Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-510/2023 31.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu istintaqa məlum olmayan Camal adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən maddələrin 500 manat müqabilində onun göstərişi ilə müəyyən şəxslərə verməklə satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 20 iyul 2022-ci il tarixdə bir qrup şəxs halında Camal adlı şəxsin Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində yolun kənar hissəsinə qoyduğu külli miqdarda bir ədəd qara rəngli sellofan torbanın içərisində 3 ədəd şəffaf rəngli polietilen bağlamada 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısf’na (Siyahı 1) daxil edilən kimyəvi kompanent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 1070 qram, 545 qram, 120 qram, ümumi təmiz çəkisi 1735 qram (1 kq 735 qram) olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 3 ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 535 qram, 910 qram, 790 qram eyni tərkibli, ümumi təmiz çəkisi 2235 qram (2 kq 235 qram) olan külli miqdarda bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 1 ədəd şəffav rəngli polietilen bağlamada 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısfna (Siyahı 2) daxil edilən təmiz çəkisi 470 qram ağ rəngli kristaldan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş "Güclü təsir edən və onların külli miqdarının siyahısı"na daxil edilən təsiredici maddəsinin ümumi miqdarı 136,5 qram, külli miqdarda üzərində “Gerica 300 mq preqabalin” markalanma göstəricisi olan 39 ədəd konvalyutda ümumilikdə 455 ədəd ağ- qəhvəyi rəngli preqabalin tərkibli əlamətlərinə və təkibindəki təsiredici maddəsinin miqdarına görə eyni olan güclü təsir edən dərman preparatı kapsullarını, təsiredici maddəsinin ümumi miqdarı 21 qram, külli miqdarda üzərində “Gabapentin 300” markalanma göstəricisi olan 7 ədəd konvalyutda ümumilikdə 70 ədəd sarı rəngli qabapentin tərkibli əlamətlərinə və təkibindəki təsiredici maddəsinin miqdarına görə eyni olan güclü təsir edən dərman preparatı kapsullarını və bir ədəd üzərində heroin izləri olan qara rəngli elektron tərəzini götürərək qanunsuz olaraq əldə edib özü ilə Abşeron rayonu ərazisində daşıyaraq saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 20 iyul 2022-ci il tarixdə saat 23 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyinin Xırdalan şəhəri ərazisindən keçən hissəsində saxlanılıb Abşeron rayon polis idarəsinə gətirilərək idarənin inzibati binasında xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində olan bir ədəd qara rəngli sellofan torbanın içərisindən həmin 3 ədəd şəffav rəngli polietilen bağlamada 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısfna (Siyahı 1) daxil edilən kimyəvi tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 1070 qram, 545 qram, 120 qram, ümumi təmiz çəkisi 1735 qram (1 kq 735 qram) olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3 ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 535 qram, 910 qram, 790 qram eyni tərkibli, ümumi təmiz çəkisi 2235 qram (2 kq 235 qram) olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd şəffav rəngli poletilen bağlamada 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısTna (Siyahı 2) daxil edilən təmiz çəkisi 470 qram ağ rəngli kristaldan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən və onların külli miqdarının siyahısı”na daxil edilən təsiredici maddəsinin ümumi miqdarı 136,5 qram, üzərində “Gerica 300 mq preqabalin” markalanma göstəricisi olan 39 ədəd konvalyutda ümumilikdə 455 ədəd ağ-qəhvəyi rəngli preqabalin tərkibli güclü təsir edən dərman preparatı kapsulları, təsiredici maddəsinin ümumi miqdarı 21 qram, üzərində “Gabapentin 300” markalanma göstəricisi olan 7 ədəd konvalyutda ümumilikdə 70 ədəd sarı rəngli qabapentin tərkibli güclü təsir edən dərman preparatı kapsulları və bir ədəd üzərində heroin izləri olan qara rəngli elektron tərəzi aşakar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 19 iyul 2022-ci il tarixdə axşam saat 20:30 radələrində işdən çıxıb evə getmək üçün taksi gözləyərkən Bakı-Sumqayıt yolunun, Saray qəbiristanlığına gedən hissəsində, yəni körpü olan ərazidə mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə şübhəli olduğunu bildirərək, onu polis idarəsinə dəvət etmişlər. Daha sonra həmin polis əməkdaşları onu Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Orada ona bir neçə sənədə imza etdirmişlər. Oxuma-yazma bilmədiyi üçün hansı sənədlərə imza etdiyi barədə məlumatlı deyil. Daha sonra hansı maddələr ilə ittiham edildiyimi öyrənmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona polis əməkdaşları tərəfindən təzyiq edildiyi üçün ittiham olunduğu maddələr üzrə özünü təqsirli bildiyini qeyd etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda, üzərində olan mobil telefonu da onlara təqdim etmişdir. İstifadəsində olan mobil telefona və üzərindəki nömrəyə dair məlumatlara baxış keçirilsə idi, İran İslam Respublikası vətəndaşı ilə heç bir yazışma, danışıq olmadığı müəyyən olunardı. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.Əvvəllər narkotik vasitə marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və ailə üzvlərimlə birlikdə ünvan 2ayır, 20 iyul 2022-ci il tarixdə saat 23:00-da Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyinin Abşeron rayon ərazisindən keçən hissəsində piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və vəsiqələrini təqdim etmişlər. Ondan özünü təqdim etməsini xahiş etmişlər. O, Təqsirləndirilən şəxs olduğumu bildirmiş, həmin şəxslər ona külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər və saxlanıldığı yerdə müvafiq sənədləşmə aparılmasının mümkün olmadığını bildirib onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O, buna etirazının olmadığını bildirmiş və xidməti avtomobilə əyləşərək polis əməkdaşlarının müşayəti ilə Abşeron rayon Polis İdarəsinə gətirilmişdir. İdarədə ona hüquqları tam şəkildə izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və hüquqlarının müdafiə edilməsi məqsədilə vəkilinin olub-olmadığı soruşulmuşdur. O, dövlət hesabına vəkillə təmin olunmaq istədiyini bildirmişdir Ona vəkillərin adlı siyahısı təqdim edildikdən sonra müvafiq ərizə yazmış və seçdiyi müdafiəçi Polis İdarəsinə dəvət edilmişdir. Polis əməkdaşları tərəfindən vəkili ilə konfidensial görüşün keçirilməsi təmin edildikdən sonra müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya və ya predmet varsa təqdim etməsi xahiş edilmişdir. O, sağ əlində olan qara rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim edərək içərisində narkorik vasitə olduğunu bildirmişdir. Həmin qara rəngli sellofan torbanın içərisindən 3 ədəd qara rəngli polietilen bağlamada narkotik vasitə marixuana, 3 ədəd bağlamada narkotik vasitə heroin, 1 ədəd bağlamada psixotrop maddə metamfetamin, "Ger'ıca 300 mq preqabalin" markalanma göstəricisi olan 39 ədəd konvalyutda ümumilikdə 455 ədəd ağ- qəhvəyi rəngli kapsullar, “Gabapentin 300” markalanma göstəricisi olan 7 ədəd konvalyutda ümumilikdə 70 ədəd sarı rəngli qabapentin kapsulları və 1 ədəd qara rəngli elektron tərəzi aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış davam etdirilmiş və əynində olan şalvarının sol yan cibindən 1 ədəd, qara rəngli “Samsung" markalı mobil telefon və 13 manatlıq pul əskinasları aşkar edilmişdir. Şifahi sorğu zamanı verilən suallara cavab olaraq o, içərisində narkotik vasitə və psixotrop maddə olan həmin qara rəngli sellofan torbanı Camal adlı İran İslam Respublikası vətəndaşının göstərişi ilə Abşeron rayonu ərazisində tanımadığı şəxsə təqdim edəcəyini və bunun müqabilində həmin şəxsdən 500 manat pul alacağını, Camal adlı İran İslam Respublikası vətəndaşı ilə 20 iyul 2022-ci il tarixdə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanış olduğunu, narkotik vasitə audəçisi olmadığını, istifadəsində (055) ***-**-** saylı mobil telefon nömrəsi olduğunu bildirmişdir. Daha sonra aşkar edilərək götürülmüş kütlələr elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə heroinin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1 kq 808 qram, marixuananın qablaşdırma bilə birlikdə ümumi çəkisinin 2 kq 414 qram və psixotrop maddə metamfetaminin qablaşdırma ilə birlikdə çəkisinin 494 qram olması müəyyən edilmişdir. Daha sonra 3 ədəd qara rəngli polietilen bağlamada narkotik vasitə marixuana, 3 ədəd bağlamada narkotik vasitə heroin, 1 ədəd bağlamada psixotrop maddə metamfetamin, “Gerica 300 mq preqabalin" markalanma göstəricisi olan 39 ədəd konvalyutda ümumilikdə 455 ədəd ağ-qəhvəyi rəngli kapsullar, "Gabapentin 300” markalanma göstəricisi olan 7 ədəd konvalyutda ümumilikdə 70 ədəd sarı rəngli qabapentin kapsulları və 1 ədəd qara rəngli elektron tərəzi qablaşdırılmış, buna heç bir etirazı olmamış və bunu imzalarla təsdiq etmişlər. Bundan sonra 13 manatlıq pul əskinası özünə qaytarılmış, qara rəngli "Samsung” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (Cild 1, iş vərəqləri 283-285) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 20 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. 20 iyul 2022-ci il tarixdə təxminən 23:00 radələrində Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və onu barəsində daxil olmuş əməliyyat məlumatı barəsində xəbərdar edərək, Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələri və psixotrop maddələri, eyni zamanda elektron tərəzini təqdim etmişdir. Həmin narkotik vasitələr barədə soruşduqda, onları Camal adlı İran İslam Respublikası vətəndaşından aldığını, onun göstərişi ilə həmin narkotik vasitələri və psixotrop maddələri Abşeron rayonu ərazisində tanımadığı şəxsə təqdim etməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılması zamanı ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Növbətçi hissəsinin növbətçi köməkçisi Şahid3 ifadəsində göstərdi ki, 20 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. 20 iyul 2022-ci il tarixdə təxminən 23:00 radələrində Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və onu barəsində daxil olmuş əməliyyat məlumatı barəsində xəbərdar edərək, Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələri və psixotrop maddələri, eyni zamanda elektron tərəzini təqdim etmişdir. Həmin narkotik vasitələr barədə soruşduqda, onları Camal adlı İran İslam Respublikası vətəndaşından aldığını, onun göstərişi ilə həmin narkotik vasitələri və psixotrop maddələri Abşeron rayonu ərazisində tanımadığı şəxsə təqdim etməli olduğunu bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 digər şahidlər Şahid3 və Şahid1lə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində olan qara rəngli sellofan torbada üç ədəd şəffav rəgli sellofan bağlamada qəhvəyi rəngli toz şəkilli qustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər, üç ədəd qara rəgli sellofan bağlamada bitki mənşəli kütlələr tərkibində narkotik vasitə qurudulmuş marixuanaya bənzər, bir ədəd şəffaf rəngli sellofan bağlamada ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə bənzər, bir ədəd qara rəgli sellofan bağlamada “Gerica 300 mq preqabalin" markalanma göstəricisi olan 39 ədəd konvalyutda ümumilikdə 455 ədəd ağ-qəhvəyi rəngli preqabalin tərkibli dərman preparatı kapsullarını, üzərində "Gabapentin 300” markalanma göstəricisi olan 7 ədəd konvalyutda ümumilikdə 70 ədəd sarı rəngli qabapentin tərkibli dərman preparatı kapsullarını və bir ədəd üzərində heroin izləri olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 30-32) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 iyul 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 21 İyul 2022-ci il tarixli 6/3948 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №7”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi....” yazı və imzalar olan bağlamadakı 3 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1070 qram, 545 qram, 120 qram, ümumi təmiz çəkisi 1735 qram (1 kq 735 qram) olan qəhvəyi rəngli toz şəkilli maddələr kimyəvi kompanent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bağlamada təmiz çəkisi 470 qram ağ rəngli kristaldan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Gerica 300 mq preqabalin” markalanma göstəricisi olan 39 ədəd konvalyutda ümumilikdə 455 ədəd ağqəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman pereparatıdır və 455 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 136.5 qramdır, (konvalyutların üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3qram preqabalin olmaqla). Kapsullar xarici əlamətlərinə və təkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər, üzərində “Gabapentin 300” markalanma göstəricisi olan 7 ədəd konvalyutda ümumilikdə 70 ədəd sarı rəngli kapsul gabapentin tərkibli dərman pereparatıdır və 70 ədəd kapsulda gabapentin təsiredici maddəsinin ümumi miqdarı 21 qramdır(konvalyutların üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3qram gabapentin olmaqla) Kapsullar xarici əlamətlərinə və təkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər, bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqləri 39-44) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 21 İyul 2022-ci il tarixli 7/793 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan qara rəngli poletilen torbadaki 03(üç) ədəd qara rəngli poletilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 535 qram, 910 qram, 790 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 2235 qram (2 kq 235 qram)dır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 45-48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 20 avqust 2022-ci il tarixli 4615 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asililiq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 141 -142) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik məəhkəmə-psixoloji ekspertizası təyin edilərək rəy alınmışdır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1429 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər hansı psixi(ruhi) xəstəlikdən əziyyət çəkmir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. (Cild 1, iş vərəqləri 189-192) Cinayət işi materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1734,85 qram narkotik vasitə heroin; 469,8 qram psixotrop maddə metamfetamin, 455 ədəd preqabalin, 60 ədəd qabapentin, 2234,7 qram marixuana və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə maddi sübut olan 01 ədəd disk iş materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəqləri 248-264) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psxiotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram; narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı, daşıdığı ümumilikdə 1735 qram narkotik vasitə heroin, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 11566 dəfə, külli miqdardan isə təxminən 867 dəfə; 470 qram psixotrop maddə metamfetamin, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 3133 dəfə, külli miqdardan isə təxminən 94 dəfə artıq olması, 2235 qram narkotik vasitə marixuana, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından təxminən 447 dəfə, külli miqdardan isə təxminən 4 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 aprel 2016-cı il tarixli Qanununun tələblərini rəhbər tutur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2440.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması ilə bağlı ifadəsində göstərdiyi xüsusatı onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1625 saylı rəyindən görünür ki, 1994cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 132-133) Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 166-167) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 21, 93-97) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 1734,85 qram narkotik vasitə heroin; 469,8 qram psixotrop maddə metamfetamin, 455 ədəd preqabalin, 60 ədəd qabapentin, 2234,7 qram marixuana məhv edilməlidir. İş materiallarında olan 01 dəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 192 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 192 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 1734,85 qram narkotik vasitə heroin; 469,8 qram psixotrop maddə metamfetamin, 455 ədəd preqabalin, 60 ədəd qabapentin, 2234,7 qram marixuana məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müdairə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş materiallarında olan 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-510/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-510/2023
31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver