Məhkəmə qərarları › İş №1(124)-50/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-50/2022

25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-50/2022 25.07.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Əliyev oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 01 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay , əvvəllər məhkum olunmamış, işsiz, Sumqayıt şəhəri Corat qəsəbəsi, Sülh küçəsi ev 114-də qeydiyyatda olan, Sumqayıt şəhəri Corat qəsəbəsi ev 349-da yaşamış, hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, miqdarda 02 ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkiləri 707,806 qram narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 23:10-da Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən «Corat» abidəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qırmızı rəngli üzərində «Tutku» sözləri yazılan şirniyyat sellofan paketin içərisindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 17,806 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, xx.xx.2021-ci il tarixdə saat 01:20-də onun yaşadığı ünvan 1 ünvanda keçirilmiş baxış zamanı evin yataq otağının sol tərəfində yerləşən dolabda olan seyf qabın içərisindən şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 690 qram olmaqla ümumi təmiz çəkiləri 707,806 qram olan eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, səthlərində heroin izləri olan 01 ədəd 8x5,5 sm ölçüdə gümüşü rəngli elektron tərəzi və 01 ədəd folqa kəsiyi aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, hadisənin baş verdiyi gün o, motosiktleti ilə Novxanı istiqamətində getdiyi zaman yanacaq doldurma məntəqəsinin yanında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu saxladıqdan üzərində axtarış aparmışlar, lakin heç bir maddə aşkar edə bilməmişlər. Ardınca isə onu “Mercedes” markalı avtomobilə mindirərək Sumqayıt şəhəri ərazisində yerləşən “X12 Sarayı”nın yaxınlığına sürmüşlər. Orada olarkən həmin şəxslər tərəfindən döyülmüş, daha sonra onu polis bölməsinə aparmışlar və bölmədə olarkən də onu döyməyə davam etmişlər. O, narkotik vasitədən 2017-ci ildən istifadə etmişdir. Əsasən heroindən istifadə etmişdir. Narkotik vasitəni həm Sumqayıt şəhərindəki satıcılardan, həm də İran vətəndaşlarından onlayn yolla kartlarına pul ödəyərək almışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərində narkotik vasitə olmamışdır. “Whatsapp” sosial şəbəkəsində olan yazışmalarda narkotik vasitə alış-satışı ilə bağlı hər hansı mesaj, yaxud da səs yazısı yoxdur. İstintaq zamanı polis əməkdaşlarının göstərdikləri sənədlərdə hansı yerə demişlərsə o yeri də imzalamışdır. İstintaq zamanı ifadəsini oxumamışdır. Yaşadığı evə 2 dəfə baxış keçirilmişdir. Onu bölməyə gətirdikdən sonra ilk baxış keçirməsi üçün yaşadığı evə getmişlər. Bu zaman evdən hər hansı maddə aşkar edilməmişdir və yenidən onu bölməyə aparmışlar. Bölməyə gəldikdən təxminən 40 dəqiqə sonra yenidən axtarış üçün yaşadığı evə getmişlər və içəriyə girən kimi videoçəkilişi başlatmışlar. Yaşadığı evə keçirilən birinci axtarışla ikinci axtarış arasında təxminən 1 saat fərq olmuşdur. Evə keçirilən hər iki axtarış zamanı anası evdə olmuşdur. Narkotik vasitə evdə balıqçılıq yerindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 23:10-da Sumqayıt şəhəri Corat abidəsinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb mənim narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib, onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər və üzərinə şəxsi axtarış keçiriləcəyini elan etmişlər. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarımın müafiəsini təmin edəcək vəkili Müdafiəçi1 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, o özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd qırmızı rəngli üzərində “tutku” sözləri yazılan şirniyyat sellofanı paketini təqdim etmişdir. Həmin qırmızı rəngli sellofan paket açılmış, içərisində baxarkən sellofan paketdə 1 ədəd şəffaf rəngli sellofan bükümün olduğu müəyyən olunmuşdur. Həmin sellofan bükümdə açılmış, içərisinə baxarkən sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o aşkar olunan qəhvəyi rəngli maddənin "kakos" olduğunu, aşkar olunmuş həmin maddəni İran vətəndaşı Fərhad adlı şəxsin xatırlamadığı hesab nömrəsinə 22 manat pul ödəməklə, sonradan ona deyilən yerdən götürdüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 18,28 qram olduğu müəyyən edilmiş və həmin maddə Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra polis əməkdaşları yaşadığı ünvana baxış keçirmişlər. O da etiraz etməmişdir. Yaşadığı ünvana videoçəkilişlə baxış zamanı yataq otağındakı dolabda qutuda saxlamış olduğu narkotik vasitəni, elektron tərəzini, gümüş falqa kağızını da polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar edilmiş maddənin çəkisini müəyyən etmək, protokol tərtib etmək üçün şərait olmadığından çəkiliş dayandırılmış, aşkar olunmuş həmin maddə elektron tərəzi və gümüşü rəngli kağız götürülmüşdür. Yaşadığı ünvandan aşkar edilmiş maddə Pİ-də xidməti otaqların birində tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 727 qram olduğu müəyyən edilmişdir, aşkar olunmuş həmin maddə, elektron tərəzi və falqa Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd elektron tərəzini sözügedən narkotik vasitə olan heroinin çəkisini müəyyən etməkdən ötrü üstündə gəzdirmiş, o saxlanılarkən, ona qarşı heç kim tərəfindən heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, təsir və təziq göstərilməmiş və heç bir hüququ pozulmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin ÇAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, Həmin məlumat Corat qəsəbəsi sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni gəzdirməsi və istifadə etməsi ilə bağlı 2021-ci ilin may ayında təxminən saat 23:00 radələrində əməliyyat məlumatı daxil olmuşdur. Məlumat daxil olduqdan qısa zaman ərzində Təqsirləndirilən şəxs Corat qəsəbəsində yerləşən “Corat abidəsi” yaxınlığında saxlanılmışdır. Video-çəkliş vasitəsilə onun üzərinə axtarış keçirildiyi zaman gödəkcəsinin cibindən qırmızı rəngli “tutku” sözləri yazılan şirniyyat paketin içərisində narkotik vasitə aşkar edilmişdir. Daha sonra müdafiəçinin iştirakı olmaqla video-çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs evinə baxış keçirilmişdir. Evin arxa tərəfində, Təqsirləndirilən şəxs yatdığı yerdə kitab formasında ağ kağız ilə örtülmüş və üzrəri şəffaf rəngli izolentlə bağlanmış narkotik vasitə aşkar edilmişdir. Həmçinin istifadə etdiyi “Redmi” markalı telefonda da onun İran vətəndaşı ilə narkotik vasitənin alış və satışı ilə bağlı məlumatlar müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid3 ifadəsində göstərdi ki, 2021-ci ilin may ayında daxil olan əməliyyat məlumatı əsasında Corat sakini Təqsirləndirilən şəxs Corat qəsəbəsində yerləşən “Corat abidəsi” yaxınlığında saxlanılmış və idarəyə gətirilmişdir. Üzərinə keçirilən axtarış zamanı gödəkcəsinin sol cibindən “tutku” sözləri yazılan şirniyyat paketin içərisində olan narkotik vasitə aşkar edilmişdir. Həmçinin istifadə etdiyi telefonu da təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə saxladığını etiraf etdiyi üçün onun evində də axtarış keçirilmiş və nəticədə evin arxa tərəfində onun yatdığı daxma kimi yerdə balıqçılıq avadanlıqları olan yerdə narkotik vasitə, elektron tərəzi və üzəri qaralmış kağız (falqa) aşkar edilmişdir. Təqsirləndirilən şəxsin evində 1 dəfə axtarış aparılmışdır. Yaşayış evində keçirilən axtarış zamanı video-çəkilişdən istifadə edilmişdir. Hadisə günü təqsirləndirilən şəxsin nəqliyyat vasitəsi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 Şahid3lə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 11 may 2021-ci il tarixdə axşam saat 10 radələrində polis əməkdaşları yaşadığı evə gəlmişlər. Təqribən 30 dəqiqə sonra Maliki evə gətirmişlər. Amma evdən heç nə tapmamışlar. Polislər 1-ci dəfə gələndə evdə olmuşdur. 30 dəqiqə sonra polis əməkdaşları 2ci dəfə evə gələndə Maliki özləri ilə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Onunla qonşuluqda yaşamışdır. 11 may 2021-ci il tarixdə polis əməkdaşları qardaşı oğlunun yaşadığı evə 2 dəfə gəlmişlər. Polis əməkdaşları ilə birlikdə evə daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 may 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində və evində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 7) Şəxsi axtarış keçirilməsi haqqında 12 may 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Malik adlı şəxsin üzərində və evində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 23:10-da Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən “Corat” abidəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə xidməti otaqların birində idarənin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, Malik də özünü təqdim edir. Bundan sonra təhqiqatçı Zaur Cəfərov ona daxil olmuş əməliyyat məlumatına əsasən üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlaması, satması və istifadə etdiyi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Müdafiəçi1 təqdim edir, Malik bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildiriələrək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. O da əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd qırmızı rəngli üzərində “tutku” sözləri yazılan şirniyyat sellofan paketini təqdim edir. Həmin qırmızı rəngli sellofan paket təhqiqatçı tərəfindən açılır, içərisinə baxılarkən sellofan paketdə 01 ədəd şəffaf rəngli sellofan bükümün olduğu müəyyən olunur. Həmin sellofan büküm də açılı, içərisinə baxılarkən sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin olduğu aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan qəhvəyi rəngli maddənin "kakos" olduğunu, aşkar olunmuş həmin maddəni İran vətəndaşı Fərhad adlı şəxsin hesab nömrəsinə 22 manat pul ödəməklə, sonradan ona deyilən yerdən götürdüyünü və bir qismini şəxsi istifadəsi, qalanını isə satması üçün saxladığını bildirdi. Həmin vaxt onun üzərindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 18,28 qram olduğu müəyyən edilir. Bundan başqa, Malikin üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş «Redme Note 9» markalı mobil telefon da götürülür. Sorğu sual zamanı Malik yaşadığı ünvanda da narkotik vasitə saxladığını bildirir. Daha sonra videoçəkiliş dayandırılır. Şəxsi axtarışın keçirilməsini əks etdirən videogörüntü diskə köçürülmüş və həmin disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 22, 92-94) Baxış keçirilməsi haqqında 12 may 2021-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi 349 saylı evdə baxış keçirilərkən təhqiqatçı Zaur Cəfərov tərəfindən Malikdən hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu təqdirdə həmin əşyanın təqdim edilməsi təklif olunur. Malik də evin yataq otağında sol tərəfdə yerləşmiş olan dolabı açıb, həmin dolabda saxlamış olduğu dəmirdən hazırlanmış kitab formalı üzərində «X10» yazılar olan qutunu təqdim edərək həmin qutunu açır. Qutu açılan zaman qutunun içərisində xüsusi qaydada hazırlanmış seyf qabı olması müəyyən olunur. Həmin seyf qabın qapağını Təqsirləndirilən şəxs özü açaraq içərisindəki şəffaf rəngli sellofana, bəzi yerləri ağ kağız ilə örtülmüş, üzəri isə şəffaf rəngli izolentlə bağlanmış olduğu bükümü polis əməkdaşlarına təqdim edilərək, həmin bükümün içərisində İran vətəndaşından almış olduğu narkotik vasitə olan «kakos» saxladığını bildirir. Həmin büküm təhqiqatçı Zaur Cəfərov tərəfindən açılır və içərisinə baxılarkən sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə aşkar edilir. Həmçinin həmin qutuda 01 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzi və 01 ədəd gümüşü rəngli, üzəri qaralmış kağızın (falqanın) olduğu da müəyyən olunur. Aşkar olunmuş həmin maddə, elektron tərəzi və gümüşü falqa götürülür. Daha sonra Sumqayıt ŞPİ-yə gələrək, orada xidməti otaqda Malikin evindən aşkar edilmiş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisi şəffaf rəngli sellofanla birlikdə 727 qram olması müəyyən olunur. Aşkar olunmuş həmin maddə, elektron tərəzi və falqa Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİNnin 124 saylı möhürü ilə möhürlənir. Evə baxış keçirilməsini əks etdirən videogörüntü silindiyindən onu DVD diskə köçürüb cinayət işinin istintaq materiallarına əlavə etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 24-26) Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən üz tərəfi qara, arxa tərəfi göy olan Çin istehsallı “Redmi Note 9” markalı, M2003J15SG modeli, **********92208 İMEİ kodlu mobil telefon aparatıdır. Həmin mobil telefon aparatının votsap proqramına daxil olduqda, orada Təqsirləndirilən şəxs Aslan adlı şəxsin istifadəsində olan ***-***-**-**, Qabil adlı şəxsin istifadəsində olan ***-***-**-**, Qənbər məhlə kimi adı qeyd olunmuş şəxsin ***- ***-**-** saylı istifadəsində olan mobil telefon nömrələri arasında olan sms mübadiləsi və səs yazıları müəyyən edilir. Həmin sms mübadiləsi və səs yazıları Malikin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə danışıqlarından ibarətdir. Bundan başqa, votsap biznes proqramına daxil olduqda, orada Aslan adlı şəxsin istifadəsində olan ***-***- **-** və eləcə də kontaktda adı qeyd olunmayan şəxsin ***-***-**-** saylı mobil telefon nömrələri arasında sms mübadiləsi və səs yazıları müəyyən edilir. Həmin sms mübadiləsi və səs yazıları Malikin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə danışıqlarından ibarətdir. Bundan əlavə, mobil telefon aparatının “Qalereya” papkasına daxil olduqda orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı aşkar edilərək götürülmüş, içərisində narkotik vasitə heroin olan “Tutku” sözləri yazılan şirniyyat sellofan paketinin fotoşəkili əks olunur. Həmin fotoşəkil Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl xx.xx.2021-ci il tarixdə saat 17:12-də çəkilibdir. Eləcə də həmin papkada müxtəlif vaxtlarda çəkilmiş folqa kəsiklərdə olan narkotik vasitəyə bənzər kütlənin istifadə edilməsi barədə videogörüntülər, eləcə də bir büküm heroinə bəqzər kütlənin tərəzinin üzərinə qoyulub çəkilməsi haqqında fotoşəkil də əks olunur. (cild 1, iş vərəqə 121-122) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/1895 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən…» və s.yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 17,806 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir, üzərində «Təqsirləndirilən şəxs yaşadığı… ünvandan…» və s. yazılar olan kağız paketdəki 01 ədəd üzərində «X10» kitab cildinə keçirilmiş metal qutuda 01 ədəd bağlamada təmiz çəkisi 690 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd 8x5,5 sm ölçüdə gümüşü rəngli eletkron tərəzinin və ədəd folqa kəsiyinin səthlərində heroin izləri müəyyən edildi. Həmin predmetlərin səthlərində heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunmuş heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Həmin heroin kütlələrinin ümumi çəkiləri 707,806 qram təşkil edir. (cild 1, iş vərəqə 38-42) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2214 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 117-118) Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 707,656 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi və 01 ədəd folqa kəsiyi, eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd “Redmi Note 9” markalı, M2003J15SG modeli, **********92208 İMEİ kodlu mobil telefon aparatı saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 79-80, 123-130) DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 96) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 37 nömrəli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs bədəni üzərində sol ayağın aşıq-baldır oynağının baldır hissəsinin, sol gicgah nahiyəsinin, hər iki əlin üst hissəsinin yumşaq toxumalarınının şişkinlik fonunda əziyi və sıyrığı kimi xəsarətlər aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən bir qədər əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi, özüözünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Sumqayıt şəhər Polis İdarəsinin MSY-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 12 may 2021-ci il tarixdə saat 02:20-də baxış keçirilərkən sol ayağın topuq, sağ ayağın dizdən aşağı hissəsində şişlər, sol gicgah nahiyəsində qançır, hər iki əlinin üst hissəsində qızartılı cızıqlar aşkar edilmişdir. Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Pərvin Ocaqverdiyev tərəfindən qəbul edilmiş 22 noyabr 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, qeyri-insani rəftara, təsir və təzyiqlərə, fiziki zorakılığa məruz qalması, şərəf və ləyaqətinin alçaldılmağı ilə bağlı göstərdikləri öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar təsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin şikayətinə əsasən məhkəmə nəzarəti qaydasında Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Pərvin Ocaqverdiyevin 22 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və toplanmış material yenidəmn araşdırma aparılması üçün Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. 01 iyul 2022-ci il tarixli qərarla toplanmış material üzrə yenidən Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Pərvin Ocaqverdiyev tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar məcmusunun, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə sübutların tədqiqi nəticəsində ibtidai istintaq orqanının satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıma ittihamının əsaslandırılması üçün təqdim etdiyi sübutların təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirmədiyi qənaətinə gəlir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir. Belə ki, məhkəmə ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid2 11 may 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarı ilə bağlı sənədləşmələrin bilavasitə özlərindəki ciddi nöqsanları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə həmin qərarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Mənkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin edilməklə tələr edilə bilər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Qərarın göstərilən bəndinin mənasına görə məhkəmə nəzarəti qaydasında işə baxan məhkəmə əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materialların, hətta məxfi materialların əldə olunmasının, o cümlədən əməliyyat məlumatının olmasını təsdiq edən əməliyyat-qeydiyyat işinin qanuniliyini ətraflı yoxlamalıdır ki, sonradan həmin materiallar mahiyyəti üzrə işə baxan məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilsin. Əməliyyat-Axtarış Fəaliyyəti haqqında qanunun 16-cı maddəsinin 1-ci və 7-ci bənlərində təsbit edilmişdir ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüquqi məlumatların mənbəyini aşkarlanmamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid2 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2021-ci il tarixdə qərar qəbul etsə də, həmin qərarı ümumiyyətlə müvafiq şəhər məhkəməsinə göndərməmişdir. Məhkəmə yuxarıda şərh olunanlara əsaslara görə hesab edir ki, qeyd olunan qərara əsasən əldə edilmiş materiallar ittihamı təsdiq edən sübut kimi qəbul oluna bilməz. Bundan başqa cinayət işinin materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs saxlandıqdan sonra onun üzərində şəxsi axtarış və götürmə, yaşadığı evdə axtarış və götürmə keçirilərkən müdafiə hüquqlarının pozulması hallarına yol verilmişdir. İstintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənədlər “Şəxsi axtarış keçirilməsi haqqında” və “Baxış keçirilməsi haqqında” 12 may 2021-ci il tarixli protokollar olmuşdur. Həmin istintaq hərəkətlərinin gedişatı videoçəkilişlə aparılmışdır. “Şəxsi axtarış keçirilməsi haqqında” protokolun video görüntülərin əks olunduğu “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə olunsa da, “Baxış keçirilməsi haqqında” protokolun videogörüntülərinin müəyyən edilməməsi tərəfindən təhqiqatçı tərəfindən cinayət işinin materiallarına xx.xx.2021-ci il tarixli protokol əlavə edilmişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” protokolda əks olunan halların yoxlanılması məqsədi ilə qeyd olunan videogörüntüyə tərəflərin iştirakı ilə açıq məhkəmə iclas zalında baxıldıqda müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində gözlə görünən sol gicgah nahiyəsində qançır xəsarəti müəyyən olunur. Videogörüntünün davamında Təqsirləndirilən şəxs “Tutku» sözləri yazılan şirniyyat sellofan paketin içərisindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddəni polis əməkdaşlarına təqdim edir, həmin maddə elektron tərəzidə çəkildikdən sonra protokolun yazılması və həmin maddənin qablaşdırılması üçün çəkiliş dayandırılır. İstintaq hərəkətini aparan təhqiqatçı həmin narkotik vasitəni prosessual qaydada qablaşdırmamış, bununla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 245.8-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd olunan maddənin tələblərinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Məhkəmə həmçinin qeyd edir ki,”Şəxsi axtarış keçirilməsi” və “Baxış keçirilməsi haqqında” haqqında protokollara əsasən Təqsirləndirilən şəxs üzərinə 11 may 2021-ci il tarixdə saat 23:53-dən 23:59-a dək şəxsi axtarış keçirilmiş, 12 may 2021-ci il tarixdə isə saat 00:28-dən saat 00:39-dək yaşadığı evə baxış keçirilmiş, Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol saat 01:00-dan 01:15-dək, baxış keçirilməsi isə əlaqədar protokol isə saat 01:20-dən 01:50-dək tərtib olunmuşdur. Bununla əlaqədar məhkəmə qeyd etmək istəyir ki, videogörüntüyə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə aşkar olunduqdan 1 saat sonra qablaşdırıllmış, həmin müddət ərzində aşkar olunmuş narkotik vasitənin harada və necə saxlanması barədə cinayət işində heç bir qeyd yoxdur. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, maddi sübutun prosessual qaydada qablaşdırılmadan götürülməsi onun götürülməsindən sonra və ekspertə təqdim edilməsindən əvvəl çəkisinin və tərkibinin dəyişdirilə bilməsinə əsaslı şübhələr yaradır ki, bu şübhələr də təqsirsizlik prezumpsiyasına uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 236.4-cü maddəsinin tələblərinə əsasən Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. CPM-nin 246.3-cü maddəsinin tələblərinə əsasən Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Baxış keçirilməsi haqqında protokolda qeyd olunan hallar nə videogörüntülərlə, nədə ki, hal şahidlərinin iştirakı ilə təsdiq olunmamışdır. Polis əməkdaşlarının ifadələri isə digər sübutlarla təsdiq olunmadığı halda qərəzsiz və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunan halları təhlil edərək belə nəticəyə gəlir ki, “Şəxsi axtarış keçirilməsi haqqında” və “Baxış keçirilməsi haqqında” 12 may 2021-ci il tarixli protokollar mötəbər sübut kimi qəbul edilməməklə, hüquqi qüvvəsi olmayan sübutlar hesab edilməlidir. Qeyd olunmalıdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Kobiaşvili Gürcüstana qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 14 mart 2019-cu ul tarixli qərarında məhkəmə qeyd etmişdir ki, ərizəçinin şəxsi axtarışının nəticələri ona qarşı cinayət işinin başlanmasına və məhkəmə icraatında ittiham olunmasına səbəb olan təməl nöqtəsidir. Ərizəçinin şəxsi axtarışına dair sonrakı polis protokolu, həmçinin axtarış aparan iki polis əməkdaşının və axtarışda iştirakı iddia edilən iki şahidin ifadələri ərizəçinin hökmünün əsasına qoyulmuşdur. Beləliklə, ərizəçinin şəxsi axtarışı onun ittiham hökmünü əsaslandıran sübutun əldə edilməsini təmin edən istintaq tədbiridir. Müzakirə edilən şəxsi axtarışın aparılması üsulu və sonradan onun nəticələrinin ərizəçiyə qarşı istifadə edilməsi üsulu məhkəmə prosesinin bütövlükdə ədalətliliyinə təsir edir. Daha sonra həmin qərarda təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş polis əməkdaşlarının ifadələrinin mötəbərliyi barədə göstərilmişdir ki, polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, şübhə doğuran ifadələr kimi rədd edilmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi. Bu hal da yerli məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası göstərilənlərlə baglı geyd edir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Polis İdarəsinə aparılarkən tam sağlam olmuş, sonradan bədənində aşkar edilmiş “sol ayağın aşıq-baldır oynağının baldır hissəsinin, sol gicgah nahiyəsinin, hər iki əlin üst hissəsinin yumşaq toxumalarınının şişkinlik fonunda əziyi və sıyrığın”dan ibarət xəsarətləri Sumqayıt şəhər Polis İdarəsində alması ehtimal olunur. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu səbəbdən də həmin ifadələr ona elan edilmiş ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət işinin materiallarına əsasən hətta üzərində olmayan elektron tərəzinin şəxsi axtarış zamanı üzərində aşkar olunmasını ifadələrində etiraf etməsi həmin ifadələrin zor tətbiq edilməsi ilə alınmasının təzahürüdür. Belə ki, Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X1 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Məmmədov Sərdar Cəlaloğlunun Azərbaycana qarşı şikayəti ilə bağlı iş üzrə qəbul etdiyi qərarda (11 yanvar 2007-ci il) Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, “şəxs həbsdə olarkən zədələndiyi hallarda, zədələrin səbəbləri ilə bağlı qənaətbəxş və inandırıcı izahatların təqdim olunması ilə əlaqədar sübutetmə yükü hakimiyyət nümayəndələrinin üzərinə düşür”. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda polis əməkdaşlarının həm istintaqda, həm də məhkəmə baxışlarında verdikləri ifadələrinin sübut növü kimi mötəbərliyinin müəyyən edilməsini zəruri hesab edir. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə ifadələri alınmış polis əməkdaşları Təqsirləndirilən şəxs polis idarəsinə gətirilməsi, üzərində və evində “baxış keçirilməsi” və digər istintaq hərəkətlərinin aparılmasına dair şahid kimi ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, adları çəkilən polis əməkdaşları təhqiqat və istintaq aparan orqanda müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduqları üçün, istintaq hərəkətləri barəsində verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası Sumqayıt ŞPİ-nin ÇAŞ-ın əməliyyat müvəkkili baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid1, Sumqayıt ŞPİnin CAŞ-ın kiçik inspektoru Şahid3 ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/1895 saylı rəyi isə Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən heroinlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə Təqsirləndirilən şəxs cinayət törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz.. Ambulator məcburi narkoloji yoxlamanın 26 aprel 2021-ci il tarixli 1240 saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, 2214 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutların məcmusu əsasında yekun qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edərkən sübut kimi istinad etdiyi hallar məhkəmədə tam, hərtərəfli və obyektiv yoxlanıldıqdan sonra cinayət əməlinin sübuta yetirilməsinin israr edilməsi imkanı istisna olunur. Məhkəmə, mövcud sübutların məcmusu üzrə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma cinayəti ilə bağlı təqsirliliyin sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticənin qanuni və əsaslı olmasını vurğulayarkən, ibtidai istintaq orqanının ittiham aktında təqsirləndirilən şəxsin ona istinad edilən həmin əməli törətməsinin təsdiqi kimi istinad etdiyi yuxarıda sadalanan sübutları bütövlükdə şəxsin həmin cinayət əməlini törətməsini təsdiq edə biləcək yetərli dəlillər hesab etmir. Qeyd etmək lazımdır ki, bütövlükdə ittiham faktiki olaraq yalnız şəxsi axtarış keçirilməsi haqqında, baxış keçirilməsi haqqında protokollara, polis əməkdaşlarının ifadələrinə əsaslanmışdır. Həmin protokollar və ifadələr isə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutların məcmusu ilə şəxsin təqsirli bilinməsinə imkan verə biləcək yetərli mötəbər sübut kimi qiymətləndirilməsi imkanı xaricindədir. Beləliklə, məhkəmə bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, ibtidai istintaq orqanının təqdim etdiyi sübutları məhkəmədə araşdırıb bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Təqsirləndirilən şəxs üzərinə və evinə qoyulmuş narkotik vasitələrin onunki olmaması barədə məhkəmə iclasında verdiyi ifadələri inandırıcı və düzgün hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə əsası ilə Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma ittihamı üzrə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir: Belə ki, “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci və 42.1.4-cü maddələrinin tələblərinə görə, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Təqsirləndirilən şəxs baraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan – 01 ədəd elektron tərəzi, 01 ədəd folqa kəsiyi, ekspert tədqiqatdan sonrakı qalıq 707,656 qram çəkidə narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli, mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcəyindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə bağlı 109 (bir yüz doqquz) manat məbləğində məhkəmə xərcinin aqibətinin müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə müəyyənləşdirilməli olması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal azad olunsun. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə maddi sübut olan Sumqayıt ŞPİ-də saxlanılan – 01 ədəd elektron tərəzi, 01 ədəd folqa kəsiyi, ekspert tədqiqatdan sonrakı qalıq 707,656 qram çəkidə narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri ona aid edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar