Məhkəmə qərarları › İş №1(124)-51/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-51/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-51/2024 13.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, оrtа təhsilli, işsiz, Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.3 və 29, 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixatrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “İsi” adlı şəxslə “whatsapp” proqramı vasitəsilə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonra bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “İsi” adlı şəxs naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə ümumilikdə 131,864 qram çəkidə, külli miqdarda narkotik vasitə heroini və ümumilikdə 30,821 qram çəkidə, külli miqdarda psixotrop maddə metamfetamini Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən “Türk məscidinin” arxasındakı küçədəki boş həyətyanı sahənin ətrafına mişar daşından inşa edilmiş hasarın kənarında 02 (iki) ədəd sellofan bükümlərdə gizlədib yerləşdirərək, daha sonra həmin bükümlərin fotoşəkillərini və geolokasiyasını Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda quraşdırılmış “whatsapp” proqramına göndərmiş, Təqsirləndirilən şəxs isə sonuncunun təlimatı və şifarişi əsasında ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün onun göndərdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmək məqsədilə sərnişin qismində əyləşdiyi Şahid4 idarə etdiyi “Chevrolet Lacett” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən əraziyə getdikdə iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilməmiş və Sumqayıt ŞPİ-nin 5-ci PB-in əməkdaşları tərəfindən 30 iyul 2022-ci il tarixdə saat 04:30-da keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda narkotik vasistə heroini və psixotrop maddə metamfetamini əldə etməsində, qəbulunda və üzərində gəzdirməsində şübhəli bilindiyindən Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən “Türk məscidi”nin yaxınlığında saxlanılıb polis bölməsinə gətirilərək xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən heç bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməsə də, sonuncunun istifadəsində olan mobil telefona keçirilən baxış zamanı, Təqsirləndirilən şəxs onunla birlikdə saxlanılan Şahid4 istifadəsində olan mobil nömrənin “whatsapp” proqramına göndərdiyi, satış məqsədilə əldə etməyə cəhd etdiyi külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetaminin qoyulduğu ünvanın göstərildiyi yerin fotoşəkilləri, geolokasiyası aşkar edildiyindən, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 07:16-da Sumqayıt şəhəri Ceyranbatan bağları ərazisində yerləşən, “Türk məscidi”nin arxasındakı küçəyə keçirilmiş baxış zamanı, həmin küçədəki boş həyətyanı sahənin ətrafına mişar daşından inşa edilmiş hasarın kənarından 01 (bir) ədəd bükümdə təmiz çəkisi 131,864 qram, külli miqdarda, qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 30,821 qram, ağ rəngli kristallardan ibarət maddə kütləsi, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisi olmuşdur. Onu ayın 29-u tutub, 30-u sənədləşdirmişdirlər. 2-3 il olardı ki, “şüşə” kimi tanınan metamfetamin istifadə etmişdir. Saxlandığı gün Sabunçu rayonu Balaxanı qəsəbəsindən Ceyranbatan bağlarına gəlmişdir. İran vətəndaşı onun şəxsi istifadəsi üçün oraya 02 (iki) qram mal qoymalı idi. Gəlib polis əməkdaşlarını orda görmüşdür. Avtomobil üçün işıqları yandırıb-söndürmüş, avtomobili saxlamışdırlar. Maşından düşən kimi onu tutmuşdurlar. Polis əməkdaşları onu 5-ci PB-yə aparmışdırlar. Polis bölməsində onu döymüşdürlər. Səhər saat səkkiz üçün onu əməliyyat tədbirinin aparıldığı yerə aparmışdırlar. Polis əməkdaşları daşın altından narkotik vasitəni götürmüşdürlər. Bundan sonra onu yenidən 5-ci PB-yə aparmışdırlar. O, yenə narkotik vasitəni boynuna almamış, ona məxsus olmadığını bildirmişdir. Bunun cəzasının ağır olacağını bilmişdir. Doğurdan da narkotik vasitə onun olmamışdır. Axşam saat altı üçün 3-4 avtomobil yığılıb yenidən əməliyyat tədbirinin keçirildiyi yerə getmişdirlər. Orada video çəkiliş etmiş, onun məhkəmədə əməli boynuna almayacağını bildirmişdirlər. Ona görə otaqda video çəkiliş etməmiş, əməliyyat tədbirinin keçirildiyi yerə getmişdirlər. Özləri bir nəfər vəkil də seçmişdirlər. Əməliyyat tədbirinin həyata keçirildiyi yerə çatmışdırlar. Heç ailə üzvlərinə və s. xəbər etməmişdirlər. Qeyd edilən yerə çatdıqdan sonra o deyilən miqdarda narkotik vasitənin ona məxsus olmadığını söyləmişdir. Bu zaman müdafiəçi ona bildirmişdir ki, 02 qram narkotik vasitəni boynuna alsın, onun işini 234.1-lə sənədləşdirəcək, məhkəmədə onun üçün yaxşı olacaqdır. O da bu cür ifadə vermişdir. Nə müstəntiqin yanında, nə də başqa yerdə heç nəyə qol çəkməmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, təxminən 3-4 il idi ki, narkotik vasitə istifadə etmişdir. “İsi” adlı İran vətəndaşını təzəlikcə tanımışdır. Həmin iranlının mobil nömrəsi hazırda yadında deyildir. “İsi”-nin nömrəsi İran nömrəsi olmuşdur. Həmin şəxs ona adının “İsi” olduğunu bildirmişdir. Hərf və s. bilmir. Hərf tanımadığİ, yazıb-oxuya bilmədiyi üçün “İsi”-nin də adını telefonun kontaktlar bölməsində rəqəmlərlə qeyd etmişdir. O, öz istifadəsi üçün iki qram sifariş etmişdir. Sifarişə görə İran vətəndaşına 50 (əlli) manat pul vəsaiti vermişdir. Pulu iranlıya kart vasitəsilə göndərmişdir. Rəqəm tanıyır, hərf tanımır. Pulu göndərmək üçün iranlı ona kod vermişdir. 50 manat pulu Sumqayıt yolunun üstündə aparat vasitəsilə göndərmişdir. Onda “KapitalBank”-a məxsus bank kartı olmamışdır. X6 adlı şəxsi tanımamışdır. Müstəntiq də ondan soruşmuşdur, ona da adı çəkilən şəxsi tanımadığını bildirmişdir. Saxlandığı gün harasa 1.620 (bir min altı yüz iyirmi) manat pul vəsaiti köçürməmişdir. Onun üzərindən qəbz aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş qəbz pul qəbzi olmuşdur. Qəbzdə qeyd olunan pul vəsaitini lombarda göndərmişdir. Ancaq ona bildirdilər ki, pul başqa adama gedib. O, saxlanılan ərəfədə bir qızla danışmışdır. Heç bir yerdə işləməmişdir. O, qızdan borclarını veribvermədiklərini soruşmuşdur. Qız da atasının pulu verdiyini bildirərək qəbzin şəklini ona atmışdır. Qız ona görə qəbzin şəkilini atmışdır ki, bir yerdə olan adam olmuşdurlar. Onun bir mobil nömrəsi var, o da “***-***-**-**” olmuşdur. Mobil telefonda kimsə ona mesaj ataraq ondan narkotik vasitə istəməmişdir. O, yazıb-oxuya bilmir, səsli mesaj olmuşdur. Bir nəfər tanışı ona səs atmışdır ki, tanımadıqları İran vətəndaşı var, 5-10 manat pul vəsaiti ona göndərib pulun qalanını sona verəcəklərini bildirmişdir. Ona səs atan şəxsi tanımamışdır. Ona səs atan adam narkoman olmuşdur. Sözügedən şəxs onunla birlikdə cəza çəkmişdir. Saxlandığı gün iranlının mobil nömrəsi ilə “whatsapp” proqramında mesajlaşması olmamışdır. Heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu 29-u gecə, axşam radələrində saxlamışdırlar. Gecə saat 11 olmuşdur. Saxlanan zaman Eldarla birlikdə olmuşdur. Eldar “Bolt” proqramından sifariş verdiyi taksi sürücüsü idi. Onlar təxminən saat on ikiyə işləmiş-on ikinin yarısı Ceyranbatana çatmışdırlar. İranlının ona atdığı ünvanı taksi sürücüsünə atıb-atmadığı yadından çıxmışdır. Polis əməkdaşları ona Ceyranbatan bağlarında yaxınlaşmışdırlar. Ona “konum” atılan ünvana gedib çıxa bilməmiş, dönəndə onları saxlamışdırlar. Polis əməkdaşları onları saxlayaraq onu avtomobildən düşürtmüşdürlər. Eldar öz avtomobilinə, onu da polis avtomobilinə əyləşdirib 5-ci PB-yə aparmışdırlar. Bölməyə çatandan sonra ilk öncə Eldarla birlikdə olmuşdurlar. Bir dəqiqə sonra onları ayırmışdırlar. Onları ayrı-ayrı otaqlara salandan sonra onu döyməyə başlamışdırlar. Boynuna almağı bildirmişdirlər. İfadəsini almış, heç nə tapmamışdırlar. Narkotik vasitə istifadəçisi olduğunu bildirmiş və özünü 234.1-lə təqsirli bilmişdir. Saxlanan zaman üzərində “Samsung A52” markalı mobil telefon, içində pul olan pulqabı, xəstəxana kartı və qulaqcığı olmuşdur. Vəkilsiz üzərində şəxsi axtarış aparmış, vəkil bir gün sonra gəlmişdir. İyirmi doqquzu axşam onu tutmuş, bölməyə aparıb döymüşdürlər. Üzərində şəxsi axtarış aparılan zaman “Samsung A52” markalı mobil telefon, içində pul olan pulqabı, xəstəxana kartı və “iphone” markalı qulaqcığı aşkar olunmuşdur. Həmin vaxt üzərindəki pul vəsaitinin məbləği yadında deyildir, iş materiallarında vardır. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar olunmamışdır. “Narkotik vasitənin yeri”, “narkotik vasitənin ona məxsusluğu” kimi məsələlərə görə döyülmüşdür. Mobil telefonu özü təqdim etməmiş, ondan almışdırlar. Telefonun kodunu açması deyilmiş, telefonun kodunu yığıb kiliddən çıxarmış, polis əməkdaşlarına vermişdir. Ayın 30-u səhər saat səkkiz radələrində narkotik vasitənin qoyulduğu yerə getmişdirlər. Səhər saat səkkiz radələrində gedəndə vəkili olmamış, vəkil davamlı olaraq ona sənədlərə qol çəkməyini bildirdiyi üçün həmin vəkildən imtina etmişdir. Daha sonra onun üçün başqa bir vəkil təyin etmişdirlər. Polis əməkdaşları narkotik vasitəni daşın altından götürmüş, daha sonra vəkil kimi Ruslan müəllim təyin edilmişdir. Ruslan müəllim gələndə onlar artıq saat səkkizdə hadisə yerinə getmişdirlər. O, aşağı düşüb məhəllənin içərisində dayanmışdır. Polis əməkdaşları da “mal”-ı daşın altından götürmüş və onu yenidən polis bölməsinə gətirmişdirlər. Ayın 30-u səhər hadisə yerinə gedəndə vəkil olmamışdır. Günorta polis bölməsinə qayıtmış, video çəkiliş edəndə vəkili Ruslan müəllim olmuşdur. 30-u səhər gedəndə Eldar yanlarında olmamış, hadisə yerinə “Meredes” markalı avtomobillə getmişdirlər. Avtomobildən əli qandallı şəkildə düşmüşdür. Hasarlanmış, qapısı və s. olmayan həyət var idi. Polis əməkdaşları özləri oraya girmişdirlər. O, həmin vaxt bayırda dayanmış, içəriyə girməmişdir. Avtomobilə əyləşdikdən sonra yenidən 5-ci PB-yə gəlmişdir. Orada yenə də boynuna almamışdır. Axşam saat üç-dörd radələrində bir də video çəkilişə getmişdirlər. Günorta gedəndə sübh tezdən narkotik vasitəni götürdükləri yerə getmişdirlər. Narkotik vasitəni yenidən daşın altına qoymuşdurlar. Dörd avtomobildən biri “Mercedes”, digəri “Chevrolet” markalı idi. Onu “Chevrolet Niva”-da oturtmuşdurlar. Bütün məhəlləni çevrəyə almış, narkotik vasitəni daşın altına qoymuş və yenidən götürmüşdürlər. Video çəkiliş də orada olmuşdur. Narkotik vasitənin ona məxsusluğunu soruşmuş, o da narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Döyülməsi ilə bağlı harasa şikayət etməmişdir. MSY-də olan zaman Hüseyn müəllim ona demişdir ki, MSY-də heç kim ona heç nə edə bilməz. Bölmədən gələndə işi 234-ün tire biri ilə sənədləşdirilmişdir. İş müstəntiqə gəlmiş, müstəntiqdə olanda müstəntiq işini dörd üç, dörd dördə çevirmişdir. MSY-də onu təkcə koronaya görə yoxlamışdırlar. Şüvəlanda rentgen və s. olduğu üçün orada döyüldüyünü bildirmişdir. Şəkil və s. çəkmişdirlər. Ayın 29-u iranlıyla zəng edib danışmış, “konum” atmışdır. O, iki qram narkotik vasitə götürəcəkdir. İki qram narkotik vasitəyə görə əlli manat pul atmışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitəni götürmək üçün taksi vasitəsilə Sabunçu rayonu, Balaxanı qəsəbəsindən Sumqayıt şəhəri, Ceyranbatan bağlarına gəlmişdir. Taksiyə tutulduğu üçün pul verə bilməmişdir. “Bolt” proqramında taksi pulu təxminən on-on beş manat yazmışdır. Taksi sifariş edəndə axşam saat on birin yarısı-on bir radələri idi. İranlının narkotik vasitəni özünün gətirib qoyduğunu, yaxud da kiməsə tapşırıb harasa qoydurduğunu bilməmiş, narkotik vasitəni kimin qoyduğunu bilməmişdir. Sifariş etdiyi iki qram olmuş, o da çox kiçik olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili işləmiş, hazırda DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin iyul ayında “Qadir” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs və tanışı “Eldar” adlı şəxsin Ceyranbatan qəsəbəsi, “Türk” məscidinin yaxılığında sonuncunun idarə etdiyi avtomobildə olduqları müəyyən edilmişdir. Həmin avtomobili işarə edib saxlayaraq sürücü Eldara və avtomobildə sərnişin qismində əyləşmiş Qadirə özlərini təqdim etmişdirlər. Sonra onları 5-ci PB-yə gətirmişdirlər. Bölmədə olan zaman şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, şəxsi axtarış zamanı hansısa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs mobil telefonunun “whatsapp” sosial şəbəkəsində narkotik vasitə ilə bağlı mesaj aşkar olunmuşdur. Belə ki, orada narkotik vasitənin qoyulduğu yerin şəkli olduğu müəyyən edib həmin yerə getmişlər. Həmin yer Ceyranbatan qəsəbəsi, “Türk” məscidinin arxasında yerləşən, daş hasarın yaxınlığındakı bir yer olmuşdur. Oradan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Şəxs saxlanılanda həmin vaxt 5-ci PB-də işləmişdir. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Qadiri səhərə yaxın, təxminən saat beş radələrində saxlamışdırlar. Qadirgil saxlanılan zaman iki nəfər olmuş, Qadirin yanında taksi sürücüsündən başqa heç kim olmamışdır. Avtomobili saxlatdırmış, daha sonra şəxsləri avtomobilin içərisindən düşürmüşlər. Qadirgil avtomobildən aşağı düşdükdən sonra onlara özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək polis bölməsinə dəvət etmişdirlər. Qadiri saxlandığı ünvandan birbaşa 5-ci PB-yə aparmışdırlar. Polis bölməsində olan zaman Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həyata keçirilmiş, ancaq şəxsin üzərindən hər hansı qanunsuz predmet və ya əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Qadir üzərindəki mobil telefonu təqdim etmiş, telefonda narkotik vasitənin qoyulduğu fotoşəkil aşkar olunmuşdur. Təxminən saat səkkiz radələrində həmin əraziyə qayıtmışdırlar. Narkotik vasitənin qoyulduğu yer kiminsə evi deyildir. Həmin yer “Türk” məscidinin arxasındadır. Hasarın yaxınlığında, bir az dib hissədə narkotik vasitə aşkar olundu. Narkotik vasitə yerə qoyulmuşdur. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Qeyd etdiyi maddələrin sellofan torbanın içərisində olubolmadığı və çəkisi yadında deyildir. Onlar sözügedən əraziyə gedən zaman vəkil də onlarla birlikdə Ceyranbatan ərazisinə getmişdir. Video çəkilişdə iştirak etmişdir. Əməliyyat tədbiri ifadəsində bildirdiyi tarixdə keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı insan ləyaqətini alçaldan hərəkətlər, psixi və ya mənəvi zor tətbiq edilməmiş, heç bir təsir və təzyiq göstərilməmişdir. Həmin maddələrin çəkisi ilə bağlı ibtidai istintaqda vermiş olduğu ifadəsindəki həmin xüsusatı təsdiq edir. Əməliyyat tədbirinin tarixi də hazırda yadında deyildir. Bu xüsusatla bağlı ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi işləmiş, hazırda Sumqayıt ŞPİ-nin 5-ci PB-də növbətçi hissəsində işləyən X4 ifadəsində göstərdi ki, 30 iyul 2022-ci il tarixdə polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Qeyd olunan əməliyyat məlumatı Qadir adlı şəxsin narkotik vasitələri üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə olmuşdur. Həmin gün axşam radələrində qeyd olunan şəxs Ceyranbatan qəsəbəsində “Türk” məscidi deyilən ərazinin arxasındakı məhəllədə avtomobildə saxlanmışdır. Aidiyyatı üzrə polis bölməsinə gətirilmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və alqı-satqısında şübhəli olması barədə idi. Qadirə qarşı hansısa fiziki və ya psixi zor tətbiq olunmamışdır. Əməliyyat məlumatı Toğrul Mahmudovun idi. Sahə rəisləri əməliyyat tədbirində iştirak edirlər. Qadir saxlanılan zaman daha arıq idi, üzündə yaralar və s. var idi. Polis əməkdaşları olaraq onlar üç nəfər idilər. Qadir də avtomobildə idi. Avtomobili başqa bir taksi sürücüsü idarə edirdi. Qadirgili Ceyranbatan qəsəbəsi, kanalın yaxınlığındakı “Türk” məscidinin arxasında saxlamışdırlar. Şəxslərin saxlanıldığı məhəllə məscidin arxa hissəsindədir. Şəxsləri saxladıqdan sonra onlara polis əməkdaşı olduqlarını bildirmişdirlər. Qadirə narkotik vasitə istifadəsində şübhəli olduğunu bildirərək polis bölməsinə getməli odqularını demişdirlər. Onları aidiyyatı üzrə polis bölməsinə gətirmişdirlər. Polis bölməsinə gedəndə 30-u gecə radələri idi. Saat tam yadında deyildir. Təqsirləndirilən şəxs polis bölməsinə apardıqdan sonra müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Video çəkilişdə iştirak etmişdir. Şəxsi axtarış zamanı Qadirin əl çantası var idi. Çantadan içərisində pul olan pulqabı, ağ rəngli sellofanlar aşkar olunmuş, içərisində narkotik vasitə olmamışdır. Pul və sellofandan başqa mobil telefon aşkar olunmuşdur. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı vəkil dəvət olunmuş, vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar olunanların ona məxsus olduğunu bildirmiş, şəxsi axtarış zamanı narkotik vasitə və ya qanunsuz predmet aşkar olunmamışdır. Daha sonra sürücünün mobil telefonuna təhqiqatçı tərəfindən baxış keçirilən zaman “zakladka”, fotoşəkil aşkar olunmuş, həmin fotoşəkli Qadir atmışdır. Bundan sonra Qadirin mobil telefonuna baxış keçirilmiş və eyni fotoşəkilin Qadirin mobil telefonunda da olduğu müəyyən edilmişdir. 30-u səhər radələrində mobil telefonda “zaklatka” göstərilən ünvana getmişdirlər. Həmin yerdə bükümlər var idi. Bükümlər olan ünvan kiminsə həyəti deyildir. Ayrı-ayrılıqda iki büküm var idi. Biri qəhvəyi, digəri də ağ rəngli idi. Bükümlər balaca deyildi. Bükümlər aşkar olunduqdan sonra polis bölməsinə qayıtmışdırlar. Bükümlər aşkar olunan zaman vəkil də iştirak etmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlərlə bağlı bükümləri onun üçün “İsi” ləqəbli İran vətəndaşının qeyd olunan əraziyə qoyduğunu demişdir. Əvvəllər də həmin şəxsdən narkotik vasitə götürdüyünü, bükümlərdəki maddələrin ona məxsus olduğunu Qadir özü etiraf etmişdir. Əvvəllər də bu şəkildə büküm atdırıb və götürmüşdür. Təqsirləndirilən şəxsə qarşı insan şərəf və ləyaqətini alçaldan rəftar, psixi və ya mənəvi zor tətbiq edilməmişdir. Qadir özü hər şeyi səmimi şəkildə etiraf etmişdir. “30-u gecə radələrində” dedikdə ayın 29-dan 30-a keçən gecəni nəzərdə tutmuşdur. Həmin gecənin səhəri də bükümlər aşkar olunan ünvana getmişdirlər. Burada hər ikisi də ayın 30-u baş verib və burada məntiqə zidd heç bir xüsusat yoxdur. Bükümlərin sayı iki idi, biri ağ, digəri qəhvəyi rəngli idi. Ancaq çəkiləri yadında deyildir. Bükümlərin çəkisi ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini eynilə təsdiq edir. Əməliyyat tədbiri ayın 30-u keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis sahə rəisi Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs “Türk” məscidinin arxasında saxlamışdırlar. Səhərə yaxın, saat 4 radələri idi. Saxlanılan zaman “Chevrolet” markalı avtomobil var idi. Həmin avtomobili Təqsirləndirilən şəxs özü idarə etmirdi, yanındakı şəxs idarə edirdi. Avtomobili saxlamalarını bildirmişdirlər. Şəxslərə üzərində psixotrop maddə ola biləcəyini bildirərək polis bölməsinə getməyi təklif etmişdirlər. Orada şəxsi axtarış zamanı Qadirin üzərindən hansısa qanunsuz əşya və ya predmet aşkar olunmamış, mesajlaşmalara baxış keçirilmiş və saxlanmalarından haradasa üç-dörd saat sonra Ceyranbatana baxış keçirmək üçün getmişdirlər. Torpaq sahəsində, sol tərəfdə, daha dəqiq, girən kimi hasarın sol yan tərəfində sellofana bükülmüş narkotik vasitə götürmüşdürlər. Təqsirləndirilən şəxs bükümlərlə bağlı nə bildirdiyi yadında deyildir. Bükümlər olan əraziyə sahər baxış keçirən zaman getmişdirlər. Gecə Qadiri saxlayanda hadisə yerində olmuşdur. Gecə Təqsirləndirilən şəxs saxlayanda saat təxminən 03:30 ya da 04:30 olmuşdur. Bir də səhər yeddi-səkkiz radələrində sözügedən ünvana getmişdirlər. Bükümdən aşkar olunan metamfetaminin çəkisi otuz ya da iyirmi yeddi qram olmuşdur. Heç kimə təzyiq göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, saat 12-1 arası evdə olmuşdur. “Bolt” proqramıyla işləmişdir. Proqramda sifariş gəlmiş, qəbul etmişdir. Maşına Qadir əyləşmişdir. Haraya gedəcəyini soruşmuş, çünki “Bolt” proqramı həmin vaxt gediş-gəliş yerini göstərməmişdir. Ceyranbatana gedəcəklərini bildirmişdir. Sürüb Ceyranbatana, Saray postunu keçən kimi geriyə dönüş olan yerə gəlmişdir. Dönəndə Qadir ona demişdir ki, ona “konum” atırlar, o da “konum”-u ona atsın, dəqiq ünvan orada qeyd edilib. “Konum”-u ona atanda görmüşdür ki, şəkil gəldi. Heç o da şəkli açmamışdır. “Konum”-u vurmuş, adını silmişdir. Hansı ki polis əməkdaşları daha sonra mobil telefonunu yoxlamışdırlar, hər şeyə baxmışdırlar. Qeyd olunan ünvana dönəndə avtomobili saxlamağını əmr etmişdirlər. Avtomobili yoxladıqdan sonra onları polis bölməsinə aparmışdırlar. Bölmədə də Qadiri ayrı, onu ayrı saxlamışdırlar. Hadisə barədə olduğu kimi izahat vermişdir. Onu buraxmışdırlar. Qadiri kənd sakini kimi tanımışdır. Taksi fəaliyyətinə başladığı müddətdən, təxminən 6-7 il olar ki, Təqsirləndirilən şəxs tanıyır. Qadirin narkotik vasitə istifadə etməsindən məlumatı olmamışdır. Çünki Qadir cəzaçəkmə müəssisəsindən təzə çıxmışdır. Təqsirləndirilən şəxs nə səbəbə cəza çəkdiyini bilməmişdir. Ceyranbatana çatanda Təqsirləndirilən şəxs düşmək istəmiş, ancaq yenidən avtomobilə əyləşmişdir. Mobil telefonda kimləsə danışmış, ona “mən gedirəm, amma qorxuram”, “Mən gəlmirəm, arxaya qayıdıram.” demişdir. Mobil telefonla danışdıqdan sonra Qadir ona onu kəndə geri aparmasını, kənddə pulunu artıqlaması ilə verəcəyini demişdir. Qadirin sözündən sonra geriyə Bakıya doğru qayıtmışdır. 20 Yanvarın Xocahəsən tərəfə gedən istiqamətində Qadir yenidən mobil telefonla danışmış, telefonla danışdıqdan sonra ona yenidən onu ilk əvvəl gedəcəkləri yerə aparmağını, aparıb qoyduqdan sonra geri qayıtmağını söyləmişdir. Yolda olarkən Qadir mobil telefonda danışan zaman “qorxuram”, “mən oraya girmirəm” tipli ifadələr işlətmişdir. Sifarişin nə zaman verdildiyini dəqiq xatırlamır. Mobil teıefonu yeniləndiyi üçün sifarişlə əlaqəli heç nə mobil telefonunda qalmamışdır. Hadisə keçən ilin iyul ayında baş vermiş, polis əməkdaşları onları saxlayanda gecə saat 1-2 radələri olmuşdur. Polis bölməsində birlikdə saxlanmamış, Təqsirləndirilən şəxs döyüldüyünü görməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi, eləcədə narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə barədə” xx.xx.2022-ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmiş, sonra isə əl çantasının içərisinə baxış keçirildikdə içərisindən ümumilikdə 422 manat məbləğində pul vəsaitlərinin, xırda pul nominalının, iki ədəd qulaqcığın, “Azercell” və “Azerfon” mobil operatorlarına məxsus “GSM” mobil nömrələrin, sellofan kəsiklərinin və bir ədəd “Samsung” markalı mobil telefonun olduğu müəyyən edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən hər hansı qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşya və ya predmetin aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan Samsung Glaxy A 52 telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs sifariş etdiyi külli miqdarda narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə olan metamfetamin kütlələrinin yerləşdiyi ünvanı göstərən mesaj, fotoşəkillər, həmin yerin geolokasiyasının taksi sürücüsü Şahid4 istifadəsində olan ***-***-**-** nömrəsinə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərməsi müəyyən olunmuşdur. Bundan əlavə həmin mobil telefonun qaleriya bölməsində “whatsapp” şəkilləri blokunda xx.xx.2022 ci il tarixdə emanat ödəmə terminalı vasitəsi ilə 416973******6618 nömrəli kart hesabına 1620 AZN pul köçürülməsi barədə qəbzin fotoşəkli aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs telefonuna baxış keçirilməsi nəticəsində müəyyən edilən, taksi sürücüsünə həmin yerə getməsi üçün göndərilən, yəni geolokasiyası olan ünvana video çəkilişlə baxış keçirilmişdir. Protokoldan məlum olur ki, baxış keçirilən yer Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən Türk məscidinin yaxınlığındakı mişar daşı ilə hasara alınmış boş torpaq sahəsidir. Həmin torpaq sahəsinin giriş qapısı üçün nəzərdə tutulmuş boş hissəsində hasarın dibində 1 ədəd şəffaf rəngli sellofan bükümdə tünd qəhvəyi rəngli toz halında narkotik vasitə heroin,1 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli, kristal halında psixotrop maddə olan metamfetamin aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülür. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus telefona “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, mobil telefona baxış keçirərkən ““whatsapp” proqramında +98 990 *** **** saylı mobil nömrədən istifadə edən şəxsin adının “2727” kimi qeyd olunduğu, adı “2727” kimi qeyd edilmiş kontakta daxil olduqda, orda 01 saniyə davam edən “vaxtın olanda yığarsan” məzmununda səs yazısının olduğu, bundan başqa +994 51 *** ** ** saylı mobil nömrədən istifadə edən şəxsin adının mobil telefona qeyd olunmadığı, həmin kontakta daxil olduqda isə orda “Ata men kenden cixdim ikbasa danismidam yubanmiyim yarı torpağ 5 daş” məzmununda yazılı mətnin olduğu, bundan əlavə +994 77 *** ** ** saylı mobil nömrədən istifadə edən şəxsin adının mobil telefona qeyd olunmadığı, həmin kontakta daxil olduqda isə orda 13 saniyə davam edən “qaqas belə iranlıdır prosto bunun üçün pul zad, o 25 faiz deyirsen e onuda vurma, deginen belə at, görəkdə neyliyər eliyər, bildində necə”, 02 saniyə davam edən “bir dənə adını deginən mənə adını”, 29 saniyə davam edən “ə yox e belə atmağına onsuzda atmıyacam, onsuzda yoxdu o 25 faiz, prosto mən onu atdıraram, pişim pişim eliyərəm, pulsuz atdıraram, mən prosto deyirəm yandırmaz məni gedərəm dalınca götürməyə, it qurd basmaz oranı, adı belə yazdığıma görə Emindi”, 03 saniyə davam edən “qaqas belə iş görən yoxdu”, 02 saniyə davam edən “o hər kəsdisə yalandan pul atıb”, 04 saniyə davam edən “belə papura yoxdu, ola bilər təzə çıxıb”, 03 saniyə davam edən “denən atsında, bir dənə prob eliyub baxaqda”, 42 saniyə davam edən “belə mənə özü əvvəlcədən demişdi, deyir ə mən bura təzə gəlmişəm, belə bunun qardaşı burda iş görür, dedi mənim qardaşım iş görür, da adını zadını soruşmadım, qardaşının adını bilmirəm, deyir ə mən təzə gəlmişəm, istiyirəm məndə hərəkət eliyim, prosto deyir mənim hələ heç kimim yoxduda, mənə kömək eliyən yoxdu, bildin, gedəcəm e, gedəcəm, onsuzda vəziyyət pisdi, gedəcəm görüm nəsə olar olar, bəlkə tutuzdurduq bəlkə”, 11 saniyə davam edən “bir dənə qardaşının adını soruş atda mənə, təzə bazara gəlibsə lap yaxşı, bizdə köhnə bazarın işçiləri, limon var limon, deyimdə ona qardaşım”, 24 saniyə davam edən “həri e qardas getmək olar, bir dənə zaklatkanı hara atacaq onu deyərsən, basa düşdün, sən ərazini deyərsən mən sənə deyərəm necə adamdı, getmək olar yəqinki, pul vurmuyasan onun üçün, nöş olmur e, insandıda bəlkə atdıda pulsuz zadsız, dedi sat ver”, 06 saniyə davam edən “ata soruşaram, qardaşının adını soruşub deyərəm sənə”, 09 saniyə davam edən “Prosto Rufan qardaşımsan ehtiyatı əldən vermiyəsən a, qardaşımsan, ehtiyatı əldən bir saniyədə vermə qaqas, bildin nəyi deyirəm”, 1 dəqiqə 25 saniyə davam edən heç nə bomba kimidi, allah canıvı sağ eləsin, indi şey eləsə mən bununla danışım bunu razı salım, görüm hara deyir atacam, mən yeri sənə deyərəm, sən bilirsəndə boğan yerləri, indi sən bu barədə məndən oputun çoxdu, hə deyərəm brat, hə bilirəmdə brat bacardığım qədəri ilə ehtiyatlı olacam, deyir 18-də verirəm ikisinidə, o birsidə 18, bu birsidə 18, deyirəm ala camaat 14- 15 götürürdə, 18 bahadı, deyir allaha and olsun, 14-15 götürdükləri deyir bu dəqiqə bir dənə tema yayılıb, hə onu kim kimə verir deyir, hə o klent da onun əlindən çıxır, çox pis temadı, amma deyir mənim sənə verəcəyim tema tamam başqa şeydidə, ə neciyə verir versində, onsuzda əgər alınsa üstümə pulsuz oturan şeydi, mənim üçün nə fərqi var, qiymət söhbəti zadı eləmədim onunla, görüm desin mənə ata xəbər eliyəcəyəm sənə” məzmununda səs yazılarının, bundan əlavə mobil telefona baxış keçirilməsi davam etdirildikdə +994 55 *** ** ** saylı mobil nömrədən istifadə edən şəxsin adının mobil telefona qeyd olunmadığı, həmin kontakta daxil olduqda isə orda 02 saniyə davam edən “qaqa neynirsən nə var nə yox”, 03 saniyə davam edən “bir dənə telefonu götürüb eliyəndə mənə cavab verərsəndə”, 05 saniyə davam edən “davam tez bazar, uzatma, bos bos söhbətlər eləmə, nə elədin tez bazar”, 21 saniyə davam edən “Hə qaqas bir dənə H.Əliyev prospektindəyəm, probkadıda bura, gəlirəm bir yarım saata, uzağı 40 dəqiqəyə, sən belə yarım saat hesablada, bir dənə yarı kola istiyirəm, bir dənədə şey, beşlik daş, yaxçı, gəlirəmdə qaqas, maşınnanam” məzmununda səs yazısının olduğu müəyyən edilmişdir. Bundan başqa mobil telefona baxış keçirilməsi davam etdirildikdə ekranda görünən “Qalereya” səhifəsinin yaddaşında çoxlu sayda digər foto və video görüntülərlərlə bərabər, narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələrin, pul əskinaslarının görüntüsü, bunlarla yanaşı “e-Manat” ödəniş terminalı vasitəsilə “Kapital Banka” məxsus 6768 67** **** 1272 nömrəli bank kartının hesabına xx.xx.2022-ci il tarixdə saat 02:59-da 140 manat ödəniş edildiyini təsdiq edən 28907 nömrəli ödəniş qəbzinin, “e-Manat” ödəniş terminalı vasitəsilə “Kapital Banka” məxsus 6768 67** **** 1272 nömrəli bank kartının hesabına xx.xx.2022-ci il tarixdə saat 22:04-də 1750 manat ödəniş edildiyini təsdiq edən 19574 nömrəli ödəniş qəbzinin, “e-Manat” ödəniş terminalı vasitəsilə “Kapital Banka” məxsus 6768 67** **** 1272 nömrəli bank kartının hesabına xx.xx.2022-ci il tarixdə saat 03:11-də 400 manat ödəniş edildiyini təsdiq edən 13467 nömrəli ödəniş qəbzinin, “e- Manat” ödəniş terminalı vasitəsilə “Kapital Banka” məxsus 5404 08** **** 3570 nömrəli bank kartının hesabına xx.xx.2022-ci il tarixdə saat 03:09-da 1975 manat ödəniş edildiyini təsdiq edən 141378 nömrəli ödəniş qəbzinin, “e-Manat” ödəniş terminalı vasitəsilə “UniBanka” məxsus **** **** 1074 0326 nömrəli bank kartının hesabına xx.xx.2022-ci il tarixdə saat 01:37-də 1000 manat ödəniş edildiyini təsdiq edən 28907 nömrəli ödəniş qəbzinin, “e-Manat” ödəniş terminalı vasitəsilə “UniBanka” məxsus **** **** 1074 0326 nömrəli bank kartının hesabına xx.xx.2022-ci il tarixdə saat 01:39-da 190 manat ödəniş edildiyini təsdiq edən 24420 nömrəli ödəniş qəbzinin, “e-Manat” ödəniş terminalı vasitəsilə “Kapital Banka” məxsus 4169 73** **** 6618 nömrəli bank kartının hesabına xx.xx.2022-ci il tarixdə saat 23:20-də 1620 manat ödəniş edildiyini təsdiq edən 30987 nömrəli ödəniş qəbzinin foto şəkillərinin olduğu müəyyən edilmişdir. Həmçinin “Qalereya” bölməsində müəyyən edilmiş çoxlu sayda digər foto və video görüntülərlərlə bərabər üç ədəd fotoşəkilə ardıcıl baxış keçirildikdə, yuxarı sol küncündə fotoşəklin çəkildiyi vaxtı bildirən xx.xx.2022 03:17 rəqəmlərinin qeyd edildiyi, həmin foto şəklin əvvəli +994 50 785 4... nömrələri ilə qeyd edilmiş mobil nömrənin sahihibi ilə ““whatsapp” sosial şəbəkəsində aparılan danışıqların ekrandan görüntüsünün çəkilməklə əldə edildiyi, ilk foto şəkildə saat 12:02-də göndərilmiş “. nöqtə”, “geolokasiya işarəsi” və “mişar daşından inşa edilmiş hasar” foto şəklinin olduğu, ikinci fotoşəklində yuxarı sol küncündə fotoşəklin çəkildiyi vaxtı bildirən xx.xx.2022 03:17 rəqəmlərinin qeyd edildiyi, həmin foto şəklin əvvəli +994 50 785 4... nömrələri ilə qeyd edilmiş mobil nömrənin sahibi ilə “whatsapp” sosial şəbəkəsində aparılan danışıqların ekrandan görüntüsünün çəkilməklə əldə edildiyi, ikinci foto şəkildə də saat 12:02-də göndərilmiş iki ədəd “mişar daşından inşa edilmiş hasar” foto şəklinin olduğu, üçüncü foto şəklində yuxarı sol küncündə fotoşəklin çəkildiyi vaxtı bildirən xx.xx.2022 03:18 rəqəmlərinin qeyd edildiyi, həmin foto şəklin əvvəli +994 50 785 4... nömrələri ilə qeyd edilmiş mobil nömrənin sahihibi ilə ““whatsapp” sosial şəbəkəsində aparılan danışıqların ekrandan görüntüsünün çəkilməklə əldə edildiyi, üçüncü foto şəkildə saat 12:02-də göndərilmiş “Saray posdun kecenden sonra duz gedirsen ceyranbatana tereff kecid var onu kecirsen kecenen soram qabagda geriye donus var ordan donirsen bakiya teref 100 metirden soram saga yol donur ordan don saga 1 ci tox 2 inci aradan saga kanalin usdunen korpuden kes don solaa divarinn dibiynen geddd axira qeder divar qurtaranan soram donsaga enis goreceysen enisden dus asagii sol isdiqametde market goreceysen adsiz onu kecc 1 ci yox 2 inci aradan sola duzzz geddd 1 dor yol yox 2 ci dord yolda sagda divarin dibinde” məzmununda mətnin olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və “Azercell MMC”-dən daxil olmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsi ilə müxtəlif mobil telefon nömrələri arasında narkotik vasitələrin satışı ehtiva edən mesaj mətnlərinin olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokol və disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən “Azercell” mobil operatoruna məxus “*** *** ** **” saylı mobil nömrənin Sumqayıt sh., Sulh kuc., Azercell Depo ünvanında yerləşən antendən şəbəkəyə qoşulduğu müəyyən edilir. Bundan başqa diskin yaddaşında olan digər fayllara baxış keçirdikdə isə “Azercell” mobil operatoruna məxus “*** *** ** **” saylı mobil nömrənin X2 adına qeydiyyata alındığı, “*** *** ** **” saylı mobil nömrənin xx.xx.2022-ci il tarixdə saat 1:24-də Sumqayit sh., Sulh kuc., Azercell Depo, saat 1:28-də Sumqayit sh., Sulh kuc., Azercell Depo, 3:10-da Sumqayit seh, Sulh Shosesi, saat 4:01-də Ceyranbatan ges., saat 4:03-də Ceyranbatan ges., saat 4:18-də Ceyranbatan ges., saat 4:22-də Absheron r-nu, Ceyranbatan qes, Zavod Eraz-ki Mövcud qul., saat 4:27 Bak-Quba yolu 26 km. "World Transport" beynelxalq yukdas, saat 4:28-də Bak-Qubayolu 26 km. "World Transport" beynelxalq yukdas, saat 4:30-da Bakı-Quba yolu 26km. "World Transport" beynelxalq yukdas, saat 4:35-də Bakı-Quba yolu 26 km. "World Transport" beynelxalq yukdas, saat 4:55-də Sumqait ünvanında yerləşən antendən şəbəkəyə qoşulduğu müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Kapital bank”-dan daxil olmuş disk və hesabdan çıxarışa “baxış keçirilməsi barədə protokoldan müəyyən olunur ki, kart üzrə xx.xx.2022-ci il tarixə balansın “1,577.22” manat təşkil etdiyi, plastik kartla əməliyyatların ilk olaraq xx.xx.2022-ci il tarixdən başlandığı və plastik kartla son əməliyyatın isə xx.xx.2022-ci il tarixdə həyata keçirildiyi, göstərilən müddət ərzində plastik bank kartının mədaxil əməliyyatlarının 21,048.00 manat, məxaric əməliyyatlarının isə 19,470.78 manat təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4106 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 242”-li dairəvi möhür əksi, “saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzaları olan 2(iki) ədəd paketdəki, 1(bir) ədəd bükümdə təmiz çəkisi 131,864 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 30,821 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Qeyd: Heroinin təmiz çəkisi - 131,864 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq - 131,664 qram metamfetaminin təmiz çəkisi - 30,821 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq – 30,621 qram. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5395 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 05 (beş) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanıldıqdan sonra, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş arxa aşağı hissədə “SAMSUNG” markalanma yazısı qeyd edilmiş, 01 (bir) ədəd mobil telefon, bir ədəd zərfdə ekspertiza tədqiqatından sonra 131,664 qram qalıq çəkisi qalmış, qəhvəyi rəngli tozşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 30,621 qram qalıq çəkisi qalmış, ağ rəngli kristallardan ibarət maddə kütləsi, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs Əhmədğa oğlunun yenidən qəsdən cinayət əməli törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivini yaratmışdır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 29, 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.4-cü maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3cü maddələri ilə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, cinayət törətməyə cəhd olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması, narkotik vasitə və psixatrop maddəni yalnız öz şəxsi istifadəsi məqsədilə əldə etməyə cəhd etməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X9 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərardan görünür ki, xx xxxxxxxx 1998-ci il təvəllüdlü X5 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 30 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 31 iyul 2022-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra 131,664 qram qalıq çəkisi qalmış narkotik vasitə heroin və 30,621 qram qalıq çəkisi qalmış psixotrop maddə metamfetamin məhv edilməlidir. Sumqayıt ŞPİ-də saxlanılan “Samsung” markalanma yazısı qeyd edilmiş təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. 05 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 234.4.1 və 29, 234.4.3 maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 30 iyul 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra 131,664 qram qalıq çəkisi qalmış narkotik vasitə heroin və 30,621 qram qalıq çəkisi qalmış psixotrop maddə metamfetamin məhv edilsin. Sumqayıt ŞPİ-də saxlanılan “Samsung” markalanma yazısı qeyd edilmiş təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın. 05 ədəd disk iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar