Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-51/2025 09.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X8 Nizami oğlunun sədrliyi, X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.1986-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, metronun «İnşaatçılar» stansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,420 qram çəkidə narkotik vasitə heroini 15 manata əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və saxlamış, 13 oktyabr 2023- cü il tarixdə saat 20:30da Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının qarşısında saxlanılaraq, Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 22:40dan 22:51-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın qabaq sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,420 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təsir maddəsinin ümumi miqdarı 0,24 qram təşkil edən 06 ədəd narkotik vasitə metadon həblərini 15 manata əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və saxlamış, 18 oktyabr 2023-cü il tarixdə saat 20:30-da Abşeron rayon polis idarəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Əkbərov küçəsində saxlanılaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 22:20-dən 22:26-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın ön sağ yan cibindən üzərində «Winston» yazısı olan siqaret qutusunun içərisində üzərində «Methadone 40» göstəricisi olan 01 ədəd kovalyut kəsiyində təsir maddəsinin ümumi miqdarı 0,24 qram təşkil edən 06 ədəd narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Elçin” adlı İran İslam Respublikasının vətəndaşından 31 dekabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisinə qoyduğu 3385,13 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi bina 63, 13 nömrəli mənzilə daşımış, 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkisi 4,80 qram, 5,29 qram, 5,04 qram, ümumi çəkisi 15,13 qram olan narkotik vasitə qurudulmuş marixuananı ayırıb üzərində, 04 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 480,0 qram, 960,0 qram, 970,0 qram, 960,0 qram, ümumi çəkisi 3370 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi bina 63, 13 nömrəli mənzildə saxlamış, 03 yanvar 2024-cü il tarixdə saat 23:00- da Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi bina 63 ünvanının yaxınlığında Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 8 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin inzibati binasına gətirilmiş və orada 04 yanvar 2024-cü il tarixdə saat 00:50-dən 01:00-a kimi üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 03 ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda çəkisi 4,80 qram, 5,29 qram, 5,04 qram, ümumi çəkisi 15,13 qram tərkiblərinə görə eyni olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra əməliyyat tədbirlərinin davamı kimi Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi bina 63, 13 nömrəli mənzilə saat 02:00-dan 02:14-ə kimi keçirilən baxış zamanı yataq otağında olan taxta konustruksiyalı dolabın içərisində 04 ədəd skoçla bağlanmış qara rəngli polietilen bağlamada ayrıayrılıqda çəkisi 480,0 qram, 960,0 qram, 970,0 qram, 960,0 qram, ümumi çəkisi 3370 qram tərkiblərinə görə eyni olan külli miqdarda çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli məhkəmənin baxış iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, onu evə girdiyi yerdə qapının ağzında saxlamışlar. Həmin vaxtı onun üzərində 20 qram marixuana olmuşdur. Həm birinci, həm ikinci, həm də üçüncü dəfə tutulanda da onu evdən götürmüşlər. Qapıdan içəri girəndə onu saxlamışlar. O, 12 oktyabr 2023-cü il tarixində evə girəndə saxlanılmışdır. Onun evi Xırdalan şəhərində yerləşən Gənclər Şəhərciyində, bina 63-də yerləşir. O, heroindən istifadə etməmişdir. O, marixuanadan istifadə etmişdir. Onun üzərində marixuana olmuşdur. Bir nəfər şəxsin adını verməli olmuş, lakin ad vermədiyi üçün onu bölməyə aparmışlar. Orada da onun qıçınıı sındırmışlar. Daha sonra onu buraxmışlar. Ondan 5 gün sonra yenidən onu saxlamışlar. Bölmədə mübahisə olmuş, nəticədə ayağı sınmışdır. Əlində qandalla mübahisə edəndə ayağı burxulmuş və yerə yıxılmışdır. O heç bir epizod üzrə döyülməmişdir. 18 oktyabr tarixindən əvvəl 12 oktyabr tarixli epizoddan sonra onu buraxmışlar. Onun şikayət etməsindən qorxmuşlar. Onun arxasınca onu bir dəfə də 03 yanvar tarixdə üzərindən 15 qram marixuana aşkar edərək saxlamışlar. 3370 qram qurudulmuş marixuana onda olmamışdır. O, qapıdan içəri girəndə onun yanında dayısı nəvəsi olmuşdur. Onların hər ikisini də polis idarəsinə aparmışlar. Ona “bu narkotiki ya boynuna götürürsən, ya da ikinizi də birlikdə rəsmiləşdiririk” demişlər. Uşaq tutulmasın deyə boynuna götürmüşdür. Üç ədəd bükümü onun qarşısına qoymuşlar və o da boynuna götürmüşdür. Xırdalan şəhərində yerləşən dairəvi yoldan narkotiki götürüb geri qayıdanda və qapıdan içəri girəndə polis əməkdaşları onun üzərinə tökülüşmüşlər. Polislər onu saxlayanda hər hansı bir fiziki təzyiq göstərməmişdir. Heç birində döyülmə olmamışdır. Ayağı gipsə qoyulmuş və qaynayandan sonra ayağının sınığı bilinmişdir. Həmin sınıq özünə görə olmuşdur. Onun heç kimdən şikayəti yoxdur. Kimdənsə gedib şikayət etməsin deyə yenidən onu tutmuşlar. Üçüncü dəfə baş idarəyə gətirilmişdir. O saxlanılan zaman narkotiki konum vasitəsi ilə götürdüyünə görə dəqiq çəkisini bilməmişdir. Şəxsi istifadə məqsədi ilə narkotiki götürmüşdür. O saxlanılan zaman yanında anası və dayısı nəvəsi olmuşdur. O, boynuna götürəndən sonra onları evə yola salmışlar. Anasının yanında bir qız da olmuşdur. Həmin xanımı o, ilk dəfə görmüşdür. Yanlarında iki xanım gətirmişlər. Daha sonra ona “narkotiki filan yerdən götürmüşəm deyəcəksən” demişlər. Ondan sonra çəkiliş olmuşdur. Evləri iki otaq və bir mətbəxdən ibarətdir. Həmin narkotikin aşkar olunduğu otaq anasına məxsus olmuşdur. Ondan bir nəfər şəxsin adını verməsini tələb etmişlər. Daha sonra polislər həmin şəxsi də tutaraq gətirmişlər. Onun özü təxminən on ildir narkotik istifadə edir. 12 oktyabr 2023-cü il tarixdə onda iki büküm marixuana olmuşdur. Onda heroin olmamışdır. 18 oktyabr tarixdə üzərində metadon həbləri olmamışdır. Həbslə bağlı məhkəməyə iki dəfə çıxmışdır. Hər iki dəfəsində də onu buraxmışlar. 234.1-ci maddəsi ilə sanksiyaya ayağı qırıldığına görə aparmamışlar. Üç gündən sonra onu buraxmışlar. Üzərindən iki gün keçdikdən sonra yenidən onu saxlamışlar. Ondan sonra da onu Abşeron rayon Prokurluğuna aparmışlar. Məhkəmə olmamışdır. Videoçəkilişdə də həmin uşaq orada iştirak etmişdir. Həmin uşağı buraxdırmaqdan yana boynuna götürmüşdür. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında verdiyi ifadəsində göstərdi ki, onun iki ədəd M40 dərmanı olmuşdur. Onu iki dəfə tutaraq buraxmışlar. O, oktyabr ayında məhlədə dayanmışdır. Məhlədə narkotik işini görən şəxslərlə söhbətləri olmuşdur. Məhlədən onu aparmışlar. O, birinci dəfə tutulanda bunlar olmuşdur. Polis bölməsində bir az mübahisələri olmuşdur. Onun ayağı əzilmişdir. Ayağı əzildiyinə görə onu buraxmışlar və sonra yenidən onu saxlamışlar. Üzərindən az müddət keçəndən sonra onu yenidən saxlamışlar. Ayağı qırıldıqdan beş gün sonra onu yenidən saxlamışlar. İki dəfə belə olmuşdur. Üçüncü dəfə isə onu bir dəfəlik saxlamışlar. Üçüncü dəfə isə tutulanda həmin tutulmaların üzərindən bir xeyli müddət keçmişdir. Təxminən onu yanvar ayının biri və ya ikisi tarixində tutmuşlar. İkinci dəfə buraxdıqlarından sonra üzərindən beş və ya altı gün keçdikdən sonra həyətə düşəndə yenidən onu saxlamışlar. Binanın qarşısında onu saxlamışlar. Üçüncü dəfə isə onu evdən götürmüşlər. 20 qram marixuana götürmüşdür. O, evə girəndə baş idarənin əməkdaşları onu saxlamışlar. Həmin vaxt dayısı nəvəsi onlara qonaq gəlmişdir. Birinci dəfə də onu tutanda bibisioğlu ilə birlikdə tutmuşlar. İkinci dəfə də boynuna ona görə götürmüşdür ki, bibisioğlu ilə birlikdə onu tutmuşlar. Həmin uşaq çəkilişdə də olmuşdur. Üçüncü dəfə tutulmamışdan əvvəl ona 20 qram marixuana olduğunu demişlər. O, imkan olmadığı üçün götürmək istəmədiyini bildirmişdir. Halbuki narkotik vasitəsini almağa onun imkanı olmuşdur. O, həmin dövrdə dostuna məxsus olan avtomobil arendası işinə baxmışdır. Sonda narkotik vasitəsini götürməyə razılaşmışdır. Xırdalan dairəsinin yaxınlığında paketdə 20 qram marixuana qoymuşlar. O, özü narktik vasitə istifadə edəni olduğuna görə həmin narkotik vasitəsini boynuna götürmüşdür. Bloka girəndə 10-15 nəfər üzərinə tökülüşərək onu tutmuşlar. Həmin şəxslərin yanlarında iki qız da olmuşdur. Qızların vasitəsi ilə anasına qapını açdırmışlar. Anası xəstə olmuş və ona özü qulluq etmişdir. Onun anası bu yaxınlarda rəhmətə getmişdir. O tutulduqdan sonra anasına baxan olmadığı üçün anası rəhmətə getmişdir. Onu döyməmişlər. 4-5 saat narkotik vasitəsini boynuna götürməyi üçün təzyiq etmişlər. Onunla birlikdə də kuryeri də tutmuşlar. Həmin kuryer onun üçün konuma narkotiki qoymuşdur. Daha sonra kuryeri buraxmış və onu kuryerin yerinə tutmuşlar. İki kiloqrama yaxın marixuana olmuşdur. Ona “problem yoxdur elə yanındakı uşaqla birlikdə içəriyə gedin” demişlər. O da əməkdaşlara “yanımdakı uşağı buraxın nə deyirsizsə problem yoxdur” demişdir. Nə oldusa mənlikdir demişdir. Həmin uşaq əsgərliyə getmək üçün onun yanına qonaq gəlmişdir. 12 oktyabr tarixində o, birinci dəfə saxlanılmışdır. Həmin tarix dəqiq yadında qalmamışdır. İttiham aktında hər iki narkotik vasitəni 15 manata aldığı göstərilmişdir. Ayrı-ayrı vaxtlarda onun hər iki narkotiki 15 manata alması ağlabatan olmamışdır. O heç Xırdalan şəhərindən o tərəfə keçməmişdir. Onun dəqiq saat neçədə saxlanılmağı yadında deyildir. Birinci dəfə saxlanılanda üzərində heç bir şey olmamışdır. İkinci dəfə saxlanılanda üzərində iki ədəd metadon həbi olmuşdur. Marixuanadan və dərmandan başqa bir şey istifadə etməmişdir. Birinci dəfə saxlanılanda onun qıçı sındığına görə onu buraxmışlar. 5 gündən sonra onu təkrar saxlamışlar. 18 oktyabr 2023-cü il tarixdə saxlanılan zaman altı ədəd yox, iki ədəd metadon dərmanı olmuşdur. Çəkilərini bilməmişdir. Qıçı sındığına görə ona həbs seçilməmişdir. Prokuror onun ayağına baxaraq “buraxın getsin” demişdir. Üçüncü dəfə yanvar ayının biri və ya ikisi saxlanılmışdır. Həmin vaxtı üzərində 20 qram marixuanası olmuşdur. Həmin narkotik vasitəni konumdan götürmüşdür. O, metamfetamindən istifadə etməmişdir. Narkotiklə bağlı ekspertizada onu sorğu-sual etmişlər. Əvvəllər onun məhkumluğu olmamışdır. Hər hansı bir polis əməkdaşı ilə əvvəllər onun arasında mübahisə olmamışdır. Nə üçün üzərinə bu qədər narkotik vasitə qoyduqlarını bilməmişdir. Hər bir epizoda da onu evindən götürmüşlər. Üçüncü dəfə tutulanda onu məhkəmə qarşısına çıxarmışlar. Ona “əgər dayın nəvəsini səninlə birlikdə tutulmasını istəmirsənsə 20 qramla birlikdə digərlərini də rəsmiləşdiririk” demişlər. O da məcburiyyət qarşısında qalaraq razılaşmışdır. O bu sözləri demək bu məhkəməni gözləmişdir. O, Xırdalan dairəsində yerləşən köşkün arxasından narkotiki götürmüşdür. Elçin adlı şəxsi, ümumiyyətlə, tanımamışdır. O, marixuananı iranlılardan götürmüşdür. Həmin şəxsi o görməmişdir. Onunla telefonda yazışmışdır. Nömrəni “İnstagram” sosial şəbəkəsindən götürmüşdür. Ayağı birinci dəfə tutulanda sınmışdır. Fariz adlı şəxs də olmuşdur. Onun üstündə məsələ olmuşdur. Ondan həmin şəxsin evinin ünvanını istəmişlər. Onun döyülməsi halı olmamışdır. Ayağı sınması ilə bağlı kiminsə adını çəkmək istəməmişdir. Onun yanında dayısı nəvəsi olmuşdur. Dayısı nəvəsinin on doqquz yaşı olmuşdur. Onun nömrəsi 623-lə başlamışdır. Qalan hissələri yadında qalmamışdır. Onu saat onda tutmuşlar. Saat birə kimi onlarla razılaşmamışdır. Təxminən saat ikinin yarısı onlarla razılaşmışdır. Polislərin yanındakı xanımları tanımamışdır. Onlar içəri girəndən sonra narkotiki yerləşdirmişlər. Birinci dəfə onun üzərində heç nə olmamışdır. İkinci dəfə üzərində iki ədəd dərman olmuşdur. Hər üç maddə ilə özünü təqsirli bilməyi ilə bağlı verdiyi ifadələri təsdiq etməmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ziddiyyət təşkil etdiyi üçün Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2-3 ildir ki, müxtəlif narkotik vasitə və psixotrop maddələri istifadə edir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, metronun «İnşaatçılar» stansiyasının yaxınlığında əvvələr tanımadığı şəxsdən 15 manat qarşılığında narkotik vasitə heroin alaraq üzərində saxlayaraq yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 20:30 radələrində yaşadığı Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi, blok 61 ünvanın qarşısında piyada gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Abşeron RPİ-nin gətirmişlər. Polis İsdarəsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Abşeron RPİ-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı ilə videoçəkiliş altında baxış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra büküm açılmış və həmin vaxtı orada olan şəxslərə təqdim olunmuşdur. Üzərindən aşkar olunmuş 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Bundan başqa şəxsi işlərilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyasının yaxınlığında əvvələr tanımadığı şəxsdən 15 manat qarşılığında 06 ədəd narkotik vasitə metadon həbləri alaraq üzərində olan «Winston» markalı siqaret qutusunun içərisinə yerləşdirmişdir. Daha sonra siqaret qutusunu əynində olan şalvarın cibinə qoymuşdur. Şəxsi işlərini bitirdikdən sonra yaşadığı Abşeron rayonuna qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 20:30 radələrində yaşadığı Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi, blok 63 ünvanın qarşısında piyada gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Abşeron RPİ-nin gətirmişlər. Polis idarəsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişilə ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Abşeron RPİ- nin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı ilə videoçəkiliş altında baxış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 01 ədəd «Winston» markalı siqaret qutusunun çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra siqaret qutusu açılmış və içərisində 06 ədəd narkotik vasitə hesab olunan metadon həbləri aşkar olunmuşdu. Sorğu-sual zamanı həmin bükümün içərisində narkotik vasitə metadon həbləri olduğunu bildirmişdir. Daha sonra büküm açılmış və həmin vaxtı orada olan şəxslərə təqdim olunmuşdur. Üzərindən aşkar olunmuş 06 ədəd həblər zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Bundan başqa təxminən 1 ay əvvəl «İnstigram» ünsiyyət proqramında təsadüfən adını dəqiq xatırlamadığı «Elçin» adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Söhbət zamanı həmin şəxs ona narkotik vasitə alüdəçisi olduğunu bildiyini, bu səbəbdən ona iş təklif etmək istədiyini bildirmişdir. Abşeron rayon və Bakı şəhərində müxtəlif ünvanlarda gizlədilmiş narkotik vasitə və psixotrop maddələri götürməyini və daha sonra onun tapşırığı götürdüyü narkotik vasitələr və psixotrop maddələri kiçik hissələrə bölərək Abşeron rayon və Bakı şəhərində müxtəlif ünvanlarda gizlətməyini bildirmişdir. Bunun əməlin qarşılığında hər dəfə götürəcəyi narkotik vasitələr və psixotrop maddələri lazımı yerlərə gizlətdikdən sonra ona 2000 manat və götürdüyü narkotik vasitələr və psixotrop maddələrdən şəxsi istifadəsi üçün götürə biləcəyini bildirmişdir. Həmin vaxtı maddi vəziyyəti pis olduğuna görə həmin şəxsin təklifi ilə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında «Elçin» adlı İran İslam Respublikasının vətəndaşı Whatsaap ünsiyyət proqramı vasitəsi ilə onunla əlaqə saxlamış və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində narkotik vasitə marixuana gizələdildiyini onları götürməyini bildirmişdir. Həmin şəxsin tapşırığı ilə 31 dekabr 2023-cü il tarixdə axşam saatlarında Elçin» adlı İran İslam Respublikasının vətəndaşı Whatsaap ünsiyyət proqramı vasitəsi ilə göndərmiş olduğu ünvana getmiş və oradan narkotik vasitələri götürmüşdür. Götürdüyü qara rəngli bükümü yaşadığı ünvan 2 ünvanına aparmışdır. Evdə həmin bükümü açmış və içərisində 04 ədəd skoçla bağlanmış bükümülərin olduğunu aşkar etmişdir. Sözü gedən bükümlərdən birini açmış və içərisində narkotik vasitə marixuana olduğunu aşkar etmişdir. Həmin bükümün içərisindən şəxsi istifadəsi üçün bir qədər narkotik vasitə marixuana götürmüşdür. Narkotik vasitələri yaşadığı evdə dolabın içərisində gizlətmişdir. xx.xx.2024-cü il tarixdə «Elçin» adlı İran İslam Respublikasının vətəndaşı Whatcap ünsiyyət proqramı vasitəsi ilə +98-905-723- 4278 mobil nömrəsi ilə onunla əlaqə saxlamış və götürmüş olduğu narkotik vasitələrdən, bir hissəsini götürüb 03 ədəd büküm düzəldərək Abşeron rayonu ərazisində gizlətdikdən sonra, ona narkotik vasitəni gizlətdiyi ünvanı göndərməyini tapşırmışdır. «Elçin» adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə 03 ədəd büküm düzəltmiş və əynində olan qış gödəkçəsinin içərisinə yerləşdirmişdir. Yaşadığı evdən çıxmış qohumu Şahid8 ilə məhəllədə rastlaşmış, onunla hal əhval saxlayıb bir qədər piyada getdikdən sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün ünvan 8 ünvanında yerləşən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Polis idarəsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına xidməti otaqlardan birində öz razılığı ilə müdafiəçinin iştirakı ilə videoçəkiliş altında baxış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 03 ədəd sellofan bükümü çıxarıb massanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları bükümün içərisində olan maddələrin nə olduğu soruşulmuşdur. Həmin bükümlərin içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Sorğu-sual zamanı polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitə marixuana gizlətdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə yaşadığı ünvan 12 ünvanına getmişdir. Həmin evin yataq otağında gizlətdiyi 04 ədəd skoçla bağlanmış qara rəngli polietilen bağlamaları təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilən zaman bükümlərin içərisində narkotik vasitə marixuana olduğu aşkar olunmuşdur. Evdən aşkar olunmuş əşyalar zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə vaxtı tanımışdır. Şəxs barəsində məlumat daxil olmuşdur. Məlumat ona daxil olmuşdur. Məlumatda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması göstərilmişdir. Onlar tərəfindən şəxslə bağlı tədbir keçirilmişdir. Yanvar ayının üçü Abşeron rayonu Xırdalan şəhəri Gənclər şəhərciyində axşam saatlarında saxlamışlar. Saxlanılan zaman şəxsin yanında bir nəfər də olmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Şəxsin yanında olan şəxsi də dəvət etmişlər. Şəxsin üzərinə baxış keçirilmişdir. Üzərində üç büküm marixuanaya bənzər kütlə olmuşdur. Həmin bükümlər tərəzidə çəkilmişdir. 17 qramdan artıq çəkisi olmuşdur. Həmin narkotik vasitəsini İran vətəndaşından götürdüyünü, onun deyəcəyi yerlərə qoyacağını bildirmişdir. Narkotik vasitənin qalan hissəsini isə yaşadığı mənzildə saxladığını bildirmişdir. Videoçəkiliş vasitəsi ilə həmin mənzilə baxış keçirmişlər. Təhqiqatçı və müdafiəçi iştirak etmişdir. Yataq otağında olan şkafın içərisindən dörd büküm marixuanaya bənzər kütlə və bir ədəd tərəzi aşkar olunmuşdur. Həmin kütlələr çəkilmişdir. Kütləsi üç kiloqramdan artıq olmuşdur. Həmin bükümləri İran vətəndaşı olan Elvin adlı şəxsdən götürdüyünü bildirmişdir. Dediyi yerlərə qoyacağını və bunun müqabilində 2000-3000 manat pul alacağını bildirmişdir. Həmin vaxtı əməliyyat qrupunun rəhbəri özü olmuşdur. Şəxsi saat on birdə saxlamışlar. Şəxs onlarla birlikdə Baş İdarəyə getmişlər. 30-40 dəqiqəlik yolları olmuşdur. Baş İdarədə çəkiliş etmişlər. Oradan yenidən geri qayıtmışlar. Təxminən gecə saat dörd radələrində gəlmişlər. Təxminən gecə saat iki radələri olmuşdur. Mənzilin sahibi barədə onlarda şəxsən məlumat olmamışdır. Şəxsin özünün ərizəsi əsasında mənzilə baxış keçirməyə getmişlər. Şəxs onlara orada yaşadığını bildirmişdir. Onlar şəxsi saxlayarkən yanında bir cavan oğlan olmuşdur. Həmin oğlanla birlikdə mənzilə baxış keçirmək üçün getmişlər. Təqsirləndirilən şəxsin anasını görməmişdir. Şəxs həmin narkotik vasitəsini saxladıqları tarixdən iki və ya üç gün əvvəl Qaradağ rayonunun ərazisindən götürdüyünü bildirmişdir. Yanındakı şəxsin adı yadında qalmamışdır. Şəxslə qohumluq əlaqəsi olmuşdur. Şəxsi onlar mənzilin blokunun qarşısında Ər-Riyadla üzbəüz olan hissədə saxlamışlar. Şəxsi saxlayarkən şəxsə qarşı hər hansı bir təzyiq göstərməmişlər. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Şəxs onlarla rahat şəkildə gəlmişdir. Şəxs özünü müdafiə məqsədi ilə qohumunu buraxdırmaqla bağlı onlarla razılaşdığını desə də, qəti surətdə elə bir hal olmamışdır. Şəxsin qohumundan onlar narkotik vasitə ilə bağlı məlumatı olub-olmadığını soruşmuşlar. Məlumatının olmadığını bildirmiş və ifadəsi alınandan sonra buraxılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanıyır. Şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Məlumatda şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Onlar da Abşeron rayonu Xırdalan şəhəri Gənclər şəhərciyinə yollanmışlar. Şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər. Şəxsi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə onun üzərinə baxış keçirmişlər. Üzərindən 17 qrama yaxın marixuana aşkar olunmuşdur. Mənzilində də narkotik olduğunu bildirmişdir. Evinə də baxış keçirmişlər. Üç kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar olunmuşdur. İran vətəndaşı olan Elçin adlı şəxsdən aldığını bildirmişdir. Həmin narkotik vasitəni Qaradağ rayonundan götürdüyünü bildirmişdir. Saxladıqları gündən üç gün əvvəl götürdüyünü demişdir. Narkotiki dediyi konumlara qoyacağını və əvəzində 2000-3000 manat pul alacağını demişdir. Konumlara narkotiki qoyacağını şəxs özü onlara bildirmişdir. Onlar şəxsi Gənclər şəhərciyində saxlamışlar. Binanın qarşısında saxlamışlar. 63 nömrəli binanın qarşısında axşam radələrində saxlamışlar. Təqsirləndirilən şəxsin evinin qapısının bir xanım tərəfindən döyülməsi halı olmamışdır. Onlar şəxsi saxlayan zaman tək olmuşdur. Şahid özü ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Mobil telefonun həmin vaxt üzərində olub-olmadığını dəqiq xatırlamamışdır. Həmin nömrəni uzun müddətdir istifadəsindədir. Üzərində başqa nömrələr də gəzdirmişdir. Xarici nömrəsi də olmuşdur. O nömrəni ancaq “Vatsap” üçün istifadə etmişdir. Verdiyi nömrə onun adına olan nömrədir. Şəxs saxlanılan zaman səhhətində problem olub-olmadığını görməmişdir. Şəxsi saxlayanda şəxs onlara müqavimət göstərməmişdir. Onlar da şəxsə qarşı təzyiq göstərməmişlər. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır. Şəxs barəsində Şahid1 məlumat daxil olmuşdur. Məlumatda şəxsin narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Şahid1, Şahid2 və özü əməliyyat qrupunun tərkibində olmuşdur. Yanvar ayının üçü saat 11 radələrində Abşeron rayonu Xırdalan şəhəri Gəncələr şəhərciyində gəzərkən onlar tərəfindən saxlanılmışdır. Onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə şəxsin üzərinə baxış keçirilmişdir. Üzərindən mobil telefon, mənzilin açarı və üç bükümdə marixuanaya bənzər narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitəni özü onlara təqdim etmişdir. İran vətəndaşından aldığını, Qaradağ rayonunun ərazisindən götürdüyünü bildirmişdir. İranlının dediyi yerlərə qoymaq üçün götürdüyünü demişdir. Daha sonra həmin şəxsin evinə baxış keçirilmişdir. O, Ər-Riyadla üzbəüz binada yaşayır. Mənzilinin yataq otağından üç kiloqram yarıma yaxın marixuana aşkar olunmuşdur. Şəxsi saat 11 radələrində saxlamışlar. Axşam radələri olmuşdur. Şəxsin üç kiloqramdan yuxarı olan narkotik vasitəni şəxsi istifadəsi üçün götürməsini bildirməsi gülüncdür. Həmin bükümü evdə olarkən təqdim etmişdir. Təqsirləndirilən şəxsin anası evdə olmamışdır. Deyəsən, narkotik vasitə şkafın içərisində olmuşdur. Hansı otaqda olması yadında deyildir. Onun üzərində mobil nömrə olmuşdur. ***-***-**-** nömrəsindən istifadə etmişdir. Evində xanım olmamışdır. Onlarla birlikdə xanım getmişdir. Şəxsi Abşeron rayonu Xırdalan şəhəri Gənclər şəhərciyində saxlamışlar. Şəxsi çöldə saxlamışlar. Onlarla birgə hər hansı bir xanım təqsirləndirilən şəxsin evinə getməmişdir. Narkotiki konuma qoyanda tutmaqları alınmamışdır. Onların idarələrində 5 şöbə vardır. Hər hansı bir şöbənin digər şöbənin işinə qarışmaq kimi bir ixtiyarı yoxdur. Şöbədə təxminən 6-7 əməkdaş vardır. Şəxs hətta öz yaşadığı bloka da narkotiki qoyurmuş. Şəxs özü çoxdandır bu işlə məşğuldur. Hələ onlar onu gec saxlamışlar. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanıyır. Əməliyyatçı Rəcəbə məlumat daxil olmuşdur. Məlumat əsasında şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. İdarəyə dəvət etmişlər. İdarədə onun üzərinə baxış keçirilmişdir. Müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. “Winston” markalı siqaret qutusunun içərisində 6 ədəd dərman aşkar olunmuşdu. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin aşkar olunmuş həblərin narkotik vasitə metadon olduğunu, metadon həblərini xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə metadon zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. 13 oktyabr 2023-cü il tarixində axşam saatlarında Xırdalan şəhəri Gənclər şəhərciyində şəxsi saxlayaraq idarəyə gətirmişlər. İdarədə şəxsin üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış keçirilən zaman suallar verilmiş və üzərində olan bir büküm heroinə bənzər narkotik vasitəni təqdim etmişdir. Əməliyyat qrupuna X9 ilə birlikdə özü də daxil olmuşdur. Onların hər ikisi 234.1-ci maddə ilə olan epizodda iştirak etmişlər. Şəxsi saxlayarkən hər hansı bir təzyiq göstərilməmişdir. Şəxsin üzərində olan narkotik vasitəsinin miqdarı onun yadında deyildir. Şəxsi saxlayarkən şəxs onlardan qaçmaq istəməmişdir. Şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Nə üçün saxladıqlarını bildirib idarəyə dəvət etmişlər. Şəxsi saxladıqları saat yadında qalmamışdır. Təxminən axşam tərəfi olmuşdur. Üzərindən bir büküm heroinə bənzər kütlə aşkar olunmuşdur. İstifadə məqsədi ilə üzərində saxladığını bildirmişdir. Şəxsin satışla məşğul olması barədə məlumat daxil olmamışdır. İstifadə etməsi ilə bağlı məlumat daxil olmuşdur. Şəxs üzərində olan bir bükümü təqdim etmişdir. 15 manata İnşaaatçılar metrosunun yaxınlığından aldığını bildirmişdir. Şəxsi idarəyə dəvət edəndən sonra müdafiəçi təyin olunmuşdur. Şəxs özü videoçəkilişlə narkotik vasitəsini təqdim etmişdir. O, bir epizoda münasibətdə şəxsin saxlanılmasında iştirak etmişdir. O, şəxsi binanın qarşısında tək olanda saxlamışdır. Şəxsi Gənclər şəhərciyində saxlayandan sonra İdarəyə gətirmişlər. Müdafiəçinin iştirakı ilə çəkiliş olmuşdur. Özü narkotik vasitəni çıxardıb təqdim etmişdir. Həmin şəxslə bağlı başqa əməliyyatda iştirak etməmişdir. Şəxsə hər hansı bir təzyiq və təsir etməmişlər. Şəxs onlara hər hansı bir müqavimət göstərməmişdir. Şəxs onlarla könüllü şəkildə gəlmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanıyır. 13 oktyabr 2023-cü il tarixində şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Abşeron rayon Polis İdarəsinə daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Abşeron rayonu Xırdalan şəhəri Gənclər şəhərciyi adlanan ərazidə şəxs saxlanılaraq Abşeron rayon Polis İdarəsinə dəvət olunmuşdur. Təhqiqat şöbəsində müdafiəçinin iştirakı ilə çəkilişlə üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Çəkiliş zamanı özü heroinə bənzər narkotik vasitəsini təqdim etmişdir. Axşam saatlarında şəxsi saxlamışlar. Saat dəqiq yadında qalmamışdır. Saat səkkiz və ya doqquz radələrində saxlamışlar. O, əməliyyatda iştirak etmiş və çəkilişdə də görünmüşdür. Həmin dövrdə üzərində mobil telefon olmuşdur. İstifadə etdiyi nömrəni dəyişmişdir. Həmin dövrdə istifadə etdiyi nömrəni xatırlamamışdır. Nömrələrinin içərisində öz adına olanlar da olmuşdur. Həmin şəxsin üzərindən heroin çıxmışdır. Heroin bir büküm olmuşdur. Üzərindən 15 ay keçdiyinə görə dəqiq yadında qalmamışdır. Çəkilişdə hər şey vardır. Onlar saxlayanda şəxsdə xəsarət olmamışdır. Şahid6lə birlikdə Abşeron rayonu Xırdalan şəhəri Gənclər şəhərciyində şəxsi saxlayaraq idarəyə aparmışlar. O, əməliyyat müvəkkilidir. Şəxsə qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Şəxsin yerə yıxılması və qıçının sınması halı olmamışdır. Şəxsi saxlayanda şəxs axsayırmış. Şəxsin ayağında gips olmasını görməmişdir. Şəxs onlara hər hansı bir müqavimət göstərməmişdir. Şəxs onlarla könüllü gəlmişdir. Şəxsin əlində çəlik olmasını xatırlamamışdır. İstintaqda verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid8 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs onun atasının bibisinin oğludur. Onu Səfərbərlik Xidmətindən əsgərliyə getməyi üçün qan institutuna göndərmişlər. Atası çıxıb getdiyinə görə özü orada qalmışdır. Evdə olan zaman Təqsirləndirilən şəxs ona Xırdalan dairəsinə getməyi təklif etmişdir. Onunla birlikdə Xırdalan Dairəsinə getmişlər. O, avtomobildə əyləşmişdir. Təqsirləndirilən şəxs başqa bir yerə gedib gəlmişdir. Avtomobillə evə gəlmişlər. Avtomobili saxlayıb evə tərəf gedəndə onları tutmuşlar. Daha sonra onları evə aparmışlar. Təqsirləndirilən şəxs anasını o biri otağa aparmışlar. Onlar digər otaqda qalmışlar. Ondan sonra onları bölməyə aparmışlar. Bölmədə onu kənara çəkmişlər. Təqsirləndirilən şəxs ilə danışıqlar aparmış və ondan sonra onu Elvinin yanına gətirmişlər. Elvinə “narkotiki boynuna götürürsən götür, götürmürsənsə bunu da rəsmiləşdirəcəyik” demişlər. Həmin sözü onun yanında demişlər. Ondan sonra Elvin hamısını boynuna götürmüşdür. Evdə olarkən özü o biri otaqda olmuşdur. Qollarına qandal vurub onları bölməyə aparmışlar. Evdə hər hansı bir narkotikin olmasını və ya hər hansı bir narkotikin aşkar olunmasını görməmişdir. Nuraliyev X4 yanından ayrılıb yenidən onun yanına gələndə əlində bağlama olmamışdır. Ora nə üçün getdiklərini bilməmişdir. Elvinin narkotik vasitələrini satması ilə bağlı onda məlumat olmamışdır. O, bir həftə Elvinin yanında olmuşdur. Mütəmadi olaraq gəlib getməmişdir. Polis İdarəsində Elvinə “boynuna götürürsən götür, götürmürsənsə məni işarə edərək bunu da səninlə birgə yollayırıq” demişlər. Nəyi boynuna götürməyi dediklərini bilməmişdir. Onun yanında söhbət etməmişlər. Onları binanın girişində döymüşlər. Evin qapısını təqsirləndirilən şəxsin anası açmışdır. Polis əməkdaşlarının yanlarında xanım da olmuşdur. Onları tutduqları zaman da yanlarında xanım olmuşdur. Təqsirləndirilən şəxsin anasına qızın vasitəsi ilə qapını açdırmışlar. Qapını xanım döymüşdür. Onlarla gələn xanım təqsirləndirilən şəxsin anasını başqa bir otağa çəkmişdir. Anası xəstə olmuşdur. Onları o biri otağa aparmışlar. Heç beş dəqiqə orada qalmamış və evdən çıxmışlar. Xanımın əlində bir ədəd çanta olmuşdur. Evə baxış keçirməmişlər. Xanımın əlində balaca görünməyən 40 sm-lik ölcüyə malik çanta olmuşdur. Çantanın 30 smlik eni olmuşdur. Mənzildən çıxarkən heç bir şey danışmamışlar. Elvini döyməklərini görmüşdür. Elvin hamısını boynuna götürdüyünə görə onu buraxmışlar. Nəyi boynuna götürməli olduğunu soruşanda ona heç bir şey deməmişlər. O zaman onun nəyi boynuna götürməli olduğunu bilməmişdir. İndi isə marixuananı boynuna götürməli olduğunu bilmişdir. Bir həftə ərzində Elvindən narkotik alan şəxs görməmişdir. Elvin evdən çölə çox çıxan birisi olmamışdır. Bir və ya iki dəfə evdən çıxmışlar. Təxmini 7-8 nəfər olmuşlar. O səhəri evə geri qayıtmışdır. Gecəni polis idarəsində qalmışdır. Elvinin narkotik vasitələrindən istifadə etdiyini bilmişdir. Onun özü isə narkotik vasitələrindən istifadə edən biri olmamışdır. Elvin onun yanında narkotik istifadə etməmişdir. Elvinin narkotik vasitələrindən istifadə etməsini eşitmişdir. Onları binanın girişində tutmuş və evə aparana kimi döymüşlər. Liftə girəndə onları liftdə tutmuşlar. Orada onları döymüş və evə aparmışlar. Şillə-təpik vurmuşlar. Onun yanında olduğu üçün onu da döymüşlər. Elvinin nə ilə pul qazandığını bilməmişdir. Anası pensiya və yardım almışdır. Onlarda olanda normal şəkildə qidalanmışdır. Elvinin avtomobili olmamışdır. Kirayədə yaşamışdır. Anası Elvinə arada cib xərcliyi vermişdir. Onu da siqaret alması üçün vermişdir. Təqsirləndirilən şəxsin anası onu tanımışdır. Qapını özü də döysəymiş, Elvinin anası qapını açacaqmış. Nə üçün xanımın qapını döyməsini bilməmişdir. Xanım mülki geyimdə olmuşdur. Xanım onlarla birgə polis idarəsinə gəlməmişdir. Xanım şəxsin anasının yanında qalmışdır. Orada olduğu müddətdə evdə axtarış etməmişlər. Onu döyməmişlər. Onun gözünü qorxutmaq üçün Elvini döymüşlər. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. Abşeron RPİ-nə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 18 oktyabr 2023-cü il tarixdə saat 20:45 radələrində qrup üzvü Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjant Şahid5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Əkbərov küçəsinə gəlmişlər. 18 oktyabr 2023-cü il tarixdə saat 21:00 radələrində yuxarıda göstərilən ünvanda olan zaman orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi görmüşlər və ona yaxınlaşmışlar. Onu ərazi aidiyyəti üzrə Abşeron RPİ-nin dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra onu oraya apararaq barəsində araşdırma aparılması üçün RPİ-nin təhqiqatçı X7 təhvil vermişlər. Təhqiqatçı Ç.Əkbərov ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakıla onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının ön sağ yan cibindən 01 ədəd «Winston» markalı siqaret qutusunun çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra siqaret qutusu açılmış və içərisində 06 ədəd narkotik vasitə metadona bənzər həblər aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin aşkar olunmuş həblərin narkotik vasitə metadon olduğunu, metadon həblərini xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə metadon zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1986-cı il tarixdə ünvan 13 ünvanında qeydiyyatda olmaqla, ünvan 15anında kirayə yaşayan X5 Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində narkotik vasitə olan heroini üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxıl olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1986-cı il tarixdə ünvan 14 ünvanında qeydiyyatda olmaqla ünvan 15anında kirayə yaşayan X5 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1986-cı ildə ünvan 16 ünvanında qeydiyyatda olmaqla ünvan 17ında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Abşeron Gənclər şəhərciyi ərazisində narkotik vasitə və psixatrop maddələri üzənndə gəzdirməsi, istifadəsi ilə məşğul olmasında şübhəli bilinərək polis əməkdaşlan tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 19 ünvanının qarşısında saxlanılaraq Abşeron RPl-nə gətirilmiş, vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1986-cı ıl tarixdə ünvan 14 ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri nömrəsiz fərdi evdə müvəqqəti yaşayan X10 oglu narkotik maddə olan metadon dərmanlarını üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1986-cı il tarixdə ünvan 14 ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri nömrəsiz fərdi evdə müvəqqəti yaşayan X5 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1986-cı ildə Şamaxı rayon.Şamaxı şəhərində anadan o'muş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Şamaxı rayon.Şamaxı şəhəri Azadlıq küçəsi, ev 92-də qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində daşımaqda şübhəli olduğu uçun Abşeron RPl-nin NMQ-nın əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində Qəzənfər Əkbərov küçəsində saxlanılaraq Abşeron RPİ-yə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1986-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1986-cı ildə Şamaxı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 03 yanvar 2024-cü il tarixdə, saat 23:00 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi bina 63 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmiş, Şahid8 isə BNMİ-yə dəvət edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 14 oktyabr 2024-cü il tarixli 3-16-16/2-6/5398 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №56 ” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə.... şübhəli şəxs (İmza) Təqsirləndirilən şəxs “ yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,420 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-kimyəvi ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5643 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikasının DİN Zərflər üçün №56” dairəvi möhür əksləri, “..E. Nuraliyev (imza)..” yazıları və imzalar olan zərfin içərisidə üzərində “Methadone 40” göstəricisi olan 1 ədəd konvalyut kəsiyində ümumilikdə 6 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə- metadondur, 6 ədəd metadon həbinin təsir maddəsinin ümumi miqdarı 0,24 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Məhkəmə-bioloji ekspertizasının 04 yanvar 2024-cü il tarixli 3-16-16/2-7/06 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış kağız paketdə 03 (üç) ədəd sellofan kəsiyi bükümündə ayrı- ayrılıqda təmiz çəkiləri: 4,80qram, 5,29qram, 5,04qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan təqdim etdiyi...” sözləri yazılmış polietilen torbada 04 (dörd) ədəd skoçla bağlanmış qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 480,0qram, 960,0qram, 970,0qram, 960,0qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 3385,13 qramdır. Tədqiqata təqdim olunmuş marixuanalar (kağız paketdə və polietilen torbada olan) tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 8490 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Respublika Psixiatriya Xəstəxanası» X15 tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. 13 oktyabr 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və protokola dair video görüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının qabaq sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Sorğusual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin bükümü xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, metronun «İnşaatçılar» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. 18 oktyabr 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və protokola dair video görüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının ön sağ yan cibindən 01 ədəd «Winston» markalı siqaret qutusunun çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra siqaret qutusu açılmış və içərisində 02 ədəd siqaret dənəciyi və 06 ədəd dərman həblər aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin həblərin narkotik vasitə metadon olduğunu, metadon həblərini xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. 04 yanvar 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və protokola dair video görüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 3(üç) ədəd bükümdə içərisində açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd açar, 1 (bir) “Huawei” markalı mobil telefon və 1 (bir) ədəd “İphone” markalı mobil telefon aşkar olunmuşdur. Sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Kütlələrin ümumilikdə çəkisi 17(on yeddi) qram oldu. Sonra aşkar olunmuş həmin kütlələr qablaşdırılmışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Elçin” adlı şəxsin vasitəsi ilə 3(üç) gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Elçin” adlı şəxsin ona 2000- 3000(iki-üç min) manat pul verəcəyini, həmçinin Abşeron rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, üzərində və yaşadığı mənzildə narkotik vasitə olmasından heç kimin məlumatı olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şahid8 ona verilən suallara cavab olaraq Elvinin üzərində və yaşadığı mənzildə narkotik vasitə olmasından məlumatı olmadığını bildirmişdir. Bundan sonra büküm zərfə qoyularaq qablaşdırılmışdır. 04 yanvar 2024-cü il tarixli «mənzilə baxış və götürmə aparılması haqqında» protokoldan və protokola dair video görüntüdən müəyyən olunur ki, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə yataq otağında olan taxta konstruksıyalı dolabın içərisindən 4(dörd) ədəd bağlamada içərisində açıq yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri və 1 (bir) ədəd elektron tərəzini təqdim edir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilir. Qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 3(üç) kq 570(beş yüz yetmiş) qram olur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılır. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilir və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Elçin” adlı şəxsin vasitəsi ilə 3(üç) gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Elçin” adlı şəxsin ona 2000-3000(iki-üç min) manat pul verəcəyini bildirmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində başqa qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində başqa qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-7/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1986-cı il tarixdə ünvan 13 ünvanında qeydiyyatda olmaqla, ünvan 15anında kirayə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində narkotik vasitə olan heroini üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxıl olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın qabaq sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin narkotik maddə heroin materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1986-cı ıl tarixdə ünvan 14 ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri nömrəsiz fərdi evdə müvəqqəti yaşayan X10 oglu narkotik maddə olan metadon dərmanlarını üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı qara rəngli şalvarın qabaq sağ yan cibindən 6 ədəd Metadona bənzər dərman tabletləri aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin həblər materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə xx.xx.1986-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq Baş Nakotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı qara rəngli gödəkçənin sağ yan cibindən 3 ədəd bükümdə marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin narkotik vasitəyə bənzər kütlələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Əməliyyat tədbirinin davamı kimi 04 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş və mənzildə yataq otağında olan taxta konstruksıyalı dolabın içərisindən 4(dörd) ədəd bağlamada içərisində açıq yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri və 1 (bir) ədəd elektron tərəzi aşkar edilmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 3(üç) kq 570(beş yüz yetmiş) qram olunmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış və narkotik vasitəyə bənzər kütlələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçilərinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitələrin və həblərin aşkar edilməsi zamanı, həmçinin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs evinə baxış zamanı narkotik maddə marixuanaya bənzər kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin özünü küllü miqdarda narkotik vasitələrin satışı ilə əlaqədar təqsirli bilməməklə əlaqədar ifadəsinə qiymət verməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərəkən ibtidai istintaq zamanı fiziki təsirə məruz qalmadığını bildirmişdir. Yalnız tutulduğu zaman yanında olan qohumunun məsuliyyətə cəlb edilməməsi üçün küllü miqdarda narkotiki boynuna aldığını bildirmiş həmin narkotik vasitələrin ona məxsus olmadığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxslə birlikdə tutulmuş Şahid8 dindirilmişdir. Həmin şahid təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinə zidd ifadələr verməklə polis əməkdaşları tərəfindən döyüldüklərini bildirmişdir. Həmçinin əlavə şahid qismində dindirilmiş Şahid8 tutulduqdan sonra xx.xx.2024-cü il tarixdə səhər saatlarında sərbəst buraxıldığını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitəni psixoloji təsirə məruz qaldığı üçün boynuna götürdüyünü bildirsə də, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsindən müəyyən olunur ki, o həmin ifadəsində özünü ona elan olunmuş ittihamlar üzrə tam təqsirli bilmişdir. Halbuki təqsirləndirilən Təqsirləndirilən şəxs həmin ifadəni verərəkən tutulduğu vaxtdan bir aydan çox zaman keçmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, Məhkəmə kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarixli 04 saylı rəyinə əsasən müəyyən olunur ki, onun üzərindən və evindən aşkar edilmiş marixuanalar eyni tərkiblidir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs psixoloji təsirə məruz qalmasını təsdiq edən hər hansı digər sübut məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs psixoloji təsirə məruz qalması ilə əlaqədar bildirdiklərini müdafiə taktikasından irəli gələn hərəkətlər kimi qiymətləndirir. Bundan başqa təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də onda aşkar edilmiş nakotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və həmin narkotik vasitəni realizə etmək üçün tərəzinin olması, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Bundan başqa məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında dindirilmiş əlavə Şahid8 ifadəsinə qiymət verərək qeyd edir ki, sözü gedən şahid təqsirləndirilən şəxsin qohumudur. Ona görə də məhkəmə hesab edir ki, həmin şahid təqsirləndirilən şəxsin mövqeyini müdafiə etmək məqsədilə onun ifadəsinə uyğun ifadələr vermişdir. Həmçinin həmin şahidin ifadələrində göstərdiyi hallar cinayət işində olan digər mötəbər sübutlara əsasən öz təsdiqini tapmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona küllü miqdarda narkotik vasitənin satışı ilə əlaqədar elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadələsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs, özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmiş, onun bilavasitə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə külli miqdarda narkotik vasitəni əldə edildiyi mənbəni, o cümlədən “Elçin” adlı İran islam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən üzərinə aşkar olunmuş narkotik vasitəni “Elçin” adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Belə ki, ibtidai istintaqda təqsirləndirilən Təqsirləndirilən şəxs “Elçin” adlı şəxslə necə və hansı vasitə ilə əlaqə qurması, onlar arasında hansısa telefon və.s danışığın, sms yazışmaların, ümumiyyətlə “Elçin” adlı şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş və Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təkrar törədilməsini müəyyən etmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən ( müəyyən olunmamışdır) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin məhəkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində başqa qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində başqa qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-7/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin olunan qəti azadlıqdan məhrum etmə cəzasından bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılmalı və cəzaçəkmə müddətinin əvvəli 04 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yerləri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 283 (iki yüz səksən üç) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Abşeron RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertiza tədqiqatından qalıq qalmış 0,370 qram çəkidə olan narkotik vasitə heroin, qalıq qalmış 05 ədəd narkotik vasitə metadon həbləri, qalıq qalmış 3384,78 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 04 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin olunan qəti 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 6 (altı) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 283 (iki yüz səksən üç) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Abşeron RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertiza tədqiqatından qalıq qalmış 0,370 qram çəkidə olan narkotik vasitə heroin, qalıq qalmış 05 ədəd narkotik vasitə metadon həbləri, qalıq qalmış 3384,78 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 04 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-51/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-51/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver