Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-505/2024 24.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.4, 150.1, 29,150.2.4, 29,120.2.4 və 29,120.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 5 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il, saat 08 radələrində yaşadıqları ünvan 1 ünvanında heç kimin olmamasından istifadə edib, tiyəsinin uzunluğu 150 mm, dəstəyinin uzunluğu isə 115mm olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını əlində sarğıya bükərək birlikdə yaşadığı və münasibətləri pis olan keçmiş arvadı Zərərçəkmiş şəxs olduğu qonaq otağına gəlib, Zərərçəkmiş şəxs qarşı planlaşdırdığı cinsi əlaqə və digər seksual xarakterli hərəkətləri maneəsiz həyata keçirmək üçün əlindəki bıçağı sarğıdan çıxararaq nümayişkaranə şəkildə otaqdakı masanın üzərinə qoymuş, ardınca Zərərçəkmiş şəxs paltarlarını soyunmaq göstərişi vermiş, Zərərçəkmiş şəxs da bıçağı görərək qorxduğundan soyunub tam çılpaq vəziyyətdə dayanmış, ardınca o, da soyunaraq çılpaq vəziyyətə gəldikdən sonra Zərərçəkmiş şəxs dizi üstə çökərək cinsi akta hazır olan cinsiyyət orqanını ağzına almağı söyləmiş, Zərərçəkmiş şəxs etiraz etməsini gördükdə sonuncunu bıçaqla öldürəcəyi ilə hədələyərək ona boyun nahiyəsinin 4 ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirib cinsi orqanını ağzına soxmaqla seksual xarakterli zorakılıq hərəkəti etmiş, bu hərəkətləri davam etdirməklə yanaşı Zərərçəkmiş şəxs cinsi əlaqəyə də girməyi bildirmiş, sonuncu etiraz etdikdə masanın üzərindəki bıçağı götürüb, Zərərçəkmiş şəxs zor tətbiq edərək, sol qulaq seyvanının 1 ədəd, sol saidin 2 ədəd, sol bazunun 2 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə zorla seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə və cinsi əlaqədə olmağa cəhd etmiş, lakin Zərərçəkmiş şəxs ona qarşı olan hərəkətlərini dayandırması üçün onun xaya nahiyəsindən tutaraq var gücü ilə sıxmış və əlindən qaçmağa çalışmış, Elviranın bu hərəkətindən sonra o, daha da qəzəblənərək, sonuncunu zorlama və seksual xarakterli başqa zorakılıq hərəkətlərlə əlaqədar öldürmək niyyətilə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, onu bıçaqla vurmaması üçün qışqırıq və yalvarışlarına məhəl qoymadan, xüsusi əzab və iztirab verdiyini dərk edərək Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edən lakin daxili orqanları zədələməyən 1 ədəd, qarın boşluğuna nüfuz edərək nazik bağırsaq müsariqəsini zədələyən qarnın ön divarının 1 ədəd deşilmiş kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığa ağır zərərvurmaya aid, döş qəfəsinin ön səthinin sağ yarısının 3 ədəd, sol yarısının 2 ədəd, döş boşluğuna nüfuz etməyən, sol süd vəzisinin 4 ədəd, döş sümüyü nahiyəsinin 1 ədəd, sağ kürəküstü nahiyənin 1 ədəd, sol kürək nahiyəsinin 2 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, sonuncunun hərəkətsiz qalaraq öldüyünü düşündüyündən öz cinayətkar niyyətini başa çatdırdığını güman edərək mənzili tərk etmiş, lakin Zərərçəkmiş şəxs yaxınlarının və X9 həkimlərinin vaxtında müdaxilə edərək Zərərçəkmiş şəxs xəstəxanaya gətirməsi nəticəsində öz niyyətini başa çatdıra bilməyərək zor tətbiq etməklə, öldürmə və zor tətbiq etmə hədəsi ilə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla zorlamağa yəni, cinsi əlaqədə olmağa cəhd etmiş, zor tətbiq etməklə, habelə öldürmə və zor tətbiq etmə hədəsi ilə seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, zor tətbiq etməklə, habelə öldürmə və zor tətbiq etmə hədəsi ilə Zərərçəkmiş şəxs qarşı xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə cəhd etmiş, həmçinin xüsusi amansızlıqla, zorlama və seksual xarakterli başqa zorakılıq hərəkətlərlə əlaqədar qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2022-ci ilin dekabr ayından isə münasibətləri pisləşməyə başlamış, belə ki, həmin ərəfələrdə onun qolu sındığına görə ev şəraitində müalicə almış, tarixini dəqiq xatırlamadığı gün Elvira ilə anası Gözəl mübahisə etməyə başlamış, o, tərəfləri sakitləşdirmək üçün Elviraya ərkyanə bir dəfə şillə vurmuş, Elvira onun bu hərəkətinə qəzəblənib evi tərk edərək, atası Aydın Məmmədovun evinə getmiş, bundan təxminən 10-15 gündən sonra Elvira ata evində olarkən boşanmaq üçün Mediasiya Xidmətinə müraciət etmiş və oradan ona məktub gəlmiş, o, Elvira ilə Mediasiya xidmətinə getmiş, orada onları barışdırmaq üçün çox cəhd etsələr də Elvira qərarının qəti olduğunu və boşanmaq istədiyini bildirmiş, Elviranın fikrinin qəti olduğunu gördüyündən o, da buna etiraz etməmiş və işə Sumqayıt şəhər məhkəməsində baxılmış, boşanma prosesi gedərkən o, evdən çıxıb getmiş, Elvira uşaqlar ilə ünvan 1 ünvanında qalmış, həmin müddətdə o, Bakı şəhərində müxtəlif ünvanlarda yaşamağa başlamış, təxminən xx.xx.2023-cü il tarixdə məhkəmənin qərarı ilə o və Elvira rəsmi şəkildə boşanmış, o, uşaqları üçün darıxdığından 2023-cü ilin iyun ayından ünvan 1 ünvanına qayıtmaq qərarı almış və bu məqsədlə Elviragilin yanına gəlmiş, Elvira onu gördükdə həyacan keçirmiş, lakin o, Elviranı sakitləşdirərək nə üçün 1 şilləyə görə boşandığını soruşmuş, Elvira onunla yaşamaq istəmədiyini bildirdiyindən onların arasında mübahisə yaranmış, oğlu Şahid4 araya girərək onları sakitləşdirmiş və ondan çıxıb getməsini tələb etmiş, daha sonra oğlu onunla söhbət edərək onuncun darıxdığını bildirərək, Sumqayıt şəhərinə köçməyini xahiş etmiş, o, da oğlunun xahişini nəzərə alaraq və övladlarını tez-tez görə bilmək üçün qonşuluqda yerləşən mənzillərin birində kirayədə tək yaşamağa başlamış, övladlarının təkidindən sonra Elviranın ona qarşı münasibəti yumşalmağa başlamış, tarixini xatırlamadığı bir gün Elviranın anası X4 arıtq onu evə qəbul etməyə hazır olduğunu, lakin ilk öncə böyüklərin gələrək barışıq etmək lazım olduğunu söyləmiş, o, dayıları İlham Rüstəmov, Novruz Rüstəmov və xalası Elmira İbrahimova ilə Elviranın yanına gəlmiş, Elviradan əlavə anası Həqiqət və övladları da evdə olmuş, onlar bir müddət söhbət etdikdən sonra Elvira ilə barışıq əldə olunmuş və bundan sonra təxminən sentyabr ayından o, Elviragilin yanına qayıtmış və onlar birlikdə yaşamağa başlamış, onlar birlikdə yaşasalar da Elvira ilə ünsiyyəti olmamışdır. 18 oktyabr 2023-cü il tarixdə təxminən axşam saatlarında evə gəlmiş, evdə övladlarından və Elviradan əlavə, sonuncunun bacısı Şahid1 da evdə olmuş, o, övladlarıilə görüşsə də Elvira ilə danışmadığı üçün Elvira və bacısı ilə görüşməmiş, övladları yatdıqdan sonra o, hamam otağına keçərək duş qəbul etmiş, hamam otağından çıxıb yataq otağına keçən zaman Elviranın qonaq otağından gülüş səslərinin gəldiyini eşitmiş və bu onda maraq oyatdığından dayanıb qulaq asmağa başlamış, həmin vaxt Elviranın bacısı Esmira qonaq otağına bitişik olan yataq otağında uşaqları yatırtmaqla məşğul olmuş, Elvira isə qonaq otağında tək telefonla məşğul olmuş, bu zaman qızı Aysun Rüstəmova yataq otağından qonaq otağına gələrək Elviranın yanında dayanmış, lakin Elvira qızına təpinərək yatmağa getməyini tapşırmış, qızı getdikdən sonra Elviranın telefonuna zəng gəlmiş, Elvira həyəcanlı şəkildə bacısından telefona cavab verib verməməyi soruşmuş, bacısı Elviraya artıq boşandığını, buna görə də rahat şəkildə telefonla danışmağı söyləmiş, bundan sonra Elvira televizorun səsini artıraraq, telefona cavab vermiş, Elviranın danışığından kimləsə sevgi danışıqları apardığını başa düşmüş, evdə uşaqlar olduğundan o, əsəbini boğaraq Elviraya heç bir söz deməmiş, sakitcə öz otağına keçib yerində uzanmış, lakin yata bilməmiş, bir qədər sonra Elvira evdə təmizlik işi apararaq dəhlizə zibil torbası qoymuş, ardınca gödəkçəsini geyinərək çölə çıxmış, o, da Elviranın zibil atmağa getdiyini yəqin etmiş, lakin Elviranın kiminləsə görüşə biləcəyindən şöbhələnib eyvandan baxmış, eyvandan baxdıqda Elviranın həqiqətən də zibil etmağa getdiyini görmüş, zibil atdıqdan sonra Elvira evə qayıtmış, Elvira evə gəldikdən sonra öz yataq otağına keçmiş, o, otağında qala bilməyərək, həyətə düşmüş, ardınca əsəblərini sakitləşdirmək üçün dəniz qırağına gedərək bir qədər gəzmiş, gəzib qurtardıqdan sonra təxminən saat 05 radələrində evə qayıtmış və öz otağına keçərək yerinə uzanmış və səhərə kimi oyaq qalmışdır. Səhər təxminən saat 08-də uşaqlarının hər ikisi məktəbə yollanmış, Elviranın bacısı Esmira da uşaqlar ilə birlikdə evdən çıxıb getmiş, Elviranın saat 9-da işə getdiyini bildiyindən, işə getməmiş onunla söhbət etmək üçün yerindən durmuş, həmin vaxt əynində yalnız alt tumanı olmuş, qonaq otağına daxil olduqda Elviranın güzgünün önündə hazırlaşdığını görmüş, Elvira onu görüb anidən dayanmış, o, Elviranın saçından tutaraq pəncərə tərəfdən otağın mərkəzinə gətirmiş və düz durmasını söyləmiş, ardınca Elviradan nə üçün ona xəyanət etdiyini soruşmuş, Elvira isə ondan sübut etməyini tələb etmiş, o, Elviraya axşam telefon danışıqlarını eşitdiyini söyləmiş və telefonunu ona verməsini tələb etmiş, Elvira isə telefonu verməkdən imtina edərək, telefonu əli ilə arxasında gizlətmiş, Elviranın telefonu gizlətdiyini gördüyü üçün bir dəfə şillə vurmuş, bundan sonra Elvira telefonu ona vermiş, o, Elviraya telefona baxmağa vaxtı olmadığını bildirərək, divanın üzərinə atmış, o, Elviranın xəyanətindən əmin olmaq üçün və bədəni üzərində hər hansı bir izlərin olub-olmamasını müəyyən etmək üçün Elviraya soyunmağını söyləmiş, Elvira da paltarını soyunaraq tam çılpaq vəziyyətdə dayanmış, o, Elviranın bədəninin hər yerinə baxsa da hər hansı bir iz, göyərti və s. görə bilməmiş və Elviradan nə üçün bədənini satdığını soruşmuş, Elvira isə ona xəyanət etmədiyini bildirmiş, Elviranın bu hərəkətindən sonra o, otaqdakı masanın üzərində olan bıçağı götürərək, birinci Elviranın çiyin nahiyəsindən bir dəfə cızıq atmış və etiraf etməsini bildirmiş, Elvira isə əcəb etdiyini artıq boşandıqlarını və öz həyatı olduğunu demiş, bu sözündən sonra o, hərəkətlərini idarə edə bilməyərək, Elviranın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə kəsik xəsarəti yetirmiş, bu zaman Elvira ona müqavimət göstərməyə başlamış, onun tumanı geniş olduğundan Elvira əli ilə onun xayalarından tutaraq dartıb cırmış, bu zaman o, özünü saxlaya bilməyərək Elviranın xatırlamadığı nahiyələrinə daha bir neçə dəfə bıçaq zərbəsi vurmuş, Elvira ondan uzaqlaşaraq otaqdakı divanın üzərində əyləşmiş və mobil telefonu ilə qonşuluqda yaşayan anasına zəng vuraraq evə çağırmış, bundan sonra o, yataq otağına gedərək, paltarını geyinmiş və polisə təslim olmaq üçün evdən çıxmışdır. Yolda post patrul xidmətinin dayandığını görüb, polisə təslim olmuşdur. Elvira ilə cinsi əlaqəyə girmək istəməmiş, zorlama olmamışdır, fikri onu cəzalandırmaq olmuşdur. Elviranı öldürmək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamda özünü qismən təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuş, həmin evlilikdən biri qız, biri oğlan olmaqla iki övladı dünyaya gəlmiş, o və ailəsindən başqa anası Gözəl Rüstəmova da onlarla birlikdə ünvan 1 ünvanında yaşamış, evli olduğu müddətdə Elvira ilə aralarında xırda söz-söhbətlər olsa da ümumən münasibətləri yaxşı olmuş, təxminən 2022-ci ilin dekabr ayından isə münasibətləri pisləşməyə başlamış, belə ki, həmin ərəfələrdə onun qolu sındığına görə ev şəraitində müalicə almış, tarixini dəqiq xatırlamadığı gün Elvira ilə anası Gözəl mübahisə etməyə başlamış, o, tərəfləri sakitləşdirmək üçün Elviraya ərkyanə bir dəfə şillə vurmuş, Elvira onun bu hərəkətinə qəzəblənib evi tərk edərək, atası Aydın Məmmədovun evinə getmiş, bundan təxminən 10- 15 gündən sonra Elvira ata evində olarkən boşanmaq üçün Mediasiya Xidmətinə müraciət etmiş və oradan ona məktub gəlmiş, o, Elvira ilə Mediasiya xidmətinə getmiş, orada onları barışdırmaq üçün çox cəhd etsələr də Elvira qərarının qəti olduğunu və boşanmaq istədiyini bildirmiş, Elviranın fikrinin qəti olduğunu gördüyündən o, da buna etiraz etməmiş və işə Sumqayıt şəhər məhkəməsində baxılmış, boşanma prosesi gedərkən o, evdən çıxıb getmiş, Elvira uşaqlar ilə ünvan 1 ünvanında qalmış, həmin müddətdə o, Bakı şəhərində müxtəlif ünvanlarda yaşamağa başlamış, təxminən xx.xx.2023-cü il tarixdə məhkəmənin qərarı ilə o və Elvira rəsmi şəkildə boşanmış, o, uşaqları üçün darıxdığından 2023-cü ilin iyun ayından ünvan 1 ünvanına qayıtmaq qərarı almış və bu məqsədlə Elviragilin yanına gəlmiş, Elvira onu gördükdə həyacan keçirmiş, lakin o, Elviranı sakitləşdirərək nə üçün 1 şilləyə görə boşandığını soruşmuş, Elvira onunla yaşamaq istəmədiyini bildirdiyindən onların arasında mübahisə yaranmış, oğlu Şahid4 araya girərək onları sakitləşdirmiş və ondan çıxıb getməsini tələb etmiş, daha sonra oğlu onunla söhbət edərək onuncun darıxdığını bildirərək, Sumqayıt şəhərinə köçməyini xahiş etmiş, o, da oğlunun xahişini nəzərə alaraq və övladlarını tez-tez görə bilmək üçün qonşuluqda yerləşən mənzillərin birində kirayədə tək yaşamağa başlamış, övladlarının təkidindən sonra Elviranın ona qarşı münasibəti yumşalmağa başlamış, tarixini xatırlamadığı bir gün Elviranın anası X4 arıtq onu evə qəbul etməyə hazır olduğunu, lakin ilk öncə böyüklərin gələrək barışıq etmək lazım olduğunu söyləmiş, o, dayıları İlham Rüstəmov, Novruz Rüstəmov və xalası Elmira İbrahimova ilə Elviranın yanına gəlmiş, Elviradan əlavə anası Həqiqət və övladları da evdə olmuş, onlar bir müddət söhbət etdikdən sonra Elvira ilə barışıq əldə olunmuş və bundan sonra təxminən sentyabr ayından o, Elviragilin yanına qayıtmış və onlar birlikdə yaşamağa başlamış, onlar birlikdə yaşasalar da Elvira ilə ünsiyyəti olmamışdır. 18 oktyabr 2023-cü il tarixdə təxminən axşam saatlarında evə gəlmiş, evdə övladlarından və Elviradan əlavə, sonuncunun bacısı Şahid1 da evdə olmuş, o, övladlarıilə görüşsə də Elvira ilə danışmadığı üçün Elvira və bacısı ilə görüşməmiş, övladları yatdıqdan sonra o, hamam otağına keçərək duş qəbul etmiş, hamam otağından çıxıb yataq otağına keçən zaman Elviranın qonaq otağından gülüş səslərinin gəldiyini eşitmiş və bu onda maraq oyatdığından dayanıb qulaq asmağa başlamış, həmin vaxt Elviranın bacısı Esmira qonaq otağına bitişik olan yataq otağında uşaqları yatırtmaqla məşğul olmuş, Elvira isə qonaq otağında tək telefonla məşğul olmuş, bu zaman qızı Aysun Rüstəmova yataq otağından qonaq otağına gələrək Elviranın yanında dayanmış, lakin Elvira qızına təpinərək yatmağa getməyini tapşırmış, qızı getdikdən sonra Elviranın telefonuna zəng gəlmiş, Elvira həyəcanlı şəkildə bacısından telefona cavab verib verməməyi soruşmuş, bacısı Elviraya artıq boşandığını, buna görə də rahat şəkildə telefonla danışmağı söyləmiş, bundan sonra Elvira televizorun səsini artıraraq, telefona cavab vermiş, Elviranın danışığından kimləsə sevgi danışıqları apardığını başa düşmüş, evdə uşaqlar olduğundan o, əsəbini boğaraq Elviraya heç bir söz deməmiş, sakitcə öz otağına keçib yerində uzanmış, lakin yata bilməmiş, bir qədər sonra Elvira evdə təmizlik işi apararaq dəhlizə zibil torbası qoymuş, ardınca gödəkçəsini geyinərək çölə çıxmış, o, da Elviranın zibil atmağa getdiyini yəqin etmiş, lakin Elviranın kiminləsə görüşə biləcəyindən şöbhələnib eyvandan baxmış, eyvandan baxdıqda Elviranın həqiqətən də zibil etmağa getdiyini görmüş, zibil atdıqdan sonra Elvira evə qayıtmış, Elvira evə gəldikdən sonra öz yataq otağına keçmiş, o, otağında qala bilməyərək, həyətə düşmüş, ardınca əsəblərini sakitləşdirmək üçün dəniz qırağına gedərək bir qədər gəzmiş, gəzib qurtardıqdan sonra təxminən saat 05 radələrində evə qayıtmış və öz otağına keçərək yerinə uzanmış və səhərə kimi oyaq qalmışdır. Səhər təxminən saat 08-də uşaqlarının hər ikisi məktəbə yollanmış, Elviranın bacısı Esmira da uşaqlar ilə birlikdə evdən çıxıb getmiş, Elviranın saat 9-da işə getdiyini bildiyindən, işə getməmiş onunla söhbət etmək üçün yerindən durmuş, həmin vaxt əynində yalnız alt tumanı olmuş, qonaq otağına daxil olduqda Elviranın güzgünün önündə hazırlaşdığını görmüş, Elvira onu görüb anidən dayanmış, o, Elviranın saçından tutaraq pəncərə tərəfdən otağın mərkəzinə gətirmiş və düz durmasını söyləmiş, ardınca Elviradan nə üçün ona xəyanət etdiyini soruşmuş, Elvira isə ondan sübut etməyini tələb etmiş, o, Elviraya axşam telefon danışıqlarını eşitdiyini söyləmiş və telefonunu ona verməsini tələb etmiş, Elvira isə telefonu verməkdən imtina edərək, telefonu əli ilə arxasında gizlətmiş, Elviranın telefonu gizlətdiyini gördüyü üçün bir dəfə şillə vurmuş, bundan sonra Elvira telefonu ona vermiş, o, Elviraya telefona baxmağa vaxtı olmadığını bildirərək, divanın üzərinə atmış, o, Elviranın xəyanətindən əmin olmaq üçün və bədəni üzərində hər hansı bir izlərin olub-olmamasını müəyyən etmək üçün Elviraya soyunmağını söyləmiş, Elvira da paltarını soyunaraq tam çılpaq vəziyyətdə dayanmış, o, Elviranın bədəninin hər yerinə baxsa da hər hansı bir iz, göyərti və s. görə bilməmiş və Elviradan nə üçün bədənini satdığını soruşmuş, Elvira isə ona xəyanət etmədiyini bildirmiş, Elviranın bu hərəkətindən sonra o, otaqdakı masanın üzərində olan bıçağı götürərək, birinci Elviranın çiyin nahiyəsindən bir dəfə cızıq atmış və etiraf etməsini bildirmiş, Elvira isə əcəb etdiyini artıq boşandıqlarını və öz həyatı olduğunu demiş, bu sözündən sonra o, hərəkətlərini idarə edə bilməyərək, Elviranın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə kəsik xəsarəti yetirmiş, bu zaman Elvira ona müqavimət göstərməyə başlamış, onun tumanı geniş olduğundan Elvira əli ilə onun xayalarından tutaraq dartıb cırmış, bu zaman o, özünü saxlaya bilməyərək Elviranın xatırlamadığı nahiyələrinə daha bir neçə dəfə bıçaq zərbəsi vurmuş, Elvira ondan uzaqlaşaraq otaqdakı divanın üzərində əyləşmiş və mobil telefonu ilə qonşuluqda yaşayan anasına zəng vuraraq evə çağırmış, bundan sonra o, yataq otağına gedərək, paltarını geyinmiş və polisə təslim olmaq üçün evdən çıxmış, çölə çıxıqda o, xayasının qanadığını görmüş, polis idarəsinə gələrkən yolda xidmət aparan polisləri görmüş və onlara yaxınlaşaraq xayasını göstərib bıçaqlanma hadisəsi olduğunu söyləmiş, polislər dərhal onu avtomobilə əyləşdirib xəstəxanaya gətirmiş, yolda olarkən polislərə yoldaşı ilə bıçaqlaşdığını bildirərək ünvan 1 ünvanına X9 göndərmələrini xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirməkdə məqsədi ona etdiyi xəyanətlərə görə cəzalandırmaq olmuş, qətiyyən öldürmək fikrin olmamış, hadisəni törətdikdən sonra təslim olduğu polis əməkdaşlarına Elviranı öldürmək barədə heç bir söz deməmiş, onlara yalnız arvadı ilə bıçaqlaşdığımı söyləmiş, o, hadisəni törətdikdən sonra Elvira qonaq otağında divanın üzərində oturmuş vəziyyətdə olmuş və anası Həqiqətə zəng vurmuş, Zərərçəkmiş şəxs onun xayalarımı tutub sıxdığından o, Elviranı özündən uzaqlaşdırmaq üçün bir neçə dəfə bıçaq zərbəsi vurmuş, ilk əvvəl o, bıçağın dəstəyi ilə vurduğunu ehtimal etsə də, həyəcandan bıçağın kəsici tərəfi ilə Elviranı vurmuş, Elvira onun xayalarını sıxmağı dayandırdıqdan sonra o, da Elviranı bıçaqla vurmağı dayandırmışdır. (iş vərəqi 208-213) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 2008-2009-cu il tarixdə qohumu Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra o və Mehman Bakı şəhərində yaşamağa başlamış, bu evlikdən onların iki uşağı dünyaya gəlmiş, təxminən 9 il bundan əvvəl Mehman və o, ünvan 3 ünvanına köçmüş, Mehmanın anası Gözəl Rüstəmova da onlarla birlikdə yaşamağa başlamış, həmin evi Mehman alsa da 15.000 manat məbləğində pul vəsaitini onun anası Həqiqət vermiş, onlar Sumqayıt şəhərinə köçdükdən sonra Mehman onlarla maraqlanmamağa başlamış, onu tez-tez anasıgilə göndərmiş, Mehman tez-tez əsəbiləşdiyindən evdəki əşyaları sındırmış, həmçinin onu və öz anası Gözəl Rüstəmovanı da döymüş, təxminən 2022-ci ilin noyabr ayında o, əməliyyat olunduğu üçün evdə müalicə almış, həmin ərəfədə Mehman da qolu sındığından evdə müalicə almış, məişət zəminində o və Mehmanın anası Gözəl arasında mübahisə düşmüş, Mehman da onların mübahisəsindən əsəbiləşərək ilk öncə anasını daha sonra isə onu döymüş, Mehmanın onu xəstə vaxtı döyməsi ona pis təsir etdiyindən o, boşanmaq qərarı almış və evdən çıxaraq anası Həqiqətin yanına gəlmiş, təxminən 1-2 aydan sonra o, Mediasiya Xidmətinə müraciət etmiş, Mediasiya prosesində də barışıq olmadığına görə, işə Sumqayıt şəhər Məhkəməsində baxılmış və yekunda boşanma barədə qərar çıxarılmış, boşanma prosesində tərəflərin razılığına əsasən o, aliment tələb etməmiş, Mehman isə öz növbəsində evi ona verərək, anası Gözəl ilə birlikdə evdən çıxıb getmişdir. Təxminən 7-8 ay sonra gecə 03 radələrində evdə olan zaman, qapının döyüldüyünü eşitmiş, ardınca isə evin işıqları sönmüş, o, evə oğru gəlməsindən şübhələnib qışqıraraq evdə olduğunu və çıxıb getməsini söyləmiş, qapının gözlüyündən çölə baxmış, lakin həmin şəxs gözlüyü barmağı ilə tutduğundan o, heçnə görməmiş, bundan sonra o, qonaq otağındakı divanda uzanıb yuxuya getmiş, saat 06 radələrində yuxudan duraraq yenə qapının gözlüyündən baxmış, lakin gözlük yenə qaranlıq olmuş, bundan sonra saat 09-da uşaqları məktəbə aparmalı olduğundan məcburən evin qapısını açmış, qapını açdıqda qarşısında Mehmanın durduğunu görmüş və Mehman cəld hərəkətlə evə daxil olmuş, Mehman əlində içki butulkası tutduğundan Mehmanın içkili olduğunu hiss etmiş, Mehman ona nə üçün boşandığını söyləyərək əlindəki butulka ilə başından vurmağa başlamış, ardınca butulkanı sındıraraq bədəninin müxtəlif nahiyələrini şüşə ilə kəsmiş, səs-küyə oğlu Xalid digər otaqdan gəlmiş və onları ayırmağa çalışmış, buna görə Xalid qapını açaraq onu çölə çıxartmış, o, isə həyətə qaçmağa başlamış, Mehman arxasınca gələrək onu vurmağa davam etmiş, qonşuların müdaxiləsindən sonra Mehman bir az sakitləşmiş və o, bundan istifadə edib anasının evinə qaçmış, ardınca polisə şikayət etmiş və işə 4-cü polis bölməsində baxılmış, Mehman barəsində material toplanaraq Sumqayıt şəhər məhkəməsinə göndərilmiş, Məhkəmə zamanı qohumlarının təkidi ilə o, Mehmanı bağışladığından işə xitam verilmiş, bundan bir neçə ay sonra Mehman uşaqlarından ayrı qala bilməməsini bəhanə edərək Sumqayıt şəhərinə gəlib onlara qonşu olan evdə kirayə yaşamağa başlamış, Mehman dəfələrlə ona barışmaqla bağlı söz göndərsə də o, bundan imtina etmiş, lakin bir müddət sonra uşaqlarının və qohumlarının təkidi ilə o, Mehmanla barışmasa da, Mehmana evində qalmağa icazə vermiş, bundan sonra Mehman onların mənzilinə köçmüş və onlar birlikdə yaşamağa başlamış, bir evdə yaşasalar da ünsiyyətləri olmamışdır. 19 oktyabr 2023-cü il tarixdə təxminən saat 08-də bacısı Esmira qızı Aysunu məktəbə aparmış, saat 08:15-də isə oğlu Xalid məktəbə getmiş, o, isə işə getmək üçün qonaq otağında hazırlaşmağa başlamış, paltarını geyinib evdən çıxmağa hazırlaşan vaxt Mehman gözlənilmədən qonaq otağına daxil olmuş, o, divanın yanında dayanmış vəziyyətdə Mehman ona yaxınlaşaraq yanağından öpməyə başlamış, Mehmanın əlində ağ sarğıya bükülmüş nə isə görüb bıçaq olub-olmamasını soruşmuş, ardınca isə Mehmana əlindəkini kənara qoymağı, normal söhbət etməyi təklif etmiş, hətta Mehmana barışacağını da söyləmiş, Mehman sarğının içindən bıçağı çıxararaq stolun üzərinə qoymuş, o, Mehmana bıçağı pəncərədən çölə tullamasını xahiş etmiş, Mehman isə ona əsəbi şəkildə soyunmağını bildirmiş, o, Mehmandan qorxduğu üçün soyunmağa başlamış, ardınca isə Mehman özü də soyunmuş və onlar hər ikisi tam çılpaq vəziyyətdə qalmış, bundan sonra Mehman ona dizi üstə çökərək cinsi akta hazır vəziyyətdə olan cinsiyyət orqanını ağzına almağı söyləmiş, o, buna etiraz etdikdə, Mehman stolun üzərindəki bıçağı götürərək, onun çiyin nahiyələrini kəsməyə başlamış, bundan sonra o, qorxub onun cinsi orqanını ağzına almış, lakin Mehman bununla kifayətlənməyərək ona təbii yolla cinsi əlaqəyə girməyini söyləmiş, o, Mehmanın cinsiyyət oraqanını ağzından çıxararaq buna etiraz etdikdə Mehman daha da qızışıb onu bədəninin müxtəlif yerlərindən vurmağa başlamış, bundan sonra Mehman cinsiyyət orqanını onun bədəninə sürtərək, ona cinsi əlaqəyə girməyəcəyi təqdirdə öldürəcəyini söyləmiş, o, Mehmanın bu etdiklərinə dözməyərək, canını qurtarmaq üçün Mehmanın xayalarından tutub var gücü ilə dartmış, bu hərəkətindən sonra Mehman daha da qəzəblənərək ona bıçaqla daha sərt vurmağa başlamış, o, qonaq otağında həmin zərbələrdən qaçmaq istəsə də, Mehman onu tutaraq vurmağa davam etmiş, Mehmanın onu öldürəcəyini bildiyi üçün, özünü ölü kimi göstərmiş, yalnız bundan sonra Mehman hərəkətlərini dayandırmış, lakin bununla belə onun sağ olub-olmamağını dəqiqləşdirmək üçün təpiklə 2-3 dəfə onu vurmuş, həmin zərbələr onu ağrıtsa da səsini çıxartmayaraq özünü ölü kimi göstərməyə davam etmiş, Mehman onun öldüyünü güman edərək evdən çıxıb getmiş, qapının səsini eşitdikdən sonra o, ayağa duraraq qapını bağlamış və qonaq otağına qayıdaraq telefonu ilə bacısı Esmiraya və X7 zəng vurub Mehmanın onu öldürmək üçün bıçaqladığını söyləmiş, ardınca isə çılpaq qalmamaq üçün üzərinə don geyinmiş, özümü halsız hiss etdiyindən evin qapısını açıq qoymuş, bundan sonra huşunu itirmiş, bir qədər sonra ayıldıqda bacısı Esmira və anası Həqiqətin evə gəldiyini görmüş, onların ardınca isə X9 həkimləri gələrək onu xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs onu cinsi əlaqəyə girmədiyi üçün bıçaqlamış, Təqsirləndirilən şəxs əvvəllər onu dəfələrlə ölümlə hədələmiş, o, Mənzil kommunal sahəsində işlədiyindəm və binadakı mənzillərdən kommunal pulu yığdığından tez-tez bina sakinləri ilə telefonda danışmış, həmçinin sakinlərin bəziləri pulu nağdsız şəkildə kartına ödəmiş, xx.xx.2023-cü il tarixdə də o, kommunal yığmaq məqsədilə xatırlamadığı sakinlə danışmış və pulu kartına göndərməsi üçün kartının şəklini çəkib həmin şəxsə göndərmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yanına gəldikdə ona bununla bağlı hər hansı bir söz deməmiş, yalnız onunla cinsi əlaqədə olmaq istəmiş, Təqsirləndirilən şəxs hadisə zamanı onuvurduğu bıçaq, gündəlik məişətdə istifadə etdiyi mətbəx bıçağı olmuş və həmin bıçağı Mehman mətbəxdən götürərək ağ parçaya büküb onun yanıma gəlmiş, Təqsirləndirilən şəxs onu öldürəcəyini bildiyi üçün, o, özünü yalandan ölülüyə vurmuş, yalnız bundan sonra Mehman onun öldüyünü güman edib çıxıb getmiş,. Mehman getdikdən sonra o, telefonla danışdığından Mehman onun telefonla danışdığımı görməmiş, Təqsirləndirilən şəxs onunla barışmayacağı təqdirdə dəfələrlə onu öldürəcəyi ilə hədələmiş, hadisə günü də onun sonunun çatdığını, vaxtında barışsaydı, sağ qalacağını söyləmiş və sonuncu dəfə onunla cinsi əlaqədə olmağa məcbur etmiş, lakin o, cinsi əlaqədə olmayaraq müqavimət göstərdiyindən, Mehman bıçaqla ona çoxsaylı xəsarətlər yetirmiş, yalnız onun öldüyünü düşündükdən sonra hərəkətlərini dayandıraraq evdən çıxıb getmiş, Təqsirləndirilən şəxs konkret olaraq onunla cinsi əlaqədə ola bilməmiş, yalnız cinsi orqanını ağzına almağa onu məcbur etmiş, Təqsirləndirilən şəxs onu döyərək zorla cinsi orqanını ağzına almağa məcbur edən zaman halsız olduğundan, Mehmanın cinsi orqanını dişləmək ağlına gəlməmiş, yalnız bir qədər sonra özünə gələrək əli ilə onun xayalarını dartaraq ondan uzaqlaşmağa çalışmışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısı olmaqla münasibətləri hər zaman yaxşı olmuş, bacısı Elvira isə təxminən 2008-2009-cu il tarixdə qohumu Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra Elvira və Mehman Bakı şəhərində yaşamağa başlamış, bu evlilikdən onların iki uşağı dünyaya gəlmiş, təxminən 9 il bundan əvvəl Mehman və Elvira ünvan 3 ünvanına köçmüş, Mehmanın anası Gözəl Rüstəmova da onlarla birlikdə yaşamağa başlamış, həmin evi Mehman alsa da 15.000 manat məbləğində pul vəsaitini anası Həqiqət vermiş, Mehmangil Sumqayıt şəhərinə köçdükdən sonra Mehman ailəsi ilə maraqlanmamağa başlamış, evlərinin bazarlığına kimi anası Həqiqət etmiş, Mehman tez-tez ailəsində söz-söhbətə səbəb yaratmış, Elvira ilə dəfələrlə mübahisə etmiş, hətta döymüş, buna görə Elvira 4 dəfə boşanmaq üçün müraciət etmiş amma hər dəfəsində yazığı gəldiyi üçün Mehmanı bağışlamış, sonuncu dəfə təxminən 2022-ci ilin noyabr ayında Mehman Elviranı döydüyünə görə bacısı evi tərk edərək onların yanına gəlmiş, onların yanına gəldikdə Elviranın üzündə və bədəninin müxtəlif nahiyələrində qançır izləri görmüş, Elvira bu dəfə fikrinin qəti olduğunu və boşanmaq istədiyini bildirmiş, anası Elviranı yola gətirmək istəsə də təxminən 1-2 aydan sonra Elvira Mediasiya Xidmətinə müraciət etmiş, Mediasiya prosesində barışıq olmadığına görə, işə Sumqayıt şəhər Məhkəməsində baxılmış və yekunda boşanma barədə qərar çıxarılmış, boşanma prosesində tərəflərin razılığına əsasən Elvira Mehmandan aliment tələb etməmiş, Mehman isə öz növbəsində evi Elviraya verərək, anası Gözəl ilə birlikdə evdən çıxıb getmiş, Mehman təxminən 4-5 ay Bakı şəhərində yaşadıqdan sonra uşaqlarından ayrı qala bilmədiyi üçün Sumqayıt şəhərinə gələrək Elviragilə qonşu olan evdə kirayə yaşamağa başlamış, Mehman dəfələrlə uşaqları üçün darıxdığını, buna görə iztirab çəkdiyini bildirdiyindən Elviranın narazı olmasına baxmayaraq qohumlar Mehmanın Elviragilin yaşadığı mənzilə köçməsi və uşaqları ilə vaxt keçirtməsi barədə razılığa gəlmiş, bundan sonra Mehman Elviragilin mənzilinə köçmüş və onlar birlikdə yaşamağa başlamış, onlar bir evdə yaşasalar da Elvira Mehman ilə danışmamışdır. 18 oktyabr 2023-cü il tarixdə o, bacısı Elviragildə qalmış, xx.xx.2023-cü il tarixdə təxminən saat 8 radələrində o, Elviranın qızı Aysunu məktəbə aparmaq üçün evdən çıxmış, o, evdən çıxanda Elvira işə getmək üçün, oğlu Xalid isə məktəbə getmək üçün hazırlaşmış, Mehmanın isə otağı bağlı olmuş, o, Aysunu məktəbə qoyduqdan sonra işə getmiş, işə təzə çatdıqda, təxminən saat 9 radələrində bacısı Elvira ona zəng vuraraq Mehman tərəfindən bıçaqlandığını və Mehmanın qaçdığını söyləmiş, o, dərhal bu barədə anası Həqiqətə zəng vurmuş və anası ilə birlikdə Elviranın evinə gəlmiş, evə gəldikdə dəhlizin və qonaq otağında qan ləkələrinin olduğunu, Elviranın isə yarım çılpaq vəziyyətdə qan içində divanda uzandığını görmüş, anası ilə o, dərhal Elviraya yardım göstərməyə başlayıb əyninə paltar geyindirmiş, X7 zəng vurmaq istədikdə isə Elvira özünün zəng vurduğunu söyləmiş, bir neçə dəqiqə sonra TTY həkimləri evə gələrək Elviranı xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Şahid3 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o məhkəmədə ifadəsi alınmış digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişdir. (cild 1, iş vərəqələri 142-145) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci il tarixdən hal-hazıradək Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün kiçik serjantı vəzifəsində işləyir. 19 oktyabr 2023-cü il tarixdə 91-38 çağrılı avtopatrulda iş yoldaşı polis serjantı Şahid6 ilə birgə xidmət aparan zaman təxminən saat 08 radələrində Nərimanov küçəsində Sumqayıt şəhər icra hakimiyyətinin qarşısında bir nəfər sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onlara yaxınlaşmış və onu təcili xəstəxanaya aparmaqlarını xahiş etmiş, Mehmanın üzərinin qan içində olduğunu gördüyü üçün nə baş verdiyini soruşmuş, Mehman onlara arvadını bıçaqladığını və bıçaqlayan zaman arvadının onun xayasını əli ilə cırdığını söyləmiş, onlar Mehmandan arvadının sağ olub-olmamasını soruşduqda, Mehman arvadının öldüyünü bildirmiş, onlar dərhal bu barədə ratsiya vasitəsilə rəhbərliyə məlumat vermiş, rəhbərliyin tapşırığına əsasən onlar Mehmanı ilk öncə 4-cü polis bölməsinə, oradan isə Sumqayıt şəhər TTY Xəstəxanasına gətirmiş, ardınca bu barədə raport tərtib edərək rəhbərliyə təqdim etmişdir. (iş vərəqələri 18- 20) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. ( iş vərəqələri 155-157) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən mənzildir. Mənzil binanın 3-cü blokunun 3-cü mərtəbəsində yerləşir. Giriş qapısı bir taylı olmaqla, ağ rəngli dəmir qapıdan ibarətdir. Qapının üzərində 34 rəqəmi qeyd olunmuşdur. Qapı mənzilin içərisinə doğru açılır. Mənzilə daxil olduqda dəhliz yerləşir. Dəlizlə üzbəüz qonaq otağı, sağda sanuzel otağı, ardınca yataq otağı, solda isə mətbəx yerləşir. Dəhlizin döşəməsi qəhvəyi rəngli metlaxdan olmaqla üzərində sürtünmə izlərinə xarakterik qanabənzər ləkələr müşahidə olunur. Həmin hissə №2 rəqəmi ilə işarələndi. Qanabənzər ləkələrin olduğu hissədə iki ədəd çəhrayı rəngli başmaq vardır. Dəhlizlə düzünə hərəkət etdikdə qonaq otağına daxil olunur. Qonaq otağının qapısı taxta materialdan olmaqla, yarıya qədər 6 ədəd şüşə çərçivəsi vardır. Qapı otağın içərisinə doğru açılır. Qonaq otağına daxil olduqda döşəmənin üzərindəki xalçanın üzərində qanabənzər ləkələr müşahidə edilir. Həmin hissə №3 rəqəmi ilə işarələndi. Həmçinin xalçanın üzərinə 1 ədəd ağ rəngli üzərində qanabənzər ləkələr olan dəsmal atılmışdır. Həmin dəsmal №8 rəqəmi ilə işarələndi. Otağın girişi ilə üzbəüz divan və kreslo vardır. Divanın üzərində 1 ədəd üzərində qanabənzər ləkələr olan göy rəngli döşək üzü sərilmiş, 1 ədəd üzərində qanabənzər ləkələr olan yastıq qoyulmuşdur. Həmin hissə №5 rəqəmi ilə işarələndi. Divanın qarşısında taxta materialdan stol yerləşir. Stolun üzərində 1 ədəd qadın çantası, 1 ədəd günəş eynəyi, 1 ədəd televizor pultu, 1 ədəd dəftər və qələm vardır. Kreslonun qarşısında isə bir ədəd stul olmaqla üzərinə qara rəngli gödəkçə asılmışdır. Otağın girişindən solda divarın üzərində sıçrantı şəklində qanabənzər ləkələr yayılmışdır. Həmin hissə №4 rəqəmi ilə işarələndi. Həmin ləkələrin aşağıya doğru istiqaməti ilə döşəmənin üzərində ağ rəngli yorğan vardır. Yorğanın üzərində də qanabənzər ləkələr müşahidə edilir. Qonaq otağının qapısını örtdükdə qapının arxa tərəfində divarda yaxma şəklində qana bənzər ləkələr vardır. Qonaq otağının girişində solda daha bir yataq otağı yerləşir. Həmin otaqda 1 ədəd paltar dolabı və bir ədəd taxt adlandırılan çarpayı yerləşir. Çarpayının üzərində müxtəlif geyim əşyaları vardır. Qonaq otağından geriyə dəhlizə doğru hərəkət etdikdə mənzilin giriş qapısından solda yerləşən mətbəxə doğru daha bir dəhliz uzanır. Həmin dəlizlə hərəkət edib mətbəxə gəldikdə, burda müxtəlif məişət əşyaları müşahidə olunur. Mətbəxdə yerləşən moydadırın mebelinin üzərində damcı şəklində qanabənzər ləkələr vardır. Həmin hissə №7 rəqəmi ilə işarələndi. Mətbəxdən dəhlizə geri qayıdıb mənzilin giriş qapısından sağda yerləşən yataq otağına daxil olduqda otaqda 1 ədəd tək nəfərlik çarpayı, 2 ədəd dolab, 1 ədəd velosiped və 1 ədəd stul müşahidə edilir. Otağın döşəməsinin üzərinə xalça sərilmişdir. Xalçanın üzərində 1 ədəd qara rəngli tiyəsi olan bıçaq atılmışdır. Bıçaq №1 rəqəmi ilə işarələndi. Bıçağın üzərində qanabənzər ləkələr vardır. (iş vərəqələri 4-14) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 27 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərməklə ətraflı təsvir etməsi təklif olundu. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini əyani olaraq hadisə yerində göstərə biləcəyini bildirdikdən sonra, saat 12:20-də videoçəkiliş dayandırılmaqla istintaq hərəkətinin iştirakçıları ilə birlikdə nəqliyyat vasitəsilə hadisə yerinə gedildi. Saat 12:35-də istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi yerə - ünvan 1 ünvanına gəlindi. Təqsirləndirilən şəxs iş üzrə ifadəsində göstərdiklərini hadisə yerində göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs bildirdi ki, 18 oktyabr 2023-cü il tarixdə təxminən axşam saatlarında evə gəlmiş, evdə övladlarından və Elviradan əlavə, bacısı Şahid1 da evdə olmuş, o, övladları ilə görüşsə də Elvira ilə danışmadığı üçün Elvira və bacısı ilə görüşməmiş, övladları yatdıqdan sonra o, hamam otağına keçərək duş qəbul etmiş, hamam otağından çıxıb yataq otağına keçən zaman Elviranın qonaq otağından gülüş səslərinin gəldiyini eşitmiş, bu onda maraq oyatdığından dayanıb qulaq asmağa başlamış, həmin vaxt Elviranın bacısı Esmira qonaq otağına bitişik olan yataq otağında uşaqları yatırmaqla məşğul olmuş, Elvira isə qonaq otağında tək telefonla məşğul olmuş, bu zaman qızı Aysun Rüstəmova yataq otağından qonaq otağına gələrək Elviranın yanında dayanmış, lakin Elvira ona təpinərək yatmağa getməyini tapşırmış, qızı getdikdən sonra Elviranın telefonuna zəng gəlmiş, Elvira həyəcanlı şəkildə bacısından telefona cavab verib verməməyi soruşmuş, bacısı Elviraya artıq boşandığını, buna görə də rahat şəkildə telefonla danışmağı söyləmiş, bundan sonra Elvira televizorun səsini artıraraq, telefona cavab vermiş, o, Elviranın danışığından kimləsə sevgi danışıqları apardığını başa düşmüş, evdə uşaqlar olduğundan o, əsəbini boğaraq Elviraya heç bir söz deməmiş, sakitcə öz otağına keçib yerində uzanmış, lakin yata bilməmiş, bir qədər sonra Elvira evdə təmizlik işi apararaq dəhlizə zibil torbası qoymuş, ardınca gödəkçəsini geyinərək çölə çıxmış, o, da Elviranın zibil atmağa getdiyini yəqin etmiş, lakin Elviranın kiminləsə görüşə biləcəyindən şöbhələnib eyvandan baxmış, eyvandan baxdıqda Elviranın həqiqətən də zibil etmağa getdiyini görmüş, zibil atdıqdan sonra Elvira evə qayıtmış, Elvira evə gəldikdən sonra öz yataq otağına keçmiş, o, otağında qala bilməyərək, həyətə düşmüş, ardınca əsəblərini sakitləşdirmək üçün dəniz qırağına gedərək bir qədər gəzmiş, gəzib qurtardıqdan sonra təxminən saat 05 radələrində evə qayıtmış və öz otağına keçərək yerinə uzanmış və səhərə kimi oyaq qalmışdır. Səhər təxminən saat 08-də uşaqlarının hər ikisi məktəbə yollanmış, Elviranın bacısı Esmira da uşaqlar ilə birlikdə evdən çıxıb getmiş, Elviranın saat 9-da işə getdiyini bildiyindən, işə getməmiş onunla söhbət etmək üçün yerindən durmuş, həmin vaxt əynində yalnız alt tumanı olmuş, qonaq otağına daxil olduqda Elviranın güzgünün önündə hazırlaşdığını görmüş, Elvira onu görüb anidən dayanmış, o, Elviranın saçından tutaraq pəncərə tərəfdən otağın mərkəzinə gətirmiş və düz durmasını söyləmiş, ardınca Elviradan nə üçün ona xəyanət etdiyini soruşmuş, Elvira isə ondan sübut etməyini tələb etmiş, o, Elviraya axşam telefon danışıqlarını eşitdiyini söyləmiş və telefonunu ona verməsini tələb etmiş, Elvira isə telefonu verməkdən imtina edərək, telefonu əli ilə arxasında gizlətmiş, Elviranın telefonu gizlətdiyini gördüyü üçün bir dəfə şillə vurmuş, bundan sonra Elvira telefonu ona vermiş, o, Elviraya telefona baxmağa vaxtı olmadığını bildirərək, divanın üzərinə atmış, o, Elviranın xəyanətindən əmin olmaq üçün və bədəni üzərində hər hansı bir izlərin olub-olmamasını müəyyən etmək üçün Elviraya soyunmağını söyləmiş, Elvira da paltarını soyunaraq tam çılpaq vəziyyətdə dayanmış, o, Elviranın bədəninin hər yerinə baxsa da hər hansı bir iz, göyərti və s. görə bilməmiş və Elviradan nə üçün bədənini satdığını soruşmuş, Elvira isə ona xəyanət etmədiyini bildirmiş, Elviranın bu hərəkətindən sonra o, otaqdakı masanın üzərində olan bıçağı götürərək, birinci Elviranın çiyin nahiyəsindən bir dəfə cızıq atmış və etiraf etməsini bildirmiş, Elvira isə əcəb etdiyini artıq boşandıqlarını və öz həyatı olduğunu demiş, bu sözündən sonra o, hərəkətlərini idarə edə bilməyərək, Elviranın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə kəsik xəsarəti yetirmiş, bu zaman Elvira ona müqavimət göstərməyə başlamış, onun tumanı geniş olduğundan Elvira əli ilə onun xayalarından tutaraq dartıb cırmış, bu zaman o, özünü saxlaya bilməyərək Elviranın xatırlamadığı nahiyələrinə daha bir neçə dəfə bıçaq zərbəsi vurmuş, Elvira ondan uzaqlaşaraq otaqdakı divanın üzərində əyləşmiş və mobil telefonu ilə qonşuluqda yaşayan anasına zəng vuraraq evə çağırmış, bundan sonra o, yataq otağına gedərək, paltarını geyinmiş və polisə təslim olmaq üçün evdən çıxmış, çölə çıxıqda o, xayasının qanadığını görmüş, polis idarəsinə gələrkən yolda xidmət aparan polisləri görmüş və onlara yaxınlaşaraq xayasını göstərib bıçaqlanma hadisəsi olduğunu söyləmiş, polislər dərhal onu avtomobilə əyləşdirib xəstəxanaya gətirmiş, yolda olarkən polislərə yoldaşı ilə bıçaqlaşdığını bildirərək ünvan 1 ünvanına X9 göndərmələrini xahiş etmişdir. (cild 1 iş vərəqəsi 74-77) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 21 oktyabr 2023-cü il tarixli əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus don- tünd göy rəngli, üzərində gül təsvirləri olan materialdandır. Qolsuzdur, yaxalığın astar səthində ağ rəngli, yazısı silinmiş etiket vardır. Donun uzunluğu 81 sm, eni 46sm-dir. Yorğan üzü- açıq-çəhrayı rəngli olmaqla 200x180sm ölçüsündədir. Yorğan üzünün mərkəzində romb şəkilli kənarları sarı, açıq-çəhrayı, mavi rəngli saplarla işlənmiş “krujevalı” olan yorğanı salmaq üçün dəlik vardır. Yorğan üzünün üzərində geniş sahədə yayılmış qanabənzər ləkələr müşahidə edilir. Yastıq üzü- sarı rəngli olmaqla, 50x70sm ölçüsündədir. Ön səthi üzərində qırmızı, sarı rəngli gül, yaşıl rəngli yarpaq təsvirləri vardır. Yastıq üzünün üzərində qanabənzər ləkələr müşahidə edilir. Əski parçası- açıq çəhrayı rəngli olmaqla, 45x65 sm ölçüsündədir. Dəsmalın bir kənarında sarı, qırmızı, çəhrayı, yaşıl rəngli saplarla işlənmiş ürək, gül təsvirləri, “Seni Seviyorum” yazıları vardır. Dəsmalın üzərində qana bənzər ləkələr müşahidə edilir. Bıçaq- Qatlanmayan tipli olmaqla, tiyə və dəstək hissədən ibarətdir. Tiyəsi 15sm, dəstəyi 11sm olmaqla ümumi uzunluğu 26sm-dir. Tiyəsi gümüşü rəngdən olmaqla metala bənzər materialdan, dəstəyi is qara rəngli olmaqla taxtaya bənzər materialdandır. (cild 1 iş vərəqəsi 21-24) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 19 yanvar 2024-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs öldürməyə cəhd edərkən istifadə etdiyi tiyəsinin uzunluğu 150 mm, dəstəyinin uzunluğu 115 mm olan, qara rəngli taxta materialdan ibarət soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı 3 rəqəmi ilə, digər 3 ədəd oxşar formada olan bıçaqları isə müvafiq olaraq 1,2 və 4 rəqəmi ilə nömrələnmiş vəziyyətdə tanınma üçün Zərərçəkmiş şəxs təqdim etdim. Zərərçəkmiş şəxs qeyd olunan bıçaqlara diqqətlə nəzər saldı və əli ilə 3 rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək Təqsirləndirilən şəxs onu həmin bıçaq ilə bədəninin müxtəlif nahiyələrindən vuraraq öldürmək istədiyini, bıçağı həmişə ev işlərinə istifadə etdiyindən, ölçüsünə, formasına, rənginə görə tanıdığını bildirdi. ( cild 1, iş vərəqə 178-179) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 23 yanvar 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha söyləmişdir. (cild 1, iş vərəqəsi 190- 194) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş "xxxx" Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 1845 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edən, lakin daxili orqanları zədələməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, qarının ön divarının 1 ədəd qarın boşluğuna nüfuz edərək nazik bağırsaq müsariqəsini zədələyən deşilmiş-kəsilmiş yaraları. Sol saidin 2 ədəd, sol bazunun 2 ədəd, boyun nahiyəsinin 4 ədəd, sol qulaq seyvanının 1 ədəd, döş qəfəsinin ön səthinin sağ yarısının 3 ədəd və sol yarısının 2 ədəd döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sol süd vəzisinin 4, döş sümüyü nahiyəsinin 1 ədəd, sağ kürəküstü nahiyənin 1 ədəd, sol kürək nahiyənin 2 ədəd deşilmişkəsilmiş yaraları. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən yaranmışdırlar, tibbi yardım üçün Sumqayıt TTY Xəstəxanasına müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Dərəcəsinə görə Döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edən, lakin daxili orqanları zədələməyən 1 ədəd deşilmişkəsilmiş yarası, qarının ön divarının 1 ədəd qarın boşluğuna nüfuz edərək nazik bağırsaq müsariqəsini zədələyən deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya, Sol saidin 2 ədəd, sol bazunun 2 ədəd, boyun nahiyəsinin 4 ədəd, sol qulaq seyvanının 1 ədəd, döş qəfəsinin ön səthinin sağ yarısının 3 ədəd və sol yarısının 2 ədəd döş boşluğuna nüfuz etməyən deşilmişkəsilmiş yaraları, sol süd vəzisinin 4, döş sümüyü nahiyəsinin 1 ədəd, sağ kürəküstü nahiyənin 1 ədəd, sol kürək nahiyənin 2 ədəd deşilmiş-kəsilmiş yaraları isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. ( cild 1, iş vərəqə 171-177) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş "xxxx" Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli, 131 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol xayalığın cırılmış yarası xəsarəti aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır. Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. ( cild 1, iş vərəqə 217- 220) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş "xxxx" Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 590/MTKŞ-2023 saylı məhkəmə-tibbi və kriminalistik ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun üzərində zədə aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Zərərçəkmiş şəxs məxsus donun üzərində olan ləkələr qan mənbəyi ilə statik kontakt və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələrdir. Dəsmalın üzərində olan ləkələr qan mənbəyi ilə statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir. Yastıq üzünün üzərində olan ləkələrdən geniş ölçülü ləkələr qan mənbəyi ilə statik kontak və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələr, digər ləkələr isə qan mənbəyindən öz ağırlığı ilə az hündürlükdən düşən damcı xarakterli ləkələrdir. Yorğan üzünün üzərində olan ləkələrdən geniş ölçülü ləkə sahəsi qan mənbəyi ilə statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələr, digər qrup ləkələ qan mənbəyi ilə dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələr, bir qrup ləkələr isə qan mənbəyindən öz ağırlığı ilə az hündürlükdən düşən damcı xarakterli ləkələrdir. Təqdim edilmiş bıçağın üzərində olan ləkələr qan mənbəyi ilə dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir. ( cild 1, iş vərəqə 165-170) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş "xxxx" Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 791/2023-MTBŞ saylı məhkəmə-tibbi bioloji ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu ABO sistemi üzrə A (İİ)-dir. Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu ABO sistemi üzrə A (İİ)-dir. Ekspertizaya təqdim olunmuş bıçaq, 04 ədəd pambıq ucluqlu çubuq, yorğan üzü, yastıq üzü, əl-üz dəsmalı, Zərərçəkmiş şəxs məxsus don üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. (sonuncunun bədənində hadisə zamanı qanaxma ilə müşayiət olunana xəsarətləri olubsa) Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddətini təyin etmək mümkün deyil. ( cild 1, iş vərəqə 158-164) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 157 saylı kompleks komisyon ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi-xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə etmək və onların mənasını dərk etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, emosional, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hadisə zamanı Təqsirləndirilən şəxs psixi emosional sferasında hirslilik, gərginlik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional vəziyyəti, həyat yoldaşının ona xəyanət etdiyini düşünməsi, həmçinin hadisədən bilavasitə əvvəl bu mövzuda aralarında yaranmı mübahisə ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır.(cild 1, iş vərəqəsi 221-225) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Sumqayıt şəhər Məhkəməsində araşdırma aparılmış, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 73.2-ci maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraata xitam verilmişdir. (cild 1, iş vərəqə 150-152) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər icra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 2 saylı Mənzil Kommunal sahəsindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşamışdır, ailə üzvləri keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs, oğlu Şahid4, qızı X2 ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(cild 1, iş vərəqə 132-133) Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, onu zorlamağa cəhd etməməsi, seksual xarakterli hərəkətlər etməməsi barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, X3 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.2.4, 150.1, 29,150.2.4, 29,120.2.4 və 29,120.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.2.4, 150.1, 29,150.2.4, 29,120.2.4 və 29,120.2.6-cı maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində, onun könüllü gəlib təqsirini boynuna alması həmin Məcəllənin 59.1.10-cu maddəsində, zərərçəkmiş şəxslə barışması Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4- nömrəli qərarına əsasən, Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 oktyabr 2023cü il tarixdən hesablanmışdır. ( İ cild , iş vərəqə 43, 61-62, 83-84) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin 25 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd don, hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd yorğan üzü, 1 ədəd yastıq üzü, 1 ədəd əski parçası, 1 ədəd dəstəyi qara rəngli bıçaq, 4 ədəd pambığa hopdurulmuş qanabənzər ləkə nümunələri məhv edilməli, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı çəkilmiş videoçəkilişin əks olunduğu CD-disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.4, 150.1, 29,150.2.4, 29,120.2.4 və 29,120.2.6-cı maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 29,149.2.4-cü maddəsi üzrə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 150.1-ci maddəsi üzrə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 29,150.2.4-cü maddəsi üzrə 5 (beş) müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.6-cı maddələri üzrə isə 11 il 03 ay (on bir il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 1 ədəd don, hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd yorğan üzü, 1 ədəd yastıq üzü, 1 ədəd əski parçası, 1 ədəd dəstəyi qara rəngli bıçaq, 4 ədəd pambığa hopdurulmuş qanabənzər ləkə nümunələrinin məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-505/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-505/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver