Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-50/2025 28.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Cəlilabad rayonu Şabanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu Şabanlı kəndində pasport qeydiyyatında olan, faktiki olaraq ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda 12,974 qram çəkidə psixotrop maddə metamfetamin qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Abşeron rayonu Masazır qəsəbəsi «Park Solero» yaşayış kompleksinin yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 aprel 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15.50-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 2İN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən iki ədəd bükümdə ayrılıqda çəkiləri 5,949 qram və 7,025 qram olmaqla ümumilikdə külli miqdarda - 12,974 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, polis əməkdaşları onu çöldə deyil yaşadığı evdən tutmuşlar. Polis əməkdaşları onu tutanda o, Abşeron rayonu, Masazır qəsəbəsi, “Park Solero” yaşayış kompleksində yerləşən, ər-arvad münasibəti ilə birgə yaşadığı Şahid6 evində olmuşdur. Həmin vaxt evdə Şahid6, onun qızı Şahid5 və öz qardaşı Şahid4 olmuşdur. Polis əməkdaşları onun olduğu otağın qapısını qırıb içəri daxil olmuşlar və onlarla birlikdə getməli olduğunu demişlər. Polislər ona hazırlaşmaq üçün cəmi 2 dəqiqə vaxt vermişlər, hətta o, ayağına ayaqqabı belə geyinə bilmədən ayağında olan çəkələk ilə aparılmışdır. Polis əməkdaşları ona təzyiq göstərməklə üzərilərinə silah çəkmişlər, müqavimət güstərəcəyi və onların tələb etdiklərini deməyəcəyi halda evdə olan qeyri-rəsmi arvadı Mehriban və qardaşı Təhmasibində narkotik ilə tutulacaqlarını demişlər. Onu aparan polis əməkdaşları özlərini təqdim etməmişlər və vəsiqələrini göstərməmişlər. Avtomobilə əyləşdirdikdən sonra təxminən 3-4 nəfər polis onu döymüşlər və ondan tələb etmişlər ki, ona verilən metamfetamin adlı psixotrop maddəni cibindən çıxarmaqla ona məxsus olduğunu etiraf etsin. Bunun nəticəsində onun burnunda zədə olmuş, həmin zədə isə polis əməkdaşları tərəfindən yetirilmişdir. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs İfadəsində göstərmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə də özünü təqsirli bilmədiyini göstərmişdir. Polislər tərəfindən o qədər döyülmüşdür ki, hətta qan tüpürmüşdür. Şalvarınıda çıxardıb, yerə uzatmaqla narkotiki boynuna götürməsini tələb etmişlər. Bundan başqa, o qeyd etmişdir ki, polislər onu evdən sürütləyib apararkən ayağına ayaqqabı belə geyinə bilməmişdir, buna görə də video çəkilişdə çəkələkdə olmuşdur. Döyüldüyünə və video çəkilişdən qabaq hədə-qorxu gəlindiyi üçün “Villa Badam” adlı yerdə saxlanıldığını demişdir. Əslində isə onu gəlib evindən, yəni Abşeron rayonu, Masazır qəsəbəsində olan “Park Solero” yaşayış kompleksindən tutmuşlar. “Villa Badam” ilə “Park Solero” yaşayış komplekslərinin arası isə 4-5 km-yə yaxındır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, saxlanılan zaman onun üzərində mobil telefon olmamışdır. Tutulan zaman polislər evdə olan qardaşı Şahid4 mobil teflonunu götürdükləri üçün, sonra həmin mobil telefonunu üzərinə qoyulmuşlar ki, baxış zamanı üzərindən narkotikdən başqa bir şey, yəni pul və ya telefon çıxmalıdır. Tutulmasının səbəbi ilə bağlı isə Təqsirləndirilən şəxs göstərmişdir ki, Asif adlı şəxsdən 1 il müddətində qaytarması şərti ilə 5.000 manat məbləğində borc götürmüş və 1 aydan sonra Asif ondan pulunun qaytarılmasını tələb etmişdir. Pulu qaytarmadıqda isə Asif müxtəlif yerlərə onun barəsində şikayət edərək guya onun özünü DİN-nin BMCMİ-nin əməkdaşını təqdim etməsini, hətta guya evinə silahla gedib onu hədələməsini göstərmişdir. Asiflə bağlı məsələ onun tutulmasından 20 gün əvvəl baş vermişdir. Mötəbərliyinə əsaslı şübhələr olan və aşağıda təhlil ediləcək Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrindən başqa, o, məhkəməyədək icraat zamanı verdiyi bütün digər ifadələrində, məhkəmədə verdiyi ifadələrinə uyğun ifadə verməklə yaşadığı evdən tutulduğunu və tutularkən üzərində psixotrop maddə olmadığını göstərmiş, həmçinin polis əməkdaşları ilə üzləşdirilərkən bu xüsusatları onların üzünə qarşı demişdir. (Cild 1, iş vərəqləri 185-186, 221-229) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 18 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, “Park Solero” yaşayış kompleksinin yaxınlığında saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Müdafiəçinin iştirakı və video çəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış həyata keçirilmiş və üzərindən 2 bükümdə metamfetamin növündə psixotrop maddə götürülmüşdür. Aşkar olunan vasitələr barədə soruşduqda, onları Abşeron rayonu, Masazır qəsəbəsində olan bir şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra, verilən suallara cavab olaraq o göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması əməliyyatında 3 nəfər iştirak etmişlər. Kəmalədinin barəsində əməliyyat məlumatı şəxsən ona daxil olmuşdur. Məlumat psixotrop maddələrin dövriyyəsi və satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs saxlayarkən onun qardaşı və yaşadığı qadını görməmişlər, Kəmaləddinin özünə də hər hansı bir təzyiq göstərilməmişlər, Kəmaləddini saat 15:50 rədələrində saxlamış, sənədlərdə saxlanılma yeri kimi “Villa Badam” yaşayış kompleksinin göstərilməsi isə komplekslərin səhv salınması ilə bağlı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 18 aprel 2023-cü il tarixdə Şahid1 Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddənin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar əməliyyat qrupu yaradılmış və həmin gün onlar Abşeron rayonu, Masazır qəsəbəsinə yollanmışlar. Bu zaman “Villa Badam” yaşayış kompleksinə yaxınlaşaraq təqsirləndirilən şəxsi müəyyən edib onu BMCM İdarəsinə dəvət etmişlər. İnzibati otaqların birində müdafiəçinin, təhqiqatçının iştirakları ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman həmin şəxsin üzərindən 02 sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Aşkar olunmuş psixotrop maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Daha sonra, o, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, “Villa Badam” yaşayış kompleksinin yaxınlığında olduğu zaman saxlanılmış, “Park Solero” adlı ərazini də “Villa Badam” kimi tanımışdır. S.Adiyev saxlanılarkın onun ayağında nə olmasına fikir verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Şahid1 Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddənin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar 18 aprel 2023-cü il tarixdə təxminən günortadan sonra saat 16:00-17:00 radələrində əməliyyat tədbiri həyata keçirilmiş və Abşeron rayonu, Masazır qəsəbəsi, Duz gölünün yanında “Villa Badam” yaşayış kompleksinin yaxınlığında təqsirləndirilən şəxs saxlanılmışdır. Daha sonra, onu BMCM İdarəsinə dəvət etmişlər. Üzərinə şəxsi axtarış keçirilən zaman isə 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bundan başqa, verilən suallara cavab olaraq Şahid3 göstərdi ki, üzərinə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs idarəyə gətirmişlər, çünki həmin an hadisə yerində onun üzərinə baxış keçirmək, maddi sübutu qablaşdırmaq mümkün olmamışdır. Yolun qırağı olduğundan və ətrafda insanlar çox olduğundan şərait olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətləri vardır və 2022-ci il tarixdən etibarən onlar birgə Abşeron rayonu, Masazır qəsəbəsi, “Park Solero” yaşayış kompleksindi yaşamışlar. Kəmaləddin “treyder” fəaliyyəti ilə məşğul olmuş, 7-8 fərqli dil biliyinə malikdir, tərcüməçi kimi də fəaliyyət göstərmişdir. 18 aprel 2023-cü il tarixdə polis əməkdaşları onların yaşadığı evə, yəni Abşeron rayonu, Masazır qəsəbəsi, “Park Solero” yaşayış kompleksindəki evlərinə basqın etmişlər və Kəmaləddini tutub aparmışlar. Əvvəlcə polislər qapını döyüb siyahıya alınma olduğunu demişlər, sonra isə qəfildən evə girmişlər. Qapıları, pəncərələri qırmışlar, polislərdən biri isə onun başına silah dirəmişdir. Qızı Şahid5 qorxusundan yuxarı otağa girib qapını bağlamışdır. Bu haqda dərhal “102” mərkəzinə məlumat vermiş, sonra isə polis əməkdaşları onun əlindən telefonunu almışlar. Kəmaləddin tutulduqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmiş, orada isə Müzəffər adlı şəxs tərəfindən hədələnmişdir. Təqsirləndirilən şəxs qəfildən tutulmasının səbəbi kimi o, Asif adlı şəxsdən birgə biznes üçün Kəmaləddinin 7.000 manat məbləğində pul götürməsi və pulu vaxtında qaytara bilməməsi olmuşdur. Belə ki, həmin Asif adlı şəxs qəzetlərdə məqalələr çap etdirmişdir ki, Təqsirləndirilən şəxs özünü BMCMİ-nin əməkdaşı kimi təqdim edərək onu aldatmış və pulunu almışdır. Daha sonra, verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, polis əməkdaşları onların evlərinə daxil olan zaman evdə qızı Dinara, Təqsirləndirilən şəxs və onun qardaşı Təhmasib olmuşdur. Şahid6 həmçinin göstərmişdir ki, Kəmalədinin qardaşı Təhmasib çox qorxaq bir şəxsdir. Belə ki, Təqsirləndirilən şəxs ardınca DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getdikdə, Şahid4 onunla birlikdə idarəyə daxil olmamış və maşında gözləmişdir. Kəmaləddin ilə həmin idarədə özü görüşdükdə onun gözləri qızarmış, ağzı və burnu qan içərisində olmuşdur. Bundan başqa, Şahid6 ifadəsində qeyd etmişdir ki, 2022-ci ildən etibarən onlar Abşeron rayonu, Masazır qəsəbəsi, “Park Solero” yaşayış kompleksində olan evdə kirayə yaşamışlar. “Villa Badam” yaşayış kompleksi isə onların yaşadıqları kompleksdən təxminən 3 km məsafədə yerləşir. “Park Solero” və “Villa Badam” yaşayış komplekslərini qarışdırmaq mümkün deyildir. Belə ki, həm məsafə xeyli uzaqdır, həm də aralarında 2 yaşayış kompleksi vardır. Bundan əlavə, “Villa Badam” yaşayış kompleksinin binalarının rəngləri də fərqlidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, evdə olarkən qapı döyülmüş, səs-küy eşitmiş və yuxarı mərtəbəyə qalxmışır. Sonra Kəmaləddin onu sakitləçdirməyə çalışmışdır. Belə ki, evlərinə belində silah olan kişilər gəlmiş və onlar döyərək Kəmaləddini aparmışlar. Həmin vaxt evdə Kəmaləddin onun qardaşı Təhmasib, eləcədə anası Mehriban olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə günü Abşeron rayonu, Masazır qəsəbəsi “Park Solero” yaşayış kompleksində yerləşən evdə olmuşdur. Həmin ev 3 mərtəbəli həyət evi olmuşdur. Evdə qardaşı Kəmaləddin, onun qeyri-rəsmi arvadı Şahid6 və onun iki qızı ili birlikdə yaşamışlar. Evin 3-cü mərtəbəsində qaldığından, hamama girdikdə Mehriban qapını döyərək hamamdan təcili çıxmasını demişdir. Aşağı düşüb qapını açanda polislərin gəldiyini görmüşdür. Onlar 3-cü mərtəbəyə qalxaraq Kəmaləddini axtarmışlar. Kəmaləddin isə qapını bağlamışdır. Polislər qapıya 2-3 zərbə vurduqdan sonra qapı açılmış və onlar Təqsirləndirilən şəxs aparmışlar. Kəmaləddin 3-cü mərtəbədə sağ tərəfdə qarderobun içində qizlənmişdir. Evdən aparılarkən Kəmaləddini ayağında çəkələk olmuşdur. Daha sonra, verilən suallara cavab olaraq Şahid4 göstərdi ki, həmin vaxt onun əlində olan “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfində götürülmüş və qaytarılmamışdır. Polis əməkdaşları həm onun, həm də Şahid6 telefonlarını götürmüşlər. Təqsirləndirilən şəxs narkotik olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş məhkəmə narkoloji-ekspertizası üzrə həkim narkoloq X5 ifadəsində göstərdi ki, təxminən 2002-ci il tarixdən narkolojiekspertizada ekspert kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs narkoloji müayinədən keçirilərkən kliniki-laborator üsullardan istifadə edilmişdir. Onda narkomaniya xəstəliyi aşkar olunmamış, lakin sidiyində “MOP” aşkar olunmuşdur. Aşkar olunan maddə narkotik vasitənin heroin növündən olduğunu göstərir. Psixotrop maddə metamfetaminə isə aid edilmir. Lakin bununla belə ekspert 6 gün sonra keçirilən digər, yəni məhkəmə-kimyəvi ekspertizası zamanı Təqsirləndirilən şəxs sidik nümunəsində morfin deyil, metamfetaminin aşkar edilməsinə ağlabatan izah verə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş məhkəmə tibb-ekspertizasının kimyaçı eksperti X6 ifadəsində göstərdi ki, 19 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən gətirilmiş, ondan qan və sidik analizləri götürülmüş, analizlərin nəticəsində Təqsirləndirilən şəxs qan və sidik nümunələrində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bundan başqa, ekspert qeyd etmişdir ki, morfin müəyyən edilsə də onun izləri görünməmişdir. Morfin izləri aşkar olunduğu halda tərtib olunmuş ekspert rəyində bununla bağlı heç bir qeydiyyatın olmaması ilə bağlı verilən suala isə ekspert Şəfəq Mənsimova ağlabatan izah verə bilməmişdir. Məhkəmə yuxarıda təsvir edilən ifadələrin və digər sübutların mötəbərliyi üzrə qiymətləndirilməsindən öncə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatların, yəni polis əməkdaşları tərəfindən evdən tutulması, ona edilən təzyiq və sair qeyri-prosessual üsulların tətbiq edilməsi nəticəsində özünə qarşı ifadə verməsinin həqiqət olması ehtimalları aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapır. Belə ki, video çəkilişdə və ilkin izahatında Təqsirləndirilən şəxs göstərmişdir ki, o, ünvan 3 ünvanında faktiki yaşayır. Psixotrop maddəni 18 aprel 2023-cü il tarixdə qeyrimüəyyən şəxsdən öz istifadəsi üçün 50 manata almış və həmin gün saat 15:50-də “Villa Badam” yaşayış kompleksinin yaxınlığında olduğu zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. (Cild 1, iş vərəqləri 41-44 ) Bundan başqa, ilkin təhqiqat sənədlərinin, əməliyyat məlumatının, cinayət işinin başlanılması haqqında qərarın, 19 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qararın, bütün digər prosessual sənədlərin, xüsusilədə təqsirləndirilən şəxsin təqsirliyi ilə bağlı dindirilmiş əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 ifadələrinin, eləcə də iddia edilən cinayəti etiraf etməsi ilə bağlı təqsirləndirilən şəxsin özünün şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokolların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda 12,974 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Masazır qəsəbəsi, «Villa Badam» yaşayış kompleksinin yaxınlığına daşımış, 18 aprel 2023-cü il tarixdə saat 15:50də qeyd olunan ünvanda saxlanılaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-yə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən onda iki bükümdə, külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Yalnız təqsirləndirilən şəxsin özünün 07 iyun 2023-cü il tarixdə və qeyri-rəsmi ərarvad münasibətlərində yaşadığı Şahid6 14 iyun 2023-cü il tarixdə ifadə vermələrindən və həmin ifadələrdən Təqsirləndirilən şəxs “Villa Badam” yaşayış kompleksinin yaxınlığında deyil, həmin kompleksdən 5 km aralıqda yerləşən “Park Solero” yaşayış kompleksində olan evindən fiziki zor tətbiq edilməklə tutulması, bu haqda Azərbaycan Respublikası DİNin “102” xidmətinə məlumat verməsi müəyyən edildikdən sonra, istintaq orqanı təqsirləndirilən şəxsin “Villa Badam” yaşayış kompleksinin yaxınlığıda deyil, həmin kompleksdən kifayət qədər aralıqda yerləşən “Park Solero” yaşayış komleksinin qarşısından tutulması qənaətinə gəlmiş və təqsirləndirilən şəxsin tutulma yerinin (cinayətin törədilmə yerinin) dəyişməsi ilə bağlı ona yenidən ittiham vermişdir. (Cild 1, iş vərəqləri 190-193) Bu zaman müstəntiq tərəfindən təqsirləndirilən şəxsin etirafedici ifadələrinin, şahid ifadələrin, müstəntiqin özü və digər prosessual şəxslər tərəfindən iş üzrə tərtib edilmiş prosessual sənədlərin mötəbərliyinin və əsaslığının şübhə altına alınmasının mümkünlüyünə əhəmiyyət verilməmişdir. Bu prizmadan məhkəmə ittiham tərəfinin əsas sübut kimi təqdim etməyə çalışdığı “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 aprel 2023-cü il tarixli protokolu və həmin protokola əlavə edilmiş 01 ədəd “DVD” formatlı diskdə olan video görüntünü tədqiq edərək, bu sübutun mötəbərliyinə hüquqi qiymət verilməsi zərurətini qeyd edir. Belə ki, həmin protokola əlavə edilmiş 01 ədəd “DVD” formatlı diskdə olan video çəkilişə məhkəmədə tərəflərin iştirakı ilə baxılarkən müəyyən edilir ki, həmin video fayl 12:54 dəqiqə olmaqla DİN-nin BMCMİ-nin inzibati binasında xidməti otaqların birində çəkilmişdir. Video çəkilişdə ilk öncə tutulmuş şəxs Təqsirləndirilən şəxs digər şəxslər kimi ayaqqabıda deyil, açıq rəngli rezin çəkələkdə olması diqqət cəlb edir. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ilkin olaraq “Villa Badam”, sonra isə ondan 3,3 km məsafədə yerləşən “Park Solero” yaşayış kompleksinin yaxınlığında saxlanılması qeyd edilsə də, hər iki yaşayış kompleksi sakinlərin daima asudə vaxtlarını keçirdiyi məhəllə və ya insanların hərəkət etdiyi küçədə deyil, şəhərdən kənarda, çöllük ərazidə, insanların daimi hərəkət etmədiyi bir yerdə və avtomobil trasının kənarında yerləşir. Videoda göründüyü şəkildə əynində gödəkcə olan Təqsirləndirilən şəxs yaşayış kompleksinin qarşısında rezin çəkələklə hərəkət etməsi məhkəməyə inandırıcı gəlmir. Belə ki, evdən çıxan, psixi xəstəlikdən əziyyət çəkməyən, anlaqlı şəxs ən azından üst geyiminə uyğun olaraq ayağına ayaqqabı geyinir. Təqsirləndirilən şəxs isə anlaqlı olması iş materialları ilə təkzib olunmur. Məhz bununla bağlı təqsirləndirilən şəxs və müdafiə tərəfinin digər şahidləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən sürütlənərək yaşadığı evdən çıxarıldığı üçün ayağına ayaqqabı belə geyinə bilməmişdir. Məhkəmə ittiham tərəfinin mövqeyindən fərqli olaraq bu halı daha inandırıcı və ağlabatan hal kimi qəbul edir. Bundan başqa, video çəkilişin 11:20 dəqiqəsində təhqiqatçı tərəfindən psixotrop maddənin kimdən və haradan alması ilə bağlı verilən suala cavab olaraq təqsirləndirilən şəxs göstərir ki, həmin psixotrop maddəni o, Badamdar qəsəbəsindən tanımadığı şəxsdən əldə etmişdir. Sonra isə, əməliyyat müvəkkili Hatəm Əlieyevin müdaxiləsinin ardınca psixotrop maddəni Xırdalanda “Badamdar Villadan” aldığını göstərmişdir. Halbuki ilkin izahat və ifadələrində o, psixotrop maddəni üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən Masazır qəsəbəsində aldığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs özü bilmədiyi, yalnız “Badam” adı ilə xatırladığı məkanın adını demək məcburiyyətində olmuşdur. Bundan əlavə, diqqətdən qaçmır ki, video çəkilişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində yalnız iki bükümdə psixotrop maddə metamfetamin və qardaşı Şahid4 məxsus olan “Samsung” markalı mobil telefon aşkar edilir. Onun üzərində hər hansı bir məbləğdə pul, cüzdan, bank kartı, ev açarları və hər bir şəxsin üzərində olan sair əşyalar aşkar edilmir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyi halda, bunun istifadəsi üçün hər hansı bir vasitə, ən azından yandırılması üçün alışqanın belə olmadığı da diqqətdən kənar qalmır. Bütün bunlar isə bir daha Təqsirləndirilən şəxs psixotrop maddənin olmaması və sonradan “qoyula” bilməsi ilə bağlı şübhələri möhkəmləndirir. Belə ki, Təqsirləndirilən şəxs və qardaşı Şahid4 ifadələrinə əsasən, Kəmaləddin evdən polis əməkdaşları tərəfindən aparılarkən qardaşı Təhmasib və birgə yaşadığı Şahid6 da telefonları polislər tərəfindən götürülmüşdür. Sonradan isə Təhmasibin “Samsung” markalı mobil telefonu polislər tərəfindən Kəmaləddinə verilmişdir ki, video çəkilişlə keçirilən şəxsi axtarış zamanı onun üzərində narkotikdən başqa, hər hansı bir əşyanın olması görüntüsü olsun. Bundan əlavə, Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində alınan izahat, həmçinin onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollardan görünür ki, hər üç prosessual sənədlərdə mahiyyət etibarı ilə məzmun eyni olmuş və bu sənədlərə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini könüllü etiraf edərək, özünə qarşı ifşaedici ifadələr verməklə göstərmişdir ki, 18 aprel 2023-cü il tarixdə psixotrop maddəni Masazır qəsəbəsində əldə etdikdən sonra polis əməkdaşları tərəfindən yaşadığı Abşeron, rayonu, Masazır qəsəbəsi, “Villa Badam” yaşayış kompleksinin yaxınlığında saxlanılmışdır. (Cild 1, iş vərəqləri 44-45, 61-64, 93-95) Sonradan istintaq orqanı səhvə yol verdiyini və Təqsirləndirilən şəxs əslində “Villa Badam” yaşayış kompleksinin yaxınlığında deyil, bundan 3,3 km məsafədə olan “Park Solero” yaşayış kompleksinin yaxınlığında saxlanılmasını qəbul etmiş, bununla bağlı təqsirləndirilən şəxsə irəli sürülmüş ittihama da cinayətin törədilmə yeri ilə bağlı dəyişiklik etmişdir. Belə olduğu halda isə Təqsirləndirilən şəxs həm şəxsi axtarış zamanı aparılan video çəkilişdə, həm də ilkin izahat və ifadələrində onun “Villa Badam” yaşayış kompleksinin yaxınlığında saxlanılmasını göstərməsi, onun könüllü verdiyi etiraf edici ifadə kimi qəbul edilə bilməz, edilən təzyiq və qeyri-prosessual rəfdar nəticəsində polis əməkdaşlarının məkanla bağlı yol verdiyi səhvi uyğun olaraq özünə qarşı məcburi olaraq ifadə verməsi kimi qiymətləndirilməlidir. Məhkəmə xüsusi qeyd edir ki, şəxs ən azından öz yaşadığı ünvanı səhv sala bilməz. Təqsirləndirilən şəxs verdiyi “etiraf edici” izahat və ifadələrində uzun müddət yaşadığı “Park Solero” yaşayış kompleksi bina 12, mənzil 3 əvəzinə, polis əməkdaşlarının ilkin olaraq tərtib etdiyi sənədlərdə səhvən qeyd etdikləri “Villa Badam” yaşayış kompleksi ev 12 ünvanının göstərməsi, onun polis əməkdaşları tərəfindən deyilən sözlərə uyğun olaraq ifadə verməyə məcbur olmasının aşkar təzahürüdür. Belə ki, məhkəmə, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi şəkil və xəritə çıxarışlarını nəzərdən keçirib, eləcə də “Goggle maps” və “Яндекс карты” internet xəritələrində olan məlumatları araşdırıb müəyyən etmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Villa Badam” və “Park Solero” yaşayış kompleksləri müxtəlif istiqamətlərdə yerləşməklə onların arasında olan məsafə 3,3 km.-dir və bu məsafə ən yaxşı halda piyada 40 dəqiqəyə, avtomaşınla isə 9 dəqiqəyə qət edilə bilər. Bu yaşayış komplekslərini xarici görünüşündən belə, səhv salmaq mümkün deyildir. (Cild 3, iş vərəqləri 57-63) Məhkəmə qeyd edir ki, hətta Nərimanov rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Hamlet Hüseynov tərəfindən qəbul edilmiş 10 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın mətnində də göstərilmişdir ki, araşdırma zamanı izahat verən BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və Şahid3 göstərmişlər ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, “Villa Badam” yaşayış kompleksinin yaxınlığında saxlanılmışdır. Halbuki həmin izahatlar “Villa Badam əvəzinə “Park Solero”-nun olması müəyyən edildikdən sonra alınmışdır. (C 1, iş vərəqləri 187-188) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində müstəntiqin şahid və təqsirləndirilən şəxsin ifadələrində, eləcə də digər prosessual şəxslər (təhqiqatçı, prokuror köməkçisi) tərəfindən tərtib olunmuş sənədlərdə cinayətin törədilmə və təqsirləndirilən şəxsin saxlanılma yeri ilə bağlı göstərilən mühüm əhəmiyyət kəsb edən xüsusatlara “texniki səhv” kimi qiymət verib, cinayətin törədilmə və təqsirləndirilən şəxsin saxlanılma yerinin bu üsulla dəyişdirilməsinin nəzərdə tutulmadığına baxmayaraq, müstəntiq bu cür mühüm hallara tərtib etdiyi “Subutların qiymətləndirilməsi haqqında” 13 dekabr 2023-cü il tarixli qərarda “texniki səhv” kimi qiymət verməklə icraat materiallarında təqsirləndirilən şəxs və şahid ifadələrində, eləcə də digər sənədlərdə “Villa Badam” əvəzinə “Park Solero” oxumağı qərara almışdır. (Cild 2, iş vərəqləri 18-30) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin həmin müddəalarını rəhbər tutaraq və yuxarıda təhlil edilmiş halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 aprel 2023-cü il tarixli protokola əlavə edilən video çəkilişdə verdiyi etiraf edici ifadələr, ondan 18 aprel 2023-cü il tarixdə alınmış izahat, 19 aprel 2023-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində alınmış ifadələr aldatma, zorakılıq, döyülmə, qəddar, qeyri-insani və alçaldıcı hərəkətlərin tətbiq edilməsi nəticəsində alınmasına dair kifayət qədər ehtimallar olduğundan, ittiham tərəfinin bu sübutları təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin sübutlarla müəyyən edilmiş hallar isə etibarsız hesab olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs verdiyi ifadələrdə göstərmişdir ki, polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində o, burnundan xəsarət almışdır. İş materiallarına əlavə edilmiş Bakı istintaq təcridxanası tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibb kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs zədə aldığını bildirmişdir. Onun burnunun ön səthində kiçik ölçülü qərtməkli zədə vadır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilkin tutularkən və azadlığı məhdudlaşdırılarkən yalnız polis əməkdaşlarına verdiyi izahat və ifadələrində, eləcə də şəxsi axtarışı zamanı özünə qarşı ifadə verməklə onun üzərində psixotrop maddənin olmasını göstərmişdir. Həmin müddətdən sonra o, həm ibtidai istintaq zamanı yenidən dindirilərkən, həm prokurorluğa verdiyi izahatında, həm də məhkəmədə verdiyi ifadəsində bu halları təzib edərək evdən tutulduğunu, psixotrop maddənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu və döyülmə nəticəsində psixotrop maddəni boynuna almağa məcbur olduğunu göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə prosesinin video görüntülərindən görünür ki, o, tutulmasına qəti etiraz edərək üzərinə psixotrop maddənin polis əməkdaşları tərəfindən qoyulduğunu göstərir. Bununla belə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə prosesinin audio və video yazısı rayon məhkəməsindən istənilsə də, bu yazılar qeydə alınmaması əsası ilə məhkəməyə təqdim edilməmişdir. Təqsirləndirilən şəxs ifadə verməyə məcbur edilməsinin ən aşkar təzahürü isə onun video çəkilişdə, ilkin izahat və ifadələrində yaşadığı və tutulduğu yeri polis əməkdaşlarının səhvinə uyğun olaraq “Park Solero” əvəzinə “Villa Badam göstərməsi olmuşdur. Məhkəmə yuxarıda qeyd edilənlərlə bağlı qənaətə gələrkən Avropa İnsan Hüquqları Məhkəməsinin "Tahirova Azərbaycana qarşı" işi üzrə 03 oktyabr 2013-cü il tarixli Qərarına istinad edir. Belə ki, İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X1 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa Məhkəməsi qeyd edilən Qərarın 37-ci bəndində göstərmişdir ki, pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmazsa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır. Məhkəmə, “inter alia”, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri insani” hesab etmişdir. Həmçinin rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini alçaldırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir. Həmçinin Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 11 yanvar 2007-ci il tarixli qərarda vurğulamışdır ki, «şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır» (bax, Tomasi Fransaya qarşı, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40- 41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünə qarşı alınmış etirafedici ifadələrə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan başqa, sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Təqsirləndirilən şəxsi tutaraq ona qarşı sübut toplayan, ittihamın təsdiq olunmasında maraqlı olan, eləcə də vəzifələrinə uyğun olaraq biri-digərinə tabe olan polis əməkdaşlarının verdikləri ifadələr isə qərəzsiz və obyektiv ifadə kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr təqsirləndirilən şəxsə vеrilmiş ittihamın təsdiqi ilə yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının da təsdiqi vasitəsidir. Polis əməkdaşlarının cinayət təqibi üzrə prosessual fəaliyyətinin əsaslığı və şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” 11 yanvar 2007-ci il tarixli, “X2rşı” 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra digər qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Muradova Azərbaycana qarşı” 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə həmçinin diqqətdən qaçıra bilmir ki, istintaq orqanı təqsirləndirilən şəxsə satış məqsədi ilə psixotrop maddə əldə etməkdə ittiham verməsinə baxmayaraq onun narkotik vasitə və psixotrop maddələrin satışa ilə məşğul olmasına dair hər hansı bir dəlil və ya sübut əldə etməmiş və bununla bağlı istəyini belə nümayiş etdirməmişdir. Belə ki, əməliyyat və istintaq orqanları külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi ehtimal edilən Təqsirləndirilən şəxs tam ifşa edilməsi üçün onun tutulduğu yerin yaxınlığında olan yaşayış evində daha çox həcmdə narkotik vasitələrin saxlanıla bilməsi ehtimallarının yoxlanılması məqsədi ilə, həmin vaxt və ya bundan sonrakı müddət ərzində qeyd edilən ünvanda axtarış aparmamış, əlaqələrini yoxlanılmaqla narkotik vasitələrin alışı və satışında iştirak edən digər şəxslər müəyyən etməmişdir. Bu isə bir daha məhkəmədə olan ehtimalları təsdiq edir ki, aparılan əməliyyataxtarış tədbirlərinin məqsədi məhz Təqsirləndirilən şəxs tutulmasını təmin etmək olmuşdur. Qeyd edilən məsələ ilə bağlı da Avropa İnsan Hüquqları Məhkəməsi "Savalanlı və digərləri Azərbaycana qarşı" iş üzrə Qərarının 92-ci bəndində qeyd etmişdir ki, məhkəmə ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, Məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir (Rəşad Həsənov və başqaları, § 101). Bu mənada məhkəmə həmçinin vurğulayır ki, ittiham tərəfinin təqdim etdiyi sübutlardan məlum olmur ki, əvvəllər narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsinə aidiyyəti olmayan Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə, onun saxlanılaraq yaxınlıqda olan Abşeron RPİ-yə və ya daha yaxın polis bölmələrinə deyil DİN-nin BMCMİ-nə aparılmasına əsas verən hallar nədən ibarət olmuş və həqiqətən belə hallar mövcud olmuşdurmu? Təqsirləndirilən şəxs mütəşəkkil cinayətkarlıqla bağlılığı nədə özünü biruzə vermişdir? Belə ki, müdafiə tərəfinin məhkəmədə etdiyi çıxışlara və təqdim etdiyi internet media və qəzet surətlərinə əsasən, Təqsirləndirilən şəxs psixotrop maddə ilə tutulmasına səbəb onun pul borcunun olduğu Asif adlı şəxsə özünü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşı kimi təqdim etməsi olmuş və məhz bu hərəkətinə görə cəzalandırılması üçün o, psixotrop maddənin satış məqsədi ilə əldə etməsinə görə tutulmuşdur. İşə əlavə edilmiş “Hürriyyət” qazetində olan “Özünü “generalın adamı” kimi təqdim edib, vətəndaşın pulunu mənimsədi” məqaləsindən görünür ki, özünün polis kimi təqdim edən Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən tutulması ilə bağlı xüsusatlar həmin qəzetin internet səhifəsində dərc olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 18 aprel 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərarından görünür ki, ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs barəsində onun satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqləri 7-8) “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 4-cü hissəsinin 3-cü bəndində təsbit olunmuşdur ki, “cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda” məhkəmə (hakim), istintaq orqanı və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyekti əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edə bilər. Lakin, əməliyyat müvəkkilinin əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi barədə qərarından artıq yaşayış yeri səhv göstərilmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə məlumatın “etimad doğuran, məlum və qərəzsiz” mənbədən daxil olması görünmür. Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin bir dəfə məhkəmədə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi prokurora qaytarılmasına baxmayaraq, iki dəfə ibtidai istintaq aparan istintaq orqanı və bütövlükdə ittiham tərəfi irəli sürülmüş ittiham üzrə məhkəməyə təkzibedilməz və mötəbər sübutlar təqdim etmək niyyətini belə nümayiş etdirməmişdir. İttiham tərəfinin topladığı sübutlardan belə nəticə çıxarmaq olar ki, Təqsirləndirilən şəxs saxlanılmasına qədər onun psixotrop maddənin və ya narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqəli olması və əməliyyat-axtarış tədbirinin keçirilməsini şərtləndirən hərəkətləri etməsi müstəsna olaraq əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olmuş, təqsirləndirilən şəxsin onun barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olmamasını, onun evdən tutulmasını, tutulmasına səbəbin isə borclu olduğu şəxsə özünü BMCM-inin əməkdaşı kimi təqdim etməsini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ittihamın bütövlükdə uydurma olmasını məntiqli və ağlabatan ifadələrlə iddia etməsinə baxmayaraq, ittiham tərəfi bu iddiaların təkzibi və əksi olaraq əməliyyat-axtarış məlumatlarının real olmasının təsdiqi ilə bağlı məhkəməyə heç bir dəlil və ya sübut təqdim etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs tutularkən ilkin verdiyi izahat və ifadələri hələ ibtidai istintaq zamanı verdiyi sonrakı ifaələrlə təkzib etməklə bu ifadələrdən imtina etmiş, psixotrop maddənin götürülməsi haqqında 18 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun, polis əməkdaşlarının ifadələrinin, ümumiyyətlə işdə olan sübutların həqiqəti əks etdirmədiyini, ittihamın qanunsuz sübutlar üzərində qurulduğunu iddia etmişdir. Belə vəziyyətdə isə ittihamın düzgün həlli üçün istintaq orqanı tərəfindən həmin sübutların mümkünlüyünün və mötəbərliyinin lazımınca araşdırılması mühüm əhəmiyyət kəsb edirdi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, istintaq orqanı tərəfindən 2023-cü ilin aprel və may aylarında tərtib edilmiş, tərtib edildikdən sonra müvafiq olaraq 7 və 8 ay sonra, yəni 05 dekabr 2023-cü il tarixdə iş materiallarına qeydiyyata almadan əlavə edilmiş təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji tibbi yoxlamaya dair ekspertizanın və məhkəmə-kimyəvi ekspertizasının rəylərindən görünür ki, bu rəylər biri-digərinə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Məhkəmə prosessual qanunvericiliyin həmin normasını rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ambulator məhkəmə-narkoloji tibbi yoxlamadan keçməsinə dair ekspertizanın 19 aprel 2023-cü il tarixli, 2333 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir, lakin onda opiodlərin və psixostimulyatorların istifadə etməsi halları olmuşdur. Narkotik vasitə və psixotrop maddə istifadə etməsi hallarının təsdiqi kimi ekspertlər instrumental müayinələrin cavabına, yəni Təqsirləndirilən şəxs götürülmüş sidiyin ekspress-test üsulu ilə müayinəsinin cavablarına istinad etmişdir. Bu müayinəyə əsasən onda heroinin qəbuluna işarə edən “MOP” (morfin) müsbət nəticə vermiş, digər bütün növ testlər o, cümlədən metamfetamin qəbuluna işarə edən testlər mənfi nəticə vermişdir. (Cild 1, iş vərəqləri 16-17) Lakin təqsirləndirilən şəxs barəsində 6 gün sonra, yəni 25 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 may 2023-cü il tarixli, 1466 №-li ekpert rəyinə əsasən ondan götürülmüş sidik və qan nümunələrində heroin qəbuluna işarə edən morfin aşkar olunmamış, əksinə metamfetamin aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 12- 15) Məhkəməyə dəvət edilərək dindirilmiş ekspertlər də qeyd edilən rəylərlə əlaqədar ağalabat izah verə bilməmişlər. Göründüyü kimi guya təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddə qəbul etməsindən dəlalət edən iki ekspertiza rəyi bir-birinə ziddiyyət təşkil etmiş, ona görə də, məhkəmə ittiham tərəfinin bu sübutlarını da mötəbərliyinə əsaslı şübhələr olan sübut kimi qiymətləndirməklə, hesab edir ki, hər iki ekspert rəyi ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi halı belə ona qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Bununla bağlı “Sakit Zahidov Azərbaycana qarşı” işdə də Avropa Məhkəməsi müəyyən etmişdir ki, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (bax, Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə dair 19 aprel 2023-cü il tarixli, 177/MEŞ №li ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 9-11) Lakin iş materiallarına əlavə edilmiş Bakı istintaq təcridxanası tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibb kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs zədə aldığını bildirmiş və onun burnunun ön səthində kiçik ölçülü qərtməkli zədə müəyyən edilmişdir. Qeyd edilən ziddiyyətə görə məhkəmə tibb ekspertizasının 19 aprel 2023-cü il tarixli, 177/MEŞ №li ekspert rəyini də mötəbər sübut kimi qəbul etmir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkələrin edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 10 iyun 2023-cü il tarixli qərarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Bundan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 19 aprel 2023-cü il tarixli, 6/2300 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 6” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən ...” və s. yazılar, imzalar olan zəfdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,949 qram və 7,025 1,981 qram, ümumi təmiz çəkiləri 12,974 qram olan ağ rəngli, kristallardan ibarət maddələr, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (Cild 1, iş vərəqləri 5054) Həmin ekspert rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən psixotrop maddə metamfetaminlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi dəlillər yuxarıda qeyd edilən prosessual qanunvericiliyin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən dəyişikliklə bağlı Bakı şəhəri Qaradağ rayon məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməklə azadlıqdan məhrum etmə cəzası 5 il 11 ay 28 gün müddətə endirilmiş, Qaradağ rayon məhkəməsinin 12 iyul 2019cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğunun ödənildiyini əsas götürərək və həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq, hazırkı iş üzrə anket məlumatlarında Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs qismində tanıyır. Təqsirləndirilən şəxs bəraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, həbsdən azad edilməlidir. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” və “Sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,874 qram olan psixotrop maddə metamfetamin, istintaq hərəkətinin aparılmasına dair videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan 12,874 qram çəkidə psixotrop maddə metamfetamin həmin psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən məhkəmə ekspertizalarının aparılması ilə bağlı 114 (yüz on dörd) manat məbləğində xərclər təqsirləndirilən şəxsə aid edilməməli və cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bununla belə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə onun təqsirliliyinin sübüta yetirilməməsi əsası ilə baraət verilsin və o, verilmiş ittiham üzrə təqsirsiz hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan 12,874 qram çəkidə psixotrop maddə metamfetamin, həmin psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərcləri ona aid edilməsin, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun olaraq həll edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-50/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-50/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver