Məhkəmə qərarları › İş №1(124)-514/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-514/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-514/2022 23.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Tərçüməçi- Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin tərçüməçisi X3, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1976-cı ildə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Hacıəlibəy kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, 2022-ci ilin aprel ayının sonlarında yaşadığı Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisində, su buraxıcı qurğudan qərb istiqamətində 50 metr aralı məsafədə yerləşən evinin həyətində dəmir vedrədə və 2022-ci ilin may ayının ortalarında yenədə həmin kənd ərazisində yerləşən evinin həyətində plastmas dibçəklərdə qanunsuz olaraq əkdiyi külli miqdar təşkil edən 06 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinə və 125 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt 21 may 2022-ci il tarixdə saat 19:15-19:30 müddətində Xaçmaz rayon pols şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisində, su buraxıcı qurğudan qərb istiqamətində 50 metr aralı məsafədə yerləşən evinin həyətinə baxış keçirilərkən dəmir vedrədə əkilmiş bir ədəd, plastmas dibçəklərdə əkilmiş beş ədəd yaş vəziyyətdə ümumi çəkisi 15,21 qram olan 06 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri və plastmas dibçəklərdə əkilmiş yaş vəziyyətdə ümumi çəkisi 12,25 qram olan 125 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar olunaraq götürülmüş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün tam etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, nervoz xəstəsidir. Dənizçi işlədiyi vaxtlarda yanında bədbəxt hadisə baş vermiş və ölənlər olmuşdur. Bu hadisədən sonra onda psixi xəstəlik əmələ gəlmişdir. Narkotik vasitələrdən müalicə məqsədi ilə istifadə etmişdir. Çətənə toxumlarını öz şəxsi istifadəsi üçün əkmişdir. Əkdiyi çətənə toxumları həmişə bu qədər yetişməmiş, toxumları isə tapmışdır. Polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmamışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. İttihamda göstərilənlərlə razıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu ona mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xaçmaz rayon polis şöbəsinin cinayət axtarış bölməsinə Xaçmaz rayonu, Hacıəlibəy kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Xaçmaz rayon polis şöbəsinin cinayət axtarış bölməsinə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 21 may 2022-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Rəşad Babayevə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda iştirak etməsi üçün aqronom dəvət edildikdən sonra həmin gün təxminən saat 18:30 radələrində onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Hacıəlibəy kəndindəki evə getmişlər. Qapını açan Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra X5 Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək ona hüquq və vəzifələrini izah etdikdən sonra ondan yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazı olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirmələrinə etirazı olmadığını bildirərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. X5 Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmiş və onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olub bir qədər getdikdən sonra evin qarşısına gəlmişlər və evin qarşısında olan plastmas taraların içərisinə düzülmüş plastmas dibçəklərdə və bir ədəd dəmir vedrədə narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin əkildiyini görmüşlər. X5 Təqsirləndirilən şəxs həmin bitkiləri nə vaxt əkdiyini, kiminlə əkdiyini soruşmuş, Təqsirləndirilən şəxs plastmas dibçəklərdə olan bitkiləri üç gün əvvəl, vedrədə olan çətənə bitkisinə oxşar bitkini çoxdan əkdiyini, özünün tək əkdiyini bildirmişdir. X5 aqronom Şahid5 bitkilərə baxıb məlumat verməsini xahiş etmiş, Şahid5 bitkilərə baxdıqdan sonra bitkilərin narkotik xassəli çətənə bitkiləri olduğunu, suvarılaraq qulluq olunduğunu bildirmişdir. Bundan sonra plastmas dibçəklərdə və dəmir vedrədə əkilmiş çətənə bitkilərinə oxşar bitkilər tək- tək kökündən çıxarılmış və aqronom Şahid5 bitkiləri sayıb plastmas dibçəklərdə əkilmiş 174 ədəd bitkilərin 05 sm, dəmir vedrədə əkilmiş 01 ədəd bitkinin isə 15 sm hündürlükdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aqronomun dediklərini təsdiq edərək bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, gələcəkdə istifadə etməsi məqsədi ilə özü əkib-yetişdirmişdir. X5 Təqsirləndirilən şəxs əkdiyi bitkiləri nə ilə suvardığını soruşduqda isə Təqsirləndirilən şəxs bitkilərin diblərinə arx suyu və yanmış peyin tökdüyünü bildirmişdir. Bundan sonra çətənə bitkilərinə oxşar bitkilər Təqsirləndirilən şəxs iştirakı ilə bir ədəd polietilen torbada qablaşdırılıb möhürləndikdən sonra iştirakçılar bitkilərin qablaşdırıldığı polietilen torbanın üzərinə yapışdırlımış kağızın üzərinə imza etmişlər. Sonra bu barədə protokol tərtib edilib oxunmuş, iştirakçılarda protokola imza etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Hacıəlibəy kəndindəki evin həyətində aşkar edilmiş bitkilərlə bağlı aqronom Şahid5 tərəfindən rəy yazılmışdır. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Hacıəlibəy kəndindəki evin həyətinə baxış keçirilməsinin görüntüləri Xaçmaz rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 və Şahid4 eyni məzmunlu ifadələr verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdirlər. ( cild 1, iş vərəqə 102-107) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Xaçmaz şəhəri, 28 May küçəsi, ev 46-da qeydiyyatda olsada ailəsi ilə birlikdə Xaçmaz şəhəri, A.Babayev küçəsi, ev 7-də yaşayır. Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsində aqronom işləyir. 21 may 2022-ci il tarixdə o, Xaçmaz RPŞ-nə dəvət olunmuş və Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Rəşad Babayev tərəfindən qəbul edilmiş mütəxəssis təyin olunmasına dair qərarla tanış olduqdan sonra ona hüqüq və vəzifələri izah olunmuşdur. X2 Xaçmaz rayonu, Hacıəlibəy kəndində olan evlərdən birinin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkilibyetişdirilməsi barədə məlumat daxil olduğunu və həmin evin həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini bildirib onun da mütəxəssis qismində iştirak etməsini xahiş etmişdir. O, etiraz etməmiş və həmin gün saat 18:30 radələrində o, X5, CAB-nin əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid4 və Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3 birlikdə Xaçmaz rayonu, Hacıəlibəy kəndində olan evlərdən birinin qarşısına getmişlər. Qapını açan şəxs adının Malik olduğunu və həmin evdə yaşadığını bildirmişdir. Polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra X5 Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək ona hüquq və vəzifələrini izah etdikdən sonra ondan yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazı olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. X5 Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmiş və onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olub bir qədər getdikdən sonra evin qarşısına gəlmişlər və evin qarşısında olan plastmas taraların içərisinə düzülmüş plastmas dibçəklərdə və bir ədəd dəmir vedrədə narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin əkildiyini görmüşlər. X5 Təqsirləndirilən şəxs həmin bitkiləri nə vaxt əkdiyini, kiminlə əkdiyini soruşmuş, Təqsirləndirilən şəxs plastmas dibçəklərdə olan bitkiləri üç gün əvvəl, vedrədə olan çətənə bitkisinə oxşar bitkini çoxdan əkdiyini, özünün tək əkdiyini bildirmişdir. X2 təklif etmişdir ki, plastmas dibçəklərdə və dəmir vedrədə əkilmiş bitkiləri nəzərdən keçirib onlara aqrotexniki qaydada qulluq göstərilib-göstərilməməsini müəyyən etsin. Q, həmin bitkiləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir, qulluq olunaraq ‘ suvarılmışdır, plastmas dibçəklərdə əkilmiş bitkilərin hündürlükləri 0,5 sm, dəmir vedrədə əkilmiş bitkinin hündürlüyü isə 15 smdir. Bundan sonra plastmas - dibçəklərdə və dəmir vedrədə əkilmiş çətənə bitkilərinə oxşar bitkilər tək-tək kökündən çıxarıldıqdan sonra o, sayıb həmin bitkilərin 175 ədəd olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onun dediklərini təsdiq edərək bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, gələcəkdə istifadə etməsi məqsədi ilə özü əkib-yetişdirmişdir. X5 Təqsirləndirilən şəxs əkdiyi bitkiləri nə ilə suvardığını soruşduqda isə Təqsirləndirilən şəxs bitkilərin diblərinə arx suyu və yanmış peyin tökdüyünü bildirmişdir. Bundan sonra çətənə bitkilərinə oxşar bitkilər və bitki şitilləri Təqsirləndirilən şəxs iştirakı ilə bir ədəd polietilen torbada qablaşdırılıb möhürləndikdən sonra o, və digər iştirakçılar bitkilərin qablaşdırıldığı polietilen torbanın üzərinə yapışdırlımış kağızın üzərinə imza etmişlər. Sonra bu barədə protokol tərtib edilmiş və o, protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokola imza etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Hacıəlibəy kəndindəki evin həyətində aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-yetişdirilməsi barədə rəy yazaraq müstəntiqə təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Hacıəlibəy kəndindəki evin həyətinə baxış keçirilməsinin görüntüləri Xaçmaz RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. ( cild 1, iş vərəqə 108-109) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2022-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarı ilə “Əməliyyat tədbirinin keçirilməsi barədə” 21 may 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir.( cild 1, iş vərəqə 4, 43-44) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 21 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Hacıəlibəy kəndində ki, evinin həyətyanı sahəsindən 175 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kolların 174 ədədi orta hesabla 5 santimetr, 01 ədədi isə 15 santimetr hünürlükdədir. “Baxış keçirilməsi haqqında 21 may 2022-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 21 may 2022-ci il tarxili arqonom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Hacıəlibəy kəndində ki, evinin həyətyanı sahəsindən 175 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kolların 174 ədədi orta hesabla 5 santimetr, 01 ədədi isə 15 santimetr hünürlükdədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin bioloji ekspertizalar şöbəsinin 22 may 2022- ci il tarixli H5T1 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs həyətyanı sahəsindən ...» yazılar və imzalar olan polietilen bağlamanı açdıqda içərisində: sayı 06 (altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi-15,21 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Sayı 125 (yüz iyirmi beş) ədəd yaş vəziyyətdə ümumi çəkisi-12,25 qram olan bitki şitilləri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Qalan 44 (qırx dörd) ədəd bitki nümunələri inkişafının cücərmə fazasında olduğuna görə onların hansı növ bitkilərə aid olmasını müəyyən etmək mümkün olmadı. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitki nümunələrinə aqrotexniki qaydada qulluq olunmuşdur. (cild 1, iş vərəqə 50-52) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 26 iyul 2022-ci il tarixli 4076 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 116-117) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs evinin həyətindən protokol tərtib edilməklə götürülmüş 175 ədəd çətənə bitkiləri və çətənə bitkisinin şitilləri, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Hacıəlibəy kəndindəki evin həyətinə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «DVD» formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən 22 may 2022-ci il tarixli qərar ilə maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 1, iş vərəqə 60-61) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, o, Quba rayon məhkəməsinin 09 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, Xaçmaz rayon məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. (cild 1, iş vərəqə 110-115) Təqsirləndirilən şəxs qeyd olunan cəzasını çəkib qurtarmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayonu, Hacıəlibəy kənd İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, evlidir, Xaçmaz rayonu, Köhn-Xaçmaz kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Hacıəlibəy kəndində yaşayır. (cild 1, iş vərəqə 25- 26,97) Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün dəlil gətirməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs azyaşlı uşağının olmasını, səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 23 may 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 81-83, 84-85). Təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan əvvəlki 21 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixə kimi tutulduğu 02 (iki) gün müddəti çıxılmalıdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 15,09 qram olan 06 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri, təmiz çəkisi 15,21 qram olan 125 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri məhv edilməli, hadisə yerinə baxışın videogörüntülərini özündə əks etdirən ədəd «DVD» formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 51). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 2 (iki) il 11( on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 23 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq çəkisi 15,09 qram olan 06 ədəd narkotik təbiətli çətənə, təmiz çəkisi 15,21 qram olan 125 ədəd narkotik tərkibli çətənə şitilləri məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz manat) ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan ( Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar