Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-5/2022 14.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri: Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakları ilə,
1. xx xxxxxx 1988-ci ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Tərtər rayonu, Hacıqərvənd kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə,
2. xx xxxxxx 1996-cı ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Tərtər rayonu, Həsənqaya kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1 və 181.2.5-ci maddələri ilə,
3. xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, ev 7, məzil 87-də qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmişin həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq etməklə basqın edib quldurluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmişin həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq etməklə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə tamah məqsədi ilə adam oğurluğu cinayət əməlini törətmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 16 aprel 2020-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, «Abşeron Gənclər şəhərciyi» ərazisində gəlmiş, Qalib adlı şəxsə Zərərçəkmiş şəxs 1500 manat pul borcu olduğunu cüzi səbəb gətirərək özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davaranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək həmin ərazidəki 10 saylı tam orta məktəbin qarşısındakı ərazidə Zərərçəkmiş şəxs bıçaq tətbiq etmək hədəsi ilə hücum etmiş, sonuncu həyat və sağlamlığı üçün olan təhlükə ilə qorxudaraq idarə etdiyi Vaz 21214 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib hərəkətə gətirərək ərazidən uzaqlaşmaq istədikdə o, hərəkətdə olan avtomobilin üzərinə atılıb alın şüşəsinə bərkibilmiş şüşəsilənin dəmirindən yapışaraq üzərində gəzdirdiyi bıçaqla zor tətbiq edilməsi hədəsini davam etdirərək ilə hücum edib, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıq hörmətsizlik ifadə edərək hərəkətlər etməklə xuliqanlıq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxslərlə cinayət əlaqəsiə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə 17 aprel 2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır kəndi, «Abşeron Gənclər şəhərciyi» ərazisinə gəlmiş və 18 aprel 2020-ci il tarixdə saat 05 radələrinədək silah qismində istifadə edilən dəmir parçası, digərləri isə silah qismində itifadə edilən bıçaqla silahlanaraq pusqu qurub zorakılıq tətbiq etməklə Zərərçəkmiş şəxs basqın etməsi üçün gözləmiş, həmin radələrdə sonuncu idarə etdiyi “VAZ 21214” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Abşeron rayonu, Masazır kəndi, «Abşeron Gənclər şəhərciyi», 20ci blokun qarşısına gəlib avtomobilin qapısını açıb düşmək istədikdə o, əlindəki dəmir parçasından silah qismində istifadə edərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıqla Zərərçəkmiş şəxs hücum edib sol gicgah nahiyəsindən vurmaqla, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə üzərlərində olan bıçaqlarla Zərərçəkmiş şəxs basqın edib avtomobilin arxa oturacağında uzandıraraq zərərsizləşdirmiş, o, sükanın arxasında əyləşərək Zərərçəkmiş şəxs avtomobilin sürmüş, qrup üzvləri Təqsirləndirilən şəxs3 qabaqda, Təqsirləndirilən şəxs2 arxada oturaraq salonunda Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edərək əl-ayağını və ağzını skoçla bağlamış, yumruqla bədəninin müxtəlif nahiyələrinə vuraraq ona alın nahiyəsinin sol hissəsini və sol gicgah nahiyəsini əhatə edən geniş həcmli dərialtı hematoması, burunla tənəffüsün pozulması ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında əzilməsi, üst dodağın selikli qişasının geniş ölçülü əzilmiş yaraları, alın nahiyəsinin sol hissəsinin, sol gicgah nahiyəsinin və sağ gicgah nahiyəsinin sıyrıqları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirdikdən sonra Zərərçəkmiş şəxs üzərində olan 380 manat pulu ələ keçirmiş, bundan sonra istintaqa şəxsiyyəti məlum olmayan Elçin və Nərmin adlı şəxslərlə iradəsinə zidd Bakı şəhəri, Yasamal rayonu, Nərimanov heykəlinin yaxınlığında yerləşən «Sovetski» adlanan ərazidə Təqsirləndirilən şəxs1 kirayə yaşadığı həyət evinə apararaq 18 aprel 2020-ci il saat 05 radələrindən 18 aprel 2020-ci il saat 21 radələrinədək orada saxlamış və azad olunması üçün 1500 manat pul tələb edilməklə Zərərçəkmiş şəxs oğurlamışlar. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmişin həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq etməklə basqın edib quldurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmişin həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq etməklə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə tamah məqsədi ilə adam oğurluğu cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tamah məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 aprel 2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır kəndi, «Abşeron Gənclər şəhərciyi» ərazisinə gəlmiş və 18 aprel 2020-ci il tarixdə saat 05 radələrinədək pusqu qurub zorakılıq tətbiq etməklə Zərərçəkmiş şəxs basqın etməsi üçün gözləmiş, həmin radələrdə sonuncu idarə etdiyi Vaz 21214 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Abşeron rayonu, Masazır kəndi, «Abşeron Gənclər şəhərciyi», 20-ci blokun qarşısına gəldikdə Təqsirləndirilən şəxs1 əlindəki dəmir parçasından silah qismində istifadə edərək Zərərçəkmiş şəxs hücum edib sol gicgah nahiyəsindən vurmuş, daha sonra o və Təqsirləndirilən şəxs2 üzərlərində olan bıçaqlarla Zərərçəkmiş şəxs basqın edib avtomobilin arxa oturacağında uzandıraraq zərərsizləşdirmiş, Təqsirləndirilən şəxs1 avtomobilin sükanı arxasında əyləşərək Zərərçəkmiş şəxs avtomobilini sürmüş, o, və Təqsirləndirilən şəxs2 avtomobilin salonunda Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edərək əl-ayağını və ağzını skoçla bağlamış, yumruqla bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya alın nahiyəsinin sol hissəsini və sol gicgah nahiyəsini əhatə edən geniş həcmli dərialtı hematoması, burunla tənəffüsün pozulması ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında əzilməsi, üst dodağın selikli qişasının geniş ölçülü əzilmiş yaraları, alın nahiyəsinin sol hissəsinin, sol gicgah nahiyəsinin və sağ gicgah nahiyəsinin sıyrıqları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirdikdən sonra Zərərçəkmiş şəxs üzərində olan 380 manat pulu ələ keçirmiş, bundan sonra istintaqa şəxsiyyəti məlum olmayan Elçin və Nərmin adlı şəxslərlə Zərərçəkmiş şəxs iradəsinə zidd Bakı şəhəri, Yasamal rayonu, Nərimanov heykəlinin yaxınlığında yerləşən «Sovetski» adlanan ərazidə Təqsirləndirilən şəxs1 kirayə yaşadığı həyət evinə apararaq 18 aprel 2020-ci il saat 05 radələrindən 18 aprel 2020-ci il saat 21 radələrinədək orada saxlamış və azad olunması üçün 1500 manat pul tələb edilməklə Zərərçəkmiş şəxs oğurlamışlar. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmişin həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq etməklə basqın edib quldurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmişin həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq etməklə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə tamah məqsədi ilə adam oğurluğu cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 aprel 2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır kəndi, «Abşeron Gənclər şəhərciyi» ərazisinə gəlmiş və 18 aprel 2020-ci il tarixdə saat 05 radələrinədək pusqu qurub zorakılıq tətbiq etməklə Zərərçəkmiş şəxs basqın etməsi üçün gözləmiş, həmin radələrdə sonuncu idarə etdiyi Vaz 21214 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Abşeron rayonu, Masazır kəndi, «Abşeron Gənclər şəhərciyi», 20-ci blokun qarşısına gəldikdə Təqsirləndirilən şəxs1 əlindəki dəmir parçasından silah qismində istifadə edərək Zərərçəkmiş şəxs hücum edib sol gicgah nahiyəsindən vurmuş, daha sonra o və Təqsirləndirilən şəxs3 üzərlərində olan bıçaqlarla Zərərçəkmiş şəxs basqın edib avtomobilin arxa oturacağında uzandıraraq zərərsizləşdirmiş, Təqsirləndirilən şəxs1 avtomobilin sükanında əyləşərək avtomobili sürmüş, o, və Təqsirləndirilən şəxs3 avtomobilin salonunda Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edərək əl-ayağını və ağzını skoçla bağlamış, yumruqla bədəninin müxtəlif nahiyələrinə vuraraq ona alın nahiyəsinin sol hissəsini və sol gicgah nahiyəsini əhatə edən geniş həcmli dərialtı hematoması, burunla tənəffüsün pozulması ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında əzilməsi, üst dodağın selikli qişasının geniş ölçülü əzilmiş yaraları, alın nahiyəsinin sol hissəsinin, sol gicgah nahiyəsinin və sağ gicgah nahiyəsinin sıyrıqları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirdikdən sonra Zərərçəkmiş şəxs üzərində olan 380 manat pulu ələ keçirmiş, bundan sonra istintaqa şəxsiyyəti məlum olmayan Elçin və Nərmin adlı şəxslərlə Zərərçəkmiş şəxs iradəsinə zidd Bakı şəhəri, Yasamal rayonu, Nərimanov heykəlinin yaxınlığında yerləşən «Sovetski» adlanan ərazidə Təqsirləndirilən şəxs1 kirayə yaşadığı həyət evinə apararaq 18 aprel 2020-ci il saat 05 radələrindən 18 aprel 2020-ci il saat 21 radələrinədək orada saxlamış və azad olunması üçün 1500 manat pul tələb edilməklə Zərərçəkmiş şəxs oğurlamışlar. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs 2008-ci ildən tanımış, onunla kirvə olmuşlar. Zaminin onun əmisi oğluna 1.500 manat borcu olduğu üçün 2020-ci ilin aprel ayının 16-da məhəllələrinə gedib onunla görüşmək istəmişdir. Belə ki, əmisi oğlu ilə Zaminin arasında əlaqəni özü yaratdığı üçün Zaminə zəng vurub məsələni həll etmək istəmişdir. Zamin həmin vaxt “Niva” maşını ilə məhəllədən çıxarkən onunla söhbət etmək üçün yaxınlaşmış, lakin Zamin maşını saxlamayaraq sürmüş, buna görə maşının kapotuna çıxıb saxlatmaq istəmiş, lakin Zamin sürüb getmişdir. Növbəti gün Zamin yenə də onun zəglərinə cavab vermədiyi üçün onların məhəllərinə getmişdir. Yavərlə Eşqində onunla olmuşlar. Yavərlə saat 9-10 radələrində görüşmüş, Eşqin həmin ərazidə yaşadığı üçün özü gəlmişdir. Gecədən səhərə gədər Zamini gözləmişlər və o, Niva maşını ilə səhər saat 05 radələrində gəlmişdir. Zaminə niyə zənglərinə cavab vermədiyini demiş, aralarında mübahisələri düşmüş və qarşılıqlı dalaşmışlar, buna görə Zamində xəsarətlər yaranmışdır. Həmin vaxt Yavərlə Eşqin kənarda durmuş, onları ayırmağa çalışmışlar. Sonra Zamin təklif etmişdir ki, sphbət etmək üçün onun evinə getsinlər. Buna görə Zaminin maşını ilə öz yaşadığı “Sovetski” ərazisində olan evə getmişlər. Həmin vaxt Zaminin maşının özü sürmüşdür. Sonra Zaminlə razılaşmışlar və Zamin ona 280 manat pul verib gütmişdir. Zaminə Zaminə həmin vaxt zor tətbiq edən və əlini-qolunu skoçla bağlayan olmamışdır. Məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2011-ci ildən tanıyır. Zərərçəkmiş şəxs Sədərək ticarət mərkəzində mağaza işlədirdi, tanışı Xəqani də orada işlədiyindən Xəqaninin vasitəsi ilə Zaminlə tanış olmuşdur. O, həmin vaxtlar taksi fəaliyyəti ilə məşğul olmuş, Zaminlə münasibəti normal olmuş, ədavəti və düşmənçilyi olmamışdır. 2020-ci ilin fevral ayında oğlu Emilə kiçik toy etmiş, Zaminlə münasibəti yaxşı olduğu üçün ondan uşağına kirvə olmasını bildirmiş, o, oğlu Emilə 2020ci ilin fevral ayında Bakı şəhərində“Təbrik”şadlıq sarayında kiçik toy məclisi etmiş, Zamin uşağının kirvəsi olmuş, Zamin məclisə birlikdə yaşadığı Sara ilə birlikdə gəlmişdir. 2015-ci ildə əmisi nəvəsi Qalib Zamindən “Seat” markalı avtomobil 1500 manata almış, avtomobildə problem olduğu üçün Qalib avtomobili Zaminə qaytarmalı olmuş, Zamin Qalibdən aldığı 1500 manat pulu 10 gün müddətində verəcəyini demiş, lakin Zamin Qalibin pulunu geri qaytarmamış, ona bir neçə dəfə Qalib öz iradını bildirmişdir ki, dostu Zamin onun pulunu vermir. O da hər dəfə Zaminə xahiş etmişdir ki, Qalibin pulunu versin, lakin Zamin müxtəlif bəhanələr gətirərək Qalibin 1500 manat pulunu verməmişdir. 2020-ci ilin aprel ayının əvvəllərində Qalibin atası Firdovsi ona yenidən bildirmişdir ki, Zaminə demişdir ki, onun pulunu versin, artıq Firdovsi və oğlu Qalib ondan bu məsələyə görə incimiş, o da bir neçə dəfə Zaminin mobil telefonuna zəng etmiş, lakin Zamin onun telefon zənglərini açmamışdır. O, məcbur olub 16 aprel 2020-ci il tarixdə saat 13 radələrində Zaminin yaşadığı Abşeron rayonu, Masazır kəndi “Abşeron Gənclər şəhərciyinə” getməli olmuş, o, oraya gedən zaman Yavərlə Eşqin də onunla gedəsi olmuşdur. Göstərmişdir ki, Eşqin və Yavər Zaminin onun əmisioğlu Qalibə borcu olduğunu bilmiş, o, Yavər və Eşqin “Abşeron Gənclər şəhərciyi” nə gəlmiş, bu zaman Zaminin Niva markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı binanın qarşısından çıxdığını görmüş, o əl edib Zaminin avtomobilini saxlamaq istəmiş, Zamin avtomobili saxlamamış, Yavər və Eşqin kənara çəkilmiş, Zamin avtomobilin kapotunun üzərinə çıxaraq iki əli ilə şüşə silənin qollarından yapışmış, lakin Zamin ona əhəmiyyət verməyərək avtomobili Bakı-Sumqayıt yolu istiqamətində hərəkət etdirmişdir. O, dəfələrlə Zamindən avtomobili saxlamasını bildirmiş, lakin Zamin avtomobili yüksək sürətlə hərəkət etdirmiş, o,cibində olan bıçağıçıxartmış və bıçaqla onu hədələyərək maşını saxlamasını tələb etmiş ki, maşının salonuna daxil olsun. Lakin həmin vaxtı Zamin avtomobili sağa-sola oynadaraq qəfildən tormoz etmiş və o da kapotun üzərindən yerə düşmüş, bundan sonra Zamin orada uzaqlaşıb getmiş,o da Yavərin və Eşqinin yanına getmiş və onlarla birlikdə oradan uzaqlaşıb getmişdir. 16 aprel 2020-ci il tarixdə saat 14 radələrində Zaminin dostu Sahib adlı şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Zaminin nə üçün qarşısını kəsməsini bildirmiş, ona demişdir ki, Zamin ona qarşı lazımsız hərəkət etmişdir. Bu zaman Sahib onun ünvanına nalayiq söyüşlər söymüş və onunla görüşmək istədiyini demişdir. O, bundan sonra bir neçə dəfə Zaminin istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrəsini bir neçə dəfə yığmış ki, onunla görüşüb aralarında olan münasibətlərə aydınlıq gətirsin, lakin Zamin yenə də onun zənglərinə cavab verməmişdir. 17 aprel 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Yadigar” marketin yaxınlığında olan zaman Yavər və Eşqinə demişdir ki, Zaminin yaşadığı binanın qarşısına gedir, bir gün əvvəl nə səbəbə onu avtomobilin kapotunda sürdüyünün səbəbini soruşsun. Yavər və Eşqin onun tək ora getməməsi üçün onunla birlikdə “Abşeron Gənclər şəhərciyi”nə marşurut avtobusu ilə getmişlər. 17 aprel 2020-ci il tarixdə saat 22 radələrində o, Yavər və Eşqin Zaminin yaşadığı binanın qarşısında olmuş, orada Zaminin avtomobilinin həyətdə olmadığını görüb, gözləmək qərarına gəlmiş, Zamin 18 aprel 2020ci il tarixdə saat 05 radələrində idarəetdiyi Niva markalı, ** BJ *** dövlət qeydiyat nişanlı avtomobili ilə yaşadığı binannın qarşısına gəlmiş, avtomobili saxlamış, avtomobildən düşməmiş o, Zamin tərəfdən avtomobilə yaxınlaşmış, Zaminə «salam» verərək qorxmamasını bildirmiş, lakin Zamin avtomobilin salonunda qışqırmağa başlamışdır. O, avtomobilin sağ qabaq qapısını açmış, əli ilə Zaminin sinəsindən itələyib, arxa oturacağa keçməsini məcbur etmiş, bu zaman sükan arxasına keçmiş, qabaq sağ qapını açmış, Yavər və Eşqin avtomobilə tərəf gələrək Yavər arxa oturacağa keçmiş, Eşqin isə qabaq oturacaqda oturmuşdur. Zamin isə dayanmadan qışqıraraq “ay Allah məni öldürürlər, qoymayın” demiş, o, dərhal avtomobili işə salaraq həyətdən çıxmış, Yavər avtomobildə Zaminin sifətindən yumruqla iki-üç dəfə vurmuş, Həyətdən avtomobilləçıxdıqdan sonra Zaminə nəüçün Qalibin pulunu vermədiyini demiş və Qaliblə danışmağını bildirmişdir. Həmçinin 16 aprel 2020-ci l tarixdə saat 14 radələrində onun mobil telefonuna zəng edən Sahibi çağırmasını demiş, razılaşmışlar ki, əvvəl Yasamal rayonuna, 77–nin sonuncu dayanacağına getsinlər, orada bu məsələni öz aralarında həll etsinlər. O, 18 aprel 2020-ci il tarixdə saat 07 radələrində 77-nin sonuncu dayanacağına getmiş, lakin orada çoxlu adam olduğu üçün belə qərara gəlmişlər ki, onun «Sovetski» adlanan ərazidə kirayə yaşadığı evə getsinlər, Zamin də onunla razılaşmış, Yasamalda olan zaman Yavər Zaminin cibindən pullarını çıxartmış, o, Yavərə demişdir ki, pulun miqdarını desin, Yavər ona pulun miqdarının 380 manat olduğunu demiş və pulu cibinə qoymuşdur. O, avtomobili hərəkət etdirib yaşadığı evə tərəf getmiş, evin qarşısına çatdıqda, Zaminə, Yavərə və Eşqinə «siz düşün evə, mən avtomobili kənarda saxlayıb gəlirəm» demiş, o, Zaminin Niva markalı avtomobilini “Hind” klinikasının yanında saxlamış, evdə olan zaman Zaminə demişdir ki, Qaliblə danışsınlar, lakin Zamin Qaliblə danışmaqdan imtina etmiş, o, Zaminin üzərində olan iki telefonunu onun əlindən alaraq söndürmüş və kənara qoymuşdur. Sonradan qərara gəlmişlər ki, Zamin avtomobilini həmyerlisi Vüsala 1500 manata satsın. Bununla bağlı Vüsalla telefon əlaqəsi saxlamış, Vüsal 18 aprel 2020-ci il tarixdə saat 20 radələrinədək pulu göndərməli olmuş və Zamin də avtomobili Vüsala verməli olmuşdur. 18 aprel 2020-ci il tarixdə saat 13 radələrində Yavər evə gedəcəyini bildirmiş və Zaminin üzərindən götürdüyü 380 manat puldan 200 manatını özünə götürmüş, 180 manatını isə ona vermiş, Eşqin Zaminin yanında qalmış, o qeyri-rəsmi yaşadığı Nərmin və dostu Elçinlə birlikdə evdən çıxmış, evin qapısını açarla bağlamış, Nərminin atasıgilə gedən zaman, təxminən saat 17 radələrində iki nəfər şəxs onlara yaxınlaşmış, onlardan biri polis geyimində, digəri isə mülki geyimdə olmuşdur. Həmin şəxslər Nərmini sakitləşdirməyi bildirmiş, o evə girib çıxmasını xahiş etmiş, o, həyətə daxil olmuş, oradan da evin üzərinə çıxaraq qaçmış, Elçin isə oradan uzaqlaşıb evinə tərəf getmişlər. Zamini öz evinə gətirəndən sonra digər dostu Elçin də onların evinə gəlmiş, oradan qaçdıqdan sonra Elçinin mobil nömrəsinə zəng edərək bildirmişdir ki, getsin onun qaldığı evə qapını açsın, evdə 20 manat pulunu da götürüb, Zaminlə Eşqinə desin ki, “Olimp”in yanındakı məktəbin həyətinə gəlsinlər. O, məktəbin həyətində gözləyən zaman oraya Elçin, Zamin və Eşqin gəlmiş, Elçin bizdən aralaşıb getmiş, o, Zamin və Eşqin Nizami metrosu istiqamətində getmiş, orada məscidin yanına çatmış, artiq hava qaralmış, o Zaminə demişdir ki, Qaliblə telefon əlaqəsi saxlasın. Zamin orada Qaliblə telefon əlaqəsi saxlamış, pulu tez bir müddətdə verəcəyini demiş, sonra Firdovsi ona zəng edərək Zamini buraxmasını demişdir. O da Nərminə zəng etmiş, Nərmin onun olduğu yerə, yəni Nizami metrosunun yaxınlığına gəlmiş, avtomobilin açarını ona vermiş, Nərmin açarı ona verərək oradan getmiş, o Zaminə avtomobilin açarını vermiş, 18 aprel 2020-ci l tarixdə təxminən saat 21 radələrində getməsini demişdir. Zamin də avtomobilə tərəf getmiş və oradan uzaqlaşıb çıxıb getmişdir. Bundan sonra qorxduğu üçün polisə getməmiş və 16.05.2020-ci il tarixdə Yasamal rayonu, 77-nin sonuncu dayanacağında onu polis əməkdaşları tutmuşlar. (Cild 2, iş vərəqləri 231-235) Məhkəmədə Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1 və 181.2.5-ci maddələri elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs1 2017-ci ildən tanımış, onunla birlikdə 14 saylı cəzaçəkmə müəssisəndə bir yerdə cəza çəkmişlər. Elçini və Yavəri də Təqsirləndirilən şəxs1 görə tanımışdır. 18 aprel 2020-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 onunla telefon əlaqəsi saxlayaraq Abşeron Gənclər şəhərciyində bir nəfər şəxslə görüşəcəyini demişdir. Anar gəldikdə düşüb onu qarşılamışdır. Daha sonra, Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısına getmişlər. Saat 05 radələrində Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısında olan zaman o, idarə etdiyi Niva markalı maşınla həyətə gəlmişdir. Anar Zaminə yaxınlaşmış, aralarında mübahisə düşmüşdür. Səs-küy yarandığı üçün Anarın Sovetskidə yerləşən evinə getmişlər. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 göstərdi ki, Anar Zaminin yaşadığı məhəlləyə Yavərlə birlikdə gəlmiş, Zaminin evinin qarşısında 2 saata yaxın müddətdə onu gözləmişlər, Zamin gəlib avtomobildən düşdükdə Anar ona yaxınlaşaraq borcunu niyə qaytarmadığını soruşmuş, buna görə aralarında mübahisə yaranmış və səs-küy düşmüşdür. Bu səbəbdən Anarın “Sovetski”də olan evinə getmişlər. Anarın evinə gedərkən Zaminin maşınını Anar idarə etmişdir. Belə ki, Anar maşının açarını istədikdə Anar etiraz etməyərək ona açarı vermişdir. Anarın evində olarkən Zaminin üzərində 400 manat pul olduğunu bilmişlər. Həmin vaxt evdə mübahisə olmamış və Zaminə xəsarət yetirilməmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımış, Zərərçəkmiş şəxs təxminən 2020-ci ilin mart ayından tanıyır, münasibəti normal olub, Təqsirləndirilən şəxs1 2017-ci ldən tanıyır, Təqsirləndirilən şəxs1la birlikdə 14 saylı cəzaçəkmə müəssisəndə bir yerdə cəza çəkmişdir. Elçini və Yavəri də Təqsirləndirilən şəxs1 görə tanımış, sıxəlaəqəsi olmamışdır. Nərmin isə Təqsirləndirilən şəxs1 arvadı kimi tanışı, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sovetski adlanan ərazidə yaşamışdır. 16 aprel 2020-ci il tarixdə saat 09 radələrində telefonunda Zərərçəkmiş şəxs satdığı Niva markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilini paylaşmış, həmin vaxt Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlamış və həmin avtomobilin kimə məxsus olduğunu soruşduqda, demişdir ki, həmin avtomobil Zaminə məxsusdur. Təqsirləndirilən şəxs1 Zaminin harada yaşadığını və evinin yerini göstərə biləcəyini soruşmuş, o Zərərçəkmiş şəxs Abşeron Gənclər şəhərciyində yaşadığını və evinin yerini tanıdığını bildirmişdir. Təxminən bir saatdan sonra 77 nömrəli avtobusla Anar, Yavər və X5 şəhərciyinə gəlmiş, onları qarşılamış və birlikdə Zaminin yaşadığı binanın qarşısına getmiş, orada bir qədər gözlədikdən sonra Zərərçəkmiş şəxs Niva markalı avtomobili ilə həyətdən çıxan zaman maşının qarşısına çıxmış və Zaminlə əl ilə görüşmüşdür. Görüşdükdən sonra Təqsirləndirilən şəxs1 Zaminin idarə etdiyi avtomobilə tərəf yaxınlaşanda, Zərərçəkmiş şəxs maşını sürüb getmək istəyəndə Təqsirləndirilən şəxs1 tullanıb Zaminin avtomobilinin kapotunun üzərinə çıxmış, Zamin də avtomobili sürməkdə davam etmiş və Anar da maşının qarşısında getmişdir. O, bir az gözləmiş və oradan çıxıb getmiş, bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs1 onunla telefon əlaqəsi saxlamış və Zaminin ona borcu olduğunu demişdir. 18 aprel 2020-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 onunla telefon əlaqəsi saxlamış və Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısında Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs gözlədiyini demiş, o da sonuncuların yanına getmiş, orada olan zaman Təqsirləndirilən şəxs1 əlində dəmir parçası olmuş, o Təqsirləndirilən şəxs1 nə üçün dəmir parçası götürdüyünü soruşduqda, sonuncu bildirmişdir ki, əgər Zərərçəkmiş şəxs pul verməsə onun avtomobilini qırıqlayacaqdır. 18 aprel 2020-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısında olan zaman Zərərçəkmiş şəxs idarə etdiyi Niva markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə həyətə gəlmiş, avtomobili Zərərçəkmiş şəxs saxlayan zaman Təqsirləndirilən şəxs1 qəfildən əlindəki dəmir parçası ilə Zaminin avtomobilinə yaxınlaşmış və Zamini avtomobildən düşməyə qoymayaraq, ona dəmir parçası ilə xəsarət yetirmişdir. O Yavərlə birlikdə avtomobilə yaxınlaşmış, sonuncu Zaminlə birlikdə avtomobilin arxa oturacağında əyləşmiş, o isə avtomobilin qabaq oturacağında əyləşmiş, Anar isə avtomobili hərəkətə gətirmişdir. Zamin isə avtomobildə qışqıraraq, köməklik istəmiş, lakin sonuncunun hərəkətlərinə əhəmiyyət verməmişlər, Anar avtomobili hərəkətə gətirmiş və Yeni Yasamal ərazisinə getmiş, orada dayanmış, Təqsirləndirilən şəxs1 avtomobili binaların arasına sürmüş və orada Zamindən «niyə toyda mənim 1500 manat pulumu oğurlamısan» soruşmuş, Zamin isə pul oğurlamadığını bildirmişdir. Bundan sonra Anar orada olan mağazaların birindən skoç alıb gətirmiş, Yavər və Anar Zərərçəkmiş şəxs əllərini və ağzını bağlamış ki, Zamin səs-küy etməsin. Sonra Təqsirləndirilən şəxs1 demişdir ki, Zərərçəkmiş şəxs yaşadığı Sovetskidəki evinə aparır, orada 1500 manat pulunu alacaqdır. Onlar birlikdə avtomobillə Anarın yaşadığı evə getmiş, yolda Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs cibindən 380 manat pul götürmüş, o Yavərə demişdir ki, pulu qaytar ver Zaminə, lakin Yavər ona əhəmiyyət verməmiş və pulu özündə saxlamışdır. Onlar Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısına çatmış, orada Anar Nərminlə telefon əlaqəsi saxlamış, odeyal gətirməsini demiş, Nərmin də küçəyəçıxmış və odeyalı gətirmiş, o nəüçün odeyal lazım olduğunu soruşduqda, Anar Zamini bükərək evə aparacağını demiş, o odeyala ehtiyac olmadığını, Zaminin ağzından və ayağından skoçu açaraq, evə aparmağı təklif etmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qaça biləcəyini dedikdə, o «narahat olma, qaçmaz, Anar Zamin qaçdığı təqdirdə pulu məndən alacaqsan» demişdir. Sonra Nərmin evdən bıçaq gətirmiş və həmin bıçaqla Zərərçəkmiş şəxs ağzındakı vəəlindəki skoçu açmış və evə aparmışlar. Evdə olan zaman Təqsirləndirilən şəxs1 yenidən Zərərçəkmiş şəxs 1500 manat pul istəmiş, Zamin isə pulu olmadığını bildirdikdə Təqsirləndirilən şəxs1 yumruqla Zaminin sifətindən vurmuş, o yenidən araya girmiş və Anarın Zamini döyməsinə imkan verməmiş, orada olan zaman Təqsirləndirilən şəxs2çıxıb getmiş, o da işi olduğu oradan çıxıb getmiş, bir azdan sonra yenidən Təqsirləndirilən şəxs1 yaşadığı evə qayıtmışdır. Həmin vaxtı orada, Anar, o, Elçin və Zamin olmuş, 18 aprel 2020-ci il tarixdə saat 16 radələrində onlara xəbər gəlmiş ki, polis onları axtarır, belə olduqda onlar məcbur olub Zamini özləri ilə götürüb evdən çıxası olmuşlar. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs səs etməməsini bildirmiş, küçədə nəsə səs edərsə ona xəsarət yetiriləcəyini demişdir. O, Elçin, Anar və Zamin ilə birlikdə evdən çıxmış və birlikdə Elçinin işlədiyi yerə getmiş, orada polislər tərəfindən axtarıldıqlarını bilmiş, bu səbəbdən Zamini buraxmağı Anara demiş, lakin Anar əvvəl razılaşmasa da, sonradan onlarla razılaşmış və Zamini buraxmışlar. O da Zamin getdikdən sonra oradan çıxıb evinə getmişdir. (Cild 2, iş vərəqləri 259-261) Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1 və 181.2.5-ci maddələri elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən 15 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs1 onun yaşadığı binanın yaxınlığında olan 77 saylı avtobusda sürücü işləmişdir. Eşqini isə ilk dəfə 16 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 görə tanımışdır. Belə ki, həmin gün saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamalda 77 saylı marşurutun sonuncu dayanacağında olan zaman Təqsirləndirilən şəxs1la görüşmüşdür. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ona 1.500 manat borcu olduğunu bildirmişdir. Anarın idarə etdiyi 77 nömrəli Daevoo markalı avtobusla Abşeron rayonu, Masazır kəndi “Abşeron Gənclər şəhərciyi”nə getmişlər. Zaminin yaşadığı binanın qarşısına tərəf getdikdə Zaminin idarə etdiyi Niva markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə həyətdən çıxmışdır. Zamin onları gördükdə gülümsəmiş, Anar isə Zaminin avtomobilin kapotuna çıxmışdır, Zamin Anarı avtomobilinin kapotunda sürüb aparmış və təxminən 15-20 dəqiqədən sonra Anar geri qayıdıb bildirmişdir ki, üzərində olan bıçağı çıxararaq avtomobilin kapotu üzərində olarkən Zamini hədələmiş və maşını saxlamasını istəmiş, lakin Zamin avtomobilə tormoz etdiyi üçün Anar kapotun üzərindən yerə düşmüşdür. Daha sonra 17 aprel 2020-ci il tarixdə saat 20 radələrində Anar onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Şamaxinkada olduğunu bildirmişdir. Anarla görüşmək üçün Şamaxinka adlanan əraziyə getmişdir. Anar fala baxdırdığını Zamin hal-hazırda yaşadığı binanın qarşısında olduğunu bildirmişdir. İlk öncə Zaminin yaşadığı binanın qarşısına getmişlər, lakin Zaminin avtomobili binanın qarşısında olmamışdır. Anar telefonla qeyri-rəsmi yaşadığı Nərminlə telefonla əlaqə saxlamış və Nərmin telefonda falçıdan Zaminin yaşadığı binanın qarşısına gələcəyini öyrəndiyini bildirmişdir. 17 aprel 2020-ci il tarixdə saat 22 radələrində Anar və Eşqin Zaminin yaşadığı Abşeron rayonu Masazır kəndi “Abşeron Gənclər şəhərciyi”ndəki binasının qarşısında Zamini gözləmişlər. Həmin vaxt onun üzərində bıçaq olmamışdır. 18 aprel 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi Niva markalı avtomobili ilə yaşadığı binanın qarşısına gəlmişdir. Eşqin və Anarla birlikdə onun avtomobilinə tərəf yaxınlaşmışlar. Anar Zaminin, yəni sürücü tərəfdən qapısına yaxınlaşmış və Zamin avtomobildən düşmüşdür. Anarla Zamin biraz söhbət etdikdən sonra onların arasında mübahisə yaranmışdır. Eşqinlə onları aralaşdırmışlar. Binın önündə səs-küy yarandığı üçün Sovetskiyə Anarın yaşadığı evə getməyi qərarlaşdırmışlar. Daha sonra, Anar maşının açarını Zamindən almış və maşına əyləşərək birlikdə Anarın evinə getmişlər. Anarın yaşadığı evin qarşısına çatdıqda Anar avtomobili sürüb başqa məhlədə saxlamışdır. Evə daxil olduqdan sonra 10-15 dəqiqə orada qalmış, sonra evi tərk etmişdir. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərdir ki, Anar çağırdığı üçün onunla Yavər Zaminin yaşadığı ünvana getmişlər. Anar onu çağıranda o, Yeni Yasamalda olan evində olmuş və oradan taksi ilə Masazır qəsəbəsinə Zaminin yaşadığı yerə getmişdir. Zaminlə Anarın arasında olan mübahisə pul borcuna görə yaranmışdır. Anar Zamindən borcunu tələb etmiş və buna görə onların mübahisəsi yaranmışdır. Zaminin müqavimətini qırmaq üçün hər hansı bir hərəkətə yol verməmiş, həmin vaxt Zaminin mobil telefonu onun üzərində olmuş, Zaminin üzərində pul olmasından isə xəbəri olmamışdır. Birlikdə Zaminin “Sovetksi” ərazisində kirayədə yaşadığı evə getmişlər. Orada Anarın birlikdə yaşadığı Nərmin adlı qadında olmuşdur. Zaminin avtomobili satmağa vadar etmək üçün Anarın evinə gəldiyiklərini evdə olarkən bilmiş və Anar bu məqsədlə Zaminə hədə-qorxu gəlmişdir. Həmin vaxt Anar Zamində 400 manat pul almışdır. Məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs Ağsu Xəqani adlı şəxsə görə tanımış, münasibəti normal olmuş, Təqsirləndirilən şəxs1 təxminən 15 ildir ki, tanıyır, Təqsirləndirilən şəxs1 onun yaşadığı binanın yaxınlığında olan 77 saylı avtobusda sürücü işləmiş, münasibəti normal olmuşdur. Eşqini ilk dəfə 16 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 sayəsində tanımış, Elçini də Təqsirləndirilən şəxs1 görə tanımış, bir-iki dəfə Anarla birlikdə Elçinlə çay içmiş, Nərmin Anarın qeyri-rəsmi yaşadığı qadındır, təxminən 5-6 ildir ki tanıyır. 16 aprel 2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamalda 77 saylı marşurutun sonuncu dayanacağında olan zaman Təqsirləndirilən şəxs1la görüşmüş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ona 1500 manat borcu olduğunu bildirmiş, lakin Zaminin onun telefonunu götürmədiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 yanında Anarın dostu Elçin də olmuş, Anar bildirmişdir ki, Eşqin adlı dostu ona zəng edib, Zaminin Niva markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilinin yaşadığı Abşeron rayonu, Masazır kəndi “Abşeron Gənclər şəhərciyi”ndə olduğunu demişdir. Anar bildirmişdir ki, Zaminin yaşadığı binanın qarşısına getsinlər və o, Anar və Elçin Anarın idarə etdiyi 77 nömrəli avtobus olan Daevoo markalı avtobusla Abşeron rayonu, Masazır kəndi “Abşeron Gənclər şəhərciyi”nə getmiş, avtobusu Anar idarə etmiş, o və Elçin avtobusda olmuş, şəhəciyə çatdıqdan sonra Eşqin də onlarla birlikdə olmuş, o, Anar, Elçin və Eşqin Zaminin yaşadığı binanın qarşısına tərəf getdikdə Zamin idarə etdiyi Niva markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə həyətdən çıxdığını görmüş, Zamin ilkin olaraq onları görəndə avtomobildə gülümsünmüş, Anar Zaminin avtomobilinə tərəf gedəndə, o, Elçin və Eşqin kənara tərəf çəkilmişlər. Anar Zaminin avtomobilin kapotuna çıxmış, Zamin Anarı avtomobilinin kapotunda sürüb aparmış, Zamin avtomobili ilə Bakı-Sumqayıt yoluna tərəf hərəkət etmiş, onlar isə orada qalmışlar. Təxminən 15-20 dəqiqədən sonra Anar geri qayıtmış, Anar bildirmişdir ki, üzərində olan bıçağı çıxararaq avtomobilin Zamini hədələmiş və maşını saxlamasını istəmiş, lakin Zamin avtomobilə tormoz etmiş və Anar kapotun üzərindən düşmüşdür. Anar gələndən sonra Eşqin orada qalmış, o, Anar və Elçin Anarın idarə etdiyi avtobusa əyləşmiş, Yasamala qayıtmışlar. Yolda olan zaman Anarın telefonuna zəng gəlmiş, kimsə Anara Zaminin qarşısına çıxdığına görə iradını bildirmiş, Anarla həmin telefon vasitəsi ilə bir-birinin ünvanına nalayiq söyüşlər işlətmiş, sonra Anar bildirmişdir ki, Zamin kiməsə bu məsələni danışıb, həmin şəxs də Anara zəng edərək Anara nalayiq söyüşlər edib, lakin həmin şəxsin kim olduğunu bilməmişdir. 17 aprel 2020-ci il tarixdə saat 20 radələrində Anar onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş və Şamaxinkada olduğunu bildirmişdir. O, da Anarla göğrüşmək üçün Şamaxinka adlanan əraziyə getmiş, orada Anar və Eşqin taksidə olmuş, Anar bildirmişdir ki, fala baxdırıb, Anar hal-hazırda yaşadığı binanın qarşısındadır. Onlar Zaminlə görüşüb nə üçün Anarın ünvanına söyüş söydürməsini, həmçinin söyüş söyən şəxsin yerini deməsini ondan tələb etməli olmuşlar. Onlar ilk öncə Zaminin yaşadığı binanın qarşısına getmiş, lakin Zaminin avtomobili binanın qarşısında olmamış, Anar telefonla qeyri-rəsmi yaşadığı Nərminlə telefonla əlaqə saxlamış, Nərmin telefonda falçının Zaminin Biləcəridə olmasını demiş, onlar yenidən Biləcəriyə, Zaminin qayınanasının binasının qarşısına getmişlər. Lakin Zaminin avtomobili orada olmamış, Anar yenidən Nərminlə əlaqə saxlamış, Nərmin bildirmişdir ki, falçı ona deyib ki, Zamin yaşadığı binanın qarşsına gələcək, onlar da yenidən Anarın yaşadığı binanın qarşısına getmişlər. 17 aprel 2020-ci il tarixdə saat 22 radələrində o, Anar və Eşqin Zaminin yaşadığı Abşeron rayonu Masazır kəndi “Abşeron Gənclər şəhərciyi”ndəki binasının qarşısında Zamini gözləmiş, Anar bildirmişdir ki, falçı Nərminə demişdir ki, Zamin gələcək binanın qarşısına. Onlar da Zamini orada gözləməli olmuşlar. Həmin vaxt onun üzərində bıçaq olmamış, Anarın əlində dəmir parçası olmuş, Eşqində isə bıçaq olmuşdur. X7 bıçaqla xəsarət yetirmək istəmiş, lakin o buna iradını bildirmiş və onlara demişdir ki, Zaminə bıçaqla xəsarət yetirməsinlər, Zaminə başa salsınlar ki, söyüş söyən şəxsi onlara versin, həmçinin Anara olan 1500 manat borcunu da qaytarsın və onlar oradan çıxıb getsinlər. 18 aprel 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi Niva markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı binanın qarşısına gəlmiş, o, Eşqin və Anar onun avtomobilinə tərəf yaxınlaşmış, Anar Zaminin, yəni sürücü tərəfdən qapısına yaxınlaşdıqda, Zamin avtomobilin qapısınıörtmək istəmiş, Anar əlindəki dəmir parçasını qapının arasına qoyaraq qapının bağlamasına mane olmuş, Zamin avtomobilin salonunda qışqıraraq, “qonşular kömək edin, məni öldürürlər” sözlərini demişdir. Lakin Anar buna əhəmiyyət vermədən avtomobilin salonuna daxil olmuş, əli ilə Zamini arxaya tərəf itələmiş, sonra sağ qapını içəridən açmış, o ilkin olaraq avtomoblin salonuna daxil olmuş, Zamin yenə qışqırmış, o əli ilə Zamini itələyib avtomobilin arxa oturacağına keçirtmiş, özü də arxa oturacaqda oturmuş, Eşqin isə qabaq oturacaqda oturmuşdur. Anar sükan arxasında oturmuş, avtomobili həyətdən cəld çıxartmış, Eşqin isə üzərində olan qara rəngli, qatlanan bıçağı çıxarıb Zaminə tərəf uzatmış ki, qışqırmasın. Zamin isə buna baxmayaraq qışqırmış, o isə Zaminin sifətindən sillə ilə vurmuş və ağzını tutmuş ki, qışqırmasın. Onlar Bakı-Sumqayıt yoluna çıxaraq yenidən Yasamal istiqamətinə, yəni onun yaşadığı məhləyə tərəf getmiş, yolda Zaminin cibindən iki ədəd telefonunu, 380 manat pulunu götürmüş, telefonları Anara vermiş, pulu isə cibinə qoymuşdur. Anar yolda Zaminə demişdir ki, dünən onun ünvanına söyən şəxsin kim olduğunu ona desin və həmin şəxsi onların yanına çağırsın, həmin şəxs gəldikdən sonra Zamini buraxacaqlar. Zamin Anarla razılaşmış, lakin Anar onunla razılaşmamış, yenidən Zamindən 1500 manat pulu istəmişdir. Zamin isə hal-hazırda onda 1500 manat pul olmadığını bildirmiş, 18 aprel 2020ci il tarixdə saat təxminən 07 radələrində yaşadığı həyətə gəlmiş, orada Anar qəfildən demişdir ki, Zamini buraxmayacaq, həmin adamı da verəcək, həmçinin onlara 1500 manat pulu da verəcəkdir. Anar planı dəyişmiş və sonuncunun kirayə yaşadığı Bakı şəhəri Sovetski adlanan ərazisindəki evinə getməli olmuşlar. O, məhlələrində avtomobildə qabaq oturacaqda oturmuş, Eşqin isə arxa oturacağa keçmiş, Anar isə avtomobili idarə etmişdir. Onlar Anarın yaşadığı evin qarşısına çatanda Anar onun yaşadığı məhlənin yaxınlığında olan marketdən aldığı skoçu cibindən çıxardaraq Zaminin ağzını, əl və ayağını skoçla bağlamış, sonra Nərminə zəng edərək evdən odeyal gətirməsini demiş, Nərmin evdən odeyal gətirmiş, lakin Zamin onun ağzını, əl və ayağını açmasını xahiş etmiş, buna ehtiyac olmadığını demişdir. Sonradan Zaminin ağzında, əl və ayağında olan skoçu açmış, Zamin, o və Eşqin avtomobildən düşmüş, Anar avtomobili sürüb oradan getmişdir ki, maşını başqa məhlədə gizlətsin. Eşqin əlindəki bıçağı Zaminin sağ tərəfinə dirəmiş ki, sakitçə evə tərəf getsinlər. O da bundan sonra Anarın evinə getmiş, evdə Nərmin, Anar, o, Eşqin və Zamin olmuş, evdə olan zaman Anar Zaminə demişdir ki, Niva markalı avtomobilini Anarın dediyi şəxsə 1500 manata satmalıdır. Lakin Zamin demişdir ki, avtomobil 1500 manat dəyərində deyil, icarəyə götürüb, sonra problem olacaqdır. Anar demişdir ki, narahat olma adamla danışacam. Anarın yanına avtomobili alan şəxs 1500 manat pulu kiminləsə göndərəcəkdir, pulu gətirən adamı Zamin öz avtomobili ilə avtomobili alan şəxsin yanına qaytaran zaman yolda Zamin pulu gətirən adamı aldadıb qaçmalı olmuşdur. Zamin bununla razılaşmamış, Zamin qorxduğu üçün və məcburiyyət qarşısında olaraq Anarla razılaşmaq istəmiş, bu məsələlərdə mütəmadi olaraq, Nərmin hansısa falçı ilə əlaqə saxlamış, həmin falçı demişdir ki, narahat olmayan 1500 manat pulu əldə edəcəksiniz. Anar və Nərmin də bunu onlara demiş, o məsələnin daha da ciddi olduğunu, həmçinin cinayət etdiklərini görüb, Anara demişdir ki, «Zamini və avtomobilini buraxaq getsin, lakin Anar onu saxlayacağını və Zamindən pul alacağını demişdir. O, Zaminin üzərindən götürdüyü 380 manat pulun 180 manatını Anara vermiş, 200 manatı özündə qalmış, 18 aprel 2020-ci il tarixdə saat 11 radələrində Anarın, Eşqinin, Nərminin hərəkətlərinin artıq olmasını görüb, onlardan ayrılmış, həmin vaxt evdə Zaminə demişdir ki, «Zamin sən canını mənə borclusan, Eşqinlə Anar səni bıçaqla vuracaqdılar, lakin mən qoymadım». Bundan sonra oradan çıxıb getmiş, sonrakı hadislərdən heç bir xəbəri yoxdur. (Cild 2, iş vərəqləri 244-248) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ilkin olaraq göstərdi ki, 16 aprel 2020-ci il tarixdə Anarın zənglərinə cavab vermədiyi üçün Anarla Yaşadığı evin qarşında mübahisələri düşmüş, həmin vaxt Anarın əlində bıçaq olmamışdır. 18 aprel 2020-ci il tarixdə Anarla arasında mübahisə düşmüşdür. Anar onu yumruqla vurmuşdur. Anar, Yavər və Eşqinlə səs-küy olduğu üçün söhbət etmək üçün Masazırdan “Sovetski” ərazisinə Anarın yaşadığı evə getmişlər. Maşında olarkən telefon üzərində olmuş və zəng gələndə bilmədən telefon açmışdır. Anarın evində ona qarşı zor tətbiq edilməmiş, üzərində olan 400 manat pulu Anar almışdır. Sonra evə gəldikdə o, baş vermiş hadisə barədə arvadı Saraya danışmışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında əhəmiyyətli ziddiyət olduğuna görə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək həmin ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, dolanmaq üçün avtomobil alqı-satqısı ilə məşğul olur. Anarı 2015-ci ildən tanıyır, onun Sədərək ticarət mərkəzində parfumeriya mağazası olmuş, həmin vaxtı Anar taksi sürmüş və lazım olduqda Anarın taksisindən istifadə edib müştərilərə parfumeriya göndərmişdir. Anarla həmin vaxtdan normal münasibəti yaranmış, hətta 25.02.2020-ci il tarixdə Anarla kirvəliyi olmuş, yəni Anarın oğlunu kirvəsi olmuşdur. 2017-ci ildə Anarın əmisi oğlu X8 markalı avtomobil satmış, həmin avtomobil bank kreditində olmuşdur. Avtomobil satışından təxminən Qalibə 800 manat pul borclu qalmışdır. O, son vaxtlar Vaz 21214 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmiş, həmin avtomobili satmaq istəmişdir. Buna görə də Anar ona 2020-ci ilin mart ayının əvvəllərində demişdir ki, Tərtər rayonunda yaşayan və Anarın həbsxana yoldaşı olan Vüsal adlı şəxsə Niva markalı avtomobilini 1500 manata sata bilər. O avtomobilini 1500 manata satmadığını demiş, Anar Vüsaldan 1500 manat pulu almağı, sonra isə avtomobili Vüsala verməyərək, 1500 manatın 1000 manatını Anar özünə götürməyi, 500 manatı isə ona verəcəyini demişdir. O, Anara bu cür hərəkətdən əl çəkməyi və onun kimisə aldatmaq niyyətinin olmadığını bildirmiş, sonra Anar bir neçə dəfə onun istifadəsində olan mobil telefona dəfələrlə zəng etsə də, onun telefonlarına cavab verməmişdir. 16 aprel 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxıb idarə etdiyi Vaz 21214 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə binanın qarşısından çıxan zaman 10 saylı orta məktəbin yan tərəfində Anarın piyada əlində bıçaqla avtomobilinə tərəf gəldiyini görmüş, tez avtomobiləəyləşib, avtomobili hərəkətə gətirib oradan uzaqlaşmaq istədikdə Anar avtomobilin kapotunun üzərinəçıxmış vəəlləri iləşüşə siləndən yapışmışdır.Sonra Anar cibində olan bıçağıçıxartmış və bıçaqla onu hədələyərək maşını saxlamasını tələb etmiş ki, maşının salonuna daxil olsun. O da avtomobili sağa-sola sürmüş ki, Anar qorxub kapotun üzərindən düşüb getsin. Həmin vaxtı Anar da kapotun üzərindən düşmüş və oradan uzaqlaşıb getmişdir. Sonra Anar düşmüş və o oradan uzaqlaşıb getmiş, lakin bu barədə heç kimə deməmiş və düşünmüşdür ki, Anarla kirvədir, yəqin etdiyi səhvi başa düşər. 17 aprel 2020-ci il tarixdə saat 18 radələrində evdən çıxmış ki, bir neçə gün əvvəl Orxan adlı şəxsə satdığı “Xəzər” markalı avtomobilin pulunu alsın. Orxanla Bakı şəhəri Alatava adlanan ərazidə görüşmüş və 900 manat pul almış, həmin puldan bir hissəsini, yəni evi üçün bazarlıq etmiş, 200 manatını isə avtomobilin satılmasında vasitəçi olan Eldar adlı şəxsə vermiş,üzərində də başqa pul olmuş, ümumilikdə onun cibində 750 manat pul qalmışdır. 18 aprel 2020-ci il tarixdə saat 01 radələrində Biləcəri qəsəbəsinə getmiş, orada bacanağı Elməddin və qaynı Ceyhun və dostu Vüsalla görüşüb, Ceyhunun evində nərd oynamış, Ceyhungildən 18 aprel 2020-ci il tarixdə saat 04:30-da avtomobili ilə çıxıb Abşeron rayonu Masazır kəndi “Abşeron Gənclər şəhərciyi”-dəki evinin qarşısına gəlmiş, təxminən saat 05 radələri olmuş, evə aldığıərzağı, meyvə-tərəvəzi özü ilə götürmüş və avtomobilin qabaq sol qapısını açaraq yerə düşən zaman qəfildən Anarın əlində dəmir turba ilə üzərinə gəldiyini görmüş, avtomobilin qapısını örtmək istəyən zaman Anar əlindəki dəmirlə sol gözünün üzərinə vurmuş, o, qapını sıxdığıüçün dəmir Anarın əlindən çıxmış, Anarın yanında olan lakin tanımadığışəxs yaxınlaşıb sol qolundan bıçağı dirəyərək sakit olmağı və arxa oturacağa keçməyi bildirmiş, bu zaman Anarın digər dostu Yavər də avtomobilə yaxınlaşmış, bu zaman arxa oturacağa keçirilmiş, Yavər də arxa oturacağa keçmiş və ona sakit olmasını bildirmişdir. O, isə qışqıraraq «kömək edin» sözünü demiş, Anar sükan arxasında, Anarın tanışı isə qabaq oturacaqda əyləşmiş, avtomobilin açarı üzərində olduğundan Anar avtomobili hərəkətə gətrmiş, Yavər onu arxa oturacaqda uzandırıb üzərində oturmuş, artıq hansı istiqamətdə getdiklərini bilməmiş, bu zaman arvadı Sara onun telefonuna zəng etmiş və telefonu açmış ki, avtomobilin salonunda olan səsləri eşitsin və kim tərəfindən aparıldığını bilsin. Yolda gedən zaman Anar Yavərə skoçla onun əl-ayağını və ağzını bağlamalarını bildirmiş, qabaq oturacaqda oturan şəxs, sonradan adını Akşin kimi bildiyi şəxslə Yavər onun əl-ayağını və ağzını skoçla bağlamış, Yavər, Akşin və Anar onun başından, bədəninin müxtəlif yerlərindən yumruqla vurmuş, Anar avtomobildəüzərində olan pulları və telefonun çıxarılmasını bildirmiş, Yavərlə Akşin onun cibində olan pulunu və telefonları çıxardaraq özləri ilə götürmüş, onu ilkin olaraq Bakı şəhəri, Yeni Yasamalda 77 saylı avtobusun sonuncu dayanacağının yaxınlığında yerləşən binanın qarşısına aparmış, lakin öz aralarında məsləhətləşmişlər ki, binanın zirzəmisinə salsalar, onu kimsə görə bilər. Buna görə də qərara gəlmişlər ki, onu Anarın yaşadığı Bakı şəhəri, Nərimanov heykəlinin yaxınlağındakı həyət evinə aparsınlar. O, Anarın evinin qarşısına gətirilmiş, Anar arvadı Nərminə zəng edərək evdən odeyal gətirməsini demiş, Nərmin də evdən odeyal gətirmiş və onu odeyala bükərək qucaqlarında evə aprmışlar. Evdə olan zaman ağzındakı skoç açılmış, evdə o, Nərmin, Akşin, Yavər və Anar olmuş, Yavər oradan çıxıb getmişdir. Aralarında gedən söhbət əsasında bilmişdir ki, Yavər onun üzərindən götürülmüş 750 manat pulu götürüb getmişdir. Anar evdə ona demişdir ki, onu buraxmaq üçün 3000 manat pul istənilmiş, o Anara və onun yanında olan Akşinə demişdir ki, onun 3000 manat pulu yoxdur. Anar maşını Vüsala nə üçün 1500 manata satmadığını soruşmuş, o isə maşının 1500 manat dəyəri olmadığını, daha bahalı olduğunu demişdir. Bu zaman Anar demişdir ki, Vüsalla danışsın və 1500 manata maşını satdığını bildirsin. O da məcbur olub Vüsalla telefon əlaqəsinə Anarın telefonu ilə girmiş və 1600 manata Niva markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilini satdığını demiş, Anarın evində saxlanılan zaman Anar əlində bıçaqla bir neçə dəfə ona hədə-qorxu gəlmiş, o da qorxduğu üçün maşını Vüsala satacağına razılıq vermiş, lakin Vüsalın məcburiyyət qarşısında qalıb avtomobilini satdığından xəbəri olmamış, Vüsal saat 12–yə kimi pulu çatdracağını və avtomobili Xırdalan şəhərindən götürəcəyini bildirmiş, bu zaman Nərminlə söhbət etmiş və Nərminə demişdir ki, «sizin bu hərəkətiniz qanuna ziddir, nəticəsi yaxşı olmayacaq». Nərmin isə fala baxdırdığını və heç nə olmayacağını demiş, hətta bir neçə dəfə onun yanında Nərmin kiminləsə telefon əlaqəsi yaratmış və etdikləri hərəkətlər barədə məsləhət almış, Nərmin həmin şəxsin falçı olduğunu demişdir. Bir az keçmiş, Anar içəri girmiş, polis əməkdaşlarının gəldiyini, həm də ki Saranın da onların yanında olduğunu demiş, həmçinin Anar Akşinə demişdir ki, narahat olma polis deyillər Sara adam gətiribdir. Bundan sonra Anar otaqdan çıxıb getmiş, onun yanında Akşin tək qalmış, təxminən 2 saatdan sonra onun olduğu otağa alçaq boy, kök oğlan içəri daxil olmuş və Akşinə demişdir ki, buradan çıxmaq lazımdır, polislər onları axtarır. Artıq onun əl-ayağı və ağzı açıq olmuş, Akşin onun əlindən tutmuş və səsini çıxardacağıtəqdirdə onu bıçaqla vuracağını deyib onunla getməyi bildirmişdir. O da artıq heç nə edə bilməmiş, o, Akşin və dolu bədən quruluşlu oğlan evdən çıxıb, Elmlər metrosu istiqamətində getmiş, yolda Anar da onlarla görüşmüş və Anar, Aşkin və o, Mercedes 190 markalı taksi avtomobilinə əyləşmiş, dolu bədən quruluşlu şəxs həmin yerdə qalmış, taksiyə minməmişdən əvvəl Anar ona demişdir ki, taksidə səsin çıxsa səni bıçaqla vuracağıq. Taksidə arxada onun sağ tərəfində Eşqin, sol tərəfində isə Anar oturmuş, hər ikisi bıçaqlarını onun böyürlərinə dirəmişlər. Onlar birlikdə Nizami metrosunun yaxınlığında yerləşən Məscidin yaxınlığına gəlmiş və taksidən düşmüşlər. Onların yanında olan zaman iki nəfər polis əməkdaşı görmüş və sonunculara tərəf qışqıraraq kömək etmələrini demiş, bunu hiss edən Anar və Eşqin onu bıçaqla vuracaqlarını demiş, o da heç nə deməmişdir. Həmin ərazidə tanımadığı yerə aparmış, oraya Nərmin də gəlmişdir. Anar onun telefonu ilə avtomobili arendaya aldğışəxsə zəng edərək, adının Emil olduğunu, guya ona 1500 manat borcu olduğu üçün avtomobili satdığını demişdir. Arendator isə həmin avtomobilin dövlət nömrəsini soruşmuş və qiymətinin 1500 manat olmadığını, daha baha qiymətə sata biləcəyini demiş, arendator avtomobili onun satmağa ixtiyarının olmadığını bildirmiş, sonra arendator telefonu ona verilməsini demiş, Anar da telefonu ona vermiş, arendator dərdinin nə olduğunu soruşduqda, o, yoluna qoyacağını demişdir. Bundan sonra Anar yenidən əmisi oğluna zəng etmiş və əmisi Firidunun telefon nömrəsini almış, o da onun əmisi ilə danışmış və 600 manat borcunu tezliklə qaytaracağını demiş, əmisi isə narahat olmamasını bildirmiş, o, telefonda demişdir ki, Anar ona hörmətsizlik edir. Əmisi telefonu Anara verməsini demiş, Anar əmisi ilə telefonda nə danışdığını bilməmiş, bundan sonra Eşqin Anara demişdir ki, «artıq gecdir, istədiyimiz pulu əldə edə bilmirik, Zamini də aparacağımız yer yoxdur, çünki polislər bu məsələni artıq bilirlər, ona görə Zamini buraxmaq lazımdır». Anarla Nərmin məsləhətləşmiş və Nərmin ona demişdir ki, yoldaşının qızıllarını ona versin. O, isə Saranın qızıllarının lombardda olduğunu demiş, bundan sonra Anar avtomobilinin açarını ona vermiş və avtomobilinin təxminən 200 metr kənarda olduğunu bildirmişdir. Sonradan onlar məcburiyyət qarşısında qalıb, yəni onu apara biləcəkləri yer olmadığından buraxılmış, onu buraxan zaman demişlər ki, 1500 manat pulu bir günə düzəldib gətirib onlara versin. O da 800 manat pul düzəldə biləcəyini demiş və oradan uzaqlaşıb avtomobiliə yaxınlaşmış, avtomobilin nömrələrini açıb salona qoymuşlar. O, nömrələri yerinə bağlamış və avtomobili ilə oradan uzaqlaşıb Biləcəri qəsəbəsinə, bacanağı Elməddinin evinə getmiş, avtomobili isə binanın qarşısında saxlamışdır. (Cild 1, iş vərəqləri 88-92) İbdidai istintaqda zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxslərlərin üzlərinə qarşı deməklə həmin halların baş verməsini bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 188-193, Cild 2, iş vərəqləri 90-94) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Həsənalı qızı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsla 2009-cu ildə rəsmi olaraq ailə həyatı qurmuş, bu nigahdan onların bir qız övladı doğulmuşdur. 2014-cü ildən Zamindən boşansa da, 2015-ci ildə Zaminlə barışmış və həmin vaxtdan bir yerdə yaşamışdır. Bakı şəhərində olan evlərini satıb 02 aprel 2020-ci il tarixdən Abşeron rayonu, Masazır kəndi, Gənclər şəhərciyi 20-ci blokda kirayə yaşamışlar. Zaminin tanışı Anarı 2015-ci ildən tanımış, Zamin Anarın oğlunun kirvəsi olmuşdur. Təxminən 4 il əvvəl Zamin Niva markalı, ** BC *** nömrəli avtomobil almışdır. Anar Zaminə təklif etmişdi ki, istifadəsində olan avtomobili Anarın tanışına 1.500 manata satıb pulu aralarında bölsünlər. Zamin isə Anarın təklifi ilə razılaşmamışdır. 17 aprel 2020-ci il tarixdə Zamin istifadəsində olan avtomobili satmaq üçün saat 17 radələrində evdən çıxıb getmişdir. Sonra Zamin evə zəng vuraraq bir az işi olduğunu və evə gec gələcəyini bildirmişdir. 18 aprel 2020-ci il tarixdə yaşadıqları evdə olarkən gecə təxminən saat 05 radələrində binanın həyətində qışqırıq səslərinə yuxudan oyanmışdır. Kimsə «mənə kömək edin» deyərək qışqırmış, binanın həyətinə baxdıqda Zaminin avtomobilinin qabağa-arxaya doğru hərəkət etdiyini, sonra isə məhlədən uzaqlaşdığını görmüşdür. Zaminin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamış, lakin nömrəni yığdıqda telefon açılsa da, cavab verən olmamışdır. Dəstəkdən Anarın səsinin gəldiyini və Zamindən avtomobili onun adına qeydiyyata keçirməyi tələb etdiyini, eyni zamanda Anarın Zamindən 385 manat pul aldığını bildirdiyini eşitmişdir. Zamin avtomobilin pulunun tam verilmədiyini və bu səbəbdən də avtomobili onun adına keçirə bilməyəcəyini dedikdə yumruq və təpik səsləri eşitmişdir. Zamin Anara və Yavərə alverin pulunun cibində olduğunu və əl-qolu bağlı olduğu üçün həmin pulu onlara verə bilmədiyini və həmin vaxtı Anarın Zaminin ünvanına nəlayiq söyüşlər işlətdiyini eşitmişdir. Telefonu söndürərək DİNnin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Daha sonra verilən suallara cavab olaraq Şahid1 göstərdi ki, Zamin Anar, Yavər və adını bilmədiyim da 3 nəfər şəxsin ona təzyiq göstərdiyini demiş, Zamin məhəllədə çox yüksək səslə “kömək edin” deyə qışqırmışdır. Məhkəmədə şahid qsimində dindirilmiş Şahid2 bildirmişdir ki, Zamin onun bacanağıdır. Zərərçəkmiş şəxs avtomobil alqı-satqısı ilə məşğul olurdu. 17 aprel 2020-ci il tarixdə saat 18 radələrində Zamin onun yaşadığı Bakı şəhəri, Biləcəri qəsəbəsindəki evinə gəlmiş və onlar gecəyə qədər söhbət edib nərd oynamış, sonra Zamin çıxıb getmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan raportlardan və izahatdan görünür ki, 16 aprel 2020-ci il tarixdə X3 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə telefonla məlumat verib bildirmişdir ki, həmin tarixdə Bakı-Quba yolu ilə Neapol otelinin yaxınlığında hərəkət edərkən qara rəngli, Niva markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı hərəkətdə olan avtomobilin ön qabaq (kapot) hissəsində əlində bıçaq olan və sürücünü hədələyən bir nəfər şəxsin olmasını görmüşdür. (Cild 1, iş vərəqləri 4-8) “VAZ 2121” Niva markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında 19 aprel 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin avtomobil qara rənglidi və avtomobilin sağ qapısının üzərində olan əl tutacağı qırılmış vəziyyətdədir. (Cild 1, iş vərəqləri 59-65) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 23 aprel 2020-ci il tarixli, 733 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1987ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində alın nahiyəsinin sol hissəsini və sol gicgah nahiyəsini əhatə edən geniş həcmli dərialtı hematoması, burunla tənəffüsün pozulması ilə müşayiət olunan burun nahiyəsinin qançırşişkinlik halında əzilməsi, üst dodağın selikli qişasının geniş ölçülü əzilmiş yaraları, alın nahiyəsinin sol hissəsinin, sol gicgah nahiyəsinin və sağ gicgah nahiyəsinin sıyrıqları kimi xəsarətlər aşkar edilmiş, qeyd olunan xəsarətlər 18 aprel 2020-ci il tarixdə yetirilməyə xarakterik olmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (Cild 1, iş vərəqləri 98-99) Cinayət işinin materiallarında olan ifadələrin yerində yoxlanılması haqqında protokollara əsasən Zərərçəkmiş şəxs, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Eşqin Quliyev, Zərərçəkmiş şəxs döyülməsi və oğurlanması ilə bağlı ifadələrində göstərdikləri xüsusatlar yerində yoxlanılmaqla dəqiqləşdirilmələr aparılmışdır. (Cild 2, iş vərəqləri 182-184, 188-191, 192-194) Cinayət işinin materiallarından digər cinayət işinin ayrılmasına dair qərardan görünür ki, hazırki cinayət işindən istintaqla müəyyən edilməyən, əməllərində cinayət tərkibinin olması ehtimal olunan şəxslər barəsində ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, eləcə də Zərərçəkmiş şəxs ittiham aktında qeyd olunaraq ittihamın əsası kimi götürülmüş ifadələri işin hallarına uyğun olduğundan, biri digərinə, eləcə də iş üzrə toplanmış sair sübutlara münasibətdə uyğunluq təşkil etdiyindən və işin digər obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, eləcə də Zərərçəkmiş şəxs məhkəmədə verdikləri ifadələrində göstərdikləri hallara, yəni təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsi döyərək ona qarşı adam oğurluğunu özündə ehtiva edən hərəkətlərin edilməməsi, onun iradəsinə zidd olaraq adam oğurluğu ilə bağlı azadlığının məhdudlaşdırılmaması, ona qarşı quldurluqla əlaqədar basqın edərək pul tələb edilməməsi və bu cinayətlərin əvvəlcədən planlaşdırılmaması ilə bağlı xüsusatlara tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyə verdikləri bu ifadələri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri olaraq, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla cəzanı yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, digər cinayət işi üzrə təqsirləndirilən şəxs, hazırki cinayət işi üzrə isə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə eyni istintaq təcridxanasında saxlanılmasını, onların eyni konvoy vasitəsi ilə məhkəməyə gətirilməsi və məhkəmə prosesində birgə iştirak etmələrini nəzərə alaraq, onların ünsiyyətlərinin olması istisna edilmədiyindən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsi işin obyektiv hallarına uyğun olmayan təqsirləndirilən şəxslərə kömək etmək etmək cəhdi kimi qiymətləndirilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarın 15-ci bəndinə əsasən qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5 və 221.3-cü, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, məhkəməyə verildikləri maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən vurulmuş ziyanının tamamilə könüllü olaraq ödənilməsi Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış 18 avqust 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 atası tərəfindən Zərərçəkmiş şəxs 2.000 manat pul ödənilmişdir. (Cild 1, iş vərəqi 241) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs3 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən cinayətlər törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivinin olması müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabları, eləcə də və müvafiq məhkəmə hökmlərinin və qərarlarının surətləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 Quba rayon məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3.000 manat cərimə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 03 noyabr 2016-cı il tarixli qərarı ilə həmin hökmdən Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi xaric edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 Tərtər rayon məhkəməsinin 14 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 3.000 manat cərimə cəzasına məhkum edilmişdir. Tərtər rayon İcra və Probasiya şöbəsinin 15 mart 2022-ci il tarixli, Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsinin və Tərtər rayon məhkəməsinin 14 mart 2022-ci il tarixli məktubları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 3.000 manat cərimə cəzasını ödəməmişdir. (Cild 1, iş vərəqləri 102-103, 108-109) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3, ona əvvəlki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə və cərimə cəzalarını ödəmədiyindən məhkumluğu olan şəxs hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 sonuncu dəfə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 3 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 dekabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (Cild 1, iş vərəqləri 242-244) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənildiyindən və həmin Məcəllənin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. (Cild 1, iş vərəqləri 222- 223) Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 üzərində çəkilməmiş cəzası olduğundan ona hökmlərin məcmusu əsasında qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanununun həmin normasını rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Tərtər rayon məhkəməsinin 14 yanvar 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 3.000 manat cərimə cəzası tamamilə birləşdirilməli, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə və cərimə növündə qəti cəza təyin edilməli, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Təqsirləndirilən şəxs3 isə Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 barəsində Abşeron rayon məhkəməsinin 18 may 2020-ci il tarixli qərarı ilə əvvəli 16 may 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, daha sonra həmin məhkəmənin 16.09.2020-ci, 15.12.2020-ci, 15.03.2021-ci, 08.05.2021-ci və 04.06.2021-ci il tarixli qərarları ilə həbsdə saxlanılma müddəti uzadılmış və məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 185-186, Cild 2, iş vərəqləri 5-9, 40-43, 124-127) Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 barəsində Abşeron rayon məhkəməsinin 19 may 2020-ci il tarixli qərarı ilə əvvəli 17 may 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, daha sonra həmin məhkəmənin 13.08.2020-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmış, eyni məhkəmənin 16.11.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək 17 fevral 2021-ci il tarixədək uzadılmışdır. Daha sonra müstəntiqin 17 fevral 2021-ci il tarixli qərarı ilə ev dustaqlığında saxlanılma müddəti başa çatan Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 246-249, Cild 2, iş vərəqləri 29-37, 111-112) Bundan əlavə, Təqsirləndirilən şəxs3 08 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Abşeron rayon məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, daha sonra həmin məhkəmənin 06.06.2021-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmış və məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 2, iş vərəqləri 61, 302-305) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 17.05.2020-ci il tarixindən 17.02.2021-ci il tarixinədək həbsdə və ev dustaqlığında olduğu 09 (doqquz) ay müddət ona təyin olunan cəzadan çıxılmaqla qəti cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan olunduğu və faktiki həbsə alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının çəkilməsi müddətinin başlanğıcı 16 may 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 cəzasının çəkilməsi müddətinin başlanğıcı 08 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən etməmişdir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 12 (on iki ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1 və 181.2.5-ci maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs3 11 ( on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Tərtər rayon məhkəməsinin 14 yanvar 2016-cı il tarixli hökmü ilə təyin olunmuş və ödənilməmiş qalan 3000 (üç) min manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 11 (on bir) il azadlıqdan məhrumetmə cəzası və 3000 (üç) min manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 08 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 17.05.2020-ci il tarixindən 17.02.2021-ci il tarixinədək həbsdə və ev dustaqlığında olduğu 09 ay müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) il 09 (doqquz) ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli hökmün elan olunduğu 14 aprel 2022-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.