Məhkəmə qərarları › İş №1(124)-51/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-51/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-51/2023 17.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər– Təqsirləndirilən şəxs2 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “MƏRKƏZ” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx.xx.1986-cı ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmayan, Ağcabədi rayonu, Bilağan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1988-ci ildə Füzuli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvəllər məhkum olunmayan, İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 10-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, xx.xx.1972-ci ildə Xızı rayonu, Şurabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Binəqədi rayonu məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilməmiş, Xızı rayonu, Əmbizlər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sosial şəbəkə vasitəsilə tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin 800 manat müqabilində tapşıracağı yerə çatdırması barədə Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, xx.xx.2021-ci il tarixdə bir qrup şəxs halında naməlum şəxsin Abşeron rayonu, Masazır qəsəbəsi Novxanı yolunda “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı ərazidə yol kənarında qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına daxil edilmiş ümumi təmiz çəkisi 2,435 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına daxil edilmiş ümumi təmiz çəkisi 24,485 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Abşeron rayonu, Saray qəsəbəsinə daşıyaraq özlərində saxlamış, xx.xx.2021-ci iltarixdə saat 14:15 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Saray qəsəbəsində saxlanılıb, Abşeron rayon polis idarəsinə gətirilərək Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 5 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,352 qram, 0,350 qram, 0,408 qram, 0,340 qram və 0,985 qram ümumi təmiz çəkizi 2,435 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 6 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,230 qram, 1,103 qram, 1,105 qram, 0,931 qram, 0,365 qram, 3,713 qram ümumi təmiz çəkizi 8,447 qram olan ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı sonuncuya məxsus çantadan təmiz çəkizi 10,509 qram olan ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış zamanı sonuncuya məxsus çantadan iki bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,689 qram, 2,840 qram ümumi təmiz çəkizi 5,529 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 4 ildir narkotik vasitə olan kakos yəni heroindən istifadə edir. Son 1 ayda gündə 2,5 qram narkotik vasitə istifadə etmişdir Təqsirləndirilən şəxs3 onun rəfiqəsidir. O da narkotik vasitələrin istifadəçisidir. Əsmər onun narkotik vasitə istifadə etdiyini bilmişdir. Təqsirləndirilən şəxs1 isə Əsmər vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs1 taksi sürücüsüdür. Elşənin narkotik vasitə istifadə etdiyini bilmişdir. Hadisə baş verən gün səhər saat 11 radələrində o, Əsmər və Elşənlə birlikdə Saray qəsəbəsində yerləşən “ZİYA” kafesində olarkən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən özünü itirmiş və özünə aid olan narkotik vasitə olan 4 qram metamfetamini Əsmərin çantasına qoymuşdur. Onları Abşeron rayon polis bölməsinə aparmış və orada onları aldadıb ifadə almışdırlar. Əsmərin üzərində narkotik vasitə olmamışdır. Ruslan adlı əməliyyatçı onu döymüşdür. Üzündə və bədənində xəsarət olmamışdır. Saçlarını yolmuşdurlar. Narkotik vasitə olan 10,509 qram metamfetamini çantasına Ruslan adlı əməliyyatçı qoymuşdur. “ZİYA” kafesində saxlanılarkən üzərinə baxış keçirilmişdir. Polislər Təqsirləndirilən şəxs1 da döymüşlər. Elşənlə aralarında heç bir telefon danışığı və ya yazışma olmamışdır. Saxlanılarkən bir başa polis bölməsinə aparılmamışdırlar. Əvvəlcə Elşənin evinə baxış keçirilmiş, o, baxışda iştirak etməmişdir. Saxlanılarkən Elşənin üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Saxlanılan gün birlikdə narkotik vasitə istifadə etməmişdirlər. Narkotik vasitəni Əsmərlə görüşməmişdən 3-4 saat əvvəl almışdır. Narkotik vasitəni Əsmərin çantasına qoyduğundan Əsmərin xəbəri olmamışdır. Əsmərin çantasına 4 qram metamfetmain qoymuşdur. Kafedə saxlanılarkən Əsmərin çantasından narkotik vasitəni aşkar etmişdilər. Əsmərin çantasından çıxan narkotik vasitə onun olmuşdur. Saxlanılarkən üzərində telefon olmamışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, təxminən 2 il olar ki, İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxslə sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Təxminən 2 il olarki, psixotrop maddə olan metamfetamin qəbul etdiyi üçün vatsap vasitəsilə İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxslə vastsap vasitəsilə yazışmışdır. Belə ki, Rza adlı şəxs ona bank kartının şəklini vatsapına atmış, o, da həmin kartın hesabına pul qoyduqdan sonra vatsap vasitəsilə X4 vətəndaşı «Rza» adlı şəxs ona psixotrop maddənin haradan götürəcəyim yeri demişdir. O, da həmin yerə gedib psixotrop maddə olan metamfetamini götütrmüşdür. Əsməri iki il il olar ki, tanıyır, sonuncununda psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bilir. Təqsirləndirilən şəxs1 isə Əsmərin vasitəsilə tanımışdır. Elşən də narkotik vasitə və psixotrop maddə qəbul edir. Bakı şəhərində kirayədə yaşamışdır. Lakin kirayə pulunu ödəyə bilmədiyindən həmin evdən çıxmaq məcburiyyətində qalmışdır. Təxminən 23 iyul 2021-ci il tarixdə kirayədə qaldığı evdən çıxıb rəfiqəsi Əsmərin yaşadığı İmişli rayonundakı evinə getmiş və orada qalmağa başlamışdır. O, kirayə qaldığı evdən geyim əşyalarını İmişli rayonuna aparmalı olmuşdur. Həmin ərəfədə Elşən telefon vasitəsilə Əsmərə zəng etmiş və hal-əhval tutanda Əsmər bildirmişdir ki, kirayədə yaşadığı evdən geyim əşyalarını götürmək üçün onunla Bakı şəhərinə gələcəkdir. Elşənlə danışıb qurtardıqdan sonra Əsmər ona bildirmişdir ki, Elşən ona telefonda demişdir ki, əgər iranlı ilə əlaqəsi qalıbsa onunla əlaqə saxlayaraq narkotik vasitə və psixotrop maddə gətirsin. Ona da hörmət edəcəkdir. O, 27 iyul 2021-ci il tarixdə Əsmərlə birlikdə İmişli rayonundan çıxıb Bakı şəhərinə yollanmışlar. Yolda olarkən o, istifadəsində olan 055 ***-**-** nömrəsi ilə vatsap vasitəsilə İranlı ilə əlaqə saxlamış və ona bildirmişdir ki, ona 800 manatlıq patı (metamfetamin) və kokos (heroin) lazımdır. İranlı ona bildirmişdir ki, «sənə bank kartı atacam, həmin kartın hesabına pul yükləyəndən sonra qeyd olunan malları hazırlayacaqdır». O, iranlının atdığı bank kartını Elşənin vatsapına atmışdır. Sonra Elşən onun vatsapına çek şəkli atmışdır. Həmin çekdə hesaba 600 manat qoyulduğunu görmüşdür. O, həmin çekin şəklini vatsap vasitəsilə iranlıya atmışdır. Bir azdan iranlı onun əlaqə saxlayaraq hirsli bildirmişdir ki, niyə 600 manat ödənilib, 800 manat ödənilməlidir. O, Bakıya çatanda Elşən onları idarə etdiyi Opel markalı avtomobilə qarşılamışdır. O, iranlının dediyini Elşənə çatdırmışdır. Elşən evindən 150 manat pul götürüb iranlının ona atdığı başqa kartın hesabına köçürmüşdür. Bundan sonra İranlı bildirmişdir ki, «mal hazır olanda sənə xəbər verəcəm, get götür». Belə ki, iranlı 50 qram kokos (heroin), 20 qram patı (metamfetamin) təşkil etməli idi. Ona bildirmişdir ki, «həmin patıdan 10 qramını sənə pay göndərirəm». Təxminən 2-3 saatdan sonra İranlı onunla vatsap vasitəsilə əlaqə saxlayaraq bildirmişdir ki, «mallar Ayna Sultanova dairəsi yaxınlığında ağacın altındadır. Get oradan götür». O, Əsmər və Elşən sonuncunun idarə etdiyi avtomobillə həmin ünvana getmişlər. Orada 50 qram kokos və 20 qram patını ağacın dibindən götürmüşlər və bütün malları o, Elşənə vermişdir. Həmin vaxtı iranlı ona zəng vuraraq bildirmişdir ki, göndərdiyi malın üstündən 10 qram kokosu və 5 qram patını onun dediyi yerə qoyarsan. O, Elşənlə məsləhətləşmiş, Elşən razılaşmışdır. 10 qram kokos və 5 qram patını bükümlərdə düzəltmişlər. Həmçinin patıdan 2 ədəd bükümdə istifadə etmək üçün özünə götürmüşdür. Bundan sonra iranlının dediyi ünvana Xırdalan şəhəri, Binəqədi yolunda olan Neptun marketin yaxınlığında tinə qoymuşdur. 40 qram kokos və 13 qram patı Elşəndə qalmışdır. Səhəri günü Elşən bütün malları satmışdır. Lakin harada, kimə günün hansı vaxtı satdığı barədə məlumatı yoxdur. xx.xx.2021-ci il tarixdə o, rəfiqəsi Aytənin yaşadığı Xırdalan şəhərindəki evində olarkən Əsmər dayanmadan telefonla ona zəng edərək bildirmişdir ki, «rayona getməliyik, sən harada qalmısan, artıq günortadır, geyim əşyalarını götür, gəl çıxaq». Həmçinin ona demişdir ki, «Elşən yenə də mal istəyir. Malı qalmayıb». O, iranlı ilə əlaqə saxlamışdır. 500 manatlıq mal istəmişdir. İranlı ona bildirmişdir ki, «650 manata 502 qram kokos, ya da 750 manata 50 qram patı verə bilərəm, siz az mal istəirysiniz. Sonuncu dəfə sizə az mal verirəm. Gələcəkdə 50 qramdan çox mala pul ödənilsə mal verəcəm». O, bu səsi Elşənə atmışdır. Elşən qulaq asmış və bildirmişdir ki, «pul taparam, sən də tap». O, 280 manat pulu tanışından borc adı ilə almış, Elşən də 520 manat pul tapmışdır. Əsmər Elşən sonuncunun idarə etdiyi Opel markalı avtomobillə gəlib onu Xırdalan dairəsindən götürmüşlər. Bundan sonra Elşən 800 manat pulu iranlının onun vatçapına atdığı kartın hesabına yükləmişdir. Sonra iranlı ona zəng vuraraq bildirmişdir ki, «Masazır ərazisində ol, malı oraya qoyacağıq». O, Əsmər və Elşən sonuncunun idarə etdiyi Opel markalı avtomobillə Masazır qəsəbəsindəki Novxanı yolunda «Az petrolun» yaxınlığına getmişlər. Orada o, ağacın dibindən 60 qram kokos (heroin) və 20 qram patı (metamfetamin) götürmüşdür. Hamısını avtomobilin içərisində Elşənə vermişdir. Elşən bildirmişdir ki, həmin malları ucuz qiymətə satıb yenidən mal alacaqdır. Onların yanında İlqar adlı şəxsə zəng vurmuşdur. Sonra o və Əsmər Elşənin idarə etdiyi Opel markalı avtomobillə Sumqayıt şəhəri, Corat qəsəbəsinə getdik. Orada Elşən 60 qram kokosu və 20 qram patını gözü ilə aparmışdır. İlqarın evinə girmiş və çıxıb maşina oturduqdan sonra ona 20 qram patını verərək bildirmişdir ki, «5 qram iranlının sənə verdiyi, 5 qram özümə məxsus, qalan 10 qramı isə aramızda bölərik». O, 20 qram patını, 2 ədəd 3 qram və xırda bükümlərə bölərək Əsmər və Ellşənin qaldığı otelə getmişdir. Gecəni orada qalmışlar. Səhər oyandıqdan sonra Elşən bildirmişdir ki, «malı satmışam, təzədən mal lazımdır. Sən malı təşkil et, sonra çıcxıb gedin. Mən sənin pulunu düzəldərəm, narahat olma, kafedə oturub pul gözləyirik». O, Əsmərə 3 qram patını hədiyyə vermişdir. Bu zaman polis əməkdaşları kafeyə daxil olmuşlar. Həmin vaxtı onun üzərində lampoçkanın içərisində istifadə etdiyi yarım qramdan da az miqdarda patı var idi. Qalan 19,5 qramı isə Elşəngildə olmuşdur. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, polis əməkdaşları ona bildirmişlər ki, «mal ortadadır, əsas malı təşkil edən sənsən, bunlar isə sifarişçidir, bunu ona Ruslan adlı polis əməkdaşının yanında adını bilmədiyi polis əməkdaşı ona bildirmişdir. Həmçinin bildirmişdir ki, «çəkilişdə deməlisən ki, malı sən gətirmisən, deməlisən ki, bu sənin payındır, eyni zamanda Əsmərdən də, Elşəndən də patı aşkar olundu. O, bildirmişdir ki, Elşənə məxsus olan malın bir hissəsi ona aiddir. Həmin malı satıb pul qazanmaq üçün iranlı ona pay göndərmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini Elşənin verdiyi pul qarşılığında İran İslam Respublikası vətəndaşı Rza adlışəxsin vasitəsi ilə almış, üzərində aşkar olunmuş psixotrop maddədən başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamamışdır. (Cild 1, iş vərəqələri 153-156 ) Məhkəmədə Təqsirləndirilən şəxs3 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, İmişli rayonunda yaşayır, ailəlidir. Əkin-biçinlə məşğul olmuşdur. Narkotik vasitə istifadə etmiş, amma, narkoman ( aludəçi ) olmamışdır. Ancaq metamfetamin istifadə etmişdir. Təqsirləndirilən şəxs2 ilə rəfiqə olmuşlar. Ləmanın narkotik vasitə istifadə etdiyini bilmişdir. Təqsirləndirilən şəxs1 2 ildir ki, tanımışdır. Elşənin də narkotik vasitələrdən istifadə etdiyi bilmişdir. Birlikdə narkotik vasitə istifadə etmişlər. Ləman yaşadığı evdən köçdüyü üçün ona kömək etmək üçün şəhərə gəlmişdir. Hadisə günü o, “ZİYA” kafesində Ləman və Elşən birlikdə olarkən polislər gəlib onları saxlamışdırlar. Onun üzərində narkotik vasitə olmamışdır. Ruslan adlı əməliyyatçı ona zor tətbiq etmiş, bu barədə həbs qəti imkan tədbiri seçilərkən məhkəmədə bildirmişdir. Onun çantasına narkotik vasitəni Ləmanın qoyduğunu təstiq etmişdir. Ləman ona demişdir ki, narkotik vasitəni onun çantasına qoymuşdur. Ləman onu döydüklərini görmüşdür. Çəkiliş gecə vaxtı aparılmışdır. Heç vaxt narkotik vasitə almamış, yanında narkotik vasitə istifadə edilən zaman o, da istifadə etmişdir. Saxlanılarkən Elşənin üzərində narkotik vasitə olubolmamasını bilməmişdir. Elşənin evinə baxış keçirilmiş, o, baxışda iştirak etməmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs3 tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən bir ilə yaxındır ki, Ləmanla tanış olmuş, Aralarınzda normal münasibətlər olmuşdur. Mən ləmanla tanış olarkən onun İran İslam Respublikası vətəndaşından vatsap vasitəsilə narkotik vasitə aldığını bilmişdir. Mən təxminən bir ilə yaxındır ki, psixotrop maddə olan metamfetamin qəbul etmişdir. Təxminən 5-6 ay olar ki, Bakı şəhərində olarkən Elşəni taksi sürücüsü kimi tanımışdır. Hər dəfə Bakı şəhərinə gələndə Elşənlə görüşmüşdür. Elşən də naroktik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. Ləman onun vasitəsilə Elşənlə tanış olmuşdur. Elşən də ləmanın iranlı vasitəsilə narkotik vasitə və psixotrop maddə gətirdiyini bilmişdir. Ləman Bakı şəhərində kirayədə qalmışdır. Lakin pulu olmadığına görə kirayədən çıxmaq məcburiyyətində qalmışdır. Ləmana təklif etmişdir ki, hələlik ev tapana kimi onun yanında İmişli rayonunda qalsın. O, da razılaşmışdır. Birlikdə İmişli rayonuna getmişlər. Lakin Ləmanın geyim əşyaları kirayədə yaşadığı evdə qaldığı üçün Bakya gəlməli olmuşlar. Bakıya gələn ərəfədə İmişli rayonunda olarkən Elşən telefon vasitəsilə istifadəsində olan 050 ***-**-** nömrəsinə zəng vurmuş, hal-əhval tutduqdan sonra ona bildirmişdir ki, Ləmanla birlikdə Bakı şəhərinə gələcəyik, Bakıda onları qarşılasın. Elşən razılaşmış, lakin ona demişdir ki, Ləmana deyərsən iranlı ilə əlaqəsi varsa, əlaqə saxlasın. Ona mal lazımdır, onun da hörmətini edəcəkdir. O, bu barədə Ləmana demişdir. 27 iyul 2021-ci il tarixdə Ləmanla birlikdə İmişli rayonundan çıxıb Bakı şəhərinə yollanmışlar. Yolda olarkən Ləman vatsap vasitəsilə İranlı ilə əlaqə saxlamış və ona narkotik vasitə təşkil etməsini bildirmişdir. İranlı ona bank kartı atmış, həmin bank kartını Ləman Elşənin vatsapına atmışdır. X17 vatsapına çek şəkli atmışdır. Həmin çekdə hesaba 600 manat ödənildiyi yazılmışdır. Ləman həmin çekin şəklini vatsap vasitəsilə iranlıya atmışdır. Bir azdan iranlı Ləmanla əlaqə saxlayaraq pulu tam ödənilmədiyini bildirmişdir. Bakıya çatanda Elşən idarə etdiyi Opel markalı avtomobilə qarşılamış, Ləman iranlının dediyini Elşənə çatdırmışdır. Elşən evindən 150 manat pul götürüb iranlının Ləmana atdığı başqa kartın hesabına köçürmüşdür. Bundan sonra İranlı Ləmana bildirmişdir ki, mal hazır olanda xəbər verəcəm, get götür. Təxminən 2-3 saatdan sonra İranlı Ləmanla vatsap vasitəsilə əlaqə saxlayaraq bildirmişdir ki, mallar Ayna Sultanova dairəsi yaxınlığında ağacın altındadır. Get oradan götür. O, Ləman və Elşən sonuncunun idarə etdiyi avtomobillə həmin ünvana getmişlər. Orada çəkisini bilmədiyi kakos və patını ağacın dibindən götürmüş və bütün malları Ləman Elşənə vermişdir. Həmin vaxtı iranlı Ləmana zəng vuraraq bildirmişdir ki, göndərdiyi malın üstündən müəyyən miqdarda kakosu və patını onun dediyi yerə qoysun. Ləman Elşənlə məsləhətləşmiş, Elşən razılaşmış, kakos və patını bükümlərdə düzəltmişlər. Həmçinin patıdan 2 ədəd bükümdə istifadə etmək üçün Ləman özünə götürmüşdür. Bundan sonra Ləman onlardan ayrılmış, o və Elşən isə otelə getmişlər. Elşən oteldən çıxıb bir qədər sonra qayıtmış, bildirmişdir ki, yenə də mal lazımdır, Ləmanla əlaqə saxla. Ləman rəfiqəsigildə qalmışdır. xx.xx.2021-ci il tarixdə Ləmana telefonla zəng edərək bildirmişdir ki, Elşən yenə narkotik vasitə və psixotrop maddə istəyir. Sonra Ləman ona səs atmış, səsdə iranlı bildirmişdir ki, 650 manatlıq kakos və 750 manatlıq patı satır. Ondan az miqdarda satmır. Elşən səsə qulaq asmış və Ləmana bildirmişdir ki, pul tapar, sən də tap. Ləman 280 manat pul, Elşən də 520 manat pul tapmış, Elşənin idarə etdiyi Opel markalı avtomobillə gəlib Ləmanı Xırdalan dairəsindən götürmüşlər. Bundan sonra Elşən 800 manat pulu iranlının vatsapına atdığı kartın hesabına yükləmişdir. Sonra iranlı Ləmana zəng vuraraq malı qoyduğu yeri bildirmiş, hər üçü Elşənin idarə etdiyi Opel markalı avtomobillə Masazır qəsəbəsindəki Novxanı yolunda «Az petrolun» yaxınlığına getdik. Orada ləman ağacın dibindən çəkisin bilmədiyi kakos (heroin) və patı (metamfetamin) götürmüş, hamısını avtomobilin içərisində Elşənə vermiş, Elşən bildirmişdir ki, həmin malları ucuz qiymətə satıb yenidən mal alacaqdır. Corat qəsəbəsinə getmişlər. Orada Elşən kakosu və patını özü ilə aparmış, Ləmana 20 qram patını verərək bildirmişdir ki, 5 qram iranlının verdiyi, 5 qram özünə məxsus, qalan 10 qramı isə aralarında böləcəklər. Ləman 20 qram patını 2 ədəd 3 qram və xırda bükümlərə bölərək o və Ellşənin qaldığı otelə getmiş, gecəni orada qalmışlar. Səhər oyandıqdan sonra Elşən bildirmişdir ki, malı satmış, təzədən mal lazımdır. Kafedə Elşən ona demişdir ki, patını çantaya qoyuram, evə gedəndə verər. O da həmin bükümü alıb çantasına qoymuşdur. Bu zaman polis əməkdaşları kafeyə daxil olmuşlar. Onlara polis idarəsinə aparmışlar. Çantada baxış zamanı patı aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqəsi 181-183 ) Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 30 ildir ki, narkotik vasitə istifadə edirəm. Heroin və metamfetamin istifadə etmişdir. Ləmanı 1 həftə, Əsməri isə 3-4 ay olardı ki tanımışdır. O, taksi sürücüsü olmuşdur. Əsmər və Ləmanın narkotik vasitə istifadə etmələrini bilmişdir. Üzərində olan 1 qram narkotik vasitəni tanımadığı şəxsdən almışdır. Əsmər və Ləmanın üzərlərində narkotik vasitə olmasını bilməmişdir. “ZİYA” kafesində oturub yemək yemişdirlər. onlar “Ziya” kafesində yemək yedikləri vaxt polis əməkdaşları onları saxlamışdır. Onun üzərində 1 qram heroin və 0,3 qram metamfetamin olmuşdur. Onun əllərini qandallayıb maşına mindirmişdirlər. Daha sonra yasamal rayonu “Ağçiçəyim” şadlıq sarayının yaxınlığındakı evinə baxış keçirilmişdir. Ona bildirmişdirlər ki, əgər narkotik vasitənin ona məxsus olmasını boynuna almasa oğlunu şərləyib tutacaqlar. O da məcbur olub buna razılıq vermişdir. - Rza adlı iranlını tanımamışdır. Əsmərdən narkotik vasitə təşkil etməsini xahiş etməmişdir. Əsmərə buna görə 600 manat pul verməmişdir. Telefon işlətməmişdir. Onu 30 iyul saat 12 radələrində saxlamışdırlar. O, əşyaları İmişli rayonuna, Əsmərgilə aparacaqdır. Ləman Əsmərgildə qalacaq, o da onları İmişli rayonuna aparacaqmış. Ləman və Əsmərin onun üzərində narkotik vasitə olmasınından xəbərləri olmamışdır. Narkoloji dispanserdə qeydiyyatdadır. “ ZİYA ” kafesinə öz maşınınla getmişdirlər. 3 nəfər polis əməkdaşı kafeyə girmiş və onu döymüşdürlər. Saxlanılarkən üzərinə baxış keçirilmişdir. Saxlanılarkən üzərində 1 qram heroin və 0.3 qram metamfetamin olmuşdur. Onu öz maşınına mindirmişdirlər. Evimə baxış keçirmiş, həmin vaxt o, maşında olmuşdur. Evə baxış keçirilərkən yoldaşı Cəfərova Hicran Hüseyn qızı evdə olmuşdur. Sonra onu Abşeron RPİ-nə aparmış, cibinə narkotik vasitə qoymuş və onu döymüşdürlər ki, çəkilişdə boynuna alsın. İstintaq zamanı o, özündə olmamış, nə yazmışdırlarsa qol çəkmişdir. O, Əsmər və Ləmandan narkotik vasitə almamışdır. Əsmər və Ləmanla birlikdə narkotik vasitə istifadə etməmişdir. Əməliyyatçı Ruslan onu oğlu ilə hədələmişdir. Əsmərlə birlikdə narkotik vasitə istifadə etməmişdir. Əsmər və Ləmanla birlikdə oteldə qalmamışdır. Ayna Sultanovaya getməmişdir. Onun Ləmanla telefon danışığı, və vatsap yazışması olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü qimsən təqsirli bilərək göstərmişdir ki, Əsməri təxminən 5-6 aydır ki, tanımış, o, naroktik vasitələrin istifadəsi ilə məşğul olmuşdur. Əsmərin vasitəsilə Ləmanı tanımışdır. Ləman kirayədə qaldığı evin pulunu ödəyə bilmədiyi üçün Əsmər ona təklif etmişdir ki, onunla birgə İmişli rayonuna gedib orada qalsınlar. Ləman razılaşmış və Əsmərlə birgə İmişli rayonuna getmişlər. İmişli rayonunda olarkən o Əsmərə zəng vurmuş, hal-əhval tutduqdan sonra Əsmər bildirmişdir ki, Ləmanla birlikdə bakı şəhərinə gələcəklər, Ləman kirayədə qaldığı evdən geyim əşyalarını götürməlidir. Onun naroktik vasitəyə ehtiyacı olduğu üçün Əsmərə demişdir ki, Ləmanla danış onun İranlı ilə əlaqəsi varsa onun üçün mal təşkil etsin, hörmətini edəcəm. 27 iyul 2021-ci il tarixdə Ləman Əsmərlə birlikdə İmişli rayonundan çıxıb Bakı şəhərinə gələrkən vatsapa bank hesab kartının şəklini atmış, bildirmişdir ki, həmin karta 800 manat pul ödə malı təşkil etsin. O, həmin karta 600 manat ödəyib çekin şəklini Ləmana atmış, Ləman Bakı şəhərinə çatanda ona bildirmişdir ki, iranlı həmin məbləğin az olduğunu bildirir, pulu tam ödəmək lazımdır. Sonra evdən 150 manat pul götürüb iranlının Ləmana atdığı başqa hesab kartına ödəyib çevin şəklini iranlıya atmışdır. Bakıya çatdıqda onları idarə etdiyi Opel Astra markalı ** RK *** qeydiyyat nişanlı avtomobilə qarşılamışdır. Bundan sonra İranlı Ləmana bildirmişdir ki, mal hazır olanda xəbər edəcək, get götür. Belə ki, iranlı 50 qram kokos (heroin), 20 qram patı (metamfetamin) təşkil etməli olmuşdur. Ləmana bildirmişdir ki, həmin patıdan 10 qramını pay göndərəcəkdir. Təxminən 2-3 saatdan sonra İranlı Ləmanla vatsap vasitəsilə əlaqə saxlayaraq bildirmişdir ki, mallar Ayna Sultanova dairəsi yaxınlığında ağacın altındadır. Get oradan götür. Ləman və Əsmər onun idarə etdiyi avtomobillə birlikdə həmin ünvana getmişlər. Orada 50 qram kakos və 20 qram patını ağacın dibindən götürmüş və bütün malları Ləman ona vermişdir. Həmin vaxtı iranlı Ləmana zəng vuraraq bildirmişdir ki, göndərdiyi malın üstündən 10 qram kakosu və 5 qram patını iranlının dediyi yerə qoyarsan. Ləman onun məsləhətləşmiş, o, razılaşmışdır. 10 qram kakos və 5 qram patını bükümlərdə düzəltmiş, həmçinin patıdan 2 ədəd bükümdə istifadə etmək üçün Ləman özünə götürmüşdür. Bundan sonra Ləman çıxıb getmiş, 40 qram kakos və 13 qram patı onda qalmışdır. O, bütün malları istifadə etmiş, Əsmərlə oteldə qalmışlar. xx.xx.2021-ci il tarixdə Əsmərə demişdir ki, Ləmanla əlaqə saxlasın və 500 manatlıq mal lazım olduğunu bildirsin. Əsmər telefon vasitəsilə Ləmanla əlaqə saxlayıb bu barədə ona bildirmişdir. X18 telefonuna səs atmış, həmin səsə qulaq asdıqda iranlı bildirmişdir ki, 650 manatlıq kakos və 750 manatlıq patı satır, az miqdarda mal satmır. O, ləmanla əlaqə saxlayıb bildirmiş ki, 520 manat var, qalanını o tapsın, bundan sonra 280 manatı Ləman tapmış və 800 manat pulu iranlının göndərdiyi kartın hesabına yükləmişlər. Sonra iranlı Ləmana zəng vuraraq bildirmişdir ki, Masazır ərazisində ol, malı oraya qoyacaq. O, Ləman və Əsmər onun idarə etdiyi Opel markalı avtomobillə Masazır qəsəbəsindəki Novxanı yolunda «Az petrolun» yaxınlığına getmişlər. Orada Ləman ağacın dibindən 60 qram kakos (heroin) və 20 qram patı (metamfetamin) götürmüşdür. Hamısını avtomobilin içərisində ona vermişdir. İdarə etdiyi Opel markalı avtomobillə Sumqayıt şəhəri, Corat qəsəbəsinə getmişlər. Maşına oturduqdan sonra kakos onda qalmış, 20 qram patını ləmana verərək bildirmişdir ki, 5 qram iranlının verdiyi, 5 qram özünə məxsus, qalan 10 qramı isə aramızda bölərik. Ləman 20 qram patını 2 ədəd 3 qram və xırda bükümlərə bölərək Əsmər və onun qaldığı otelə birlikdə getmişlər. Orada kokosu istifadə etmiş, az miqdarda şalvarının cibində qalmışdır. Gecəni orada qalmışlar. Səhər oyandıqdan sonra o, Ləmana bildirdim ki, təzədən mal lazımdır. Sən mal təşkil et, sonra çıxıb gedin. Pulunu düzəldərəm, narahat olma, kafedə oturub pul gözləmişlər. O, patını Əsmərin çantasına qoyaraq bildirmişdir ki, evə gedəndə mənə verərsən. Bu zaman polis əməkdaşları kafeyə daxil olmuşlar. Polis idarəsinə dəvət etmişlər. Orada əynində olan göy rəngli şalvarın sağ yan cibindən 6 (altı) bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə, metamfetamini, 5(beş) bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə, heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu və 1 (bir) ədəd alışqan aşkar olunmuşdur. Sonra həmin metamfetamin elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 9,75 qram(doqquz tam yüzdə yetmiş beş qram) oldu. Sonra həmin heroin elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 3,06 qram(üç tam yüzdə sıfır altı qram) oldu. Sonra adı çəkilən predmetlər zərfdə qablaşdırıldı, möhürləndi, üzərində müvafiq qeydlər aparıldı, təhqiqatçı, müdafiəçi, tərəfimdən imzalandı və götürüldü, içində siqaret dənələri olan siqaret qutusu və l(bir) ədəd alışqan mənə geri qaytarıldı. (Cild 1, iş vərələri 167-170 ) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Baş Narkotiklərlə Mübarizə Polis İdarəsinin rəisinə raportla məruzə edib, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul etmişdir. Bundan sonra BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid2 və Baş Norkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru Şahid1 iştirakı ilə Abşeron rayon Pİ-nin inzibati ərazisində keçirilən əməliyyat tədbirləri zamanı Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən “ ZİYA “ kafesinin yaxınlığında dayanaraq Təqsirləndirilən şəxs2 daxil olmuş məlumat əsasında izləməyə başlamışlar. Həmin vaxtı Təqsirləndirilən şəxs2 Abşeron rayonu Saray qəsəbəsi ərazisində saat 14:15 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə piyada gəzən zaman onların özlərini şübhəli aparırdıqlarını görüb onlara yaxınlaşmışlar. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onları Abşeron RPİ-nə şübhəli şəxs kimi dəvət etmişlər. Pİ-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində olan çantasının içərisində saxladığı ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamini, Təqsirləndirilən şəxs3 da çiyindən asdığı sumkasının içərsində saxladığı 2 büküm ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamini təqdim etmiş və daha sonra isə Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarının sağ yan cibindən 6 bükümdə olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamini, 5 bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroini çıxardaraq təqdim etmişlər. Həmin psixotrop maddə metamfetamini narkotik vasitə olan heroini Ləmanın vasitəsi ilə iranlıdan aldıqlarını bildirmişlər. Həmin içərisində narkotik vasitəyə oxşar kütlələr polis əməkdaşları tərəfindən götürülərək hər bir şəxsə aid narkotik vasitələr ayrı ayrı zərflərə qoyularaq qablaşdırılmış və üzərinə BNMİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən onlara qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 və Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 digər polis əməkdaşı Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyul 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə DİN BNMİ-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 06-07) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarış və götürmə aparılması haqqında 30 iyul 2021-ci il tarixli protokoldan və 31 iyul 2021-ci il diskə baxış keçirilməsi protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman çiynindən asdığı qara rəngli, dəri çantadan 1(bir) bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə, metamfetaminə bənzər kütləni təqdim etdi. Sonra Təqsirləndirilən şəxs3 çiynindən asdığı qara rəngli, dəri çantadan 2 (iki) bükümdə, ağ rəngli, kristalşəkilli, psoxotrop maddə, metamfetaminə bənzər kütlələri təqdim etdi. (cild 1, iş vərəqə 69-72) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarış və götürmə aparılması haqqında 30 iyul 2021-ci il tarixli protokoldan və 31 iyul 2021-ci il diskə baxış keçirilməsi protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli şalvaın sağ yan cibindən 6 (altı) bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə, heroinə bənzər kütlələti təqdim etdi. Sonra Təqsirləndirilən şəxs1ün üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu və bir ədəd alışqan aşkar olundu. (cild 1, iş vərəqə 74-76) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 140,141,144) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3205 nömrəli rəyindən görünür ki, tədqiqata üzərində“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7 dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan: üzərində «Şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aşkar olunan…» sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketi açdıqda içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 10,509 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd üzərində «Təqsirləndirilən şəxs3 üzərindən…» sözləri yazılmış siqaret qutusunda iki büküm ayrı-ayrılıqda təmiz çəkisi 2,689 qram, 2,840 qram ümumi təmiz çəkisi 5,529 qram olan ağ rəngli kristallik formada xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. üzərində «Təqsirləndirilən şəxs1 üzərindən…» sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketi açdıqda içərisindən 5 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,352 qram, 0,350 qram, 0,408 qram, 0,340 qram, 0,985 qram ümumi təmiz çəkisi 2,435 qram qəhvəyi rəngli maddə xarici görünüş əlaməilərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,230 qram, 1,103 qram, 1,105 qram, 0,931 qram, 0,365 qram, 3,713 qram ümumi təmiz 8,447 qram olan ağ rəngli kristallik formada xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 aşkar olunan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı1) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı1) daxildir. Metamfetaminin təmiz çəkisi (Təqsirləndirilən şəxs2) – 10,509 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq 10,459 qram. Metamfetaminin təmiz çəkisi (Təqsirləndirilən şəxs3) – 5,529 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq 5,429 qram. Heroinin təmiz çəkisi (Təqsirləndirilən şəxs1) – 2,435 qram, tədqiqata sərf edildi-0,2 qram, qalıq 2,235 qram. Metamfetaminin təmiz çəkisi (Təqsirləndirilən şəxs1) – 8,447 qram, cəmi tədqiqata sərf edildi-0,24 qram, qalıq 8,207 qram. (Cild 1, iş vərəqləri 90-96) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 2141 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, kəmağıllıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri qeyd edilmir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 hadisə zamanı etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. (Cild 2, iş vərəqləri 136-138) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 2335 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs3 qeyd olunan cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 hadisəni törədərkən etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 2336 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hadisəni törədərkən etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. (Cild 1, iş vərəqləri 142-143 ) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli 3847 nömrəli rəyindən görünür ki, müayinə zamanı X3 psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 146-147 ) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli 3850 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, nakomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 144-145 ) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli 4178 nömrəli rəyindən görünür ki, müayinə zamanı X2 psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 148-149 ) Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 aşkar edilmiş təmiz çəkisi 10,509 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs3 aşkar edilmiş təmiz çəkisi 5,529 qram psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs1 aşkar edilmiş 2,435 qram olan narkotik vasitə heroin və 8,447 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmalı, qalıq qalmış, 10,459 qram psixotrop maddə metmafetamin, 5,429 qram psixotrop maddə metamfetamin, 2,235 qram narkotik vasitə heroin və 8,207 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş, iki ədəd DVD diski isə iş materiallarına əlavə edilmişdir. (Cild 3, iş vərəqləri 32-49, 50) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Cəfərov X7 rayonu məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 2, iş vərəqləri 58-60, 71-78 ) İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xızı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(068)-11/2022 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə azadlığın məhdudlaşdırılması cəzasının 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan 02 il 03 ay 23 gün hissəsi 01 (bir) il azaldılmışdır. Qeyd edilənlərə bağlı məhkəmə qeyd edir ki,Təqsirləndirilən şəxs1 01 il 3 ay 23 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. (cild 1, iş vərəqə 135) İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. (Cild 1, iş vərəqləri 61,62) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ağcabədi RİHBnın Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. ( cild 2, iş vərəqə 69) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xızı rayon Şorabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. ( cild 2, iş vərəqə 130) Elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X6 adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. Həmçinin Təqsirləndirilən şəxs2 xx.xx.2006-cı il təvəllüdlü X10 adlı bir yetkinlik yaşına çatmayan övladı vardır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X15 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən onlara təzyiq olunması, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə təhdid edilməsi, tutulduğu vaxt üzərlərində ittihamda göstərildiyi qədər narkotik vasitə olmaması ilə bağlı ifadələrində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər məhkəməyədək icraat zamanı verdikləri ilkin ifadələri işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 1 yetkinlik yaşına çatmauan övladının olması, Təqsirləndirilən şəxs3 himayəsində 2 yetkinlik yaşına çatmayan övladının övladının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onlar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 30 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 01 avqust 2021-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 203-207) İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs3 30 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 01 avqust 2021-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 199-202) İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 30 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 01 avqust 2021-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 208-211) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, nakomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 qızında psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs3 psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş qalıq qalmış, 10,459 qram psixotrop maddə metmafetamin, 5,429 qram psixotrop maddə metamfetamin, 2,235 qram narkotik vasitə heroin və 8,207 qram psixotrop maddə metamfetamin məhv edilməli, iki ədəd DVD diski isə iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 21.67 (iyirmi bir manat altmış yeddi qəpik) manat, Təqsirləndirilən şəxs3 21.67 (iyirmi bir manat altmış yeddi qəpik) manat, Təqsirləndirilən şəxs1 21.67 (iyirmi bir manat altmış yeddi qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 30 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 30 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7(yeddi) il 6 (altı)ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş hissəsi 01 il 3 ay 23 gün olan azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrumetmənin 1 (bir) gününə bərabər tutulub hesablanmaqla 07 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 30 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş qalıq qalmış, 10,459 qram psixotrop maddə metmafetamin, 5,429 qram psixotrop maddə metamfetamin, 2,235 qram narkotik vasitə heroin və 8,207 qram psixotrop maddə metamfetamin məhv edilsin, iki ədəd DVD disk isə iş materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 21.67 (iyirmi bir manat altmış yeddi qəpik) manat, Təqsirləndirilən şəxs3 21.67 (iyirmi bir manat altmış yeddi qəpik) manat, Təqsirləndirilən şəxs1 21.67 (iyirmi bir manat altmış yeddi qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. rlik edə n:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar