Məhkəmə qərarları › İş №1(124)-504/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-504/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-504/2025 11.02.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X7 Nizami oğlunun sədrliyi, X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə məhkum olunaraq məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə-Sovxoz adlanan ərazidə nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəsasının çəkilməmiş qalan hissəsinin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə adı istintaqa “Səccad” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin şəxslərin qabaqcadan bildirilmiş ünvanda gizlədərək saxladıqları külli miqdarda 10 kiloqram 350 qram çəkidə qurudulmuş marixuananı deyiləcək yerlərə yerləşdirmək üçün istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edərək yol vərəqəsi əsasında idarə etdiyi “Changan” markalı **-YE-*** dövlət nömrə nişanlı avtomobildə gizlədib daşımaqla saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 31 iyul 2025-ci il tarixdə saat 23:15-də Abşeron rayonu, Bakı-Quba magistral yolunun 11-ci kilometrliyində idarə etdiyi avtomobilin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq həmin tarixdə saat 23:19-dan etibarən yol vərəqəsi əsasında idarə etdiyi “Changan” markalı **-YE-*** dövlət nömrə nişanlı avtomobilə özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı avtomobilin arxa oturacağının üzərində olan bir ədəd narıncı rəngli sintetik torbanın içərisindən on ədəd üzəriləri skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1130 qram, 1075 qram, 1075 qram, 990 qram, 1010 qram, 1005 qram, 1010 qram, 1000 qram, 1045 qram, 1010 qram olmaqla ümumi təmiz çəkisi 10350 qram olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, narkotik vasitəni Xocahəsən yolundan götürmüşdür. Xırdalan yolu ilə hərəkət edən zaman DYP əməkdaşları onu saxlamışdır. Daha sonra Baş İdarənin əməkdaşları ona yaxınlaşmış və avtomobilə baxış keçirmişlər. Avtomobildən narkotik vasitə aşkar edilmişdir. İttiham aktında göstərilən miqdar narkotik vasitə aşkar edilmişdir. İttiham aktında göstərilən tarix, yer və saat düzgündür. Bakı-Quba magistral yolunun Xırdalan şəhəri yaxınlığında saxlanılmışdır. 23:15 radələrində saxlanılmışdır. Narkotiki iranlının dediyi yerlərə qoymaq məqsədi ilə götürmüşdür. Səccad adlı şəxs olmuşdur. Həmin xidmətinin qarşılığında yeddi min manat pul ona veriləcəkmiş. Əməlindən çox peşmandır. İstintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir. 7000 manat pul verməli olmuşdur. Avtomobildən aşkar edilən narkotik ona aid olmuşdur. Ona əvvəl qolbaq cəzası vermişlər. Daha sonra həbs olunmuşdur. 10 may tarixdə həbsdən azad olunmuşdur. Qolbaq cəzasının şərtlərini pozduğu üçün onu həbs etmişlər. İran vətəndaşı ilə bağlı telefonunda aşkar edilən səs yazıları ona məxsusdur. O, aradabir narkotik istifadə etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş X1 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə bağlı tanımışdır. Əvvəllər şəxslə tanışlığı olmamış və həmin şəxs barəsində əvvəllər ona heç bir məlumat daxil olmamışdır. 31 iyul tarixdə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri özü olmuşdur. Qrup iştirakçısı ilə birlikdə Bakı-Quba magistral yolun Xırdalan şəhəri istiqamətində keçən hissəsində şəxsə yaxınlaşmışlar. Özlərini təqdim etmişlər. Şəxsin üzərinə baxış keçirmişlər. Şəxsin üzərindən heç bir şey aşkar edilməmişdir. Şəxs özü avtomobildə narkotik olduğunu demişdir. Avtomobilə baxış keçirmişlər. Avtomobildən 10 büküm narkotik vasitə yəni marixuanaya bənzər maddə aşkar olunmuşdur. Yerindəcə sənədləşdirilmə olmuş və şəxs İdarəyə dəvət olunmuşdur. Həmin vaxtı narkotiki iranlıdan əldə etdiyini demişdir. Hər bir bükümə münasibətdə isə iranlı ona 700 manat pul verəcəyini bildirmişdir. İstintaq zamanı vermiş olduğu ifadəni təsdiq etmişdir. Şəxsə qarşı heç bir zor tədbiq edilməmişdir. Şəxs özü könüllü olaraq onlarla gəlmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid2 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Cavadı bir neçə ildir ki, tanıyır, Cavadla həmkəndli, həmçinin də qonşu olmuşdur. Aralarında dost münasibəti vardır. Cavad taksi kimi fəaliyyət göstərir və bu cür də pul qazanıb dolanırmış. Mahiyyəti üzrə bildirmişdir ki, hadisə baş verən gün səhər təxminən saat 12 radələrində o, Cavadla görüşmüş və onlar birlikdə Cavadın idarə etdiyi avtomobillə şəhərdə bir neçə yerdə olmuşlar. Gedəsi yeri olmadığı üçün Cavadla şəhərdə bir neçə saat gəzişmişdir. Axşam saatları imiş ki, Cavadın telefonuna zəng gəlmiş və Cavad Yasamal rayonu ərazisinə getməli olduğunu demişdir. Ona demişdir ki, tələsik işi var. Onlar həmin vaxt ona tanış olmayan yerdə olduqlarından Cavada demişdir ki, onu tanıdığı yaxın bir yerdə düşürtsün. Özü də işlərini dalınca getsin. Lakin Cavad tələsdiyini, buna vaxt olmadığını deyib maşını həmin ünvana sürmüşdür. Ona demişdir ki, bir dostu rayondan pay göndərib, təcili gedib götürmək lazımdır, həmin adam isə harasa getməlidir deyə tələsir. Onlar xeyli yol qət etmişlər və Cavad maşını avtomobil magistral yolunun kənarında saxlayıb özü maşından düşmüşdür. Demişdir ki, tez bir zamanda həmin şəxslə görüşüb payı götürüb gəlir. O isə maşında qalmışdır. Təxminən 5 dəqiqə sonra Cavad maşına qayıtmış, əlində bir ədəd torba var imiş. Torbanı da maşının arxa oturacağının üzərinə qoymuşdur. Onlar həmin yerdən aralanmış və bir qədər irəliləmişlər ki, Cavad siqaret çəkmək istədiyini bildirmiş və maşını yolun kənarına çəkmişdir. Maşını saxlayaraq Cavad maşından düşmüş, o da Cavadın dalınca maşından çölə çıxmışdır. Təxminən 3-4 dəqiqə sonra onlara mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib Cavadın narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını qeyd edib videoçəkilişlə üstlərini yoxlamağa başlamışlar. Həmin vaxt polis əməkdaşları təklif etmişlər ki, üzərilərində qanunsuz əşya və ya maddə varsa təqdim etsinlər. Bu təklifdən sonra Cavad üzərində olan mobil telefonu, nağd pulu və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra Cavadın üstü yoxlanılmış, hər hansı bir kənar əşya və ya predmetə rast gəlinməmişdir. Cavadın mobil telefonu ilə şəxsiyyət vəsiqəsi götürülmüş, nağd pul isə özünə qaytarılmışdır. Bundan sonra növbə ilə ona təklif edilmişdir ki, üzərində qanunsuz maddə varsa təqdim etsin. O da üzərində olan bir ədəd mobil telefonu təqdim etmişdir. Həmin telefon da ona izah edilməklə götürülmüşdür. Daha sonra Cavadın avtomobilinə baxış keçirilmişdir. Bu vaxt Cavad avtomobilin arxa qapısını açaraq oturacağın üzərində olan torbanı çıxarıb təqdim etmişdir. Həmin torba açıldıqda içərisindən on ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamalar ayrılıqda açılaraq içərisində keçirilən baxış zamanı hər birinin içərisindən açıq yaşıl rəngli maddə kütlələr aşkar edilmişdir. Sonra həmin kütlələr torbaya yığılaraq elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Cavad həmin maddələr barədə sorğu edilən zaman bildirmişdir ki, aşkar olumuş kütlələri saxlanılmamışdan əvvəl İran İslam Respublikasının tapşırığı ilə gizlədilmiş yerdən götürüb ayrı-ayrı yerlərə çatdırmalı imiş, buna görə də həmin şəxs Cavada pul verəcəkmiş və avtomobildə olan kütlələr barədə onun heç bir məlumatının olmadığını bildirmişdir. O da Cavaddan aşkar edilmiş maddələrdən xəbərsiz olduğunu, məhz həmin vaxt qeyd edilən maddələrdən xəbər tutduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları Cavadı Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, onu da həmin idarəyə dəvət etmişlər. Onlar İdarədə olarkən orada aparılmış çəkilişlə bağlı protokol tərtib edilmişdir. O da baş verənlər barədə sərbəst izahat vermişdir. Təqsirləndirilən şəxsla birlikdə hərəkətdə olduğu avtomobildən baxış zamanı aşkar olunaraq götürülmüş 10 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana barədə heç bir məlumatının olmadığını, Cavadın özünün həmin maddələri götürüb maşına qoyduğunu, Cavadın bu işlərindən xəbərsiz olduğunu, Cavadla yaxın münasibəti olsa da ona bu barədə heç bir şey demədiyini, “Səccad” adlı İran İslam Respublikasının vətəndaşını tanımadığını, ilk dəfədir ki, çəkiliş vaxtı eşitdiyini, heç vaxt narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir şey deyə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə-Sovxoz adlanan ərazidə nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin idarə etdiyi Changan markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilində külli miqdarda narkotik maddə gizlətməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə-Sovxoz adlanan ərazidə nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ümumilikdə külli miqdarda 10,350 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BNMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunan. ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə-Sovxoz adlanan ərazidə nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin idarə etdiyi Changan markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilində külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün, 31 iyul 2025-ci il tarixdə. Saat 23:15 dəqiqədə Abşeron rayonu, Bakı-Quba magistral yolunun 11-ci kmliyində, idarə etdiyi Changan markalı ** YE *** nömrəli avtomobilin yaxınlığında. Şahid2 yanında saxlanılaraq, üstü yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd mobil telefon və 1 ədəd şəxsiyyət vəsiqəsi götürülmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi Changan markalı ** YE *** nömrəli avtomobilinə baxış keçirilmiş və avtomobilin arxa sağ oturacağın üzərindən 1 ədəd kisənin içərisindən 10 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd kisədə qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs BNMİ-yə gətirilmişdir.Təqsirləndirilən şəxs saxlanılan zaman yanında olan Şahid2 BNMİ-yə dəvət edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkilişlər DVD-yə qeyd olunmuşdur. 01 avqust 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin idarə etdiyi “Changan” markalı, **-YE-*** qeydiyyat nişanlı avtomobildə külli miqdarda narkotik vasitələr gizlətməsi barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 31 iyul 2025-ci il tarixdə Abşeron rayonu, Bakı- Quba magistral yolunun 11-ci kilometrliyində idarə etdiyi “Changan” markalı 90-YE- 024 nömrə nişanlı avtomobilin yanında saxlanılaraq həmin avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa oturacağının üzərində olan bir ədəd torbanın içərisindən on ədəd bağlamada ümumilikdə 10 kq 350 qram çəkidə külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 01 avqust 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin idarə etdiyi “Changan” markalı, **-YE-*** qeydiyyat nişanlı avtomobildə külli miqdarda narkotik vasitələr gizlətməsi barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 31 iyul 2025-ci il tarixdə Abşeron rayonu, Bakı-Quba magistral yolunun 11-ci kilometrliyində idarə etdiyi “Changan” markalı **-YE-*** nömrə nişanlı avtomobilin yanında saxlanılaraq qeyd edilən avtomobilə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş on ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana bir ədəd torbada qablaşdırılaraq aidiyyəti üzrə təqdim edilmiş və həmin kütlələrə BNMİ-də baxış keçirildikdən sonra yenidən qablaşdırılaraq möhürlənmişdir. 08 sentyabr 2025-ci il tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Redmi” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastik-şüşə gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin tətbiqin “söhbətlər” bölməsinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuş, həmin yazışmaların içərisində adı kontaktlar siyahısında qeyd edilməmiş +**********27 saylı İran İslanı Respublikasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin (A) Təqsirləndirilən şəxs (B) 31 iyul 2025-ci il tarixdə səhər saat 12:46-dən etibarən aralarında olan danışıq aşağıdakı qaydada aparılmışdır: A: “salam qaqa, vəziyyət necədir? Mənə bir dənə zəng et də... ” (səs yazısı) B: "Qaqa, axşam gec gəldime, Allaha and olsun, maşınımı saldılar ştrafnoya...gec gəldim, ona görə...səhərə yaxın gəlmişəm evə...özün yaxşısan? Canın başın? ” (səs yazısı) A: “...gecə nə gəzirsəne çöldə-bayırda? Qailar da saxlaya səni... ” (səs yazısı) C: “...indi gedib götürəcəm, narahat olma, sənin işini də yoluna qoyacam” (səs yazısı) A: “...sən qəti sözünü mənə denən də, qalıb-qalıb axşam üstü 7-8-də mənə demə ki, qardaş mən getmirəm, bu başdan sən de mən işimi bilim...sən vəsiqəni atmalısan mənə, bunları mənə de, getməsən də, getsən də, qəti bir sözünü de mən işimi bilim ” (səs yazısı) B: “Yaxşı qaqa...deyəcəm sənə..İnşallah gedərəm, narahat olma, bir dənə mən də prosta bir-iki iş var, onları yoluna qoyum sonra yığacam rahat danışaq...prosto bir dənə deyirəm də yenə sənə, malın çoxluğundan ehtiyat edirəm ki...bir dənə çoxluğuna görə, belə bir kilo, iki kiloya göndərsən bu dəqiqə qaça¬qaça gedərəm, prosto 10 kilo bir az adam qorxur e, söhbət o dur...məsuliyyəti var e bunun, ona görə deyirəm, belə amma narahat olma da, mən götür-qoyumu edib xəbər edəcəm sənə ” (səs yazısı) A: “onun nə qorxusu varki? Bir dənə onu mənə açıq de görüm, nə qorxusu varda? Nədən qorxursan? Tez denən də, sən dünəndən mən qəti bir söz demirsən, bir dənə qəti bir söz de, başın dönüm sənin ” (səs yazısı) B: "Götürəcəm qaqa, götürəcəm narahat olma ” (səs yazısı) A: “Qardaş, bax nəyə deyirsən mən and içirəm, mənim işim tər-təmizdir, həm orda ki, ünvan qoyulacaq, o sarıdan and içirəm, həm öz sarımdan and içirəm ki, qaqa, yəni ömür boyu bir problem ola bilməze, mən sənə deyirəm ki, əl-ələ verək kişi kimi iş görək, sən də qazan, mən də. Sən mənim əlimdən qazan, mən də sənin əlindən, burda nə vardır ki, ay brat? ” (səs yazısı) B: "Heçnə, qardaşım, yaxşı, necə deyirsən elə olsun” (səs yazısı) Həmin tarix saat 19:58-dən etibarən aralarında olan danışıq aşağıdakı qaydada aparılmışdır: A: “Salam qaqa, vəziyyət necədir? Qaqa, nə oldu bəs başına dönüm? Məndə set yox idi, gəldim indi seti düzəltmişəm, nə oldu bəs, mənə bir söz denən də...qardaşım, dedim, sizin saatla saat 10-da şəkil-копит atılacaq da, özü də ərazini Yasamal saldı, nə qədər yolun olar Yasamala getsən? ” (səs yazısı) B: “Yasamala mənim bir saatdan çox yolum var, qardaş ” (səs yazısı) A: "Onda, başına dönüm,birazdan çıx da, çıx Yasamala sarı, bir də, o vəsiqəni at mənə, qaqa” (səs yazısı) B: "Yaxşı qaqa...yaxşı ” (səs yazısı) A: “...gör nə deyirəm, birinci ehtiyatlı ol, heç kün bilməsin bu işi, götürdün gəldin evə, bir dənə yerə düzəcəksən, qardaş, şəkil verəcəksən, sonra da bir-bir üç dənə ünvan verəcəksən mənə, sonra mən sənə 2500 pul vur acam artıqlaması ilə” (səs yazısı) B: "Yaxşı qaqam...narahat olma, öpürəm...qaqa, bilirəme o işləri, gələndən sonra görüntülü yığmalıyam, sənə göstərməliyəm, işləmişəme deyirəm, yəni sən əmin əllərdəsən, spesialistin əllərinə düşmüsən ” (səs yazısı) A: "...mən onu qoydururam, özün də bilirsən də, and olsun Allaha, maşınımı satıb bu hərəkəti etmişəm..niyə? çünki çoxdandı dayanmışdım” (səs yazısı) B: "Narahat olma da qaqa, narahat olma, olmadı ki, deyirəm ki, vsyo da əmin əllərdəsən indi vəsiqəni atacam sənə, səbrli ol... ” (səs yazısı) şəxsiyət vəsiqəsinin fotogörüntüsünü yollayır A: "Yaxşı qaqa, çıx da tez qardaşımsan ” (səs yazısı) C: "Qaqa çıx deyirsəne, nə deyirsən mən edirəm, onda sən də bir dənə şəkil onlardan al at mənə görüm də...” (səs yazısı) A: "Qaqa, sən çıx ora, başına dönüm, sən çıx, şəkil-konum gələndə atacam sənə, xoşladın get, xoşlamadın geri qayıt da, burada nə varki? ...sənyubanma” (səs yazısı) B: "Yaxşı qaqa, yaxşı, gedirəm, yoldayam ” (səs yazısı) A: "Taksi ilə getmə ha, başına dönüm, öz maşının var idi? ” (səs yazısı) B: "Ay qaqa, sən məzələnirsən mənimlə? Sənin başına dönərəm, taksi nədi? Eşidirsən? mən taksi ilə 10 qram malın dalınca getməmişəm indiyənə kimi, qardaş canı, mən şükür Allaha həmişə öz maşınım olub...rahat ol da sən, mən bir dənə onu gətirənə kimi ürəyim mənim bir dənə xırp edir də yəni, onu gətirəndən sonra vsyo da hər şey məndədir, Allaha and olsun. Ondan sonra daha elə bil ki, sən dünyanı alma da vecinə, indi söhbət indidən gedir ki, bir dənə mən onu gətirənə kimi narahatam da elə bil, gətirim narahat olmayacam ” (səs yazısı) A: "Qaqa 10 dəqiqədən sonra şəkil-konum atacam” (səs yazısı) 12 dəqiqə sonra magistral yolunun kənarında quraşdırılmış reklam lövhəsinin altına işarə qoyulmuş fotogörüntü yollayır. "qaqa, bir dənə şəkilə bax tez çıx da tez” (səs yazısı) B: "Baxdım qaqa, baxdım...haradır bura? ” (səs yazısı) A: "Çatanda mənə de, deyim konıımu da atsınlar da, qardaş ” (səs yazısı) Düz yolun qırağıdır, əlini atsın götürsün B: "Qardaşım, mənim məsafəm az qalıbe, Yasamala, sən konumu da at ki, mən baxım yollar çoxdur da, sağdan-soldan, mən bilim haradan necə gedirəm, götür- qoyumu edim indidən ” (səs yazısı) A: naməlum ünvanın “Google.map” üzərindən koordinatlarını yollayır; "Qaqa, bu da копит, götürdün mənə okey ver, bir də mənə копит at, görüm nə qədər yolun var? ” (səs yazısı) B: "Ay qaqa, bu Yasamal deyil axı, Xocasən yoludure, sənin başına dönərəm, gedirəm, yaxşı...20 dəqiqə yolum var hələ... 16 kilometrdir buradan ora ” (səs yazısı) A: Nə oldu qaqa? Bundan başqa, Təqsirləndirilən şəxs həmin mobil telefon tətbiqi vasitəsilə adı kontaktlar siyahısında qeyd edilməmiş +**********24 saylı İran İslam Respublikasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında boş danışıq dialoq pəncərəsinin olması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli GQ-2- 442-364-2025 saylı məktubla müşayiət olunan 01 ədəd diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və 070-803- 02-06 saylı mobil telefon nömrələrinə aid 02 avqust 2024çü il tarixdən 02 avqust 2025- ci il tarixədək olan məlumatlara keçirilmiş baxış zamanı iş üzrə istintaq əhəmiyyəti kəsb edən hal aşkar olunmamışdır. 01 avqust 2025-ci il tarixli 7/1027 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi **-YE-*** d.q.n. avtomobildən götürülmüş kütlə” yazılar və imzalar olan narıncı rəngli sintetik torbada 10 ədəd üzərləri skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda ayrı- ayrılıqda təmiz çəkiləri - ИЗО qram, 1075 qram, 1075 qram, 990 qram, 1010 qram, 1005 qram, 1010 qram, 1000 qram, 1045 qram, 1010 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 10350 qramdır. Təqdim olunmuş 10 (on) ədəd qara rəngli sellofan bağlamalarda olan marixuanalar tərkiblərinə görə eynidir. xx.xx.2025-ci il tarixli 5053 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə əvvəllər narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edib. Onda müayinə zamanı Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli hökmlə təyin edilmiş cəzanın çəkilməmiş 05 ay 05 gün hissəsi 02 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2025-ci il tarixli, 5(005)-1814/2025 saylı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, ********* nömrəli cinayət işi Q. İ ***-***-**-** və ***-***-**-** saylı "xxxx" MMC mobil rabitə şəbəkəsinə məxsus telefon nömrələrinin sahibinin tam anket məlumatları, 02 avqust 2024-cü il tarixdən 02 avqust 2025-ci il tarixədək bu nömrəyə daxil olan və çıxan zənglərin siyahısı, bu telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnlərinin məzmunu, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqların və məlumatların "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə aşağıdakı məzmunda əməliyyat tapşırığı verilmişdir: - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələrin mənbəyinin müəyyən olunması istiqamətində tədbirlər keçirilsin; - Təqsirləndirilən şəxs ifadələrində qeyd edilən adı istintaqa "Səccad” kımı məlum olan İran İslam Respublikasının vətəndaşının müəyyən olunması istiqamətində tədbirlər keçirilsin; - Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməsi halının müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsin; - Təqsirləndirilən şəxs narkotik vasitələri pul müqabilində sonradan ona deyiləcək şəxslərə çatdırması məqsədi ilə qanunsuz əldə edib saxlaması ehtimalını nəzərə alaraq həmin maddələri sonradan kimə, harada və hansı şəraitdə satması xüsusatlarının müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsin və şahid dairəsi müəyyən edilsin; - Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulu ilə bağlı əlaqələri yoxlanılsın; - Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi ehtimalı əməliyyat yolu ilə yoxlanılsın, - Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması yoxlanılsın. xx.xx.2025-ci il tarixli BNMİ-yə verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş məktubun məzmunundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri satış məqsədilə qanunsuz ticarət dövriyyəsində birgə əlaqəsi olan və fəaliyyət göstərdiyi İran İslam Respublikasının vətəndaşı olan "Səccad" adlı şəxsin vasitəsilə əldə etməsinə, "Səccad" adlı şəxsin həmin narkotik vasitələri cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdiyinə, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatlar əldə edilmişdir. Bununla belə, tapşırıqda adı qeyd edilən Şahid2 narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı müəyyən edilməmişdir. "Səccad" adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli, 1(008)-169/2022 saylı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 03(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanıldığı 01 (bir) ay 17(on yeddi) gün azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq, alınan 03(üç) ay 04(dörd) gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmış və üzərində 02(iki) il 08(səkkiz) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx.xx.2024-cü il tarixli, 7(008)-219/2024 saylı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-169/2024 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 (beş) ay 05 (beş) gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 02 (iki) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir. İş materiallarında olan sənədlərdən, o cümlədən daxil olmuş raport və tərtib edilmiş protokollardan görünür ki, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə-Sovxoz adlanan ərazidə nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq videoçəkilişdən istifadə edilməklə yol vərəqəsi əsasında idarə etdiyi avtomobilinə baxış keçirilmişdir. Keçirilən baxış zamanı onun əsasında idarə etdiyi avtomobilindən bir ədəd narıncı rəngli sintetik torbanın içərisindən on ədəd üzəriləri skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş maddələr qablaşdırılıb möhürlənərək məhkəmə-bioloji ekspertizasına təqdim olunmuş və müvafiq ekspertiza rəyi ilə həmin maddələrin tərkibi və çəkisi təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə videoçəkiliş ilə aparılmış baxış, habelə narkotik vasitələrin aşkar edilərək götürülməsi zamanı cinayət-prosessual qanunvericiliyin müddəalarına riayət olunmuşdur. Bu səbəbdən, Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən, ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş sübutlar mötəbər və əsaslı hesab edilməlidir. Məhkəmə, mobil telefona baxış keçirilməsi haqqında protokoldan təqsirləndirilən Təqsirləndirilən şəxs iranlı Səccad adlı şəxslə “Whatsapp” mesajlaşma proqramı vasitəsilə yazışmalarına və onun özünün vermiş olduğu etirafedici ifadəsinə əsasən onun qabaqcadan razılaşaraq iranlı şəxsin birbaşa tapşırığı və nəzarəti ilə bu əməli törətməsi qənaətinə gəlmişdir. Yəni Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadələri, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları və məhkəmə istintaqı zamanı elan olunmaqla araşdırılmış ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cəza təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2010-cu il tarixli, 2 nömrəli Qərarının 13-cü bəndinə müvafiq olaraq, cinayətlərin residivi yalnız şəxsin məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyi halda mövcud olur. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzaına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarına əsasən hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əvvəlki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının sonradan məhkəmə qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi faktı yeni cinayət törədilməsi demək deyildir. Cəzanın bu qaydada əvəzlənməsi hökmün icrası qaydasında həll edilən məsələ olduğundan və yeni cinayət tərkibi yaratmadığından, bu hal cinayətlərin residivinə səbəb ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin əməlində cinayətlərin residivi mövcud deyil. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarından görünür ki, CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. CM-in 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal hesab edilən bu və ya digər hal (məsələn, cinayətin ağır nəticəyə səbəb olması) təqsirləndirilən şəxsə istinad edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi göstərilmişsə (məsələn, qəsdən adam öldürmə cinayətlərində zərərçəkmişin həyatdan məhrum edilməsi), hökmdə cəzanın təyin edilməsi əsaslandırılarkən təkrar cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 2019-cu il 7 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə məhkəmənin cinayətin tövsifini dəyişdirmədən ittiham aktında göstərilməyən halın (cinayətlərin residivinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alması və buna görə cəzaçəkmə müəssisəsinin növünü müəyyənləşdirməsi cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran (müəyyən olunmamışdır) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 31 iyul 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 72 (yetmiş iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınıb, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 10348 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, bir ədəd "Redmi" markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı və 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 72 (yetmiş iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınıb, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 10348 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, bir ədəd "Redmi" markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın və 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar