Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-50/2024 08.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Yardımlı rayonun Köryədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Yardımlı rayonun Köryədi kəndində qeydiyyatda olmaqla barəsində həbs növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması və satışı barədə şəxsiyyəti istintaqla müəyən edilməyən şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra sonuncuların istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Yardımlı rayonunun Köryədi kəndi ərazisində yol kənarında yerləşən yol nişanı lövhəsinin altında gizlətdikləri külli miqdarda 262,320 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkolik vasitə heroini əldə edib 14 iyul 2022-ci il tarixdə üzərində daşıyaraq Yardımlı rayonundan Sumqayıt şəhərinə gətirib onun cinayətkar niyyətindən məlumatsız olan qardaşı X3 yaşadığı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 23/5-də yerləşən 20 saylı mənzilin eyvanında gizlədərək saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin cinayət-axtarış şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında 15 iyul 2022-ci il tarixdə saat 22:05-də həmin Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 48-ci məhəllə, Koroğlu prospektində yerləşən “Qartal” tikinti firmasının yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq ünvan 3 ünvanına baxış keçirilməsinə icazə verilməsi haqqında 16 iyul 2022-ci il tarixli 5(060)- 533/2022 saylı qərarı əsasında həmin tarixdə saat 13:26-da ŞPİ-nin əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla həmin ünvana baxış keçirilən zaman satış məqsədilə qanunsuz olaraq saxladığı bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 262,320 qram olan həmin narkotik vasitə heroin evin eyvanında gizlətdiyi yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Yardımlı rayonunda yaşayır, lakin toy məclislərində müğənni kimi iştirak etdiyi üçün 12 iyun 2022ci il tarixdə Bakı şəhərinə gəlmiş, qardaşı da 14 iyun 2022-ci il tarixdə Biləsuvar rayonuna toy məclisinə getdiyi üçün evinin açarını ona vermişdir. 14 iyun 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində Səməd marketin yanında polis əməkdaşları tərəfindən tutulmuş və baş idarəyə gətirilərək gecəni orada saxlanılmışdır. Polis əməkdaşları təkcə onun telefonunu geri qaytarmış digər əşyalarını isə ona verməmişlər. O, qardaşının evindən aşkar edilərək götürülən narkotik vasitənin ona aid olmadığını, lakin başının ağrısını kəsmək üçün marixuana istifadə etdiyini bildirmişdir. Tutulanda üzərində narkotik vasitə olmadığını, hətta qardaşına məxsus evdə də 15 iyun 2022-ci il tarixdə gecə saatlarında evə baxış zamanı narkotik vasitə çıxmadığını, lakin əməliyyatçıların səhər həmin evdən narkotik vasitə aşkar etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış 17 iyul 2022-ci il tarixli ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Yardımlı rayonu, Vəlixanlı Ə/d, Köryədi kəndində qeydiyyatda olmaqla yaşayır. Əvvəllər məhkum olunmuşdur. Yardımlı rayonu mərkəzi xəstənasının psixiatrik kabinetində qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 22:05 radələrində Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində yerləşən «Qartal» tikinti firmasının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu, satışı və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarımın müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 055-228-73- 95 nömrə ilə işləyən Samsung markalı mobil telefonu, sol yan cibində saxlamış olduğu ***-***-**-** nömrə ilə işləyən Katel markalı mobil telefonu və 1 ədəd ev açarını təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Sorğu zamanı 5-6 ay bundan əvvəl telefon vasitəsilə ona yazmış olan İran vətəndaşının hesabına 800 manat pul ödədiyini, daha sonra həmin İran vətəndaşının təxminən 280 qram narkotik vasitəni yaşadığı Yardımlı rayonunda Sırım və Köryədi kəndlərinin arasında yol kənarına atdığını, həmin vaxtdan narkotik vasitəni özündə saxladığını, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərinə qardaşı Ravim Əlilinin yaşadığı Sumqayıt şəhəri 8-ci mikrorayon ev 23/5, mənzil 20 ünvanına gəldiyini, həmin narkotik vasitələri qardaşının yaşadığı ünvanda eyvanda gizlətdiyini bildirmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə əməliyyat iştirakçiları ilə birlikdə göstərilən ünvanın qarşısına getmişlər. Ona orada Sumqayıt şəhə Məhkəməsi tərəfindən həmin ünvana baxış keçirilməsinə icazə verilməsi barədə qəbul edilmiş qərar elan oldunmuşdur. Mənzildə olan zaman ona saxlamış olduğu narkotik vasitəni təqdim etməyi təklif olunan zaman o, narkotik vasitəni mənzilin eyvanında saxladığını qeyd etmişdir. İştirakçılar ilə birlikdə eyvana daxil olub, baxış keçirilən zaman eyvanda kartın qutunun alt hissəsində 1 ədəd ağ rəngli sellofan torbanın, torbanın içərisində isə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu aşkar edilmişdir. Bundan sonra həmin mənzilin hər iki otağına, mətbəxinə, sanitar qovşağına, vanna otağına baxış keçirilmiş, lakin əhəmiyyət kəsb edə biləcək, əşya predmet, maddi subut, narkotik vasitə, psixotrop maddələr aşkar edilməmişdir. Həmin vaxt aşkar olunmuş qəhvəyi rəngli toz halında maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofan ilə birlikdə çəkisinin 279,96 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Qeyd etmişdir ki, həmin narkotik vasitə ona məxsusdr, həmin narkotik vasitəni, 5-6 ay əvvəl telefon vasitəsilə ona yazmış olan İran vətəndaşının hesabına 800 manat pul ödədikdən sonra həmin İran vətəndaşının təxminən 280 qram narkotik vasitəni yaşadığı Yardımlı rayonunda Sırım və Köryədi kəndlərinin arasında yol kənarına atdığını, həmin vaxtdan narkotik vasitəni özündə saxladığını, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərinə qardaşı Ravim Əlilinin yaşadığı Sumqayıt şəhəri 8-ci mikrorayon ev 23/5, mənzil 20 ünvanına gəldiyini, həmin narkotik vasitələri qardaşının yaşadığı ünvanda eyvanda gizlətdiyini bildirmişdir. Bir neçə saniyədən sonra video çəkiliş dayandırılmışdır. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi barədə və evə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, o da həmin protokolla tanış olub digər iştirakçılar kimi həmin protokolu imzalamışdır. O, suallara cavab olaraq,ümumiyyətlə narkotik alqı-satqısı ilə məşğul olmadığını, qardaşı Ravinin onun evində narkotik vasitə olan heroini gizlətdiyini bilmədiyini, Sumqayıt ŞPİ-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşlarının onun üzərinə saxlanıldığı yerdə baxış keçirmədiklərini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilmədiyini bildirmişdir. (cild 1, iş vərəqə 104-106) Təqsirləndirilən şəxs həmçinin, ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış 01 noyabr 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, Yardımlı rayonun Köryədi kəndində doğulmuş və həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Ailəli olmaqla üç azyaşlı övladı vardır. Əvvəllər Nəsimi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 29.180.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrum edilməklə cəzası şərti sınaq müddəti ilə əvəz edilmişdir. Bundan sonra Səbayıl rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını 14 saylı cəzaçəkmə müəsəsində çəkmişdir. 01 iyul 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra yaşadığı kəndə qayıtmışdır. Ayrı-ayrı yerlərdə müğənnilik etməklə ailəsini dolandırır. 2019-cu ildən narkotik vasitə heroin və “nəşə” adlandırılan qurudulmuş marixuanadan istifadə edir. 2022-ci ilin yanvar ayının əvvəllərində “facebook” sosial şəbəkəsində tanımadığı profil hesabından dostluq qəbul etmişdir. Bundan sonra həmin şəxslə “facebook” sosial şəbəkəsində bir neçə gün yazışmağa başlamışdır. Daha sonra isə həmin şəxs ondan mobil telefon nömrəsini istəmişdir. O da həmin şəxsə mobil nömrəsini göndərmişdir. Daha sonra həmin şəxs ona vatsap vasitəsilə zəng etmişdir. Onunla vatsap vasitəsilə danışan zaman narkotik vasitələrdən istifadə etdiyini öyrənmişdir. Bundan sonra həmin şəxs ona ucuz qiymətə narkotik vasitə təşkil edəcəyini bildirmişdir. Həmin şəxs 800 manat pul müqabilində ona 280 qram narkotik vasitə heroin verə biləcəyini bildirmiş və onunla razılaşmışdır. Həmin şəxs ona kart hesabı göndərərək pulu həmin hesaba göndərməyini bildirmişdir. O da həmin şəxsin ona gödərdiyi hazırda xatırlamadığı Kapital banka aid kart nömrəsinə 800 manat pul göndərmişdir. Pulu göndərdikdən bir gün sonra həmin şəxs narkotik vasitə heroini gizlətdiyini bildirmişdir. Həmin şəxslə söhbət edən zaman ona Yardımlı rayonun Köryədi kəndində yaşadığını bildirmişdir. Həmin şəxs də ona yaşadığı kəndi tanıdığını demişdir. Ona görə də həmin şəxs narkotik vasitəni onun yaşadığı Köryədi və qonşu Sırıq kəndi arasında olan yol nişanı dəmir lövhəsinin altında gizlətdiyini və üzərinə daş qoyduğunu bildirmişdir. Həmin şəxs narkotik vasitə heroinin gizlətdiyi yerin şəklini çəkib ona göndərmişdir. Bundan sonra həmin yerə gedərək narkotik vasitəni oradan götürmüşdür. Bundan sonra həmin narkotik vasitəni özü yaşadığı evin həyətində ailə üzvlərindən gizlin gizlətmişdir. Bəzi hallarda həmin narkotik vasitədən özü istifadə etmişdir. 14 iyul 2022-ci il tarixdə gəzmək məqsədilə Sumqayıt şəhərində yaşayan X10 evinə gələcəyindən həmin narkotik vasitə ailə üzvlərinin əlinə düşməsin deyə özü ilə götürmüşdür ki, Sumqayıt şəhərinə qardaşının evinə gedib qayıtdıqdan sonra yenidən evlərinin həyətində gizlədər. Saat 11 radələrində Yardımlı rayonundan çıxaraq yola düşmüşdür. Saat 16 radələrində Sumqayıt şəhərinə çatmış və şəhər ərazisində qardaşı Ravin ilə görüşmüşdür. Bundan sonra Ravindən evin açarlarını alaraq onun yaşadığı Sumqyaıt şəhəri 8-ci mikrorayon ev 23/5 mənzil 20 ünvanına getmişdir. Həmin vaxtı Ravin özü də Yardımlı rayonuna gedirmiş. Ravinin arvadı və azyaşlı uşağının da evdə olmadığını bilmişdir. Ravinin evinə gəldikdən sonra özü ilə gətirdiyi bir ədəd bükümdə narkotik vasitə heroini evin eyvanında qardaşına məxsus tikinti alətlərin altında gizlətmişdir. Həmin gecəni qardaşının evində yatmışdır. 15 iyul 2022-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhərini gəzmək məqsədilə evdən çıxmışdır. Həmin tarixdə saat 22 radələrində Sumqayıt şəhəri 48-ci məhəllə Koroğlu prospektində yerləşən “Qartal” tikinti firmasının yaxınlığından keçən zaman mülki paltarda olan polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə onlara məlumat daxil olduğunu bildirərək onlarla birlikdə Sumqayıt şəhər polis idarəsinə gəlməyini bildirmişlər. O da onlara etiraz etməmiş birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsinə gəldikdən sonra təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. Polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da polis əməkdaşlarına etirazı olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtariş keçirilən zaman üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşlarına X10 yaşadığı evdə ona məxsus narkotik vasitə heroin gizlətdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi yekunlaşmışdır. Polis əməkdaşları məhkəmə qərarı əsasında X10 yaşadığı evə onun iştirakı ilə baxış keçirəcəklərini bildirmişlər. Səhəri gün 16 iyul 2022-ci il tarixdə saat 13 radələrində polis əməkdaşları və müdafiəçisi ilə birlikdə X10 yaşadığı ünvan 6 ünvanına getmişlər. Saat 13:26 dəqiqədə qardaşı Ravinin yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. Özünə məxsus olmaqla Ravinin evində gizlətdiyi bir ədəd bükümdə narkotik vasitə heroini evin eyvanında gizlətdiyi yeri polis əməkdaşlarına göstərərək həmin heroini götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin narkotik vasitə heroini gizlətdiyi yerdən götürərək elektron tərəzidə çəkmiş və təxminən 280 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra evin digər otaqlarına baxış keçirilmiş, lakin hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə polis idarəsinə qayıtmışlar. Polis idarəsində qardaşı Ravinin evinə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. X10 yaşadığı evdən aşkar edilərək götürülmüş həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə əldə etmişdir. Həmin narkotik vasitəni ona satan şəxsdən ucuz qiymətə almışdır. Həmin narkotik vasitə heroindən az miqdarda özü istifadə etmişdir. Bundan sonra yaşadığı evin həyətində gizlətmişdir. Sumqayıt şəhərinə gəldiyi gün özü ilə götürmüşdür ki, ailə üzvlərindən heç kim tapmasın. Həmin narkotik vasitə heroindən heç kimə satmamış, heç kimə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. Narkotik vasitə əldə etdiyi şəxsi tanımır, heç vaxt görməmişdir. Narkotik vasitəni ona satan şəxsin mobil nömrəsi Azercell mobil operatoruna məxsus olsa da konkret olaraq hansı nömrə olmasını xatırlamır. Bundan başqa ona pul göndərdiyi hesab nömərsini də xatırlamır. Həmin şəxslə təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində danışmış və həmin vaxtı ondan narkotik vasitə heroini əldə etmişdir. Bundan sonra həmin şəxslə arasında olan bütün danışıqları, yazışmaları və ona göndərilən fotoşəkilləri telefonundan silmişdir. Həmin şəxsin satdığı narkotik vasitə heroini hansı şəraitdə götürdüyü yerdə gizlətməsini bilmir. Həmin şəxsə Yardımlı rayonun Köryədi kəndində yaşadığını bildirdikdə həmin şəxs onun yaşadığı kəndi tanıdığını bildirmişdir. Ona görə də narkotik vasitə heroini Köryədi və Sırıq kəndləri arasında olan yol kənarındakı yol nişanı dəmir lövhəsinin yaxınlığında gizlədəcəyini və üzərinə daş qoyacağını ona bildirmişdir. Daha sonra həmin yerin şəkilini çəkib vatsap vasitəsilə ona göndərmişdir. Bundan sonra həmin yerdən narkotik vasitəni götürmüşdür. Lakin onun həmin narkotik vasitəni özü və ya digər şəxslər tərəfindən hansı şəraitdə gətirilərək gizlədilməsindən məlumatı olmamışdır. Ona narkotik vasitə satan şəxsin İran İslam Respublikasının vətəndaşı olmadığını, həmin şəxsin danışıq ləhçəsi, eləcə də mobil telefon nömrəsinin azərbaycana aid olduğunu göstərmişdir. İlkin araşdırma zamanı və ilkin istintaq zamanı İİR vətəndaşı adını çəkməklə törətdiyim cinayət əməlinin yüngülləşəcəyini zənn etmişdir. Lakin sonradan belə bir ifadə verməyinin törətdiyi əməlin ağırlığına heç bir təsir göstərmədiyini başa düşdüyündən sonrakı ifadəsində əsl həqiqəti olduğu kimi danışmışdır. Həmin narkotik vasitədən heç kimə satmadığını və satmaq niyyəti olmadığını göstərmişdir. Üzərində şəxsi axtarış keçirilən zaman həyəcanlı olduğuna görə narkotik vasitəni müştəri olsa satmaq istədiyi barədə bildirmişdir. Qardaşı Ravinin onun onun yaşadığı evə narkotik vasitə heroin gətirməyindən və onun evinin eyvanında narkotik vasitə gizlətməyindən məlumatı olmamışdır. Qardaşı Ravinin onun belə bir iş tuta biləcəyini bildiyi halda heç vaxt onu öz evinə buraxmayacığını, nə qardaşının nə də ki, digər ailə üzvlərinin onun narkotik vasitə istifadə etməyindən məlumatları olmadığını göstərmişdir. İstər saxlanılan zaman, istərsə də Sumqayıt ŞPİ-də olduğu müddətdə ona qarşı heç bir fiziki və ya psixi təzyiqlər olmamışdır.( cild 1, iş vərəqə 195-199, 236-238) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid1 Zellabdin oğlu ifadəsində göstərdi ki, 15 iyul 2022-ci il tarixdə Sumqayıt şəhərində Söhrab adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, saxlaması və satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 15 iyul 2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən “Qartal” tikinti firmasının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə dəvət olunmuşdur. Təqsirləndirlilən şəxs Təqsirləndirilən şəxs heç bir etiraz etmədən polis əməkdaşları ilə Sumqayıt ŞPİ-yə gəlmişdir. İdarəyə gətirildikdən sonra xidməti otaqların birində vəkilin iştirakı və videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxlamış olduğu 02 ədəd mobil telefonu və ev açarını təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Sorğu zamanı Söhrab 5-6 ay əvvəl telefon vasitəsilə ona yazmış olan İran vətəndaşının hesabına 800 manat pul ödədiyini, daha sonra həmin İran vətəndaşının təxminən 280 qram narkotik vasitəni yaşadığı Yardımlı rayonunda Sırıq və Köryədi kəndlərinin arasında yol kənarına atdığını, həmin vaxtdan narkotik vasitəni özündə saxladığını, 14 iyul 2022-ci il tarixdə Sumqayıt şəhərinə X10 yaşadığı Sumqayıt şəhəri 8-ci mikrorayonda yerləşən evinə gəldiyini, həmin narkotik vasitələri qardaşının yaşadığı ünvanda eyvanda gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş həmin 02 ədəd mobil telefon və 01 ədəd ev açarı götürülərək xüsusi qaydada qablaşdırılmışdır. 16 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus narkotik vasitələri saxlamış olduğu qardaşı X2 yaşadığı Sumqayıt şəhəri 8-ci mikrorayondakı ünvanına baxış keçirilməsi üçün Sumqayıt şəhər Məhkəməsi tərəfindən 16 iyul 2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin gün saat 13 radələrində əməliyyat iştirakçiları ilə birlikdə göstərilən ünvana gəlmişlər. Mənzilə daxil olduqda videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs baxış keçirilən ünvanda saxlamış olduğu narkotik vasitəni təqdim etməsi təklif olunan zaman, o narkotik vasitəni mənzilin eyvanında saxladığını qeyd etmişdir. İştirakçılar ilə birlikdə eyvana daxil olub baxış keçirilən zaman eyvanda karton qutunun alt hissəsində 1 ədəd ağ rəngli sellofan torbanın içərisində narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu aşkar edilmişdir. Videoçəkiliş dayandırıldıqdan sonra onlar yenidən Sumqayıt ŞPİ-yə qayıtmışlar. Söhrab Əliyevə qarşı hər hansı bir təzyiq göstərilməmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektorları, polis serjantları Şahid2 və Şahid3 oxşar məzmunlu ifadələr verərək Şahid1 Zellabdin oğlunun ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin baş təhqiqatçısı Elsevər Quliyev ifadəsində göstərdi ki, məhkəmənin qararı ilə göstərilən ünvanda baxış keçrilərək narkotik vasitə aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilən tarixi üzərindən xeyli müddət keçdiyi üçün xatırlamır, şübhəli şəxs rayondan qardaşının evinə gəlmiş və həmin evə qapını şübhəli şəxsin üzərindən aşkar olunmuş açarla açaraq daxil olmuşlar. Şübhəli şəxsin üzərindən şəxsi baxış keçirilərkən telefon və açar müəyyən edilmişdir, lakin açarın qablaşdırılmasının qeyd olunması texniki xəta ucbatından səhv yazılmışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin eksperti X5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs haqqında məlumatlar şifahi toplanılır və ona harada və hansı tarixdə anadan olması, hərbi xidmətdə olub-olmaması, zərərli vərdişlərinin olub-olmaması, xəstəliyi, məhkumluğu, əsəbi olub-omaması barədə suallar verilir və sadalananları müəyyən etmək üçün testlər keçirilir. Həmçinin ona hadisə barədə suallar verilir, narkotik istifadə edib-etməməsi, narkotikin onun üstündən və ya evindən tapılması soruşulur və cavabları rəydə qeyd olunur. O, iş üzrə verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2473 saylı rəyini təsdiq etmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs nə demişdirsə, onu rəydə qeyd etdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 iyul 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Yardımlı rayonun Köryədi kəndində qeydiyyatda olmaqla ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsində, satışında, evində və üzərində gəzdirilməsi barədə Sumqayıt ŞPİ-nin CAŞna əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, vərəqə 5 ) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış keçirilməsi haqqında” 15 iyul 2022-ci il tarixli protokoldan və “diskə baxış keçirilməsi haqqında” 16 iyul 2022-ci il tarixli protokollardan görünür ki, 15 iyul 2022-ci il tarixdə Sumqayıt şəhərində Söhrab adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, saxlaması və satması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs həmin gün saat 22:05-də Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən “Qartal” tikinti firmasının yaxınlığında müəyyən olunaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla baş təhqiqatçı X12 Əliliyə özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim elmişdir. Daha sonra polis əməkdaşları da özlərini təqdim etmişdir. Söhrabın üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Elsevər Quliyev tərəfindən ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X4 təqdim olunur, o bildirişlə tanış olub, vəkilə etiraz etmir. Daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs Fəxrəddim oğlu əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu ***-***-**-** nömrə ilə işləyən Samsung markalı mobil telefonu, sol yan cibində saxlamış olduğu ***-***-**-** nömrə ilə işləyən Katel markalı mobil telefonu və 01 ədəd ev açarını təqdim edir. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmur. Sorğu zamanı Söhrab 5-6 ay əvvəl telefon vasitəsilə ona yazmış olan İran vətəndaşının hesabına 800 manat pul ödədiyini, daha sonra həmin İran vətəndaşının təxminən 280 qram narkotik vasitəni onun yaşadığı Yardımlı rayonunda Sırıq və Köryədi kəndlərinin arasında yol kənarına atdığını, həmin vaxtdan narkotik vasitəni özündə saxladığını, 14 iyul 2022-ci il tarixdə Sumqayıt şəhərinə X10 yaşadığı Sumqayıt şəhəri 8-ci mikrorayon ev 23/5, mənzil 20 ünvanına gəldiyini, həmin narkotik vasitələri qardaşının yaşadığı ünvanda eyvanda gizlətdiyini, narkotik vasitəni qardaşının evinə gətirərkən qardaşının evdə olmayaraq, bundan xəbərinin olmadığını, həmin narkotik vasitəni saxlamaqda məqsədi gələcəkdə alıcısı olarsa satacağını bildirir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş həmin 02 ədəd mobil telefon və 01 ədəd ev açarı götürülərək xüsusi qaydada qablaşdırılır. ( cild 1, iş vərəqə 27-28, 86) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi və götürülməsi barədə və diskə baxış keçirilməsi haqqında 16 iyul 2022-ci il tarixli protokollardan görünür ki, şəxsi axtarış keçirilərkən sorğu zaman Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qonaq gəlmiş olduğu X10 yaşadığı Sumqayıt şəhəri 8-ci mikrorayon ev 23/5, mənzil 20 ünvanında narkotik vasitə saxladığını etiraf etdiyi üçün xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus narkotik vasitələri saxlamış olduğu qardaşı X2 yaşadığı ünvan 9 ünvanda sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsindən ötrü Sumqayıt şəhər məhkəməsinin 16 iyul 2022-ci il tarixli qərarı əsasında 16 iyul 2022ci il tarixdə saat 13:26-da əməliyyat iştirakçıları ilə birlikdə göstərilən ünvanın qarşısına gedilir. Orada videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs özünə məxsus narkotik vasitələri saxlamış olduğu qardaşı X2 yaşadığı Sumqayıt şəhəri 8-ci mikrorayon ev 23/5, mənzil 20 ünvanına baxış keçiriləcəyi elan edilir və iştirakçılar birlikdə 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinə qalxır. Sözügedən mənzilə boz rəngli dəmir qapıdan daxil olurlar. Təqsirləndirilən şəxs baxış keçirilən ünvanda saxlamış olduğu narkotik vasitəni təqdim etməsi təklif olunan zaman o, narkotik vasitəni mənzilin eyvanında saxladığını qeyd edir. İştirakçılar ilə birlikdə eyvana daxil olub, baxış keçirilən zaman eyvanda karton qutunun alt hissəsində 1 ədəd ağ rəngli sellofan torbanın, torbanın içərisində isə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu aşkar edilir. Bundan sonra həmin mənzilin hər iki otağına, mətbəxinə, sanitar qovşağına, vanna otağına baxış keçirildi, lakin əhəmiyyət kəsb edə biləcək, əşya predmet, maddi subut, narkotik vasitə, psixotrop maddələr aşkar edilmir. Həmin vaxt aşkar olunmuş qəhvəyi rəngli toz halında maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofan ilə birlikdə çəkisinin 279,96 qram olduğu müəyyən edilir və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Sorğu zamanı Təqsirləndirilən şəxs 5-6 ay əvvəl telefon vasitəsilə ona yazmış olan İran vətəndaşının hesabına 800 manat pul ödədiyini, daha sonra həmin İran vətəndaşının təxminən 280 qram narkotik vasitəni onun yaşadığı Yardımlı rayonunda Sırıq və Köryədi kəndlərinin arasında yol kənarına atdığını, həmin vaxtdan narkotik vasitəni özündə saxladığını, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərinə X10 yaşadığı Sumqayıt şəhəri 8-ci mikrorayon ev 23/5, mənzil 20 ünvanına gəldiyini, həmin narkotik vasitələri qardaşının yaşadığı ünvanda eyvanda gizlətdiyini, narkotik vasitəni qardaşının evinə gətirərkən qardaşının evdə olmayaraq, bundan xəbərinin olmadığını, həmin narkotik vasitəni saxlamaqda məqsədi adam olsaydı gələcəkdə satacağını bildirir. ( cild 1, iş vərəqə 44-45, 87) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 iyul 2022-ci il tarixli 6/3847 №-li məhkəmə ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 124 saylı dairəvi möhür əksi, “Əlli S. (imza) “yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 262,320 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 1 iş vərəqə 59-61) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5274 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tədbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tədbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəqə 186-187) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2473 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində istero-nevrotik reaksiyalar müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti olaraq pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətkərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, ünsiyyətçilik, hövsələsizlik, inadkarlıq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qeyd olunan hadisəni törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətində malik olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisəni düzgün qavramaq və düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onda yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə meyillilik əlamətləri müşahidə edilmədi. Psixoloji müayinə zamanı yoxlanılan şəxs Təqsirləndirilən şəxs ünsiyyətə sərbəst daxil olmuş, verilən suallara mahiyyətinə uyğun cavablar vermişdir. Əhval-ruhiyyə fonunun situasiya ilə əlaqədar bir qədər endiyi nəzərə çarpmışdır. Özü barəsində bildirmişdir ki, o, xx.xx.1995-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, məktəbə vaxtında getmiş, səkkiz sinif oxumuş, peşə təhsili almış, tam müddət hərbi xidmət keçmişdir. Subay olduğunu, heç yerdə işləmədiyini demişdir. Zərərli vərdişlərdən siqaret çəkdiyini, təxminən üç ildir ki, narkotik maddələrdən “nəşə, heroin” istifadə etməsini qeyd etmişdir. Əvvəllər məhkum olunduğunu bildirmişdir. Uşaq yaşlarında avtoqəza nəticəsində ayağının qırıldığını, travmadan sonra onda ağrıların, əsəbiliyin yarandığını, əsəbi gərgin olduğu vaxtlarda özünə xəsarətlər yetirməsini bildirmiş, sol qolunda kəsik izlərinin olması müəyyən edilmişdir. Həmçinin başında şiş yarandığını qeyd etmişdir. Hadisə barəsində soruşduqda narkotik vasitələrdən təxminən 8 aydır ki, istifadə etmədiyini bildirmiş, lakin evdə narkotik vasitə olduğunu etiraf etmişdir. Hadisədən emosional sabit tərzdə danışmış, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmamışdır. ( cild 1, iş vərəq 182-185) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qardaşının yaşadığı evdən Təqsirləndirilən şəxs məxsus aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 262,120 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutlara saxlama anbarına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli şəxsi axtarış eləcə də, evində baxış və götürmə aparılması barədə iş materiallarına əlavə edilən video çəkilişin olduğu 02 ədəd DVD disklər iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. ( cild 1, iş vərəqə 125-126,205-220) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, tələbnaməyə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir.( cild 1, iş vərəqə 171-172) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədən görünür ki, Yardımlı RİHB-nın Vəlixanlı kənd İƏD-si üzrə nümayəndəliyinə onun barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 201) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X16 oğlu, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2020 təvəllüdlü X7 adlı üç azyaşlı uşağı vardır. ( cild 1, iş vərəqə 203) Məhkəmə, Təqsirləndirilən şəxs evə baxış zamanı aşkar olunan narkotik vasitənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək evdə saxladığı narkotik vasitənin külli miqdarda olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisinin şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən çıxmış evin açarının çəkiliş zamanı qablaşdırılmaması xüsusatı ilə əlaqədar göstərdikləri ilə bağlı qeyd etmək istəyir ki, açarın götürülməsi ilə əlaqədar məhkəmədə hər hansı bir şübhə doğuran hal müəyyən edilməmişdir. Belə ki, aşkar olunan narkotik vasitənin evdə olmasını təqsirləndirilən şəxs 17 iyul 2022-ci il və 01 noyabr 2022-ci il tarixli ifadələrində, habelə polis əməkdaşlarının iştirakı olmadan keçirilən psixoloji ekspertiza zamanı müayinədə səmimi olaraq etmiş, buna görə də məhkəmə şəxsi axtarış keçirilməsi barədə 15 iyul 2022-ci il tarixli, baxış keçirilməsi və götürülməsi barədə 16 iyul 2022-ci il tarixli protokolları sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 262,120 qram narkotik vasitə heroin məhv edilməli, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan profilaktik qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 262,120 qram narkotik vasitə heroin məhv edilsin, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-50/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-50/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver