Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-51/2022 22.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, dövlət ittihamçısı – müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri: Təqsirləndirilən şəxs1 müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxxxxxx 1977-ci il tarixdə Quba rayonu, Zərdabi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə,
2. xx xxxxxxx 1984-cü il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə,
3. xx xxxxxx 1993-cü il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Quba rayon məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə 03 ay 13 gün müddətdə vaxtından əvvəl şərti olaraq azad olunmuş, Xaçmaz rayon məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 10 ay 04 gün müddətə azadlıqdan məhrumetmə, subay, işləməyən, Xaçmaz şəhəri Atatürk prospekti 104 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 24 aprel 2021-ci il tarixdə saat təxminən 19 radələrində tanışı Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs3 qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün əvəzsiz olaraq, 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,304 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,117 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib idarə etdiyi “Azsamad” markalı **-XO-*** dövlət nömrə nişanlı avtomaşında saxlamaqla daşımış, 25 aprel 2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində saat 05:30-da Quba rayonu Zərdabi kəndi ərazisində saxlanılaraq idarə etdiyi “Azsamad” markalı **-XO-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilən zaman avtomaşının ön sürücü oturacağının rezin ayaqaltlığının altından satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,304 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,117 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 25 aprel 2021-ci il tarixdə gecə saatlarında təkrarən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 4 qram narkotik vasitə heroini əldə etmək üçün tanışı Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs3 ilə danışıb 200 manat müqabilində razılaşmış, Təqsirləndirilən şəxs3 01 ədəd sellofan bükümün içərisindəki 08 ədəd sellofan bükümlərdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,387 qram, 0,345 qram, 0,385 qram, 0,314 qram, 0,398 qram, 0,386 qram, 0,557 qram, 0,386 qram ümumi təmiz çəkisi 3,158 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,099 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 200 manata Təqsirləndirilən şəxs1 satması üçün Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs2 vermiş, 25 aprel 2021-ci il tarixdə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılaraq üzərində qeyd olunan ümumi təmiz çəkisi 3,158 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,099 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürüldüyündən o, iradəsində asılı olmayan səbəblərdən törətdiyi cinayət əməlini başa çatdıra bilməyərək qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 25 aprel 2021-ci il tarixdə saat 02 radələrində tanışı Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, satış məqsədi ilə 01 ədəd sellofan bükümdə külli miqdar hesab edilən yəni, təmiz çəkisi 3,158 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,099 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla Quba rayonu Zərdabi qəsəbə sakini Təqsirləndirilən şəxs1 200 manata satmaq mqəsədilə Xaçmaz şəhərindən Quba rayonuna daşımış, 25 aprel 2021-ci il tarixdə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində saat 09:00-da saxlınalaraq üzərində şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarın sağ yan cibindən satış məqsədi ilə saxladığı, külli miqdar hesab edilən 01 ədəd sarı rəngli sellofan bükümün içərisindəki 08 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,387 qram, 0,345 qram, 0, 385 qram, 0,314 qram, 0,398 qram, 0,386 qram, 0,557qram, 0,386 qram ümumi təmiz çəkisi 3,158 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,099 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, satış məqsədi ilə, külli miqdarda yəni təmiz çəkisi 3,462 qram narkotik vasitə olan heroini və təmiz çəkisi 0,464 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlamış, 24 aprel 2021-ci il tarixdə saat təxminən 19 radələrində əvəzsiz olaraq, həmin kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0,304 qram hissəsini 01 ədəd sellofan bükümdə və həmin kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 0,117 qram hissəsini Quba rayonu Zərdabi qəsəbə sakini Təqsirləndirilən şəxs1 vermiş, qalan 01 ədəd sellofan bükümün içərisindəki 08 ədəd sellofan bükümlərdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,387 qram, 0,345 qram, 0,385 qram, 0,314 qram, 0,398 qram, 0,386 qram, 0,557 qram, 0,386 qram ümumi təmiz çəkisi 3,158 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,099 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 200 manata Təqsirləndirilən şəxs1 satması üçün Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs2 vermiş, qalan təmiz çəkisi 0,248 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədilə üzərində daşımaqla saxlamış, 25 aprel 2021-ci il tarixdə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 saat 05:30-da Quba rayonu Zərdabi kəndi ərazisində saxlanılaraq idarə etdiyi “Azsamad” markalı **-XO-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilən zaman avtomaşının ön sürücü oturacağının rezin ayaqaltlığının altından satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,304 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,117 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq 25 aprel 2021-ci il tarixdə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılaraq polis şöbəsində 09:00da üzərində şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümün içərisindən 08 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,387 qram, 0,345 qram, 0,385 qram, 0,314 qram, 0,398 qram, 0,386 qram, 0,557 qram, 0,386 qram ümumi təmiz çəkisi 3,158 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,099 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, həmçinin 25 aprel 2021-ci il tarixdə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs3 saxlanılaraq polis şöbəsinə gətirilib saat 13:00da üzərində şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarın sol yan cibində saxladığı “Kent” markalı siqaret qutusunun sellofan üzlüyünün içərisindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,248 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3la birlikdə Bakı şəhərindən rayona qayıdarkən yolda ikisi də narkotik vasitə qəbul etmişlər. Əli özündə olan narkotik tərkibli dərman vasitəsindən biraz da ona vermişdir. Rayona çatdıqda ayrılmışlar. Axşama doğru Əliyə zəng edib ondan narkotik vasitə heroin tapmasını xahiş etmiş, Əli də razılaşmış və gedib ondan götürə biləcəyini bildirmişdir. Sonra ona zəng edərək heroin tapa bilmədiyini, lakin özündə olan dərman vasitəsindən ona verə biləcəyini demişdir. O isə razılaşmış, lakin heç kimin bunu bilməməsini xahiş etmişdir. O, Əlidən ilk dəfə narkotik vasitə alarkən pul verməmişdir, lakin ikinci dəfə 200 manat verəcəyini bildirmişdir. Əli taksi sürücüsü İntiqamla dərman vasitəsini ona çatdıracağını demişdir. O, İntiqamı taksi şoferi kimi tanımışdır. İntiqam əvvəllər ona narkotik vasitə gətirməmişdir. O, gətirdiyi paketdə nə olduğunu bilməmişdir. Yolun kənarında maşında oturub İntiqamı gözləyərkən polis əməkdaşları onu saxlamış və maşına baxış keçirmişlər. Maşının ayaqaltı hissəsindən narkotik vasitə olan heroini tapmışlar. Avtomobildən heroinlə birgə metamfetamin aşkar edilmişdir. Onun üzərində 2 ram heroin, 3 qram metamfetamin olmuşdur. Sonra İntiqam gəlmiş və polis əməkdaşları onu da saxlamışlar. Hadisə 23-24 aprel tarixində gece saat 24:00 radələrində baş vermişdir. Məhkəmədə Təqsirləndirilən şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə Bakı şəhərinə getmişdir. Ramin taksi sürücüsü olmuşdur. Qayıdarkən narkotik tərkibli “tramadol” adlı dərman preparatı almış, yolda Raminlə birlikdə istifadə etmişlər. Biraz da şəxsi istifadəsi üçün Raminə vermişdir. Xaçmaz rayonunda olarkən Ramin ona zəng edib ağrıları olduğunu bildirmiş və ona narkotik vasitə tapmağını xahiş etmişdir. O, özündə olan “tramadol” adlı dərman preparatını aldığı qiymətə, yəni 200 manata ona verə biləcəyini demiş, taksi sürücüsü İntiqam vasitəsilə Raminə göndərmişdir. O, İntiqama verdiyi paketdə “tramadol” adlı dərman preparatının olduğunu deməmişdir. Sonra polis əməkdaşları 23 apreldə onu saxlamış və təhqir etmişlər. Onu təhqir etdikləri üçün qolunu kəsmişdir. O, Raminə narkotik vasitə satmamışdır. Ona dərman preparatı göndərmişdir. Təqsirləndirilən şəxs üzərində 0,5 qram kokos, 0,5 qram metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə isə Quba rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 03 ay 13 gün vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. Həmçinin qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini kultivasiya etdiyi üçün 2020-ci ilin avqust ayında Xaçmaz rayon polis şöbəsi əməkdaşları tərəfindən tutulmuşdur. Hazırda Cinayət məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməyi barədə olan cinayət işinə Xaçmaz rayon məhkəməsi tərəfindən baxılır. Təxminən 2-3 ildir ki, narkotik vasitələrdən istifadə edir. Quba rayonu, Zərdabi qəsəbə sakini Təqsirləndirilən şəxs1 təxminən 4 aydır ki, tanıyır. Raminlə heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Ramin Xaçmaz rayonundan Bakı şəhərinə taksi kimi işləyirmiş. O, Ramini ilk olaraq taksi sürücüsü kimi tanımışdır. Sonradan Raminin də narkotik istifadə etdiyini bilmiş və Raminlə birlikdə təxminən 10 dəfə narkotik vasitələrdən istifadə etmişdir. Xatırladığı qədəri ilə 2021-ci il aprel ayında Raminin maşını Xaçmaz polisində cərimə meydançasında saxlanılmışdır. O, Raminə 200 manat borc pul vermişdir. Ramin maşını cərimə meydançasından götürmüşdür. O, Ramindən pulunu geri istədikdə Ramin ona pulunun olmadığını, lakin Bakıda dostunda əmanətinin olduğunu əmanəti götürüb satıb ona pulunu verəcəyini demişdir. Əmanətin də Raminin sonradan deməsi ilə narkotik olduğunu bilmişdir. Ramin ona Bakı şəhərinə gedib həmin narkotiki götürməyi təklif etmişdir. 24 aprel 2021-ci il tarixdə tanışı İsmayılın evi dağıldığı üçün Bakı şəhərinə bununla bağlı sənəd aparmalı olmuşdur. Buna görə də İsmayıl da onlarla Bakı şəhərinə getməli olmuşdur. Tanışı Elçin də Bakı şəhərində yaşadığı üçün onlarla birlikdə Bakı şəhərinə qayıtmaq qərarına gəlmişdir. 24 aprel 2021-ci il tarixdə axşam saatlarında Raminə məxsus “Azsamad” markalı avtomaşınla Bakı şəhərinə yola düşmüşlər. Onlar Bakı şəhərinə çatdıqları zaman Yasamal rayonu ərazisində Elçin və İsmayıl maşından düşmüşdür. O, Raminlə Raminin tanışı narkotik götürəcəkləri Rasim adlı şəxsin yanına getmişlər. Onlar Rasimin evinə getmişlər. Raminlə Rasim başqa otağa getmiş və Ramin 01 ədəd sellofan bükümdə onun bildiyi qədəri ilə 4,5 qram kakos yəni narkotik vasitə heroin və 0,5 qram da şüşə psixotrop maddə olan metamfetamin götürmüşdür. Raminin həmin narkotiki və metamfetamini neçəyə almasını o, bilməmişdir. Lakin nisyə götürdüyünü bilmişdir. Bundan sonra İsmayılı və Elçini götürüb Xaçmaz rayonuna qayıtmaq üçün yola düşmüşlər. Elçin Abşeron rayonu ərazisində kiminləsə görüşmək üçün maşından düşmüşdür. O, İsmayıl və Ramin Raminə məxsus maşınla Xaçmaz rayonuna qayıtmışlar. Yolda gəldiklər zaman Ramin avtomaşını saxlayıb narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Bu zaman İsmayıl da Ramində narkotikin olmasından məlumatı olmuşdur. Axşam saatlarında Xaçmaz rayonuna gəlmişlər. Yaşadığı evin qarşısında maşından düşən zaman Ramin həmin narkotiki ona vermiş və saxla müştəri olsa satıb sənin pulunu da verərəm demişdir. Bu zaman İsmayıl da Raminin dediklərini eşitmişdir. Ramin həmin narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamindən özü istifadə etmək üçün təxminən hərəsindən yarım qram götürmüşdür. xx.xx.2021-ci il tarixə keçən gecə saat təxminən 02-03 radələrində Ramin ona zəng edərək həmin narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini istəyən müştərinin olduğunu, həmin maddələri Raminə göndərməyini xahiş etmişdir. O da Raminə özünün gələ bilməyəcəyini deyib, taksi ilə həmin narkotikləri ona göndərəcəyini demişdir. Bundan sonra Xaçmaz şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan tanışı İntiqam adlı şəxsə zəng etmişdir. İntiqama onunda tanıdığı Ramin adlı şəxsin onda əmanətinin olduğunu həmin əmanəti Raminə çatdırmaq lazım olduğunu bildirmişdir. X5 200 manat pul, özünə də taksi kimi getdiyi üçün 15 manat pul verəcəyini bildirmişdir. Bundan sonra 01 ədəd sellofan bükümün içərisində 8 ədəd kiçik ölçülü sellofan bükümlərdə olan narkotik vasitə heroini, 01 ədəd kağız bükümdə isə psixotrop maddə olan metamfetamini İntiqama vermişdir ki, Raminə aparsın. Raminə zəng edərək İntiqam adlı taksi sürücüsü ilə həmin narkotiki və psixotrop maddəni göndərdiyini bildirmişdir. 25 aprel 2021-ci il tarixdə saat 12 radələrində Quba rayon polis şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil X1 iştirakı üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində narkotik vasitə olub-olmaması olduğu halda təqdim etməyi bildirilmişdir. O da əynindəki cins şalvarın sol yan cibində saxladığı Raminin ona istifadə etməyi üçün vermiş olduğu kent markalı siqaret qutusunun sellofan üzlüyündə saxladığı qara rəngli siqaret kağızına bükülmüş olan psixotrop maddə metamfetamin və həmin metamfetamini istifadə üçün saxladığı 1 ədəd kağız turpkanı təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparıldı, başqa qanunsuz nə isə aşkar edilməmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd kağız bükümə baxış keçirildikdə içərisində şəffaf kristallik kütlədən ibarət olan psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Həmin kağız büküm elektron tərəzidə çəkildikdə kağız bükümlə birlikdə çəkisi 0,33 qram olmuşdur. Bundan sonra aşkar edilmiş 01 ədəd kağız büküm 1 ədəd ağ rəngli kağız zərfdə və 1 ədəd kağızdan hazırlamış olduğu trupka da bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Kağız zərflərin üzərini də müdafiəçisi ilə birlikdə imzalamışdır. Bundan sonra isə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzaları ilə təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs2 Raminə aparmalı sellofandakının narkotik olduğunu bildirməmişdir. Lakin onun fikrincə İntiqam həmin sellofanda olanın narotik olduğunu bilirmiş. Həmçinin o, İntiqama apar həmin bükümü Raminə ver gözləyir demişdir. Həmçinin İntiqam onun yanında olan zaman Ramin ona zəng edərək tez göndərməyini bildirmişdir. Raminə göndərmiş olduğu sellofan bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin çəkisini o, bilməmişdir. Sadəcə Ramin ona həmin narkotiki satıb 200 manat pul verməli idi. Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 aparmış olduğu sellofan bükümün əvəzində ona gətirəcəyi 200 manat məbləğində puldan İntiqama verməyəcəkdir. İntiqama Ramin taksi pulu kimi 15 manat məbləğində pul verməli idi. Onlarla birlikdə Bakı şəhərinə gedən İsmayıl və Elçin adlı tanışı Raminin həmin narkotik vasitə və psixotrop maddələri aldıqları Rasim adlı şəxsdən götürdüklərini bilməmişdir. Onlar Rasimin yaşadığı ünvana getdikləri zaman İsmayıl və Elçin yolda maşından düşmüşlər. İsmayıl və Elçin adlı şəxslər narkotik vasitə və ya psixotriop maddələrdən istifadə etmirlər. Ramin və ya o, Elçin və İsmayıla narkotik vasitə verməmişlər. Rasim adlı şəxsin yaşadığı ünvanı dəqiq bilmir. Amma Bakı şəhəri Yasamal rayonu ərazisində olduğunu düşünür. Rasim adlı şəxsin telefon nömrəsini də bilmir. Ramin onunla əlaqə saxlamışdır. Onu polis əməkdaşları saxlayarkən ona qarşı hər hansı bir fiziki və psixoloji təsir göstərməmişlər. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin onun özünə məxsus olduğu üçün atmamışdır. O, narkotik vasitələrdən istifadə edir. Buna görə də həmin psixotrop maddə metamfetamini də üzərində saxlamışdır. Polis əməkdaşıları tərəfindən saxlanılan zaman günahsız olıduğunu sübut etmək üçün əlində olan şüşə parçası ilə sol qolunu kəsmişdir. Həmin xəsarəti o, özü özünə yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, özü taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs3 3-4 ilə yaxındır ki, tanıyır. Əvvəllər məhkum olmasından xəbəri olmuş, lakin narkotik vasitə istifadə etdiyini bilməmişdir. Ramini isə taksi sürücüsü kimi tanımışdır. Onun da narkotik vasitə istifadəsindən xəbərsiz olmuşdur. Əli gecə vaxtı ona zəng edib Qubaya getməyi təklif etmişdir. O da 15 manata Qubaya gedə biləcəyini bildirmişdir. Qubaya gedərkən ona yoldaşlıq etməsi üçün özü ilə bacanağı Şahid4 də aparmışdır. Əli ona Raminə çatdırmaq üçün dərman vermişdir. Lakin həmin dərman vasitəsinin nə olduğunu, nə üçün istifadə olunduğunu bilməmişdir. Əli yol haqqı olaraq Raminin 15 manat, əlavə olaraq borc verdiyi 200 manat pulu ona verəcəyini bildirmişdir. Raminlə danışmış, onu yolda gözlədiyini demişdir. Raminin yanına çatanda maşını saxlayıb yerə düşəndə polis əməkdaşları gəlib onu saxlamışlar. Sonra polislərlə birlikdə Xaçmaza gəlmişlər. Xaçmazda Əlini tutub ona təzyiq etmişlər. Onun narkotik vasitə satışı ilə heç bir əlaqəsi olmamışdır. Polis şöbəsində narkotik vasitəni çıxarıb stolun üzərində qoymuşlar. O isə onun olmadığını, lakin ona təzyiq etdikləri üçün boynuna aldığını bildirmişdir. Onun üzərindən dərman preparatını Sovxoz 12 adlanan yerdə götürmüşlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də mümkünlüyü və mötəbərliyi üzrə giymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün gecə saat 01-02 radələrində İntiqam onlara gəlmişdir. Bir müddət oturduqdan sonra İntiqamın telefonuna zəng gəlmişdi. Telefonla danışdıqdan sonra ona Qubaya çanta aparmaq lazım olduğunu bildirib onunla getməyini təklif etmişdir. O da razılaşmış, İntiqamla birlikdə Qubaya getmişdir. O, İntiqamın çantanı kimdən götürdüyünü görməmişdir. Yolda İntiqama zəng gəlmiş, kim olduğunu sual etdikdə çantanı verəcəyi adam olduğunu, ağrıları olduğu üçün tez gəlməsini istədiyini bildirmişdir. İntiqam Raminin ona 5 manat taksi pulu verəcəyini, əlavə olaraq 200 manat da sələm pulu verəcəyini bildirmişdir. Sovxoz 12 adlanan yerdə polislər onları saxlamışlar. Onu polis bölməsinə aparmışlar, İntiqam polislərlə birlikdə getmişdir. Təqsirləndirilən şəxs3 və R.Nurullayevi tanımamışdır. İntiqamın üzərinə baxış keçirilərkən o da hal şahidi kimi orada iştirak etmişdir. İntiqam kağız qutuqda olan dərman preparatını öz əliylə polisə vemişdir. Şahid4 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun bacanağıdır. 25 aprel 2021ci il tarixdə saat gecə saat 02 radələrində yaşadığı evdə İntiqamla birlikdə çay içərkən İntiqamın telefonuna zəng gəlmişdir. İntiqam çölə çıxıb bir qədər danışdıqdan sonra yenidən gəlmiş və Quba rayonuna hansısa tanışına çanta aparmaq lazım olduğunu demiş və birlikdə Quba rayonuna getməyi təklif etmişdir. O da İntiqamla razılaşmışdır. Bundan sonra İntiqamla birlikdə İntiqamın idarə etdiyi avtomobillə Xaçmaz şəhərində adını sonradan bildiyi Təqsirləndirilən şəxs3 yaşadığı evin yaxınlığına getmişlər. Həmin yerə çatan zaman o, avtomobildə gözləmiş, İntiqam isə Əli ilə görüşməyə getmişdir. Bir qədər keçdikdən sonra İntiqam gəlmiş və avtomobilin yük yerini açıb ora nəsə qoymuşdur. Sonra isə İntiqamla birlikdə Quba rayonuna getmişlər. Quba rayonuna çatan zaman polis əməkdaşları onları saxlamış və rayon polis şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsində İntiqamın üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu buna görə də üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Daha sonra İntiqama üzərində olan əşyaları təqdim etməsi və üzərində narkotik vasitə olub-olmamasını soruşulmuşdur. İntiqam əynində olan cins şalvarın sağ yan cibindən sellofan bükülünü və sağ arxa cibindən bir ədəd telefonu çıxarıb stolun üzərinə qoymuş və üzərində başqa əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi telefonun Samsung A10s markalı olmasını və bükülüdə isə narkotik vasitə olmasını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin kütlənin özünə məxsus olmadığını, əvvəllər tanıdığı Xaçmaz şəhər sakini Əli adlı şəxsdən götürdüyünü və Ramin adlı şəxsə verməli olduğunu bildirmişdir. Bunun qarşılığında Raminin Əliyə 200 manat pul verməli olduğunu, özünün isə taksi kimi Ramindən 15 manat pul almalı olduğunu, Ramindən 200 manat pulu aldıqdan sonra isə həmin pulu Əliyə verməli olduğunu bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələr qramlıq elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış, imzalanmış və möhürlənmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılsa da üzərində dövriyyəsi qadağan edilmiş əşya və predmentlər aşkar olunmamışdır. Bacanağı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 narkotik vasitələri götürərək Təqsirləndirilən şəxs1 aparması barədə onun məlumatı olmamışdır. (Cild 2, iş vərəqləri 104-106) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 aprel 2021-ci ildə xidmətdə olarkən İntiqam adlı şəxs polis şöbəsinə gətirilmişdir. Onun üzərinə baxış keçiriləndə iştirak etmişdir. Üzərinə baxış zamanı onun əynində olan şalvarın sol yan cibindən sellofan paketdə narkotik vasitə və telefon aşkar edilmişdir. Sellofan paketin içərisində 8 büküm heroin və 1 büküm metamfetamin olduğu aşkar edilmişdir. Narkotik vasitəni hardan əldə etdiyi soruşulduqda o, nakrotik vasitəni Ramin adlı şəxsə çatdırmaq üçün Əli adlı şəxsdən aldığını, taksi pulu üçün 15 manat, Əliyə çatdırmaq üçün Ramindən 200 manat pul alacağını bildirmişdir. Axtarış səhər saat 9 radələrində aparılmışdır. Günorta saat 13 radələrində Əli adlı şəxs polis şöbəsinə gətirilib. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o göstərmişdir ki, Quba RPŞ-in Qonaqkənd PB-in məsul növbətçisi olaraq çalışır. 25 aprel 2021-ci il tarixdə Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlamasında şübhəli olduğu üçün polis şöbəsinə gətirilmişdir. Saat təxminən 09 radələrində o, RPŞ-in PPXB-in polis nəfəri Şahid7, KTQ-ın baş inspektoru Fuad İslamovun, RPŞ-in CAB-in əməliyyat müvəkkili Ələkbərov Bayramov, Quba rayon Vəkil Bürosunun vəkili X3 və Şahid4 adlı vətəndaşın da iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılacağını, üzərində olan əşyaları təqdim etməsini və üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, üzərində narkotik vasitə olmasını bildirərək əynində olan cins şalvarın sağ yan cibindən sellofan bükülünü və sağ arxa cibindən bir ədəd telefonu çıxarıb stolun üstünə qoymuşdur. Sorğu zamanı o, narkotik vasitənin özünə məxsus olmadığını, əvvəllər tanıdığı Xaçmaz şəhər sakini Əli adlı şəxsdən götürdüyünü və Ramin adlı şəxsə verməli olduğunu bildirmişdir. Bunun qarşılığında Raminin Əliyə 200 manat pul verməli olduğunu, özünün isə taksi kimi Ramindən 15 manat pul almalı olduğunu, Ramindən 200 manat pulu aldıqdan sonra isə həmin pulu Əliyə verməli olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükülünün içərisindən 08 ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə və 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Daha sonra Şahid4 üzərində şəxsi axtarış aparılmış, lakin dövriyyəsi qadağan edilmiş əşya və predmetlər aşkar olunmamışdır.Daha sonra Ə. Təhməzovun üzərində şəxsi axtarış aparılmış, 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Ə. Təhməzov həmin kütləni ramin adlı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarışın keçirilməsi istinta hərəkətini videokameraya çəkən şəxs Quba RPŞ-in baş inspektor kriminalisti, polis mayoru Fuad İslamov olmuşdur. (Cild 2, iş vərəqləri 81-83) Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 aprel 2021-ci ildə Quba RPŞ-nin PPX-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 narkotik vasitələrin saxlanılmasında şübhəli olduğu üçün polis şöbəsinə gətirimişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 üzərinə təhqiqatçı, müdafiəçi və PPX-nın əməkdaşı Vasiflə birgə şəxsi axtarış aparılmış, axtarış zamanı onun əynində olan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan sellofan paket və Samsung markalı mobil telefon aşkarlanmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitəni Ramin adlı şəxsə çatdırmaq üçün 200 manat müqabilində Əli adlı şəxsdən aldığını bildirmişdir. Şəxsin üzərinə baxış videoçəkilişlə aparılmışdır. Baxış zamanı hal şahidi iştirak etməmişdir. O, T. Şirəliyevin baxış zamanı iştirakını xatırlamadığını, istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, digər Şahid1lə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 2, iş vərəqləri 86-88) Şahid3 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 Quba şəhərində yerləşən Sərin kafesindən tanıyır. Təxminən 2018-ci ilin yay aylarında o, həmin kafeni işlədən zaman Əli ilə tanış olmuşdur. Əli həmin kafedə ofisiant işləyirmiş. Həmin vaxtlar Əli ilə normal münasibəti olmuşdur. Bundan başqa Əli ilə aralarında heç bir münasibət olmamışdır. Sonradan isə 2021-ci ilin iyul ayının sonlarında Əlinin narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün həbs olunduğunu öyrənmişdir. (Cild 2, iş vərəqləri 101-102) Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilməsində iştirak etmişdir. Aprel ayının 25-də növbətçi hissənin göstərişi ilə polis şöbəsinə yaxınlaşmışlar. Narkotik vasitələrin saxlanması, daşınması və satışında şübhəli olan bir nəfər şəxsin üzərinə baxış keçiriləcəyini, onun da baxışda iştirak edəcəyini demişlər. Onların iştirakı ilə baxış keçirilmişdir. Şəxsin üzərinə videoçəkilişlə baxış keçirilməsində onunla yanaşı təhqiqatçı, müstəntiq və müdafiəçi iştirak etmişdir. Baxışda Təqsirləndirilən şəxs3 əynində olan şalvarın sol arxa cibindən bükümü təqdim etmişdir. Həmin bükümdə metamfetaminə oxşar maddə olmuşdur. Narkotik vasitəni haradan əldə etməsi sual edilmiş, lakin onun nə cavab verdiyini xatırlamadığını bildirmişdir. Digər təqsirləndirilən şəxslərin üzərinə baxış keçirilməsində iştirak etməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsidə göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri əvvəlcədən tanımamışdır. Təqsirləndirilən şəxs1 üzərinə və maşınına baxış keçirilməsində iştirak etmişdir. Digər təqsiləndirilən şəxslər barəsində məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 hansı şəraitdə saxlanılması barədə Quba RPŞnin polis əməkdaşları tərəfindən məlumat verilmiş, onlar da hadisə yerinə gedərək Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirmişlər. R. Nurullahi Quba-Xaçmaz yolunda gecə yarısı saxlanılmışdır. O, hadisə yerinə gedəndə R. Nurullahi Quba RPŞ-nin PPB-nin əməkdaşı Şahid7 tərəfindən saxlanılmışdı. Yanında digər polis əməkdaşları da olmuşdur. Videoçəkilişlə təhqiqat qrupunun baş təhqiqatçısı F.Rəcəbovun, kriminalist Fuad İslamovun iştirakı ilə şəxsin üzərinə baxış keçirilmişdir. Şahid7 şəxsin üzərində axtarış aparmamışdır. Şəxsi axtarış əməliyyat qrupu ilə birlikdə hadisə yerinə getdikdən sonra aparılmışdır. Şəxs barəsində tutma qərarı təhqiqatçı tərəfindən qəbul edilmişdir. Onlar hadisə yerində avtomobilə baxış aparmışlar. Digər təqsirləndirilən şəxsi hadisə yerində görməmişdir. Şəxsi axtarış zamanı onun üzərindən pul aşkar edilsə də, maşınına baxış keçirilərkən maşının ayaqaltı hissəsinin sol tərəfindən təxminən 0.26 və 0.36 qram çəkidə heroin və metamfetamin aşkar edilmişdir. Sual edildikdə Əli adlı şəxsdən aldığını demişdir. Əli adlı şəxsin tutulmasında iştirak etməmişdir. Hadisə təxminən 22-25 aprel tarixlərində olmuşdur. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayında gecə saat 4 radələrində Zərdabi qəsəbəsində xidmətdə olduğu zaman yolun kənarında dayanan maşının içərisində oturan şəxsin özünü şübhəli apardığını görmüşdür. Avtomobil Quba-Xaçmaz yolunun kənarında Quba istiqamətində dayanmışdı. O,Maşına yaxınlaşıb özünü təqdim etmişdir. Vətəndaşın özünü yaxşı hiss etmədiyini görmüşdür. Vizual görünüşdən narkotik vasitə istifadəçisinə oxşadığını anlamışdır. O, bu barədə növbətçi hissəyə məlumat vermişdir. Daha sonra əməliyyat qrupu gəlmiş, vəkil təqdim edilmişdir. Sonra baxış keçirilmiş, siqaret aşkar edilmişdir. Maşına baxış keçirəndə narkotik aşkar edilmiş, lakin o, aşkar edilən narkotiki görməmişdir. Bu haqda sonradan məlumatı olmuşdur. Digər təqsirləndirilən şəxslərin saxlanılmasında, polis şöbəsinə aparılmasında iştirak etməmişdir. O, Əli adlı şəxsin üzərinə baxış keçirilməsində iştirak etdiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsində iştirak etmədiyini bildirmişdir. Şahid7 həmçinin bildirmişdir ki, o, hər üç təqsirləndirilən şəxsin saxlanılmasına iştirak etməmişdir. Şahid7 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, digər şahidlər Şahid1 və Şahid3 ifadələrinə oxşar məzmunlu ifadələr verməklə onların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hər üç təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etdiyini göstərmişdir . (Cild 2, iş vərəqləri 76- 78) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və baxış keçirilməsi barədə” 25 aprel 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saxlanılan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomaşında sürücü oturacağının altında rezin altlığında ağ göy rəngli siqaret kağızı bükümündə şəffaf kristalşəkilli, sellofan bükülüdə isə tünd qəhvəyi rəngli tozşəkilli kütlələr aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəq20) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 25 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara cins şalvarın sağ yan cibindən içərisində 08 ədəd kiçik sarı rəngli sellofana bükülmüş qəhvəyi rəngli kütlələr və qara rəngli siqaret kağızı bükümündə şəffaf kristallik kütlə olan sarı rəngli sellofan bükülü aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəq 41) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 25 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış aparılması zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən “Kent” markalı siqaret qutusunun sellofan üzlüyünün içində qara rəngli siqaret kağızı bükümündə şəffaf kristallik kütlə və kustar üsulla hazırlanmış kağız trubka aşkar edilmişdir. (Cild 1, iş vərəq 65) Yuxarıda qeyd olunan hər üç protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 03 ədəd DVD formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə baxış keçirilməsinə dair 14 avqust 2021-ci il tarixli protokollarla, eləcə də həmin disklərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı, eləcə də avtomobilə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 2, iş vərəqləri 139, 140,150) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs3 məxsus +**********07 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə “Pati yoxdi kola var” , “Salamacilqdi ne quluq adam var onlayam nese isdidinse denen pramoy goturum gelim” , o cümlədən müxtəlif mobil telefon nömrələrindən +**********07 saylı mobil telefon nömrələrinə “Qaqaş kişi deyil yalan deyen 2çet çıxmadı qaqaş bele olmur deymir”, “Mal” “Stolun” “Ustunded”, “Qaqaw salam menem rahib 10m verim qardawa kola verde 1dene xeber ele gelim”, “Kolа. Cеkmirеm. Pаti. Tаpmаq. Olmаz. Yеtim. Ваx. Gorum.Nеylеyirsen”,“Pаti.Lаzimdir.Qimеtindе.Dеyеrdin” tipli ismarıclar aşkar edilmişdir. (Cild 2, iş vərəqləri 89-90) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/1633 saylı rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №67” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: üzərində “Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı üzərindən götürülmüş kütlə” sözləri, soyadlar və imzalar qeyd edilmiş zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,304 qram olan qəhvəyi rəngli maddə kustar üsulla harzırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı üzərindən götürülmüş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd kağız bükümdə təmiz çəkisi 0,117 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqləri 74-79) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il 6/1668 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün №67” möhür əksi, “vət. Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı aşkar olunmuş 8 ədəd sarı sellofan örtükdə bükümlər...” yazısı olan paketdə (№1) 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,387 qram, 0,345 qram, 0,314 qram, 0,398 qram, 0,386 qram, 0,557 qram, 0,386 qram, ümumi təmiz çəkiləri 3,158 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 08 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Üzərində AR DİN “zərflər üçün №67” möhür əksi, “vət. Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı üzərindən götürülmüş qara rəngli kağız kütlə..” yazısı olan paketdə (№2) 01 ədəd bükümdə təmiz çəkisi 0,099 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “tədqiqat obyekti №65” ştamp əksi olan paketdə(№3) üzərində “ vət. Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı üzərindən götürülmüş kütlə” qeydli zərfdəki bir ədəd bükümdə olan heroin kütləsi ilə “vət. Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı aşkar olunmuş 8 ədəd sarı sellofan örtükdə bükümlər...” yazısı olan paketdəki (№1) 08 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; üzərində “Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı üzərindən götürülmüş...” qeydli digər zərfdəki bir ədəd kağız bükümdə olan metamfetamin kütləsi ilə “Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı üzərindən götürülmüş qara rəngli kağız kütlə..” yazısı olan paketdə (№2) 01 ədəd bükümdəki metamfetamin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, iş vərəqləri 177-183) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il 6/1669 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün №67” möhür əksi, “vət. Təqsirləndirilən şəxs3 üzərindən şəxsi axtarış zamanı götürülmüş qara kağız bükümdə...” yazısı olan paketdə (№4) 01 ədəd bükümdə təmiz çəkisi 0,248 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış pxisotrop maddə metamfetamindir. Üzərində AR DİN “zərflər üçün №67” möhür əksi, “vət. Təqsirləndirilən şəxs3 üzərindən şəxsi axtarış zamanı götürülmüş 1 ədəd folqa...” yazısı olan paketdə (№5) 01 ədəd kağız və folqa qatları olan kustar üsulla borucuq şəklinə gətirilmiş predmetin daxili səthində metamfetamin izləri müəyyən edildi; həmin predmetdə metamfetamin iz şəklində olduğundan eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Üzərində “vət. Təqsirləndirilən şəxs3 üzərindən şəxsi axtarış zamanı götürülmüş qara kağız bükümdə...” yazısı olan paketdəki (№4) 01 ədə bükümdə olan metamfetamin kütləsi ilə üzərində “vət Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı üzərindən götürülmüş qara rəngli kağız kütlə...” yazısı olan paketdəki (№2) metamfetamin kütləsi (maddə barədə xx.xx.2021-ci il tarixli 6/1668 saylı ekspert rəyində məlumat verilmişdir), üzərində AR ƏN MEM “Tədqiqat obyekti № 65” ştamp əksi olan paketdə (№3) üzərində “vət. Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı üzərindən götürülmüş kütlə” sözləri olan zərfdə bir ədəd bükümdə olan metamfetamin kütləsi (maddələr barədə xx.xx.2021-ci il tarixli 6/1633 saylı ekspert rəyində məlumat verilmişdir) kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaydan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, iş vərəqləri 184-190) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx.xx.2021-ci il tarixli 1218 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 125-126) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx.xx.2021-ci il tarixli 1224 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 127-128) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx.xx.2021-ci il tarixli 2251 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqləri 129-130) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 14 avqust 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş və ekspertiza rəyindən sonra qalıq qalmış 0,214 qram heroin, 0,027 qam metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza rəyindən sonra qalıq qalmış 3,078 qram heroin, 0,059 qram metamfetamin Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza rəyindən sonra qalıq qalmış 0,188 qram metamfetamin, 01 ədəd kağız və folqa qatları olan kustar üsulla borucuq şəklinə gətirilmiş predmet iş üzrə maddi sübut kimi tanınaraq Quba RPŞ-in maddi sübutları saxlama otağına təhvil verilmişdir.Hər üç təqsirləndirilən şəxsin şəxsi axtarış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 03 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir.(Cild 2, iş vərəqləri 151-169) Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrin satışı ilə məşğul olmaması və onlara təzyiq edilməsi ilə bağlı ifadələrində göstərdiyi xüsusatları, öz müdafiələri üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs2 gecə saatlarında Təqsirləndirilən şəxs1 ağrılarını kəsmək üçün Təqsirləndirilən şəxs3 dərman götürməklə Təqsirləndirilən şəxs1 aparması, bu zaman Təqsirləndirilən şəxs3 əczaçılıq fəaliyyəti ilə deyil narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını bildiyi və bilməli olduğu halda onun sifarişini yerinə yetirməsi, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 narkotik vasitələrin satışında əlbir olduqlarının aşkar təzahürüdür. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrini daha obyektiv və işin hallarına uyğun olan ifadələr kimi qəbul edir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Quba rayon prokurorluğundan daxil olmuş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 09 oktyabr 2021-ci il tarixli qərarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsi və sair qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci madəsilə törədilmiş cinayət az ağır, 234.4.1 və 234.4.3-cü maddələri ilə törədilmiş cinayətlər isə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, ittiham olunduqları maddələrin sanksiyaları həddində cəzalar təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 cinayəti təkrar törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edilməlidir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzalarını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından və müvafiq məhkəmə hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Quba rayon məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin qərarı ilə 03 ay 13 gün müddətdə vaxtından əvvəl şərti olaraq azad olunmuş, 22 yanvar 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs3 Xaçmaz rayon məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 il 10 ay 04 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xaçmaz rayon məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin olunmuş 01 (bir) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 15 dekabr 2015-ci il tarixli Quba Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış və 1 il 5 ay 29 gün azadlıqdan məhrumetmə cəzası saxlanmış, 14 iyun 2017-ci il tarixdə isə cəzasını sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş sayılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 Quba rayon məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə ona qəsdən törədilmiş cinayətə görə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza ödənilmədən və götürülmədən yenidən azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan qəsdən ağır cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivinin olmasından dəlalət edir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənildiyini əsas götürərək və həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə məhkumluğu olmayan şəxs qismində tanıyır. Təqsirləndirilən şəxs2 isə əvvəllər məhkum olunmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası isə həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxslər barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 25 aprel 2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuşlar. Quba rayon məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 25 aprel 2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə 26 aprel 2021-ci il tarixdə azad olunsalar da, həmin gün və təqsirləndirilən şəxs qismində cəlb olunmaları ilə bağlı növbəti gün də polisin sərəncamında olmaqla faktiki olaraq azadlıqları məhdudlaşdırılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində Quba rayon məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın sonrakı mərhələsində də təqsirləndirilən şəxslər barələrində həbsdə saxlanılma müddəti uzadılmış, məhkəmə icraatı zamanı da barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 112-116, 210-214, 216-222) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-in maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş və ekspertiza rəyindən sonra qalıq qalmış 0,214 qram heroin, 0,027 qram metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza rəyindən sonra qalıq qalmış 3,078 qram heroin, 0,059 qram metamfetamin Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza rəyindən sonra qalıq qalmış 0,188 qram metamfetamin, 01 ədəd kağız və folqa qatları olan kustar üsulla borucuq şəklinə gətirilmiş predmet məhv edilməlidir. Maddi sübut kimi tanınmış 03 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 132,27 manat məbləğində, Təqsirləndirilən şəxs3 132,27 manat, Təqsirləndirilən şəxs2 132,27 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etmiş və bu müdafiəçilər tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onların hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Təqsirləndirilən şəxs2 qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xaçmaz rayon məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin olunmuş 01 (bir) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan ümumilikdə 3,292 qram çəkidə narkotik vasitə heroin, 0,274 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd kağız və folqa qatları olan kustar üsulla borucuq şəklinə gətirilmiş predmet məhv edilsin. 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 132,27 manat məbləğində, Təqsirləndirilən şəxs3 132,27 manat, Təqsirləndirilən şəxs2 132,27 manat məbləğində ekspertiza xərci tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.