Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-505/2023 09.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ CİNAYƏT İŞİ ÜZRƏ İCRAATA XİTAM VERİLMƏSİ HAQQİNDA Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin hüquqi varisi –X3, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 Saylı Vəkil Bürosu vəkili X10 iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Qubadlı rayonu Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri,17-ci mikrorayon ,ev 51A, mənzil 7-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri Corat bağları 25/38D saylı bağ evində yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksininn 6 saylı məhkəmə zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və işə məhkəmədə baxılma müddətində təqsirləndirilən şəxs vəfat etmişdir. Cinayət işi və iş üzrə tərtib edilmiş ittham aktına əsasən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-nin 126.1-cı maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham irəli sürmüşdür ki, o, 21 yanvar 2023-cü il tarixdə, saat 09 radələrində Sumqayıt şəhəri, Corat bağları 25/38D sayh bağ evinin yataq otağında olan zaman keçmiş arvadı Zərərçəkmiş şəxs ilə sonuncunun ona yemək hazırlamaması səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı otaqda oturacağın üzərində olan meyvə qabından götürdüyü zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs sol əlinə 2 dəfə vuraraq ona sol saidin yuxarı-orta 1/3-nin 02 (iki) ədəd kəsilmiş-deşilmiş yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər və qarın nahiyəsinə 1 dəfə vuraraq ona nazik bağırsağın, nazik bağırsağ müqariqəsinin və böyük piyliyin kəsilmiş-deşilmiş yarası ilə müşahidə olunan, insan həyatı üçün təhlükəli və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. 31 may 2023-cü il tarixdə keçirilən məhkəmə məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkəməyə verilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxsin qardaşı X2 təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdə yaşadığı evdə ölməsi barədə məlumat daxil olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölmüş, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 Atlıxan Hüseyxan oğlunun qardaşıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmiş Təqsirləndirilən şəxs qardaşı X6 təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınaraq cinayət prosesinə buraxılmışdır. Məhkəmə gedişatında təqsirləndirilən şəxsin hüquqi varisi X6 ərizə ilə müraciət edərək, qardaşı Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı eyni əsaslarla cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini təklif etmiş,müdafiəçi isə buna razılığını ifadə etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin tərəflərin işin sonrakı hərəkəti barədə təkliflərini nəzərə alaraq, hesab edir ki, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-1-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Bu Məcəllənin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, cinayət işi üzrə təqsirləndirilən şəxs ölmüş, onun hüquqi varisi qimində tanınaraq cinayət prosesinə buraxılmış qardaşı isə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Belə olan halda, hazırki cinayət işinə xitam verilməlidir. Çünki, 321.2.1-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxır. Bununla yanaşı məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verildiyinə görə iş üzrə maddi sübut olan Sumqayıt ŞPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi 01 ədəd mətbəx bıçağı edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5, 43, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1 maddəsi ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Bu qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Sumqayıt ŞPİnin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi 01 ədəd mətbəx bıçağı məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-505/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-505/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver