Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-505/2025 24.02.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X19 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, “Yaşıldərə” bağlar massivi, fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaq orqanına məlum olmayan «Abbas» adlı İran İslam Respublikası vətəndaşı ilə istifadəsində olan «Huawei» markalı mobil telefon avadanlığında quraşdırılmış “WhatsApp" proqram təminatından istifadə etməklə əlaqə saxlayıb xx.xx.2025-ci il tarixdə «Abbas» adlı İran İslam Respublikası vətəndaşının Bakı şəhəri, Suraxanı rayonu ərazisində qoyduğu yerdən satış məqsədi ilə müəyyən məbləğdə pul müqabilində gələcəkdə sonuncunun deyəcəyi ünvanlara qoyması üçün qanunsuz olaraq külli miqdarda yəni, 05 ədəd bükümdə ümumi təmiz çəkisi 29,931 qram kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ağ rəngli kristalşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini külli miqdarda yəni, 05 ədəd bükümdə ümumi təmiz çəkisi 40,227 qram kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən qəhvəyi rəngli maddələr kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində və idarə etdiyi Opel Astra markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 17 aprel 2025-ci il tarixdə saat 14:16 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, «Yaşıldərə» bağlar massivi, Əli Mustafayev küçəsi, «Samur-Abşeron» kanalının yaxınlığında saxlanılarkən əvvəlcədən gizlətdiyi yerə baxış və üzərində yoxlama aparılarkən gizlətdiyi yerdə daşın altından və əynindəki şalvarın sağ yan cibindən ümumilikdə 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,932 qram, 0,907 qram, ümumi təmiz çəkisi 1,839 qram olan kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ağ rəngli, kristalşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin külli miqdarda yəni, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,944 qram, 1,729 qram, ümumi təmiz çəkisi 3,673 qram olan kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən qəhvəyi rəngli maddələr kütləsi, kuslar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq idarə etdiyi Opel Astra markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa oturacağının üzərindəki sellofan paketdən külli miqdarda yəni, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,903 qram, 0,893 qram, 26,296 qram, ümumi təmiz çəkisi 28,092 qram kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ağ rəngli kristalşəkillı maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, külli miqdarda yəni, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,754 qram, 1,680 qram, 33,120 qram, ümumi təmiz çəkisi 36,554 qram kimvəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən qəhvəyi rəngli maddələr kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir: “Mən narkotik vasitələri pul əldə etmək üçün iranlı şəxsdən götürmüşdüm, aprel ayında saxlanılmışam. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İttiham aktında göstərilən, narkotik vasitələrin çəkilərinin düzgün qeyd olunubolunmadığını bilmirəm. Mənim cibimdə büküm olmamışdır. İttiham aktında qeyd edilən avtomobildəki narkotik vasitələr olmuşdur. Saxlanıldığım ünvan düzgün qeyd olunmuşdur. Üzərimdə büküm olmayıb, olsa da iki dənə olub. Çəkisinin nə qədər olduğunu bilmirdim. İranlı şəxs mənə pul verəcəkdi. Deyəsən, 200 manat verəcəkdi. İranlı mənə “işimi görərsən” demişdi. Narkotik vasitəni götürüb, onun dediyi yerə qoyacaq və istifadə də edəcəkdim. 1 il əvvəldən narkotik istifadəçisiyəm.” Son söz mərhələsində Təqsirləndirilən şəxs məhkəməyə döyülməyi barədə məlumat verərək və bu faktın araşdırılması üçün sorğu verilməsi barədə vəsatət verərək bildirmişdir: “Mən penitensiar xidmətə daxil olarkən bədənim gömgöy idi, döyülmüşdüm. Şikayət verdim, prokurorluqdan gəlib qeydlər apardılar və s. Lakin hələ də, cavab gəlməyib. Əvvəlki məhkəmə iclasında videogörüntülərə baxandan sonra sanki donmuşdum. Ona görə də, bu vəsatəti təqdim edə bilmədim.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əlavə dindirilərkən ifadəsində göstərmişdir: “Mənim üzərimdə metamfetamin, heroin olmamışdır, çəkiliş zamanı üzərimə qoyublar. Mən məhkəmə baxışı zamanı prosesin gedişatını belə gözləmədiyimdən bunları qeyd etməmişəm.” Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 327.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, o, elan olunmuş ittihamla özünü təqsirli bildiyini göstərərək ifadəsində qeyd etmişdir ki, təxminən bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. O, Tanışı Taleh adlı şəxsdən «Abbas» adlı İran İslam Respublikası vətəndaşının telefon nömrəsini almış, ancaq onunla heç vaxt əlaqə saxlamamışdır. O, onun narkotik vasitələrin satış ilə məşğul olduğunu bilmişdir. Təxminən bir ay əvvəl o, telefon əlaqəsi saxlayıb onunla tanış olmuş və ondan özü istifadə etmək üçün narkotik vasitə istəmişdir. O, buna etiraz etməmişdir. Bir dəfə söhbət əsnasında «Abbas» ona onunla işləməyi təklif etmişdir. Belə ki, o, onun dediyi yerlərdən narkotik vasitə və ya psixotrop maddəni götürüb onun dediyi yerlərə aparıb qoymalı olmuşdur. Bunun müqabilində isə «Abbas» ona 200 manat pul verməli olmuşdur. Onun kredit borcları olduğundan pula ehtiyacı olmuş, buna görə də onun təklifini qəbul etmişdir. Tutulduğu gündən təxminən 5-6 gün əvvəl Abbas onun telefonuna gedəcəyi yerin ünvanını göndərib oraya qoyulmuş paketi götürməyini istəmişdir. O, Bakı şəhəri, Suraxanı rayonu ərazisinə gedib orada ona deyilən yerdən yerə qoyulmuş paketi götürmüşdür. Sonra isə Saray qəsəbəsi ərazisinə gəlib ona deyilən yerə qoymuşdur. Bunun müqabilində Abbas onun Kapitalbank kartına 200 manat pul göndərmişdir. xx.xx.2025-ci il tarixdə o, yenə də Abbasla danışdıqdan sonra o, onun telefonuna gedəcəyi yerin ünvanını göndərmişdir. O, yenə Suraxanı rayonu ərazisinə gedib orada zibil qutusunun yanında onun götürməsi üçün qoyulmuş narkotik vasitə və psixotrop maddələri götürmüş və Sumqayıt şəhərinə qayıtmışdır. O, həmin maddələri götürüb üzərində və idarə etdiyi maşında saxlamışdır. O, ona həmin maddələri aparıb qoyacağı yeri dedikdən sonra bunun müqabilində ona pul ödəməli olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 14:16 dəiqqədə o, Sumqayıt şəhəri, «Yaşıldərə» bağlar massivi, Əli Mustafayev küçəsi, «Samur-Abşeron» kanalının yaxınlığında həmin narkotik vasitə və psixotrop maddələrdən saxlanıldığı yerdə daşın altında gizlətmiş və bu vaxt bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra bildirmişlər ki, o, narkotik vasitələrin istifadəsində, qanunsuz üzərində gəzdirilməsində və satışında şübhəli bilinir. Onlar videoçəkiliş aparılmaqla ona üzərindəki əşyaları təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra ondan həmin yerdə nə iş gördüyünü soruşmuşlar. O, həmin əraziyə narkotik vasitə qoyduğunu bildirmişdir. Həmin yerə baxış zamanı dəmir dirəyin yanında olan daş götürülmüş və altında üzərində göy rəngli qələmlə “2k 1p” yazısı olan şəffaf sellofan paket aşkar edilmişdir. Sorğu zamanı “2k” hərfinin 2 qram “kakos”, yəni narkotik vasitə kakos, yəni heroin, “1p” yazısının isə 1 qram patı, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Eləcə də üzərində başqa qanunsuz əşya və ya predmet olub-olmadığı soruşulduqda əynində olan qara rəngli cins şalvarın sağ yan cinbindən 1 ədəd şəffaf sellofanda olan bükümü təqdim etmişdir. Həmin bükümün üzərində “2k 1p” yazıları olmuşdur. Həmin yazıların da eyni qaydada 2 qram “kakos”, yəni narkotik vasitə kakos, yəni heroin, “1p” yazısının isə 1 qram patı, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Hər iki büküm elektron tərəzidə çəkilmiş, üzərindən aşkar olunan büküm 3,13 qram, yerdən aşkar olunaraq götürülmüş bükümün isə 3,24 qram olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş bükümlər zərfə qoyulmaqla müvafiq qaydada qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Sonra üzərində başqa qanunsuz əşya və ya predmet olub-olmadığı soruşulduqda əlavə olaraq üzərində mobil telefon olduğunu bildirmişdir. Əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd qara rəngli mobil telefonu təqdim etmişdir. Hər iki mobil telefon təhqiqata təqdim etmək üçün ona qaytarılmışdır. Onun üzəri yoxlanılmış, əynində olan boz rəngli gödəkçənin sol yan cibindən avtomobil açarı, qara rəngli cins şalvarın sağ yan cibindən isə 5 ədəd kart,1 ədəd yüz manatlıq, 2 ədəd 50 manatlıq, 1 ədəd 10 manatlıq və 13 ədəd 1 manatlıq əskinaz, ümumilikdə 213 manat pul aşkar olunmuş və təhqiqata təqdim etmək üçün özünə qaytarılmışdır. Daha sonra qarşıdakı avtomobilin ona məxsus olub-olmadığı soruşulmuşdur. O, həmin avtomobilin ona məxsus olduğunu və avtomobildə də narkotik vasitə olduğunu bildirmişdir. O, avtomobili etibarnamə ilə idarə etdiyini, maşına baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Sorğu zamanı avtomobilin arxa oturacağında narkotik vasitə olduğunu bildirmişdir. Həmin yerə baxış zamanı rəngli sellofan paket aşkar edilmişdir. Paketə baxış zamanı ilk bükümün psixotrop maddə metamfetamin olduğunu, rəngli paketdən çıxan vərəqdə olan “2k 1p” yazısını özünün hazırladığını bildirmişdir. Daha sonra 1 ədəd elektron tərəzi, 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan şəffaf sellofanda olan büküm, 2 ədəd hər birinin üzərində “2k 1p” yazısı olan bükülü aşkar olunmuşdur. Aşkar olunan üzərlərində “2k 1p” yazısı olan bükümlərə baxış zamanı hər birinin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər kütlələr olması müəyyən olunmuşdur. 1-ci bükümün 2,99 qram, 2 ci bükümündə 2,99 qram olması müəyyən olunmuşdur. Eləcə də içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm çəkilmiş və 26,58 qram, narkotik vasitə heroinə bənzər kütlənin isə 35,21 qram olması müəyyən olunmuşdur. Aşkar edilmiş bükümlər 1 zərfdə elektron tərəzi isə başqa zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra üzərində və avtomobildə hər hansı qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşmə işlərinin aparılması üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmişdir. Bundan sonra onlar bir başa Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis İdarəsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X29 təqdim olunmuşdur. Bundan sonra o, üzərində hər hansı bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitələr, psixotrop maddələr və 01 ədəd elektron tərəzinin qablaşdırıldığı 03 ədəd zərf təhqiqatçıya təqdim olunmuşdur. Təhqiaqtçı elektron tərəzi olan zərfi açıb tərəzinin işlək vəziyyətdə olduğunu nümayiş etdirmiş və yenidən zərfə qoymuşdur. Sonra təhqiqatçı üzərindən və gizlətdiyi yerdən aşkar olumuş bükümlər olan zərfi açmışdır. Zərfdə olan 02 ədəd bükümün hər birinin içərisində 01 ədəd heroin və 01 ədəd metamfetamin olmaqla 02 ədəd büküm aşkar olunmuşdur. Sonra təhqiqatçı metamfetamin olan 1-ci bükümü elektron tərəzidə çəkmiş və çəkisi 0,99 qram təşkil etmişdir. Metamfetamin olan 2-ci büküm 1,00 qram təşkil etdi. 02 ədəd bükümün ümumi çəkisi isə 2 qram təşkil etmişdir. Sonra heroin olan 1-ci büküm çəkilmiş və çəkisi 1,96 qram təşkil etmişdir. 2-ci büküm 2,12 qram, 02 ədəd bükümün ümumi çəkisi isə 4,09 qram təşkil etmişdir. Sonra avtomobilindən aşkar olunmuş bükümlərin qablaşdırıldığı zərfə baxış keçirilmişdir. Zərf açıldıqda içərisində heroin olan 01 ədəd böyük büküm, içərisində metamfetamin olan 01 ədəd böyük büküm, digər 02 ədəd bükümün hər birinin içərisində 01 ədəd heroin və 01 ədəd metamfetamin olmaqla 02 ədəd büküm aşkar olunmuşdur. Sonra o, təhqiqatçının suallarına cavab olaraq bükümləri İran İslam Respublikası vətəndaşının Bakı şəhəri, Suraxanı rayonu ərazisində qoyduğu yerdən götürdüyünü və onun deyəcəyi yerə aparıb qoymaq üçün saxladığını bildirmişdir. Sonra bükümlər elektron tərəzidə çəkilməyə başlamışdır. Heroin olan böyük büküm 35,84 qram, metamfetamin olan böyük büküm 27,11 qram, heroin olan kiçik büküm 1,87 qram, heroin olan 2-ci kiçik büküm 1,93 qram, içərisində heroin olan 03 ədəd bükümün ümumi çəkisi 39,62 qram, metamfetamin olan kiçik büküm 0,96 qram, metamfetamin olan 2-ci kiçik büküm 0,95 qram, içərisində metamfetamin olan 03 ədəd bükümün ümumi çəkisi 29,03 qram təşkil etmişdir. Sonra üzərindən aşkar olunmuş bükümlər yenidən qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Bu zaman o, əynində olan qara rəngli şalvarın sol yan cibində saxlamış olduğu 01 ədəd Leobank, 01 ədəd Kapital Birbank, 01 ədəd Paşabank kartlarını, 01 ədəd özünə məxsus, 01 ədəd qızına məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd Qayalı market bonus kartını, 223 manat 80 qəpik pulu, bundan başqa əynində olan qış gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 ədəd avtomobilin açarını, habelə əynində olan qara rəngli şalvarın arxa sağ cibində saxlamış olduğu 01 ədəd üzərində 055 ***-**-** mobil nömrəsi olan “Huawei” markalı, arxa sol cibində saxlamış olduğu 01 ədəd üzərində 070 ***-**-** mobil nömrəsi olan “Redmi Note 12” markalı mobil telefonu təqdim etmişdir. Bundan başqa üzərinə şəxsi axtarış keçirilmiş və əlavə olaraq heç bir qanunsuz əşya, predmet, narkotik vasitə aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş 01 ədəd Leobank, 01 ədəd Kapital Birbank, 01 ədəd Paşabank kartları, 01 ədəd özənə məxsus, 01 ədəd qızına məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd Qayalı market bonus kartı, 223 manat 80 qəpik pul, 01 ədəd üzərində 055 ***-**-** mobil nömrəsi olan “Huawei” markalı, 01 ədəd üzərində 070 ***-**-** mobil nömrəsi olan “Redmi Note 12” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra çəkiliş dayandırılmadan çəkiliş iştirakçıları ilə birlikdə Sumqayıt ŞPİ-nin inzibati binasının həyətində etibarnamə ilə idarə etdiyi Opel Astra markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin daxilinə və yük yerinə baxış keçirilmiş, əlavə olaraq heç bir qanunsuz əşya, predmet, narkotik vasitə və s. aşkar edilməmiş və bununla da çəkiliş dayandırılmışdır. Bundan sonra psixotrop maddənin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və Polis İdarəsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Eyni zamanda bir dəfə Abbas adlı şəxsin qoyduğu yerdən narkotik vasitə götürüb aparıb onun dediyi yerə qoymuş və bunun muqabilində 200 manat pul almışdır. İfadəsində göstərdiyi İran İslam Respublikası vətəndaşının dəqiq adını, ünvanını və telefon nömrəsi barədə verilmiş suala cavab verərkən bildirmişdir ki, həmin şəxs adını «Abbas» olaraq bildirmişdir. Telefon nömrəsi isə İran nömrəsi olmuşdur, ancaq nömrəni xatırlamır. Saxlanılarkən üzərində iki ədəd mobil telefon olmuşdur. Huawei markalı telefonunda 055 729-49-19, Redmi Note 12 markalı telefonda isə 070 ***-**-** nömrəsi olmuşdur. O, bundan əvvəl bir dəfə həmin şəxsin dediyi yerə narkotik vasitə aparıb qoyub bunun müqabilində 200 manat pul almışdır. İfadəsində Abbas adlı İran İslam Respublikası vətəndaşının telefon nömrəsini Taleh adlı tanışının verdiyini bildirməsi ilə bağlı suala cavab verərkən bildirmişdir ki, o, nömrəni Talehdən çoxdan almışdır. Taleh əvvəllər onunla qonşuluqda yaşamışdır. İndi onun harada olmasını bilmir. O, tərəzini təxminən bir ay əvvəl, yəni bu işə başlayanda xatırlamadığı yerdə mağazadan almış və götürdüyü narkotik vasitə və psixotrop maddələrin çəkisini dəqiqləşdirmək üçün istifadə etmişdir. O, tutulana qədər "xxxx" MMC-də işləmiş və PaşaBank bank kartı onun maaş kartı olmuşdur. Unibank tərəfindən verilmiş kart isə alış-veriş kartı olmuşdur. O, həmin kartdan bu məqsədlə istifadə etmişdir. Təqsirləndirilən şəxs son sözünü söyləyərkən məhkəmədən yalnız narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitənin satışı ilə məşğul olmaması və ona görə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “17 aprel günorta radələrində təqsirləndirilən şəxsin üzərində və avtomobilində narkotik vasitə gəzdirməsi və satması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. “Yaşıl Dərə” ərazisində yeri müəyyən olundu. Biz ona yaxınlaşanda narkotik vasitəni yerləşdirirdi. Uzaqdan müşahidə etdik və videomüşahidə ilə yaxınlaşdıq. Özümüzü təqdim etdik, daha sonra özü də iranlı şəxs ilə əlbir olub narkotik vasitələri “konum” etdiyini etiraf etdi. Üzərində də bükümlər var idi, daha sonra maşınından da narkotik vasitələr aşkar olundu. Narkotik vasitələr tərəzi vasitəsilə çəkildi, qablaşdırıldı. Daha sonra aidiyyəti üzrə idarəyə gətirildi.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Təqsirləndirilən şəxsə yaxınlaşdığımız zaman hər hansı bir müqavimət göstərmədi. İranlı şəxsin şəxsiyyəti müəyyən olunmamışdır.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir: “17 aprel günorta radələrində əməliyyat məlumatı daxil olmuşdur. Əlamətlərə uyğun şəxsi görüb video müşahidə ilə həmin şəxsə yaxınlaşdıq. Şəxsin əlində büküm var idi. Özümüzü təqdim etdik və əlindəkinin nə olduğunu soruşduqdan sonra şəxs özü etiraf etdi.” Şahid3 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir: “17 aprel günorta radələrində daxil olmuş əməliyyat məlumatı əsasında məndən, Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Yaşıldərə massivində Təqsirləndirilən şəxs saxladıq və saxlanıldığı zaman üzərində narkotik vasitə var idi. İranlı şəxslə əlaqəsi olduğunu bildirdi. Nəqliyyat vastəsində də narkotik vasitələr var idi. Daha sonra narkotik vasitələr qablaşdırıldı və şəxs aidiyyət üzrə idarəyə gətirildi. Xidməti otaqların birində vəkilin də iştirakı ilə çəkiliş aparıldı və rəsmiləşdirildi.” Şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və şahid həmin ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, «Yaşıldərə» bağlar massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, qanunsuz üzərində saxlaması, satması, eləcə də idarə etdiyi «Opel Astra» markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə CAŞ-nin rəisi, polis polkovnikleytenantı Cabir Niftəliyevdən, ondan, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis baş serjantı Şahid3, polis serjantı Şahid2, polis kapitanı X12, TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X4 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti, polis mayoru X17 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 14:16 dəqiqədə əməliyyat qrupunun üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, Əli Mustafayev küçəsi, «Samur-Abşeron» kanalının yaxınlığında Təqsirləndirilən şəxs özü tərəfindən təyin edilmiş yerə narkotik vasitə və psixotrop maddə qoyarkən videoçəkiliş aparılmaqla saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə və satmaqda şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərinin yoxlanılacağını bildirib üzərində qanunla qadağan olunmuş əşya-predmet, narkotik vasitə varsa təqdim etməyini təklif etmişlər. Polis əməkdaşlarından biri telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. Onlar Niyaməddindən oraya nə üçün gəldiyini soruşmuşlar. Niyaməddin həmin ərazidə narkotik vasitə qoyduğunu bildirmişdir. Niyaməddin saxlanıldığı yerdə onlara göstərdiyi dəmir dirəyin altına baxış keçirilmiş və oradan yerdəki daş götürülmüş və altında üzərində göy rəngli qələmlə «2k 1p» yazısı olan şəffaf sellofan paket aşkar olunmuşdur. Sorğu zamanı Niyaməddin «2k» yazısının 2 qram «kakos» yəni narkotik vasitə olan heroin, «1p» yazısının isə 1 qram «patı», yəni psixotrop maddə olan metamfetamin mənasında olduğunu bildirmişdir. Onlar Niyaməddindən üzərində qanunsuz əşya, predmet, narkotik vasitə olub olmadığını soruşduqda o, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanda olan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün üzərində «2k 1p» yazıları olmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə də eyni qayda olaraq 2 qram «kakos», yəni heroin və 1 qram «patı», yəni metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı Niyaməddin həmin maddələri İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gizlətdiyi yerdən götürülmüş və üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs götürülmüş və saxlanılması üçün kiçik inspektor Şahid2 verilmiş mobil telefonun ona məxsus olub olmadığı soruşulmuşdur. Niyaməddin həmin telefonun ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya olub-olmadığı soruşulduqda o, üzərində daha bir telefon oluğunu bildirib əynindəki cins şalvarın arxa sol cibindən qara rəngli mobil telefonu çıxarıb təqdim etmişdir. Hər iki telefon təhqiqatçıya təqdim olunması üçün Niyaməddinin özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və əynindəki gödəkçənin sol yan cibindən avtomobil açarı, cins şalvarın sağ yan cibindən isə 5 ədəd kart, 1 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq, 1 ədəd 10 manatlıq və 13 ədəd 1 manatlıq pul əskinazları aşkar olunmuş və təhqiqata təqdim olunması üçün onun özünə qaytarılmışdır. Daha sonra qarşıda olan avtomobilin ona məxsus olub olmadığı soruşulmuşdur. Niyaməddin «Opel astra» markalı avtomobili göstərərək həmin avtomobilin ona məxsus olduğunu bildirmişdir. Sorğu zamanı Niyaməddin avtomobildə də narkotik vasitə olduğunu bildirmişdir. Onlar ona avtomobilə baxış keçiriləcəyini bildirdikdə o, heç bir etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa oturacağında rəngli sellofan paket aşkar olunmuşdur. Aşkar olunmuş paketə baxış keçirilərkən Niyaməddin ilk bükümün psixotrop maddə metamfetamin olduğunu, rəngli paketdən çıxan vərəqdə olan «2k 1p» yazısını özünün hazırladığını bildirmişdir. Daha sonra paketdən 01 ədəd elektron tərəzi, 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm, 2 ədəd hər birinin üzərində «2k 1p» yazısı olan bükümlər aşkar olunmuşdur. Aşkar olunan həmin bükümlərə baxdıqda onların içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmişdir. 1-ci büküm 2,99 qram, 2-ci büküm də 2,99 qram təşkil etmişdir. Eləcə də içərisində psixotrop maddə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 26,58 qram, narkotik vasitə olan büküm isə 35,21 qram təşkil etmişdir. Aşkar olunmuş bükümlər və 01 ədəd elektron tərəzi ayrı-ayrılıqda qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs maşında başqa heç bir şey olmadığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Niyaməddin heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis İdarəsində xidməti otaqlardan birində kriminalist Asəf Həbibov videokameranı işə salmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını və Polis İdarəsinə gətirildiyini bir daha izah etmiş və ona hüqüq və vəzifələri ilə bağlı bildirişi təqdim etmişdir. Sonra onlar özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X22 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs hansı şəraitdə saxlanılması, üzərindən və avtomobilindən nə aşkar olunması barədə qısa məlumat vermiş və qablaşdırılmış narkotik vasitə, psixotrop maddə və 01 ədəd elektron tərəzini təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı təqdim olunmuş zərflərin möhürləndiyini, imzalandığını iştirakçılara nümayiş etdirmişdir. Sonra təhqiqatçı tərəfindən zərflər açılaraq baxılmışdır. 1-ci zərf açılaraq içərisində elektron tərəzi olduğu, həmin tərəzinin işlək vəziyyətdə olduğu bildirilmişdir. 2-ci zərf açıldıqda içərisində hər birində iki ədəd büküm olan 02 ədəd büküm aşkar olunmuşdur. Sorğu zamanı Niyaməddin kristalşəkilli olan maddələrin metamfetamin, digər qəhvəyi rəngi kütlələrin isə kakos olduğunu bildirmişdir. Sonra həmin bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmişdir. 1-ci kristalşəkilli maddə olan büküm 0,99 qram, 2-ci kristalşəkilli maddə olan büküm 1 qram, ümumi çəkisi isə 2 qram təşkil etmişdir. Sonra içərisində qəhvəyi rəngli maddə olan bükümlər elektron tərəzidə çəkilmişdir. 1-ci büküm 1,96 qram, 2-ci büküm 2,12 qram, ümumi çəkiləri isə 4,09 qram təşkil etmişdir. Sonra həmin bükümlər əvvəlcə qablaşdırıldıqları zərfə qoyulmuşdur. Sonra 3-cü zərf açılmışdır. Zərfdə içərisində kristalşəkilli maddə olan 1 ədəd böyük büküm, içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd böyük büküm, hər birində 01 ədəd metamfetamin və 01 ədəd heroin olan iki ədəd büküm aşkar olunmuşdur. Sorğu zamanı Niyaməddin kristalşəkilli olan maddələrin metamfetamin, digər qəhvəyi rəngi kütlələrin isə kakos olduğunu bildirmişdir. Eyni zamanda sorğu zamanı aşkar olunmuş maddələri iki gün əvvəl Abbas kimi tanıdığı İran İslam Respublikası vətəndaşından Suraxanı rayonu ərazisində qoyduğu yerdən gedib götürdüyünü, həmin maddələrə pul vermədiyini, bu maddələri götürdükdən sonra Abbasın dediyi yerlərə aparıb qoyduqdan sonra bunun müqabilində ona pul verəcəyini, özünün isə bəzən kakosdan istifadə etdiyini bildirmişdir. Sonra 3-cü zərfdə olan bükümlər elektron tərəzidə çəkilmişdir. İçərisində qəhvəyi rəngli maddə olan 1-ci böyük büküm 35,84 qram, içərisində kristalşəkilli maddə olan böyük büküm 27,11 qram, qəhvəyi rəngi maddə olan 2-ci büküm 1,87 qram, 3-cü büküm 1,93 qram, ümumi çəkilər 39,62 qram, kristalşəkilli maddə olan 2-ci büküm 0,96 qram, 3-cü büküm 0,95 qram, ümumi çəki isə 29,03 qram təşkil etmişdir. Avtomobildən aşkar olunmuş 02 ədəd böyük və 04 ədəd balaca bükümlər yenidən həmin zərfə qoyulmuş və möhürlənərək qablaşdırılmışdır. Eləcə də digər zərflər də möhürlənərək bağlanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan mobil telefonları, pulu, kartları və maşın açarını çıxarıb təqdim etmişdir. Onun üzərindən başqa şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefonlar, pullar və kartlar təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra çəkiliş davam etməklə Niyamədin Əjdərovun idarə etdiyi «Opel Astra» markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobildən qanunsuz heç bir şey aşkar olunmamışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs həmin psixotrop maddəni, narkotik vasitəni və elektron tərəzini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin maddələri iki gün əvvəl Abbas adı ilə tanıdığı İran İslam Respublikası vətəndaşının Bakı şəhəri, Suraxanı rayonu ərazisində qoyduğu yerdən götürüb onun deyəcəyi yerlərə qoyması və bunun müqabilində ondan pul alması üçün üzərində və idarə etdiyi avtomobildə saxladığını bildirmişdir. Hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Niyaməddin Əjərovun narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi və satışı ilə məşğul olması ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələri kimlərə satışı ilə bağlı məlumat əldə olunmamışdır. (iş vər. 209-212) Cinayət işinin materiallarında olan -xx.xx.2025-ci il tarixli “raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda, müxtəlif növ narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi, satışı ilə məşğul olması, həmçinin idarə etdiyi “Opel Astra” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə narkotik vasitələr satması barədə məlumatı daxil olmuşdur. (cild 01, iş vər 04) -xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə X13 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 07-08). -xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və “Panasonic” markalı videokamera vasitə ilə çəkilmiş və DVD diskinə yazılmış görüntülərə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 17 aprel 2025-ci il tarixdə, saat 14:16 dəqiqədə Sumqayıt şəhəri, «Yaşıldərə» bağlar massivi, Əli Mustafayev küçəsi, «Samur-Abşeron» kanalının yaxınlığında Təqsirləndirilən şəxs ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzəri yoxlanılmış və idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü tərəfindən təyin edilmiş yerə narkotik vasitə və psixotrop maddə qoyarkən videoçəkiliş aparılmaqla saxlanılır. Polis əməkdaşları özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirirlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə və satmaqda şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərinin yoxlanılacağını bildirib üzərində qanunla qadağan olunmuş əşya-predmet, narkotik vasitə varsa təqdim etməyini təklif edirlər. Niyaməddindən oraya nə üçün gəldiyini soruşurlar. Niyaməddin həmin ərazidə narkotik vasitə qoyduğunu bildirir. Niyaməddin saxlanıldığı yerdə onlara göstərdiyi dəmir dirəyin altına baxış keçirilir və oradan yerdəki daş götürülür və altında üzərində göy rəngli qələmlə «2k 1p» yazısı olan şəffaf sellofan paket aşkar olunur. Sorğu zamanı Niyaməddin «2k» yazısının 2 qram «kakos» yəni narkotik vasitə olan heroin, «1p» yazısının isə 1 qram «patı», yəni psixotrop maddə olan metamfetamin mənasında olduğunu bildirir. Onlar Niyaməddindən üzərində qanunsuz əşya, predmet, narkotik vasitə olub olmadığını soruşduqda o, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanda olan bükümü çıxarıb təqdim edir. Həmin bükümün üzərində «2k 1p» yazıları var. Təqsirləndirilən şəxs həmin bükümlərdə də eyni qayda olaraq 2 qram «kakos», yəni heroin və 1 qram «patı», yəni metamfetamin olduğunu bildirir. Sorğu zamanı Niyaməddin həmin maddələri İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs gizlətdiyi yerdən götürülmüş və üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilir və zərfə qoyularaq müvafiq qaydada qablaşdırılır. Saxlanılarkən Təqsirləndirilən şəxs götürülmüş və saxlanılması üçün kiçik inspektor Şahid2 verilmiş mobil telefonun ona məxsus olub-olmadığı soruşulur. Niyaməddin həmin telefonun ona məxsus olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya olub-olmadığı soruşulduqda o, üzərində daha bir telefon oluğunu bildirib əynindəki cins şalvarın arxa sol cibindən qara rəngli mobil telefonu çıxarıb təqdim edir. Hər iki telefon təhqiqatçıya təqdim olunması üçün Niyaməddinin özünə qaytarılır. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılır və əynindəki gödəkçənin sol yan cibindən avtomobil açarı, cins şalvarın sağ yan cibindən isə 5 ədəd kart, 1 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq, 1 ədəd 10 manatlıq və 13 ədəd 1 manatlıq pul əskinazları aşkar olunur və təhqiqata təqdim olunması üçün onun özünə qaytarılır. Daha sonra qarşıda olan avtomobilin ona məxsus olub olmadığı soruşulur. Niyaməddin «Opel astra» markalı avtomobili göstərərək həmin avtomobilin ona məxsus olduğunu bildirir. Sorğu zamanı Niyaməddin avtomobildə də narkotik vasitə olduğunu bildirir. Polis əməkdaşları ona avtomobilə baxış keçiriləcəyini bildirdikdə o, heç bir etirazının olmadığını bildirir. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilir. Baxış zamanı avtomobilin arxa oturacağında rəngli sellofan paket aşkar olunur. Aşkar olunmuş paketə baxış keçirilərkən Niyaməddin ilk bükümün psixotrop maddə metamfetamin olduğunu, rəngli paketdən çıxan vərəqdə olan «2k 1p» yazısını özünün hazırladığını bildirir. Daha sonra paketdən 01 ədəd elektron tərəzi, 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm, 2 ədəd hər birinin üzərində «2k 1p» yazısı olan bükümlər aşkar olunur. Aşkar olunan həmin bükümlərə baxdıqda onların içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunur. Aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilir. 1-ci büküm 2,99 qram, 2-ci büküm də 2,99 qram təşkil edir. Eləcə də içərisində psixotrop maddə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 26,58 qram, narkotik vasitə olan büküm isə 35,21 qram təşkil edir. Aşkar olunmuş bükümlər və 01 ədəd elektron tərəzi ayrı-ayrılıqda qablaşdırılaraq götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs maşında başqa heç bir şey olmadığını bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. (vərəqə: 104-106; 150-151) -“Mobil telefon vasitə ilə çəkilmiş və DVD diskinə yazılmış görüntülərə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsini özündə əks etdirən bir ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 17 aprel 2025ci il tarixdə saat 14:16 dəqiqədə Sumqayıt şəhəri, «Yaşıldərə» bağlar massivi, Əli Mustafayev küçəsi, «Samur-Abşeron» kanalının yaxınlığında Təqsirləndirilən şəxs ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzəri yoxlanılmış və idarə etdiyi avtomobilə baxış keçirildkdən sonra Sumqayıt ŞPİ-nə gətirilmişdir. Xidməti otaqların birində ekspert kriminalist panasonik markalı videokameranı işə salır. Təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını və Polis İdarəsinə gətirildiyini bir daha izah edir və ona hüqüq və vəzifələri ilə bağlı bildirişi təqdim edir. Sonra onlar özlərini təqdim edirlər. Sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X22 təqdim olunur. O, vəkilə etiraz etmir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs hansı şəraitdə saxlanılması, üzərindən və avtomobilindən nə aşkar olunması barədə qısa məlumat vermiş və qablaşdırılmış narkotik vasitə, psixotrop maddə və 01 ədəd elektron tərəzini təhqiqatçıya təqdim edir. Təhqiqatçı təqdim olunmuş zərflərin möhürləndiyini, imzalandığını iştirakçılara nümayiş etdirir. Sonra təhqiqatçı tərəfindən zərflər açılaraq baxılır. 1-ci zərf açılaraq içərisində elektron tərəzi olduğu, həmin tərəzinin işlək vəziyyətdə olduğu bildirir. 2-ci zərf açıldıqda içərisində hər birində iki ədəd büküm olan 02 ədəd büküm aşkar olunur. Sorğu zamanı Niyaməddin kristalşəkilli olan maddələrin metamfetamin, digər qəhvəyi rəngi kütlələrin isə kakos olduğunu bildirir. Sonra həmin bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilir. 1-ci kristalşəkilli maddə olan büküm 0,99 qram, 2-ci kristalşəkilli maddə olan büküm 1 qram, ümumi çəkisi isə 2 qram təşkil edir. Sonra içərisində qəhvəyi rəngli maddə olan bükümlər elektron tərəzidə çəkilir. 1-ci büküm 1,96 qram, 2-ci büküm 2,12 qram, ümumi çəkiləri isə 4,09 qram təşkil edir. Sonra həmin bükümlər əvvəlcə qablaşdırıldıqları zərfə qoyulur. Sonra 3-cü zərf açılır. Zərfdə içərisində kristalşəkilli maddə olan 1 ədəd böyük büküm, içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd böyük büküm, hər birində 01 ədəd metamfetamin və 01 ədəd heroin olan iki ədəd büküm aşkar olunur. Sorğu zamanı Niyaməddin kristalşəkilli olan maddələrin metamfetamin, digər qəhvəyi rəngi kütlələrin isə kakos olduğunu bildirir. Eyni zamanda sorğu zamanı aşkar olunmuş maddələri iki gün əvvəl Abbas kimi tanıdığı İran İslam Respublikası vətəndaşından Suraxanı rayonu ərazisində qoyduğu yerdən gedib götürdüyünü, həmin maddələrə pul vermədiyini, bu maddələri götürdükdən sonra Abbasın dediyi yerlərə aparıb qoyduqdan sonra bunun müqabilində ona pul verəcəyini, özünün isə bəzən kakosdan istifadə etdiyini bildirir. Sonra 3-cü zərfdə olan bükümlər elektron tərəzidə çəkilir. İçərisində qəhvəyi rəngli maddə olan 1-ci böyük büküm 35,84 qram, içərisində kristalşəkilli maddə olan böyük büküm 27,11 qram, qəhvəyi rəngi maddə olan 2-ci büküm 1,87 qram, 3-cü büküm 1,93 qram, ümumi çəkilər 39,62 qram, kristalşəkilli maddə olan 2-ci büküm 0,96 qram, 3-cü büküm 0,95 qram, ümumi çəki isə 29,03 qram təşkil edir. Avtomobildən aşkar olunmuş 02 ədəd böyük və 04 ədəd balaca bükümlər yenidən həmin zərfə qoyulmuş və möhürlənərək qablaşdırılır. Eləcə də digər zərflər də möhürlənərək bağlanır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan mobil telefonları, pulu, kartları və maşın açarını çıxarıb təqdim edir. Onun üzərindən başqa şey aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefonlar, pullar və kartlar təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür. Bundan sonra çəkiliş davam etməklə Niyamədin Əjdərovun idarə etdiyi «Opel Astra» markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobildən qanunsuz heç bir şey aşkar olunmur. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. (vərəqə: 148-149) -"xxxx" MMC-dən götürülmüş bir ədəd DVD-ə yazılmış telefon danışıqları haqqında olan məlumatlara baxış keçirilməsi barədə” 20 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə ötürülən məlumatları özündə əks etdirilən "xxxx" MMC-dən götürülmüş bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış aparılan DVD tipli diski istifadəmdə olan fərdi kompüterin DVD disklərini oxudan qurğusu (“diskovod”) vasitəsilə oxudarkən müəyyən edilir ki, həmin diskdə 01 ədəd nömrənin məxsusluq tarixçəsi, 02 ədəd Müştəri zənglərinin detallaşması, 01 ədəd SMS tarixçəsi və 01 ədəd Zənglərin məxsusluq tarixçəsi formatında fayl vardır. «Nömrələrin məxsusluq tarixçəsi» adlanan fayl 01 səhifədən ibarətdir. Həmin səhifədə 055 ***-**-** telefon nömrəsinin Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilmişdir. «Zənglərin detallaşması» adlanan 1-ci fayl 83 səhifədən ibarətdir. 83-cü səhifədə 055 ***-**-** mobil telefon nömrəsinin xx.xx.2025-ci il tarixdə saat 14:00 dəqiqədə Sumqayıt şəhəri, 12-ci mikrorayon, Çerkassi küçəsi, 66 saylı qarajın anten dairəsində olduğu göstərilmişdir. Bundan sonra telefonun anten dairəsi ünvan 6 ünvanını göstərir. «Zənglərin detallaşması» adlanan 2-ci fayl 451 səhifədən ibarətdir. 451-ci səhifədə 055 ***-**-** mobil telefon nömrəsinin xx.xx.2025-ci il tarixdə saat 14:00 dəqiqədə Sumqayıt şəhəri, 12-ci mikrorayon, Çerkassi küçəsi, 66 saylı qarajın anten dairəsində olduğu göstərilmişdir. Bundan sonra telefonun anten dairəsi ünvan 6 ünvanını göstərir. «SMS tarixçəsi» adlanan faylda iş üçün əhəmiyyətli sms mətni aşkar olunmamışdır. Zənglərin məxsusluq tarixçəsi adlanan fayl 01 səhifədən ibarətdir və səhifədə telefon nömrə sahiblərinin anket məlumatları və qeydiyyat ünvanları qeyd olunmuşdur eyd edilən məlumatların qeyd edildiyi 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (vərəqə: 161-164) -« HUAWEİ » markalı mobil telefon aparatına baxış keçirilməsi barədə” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «HUAWEİ» markalı mobil telefon aparatı baxış keçirilərkən müəyyən olunmuşdur ki, baxış keçirilən «HUAWEİ» markalı mobil telefon aparatı smartfon tipli, sensor ekranlı, qara rəngli mobil telefon aparatıdır. Telefona qara rəngli dəri üzlük (kobura) keçirilmişdir. Telefonda olan məlumatlara baxmaq üçün əvvəlcə telefon sağ tərəfdə olan düyməni sıxmaqla işlək vəziyyətə gətirildi. Daha sonra mesajlaşma, kontaktlar, qaralama yazılar olan qovluqlar, qeydlər və fotolar adlı qovluqlar açıldı. Qeyd edilən qovluqlara baxış keçirildi, lakin iş üçün əməhiyyət kəsb edən hər hansı bir mesaj, şəkil və ya iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi. Sonra Whatsapp tətbiqi açıldı və içərisində +98 911 *** **** saylı mobil nömrənin şübhəli olduğu və «Usdaa» adı ilə yaddaşa yazıldığı aşkar olundu. Qeyd edilən şəxslə yazışma səhifəsində müxtəlif yerlərin işarələnmiş fotoşəkilləri və şübhəli yazılar olan hissələr mobil telefon vasitəsi ilə çəkilərək printer vasitəsi ilə çıxardılaraq protokola əlavə edilmişdir. Eyni zamanda telefonda «kontaktlar» qovluğuna da baxış keçirilmi və şübhəli adlar olan telefon nömrəsi aşkar edilməmişdir. (vərəqə: 142) -Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli. 20/205 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,932 qram, 0,907 qram; ümumi təmiz çəkisi 1,839 qram olan ağ rəngli, kristalşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, həmin metamfetamin kütləsi kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,944 qram, 1,729 qram; ümumi təmiz çəkisi 3,673 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, həmin heroin kütlələri kimvəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,903 qram, 0,893 qram, 26,286 qram; ümumi təmiz çəkisi 28,092 qram olan ağ rəngli, kristalşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, həmin metamfetamin kütləsi kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,754 qram, 1,680 qram, 33,120 qram ümumi təmiz çəkisi 36,554 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd elektron tərəzinin səthində psixotrop maddə - metamfetamin izləri müəyyən edildi. Elektron tərəzinin səthində psixotrop maddə metamfetamin iz şəklində olduğundan təmiz çəkinin müəyyən edilməsi və eyniləşdirmə üçün tədqiqatın aparılması mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş ümumi sayı 5 büküm, ümumi təmiz çəkisi 29,931 qram olan metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, həmçinin ümumi sayı 5 büküm, ümumi təmiz çəkisi 40,227 qram olan heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (vərəqə: 201-212) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X14” X26 xx.xx.2025-ci il tarixli, 493 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır.(vərəqə 81-82). -“ Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3091 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (vərəqə: 143-144) -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. (vərəqə: 213-214) -“Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 01 noyabr 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 29,931 qram metamfetamin, 40,227 qram heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 29,781 qram metamfetamin, qalıq çəkisi 40,077 qram heroin və bir ədəd elektron tərəzi cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları və TŞ-nin təhqiqatçısı tərəfindən şəxsi axtarış və baxış keçirilməsi barədə görüntünü əks etdirən 02 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb eldiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. (vərəqə: 215-229) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, 05 ədəd bükümdə ümumi təmiz çəkisi 29,931 qram kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ağ rəngli kristalşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, külli miqdarda yəni, 05 ədəd bükümdə ümumi təmiz çəkisi 40,227 qram kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən qəhvəyi rəngli maddələr kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 ədəd elektron tərəzini əldə edib daşıyaraq üzərində saxlamış, 17 aprel 2025-ci il tarixdə saat 14:16 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, «Yaşıldərə» bağlar massivi, Əli Mustafayev küçəsi, «Samur-Abşeron» kanalının yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılarkən əvvəlcədən gizlətdiyi yerə baxış və üzərində yoxlama aparılarkən, gizlətdiyi yerdə daşın altından və əynindəki şalvarın sağ yan cibindən ümumilikdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,932 qram, 0,907 qram, ümumi təmiz çəkisi 1,839 qram olan kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ağ rəngli, kristalşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, külli miqdarda yəni, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,944 qram, 1,729 qram, ümumi təmiz çəkisi 3,673 qram olan kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən qəhvəyi rəngli maddələr kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq idarə etdiyi Opel Astra markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa oturacağının üzərindəki sellofan paketdən külli miqdarda yəni, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,903 qram, 0,893 qram, 26,296 qram, ümumi təmiz çəkisi 28,092 qram kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ağ rəngli kristalşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, külli miqdarda yəni, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,754 qram, 1,680 qram, 33,120 qram, ümumi təmiz çəkisi 36, 554 qram kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən qəhvəyi rəngli maddələr kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Götürülmüş kütlələr məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci tarixdə Təqsirləndirilən şəxs üzəri və avtomobili yoxlanılaraq narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməklə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmiş, onun bilavasitə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə külli miqdarda narkotik vasitənin əldə edildiyi mənbəni, o cümlədən İran İslam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü əvvəl təqsirli bilib sonradan təqsirli bilməməsi, bununla bağlı qeyd etdiyi xüsusatlara və irəli sürdüyü arqumentlərə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri sayır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həm saxlanılan zaman polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə, döyülməyə məruz qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq onun əleyhinə toplanılan sübutların ona qarşı zor tətbiq etməklə əldə edildiyinə istinad etdiyindən, məhkəmə kollegiyası bu məsələyə xüsusi həssaslıqla yanaşaraq qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V). Qeyd olunan səbəbdəndir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında da sözügedən məsələyə diqqət yetirilmiş və həmin qərarın 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixlıi Plenum qərarının 26-cı bəndində də göstərilmişdir ki, CPM-in 125.8ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı hər nə qədər saxlanıldığı zaman polis əməkdaşları tərəfindən döyüldüyünü, təzyiq və təsirlərə, işgəncəyə məruz qaldığını, xəsarət aldığını bildirsə də, bunu təsdiq edən hər hansı bir sübut növü iş materiallarında yer almamış, o cümlədən müdafiə tərəfindən belə bir sübut növü məhkəməyə təqdim olunmamışdır, hazırki iş üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı hüquqlarının ibtidai istintaq orqanı tərəfindən pozulub-pozulmamasının müəyyən edilməsi üçün məhkəmə öz təşəbbüsü ilə sorğu vermiş və qeyd olunan pozuntu hallarının baş verməsini təkzib edən - “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 iyun 2025 il tarixli qərar cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyriinsani rəftara məruz qalması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış və 17 iyun 2025 il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının məlumatı əsasında toplanılmış material üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanladığı xüsusi məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2025-ci il tarixdə təxminən 11:20 radələrində Sumqayıt ŞPİ-nin MSY-nin əməkdaşları tərəfindən təhvil verilmiş və 22 aprel 2025-ci il tarixdə təxminən 12:00 radələrində sanitar hissəsində müayinə olunan zaman sol bazu nahiyəsinin bayır səthinin orta 1/3 sağ çiyin nahiyəsində bənövşəyi rəngli qançır, hər iki diz nahiyəsində, sağ dirsəyinin sıyrılmış qərtməkli yara aşkar olunmuşdur. Bununla əlaqədar akt tərtib olunaraq izahatı alınmışdır. -“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 iyun 2025 il tarixli qərarı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən sorğu edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs araşdırma zamanı izahatında göstərmişdir ki, polis əməkdaşları onu 17 aprel 2025-ci il tarixdə saxlayan zaman onlarla əlbəyaxa olmuş, hər iki qol və ayaq nahiyəsindən xəsarət almışdır. Bundan sonra daha çox polis əməkdaşı gələrək onu Polis İdarəsinə aparmışlar. Yaxalanan zaman onun üstündə narkotik vasitə və psixotrop maddə metamfetamin olmuşdur. Həmin narkotik vasitə və psixotrop maddəni o, polis əməkdaşlarına təqdim etmişdir. Həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış və 17 iyun 2025 il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının məlumatı əsasında toplanılmış material üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, şəxsin İstintaq Təcridxanasına daxil olarkən aldığı xəsarətləri polis əməkdaşları tərəfindən döyülmə, təzyiq və təsirlərə, işgəncəyə məruz qalması nəticəsində alması barədə irəli sürdüyü xüsusatları özünün Prokurorluqda araşdırma zamanı verdiyi ifadəsi ilə təkzib olunur. Belə ki həmin ifadədən görünür ki, polis əməkdaşları onu 17 aprel 2025-ci il tarixdə saxlayan zaman Təqsirləndirilən şəxs onlarla əlbəyaxa olmuş, hər iki qol və ayaq nahiyəsindən xəsarət almışdır. Bundan sonra daha çox polis əməkdaşı gələrək onu Polis İdarəsinə aparmışlar. Yaxalanan zaman onun üstündə narkotik vasitə və psixotrop maddə metamfetamin olmuşdur. Həmin narkotik vasitə və psixotrop maddəni o, polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxsin ifadəsindən də göründüyü kimi o polislərə müqavimət göstərməsi nəticəsində aralarında münaqişə yaranmış və şəxsin üzərində xəsarətlər qalmışdır. Məhkəmə hesab edir ki, məhz bu səbəbdən şəxsin işgəncəyə məruz qalması inkar olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən döyülməsi, bunun nəticəsində xəsarətlər alması barədə verdiyi ifadəsinə münasibətdə həmçinin bildirir ki, “Məhkəmə-tibbi Ekspertiza və X14” X26 xx.xx.2025-ci il tarixli, 493 nömrəli rəyi ilə onun bu məzmunda söylədiyi xüsusatlar təkzib olunur. Belə ki, həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Həmin rəydən görünür ki, müayinə zamanı şəxs polis əməkdaşlarının onu döymədiyini bildirmişdir. (vərəqə 81-82).Ekspert rəyindən də göründüyü kimi şəxsin müayinəsi 19 aprel 2025-ci il tarixdə aparılmış, Təqsirləndirilən şəxs isə 17 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Əgər təqsirləndirilən şəxsin söylədiyi kimi döyülmə faktı gerçək olardısa, iki gün sonrakı günə ən azı bir dənə xəsarət izi qalardı. Bundan əlavə müayinə zamanı təqsirləndirilən şəxsin özü də döyülmədiyini bildirmişdir. Bundan başqa son söz mərhələsində Təqsirləndirilən şəxs məhkəməyə döyülməyi barədə məlumat verərək və bu faktın araşdırılması üçün sorğu verilməsi barədə vəsatət verərək bildirmişdir: “Mən penitensiar xidmətə daxil olarkən bədənim gömgöy idi, döyülmüşdüm. Şikayət verdim, prokurorluqdan gəlib qeydlər apardılar və s. Lakin hələ də, cavab gəlməyib. Əvvəlki məhkəmə iclasında videogörüntülərə baxandan sonra sanki donmuşdum. Ona görə də, bu vəsatəti təqdim edə bilmədim.” Qeyd olunan sorğu ilə əlaqədar məhkəmə istintaqı təzələnmiş, Təqsirləndirilən şəxs yenidən dindirilmiş və o, əlavə ifadəsində göstərmişdir: “Mənim üzərimdə metamfetamin, heroin olmamışdır, çəkiliş zamanı üzərimə qoyublar. Mən məhkəmə baxışı zamanı prosesin gedişatını belə gözləmədiyimdən bunları qeyd etməmişəm.” Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişində ayrı-ayrı vaxtlarda fərqli məzmunda ziddiyyətli ifadələr vermiş, belə ki, məhkəmədə təqsirləndirilən şəxs ilk dəfə ifadə verərkən törətdiyi əməli səmimi şəkildə etiraf etmiş, iranlı şəxs ilə danışdığını, narkotik vasitənin satışı əvəzində ondan pul alacağı barədə razılaşmaları olduğunu qeyd etsə də, son sözünü deyərkən polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmiş, əlavə dindirilərkən “üzərində metamfetamin, heroin olmaması, çəkiliş zamanı üzərinə qoyulması ilə bağlı ifadələr vermiş və məhz bu halın araşdırılması üçün məhkəmə istintaqı təzələnmiş və onun bu xüsusatda söylədikləri yuxarıda adını çəkdiyimiz cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, həmçinin ekspert rəyi ilə təkzib olunmuşdur. Bu cür ziddiyyətli ifadələr verməsinin səbəbi soruşulduqda isə təqsirləndirilən şəxs məhkəmədə yekun qərarın bu qədər tez müddətdə çıxacağını hesab etmədiyini bildirmişdir. Odur ki, məhkəmə kollegiyası həmin ifadəyə də tənqidi yanaşır və onunla razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin bu formada ifadə verməsi əvvəlcədən hazırlanmış müdafiə taktikasıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun üzərində büküm olmaması barədə göstərdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən bildirilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamış, həmin hallar müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətində olmaqla əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, məhkəmə ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini qoyur. “Üzərində başqa qanunsuz əşya və ya predmet olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cinbindən 1 ədəd şəffaf sellofanda olan bükümü təqdim etmişdir. Həmin bükümün üzərində “2k 1p” yazıları olmuşdur. Həmin yazıların da eyni qaydada 2 qram “kakos”, yəni narkotik vasitə kakos, yəni heroin, “1p” yazısının isə 1 qram patı, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşından əldə etdiyimi bildirmişdir. Hər iki büküm elektron tərəzidə çəkilmiş, üzərindən aşkar olunan büküm 3,13 qram, yerdən aşkar olunaraq götürülmüş bükümün isə 3,24 qram olması müəyyən edilmişdir. ( vərəqə 247- 251)” Həmçinin Prokurorluqda araşdırma zamanı o izahatında “yaxalanan zaman onun üstündə narkotik vasitə və psixotrop maddə metamfetamin olmuşdur. Həmin narkotik vasitə və psixotrop maddəni o, polis əməkdaşlarına təqdim etmişdir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi (narkotik vasitəni əldə etməsi və ondan həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən aşkar olunması hissəsində) ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər mötəbər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X8 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X5, xx.xx.2022-ci il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü X6 adında azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025ci il tarixli protokoldan və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.( iş vər. 24, 92-103) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 17 aprel 2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Sumqayıt RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 29,781 qram metamtetamin, qalıq çəkisi 40,077 qram heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 29,781 qram metamtetamin, qalıq çəkisi 40,077 qram heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 100 AZN (yüz) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-505/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-505/2025
24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver