Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-508/2024 02.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X10 Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2000-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 350 saat müddətə ictimai işlər cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Siyəzən rayon Zarat kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan əldə etdiyi külli miqdarda yəni, 2,659 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda yəni, 2,313 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı evdə saxlamış, psixotrop maddə metamfetamini ayrı-ayrılıqda təmiz çəkiləri 2,018 qram, 0.641 qram olmaqla 2 ədəd bükümə, narkotik vasitə heroini ayrı-ayrılıqda təmiz çəkiləri 1,359 qram, 0,382 qram, 0,572 qram olmaqla 3 ədəd bükümdə qablaşdırıb, həmin metamfetamin və heroini yaşadığı Siyəzən rayonu Zarat kəndində yerləşən fərdi yaşayış evinin girişindən sağ tərəfdə yerləşən birinci yataq otağındakı dolabın üzərində saxlamış və 01 noyabr 2023-cü il tarixdə, saat 13 radələrində Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Siyəzən rayonu Zarat kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən ayrı-ayrılıqda təmiz çəkiləri 2,018 qram, 0,641 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar təşkil edən 2.659 qram çəkidə psixotrop maddə metamfetamin 2 ədəd ağ rəngli kağız bükümündə və ayrı-ayrılıqda təmiz çəkiləri 1,359 qram, 0,382 qram, 0,572 qram olmaqla 3 ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə heroin fərdi yaşayış evinin girişindən sağ tərəfdə yerləşən birinci yataq otağındakı dolabın üzərindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı evdə dolabın üzərindən narkotik vasitə aşkar olunmuş, həmin narkotik vasitənin miqdarını və neçəyə aldığını xatırlamır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, 1- 2 il olarki, narkotik vasitələrdən istifadə edirmiş, evdən aşkar olunan narkotik vasitələri o özü bükümlərə ayırmış, gün ərzində inyeksiya yolu ilə 1-1,5 qram narkotik vasitə qəbul edirmiş, polis əməkdaşları tərəfindən ona heç bir təzyiq və təsir olunmamış, ibtidai istintaq zamanı fərqli məzmunda ifadə vermiş və narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Özü narkotik vasitə istifadəçisi olmuşdur. Məhkəmədə yalandan etiraf etməsi üçün ona heç bir təzyiq göstərilməmişdir. Bir daha qeyd etmişdir ki, evdə onun otağından aşkar olunan narkotik vasitə və psixotrop maddə ona aid olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və yaşadığı evdə saxlaması haqqında xx.xx.2023-cü il tarixdə əməliyyat aparatına məlumat daxil olmuş, protokol tərtib olunaraq saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonu Zarat kəndindəki fərdi yaşayış evinin qarşısına gəlmişlər, o, Elvin və Cavani tərəfindən saat 12:40 radələrində Təqsirləndirilən şəxs saxlanılmış, özlərini ona təqdim edərək üzərində və evində narkotik vasitə saxlamasında şübhəli olduğu, üzərində və evində narkotik vasitə varsa könüllü təqdim etməsi bildirilmiş, daha sonra evinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs buna etirazının olmadığını bildirmiş və müdafiəçinin iştirakı videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi həyətə daxıl olduqda, həyətdə iki fərdi yaşayış evinin olduğunu görmüşlər, Təqsirləndirilən şəxs soldaki göy qapılı evdə yaşadığını onlara bildirmiş, daha sonra Təqsirləndirilən şəxs evinə daxil olan zaman girişdən sağda yerləşən yataq otağını göstərərək həmin otağın özünün şəxsi otağı olduğunu demiş, girişdən sağda yerləşən Təqsirləndirilən şəxs yatağ otağına keçmişlər və baxışa davam etmişlər, həmin otaqda dolabın üzərində 3 ədəd kağız büküm aşkarlamışlar, bükümlər müstəntiq tərəfindən açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin limon duzu olduğunu söyləmiş, eyni zamanda həmin dolabın üzərindən 3 ədəd sellofan büküm də aşkarlanmış, həmin bükümlər də müstəntiq tərəfindən açılmış və içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin pirdən gətirilən torpaq olduğunu söyləmiş, evdən götürülən həmin bükülülər müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs evindən aşkar olunan metamfetaminə bənzər maddənin limon duzu oluğunu, heroinə bənzər maddənin isə pirdən gətirilən torpaq olduğunu bildirmiş, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, hazırda Siyəzən rayonu Zarat kəndində 2006-cı il təvəllüdlü qızı X4 ilə birlikdə yaşayır, əri Ədalət ilyasov Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə məşğul olduğuna görə yaxalanmış və həbsdədir, Təqsirləndirilən şəxs onun doğma övladıdır, sonuncu təxminən 03 ildir ki, müxtəlif növ adlarını bilmədiyi narkotik vasitə və psixotrop maddələrdən istifadə edirmiş və narkoman olmuş, Təqsirləndirilən şəxs mütəmadi olaraq ağrıları olduğu üçün ondan pul alaraq narkotik tələbatını ödəyirmiş, Eyvaz həmişə istifadə etdiyi maddələri yaşadıqları evdə girişdən sağda yerləşən öz otağında dolabın üstünə qoyurmuş, ümumiyyətlə o, qızına Eyvazın otağına daxil olmağa icazə vermirmiş, hətta Təqsirləndirilən şəxs onun və qızınında mobil telefonlarını narkotik vasitə qəbul etmədiyi zaman ağrıyarkən onlardan dalaşaraq alıb aparıb satıb özünün narkotikə olan tələbatını ödəyibmiş, 02.11,2023-cü il tarixdə Siyəzən RPŞ-nin əməkdaşları onların yaşadıqları evə baxış keçirən zaman o, işdə olmuş, lakın onun ünvanında baxış keçirilməsi ilə bağlı heç bir etirazı olmamış, həmin gün o, səhər işə gedərkən Eyvazı oyatmaq üçün otağına girmiş və həmin vaxtı sonuncunun otağında dolabın üzərində dəqiq sayı yadında qalmasa da bir neçə sellofan bükülü görmüş, o, bükülülərin dəqiq olaraq narkotik vasitə olduğunu bilməmiş, sonradan yəni xx.xx.2023-cü il saat təxminən 14 radələrində Siyəzən RPŞ-dən onunla əlaqə saxlamış və ona oğlunun narkotik vasitələrin dövriyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilmiş, yaşadıqları evdə o, oğlu Təqsirləndirilən şəxs və qızı Fatimə İlyasova birlikdə yaşamışlar, Təqsirləndirilən şəxs narkoman olduğu üçün sonucunun otağına girməyi qızına qadağan etmiş, bundan başqa o, heç vaxt oğlu Eyvazın otağına limon duzu və ya pirdən gətirilmiş torpaq qoymamış, eləcə də baxış zamanı evlərindən aşkarlanan bükülülərin hamısı Eyvaza məxsus olmuş, o, həmin bükülüləri sadəcə səhər işə gedən zaman görmüş, Təqsirləndirilən şəxs otağında dolabın üzərində aşkarlanan 03 bükümdə narkotik vasitə olan heroinin əslində pirdən gətirilmiş torpaq olması və ailə üzvləri tərəfindən otağına qoyulması barədə dedikləri tamamilə yalan olmuşdur (cild 01, iş vər. 85-86). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Siyəzən Rayon Polis Şöbəsinə xx.xx.2000-ci ildə Siyəzən rayonunda anadan olmuş, Siyəzən rayonu, Zarat kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, 14.07.200-ci ildə Siyəzən rayonunda anadan olmuş, Siyəzən rayonu, Zarat kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, 14.07.200-ci ildə Siyəzən rayonunda anadan olmuş, Siyəzən rayonu, Zarat kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və yaşadığı evdə saxlaması barədə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində Siyəzən rayonu, Zarat kəndində yerləşən yaşadığı ünvanın qarşısında saxlanılaraq, yaşadığı mənzilə baxış keçirildikdən sonra Siyəzən Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Siyəzən rayonu Zarat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonu Zarat kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı otaqda olan dolabın üzərində 03 ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 03 ədəd sellofan kəsiyi bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, müvafiq baxış və götürməni əks etdirən video görüntü CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 23-25). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının 02 noyabr 2023-cü il tarixli, 6/5861 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « Təqsirləndirilən şəxs evindən aşkarlanmış...» və s. yazılar. İmzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,018 qram; 0,641qram; ümumi təmiz çəkiləri 2,659 qram ağ rəngli, kristalçəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 bükümdəkimetamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 0,193 qram şəffaf, rəngsiz kristalşəkılli maddə kütləsinin tərkibində nəzarətdə olan maddələr müəyyən edilmədi. 03 ədəd bükümüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,359 qram; 0,382 qram; 0,572 qram; ümumi təmiz çəkiləri 2,313 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (cild 01, iş vər. 35-38). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 18-1-69/2-938/2023 nömrəli məktubdan görünür ki, Siyəzən rayonu Zarat kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstə kimi qeydiyyata alınmamışdır (cild 01, iş vər. 87). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji eskpertizasının xx.xx.2023cü il tarixli, 7548 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolojı dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 102-103). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 108-117). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Siyəzən Rayon Polis Şöbəsinə 14.07.200-ci ildə Siyəzən rayonunda anadan olmuş, Siyəzən rayonu, Zarat kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində İlyasov X6 rayonu, Zarat kəndində yerləşən yaşadığı ünvanın qarşısında saxlanılaraq, yaşadığı evə baxış keçirilmiş, baxış nəticəsində otaqda olan dolabın üzərində 03 ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 03 ədəd sellofan kəsiyi bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərək sözügedən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun onun özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, Siyəzən rayonu Zarat kəndində yaşayır, qeydiyyatdadır və atası, anası, bacısından ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs oğlu subaydır. Hərbi mükəlləfiyyətlidir, bundan əvvəl məhkum olunmuşdur. Siyəzən Rayon icra Hakimiyyətinin başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində rəsmi və ya şifahi şikayət daxil olmamışdır (cild 01, iş vər. 93-94) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 350 saat müddətə ictimai işlər cəzasına məhkum olunmuşdur (cild 01, iş vər. 84-85). İş materiallarına əlavə edilmiş Siyəzən rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 17.11,2023-cü il tarixli, 1707 nömrəli məktubda görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 1(059)- 61/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş ictimai işlər növündə cəzanın 350 saat hissəsi çəkilməmiş qalmaqdadır. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə qeyd edir ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin olunan 350 saat ictimai işlər cəzasının çəkilməmiş qalan hissəsi cinayət qanununun müddəalarına, yəni CM-in 68-ci maddəsinin tələblərinə əsasən 8 saatın 1 günə bərabər götürülməklə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilib hökmlərin məcmusu üzrə toplamaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Siyəzən Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 29, 76-78). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Siyəzən Rayon Polis Şöbəsində saxlanılan 2.559 qram psixotrop maddə metamfetamin və 2.193 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 110 AZN (yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin olunmuş 350 saat müddətə ictimai işlər cəzasının çəkilməmiş qalan 350 saatı həmin Məcəllənin 68.1.4-cü maddəsinə əsasən ictimai işlər cəzasının səkkiz saatı azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 43 (qırx üç) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən Rayon Polis Şöbəsində saxlanılan 2.559 qram psixotrop maddə metamfetamin və 2.193 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 110 AZN (yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-508/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-508/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver