 sözləri yazılmış həb və 7 ədəd iki konvalyutda olmaqla üzərində “Tramadol” sözləri yazılmış həblərin olduğu və bir ədəd üzərində “Katel” sözləri yazılmış qara rəngli mobil telefon cihazının olduğunu aşkar etmişlər. Sorğu zamanı həmin maddələri təxminən 15 gün əvvəl adını xatırlamadığı şəxsdən yarım qramını 50 (əlli) manata aldığını və ağrıları olduğundan şəxsi istifadəsi üçün aldığını və istifadə etmək üçün öz yaşadığı mənzildə saxladığını bildirmişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş 3 ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş bükümlərin içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr ayrı-ayrılıqda elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin 1-ci bükümün çəkisinin 0,15 qram, 2-ci bükümün çəkisinin 0,55 qram və 3-cü bükümün çəkisinin 1,11 qram olduğu, aşkar edilmiş 01 büküm göy rəngli sellofanda olan içərisində ağ rəngli kristal halda olan psixotrop maddə olan metamfetaminə bənzər maddənin sellofanla birlikdə çəkisinin 0,65 qram olduğu müəyyən edilmişdir. Yaşadığı ünvandan aşkar olunmuş həmin maddələr ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Bundan əlavə mənzilindən aşkar edilmiş özünə məxsus “Katel” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Yaşadığı ünvana baxış keçirilərkən saxlanması qadağan olunmuş başqa əşya, maddə aşkar edilməmişdir. Bundan sonra ona şübhəli şəxs qismində tutulması elan olunmuş və onu araşdırma aparılması üçün Sumqayıt ŞPİ- nə dəvət etmişlər. O, Pİ-də olan zaman ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirmiş və o buna etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X4 təqdim olunmuş, o təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunduqda, narkotik vasitələrdən asılılığı olduğu üçün ağrıları olduğundan qeyri-ixtiyarı üzərinə saxlanması qadağan olunmuş əşya və ya maddənin olmadığını bildirmiş, lakin polis əməkdaşları üzərinə şəxsi axtarış keçirdikləri zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda olan bir büküm, həmin şalvarın sol yan cibindən bir ədəd 20 qəpik, bir ədəd 10 qəpik olmaqla, ümumilikdə 30 qəpik dəmir pullar, əynində olan qara rəngli dəri materialdan olan gödəkçənin sol yan cibindən bir ədəd üzərində “Rothamans” yazısı olan siqaret qutusu içərisində siqaret dənələri ilə birlikdə aşkar olunmuşdur. Aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda olan bir bükümə baxış keçirildikdə həmin bükümün içərisində ağ rəngli kristal halda olan psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən olunmuşdur. Sorğu zamanı həmin maddənin şüşə olduğunu, həmin maddəni 3-4 gün əvvəl tanımadığı şəxsdən 50 (əlli) manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda olan bir büküm içərisindəki maddə ilə birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin büküldüyü sellofanla birlikdə 1,68 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddə ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Daha sonra üzərindən aşkar edilmiş 30 qəpik dəmir pullar və siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, istifadə etməsi və yaşadığı ünvanda saxlaması ilə bağlı Sumqayıt ŞPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. 21,09.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsindən Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə müvafiq icazənin verilməsi ilə bağlı qərar alınmış, həmçinin rəhbərliyə raportla müraciət edilərək Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və yaşadığı evə baxış keçirilməsi zərurətinin yarandığı bildirilərək müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. Raport əsasında əməliyyat istintaq qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə biz Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(060)-690/2023 saylı qərarı əsasında Təqsirləndirilən şəxs evinə baxış keçirmək məqsədilə yaşadığı ünvanın qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvana daxil olmaq üçün mənzilinin qapısını döydükləri zaman onun oğlu olan Şahid4 onlara qapını açmışdır. Onlar Şahid4 özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onun atasının yəni Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və istifadə etmədə şübhəli olduğunu bildirərək Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023cü il qərarına əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinin zəruriliyini bildirmişlər. Şahid4 onları Təqsirləndirilən şəxs olduğu otağa aparmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onun Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və istifadə etmədə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və evinə baxış keçirilməsinin zəruriliyi bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığını demişdir. Baxış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmiş ki, yaşadığı mənzildə narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs özü masanın üzərində olan 3(üç) ədəd şəffaf rəngli sellofana bükülmüş halda olan və 01 (bir) ədəd göy rəngli sellofana bükülmüş halda olan bükümləri, 01 (bir) ədəd üzərində M-40 sözləri yazılmış həbi və üzərində “Tramadol” sözləri yazılmış iki konvalyutda olan 07(yeddi) ədəd həbləri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs evindən aşkar edilmiş maddələri 15 gün öncə tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş maddələr təhqiqatçı tərəfindən Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Pİ-nə gəlmişdir. Pİ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, həmçinin növbədə olan vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahını nəzərdən keçirib hüquqlarının X4 tərəfindən müdafiə olunmasını xahiş etmişdir. Müdafiəçi təqdim edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasının zəruriliyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına etirazının olmadığını demişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmiş ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibində olan 01 şəffaf rəngli sellofana bükülmüş halda olan 01 (bir) ədəd büküm aşkar edilmişdir. Aşkar olunmuş 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş halda olan bükümə baxış keçirildikdə həmin bükümün içərisində ağ rəngli kristal halda olan psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm içərisindəki maddə ilə birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin büküldüyü sellofanla birlikdə 1,68 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 işin halları ilə bağlı Şahid1la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid2 şahidlər Şahid3 və Şahid1la eyni məzmunlu ifadə verməklə onların ifadələrində göstərdikləri xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. O həmin gün iş yerində olmuş və axşam saatlarında evə gələrkən polislərin gəldiyini bilmişdir. Bundan sonra polis əməkdaşları ona məhkəmə qərarını göstərmişlər və buna əsasən onları evə buraxmışdır. Bundan sonra evdən narkotik vasitə aşkar edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini ona heç bir təsir, təzyiq olunmadığını və ifadəsini oxumaqla imzaladığını bildirmişdir. Şahidin ibtidai istintaqda verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun atasıdır. O atası ilə birlikdə yaşayır. Atası narkotik vasitə istifadəçisidir. Bu əməlinə görə o əvvəllər məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:30 radələrində yaşadıqları ünvanın qapısı döyülmüşdür. O qapını açdıqda bir neçə nəfər mülki geyimli şəxs özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra həmin şəxslər ondan Təqsirləndirilən şəxs bu ünvanda yaşayıb-yaşamamasını soruşmuşlar. O Təqsirləndirilən şəxs onun atası olduğunu və bu ünvanda yaşadığını bildirmişdir. Polis əməkdaşları atası Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli olduğunu, bu səbəbdən Sumqayıt şəhər Məhkəməsinin qərarına əsasən yaşadıqları mənzilə baxış keçirəcəklərini bildirmişlər. O onların həyətə daxil olmasına heç bir etiraz etməmişdir. Polis əməkdaşları yaşadılan evə daxil olmuşlar. Həmin vaxt atası Təqsirləndirilən şəxs də evdə imiş. Polis əməkdaşları özlərini atasına təqdim edib və onu məhkəmə qərarı ilə tanış etmişlər. Daha sonra polis əməkdaşları yaşadıqları evin otaqlarına baxış keçirmişlər. Evin qonaq otağındakı masanın üzərində 3 ədəd hər biri şəffaf sellofana bükülmüş halda olan və 01 bükümdə göy rəngli sellofona bükülmüş halda olan bükümləri, bir ədəd üzərində M-40 sözləri yazılmış həbi və 7 ədəd üzərində “Tramadol” sözləri yazılmış iki konvalyutda olan həblərə baxış keçirərək 3 büküm hər biri şəffaf rəngli sellofon bükülmüş halda, onlardan da iki bükümü açıq vəziyyətdə olmaqla hər birinin içərisində qəhvəyi rəngdə narkotik vasitə olan heroinə bənzər maddənin, 01 büküm göy rəngli sellofonda açıq halda olan içərisində ağ rəngli kristal halda olan psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu, bir ədəd üzərində M-40 sözləri yazılmış həb və 7 ədəd iki konvalyutda olmaqla üzərində “tramadol” sözləri yazılmış həblərin olduğu və bir ədəd üzərində “Katel” sözləri yazılmış qara rəngli mobil telefon cihazının olduğu aşkar edilmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq atası bildirmişdi ki, həmin maddələri təxminən 15 gün bundan öncə adını bilmədiyi və üzdən xatırlamadığı şəxsdən yarım qramını 50 manata almışdır. Daha sonra həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları atasını özləri ilə polis idarəsinə aparmışlar. O həmin gün polis idarəsinə getmiş və ona məlum olmuş ki, atasının üzərinə şəxsi axtarış aparılan zaman onun üzərindən əlavə olaraq narkotik vasitə aşkarlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində qanunsuz olaraq külli müxtəlif növ narkotik vasitələrin üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlamasında şübhəli bilinən xx.xx.1968-ci ildə ünvan 7 ünvanın da qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-yə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində qanunsuz olaraq külli müxtəlif növ narkotik vasitələrin üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlamasında şübhəli bilinən xx.xx.1968-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs yaşadığı ünvana Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(060)- 690/2023 saylı qərarına əsasən baxış keçirilmiş və Təqsirləndirilən şəxs Polis İdarəsinə gətirilən zaman üzərindən narkotik vasitə olduğu müəyyən edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, təqdimat və vəsatətə təmin olunmaqla Təqsirləndirilən şəxs məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 41 ünvanına daxil olma və baxış keçirilməsinə icazə verilmişdir. 27 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan, eyni tarixli şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 (bir) ədəd “DVD” formatlı diskən müəyyən olunur ki, 00:01-ci təhqiqatçı Zaur Cəfərovun özünü təqdim etdiyi görsənir. Bundan sonra təhqıqatçı Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 41 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş narkotik vasitələrin və psixotrop maddələrin saxlanılması barədə məlumat daxil olduğunu qeyd edir. Sumqayıt şəhər məhkəməsinin 21,09.2023-cü il tarixli 5(060)-690/2023 qərarı əsasında Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilməsinin zəruriliyi qeyd edilir. Bundan sonra təhqiqatçının göstərişi ilə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları özlərini təqdim edirlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs məxsus evinin qapısı döyülən zaman qapını Şahid4 açır. O, Təqsirləndirilən şəxs oğlu olduğunu bildirir. Təhqiqatçı Şahid4 atası Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə olunması, istifadə və yaşadığı mənzildə saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu, Sumqayıt şəhər Məhkəməsinin qərarı əsasında yaşadığı mənzilə baxış keçirilməsinin zəruriliyi bildirir və Təqsirləndirilən şəxs mənzildə olub-olmadığı soruşulur. Şahid4 atası Təqsirləndirilən şəxs evdə olduğunu bildirib polis əməkdaşlarını evə dəvət edir. Polis əməkdaşları Təqsirləndirilən şəxs oğlu Şahid4lə birgə evə daxil olduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünə təqdim edir və ondan özünü təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs hazırda olduğu ünvanda ailə üzvləri ilə birgə yaşadığını deyir. Təhqiqatçı Təqsirləndirilən şəxs onun barəsində Sumqayıt ŞPİ-nin NMB-nə yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında onun yaşadığı mənzilə baxış keçirilməsinə razılıqla bağlı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamadığını, saxladığı təqdirdə həmin maddələri təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs isə olduqları otaqdakı masanın üzərində öz şəxsi istifadəsi üçün narkotik vasitələr saxladığını bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin maddələri təqdim etməyi təklif etdikdə Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq masanın üzərində otan narkotik vasitə, psixotrop maddə və tərkibində narkotik vasitə olan dərman həblərini təqdim edib, bədənində ağrılar olduğu üçün tanımadığı şəxsdən 15 gün əvvəl qramını 50 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə məlumat verib ona hüquq və vəzifələri barədə bildirişi təqdim edir. Bundan sonra masanın üzərinə baxış keçirilən zaman masanın üzərində 03(üç) ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər, 01 (bir) ədəd göy rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə, həmçinin 02(iki) ədəd blister kəsiyində ümumilikdə 07(yeddi) ədəd üzərində “Tramadol” yazısı olan həblər və 1 (bir) ədəd üzərində “F/M40” yazısı olan həb aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddələri Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 03(üç) ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş bükümlərin içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələr ayrı-ayrılıqda elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin 1-ci bükümün çəkisinin 0,15 qram, 2-ci bükümün çəkisinin 0,55 qram və 3-cü bükümün çəkisinin 1,11 qram olduğu, və 01 (bir) ədəd göy rəngli sellofanda olan içərisində ağ rəngli kristal halda olan psixotrop maddə olan metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilən zaman çəkisinin 0,65 qram olduğu müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilir, lakin mənzildən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş maddələr Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənərək qablaşdırılır. Təhqiqatçı prosesual sənədlərin tərtib olunması məqsədi ilə Təqsirləndirilən şəxs onlarla birlikdə Pİ-nə getməli olacağını bildirir.X8 yekun məruzəsi ilə bitir. Bundan sonra görüntünün 00:01 -ci saniyəsində təhqiqatçı Zaur Cəfərovun şübhəli şəxs qismində saxlanılmış şəxsə özünü təqdim etdiyi görsənir. Bundan sonra təhqiqatçı şübhəli şəxsdən özünü təqdim etməsini tələb edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin qərarı əsasında mənzilinə keçirilən baxış zamanı oradan narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələrin aşkar olunduğunu bildirir və bundan sonra Pİ-nə dəvət edildiyini qeyd edir. Həmçinin təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim edir. Bundan sonra polis əməkdaşları özlərini təqdim edirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün özünün seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim edir. Təqsirləndirilən şəxs müdafiəçiyə heç bir etirazının olmadığını bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təklif edir ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olmadığını bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəfaf rəngli sellofana bükülmüş halda olan büküm aşkar edilir. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin psixotrop maddə metamfetamin olduğunu, tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Təhqiqatçı tərəfindən şəffaf rəngli bükümün içərisinə baxış keçirilən zaman içərisində ağ rəngli kristal halda olan psixotrop maddə metamfetaminə bənzər olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm içərisindəki maddə ilə elektron tərəzidə çəkilərkən çəkisinin 1,68 qram olması müəyyən olunur və aşkar edilmiş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürlənir. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı fiziki işgəncəyə məruz qalmadığını bildirir. X8 yekun məruzəsi ilə bitir. Məhkəmə-kimyəvi ekspertizasının 28 sentyabr 2023-cü il tarixli, 3- 16-16/2-6/5111 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” və s. yazılar, soyadlar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,515 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -Üzərində , “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...” və s. Yazılar, soyadlar, imzalar olan paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,327 qram; 0,057 qram; 0,927 qram; ümumi təmiz çəkiləri 1,311 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd bükümdə təmiz çəkisi 0,581 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərlərində “Tramadol 50mq” göstəriciləri olan 02 ədəd blister kəsiyində ümumilikdə 07 ədəd ağ/qırmızı dərman kapsullarının tərkibində ümumilikdə 0,35 qram güclü təsir edən maddə-tramadol, üzərində “...Faran...” yazısı oxunan 01 ədəd blister kəsiyindəki “F/M40” yazısı həkk olunmuş 01 ədəd qəhvəyimtil-boz rəngli dərman tabletinin tərkibində 0,04 qram narkotik vasitə - metadon müəyyən edildi. 1 və 2№-li zərflərdəki psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub ümumi təmiz çəkisi 2,096 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli 6281 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 02.11,2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. Sumqayıt şəhər məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 4(060)-373/2023-cü il saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində qanunsuz olaraq külli müxtəlif növ narkotik vasitələrin üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlamasında şübhəli bilinən xx.xx.1968-ci ildə ünvan 7 ünvanın da qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-yə məlumat daxil olmuş, şəxsin evinə məhkəmə qərarına əsasən baxış keçirilmiş, bundan sonra polis idarəsini gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş,evinə baxış zamanı və şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə metanfetaminə bənzər kütlələr, həblər aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs evinə baxış və üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilərək narkotik vasitənin, həbin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin oğlu Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini qeyri səmimi verilmiş bir ifadə kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs şahidin yaxın qohumu olduğu üçün onu müdafiə xarakterli ifadə vermişdir. Ona görə də məhəkəmə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini daha səmimi və obyektiv verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (ağırlaşdıran hallar yoxdur) və ağırlaşdıran hallar (ağırlaşdıran hallar yoxdur), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir ) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs götürülərək maddi sübut kimi tanınıb, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,896 qram psixotrop maddə metamfetamin, 1,191 qram narkotik vasitə heroin və 0,5 tablet narkotik vasitə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs götürülərək maddi sübut kimi tanınıb, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,896 qram psixotrop maddə metamfetamin, 1,191 qram narkotik vasitə heroin və 0,5 tablet narkotik vasitə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar