Məhkəmə qərarları › İş №1(124)-503/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-503/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-503/2024 17.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Xaçmaz rayonu, Çarxı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Xudat şəhəri, 1-ci Şöbədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx.xx.1983-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, ünvan 3-də qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Xudat şəhəri 1-ci Şöbədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 külli miqdarda, satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroini, narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini 26 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində tanışı Şahid4 yaşadığı Xaçmaz rayonu, Şollar kəndində, həmin kənddəki “Oba” marketdən 800 metr şimal istiqamətində yerləşən evin həyətində Təqsirləndirilən şəxs2 250 manat müqabilində alaraq satış məqsədi ilə əldə etməklə həmin evdə və üzərində saxlamış, bu fakt Xaçmaz Rayon Polis X8 bölməsinin əməkdaşları tərəfindən 28 sentyabr 2023-cü il tarixdə saat 17:30-dan 17:55-dək olan müddətdə Təqsirləndirilən şəxs1 və Şahid4 iştirakı ilə sonuncunun yaşadığı yuxarıda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin giriş qapısından solda yerləşən 1-ci otaqda masanın üzərindən 7 ədəd falqa kəsiyi bükümündə, 3 ədəd sellofan bükümündə, 1 ədəd kağız bükümündə təmiz çəkisi 6,216 qram çəkidə narkotik vasitə heroin, 2 ədəd sellofan və 1 ədəd falqa bükümündə ümumi təmiz çəkisi 0,288 qram olan psixotrop maddə metamfetamin, 1 ədəd “LD” markalı siqaret qutusunda, 7 ədəd sellofan və kağız bükümlərdə və həmin otaqdakı pəncərənin qarşısında olan 1 ədəd sellofan torbada ümumi təmiz çəkisi 27,42 qram olan narkotik vasitə qurudulmuş marixuana, habelə həmin gün saat 19:10-dan 19:20-dək olan müddətdə ünvan 1 ünvanında yerləşən Xudat Polis bölməsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli sellofan bükümündə təmiz çəkisi 12.938 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs2 külli miqdarda törədilməklə, satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroini, narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini 25 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində “Namus” adlı şəxsdən əldə edib daşımaqla Xaçmaz rayonuna gətirib özündə saxlamış, 26 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində Xaçmaz rayonu Şollar kəndində, həmin kənddəki “Oba” marketdən 800 metr şimal istiqamətində yerləşən Şahid4 yaşadığı evin həyətində Təqsirləndirilən şəxs1 250 manata satmış, bu fakt Xaçmaz Rayon Polis X8 bölməsinin əməkdaşları tərəfindən 28 sentyabr 2023-cü il tarixdə saat 17:30-dan 17:55-dək olan müddətdə Təqsirləndirilən şəxs1 və Şahid4 iştirakı ilə sonuncunun yaşadığı yuxarıda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin giriş qapısından solda yerləşən 1-ci otaqda masanın üzərindən 7 ədəd falqa kəsiyi bükümündə, 3 ədəd sellofan bükümündə, 1 ədəd kağız bükümündə təmiz çəkisi 6,216 qram çəkidə narkotik vasitə heroin, 2 ədəd sellofan və 1 ədəd falqa bükümündə ümumi təmiz çəkisi 0,288 qram olan psixotrop maddə metamfetamin, 1 ədəd “LD” markalı siqaret qutusunda, 7 ədəd sellofan və kağız bükümlərdə və həmin otaqdakı pəncərənin qarşısında olan 1 ədəd sellofan torbada ümumi təmiz çəkisi 27,42 qram olan narkotik vasitə qurudulmuş marixuana, habelə həmin gün saat 19:10-dan 19:20-dək olan müddətdə ünvan 1 ünvanında yerləşən Xudat Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli sellofan bükümündə təmiz çəkisi 12,938 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, külli miqdarda törədilməklə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımış və satmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitəni şəhərdən alıb, Sevcangilə getmişdir. Daha sonra isə polis əməkdaşları həmin mənzilə gəlib onları saxlayaraq polis şöbəsinə aparmış, onları polis şöbəsində səhərə qədər saxlamışdılar. Ona elan olunan ittiham üzrə narkotik vasitəni polis əməkdaşları özləri yükləmişdilər. Polis şöbəsində ona qarşı polis əməkdaşları tərəfindən təzyiq göstərilmişdir. Ona qarşı həm fiziki, həm də psixi təzyiq göstərildiyi üçün o, Təqsirləndirilən şəxs2 adını polis əməkdaşlarına demişdir. Polis əməkdaşları onun boyun nahiyəsinə kəsiklər atmışdırlar. Narkotik vasitənin ümumi 01 qramı ona aid olmuş, həmin 01 qram olan narkotik vasitədən istifadə etdikdən sonra 0,8 qram narkotik vasitə qalmışdır. Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, Şahid1 polis əməkdaşı olaraq tanımışdır. Onun Təqsirləndirilən şəxs2 borcu olmuşdur. Onunla Humay arasında “daş”, “kola” kimi mövzularla bağlı mesajlaşma olmamışdır. O, sadəcə olaraq, narkotik vasitədən istifadə etmiş, onun alqı-satqısı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs1 müdafiəçilərin suallarına cavab olaraq bildirmişdir ki, onu döyərək təzyiq göstərən polis əməkdaşları Cəlal, Turqut və digərləri olmuşdur. Məlumatlı olmadığı üçün polis əməkdaşlarının onu döymələri ilə bağlı müvafiq orqanlara şikayət etməmişdir. O, 27 sentyabr 2023-cü il tarixində saat 22:30 radələrində polis əməkdaşları tərəfindən tutulmuşdur. Polis şöbəsində videoçəkiliş isə tutulan günün ertəsi günü səhər saatlarında 10-11 radələrində olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən Sevcan yanlarında olmuşdur. Saxlanılan günü onun üzərində narkotik vasitə olmamışdır, amma yaşadığı mənzildə stolun üstündə 0,8 qram narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, Xaçmaz rayonu Çarxı kəndində ailəsilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. 2023cü ilin sentyabr ayının əvvəllərindən Şahid4 ilə münasibəti yarandığından həmin vaxtdan gəlib mütəmadi olaraq Şahid4 məxsus Xaçmaz rayonu, Şollar kəndində yerləşən evdə onunla birlikdə qeyri rəsmi olaraq ər-arvad kimi yaşamağa başlamışdır. O, 4-5 aydır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Bir müddət əvvəl eşitmişdir ki, qohumu, Xaçmaz rayonu, Xudat şəhərində yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olur. Onun da pula ehtiyacı olduğu üçün ağlına gəlmiş ki, o da narkotik vasitənin satışı ilə məşğul olsun. Çünki o, psixotrop maddə olan metamfetamindən istifadə etmiş, özü üçün metamfetamin almağa pulu olmamışdır. Buna görə də qohumlarından Humayın istifadəsində olan mobil telefon nömrəsini tapmışdır. Sevcanın mobil telefonu olmadığından ilk tanış olduğu vaxtlarda Sevcana smartfon tipli telefon alıb vermişdir ki, istifadə etsin, öz telefonu isə sadə telefon olmuşdur. Sevcana telefonu o, aldığından həmin mobil telefondakı whatsapp ani mesajlaşma tətbiqindən istifadə etməklə Humayla əlaqə saxlamış və Humaya bildirmişdir ki, satmağı üçün ona narkotik vasitə olan heroin və marixuana, həmçinin psixotrop maddə olan metamfetamin təşkil etsin. Humay da ona bildirmişdir ki, 26 sentyabr 2023-cü il tarixdə gətirib ona narkotik vasitə və psixotrop maddə verəcəkdir. 26 sentaybr 2023-cü il tarixdə saat 11 radələrində Sevcanla birlikdə Sevcana məxsus Xaçmaz rayonu, Şollar kəndində yerləşən evdə olan vaxt Humay Sevcana məxsus evin həyətinə gəlmişdir. O, həyətə çıxmış, Humay ona bir ədəd sellofan torbada narkotik vasitə və psixtrop maddələr vermiş və bildirmişdir ki, həmin narkotik vasitələrə görə ümumilikdə 250 manat pul verəcək. O, Humayla razılaşmış, pulu qısa müddətə verəcəyini demiş və içərisində narkotik vasitə və psixotrop maddə olan sellofan torbanı götürüb evə daxil olmuşdur, Humay isə çıxıb getmişdir. Evə daxil olduqdan sonra girişdən solda yerləşən 1-ci otaqda, yəni mətbəxdə həmin sellofan torbanı açıb içərisinə baxanda görmüşdür ki, sellofan torbanın içərisində açıq halda qurudulmuş marixuana, bükümlərdə heroin və metamfetamin olmuşdur. O, narkotik vasitələrdən az miqdarda adını bilmədiyi 2-3 nəfər şəxsə satmış, əldə etdiyi puldan 27 sentyabr 2023-cü il tarixdə gecə saat 03 radələrində Humayın istifadəsində olan "xxxx" ASC-yə məxsus bank kartına elektron ödəmə terminalı vasitəsi ilə 75 manat göndərmişdir, qalan 175 manat pulu isə 27 sentyabr 2023-cü il tarixdə səhər saat 11 radələrində yaşadığı evin həyətində əlbəəl Humaya vermişdir. Humaydan aldığı narkotik vasitələri və psixotrop maddənin bir qədərini Sevcanın evində saxlamış, bir hissəsini isə üzərində gəzdirmişdir ki, birdən kimsə istəsə sata bilsin. 28 sentyabr 2023-cü il tarixdə saat 17:30 radələrində Sevcan Zayumovla birlikdə Sevcana məxsus Xaçmaz rayonu, Şollar kəndində yerləşən evdə olmuş, o, evə girişdən solda yerləşən otaqda, yəni mətbəxdə olmuş, bükümlərə ayırdığı narkotik vasitələri saymış, Sevcan isə digər otaqda olmuşdur. Bu zaman evin həyət qapısından onları kiminsə səslədiyini eşitmişlər. Bu zaman əvvəlcə o, daha sonra Sevcan küçəyə çıxmış və görmüşlər ki, qapıda polis əməkdaşları vardır. Polis əməkdaşları onların satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə edib daşımaqları və yaşadıqları evdə saxlamaqları barədə Xudat PB-nə məlumat daxil olduğunu bildirib yaşadıqları evə baxış keçirmək istədiklərini bildirmişlər. O, başa düşmüş ki, yaşadıqları evdə narkotik vasitələr olmasından artıq polislərin məlumatları vardır və öz-özünə düşünmüşdür ki, onun barəsində polisə məlumatı Humay vermişdir. O, əməlini etiraf edib evdə narkotik vasitə olduğunu bildirmişdir. Baxış keçirilən zaman əvvəlcədən videoçəkiliş aparılması barədə onlar xəbərdarlıq edilmişdir. Baxış prosesi başladıqdan sonra iştirak edən şəxslər özlərini təqdim etmişlər. Baxış zamanı onlar azərbaycan dilində danışa və başa düşə bildiyini bildirmişlər. Bundan sonra verilən suallara cavab olaraq Şahid4 özünə məxsus Xaçmaz rayonu, Şollar kəndində yerləşən evdə onunla birlikdə yaşadığını, evdə heç bir narkotik vasitə olmadığını demişdir. Belə ki, Sevcan evdə narkotik vasitə olmasından xəbərsiz olmuş, çünki elə bilmiş ki, Humaydan əldə etdiyini istifadə edib qurtarmışdır. Lakin Şahid4nm sözlərindən sonra o, verilən suallara cavab olaraq Şahid4 ilə yaşadığı evdə narkotik vasitə olmasını bildirnmişdir. Ona təklif olunmuşdur ki, həmin narkotik vasitələri təqdim etsin. Bundan sonra Sevcanın da razılığı ilə evə daxil olmuşlar. O, polis əməkdaşlarına evdə olan narkotik vasitələri və psixotrop maddələri təqdim etmişdir. Baxış zamanı evin girişində soldan 1-ci otaqda olan masanın üzərində falqa kəsiyi bükümləri, kağız bükümlər və sellofan bükümlər olması müəyyən olunmuşdur. Həmin bükümlərin içərisinə baxmamışdan əvvəl o, bükümlərin içərisində narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Bundan sonra masanın üzərinə baxış keçirilən zaman məlum olmuşdur ki, otaqda olan masanın üzərində 07 ədəd falqa kəsiyi bükümündə, 03 ədəd sellofan bükümdə və 01 ədəd kağız kəsiyi bükümündə qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroin, 02 ədəd sellofan və 01 ədəd falqa bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin, 01 ədəd kağız bükümündə, 06 ədəd sellofan bükümdə bükümdə və 01 ədəd “LD” markalı siqaret qutusunun içərisində açıq halda narkotik vasitə olan qurudulmuş marixuana, üzərində qəhvəyi rəngli, narkotik vasitə heroin izləri olan boru halına salınmış 02 ədəd bir manatlıq əskinaslar, 01 ədəd lampa, boru halına salınmış 01 ədəd ağ rəngli kağız parçası və 01 ədəd falqa kəsiyi vardır. Baxış zamanı o, bunlardan başqa da evdə narkotik vasitə olmasını bildirib həmin otağın pəncərəsinin qarşısından içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan bir ədəd sellofan torbanı da təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə baxış keçirilən zaman torbanın içərisində salfet kağızları və narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. Aşkar olunmuş içərisində heroin və metamfetamin olan bükümlər bir ədəd ağ rəngli kağız zərfdə, içərisində qurudulmuş marixuana olan bükümlər və bir ədəd sellofan torba digər bir ədəd kağız zərfdə, üzərində heroin izləri olan lampa, 02 ədəd 1 manatlıq əskinas, 01 ədəd kağız parçası və 01 ədəd falqa kəsiyi digər bir ədəd kağız zərfdə müstəntiq tərəfindən qablaşdırılmış, müvafiq qaydada möhürlənib götürülmüşdür. Verilən suallara cavab olaraq o, Şahid4 məxsus evdən aşkar olunmuş maddələrin narkotik vasitə və psixotrop maddələr olduğunu, həmin maddələri 26 sentyabr 2023-cü il tarixdə səhər saat 11 radələrində yaşadıqları evin həyətində Təqsirləndirilən şəxs2 adlı şəxsdən ümumilikdə 250 manat pula aldığını, həmin pulun 75 manatını Humay adlı şəxsin istifadəsində olan bank kartına göndərdiyini, qalan pulu isə əlbəəl verdiyini bildirmişdir. Sevcanın telefonundan istifadə etməklə Humayla o özü danışmış, satışı da yalnız Xudat şəhərində etmiş, Sevcan heç kimə narkotik vasitə verməmiş və heç kimdən narkotik vasitə almamış, habelə heç kimdən pul da almamış, onun narkotik vasitə satmağından ümumiyyətlə xəbərsiz olmuşdur. Evə baxış keçirildikdən sonra o, polis əməkdaşları ilə birlikdə Xudat PB-nə getmişdir. Orada şübhəli şəxs kimi tutulmuş və ona müdafiəçi təqdim edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuş ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra o, üzərində narkotik vasitə olmasını bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofan büküm və bir ədəd qəbz çıxarıb otaqda olan masanın üzərinə qoyub bunlardan başqa üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən onun üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən başqa heç nə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi qara rəngli sellofan büküm açılıb içərisinə baxılan zaman bükümün içərisində toz halında, qəhvəyi rəngli maddənin olması müəyyən olunmuşdur. Verilən suallara cavab olaraq o, bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni də 26 sentyabr 2023-cü il tarixdə digər narkotik vasitələrlə birlikdə, yəni Təqsirləndirilən şəxs2 Xaçmaz rayonu, Şollar kəndində yerləşən evdə aldığını, ümumilikdə həmin narkotik vasitələr üçün Təqsirləndirilən şəxs2 250 manat pul verdiyini, həmin pulun 75 manatını Təqsirləndirilən şəxs2 istifadəsində olan karta köçürdüyünü, üzərindən aşkar olunmuş qəbzin də həmin köçürmənin qəbzi olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş, içərisində heroin olan sellofan büküm müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb və möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs2 pul göndərdiyi qəbz də müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirsiz bilərək göstərdi ki, iş üzrə digər Təqsirləndirilən şəxs1 onun xalasının nəvəsidir, həmçinin, onların qonşuluğunda yaşamışdır. O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, yaşadığı mənzildən də narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 iş üzrə şahid qismində tanınan Sevcanla birlikdə tutulmuşdur. Onların birlikdə yaşadıqları mənzildən axtarış zamanı narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 məcburiyyət qarşısında qalaraq onun adını polis əməkdaşlarına demişdir. Ona elan olunmuş ittihamda guya ona məxsus olan narkotik vasitənin çəkisini 12 qram yarım olduğu yazılsa da onda narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, onun 11 və 17 yaşları olan 2 uşağı var. Rəvanın telefon nömrəsi onda həmişə olmuş, axırıncı dəfə Rəvanın yox, Sevcanın telefon nömrəsi ilə paltar yuyulması barəsində danışmışdır. O, narkotik vasitə istifadə etməmişdir. Rəvanın və polis əməkdaşlarının ona qarşı düşmənçiliyi və ədavəti olmamışdır. Onun adını polis əməkdaşlarına Rəvan vermişdir. Rəvanın onun adını polis əməkdaşlarına hansı səbəbdən verməsini bilməmişdir. O, 250 manat məbləğinə narkotik vasitə satmamışdır. O, Namus adlı şəxsi tanımamış və onunla Bakıda görüşməmişdir. Onun “whatsapp” danışıqları Rəvanla yox, iş üzrə şahid qismində tanınan Sevcanla olmuşdur. Rəvanın ona 300 manat məbləğində borcu olmuşdur. Rəvan ona “300 manat məbləğində borc ver, 5 gün ərzində geri qaytaracam” demişdir. O, Sevcanı çoxdan tanımış, Sevcanın narkotik vasitə istifadəçisi olduğu barəsində məlumatı olmamışdır. Rəvanın narkotik vasitə istifadəçisi olduğunu son günlərdə bilmişdir. Rəvanla onun arasında “daş”, “kola” kimi mövzularla bağlı mesajlaşma olmamışdır. Təqsirləndirilən şəxs2 müdafiəçilərin suallarına cavab olaraq bildirmişdir ki, onunla Rəvan arasında sevgi münasibətləri olmamışdır. Sevcanla aralarında telefon danışıqları, mesajlaşmalar olmuşdur. Rəvanın özü narkotik vasitə istifadə etdiyini ona demişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanında övladları ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs1 tanıyır, belə ki, Rəvan onun qohumudur. Qohumu olduğuna görə Rəvan tez-tez onun yaşadığı evə gəlib getmişdir, onların dostluq münasibətləri yaranmışdır. 25 sentyabr 2023-cü il tarixdə Rəvan ona bildirmişdir ki, ona narkotik vasitə heroin, metamfetamin və marixuana lazımdır. O da Rəvana demişdir ki, “narahat olma sənin üçün təşkil edərəm”. Bu məqsədlə o, elə həmin gün Bakı şəhərinə getmiş, Şamaxinka adlanan əraziyə çatdıqdan sonra adını “Namus” kimi bildiyi şəxslə əlaqə saxlayıb orada görüşmüşdür. O, Namusla görüşüb ondan bir ədəd sellofan torbada narkotik vasitə və psixotrop maddələr almışdır. Lakin nağd pulu olmadığından Namusa demişdir ki, narkotik vasitə və psixotrop maddəni satıb pulunu göndərəcəkdir. Namus da onun razılaşmış, sonra o, Bakı şəhərindən Xudat şəhərinə gələn taksilərin biri ilə Xudat şəhərinə gəlib və həmin gün qeyd olunan narkotik vasitələri və psixotrop maddələri yaşadığı evdə saxlamışdır. 26 sentyabr 2023-cü il tarixdə Rəvanın onunla əlaqə saxladığı Sevcana məxsus telefona “whatsapp” proqramı vasitəsi ilə zəng edib narkotik vasitələri aldığını və gətirib verəcəyini bildirmişdir. Həmin gün saat 11 radələrində Xaçmaz rayonu Şollar kəndinə gedib Sevcana məxsus evin həyətində Rəvan ilə görüşüb narkotik vasitələri və psixotrop maddəni bir ədəd torbada Rəvana vermiş və bunu Sevcan da görmüşdür. Rəvan həmin narkotiklərə görə ona 250 manat pul verməli olmuşdur. Lakin Rəvan ona demişdir ki, üstündə nağd pul yoxdur, qısa müddətə satıb pulunu verəcəkdir. O, da razılaşmış, torbanı Rəvana verdikdən sonra çıxıb getmişdir. Sonra Rəvan puldan ona 75 manat kart hesabına göndərmiş, qalanın isə özünə əlbəəl vermişdir. xx.xx.2023-cü il tarixdə isə polis əməkdaşları gəlib onun narkotik vasitə satmaqda şübhəli olduğunu demişlər, ona məlum olmuşdur ki, Rəvan tutulub, o, da hər şeyi səmimi etiraf etmişdir. Lakin Rəvanın kim və yaxud kimlərə narkotik vasitələri və psixotrop maddələri satması barədə məlumatı yoxdur. Əlavə olaraq qeyd etmişdir ki, “Namus” adlı şəxsin adının həqiqətən də Namus olub-olmadığını dəqiq bilmir, özünü ona elə təqdim etmişdir. Mobil nömrəsini isə xatırlamır. O, narkotik vasitələrin satışından yol pulu daxil olmaqla təxminən 70 manat pul əldə etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edərək qiymətləndirir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Xudat PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 23 sentyabr 2023-cü ildə Xudat şəhəri sakini Sevcan adlı qadının evində Rəvan adlı şəxsin yaşadığı və həmin ünvanda narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və rəisə məruzə edilmişdir. Hadisə yerinə getdikdə qapını Sevcan adlı qadın açmışdır. Onlar Sevcanın yaşadığı mənzildə narkotik vasitə olduğunu və bununla əlaqədar olaraq evə baxış keçirilməsini təklif etmişdilər. Sevcan da onlarla razılaşmış və mənzilə daxil olmuşdurlar. Təqsirləndirilən şəxs1 da qeyd olunan mənzilin mətbəxində olmuş və narkotik vasitənin olduğunu etiraf etmişdir, müxtəlif növ narkotik vasitələr aşkar olunmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs1 polis bölməsinə aparılmış, bölmədə onun üzərinə şəxsi axtarış keçirmiş, üzərindən narkotik vasitə aşkar olunmuş, daha sonra isə müvafiq qaydada sənədləşdirilmişdir. Rəvan aşkar olunan narkotik vasitənin Humay adlı şəxsdən 250 manat məbləğində aldığını bildirmişdir. 250 manat məbləğin müəyyən hissəsini karta göndərmiş, müəyyən hissəsini isə nağd formasında vermişdir. O, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsində iştirak etmiş, üzərinə baxış zamanı onun üzərindən heç bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 özü “mən Rəvana tutulmuşdan 1 gün əvvəl narkotik vasitə vermişəm” demişdir. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında qohumluq münasibətlərinin olubolmaması haqqında məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs2 evinə baxış keçirilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 Polis Bölməsinə dəvət etdikdə onunla razılaşmışdır. Təqsirləndirilən şəxs1 onlara qarşı müqavimət göstərməmişdir. Sevcan onlara evində narakotik vasitənin olması barəsində məlumatı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs1 isə narkotik vasitənin olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1 qarşı heç bir müqavimət, təzyiq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər oğurluq hadisəsi törətdiyi üçün saxlanılmış, onun üzərindən dəqiq hansı növ narkotik vasitələr aşkar olunduğunu xatırlamamışdır. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu, Şollar kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Şahid4 qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə etmələri, daşımaları və birgə yaşadıqları Şahid4 məxsus Xaçmaz rayonu, Şollar kəndində yerləşən evdə saxlamaları barədə ona daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs1 və Şahid4 qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü onun rəhbərliyi altında Xaçmaz RPŞnın Xudat PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 və Xaçmaz RPŞ-nin Xudat PB-nin manqa komandiri vəzifəsində işləyən Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar əməliyyat məlumatı əsasında Xaçmaz RPş-nin İB-nin müstəntiqi polis baş leytenantı X2 ilə birlikdə Şahid4 məxsus Xaçmaz rayonu, Şollar kəndində yerləşən evinə sonuncunun və Təqsirləndirilən şəxs1 iştirakı ilə 28 sentyabr 2023-cü tarixdə saat 17:30 radələrində baxış keçirilməsi məqsədilə Xaçmaz rayonu, Şollar kəndində yerləşən evin həyət qapısının qarşısına getmişlər. Onlar qapını döyüb Şahid4 və Təqsirləndirilən şəxs1 dəvət etdikdən sonra videoçəkilişlə baxış keçirilməsi prosesinə başlanılmışdır. Bundan sonra verilən suallara cavab olaraq Şahid4 özünə məxsus Xaçmaz rayonu, Şollar kəndində yerləşən evdə Təqsirləndirilən şəxs1la birlikdə yaşadığım, evdə narkotik vasitə olmadığım bildirmişdir. Şahid4mn sözlərindən sonra Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq evdə narkotik vasitənin olmasını bildirmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri təqdim etməsi təklif olunmuşdur. Onlar Şahid4 razılığı ilə onların yaşadıqları evə daxil olmuşlar. Evin həyət qapısından içəriyə daxil olduqdan 4-5 metr irəli kürsülü fərdi yaşayış evi yerləşir. Onlar evə yaxınlaşmış, Şahid4 evin giriş qapısım açıb onlar içəriyə dəvət etmiş, evin içərisinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 evin girişdən solda yerləşən birinci otağına aparıb masanın üzərində olan narkotik vasitə və psixotrop maddə olan kütlələri onlara təqdim etmişdir. Baxış zamanı otaqda olan masanın üzərində falqa kəsiyi bükümləri, kağız bükümlər və sellofan bükümlər olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 bükümlərin içərisində narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Bundan sonra masanın üzərinə baxış keçirilən zaman məlum olmuşdur ki, otaqda olan masanın üzərində 07 ədəd falqa kəsiyi bükümündə, 03 ədəd sellofan bükümdə və 01 ədəd kağız kəsiyi bükümündə qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər maddə, 02 ədəd sellofan və 01 ədəd falqa bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 07 ədəd bükümlərdə və 01 ədəd “LD” markalı siqaret qutusunun içərisində açıq halda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyə malik bitki kütləsi, üzərində qəhvəyi rəngli, narkotik vasitə heroin izlərinə bənzər izlər olan boru halına salınmış 02 ədəd bir manatlıq əskinaslar, 01 ədəd lampa, boru halına salınmış 01 ədəd ağ rəngli kağız parçası və 01 ədəd falqa kəsiyi vardır. Baxış zamanı Təqsirləndirilən şəxs1 bunlardan başqa da evdə narkotik vasitə olmasını bildirib həmin otağın pəncərəsinin qarşısından içərisində narkotik vasitə olan qurudulmuş marixuana bitki kütləsi olan bir ədəd sellofan torbanı da təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə baxış keçirilən zaman torbanın içərisində salfet kağızları və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müəyyən edilmişdir. Aşkar olunmuş içərisində heroinə və metamfetaminə bənzər maddələr olan bükümlər bir ədəd ağ rəngli kağız zərfdə, içərisində qurudulmuş marixuanaya bənzər bütki kütləsi olan bükümlər və bir ədəd sellofan torba digər bir ədəd kağız zərfdə, üzərində heroin izlərinə bənzər qəhvəyi rəngli izlər olan lampa, 02 ədəd əskinaz, 01 ədəd kağız parçası və 01 ədəd folqa kəsiyi digər bir ədəd kağız zərfdə qablaşdırılmış, müvafiq qaydada möhürlənib götürülmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 Şahid4 ilə birgə yaşadıqları evdən aşkar olunmuş maddələrin narkotik vasitə və psixotrop maddələr olduğunu, həmin maddələri 26 sentyabr 2023-cü il tarixdə səhər saat 11 radələrində yaşadıqları evin həyətində Təqsirləndirilən şəxs2 adlı şəxsdən ümumilikdə 250 manat pula aldığını, həmin pulun 75 manatım Humay adlı şəxsin istifadəsində olan bank kartına göndərdiyini, qalan pulu isə əlbəəl verdiyini, həmin narkotik vasitələri Humay adlı şəxsdən satış məqsədi ilə əldə edib saxladığım bildirmişdir. Baxış zamanı həmin otağın pəncərəsinin qarşısından Şahid4 məxsus Azərbaycan Respublikası vətəndaşının pasportu aşkar olunaraq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra, protokolun doğru olmasım iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid4 da Təqsirləndirilən şəxs1 Xaçmaz RPŞ-nin Xudat PB-nə dəvət olunmuşlar. Həmin tarixdə Xudat Polis bölməsində müstəntiq Mətləb İsmayılov tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 təklif olunmuş ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olmasını bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofan büküm və bir ədəd qəbz çıxarıb otaqda olan masanın üzərinə qoyub bunlardan başqa üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən başqa əşya aşkar olunmamışdır. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli sellofan torba açılıb içərisinə baxılan zaman bükümün içərisində toz halında, qəhvəyi rəngli maddənin olması müəyyən olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni də 26 sentyabr 2023-cü il tarixdə digər narkotik vasitələrlə birgə Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş, içərisində heroinə bənzər maddə olan sellofan büküm müstəntiq tərəfidən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb və möhürlənib ekspertizaya təqdim edilməsi üçün maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd qəbz iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra, protokolun doğru olmasını iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra həmin tarixdə Şahid4 müstəntiq Mətləb İsmayılov tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı Şahid4 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirldi, lakin üzərindən qanunla qadağan olunan heç bir əşya və predmet aşkar olunmamışdır. Şahid4nm təqdim etdiyi bir ədəd Xiaomi Redmi markalı mobil telefon müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra, protokolun doğru olmasını iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra əməlliyat tədbirlərinin keçirilməsinin davamı olaraq Təqsirləndirilən şəxs1 psixotrop maddəni və narkotik vasitələri satan şəxsin ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 Talib qızı olması müəyyyən olunmuş və o, həmin tarixdə Xudat PB-nə dəvət edilmişdir. Həmin tarixdə Xudat Polis bölməsində müstəntiq Mətləb İsmayılov tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunsuz olaraq heç bir əşya, predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra, protokolun doğru olmasını iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, əməliyyat məlumatı daxil olmuş və rəisə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Şahid1, Şahid3 və o, birlikdə Xaçmaz rayonunda Şollar kəndində olan yaşayış mənzilinə yollanmışdılar. Onlar həmin yaşayış mənzilinə getdikləri zaman Sevcan adlı qadın qapını açmışdır. Onlar Sevcan adlı qadına özlərini təqdim edərək onun evində narkotik vasitələrin qanunsuz olaraq saxlanılması ilə bağlı əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. Əvvəlcə Sevcan onlara narkotik vasitənin olmadığını bildirmiş, daha sonra isə digər Təqsirləndirilən şəxs1 isə onlara yaxınlaşaraq narkotik vasitənin oluğunu etiraf etmişdir. Onlar Təqsirləndirilən şəxs1 dəvəti ilə daxil olmuş, evə daxil olan zaman otaqların birində stolun üzərində metamfetamin, marixuana, heroin aşkar olunmuşdur. Daha sonra isə Rəvanla, Sevcanı polis bölməsinə dəvət etmiş, polis bölməsində də vəkilin, müstəntiqin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 özü üzərindən aşkar olunan narkotik vasitələri Humay adlı qadından pul müqabilində aldığını bildirmişdir. Onlar Sevcanın evindən aşkar olunan və Təqsirləndirilən şəxs1 məxsus olan narkotik vasitələləri evdə müstəntiqin iştirakı ilə sənədləşdirmişlər. Təqsirləndirilən şəxs1 qarşı heç bir psixi və fiziki təsir göstərilməmişdir. O, Təqsirləndirilən şəxs2 Xudat sakini kimi tanımış, Təqsirləndirilən şəxs2 tutulmasında, saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs2 evinə baxış keçirilib-keçirilmədiyini xatırlamamışdır. Təqsirləndirilən şəxs2 Talib qızının Rəvandan başqa şəxslərə də narkotik vasitələri satmasını müəyyən edə bilməmişdir. Rəvan sentyabr ayının axırlarında təxmini axşam radələrində, günün ikinci yarısında saxlanılaraq polis bölməsinə aparılmışdır. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi polis bölməsinə gətirilən gün həyata keçirilmişdir. Rəvan evdə olduğu zaman narkotik vasitənin ona aid olduğunu bildirmiş, polis bölməsində isə üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən hansı növ narkotik vasitələrin aşkar olunduğunu və Təqsirləndirilən şəxs2 ilkin dindirmədə Rəvana narkotik vasitənin satıb-satmaması ilə bağlı məlumat verməsini daha dəqiq xatırlamamışdır. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadədən görünür ki, o, Şahid1 elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Xudat PB-nin manqa komandiri Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 əvvəlcədən narkotik vasitə istifadəçisi kimi tanımış, lakin narkotik vasitələri satmağı ilə bağlı məlumatı olmamışdır. Sentyabr ayının axırları əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmışdır. Qrup iştirakçıları ilə birlikdə Rəvanın yaşadığı qadının evinə daxil olmuş və özlərini təqdim etmişdirlər. Həmin evin sol yan otağında masanın üzərində narkotik vasitələrin hər növündən olmuşdur. Təqsirləndirilən şəxs1 hər şeyi özü etiraf edərək aşkar olunan narkotik vasitələri onun özünə aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan narkotik vasitələri Humay adlı qadından pul müqabilində aldığını özü bildirmişdir. O, post patrul xidməti əməkdaşı olduğu üçün onda əməliyyat məlumatı olmamış, əməliyyat qrupunun üzvü olmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitə istidafəçisi kimi deyil, Xudat sakini kimi tanımışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 tanımış, onun narkotik vasitələrdən istifadə etdiyini bilmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumatı olmamışdır. Humay ilə Rəvan qohum olmuşdur. Təqsirləndirilən şəxs2 onların evinə gəlmiş, Rəvanla ikisi həyətdə danışmışdırlar. Təqsirləndirilən şəxs1 telefonu olmadığı üçün onun mobil telefonundan istifadə etmişdir. Həmin telefonu Rəvan özü ona aldığı üçün telefonu istifadə etməyinə icazə vermişdir. Rəvan Humaya məxsus olan karta pul göndərəndə ondan niyə pul göndərdiyini soruşmuş, Rəvan isə ona “Humaydan nisyə mal götürmüşəm, onun pulunu göndərirəm” demişdir. Rəvanın hansı növ narkotik vasitələrindən istifadə etdiyini bilməmişdir. O, özü narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı mənzilin həyətinə gələrkən evə daxil olmamış, Humay gələndə əlində sellofan olmuş, onu Rəvana vermişdir. O, sellofanın içərisində nə olduğunu soruşmamışdır. Rəvan ona “Humay mənə narkotik vasitə gətirib” demişdir. Rəvan pulu Humaya kart vasitəsilə göndərmişdir. Polis əməkdaşları gəldikdə o da orada olmuş, polis əməkdaşları heç bir zor tətbiq etməmişdirlər. O, Humayın Rəvana bir-iki dəfə sellofan gətirdiyini görmüş, həmin sellofan qara rəngli olmuşdur. Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, şollar kəndində yerləşən özünə və anasına məxsus evdə yaşayır. Təqsirləndirilən şəxs1 ilə 1 aya yaxındır ki, münasibəti yaranmış, Rəvanı birinci dəfə Təqsirləndirilən şəxs2 yaşadığı evə qonaq gedən zaman görmüşdür. Anası Türkiyədə olduğundan Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gələrək qeyri rəsmi olaraq ər-arvad kimi birlikdə yaşamağa başlamışlar. Münasibəti yaxşı olduğundan və telefonu xarab olduğundan Rəvan ona “Xiaomi” markalı mobil telefon alıb vermişdir, Rəvan özü isə sadə telefon işlədirdi. Rəvanın smartfon tipli telefonu olmadığından onunla birlikdə qalan zaman ona aldığı mobil telefonla Humayla ara-sıra mesajlaşmış və danışmışdır. 26 sentyabr 2023-cü il tarixdə səhər saat 11 radələrində Humay onların yaşadığı evə gələrək evin həyətində Rəvanla görüşmüş və sonra da çıxıb getmişdir. Rəvan da evə gələndə əlində sellofan torba görmüşdür, Rəvan ona deməsə də o, başa düşmüşdür ki, Humaydan narkotik vasitə almışdır. Lakin Rəvan arada narkotik vasitə qəbul etdiyindən düşünmüş ki, öz istifadəsi üçün əldə edib, çünki Rəvanın narkotik vasitə qəbul etməsini görmüşmüşdür. 27 sentyabr 2023-cü il tarixdə gecə saat 03 radələrində Rəvan Humayın istifadəsində olan plastik karta 75 manat pul göndərmişdir. Nə üçün göndərməsini soruşanda Rəvan ona demişdir ki, Humay ona narkotik vasitəni nisyə vermişdir, buna görə göndərmişdir. 28 sentyabr 2023- cü il tarixdə saat 17:30 radələrində yaşadığı Xaçmaz rayonu, Şoliar kəndində yerləşən evdə uzanmışdır, Rəvan isə mətbəxdə olmuşdur. Bu zaman evin həyət qapısından onları kiminsə səslədiyini eşitmişdir. Bu zaman o, və Rəvan küçəyə çıxmış və görmüşlər ki, qapıda polis əməkdaşları vardır. Polis əməkdaşları Rəvana satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə edib daşımağı və yaşadığı evdə saxlamaları barədə Xudat PB-nə məlumat daxil olduğunu bildirib yaşadıqları evə baxış keçirmək istədiklərini bildirmiişlər. Narkotik vasitələrin dövriyyəsinə heç bir aidiyyəti olmadığından baxışın keçirilməsinə qəti şəkildə etiraz etməmişdir. Həmçinin evdə narkotik vasitə olmasından xəbərsiz olmuş, elə bilirmişdir ki, Rəvan istifadə edib qurtarıb. Buna görə o, evdə əvvəllər narkotik vasitə olmasım desə də hazırda olmadığım demişdir. Baxış keçirilən zaman əvvəlcədən videçəkiliş aparılması barədə onlara xəbərdarlıq edilmişdir. Baxış prosesi başladıqdan sonra iştirak edən şəxslər özlərini təqdim etmişlər. Baxış zamanı onlarazərbaycan dilində danışa və başa düşə bildiyini bildirmişlər. Bundan sonra verilən suallara cavab olaraq o, anasına məxsus Xaçmaz rayonu, Şollar kəndində yerləşən evdə Rəvanla birlikdə yaşadığım bildimişrdir. Rəvan verilən suallara cavab olaraq onunla birgə yaşadığı evdə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olmasım və təqdim edə biləcəyini bildirmişdir. Bu zaman polis əməkdaşları Rəvana təklif etmişlər ki, həmin narkotik vasitələri təqdim etsin. Bundan sonra onlar içəri daxil olaraq girişdən sol tərəfdə olan otağa, yəni mətbəxə girmişlər. Orada masanın üzərində xeyli bükümlər olmuşdur. Baxış zamanı otaqda olan masanın üzərində folqa kəsiyi bükümləri, kağız bükümlər və sellofan bükümlər olması müəyyən olunmuşdur. Həmin bükümləin içərisinə baxmamışdan əvvəl Rəvan bükümlərin içərisində narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Bundan sonra masanın üzərinə baxış keçirilən zaman narkotik vasitələr aşkar edilib götürülmüşdür. Baxış zamanı Rəvan bunlardan başqa da evdə narkotik vasitə olmasını bildirib həmin otağın pəncərəsinin qarşısından bir ədəd sellofan torbanı da təqdim etmiş, içərisində narkotik vasitə marixuana olmasını demişdir. Həmin sellofan torbanın içərisinə baxış keçirilən zaman torbanın içərisində salfet kağızları və narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitələr qablaşdırılıb götürülmüşdür. Bundan başqa üzərində heroin izləri olan lampa, 02 ədəd 1 manatlıq əskinaz, 01 ədəd kağız parçası və 01 ədəd folqa kəsiyi digər bir ədəd kağız zərfdə müstəntiq tərəfindən qablaşdırılmış, müvafiq qaydada möhürlənib götürülmüşdür. Verilən suallara cavab olaraq Rəvan yaşadıqları evdən aşkar olunmuş maddələrin narkotik vasitə və psixotrop maddələr olduğunu, həmin maddələri 26 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində yaşadıqları evin həyətində Təqsirləndirilən şəxs2 adlı şəxsdən ümumilikdə 250 manat pula aldığım bildirmişdir. Lakin o, heç vaxt Rəvanın qanunsuz əməllərində iştirak etməmiş, heç vaxt Rəvanın narkotik vasitə almasında, satmasında iştirak etməmişdir. Baxışdan sonra o, polis əməkdaşları ilə birlikdə Xudat PB-nə getmişdir. Orada şübhəli şəxs kimi tutulmuş və ona müdafiəçi təqdim edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir, şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuş ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra o, üzərində narkotik vasitə və yaxud psixtrop maddə olmadığını bildirib əynində olan şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra şəxsi axtarışda iştirak edən xanım tərəfindən üzərinə baxılmış, şəxsi axtarış zamanı üzərindən hər hansı bir əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı o, bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona narkotik vasitə satan Humay adlı şəxslə onun istifadəsində olan Redmi markalı mobil telefonla əlaqə saxlamış, həmin mobil telefonda Təqsirləndirilən şəxs1 Humay adlı şəxslə danışmasına dair mesajlar və səs yazmalar vardır. Bu sözləri dedikdən sonra mobil telefona 0852 rəqəmlərini yazaraq parolunu açdıqdan sonra qeyd olunan mesajları və səs yazmalarını göstərmiş və təqdim etmişdir. Humayla onun telefonula Rəvan özü danışmış, çünki Rəvanda smartfon tipli telefon olmamış, həmin smartfonu da Rəvan özü ona almışdır. Buna görə həmin telefonu istifadə etməsinə heç vaxt etiraz edə bilməmiş. Lakin o, heç vaxt Humay ilə narkotik vasitə barəsində danışmamış, heç bir söhbət etməmişdir. O, Təqsirləndirilən şəxs1 qanunsuz əməllərində heç vaxt kömək etməmiş, o, özü ümumiyyətlə narkotik vasitə də qəbul etməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə baş əməliyyat müvəkkili Şahid1 "əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi haqqında 28 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofan büküm və bir ədəd qəbz çıxarıb masanın üzərinə qoyur, bunlardan başqa üzərində hər hansı bir əşya olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən başqa əşya aşkar olunmur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli sellofan torba açılıb içərisinə baxılan zaman bükümün içərisində toz halında, qəhvəyi rəngli maddənin olması müəyyən olunur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni də 26 sentyabr 2023-cü il tarixdə digər narkotik vasitələrlə birgə Təqsirləndirilən şəxs2 aldığını, ümumilikdə həmin narkotik vasitələr üçün Təqsirləndirilən şəxs2 250 manat pul verdiyini, həmin pulun 75 manatı Təqsirləndirilən şəxs2 istifadəsində olan karta köçürdüyünü, üzərindən aşkar olunmuş qəbzin də həmin köçürmənin qəbzi olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş, içərisində narkotik vasitə heroinə bənzər maddə olan sellofan büküm müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb və möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd qəbz iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 üzərinə şəxsi axtarış keçirilməsi haqqında 28 sentyabr 2023cü il tarixli protokoldan görünür ki, Şahid4 üzərindən narkotik vasitə və yaxud psixtrop maddə aşkar edilməmişdir. Şahid4 əynində olan şalvarın sağ yan cibindən bir ədəd “Xiaomi Redmi” markalı mobil telefonu çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Şahid4 bildirmişdir ki, birgə yaşadığı Təqsirləndirilən şəxs1 Humay adlı şəxslə ona məxsus Redmi markalı mobil telefonla əlaqə saxladığını, həmin mobil telefonda Təqsirləndirilən şəxs1 Humay adlı şəxslə danışmasına dair mesajlar və səs yazmalar olduğunu bildirib mobil telefondakı mesajları və səs yazmalarını göstərmiş və təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi haqqında 28 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, narkotik vasitə və yaxud psixotrop maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs1 narkotik vasitə olduğunu bildiyini, həmin narkotik vasitəni Rəvanın xahişi ilə bir gün evinin həyətində saxladığını, daha sonra özünə qaytardığını, lakin narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 04 oktyabr 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən aydın olur ki, telefonun fotoşəkillər bölümünə daxil olduqda orada 2 ədəd ekran görünütüsü (screenshot) fotoşəkli aşkar edilmiş, həmin fotoşəkillərin məzmununa baxan zaman məlum olmuşdur ki, Humay adlı kontakta göndərilən mesajların mətnində “iki dene das, üç dene kola. 2 saata pullar sendedi” sözləri yazılmışdır. Müvafiq olaraq cavab mesajında “yaxşı tamam” sözləri yazılmış, habelə bir neçə dəfə səsli mesajlar göndərilmişdir. Bundan basqa mesajlardan qörünür ki, “Humay” adlı kontaktdan “ay rəvan pul noldu” məzmununda mesaj gəlmişdir. Növbəti fotoşəkildən görünür ki, “Humay” adlı şəxsə “pul verəcəm get işini gör gəl yenə verəcəm axsam. 5 yox 6 kola ver, 4 das, ikisi də eyni qurtarsın deyə” məzmununda mesajlar göndərilmişdir. Cavab olaraq isə Humay adlı kontaktdan “hə” mesajı göndərilmiş, habelə bir neçə səsli mesajlar da mövcuddur. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5123 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 (imza)...” sözləri olan 1№-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 12,938 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2№-li zərfdə ümumilikdə 11 ədəd bükümdə (7 ədəd gümüşü rəngli kağız kəsiyi bükümləri + 3 ədəd şəffaf sellofan büküm + 1 ədəd kağız kəsiyi büküm) ayrı-ayrılıqda təmiz çəkiləri 0,018 qr., 0,015 qr., 0,022 qr., 0,019 qr., 0,014 qr., 0,017 qr., 0,022 qr., 0,137 qr., 0,143 qr., 0,112 qr., 5,697 qram ümumi təmiz çəkisi 6,216 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,031 qr., 0,097 qr., 0,160 qr., ümumi təmiz çəkisi 0,288 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir, 3 №-li zərfdə iki ədəd bükülərək boru şəklinə salınmış bir manatlıq əskinas, bir ədəd falqa kəsiyində narkotik vasitə heroinə məxsus izlər vardır, bir ədəd şüşə lampada psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamış, iz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Bir ədəd ağ rəngli kağız kəsiyində narkotik vasitə, psixotrop maddələrə məxsus izləri aşkar edilməmişdir. 1 və 2 №-li zərfdəki narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 19,154 qramdır. Metamfetamin ümumi təmiz çəkisi- 0,288 qr., tədqiqata sərf edildi- 0.100 qr., qalıq 0,188 qram. Heroinin təmiz çəkisi-19,289 qr., tədqiqata sərf edildi- 0,100 qr., qalıq-19,054 qr. Məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-7A1362 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “LD” siqaret qutusunda təmiz çəkisi 0,49 qram, yeddi ədəd kağız və sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,29 qram, 0,67 qram, 0,25 qram, 0,53 qram, 0,32 qram, 0,56 qram, 0,31 qram və bir ədəd sollafan torbada təmiz çəkisi 24,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 27,42 qramdır. Tədqiqat təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qurudulmuş marixuananın ümumi təmiz çəkisi- 27,42 qr.. tədqiqata sərf edildi- 0,18 qr., qalıq 27,24 qram. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “Maddi sübut kimi tanıma haqqında” 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, 19,054 qram qalıq heroin, 0,188 qram qalıq metamfetamin, 27,24 qram qalıq narkotik vasitə qurudulmuş marixuana, heroinə məxsus izlər olan iki ədəd bir manatlıq əskinas və bir ədəd falqa kəsiyi saxlanmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 6916 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 7411 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Xaçmaz rayonu İcra hakimiyyəti başçısının Xudat şəhəri İƏD nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Xaçmaz rayonu Çarxı kəndində qeydiyyatda olmaqla Xudat şəhəri 1-ci şöbə adlanan küçədə ailə üzvləri-anası və qardaşı ilə birlikdə yaşayır. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Xaçmaz rayonu İcra hakimiyyəti başçısının Xudat şəhəri İƏD nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3- də qeydiyyatda olmaqla faktiki olaraq ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri 1-ci Şöbə adlanan ərazidə yaşayır. Ailə tərkibi qızı xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 ibarətdir. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının aşağı həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxslərin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs1 saxlanıldığı gün üzərində cəmi 0,8 qram narkotik vasitə olması, ittiham aktında qeyd olunan narkotik vasitələrin ona məxsus olmaması, ittihamı aöırlaşdırmaq məqsədilə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, psixi və fiziki təsir altında olduğu üçün saxlanıldığı gün evə və üzərinə baxış keçirilməsi zamanı, həmçinin ilkin ifadəsində həmin narkotik vasitələrin özünə məxsus olması və başqa şəxslərə satmaq məqəsdilə Humay Talıbovadan alması barədə göstərdiyi xüsusatlar, həmçinin Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmaması, evə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs1 məxsus olan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri Rəvana satmaması, ümumiyyətlə narkotikin satışı ilə məşğul olmaması barədə göstərdiyi xüsusatlar təqsirləndirilən şəxslərin özlərini müdafiə xarakteri daşımaqla həqiqəti əks etdirmədiyini bildirir. Məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdiyi ifadələr işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs1 tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Talib qızı barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, məhkəmənin hazırlıq iclasında onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmə iclaslarına gəlməkdən yayındığı üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat dayandırılmışdır. Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş məktub və “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 10 sentyabr 2024-cü il tarixdə Xaçmaz rayonu Xudat şəhəri ərazisində saxlanılaraq Xaçmaz RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlandığı 9 ay 11 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Cəza çəkmə müddətinin başlanğıcı 10 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 Talib qızında narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına saxlanılan heroinin ekspertiza tədqiqatından sonra qalan 19,054 qram qalığı, metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,188 qram qalığı, qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 27,24 qram qalığı və narkotik vasitə heroinə məxsus izlər olan iki ədəd bir manatlıq əskinas və bir ədəd falqa kəsiyi məhv edilməli, 2 ədəd DVD disk və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 153 manat (yüz əlli üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 76 manat 50 qəpik və Təqsirləndirilən şəxs2 Talib qızından 76 manat 50 qəpik tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 28 sentyabr 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlandığı 9 ay 11 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 4 il 8 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın Cəza çəkilməsinin əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına saxlanılan heroinin ekspertiza tədqiqatından sonra qalan 19,054 qram qalığı, metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,188 qram qalığı, qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 27,24 qram qalığı və narkotik vasitə heroinə məxsus izlər olan iki ədəd bir manatlıq əskinas və bir ədəd falqa kəsiyi məhv edilsin. 02 ədəd DVD disk və bir ədəd ödəniş qəbzinin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 153 manat manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 76 manat 50 qəpik və Təqsirləndirilən şəxs2 76 manat 50 qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar