Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-513/2024 09.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Cəlilabad rayonu Hacıcavad kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Cəlilabad rayonu 28-ci korpus qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu 1-ci mədən küçəsində yerləşən fərdi evdə yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən H.Əliyev adına parkda istirahət edən zaman onun parkda bir neçə qızla gəzməsinə Zərərçəkmiş şəxs etiraz etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu cəzalandırmaq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs sol qolundan bir dəfə vuraraq ona sol bazu nahiyəsinin sol bazu arteriyasının, sol orta sinirinin, sol bazu venasının kəsilməsi ilə nəticələnən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, H.Əliyev parkında gəzdiyi zaman 3 (üç) nəfər tanımadığı şəxs ona yaxınlaşaraq kənara çəkib “sən burada nə gəzirsən?, səni burada öldürərik, bu parkdan çıx get” demişdirlər. Bu səbəbdən aralarında mübahisə başlamış, onlar onu döyməyə başlayan zaman o, üzərində gəzdirdiyi qatlanan qara rəngli bıçağı çıxarıb onlara hədə qorxu gəlmişdir. Bundan sonra onlardan Qafar adlı şəxs onun üstünə bıçaq çəkmiş, Qafarın onu vurmaq istəməsini görüb bıçaqla onun qoluna xəsarət yetirmişdir. Bu hərəkətini bilmədən etmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, hadisə vaxtı istifadə etdiyi bıçaq iş bıçağı olmuşdur. Hadisədən sonra bıçaq elə hadisə yerində qalmışdır. Hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. DİN 102-i xidmətinə bu barədə məlumat verdikdən sonra polis əməkdaşları onu tutmuşdurlar. Polis əməkdaşları onun polisə zəng etməsindən qabaq yaxınlaşmışdırlar. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, hadisə baş verən günü Xırdalan şəhərində yerləşən H.Əliyev parkına bayram günü ilə əlaqədar getmiş, tanışı olan qızlarla parkda gəzmişdir. Bu vaxtı iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona yaxınlaşaraq, “sən burada nə edirsən?” “Burada qızlarla gəzmək olmaz, çıx get” demişdir. Gülsüm və Şahid1 hadisənin şahidləri olmuşdurlar. Qafargil əvvəlcə onu döymüş, daha sonra aralarında mübahisə yaranmağa başlamış və üzərində olan bıçağı ona çəkməklə özünü müdafiə etmişdir. Onun hadisə vaxtı başqa məqsədi, niyyəti olmamışdır. Qafargilin onu döymələri nəticəsində bədənində xəsarətlər yaranmış, hətta bunu ekspertizanın rəyi də sübut etmişdir. Onun bədənində Qafarın vurması nəticəsində bıçaq izləri də olmuşdur. Qafarın da üzərində bıçaq olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs bir neçə qızla, o isə dostları ilə parkda olmuşdur. Daha sonra Hüseynlə aralarında dava yaranmağa başlamış, belə ki, birinci Hüseyn ona yumruq atmışdır. Təxmini olaraq 10 dəqiqə keçdikdən sonra Hüseyn bıçaqla onun üzərinə gəlməyə başlamışdır. O da Hüseynə yumruqla zərbələr endirmişdir. Sonra isə Hüseyn əlindəki bıçaqla onun qoluna xəsarət yetirmişdir. Zərər çəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Hüseynlə mübahisəsi bir dəfə olmuşdur. Hadisə günü Təqsirləndirilən şəxs yaxınlaşmamış, Hüseyn ona yaxınlaşmışdır. Hüseyn ona “sən qızlara nəyə görə baxırsan?” demiş, əslində o qızlara baxmamışdır. Birinci Hüseyn ona yumruqlar atmağa başlamış, sonra isə o Hüseynə yumruq atmışdır. 10 dəqiqədən sonra Hüseyn yenidən onun yanına gəlib bıçaqla zərbələr endirmişdir. Hadisə vaxtı onun üzərində bıçaq olmamışdır. Zərər çəkmiş şəxs təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs suallarına cavab olaraq Aişən adlı qız tanımadığını, Hüseynə “burada qızlarla gəzmə, çıx get” ifadəsini işlətmədiyini, Şahid1 tanıdığını bildirmişdir. Zərər çəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, hadisə vaxtı onun üzərində bıçaq olmamış, vaxtı tək olmuş, Hüseyngil isə 4-5 nəfər qız və 1 nəfər oğlan olmuşdurlar. Hüseyn həm də hadisə günü bir az içkili olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü uşaqlarla konsertdə olmuş, həmin konsert isə Xırdalan şəhəri, H.Əliyev adına parkda təşkil edilmişdir. Təqsirləndirilən şəxs da həmin konsertdə olmuş, konsert bitdikdən sonra uşaqlarla birlikdə parkda gəzmək istəmiş, Hüseyn də onların arasında olmuşdur. Parkda bir az daha gəzdikdən sonra onların arxasınca bir neçə nəfər oğlan gəlməyə və onlara söz atmağa başlamışdırlar. Bu haldan çox narahat olmağa başlamış, Hüseyn də onlara yaxınlaşaraq öz iradını bildirmiş, sonra yollarına davam etmişdirlər. Bir az irəlilədikdən sonra həmin oğlanlar yenidən onların arxasınca hərəkət etməyə başlamış, Hüseyni öz yanlarına çağırmışdırlar. Hüeyn onlara yaxınlaşmış və orada Qafar adlı şəxslə söhbət etməyə başlamışdır. Hüseynlə Qafar kənarda öz aralarında söhbət etdikdən sonra mübahisə yaranmış, daha sonra bıçaqlanma hadisəsi baş vermişdir. Bütün bu hadisələr birdən-birə olmuşdur. Hüseynlə Qafarın nə danışdığını bilməmişdir. Hadisə törədilməmişdən qabaq Qafargilin Hüseyni döymələrini görməmiş, amma bıçaqlanma hadisəsindən sonra Qafargilin dostları Hüseyni döymüşlər. Hadisə ilə əlaqədar heç bir yerə şikayət etməmişdir. Hadisə vaxtı həm Hüseyn, həm də Qafarın əlində bıçaq olmuşdur. Qafarla, nə də ki, onun dostları ilə şəxsi tanışlığı olmamış, amma parkda gəzdikləri vaxt bir-birlərini tez-tez görmüşdürlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, H.Əliyev adına parkda “Milli Qurtuluş” günü ilə əlaqədar olaraq konsert təşkil olunmuşdur. Onlar əvvəlcədən öz dostları ilə təşkil olunacaq konsertdə iştirak etməkləri ilə bağlı razılaşmışdırlar. Konsert qurtardıqdan sonra bir az parkda gəzməyə qərar vermiş, Hüseyn də onların yanında gəzmişdir. Bir az gəzdikdən sonra bir neçə nəfər oğlan onların arxasınca gəlmiş və söz atmışdırlar. O da arxaya dönərək onlara “siz o sözləri bizə deyirsiniz?” deyə iradını bildirmişdir. Onun bu sualından sonra oğlanlar ona gülməyə başlamış, onlar isə yollarında davam etmişlər. Daha sonra Hüseyn onlarla gedib danışmışdır. Su almaq üçün marketə getmiş, oradan çıxdıqdan sonra həmin oğlanlar yenə onların arxasınca gəlmişlər. Onu Hüseynlə bacısı Şahid2 tanış etmişdir. Onlar parkda gəzdiyi vaxt Qafar və onun dostları onlara qarşı ədəbsiz sözlər işlətmiş, Hüseyn Qafarla kənarda danışanda aralarında mübahisə böyümüş, Qafar üzərində olan bıçağı çıxartdığı zaman Hüseyn də özünü müdafiə məqsədilə üzərində olan bıçağı çıxartmışdır. İlkin olaraq bıçağı Qafar çıxartmış, hadisə baş vermişdir. Qafar yaralanandan sonra Qafarın dostları Hüseyni döyməyə başladılar. Daha sonra Qafarın dostları Qafarı maşına mindirirərk xəstəxanaya apardılar. Qafarın üstü qan içində olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 iyun 2023-cü il tarixli raportdan görünür ki, Muradov X3 RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 14 iyun 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən H.Əliyev parkında olduğu zaman tanımadığı şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində mübahisələri baş vermiş, həmin vaxt onların aralarında qarşılıqlı dava zamanı üzərində gəzdirdiyi bıçaqla həmin şəxsi vuraraq xəsarət yetirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi yer Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin 14 iyun 2023-cü il tarixli 2/18764 saylı “alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə saat 23:27-də ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1203 nömrəli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- sağ əlinin İV barmağının falanqasının iç səthinin bir ədəd, sol saidin orta 1/3-nin bir ədəd səthi yarası kənarlı kəsici alətlrin təsirindən, üst dodağın selikli qişasının səthi əzilmiş yarası, küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı əl, qol nahiyəsinə vurulan bıçaq zərbəsi təsirindən, üst dodaq nahiyyəsinin isə sillə vurulma nəticəsində əmələ gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1343 nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- sol bazu nahiyəsinin sol bazu arteriyasının, sol orta sinirinin, sol bazu venasının kəsilməsi ilə nəticələnən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici əşyanın (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx xxxxxxx 2005-ci il təvəllüdlü olmaqla, hadisə zamanı yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 28 iyun 2024cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Şağlamlığı ilə bağlı vurulmuş ziyan onun ailəsi tərəfindən tam olaraq qarşılanmış, anasına 2000 min manat pul ödənilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Muradov X2 rayonu 1-ci mədən küçəsində yerləşən fərdi evdə qeydiyyatsız yaşamış və həmin ünvanda yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs özünü müdafiə məqsədi ilə xəsarət yetirməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Odur ki, qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, həmin məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-513/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-513/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver