Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-509/2024 28.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Şabran (Dəvəçi) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə 4,597 qram çəkidə narkotik vasitə hesab edilən heroini əldə edərək etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz C 220” markalı “**-DU-***” dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 17:15-də Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən avtovağzal ərazisində saxlanılaraq Şabran RPŞ-nin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 17:55-dən etibarnamə əsasında onun idarə etdiyi Mersedes Benz C 220 markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış və götürmə keçirilən zaman həmin avtomobilin ön sağ sərnişin oturacağının altından qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd kağızla əhatə olunmuş sellofan bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 4,597 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Belə ki, Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, Şabran və Bakı şəhərləri arası taksi işləmişdir. İttihamda olan izahatında onlar bu halı qeyd etməmişlər. Hadisə vaxtı ona avtovağzalda iki əməliyyatçı yaxınlaşmışdır. Hadisə ittihamda göstərilən tarixdə ayın 13-ü, saat 16:00- 17:00 arası baş vermişdir. Onlar yaxınlaşaraq özlərini təqdim etmiş və onun post-patrul avtomobilinə əyləşməsini təklif etmişlər. O həmin avtomobilə əyləşmiş və Şabran Şəhər Polis İdarəsinə getmişdir. Avtomobildən düşən kimi oranın müavini onların üstünə qışqıraraq onu polis idarəsinə nə üçün öz avtomobilində gətirməmələrini soruşmuşdur. Bundan sonra onu yenidən avtomobilə mindirərək avtovağzala gətirmişlər. Həmin o iki əməliyyatçı ilə birlikdə yenidən əraziyə qayıtmışdır. Biri arxada digəri isə öndə oturmuşdur. Ondan sonra yenidən onu öz avtomobili ilə Şabran Rayon Polis İdarəsinə gətirmişlər. İçərdə üstünü araşdırandan sonra çöldə çəkiliş aparmışlar. 4 nəfər əməliyyatçı gələrək avtomobilin qapılarını açmış və avtomobilə baxış keçirmişlər. Dəvəçi Rayon Məhkəməsində bu faktı o, onların qarşısına qoyaraq bu hala diqqətlə yanaşmalarını onlardan xahiş etmişdir. Sevindik adlı şəxs sağ tərəfdəki qabaq qapıdan avtomobilin qapısını açaraq baxış keçirmişdir. O təzədən sol tərəfə, yəni onun əyləşdiyi tərəfə baxmış və heç bir şey tapa bilməmişdir. Daha sonra adi post-patrul işçisi həmin əməliyyatçının baxdığı yerə baxaraq oturacağın altından narkotik vasitə aşkar etdiyini bildirmişdir. Halbuki o, narkotik vasitələrdən heç vaxt istifadə etməmiş və onun avtomobilində narkotik vasitə olmamışdır. O, narkotik vasitənin rənginin qəhvəyi olduğunu bildirmişdir. Adı isə heroin olmuşdur. Sonra aşkar olunmuş bükümü açmışlar. O heç narkotikin adını bilməmişdir. O, dindar olmuşdur. Məsciddə bir və ya iki dəfə dini məsələlərlə bağlı hadisəsi olmuşdur. İlk dəfə müdafiəçisi Xaçmaz rayonunda fəaliyyət göstərən, lakin Sumqayıt şəhərində yaşayan Vüsal adlı şəxs olmuşdur. Həmin müdafiəçi orada narkotikin ona aid olmadığını qeyd etmişdir. O, dindar olduğuna görə saxlanmışdır. O, ziyarətə getmiş və gəlmişdir. Onun xarici pasportu vardır. O, xaricə gedib-gələrkən xarici pasportunda möhür vurulmuşdur. Narkotik ona aid olmamış və onun avtomobilindən çıxmamışdır. Onların avtovağzala qayıdaraq yenidən onun özünün avtomobili ilə polis idarəsinə qayıtması yarım saat çəkmişdir. Daha sonra avtomobilə baxış keçirilmişdir. Həmin proseslər bir saat ərzində baş vermişdir. Avtomobilə baxış keçiriləndə ona aid olmayan narkotik aşkar etmişlər. O bu səbəbdən istintaq materiallarını imzalamaqdan imtina etmişdir. Onun üzərinə satış qoymuşlar. Sanksiya məhkəməsində olmuşdur. Axrıncı dəfə prokurorluq müstəntiqi görüntüyə baxmış və heç bir şey deməmişdir. Ona qarşı heç bir təzyiq olmamışdır. Onun xəsarəti olmamışdır. Heç bir sənədi imzalamamışdır. O əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, hazırda narkotik vasitələrdən istifadə etmir. Mersedes Benz C 220 markalı **-DU-*** dövlət qeydiyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir və rayonlararası taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şabran şəhərində M.Ə.Rəsulzadə küçəsində yerləşən avtovağzalda dayanıb müştəri gözləyən zaman Şabran RPŞ-nin əməkdaşları yanına yaxınlaşıb özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Şabran RPŞ-nin inzibati binasına dəvət etmişdirlər. Orada dəvət olunmuş müdafiəçinin, yəni Əfqan Orucovun iştirakı ilə o şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra onun üzərində şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkarlanmamışdır. Daha sonra RPŞ-nin həyətində etibarnamə əsasında idarə etdiyi Mersedes Benz C 220 markalı **-DU-*** dövlət qeydiyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış keçirilən zaman avtomobilinin ön sərnişin oturacağının alt hissəsindən bir ədəd bükülü aşkarlanmışdır. Ondan həmin bükülünün nə olması soruşulduqda, həmin bükülüdən məlumatı olmadığını bildirmişdir. Aşkarlanaraq götürülmüş bükülü kağız zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Şabran RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantıdır. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində və idarə etdiyi Mersedes markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla daşımasında və narkotik vasitələrin satışında şübhəli olduğundan Şabran RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində avtovağzal ərazisində saxlanılaraq idarə etdiyi **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Şabran RPŞ-nə gətirilmişdir. Şabran RPŞ-də NH-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi Əfqan Orucov da iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl Zeynala narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməsində və narkotik vasitələrin satışında şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkil Əfqan Orucov ona təqdim edilmişdir. Zeynala üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi bildirilmiş, şəxsi axtarış zamanı Zeynalın üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkarlanmamışdır. Zeynala avtomobilinə baxış keçirilməsinə dair təklif edilən zaman etirazı olmadığını bildirmişdir. İştirakçılarla bərabər Zeynalın idarə etdiyi Mersedes markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxılş keçirilməsinə başlanılmış və avtomobilin ön sağ sərnişin oturacağının altından 01 ədəd büküm aşkarlanmışdır. Aşkarlanmış predmet qablaşdırılaraq zərfə qoyularaq götürülmüş, bu barədə videoçəkiliş aparılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslər Şahid2, Şahid3 və ifadəsi elan olunmaqla araşdırılmış Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr verməklə onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdikləri müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Şabran Rayon Polis Şöbəsinə xx.xx.1978-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində və idarə etdiyi ağ rəngli, “Mersedes” markalı, ** DU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində saxlaması, daşıması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs oğlunun cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.1978-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:15-də Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Avtovağzalın qarşısında saxlanılaraq idarə etdiyi ağ rəngli, “Mersedes” markalı, ** DU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə birlikdə Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. “Şəxsi axtarış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar olunmamışdır. “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş DVD diskə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi Mersedes Benz C 220 markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış və götürmə keçirilən zaman həmin avtomobilin ön sağ sərnişin oturacağının altından qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd kağızla əhatə olunmuş sellofan bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 4,597 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroinə bənzər maddə aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür Məhkəmə-kimyəvi ekspertizasının 14 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4859 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №60 ...” dairəvi möhür əksi və “...Vət. Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi Mersedes Benz C 220 markalı avtomobilin sərnişin oturacağının altından aşkar olunub götürülmüş 1 ədəd kağızla əhatə olunmuş sellofan bükümdə qəhvəyi rəngli toz şəklində narkotik vasitə heroinə bənzər kütlə, Təqsirləndirilən şəxs :-imza, iştirakçılar: iki- imza, E.Bayramov - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi - 4,597 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7885 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Naromaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxsunun narkotik vasitə olan heroini əldə etdiyi məndə müəyyən edilməmiş, Zeynal Zenalovun əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Şabran rayon məhkəməsinin 15.09.23-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 13.09.23-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ailə tərkibi haqqında arayışdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 2007-ci il təvəllüdlü qızı Zəhra Zeynalova, 2009-cu il təvəllüdlü oğlu Əli Zeynalov, 2011-ci il təvəllüdlü qızı Xədicə Zeynalova və 2012-ci il təvəllüdlü oğlu Mehdi Zeynalov adlı övladları vardır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinə xx.xx.1978-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində və idarə etdiyi ağ rəngli, “Mersedes” markalı, ** DU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində saxlaması, daşıması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilmiş, avtomobilinə baxış zamanı ön sərnişin oturacağının alt hissəsindən narkotik maddə heroin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs avtomobilinə müdafiəçinin iştirakı ilə, videoçəkilişlə baxış və götürmə keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs narkotik maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və avtomobilində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə küllü miqdarda heroini əldə edib avtomobilində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş narkotik maddəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik maddəni satış məqsədi ilə əldə edib avtomobilində saxlaması, daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda narkotik maddəni əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihama dair ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda narkotik maddəni əldə etməsi, saxlaması və daşımasına dair əməli törətməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd yetkinlik yaşına çatmayan övladının olmasını (59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.. Məhkəmə ekspertizalarına sərf olunmuş 92 (doxsan iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Şabran rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertizadan sonra qalan 4,497 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 92 (doxsan iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar olunaraq maddi sübut kimi tanınıb, Şabran rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 4,497 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-509/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-509/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver