Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-510/2024 09.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Quliyev Hüseyn İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.Gəncəvi küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu «Səccad» adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə əldə edib ona verdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələri 1000 manat müqabilində deyilən yerlərə qoyulmaqla satışını həyata keçirməkdə vasitəçilik etmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə bir qrup şəxs halında 05 iyul 2023-cü il tarixdə səhər radələrində satış məqsədi ilə “Səccad” adlı şəxsin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən körpünün altında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil olan 01 ədəd qara rəngli polietilen bağlamada külli miqdarda 990,0 qram çəkidə narkotik vasitə marixuananı, həmin günü günorta radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Mühəndislər Universiteti»nin yaxınlığında qoydurduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil olan 01 ədəd sellofan bağlamada külli miqlarda 380,0 qram çəkidə narkotik vasitə heroini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı 2) daxil edilən 01 ədəd sellofan bağlamada külli miqdarda 200,0 qram çəkidə psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə etməklə Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə daşıyaraq üzərində saxlamış, 05 iyul 2023-cü il tarixdə, saat 03:00-da Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 1” yaşayış kompleksinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 05:10-dan saat 05:24-ə kimi üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı sellofan torbanın içərisindən külli miqdarda 380,0 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 200,0 qram çəkidə psixotrop maddə metamfetamin və külli miqdarda 990,0 qram çəkidə narkotik vasifə marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Novxanı ərazisindən çıxıb Lökbatan ərazisinə getmişdir. Oradan marixuana götürmüşdür. Yolda olduğu zaman polis əməkdaşları onu tutmuşdurlar. Daha sonra maşında onu saxlayıb və 3-4 saat o yan-bu yana sürmüşdürlər. Daha sonra onu Abşeron Rayon Polis idarəsinə aparmışdırlar. Telefonunda iranlı vasitəsilə ona “konum” atılmış, ancaq həmin ünvana getməmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitələrdən marixuanadan istifadə etmişdir. O, heroin və metamfetamin kimi maddələrdən istifadə etməmişdir. O, “Səccad” adlı şəxslə instaqram sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Öz istifadəsi üçün ondan marixuana götürmüşdür. Ondan 3-4 dəfə narkotik vasitə götürmüşdür. Onunla danışmışdır ki, 250 qram marixuana göndərəcəkdi, o isə 1 kq göndərəcəyini demişdir. “Səccad” adlı şəxsə 1.000 (bir min) manat pul göndərmişdir. Narkotik vasitəni Lökbatan dairəsindən götürmüşdür. Taksi gözləyən zaman polis əməkdaşları ona yaxınlaşaraq saxlamışdırlar. Onu narkotik vasitə götürdüyü yerdən 200 metr aralıda saxlamışdırlar. O, “Səccad” adlı şəxsin dediyi yerdən metamfetamin və ya heroin götürməmişdir. Onu polis əməkdaşları döymüş, ona görə də məcburiyyətdən heroin və metamfetamini boynuna götürmüşdür. İstəyərəkdən üstünə götürməmişdir. Onu polis əməkdaşları həm maşında, həm də polis idarəsində döymüşdürlər. Polis əməkdaşları onun qabırğa, ayaq nahiyələrinə xəsarət yetirmişdirlər. Hətta ayağında xəsarətin izi də qalmışdır. Bununla bağlı prokurorluq əməkdaşları yanına gəlmişdir, Kürdəxanıda da xəsarətlər yazılmışdır. Üzərində şəxsi axtarış aparılmamışdan qabaq polis əməkdaşlarının onu döymələri barədə vəkilə heç bir şey deməmişdir. Barəsində qətimkan tədbiri seçilən zaman məhkəmədə polis əməkdaşlarının ona qarşı zor tətbiq etmələri barədə heç bir şey deməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşlarının onu döyəndə bədənində gözlə görünən xəsarətləri var idi. Bədənində, yəni qabırğasında, ayağında xəsarətlər var idi. Prokurorluq orqanının əməkdaşları xəsarətlərlə bağlı ondan izahat almışdırlar. Xəsarətlərlə bağlı onu ekspertizadan keçirməmişdirlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş, ifadəsində göstərmişdir ki, 05 iyul 2023-cü il tarixdə saat 03:00-da Abşeron rayonu, Xırdalan şəhəri, "Kristal Abşeron 1 yaşayış kompleksinin yaxınlığında piyada hərəkətdə olduğu zaman 03 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini təqdim etmişlər. Ona külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demişlər və onu barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla tanış etmişlər. Saxlandığı yerdə müvafiq sənədləşmə işlərinin aparılmasının mümkün olmadığını qeyd etmişlər və onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O, buna etirazının olmadığını bildirmiş və xidməti avtomobilə əyləşərək polis əməkdaşlarının müşayəti ilə Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Polis İdarəsində ona hüquq və vəzifələri, eyni zamanda üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Vəkilinin olub-olmadığı soruşulmuş, vəkilinin olmadığını demişdir. Öz hesabına vəkil dəvət etmək istəyib-istəməməyi soruşulmuşdur. O, dövlət hesabına müdafiəçi ilə təmin olunmağı istəmiş, ona Bakı şəhər 22 saylı Vəkil Bürosunun vəkillərinin adlı siyahısı təqdim edilmişdir. O, dövlət hesabına müdafiəçi dəvət edilməsi üçün müvafiq ərizə yazmışdır. Bakışəhər 22 saylı Vəkil Bürosunun vəkili X1 gəldikdən sonra ona təqdim edilmişdir. Müdafiəçiyə etirazının olub-olmadığı soruşulmuş, o, müdafiəçiyə etirazının olmadığını bildirmiş, polis əməkdaşları tərəfindən vəkili X1 ilə arasında konfidensial görüşün keçirilməsinə şərait yaradılmışdır. Konfidensial görüşdən sonra müdafiəçinin iştirakı ilə onun üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Sonra ona üzərində qanunla qadağan olan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. O, sol əlində olan sellofan torbanı masanın üzərinə qoyaraq içərisindən 1 eded sellofan bağlamada narkotik vasitə heroini, 01 ədəd sellofan bağlamada psixotrop maddə metamfetamini ve 01 ədəd qara rəngli polietilen bağlamada narkotik vasitə marixuananı çıxararaq təqdim etmişdir. Daha sonra polis əməkdaşı həmin sellofan torbanın içərisinə baxdıqda günəş eynəyi olduğunu müşahidə edilmiş və həmin eynək özünə qaytarılmışdır. Şifahi sorğu zamanı verilən suala cavab olaraq təqdim etdiyi kütlələrin narkotik vasitə heroin, psixotrop maddə metamfetamin ve narkotik vasitə heroin olduğunu demişdir. Sonra üzərinə şəxsi axtarışın polis əməkdaşları tərəfindən davam etdirilməsinə etirazının olub-olmadığı soruşulmuş, o, buna etirazının olmadığını bildirmişdir. Polis əməkdaşlari tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmişdir. Əynində olan mavi rəngli cins şalvarının sol yan cibində "İpone" markalı, arxası çəhrayi rəngli mobil telefonun ve 01 ədəd 20 manat, 01 ədəd 5 manat və 02 ədəd 1 manatlıq əskinaslardan ibarat olmaqla ümumilikdə 27 manat pulun olması aşkar edilmişdir. Şifahi sorğu zamanı verilən suala cavab olaraq 27 manat pulun özünə aid olduğunu, narkotik vasitə satışından əldə etmədiyini demiş və 27 manat pul ozünə qaytarılmışdır. “İphone” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq götürülmüşdür. Şifahi sorğu zamanı verilən suala cavab olaraq "İphone" markalı mobil telefonun üzərində 051 ***-**-** saylı mobil nömrə olduğunu demiş, sonra təqdim etdiyi birinci sellofan bağlama polis əməkdaşı tərəfindən açılmış və içərisində narkotik vasitə heroinə bənzər kütlənin olmasının müşahidə edildiyi deyilmişdir. Sonra təqdim etdiyi ikinci sellofan bağlama polis əməkdaşı tərəfindən açılmış və içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olmasının müşahidə edildiyi deyilmişdir. Sonra təqdim etdiyi üçüncü qara rəngli polietilen bağlama polis əməkdaşı tərəfindən açılmış ve içərisində narkotik vasitə marixuanaya bənzər kütlənin olmasının müşahidə edildiyi deyilmişdir. Sonra təqdim etdiyi və içərisində narkotik vasitə heroin olan sellofan bağlama polis əməkdaşı tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və bağlama ilə birlikdə çəkisinin 394 qram olması müəyyən edilmişdir. Sonra təqdim etdiyi və içərisində psixotrop maddə metamfetamin olan sellofan bağlama polis əməkdaşı tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və bağlama ilə birlikdə çəkisinin 208 qram olması müəyyən edilmişdir. Sonra təqdim etdiyi və içərisində narkotik vasitə marixuana olan qara rəngli polietilen bağlama polis əməkdaşı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş və bağlama ilə birlikdə çəkisinin 1016 qram olması müəyyən edilmişdir. Sonra 01 ədəd sellofan bağlamada narkotik vasitə heroin, 01 ədəd sellofan bağlamada psixotrop maddə metamfetamin və 01 ədəd qara rəngli polietilen bağlamada narkotik vasitə marixuana polis əməkdaşı terəfindən sellofan torbaya yığılaraq qablaşdırılmış və imzalanmışdır. Şifahi sorğu zamanı verilən suallara cavab olaraq internet vasitəsilə tanış olduğu "Səccad" adli İran İslam Respublikası vətəndaşının göstərişi ilə narkotik vasitə marixuananı 05 iyul 2023-cü il tarixdə səhər radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisindən, narkotik vasitə heroini, psixotrop maddə metamfetamini isə həmin günü günorta radələrində Abşeron rayonu ərazisindən əvvəlcədən müəyyən edilən yerlərdən götürərək əldə etdiyini, həmin şəxsi 3 aydır tanıdığını, həmin kütlələri deyilən ünvanlara çatdıracağı təqdirdə 1000 manat pul qazanacağını, əvvəllər də iki dəfə "Səccad adlı şəxsin göstərişi ilə deyilən ünvanlara narkotik vasitə qoyaraq 500 manat pul qazandığını demişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Xırdalan ərazisindən tutulmamışdır. Üzərində də 1 kq. marixiuna olmuşdur. Sonradan İran vətəndaşı onun telefonuna “konum” atmış, oraya getməmişdir. Üzərində metamfetamin və heroin olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində XMİÜ baş əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri Kristal-Abşeron massivi ərazisində gecə saat 03:00 radələrində saxlanılmışdır. Daha sonra Abşeron rayonu Polis İdarəsinə aparılmış, onun müdafiə hüququ təmin olunmuş və təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisindən 400 qram heroinə bənzər kütlə, 200 qram metamfetaminə bənzər kristal şəkilli maddə və 1 kq. qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Qeyd olunan narkotik vasitələri Təqsirləndirilən şəxs Səccad adlı İran vətəndaşından bir müddət öncə əldə etdiyini bildirmişdir. Saxlanılan zaman onlara qarşı müqavimət göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərindən 400 qram heroinə bənzər kütlə, 200 qram metamfetaminə bənzər kristal şəkilli maddə və 1 kq.-dan bir az artıq qurudulmuş marixiuanaya bənzər kütlə aşkar edilmişdir. Təsiqləndirilən şəxs istədiyi ifadəni verməkdə azaddır. Şahid DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Seyid Hüseyn küçəsi ev 3, mənzil 5a-da qeydiyyatda olan və Sabunçu rayonu, Zabrat qəsəbəsi, Gəncəvi küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs külli miqdlarda narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və dövriyyəsində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar çıxarılmış, onun və polis nəfəri Şahid2 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 05 iyul 2023-cü il tarixdə saat 03:00-də Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 1 yaşayış kompleksinin yaxınlığında keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi video çəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı sol əlində olan sellofon torbanın içərisində bir ədəd bağlamada açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni, bir ədəd bağlamada ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni, bir ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni və bir ədəd eynəyi təqdim edərək stolun üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynindəki göy rəngli şalvarın sol yan cibindən 1 ədəd İphone markalı mobil telefon, 27 manat pul aşkar edilərək götürülmüşdür. Sonra aşkar edilmiş heroinə bənzər kütlə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 394 qram olduğu, metamfetaminə bənzər kütlənin 208 qram, marixuanaya bənzər kütlənin isə 1 kq 16 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr qablaşdırılmış və möhürlənmiş, mobil telefon götürülmüş, 27 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddələri tanıdığı İran İslam Respublikası vətəndaş «Səccad» adlı şəxsin vasitəsi ilə narkotik vasitə heroinə bənzər kütləni həmin günü Bakı şəhəri, Qaradağ rayonu ərazisindən, qalan kütlələri isə Abşeron rayonu ərazisində əvvəlcədən təyin edildiyi yerdən götürdüyünü, adı çəkilən vasitələri Səccad adlı şəxsin göstərişi ilə təyin edilmiş yerlərə qoyacağını və həmin şəxsin ona bunun müqabilində 1000 manat pul göndərəcəyini, həmin şəxsi 3 ay olar ki, tanıdığını və əvvəlcədə həmin şəxsin göstərişi ilə müəyyən narkotik vasitələri ünvanalara qoyması müqabilində 500 manat pul əldə etdiyini, başqa hər hansı yerdə narkotik vasitə saxlamadığını, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini və polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor və təzyiqlər edilmədiyini bildirmiş, bundan sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nın polis nəfəri, polis baş serjantı Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Seyid Hüseyn küçəsi ev 3, mənzil 5a-da qeydiyyatda olan və Sabunçu rayonu, Zabrat qəsəbəsi, Gəncəvi küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs külli miqdlarda narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və dövriyyəsində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar çıxarılmış, onun və baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 05 iyul 2023-cü il tarixdə saat 03:00-də Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 1 yaşayış kompleksinin yaxınlığında keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşuldu və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı sol əlində olan sellofon torbanın içərisində bir ədəd bağlamada açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni, bir ədəd bağlamada ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni, bir ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni və bir ədəd eynəyi təqdim edərək stolun üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynindəki göy rəngli şalvarın sol yan cibindən 1 ədəd İphone markalı mobil telefon, 27 manat pul aşkar edilərək götürülmüşdür. Sonra aşkar edilmiş heroinə bənzər kütlə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 394 qram olduğu, metamfetaminə bənzər kütlənin 208 qram, marixuanaya bənzər kütlənin isə 1 kq 16 qrams olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr qablaşdırılmış və möhürlənmiş, mobil telefon götürülmüş, 27 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddələri tanıdığı İran İslam Respublikası vətəndaş «Səccad» adlı şəxsin vasitəsi ilə narkotik vasitə heroinə bənzər kütləni həmin günü Bakı şəhəri, Qaradağ rayonu ərazisindən, qalan kütlələri isə Abşeron rayonu ərazisində əvvəlcədən təyin edildiyi yerdən götürdüyünü, adı çəkilən vasitələri Səccad adlı şəxsin göstərişi ilə təyin edilmiş yerlərə qoyacağını və həmin şəxsin ona bunun müqabilində 1000 manat pul göndərəcəyini, həmin şəxsi 3 ay olar ki, tanıdığını və əvvəlcədə həmin şəxsin göstərişi ilə müəyyən narkotik vasitələri ünvanalara qoyması müqabilində 500 manat pul əldə etdiyini, başqa hər hansı yerdə narkotik vasitə saxlamadığını, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini və polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor və təzyiqlər edilmədiyini bildirmiş, bundan sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdə, saat 03:00-da Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 1” yaşayış kompleksinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı sellofan torbanın içərisindən narkotik vasitə heroin və qurudulmuş marixuana, psixotrop maddə metamfetamini təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməbioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/961 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi» yazıları və imzalar olan bir ədəd qara rəngli bağlamada təmiz çəkisi 990,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3629 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi» yazılar və imzalar olan bir ədəd bağlamada təmiz çəkisi 200,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 380,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına” (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına” (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7270 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3094 rəyindən görünür ki, cinayət işi materiallarından və hal hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Buna cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunun əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 15 yanvar 2024-cü il tarxili qərarla maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 989,8 qram qurudulmuş marixuana, 379,95 qram heroin, 199,95 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, 1 ədəd DVD diskinin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə hissəsinə tənqidi yanaşaraq bildirir ki, bu hal yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs qabaqcan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini, külli miqdarda narkotik vasitə heroin və qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Beləliklə, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 989,8 qram qurudulmuş marixuana, 379,95 qram heroin, 199,95 qram psixotrop maddə metamfetamin məhv edilməli, 1 ədəd DVD diskinin iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 143 (yüz qırx üç) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 05 iyul 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınıb Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş 989,8 qram qalıq qurudulmuş marixuana, 379,95 qram qalıq heroin, 199,95 qram qalıq psixotrop maddə metamfetamin məhv edilsin, 1 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-510/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-510/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver