Məhkəmə qərarları › İş №1(124)-5/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-5/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-5/2025 08.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Alyans” Vəkil Bürosunun vəkili, Nümayəndə2, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 İsgəndər oğlunun, Bakı şəhəri 33 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi7, Bakı şəhəri 18 Saylı Vəkil Bürosununun vəkili Müdafiəçi2, Bakı şəhəri 9 Saylı Vəkil Bürosununun vəkili X7, Bakı şəhəri 2 Saylı Vəkil Bürosununun vəkili Müdafiəçi3 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx xxxx 1993-cü ildə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, ev 30, 3034-cü məhəllə, giriş-AS. mənzil 61A-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1993-cü ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı’' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxx 1991-cı ildə Laçın rayonu, Alqulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Laçın rayonu, Alqulu kəndində qeydiyyatda olmaqla Binəqədi rayonu, Binəqədi şosesi, döngə 2-də fərdi həyət evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 və xx.xx.2000-ci ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "'Tornado ş” MMC-də mühafizəçi vəzifəsində işləyən, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, döngə 15, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 və xx.xx.1989-cu ildə doğulmuş, azərbaycanlı, evli, orta təhsilli, hazırda məhkumluğu olmayan, Cəlilabad rayonu, M.Quliyev küçəsi, ev 92-də qeydiyyatda olmaqla Sabunçu rayonu, Muxtarov küçəsi, fərdi həyət evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ( hökmün təsviri əsaslandırıcı hissəsində CM ) 177.3.2-ci maddəsi xx xxxx 1995-ci ildə Masallı rayonu, Xıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, milliyyətcə azərbaycanlı, orla təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, X15 fərdi həyət evində yaşayan, barəsində “ev dustaqlığı’' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ( hökmün təsviri əsaslandırıcı hissəsində CM ) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz olaraq daxil olmaqla vahid niyyətlə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vuraraq oğurluq cinayətini əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyətilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək anbardar köməkçisi işlədiyi “Abşeron Treyd’’ MMC-nin anbarından dondurulmuş mal əti oğurlayıb satmaqla əldə olunan vəsaiti aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 03 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə Abşeron rayonu, Bakı- Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində, yolun kənarında yerləşən Zərərçəkmiş şəxs MMC-nin “Tranzit Store” şirkətindən icarəyə götürüb dondurulmuş mal əti tədarük edib saxladığı soyuducu anbarının yerləşdiyi əraziyə gəlib, anbarın qapısının kilidini özündə olan açarla açıb birlikdə anbara qanunsuz daxil olaraq, oradan bir kiloqramı 7 manat olmaqla 28.000 (iyirmi səkkiz min) manat dəyərində 4 ton dondurulmuş mal ətini istintaqa məlum olmayan "xxxx" markalı avtomobilə yükləyib aparmaqla gizli olaraq talamışdır. Bundan sonra o, vahid qəsdlə əhatə olunan cinayət əməlini davam etdirərək, tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək anbardar köməkçisi işlədiyi Zərərçəkmiş şəxs MMC-nin anbarından dondurulmuş mal əti oğurlayıb satmaqla əldə olunan vəsaiti aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 14 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində bir qrup şəxs halında Təqsirləndirilən şəxs3la Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində, yolun kənarında yerləşən Zərərçəkmiş şəxs MMCnin ‘Tranzit Store” şirkətindən icarəyə götürüb dondurulmuş mal əti tədarük edib saxladığı soyuducu anbarının yerləşdiyi əraziyə gəlib, anbarın qapısının kilidini özündə olan açarla açıb sonuncu ilə birlikdə anbara qanunsuz daxil olaraq, oradan bir kiloqramı 7 manat olmaqla 42000 (qırx iki min) manat dəyərində 6 ton dondurulmuş mal ətini Təqsirləndirilən şəxs3 idarə etdiyi “X26 1824L” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib apararaq, aralarındakı razılığa görə, oğurlanmış əti alacağını əvvəlcədən vəd edən Təqsirləndirilən şəxs2 satmaqla gizli olaraq talamışdır. Bundan sonra o, vahid qəsdlə əhatə olunan cinayət əməlini davam etdirərək, tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək anbardar köməkçisi işlədiyi Zərərçəkmiş şəxs MMC-nin anbarından dondurulmuş mal əti oğurlayıb satmaqla əldə olunan vəsaiti aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 20 oktyabr 2021-ci il tarixdə saat 00 radələrində bir qrup şəxs halında Təqsirləndirilən şəxs3la Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində, yolun kənarında yerləşən Zərərçəkmiş şəxs MMC-nin Tranzit Store’' şirkətindən icarəyə götürüb dondurulmuş mal əti tədarük edib saxladığı soyuducu anbarının yerləşdiyi əraziyə gəlib, anbarın qapısının kilidini özündə olan açarla açıb sonuncu ilə birlikdə anbara qanunsuz daxil olaraq, oradan bir kiloqramı 7 manat olmaqla 21000 (iyirmi bir min) manat dəyərində 3 ton dondurulmuş mal ətini Təqsirləndirilən şəxs3 idarə etdiyi “X26 1824L” markalı, ** SO *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib apararaq, aralarındakı razılığa görə, oğurlanmış əti alacağını əvvəlcədən vəd edən Təqsirləndirilən şəxs2 satmaqla gizli olaraq talamışdır. Bundan sonra o, vahid qəsdlə əhatə olunan cinayət əməlini davam etdirərək, tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəllər anbardar köməkçisi işlədiyi “Abşeron Treyd" MMC-nin anbarından dondurulmuş mal əti oğurlayıb satmaqla əldə olunan vəsaiti aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 03 dekabr 2021-ci il tarixdə saat 23 radələrində bir qrup şəxs halında Təqsirləndirilən şəxs3la idarə etdiyi “X26 İ824L” markalı, ** SO *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində, yolun kənarında yerləşən Zərərçəkmiş şəxs MMC-nin “Tranzit Store” şirkətindən icarəyə götürüb dondurulmuş mal əti tədarük edib saxladığı soyuducu anbarının yerləşdiyi əraziyə gəlib, anbarın qapısının kilidini həmin anbarda işlədiyi vaxt əldə etdiyi açarla açıb sonuncu ilə birlikdə anbara qanunsuz daxil olaraq, oradan bir kiloqramı 7 manat olmaqla 56000 (əlli altı min) manat dəyərində 8 ton dondurulmuş mal ətini Təqsirləndirilən şəxs3 idarə etdiyi “X26 1824L” markalı, ** SO *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib apararaq, aralarındakı razılığa görə, oğurlanmış əti alacağını əvvəlcədən vəd edən Təqsirləndirilən şəxs2 satmaqla gizli olaraq talamışdır. Bundan sonra o, vahid qəsdlə əhatə olunan cinayət əməlini davam etdirərək, tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəllər anbardar köməkçisi işlədiyi Zərərçəkmiş şəxs MMC-nin anbarından dondurulmuş mal əti oğurlayıb satmaqla əldə olunan vəsaiti aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 03 yanvar 2022-ci il tarixdə saat 23 radələrində bir qrup şəxs halında Təqsirləndirilən şəxs3la Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində, yolun kənarında yerləşən Zərərçəkmiş şəxs MMC-nin “Tranzit Store” şirkətindən icarəyə götürüb dondurulmuş mal əti tədarük edib saxladığı soyuducu anbarının yerləşdiyi əraziyə gəlib, əvvəlcədən razılaşdıqları kimi, anbarın mühafizəçisi Təqsirləndirilən şəxs4 anbardan oğurluq edilməsinə göz yummaqla şərait yaradacağına və bunu gizlədəcəyinə əmin olaraq, həmin anbarda işlədiyi vaxt əldə etdiyi açarla anbarın qapısının kilidini açıb Təqsirləndirilən şəxs3la birlikdə anbara qanunsuz daxil olaraq, oradan bir kiloqramı 7 manat olmaqla 56000 (əlli altı min) manat dəyərində 8 ton dondurulmuş mal ətini sonuncunun “X26 1824L” markalı, ** SO *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib apararaq, aralarındakı razılığa görə, oğurlanmış əti alacağını əvvəlcədən vəd edən Təqsirləndirilən şəxs2 satmaqla gizli olaraq talamışdır. Bundan sonra o, vahid qəsdlə əhatə olunan cinayət əməlini davam etdirərək, tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəllər anbardar köməkçisi işlədiyi Zərərçəkmiş şəxs MMC-nin anbarından dondurulmuş mal əti oğurlayıb satmaqla əldə olunan vəsaiti aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 14 yanvar 2022-ci il tarixdə, saat 22 radələrində bir qrup şəxs halında Təqsirləndirilən şəxs3la Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində, yolun kənarında yerləşən Zərərçəkmiş şəxs MMC-nin “ Tranzit Store” şirkətindən icarəyə götürüb dondurulmuş mal əti tədarük edib saxladığı soyuducu anbarının yerləşdiyi əraziyə gəlib, əvvəlcədən razılaşdıqları kimi, mühafizəçi Təqsirləndirilən şəxs4 anbardan oğurluq edilməsinə göz yummaqla şərait yaradacağına və bunu gizlədəcəyinə əmin olaraq həmin anbarda işlədiyi vaxt əldə etdiyi açarla anbarın qapısının kilidini açıb Təqsirləndirilən şəxs3la birlikdə qanunsuz olaraq anbara daxil olaraq oradan bir kiloqramı 7 manat olrnaqla 56000 (əlli altı min) manat dəyərində 8 ton dondurulmuş mal ətini Təqsirləndirilən şəxs3 idarə etdiyi “X26 1824L” markalı, ** SO *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib apararaq, aralarındakı razılığa görə, oğurlanmış əti alacağını əvvəlcədən vəd edən Təqsirləndirilən şəxs2 satmaqla gizli olaraq talamışdır. Bundan sonra o, vahid qəsdlə əhatə olunan cinayət əməlini davam etdirərək, tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəllər anbardar köməkçisi işlədiyi Zərərçəkmiş şəxs MMC-nin anbarından dondurulmuş mal əti oğurlayıb satmaqla əldə olunan vəsaiti aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 14 fevral 2022-ci il tarixdə, saat 01 radələrində, bir qrup şəxs halında, Təqsirləndirilən şəxs3la Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində, yolun kənarında yerləşən Zərərçəkmiş şəxs MMC-nin “Tranzit Store” şirkətindən icarəyə götürüb dondurulmuş mal əti tədarük edib saxladığı soyuducu anbarının yerləşdiyi əraziyə gəlib, əvvəlcədən razılaşdıqları kimi, mühafizəçi Təqsirləndirilən şəxs4 anbardan oğurluq edilməsinə göz yummaqla şərait yaradacağına və bunu gizlədəcəyinə əmin olaraq, həmin anbarda işlədiyi vaxt əldə etdiyi açarla anbarın qapısının kilidini açıb Təqsirləndirilən şəxs3la birlikdə anbara qanunsuz daxil olaraq, oradan bir kiloqramı 7 manat olmaqla 42000 (qırx iki min) manat dəyərində 6 ton dondurulmuş mal ətini Təqsirləndirilən şəxs3 idarə etdiyi “X26 1824L” markalı, ** SO *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və bir kiloqramı 7 manat olmaqla 35000 (otuz beş min) manat dəyərində 5 ton dondurulmuş mal ətini Təqsirləndirilən şəxs5 yük daşıması üçün cəlb etdiyi, həmin vaxt onların cinayət törətmələrindən xəbərsiz olan Şahid7 məxsus "xxxx" markalı, ** US *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib, aralarındakı razılığa görə, oğurlanmış əti alacağını əvvəlcədən vəd edən Təqsirləndirilən şəxs2 satmaqla gizli olaraq talamışdır. Bundan sonra o, vahid qəsdlə əhatə olunan cinayət əməlini davam etdirərək, tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəllər anbardar köməkçisi işlədiyi Zərərçəkmiş şəxs MMC-nin anbarından dondurulmuş mal əti oğurlayıb satmaqla əldə olunan vəsaiti aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 28 fevral 2022-ci il tarixdə saat 21 radələrində bir qrup şəxs halında Təqsirləndirilən şəxs5 idarə etdiyi “Mersedes” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə ilə Abşeron rayonu, Bakı- Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində, yolun kənarında yerləşən Zərərçəkmiş şəxs MMC-nin “Tranzit Store” şirkətindən icarəyə götürüb dondurulmuş mal əti tədarük edib saxladığı soyuducu anbarının yerləşdiyi əraziyə gəlib, əvvəlcədən razılaşdıqları kimi, Təqsirləndirilən şəxs5 oğurluq edilən yerin yaxınlığında dayanıb təhlükə olacağını xəbər vermək üçün müşahidə aparmış, mühafizəçi Təqsirləndirilən şəxs4 anbardan oğurluq edilməsinə göz yummaqla şərait yaradacağına və bunu gizlədəcəyinə əmin olaraq, anbarda işlədiyi vaxt əldə etdiyi açarla anbarın qapısının kilidini açıb Təqsirləndirilən şəxs3la birlikdə anbara qanunsuz daxil olaraq, oradan bir kiloqramı 7 manat olmaqla 56000 (əlli altı min) manat dəyərində 8 ton dondurulmuş mal ətini sonuncunun “X26 1824L” markalı, ** SO *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib aparmaqla gizli olaraq talamışdır. Bundan sonra o, vahid qəsdlə əhatə olunan cinayət əməlini davam etdirərək, tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəllər anbardar köməkçisi işlədiyi Zərərçəkmiş şəxs MMC-nin anbarından dondurulmuş mal əti oğurlayıb satmaqla əldə olunan vəsaiti aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 08 mart 2022ci il tarixdə saat 01 radələrində bir qrup şəxs halında Təqsirləndirilən şəxs5 idarə etdiyi “Mersedes” markalı, ** PL *** qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində, yolun kənarında yerləşən Zərərçəkmiş şəxs MMCnin “Tranzit Store” şirkətindən icarəyə götürüb dondurulmuş mal əti tədarük edib saxladığı soyuducu anbarının yerləşdiyi əraziyə gəlib, əvvəlcədən razılaşdıqları kimi, Təqsirləndirilən şəxs5 oğurluq edilən yerin yaxınlığında dayanıb təhlükə olacağını xəbər vermək üçün müşahidə aparmış, mühafizəçi Təqsirləndirilən şəxs4 anbardan oğurluq edilməsinə göz yummaqla şərait yaradacağına və bunu gizlədəcəyinə əmin olaraq anbarda işlədiyi vaxt əldə etdiyi açarla anbarın qapısının kilidini açıb Təqsirləndirilən şəxs3la birlikdə anbara qanunsuz daxil olaraq, oradan bir kiloqramı 7 manat olmaqla 56000 (əlli altı min) manat dəyərində 8 ton dondurulmuş mal ətini sonuncunun “X26 1824L” markalı, ** SO *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib aparmaqla gizli olaraq talamışdır. Bundan sonra o, vahid qəsdlə əhatə olunan cinayət əməlini davam etdirərək, tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəllər anbardar köməkçisi işlədiyi Zərərçəkmiş şəxs MMC-nin anbarından dondurulmuş mal əti oğurlayıb satmaqla əldə olunan vəsaiti aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 22 mart 2022ci il larixdə saat 02 radələrində bir qrup şəxs halında Təqsirləndirilən şəxs5 idarə etdiyi “Mersedes” markalı, **-Pİ-*** qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində, yolun kənarında yerləşən Zərərçəkmiş şəxs MMCnin “Tranzit Store” şirkətindən icarəyə götürüb dondurulmuş mal əti tədarük edib saxladığı soyuducu anbarının yerləşdiyi əraziyə gəlib, əvvəlcədən razılaşdıqları kimi, mühafizəçi Təqsirləndirilən şəxs4 anbardan oğurluq edilməsinə göz yummaqla şərait yaradacağına və bunu gizlədəcəyinə əmin olaraq anbarda işlədiyi vaxt əldə eldiyi açarla anbarın qapısının kilidini açıb, oraya özünə məxsus “Mersedes Benz. 9060K35” markalı ** OB *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gəlmiş Təqsirləndirilən şəxs6la birlikdə anbara qanunsuz daxil olaraq, oradan bir kiloqramı 7 manat olmaqla 7000 (yeddi min) manat dəyərində 1 ton dondurulmuş mal ətini sonuncunun avtomobilinə yükləyib aparmaqla gizli olaraq talamışdır. Bundan sonra o, vahid qəsdlə əhatə olunan cinayət əməlini davam etdirərək, tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəllər anbardar köməkçisi işlədiyi Zərərçəkmiş şəxs MMC-nin anbarından dondurulmuş mal əti oğurlayıb satmaqla əldə olunan vəsaiti aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 10 aprel 2022-ci il tarixdə, saat 23 radələrində bir qrup şəxs halında Təqsirləndirilən şəxs3la Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində, yolun kənarında yerləşən Zərərçəkmiş şəxs MMC-nin “Tranzit Store” şirkətindən icarəyə götürüb dondurulmuş mal əti tədarük edib saxladığı soyuducu anbarının yerləşdiyi əraziyə gəlib, əvvəlcədən razılaşdıqları kimi, mühafizəçi Təqsirləndirilən şəxs4 anbardan oğurluq edilməsinə göz yummaqla şərait yaradacağına və bunu gizlədəcəyinə əmin olaraq anbarda işlədiyi vaxt əldə etdiyi açarla anbarın qapısının kilidini açıb Təqsirləndirilən şəxs3la birlikdə qanunsuz olaraq anbara daxil olaraq, 11 aprel 2022-ci il tarixdə gccə saatlarında oradan bir kiloqramı 7 manat olmaqla 42000 (qırx iki min) manat dəyərində 6 ton dondurulmuş mal ətini Təqsirləndirilən şəxs3 idarə etdiyi “X26 18241," markalı, ** SO *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib apararaq, yolda onları qarşılayan və aralarındakı razılığa görə, oğurlanmış əti tanışına satacağını əvvəlcədən vəd edən qrupun digər üzvü Təqsirləndirilən şəxs6 vasitəçiliyi ilə birlikdə sonuncunun tanıdığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən "xxxx" MMC-nin ət tədarükü anbarına satmaqla gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs6 tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz olaraq daxil olmaqla vahid niyyətlə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq oğurluq cinayətini əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs6 tamah niyyətilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs1 əvvəllər anbardar köməkçisi işlədiyi Zərərçəkmiş şəxs MMCnin anbarından dondurulmuş mal əti oğurlayıb satmaqla əldə olunan vəsaiti aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 22 mart 2022-ci il tarixdə saat 02 radələrində bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs5 idarə etdiyi “Mersedes” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Bakı- Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində, yolun kənarında yerləşən Zərərçəkmiş şəxs MMC-nin “Tranzit Store” şirkətindən icarəyə götürüb dondurulmuş mal əti tədarük edib saxladığı soyuducu anbarının yerləşdiyi əraziyə gəlib, əvvəlcədən razılaşdıqları kimi, Təqsirləndirilən şəxs5 oğurluq edilən yerin yaxınlığında dayanıb təhlükə olacağını xəbər vermək üçün müşahidə aparmış, Təqsirləndirilən şəxs1 anbarın mühafizəçisi Təqsirləndirilən şəxs4 anbardan oğurluq edilməsinə göz yummaqla şərait yaradacağına və bunu gizlədəcəyinə əmin olaraq, həmin anbarda işlədiyi vaxt əldə etdiyi açarla anbarın qapısının kilidini açıb onunla birlikdə anbara qanunsuz daxil olaraq, oradan bir kiloqramı 7 manat olmaqla 7000 (yeddi min) manat dəyərində 1 ton dondurulmuş mal ətini ona məxsus “Mersedes benz 9060K35” markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilə yüklənilib aparılaraq, gizli olaraq talamışdır. Bundan sonra o, vahid qəsdlə əhatə olunan cinayət əməlini davam etdirərək, tamah niyyətilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Məhəmməd Yaşarhntn əvvəllər anbardar köməkçisi işlədiyi "xxxx" MMC-nin anbarından dondurulmuş mal əti oğurlayıb satmaqla əldə olunan vəsaiti aralarında bölmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 10 aprel 2022-ci il tarixdə saat 23 radələrində bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs5 idarə etdiyi “Mersedes” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində, yolun kənarında yerləşən Zərərçəkmiş şəxs MMC-nin “Tranzit Store” şirkətindən icarəyə götürüb dondurulmuş mal əti tədarük edib saxladığı soyuducu anbarının yerləşdiyi əraziyə gəlib, əvvəlcədən razılaşdıqları kimi, Təqsirləndirilən şəxs1 anbarın mühafizəçisi Təqsirləndirilən şəxs4 anbardan oğurluq edilməsinə göz yummaqla şərait yaradacağına və bunu gizlədəcəyinə əmin olaraq, həmin anbarda işlədiyi vaxt əldə etdiyi açarla anbarın qapısının kilidini açıb anbara qanunsuz daxil olaraq, oradan bir kiloqramı 7 manat olmaqla 42000 (qırx iki min) manat dəyərində 06 ton dondurulmuş mal ətini Təqsirləndirilən şəxs3 idarə etdiyi “X26 1824L” markalı, ** SO *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib anbardan çıxartdıqdan sonra, o, aralarındakı razılığa görə, oğurlanmış əti tanışına satacağını əvvəlcədən vəd eldiyi kimi, dondurulmuş mal əti yüklənmiş avtomobili qarşılamış və birlikdə tanıdığı Bakı şəhəri. Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən "xxxx" MMC-nin ət tədarükü anbarına satmaqla gizli olaraq talamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, anbarda işləmişdir, şirkətin verdiyi sənəd əsasında malları qəbul edib göndərmək işi ilə məşğul olmuşdur. Ukraynadan gətirilən ətlər dondurulmuş şəkildə anbarda saxlanılmışdır. Ətləri dövlət güc strukturlarına- Müdafiə Nazirliyinə, Sərhəd Qoşunlarına, Daxili Qoşunlara vermişlər. Anbarın açarı anbarın rəhbərində və onda olmuşdur. Sərxanı əvvəlcədən tanımışdır, o, onlarla işləməmişdir. Hacı ilə əvvəl işləmişlər, Seyran isə anbarda fəhlə olmuşdur. Nicatın onlara aidiyyəti olmamış, o, mühafizəçi işləmişdir. Orxanı bir-iki dəfə ora gələndə görmüşdür, Orxan onlarla işləməmişdir. Sərxanla anbardan təxminən 3 ton ət götürmüşlər. Əti Sərxan özü ondan almışdır .Sentyabr ayında 6 ton əti Hacı,Sərxan və o, anbardan götürmüşdür. 7 manatlıq əti Sərxana 3 manata satmışdır. Oktyabr ayında da Sərxan, Hacı və o, 3 ton əti anbardan götürmüşdür. Nicat anbarın yerləşdiyi ərazidə qapıda dayanmışdır. Seyrana 2 dəfə 300 manat pul vermişdir. İşdən çıxandan sonra da anbardan ət götürmüşdür. Götürdükləri ətin miqdarı 8 ton yox, təxminən 3-4 ton olmuşdur. Orxanın yük maşınından istifadə etmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, 3 ildir ki, anbarda işləmişdir, ətin neçəyə satıldığını bilməmiş, ilk dəfə əti Sərxana 3 manata satmışdır. Sərxan ətin oğurluq olduğunu bilməmişdir. Sonlarda əti Habil adlı şəxsə, digərlərini Sərxana satmışdır. Hacıya ətləri daşımaq müqabilində 800 manat pul vermişdir. Nicat anbarda mühafizəçi olmuş, 2-3 dəfə ona 20-30 manat pul vermişdir. Seyran anbar müdirinin köməkçisi olmuş, oğurluq hadisəsi törədilərkən anbarın rəsmi işçisi olmuşdur. Şəxsi maşını ilə onu aparıb geri qaytarmışdır. Şirkətin qabağına Seyranın maşını ilə getmişdir, darvazadan sonra piyada getmiş, anbardan əti götürərək yük maşınına yükləməyi 2-3 saat çəkmiş, Seyrana ehtiyacı olduğu üçün ümumilikdə 1300 manat pul vermişdir. Orxanın maşını ən çoxu 2 ton ət tutmuşdur. Orxana nə qədər pul verdiyini xatırlamamışdır. 6-7 ay oğurluq hadisəsi baş vermiş, ətin satışından əldə etdiyi pulu istirahətinə xərcləmişdir. Sərxan əvvəlcədən onunla gəlib ətin keyfiyyətinə baxmışdır. Hacı əvvəl sürücü işləmiş, Seyran işlə bağlı anbara getdiyini bilmiş, oğurluq olduğunu bilməmişdir, Seyranla 2 dəfə anbara getmişdir. Seyran çöldə gözləmiş, ətləri daşımamışdır. Hacının onun işdən çıxarıldığını bildiyini dəqiq bilməmişdir. Bəzən əti sənədli, bəzən də sənədsiz çatdırmışdır. O, tək getmiş, anbarı açandan sonra maşının içinə daxil olmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki,Zərərçəkmiş şəxs MMC-də rəsmi olaraq 15 yanvar 2020-ci il tarixdə anbardar köməkçisi vəzifəsinə işə qəbul olunmuş, 30 noyabr 2021-ci il tarixdə rəsmi olaraq həmin müəssisədən işdən çıxmışdır. Lakin Zərərçəkmiş şəxs MMC-də qeyri rəsmi olaraq 2020-ci ilin əvvəllərindən başlayaraq anbardar köməkçisi kimi işləmişdir. MMC-in gəliri böyük olduğu halda ona az əmək haqqı verilməsindən narazı qalmış, ona görə də Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından müxtəlif vaxtlarda dondurulmuş mal əti gizli olaraq götürməklə oğurluq cinayətləri törətmişdir. Belə ki, o, maddi vəziyyəti yaxşı olmadığı üçün 2021-ci ilin sentyabr ayından başlayaraq anbardan dondurulmuş mal əti oğurlamağa başlamışdır. Cinayət törətməyə başlamazdan əvvəl 2021-ci ilin avqust ayında Bakı şəhərində Memar Əcəmi” metrosunun yaxınlığında olan çayxanada Təqsirləndirilən şəxs2 ilə görüşüb oğurladığı əti satmaq barədə onunla razılaşmışdır. Sərxan ətin özünü görmək istədiyi üçün 03 sentyabr 2021-ci il tarixdə, gecə saatlarında ‘‘Abşeron Treyd” MMCnin soyuducu anbarına onunla birlikdə gəlmişlər. Anbara gedərkən Xırdalan şəhəri, “Xocahəsən” adlanan dairədə “Mersedes Aleko” markalı soyuducu yük maşını tutmuşdur. Həmin maşının nömrəsini xatırlamır, sürücüsünü tanımır. Həmin maşının sürcüsü onun və Sərxanın oğurluq etdiklərini, yəni Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından ət oğurlayaraq onun maşını ilə anbardan çıxardıqlarını bilməmişdir. Dondurulmuş mal ətini həmin maşına özü ilə gətirdiyi tanımadığı fəhlələrlə yüklətdirmişdir. O, həmin vaxt MMC-də anbardar köməkçisi olduğu üçün mühafizə xidməti anbardan ət götürərkən oğurluq etməsindən şübhələnməmişdir. Anbara Sərxanla birlikdə axşam vaxtı, təxminən saat 23 radələrində getmişlər. Həmin vaxt anbarın yerləşdiyi ərazidə, Bakı-Şamaxı avtomobil yolunun kənarında qarşıladığı maşın və fəhlələri içəri salaraq anbarı açmış və anbardan həmin maşına 4 (dörd) ton ət yüklətdirmişdir. Maşının yük yerinə də plomb vurmuş, anbarı bağlayıb və plomblayıb ərazidən çıxmışlar. O, öz maşını ilə getmiş, Sərxan isə, yolu göstərmək üçün yük maşınına oturmuş, onun arxasınca getmişdir. Həmin əti Bakı-Sumqayıt yolunda tərəzidə çəkdirib sonra maşını Xırdalan şəhərində yerləşən "xxxx" MMC-yə aparmışdır. Lakin gecə olduğu üçün maşını orada saxlatdırıb gecə bir neçə saat özləri də, həmin ərazidə olmuşlar. Xırdalan şəhərində yerləşən “Kolorit” yeməkxanasında səhər yeməyi yedikdən sonra səhər Sərxan əti satıb bir kiloqramını 2 manat 90 qəpikdən hesablayaraq pulunu vermişdir. Bundan sonra oğurlayacağı ətin daşınmasını təmin etməkdən ötrü əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs3 ilə 2021-ci ilin sentyabr ayının əvvəllərində görüşərək oğurluq ətin daşınması, hər reysində ona 200-300 manat pul verəcəyi barədə razılaşmışlar. Bundan sonra Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından oğurluq cinayətlərini davam etdirmişdir. 2021-ci ilin sentyabr ayının 3-dən 4-nə keçən gecə 04 (dörd) ton ət məhsulunu, 2021-ci ilin sentyabr ayının 15-nə keçən gecə anbardan 06 (altı) ton ət məhsulunu, 2021-ci ilin oktyabr ayının 21-nə keçən gecə 03 (üç) ton mal əti məhsulunu , 2021-ci ilin dekabr ayının 4-də 8 (səkkiz) ton ət məhsulunu, 04 yanvar 2022-ci il tarixdə 8 (səkkiz) ton mal əti məhsulunu, 14 yanvar 2022-ci il il tarixdə 8 (səkkiz) ton mal əti məhsulunu, 14 fevral 2022-ci il tarixdə iki ədəd maşınla 11 ton ( on bir) ton mal əti məhsulunu, 28 fevral 2022-ci il tarixdə 8 (səkkiz) ton mal ət məhsulunu, 08 mart 2022-ci il tarixdə 8 (səkkiz) ton mal əti məhsulunu, 22 mart 2022-ci il tarixdə 1 (bir) ton mal əti məhsulunu, 11 aprel 2022-ci il tarixdə 6 (altı ) ton mal əti məhsulunu oğurlamışdır. Zərərçəkmiş şəxs MMC-nin anbarından cinayətdə iştirak edən şəxslərlə birlikdə cəmi 71 ton dondurulmuş mal ətini oğurlamışlar. Oğurladığı mal ətini 2021-ci ilin sentyabr ayından 2022ci ilin fevral ayının 14-dək olan müddətdə bir qayda olaraq Təqsirləndirilən şəxs2 satmışdır.14 fevral 2022-ci il tarixdən başlayaraq Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından oğurladığı dondurulmuş mal ətini ondan aldığı ətin pulu olaraq 31.000 manat məbləğində borcunu ödəmədiyi üçün Sərxana salmamışdır. Bundan sonra o, cinayət törətməkdə və oğurladığı əti satmaqda ona kömək etməsi üçün Zərərçəkmiş şəxs MMC-də fəhlə işləyən Təqsirləndirilən şəxs5 ilə cinayət əlaqəsinə girərək razılaşmışlar. Seyran onu MMC-yə öz Mersedes markalı minik maşını ilə hər dəfə gətirib düşürtdükdən sonra yolun kənarında gözləmiş, həmçinin təhlükə olarsa ona xəbər verməyi öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs5 həmçinin oğurladıqları mal ətinin satışında ona kömək etmişdir. Cinayət törədərkən o, cinayətin törədilməsi üçün, Təqsirləndirilən şəxs3 ilə oğurlayacağı ət məhsullarının ona məxsus “Mersedes Aleko” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs MMC-dən aparması barədə, Təqsirləndirilən şəxs2 ilə oğurlanmış ət məhsullarının onun tərəfindən alınaraq başqa şəxslərə sallaması və pulunun ona ödənilməsi barədə, Təqsirləndirilən şəxs4 ilə mühafizəçi işlədiyi "xxxx" MMC-nin mühafizə etdiyi Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından oğurluq etməyinə şərait yaradıb bu barədə mühafizə xidmətinə və MMC-nin rəhbərliyinə məlumal verməməsi, Təqsirləndirilən şəxs5 Eərail oğlu ilə onu idarə eldiyi “Mersedes” markalı, ** PL *** qeydiyyat nişanlı şəxsi minik avtomobili ilə oğurluq cinayətini törətdiyi Zərərçəkmiş şəxs MMC-nin qarşısına gəlirərək orada kənardan gətə bilən şəxslərin müşahidəsini aparıb təhlükə olduqda ona xəbər verərək kömək etməsi barədə və Təqsirləndirilən şəxs6 oğlu ilə onun idarə etdiyi “Mersedes ” markalı maşınla oğurluq ət məhsullarının "Abşeron Treyd” MMC-nin soyuducu anbarından daşınması və ət məhsulunun satışında köməklik göstərməsi barədə qabaqcadan razılığa gəlmişdir. Onlarla müxtəlif vaxtlarda razılığa gəlmiş və onlar cinayətə müxtəlif vaxtlarda qoşulmuşlar. Cinayətin törədilməsində Təqsirləndirilən şəxs3 əvvəldən axıra kimi iştirak etmişdir. Qabaqcadan razılaşdıqlarına uyğun olaraq Təqsirləndirilən şəxs3 oğurluq ət yükünü daşımaqla cinayətdə iştirak etmişdir. Təqsirləndirilən şəxs3 yük apardığına görə müxtəlif məbləğlərdə pul vermişdir. Təqsirləndirilən şəxs2 2021-ci ilin sentyabr ayında onunla birlikdə Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarına gəlib ət məhsulunun oğurlanmasında iştirak etmiş, bundan sonrakı oğurluqlarda Sərxan soyuducu anbara gətməmiş, oğurlanmış ət məhsulunu anbardan kənarda Təqsirləndirilən şəxs3 qəbul edib sonradan pulunu ona ödəmişdir. O, oğurladığı dondurulmuş mal ətini adətən Təqsirləndirilən şəxs2 bir kiloqramını iki manatdan üç manata qədər olmaqla satmışdır. 2022-ci ilin fevral ayının 15-dən sonra oğurladığı ət məhsullarını Sərxana satmamışdır. Çünki Sərxan, ondan aldığı ət məhsulunun satışına görə ödəməli olduğu 31.000 (otuz bir min) manat pulu ona qaytarmamışdır. Cinayətin törədildiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı avtomobil yolunun kənarında yerləşən Zərərçəkmiş şəxs MMC-yə o, əvvəllər özünə məxsus şəxsi minik avtomobili ilə getmiş, sonradan tanışı, əslən Şəki rayonundan olan Şahid11 onu idarə etdiyi “Mersedes C 220” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı şəxsi minik avtomobili ilə gecə vaxtları üç dəfə Zərərçəkmiş şəxs MMC-yə aparmışdır. Belə ki, öz minik avtomobilini satdığı üçün maşını olmadığından o, Şahid11 maşını ilə onu Zərərçəkmiş şəxs MMC-yə aparmağı xahiş etmişdir. Şahid11 onu üç dəfə-2021-ci ilin dekabr ayında, 2022-ci ilin yanvar və fevral aylarında gecə vaxtı, oğurlıuq cinayətləri törətdiyi vaxtlarda Zərərçəkmiş şəxs MMC-yə aparmışdır. Onun tapşırığına əsasən , onu Zərərçəkmiş şəxs MMC ilə qarşı tərəfdə yerləşən "xxxx" şadlıq evinin yanındakı çayxanada gözləmişdir. Özü isə, MMC-yə gedib oradan ət oğurladıqdan sonra Fəridin maşınına oturub oradan çıxıb gedirmiş.2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs2 ilə ona oğurladığı ət məhsullarını satmaqla bağlı əlaqəni kəsdikdən, Şahid11 rayona qayıtdıqdan sonra oğurluq etməkdə ona tanışı Zərərçəkmiş şəxs MMC-də fəhlə işləyən Təqsirləndirilən şəxs5 kömək etmişdir. Təqsirləndirilən şəxs5 onu oğurluq cinayətləri törətmək üçün yaşadığı Bakı şəhərindəki evindən “Abşeron Treyddə” idarə etdiyi “Mersedes C 200” markalı ** PL *** qeydiyyat nişanlı avtomobili ilə aparmışdır. Seyranla qabaqcadan razılıqlarına əsasən, o, Bakı-Şamaxı yolundan anbarın həyətinə giriş qapısında onu düşürüb, sonra yolun kənarında gözləmişdir. MMC-nin digər işçiləri yaxınlaşdıqda mobil telefonla zəng edib onu xəbərdar etməkdən ötrü ətrafı gözləmişdir. Lakin o, “Abşeron Treyd’' MMC-nin giriş qapısının yaxınlığında gözlədiyi vaxtlarda heç bir təhlükəli vəziyyət yaranmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs5 köməyi ilə, Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından 28 fevral 2022-ci il tarixdə və 08 mart 2022-ci il tarixdə oğurladığı ət məhsullarını Seyranın onu tanış etdiyi Anar adlı şəxsin köməyi Bakı şəhəri, Keşlə bazarında icarəyə götürdüyü anbara yığıb oradan müxtəlif şəxslərə satmışdır. Oğurluq etməkdə ona kömək etdiyinə görə qazandığı puldan Seyrana təxminən 6-7 dəfə müxtəlif məbləğlərdə, cəmi 14 (on dörd) min manat pul vermişdir. Oğurluq cinayətinin törədilməsində Zərərçəkmiş şəxs MMC-də anbardar köməkçisi işləyərkən anbarın yerləşdiyi əraziyə gecə saatlarında gəlib-getməyi üçün heç bir maneə olmadığından həmin vaxtlar mühafizə xidmətinin əməkdaşlarının yardımından istifadə etməyinə ehtiyac olmamış, ona görə də həmin vaxtlarda mühafizəçilərin köməyindən istifadə etməmişdir. Lakin işlədiyi anbardar köməkçisi vəzifəsindən 2021-ci ilin noyabr ayında çıxdıqdan sonra gecə vaxtlarında Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından oğurluq etməsi üçün həmin ərazidə xidmət aparan mühafizəçilərdən birinin yardımına ehtiyacı yaranmışdır. Odur ki, oğurluq cinayətlərini törətdiyi zaman pul verəcəyi müqabilində kömək etməsi barədə "xxxx" MMC-nin mühafizə xidmətində gecə növbəsində işləyən Təqsirləndirilən şəxs4 ilə 2021-ci ilin sonunda razılığa gəlmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından oğurluq cinayətlərini həmişə Təqsirləndirilən şəxs4 mühafizə xidmətində işdə olduğu vaxtlarda törətmişdir. Soyuducu yük maşınına ətin yüklənməsi üçün fəhlələri də anbara bundan sonra Nicad özü gətirmişdir. Oğurluq cinayətlərinin törədilməsi ilə əlaqədar MMC-nin işçilərinə və mühafizə xidmətinin əməkdaşlarına məlumat vermədiyi və oğurluğa kömək etdiyi müqabilində hər dəfə Təqsirləndirilən şəxs4 800 manat pul vermişdir. 22 mart 2022-ci il tarixdən başlayaraq sonuncu cinayətlərin törətdilməsində Təqsirləndirilən şəxs6 birbaşa iştirak etmişdir. Belə ki, 21 mart 2022-ci il tarixdə, gecə saat 01 radələrində onun idarə etdiyi “Mersedes sprinter” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı soyuducu yük maşını ilə anbardan bir ton yarım çəkidə ət çıxarıb oğurlamışlar. Oğurladığı həmin ət məhsulunu Orxan satmışdır. Axırıncı dəfə, 11 aprel 2022-ci il tarixdə, saat 01.30 radələrində anbardan oğurladığı əti də Orxanın köməyi ilə Sabunçu rayonu, Kamana qəsəbəsində yerləşən ət tədarükü anbarına satmışlar. Oğurluqlar zamanı anbarın kilidini işdən çıxdıqdan sonra bir nüsxəsini özündə saxladığı açarla açmış və mal ətini maşına "xxxx" MMC-nin fəhlələrinə yüklətdirmişdir. Zərərçəkmiş şəxs MMC-dən ət oğurluqlarını adətən istirahət və bayram günlərinə keçən gecə törətmişdir, çünki həmin günlərdə anbarın məsul şəxsləri işdə olmamış və anbardan özləri mal əti çıxartmışlar. Oğurluq cinayətləri törətdikdən sonra "Abşeron Treyd” MMC-nin soyuducu anbarının qapısına anbardar köməkçisi işlədiyi zaman götürdüyü və özündə saxladığı hazır keçirmə plomblar vurmuşdur. Plombları işlədiyi vaxtdan özündə saxlamışdır. (cild 2, iş vərəqə 80-83, 2-ci cild 153-156, 3-cü cild 108-110, 6cı cild 56-60, 6-cı cild 191-199, 7-ci cild 59-63) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 oğlu ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Abşeron Treyddə nəqliyyat departamentində sürücü vəzifəsində işləmişdir. Şəhərlərarası, rayonlara yük daşımışdır. Məhəmməd Harunun müvaini olmuşdur. Məhəmməd onu çağırmışdır ki, əlavə gecə reysləri var. O, bir dənə maşını açmış, Məhəmməd yükləmişdir, tutulana kimi bilməmişdir, Məhəmməd işdən çıxmış, onlar işləməyə başlamışlar. Verilən suallara cavab olaraq bildirdi ki, hadisə gecə 22-23 radələrində baş vermiş, onu Məhəmməd çağırmışdır. Nicatı tanımamışdır, orada yalnız Məhəmmədi görmüşdür. 4-5 dəfə gecə gəlmişdir. 10 epizod yalan olmuşdur. Zəhmət-Ruziyə və Ramanaya aparmışdır. Orada fəhlələr boşaltmışdır. Seyranı bir dəfə görmüşdür. Orxan bir dəfə Ramanada onu qarşılamışdır. Pul karta köçürülmüş, nağd da verilmişdir. Axırıncı dəfə Orxan ona 220 manat vermiş, ona 600 manat verilməmişdir. “Babaşov” soyadlı şəxs 2 dəfə onu“dubinka” ilə vurmuş, müstəntiq onu hədələmiş, Cinayət Məcəlləsinin 177.4-cü maddəsini verəcəklərini bildirmişdir. Məhəmmədin işdən çıxarılmasından xəbəri olmamış, tutulandan sonra bilmişdir. Anbarın qapısının açılmasında iştirak etməmiş, yükləyən fəhlələri tanımamışdır. Bütün epizodlarda Məhəmməd onunla getmişdir. Sərxana o, heç nə təhvil verməmişdir. O, tərəzi görməmiş, maşında nə qədər ət olduğunu bilməmişdir. Maşın 10 ton yox, maksimum 3.5-4 ton mal götürmüşdür. 12-15 tondan artıq olmamışdır. O, heç kimdən pul almamışdır. 100-150-180 manat vermiş, axırıncı dəfə 220 manat Orxan vermişdir. Soyuducunun işləməyinə görə pul yazılmışdır. Harun müdir, Məhəmməd müavin olmuşdur. Harungil əti çəkmiş, plomb vurulmuşdur. Harun olanda gecə daşıma olmamışdır. Harun olanda da plombu, kağızı hər şeyi Məhəmməd həll etmişdir. Onun üçün Harunla Məhəmməd eyni olmuş, Sərxanla tanışlığı olmamışdır. Ümumi 4-5 dəfə- Ruzi-Bərəkətə 3-4 dəfə, bir dəfə də Ramanaya daşınma olmuşdur. Çəkidən xəbəri olmamış, aparanda Sərxanı görməmişdir. Axırıncı dəfə yükü Orxana vermişdir. Orxanla orada tanış olmuşdur. Məhəmməd onunla getmiş, onları Orxan qarşılamışdır. Ramanada yükü işçilər boşaltmışdır. Boşaldıb getmiş, Orxan onu qarşılayandan sonra Məhəmməd getmişdir. Plombsuz şlaqbaundan keçə bilməzmiş. O, Seyranı görməmiş, müstəntiqi yazmış, o da imza çəkmişdir. Onu Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə hədələmiş, 15 il azadlıqdan məhrum etmə demişlər. Nicatı bir dəfə aşağıda postda görmüşdür. O ifadələri o verməmiş, sadəcə ona imza çəkmişdir. Cəmi 6000 manat pul ödənmişdir. Ziyan ödəməyinə dair sənədi müstəntiq almışdır. 4 tondan çox maşına getməzmiş. Üst-üstə yığanda 4 tondan çox mümkün olmamışdır. Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərdən heç birini görməmişdir. Heç birinin oğurluq olmasını bilməmişdir. Maşının qapısını o bağlamışdır. Məhəmməd plomb vurmuş, o, anbarın nə açılmağını, nə də bağlanmağını görməmişdir. 2 ildir ki, işləmişdir. Müharibə vaxtı Füzuli rayonuna daşımışdır. Məhəmməd onunla getdiyinə görə şübhələnməmişdir. Orada ən azı 300-ə yaxın kamera olmuş, heç kimin ağlına gəlməmişdir ki, oğurluq hadisəsi baş verər. Bəzən axşam, bəzən səhər 9-da çıxmış, tələsməmişdir. Həmin müddətdə o, maşında oturmuş, bəzən yatmışdır. O, əti “hərbi”yə aparanda görmüşdür. O da, Məhəmməd də ətin bir budunu qaldıra bilməzmiş. Ət dənə-dənə çəkilməmişdir. Maşın birinci boş, sonra dolu çəkilmişdir, bir iki dəfə öz maşını ilə, bir iki dəfə başqa maşınla çəkmişdir. Onsuz getməyini xatırlamamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Hacının ağırlığını bilib-bilmədiyini dəqiq xatırlamamışdır. O, düşüb siqaret çəkmiş, amma ətin yüklənməsində iştirak etməmişdir. Hacını gecə də, gündüz də sürücülük edən şəxs kimi tanımışdır. Ofis postunu o, görə bilməmişdir. Gündüz növbəsində bir dəfə, gecə növbəsində bir neçə dəfə onu görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, "xxxx" markalı, ** SO *** qeydiyyat nişanlı şəxsi yük avtomobili vardır. Həmin avtomobillə fərdi qaydada fəaliyyət göstərir. Bundan başqa “Azərsun” şirkətinin "xxxx" MMC ilə yük daşımalara dair 2021-ci ilin noyabr ayından müqavilə bağlamışdır. Razılığa əsasən şirkətin yük daşımaları olduqda onun avtomobilindən istifadə olunmuşdur. Həmin vaxtlar “Azərsun” şirkətinin nəzdində fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-nin Abşeron rayon ərazisində yerləşən anbarından da yüklər aparmışdır. 2021-ci ildə Zərərçəkmiş şəxs MMC-nin ət tədarükü anbarında anbardar köməkçisi işləyən Təqsirləndirilən şəxs1 ilə yük daşımalar zamanı tanış olmuşdur. Əvvəllər həmin anbardan hərbi hissələrə qanuni yüklər aparmışdır. 2021-ci ilin avqust ayında Məhəmməd onunla görüşərək gecə vaxtları anbardan ət yükləri olduqda daşımaq barədə ona təklif etmiş, o, əvvəlcə həmin yüklərin qanuni yüklər olduğunu düşünüb həmin yüklərin nə üçün gündüz aparılmaması barədə soruşduqda Məhəmməd anbardan əti gizli olaraq götürəcəyini və bu işdə hər şeyə özü cavabdeh olduğunu bildirmişdir. Ona hər reysdə 200-300 manat pul verəcəyini vəd etmişdir. O, əvvəlcə tərəddüd etsə də sonra razılaşmışdır. O, Məhəmmədin gecə vaxtları Zərərçəkmiş şəxs MMC-dən oğurladığı ət məhsullarını səkkiz dəfə həmin ərazidən çıxarıb aparmışdır. Ət məhsullarını əsasən sonradan tanıdığı Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs MMC-dən oğurlanmış əti əsasən Xırdalan şəhəri ərazisində yerləşən "xxxx" MMC-nin anbarında təhvil vermişdir. Lakin onunla Xırdalan şəhərində “Vazın dairəsi” deyilən yerdə, Bakı-Sumqayıt yolunda da görüşdüyü vaxtlar olmuşdur. Lakin maşındakı əti həmişə "xxxx" MMC-nin anbarına boşaltdırmışdır. Oğurladığı ət yükünü gecələr apardığı üçün həmin anbarın qarşısında maşını saxlayıb gözləmiş və Sərxan yükü anbara səhər, yəni gündüz vaxtı boşaltdırmışdır. Anbardan apardığı ət yükünü iki dəfə Bakı şəhərində, Keşlə bazarında soyuducu anbara boşaltmışdır. Həmin yükləri kimin qəbul etməsi ona məlum olmamışdır. Sonradan eşitmişdir ki, həmin anbarı Məhəmməd icarəyə götürmüşdür. O, Təqsirləndirilən şəxs5 Məhəmmədin dostu kimi tanımışdır. Seyranın, Məhəmmədi öz maşını ilə anbara gətirdiyi ona məlumdur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ‘"Abşeron Treyd’' MMC-dən ət məhsullarını oğurladını bilmişdir. Çünki əti ucuz qiymətə, sənədsiz almış, əti ona təhvil verəndə ondan heç vaxt sənəd istəməmişdir. Onlar oğurluq cinayətləri törədərkən anbarın yanında mühafizəçi Təqsirləndirilən şəxs4 olmuşdur. Təqsirləndirilən şəxs1 onun iştirakı ilə törədilən cinayətləri bir qayda olaraq mühafizəçi Nicadın işdə olduğu zaman törətmişdir. Məhəmmədlə onun arasında anbardan oğurluq ət məhsullarının çıxarılması ilə əlaqədar razılıq olmuşdur. O, mühafizəçinin cinayət barədə MMC-nin rəhbərliyinə məlumat verə bilməsindən narahat olduğunu bildirdikdə Məhəmməd ona demişdir ki, cinayət barədə məlumat verməməsi üçün mühafizəçi Nicada pul verir. 11 aprel 2022-ci il tarixdə, saat 23 radələrində oğurladıqları mal ətini Sabunçu rayonunda Ramana qəsəbəsində soyuducu anbara Təqsirləndirilən şəxs6la birlikdə təhvil vermişlər. Məhəmməd həmin əti yük maşını ilə apardığına görə ona 600 manat pul vermişdir. Zərərçəkmiş şəxs MMC-nin anbarından edilən oğurluqlarda cəmi səkkiz dəfə iştirak etmişdir. Məhəmmədin Zərərçəkmiş şəxs MMCdən oğurlayaraq onun maşını ilə apardığı ət məhsullarını iki dəfə Bakı şəhərində, Keşlə bazarının yanında,“50 qəpiklik” restoranın arxasında soyuducu anbara boşaltmışlar.(iş vərəqə 1-ci cild 231-233. 4-cü cild 1-3, 6-cı cild 171-174, 7-ci cild 131-135) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun əvvəldən tanıdığı Məhəmməd olmuşdur. Gündüz növbəsində işlədiyi müddətdə Məhəmmədlə Harunu tanımışdır. Sonradan rəisin istəyi ilə gecə növbəsinə keçmişdir. Ərazidə 3 mühafizə xidməti olmuşdur. Hər yerdən kamera çəkmiş, Məhəmmədi onlar anbar müdirinin müavini kimi tanımışlar. Məhəmməd gələndə maşının nömrəsi qeyd olunmuş, çıxanda da çek verilmiş, ondan sonra buraxılmışdır. Çekdə birbaşa rəhbərliyin düzəltdiyi çeklər olmuş, onların sorğulayası heç nələri qalmamışdır. Məhəmməd iki dəfə ona pul vermişdir, nəyinsə müqabilində verməmişdir, gələn maşınların hər biri biri 5 manat biri 3 manat verib demişlər ki, günorta yeməyi yeyər. Bir gün qapıda, bir gün ofisdə oturmuşdur. Oturduğu hər bir yerdə kamera olmuşdur, anbarın içini kameraların heç biri göstərməmişdir, sadəcə ətraf əraziləri göstərmişdir. Onların şirkəti mühafizə şirkəti olmuş, onlara göstəriş verilmişdir ki, 3-4 nəfər fəhlə gələcək, onların mühafizəsinin rəisi verir, göstərir. Məhəmməd ona iki dəfə 20 manat vermişdir. Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsindən görünür ki, o, "xxxx" MMC-də 2022-ci ilin sonlarından etibarən mühafizəçi işləyir. Mühafizəçi işlədiyi müddətdə Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Mühafizəçi işinə təzə təyin olunan vaxt o, mühafizə etdiyi Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarında anbardarın köməkçisi vəzifəsində işləmişdir. Sonradan onu işdən çıxartmışlar. Lakin Məhəmməd işdən çıxmamışdan əvvəl onunla münasibət yaratmışdır. Məhəmməd ona bir neçə dəfə xərclik pul vermişdir. Məhəmməd arabir onun iş yerinə gəlmiş və xərclik pul verdiyi vaxtlar ona heç bir təklif etməmişdir. Lakin 2022-ci ilin yanvar ayında onun yanına gəlib təklif etmişdir ki, anbardan oğurluq edərək ət çıxartmaq istəyir. Məhəmməd demişdir ki, onun Zərərçəkmiş şəxs MMC-dən oğurluq etdiyi barədə heç kimə məlumat verməsə, oğurluq etdiyinə göz yumsa, ona 800-900 manat pul verəcəkdir. Onun maddi imkanı zəif olduğu üçün Məhəmmədlə razılaşmışdır. Onun mühafizəçi olaraq növbədə olduğu günlərdə Təqsirləndirilən şəxs1, Hacı adlı şəxsin maşını ilə üç dəfə gecə saatlarında Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarına gəlib anbardan ət oğurlayıb aparmışlar. Hər dəfə ona 800 (səkkiz yüz) manat pul vermişdir. O da , həmin puldan 200 (iki yüz) manat özünə götürüb qalan pulu Sahilə vermişdir. Həmçinin o, Təqsirləndirilən şəxs1 oğurladığı əti maşına yükləmək üçün fəhlə də gətirmişdir. Bir dəfə də qardaşı Əlirza axşam vaxtı ona yemək gəlirdikdə yük vurmağa kömək etmişdir. O, qardaşına demişdir ki, fəhlələrə kömək etsin, ona da pul versinlər. Qardaşı da maşına ət yükləmişdir, lakin qardaşı Əlirza anbardan ət oğurlandığını bilməmişdir.(iş vərəqə l-ci cild 9-10, 2-ci cild 9-10, 5-ci cild 128-130) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ət, toyuq, meyvətərəvəzin topdan və pərakəndə satışı ilə məşğuldur. 1 ildir ki, Məhəmməd ilə əvvəlcədən tanışlığı olmuş, ət və toyuq məhsullarının dondurulmuş dana əti olmuşdur. O, bundan əvvəl yerli bazardan tədarük etmişdir. Danışdıqdan sonra mala gedib baxmış, rəhbərlə-Bilal bəylə görüşmüşdür. Dondurulmuş ət məhsullarını İlqar adlı şəxsə satmışdır. Onun anbarı "xxxx"də yerləşmişdir. İndiyə qədər Məhəmməddən ən çoxu 10 ton ət almış, hər kəsimdə eyni qiymət olmamışdır. Verilən suallara cavab olaraq bildirdi ki. ətin kilosu 3,30 yaxud 3,50 olmuşdur. Məhəmməd özünü satışa baxan şəxs kimi təqdim etmişdir. Onun iş vaxtı gecə olduğu üçün gecə getmişdir. Qaimə təqdim edəcəyini demişdir. Səhər saatlarında əti boşaltmaları ilə bağlı ona zəng vurmuşdular. Bilal adlı şəxsin gözündə eynək olmuş, boyu qısa, yaşlı adam olmuşdur, onu bir dəfə görmüşdür. İlkin dindirmə zamanı müdafiəçi ilə təmin olunmamışdır. Bəzən eyni maşında toyuq və ət məhsulları olmuş, sonuncu dəfə fevral ayında bu anbardan ət almışdır. Şirkətdən şəxsən tanıdığı adamlar olmamışdır. Hacını şirkətin sürücüsü kimi tanımışdır, Nicatı heç bir zaman görməmiş, Seyranı da 1-2 dəfə sürücü kimi görmüşdür. O, o qiymətdə, o miqdarda mal almamışdır. Məhəmməd ilə 2021-ci ildən tanış olmuşdur. O, şirkətə yox, anbara getmiş, orada məsul şəxs Bilalı görmüşdür. O, Seyranı Məhəmmədin yanında sürücü kimi görmüş, alqı-satqı etməmiş, şahid qismində dindirilməmiş, malın oğurluq olduğunu bilməmişdir. Bilalla görüşəndə Məhəmməd iştirak etmiş, o, sənədləri tələb edəndə Məhəmməd onu rəhbərlə görüşdürmüşdür. Ətin qiymətini əvvəlcədən Məhəmmədlə danışmışdır. Aldığı ətin pulunu ödəmiş, borcu olmamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs1 ilə Bakı şəhərində, onun yaşadığı məhəllədəki çayxanada tanış olmuşlar. Məhəmmədlə tanış olub birlikdə söhbət edərkən Məhəmməd ona demişdir ki, satış müdiri işlədiyi Zərərçəkmiş şəxs MMC-dən ət məhsullarının satışına görə müştəri axtarır, onun da ət alveri ilə məşğul olduğunu eşidib, əgər istəsə ona da ət sata bilər. O, Məhəmməddən ətin keyfiyyəti, haradan gətirilməsi, neçəyə satıldığı barədə soruşduqda Məhəmməd bildirmişdir ki, Ukraynadan gətirilən ət məhsulları və yerli ət məhsulları vardır. Bir kiloqramını ona 3 manat 50 qəpiyə verə biləcəyini demişdir. O, Məhəmməddən ət almağa ilkin olaraq razılaşmamışdır. Bildirmişdir ki, ətin sənədlərini təqdim etsin, o da alsın. Məhəmməd bildirmişdir ki, əgər qiymətlə razıdırsa, onu müdiri Bilal Salmanla görüşdürə bilər və Bilal ona ətin sənədlərini göstərər. O, Məhəmmədin iştirakı ilə "xxxx" şadlıq sarayının yaxınlığında çayxanada Bilalla görüşmüş və Bilal ona ətə dair verilmiş "Qida təhlükəsizliyi" xidmətinin sertifikatını göstərmişdir, həmçinin ətin Ukrayna Respublikasından gətirilməsini təsdiq edən bir neçə gömrük bəyannaməsi də göstərmişdir. Bundan sonra o, Məhəmməddən ət almaq barədə təklifini qəbul etmiş və ətin qiymətini soruşmuşdur. Məhəmməd ona demişdir ki, ətin şirkətdən çıxma qiyməti iki manat yetmiş qəpik təşkil edəcək. O, Məhəmməddən ətin qiymətinin nə üçün ucuz olduğunu soruşduqda Məhəmməd izah etmişdir ki, anbardakı ətlər buzlu ətdir, ona görə də ucuzdur. O, Məhəmmədlə razılaşmış və Məhəmməddən 2021-ci ilin sentyabr ayından başlayaraq bir neçə dəfə ət almışdır. 03 sentyabr 2021-ci il tarixdə günorta radələrində Məhəmmədlə zəngləşib axşam vaxtı soyuducu anbardan ona ət məhsulu verəcəyini bildirmişdir. O, Məhəmməddən əti nə üçün gecə vaxt satdığını soruşduqda o, ət məhsulunu 24 saat ərzində satdığını, gecə vaxtı müştərinin az olduğu üçün ona ət satmaq üçün rahatçılıq olacağını demişdir. Məhəmmədlə birlikdə axşam vaxtı, təxminən 23 radələrində Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarına getmişlər. O, anbara Məhəmmədin maşını ilə getmişdir. Anbarın yerləşdiyi müəssisəyə giriş qapısından daxil olmuşlar, qapıda post və mühafizə işçisi də olmuş, heç kim heç nə soruşmamışdır, çünki Məhəmməd oranın işçisi olmuşdur. Anbara yaxınlaşdıqda görmüşdür ki, anbarın qapısı açıq olmuşdur. Ət məhsuluna baxdıqdan sonra almağa razılaşmış və əti Məhəmmədin gətirdiyi, markası və nömrəsi yadında qalmayan, sürücüsün tanımadığı soyuducu maşına yükləmişlər. Ətin bir kiloqramını 3 manat 30 qəpiyə almağa razılaşmışlar. Həmin vaxt orada bir neçə saat olmuş, lakin əti maşına Məhəmmədin gətirdiyi fəhlələr yükləmişlər. Maşına təxminən üç-dörd ton ət yükləmişlər. Maşını Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində tərəzidə çəkdikdən sonra "xxxx" MMC-yə getmiş, gündüz vaxtı ət məhsulunu orada satmışdır. Bundan sonra o, Məhəmməddən 2021-ci ilin sentyabr ayından 14 fevral 2022-ci il tarixədək bir neçə dəfə dondurulmuş ət və dondurulmuş toyuq farşı almışdır. Əti ona “Mersedes Ateko’’ markalı avtomaşının sürücüsü Hacı adlı şəxs gətirmişdir. Onun maşınında gələn ət yükləri müxtəlif çəkilərdə olmuşdur. Hacının gətirdiyi ət məhsulunu bir qayda olaraq Xırdalan şəhərində "xxxx" MMC-də İlqara vermişdir. Əti iki manatdan başlayaraq üç manat iyirmi qəpiyədək almış, İlqara isə üç manat yetmiş qəpiyə satmışdır. Əti üç manat əlli qəpiyə də satdığı vaxtlar olmuşdur. Məhəmməd gecələr ona zəng edib ətin hazır olduğunu deyib, boşaltma yerini soruşmuş, o da həmişəki yeri istinad vermişdir. Əti Hacı “Zəhmət Ruzi" MMC-yə gündüz vaxtı gəlirmiş, o da satıb pulunu Məhəmmədə vermişdir. Hacıya hər dəfə yüz, iki yüz manat yol pulu verrnişdr. O, ilqara cəmi 48 ton çəkidə Məhəmməddən aldığı əti satmışdır. Lakin həmin ətin oğurluq yolu ilə əldə olunmasını bilməmişdir. Məhəmmədin həmin ət məhsulunu oğurlayaraq ona satdığını 11 aprel 2022-ci il tarixdə bilmişdir. Bu barədə məlumatı ona Seyran vermişdir. Seyran Məhəmmədlə birlikdə ona iki dəfə ət salmışdır. Axırıncı dəfə Məhəmməddən 14 fevral 2022-ci il tarixdə ət məhsulları almışdır. 14 fevral 2022-ci il tarixdə, səhər 6-7 radələrində Məhəmməd onun mobil telefonuna zəng edib bildirmişdir ki, ət məhsulu var, Seyran başqa müştəriyə satmaq istəyir. O, Məhəmmədə demişdir ki, səhərin bu vaxtında o həmin ətin çəkisini öyrənə bilməz. Səhər açılsın, ətin çəkisini müəyyən edib danışsınlar. Təxminən iki saatdan sonra “Sab” şirkətinin qarşısında görüşmüşlər. Ət yükünün iki maşınla gətirildiyini həmin vaxt bilmişdir. Maşınlardan biri Hacının idarə etdiyi "xxxx" markalı maşın olmuşdur. İkinci maşın bir az kənarda dayanmış, uzun, tentli yük maşını olmuşdur. O, buzlu ətin tentli maşınla gətirilməsinə görə Məhəmmədə irad tutmuşdur. Həmin maşınlarda gələn ətin çəkisi on tondan çox olmuşdur. Tentli yük maşının markası və nömrəsinə fikir vermədiyi üçün bilməmiş, sürücüsünü görməmişdir. O, səhər vaxtı Məhəmmədlə görüşmüş və ətin pulunu ona vermişdir. Məhəmmədə həmin vaxt hansı məbləğdə pul verdiyi yadında olmamışdır. O, Məhəmməddən həmin vaxt həm də dondurulmuş toyuq farşı da almışdır. Məhəmməddən əvvəllər də dondurulmuş toyuq farşı almışdır. Məhəmməddən 14 fevral 2022-ci il tarixdən sonra ət məhsulları almamışdır. O, ət məhsullarını alarkan Məhəmməddən ət məhsulu üçün sənəd istəmiş, lakin Məhəmməd ət məhsullarına aid sənədlərin MMC-nin rəhbərlərində olduğunu bildirmişdir. Sənədi onlardan alıb ona verəcəyini söyləmişdir. Həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 ona özünün satış müdiri kimi təqdim etmişdir. 2021-ci ilin axırlarında, Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, onu işdən çıxarırlar. Onun yerinə Təqsirləndirilən şəxs5 işləyəcəyini bildirmiş, ət məhsullarını ona Seyranın verəcəyini söyləmişdir. Ona görə də, sonradan ət məhsullarının ona satışında Seyran da iştirak etmişdir. (iş vərəqə 2-ci cild 92-93, 2-ci cild 184-186, 4-cü cild 21-24, 6-cı cild 221-224, 7-ci cild 194-196) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, işdən evə gedəndən sonra Məhəmməd zəng edib xahiş etmişdir ki, maşınsızdır, onu şirkətə aparsın, aparıb çayxanada gözləmişdir, ona 300 manat pul vermiş, 10 gün sonra yenə həmin qaydada maşını olmadığı üçün zəng etmiş, o da getmişdir, 3-4 saat işi çəkmiş, sonra ona 400 manat vermiş. Bundan əlavə o, uşağı xəstə olduğu üçün Məhəmməddən iki dəfə 300- 300 manat borca pul almışdır. O, Məhəmmədi apardığı vaxtlarda nə anbara daxil olmuş, nə də ət yükləmişdir, heç nədən xəbəri olmamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, həmin şirkətdə işləmiş, 600 manat maaş almışdır. Birinci dəfə 300, ikinci dəfə 400 manat vermişdir. Onlar eyni vaxtda işləmişlər. Oraya nə üçün getdiyini bilməmişdir, ona demişdir ki, şirkətə maşınlar gəlmişdir, sənəd verməlidir. O, oraya pul marağı ilə getməmiş, iş yoldaşı çağırıb deyə getmiş, iş yoldaşının maşını xarab olmuş, həmin vaxt maşınını satmışdır. Maşını “Hundai Santafe” olmuş, həmin vaxt maşını satmışdır. Qanuni iş gördüyünü düşünmüş, Harun müəllim uşağa görə 50 manat ona köməklik etmiş, Harundan başqa vəzifəli şəxs Bilal olmuş, o gəlib getmişdir. Təxminən Seyran 4 ay işləmişdir, mal azalanda onları oraya aparmışlar, oranı yuyub təmizləmiş, təzə mal gələnə qədər anbarı hazırlamışlar. Oradan qanunsuz ət çıxarılsa imiş, rəhbərliyin xəbəri olarmış, gizli heç nə çıxa bilməzmiş. Ora çox güclü qorunmuşdur, təxminən 160 dənə kamera olmuşdur. İşdən qabaqdan o, Orxanı tanımışdır, həyət heyvanları saxlamışlar, onunla əlaqədar tanış olmuşlar. Ümumiyyətlə, toyuq üçün o, anbara gəlib getmişdir. Məhəmməd zəng etmişdir ki, Orxanı tanıyır, onun nömrəsi lazımdır, Orxanla danışanda Orxana demişdir ki, Məhəmmədin özündən soruşacaq, Orxan demişdir ki, narahat olmasın, özü Məhəmmədlə əlaqə saxlayacaq, sonra xəbəri olmamışdır. O, axıra qədər Məhəmmədin oradan ət çıxarmağını bilməmişdir. aprel PL onu *** 2022-ci minik ayına köməkçisi yaşadığı markalı Sabunçu Şamaxı Məhəmmədlə Təqsirləndirilən kimi qeydiyyat ilin fevral maşınla avtomobili götürməyi şəxs5 fəhlə işləmiş, Bakı avtomaşın xahiş nişanlı ayında, iləşəhəri, Zərərçəkmiş rayonundan gəlibbir şəxsi kamerada ifadətərində işləmişdir. 2021-ci ilin Yeganə Zərərçəkmiş yolunun etmişdir. O, onuson minik şəxs şadlıq MMC- Bakı şəxs kənarında Zərərçəkmiş olmamışlar. bildirmişdir Təqsirləndirilən aylarında xatırlamadığı evinin şəhəri, MMC-nin düşürəndə şəxs ki, yə işdən avtomobili tarixdə, Zərərçəkmiş şəxs1 yanından aparmağı Yeganə qarşısınaonun çıxmışdır. vardır. gecəMəhəmməd MMC-nin şəxs işlədiyi Onun götürüb xahiş şadlıq qarşısı MMC-də MMC-də “Mersedes” Təqsirləndirilən saat 23evinin şəxs1 radələrində idarə etmişdir. ona O,eldiyi 2022-ci anbardar yaşadığı yanından gətirmişdir.O, bir saatdan götirib Məhəmmədi sonra ilin markalı, təxminən zəng edib, “Mersedes” şəxsi Bakıgəlib ** onu Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs5 ifadətərində bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-də 2022-ci ilin aprel ayına kimi fəhlə işləmişdir. Təqsirləndirilən şəxs1 onun işlədiyi MMC-də anbardar köməkçisi işləmiş, 2021-ci ilin son aylarında işdən çıxmışdır. Onun “Mersedes” markalı, ** PL *** qeydiyyat nişanlı şəxsi minik avtomobili vardır. Təqsirləndirilən şəxs1 təxminən 2022-ci ilin fevral ayında, xatırlamadığı tarixdə, gecə saat 23 radələrində ona zəng edib, onu yaşadığı Bakı şəhəri, Yeganə şadlıq evinin yanından götürüb idarə etdiyi “Mersedes” markalı maşınla Zərərçəkmiş şəxs MMC- yə aparmağı xahiş etmişdir. O, yaşadığı Sabunçu rayonundan gəlib onu Bakı şəhəri, Yeganə şadlıq evinin yanından götirib şəxsi minik avtomobili ilə Zərərçəkmiş şəxs MMC-nin qarşısına gətirmişdir. O, Məhəmmədi Bakı-Şamaxı avtomaşın yolunun kənarında düşürəndə Məhəmməd bir saatdan sonra gəlib onu götürməyi xahiş etmişdir. O, Zərərçəkmiş şəxs MMC-nin qarşısından Bakı şəhəri istiqamətində maşını təxminən bir kilometr sürüb, sonra geri qayıtmış və Məhəmmədi Zərərçəkmiş şəxs MMC ilə üzbəüz, yəni yolun əks tərəfində gözləmiş, təxminən bir saatdan sonra Məhəmməd zəng edib onun yerini soruşmuş, o, yolun əks tərəfində olduğunu bildirmişdir. Məhəmməd getmiş və maşınla onu “Keşlə” bazarının yanına aparmışdır. Məhəmməd ona demişdir ki, arxasınca yük maşını gəlir. Onların ardınca sonradan tanıdığı Hacının idarə etdiyi yük maşını gəlmişdir. O, həmin maşının Keşlə bazarında içəri girdiyini görmüşdür. Lakin o, içəri girməmişdir. Təxminən yarım saatdan sonra Məhəmmədə zəng edib getmək istədiyini demiş, Məhəmməd çölə çıxıb ona zəhmət haqqı olaraq ona 300 (üç yüz) manat pul vermiş və o çıxıb getmiş, Məhəmməd isə orada qalmışdır. Məhəmməd Hacının maşını ilə gedəcəyini bildirmişdir. O, Hacının maşınının Zərərçəkmiş şəxs MMC-nin həyətinə girdiyini görməmiş, lakin MMC-nin həyətindən çıxdığını görmüşdür. Onun yükünün nədən ibarət olduğunu bilməmişdir. Bundan sonra Məhəmmədi onun telefon zəngi əsasında həmin qaydada bir neçə dəfə Zərərçəkmiş şəxs MMC- yə aparmışdır. Belə ki, birinci dəfə onu apardığından təxminən 7-8 gün keçdikdən sonra onu təkrar olaraq MMC-nin anbarına aparmışdır. Əvvəlki qaydada gözləmiş, Məhəmməd təxminən bir saata qayıtmışdır. Onu Xırdalan şəhərində yerləşən "Vazın kruqu" deyilən yerə gətirmişdir. Təqsirləndirilən şəxs3 idarə etdyi “Mersedes Aleko” markalı maşınla ondan qabaq həmin yerə getmiş, o da onun arxasınca getmişdir. Orada Məhəmmədi maşından düşürmüş və çıxıb getmişdir. Sabahısı gün Məhəmməd ona 400 manat pul vermişdir. Sonradan Məhəmməd onun pul kartına hər dəfə 300 manat olmaqla iki dəfə, cəmi 600 manat pul göndərmişdir. Həmin pulu ona yardım kimi göndərmişdir. Axırıncı dəfə 2022-ci ilin mart ayının əvvəlində Məhəmmədi Bakı şəhərindən yaşadığı evinin yanından “Abşeron Treyd’' MMC-yə aparmışdır. Onu orada maşından dfüşürüb özü çıxıb getmişdir. Həmin vaxtı o, Məhəmməddən pul almamışdır. Buna baxmayaraq Məhəmməd ona bir neçə dəfə onu MMC-yə aparmadığı günlərdə də pul vermişdir. O, Məhəmməddən cəmi 1300 (min üç yüz) manat pul almışdır. Təqsirləndirilən şəxs1 oğurluq etməsi barədə ona heç nə deməmiş, onun bu barədə məlumatı olmamışdır. Məhəmməd ona pul verərkən o, elə başa düşmüşdür ki, Məhəmməd imkanlı adamdır, ona görə də ona hörmət edir. O, Təqsirləndirilən şəxs1 onun xahişi ilə bir neçə dəfə Zərərçəkmiş şəxs MMC-yə öz maşını ilə aparıb onu MMC-nin qarşısında gözlədiyi və digər yerlərə apardığı zamanlarda istifadəsində olan 077 *** ** ** nömrəsi cinayətin törədildiyi yerdə aktiv olmuşdur. Həmin müddətdə 077 *** ** ** nömrəsi ilə Təqsirləndirilən şəxs6 məxsus **********, Təqsirləndirilən şəxs1 məxsus 055 *** ** ** mobil nömrəsi və Təqsirləndirilən şəxs4 istifadə etdiyi 051 *** ** ** mobil nömrəsi arasında telefon danışıqları olsa da, məzmunu yadında deyildir. 14 fevral 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-yə aparmamışdır. Lakin onunla arabir telefonla danışmışlar. Həmçinin Təqsirləndirilən şəxs1 2022-ci ilin mart ayında ona zəng edib bildirmişdir ki, onun Şəki rayonunda ferması vardır. Söyləmişdir ki, fermada qıçı sınıq, axsaq, yaşlı heyvanları vardır. Belə heyvanları kəsdirib ətini satmaq istəyir, ona görə də alıcı axtarır. Ondan əti satmağa alıcı tapmağı xahiş etmişdir. Odur ki, o, Təqsirləndirilən şəxs6 zəng etmiş və Məhəmmədin satılıq ət məhsulu olmasını bildirib, əti satmaq üçün alıcı tapmasını ondan xahiş etmişdir. Orxan Məhəmmədlə bu barədə özü danışacağını bildirmişdir. Bundan sonra Məhəmmədlə Orxanın arasında baş verən hadisələrdən xəbəri olmamışdır.( iş vərəqə 2-ci cild 242-244, 5-ci cild 109-114, 7-ci cild 85- 89) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs6 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, sprinter markalı maşınla Nərimanov rayonundan ət gətirmişdir, işdən çıxandan sonra Mərdəkan, Buzovna ərazisinə it yemləri paylamışdır. Seyranı heyvan əti satan kimi tanımışdır, Məhəmmədin işlədiyi sexə də min dəfə getmiş, öz iş yerindən alıb onlara gətirmişdir. Məhəmməd ona demişdir ki, iş olsa desin, o da taksi “şofer”idir, tanışlara demişdir ki, iş olsa desin. Bir müddət sonra Seyran zəng eləmişdir ki, Məhəmməd nömrəsini istəyir, yük var, demişdir ki, ver, 20 yanvardan Məhəmmədi götürmüşdür, getmişlər, sərbəst formada qapı açılmış və içəri girmişlər. Onun maşınının yük götürməsi 1 ton 200 kiloqram olmuş, o qədər heç vaxt yükləyə bilməmişdir. Maşında həmin gün xarab olmuş, başqa maşına boşaltmışlar, ona təxminən 120 manat pul vermişlər. Başqa heç vaxt Məhəmmədlə iş görməmişdir. Bir dəfə də o getmiş, öz müdiri Habilə demişdir ki, belə ət var, demişdir ki, sənədləri qanunidirsə gətirsin, o da Məhəmmədə demişdir ki, Allah şahiddir ki, 30 qəpik üstünə pul qoymuşdur. Axşam olanda Məhəmməd zəng eləmişdir ki, Hacının maşını ilə təxminən 6 ton mal göndərir,onlar gəlmiş, o, Ramanada işıqforda onların qabağına çıxmış, onlar gəlib anbara boşaltmışlar, ofisdə Məhəmməd demişdir ki, şoferə 230 manat pul verər, o da Hacıya vermiş, sonra Məhəmməd “Binə Atçılıq”da onun yaşadığı yerə gəlmiş, ətin pulunu sayıb ona vermiş, səhərisi gün müdir zəng etmişdir ki, polislər gəlmişdir, mal oğurluqdur, sexə gəlsin. Onun müdiri üstündən istifadə etdiyi ətin də pulunu şirkətə qaytarmışdır. Verilən suallara cavab olaraq bildirdi ki, 24 min manat pulu Məhəmmədə vermiş, 1288 manat ona pul qalmışdır. Ona demişlər ki, denən Habilin oğurluqdan xəbəri olmuşdur. Onun oğurluqdan xəbəri olmamışdır. Birinci əti bilməmişdir ki, harasa nümunə üçün aparırlar, maşın “Zabrat”da xarab olmuş, apara bilməmişdir. Hacı bir dəfə gəlmiş, Ramanada qarşılamışdır. Onun ət aparmağından Hacının xəbəri olmamışdır. Seyranı 2-3 il əvvəldən tanımışdır, bu işlə əlaqəli olmamışdır. Məhəmmədi sadəcə müdir kimi tanımışdır. 3-4 il işləmişdir, sprinteri arenda aprel PL onu *** 2022-ci minik kimi ayına köməkçisi ilin yaşadığı markalı Sabunçu Şamaxı götürmüş, Təqsirləndirilənkimi maşınla avtomobili götürməyi şəxs5 fəhlə işləmiş, qeydiyyat fevral Bakı avtomaşın xahiş ilə gecə 2021-ci nişanlı ayında, şəhəri, Zərərçəkmiş rayonundan gəlib gündüz ifadətərində işləmişdir. ilin şəxsi Yeganə Zərərçəkmiş yolunun etmişdir. O, onuson minik şəxs bu işlə aylarında şadlıq MMC- Bakı şəxs kənarında Zərərçəkmiş məşğul bildirmişdir Təqsirləndirilən avtomobili xatırlamadığı evinin yə şəhəri, MMC-nin düşürəndə şəxs ki, işdən tarixdə, olmuşdur. Zərərçəkmiş şəxs1 yanından aparmağı Yeganə onun çıxmışdır. vardır. gecə şəxs işlədiyi Onun götürüb xahiş şadlıq qarşısına Məhəmməd MMC-nin qarşısı MMC-də MMC-də “Mersedes” Təqsirləndirilən saat 23evinin şəxs1 radələrində idarə etmişdir. ona O,eldiyi yanından gətirmişdir.O, bir saatdan 2022-ci anbardar zəng yaşadığı götirib Məhəmmədi sonra ilin markalı, təxminənedib, “Mersedes” şəxsi Bakıgəlib ** onu Təqsirləndirilən şəxs6 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə tanış olmazdan əvvəl Seyranı tanımışdır. O, itlər üçün sümük satmaqla məşğul olmuş, Seyranı da həmin vaxtlarda ət işi ilə məşğul olan şəxs kimi tanımışdır. Həmçinin Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən soyuducu anbardan da sümük aldığı üçün həmin şirkətin rəhbəri Abili də tanımışdır. O, Abilin rəhbərlik etdiyi həmin anbardan öz şəxsi “Mersedes Aleko” markalı ** US *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük də daşımışdır. Seyran ona 2022-ci ilin fevral ayında zəng edib demişdir ki, maraqlan , əgər ət alan olsa, ona bildirsin. O da bu barədə həmin şirkətin müdiri Abilə bildirmiş, Abil, əgər sənədlə verilirsə, qanunidirsə gəlirməyi tapşırmışdır. O da bu barədə Seyrana məlumat vermişdir. Seyran ona demişdir ki, onlar çox yerə mal satırlar, malı özləri çatdırırlar. Maşının yükü blomlanır və çatdırılır. O da Abilə demişdir ki, özləri satılıq məhsulu çatdırırlar. Heç bir problem yoxdur. Odur ki, o, Məhəmmədlə görüşüb danışmış, ətin qiymətini soruşduqda Məhəmməd bildirmişdir ki, üç manatlıq da mal olmuşdur, lakin ondan həmin vaxt olmamışdır. Bildirmişdir ki, hazırda dörd manat əlli qəpiklik mal əti vardır. Bu barədə o, Abilə demiş, Abil əti almağa razılaşmamışdır. Abil demişdir ki, nümunə gəlirsin, sonra danışaq. O, bu barədə Seyrana demiş, Seyran bildirmişdir ki, onlar çox yerə mal satırlar, malı özləri çatdırırlar. O, bu barədə Abilə məlumat verib satılan məhsulların qanuni olduğunu, heç bir problem olmadığını söyləmişdir. O, ətin qiymətin Seyrandan soruşmuş, Seyran da telefonla zəng edib Məhəmməddən soruşmuş, demişdir ki, üç manatlıq da mal olurdu, lakin ondan yoxdur. Bildrmişdir ki, hazırda dörd manat əlli qəpiklik mal əti vardır. Bu barədə Abilə dedikdə razılaşmamışdır. Abil demişdir ki, nümunə gəlirin, sonra danışaq. Odur ki, o, 2022-ci ilin mart ayında, novruz bayramından sonra gecə saat 23 radələrində ona məxsus “Mersedes Benz 9O6OK35 ” markalİ, ** OB *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Məhəmmədlə “Abşeron Treyd" MMC-nin ət tədarükü anbarına getmişlər. Onun maşınına dondurulmuş mal ətini yükləmişlər. O, maşında oturmuş, əti maşına fəhlələrə Məhəmməd yüklətdirmişdir. Həmin mal ətinin çəkisi təxminən bir ton olmuşdur. Məhəmməd əti anbardan gecə götürdüyü üçün onun oğurluq etməsindən şübhələnmiş və ondan soruşmuşdur ki, əti nə üçün anbardan gecə götürürürsən? Məhəmməd əti anbardan gizli olaraq götürdüyünü söyləmişdir. Bununla əlaqədar Məhəmmədə narazılığını bildirmiş və demişdir ki, onu bir də belə işlərə qatmasın. Ona görə də, bundan sonra MMC-nin anbarından ət götürməmişdir. Həmin vaxt Məhəmmədlə birlikdə Maştağa yoluna getmişlər, Zabrat qəsəbəsində yolun kənarında onun maşınından həmin ətin çox hissəsini başqa bir Mersedes markalı yük maşınına boşaltmışlar. Onun maşınında iki-üç ədəd bud və qabırğa qalmışdır. Məhəmməd ona demişdir ki, həmin ətləri nümunə kimi ət qəbulu yerlərində göstərsin. Onun maşınında qalan həmin mal ətini Ramana qəsəbəsindəki anbara aparıb Abilə göstərmişdir. O, da demişdir ki, belədirsə gəlirsinlər. O, Məhəmmədə demişdir ki, belə mal olsa alıcısı vardır. O, 10 aprel 2022-ci il tarixdə, saat 22 radələrində Məhəmmədi onun xahişi ilə özünə məxsus “Mersedes” markalı maşını ilə Zərərçəkmiş şəxs MMC-yə gətirib düşürtmüş və çıxıb getmişdir. 11 aprel 2022-ci il tarixdə saat 04-05 radələrində Məhəmmədin qabaqcadan dediyinə əsasən, onun Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından götürdüyü dondurulmuş mal ətini qəbul etmək üçün Maştağa yolunun kənarına getmiş, oraya Təqsirləndirilən şəxs1 "xxxx" markalı maşında gəlmişdir. O, Məhəmmədi və yük maşının sürücüsü Hacını bələdçilik edib Ramana qəsəbəsində yerləşən anbara aparmışdır. Maşını Məhəmməd və Hacı içəri salmışlar. Mühafizəçi bildirmişdir ki, maşın sabah iş vaxtı boşaldılacaq. Ona görə də Məhəmmədi o, öz maşını ilə Zabrat qəsəbəsinə aparıb düşürtmüş, sonra Ramana qəsəbəsindəki ət tədarükü anbarına Hacının yanına qayıtmışdır. Səhər vaxtı əti Hacı ilə birlikdə təhvil vermişlər. Anbardar ona malın çəkisinə dair kağız vermiş, təhvil verdiyi mal ətinin çəkisinin 6 ton olduğu məlum olmuşdur. O, Nərimanov rayonuna Abilin ofisinə gedib çeki ona vermiş və malın pulu olaraq Abel ona bir kq-ını dörd manatdan olmaqla 24000 (iyirmi dörd min) manat pul vermişdir. O, Hacı adlı sürücüyə iki yüz otuz manat pul vermişdir. Qalan pulu gətirib X15 Təqsirləndirilən şəxs1 ətin bir kq-na görə üç manat yetmiş qəpikdən hesablayaraq vermişdir. (iş vərəqə 5-ci cild 87-89, 6-ci cild 250-253, 7-ci cild 180-182) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərini ibtidai istintaq zamanı tam, məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs MMC-də anbardar vəzifəsində işləyir. MMC-nin müqaviləsi əsasında anbara daxil olan ət məhsulları əvvəllər Ukrayna Respublikasından gətirilmiş, hazırda isə yerli istehsal müəssisələrindən tədarük edilir. 2022-ci ilin aprel ayında mədaxil olan və məxaric olunan ət məhsulları ilə anbarda qalan ət məhsulunun qalığı arasında kəskin fərq olduğu üçün anbarın ehtiyatlarının istifadəsi ilə əlaqədar fəaliyyəti rəhbərliyin tapşırığı əsasında nəzarətə götürülmüş, 11 aprel 2022-ci il tarixdə, səhər saat 10 radələrində anbara, yəni ət ehtiyatlarının olduğu soyuducu otağına baxdıqda ət məhsulunun kəskin azaldığı müəyyən olunmuşdur. Bu barədə dərhal rəhbərliyə məlumat verilmiş və anbarın giriş qapısı ilkin olaraq nəzərdən keçirilmiş, qapının blombu pozulmamış, lakin anbar otağında olan ət məhsulları sayıldıqda və çəkildikdə, anbarda ət məhsulunun əskik olması, yəni anbardan ət məhsulunun gizli olaraq aparılaraq oğurlanması müəyyən olunmuşdur. Mühafizəçilərlə şifahi sorğu apardıqda 11 aprel 2022-ci il tarixə keçən gecə, saat 01.30 radələrində anbara "xxxx" markalı, ** SO *** qeydiyyat nişanlı yük avtomobilinin gəldiyi, həmin maşına anbardan ət məhsulu yüklənib aparıldığını bildirmişlər. Bundan sonra cinayət barədə şikayət edilmiş, polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı ətin həmin maşınla anbardan çıxarılaraq əvvəllər anbardar köməkçisi olmuş Təqsirləndirilən şəxs1 və onunla əlbir olan digər şəxslər tərəfindən törədildiyi müəyyən olunmuşdur. MMC-nin anbarına ət məhsullarının tədarük edilməsi və anbardan ət məhsullarının çıxarılması həftə içi 5 gün, səhər saat 9:00-dan axşam saat 18:00-a kimi icra edilmiş, ət məhsulu tədarük edilərkən gecə vaxtı gətirilərsə anbar yerləşən əraziyə buraxılmış və maşın anbarda saxlanılıb gündüz vaxtı anbara boşaldılmışdır. Anbara ət məhsullarının tədarük edilməsi və anbardan ət məhsullarının məxaric edilməsi qaimələr əsasında icra edilmişdir. Təqsirləndirilən şəxs1 anbardar köməkçisi olaraq anbar işlərində ona kömək etdiyi üçün soyuq anbarın bir açarı onda olmuş, həmçinin anbarın blomlarından birgə istifadə elmişlər. Anbarın plombları istifadə olunmaq üçün həm onun tərəfindən, həm də Təqsirləndirilən şəxs1 tərəfindən götürülmüş, plombları birgə istifadə etmişlər. Plombları mərkəzi ofisin təchizat otağından götürmüşlər. Ona görə də işdən çıxdıqdan sonra da, Təqsirləndirilən şəxs1 plomblardan özündə saxlamış və onlardan istifadə etmişdir. Həmçinin anbarın açarının da birini özündə saxlamışdır. Açarı və plombları ona kimsə verməmişdir. Təqsirləndirilən şəxs1 vəzifəsi anbar işlərində anbardar olaraq ona kömək etməkdən ibarət olmuşdur. Onun müstəqil surətdə anbar işlərini həyata keçirtmək səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs1 Bilal Salmanla bağlı istintaqa yalan məlumat vermişdir. Belə ki, Bilal Salman Zərərçəkmiş şəxs MMC-də 2020-ci ilin sonundan 2021-ci ilin noyabr ayınadak anbar müdiri vəzifəsində deyil, satınalma və satış şöbəsində müdir vəzifəsində işləmişdir. Anbardarı olduğu soyuducu ət anbarında heç vaxt artıq ət məhsulu olmamışdır. MMC-yə ət məhsulları sənədlə daxil olmuş və sənədlər əsasında məxaric olunmuşdur. Bilal Salman ММС-də satınalma və satış şöbəsində müdir olaraq ət məhsullarının satışı və anbara ət tədarükü onun vəzifəsinə daxil olmamışdır. Onun vəzifəsi MMC-yə maddi təchizatı həyata keçirməkdən ibarət olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Təvəkkül oğlu ifadəsində göstərdi ki, 2013-cü ilin iyul ayından başlayaraq "xxxx" MMC-nin mühafizə bölməsinin rəisi vəzifəsində işləmişdir. Tabeçiliyində doqquz nəfər mühafizəçi işləyən əməkdaşlar olmuşdur. İş iki növbəti olmaqla birinci növbə 8.00-dan 20.00-adək, ikinci növbə 20.00-dan 08.00-adək təşkil olunmuşdur. Gündüz növbəsində hər gün dörd nəfər mühafizəçi xidmət etmişdir. Onlardan bir nəfər “X28” MMC-nin ərazisinə giriş qapısında, biri “X28” MMC-nin inzibatı binasında ofisdə, bir nəfər “X28” MMC-nin anbarlarının qarşısındakı platformada, biri isə səyyar xidmət aparmışdır. Gecə növbəsində isə, üç nəfər mühafizəçi xidmət aparmışdır. Gecə növbəsində bir mühafizəçi “X28” MMC-nin ərazisinə giriş qapısında, biri “X28” MMCnin inzibatı binasında ofisində, biri isə “X28” MMC-nin anbarlarının qarşısındakı platformada xidmət etmişdir. Anbarların qarşısındakı platformada xidmət edən mühafizəçi anbarları və ətrafı mühafizə etmişdir, inzibati binada xidmət aparan mühafizəçi inzibati binanın daxilinə cavabdeh olmuşdur. Qapı postu isə əraziyə daxil olmalara nəzarət etmişdir. Xidməldə olan hər bir mühafizəçi öz xidməti ərazisində təhlkükəsizliyə cavabdeh olmuşdur. Qapı postu və inzibati binadakı postlar stasionar post olub öz xidməti yerlərini tərk edə bilməzdilər. Səyyar post isə ərazidə gəzərək xidmət aparmış və ərazinin təhlükəsizliyinə cavabdeh olmuşdur. Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin binasında yerləşən ‘‘Abşeron Treyd” MMC-nin anbarında işləmiş, sonradan onun işdən çıxarılması barədə mühafizə xidmətinə məlumat verilməmişdir. Ona görə də, o, gecə vaxtları Zərərçəkmiş şəxs MMC- nin anbarına sərbəst gəlib-getmiş və oradan ət məhsulları apara bilmişdir. Yük avtomobilləri ‘X28" MMC-nin ərazisinə daxil olarkən onlardan heç bir sənəd tələb olunmamış, lakin nəqliyyat vasitəsinin əraziyə daxil olması barədə əraziyə daxil olan nəqliyyat vasitətərinin qeydiyyatı aparılmışdır. Avtomobilərin ərazidən çıxışı zamanı isə, onları müşayiət edən məsul şəxslərdən şirkətin tərtib eldiyi çek alınmışdır və kitabda müvafiq qeydlər aparılmışdır. Ərazidən yük aparan məsul şəxslər əraziyə giriş postunda şirkət rəhbərlərinin tərtib edib təsdiq etdikləri çeklərdən qabaqcadan müəyyən sayda götürmüşlər. Qapı postun tərk edən nəqliyyat vasitətərinin sahibləri həmin çekləri posta təhvil vermişlər. Təqsirləndirilən şəxs1 və digərləri tərəfindən Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından ət məhsullarının oğurlanmasında mühafizəçi Təqsirləndirilən şəxs4 iştirakını sonuncu cinayət hadisəsindən sonra, yəni 2022ci ilin aprel ayında bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, "xxxx" MMC-də 2022-ci ilin mart ayından etibarən bir neçə ay müddətində anbardar vəzifəsində işləmişdir. 11 aprel 2022-ci il tarixdə, saat 08-09 radələrində işə gəldikdən sonra iş yerində anbarın həyətində “Mersedes Aleko” markalı yük avtomaşının dayandığını görmüşdür. Həmin vaxt tanımadığı, lakin sonradan adı ona məlum olan Orxan adlı şəxs yaxınlaşıb maşında mal əti məhsulu olduğunu və onun işlədiyi MMC-yə təhvil vermək istədiyini bildirmişdir. O, Orxandan ət məhsuluna dair sənəd soruşduqda Orxan demişdir ki, təhvil vermək istədiyi ətin sənədi yoxdur. O, sənədsiz ət məhsulu qəbul etmədiyini bildirmişdir. Orxan ona bildirmişdir ki, ət məhsulunun sənədini sonradan təqdim edəcəkdir. Ona görə də, müəssisənin müdiri Abil İsmayılovun mobil telefonuna zəng edib, Orxan adlı şəxsin gəldiyini və heç bir sənəd təqdim etmədən MMC-yə mal əti vermək istədiyini bildirmişdir. Abil İsmayılov telefonda Orxanla danışmış və ət məhsulunun sənədini tələb etmişdir. Orxan telefonda danışarkan Abil İsmayılova demişdir ki, ət məhsulunun sənədini ətin sahibindən alıb ona təqdim edəcəkdir. Bundan sonra Abil İsmayılov onunla telefonda danışaraq ət məhsulunu qəbul etmək barədə ona tapşırıq vermişdir. O da mal ətini tərəzidə çəkib qəbul etmişdir. Qəbul etdiyi həmin mal ətinə görə Orxana pul ödəməmiş, lakin ətin qəbul edilməsi barədə ona sadə yazılı kağız vermişdir. Həmin kağızda qəbul etdiyi ət məhsulunun çəkisini göstərmişdir. O, MMC-yə səhər vaxtı gələrkən “Mersedes aleko” markalı maşının kabinəsində heç kim olmamış, lakin Orxanın yanında tanımadığı şəxs olmuşdur. Orxan adlı şəxs tərəfindən onun işlədiyi müəssisəyə gətirilmiş mal ətinin oğurluq olmasını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 11 iyun 2021-ci il tarixdən hazırkı vaxta qədər "xxxx" MMC-nin “Tranzit Store layihəsində” mühafizəçi işləyir. Təqsirləndirilən şəxs1 işlədiyi müddətdə 2021-ci ilin yay aylarından tanımışdır. Həmin vaxtlar Məhəmməd onun mühafizə etdiyi obyektin binasında yerləşən “Abşeron Treyd" MMC-də anbardar köməkçisi işləmişdir. Onun sonradan işdən çıxarılmasını yalnız 2022-ci ilin yaz vaxtı bilmişdir. 2021-ci ilin dekabr ayında dəqiq tarixini xatırlamadığı gündə Məhəmməd ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O da Məhəmmədlə axşam vaxtı, təxminən saat 22 radələrində iş yeri ilə üzbəüz, yəni Bakı- Şamaxı avtomobil yolunun kənarında "xxxx" şadlıq sarayının yanında yerləşən çayxanada görüşmüşlər. Məhəmmədlə birlikdə onunla görüşməyə Zərərçəkmiş şəxs MMC-də fəhlə işləyən Seyran da gəlmişdir. Bir yerdə olurub çay içmişlər. Söhbət zamanı Məhəmməd ona demişdir ki, müştərilərə vermək üçün gecə vaxtlarında Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından ət götürmək lazım olur. Əti anbardan çıxartmaq üçün gecələr sənədləşmə aparmaq, sənəd tərtib etmək olmur. Ona görə də məcbur olub ət məhsulunu verməli olurlar, sonradan gündüz vaxtı sənədləşmə aparılır. Gecə növbəsində işləyən Nicada tapşırmağını xahiş etmişdir ki, mühafizəçi Nicad şirkətin işləri üçün problem yaratmasın. Ət məhsulunun satışının yubanmaması, ləngimələrə yol verilməməsi üçün bunun zəruri olduğunu bildirmişdir. O da Məhəmmədə söz vermişdir ki, gecə növbəsində işləyən mühafizəçi Nicadla danışıb ona məlumat verəcəkdir. Həmin vaxtlar gecə növbəsində Təqsirləndirilən şəxs4 işləmiş, o isə, gündüz növbəsində işləmişdir. Axşam vaxtı, saat təxminən 19 radələrində növbəni təhvil verərkən Nicadla görüşmüşlər. O, Nicada bildirmişdir ki, Təqsirləndirilən şəxs1. Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından alıcı olduqda ət götürür, lakin gecə ət məhsuluna dair sənəd yazılması mümkün olmur. Ona görə də, onun işinin ləngiməməsi üçün gecə növbəsində ət apararkan mane olmasın. Nicad razılaşmış, oda bu barədə Məhəmmədə məlumat vermişdir. Sonradan Təqsirləndirilən şəxs4la Təqsirləndirilən şəxs1 arasında nə kimi münasibətlərin olması ona məlum deyildir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 heç vaxt pul almamış, onlardan hər hansı maraq güdməmiş, onların arasında cinayətkar əlaqənin olmasından heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 ona oğurluq edəcəyi və bu oğurluqda Nicadın ona kömək etməsi barədə ona bildirməmiş və onun Təqsirləndirilən şəxs1 cinayət törətməsindən məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs6 onun doğma əmisi oğludur. Onun Zərərçəkmiş şəxs MMC-dən ət oğurlaması barədə məlumatı olmamışdır. Bu barədə ona 2022-ci ilin aprel ayında, Orxan, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ona məlum olmuşdur. "xxxx" markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobil əmisi oğlu İbrahimov Elgün ilkin oğlunun adına olsa da, həmin avtomobil ona məxsusdur, həmin avtomobili etibarnamə əsasında 2020-ci ilin sonunda almışdır. Həmin vaxta qədər qeyd olunan avtomobil əmisi oğlu Elgünə məxsus olmuşdur. 2ci Qarabağ müharibəsi qurtarandan sonra o, həmin avtomobili Elgündən satın almışdır. Lakin avtomobilin pulunu tam ödəmədiyi üçün Elgünün ona verdiyi etibarnamə əsasında idarə etmişdir. 12 fevral 2022-ci il tarixdə, saat 17 radələrində əmisi oğlu Orxan ona zəng edib, tanışı Məhəmmədin Xırdalanda aparmağa yükü olduğunu , aparsa ona iki yüz manat pul verəcəyini bildirmişdir. O, yükün nədən ibarət olmasını, yükü hara aparacağını həmin vaxt Orxandan soruşmamışdır. Orxan demişdir ki, saat 23-24 radələrində sənə zəng vuracaqlar. O, idarə etdiyi "xxxx" markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobillə Sulutəpə qəsəbəsinə gəlib Sulutəpə dairəsinə saat 24 radələrində çatmışdır. 13 fevral 2022-ci il tarixə keçən gecə Orxan ona zəng edib Zərərçəkmiş şəxs MMC-nin yerləşdiyi yeri izah etmiş və demişdir ki, həmin yerə gedib qapıda gözləsin, onu qarşılayacaqlar. O, saat 02 radələrində deyilən yerdə giriş qapısına çatarkan qara rəngli, nömrəsini xatırlamadığı “Mersedes C” markalı maşın gəlmiş və maşından sonradan şəxsiyyəti ona məlum olan Məhəmməd və yanında iki nəfər tanımadığı şəxs düşmüşlər. Onu qarşılayıb birlikdə giriş qapısından əraziyə daxil olmuş və adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs MMCnin soyuducu anbarına yaxınlaşmışlar. Əmisi oğlu Orxan həmin vaxt onların arasında olmamışdır. O, maşının arxasını açıb anbara tərəf geriyə sürdükdə anbarın qapısı açıq olmuşdur. O, maşından düşüb yerdə gəzmiş, orada olan üç nəfər fəhlə maşına əti yükləmişlər. Məhəmməd və yanındakı iki nəfər şəxs durub söhbət etmişlər. Maşına təxminən 6 ton ət yükləmişlər. Çünki sonradan əti təhvil verərkən çəkdikdə təqribən 6 ton gəlmişdir. Əti yükləyib qurtararkan anbara ikinci "xxxx" markalı soyuducu yük maşını gəlmişdir. Onun maşını yükləndikdən sonra Məhəmməd maşının yük yerinin qapısını blomlamış və ona demişdir ki, ərazidən çıxıb Bakı-Şamaxı yolunda, Sulutəpə qəsəbəsindəki dairədə gözləsin. Məhəmməddən yükün sənədini, yəni qaimənin verilməsini istədikdə Məhəmməd demişdir ki, ət məhsulunun qaiməsi ondadır, maşının arxasınca gəlir, saxlayan olsa təqdim edəcək. O, yola çıxıb deyilən yerdə gözləmişdir. Bir qədər gözlədikdən sonra Məhəmməd və “Mersedes C" markalı maşında olan şəxslər gəlmişlər. Onların qarşısı ilə ət yüklənmiş “‘Mersedes Ateko” markalı maşın da gəlmişdir. Onları müşayiət edərək Məhəmməd Xırdalan şəhərinə kolbasa məmulatları istehsal edən “Sab” müəssisəsinə gətirmişdir. Gecə təxminən saat 04-05 radələrində “Sab” müəsissəsinin qarşısına çatıb orada maşını saxlamış və səhərin açılmasını gözləmişlər. Məhəmməd getmiş və sübh tezdən yenidən qayıtmışdır. Saat 09 radələrində ət məhsulunu “Sab” müəssisəsinə təhvil vermişlər. Məhəmməd ona 200 (iki yüz) manat pul verib yola salmışdır. Sonradan Məhəmməd üçün heç vaxt yük aparmamışdır. O, elə başa düşmüşdür ki, Məhəmməd həmin anbarın işçisidir. Çünki müəssisənin ərazisinə giriş qapısından mühafizə postu olan yerdən sərbəst daxil olmuş, avtomobil yükəndikdən sonra Məhəmməd maşının yük qapısını blomlamış, ondan ət məhsulunun sənədini soruşduqda sənədlərin özündə olduğunu və onların ardınca gəldiyini demiş, ona görə də anbardan oğurluq edilməsinə dair onda heç bir şübhə yaranmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayından başlayaraq "xxxx" MMC-də quş ətinin emalına nəzarətçi vəzifəsində işləmişdir. 11 aprel 2022-ci il tarixdə, səhər saat 9 radələrində işə gəldikdə "xxxx" markalı maşından işlədiyi MMC-nin fəhlələri tərəfindən mal ətinin boşaldıldığını və anbarın həyətində tərəzidə çəkilərək anbara boşaldıldığını görmüşdür. Anbardar Cəlal mal ətini qəbul edib fəhlələrə nəzarət etməklə boşaltdırmış, əti tərəzidə çəkdirib soyuducu anbara yığdırmışdır. "xxxx" markalı maşının sürücüsü orada olsa da onu görməmişdir. Lakin işlədiyi MMC-yə ət məhsulunun satılmasında vasitəçilik etmiş Orxan adlı şəxs, onun dostu Şəkili kimi tanıdığı, sonradan adının Məhəmməd olduğunu bildiyi şəxs orada olmuşlar. Onlardan bu qədər əti haradan gətirilmələri barədə soruşduqda Məhəmməd rayondan gətirdiyini demişdir. Məhəmməd , bu sözləri deyərkən Orxan da onun yanında olmuşdur. 13 aprel 2022-ci il tarixdə həmin ətin bir hissəsini MMC-nin yük maşını ilə Bakı şəhəri, Nərimanov rayonunda olan istehsal müəssisəsinə göndərmişdir. Həmin ət məhsulunun cinayət yolu ilə əldə olunduğunu nə o, nə də işlədiyi "xxxx" MMC-nin işçiləri bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 09 aprel 2022-ci il tarixdə "xxxx" layihəsində mühafizəçi işinə qəbul olunmuş və həmin tarixdən işləməyə başlamışdır. 09 aprel 2022-ci il tarixdə “X28” şirkətinin ofisinin yerləşdiyi inzibati binada 6-cı postda xidmət etmiş, axşam vaxtı növbədən çıxarkan mühafizəçi işləyən Təqsirləndirilən şəxs4 onun mobil nömrəsini götürmüşdür. O, 10 aprel 2022-ci il tarixdə, saat 20.00-dan 11 aprel 2022-ci il tarixdə, saat 08.00-dak 7 saylı qapı postunda xidməldə olmuş, 11 aprel 2022-ci il tarixə keçən gecə saat 00.30 radələrində Təqsirləndirilən şəxs4 özünün nömrəsindən onun mobil nömrəsinə zəng edib bildirmişdir ki, anbara yük maşını gələcək buraxsın, həmçinin işçilərdən ərazini yoxlamağa gələn olsa ona xəbər versin. Nicad telefonla onunla danışdıqdan az müddət sonra əraziyə "xxxx" markalı yük maşını gəlmişdir. Həmin maşının nömrəsini post kitabında qeyd etmişdir. Həmin yük maşının sürücüsü ona heç bir sənəd təqdim etməmiş, Zərərçəkmiş şəxs MMC-yə gəldiyini söyləmiş, o da həmin maşını içəri buraxmışdır. Bundan bir neçə dəqiqə sonra şirkətə 4-5 nəfər şəxs gəlib “Abşeron Treydə” gəldiklərini və orada işləyəcəklərini bildirmiş, o da Nicadın ona qabaqcadan tapşırdığını nəzərə alıb həmin şəxsləri əraziyə buraxmışdır. Bundan sonra Nicad ona gecə saatlarında 4-5 dəfə zəng vurub gələn olub-olmadığını soruşmuşdur. Nicadla telefon danışıqları olmasını təsdiq edən səhifəni öz mobil telefonunun yaddaşına verib saxlamışdır. Həmin gecə, təxminən üç saatdan sonra "xxxx" markalı yük maşını ərazidən çıxmışdır. Maşının yük yeri blomlu olmuşdur. Təqsirləndirilən şəxs4 özü də həmin maşçınla qapı postuna qədər gəlmişdir. O, maşının sürücüsündən yükə dair sənəd istədikdə o, sənədin Nicadda olduğunu bildirmişdir. O, da həmin maşını buraxmış, bundan sonra fəhlələr ərazidən çıxmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaq vaxtından tanıyır. Təqsirləndirilən şəxs1 ilə Bakı şəhərində 20 saylı məktəbdə bir sinifdə oxumuşlar. Həmin vaxtdan onunla dostlaşmış, sonradan da dostluq münasibətləri davam etmişdir. O, şəxsi minik avtomobilindən istifadə elməklə 2020ci ilin sentyabr ayından taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-də anbardar işlədiyini bilmişdir. Təqsirləndirilən şəxs1 işdən çıxdığı ona 2022-ci ilin fevral ayında məlum olmuşdur. O, 2021-ci ilin avqust ayından həmin ilin oktyabr ayının sonunadək Gəncə şəhərində, “Nizami sovxoz” deyilən ərazidə tikilən “depoda” bağban işləmişdir. Depoda işdən çıxdıqdan sonra Məhəmmədin xahişi ilə onu Zərərçəkmiş şəxs MMC-yə cəmi üç dəfə aparmışdır. Belə ki, 2020-ci ilin dekabr ayında və 2022-ci ilin yanvar ayında, tarixləri yadında qalmayan günlərdə gecə saatlarında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-yə aparıb düşürtmüşdür. Onu MMC ilə üzbəüz "xxxx" şadlıq evinin yanındakı çayxanada düşürtdükdən sonra Məhəmməd MMC-yə getmiş, o isə çayxanada oturub onu 3-4 saat müddətində gözləmişdir. Təqsirləndirilən şəxs1 MMC-dən çıxandan sonra onu iki dəfə evinə, axırıncı dəfə isə, Şəki rayonuna aparmışdır. 13 fevral 2022- ci il tarixdə o, Məhəmmədlə birlikdə Şəki şəhərində çayxanada olarkan Məhəmmədə zəng olunmuşdur. Məhəmməd telefonu ona vermiş və demişdir ki, bu adamla sən danış. O, telefonla Anar adlı şəxslə danışmışdır. Anar ondan soruşmuşdur ki, Məhəmmədin telefonuna o nə üçün cavab verir? O bildirmişdir ki, Məhəmmədin dostudur və nə istədiyini ondan soruşmuşdur. Anar adlı şəxs ona bildirmişdir ki, Məhəmməd ona mal əti satmağa söz vermiş və ondan 5000 manat beh almışdır. Əti vermədiyi üçün Məhəmməd behin üstündə əlavə olaraq 2500 manat pul, yəni cəmi 7500 manat pul qaytarmalıdır. Məhəmməddən bu barədə soruşduqda bildirmişdir ki, Anara ət satmağa söz vermiş, lakin ət verə bilməmişdir, ona görə də, Anar behin üstündə əlavə pul tələb edir. Məhəmməd demişdir ki, Bakı şəhərinə qayıdanda pulu verərik. Odur ki, o, Məhəmmədin telefonu ilə Anara zəng edib bir-iki günə Bakıya qayıdıb pulu ödəyəcəyini bildirmişdir. Lakin Anar sabahısı gün ona və Məhəmmədə tez-tez zəng edib Məhəmmədi hədələmiş, demişdir ki, Qarabağ əlillərini Zərərçəkmiş şəxs MMC-nin qarşısına tökəcək. Odur ki, Məhəmməd qorxuya düşmüş və həmin gün, yəni 13 fevral 2022-ci il tarixdə axşam vaxtı Bakı şəhərinə qayıtmışlar. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" MMC-yə təxminən saat 23-24 radələrində çatanda Məhəmməd maşından düşmüş və gedib kimdənsə pul götürərək qayıtmışdır. MMC-nin giriş qapısında ona 1500 manat pul vermişdir ki, Anarla görüşüb ona versin. Həmin puldan 100 manat özünə götürüb 1400 manat pulu 14 fevral 2022-ci il tarixdə, təxminən saat 00.30 radələrində Bakı şəhərində, “Şamaxinka” deyilən yerdə görüşüb Anara vermişdir. Həmin tarixə keçən gecə Məhəmməd ondan Anara vermək üçün pul göndərərkən o, Məhəmməddən baş verən mübahisənin səbəbi barədə soruşduqda Məhəmməd ona Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından ət məhsullarını MMCnin rəhbərliyindən gizli olaraq götürdüyünü bildirmiş, bu zaman Məhəmmədin ət məhsullarını oğurladığı ona məlum olmuşdur. Odur ki, həmin vaxtdan sonra bir daha Məhəmmədi soyuducu anbara aparmamış və onun işlərinə qarışmamışdır. O, Təqsirləndirilən şəxs1 iki dəfə anbara apardığına görə Məhəmməd ona 6-7 dəfə müxtəlif məbləğlərdə, yəni 50 , 80 və 100 manat olmaqla cəmi 500-600 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-yə gətirdiyi zaman içəri daxi olmamış, onu düşürüb, sonra özü çayxanada qayıtmasını gözləmişdir. Həmçinin həmin vaxtlarda onun oğurluq cinayəti törətdiyini bilməmişdir. Lakin onun əhatəsində Sərxanı, Seyranı və mühafizəçi Nicadı görmüşdür. Belə ki, Məhəmməd Sərxanla Bakı şəhərində, Binəqədi rayonunda “Ayna Soltanova” heykəlinin qarşısında onun iştirakı ilə üç dəfə görüşmüşdür. Onlar söhbət edərkən o, maşında olururmuş, ona görə də onların nə danışdıqlarını eşitməmişdir. Seyranla görüşmək üçün Məhəmmədi Sabunçu rayonuna, çay evinə aparmışdır. Birlikdə çay içdikdən sonra onlar çayxana qalmış , o isə çıxıb getmiş və təxminən iki saatdan sonra gedib Məhəmmədi götürmüş və evinə aparmışdır. Məhəmməd onun yanında Nicadla telefonla tez-tez danışmışdır. Cinayət törətdiyini ona bildirdiyi zaman o, Məhəmməddən soruşmuşdur ki, ət məhsullarını anbardan tək necə oğurlayır? Məhəmməd ona bildirmişdir ki, oğurluq etməkdə ona mühafizəçi Nicad kömək edir. Həmçinin bildirmişdir ki, oğurladığı ət məhsullarını Sərxana verir, o da satıb pulunu Məhəmmədə ödəyir. Təqsirləndirilən şəxs1 Nicad və Sərxan adlı şəxslərlə birlikdə oğurluq cinayəti törətdiyini bildikdən sonra Təqsirləndirilən şəxs1 ilə görüşməmiş, onu idarə etdiyi avtomaşınla bir daha "Abşeron Treyd” MMC-yə aparmamışdır. Təqsirləndirilən şəxs1 Nicad və Sərxan adlı şəxslərlə birlikdə oğurluq cinayəti törətdiyini bildikdən sonra onunla təbliğat aparmışdır ki, bir daha oğurluq etməsin. Təqsirləndirilən şəxs1 dostu olduğu üçün onun cinayət törətməsi barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, əvvəllər "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləmişdir. İşlədiyi müəssisənin ərazisində bir neçə müəssisənin anbarları, o cümlədən Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarı yerləşir. Zərərçəkmiş şəxs MMC-də anbardar köməkçisi işləmiş Təqsirləndirilən şəxs1 tanıyır. 2020ci ilin yayında xatırlamadığı tarixdə, gecə vaxtı mühafizədə xidməldə olduğu zaman Təqsirləndirilən şəxs1, xatırlamadığı yük maşını ilə mühafizə olunan əraziyə daxil olmuşdur. O, Məhəmmədi Zərərçəkmiş şəxs MMC-nin işçisi olaraq tanıdığına görə ondan heç nə soruşmamışdır. Bir neçə saatdan sonra Məhəmməd yük maşını ilə qapı postundan çıxarkan maşınında nə yük apardığını soruşmuşdur. Bildirmişdir ki, soyuducu anbardan ət məhsulu aparır. Maşın blomlu olduğuna görə maşındakı yükü yoxlaya bilməmişdir. Məhəmməd yük barədə qaimə təqdim etməmişdir, qaimə soruşmamışdır. Təxminən on-on beş gün sonra o, növbədə olarkan Məhəmməd gecə saatlarında yenidən yük maşını ilə gəlmiş və bir neçə saatdan sonra həmin maşınla ərazidən maşının çıxmasını təsdiq edən çek təqdim etmiş və o, maşını buraxmışdır. Ona Məhəmməd həmin vaxt 40 (qırx) manat pulu vermiş, lakin ona heç nə deməmişdir. Lakin bir neçə gün sonra postda olduğu vaxt maşınsız gələrək ona yaxınlaşmış və bildirmişdir ki, onun növbəsində anbardan oğurluq ət məhsulu çıxartmaq istəyir və hər dəfə ət aparanda ona pul verib “hörmət” edəcəkdir. O, Məhəmmədin bu təklifi ilə razılaşmamışdır. Həmin vaxtdan sonra işdən çıxmışdır. Sonradan baş vermiş hadisələrdə iştirak etməmiş və hadisələrdən xəbəri olmamışdır. O, işdən çıxmış, fikirləşmişdir ki, əgər Məhəmmədin oğurluq etdiyi barədə aidiyyatı şəxslərə məlumat versə, onda onu cinayətdə təqsirləndirərlər. Ona görə də, bu barədə heç kimə məlumat verməmişdir. (iş vərəqə 3-cü cild 151-153) Məhkəmədə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, səhər saat 9dan axşam saat 6-dək işləmişdir. Seyran və Məhəmmədi tanımış, digər təqsirləndirilən şəxsləri anbarda görməmişdir. Əgər yük gəlmişsə və onlar saat 6-a qədər yükün yarısını boşaltmış və yarısı qalmışdırsa, saat 6-dan sonra da qalırmışlar. Gecə saatlarında “yük gəlir və yaxud da yük boşaldılmalıdır” deyə o işə çağırılmamışdır. Anbarların hamısı saat 6-da bağlanmışdır. Emin müəllim və Harun müəllim gəlmişdir. Təqsirləndirilən şəxs1 əvvəl rəhbər vəzifəli şəxs olmuş, Təqsirləndirilən şəxs1 gecələr əraziyə gəlib getməsini eşitməmişdir. Ət yüklənmişdir, gedəcəkmiş, Emin müəllim qapını açıb görmüşdür ki, ət azdır, polisə müraciət etmişlər. Onlar təxminən bilmişlər ki, maşınlar nə qədər yer tutur. Sonradan onlara demişlər ki, külli miqdarda ət oğurlanmışdır. Say aparılmamış, sadəcə “bu qədər mal gəlmişdir” şəklində siyahıya alınmışdır, məsələn 50 ton ət gəlib, 40 ton göndərmişdir, 10 ton ət yoxdur. Yükü boşaldanda ətin yoxluğunu bilmişlər. Məsələn, 2 maşın ət göndərmişlər, 3-cü maşın 10 ton olmalıdır, bilmişlər ki, əksik gəlir. Onlar müdiriyyətin işinə qarışmamışlar, sayım onlarlıq olmamış, ona görə də sayımda iştirak etməmişlər. Heç bir akta qol çəkməmiş, ifadə verməmişdir. O, oradan 497 min manatlıq mal oğurlandığını təsdiq etməmiş, orada iştirak etməmişdir, sadəcə olaraq “bu qədər mal oğurlanmışdır, buraya qol çək” deyiləndə o da imzalamışdır. Anbarın sahəsi 160-180 kv olmuşdur. Anbara 100 (yüz) ton mal yerləşmişdir. Bir maşın yükləmək iki saat yarım, üç saat vaxt almışdır. Boş maşın tərəziyə girirmiş, yükləyəndən sonra yenə çəkilirmiş, belə olanda nə qədər ət yükləndiyini bilimişlər. “Ateka” markalı avtomobilə mal yükləmiş, 6 metrlik də , 8 metrlik də olmuş, bəzən 6-7 ton, bəzən 10-12 ton mal yüklənmişdir. Anbar 100 ton mal tutmuşdur. Birdən-birə 80 ton ətin yoxa çıxması mümkün olmamışdır. Hadisə baş verən vaxt artıq 2 il olmuşdur ki ,orada işləmişdir. Səhər saatlarında anbarın qapısının açıldığı vaxt orada iştirak etmişdir. Sonuncu dəfə əti maşına yüklüyəndə budu və qabırğanı ayrıca yığmışlar, küncdən qoymuş, anbarı bağlayıb evə getmişlər. Bazar ertəsi günü anbarı açanda Emin müəllim demişdir ki, axırıncı dəfə belə olmamışdır, dolu olmuş, ət əvvəl gedəndə üstdən götürülmüş, buna görə bilinməmiş, bu dəfə kənara qoyulan ətlər götürülmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin anbardar köməkçisi vəzifəsində işləyir. MMC-nin mərkəzi ofisi Bakı şəhəri, Babək prospekti, “Babək plaza” adlı binada yerləşir. Zərərçəkmiş şəxs MMC-nin icarəyə götürdüyü soyuducu anbar “X28” şirkətinə məxsus olmaqla Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun kənarında yerləşir. Belə ki, Zərərçəkmiş şəxs MMC, “X28” şirkətinin binasında həmin anbarı icarəyə götürüb soyuducu quraşdırılaraq həmin anbardan ət tədarükü üçün istifadə edilir. Həmin soyuducu anbara tədarük olunmuş mal əti Azərbaycan Respublikası ərazisində yerləşən hərbi hissələrə verilməklə, hərbi hissələr ət məhsulu ilə təmin edilir. MMC-nin anbarında anbardar, anbardar köməkçisi, yeddi nəfər fəhlə işləyir. Yüklərin daşınması sifariş əsasında həyata keçirilir. MMC-nin müqaviləsi əsasında anbara daxil olan ət ehtiyatları əvvəllər Ukrayna Respublikasından gətirilmiş, sonradan isə, yerli istehsal müəssisələrindən tədarük edilmişdir. 2022-ci ilin mart və aprel aylarında mədaxil olunan və məxaric olunan ət məhsulları ilə anbarda qalan ət məhsulunun qalığı arasında fərq olduğu müşahidə olunmuşdur. Ona görə də anbarın ehtiyatlarının istifadəsi ilə əlaqədar fəaliyyəti rəhbərliyin tapşırığı əsasında nəzarətə götürmüşdür. 11 aprel 2022-ci il tarixdə, səhər saat 10 radələrində anbara, yəni ət ehtiyatlarının olduğu soyuducu otağına baxdıqda ət məhsulunun azaldığını görmüşdür. Bu barədə dərhal rəhbərliyə məlumat vermiş və anbarın giriş qapısını ilkin olaraq nəzərdən keçirmişdir. Qapının plombu pozulmamış, lakin plombun keçirildiyi cəftənin yerindən açılaraq qapının açılması ehtimal olunmuşdur. Soyuducu anbar otağında olan ət parçaları satılmış, anbarda olan ət məhsulunun əskik olması, sonradan bir daha dəqiqləşmə aparıldıqda anbardan həmin gecə 6 çəkidə ət məhsulunun əskik olması, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı məlum olmuşdur. Odur ki, bununla əlaqədar- Abşeron Pİ-nə ərizə ilə müraciət etmişdir. Soyuducu otağının, yəni anbarın çöl hissəsində anbarın giriş qapısından təxminən 10 metr aralıda əsas binanın gözətçilərinin plastik köşkü olmuşdur. Həmin köşkdən ətraf aydın şəkildə müşahidə olunur. Mühafizəçilərlə şifahi sorğu apardıqda belə bir məlumat vermişlər ki, 11 aprel 2022-ci il tarixə keçən gecə, saat ikinin yarısı radələrində anbara ** SO *** qeydiyyat nişanlı yük avtomobili gəlmiş, anbardan ət məhsulunu yükləyib aparmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Abşeron Treyd" MMC-də işləyən Bilal Salmanın oğurluq cinayətində iştirakı barədə verdikləri məlumat yalandır. Bilal Salman Zərərçəkmiş şəxs MMC-də anbar müdiri vəzifəsində işləməmiş, həmin vaxtlar Zərərçəkmiş şəxs MMC-də anbardar vəzifəsində Şahid1 işləmişdir. Bilal Salman isə, MMC-də satınalma və satış şöbəsində müdir vəzifəsində işləmişdir. MMC-nin soyuducu ət anbarında heç vaxt artıq ət məhsulu olmamışdır. MMC-yə ət məhsulları sənədlə mədaxil olur və sənədlər əsasında məxaric olunur. Bilal Salman MMC-də satınalma və satış şöbəsində müdir olaraq ət məhsullarının satışı və anbara ət tədarükü onun vəzifəsinə daxil olmamışdır. Onun vəzifəsi MMC-yə maddi təchizatı həyata keçirməkdən ibarət olmuşdur. Anbarın və yük maşınlarının qapısını bağlayarkən istifadə etdikləri plomblardan anbarda işləyən hər hansı şəxs öz şəxsi məqsədləri üçün götürsə, digər vəzifəli şəxslər bundan xəbər tutmaya bilər. Ona görə də, Təqsirləndirilən şəxs1 atası Vüqar Hüseynovun istintaqa təqdim etdiyi plomblar onun oğurluq etmək niyyəti ilə anbardan gizli olaraq götürdüyü plomblardır. Həmin plomblardan Təqsirləndirilən şəxs1 oğurluq etmək üçün istifadə etmişdir. Vüqar Hüseynovun istintaqa təqdim etdiyi buraxılış vərəqələri MMC-nin anbarından ət götürülməsinə icazə verilməsi üçün əsas ola bilməz və həmin buraxılış vərəqələri əsasında heç bir anbardan hər hansı əmlak buraxılmır. Dondurulmuş mal əti anbardan qaimələr əsasında, gündüz vaxtı, iş günlərində buraxılır. Vüqar Hüseynovun təqdim etdiyi buraxılış vərəqələri isə, yüklü maşının anbarın yerləşdiyi ərazidən qapı postundan buraxılması üçündür. Həmin buraxılış vərəqələri Zərərçəkmiş şəxs MMC-yə aid sənəd deyil, MMC tərəfindən tərtib olunmur və yük aparan sürücülərə verilmir. Həmin buraxılış vərəqələri mühafizə xidməti tərəfindən tərtib olunur, arxasında mühafizə xidmətinin məsul vəzifəli şəxsləri imza edərək mühafizə xidmətinin əraziyə girişində olan stasionar postuna verilir. Giriş qapısında yerləşən postun mühafizə xidmətinin işçilərindən anbardar və köməkçiləri tərəfindən götürülüb anbardan ət məhsulu buraxılarkən buraxılış vərəqəsində tələb olunan məlumatlar yazıldıqdan sonra yükü buraxan şəxs tərəfindən imza edilir və avtomobilin sürücüsünə verilir ki, qapı postundan avtomobil buraxılsın. Lakin həmin buraxılış vərəqəsi ət məhsulunun və digər əmlakın başqa şəxslərə satılması üçün istifadə olunmur. Buraxılış vərəqəsi qapı postunda mühafizə xidmətində qalır. Təqdim olunan buraxılış vərəqələrini Təqsirləndirilən şəxs1 mühafizə postundan götürmüş, oğurluq edərkən ət məhsullarını gizli olaraq avtomobilə yükləyib həmin buraxılış vərəqələrinin mətninə məlumatlar daxil edib imza edərək oğurladığı ət məhsulunun yükləndiyi maşınları qapı postundan buraxdırmışdır. Odur ki, təqdim olunan plomb və buraxılış vərəqələri Təqsirləndirilən şəxs1 cinayətini sübut edən dəlillərdir. (iş vərəqə l-ci cild 22-24, 6-cı cild 155-158) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ifadəsindən görünür ki, onun rəhbərlik etdiyi "xxxx" MMC-nin fəaliyyəli ət və balıq məhsullarının alış və satışını təşkil etməkdən ibarətdir. Rəhbərlik etdiyi MMC-nin mərkəzi ofisi Bakı şəhərində yerləşir. Abşeron rayonu, Xırdalan şəhərində “SAB” firmasının "xxxx" MMC-nin inzibati binasında soyuducu anbar icarəyə götürüb ət tədarükü və topdansatışı ilə məşğul olur. Təqsirləndirilən şəxs2 ilə 2021-ci ilin axırlarında Bakı şəhərində 7-ci mikrorayonda, “Şınıx” kafesində tanış olmuş, Sərxan ona ət alveri ilə məşğul olduğunu, əti Rusiyadan dayısının göndərdiyini bildirmişdir. Sərxan ona ət salmağı təklif etmişdir. O, Sərxana demişdir ki, nümunə gətirsin, keyfiyyəlli olarsa alar. Bir neçə gün sonra Sərxan onun işlədiyi anbara bir ədəd mal cəmdəyi gətirmiş və o, Sərxanın gətirdiyi ələ baxmış, həmin mal ətini bəyəndiyi üçün Sərxana demişdir ki, həmin əldən gətirsin. Sərxan bir neçə gün sonra xatırlamadığı yük maşını ilə 1 ton 800 kq (bir ton səkkiz yüz kiloqram) çəkidə mal əti gətirmişdir. Həmin əti anbardar köməkçisi Valeh onun göstərişi ilə qəbul etmişdir. Ətin pulunu axşam vaxtı Bakı şəhərində “Şınıx” kafesində Sərxanla görüşərək ona vermişdir. Sərxandan aldığı ətin bir kiloqramını üç manat səksən qəpiyə hesablayaraq ona ödəmişdir. Bundan təxminən bir ay sonra Sərxan yenə də onun işlədiyi “SAB” firmasının "xxxx" MMC-nin inzibati binasındakı anbara 1,5 ton (bir ton yarım) ət məhsulu gətirib təhvil vermişdir, ikinci dəfə gətirdiyi ət məhsulunu yenə də anbardar köməkçisi Valeh qəbul etmişdir. Həmin ətin bir kiloqramını 4 (dörd manat) olmaqla hesablayaraq Sərxana Bakı şəhərində, “Nərimanov” metrosunun yanında vermişdir. Sərxandan ona satdığı ət məhsulunun sənədini verməsini tələb etdikdə, Sərxan ona demişdir ki, mühasibi xəstələnmişdir. Ətin sənədini mütləq gəlirəcəyinə söz vermişdir. Bundan sonra Sərxandan bir müddət ət qəbul etməmişdir. Lakin 2021-ci ilin sonunda Sərxan onun işlədiyi anbara nümunə üçün 300 kiloqram mal əti gətirmişdir. Həmin ət yerli mal əti olmuşdur. Sərxanın dediyinə görə Xaçmazda öz təsərrüfatlarından gətirmişdir. Sərxan demişdir ki, guya Xaçmazda onların ət kəsimi sexləri vardır. Bundan başqa, Bakı şəhərində 20 yanvar dairəsinin yaxınlığında “Velotreck” deyilən yerdə dönər hazırlanan sexinin də olduğunu bildirmişdir. Həmin əli Sərxandan 300 kq əti dörd manat iyirmi qəpiyə almışdır. Həmin əti anbara qəbul etməmiş, alıcı çıxdığı üçün alıcıya satmışdır. Alıcıya ətin bir kiloqramını dörd manat əlli qəpiyə satıb, bir kiloqramını dörd manart iyirmi qəpikdən hesablayıb pulunu Sərxana Bakı şəhərində “Şınıx” kafesində ödəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ət məhsulu heç vaxt almamışdır. O, Təqsirləndirilən şəxs2 onun işlədiyi MMC-nin anbarına satdığı ət məhsullarının oğurluq yolu ilə əldə olunduğunu bilməmişdir. Sərxan ona söz vermişdir ki, ətin sənədini təqdim edəcəkdir. Təqsirləndirilən şəxs2 birinci dəfə ona ət məhsulu satarkan mühasibinin xəstə olduğunu, ikinci dəfə mühasibin Naxçıvana getdiyini sötyləmiş, növbəti dəfə də başqa yalanlar uydurmuşdur. O da Sərxana inandığı üçün ondan ət məhsulunu sənədsiz almışdır. (iş vərəqə 2-ci cild 191- 193, 2-ci cild 214-217) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid9 ifadəsindən görünür ki, o, 2010-cü ildən hazırkı vaxta qədər "xxxx" MMC-də fəthlə işləyir. Avtokar sürüb yük boşaldılmasını təmin etmişdir. Onun işlədiyi müəssisənin ərazisində bir neçə anbar, o cümlədən Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarı olmuşdur. Zərərçəkmiş şəxs MMCdə anbardar köməkçisi işləyən Təqsirləndirilən şəxs1, həmin müəssisədə işləyən Təqsirləndirilən şəxs5, “Tornado ”MM.C- də mühafizəçi işləyən Təqsirləndirilən şəxs4 tanımışdır. Onların "xxxx" MMC-nin soyuducu anbarından ət oğurlaması barədə onlar tutulduqdan sonra məlumatı olmuşdur. O, ’Zərərçəkmiş şəxs MMC-nin ət məhsullarının boşaldılması və yüklənməsini icra etmişdir. Gecə saatlarında yalnız ət yükünün boşaldılmasını həyala keçirmişdir. Gecə saatlarında heç vaxt maşınlara ət yükləməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid13 ifadəsindən görünür ki, Sabunçu rayonunda fərdi qaydada müxtəlif şəxslərin sifarişi ilə qəssablıq fəaliyyəli ilə məşğul olur. 2021-ci ilin avqust ayında qurban bayramı günlərində Bakı şəhərində, Keşlə bazarında fərdi qaydada müraciət edən şəxslər üçün qurbanlıq heyvanlar kəsmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, “Keşlə” bazarında ət saxlamaq üçün soyuducu anbarlar vardır. 2021-ci ilin dekabr ayının sonunda, günorta vaxtı qonşusu, kamaz markalı maşın sürən Murad onunla evinin yanında görüşərək, dostuna soyuducu anbar lazım olduğunu demişdir. Keşlə bazarında soyuducu anbarı olan şəxslər tanıdığını bildirmişdir. Murad tanışı Seyran adlı şəxsə zəng etmiş və Seyran onun yanına həmin gün axşam saat 21 radələrində Murad və Məhəmməd adlı şəxslə gələrək Sabunçu qəsəbəsində “Qartal” kafesində görüşmüşlər. Məhəmməd və Seyran ət tədarükü ilə məşğul olduqlarını və onlara soyuducu anbar lazım olduğunu bildirmiş və köməklik göstərilməsini xahiş etmiş, bildirmişlər ki, özlərinin soyuducu anbarı xarab olub, əlləri xarab olur. Ona görə də təcili soyuducu anbar lazım olduğunu söyləmişlər. Məhəmməd, Şəki rayonunda fermasının olduğunu, fermadan gətirilən heyvanların əlinin 4 manat 50 qəpik olacağını demişdir. Ona demişdir ki, gəlirsə kəsdirər. Lakin onlar sonradan diri heyvan gətirməmişlər. Soyuducu anbar tapmaq üçün onlarla birlikdə həmin axşam “Keşlə” bazarına getmişlər. X29 adlı şəxslə danışaraq bir ayı 1500 manat olmaqla soyuducu anbar kirayə etmişlər. Həmin vaxtdan sonra onun Məhəmməd və Seyranla heç bir əlaqəsi olmamışdır. Lakin 2022-ci ilin fevral ayının 5-də Məhəmməd ona zəng edib bildirmişdir ki, on bir ton mal əti var. Həmin mal ətini satmaq üçün müştəri tapmağı xahiş etmişdir. Ona demişdir ki, satışını təşkil etsə, kilosunda 30 qəpik qazanc ona verəcəkdir. Ona görə də, o, tanışı, Sabunçu qəsəbəsində ət alveri ilə məşğul olan Turan adlı şəxslə danışmış, ətin bir kiloqramını Turanla iki manatdan alacağı barədə razılaşmışlar. O, Turandan 5000 manat beh almışdır. Buna baxmayaraq Məhəmməd ona ət salmamışdır. O, Turan adlı şəxsə ət məhsulu verə bilmədiyinə görə Turan ondan beh verdiyi pulun iki qatını tələb etmişdir. Bundan sonra o, dostu Ramini götürüb Bakı şəhərinə, "Yeganə” şadlıq evinin yanındakı çayxanaya getmiş və orada Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər. O, Raminlə ikisi çayxanaya getmişlər. Lakin Məhəmməd çayxanaya tək gəlməmişdir. Onun yanında dörd nəfər adam olmuşdur. Məhəmmədin gətirdiyi həmin şəxslər də, onun xeyrinə danışmış, demişlər ki, pul qaytarılmalıdır. Ona görə də, Turana onun tələbi ilə cəmi on min manat pul bir neçə gün sonra qaytarmışlar. Əlavə qaytardıqları beş min manatın iki min dörd yüz manatını Məhəmməd , iki min altı yüz manatını isə, o vermişdir. Məhəmməd pulu dostu Fəriddən göndərmiş, həmin pulu Fərid ona Bakı şəhərində, 3-cü mikrorayon ərazisində vermişdir. Həmin vaxtdan sonra onun Məhəmməd və Seyranla heç bir əlaqəsi olmamışdır. Məhəmməd və Seyranın soyuducu anbarda saxlayacaqları və satmaqda vasitəçi olmaq barədə onunla razılaşdıqları ət məhsullarının oğurluq olduğunu bilməmişdir. Sonradan Turandan ət satışı üçün beh aldıqdan sonra Turan ondan ət məhsulunun sənədini tələb etmişdir. O, bu barədə Məhəmmədə demiş, Məhəmməd on ton məhsula sənəd vermədiklərini, sənədi 40-50 ton çəkidə ət satdıqda verdiklərini bildirmişdir.( iş vərəqə 3-cü cild 10-12, 4-cü cild 38-39) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, Keşlə bazarında “Çənlibel ət məhsulları'’ dükanında ət satışı işi ilə məşğul olmuşdur. Həmin dükanda ətin pərakəndə satışı ilə məşğul olmuşdur. Müəssisələrdən və şəxsi adamlardan buzlanmış ət məhsulları almamışdır. Ət məhsullarının alışını və satışını pərakəndə şəkildə təşkil etdiyi üçün mədaxil və məxaric sənədləri tərtib etməmişdir. Ona görə də, alıcıcılardan ət məhsuluna dair mədaxil və məxaric sənədləri tələb etməmişdir. Həmçinin Keşlə bazarında onun icarəyə götürdüyü soyuducu anbarı vardır. Həmin anbardan ət məhsullarının saxlanılması və heyvan kəsimi üçün istifadə etmişdir. 2021-ci ilin iyul ayında Anar kimi tanıdığı, sonradan şəxsiyyəti ona Şahid13 kimi məlum olan şəxs qurban kəsimi zamanı onun dükanında işləmişdir. Anar onun dükanında qəssablıq etmişdir. Qurban bayramından sonra Anar onunla işləməmişdir. Şahid13 2021-ci ilin dekabr ayının axırlarında, axşam vaxtı onun mobil telefonuna zəng edib ondan soyuducu anbarın boş olub-olmadığını soruşmuşdur. O, Anara demişdir ki, anbar boşdur. Anar telefonda ona demişdir ki, bir nəfər tanıdığı şəxs anbarı icarəyə götürüb bir müddət istifadə etmək istəyir. Həmin gün, saat təxminən 21 radələrində Anar işlədiyi dükana sonradan onu tanış etdiyi Məhəmmədlə birlikdə markası yadında qalmayan soyuducusu olan yük maşını ilə gəlmişlər. Anar həmin maşında anbarda saxlamaq üçün ət məhsulu gəlirdiklərini söyləmişdir. Məhəmmədlə razılaşıb, anbarı ayda 1500 (min beş yüz) manat olmaqla ona icarəyə vermişdir. Məhəmməd maşınla gətirdiyi ət məhsulunu anbara boşaltmışdır. O, anbarın açarını Məhəmmədə vermiş və anbarla heç bir əlaqəsi olmamışdır. Sonradan Məhəmməd anbardan istifadə edərkən onun işinə qarışmamışdır. Məhəmməd həmin anbardan iki ay müddətində istifadə etmişdir. Təqsirləndirilən şəxs1 ondan icarəyə götürdüyü anbarda saxladığı ət məhsullarını arabir aparmışdır. Məhəmmədin ət məhsullarını hara aparması ona məlum deyildir, çünki anbarı ona icarəyə verdiyi üçün işlərinə qarışmamışdır. Təqsirləndirilən şəxs1 tərəfindən ondan icarəyə götürdüyü soyuducu anbarda saxlanılan ət məhsullarının cinayət yolu ilə əldə olunmasını bilməmişdir.( iş vərəqə 3-cü cild 26) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən hadisə yeri olan Zərərçəkmiş şəxs MMC Bakı-Şamaxı avtomobil yolunun 16-cı kmdə yerləşən “X28” şirkətinin binasında icarəyə götürülmüş anbarda ət tədarükü ilə məşğul olan müəssisədir. Anbarın yerləşdiyi bina daşdan tikilmişdir. Anbarın giriş qapısı dəmirdəndir, qapı bağlandıqdan sonra möhürlənir. Anbarın giriş qapısının sol tərəfində təxminən 10 metr məsafədə plastik köşk vardır. Həmin köşkdə “X28” şirkətinin mühafizə xidməli fəaliyyət göstərir. Binanın çöl tərəfində kameralar quraşdırılmışdır. Anbarın içərisində kameralar olsa da işlək deyildir. Anbarın giriş qapısına daxil olduqda dəhlizdən sağ tərəfdə soyuducu otaq yerləşir. Ət saxlanılan soyuducu anbar otağı geniş otaq olub divar boyunca mal əti (mal cəmdəyinin bölünmüş hissələri) qalaqlanmışdır. Baxış keçirilməsində iştirak edən anbardar köməkçisi Nümayəndə1 anbarın içində girişdən sağ tərəfdəki divar boyunca boş yeri göstərərək həmin yerdən MMC-yə məxsus 5 (beş) ton ətin naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Anbarın giriş qapısının üzərində sındırmağa xarakterik izlər aşkar olunmamışdır. (1-ci cild, iş vərəqə 6-9) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 12 aprel 2021-ci il tarixli protokoldan görünür ki, həmin anbar “X28” şirkətinin ərazisindəki anbarlar olan tikilinin bir hissəsi olmaqla sağ və sol tərəfində başqa anbarlar vardır. “X28” şirkəti Abşeron rayonu, Xırdalan şəhəri ərazisində, Bakı-Şamaxı avtomobil yolunun 17-ci kilometrliyində Şamaxı istiqamətində yolun sağ kənarında yerləşir. Əraziyə giriş qapısının yanında mühafizə postu yerləşir. Əraziyə daxil olduqda nisbətən sol tərəfdə inzibati idarəetmə üçün olan ofis binası yerləşir. İnzibati binadannisbələn sağa və aşağda anbarlar yerləşir. Anbarların giriş qapıları şirkətin ərazisinə gıriçin əksi istiqamətində dəmir yolu istiqamətinə açılır. Məsafə uzaq olduğundan və qapılar arxa tərəfdən olduğundan giriş postundan və inzibati binadan anbarlar görünmür. Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarının giriş qapısının yanında mühafizəçinin yağışlı havalarda xidmət zamanı istifadəsi üçün kiçik köşkü vardır. Soyuducu anbarın giriş qapısı dəmirdən olmaqla sındırma və müdaxilə izləri aşkar olunmamışdır. Giriş qapısından sağ tərəfdə soyuducu otaqda ət məhsulları yığılmışdır. Giriş qapısından sağ tərəfdə divar boyu sahə boşdur. 1 1,04.2022-ci il tarixə keçən gecə ət məhsullarının həmin yerdən götürüldüyü bildirilmişdir.(iş vərəqə i-ci cildb 34-36) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “baxış keçirilməsi və götürmə haqqında” 13 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, E.Babayev küçəsi, 30 saylı binanın 61 saylı mənzilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından törətdiyi oğurluq cinayəti ilə əlaqədar ət məhsullarınıın satışından əldə etdiyi pul, qiymətli kağız, qızıl-zinət əşyaları və s. qiymətli əşyalar varsa, təqdim etsin. Təqsirləndirilən şəxs1 evin dəhlizinin sağ tərəfində yerləşən yataq otağındakı dolabdan sandıqçanın içindəki əşyaların arasından açıq-qırmızı rəngli parçadan tikilmiş çantadakı paltarların arasından kağız bükülünü götürüb təqdim etmiş və kağız bükülüdən 12000 manat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi kağız bükülünün arasındakı pul sayıldıqda 12000 manat olduğu müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 dolabın yuxarı gözündən 14000 manat pulu götürərək təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 13400 manat pulu Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından oğurladığı ət məhsullarının satışından əldə etdiyini bildirmişdir və Təqsirləndirilən şəxs1 təqdim eldiyi 13.400 (on üç min dörd yüz) manat pul cinayət işi üzrə maddi sübut kimi tanınaraq zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-yə qaytarılmşdır. (1-ci cild iş vərəqə 140-143, 2-ci cild 243-245) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqdim olunan kitablara baxış keçirilməsi haqqında” 16 aprel 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin mühafizə postunda 2021-ci ildə və 2022-ci ilin birində aparılmış “Əraziyə daxil olan və tərk edən nəqliyyatın qeydiyyatı” barədə kitablara baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, baxş keçirilən kitabların üz qabığı göy rəngli olub, içindəki vərəqlər riyaziyyat dəftərinin vərəqlərindən ibarət olan dəftərxana kitablarıdır. Kitabın üz qabığında ağ kağızda kompüter hərfləri ilə çap olunmuş “Əraziyə daxil olan və tərk edən nəqliyyatın qeydiyyatı kitabı” yazısı vardır. Kitablar hər biri 96 vərəqədən ibarət olmaqla səhifələnmiş, tikilmiş və möhürlənmişdir. Kitabın vərəqələri eninə olaraq “buraxılış kodu”,”tarix”, "vaxt (gəldi, getdi)”, “nəqliyyatın dövlət nömrəsi”, “məsul şəxs”, “malın adı” qrafalara bölünmüş və uyğun məlumatlar kitabın vərəqlərində qeyd edilmişdir. Kitablarda olan məlumatlar nəzərdən keçirilərkən 2021-ci ilin sentyabr ayına aid avtomobilin daxil olma tarixini əks etdirən“ 14.09.21”, gəlmə saatını 23.00, getmə saatını əks etdirən 01.50, avtomobilin dövlət qeydiyyatını əks etdirən ** SO *** məsul şəxs barədə məlumatı əks etdirən “Məhəmməd” məlumatların qeydiyyatı aşkar olunmuşdur. 2021-ci ilin dekabr ayına aid kitabda avtomobilin daxil olma tarixini əks .12.21”, gəlmə saatını əks etdirən “22.17”, getmə saatını əks etdirən 01.50, avtomobilin dövlət qeydiyyatını əks etdirən ** SO ***, məsul şəxs məlumatı əks etdirən “Elşad” məlumatların qeydiyyatı aşkar olunmuşdur. 2022ci ilin fevral ayına aid kitabda avtomobilin daxil olma tarixini əks 13.02.22”, gəlmə saatını əks etdirən “02.20”, getmə saatını əks etdirən 03.35, avtomobilin dövlət qeydiyyatını əks etdirən ** OL ***, məsul şəxs məlumatı əks etdirən “Harun”, həmin sətirin altında “13.02.22”, gəlmə saatını əks etdirən “02.20”, getmə saatını əks etdirən “04.36”, avtomobilin dövlət qeydiyyatını əks etdirən ** US *** , həmin sətirin altında “13.02.22”, gəlmə saatını əks etdirən etdirən “03.36”, getmə saatını əks etdirən “04.12”, avtomobilin dövlət qeydiyyatını əks etdirən ** SO *** ,məsul şəxs barədə məlumatı əks etdirən məlumatların qeydiyyatı aşkar olundu. ** SO *** yazılarında təhrif olunması ehtimalı vardır. Aşkar olunmuş məlumatları əks etdirən kitabın səhifələrin surəli iş materiallarına əlavə edilməsi üçün götürülmüşdür. (iş vərəqə 2-ci cild, 145-148) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqdim etmə və götürmə barədə” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından törədilən oğurluq nəticəsində MMC-yə vurduğu 6000 (altı min) manat məbləğində maddi ziyanın ödənilməsi üçün həmin məbləğdə pulu Təqsirləndirilən şəxs3 atası X13 istintaqa təqdim etmiş, təqdim olunan 6000 (altı min) manat məbləğində pul cinayət işi üzrə maddi sübut kimi tanınaraq zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-yə qaytarılmışdır.(iş vərəqə 2-ci cild 223, 2-ci cild 244) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “maddi sübut kimi tanımaq haqqında” 26 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarından törədilən oğurluq zamanı ət məhsullarının daşınmasında istifadə edilmiş “X26 1824L” markalı , ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin avtomobilin mülkiyyətçisi X14 təhvil verilmişdir.( 3-cü cild, iş vərəqə 6-7) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin yerləşdiyi ərazini əhatə edən mobil operatorların anten dairəsini müəyyən etmək üçün ətrafa baxış keçirilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin əhatə dairəsində “Atyalı”, "xxxx" ASC, "xxxx" MMC, “Aşağı Güzdək”, “X16 İnstitutu” , “Quşçuluq” yaşayış massivi, “Atyalı 2”, Bakı-Şamaxı şosesinin yerləşdiyi ərazilərdə antenlərin fəaliyyət göstərdiyi müəyyən edilmişdir.( 4-cü cild ,iş vərəqə 8-14) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2024-cü il tarixli “”Bakcell” MMC-dən əldə edilmiş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin 01,07.2022-ci il tarixli, BKC/LGL-9943/22 saylı məktubu ilə Abşeron RPİ-nİn İŞ-nə daxil olan və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055 *** ** ** mobil nömrəsindən istifadəsinə dair məlumatları özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 məxsus olan 055 *** ** ** mobil nömrəsi xx.xx.2021-ci il larixdə saat 23 radələrindən xx.xx.2021-ci il tarixdə, saat 05 radələrinədək olan müddətdə oğurluq cinayətinin baş verdiyi Zərərçəkmiş şəxs MMC-nin əhatə dairəsində aktiv olmuşdur. Həmin müddətdə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** nömrəsi ilə bir dəfə, 070 *** ** ** mobil nömrəsi ilə bir neçə dəfə danışıqları qeydə alınmışdır. (4-cü cild, iş vərəqə.15-16) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2022-ci il tarixli “təqdim olunan kitablara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Tornado-Ş" MMC-nin mühafizə xidmətinin əməkdaşlarının xidməti postlarının təhvil-təslimi barədə “X28” MMC-nin inzibati binasının 6 saylı mühafizə postunun "təhvil-təslim” kitabı, “X28” MMC-nin inzibati ərazisinə nəzarət-buraxılış məntəqəsində 7 saylı mühafizə postunun “təhvil-təslim” kitabı və “X28” MMC-nin inzibati ərazisinin anbarlar olan sahəsində 8 saylı postunun “təhvil-təslim” kitablarına baxış keçirilmişdir. Baxış zamanı kitablarda olan raportlar nəzərdən keçirilərkən mühafizə xidmətində işləmiş Təqsirləndirilən şəxs4 02 yanvar 2022-ci il tarixdə saat 20.00-dan 03 yanvar 2022-ci il tarixdə saat 08.00-dək olan müddətdə 7 saylı postda, 1 5 yanvar 2022-ci il tarixdə saat 20.00-dan 16 yanvar 2022-ci il tarixdə saat 08.00-dək olan müddətdə 7 saylı postda, 13 fevral 2022-ci il tarixdə saat 20.00dan 14 fevral 2022-ci il tarixdə saat 08.00-dək olan müddəidə 8 saylı postda, 27 fevral 2022-ci il tarixdə saat 20.00-dan 28 fevral 2022-ci il tarixdə saat 08.00adək olan müddətdə 6 saylı postda, 21 mart 2022-ci il tarixdə saat 20.00-dan 22 mart 2022-ci il tarixdə saat 08.00-dək olan müddətdə 7 saylı postda, 10 aprel 2022-ci il tarixdə saat 20.00-dan 11 aprel 2022-ci ıl tarixdə saat 08.00-dak olan müddətdə 7 saylı postda xidmətdə olmasına dair "xxxx" MMC-nin “Tranzistore layihəsinin” bölmə rəisi Məhəbət Bağırovun adına raportlar yazaraq həmin vaxtlarda xidmətdə olduğu zaman heç bir hadisə baş vermədiyini bildirmişdir. “ X28” MMC-nin inzibati ərazisinin anbarlar olan sahəsində 8 saylı postunun “təhvil-təslim” kitabına baxış keçirilərkən Təqsirləndirilən şəxs4 15 dekabr 2021-ci il tarixdən 11 aprel 2022-ci il tarixədək- gecə növbəsində “X28” MMC-nin inzibati ərazisinin Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarının yerləşdiyi ərazidə xidmət apardığı müəyyən olunmuşdur.( 4-cü cild, iş vərəqə 81-83) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş tarixli “təqdim olunan kitablara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMCnin mühafizə postunda 2021-ci ildə və 2022-ci ilin birinci rübündə aparılmış “Əraziyə daxil olan və tərk edən nəqliyyatın qeydiyyatı” barədə kitablara baxış keçirilmişdir. Kitablarda olan məlumatlar nəzərdən keçirilərkən 2021-ci ilin sentyabr ayına aid kitabda avtomobilin daxil olma tarixini əks etdirən" 14.09.21”, gəlmə saatını əks etdirən 23.00, getmə saatını əks etdirən 01.50, avtomobilin dövlət qeydiyyatını əks etdirən ** SO ***, məsul şəxs barədə məlumatı əks etdirən “Məhəmməd” məlumatların qeydiyyatı aşkar olunmuşdur. 2021-ci ilin dekabr ayına aid kitabda avtomobilin daxil olma tarixini əks etdirən “04.12.21”, gəlmə saatını əks etdirən “22.17”, getmə saatını əks etdirən "02.37”, avtomobilin dövlət qeydiyyatını əks etdirən ** SO ***, məsul şəxs barədə məlumatı əks etdirən “Elşad” məlumatların qeydiyyatı aşkar olunmuşdur. 2022-ci ilin fevral ayına aid kitabda avtomobilin daxil olma tarixini əks etdirən “13.02.22”, gəlmə saatını əks etdirən “02.20”, getmə saatını əks etdirən “03.35”, avtomobilin dövlət qeydiyyatını əks etdirən ** OL ***. məsul şəxs barədə məlumatı əks etdirən “İlarim”, həmin sətirin altında “13.02.22”, gəlmə saatını əks etdirən “02.20”, getmə saatını əks etdirən “04.36”, avtomobilin dövlət qeydiyyatını əks etdirən ** US *** , həmin sətirin altında “13.02.22”, gəlmə saatını əks etdirən “03.36”, getmə saatını əks etdirən “04.12”, avtomobilin dövlət qeydiyyatını əks etdirən ** SO *** ,məsul şəxs barədə məlumatı əks etdirən “Harun” məlumatların qeydiyyatı aşkar olunmuşdur. (iş vərəqə 4-cü cild 112-151) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 sentyabr 2022-ci il tarixli “təqdim olunan mobil telefonun yaddaşına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin baş verdiyi 10 aprel 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixə keçən gecə Təqsirləndirilən şəxs4 həmin tarixdə mühafizə xidməlində işdə olmuş Şahid10 ilə telefon əlaqəsi saxlayıb-saxlamamasını müəyyən etmək üçün sonuncunun “Samsunq A 22” markalı mobil telefonunun yaddaşına baxış keçirilmişdr. Baxış zamanı Təqsirləndirilən şəxs4 adının onun mobil telefonunda abonentlərin siyahısında “Nicat iş” kimi yazılması və mobil nömrəsinin 070 *** ** ** rəqəmləri ilə qeyd edilməsi aşkar edilmişdir. Mobil telefona “gələn zənglərin tarixçəsi” bölməsində 11 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs4 məxsus ********** mobil nömrəsindən Namiq Ələsgərlinin 077 *** ** ** mobil nömrəsinə saat 00.29-da, 01.31-də, 02.23-də və 04.53-də daxil olan, həmin tarixdə, saat 04.54-də Namiq Ələsgərlinin 051 *** ** ** nömrəsindən Təqsirləndirilən şəxs4 070 *** ** ** mobil nömrəsinə göndərilən zəng aşkar edilmişdir. (4-cü cild, iş vərəqə 185-189) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 oktyabr 2022-ci il tarixli "xxxx" MMC-dən əldə edilmiş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "Azerfon” MMC-nin xx.xx.2022-ci il tarixli, AZF7LG L-12373/22 saylı məktubu ilə Abşeron RPİ-nin İŞ-nə daxil olan və Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** mobil nömrəsindən istifadəsinə dair məlumatları özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, “zənglərin detallaşmasına” aid birinci qovluqdakı məlumatlar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vaxt aralığında olan müddəti əhatə edir. Həmin müddətlərdə bir neçə dəfə Təqsirləndirilən şəxs3 məxsus ********** mobil nömrəsi gündüz saatlarında Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarının yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhərində aktiv olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində həmin ərazidə aktiv olmuşdur. Lakin məlumatları nəzərdən keçirərkən həmin mobil nömrənin aktiv olma yerlərinin ardıcıllıqla dəyişməsindən nömrə sahibinin Bakı- Şamaxı maşın yolunda Bakı istiqaməlində hərəkəldə olduğu məlum olur. Həmçinin Təqsirləndirilən şəxs3 məxsus ********** mobil nömrəsi xx.xx.2020-ci il tarixdə saat 22.47 radələrindən saat 23.08 radələrinədək Qobustan rayonunun 'l əklə, Cəngi, Abşeron rayonunun Pirəkəşkül kəndləri, Atyalı ərazisində, Bakı-Şamaxı yolunda aktiv olmuşdur. “Zənglərin detallaşmasına” aid ikinci qovluqdakı məlumatlar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək vaxt aralığında olan müddəti əhatə edir. Həmin vaxt aralığında Təqsirləndirilən şəxs3 məxsus ********** mobil nömrəsi xx.xx.2021-ci il tarixdə saat 22.48dən xx.xx.2021- ci il tarixdə, saat 00.39-adək olan müddətdə, xx.xx.2021-ci il tarixdə saat 22.23-dən xx.xx.2021-ci il tarixdə saat 01.27-ədək olan müddətdə, xx.xx.2021-ci il tarixdə saat 22.13-dən xx.xx.2021-ci il tarixdə saat 00.06-ədək olan müddətdə, xx.xx.2021-ci il tarixdə saat 22.14-dən xx.xx.2021-ci il tarixdə saat 02.45- dək olan müddətidə, xx.xx.2022-ci il tarixdə saat 03.30-dan xx.xx.2022-ci il tarixdə saat 15.10-dək olan müddəidə, xx.xx.2022-ci İl tarixdə saat 01.42-dən həmin gün tarixdə saat 01.48-ədək olan müddətdə Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarının yerləşdiyi ərazinin əhatəsində aktiv olmuşdur. 11,04.2022-ci il tarixdə saat 01.19-dan həmin tarixdə saat 08.26dək olan müddətdə Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarının yerləşdiyi ərazinin əhatəsini , həmin tarixdə saat 01.19-dan həmin tarixdə saat 08.26-dək əvvəlcə Zərərçəkmiş şəxs MMC-nin soyuducu anbarının yerləşdiyi ərazinin əhatəsini verən “Atyal-2” ərazisi, Xırdalan şəhəri Tağıyev küçəsinin, sonradan Ramana qəsəbəsinin anten dairəsində aktiv olmuşdur. (5-ci cild, iş vərəqə 1-3) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 oktyabr 2022-ci il tarixli "xxxx" MMC-dən əldə edilmiş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" (Nar) MMC-dən əldə edilən, Təqsirləndirilən şəxs6 istifadəsində olmuş 077 *** ** ** mobil nömrəsindən istifadəsinə dair məlumatları özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs6 məxsus ********** nömrəsi xx.xx.2022-ci il tarixdə saal 01.00-dan həmin gün, saat 01.37-dək olan müddətdə Zərərçəkmiş şəxs MMC-nin ərazisini əhatə edən aqnten dairəsində aktiv olmuşdur. Həmin müddətdə o, ********** nömrəsi ilə Təqsirləndirilən şəxs5 məxsus 077 *** **** mobil nömrələri arasında telefon danışıqları qeydə alınmışdır. Təqsirləndirilən şəxs6 məxsus ********** nömrəsi xx.xx.2022-ci il tarixdə , saat 07.05-dən 08.30 radələrinədək Sabunçu rayonu. Ramana qəsəbəsi ərazisində aktiv olmuşdur. Həmin müdəldə ********** nömrəsi ilə Təqsirləndirilən şəxs5 məxsus 070 *** ** ** mobil nömrələri arasında telefon danışıqları qeydə alınmışdır. (5-ci cild, iş vərəqə 93-94) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2022-ci il tarixli "xxxx" MMC-dən əldə edilmiş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" (Nar) MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-14854/22 saylı məktubu ilə Abşeron RPİ-nin İŞ-nə daxil olan və Təqsirləndirilən şəxs5 istifadəsində olmuş 077 ******* mobil nömrəsindən istifadəsinə dair məlumatları özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs5 məxsus 077 *** ** ** nömrəsi 22.0.3.2022-ci il tarixdə saat 01.00-dan həmin tarixdə, saat 02.18-dək olan müddətdə “Abşeron l’rcyd’' MMC-nin əhatə dairəsində aktiv olmuşdur. Təqsirləndirilən şəxs5 məxsus 077 *** ** ** nömrəsi xx.xx.2022-ci i! tarixdə saat 02.13-dən həmin tarixdə saat 08.06-dək olan müddəidə Sabunçu rayonu, Balaxanı qəsəbəsində aktiv olmuşdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-d il tarixədək olan müddəti əhatə edən “X1 aid qovluqda” 077 *** ** ** nömrəsinin Təqsirləndirilən şəxs5 məxsus olduğu göstərilmişdir. 077 *** ** ** və 077 *** ** ** mobil nömrələrinin Təqsirləndirilən şəxs6 məxsus olduğu göstərilmişdir. (5-ci cild, iş vərəqə 104-105) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2022-ci il tarixli, auditor yoxlamasının rəyindən görünür ki, 2021-ci ildə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022- ci il tarixədək olan müddətdə "xxxx" MMC nin soyuq anbarına tədarük edilən 71 (yetmiş bir) ton çəkidə 1-ci dərəcəli dondurulmuş mal ətinin fərqi (əskik gəlmə) müəyyən edilərək MMC-yə vurulmuş maddi ziyanın cəmi 497000.00 (dörd yüz doxsan yeddi min) manat məbləğində müəyyən olunmuşdur. ( 6-cı cild, iş vərəqə 95-101) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7359 saylı rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində Respublika ərazisində yerləşən ticarət şəbəkələrində , internet saytlarında, bazarlarda, eləcə də mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən müxtəlif növ (sort) dondurulmuş dana əllərinin 01 kiloqramının qərarda göstərilən tarixlərə olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 1-ci növ (sort) dondurulmuş dana əlinin 01 kiloqramının qiyməti 2020-ci ilin iyun- iyul aylarında 6,40 manat, 2021-ci ilin sentyabrdekabr aylarında 6,70 manat, 2022-ci ilin yanvar-aprel aylarında 7,0 manat; 2-ci növ (sort) dondurulmuş dana əlinin 01 kiloqramının qiyməti 2020-ci ilin iyun- iyul aylarında 6,0 manat, 2021-ci ilin sentyabr-dekabr aylarında 6,40 manat, 2022-ci ilin yanvar-aprel aylarında 6,70 manat: 3-cü növ (sort) dondurulmuş dana əlinin 01 kiloqramının qiyməti 2020-ci ilin iyuniyul aylarında 5,70 manat, 2021-ci ilin sentyabr-dekabr aylarında 6,10 manal, 2022-ci ilin yanvar-aprel aylarında 6,40 manat; Ekspertiza təyini haqqında qərarda göstərilən müxtəlif növ (sort) dondurulmuş dana əllərinin 01 kiloqramının, qərarda göstərilən tarixlərdə olan orta bazar qiyməti nəzəri qaydada təxminən tədqiqi hissəsində göstərilən cədvəldəki kimi müəyyən edilir. Dondurulmuş dana əlinin təqdim edilmiş fotoşəkilə əsasən neçənci növə (sorta) aid olmasını müəyyən etmək mümkün deyil.( 6-cı cild, iş vərəqə 247-249) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanvar 2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxslərin mobil nömrələrinin istifadəsi ilə bağlı mobil operatorlardan əldə edilmiş məlumatlar barədə disklər iş üzrə maddi sübut kimi tanınmış və disklər cinayət işinin materiallarına əlavə edilmişdir. ( 7-ci cild, iş vərəqə 1-44) Cinayət işinin istintaq materiallarına əlavə edilmiş təqsirləndirilən şəxslərin barəsində DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışlar.(cild 3, iş vərəqə 164-165, 170-175) Cinayət işinin istintaq materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs2 Azərbaycan Resupublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatına xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs olması nəzərə alınmışdır.(cild 3, iş vərəqə 166-167,170-171,172-173,174-175) Cinayət işinin istintaq materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Sarıyev X10 rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1, 69.3-cü maddələri ilə 08 ay 27 gün müddətində islah işləri cəzasına məhkum olunmuş, cəzasının müddəti xx.xx.2015-ci il tarixdə başa çalmışdır. Odur ki, onun məhkumluğunun ödənilməsi nəzərə alınmışdır. (cild 3, iş vərəqə 168-169) Cinayət işinin materiallarına əlavə edilmiş ərizələrin surətindən görünür ki, iş üzrə zərərçəkmiş şəxs “Abşeron Treyd’’ MMC təqsirləndirilən şəxslərin hər biri ilə barışmışdır və onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs3 barəsində Laçın rayon İcra Hakimiyyəli başçısının Pircahan kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin 06 sentyabr 2022-ci il tarixli 59 nömrəli xasiyyətnaməsində onun Laçın rayon İcra Hakimiyyəli başçısının Pircahan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə haqqında heç bir şikayət daxil olmadığı göstərilmişdir. (cild 4 iş vərəq 198) “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2018-ci il təvəllüdlü X18 adlı qızı və xx.xx.2016-cı il təvəllüdlü X19 adlı oğlu vardır. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2014-cü il təvəllüdlü X20 adlı qızı və xx.xx.2016-cı il təvəllüdlü X21 adlı oğlu vardır. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs5 xx.xx.2010-ci il təvəllüdlü X23 adlı oğlu vardır. Məhkəmə, təqsirləndirilən şəxslərin ittihamda qeyd edilən məbləğdə “Abşeron Treyd’’ MMC-nin anbarından dondurulmuş mal əti oğurlayıb satmamaları barədə məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək təqsirləndirilən şəxslərin ittiham olunduqlarını cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Afıq oğlunun, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, X5, Təqsirləndirilən şəxs6 oğlunun öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Afıq oğlunun, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, X5 və Təqsirləndirilən şəxs6 törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Afıq oğlunun, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, X5 törətdikləri əməllər təsnifata görə ağır cinayətlər, Təqsirləndirilən şəxs6 törətdiyi əməllər az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının” izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, həmin qərarın 1- ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 iş üzrə zərərçəkmiş şəxslə barışmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və cinayət nəticəsində vurduğu maddi ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 iş üzrə zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində vurduğu maddi ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 iş üzrə zərərçəkmiş şəxslə barışmasını və cinayət nəticəsində vurduğu maddi ziyanı ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 oğlunun iş üzrə zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində vurduğu maddi ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs5 himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını və cinayət nəticəsində vurduğu maddi ziyanı ödəməsini iş üzrə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs6 iş üzrə zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində vurduğu maddi ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3-Elşad oğlunun, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.( 1-ci cild iş vərəqə 152, 162, 2-ci cild 72-73, 2-ci cild 125-128) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X2 barəsində seçilmiş "həbs” qətimkan tədbiri dəyişdirilərək "ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş "ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. 2ci cild, iş vərəqə 84-85, 2-ci cild, iş vərəqə 132-136, 6-cı cild, iş vərəqə 114-117) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti bitdikdən sonra onun barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəli altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəli altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.( 1-ci cild iş vərəqə 38, 48, 223 , 2-ci cild 27-30) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.( 2-ci cild 1- 2,2-ci cild 31-35) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs6 oğlu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Sumqayıt Ağır Cinayətlər 17 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs6 barəsində seçilmiş "həbs” qətimkan tədbiri dəyişdirilərək "ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. (1-ci cild iş vərəqə 202, 213, 2-ci cild iş vərəqə 101-102, 2-ci cild iş vərəqə 137-140 İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs5 şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.( 1-ci cild 234, 2-ci cild 36-39) Məhkəmə Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən 08 yanvar 2025-ci il tarixədək 02 il 08 ay 26 gün, Təqsirləndirilən şəxs2 Afıq oğlunun xx.xx.2022-ci il tarixdən 08 yanvar 2025-ci il tarixədək 02 il 08 ay 26 gün həbsdə və ev dustaqlığında, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək 05 ay 10 gün, Təqsirləndirilən şəxs4 və X5 xx.xx.2022-ci il tarixdən 08 yanvar 2025-ci il tarixədək 02 il 08 ay 27 gün, Təqsirləndirilən şəxs6 xx.xx.2022-ci il tarixdən 08 yanvar 2025-ci il tarixədək 02 il 08 ay 26 gün müddətində həbsdə olmasını nəzərə alır. Təqsirləndirilən şəxs6 xx.xx.2022-ci il tarixdən 08 yanvar 2025-ci il tarixədək 02 il 08 ay 26 gün müddət ona təyin olunan cəzaçəkmə müddətinə hesablanmalı və o, cəzasını çəkmiş hesab edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli Qərarının 2.21-ci bəndinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs6 cəzasını çəkmiş hesab edildiyindən Cinayət-Prosessual Məcəlləsinin 357.0.5-ci maddəsinin tələblərinə əsasən məhkəmənin hökmü elan edildikdən sonra Təqsirləndirilən şəxs6 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüquqi xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X6rşı, § 26). Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Afıq oğlu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4n, X9 barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X6rşı, § 26). Məhkəmə aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Afıq oğlu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və X9 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə də islah olunmasını mümkün hesab edir: Təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar – iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər oğurluq cinayətini törətsələr, bu cinayət əməli hər bir zorakılıq, digər şəxslərin həyatına təhlükəyə atma və digər ağırlaşdırıcı hallarla müşahidə edilməmiş, onlar iş yerlərində nəzarətin zəif olmasından istifadə edərək dondurulmuş əti oğurlamışlar. Məhkəmə həmçinin bir daha qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar mövcud olmamış, cəzanı yüngülləşdirən hallar kimi isə zərərçəkmiş şəxs ilə barışmaları və vurulmuş ziyanı ödəmələri, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaları və əməllərindən peşmançılıq çəkmələri nəzərə alınmışdır. Təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, cəzanın məqsədi – məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq baş verdiyi və cinayət nəticəsində hər hansı bir bərpa oluna bilməyən ağır nəticələr baş vermədiyi bir halda təqsirləndirilən şəxslərin real olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qanunun ədalət və humanizm prinsipinə zidd olmaqla yanaşı, cəmiyyətin və dövlətin maraqlarına da uyğun deyildir. Belə ki, cinayətə meyilli olmayan bu şəxsi uzun müddətə azadlıqdan məhrum etmə yerinə göndərməklə dövlətin onun saxlanılmasına pul xərcləməsindən, bu şəxslərin ailəsinin isə maddi sarsıntılar çəkməsindən üstün tutulması, dövlətin və cəmiyyətinin maraqlarının da üstün tutulması deməkdir. Təhlil edilən hallara görə məhkəmə qeyd edir ki, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız 70-ci maddəsi institutuna həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X6rşı, § 26). Bütün yuxarıda təsvir olunan halları, eləcə də qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxslərin ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna biləcəyini mümkün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, şərti məhkum etmə təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxslərin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və X5 üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslərin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və onlar dərhal həbsdən azad olunmalıdırlar, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbiri, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə ləğv edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında təlbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədaləlli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyəlinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə təlbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqəlini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin aləlləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə təqsirləndirilən şəxslərin cinayət törədərkən istifadəsində olmuş mobil nömrələrindən istifadələrinə dair məlumatları əks etdirən 07 (yeddi) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 8 (səkkiz) manat 34 (otuz dörd) qəpik məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təlbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn təlbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 ( altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və və o dərhal həbsdən azad olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs4 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və və o dərhal həbsdən azad olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs5 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs5 davranışı üzərində nəzarətin həyata Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs6 13 aprel 2022-ci il tarixdən 08 yanvar 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 2 (iki) il 8 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən o, cəzasını çəkmiş hesab edilsin, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə təqsirləndirilən şəxslərin cinayət törədərkən istifadəsində olmuş mobil nömrələrindən istifadələrinə dair məlumatları əks etdirən 07 (yeddi) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 8 (səkkiz) manat 34 (otuz dörd) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar