Məhkəmə qərarları › İş №1(124)-515/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-515/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-515/2024 19.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4, 120.2.7, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs onunla ünvan 1 ünvanında eyni həyətdə tikilmiş digər evdə yaşayan əmisi Zərərçəkmiş şəxs1, əmisi arvadı Zərərçəkmiş şəxs2 və əmisi qızı Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə ona birgə yaşadıqları həyətdə saxlanılmış dəmir boruları bir müddət əvvəl oğurladığını, bu əməldə ondan başqa digər şəxslərin də iştirak etdiyini bəyan edib, buna görə həyətdə səs-küy salmalarından və onu ittiham etmələrindən əsəbləşərək həmin gecə səhərə qədər yatmayıb, əmisi Zərərçəkmiş şəxs1 və sonuncunun adı çəkilən ailə üzvlərini qisas almaq niyyətilə qəsdən öldürmək qərarına gəlib, xx.xx.2023-cü il tarixdə səhər 08 radələrində yaşadığı evdən ümumi uzunluğu 385 mm, dəstəyi sarı, işçi metallik hissəsi gümüşü rəngli baltanı götürdükdən sonra, zərərçəkmişlərə xüsusi ağrılar yetirdiyini dərk edərək və bu zaman müstəsna qəddarlıq nümayiş etdirərək, yəni xüsusi amansızlıqla əvvəlcə birgə yaşadıqları həyətdə əmisi qızı Zərərçəkmiş şəxs3 görüb əlindəki balta ilə baş nahiyəsinə qəsdən güclü zərbələr vurub, zərərçəkmişin aldığı açıq kəllə- beyin travması, beynin qişaları altına, beyin toxumasına qansızmalar, kəllə tağı və əsası sümüklərinin açıq və qəlpəli sınıqlarından ölümünə səbəb olan - başın yumşaq toxumalarının iç səthinə, alın, sağ gicgah-ənsə nahiyəsinə qansızmalar, beynin sərt və yumşaq qişaları altına, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar, kəllə tağı və əsası sümüklərinin açıq sınıqları, burun sümüyünün qapalı sınığı, başın alın nahiyəsinin iki ədəd, başın sağ gicgah-ənsə nahiyəsinin bir ədəd kəsilmiş-çapılmış yaraları kimi dərəcələrinə görə canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirdikdən sonra, əmisi Zərərçəkmiş şəxs1 məxsus evə pilləkanlarla qalxıb evin mətbəxində dayanmış əmisi arvadı Zərərçəkmiş şəxs2 da qəsdən öldürmək məqsədilə baş nahiyəsinə balta ilə qəsdən güclü zərbələr vurub, zərərçəkmişin aldığı açıq kəllə beyin travması, baş beynin qişaları altına və maddəsinə qansızmalar, baş beynin travmatik ödemi, kəllə tağı və əsası 'sümüklərinin sınığından ölümünə səbəb olan - açıq kəllə beyin travması, baş beynin qişaları altına və maddəsinə qansızmalar, baş beynin travmatik ödemi, kəllə tağı və əsası sümüklərinin sınığı, başın alın-təpə və təpə nahiyələrinin çapılmış yaraları, sağ gözün üst və alt göz qapaqlarının qançırları kimi canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməsinin ardından, niyyətini tam başa çatdırmaq üçün həmin evdə Zərərçəkmiş şəxs1 yatdığı otağa daxil olub otaqdakı çarpayıda uzanmış, lakin oyaq vəziyyətdə olan Zərərçəkmiş şəxs1 da qəsdən öldürmək məqsədilə baş nahiyəsinə balta ilə qəsdən güclü zərbələr vurub, zərərçəkmişin aldığı açıq kəllə-beyin travması, baş beynin qişaları altına və maddəsinə qansızmalar, baş beynin travmatik ödemi, kəllə tağı sümüklərinin sınığından ölümünə səbəb olan - açıq kəllə-beyin travması, baş beynin qişaları altına və maddəsinə qansızmalar, baş beynin travmatik ödemi, kəllə tağı sümüklərinin sınığı, başın alın-təpə və təpə nahiyələrinin çapılmış yaraları, sağ gözün üst və alt göz qapaqlarının qançırları kimi canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirmiş, bundan sonra o, baltanı özü ilə götürüb yaşadığı evdən çıxaraq Abşeron rayonu, Digah qəsəbəsindən rayonun Mehdiabad qəsəbəsinə doğru piyada irəliləyib, saat 09 radələrində Mehdiabad qəsəbəsinin 20 Yanvar küçəsindən ayrılan dalanda Mehdiabad qəsəbə sakini Zərərçəkmiş şəxs4 ilə rastlaşıb, sonuncudan Mehdiabad qəsəbə sakini “Kərim” adlı şəxsi və qardaşını tanıyıb-tanımaması, onların harada olması barədə suallar verdikdə, Zərərçəkmiş şəxs4 ona həmin şəxsin və qardaşının kim olmasını və harada olmasını bilmədiyi haqda cavablarının qənaətbəxş olmadığı fikrinə gəlib, öz şəxsiyyətini qarşıdakı şəxsin şəxsiyyətinin fövqündə qoyaraq, hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına açıq-aşkar zidd olaraq, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olduğunu nümayiş etdirmək üçün Zərərçəkmiş şəxs4 onun suallarına tam cavab verməməsini və suallarına etinasız yanaşmasını bəhanə edərək, yəni xuliqanlıq niyyətilə sonuncunu qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə əlindəki balta ilə Zərərçəkmiş şəxs4 baş nahiyəsinə qəsdən güclü zərbələr vurub, endirdiyi zərbələrlə sonuncuya xüsusi ağrılar yetirdiyini dərk edərək və bu zaman müstəsna qəddarlıq nümayiş etdirərək, yəni xüsusi amansızlıqla zərərçəkmişə ağır açıq kəllə-beyin travması-beyin toxumasının əzilməsi, beyin toxumasına qan sızma, sol təpə sümüyünün basılmış sınığı, başın təpə nahiyəsinin bir ədəd, sol gicgah nahiyəsinin bir ədəd, sol ənsə nahiyəsinin bir ədəd kəsilmiş-çapılmış yaraları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirsə də, Zərərçəkmiş şəxs4 oğlu Şahid2 hadisə yerinə çatıb ona növbəti zərbələri endirməyə imkan verməməsi, habelə hadisədən dərhal sonra Zərərçəkmiş şəxs4 “X19” X16 (PHŞ) çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə qəsdən adam öldürməyə yönəldilmiş hərəkətlərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla təkrarən qəsdən bir şəxsi öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 isə müalicə müəssisələrinə yerləşdirilsə də, aldığı xəsarətlərlə əlaqədar Zərərçəkmiş şəxs2 “X19” PHŞ-də xx.xx.2023-cü il tarixdə, Zərərçəkmiş şəxs1 “Respublika Kliniki Xəstəxanası” PHŞ-də xx.xx.2023-cü il tarixdə, Zərərçəkmiş şəxs3 isə “X19” PHŞ-də xx.xx.2023-cü il tarixdə öldüyündən o, xüsusi amansızlıqla qəsdən üç şəxsi öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib üzərindən uzun müddət keçdiyi üçün hazırda hadisəni tam xatırlamadığını bildirməklə ətraflı ifadə verməkdən imtina etmiş, ona ünvanlanan suallara cavab olaraq isə göstərmişdir ki, hadisə vaxtı üç nəfər şəxsi qəsdən həyatdan məhrum etmiş, hadisəni əlində olan və özünə məxsus balta ilə törətmiş, hadisəni törətməsinə səbəb isə uzun müddət əvvəl mərhum əmisigilin həyətindən dəmir boru oğurladığına görə əmisinin onu təhqir edərək polisə şikayət edəcəyini, atasına söyləyəcəyini və ona iki gün vaxt verdiyini bildirməsi ilə bağlı iradı olmuşdur. Zərərçəkmiş şəxs4 balta ilə xəsarət yetirməsinə gəldikdə isə onu əvvəldən tanımamış, hadisə günü ondan Kərimi maraqlanmaq istədikdə Ələsgər onunla kobud danışdığı üçün ona balta ilə xəsarət yetirmişdir. Ələsgərlə onu heç kim aralamamış, Ələsgəri vurduqdan sonra könüllü olaraq polis orqanına gedib təqsirini boynuna almışdır. Hazırda əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər radələrindən günorta 1 radələrinə qədər evdə olmuşdur. Evdə ondan başqa atası Mirzağa da olmuş, lakin daha sonra atası evdən çıxıb getmişdir. Günorta 1 radələrində o, qonşunun evinə təmirlə bağlı köməyə gedib axşam 6 radələrində evə qayıtmışdır. Elə piyada evə doğru gələrkən o, həyətlərində səs-küy eşitmiş, həmin səs əmisi Hicranın səsi olmuşdur. O, həyət qapısını açıb həyətə daxil olduqda əmisinin həyətdə olduğunu görmüş və sonuncuya tərəf yaxınlaşmışdır. Əmisindən nə baş verdiyi soruşduqda sonuncu acıqlı şəkildə “Bilmirsən, nə olub?” sualını vermiş, o isə bilmədiyini demişdir. Bu zaman əmisi ona “Həyətdəki dəmir boruları oğurlayıb aparmısan” demişdir. O, bu hadisənin çoxdan baş verdiyini bildirsə də, əmisi “Yalan deyirsən, bir müddət qabaq olub” söyləmişdir. O, əmisi ilə ilk öncə mübahisə etmək istəməmiş və öz evinə getmişdir. O, məlumat üçün bildirmişdir ki, hadisədən təxminən 1 il yarım öncə o, həyətlərində olan 4 ədəd uzun dəmir borunu aparıb Mehdiabad qəsəbəsi ərazisində satmış və 37 AZN pul əldə etmişdir. Həmin boruları atası və əmisi evin damından çıxarıb həyətə qoymuş və borular demək olar ki, istifadəyə yararsız vəziyyətdə olmuşdur. Lakin o, evdə olarkən əmisinin səsinin kəsilmədiyini görmüş, bu səbəbdən yenidən çölə çıxmış və əmisindən səs-küy salmamasını xahiş etmişdir. Əmisi isə “Sən bu işdə tək olmamısan, başqa adamlarla birgə oğurluq etmisən” demişdir. O əmisinə “Tək olmuşam, başqa heç kim yanımda olmamışdır, xahiş edirəm ki, camaatı bu işə qatma” demiş və əmisinin ayaqlarına qapanıb sakit olmasını bildirmişdir. Əmisi isə “Sənə cəmi 2 gün vaxt verirəm, əgər boruları yerinə qoymasan, onda hamıya deyəcəm, qırğın salacam” demişdir. Mübahisə zamanı əmisi arvadı Zümrüd və əmisi qızı Xəyalə də həyətdə olmuş, Zümrüd və Xəyalə də onun dəmir boruları təkbaşına oğurlamadığını təkrar edib səs-küy salaraq aranı qatmış və onu əsəbləşdirmişlər. Həmçinin əmisi onun ünvanına “Oğru, əclaf’ və s. bu kimi nalayiq ifadələr də işlətmiş, o isə bu sözlərə cavab verməmişdir. Onlar sözlərini dedikdən sonra evlərinə qalxmış, o da evinə getmiş və sonuncuları görməmişdir. Atası da mübahisə bitdikdən sonra, təxminən saat 20 radələrində evə gəlmişdir. O, atası əsəbləşməsin deyə mübahisə barəsində heç nə danışmamış, çünki atasının ürəyində problem olmuşdur. Həmin gecə o, fikirdən yata bilməmişdir. Əmisi və ailəsinin onu kiçik bir məsələdə ittiham etməsi, səs-küy salması, nalayiq sözlər deməsi və əsəbləşdirməsi gözünün önündən getməmiş və sonuncuları öldürmək qərarına gəlmişdir. O, sübh namazını qıldıqdan sonra təsərrüfatında olan qoyunları yemləmiş, ardınca çay içmişdir. Daha sonra əmisi və ailə üzvlərini öldürmək məqsədilə balıncının altında qoyduğu baltanı götürmüşdür. Balta paslanmış olmuş, dəstək hissəsi sarı-qəhvəyi rəngli, tiyəsi gümüşü rəngdə olmuşdur. Ümumiyyətlə, o, həmişə baltanı balıncın altına qoymuş, çünki tez-tez qoyun kəsib ət doğramaq üçün həmin baltadan istifadə etmişdir. Saat təxminən 8 radələrində baltanı götürüb əmisigilin yaşadığı yanaşı evə doğru getmişdir. Həyətdə olarkən qarşısına ilk öncə əmisi qızı Xəyalə çıxmış, Xəyaləyə heç nə demədən baltanın arxa hissəsi ilə sonuncunun baş nahiyəsinə ölməsi üçün 2-3 zərbə endirmiş, Xəyalə həmin zərbələrdən sonra yerə yıxılmışdır. O, Xəyalənin ölmədiyini görüb yerdə olarkən sonuncunun baş nahiyəsindən yenidən balta zərbəsi endirmişdir. Həmin zaman Xəyalə səs-küy sala bilməmiş və bunun ardınca o, əmisi ilə sonuncunun arvadını öldürmək üçün pilləkanlarla yuxarı qalxmışdır. O, pilləkanlarla çıxan kimi sağ tərəfdə yerləşən mətbəxdə əmisi arvadı Zümrüdün olduğunu görmüşdür. Zümrüd qızının yerdə uzandığını görüb ona “Nə edirsən?” deyə sual vermiş, o isə “Sizi öldürməyə gəlmişəm" deyə cavab vermişdir. O, Zümrüdün bu sözdən sonra kinayəli şəkildə gülməyini görüb bir az da əsəbləşmiş və onun baş nahiyəsinə elə mətbəxdə təxminən 3-4 zərbə vurmuşdur. Zümrüd bu zərbələrin təsirindən yerə yıxılmış və ölməsi üçün sonuncuya yerdə olarkən balta ilə növbəti zərbə də endirmişdir. O, daha sonra əmisini öldürmək üçün sonuncunun yatdığı otağa doğru getmişdir. Əmisi hələ çarpayıda uzanmış, lakin oyaq vəziyyətdə olmuşdur. Əmisinə yaxınlaşıb “Salam aleykum, səni öldürməyə gəlmişəm” demiş, əmisi ona nə isə demək istədikdə o, buna imkan verməmiş, əmisinin baş nahiyəsinə balta ilə səhv etmirsə, 2 zərbə endirmişdir. Əmisi həmin zaman ayağa qalxmaq istəsə də, qalxa bilməmiş və çarpayıda qalmışdır. Əmisi həmin zərbələrdən sonra özünü tam itirmiş və o, sonuncunun öləcəyini düşünüb növbəti zərbə endirməmişdir. O, evdən çıxmaq istədikdə əmisi arvadı Zümrüdün xırıldadığını görüb sonuncunun səsini kəsmək üçün baş nahiyəsindən balta ilə yenidən zərbələr endirmişdir. Pilləkanlarla aşağı düşərkən Xəyalə də xırıldamış və o, sonuncunun da səsini kəsmək üçün balta ilə baş nahiyəsinə zərbələr endirmişdir. Zərbə endirdiyi şəxslər ona hadisə yerində hər hansı müqavimət göstərməmiş və hadisəni də kənardan heç kəs görməmişdir. Bundan sonra o, əməlini etiraf etmək və təslim olmaq məqsədilə Mehdiabad polis bölməsinin binasına doğru irəliləmişdir. Evlərindən polis bölməsinə qədər 2 km məsafə olmuşdur. O, baltanı da özü ilə götürmüşdür ki, cinayətin alətini polis əməkdaşlarına təqdim etsin. Həmçinin onun üzərində qəssab bıçağı da olmuş, həmin bıçağı hər ehtimala qarşı özü ilə götürmüşdür. Yolda olarkən Mehdiabad qəsəbə sakini “Kərim” adlı şəxsin ona uzun müddət qabaq 25 AZN pul borcu olması, lakin qaytarmaması yadına düşmüş və elə 3 nəfəri baltalamışkən Kərimlə də aralarındakı məsələni aydınlaşdırmaq qərarını almışdır. Bunun üçün o, Kərimin Mehdiabad qəsəbəsində yerləşən evinə doğru gəlmiş, lakin sonuncunun evdə olmadığını öyrənib geri qayıtmışdır. Yolda olarkən onun qarşısına üzdən tanıdığı, adını “Əsgər” olaraq bildiyi şəxs çıxmışdır. Sonuncu ilə onun heç bir münasibəti olmamış, sadəcə olaraq qiyabi olaraq tanımışdır. O, sonradan öyrənmişdir ki, həmin şəxsin adı Ələsgərdir. O, Ələsgərdən Kərimin harada olmasını və qarşı səkidə olan şəxsin Kərimin qardaşı olubolmamasını soruşmuşdur. Ələsgər ona həmin şəxsin, deyəsən Kərimin qardaşı olmasını demişdir. O, Kərimin qardaşının adını Ələsgərdən soruşmuş, sonuncu da əsəbi şəkildə Kərimin qardaşının adını bilmədiyini və Kərimin özünün də harada olmasını bilmədiyini demişdir. Daha sonra o, Ələsgərə “Necə olur ki, Kərimin qardaşını tanıyırsan, amma adını bilmirsən, Kərimin də yerini bilmirsən” dedikdə Ələsgər yenidən kobud şəkildə ona “Mən nə bilim Kərim haradadı, Kərimin qardaşının adı nədi, heç birini tanımıram, beynimi xarab elədin lap” demişdir. O, Ələsgərə şirin danışdığını deyib sonuncudan nə üçün onunla bu formada danışdığını soruşmuşdur. Bu zaman Ələsgər ona “Yaxşı eləyirəm” sözünü demişdir. O, əsəbləşərək Ələsgərə “Səni bu balta ilə vurub öldürərəm” demiş, bu zaman Ələsgər "Vur görüm necə vurursan” deyə ona cavab vermişdir. O, Ələsgərin kobud davranışından əsəbləşərək anidən sonuncunu öldürmək qərarını almış və bu məqsədlə balta ilə Ələsgərin baş nahiyəsinə Mehdiabad qəsəbəsinin mərkəzi yolundan içəri doğru istiqamətlənən dalanda səhv etmirsə, 3 zərbə endirmişdir. Həmin zərbələrin təsirindən Ələsgər yerə yıxılmışdır. Ələsgər yerdə olarkən o, sonuncunun baş nahiyəsinə öldürmək üçün yenidən zərbələr endirmişdir. Elə bu zaman 2 nəfər qaça-qaça hadisənin olduğu yerə gəlmiş, o, həmin şəxsləri tanımamış və əvvəllər görməmişdir. Səhv etmirsə, həmin şəxslərin biri vurulanın oğlu olmuşdur. Sonuncular onun üzərinə gəlmək istədikdə o “Çəkilin kənara, yoxsa sizə də vuraram” demişdir. Bu zaman Ələsgərin oğlu kənardan taxta parçası götürüb ona tərəf gəlmişdir. Ələsgərin oğlu ona taxta parçası ilə vurmaq istədikdə o, sağ əli ilə taxtanın qabağını kəsmiş, sol əli ilə taxtanı almış və dərhal həmin şəxs hadisə yerindən qaçmışdır. Bundan sonra o, balta və bıçağı da özü ilə götürüb X8 könüllü şəkildə gəlmiş və 4 nəfər şəxsə balta xəsarətləri yetirdiyini bildirib təslim olmuşdur. Həmçinin o, cinayətin aləti olan baltanı və cinayəti törədərkən istifadə etmədiyi, lakin üzərində olmuş bıçağı polis əməkdaşlarına təqdim etmişdir (cild 01, iş vər. 122-126; cild 02, iş vər. 146-150; cild 03, iş vər. 39-42). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evindən çıxıb çörək almaq üçün dükana getmiş, bunun üçün qəsəbənin mərkəzi yolundan içəri doğru dalana girmiş, həmin dalanda qarşısına bir şəxs çıxmışdır. Həmin şəxs Təqsirləndirilən şəxs olmuş, sonuncunu şəxsən tanımamış, ünsiyyəti və münasibəti olmamışdır. Sərxanın həmin zaman bir əlində balta, bir əlində isə bıçaq olmuşdur. Sərxan onunla salamlaşdıqdan sonra Mehdiabad qəsəbəsində yaşayan Kərim adlı şəxsi və həmin şəxsin qardaşını tanıyıb-tanımadığını soruşmuş, o da Kərim adlı şəxsi və qardaşını tanımadığını bildirmişdir. Lakin Sərxan israrla ona eyni sualı vermiş və onun Kərim adlı şəxsi tanıdığını söyləmişdir. O isə Sərxanın suallarından bezib “Əşi Kərimi də, qardaşını da tanımıram, çıx get işinə” demişdir. O, çıxıb getmək istədikdə Sərxan “Səni balta ilə vurub öldürərəm” söyləmiş, o isə Sərxana “Çıx get burdan, mənim səninlə nə işim var” demişdir. Sərxan bu zaman əsəbləşib əlindəki baltanın arxası ilə onun baş nahiyəsinə təxminən bir neçə dəfə güclü zərbə endirmişdir. Bu zərbələrdən o, yerə yıxılmış və başından qan gəlmişdir. Ətrafdakı adamlar bunu görüb onun yanına gəlmiş və bundan sonra Sərxan ona heç bir zərbə endirməmişdir. Həmçinin oğlu Tapdıq da hadisə yerinə gəlmiş, əlindəki taxta parçası ilə Sərxana vurmaq istəmiş, sonuncu isə taxtanı Tapdığın əlindən almış və oğlu qaçmışdır. Daha sonra Sərxan hadisə yerindən uzaqlaşmış, o da təcili tibbi yardım maşını ilə X17 çatdırılmışdır. Orada ona tibbi yardım göstərilmiş, başına tikişlər qoyulmuş və həyatı xilas edilmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, hazırda ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X10 təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirmiş və təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Haşımov Rəşad Hicran oğlu təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirmiş və təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər 9 radələrində yaşadığı evdən çıxıb siqaret almaq üçün dükana getmişdir. Təxminən 20-25 metr məsafə qarşıdakı dalanda Sərxan və atası Ələsgəri söhbət edən şəkildə görmüşdür. Həmin zaman Sərxanın bir əlində balta və bir əlində bıçaq olmuşdur. O, Sərxanın qəssab olduğunu nəzərə alaraq əlində belə alətlər olmasını normal hesab etmişdir. Lakin sonra Sərxanın atası ilə əsəbi şəkildə danışdığını müşahidə etmişdir. Elə anidən Sərxan atasını itələyib baş nahiyəsinə baltanın arxası ilə bir neçə zərbə endirməyə başlamışdır. Belə olduqda o, qaçaraq mübahisənin olduğu yerə gəlmiş və Sərxanı atasının üzərindən uzaqlaşdırmaq istəmiş, lakin bacarmamışdır. Bunun ardınca o, yaxınlıqdan uzun taxta parçası götürüb Sərxanı vurmağa çalışmış, sonuncu isə taxta parçasını onun əlindən almışdır. Daha sonra ətrafa camaat toplaşdığı üçün Sərxan atasına və ona heç nə etmədən balta və bıçaqla birgə hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid ifadəsində göstərmişdir ki, 1973-cü ildə Novxanı kənd sakini X4 ilə evlənmiş, 3 övladı olmuşdur. Böyük övladının adı Sərxandır, qızlarının adı Yeganə və Güneldir, qızları ailə həyatı qurmuş və ayrı yaşamışlar. Əvvəllər özünün məhkumluğu olmuş, belə ki, öz arvadı Lətifəni ailə-məişət zəminində yaranmış mübahisə zamanı öldürmüş və 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sərxanın uşaqlıqdan nevroloji problemləri olmuş, tez dava-dalaş edən, söz-söhbət salan, əsəbləşən xarakterdə olmuşdur. Sərxan Maştağada yerləşən “Respublika Psixiatriya Xəstəxanasında bir müddət yatılı formada müalicə də almışdır. Sərxan Aynurə adlı qadınla ailə həyatı qurmuş, bu nikahdan onun “Sarənc” adlı 1 övladı dünyaya gəlmişdir. Sərxan öz arvadından da əsəbi davranışlarına görə ayrılmışdır. Sonralar Sərxan narkotik vasitələrdən istifadə etmiş və bununla əlaqədar məhkumluq həyatı yaşamışdır. Sərxanın qanunsuz əməlləri və dözülməz xarakteri onu özündən çıxardığı üçün bir neçə il qabaq Sərxanı evdən qovmuş və sonuncu bacısı ilə qalmağa başlamışdır. 1-2 il qabaq Sərxan oğurluğa görə də məhkumluq həyatı yaşamış və azadlığın məhdudlaşdırılması cəzası almışdır. O, sonralar Sərxanı bağışlamış və Sərxan onun evində yenidən qalmağa başlamışdır. Çünki görmüşdür ki, Sərxanın xarakteri və hərəkətlərində dəyişiklik var, əvvəlki kimi deyil, müsbətə doğru gedir. Qardaşına gəldikdə, qardaşı Hicran və arvadı Zümrüdlə onlar eyni həyətdə başqa evlərdə yaşamışlar. Onun qardaşının ailəsi ilə münasibətləri həmişə yaxşı olmuşdur. Hicranla Sərxanın münasibəti də yaxşı olmuş, Sərxan əmisi Hicrana böyük kimi hörmət etmiş və məsləhətlərinə qulaq asmışdır. Hadisə baş verməmişdən 1 gün qabaq, yəni xx.xx.2023-cü il tarixdə səhər 10 radələrindən axşam 20 radələrinə kimi o, əmisi oğlunun kafesində işləmişdir. Həmin zaman Sərxan evdə olmuşdur. O, işdən evə axşam gələndə yemək yeyib dərmanları içib yatmışdır. Həmin gün Hicran və ailəsini həyətdə görməmiş, həmçinin Sərxan ona xüsusi heç nə deməmişdir. O, səhəri günü, yəni xx.xx.2023-cü il səhər 8-9 radələrində səs-küyə yuxudan durmuşdur. Görmüşdür ki, həyətdə 1-2 qonşu var və “Kömək eləyin” deyə qışqırmışlar. Həmin zaman həyətdə yerdə Hicranın qızı Xəyalə uzanmış və ətrafında qan olmuşdur. O, bəlkə Xəyalənin əri ilə dava-dalaş etdiyini düşünmüş, bunun üçün köməklik məqsədilə “Sərxan, Sərxan” deyə qışqırmış, bu zaman qonşular “Elə bunları Sərxan vurub da” demişdir. O, Hicrangilin evinə qalxanda mətbəxin qapısı ağzında Zümrüdün qanlı bədənini görmüşdür. Hicranın otağına keçdikdə isə sonuncunun yatdığı otağın çarpayısında Hicranı görmüş, o da hərəkətsiz olmuş və ətrafı qanla dolu olmuşdur. Artıq başa düşmüşdür ki, Sərxan Hicran, Zümrüd və Xəyaləni hansısa küt və kəsici predmetlə vurmuşdur. Sonradan eşitmişdir ki, Sərxan bu hadisəni törətdikdən sonra Mehdiabad qəsəbəsinə getmiş, orada Ələsgər adlı bir şəxsə də balta ilə xəsarətlər yetirmiş, daha sonra isə X8 gedərək təslim olmuşdur. Hadisənin hansı səbəbdən baş verdiyini dəqiq bilməmiş, hadisəni görməmiş və eyni zamanda Sərxan Hicran və ailəsinə balta zərbələri endirərkən hər hansı səs eşitməmişdir. Sərxan ona heç vaxt Hicran və ailəsini öldürəcəyini deməmiş və onların arasında hər hansı mübahisə baş verməsinin şahidi olmamışdır. Sadəcə olaraq sonradan eşitmişdir ki, oğlu Sərxan hadisədən 1 gün qabaq qardaşı Hicranla və sonuncunun ailə üzvləri ilə birgə yaşadıqları həyətdə mübahisə etmiş, belə ki, sonuncu həyətdə qoyulmuş dəmir boruların oğurlanmasında Sərxanı günahkar bilib əsəbləşmişdir. Sərxan da xaraktercə əsəbi biri olduğundan yəqin ki, bu söz-söhbətdən sonra gecə beyninə əmisi və sonuncunun ailə üzvlərini öldürmək fikri girmiş və beləcə, Hicran və ailə üzvlərinə balta ilə xəsarətlər yetirərək qətlə yetirmişdir (cild 02, iş vər. 12-17). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli təqrirdən görünür ki, Abşeron rayon prokurorluğunun müstəntiqi X18 rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımova müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin növbətçi hissəsindən daxil olmuş məlumatda 4 nəfər şəxsin balta zərbələrinə məruz qalıb kəlləbeyin travması alaraq “Respublika Klinik Xəstəxanası və X19 adlı xəstəxanalara yerləşdirilməsi göstərilmişdir. (cild 01, iş vər. 04) Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış” protokolundan görünür ki, həmin tarixdə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Abşeron rayonu, Digah qəsəbəsində qəsəbənin mərkəzindən 1 km məsafədə yerləşən, Hicran Haşımov və Mirzağa Haşımovun ailələrinin yaşadığı həyət evidir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşyalar və dəlillər müvafiq qaydada qablaşdırılaraq götürülmüş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 05- 26). Cinayət işinin materiallarında olan “Hadisə yerindən götürülmüş əşyalara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən əşyalar - hadisə yerindən götürülmüş 01 ədəd döşək üzü, 01 ədəd balınc üzü, 01 ədəd mələfə və 01 ədəd təsbehdir. Döşək üzü - Mərhum Zərərçəkmiş şəxs1 yatdığı çarpayıda aşkar edilmiş və götürülmüşdür. Ağ-sarımtıl rəngli materialdandır, bütün səthi boyu qəhvəyi rəngli qanabənzər ləkələrə bulaşmışdır. Döşək üzünün uzunluğu 2200 mm, eni 1440 mm-dir, üzərində zədə aşkar edilməmişdir. Balınc üzü - Mərhum Zərərçəkmiş şəxs1 yatdığı çarpayıda aşkar edilmiş və götürülmüşdür. Ağ-sarımtıl rəngli materialdandır, naxışlıdır, dördkünc formalıdır, səthi tamamilə qəhvəyi rəngli qanabənzər ləkələr və qurumuş hissəciklərlə bulaşmışdır, ölçüləri 745 x 535 mm-dir, üzərində zədə aşkar edilməmişdir. Mələfə - Zərərçəkmiş Zərərçəkmiş şəxs4 balta xəsarətləri aldığı yerdə aşkar edilərək götürülmüşdür. Ağ rəngli materialdandır, səthi göy rəngli güllü-naxışlıdır, üzərində qəhvəyi rəngli qanabənzər ləkələr var. Döşək üzünün uzunluğu 1880 mm, eni 1410 mm-dir, üzərində zədə aşkar edilməmişdir. Təsbeh - Zərərçəkmiş Zərərçəkmiş şəxs4 balta xəsarətləri aldığı yerdə aşkar edilərək götürülmüşdür. Sarımtıl-qəhvəyi rənglidir, iki ədəd başlıqdan və iyirmi iki ədəd muncuqdan ibarətdir, uzunluğu 150 mm-dir, üzərində qəhvəyi rəngli qanabənzər ləkələr var, lakin üzərində zədə aşkar edilməmişdir (cild 01, iş vər. 154- 159). Cinayət işinin materiallarında olan “Baltaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən əşya Abşeron RPİ Mehdiabad PB tərəfindən təqdim edilən, Təqsirləndirilən şəxs tərəfindən 4 şəxsə xəsarətlər yetirərkən istifadə edilmiş baltadır. Balta dəstək və metal hissədən ibarətdir, ümumi uzunluğu 385 mm-dir. Baltanın dəstəyi - sarı rəngli taxta materialdandır, sərbəst ucu 130 mm məsafəyədək qırmızı rənglidir, uzunluğu 335 mm, eni 35 mm-dən 45 mm-ə qədər, qalınlığı 25 mm-dir. Baltanın dəstəyi üzərində açıq qəhvəyimtil rəngli qanabənzər ləkələr müşahidə olunur. Baltanın işçi metallik hissəsi - qara-boz rəngli metaldandır, işlənmə nəticəsində rəngi əksər hissədə silinmiş, gümüşü rənglidir, paslanmışdır, ümumi ölçüsü 162 x 115 mm-dir, küpdən və tiyədən ibarətdir. Küp dördbucaq formalıdır, tiyəsi trapesvari formalıdır. Baltanın tiyəsinin hər iki səthində qəhvəyi rəngli qanabənzər ləkələr aşkar edilmişdir (cild 01, iş vər. 84-87). Cinayət işinin materiallarında olan “Zərərçəkmiş şəxs4 paltarlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən paltarlar - Zərərçəkmiş şəxs4 hadisə zamanı üzərində olmuş 01 ədəd göy rəngli, üzərində damalar olan klassik şalvar (01 ədəd qəhvəyi rəngli kəmərlə birgə), 01 ədəd ağ-boz-göy rəngli damalı tuman, 01 ədəd qara rəngli, kəsilmiş formada olan qısaqol köynək və 01 ədəd qara rəngli, kəsilmiş formada olan maykadır. 1. Mayka - qara rəngli materialdandır, qolsuzdur, üzərində geyilmə izləri və çoxsaylı kəsik xətləri vardır. Maykanın uzunluğu 540 mm, eni 440 mm-dir. Maykanın ön və arxa hissəsində qəhvəyimtil rəngli qanabənzər ləkələr aşkar edilmiş, lakin üzərində zədə aşkar edilməmişdir. 2. Köynək - qara rəngli materialdandır, qısaqolludur, yaxalığı iki ədəd düymə ilə bağlanır, səthi çirklidir, kəsilmiş formadadır, üzərində xeyli həcmdə qəhvəyi rəngli qanabənzər ləkələr vardır. Köynəyin uzunluğu 650 mm, çiyin nahiyəsində eni 440 mm, qollarının uzunluğu 180 mm-dir. Köynək üzərində zədə aşkar edilməmişdir. 3. Şalvar - göyümtül rəngli, damalı materialdandır, üzərində ağ-boz rəngli naxış səthi çirklidir, üzərində qəhvəyi rəngli qanabənzər ləkələr vardır. Bel nahiyəsində olan ilgəklərə qəhvəyi rəngli dəriyəoxşar kəmər keçirilmişdir. Şalvarın uzunluğu 910 mm, bel nahiyəsində diametri 410 mm-dir, üzərində zədə aşkar edilməmişdir. 4. Tuman - göy-ağ-boz zolaqlı materialdandır. Uzunluğu 330 mm, bel nahiyəsində diametri 325 mm-dir. Üzərində qanabənzər ləkələr aşkar edilmiş, lakin zədə aşkar edilməmişdir (cild 01, iş vər. 145-150). Cinayət işinin materiallarında olan “Zərərçəkmiş şəxs2 paltarlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən paltarlar - Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 ədəd tünd çəhrayı rəngli tuman, 01 ədəd açıq çəhrayı rəngli, üzərində qara naxışlar olan, kəsilərək hissələrə ayrılmış məmədan, 01 ədəd boz rəngli, kəsilmiş formada olan don və 01 ədəd qırmızı-sarı rəngli dəsmal olmuşdur. Tuman_çəhrayı rəngli materialdandır, uzunluğu 320 mm, bel nahiyəsində diametri 315 mm-dir, üzərində qəhvəyi rəngli qanabənzər ləkələr vardır. Tuman üzərində hər hansı zədə aşkar edilməmişdir. Məmədan - üç hissədən ibarətdir, qara rəngli materialdandır, açıq çəhrayı rəngli naxışları var, kəsilmiş formadadır və üzərində qəhvəyi rəngli qanabənzər ləkələr müşahidə edilir. Məmədan üzərində hər hansı zədə aşkar edilməmişdir. Don - boz rəngli materialdandır, qısaqolludur, yaxalığı dairəvi formalıdır, sol döş nahiyəsində bir ədəd sancaq keçirilmişdir, üzərində geyilmə izləri, geniş sahələrdə qəhvəyi rəngli qanabənzər ləkələr vardır. Donun üzərində çoxsaylı kəsik xətləri də vardır. Donun uzunluğu 850 mm, çiyin nahiyəsində eni 460 mm, qollarının uzunluğu 215 mm-dir. Donun üzərində hər hansı zədə aşkar edilməmişdir. Dəsmal - sarımtıl-qəhvəyi rəngli materialdandır, bir səthində “Happy Time” sözləri yazılmışdır, ölçüləri 580 mm x 645 mm-dir, üzərində qəhvəyi rəngli qanabənzər ləkələr vardır, lakin zədələr aşkar edilməmişdir (cild 01, iş vər. 91-95). Cinayət işinin materiallarında olan “Zərərçəkmiş şəxs3 paltarlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən paltarlar - Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş 01 ədəd boz rəngli tuman və 01 ədəd üzərində naxışlar olan, kəsilmiş formada olan tünd göy rəngli don olmuşdur. Don - göy rəngli materialdandır, qısaqolludur, yaxalığı dairəvi formalıdır, qollarının kənarında və ön səthinin aşağı hissəsində qırmızı-ağ rəngli, zolaq şəkilli naxışlar var. Donun üzərində geyilmə izləri, çoxsaylı kəsiklər və qəhvəyi rəngli qanabənzər ləkələr var. Donun uzunluğu 860 mm, çiyin nahiyəsində eni 450 mm, qolların uzunluğu 180 mm-dir, üzərində zədə aşkar edilməmişdir. Tuman - boz rəngli materialdandır, üzərində geyilmə izləri və qəhvəyi rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Uzunluğu 210 mm, bel nahiyəsində diametri 280 mm-dir, tuman üzərində zədələr aşkar edilməmişdir (cild 01, iş vər. 96-98). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi xx.xx.2023-cü il tarixdə videoçəkilişlə yerində yoxlanılarkən, sonuncu ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etməklə hadisə yerinə gedən yolu, hadisə yeri olan - ünvan 1 ünvanındakı həyətlə fərdi yaşayış evini və ünvan 2ndən ayrılan dalanı göstərmiş, habelə çəkiliş zamanı əmisi Zərərçəkmiş şəxs1, əmisi arvadı Zərərçəkmiş şəxs2 və əmisi qızı Zərərçəkmiş şəxs3m balta ilə harada, hansı formada zərbələr vurub xəsarət yetirərək öldürdüyünü, Zərərçəkmiş şəxs4 isə balta ilə xəsarətlər yetirdiyini göstərməklə hadisəni əyani olaraq təsvir etmişdir (cild 01, iş vər. 99-103). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1480 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar olunmuş xəsarətlər - ağır açıq kəllə- beyin travması - beyin toxumasının əzilməsi, beyin toxumasına qansızma, sol təpə sümüyünün basılmış sınığı, başın təpə nahiyəsinin 1 ədəd, sol gicgah nahiyəsinin 1 ədəd, sol ənsə nahiyəsinin 1 ədəd kəsilmiş-çapılmış yaraları iti kəsici-çapıcı alətin zərbələrin təsirindən törədilmiş, müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir (cild 02, iş vər. 45-67). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01,08.2023-cü il tarixli, 86 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı 1) Açıq kəllə beyin travması. Baş beynin qişaları altına və maddəsinə qansızmalar. Baş beynin travmatik ödemi. Kəllə tağı və əsası sümüklərinin sınığı. Başın alın-təpə və təpə nahiyələrinin çapılmış yaraları; 2) Sağ gözün üst və alt göz qapaqlarının qançırları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcələrinə görə canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olmuşlar. Həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilmələri mümkün olmuşdur. Zərərçəkmiş şəxs2 ölümünün səbəbi - Açıq kəllə beyin travması. Baş beynin qişaları altına və maddəsinə qansızmalar. Baş beyinin travmatik ödemi. Kəllə tağı və əsası sümüklərinin sınığı xəsarətləri olmuşdur. Zərərçəkmiş şəxs2 ölümü X14 xx.xx.2023-cü il tarixdə, saat 14:00-da baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmamışdır. Zərərçəkmiş şəxs2 meyitində aşkar olunmuş çapılmış yaraların xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan baltanın konstuktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd olunan çapılmış yaralar ekspertizaya təqdim olunmuş baltanın və ona oxşar alətlərin təsirindən əmələ gələ bilərmiş. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir (cild 02, iş vər. 84-96). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01,08.2023-cü il tarixli, 88 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı 1) Açıq kəllə- beyin travması. Baş beynin qişaları altına və maddəsinə qansızmalar. Baş beynin travmatik ödemi. Kəllə tağı sümüklərinin sınığı. Başın alın-təpə və təpə nahiyələrinin çapılmış yaraları 2) Sağ gözün üst və alt göz qapaqlarının qançırları; sağ bazu oynağı nahiyəsinin sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqədədirlər və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olmuşlar. Həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs1 ölümünün səbəbi - açıq kəllə-beyin travması, baş beynin qişaları altına və maddəsinə qansızmalar, baş beynin travmatik ödemi və kəllə tağı sümüklərinin sınığı olmuşdur. Zərərçəkmiş şəxs1 ölümü M.Ə.Mirqasımov adına “Respublika Kliniki Xəstəxanasında xx.xx.2023-cü il tarixdə saat 10:30-da baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmamışdır. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş çapılmış yaraların xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan baltanın konstruktiv xüsusiyyələrini nəzərə alaraq demək olar ki, həmin çapılmış yaralar ekspertizaya təqdim olunmuş baltanın və ona oxşar alətlərin təsirindən əmələ gələ bilər. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) və salisatlar aşkar edilməmişdir (cild 02, iş vər. 68-83). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01,08.2023-cü il tarixli, 92 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 meyitinin məhkəmə tibbi müayinəsi zamanı 1) Başın yumşaq toxumalarının iç səthinə alın, sağ gicgah-ənsə nahiyəsinə qansızmalar. Beynin sərt və yumşaq qişaları altına, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar, kəllə tağı və əsası sümüklərinin açıq sınıqları, burun sümüyünün qapalı sınığı 2) Başın alın nahiyəsinin 2 ədəd, başın sağ gicgah-ənsə nahiyəsinin 1 ədəd kəsilmiş-çapılmış yaraları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs3 ölümündən əvvəl, kəsici-çapıcı alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim olunmuş balta təsirindən törənə bilər; qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər; ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcələrinə görə canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs3 ölümünə səbəb - açıq kəlləbeyin travması - beynin qişaları altına, beyin toxumasına qansızmalar, kəllə tağı və əsası sümüklərinin açıq və qəlpəli sınıqları olmuşdur. Zərərçəkmiş şəxs3 ölümü xx.xx.2023-cü il tarixdə, saat 10:45-də “X19” xəstəxanasında baş vermişdir. Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir (cild 02, iş vər. 97-103). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2023cü il tarixli, 640/2022-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunan “H.C.Həşimovun xəsarət aldığı otaqdakı çarpayıdan” götürülmüş mələfə və yastıq üzü üzərində AB(H)/İV/ qruplu insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus olması inkar olunmur. Zərərçəkmiş şəxs4 məxsus alt mayka, köynək, trusik, şalvar, onun xəsarət yetirildiyi küçədən götürülmüş mələfə və təsbeh üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda А,В və H antigenləri alındı. Bu qan ləkələri AB(H)/İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs4 məxsus ola bilər. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs3 məxsus don və trusik üzərində insan qanı aşkar olundu. Bu qan ləkələri Abeta(H)/ll/ qruplu şəxsə, o cümlədən zərəçəkmiş Zərərçəkmiş şəxs3 məxsus ola bilər. Onun xəsarət aldığı həyətdən “1” və “4” nömrəli çubuqlu pambıq tamponlara hopdurulmuş ləkələrdə də insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda ‘A” və “H” antigenləri alındı. Bu qan ləkələri Abeta(H)/lİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs3 və ya Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Zərərçəkmiş şəxs2 məxsus əski parçası, don, trusik, büstqalter üzərində, onun xəsarət aldığı yerdən “2” nömrəli çubuqlu pambıq tampona hopdurulmuş ləkədə insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri. don üzərindəki ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta(H)/ll/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Tədqiqata təqdim olunan balta üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələri AB(H)/İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs4 və ya Zərərçəkmiş şəxs1 Sarənc oğluna məxsus ola bilər. Qanın qarışıq olduğu halda isə ləkələrdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2da qarışmış qanının olması inkar edilmir. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Təqdim olunan bıçaq üzərində qana şübhəli ləkələrdə qan aşkar olunmadı (cild 02, iş vər. 106-114). Cinayət işinin materiallarında olan kompleks komisyon stasionar məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 155 nömrəli rəyinin psixiatrik ekspertiza üzrə nəticə hissəsinə əsasən, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “İmpulsiv tipli emosional şəxsiyyət pozuntusundan” əziyyət çəkmişdir. Şəxsiyyətin emosional davamsız pozuntusu - nəticələri nəzərə almadan müəyyən impulsiv hərəkətlərə meyilliklə xarakterizə olunan şəxsiyyət pozuntusudur. Həmin pozuntunun impulsiv tipi, əsasən, qeyri-stabilliklə, emosional kontrolun çatmamazlığı ilə, ətrafdakılarla tez-tez konfliktlərinin olması ilə səciyyələnmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqlı vəziyyətdə olmuşdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Lakin Təqsirləndirilən şəxs “İmpulsiv tipli emosional şəxsiyyət pozuntusun” xroniki psixi xəstəliyindən əziyyət çəkməsi səbəbindən anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs anlaqlılı ğı istisna etməyən psixi pozuntulu şəxs kimi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs ictimai təhlükəli əməli törətdikdən sonra da “İmpulsiv tipli emosional şəxsiyyət pozuntusundan” kimi psixi pozuntudan əziyyət çəkmişdir. Lakin bu pozuntu Təqsirləndirilən şəxs öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Yoxlanılan şəxsin əziyyət çəkdiyi “İmpulsiv tipli emosional şəxsiyyət pozuntusu” xəstəliyinin gedişində natamam remissiya vəziyyətinə keçid baş verdiyi müəyyən edilir. Odur ki, belə bir vəziyyətə keçid Təqsirləndirilən şəxs istintaq təcridxanasında, cəzaçəkmə müəssisəsində və s. yerdə olduğu müddətdə onun nəzarət altında saxlanılmasına və müvafiq müalicə tədbirinin görülməsinə zərurət yarandığını göstərir. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. Buna görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirinin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs hal-hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətindədir. Həmin ekspert rəyinin psixoloji ekspertiza üzrə nəticə hissəsinə əsasən, Sərxan Həşimovun fərdi-psixi xüsusiyyətlərində kinlilik, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, emosional dayanıqsızlıq, impulsivlik, affektiv reaksiyalara meylilik, neqativ amillərin təsirinə qarşı dözümsüzlük və s. müəyyən edilir. Qərarın təsviri hissəsində qeyd olunan cinayət əməllərini törədən zaman S.Həşimovun emosional vəziyyəti, onda müəyyən edilən psixi pozuntu ilə şərtləşdiyindən, o, törətdiyi əməllər zamanı öz hərəkətlərinin mahiyyətini tam dərk etmək iqtidarında olmaya bilərmiş. Lakin yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməl(lər)ini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 02, iş vər. 221-228). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.2, 120.2.9, 29,120.2.7, 122, 126.3 və 221-ci maddələrinin tərkibi olmadığından, onun barəsində həmin hissədə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 03, iş vər. 09- 29). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Sözügedən plenum qərarında həmçinin göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1, yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir. İki və ya daha çox qəsdən adam öldürmə vahid qəsdlə əhatə olunmadıqda ayrıayrı vaxtlarda törədildikdə təqsirkarın əməli təkrar adam öldürmə kimi CM-nin 120.2.10cu maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini təşkil edir. Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanması kimi istintaq hərəkətlərinin protokolları və s.) təsdiq olunur ki, ...“ Təqsirləndirilən şəxs üç şəxsi vahid niyyətlə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, təkrarən bir şəxsi xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 120.2.4, 120.2.7, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-59-2/2-8621 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə hadisədən dərhal sonra X8 yaxınlaşaraq 4 nəfər şəxsə balta ilə xəsarət yetirdiyini bildirmiş, polis əməkdaşlarına təslim olmuş, əlindəki baltanı və bıçağı polis əməkdaşlarına könüllü təqdim etmişdir (cild 01, iş vər. 27). Mövcud ekspert rəyinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi CM-in 59.1.9-cu maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna alması isə CM-in 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. CM-in 22.1-ci maddəsində göstərilmişdir ki, anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 22.2-ci maddəsində isə göstərilmişdir ki, anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 02, iş vər. 231-233). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 21-2/3-6694 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, o cəzasının 04 ay 12 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 01 il 03 ay 28 gün təşkil etmişdir (cild 02, iş vər. 220). CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Belə olan halda məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, lakin törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, onun soyuqqanlıqla üç nəfər şəxsi qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməsini, bir nəfər şəxsi isə heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etməsini, habelə zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin hazırda ondan şikayətçi olmasını əsas götürərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-in 120.2.4 və 120.2.7-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın, yəni ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, təqsirli bilindiyi digər maddələrlə ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını və CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə əhatə etmə qaydasında təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 57.1-ci maddəsində göstərilmişdir ki, ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ömürlük azadlıqdan məhrum etmə cəzasının tətbiqi məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdır ki, qanunda göstərilən hallarda belə cəza yalnız o vaxt tətbiq oluna bilər ki, həmin cəzanın təyini cəzanı ağırlaşdıran xüsusi hallarla və cinayəti törətmiş şəxsin cəmiyyət üçün son dərəcə təhlükəli olması ilə şərtləşmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, şəxsiyyət əleyhinə bu formada, yəni insan həyatını heçə sayan formada xüsusilə ağır cinayət törətmiş şəxs cəmiyyət üçün son dərəcə təhlükəlidir və odur ki, Təqsirləndirilən şəxs ömürlük cəmiyyətdən təcrid edilməlidir. Həmçinin, təqsirləndirilən şəxsin əvvəlki məhkumluğu ilə bağlı, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən ona təyin olunan və üzərində çəkilməmiş qalan 1 il 03 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsə hazırki hökmlə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən və hazırda qüvvədə olan Cinayət Məcəlləsində bundan ağır cəza nəzərdə tutulmadığından, həmçinin ömürlük azadlıqdan məhrum etmə cəzası hər hansı bir müddətlə məhdudlaşdırılmadığından, CM-in 68.1.1-1-ci maddəsinə əsasən onun üzərində çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hesablanmalı və CM-in 67-ci maddəsinə əsasən, yəni hökmlərin məcmusu qaydasında hazırki hökmlə təyin olunan cəza ilə əhatə olunmalıdır. Eyni zamanda, təqsirləndirilən şəxsə CPM-in 356.6-cı maddəsinə əsasən əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Abşeron Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuş və məhkəmənin qərarı ilə əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 55, 142-144). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan və ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin olunduğundan, o, CM-in 56.1.5-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını həbsxanada çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan kompleks komisyon stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 155 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 22.2ci maddəsinin təsiri altına düşdüyündən, ona cəza çəkdiyi müddətdə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və CİM-nin 17.1-ci maddəsinə əsasən həmin tibbi xarakterli tədbirin icrası cəza çəkdiyi müəssisəyə həvalə olunmalıdır. Belə ki, CİM-in 17.1-ci maddəsində göstərilmişdir ki, məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd balta, hadisə yerindən götürülmüş "1”, “2” və “4” nömrəsi atlında qanabənzər ləkələrin hopdurulduğu pambıqlı çöp, “3” nömrəsi altında ağ-sarı rəngli balınc üzü və ağ-sarı rəngli döşək üzü, habelə ağ-göy rəngli döşək üzü (mələfə) və 01 ədəd təsbeh; təqsirləndirilən şəxsin hadisə zamanı əynində olmuş - 01 ədəd qara qısaqol üçdüymə köynək və 01 ədəd qara şalvar, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş - 01 ədəd tünd çəhrayı rəngli tuman, 01 ədəd açıq çəhrayı rəngli, üzərində qara naxışlar olan, kəsilərək hissələrə ayrılmış məmədan, 01 ədəd boz rəngli, kəsilmiş formada olan don və 01 ədəd qırmızı-sarı rəngli dəsmal, Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş - 01 ədəd boz rəngli tuman, 01 ədəd üzərində naxışlar olan, kəsilmiş formada olan tünd göy rəngli don, Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli, üzərində damalar olan klassik şalvar (01 ədəd qəhvəyi rəngli kəmərlə birgə), 01 ədəd ağ-boz-göy rəngli damalı tuman, 01 ədəd qara rəngli, kəsilmiş formada olan qısaqol köynək və 01 ədəd qara rəngli, kəsilmiş formada olan mayka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokoluna əlavə edilmiş 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə mülki iddianın, məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə az ciddi cəza daha ciddi cəza ilə əhatə edilməklə Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 08 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 03 ay 28 günü həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilən ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əhatə edilsin və Təqsirləndirilən şəxs qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını həbsxanada çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və həmin tibbi xarakterli tədbirin icrası cəza çəkdiyi müəssisəyə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan - 01 ədəd balta, hadisə yerindən götürülmüş "1”, “2” və “4” nömrəsi atlında qanabənzər ləkələrin hopdurulduğu pambıqlı çöp, “3” nömrəsi altında ağ-sarı rəngli balınc üzü və ağ-sarı rəngli döşək üzü, habelə ağ-göy rəngli döşək üzü (mələfə) və 01 ədəd təsbeh; təqsirləndirilən şəxsin hadisə zamanı əynində olmuş - 01 ədəd qara qısaqol üçdüymə köynək və 01 ədəd qara şalvar, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş - 01 ədəd tünd çəhrayı rəngli tuman, 01 ədəd açıq çəhrayı rəngli, üzərində qara naxışlar olan, kəsilərək hissələrə ayrılmış məmədan, 01 ədəd boz rəngli, kəsilmiş formada olan don və 01 ədəd qırmızı-sarı rəngli dəsmal, Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş - 01 ədəd boz rəngli tuman, 01 ədəd üzərində naxışlar olan, kəsilmiş formada olan tünd göy rəngli don, Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli, üzərində damalar olan klassik şalvar (01 ədəd qəhvəyi rəngli kəmərlə birgə), 01 ədəd ağ-boz-göy rəngli damalı tuman, 01 ədəd qara rəngli, kəsilmiş formada olan qısaqol köynək və 01 ədəd qara rəngli, kəsilmiş formada olan mayka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. - təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokoluna əlavə edilmiş 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar