Məhkəmə qərarları › İş №1(124)-516/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-516/2025

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-516/2025 03.03.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X12 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında faktiki olaraq yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixədək olan müddət ərzində Rusiya Federasiyasında olduğu müddət ərzində tanışı Şahid1 ilə cinayət əlaqəsinə girərək xeyli miqdarda stomatoloji ləvazimatları idarə etdiyi “Renault” markalı, 90MX321 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerində daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük orqanına bəyan etmədən, qaçaqmalçılıq yolu ilə keçirib Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirmək barədə sövdələşmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 3916 manat dəyərində 1152 ədəd “Lot 202001C3 М2” yazılı, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 1305,60 manat dəyərində 384 ədəd “Lot 202001C3 S4” yazılı, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 1298,80 manat dəyərində 382 ədəd “Lot 202001C3 S1” yazılı, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 3264 manat dəyərində 960 ədəd “Lot 202001C3 М3” yazılı, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 2611,20 manat dəyərində 768 ədəd “Lot 202001C3 S2” yazılı, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 1632 manat dəyərində 480 ədəd “Lot 202001C3 L2” yazılı, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 4896 manat dəyərində 1440 ədəd “Lot 202001СЗ M4” yazılı, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 1305,60 manat dəyərində 384 ədəd “Lot 202001C3 L4” yazılı, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 1632 manat dəyərində 480 ədəd “Lot 202001C3 L3” yazılı, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 1958,40 manat dəyərində 576 ədəd “Lot 202001C3 S3” yazılı, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 652,80 manat dəyərində 192 ədəd “Lot 202001C3 L6” yazılı, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 652,80 manat dəyərində 192 ədəd “Lot 202001C3 L5” yazılı, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 1632 manat dəyərində 480 ədəd “Lot 202001C3 L1” yazılı və 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 2611,20 manat dəyərində 768 ədəd “Lot 202001 СЗ МГ yazılı diş vida postunu, 1 qutusunun qiyməti 22 manat olmaqla, 1474 manat dəyərində 67 qutu “B&E Xs-Fil” yazılı dişin işıqla müalicəsi üçün qatran stomotoloji vasitəsini, 1 qutusunun qiyməti 9 manat olmaqla, 2700 manat dəyərində 300 qutu “Hidrophilic paper” yazılı diş üçün artikulyar kağızı, 1 qutusunun qiyməti 11 manat olmaqla, 1089 manat dəyərində 99 qutu “RA0309” yazılı diş üçün kompozit cilalama dəstini, 1 qutusunun qiyməti 7 manat olmaqla, 1400 manat dəyərində 200 qutu “Top M X21” yazılı, 1 qutusunun qiyməti 7 manat olmaqla, 364 manat dəyərində 52 qutu “X16 Metal № 1.0973” yazılı, 1 qutusunun qiyməti 7 manat olmaqla, 364 manat dəyərində 52 qutu “X16 Metal № 1.0971” yazılı, 1 qutusunun qiyməti 7 manat olmaqla, 350 manat dəyərində 50 qutu “X16 Metal № 1.0972” yazılı, 1 qutusunun qiyməti 7 manat olmaqla, 350 manat dəyərində 50 qutu “X16 Metal № 1.0974” yazılı, 1 qutusunun qiyməti 7 manat olmaqla, 350 manat dəyərində 50 qutu “X16 Metal № 1.0976” yazılı, 1 qutusunun qiyməti 7 manat olmaqla, 350 manat dəyərində 50 qutu “X16 Metal № 1.0975” yazılı və 1 ədədinin qiyməti 7 manat olmaqla, 1050 manat dəyərində 150 ədəd “Tor M Матрицы средние” yazılı diş üçün metal matrisləri, 1 qutusunun qiyməti 7 manat olmaqla, 336 manat dəyərində 48 qutu “FG X17” yazılı diş üçün vasitəni, 1 paketinin qiyməti 1,80 manat olmaqla, 2196 manat dəyərində 1220 paket “Niti Archwire” yazılı diş üçün məftilləri, 1 ədədinin qiyməti 6 manat olmaqla, 2994 manat dəyərində 499 ədəd “X18” yazılı diş üçün dil düymələri, 1 qutusunun qiyməti 75 manat olmaqla, 11400 manat dəyərində 499 qutu “B&E Pattern Flow” yazılı diş üçün işıqla müalicə olunan qətranı, 1 qutusunun qiyməti 25 manat olmaqla, 675 manat dəyərində 27 qutu “B&E Chemitemp NE 5 ml” yazılı və 1 qutusunun qiyməti 25 manat olmaqla, 375 manat dəyərində 15 qutu “Chemitemp NE 5 ml” yazılı diş üçün sementi, 1 ədədinin qiyməti 40 manat olmaqla, 400 manat dəyərində 10 ədəd “cem İmplant” yazılı, 1 qutusunun qiyməti 11 manat olmaqla, 11000 manat dəyərində 1000 qutu “TOP BM Диски” yazılı, 1 bağlamasının qiyməti 5 manat olmaqla, 2510 manat dəyərində 502 bağlama “Ligature tie” yazılı və 1 qutusunun qiyməti 3,40 manat olmaqla, 343,40 manat dəyərində 101 qutu “X28 X29 **********” yazılı diş üçün stomotoloji vasitəni, 1 ədədinin qiyməti 22 manat olmaqla, 924 manat dəyərində 42 ədəd “B&E Block-Dam 1,2 ml” yazılı diş üçün işıqla müalicə olunan ağartma bəndini, 1 qutusunun qiyməti 22 manat olmaqla, 6160 manat dəyərində 280 qutu “B&E Flow A2 1,2 ml” yazılı və 1 qutusunun qiyməti 22 manat olmaqla, 2640 manat dəyərində 120 qutu “B&E Flow A3 1,2 ml” yazılı diş üçün işıqla sərtləşən kompozit qətranı, 1 qutusunun qiyməti 20 manat olmaqla, 1860 manat dəyərində 93 qutu “Dental Care” yazılı stomotoloji vasitəni, 1 qutusunun qiyməti 75 manat olmaqla, 3000 manat dəyərində 40 qutu “B&E Crown” yazılı diş üçün körpü materialını, 1 qutusunun qiyməti 45 manat olmaqla, 450 manat dəyərində 10 qutu “ChemiSil Bite-Blu” yazılı diş üçün stomatoloji materialı, 1 qutusunun qiyməti 45 manat olmaqla, 1575 manat dəyərində 35 qutu “B&E Cem İmplant 5 ml” yazılı diş üçün ikiqat qətran sementi, 1 paketinin qiyməti 2,50 manat olmaqla, 5005 manat dəyərində 2002 paket “X25 0197” yazılı və 1 qutusunun qiyməti 6 manat olmaqla, 4398 manat dəyərində 733 qutu “X20 MO053366” yazılı diş breketi üçün vasitəni, 1 qutusunun qiyməti 2,50 manat olmaqla, 487,50 manat dəyərində 195 qutu üzərində hər hansı yazısı olmayan diş üçün takozları, 1 ədədinin qiyməti 20 manat olmaqla, 8840 manat dəyərində 442 ədəd “Tip model P1” yazılı, 1 ədədinin qiyməti 2,50 manat olmaqla, 250 manat dəyərində 100 ədəd “ЕГ yazılı, 1 qutusunun qiyməti 1 manat olmaqla, 100 manat dəyərində 100 qutu “X26” yazılı diş üçün stomotoloji vasitəni və 1 ədədinin qiyməti 10 manat olmaqla, 1000 manat dəyərində 100 ədəd diş yonmaq üçün ağızlıqların qoyulması üçün qablar olmaqla ümumilikdə xeyli miqdarda - 108129,10 manat dəyərində stomatoloji ləvazimatları Şahid1 əldə edərək idarə etdiyi nəqliyyat vasitəsinin yük yerində daşınmaqla Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-dən Azərbaycan Respublikasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X5 ünvanına idxal olunaraq xx.xx.2025-ci il tarixli, **********1798 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə gömrük orqanına bəyan olunmuş “qadınlar və qızlar üçün xalat”, “tavanlar üçün kölgə diffuzor”, “ayaqqabı üçün rezin altlıq”, “papaqlar”, “uşaq paltarları”, “poliamid”, “qatran”, “lodka”, “boya”, “plyonka peçat üçün”, “poliqrafiya üçün kağızlar”, “müxtəlif yönlü vasitə”, “voylok”, "dəsmal”, “kitablar”, “kağız paketlər”, “manikür və pedikür vasitələri”, “krem” və “saç üçün qulluq vasitələri” yüklərindən ibarət qarışıq tərkibdə olan yüklərlə birlikdə idarə etdiyi “Renault” markalı, 90MX321 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerində saxlamış, Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşıyıb sözügedən qısa idxal bəyannaməsində qeyd etməyərək gömrük orqanına bəyan etməməklə qeyd edilən malları 8 mart 2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Qusar rayonunun inzibati ərazisində yerləşən “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, daxil olmuş məlumat əsasında qeyd olunan tarixdə həmin gömrük postunda keçirilmiş baxış zamanı göstərilən mallar aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 206.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi: “Mən əvvəllər başqa yerdə işləyirdim, lakin yük verdiyim karqo şirkəti fəaliyyətini dayandırdı. Mən işsiz qaldım, Ruslan həmin zaman Rusiyada idi. Mənə zəng vuraraq Bakıda boş maşını olduğunu, həmin maşını sürərək onun yanına gedə biləcəyimi və yükü olduğunu, sürücü kimi onu apara biləcəyimi dedi. Razılaşdıq və Ruslanın qardaşı sənədləri düzəltdi. Maşını sürdüm Rusiyaya getdim, müvafiq yükü maşına yüklədik və yükləmədən 15-20 gündən sonra yola çıxdıq. Ruslanın bir neçə dəfə istintaqda olduğunu və s. bilirdim. Ona görə də ondan sənədlərin və.s hamısının dəqiq yazılı olub-olmamasını soruşdum və Ruslan “hə” dedi. Daha sonra Ruslanla arxa-qabaq sürərək gəldik, Rusiya gömrüyünü keçdik və Azərbaycan gömrüyünə gəldik. Sənədləri Ruslan təhvil verdi, öz sürdüyü maşına əyləşdi. Gömrükdən çıxarkən gömrük əməkdaşları bizə yaxınlaşdı və malları boşaldıb qeyd olunmadıqlarını bildirdilər. Daha sonra mən istintaq zamanı Ruslanın soyuducu maşını ilə işləmişəm.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən hadisədən əvvəl sürücü kimi işləməmişəm. Rusiyada yüklənən maşın Ruslana məxsus idi. Ruslanı “Binə bazarından” tanıyıram. Müstəntiq mənə “səni həbs edirəm” dedi və məcbur qalıb Ruslanın ifadəsi ilə razılaşdım. İstintaq orqanı məni ifadəyə verməyə çağırırdı. Ona görə istintaq çağıran zaman gedə bilmirdim ki, adıma olan yük bağlanmamışdı. Ruslanla Pyatiqorsk şəhərində görüşdüm. Ruslanın qardaşı burada idi, mənə maşının açarını verdi. Ruslandan maşına yüklənən predmetlər barədə soruşurdum. Bütün yüklər yükləndikdən sonra ən sonda stomatoloji ləvazimatlar maşına yükləndi. Ruslan qida məhsulları gətirmişdi. Ruslan hamısının sənədi olduğunu dedi. Dəfələrlə stomatoloji ləvazimatların sənədlərinin olub-olmamasını soruşmuşam. Ruslan sənədlərin yazılacağını demişdi. Ruslan “narahat olma, hamısı qaydasındadı” demişdi. Ruslan “paltarların və.s sənədləri var, stomatoloji ləvazimatların sənədləri yazılacaq” demişdi. Ruslana stomatoloji ləvazimatların onun maşınına yüklənməyini demədim. Ruslan Dərbənddə sənədləri götürdü, sənədlərin hamısı Ruslanda idi, daha sonra rus gömrüyündən problemsiz keçdik və mən əmin oldum ki, sənədlərin hamısı qaydasındadır. Ruslan “hamısı qaydasındadır” dedi. Sənədlər Ruslanda olmuşdur, o təqdim etmişdir. Qısa bəyannamə məndə olmamışdır. Müvafiq möhürləri vurdular, buraxılış verdilər, mən maşına yaxınlaşan zaman gömrük əməkdaşları yaxınlaşdılar. Müstəntiq mənimlə mütəmadi əlaqədə olmuşdur. Müvafiq məsələ ifadədəki kimi baş verməmişdir. Ruslanın işi bildiyini düşünürdüm.” Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 327.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, o, elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 1987-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunda anadan olduğunu, ünvan 1 ünvanında qeydiyyatda olduğunu, lakin faktiki olaraq ünvan 3 ünvanında faktiki olaraq yaşadığını, 10 ildən artıq bir müddətdir ki, yük nəqliyyat vasitəsinin sürücüsü olaraq işlədiyini, Rusiya Federasiyasının Ptiqorski şəhərində olan “Betta” bazarında icarəyə götürdüyü anbarının olduğunu, müxtəlif şəxslərin yüklərini Azərbaycana daşımaq üçün həmin anbarda qəbul etdiyini, hazırda həmin anbarın qapılarının Rusiya Federasiyasının səlahiyyətli qurumları tərəfindən plomblanmış olduğu üçün həmin obyektdən istifadə edə bilmədiyini, 2025-ci ilin fevral ayının ortalarında 10 ilə yaxın bir müddətdir ki tanıdığı, Rusiya Federasiyasından Azərbaycan Respublikasına mallar gətirib satışı fəaliyyəti ilə məşğul olan Şahid1 onunla “vatsap” vasitəsilə əlaqə saxlayaraq özünün Rusiya Federasiyasında olduğunu, daşınmaya yük qəbul etdiyini, lakin özünün idarə etdiyi yük nəqliyyat vasitəsində yer olmadığını dediyini, ondan həmin yükü daşınma üçün qəbul edə bilib-bilməyəcəyini soruşduğunu, özünün həmin yükü daşınmaya qəbul edə biləcəyini dediyini, bu zaman Şahid1 ona həmin yükü daşımaq üçün sonuncunun sahibliyində olan, onun, yaxud qardaşının mülkiyyətində olan “Renault” markalı, 90MX321 dövlət nömrə nişanlı yük avtomobilini götürüb Rusiya Federasiyasına gəlməsini ondan istədiyini, həmin şəxsin istəyi əsasında həmin yük nəqliyyat vasitəsini götürərək Xaçmaz Gömrük İdarəsinin “Şirvanlı” gömrük postundan keçməklə Rusiya Federasiyasına getdiyini, Pyatiqorski şəhərində Şahid1lə görüşdüyünü, həmin ərazidə yerləşən bazarda Azərbaycan Respublikasında fərdi sahibkar kimi qeydə alınmış X5 adına rəsmiləşdirməklə “qadınlar və qızlar üçün xalat”, “tavanlar üçün kölgə diffuzor”, “ayaqqabı üçün rezin altlıq”, “papaqlar”, “uşaq paltarları”, “poliamid”, “qatran”, “lodka”, “boya”, “plyonka peçat üçün”, “poliqrafiya üçün kağızlar”, “müxtəlif yönlü vasitə”, “voylok”, “dəsmal”, “kitablar”, “kağız paketlər”, “manikür və pedikür vasitələri”, “krem” və “saç üçün qulluq vasitələri” yüklərindən ibarət qarışıq yükləri götürdüyünü, həmin yüklərin idarə etdiyi yük nəqliyyat vasitəsinə yükləndiyini, nəqliyyat vasitəsində əlavə yer olduğu üçün, Şahid1 ondan özündə olan stomatoloji ləvazimatların da onun idarə etdiyi yük nəqliyyat vasitəsinə yüklənməsini xahiş etdiyini, Şahid1 həmin malları nə səbəbdən özünün idarə etdiyi yük nəqliyyat vasitəsinə yüklənməməsinin səbəbini soruşduğunu, bu zaman Şahid1 ona özünün idarə etdiyi yük nəqliyyat vasitəsinin artıq tam şəkildə yükləndiyini, nəqliyyat vasitəsində yerin olmadığını dediyini, həmin şəxsin təklif etdiyi yükü daşınmaya qəbul etdiyini, yükü daşınmaya qəbul etmədən öncə Şahid1 həmin malların sənədlərdə yazılıbyazılmadığını soruşduğunu, bu zaman Şahid1 ona həmin malların adlannın sənədlərdə yazılmadığını, malları bu şəkildə gömrük sərhədindən keçirməli olduğunu, heç bir problemin olmayacağını, özünün Bakı şəhərində bu məsələni həll edəcəyini dediyini, Şahid1 uzun bir müddətdir ki, tanıdığı üçün onun sözünə inandığını və etibar etdiyini, bu səbəbdən də, stomatoloji ləvazimatlar yükünü daşınmaya qəbul etdiyini, bundan sonra Şahid1 özünün idarə etdiyi "Mercedes Benz” markalı, əvvəli 99 ilə başlayan, sonu 006 ilə bitən, orta hissəsindəki seriyasını dəqiq olaraq xatırlamadığı yük nəqliyyat vasitəsi ilə, özünün isə “Renault” markalı, 90MX321 dövlət nömrə nişanlı yük avtomobili ilə Azərbaycan Respublikasına gəlmək üçün ardıcıl şəkildə olmaqla yola düşdüklərini, yolda olduqları müddət ərzində özünün idarə etdiyi yük avtomobilində daşınan yüklərlə bağlı sənədlərin Şahid1 olduğunu, hətta Rusiya gömrüyündə ixrac zamanı özünün və həmin şəxsin idarə etdiyi yük avtomobilllərində olan mallarla bağlı sənədləri Şahid1 Rusiya gömrüyünə təqdim etdiyini, Rusiya gömrüyündən çıxdıqdan sonra neytral adlanan ərazidə növbədə olarkən Şahid1 onun yük nəqliyyat vasitəsində daşınan yüklərin sənədlərini ona təqdim etdiyini, həmin şəxsdən yükə dair sənədləri götürüb idarə etdiyi yük avtomobilində kabinasına qoyduğunu, 8 mart 2025-ci il tarixdə Şahid1lə ardıcıl şəkildə olmaqla idarə etdikləri yük avtomobilləri ilə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postuna daxil olduqlarını, posta daxil olduqdan sonra burada gömrük yoxlamasından öncə Şahid1 ona yaxınlaşaraq ondan idarə etdiyi yük avtomobilində daşıdığı yükün sənədlərini götürdüyünü, postda vahid pəncərə otağına təqdim etdiyini, bundan sonra gömrük işçilərinin onun idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlayacaqlarını dediklərini, daha sonra nəqliyyat vasitəsini yoxlamağa başladıqlarını, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən xx.xx.2025-ci il tarixli, **********1798 sorğu nömrəli qısa idxal bəyannaməsində və mal müşayiət sənədlərində adları qeyd olunmayan stomatoloji ləvazimatlar aşkar edildiyini, gömrük işçilərinin həmin ləvazimatlara baxış keçirdikdən, onları saydıqdan sonra protokol əsasında götürdüyünü, özünün də tərtib olunan protokolla tanış olduqdan sonra həmin sənədi imzaladığını, Şahid1 10 ilə yaxın bir müddətdir ki, tanıdığını, həmin şəxs uzun bir müddətdir ki, xarici ölkələrdən Azərbaycan Respublikasına müxtəlif növ mallardan gətirdiyini, bildiyi qədərilə həmin şəxsin karqo fəaliyyəti ilə məşğul olduğunu, stomatoloji ləvazimatların qısa idxal bəyannaməsində və mal müşayiət sənədlərində qeyd olunmaması barədə ona Şahid1 Azərbaycan Respublikasına gəlmədən öncə məlumat verdiyini, həmçinin Şahid1 ona həmin malları qısa idxal bəyannaməsində qeyd olunmadan sərhəddən keçirməsini, özünün Bakı şəhərində həmin məsələni həll edəcəyini dediyini, lakin həmin məsələni hansı şəkildə həll edəcəyi barədə bir söz demədiyini, Şahid1 ona stomatoloji ləvazimatların mal müşayiət sənədlərində yazılmaması barədə dediyini, həmin malları Bakı şəhərində özünün həll edəcəyini məlumat verdiyini, həmin şəxsi öncədən tanıdığı üçün, sözünün doğruluğuna inandığını, məsələni həll edəcəyini düşündüyünü, buna görə də “Samur” gömrük postunda olduğu zaman, idarə etdiyi yük nəqliyyat vasitəsində qısa idxal bəyannaməsində stomatoloji ləvazimatların qeyd olunmadığı barədə gömrük orqanına məlumat vermədiyini, Şahid1 özünün bu məsələni həll edəcəyini düşündüyünü, qısa idxal bəyannaməsində yazılmayan malların olduğunu bildirəcəyi təqdirdə gömrükdən buraxılmayacağını düşündüyünü, buna görə də həmin stomatoloji malları gömrük orqanına bəyan etmədiyini, yəni bildirmədiyini, yük nəqiyyat vasitəsində olan mallarla bağlı xx.xx.2025-ci il tarixli, **********1798 sorğu nömrəli qısa idxal bəyannaməsini Şahid2 tərtib etdiyini, həmin şəxsə qısa idxal bəyannaməsini tərtib etməsi üçün lazımi mal müşayiət sənədlərini “vatsap” vasitəsilə göndərdiyini, lakin sonradan Şahid2la başqa bir məsələdən ötrü mübahisəsi olduğu üçün, telefonundan həmin şəxsin adını və yazışmalarını sildiyini, Şahid2 sənədləri göndərdiyi zaman həmin sənədlərdə stomatoloji ləvazimatların qeyd olunub-olunmadığına fikir verdiyini, fikir verdiyi zaman həmin qısa idxal bəyannaməsində stomatoloji ləvazimatların adlarının qeyd olunmadığını gördüyünü, sadəcə Şahid1 ona həmin malların rəsmiləşdirilməsini sonradan özünün həll edəcəyini dediyi üçün, özünün də həmin malları qısa idxal bəyannaməsində qeyd olunmadan gömrük sərhədindən keçirdiyini, ünvanına yüklərin idxal olunduğu fərdi sahibkar X5 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçmədiyini, buna görə də özünə olduğunu bildirdiyi məxsus stomatoloji malların qısa idxal bəyannaməsində qeyd olunmaması, bu barədə ona məlumat verilməsi, onun da stomatoloji ləvazimatları qısa idxal bəyannaməsində qeyd olunmaması üçün bəyannaməçiyə göndərməməsi ilə bağlı Şahid1 ifadəsində qeyd etdiyi halların doğru olduğunu, sonuncunun ona stomatoloji malların adlarının qısa idxal bəyannaməsində qeyd olunmadığını, bu şəkildə malları gömrük sərhədindən keçirməli olduğunu dediyini, özünün də həmin şəxsin təklifini qəbul etdiyini, özünün həmin malların sadəcə daşınmasını həyata keçirdiyini, həmin malların onunla heç bir mənsubiyyətinin və hüquqi əlaqəsinin olmadığını, gömrük sərhədindən və yoxlamasından keçiriləcəyi və buraxılışına icazə veriləcəyi təqdirdə həmin stomatoloji malları Şahid1 təhvil verəcəyini, bildiyi qədərilə Şahid1 bu tipli malların satışını həyata keçirməklə bağlı icazəsinin olmadığını, bununla yanaşı, həmin şəxsdən həmin malın sifariş əsasında gətirilib-gətirilmədiyini soruşduğunu, Şahid1 isə ona həmin malın özünə məxsus olub- olmaması, yaxud kiminsə malı olubolmaması, sifariş əsasında gətirilib-gətirilməməsi barədə heç bir söz demədiyini, həmin stomatoloji malların 2025-ci ilin əvvələrində Rusiya Federasiyasının Pyatiqorski şəhərində olduqları zaman ona təhvil verilməsi, özünün həmin malları yükləməyə qəbul etdikdən sonra Azərbaycan Respublikasına gətirməsi, həmin mallarla bağlı qısa idxal bəyannaməsinin yazılması öhdəliyinin onun üzərində olması, həmin proseslərin heç birinə müdaxilə etməməsi, həmin malların gömrük orqanına bəyan olunmadan Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi ilə bağlı heç bir əlaqəsinin olmaması ilə bağlı Şahid1 ifadəsində qeyd etdiyi halların reallığa uyğun olmadığını, özünün həmin malların gömrük rəsmiləşdirilməsinə qarışmadığını, həmin proseslərin hamısı ilə Şahid1 özünün məşğul olduğunu, Şahid1 həmin yükün daşınmasına görə ona 600-700 manat məbləğində pul vəsaiti ödəyəciyini dediyini, lakin otel, gündəlik xərclər, qidalanma və s. xərclərin həmin məbləğə daxil olmadığını, digər xərcləri də Şahid1 özünün qarşıladığını, 2025-ci ilin avqust ayında Rusiya Federasiyası ərazisindən tranzit qaydada keçməklə Azərbaycan Respublikasından Özbəkistan Respublikasına “qida əlavəsi” yükünü apardığını, həmin yükün Rusiya Federasiyası ərazisində idarə etdiyi yük nəqliyyat vasitəsindən boşaldılaraq başqa bir yük nəqliyyat vasitəsinə yüklənərək yola salındığını, lakin həmin yükü Rusiya Federasiyası ərazisinə idxal edən sürücü olduğu üçün, çıxışda Rusiya Federasiyasının gömrük orqanına təqdim olunması üçün elektron sistemə sənəd əlavə edilməli və məlumat verilməli olduğundan, bundan əlavə həmin sənədin sistemə yerləşdirilməsi yubandığı üçün, təqribən 2 ay həmin ölkənin ərazisində qaldığını, daha sonradan həmin sənəd sistemə əlavə edilmədən, müəyyən olunmuş cərimə məbləği ödənildikdən sonra Rusiya Federasiyasından Gürcüstan ərazisinə keçdiyini, 31 oktyabr 2025-ci il tarixdə hava limanı ilə Gürcüstandan Azərbaycan Respubliksasına gəldiyini, özündə həmin müddətdə xarici ölkədə məcburi şəkildə qalması ilə bağlı heç bir sənədin olmadığını, X2 bir dəfə gördüyünü, bildiyi qədərilə həmin şəxsin adına müxtəlif şəxslər rəsmiləşdirməklə malların idxal edildiyini, idxal olunmuş qanuni malın dəyərinə müvafiq olaraq ona pul ödənildiyini, özünün daşınmaya qəbul etdiyi, sənədlərdə qeyd olunmuş yüklərin müqabilində aralarında olan şifahi razılaşmaya əsasən 3000 manat məbləğində pul vəsaiti ödəyəcəyini dediyini, lakin indiyə kimi həmin pul vəsaitinin bir hissəsini ödədiyini, bir hissəsini isə ödəmədiyini, daşıdığı yükün sənədlərini gömrük orqanına Şahid1 təqdim etdiyini, özünün də həmin otaqda ondan bir qədər kənarda olduğunu, lakin sənədləri gömrük orqanına özünün təqdim etmədiyini, sadəcə həyəcanlı olduğu üçün ilkin ifadəsində fikrini düzgün izah edə bilmədiyini bildirmişdir.(V cild, iş vərəqə 77-82) Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir: “Daxil olmuş əməliyyat məlumatı əsasında 07 mart 2025-ci ildə əməliyyat qrupu yaradıldı, qrup üzvləri ilə birlikdə Xaçmaz Gömrük postuna getdik. ** MX *** nömrəli maşını Anar adlı şəxs sürürdü. Maşın açılaraq tərəfimizdən baxıldı və içərisindən bəyan edilməmiş əşyalar aşkar olundu. Həmin maşına baxış keçirildi, yüklər İpək yolu gömrük postuna gətirildi, orada baxış keçirildi və protokol əsasında götürüldü.“ Şahid məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Təqsirləndirilən şəxs özü niyə bəyan etmədiyini demədi. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərmişdir: “Daxil olmuş əməliyyat məlumatı əsasında müvafiq maşında bəyan olunmamış əşyaların olduğu məlum oldu və 07 mart 2025-ci ildə əməliyyat qrupu yaradıldı. 08 mart tarixində maşına baxış keçirildi.” Şahid məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Təqsirləndirilən şəxs özü niyə bəyan etmədiyini demədi, məlumatım yoxdu dedi. Bütün maşınlar rengendən keçirilir. Maşını postun içində saxladıq.” Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir: “Qısa idxal bəyannaməsini tərtib etmişdim. Sənədləri Anar “vhatsapp” vasitəsilə göndərmişdi. Qısa idxal bəyannaməsini həmin sənədlər əsasında tərtib etmişəm.” Şahid məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İnvoysda olan malların hamısı qısa idxal bəyannaməsində göstərilməlidir. Səhv göstərsəm cərimə olunuram. Anar mənə zəng vurdu və sənədləri göndərdi. Yazışmanın qalıb-qalmadığını bilmirəm. Çox insan müraciət etdiyindən yazışmanı pozmuş ola bilərəm. Stomatoloji ləvazimatlarla bağlı yazışmamız olmamışdır. Mənə stomatoloji ləvazimatların sənədlərdə olmadığı ilə bağlı məlumat verilməmişdi. Əvvəllər Anarı sürücü kimi tanımamışam. Təqsirləndirilən şəxs əvvəl qaçaqmalçılıqla məşğul olması barədə məlumatım olmamışdır. Stomatoloji ləvazimatlarla bağlı Anar məlumat verməmişdir. Anar sənədi gecə göndərmişdi. Qısa idxal bəyannaməsi sərhədi keçməmişdən 1 saat əvvələdək tərtib olunmalıdır. Anarın sərhəddən nə vaxt keçəcəyini bilmirdim. Gömrük bəyannaməsində əşyalar təfsilatlı tərtib olunur, qısa idxal bəyannaməsində isə olunmur. İnvoys və bəyannamə arasında fərq olarsa biz məsuliyyət daşıyırıq. İbtidai istintaqa verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir: “Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinə Rusiya Federasiyasından qaçaqmalçılıq yolu ilə müxtəlif malların ölkə ərazisinə gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyin qərarı ilə 07 mart 2025ci ildə əməliyyat qrupu yaradıldı. Bakı Baş Gömrük İdarəsinin əməliyyatçıları və mənim iştirakım ilə 08 mart “Samur” gömrük postunda hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs maşınına baxış keçirdik və bəyan olunmayan mallar aşkar olundu və protokolla götürüldü. Stamoloji məlumatlar idi.” Şahid məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat məlumatı qaçaqmalçılıq ilə bağlı idi. İbtidai istintaqa verdiyim ifadəni təsdiq edirəm. Saxlanılarkən Anarın mallar barədə nə dediyini xatırlamıram.” Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir: “Stomatoloji avadanlıqlar mənə məxsus olmuşdur. Həmin avadanlıqları gəlib Azərbaycanda, təyinat nöqtəsində bəyan edəcəkdim. Fikirləşməzdim ki, gömrük əməliyyatçıları təyinat nöqtəsindən gəlib Xaçmaz keçid postunda maşına baxış keçirəcəklər və onları aşkar edəcəklər. Elə mallar olur ki, biz onları təyinat nöqtəsində rəsmiləşdiririk və bəyan edirik.” Şahid məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Anarla ayrı-ayrı maşınlarda, birgə çıxmışıq. Mənim maşınımda ərzaq məhsulları olduğundan stomatoloji məhsulları Anarın maşınına yükləmişdim. Həmçinin yer yox idi. Anara stomatoloji ləvazimatların rəsmiləşdirilməsini həll edəcəm demişdim. Qısa idxal bəyannaməsində məhsulları bəyan etməyə bilirik. Anarın stomatoloji ləvazimatların qısa idxal bəyannaməsini verib-verməməyimdən xəbəri yox idi. Mən sənədləri gömrükdə təqdim edə bilirəm. Anara Bakıda rəsmiləşdirəcəyimi, “həll edəcəm” deyib-demədimiyimi xatırlamıram. Stomatoloji ləvazimatların “SMR” i, invoysi, sənədləri var idi. Bakıda göstərmək niyyətində idim. 2 maşının da sənədlərini gömrüyə mən təqdim etmişəm. İbtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 8 mart 2025-ci il tarixdə “Renault” markalı, 90MX321 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş stomatoloji ləvazimatların ona məxsus olduğunu, həmin stomatoloji ləvazimatları Azərbaycan Respublikasına satmaq və gəlir əldə etmək məqsədilə gətirdiyini, həmin malları stomatoloji malların satıldığı mağazalara, həmçinin stomatoloji fəaliyyətlə məşğul olan şəxslərə aparıb təklif edəcəyini, münasib qiymətə almaq istəyən olsa, satacağını, həmin ləvazimatların Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək üçün icazə sənədinin olmadığını, bu səbəbdən də həmin malları tanıdığı və etibar etdiyi şəxslərə aparıb təklif edərək satmağı düşündüyünü, stomatoloji ləvazimatların tərtib olunmuş **********61798 sorğu nömrəli qısa idxal bəyannaməsində qeyd olunmamasının onun fikri olduğunu, həmin malları üzünü görmədiyi, əlaqəsinin olmadığı və Təqsirləndirilən şəxs vasitəsilə qiyabi şəkildə tanıdığı Ramil Fətəliyev adlı şəxsin adına rəsmiləşdiriləcəyini, həmin şəxsin Azərbaycan Respublikasının Səhiyyə orqanlarında bu fəaliyyətlə məşğul olmasına dair hər hansı bir sənədi olmadığı üçün, həmin malları bəyan etmədən gömrük sərhədindən keçirmək istədiyini, bu niyyəti barədə Təqsirləndirilən şəxs də məlumat verdiyini, Təqsirləndirilən şəxs həmin malların adının Rusiya Federasiyasında ixrac gömrük bəyannaməsində, həmçinin Azərbaycan gömrüyünə təqdim olunacaq qısa idxal bəyannaməsində yazılmayacağını, özünün Bakı Baş Gömrük İdarəsində gömrük bəyannaməsi yazılan zaman, həmin malın rəsmiləşdirilməsi məsələsini həll edəcəyini dediyini, Təqsirləndirilən şəxs həmin stomatoloji ləvazimatların adlarının tərtib olunmuş sənədlərdə, həmçinin qısa idxal bəyannaməsində qeyd olunmadığını bildiyini, həmin şəxsin ondan həmin malı hansı şəkildə rəsmiləşdirəcəyi barədə soruşduğu zaman sonuncuya həmin malı bu şəkildə, yəni qısa idxal bəyannaməsində qeyd olunmadan gömrük sərhədindən keçirməsi barədə dediyini, özünün həmin malı Bakı şəhərində rəsmiləşdirəcəyini, sonuncunun da onu öncədən tanıdığı və etibar etdiyi üçün, dediyinə əməl etdiyini, ona qarşı çıxmadığını, Təqsirləndirilən şəxs istintaq orqanında verdiyi ifadəsində qeyd etdiyi nüansların doğru olduğunu, adına rəsmiləşdirməklə mal gətirdiyi X5 Səhiyyə Nazirliyində qeydiyyatdan keçmədiyinə görə həmin stomatoloji malları gömrükdə saxlamasınlar deyə qısa idxal bəyannaməsində yazılmaması barədə özünün Təqsirləndirilən şəxs məlumat verdiyini, daha öncədən istintaq orqanında izahat verərkən, istintaq idarəsində onunla bağlı başqa bir işin getməsi səbəbindən bu barədə heç bir məlumat vermədiyini, işinin ağrlaşmasından qorxduğu üçün əvvəlki izahatında bu məsələni düzgün göstərmədiyini, sonradan səhvini başa düşdüyünü, Zakir Fətəliyevin əlaqə nömrəsinin ona qalmadığını, həmin şəxsi tanımadığını, eşitdiyi qədərilə həmin şəxsin VÖEN-i olduğunu, buna görə də digər daşıyıcıların da onun adına rəsmiləşdirməklə ölkə ərazisinə mal gətirdiklərini, bunun müqabilində ona müəyyən məbləğdə pul vəsaitinin verildiyini bildirmişdir.(İll cild, iş vərəqə 182-185) İfadələri elan olunduqdan sonra şahid məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Qeyd olunan ifadənin çox halları düzgün deyil. Anarın qısa idxal bəyannaməsində stomatoloji ləvazimatların olub-olmamasından xəbəri yox idi. Müvafiq formada ifadə verməyimi müstəntiq demişdi. Maşınımda yer olmadığını və Anarın maşınında yer olduğunu görərək Anara “stomatoloji ləvazimatları sənin maşınına yükləyək, sənədləşməni özüm edirəm” dedim. Mən indi doğru ifadə verirəm. İstintaq zamanı müstəntiqlə məsləhətləşirdik. Stomatoloji ləvazimatlar sahibi mən olmamışam, biz sadəcə karqocuyuq.” Məhkəmə istintaqı zamanı Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və şahid həmin ifadəsində göstərmişdir ki, 8 mart 2025-ci il tarixdə Xaçmaz Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunun qarşısında yerləşən kafedə tanışı Şahid7la oturub söhbət etdikləri zaman, mülki geyimli bir şəxsin onlara yaxınlaşdığını, xidməti vəsiqəsini təqdim edərək özünün gömrük işçisi olduğunu, “Samur” gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini dediyini, onlardan həmin baxışda hal şahidi qismində iştirak edib-etməyəcəklərini soruşduğunu, özlərinin həmin baxışda iştirak edə biləcəyikləri dediklərini və gömrük işçisi ilə birlikdə yük nəqliyyat vasitəsinin olduğu yerə getdiklərini, burada gömrük işçisinin onlara adını sonradan öyrəndikləri Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdikdən, həmçinin onlara hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı, 90MX321 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirməyə başladığını, özlərinin də həmin baxışda iştirak etdiklərini, baxış zamanı, nəqliyyat vasitəsinin yük yerində daşınan yüklərin içərisindən, tərtib olunmuş 8 mart 2025-ci il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” protokolda adları və sayları qeyd olunmuş malların aşkar olunduğunun şahidi olduğunu, bundan sonra gömrük işçisi tərəfindən bu işlə bağlı sənədlərin tərtib olunduğunu, tərtib olunmuş sənədlərdə müvafiq yerlərdə imzalar etdiyini bildirmişdir.(İll cild, iş vərəqə 4-6) Məhkəmə istintaqı zamanı Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və şahidin həmin ifadəsində görünür ki, o da faktla bağlı Şahid6 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir.(İll cild, iş vərəqə 8-10) Cinayət işinin materiallarında olan: - xx.xx.2025-ci il tarixli, **********1798 sorğu nömrəli və xx.xx.2025-ci il tarixli, **********1746 sorğu nömrəli qısa idxal bəyannamələrindən görünür ki, sözügedən qısa idxal bəyannamələrində stomatoloji ləvazimatlar qeyd olunmamışdır, yəni həmin yüklər Azərbaycan Respublikasının gömrük orqanına bəyan olunmamışdır.(İİ cild, iş vərəqə 36- 42, 45) -08 mart 2025-ci il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinin və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən 8 mart 2025-ci il tarixdə Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Qusa rayonunun inzibati ərazisində yerləşən “Samur” gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı, 90MX321 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı, nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanına bəyan olunmayan 1152 ədəd “Lot 202001C3 М2” yazılı, 384 ədəd “Lot 202001C3 S4” yazılı, 382 ədəd “Lot 202001C3 S1” yazılı, “Lot 202001C3 М3” yazılı, 768 ədəd “Lot 202001C3 S2” yazılı, 480 ədəd “Lot 202001C3 L2” yazılı, 1440 ədəd “Lot 202001C3 M4” yazılı, 384 ədəd “Lot 202001C3 L4” yazılı, 480 ədəd “Lot 202001C3 L3” yazılı, 576 ədəd “Lot 202001C3 S3” yazılı, 192 ədəd “Lot 202001C3 L6” yazılı, 192 ədəd “Lot 202001C3 L5” yazılı, 480 ədəd “Lot 202001C3 L1” yazılı və 768 ədəd “Lot 202001C3 МГ yazılı diş vida postu, 67 qutu “B&E Xs-Fil” yazılı dişin işıqla müalicəsi üçün qatran stomotoloji vasitəsi, 300 qutu “Hidrophilic paper” yazılı diş üçün artikulyar kağızı, 99 qutu “RA0309” yazılı diş üçün kompozit cilalama dəsti, 200 qutu “Top M X21” yazılı, 52 qutu “X16 Metal № 1.0973” yazılı, 52 qutu “X16 Metal № 1.0971” yazılı, 50 qutu “X16 Metal № 1.0972” yazılı, 50 qutu “X16 Metal № 1.0974” yazılı, 50 qutu “X16 Metal № 1.0976” yazılı, 50 qutu “X16 Metal № 1.0975” yazılı və 150 ədəd “Tor M Матрицы средние” yazılı diş üçün metal matris, 48 qutu “FG X17” yazılı diş üçün vasitə, 1220 paket “Niti Archwire” yazılı diş üçün məftil, 499 ədəd “X18” yazılı diş üçün dil düyməsi, 499 qutu "B&E Pattern Flow” yazılı diş üçün işıqla müalicə olunan qətran, 27 qutu “B&E Chemitemp NE 5 ml” yazılı və 15 qutu “Chemitemp NE 5 ml” yazılı diş üçün sement, 10 ədəd “cem İmplant” yazılı, 1000 qutu “TOP BM Диски” yazılı, 502 bağlama “Ligature tie” yazılı və 101 qutu ““X28 X29 **********” yazılı diş üçün stomotoloji vasitə, 42 ədəd “B&E Block- Dam 1,2 ml” yazılı diş üçün işıqla müalicə olunan ağartma bəndi, 280 qutu “B&E Flow A2 1,2 ml” yazılı və 120 qutu “B&E Flow A3 1,2 ml” yazılı diş üçün işıqla sərtləşən kompozit qətran, 93 qutu “Dental Саге” yazılı stomotoloji vasitə, 40 qutu “B&E Crown” yazılı diş üçün körpü materialı, 10 qutu “ChemiSil Bite-Blu” yazılı yazılı diş üçün stomatoloji material, 35 qutu “B&E Cem İmplant 5 ml” yazılı diş üçün ikiqat qətran sementi, 2002 paket “X25 0197” yazılı və 733 qutu “X20 MO053366” yazılı diş braketi üçün vasitə, 195 qutu üzərində hər hansı yazısı olmayan diş üçün takozlar, 442 ədəd “Tip model РГ yazılı, 100 ədəd “ET yazılı və 100 qutu “X26” yazılı diş üçün stomotoloji vasitə və 100 ədəd diş yonmaq üçün ağızlıqların qoyulması üçün qablar aşkar olunaraq götürülmüşdür.(İİ cild, iş vərəqə 48-54) -Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 14 aprel 2025-ci il tarixli, 80 nömrəli ekspert rəyindən görünür ki, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 1152 ədəd “Lot 202001C3 М2” yazılı diş vida postunun dəyəri 3916 manat, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 384 ədəd “Lot 202001C3 S4” yazılı diş vida postunun dəyəri 1305,60 manat, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 382 ədəd “Lot 202001C3 S1” yazılı diş vida postunun dəyəri 1298,80 manat, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 960 ədəd “Lot 202001C3 М3” yazılı diş vida postunun dəyəri 3264 manat, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 768 ədəd “Lot 202001C3 S2” yazılı diş vida postunun dəyəri 2611,20 manat, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 480 ədəd “Lot 202001C3 L2” yazılı diş vida postunun dəyəri 1632 manat, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 1440 ədəd “Lot 202001C3 M4” yazılı diş vida postunun dəyəri 4896 manat, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 384 ədəd “Lot 202001C3 L4” yazılı diş vida postunun dəyəri 1305,60 manat, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 480 ədəd “Lot 202001C3 L3” yazılı diş vida postunun dəyəri 1632 manat, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 576 ədəd “Lot 202001C3 S3” yazılı diş vida postunun dəyəri 1958,40 manat, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 192 ədəd “Lot 202001C3 L6” yazılı diş vida postunun dəyəri 652,80 manat, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 192 ədəd “Lot 202001C3 L5” yazılı diş vida postunun dəyəri 652,80 manat, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 480 ədəd “Lot 202001C3 L1” yazılı diş vida postunun dəyəri 1632 manat, 1 ədədinin qiyməti 3,40 manat olmaqla, 768 ədəd “Lot 202001СЗ МГ yazılı diş vida postunun dəyəri 2611,20 manat, 1 qutusunun qiyməti 22 manat olmaqla, 67 qutu “B&E Xs- Fil” yazılı dişin işıqla müalicəsi üçün qatran stomotoloji vasitəsinin dəyəri 1474 manat, 1 qutusunun qiyməti 9 manat olmaqla, 300 qutu “Hidrophilic paper” yazılı diş üçün artikulyar kağızının dəyəri 2700 manat, 1 qutusunun qiyməti 11 manat olmaqla, 99 qutu “RA0309” yazılı diş üçün kompozit cilalama dəstinin dəyəri 1089 manat, 1 qutusunun qiyməti 7 manat olmaqla, 200 qutu “Top M X21” yazılı diş üçün metal matrislərin dəyəri 1400 manat, 1 qutusunun qiyməti 7 manat olmaqla, 52 qutu “X16 Metal № 1.0973” yazılı diş üçün metal matrislərin dəyəri 364 manat, 1 qutusunun qiyməti 7 manat olmaqla, 52 qutu “X16 Metal № 1.0971” yazılı diş üçün metal matrislərin dəyəri 364 manat, 1 qutusunun qiyməti 7 manat olmaqla, 50 qutu “X16 Metal № 1.0972” yazılı diş üçün metal matrislərin dəyəri 350 manat, 1 qutusunun qiyməti 7 manat olmaqla, 50 qutu “X16 Metal № 1.0974” yazılı diş üçün metal matrislərin dəyəri 350 manat, 1 qutusunun qiyməti 7 manat olmaqla, 50 qutu “X16 Metal № 1.0976” yazılı diş üçün metal matrislərin dəyəri 350 manat, 1 qutusunun qiyməti 7 manat olmaqla, 50 qutu “X16 Metal № 1.0975” yazılı diş üçün metal matrislərin dəyəri 350 manat, 1 ədədinin qiyməti 7 manat olmaqla, 150 ədəd “Tor M Матрицы средние” yazılı diş üçün metal matrislərin dəyəri 1050 manat, 1 qutusunun qiyməti 7 manat olmaqla, 48 qutu “FG X17” yazılı diş üçün vasitənin dəyəri 336 manat, 1 paketinin qiyməti 1,80 manat olmaqla, 1220 paket “Niti Archwire” yazılı diş üçün məftillərin dəyəri 2196 manat, 1 ədədinin qiyməti 6 manat olmaqla, 499 ədəd “X18” yazılı diş üçün dil düymələrin dəyəri 2994 manat, 1 qutusunun qiyməti 75 manat olmaqla, 499 qutu “B&E Pattern Flow” yazılı diş üçün işıqla müalicə olunan qətranın dəyəri 11400 manat, 1 qutusunun qiyməti 25 manat olmaqla, 27 qutu “B&E Chemitemp NE 5 ml” yazılı diş üçün sementin dəyəri 675 manat, 1 qutusunun qiyməti 25 manat olmaqla, 15 qutu “Chemitemp NE 5 ml" yazılı diş üçün sementin dəyəri 375 manat, 1 ədədinin qiyməti 40 manat olmaqla, 10 ədəd “cem İmplant” yazılı diş üçün stomotoloji vasitənin dəyəri 400 manat, 1 qutusunun qiyməti 11 manat olmaqla, 1000 qutu “TOP BM Диски” yazılı diş üçün stomotoloji vasitənin dəyəri 11000 manat, 1 bağlamasının qiyməti 5 manat olmaqla, 502 bağlama “Ligature tie” yazılı diş üçün stomotoloji vasitənin dəyəri 2510 manat, 1 qutusunun qiyməti 3,40 manat olmaqla, 101 qutu ““X28 X29 **********” yazılı diş üçün stomotoloji vasitənin dəyəri 343,40 manat, 1 ədədinin qiyməti 22 manat olmaqla, 42 ədəd “B&E Block-Dam 1,2 ml” yazılı diş üçün işıqla müalicə olunan ağartma bəndinin dəyəri 924 manat, 1 qutusunun qiyməti 22 manat olmaqla, 280 qutu “B&E Flow A2 1,2 ml” yazılı diş üçün işıqla sərtləşən kompozit qətranın dəyəri 6160 manat, 1 qutusunun qiyməti 22 manat olmaqla, 2640 manat dəyərində 120 qutu “B&E Flow A3 1,2 ml” yazılı diş üçün işıqla sərtləşən kompozit qətranın dəyəri 2640 manat, 1 qutusunun qiyməti 20 manat olmaqla, 93 qutu “Dental Care” yazılı stomotoloji vasitənin dəyəri 1860 manat, 1 qutusunun qiyməti 75 manat olmaqla, 40 qutu “B&E Crown” yazılı diş üçün körpü materialının dəyəri 3000 manat, 1 qutusunun qiyməti 45 manat olmaqla, 10 qutu “ChemiSil Bite-Blu” yazılı yazılı diş üçün stomatoloji materialın dəyəri 450 manat, 1 qutusunun qiyməti 45 manat olmaqla, 35 qutu “B&E Cem İmplant 5 ml” yazılı diş üçün ikiqat qətran sementin dəyəri 1575 manat, 1 paketinin qiyməti 2,50 manat olmaqla, 2002 paket “X25 0197” yazılı diş braketi üçün vasitənin dəyəri 5005 manat, 1 qutusunun qiyməti 6 manat olmaqla, 733 qutu “X20 MO053366” yazılı diş braketi üçün vasitənin dəyəri 4398 manat, 1 qutusunun qiyməti 2,50 manat olmaqla, 195 qutu üzərində hər hansı yazısı olmayan diş üçün takozların dəyəri 487,50 manat, 1 ədədinin qiyməti 20 manat olmaqla, 442 ədəd “Tip model P1” yazılı diş üçün stomotoloji vasitənin dəyəri 8840 manat, 1 ədədinin qiyməti 2,50 manat olmaqla, 100 ədəd “E1” yazılı diş üçün stomotoloji vasitənin dəyəri 250 manat, 1 qutusunun qiyməti 1 manat olmaqla, 100 qutu “X26” yazılı diş üçün stomotoloji vasitəni dəyəri 100 manat, 1 ədədinin qiyməti 10 manat olmaqla, 100 ədəd diş yonmaq üçün ağızlıqların qoyulması üçün qabların dəyəri 1000 manat təşkil edir.(İİ cild, iş vərəqə 129-136) -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, QXM G-25 nömrəli mütəxəssis rəyindən görünür ki, aşkar olunaraq götürülmüş və üzərində tarix göstəriciləri qeyd olunmamış stomatoloji ləvazimatlar zavod qablaşdırmasında olmaqla istifadə üçün yararlıdır.(İll cild, iş vərəqə 265-286) -10 iyul 2025-ci il tarixli “sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şahid1 xx.xx.2025-cü il tarixdə idarə etdiyi “Mercedes” markalı, 99RU006 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs isə həmin tarixdə idarə etdiyi “Renault” markalı, 90MX321 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Samur” dövlət sərhəd buraxılış məntəqəsindən keçməklə Rusiya Federasiyasından Azərbaycan Respublikası ərazisinə daxil olmuşlar.(İİ cild, iş vərəqə 289-291) -01 may 2025-ci il tarixli “DVD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı, 90MX321 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi və Azərbaycan Respublikasının vətəndaşı Şahid1 idarə etdiyi “Mercedes” markalı, 99RU006 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Xaçmaz Gömrük İdarəsinin “Samur" gömrük postunda idxal yoxlama xəttinə daxil olurlar. Şahid1 nəqliyyat vasitəsindən enərək saat 08:06-da vahid pəncərəyə yaxınlaşıb müəyyən sənədləri gömrük əməkdaşına təqdim edir, daha sonra oranı tərk edir. Saat 08:08-də, Şahid1 yenidən vahid pəncərəyə yaxınlaşaraq əlavə sənədləri də gömrük əməkdaşına təqdim edib oranı tərk edir. Həmin müddət ərzində Təqsirləndirilən şəxs vahid pəncərəyə yaxınlaşmır və gömrük əməkdaşına hər hansı sənədi təqdim etmir. Bundan sonra ilk öncə Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı, 90MX321 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi, daha sonra isə Şahid1 idarə etdiyi “Mercedes” markalı, 99RU006 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi talvarın altına daxil olur. Nəqliyyat vasitələrinə gömrük əməkdaşları tərəfindən gömrük yoxlaması həyata keçirildikdən sonra əvvəlcə Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi, daha sonra isə Şahid1 idarə etdiyi nəqliyyat vasitəsi oranı tərk edirlər.(İİ cild, iş vərəqə 203) -13 noyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 8 mart 2025-ci il tarixdə Azərbaycan Respublika-sının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı, 90MX321 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş 108129,10 manat dəyərində stomatoloji vasitələr ********* nömrəli cinayət işi üzrə 11 iyul 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir.(V cild, iş vərəqə 153-190) -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəf və koordinasiya mərkəzinin 20 may 2025-ci il tarixli, 3-33/150/019122 raportu ilə təqdim edilmiş tələbnamədən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(İİ cild, iş vərəqə 219- 223) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon İcra Hakimiyyətinin 4 saylı Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinə, həmçinin Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2016 -ci il təvəllüdlü X11 adında azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinə əsasən Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi - cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Həmin Məcəllənin 206.1-1-ci maddəsinə əsasən həmin əməllər külli miqdarda törədildikdə —cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə edilməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 206.1-2-ci maddəsinə əsasən həmin əməllər xüsusilə külli miqdarda törədildikdə—cinayətin predmetin dəyərinin altmış faizindən səksən faizinədək miqdarında cərimə və ya cinayətin predmetin dəyərinin altmış faizindən səksən faizinədək miqdarında cərimə edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi—əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 206.3.2-ci maddəsinə əsasən həmin əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışsa da, şahidlər cinayət işi üzrə toplanmış sübutlarla üst-üstə düşən, obyektiv həqiqəti əsk etdirən ifadə verməklə təqsirləndirilən şəxsi ifşa etmişdir. Belə ki, Təqsirləndirilən şəxs “Şahid1 əvvəllər də bir neçə dəfə istintaqa cəlb olunmasına görə ondan sənədlərin hamısının dəqiq yazılı olub-olmamasını soruşması və Ruslanın bunu təsdiqləyərək hər şeyin qaydasında olduğunu deməsi, istintaq zamanı müstəntiqin onu həbs edəcəyi ilə hədələməsinə görə məcbur qalıb başqa cür ifadə verməsi” ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “Şahid1 həmin malların sənədlərdə yazılıb-yazılmadığını soruşduğunu, bu zaman Şahid1 ona həmin malların adlannın sənədlərdə yazılmadığını, malları bu şəkildə gömrük sərhədindən keçirməli olduğunu, heç bir problemin olmayacağını, özünün Bakı şəhərində bu məsələni həll edəcəyini dediyini, Şahid1 uzun bir müddətdir ki, tanıdığı üçün onun sözünə inandığını və etibar etdiyini, bu səbəbdən də, stomatoloji ləvazimatlar yükünü daşınmaya qəbul etdiyini boynuna almışdır.”(V cild, iş vərəqə 77-82) Həmçinin cinayət işi üzrə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “malları bəyan etmədən gömrük sərhədindən keçirmək istədiyini, bu niyyəti barədə Təqsirləndirilən şəxs də məlumat verdiyini, Təqsirləndirilən şəxs həmin malların adının Rusiya Federasiyasında ixrac gömrük bəyannaməsində, həmçinin Azərbaycan gömrüyünə təqdim olunacaq qısa idxal bəyannaməsində yazılmayacağını, özünün Bakı Baş Gömrük İdarəsində gömrük bəyannaməsi yazılan zaman, həmin malın rəsmiləşdirilməsi məsələsini həll edəcəyini dediyini, Təqsirləndirilən şəxs həmin stomatoloji ləvazimatların adlarının tərtib olunmuş sənədlərdə, həmçinin qısa idxal bəyannaməsində qeyd olunmadığını bildiyini, həmin şəxsin ondan həmin malı hansı şəkildə rəsmiləşdirəcəyi barədə soruşduğu zaman sonuncuya həmin malı bu şəkildə, yəni qısa idxal bəyannaməsində qeyd olunmadan gömrük sərhədindən keçirməsi barədə dediyini” qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli məzmunda ifadə verərək “Anarın stomatoloji ləvazimatların qısa idxal bəyannaməsini verib-verməməyindən xəbərinin olmaması, ona stomatoloji ləvazimatların rəsmiləşdirilməsini həll edəyini deməsi” bildirmişdir. Şahidin bu qisimdə söylədiklərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxs Təqsirləndirilən şəxs əvvəldən tanışı olduğundan təkcə bu hal həmin şəxsin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs xeyrinə ifadə verməsini anlaşılan edir, şahid bu yolla təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad etmək istəsə də onun bu qisimdə söylədikləri iş materialları ilə təkzib olunur. Göründüyü kimi təqsirləndirilən şəxs hər nə qədər vəsaitlərin lazımı qaydada rəsmiləşdirməməsindən xəbərinin olmaması, Şahid1 guya onu aldatması barədə ifadə versə də onun bu qisimdə söylədikləri özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri ilə təkzib olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini və davranışını nəzərə alaraq onun gələcəyini cinayətkar olaraq görməməklə yanaşı, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qaçaqmalçılıq yolu ilə keçirilən vasitələrin təqsirləndirilən şəxsə aid olmamasını, onun bu prosesdə sadəcə sürücü qismində iştirak etməsini nəzərə alaraq onun ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna bilməsini mümkün hesab edərək xüsusi qeyd edir ki, şəxsin həyatında ilk dəfə yol verdiyi, ağır cinayət hesab olunsa belə hər hansı bir ağır nəticəyə səbəb olmayan səhvi bağışlanmalı, ona ən azı bir dəfə şans verməklə cəmiyyətə və dövlətə faydalı vətəndaş ola bilməsini sübut etmələrinə fürsət yaradılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamın 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X6rşı, § 26). Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə təhvil verilmiş 108129,10 manat dəyərində stomatoloji vasitələrin 1(124)-467/2025 saylı cinayət işi üzrə maddi sübut qismində tanınması və saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə təhvil verilmiş 108129,10 manat dəyərində stomatoloji vasitələrin 1(124)-467/2025 saylı cinayət işi üzrə maddi sübut qismində tanınması və saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar