Məhkəmə qərarları › İş №1(124)-519/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-519/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-519/2024 02.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlunun sədrliyi ilə,Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi –X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Məcidov X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Bərdə rayonunda anadan olan, subay, orta təsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Asfaltzavod ərazisində fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda, 05 (beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 815,0 qram, 1015,0 qram, 970,0 qram, 980,0 qram, 950,0 qram, ümumi təmiz çəkisi 4730,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Hüseyn” adlı şəxslə şəxsi istifadəsində olan “Samsung A40" markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp" proqram təminatından istifadə etməklə əlaqə saxlamış, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuananı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində gizlətməklə yerləşdirərək həmin maddələrin və yerin fotoşəkillərini onun istifadəsində olmuş “Samsung A40” markalı mobil telefonda quraşdırılmış “Whatsapp" proqram təminatına göndərmiş, İİR-in vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı həmin yerdən özü üçün qanunsuz əldə edərək onun cinayətkar niyyətindən məlumatsız taksi fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi “Honda İnsight” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağının altında gizlətməklə saxlamış, 14 iyul 2023-cü il tarixdə, saat 01:55 radələrində BDYPİ-nin YPXA-nm 1-ci Tağımının YPX inspektorları və Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün əməkdaşları tərəfindən Bakı-Quba-Dağıstan yolunun 30-cu kilometrliyində, Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yerləşən “Tır parkf’nın yaxınlığında saxlanılmaqla Sumqayıt ŞPİ-nin 5-ci PB-yə gətirələrək orada “Honda İnsight” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı həmin 05 (beş) ədəd bükümdə, ümumi təmiz çəkisi 4730,0 qram olan narkotik vasitə qurudulmuş marixuana avtomobilin ön sağ oturacağının altından aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, şəxsi istifadəsi üçün 200 qr balaca bükümdə almışdır. 5-ci bölməyə gəldikdən sonra böyük büküm ortaya çıxmışdır. Çəkilişdə də ona təzyiq olunmuşdur və bu, videogörüntüdə də əks olunmuşdur. Narkotik vasitəni Zığ şossesindən almışdır, taksi ilə gəlmişdir. Taksi sürücüsü narkotik vasitənin onda olduğunu bilməmişdir. Yolda onları YPX əməkdaşları saxlamışdır. Onlarla taxi sürücüsü söhbət edəndə taxi sürücüsünə demişdir ki, niyə saxlayır, onda narkotik var. O da qorxub qaçmışdır. Onu tutub 5-ci bölməyə gətirmişlər, bu zaman əlində balaca paket olmuşdur, orada ona təzyiq olunmuşdur. O, müstəntiqlərə də bildirmişdir ki, çəkisi 200 qram olan narkotik vasitəni 1000 manata öz istifadəsi üçün almışdır. Onun 5 kiloqram narkotik vasitə almağa imkanı olmamışdır. Həbsdən yeni çıxmışdır, o qədər pulu olmamışdır. Həbsdən çıxandan 4-5 ay sonra narkotik vasitə istifadə etməyə başlamışdır, usta işləmiş, arada istifadə etmişdir. Narkotik vasitə satın almaq üçün əlaqə saxladığı şəxsi tanımamışdır, onunla əlaqəsini Hüseyn qurmuşdur. Azərbaycan mobil nömrəsi olmuş, üzbəüz görüşməmişdir, sadəcə “Whatsapp" proqramı ilə yazışmışdır, 500 manat müqabilində 100 qram vermişdir, 1000 manata 200 qram almışdır ki, tez-tez gedib gəlməsin. Gündə təxmini narkotik vasitədən 3-4 qram çəkmişdir. Pulu ona verdiyi kart koduna ödəniş aparatı ilə göndərmişdir. Üzərində sadəcə kapital bankın kartı olmuşdur. Bəxtiyarı taksi şoferi kimi tanımışdır. Əvvəllər tanışlığı olmamışdır. Bəxtiyarın onda marixuana olduğundan xəbəri olmamışdır. Polis əməkdaşı saxlayanda bunu demişdir. Onlar Sumqayıt şəhərinin girişindəki “Socar” binasının yaxınlığında polis əməkdaşı tərəfindən saxlanılmışlar. 5-ci Polis bölməsində səhərə kimi təzyiq altında qalmışlar. Onda xəsarət izi qalmışdır, bu barədə prokurorluğa şikayət vermişdir. Təzyiq altında olduğundan etirafedici ifadə vermişdir. Hüseyni üz-üzə tanımamışdır, sadəcə telefon vasitəsilə tanış olmuşdur. İlkin ifadəsində yazılan 1000 manat pul söhbəti olmamışdır. Prokuror ona kömək kimi sadəcə istifadə məqsədilə qeydiyyata alacaqlarını, qarşılığında ona təzyiq olunması barədə verdiyi şikayəti geri götürməyini demişdir. O da şikayətini dediyinə uyğun olaraq geri götürmüşdür. Saat 10-11 radələrində onlar yol polisi əməkdaşları tərəfindən saxlanılmışlar . Səhəri günü günortaya yaxın baxış hərəkəti olmuşdur. Çəkilişi dayandırıb 2-ci dəfə yenidən çəkiliş etmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin və metamfetamin qəbul edir, narkomandır. Əvvəllər Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmuş, cəzadan yeni azad olunsa da məhkumluğu olmamışdır. Cəzadan azad olunduqdan sonra təkrar narkotik vasitələrin istifadəsi ilə məşğl olmağa başlamışdır. Cəzadan azad olunduqdan sonra Hüseyn adlı iran vətəndaşı ilə əlaqə saxlayıb sonuncudan arabir narkotik vasitə olan marixuana alaraq istifadə etmişdir. Belə ki, Hüseynlə danışıq zamanı sonuncunun ona telefon vasitəsilə atdığı ünvanlardan narkotik vasitələri götürüb pulunu Hüseynin hazırda xatırlamadığı kartına göndərmişdir. xx.xx.2023-cü il Hüseynlə əlaqə saxlayıb sonuncudan istifadə etmək üçün 200 qram marixuana istəmişdir. Hüseyn də ona marixuananı Hövsan qəsəbəsi ərazisində qoyduracağını demişdir. Həmin gün axşam saatlarında Hüseyn ona vhatsappla marixuananı qoydurduğu yerin konumunu və fotoşəkillərini göndərmişdir. O, da Hövsan qəsəbəsinə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan Bəxtiyar adı ilə tanıdığı Bəxtiyarımla əlaqə saxlayıb onu Hövsan qəsəbəsinə aparmasını, oradan ona verilən payı götürəcəyini demiş, lakin sonuncuya narkotik vasitə götürmək üçün getdiyini deməmişdir. Bəxtiyarım da onunla razılaşmış və onlar görüşüb birlikdə Hövsan qəsəbəsinə getmişlər. Orada Bəxtiyarım avtomobildə gözləmiş, o isə marixuananı qoyulduğu yerdən götürən zaman qara rəngli sellofan torbanın olduğunu görmüşdür. Ətrafda onu kiminsə görə biləcəyini düşünüb tələsik torbanı götürüb gələrək avtomobilə əyləşmişdir. Torbanı götürəndə isə içində bir neçə bükülünün olmasını və çəkisinin ağır olduğunu hiss etmişdir. Avtomobilə əyləşdikdən sonra isə Bəxtiyarıma onu yaşadığı Sumqayıt şəhərinə aparmasını demişdir. Onlar geri qayıdan zaman 14 iyul 2023-cü il tarixdə, təxminən saat 02 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində Bəxtiyarım avtomobillə manevr qaydalarını pozduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Bəxtiyarımın sənədləri polis əməkdaşları vasitəsilə yoxlanılan zaman sonuncu avtomobili idarə edib oradan uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları uzaqlaşmasına mane olduqlarından Bəxtiyarım avtomobili saxlayaraq düşüb sürətlə qaçaraq oradan uzaqlaşmışdır. Polis əməkdaşları isə ona yaxınlaşanda o, qaçmağa çalışmış, lakin polis əməkdaşları onu saxlamışlar. Sonra isə YPX əməkdaşları ondan ön ayaqaltında olan torbada nə olduğunu soruşmuşlar, o da həmin torbada marixuana olduğunu demişdir. Bundan sonra YPX əməkdaşları onların olduğu yerə PPX məkdaşlarını da çağırmışlar. Bundan sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirmişlər. O, polis bölməsinə gətirildikdən sonra orada şübhəli şəxs qismində tutulacağı bildirilərək hüquq və vəzifələri izah olunmuş, ona təqdim edilmiş vəkillərin siyahısından hüquqlarını müdafiə etməsi üçün vəkil Emil Mirzəyevi seçmişdir. Vəkil gəldikdən sonra isə polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X3 təqdim olunmuş, daha sonra ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O, özü əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 1 ədəd üzərində ***-***-**-** və ***-***-**-** nömrələr olan ‘"Samsung A40" markalı mobil telefonunu, sol yan cibində saxlamış olduğu 1 ədəd 10 manatlıq və 3 ədəd 1 manatlıq pul əskinaslarını təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Bəxtiyarımın idarə etdiyi “Honda İnsight” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön ayaqaltı hissəsində selofan torbada narkotik vasitə olan marixuana saxladığımı bildirmişdir. Ona məxsus mobil telefon qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları, vəkili və onun iştirakı ilə Bəxtiyarımın idarə etdiyi “Honda İnsight” markalı avtomobilə videoçəkiliş aparılaraq baxış keçirilmişdir. Baxış zamanı avtomobilin ön sağ ayaqaltı hissəsində saxladığı ona məxsus sellofan torbada olan 5 ədəd bükümdə marixuana aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən götürülərək elektron tərəzi vasitəsilə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, o və digər iştirakçılar tərəfindən həmin qablaşdırmanın üzərinə imza etmişlər. Avtomobildən aşkar olunmuş ona məxsus narkotik vasitə olan qurudulmuş maixuananı Hüseyn adlı İran vətəndaşından şəxsi istifadəsi üçün əldə etmiş, heç kimə satmaq və ya pay vermək niyyəti olmamışdır. Şəxsi axtarış zamanı və izahatında fikrini düzgün izah edə bilməmişdir. Belə ki, həmin narkotik vasitəni Hüseyn adlı İran vətəndaşından 1000 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Şəxsi axtarış zamanı və izahatında isə səhv olaraq marixuananı Hüseynin deyəcəyi yerə qoyduqda sonra 1000 manat alacağını bildirmişdir. Bəxtiyarıma Hövsan qəsəbəsinə ona veriləcək payı götürmək üçün getdiyini demiş, narkotik vasitə götürəcəini deməmişdir. Marixuananı götürüb avtomobilə qoyanda da Bəxtiyarım ondan bağlamada nə olduğunu soruşmamış, o da sonuncuya bu barədə heç nə deməmişdir. Saxlanılan zaman və polis bölməsində ona qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir.(cild 1,iş vərəqə: 182-184) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş BDYPİ-nin YPXA-nm 1-ci Tağımının YPX inspektoru Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə ədavət və ya düşmənçiliyi olmamışdır. 14 iyul 2023-cü il tarixdə xidməti vəzifəsilə əlaqədar olaraq YPX inspektoru Şahid3lə birlikdə ‘'BMW” markalı xidməti avtomobillə Bakı-Quba-Dağıstan yolunun Sumqayıt şəhəri ərazisindən keçən 30-cu kilometrliyində xidmət apararkən təxminən saat 01:55 radələrində sonradan adını bildiyi Şahid1 idarə etdiyi “Honda İnsight” markalı avtomobillə manevr qaydalarını pozduğunu görmüşlər. Buna görə də mayak və səs siqnallarından istifadə edərək sonuncunu saxlatdırmışlar. O, sürücü Şahid1 yaxınlaşaraq özünü təqdim edib qayda pozuntusunu izah etdikdən sonra Şahid1 avtomobilin sənədlərini və sürücülük vəsiqəsini təqdim etməsini tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ön sağ sərnişin oturacağında əyləşmiş və özünü şübhəli aparmış, həmçinin sonuncunun ayaqlarının altında qara rəngli sellofan torba olmuşdur. Şahid1 qayda pozuntusuna yol vermədiyini deyərək əvvəlcə sənədlərini təqdim etməmiş, buna görə də bort kompyuter vasitəsilə sonuncunun Şahid1 olmasını müəyən etmişlər. Həmin vaxt Şahid1 avtomobili idarə edərək oradan uzaqlaşmağa çalışmış, lakin onlar sonuncunun hərəkətinə mane olduqlarından, Bəxtiyarım avtomobili saxlayaraq avtomobildən düşüb qaçmağa çalışmış, onlar isə sonuncunun köynəyindən tutub saxlamağa çalışanda Şahid1 ayağındakı tərliyi, köynək və maykasını çıxarıb sürətlə qaçaraq oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs da qaçmağa çalışanda sonuncunu saxlamışlar. Təqsirləndirilən şəxs ayaqaltındakı bağlamada nə olduğunu soruşanda sonuncu həmin bağlamada narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onlar BDYP-nin növbətçi hissəsi ilə əlaqə saxlayaraq olduqları yer və Təqsirləndirilən şəxs barəsində məlumat vermişlər. Bir neçə dəqiqədən sonra isə onların yanına PPX əməkdaşları gəlmişlər və onlar birlikdə Təqsirləndirilən şəxsla '‘Honda İnsight" markalı avtomobili ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 5-ci PB-yə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində kriminalist-inspektorun videogörüntüyə alması və müdafiəçinin iştirakı ilə müstəntiq tərəfindən Ramin İbarhimovun üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş və sonuncuya təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd “Samsung A40” markalı mobil telefonu, pul əskinazlarını çıxararaq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonun özünə məxsus olduğunu, 14 iyul 2023-cü il tarixdə mobil telefonu vasitəsilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxsin ona göndərmiş olduğu Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində qoydurduğu ünvana tanışı Bəxtiyar adlı şəxsin idarə etdiyi “Honda" markalı avtomobillə getdiyini, həmin ünvanda Hüseyn adlı şəxsin qoymuş olduğu narkotik vasitə olan marixuananı götürərək Bəxtiyar adlı şəxsin avtomobilinin sağ ön ayaqaltı hissəsinə qoyduğunu, həmin narkotik vasitəni 1000 manat pul qarşılığında başqa ünvana aparıb qoyacağı ilə İran vətəndaşı Hüseyn adlı şəxslə razılaşdığını, narkotik vasitəni əldə etdikdən sonra Bəxtiyar adlı şəxslə birlikdə Sumqayıt şəhərinə geri qayıtdıqlarını, lakin Bakı-Quba-Dağıstan yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində DYP əməkdaşları tərəfindən saxlanıldıqlarını, saxlanılan zaman Bəxtiyar adlı şəxsin avtomobildən düşərək qaçdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin gün saat 05:20 radələrində Sumqayıt ŞPİnin 5-ci PB-nin həyətində “Honda İnsight” markalı, avtomobilə videoçəliş aparılmaqla, müdafiəçi, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməsinə başlamadan öncə Təqsirləndirilən şəxs sərnişin qismində olduğu “Honda insight” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, sonuncu da avtomobildə sərnişin oturacğınm alt hissəsində narktoik vasitə olduğunu bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən “Honda insight” markalı, avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı avtomobilin ön sağ oturacağının ayaqaltı hissəsindən qara rəngli sellofan torba aşkar olunmuş, həmin torba açıldıqda içərisində 5 ədəd şəffaf sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli ot kütləsinin olması müəyyən edilmişdir. Həmin kütlələr ayrı-ayrılıqda və ümumilikdə elektron tərəzidə çəkilərək çəkiləri müəyyən edilmişdir. Avtomobildən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə mobil telefon vasitəsilə əlaqə saxladığı İran Respublikasının vətəndaşı Hüseyn adlı şəxsin ona göndərmiş olduğu Hövsan qəsəbəsi ərazisindəki ünvana Bəxtiyar adlı tanışının idarə etdiyi Honda İnsight markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə getdiyini, həmin ünvandan Hüseyn qoymuş olduğu narkotik vasitəni götürdüyünü, həmin narkotik vasitəni 1000 manat pul qarşılığında başqa bir ünvana aparacağını, narkotik vasitəni əldə etdikdən sonra Bəxtiyar ilə birlikdə Sumqayıt şəhərinə geri qayıtdıqlarını, lakin Bakı-Quba-Dağıstan sərhədi yolunun 30-cu kilometrliyində polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, saxlanılan zaman Bəxtiyarın avtomobildən düşüb qaçdığını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci Bölüyünün polis nəfəri Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri işləyir, rütbəsi polis serjantıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə ədavət və ya düşmənçiliyi olmamışdır. 14 iyul 2023-cü il tarixdə, saat 02:20 radələrində xidməti işilə əlaqədar olaraq 91-33 saylı avtopatrulda postaçı yoldaşları polis nəfərləri Şahid7 və Şahid5lə birlikdə xidmət aparan zaman onlara rabitə vasitəsi ilə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yerləşən Tır parkının yaxınlığında YPX əməkdaşlarına kömək etmələri üçün həmin yerə yaxınlaşmaları barədə göstəriş verilmişdir. Onlar həmin yerə çatan zaman YPX əməkdaşlarının Təqsirləndirilən şəxs ‘'Honda insight” markalı avtomobillə həmin ərazidə saxladıqlarını görmüşlər. YPX əməkdaşları Təqsirləndirilən şəxs onlara təhvil verərək Honda markalı avtomobildə narkotik vasitə olduğunu bildirmişlər. Onlar da Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirib aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə gətirmişlər. YPX əməkdaşları isə Honda markalı avtomobili evakuator vasitəsilə 5-ci polis bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində kriminalist-inspektorun videogörüntüyə alması və müdafiəçinin iştirakı ilə müstəntiq tərəfindən Ramin İbarhimovun üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub- olmaması soruşulmuş və sonuncuya təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd “Samsung A40” markalı mobil telefonu, şalvarının sol yan cibindən 1 ədəd 10 manatlıq və 3 ədəd 1 manatlıq pul əskinazlarım çıxararaq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonun özünə məxsus olduğunu 14 iyul 2023-cü il tarixdə kobil telefonu vasitəsilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxsin ona göndərmiş olduğu Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində qoydurduğu ünvana tanışı Bəxtiyar adlı şəxsin idarə etdiyi “Honda” markalı avtomobillə getdiyini, həmin ünvanda Hüseyn adlı şəxsin qoymuş olduğu narkotik vasitə olan marixuananı götürərək Bəxtiyar adlı şəxsin avtomobilinin sağ ön ayaqaltı hissəsinə qoyduğunu, həmin narkotik vasitəni 1000 manat pul qarşılığında başqa ünvana aparıb qoyacağı ilə İran vətəndaşı Hüseyn adlı şəxslə razılaşdığını, narkotik vasitəni əldə etdikdən sonra Bəxtiyar adlı şəxslə birlikdə Sumqayıt şəhərinə geri qayıtdıqlarını, lakin Bakı- Quba-Dağıstan yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində DYP əməkdaşları tərəfindən saxlanıldıqlarını, saxlanılan zaman Bəxtiyar adlı şəxsin avtomobildən düşərək qaçdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin gün saat 05:20 radələrində Sumqayıt ŞPİnin 5-ci PB-nin həyətində ‘’Honda insight" markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla, müdafiəçi, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməsinə başlamadan öncə Təqsirləndirilən şəxs sərnişin qismində olduğu “Honda insight" markalı avtomobildə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, sonuncu da avtomobildə sərnişin oturacğınm alt hissəsində narktoik vasitə olduğunu bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən ’’Honda İnsight" markalı avtmobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı avtomobilin ön sağ oturacağının ayaqaltı hissəsindən qara rəngli sellofan torba aşkar olunmuş, həmin torba açıldıqda içərisində 5 ədəd şəffaf sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli ot kütləsinin olması müəyyən edilmişdir. Həmin kütlələr ayrı-ayrılıqda və ümumilikdə elektron tərəzidə çəkilərək çəkiləri müəyyən edilmişdir. Avtomobildən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə mobil telefon vasitəsilə əlaqə saxladığı İran Respublikasının vətəndaşı Hüseyn adlı şəxsin ona göndərmiş olduğu Hövsan qəsəbəsi ərazisindəki ünvana Bəxtiyar adlı tanışının idarə etdiyi Honda İnsight markalı avtomobil ilə getdiyini, həmin ünvandan Hüseyn qoymuş olduğu narkotik vasitəni götürdüyünü, həmin narkotik vasitəni 1000 manat pul qarşılığında başqa bir ünvana aparacağını, narkotik vasitəni əldə etdikdən sonra Bəxtiyar ilə birlikdə Sumqayıt şəhərinə geri qayıtdıqlarını, lakin Bakı-Quba-Dağıstan sərhədi yolunun 30- cu kilometrliyində polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, saxlanılan zaman Bəxtiyarın avtomobildən düşüb qaçdığını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci Bölüyünün polis nəfərləri Şahid5, 5-ci PB-nin əməliyyat müvəkkili Şahid6 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahidlər Şahid1, Şahid3 və Şahid7 ifadələrini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Belə ki, məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, idarə etdiyi Honda İnsight markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs müəyyən bir müddətdir ki, tanımış, sonuncu ilə tanışlığı işlədiyi işlə bağlı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs dəfələrlə ona sifariş verərək müəyyən yerlərə getməyi demiş, o Raminə taksi fəaliyyəti göstərərək dediyi ünvanlara getmişdir. Hətta bir neçə dəfə Raminin xəstə anası üçün dərmanlar almış, həbsdə olan atasının yanma getmişdir. Sonuncu dəfə 13 iyul 2023-cü ildə axşam saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək Bakı şəhəri, Hövsan qəsəbəsinə getmək lazım olduğunu demişdir. O, Təqsirləndirilən şəxsla razılaşmış, sonra sonuncunun yaşadığı evə gedib oradan götürmüş və Bakı şəhərinə getmişlər. Yolda Ramin söhbət zamanı ona bir adamla görüşəcəyini və ona pay verəcəklərini demiş, lakin pay olaraq ona nə veriləcəyini deməmiş, o da bu barədə soruşmamışdır. Bakı şəhəri, Zığ şossesinə çatdıqda yolda olan mağazaların birində Ramin ona avtomobili saxlamasını demiş, o Ramini dediyi yerdə saxlamış, bundan sonra Ramin maşından düşüb mağazaya getmiş, özü və onun üçün şirə alıb gətirmişdir. Bundan sonra Ramin mobil telefonu ilə konum göstərərək qeyd edilən ünvana, yəni Hövsan qəsəbəsinə sürməsini bildirmişdir. Onlar Hövsan qəsəbəsində hazırda xatırlamadığı əraziyə çatanda Ramin ona avtomobili saxlamasını və onu gözləməsini demişdir. O, avtomobili saxlayıb avtomobildə oturaraq Ramini gözləməyə başlamışdır. Ramin isə avtomobildən düşərək arxa hisədə hansısa istiqamətə getmiş, lakin sonuncunun hara getdiyinə diqqət yetirməmişdir. Bir neçə dəqiqədən sonra Ramin əlində qara rəngli sellofan torba ilə qayıdıb gəlmiş və torbanı ön sağ oturacağın ayaqaltı hissəsinə qoyub özü də orada əyləşərək ona avtomobili yaşadığı Sumqayıt şəhərinə sürməsini demişdir. O, da Raminin dediyi kimi edib yola düşmüşdür. Onlar 14 yul 2023-cü il tarixdə, təxminən saat 02 radələrində Bak-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsindəki “Tır parkf’nın yaxınlığında olduqları zaman YPX əməkdaşları xidməti avtomobillə ona saxlamasını bildirmişlər. O, da avtomobili yolun kənarında saxlamışdır. YPX əməkdaşlarından biri ona yaxınlaşaraq özünü təqdim edib qayda pozuntusuna yol verdiyini izah etdikdən sonra ondan avtomobilin sənədlərini və sürücülük vəsiqəsini təqdim etməyi tələb etmişdir. O, isə qayda pozuntusuna yol vermədiyini deyərək əvvəlcə sənədlərimi təqdim etməmişdir. Polis əməkdaşları onun barəsində məlumat əldə etmək üçün YPX avtomobilinə yaxınlaşan zaman Ramin ona tez avtomobili sürüb oradan uzaqlaşmasını tələb etməyə başlamışdır. Raminin bu hərəkətindən o, şübhələnib qorxmuş və avtomobili sürüb oradan uzaqlaşmaq istəmiş, lakin YPX-əməkdaşları onun hərəkətinə mane olmuşlar. O, da avtomobili saxlamış, Ramin isə dayanmadan ona avtomobili idarə edib oradan qaçmalarını tələb etmiş və polislərin onları tutacaqlarını demişdir. O, Ramindən polislərin onları niyə tutacaqlarını soruşanda isə sonuncu avtomobilə qoyduğu sellofan torbanın içərisində “nəşə’’ olduğunu demişdir. Həmin vaxt o, daha da qorxmuş və avtomobildən düşüb qaçmağa başlamışdır. YPX əməkdaşları isə ona yaxınlaşıb saxlamaq istəmişlər, köynəyindən tutub saxlamağa çalışanda o, ayağındakı tərliyi, köynək və maykasını çıxarıb sürətlə qaçaraq oradan uzaqlaşmışdır. Kifayət qədər uzaqlaşdığını hiss etdikdən sonra yoldan keçən tanımadığı taksiyə əyləşib Bakı şəhərində müvəqqəti kirayədə yaşadığı evə getmişdir. 17 iyul 2023-cü il tarixdə səhər saatlarında isə polis əməkdaşları onun mobil telefonuna zəng vuraraq onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər, o da polisdən gizlənə bilməyəcəyini başa düşdüyündən polis idarəsinə gəlmişdir. Polis idarəsində isə ona məlum olmuşdur ki, həmin vaxt Raminin onun avtomobilinə qoymuş olduğu sellofan torbadan narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Ramin ona Hövsan qəsəbəsində ona pay veriləcəyini deməsinə baxmayaraq pay olaraq nə veriləcəyini deməmişdir. Həmçinin polis əməkdaşları onları saxlayan anadək o, Raminin avtomobilinə qoyduğu sellofan torbada nə olduğunu bilməmişdir. Polis əməkdaşları onları saxlayandan sonra Ramin dayanmadan ondan avtomobili sürüb oradan qaçmağı tələb etmiş və ona qaçmadıqları halda həbs olunacaqlarını bildirmişdir. Bundan sonra o, Ramindən nə üçün həbs olunacaqlarını soruşanda sonuncu ona torbada “nəşə” olduğunu demiş və o həbs olunmaqdan qorxub avtomobildən düşərək oradan qaçıb getmişdir. Raminin narkotik vasitə istifadəçisi və ya satışı ilə məşğul olmasını bilməmişdir. Heç vaxt narkotik vasitə istifadə etməmiş və ya satışı ilə məşğul olmamışdır. Raminin Hövsan qəsəbəsinə narkotik vasitə götürmək üçün getməsini bilməmiş, həmçinin sellofan torbada arkotik vasitə götürüb avtomobilinə qoyduqdan sora geri qayıdanda da Ramin bu barədə ona deməmişdir. YPX əməkdaşları onları saxladıqdan sonra Ramin ona sellofan torbada narkotik vasitə olmasını demiş və o da həbs olunacağından qorxaraq oradan qaçıb getmir. (cild 1, iş vərəqə 80-82) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid BDYPİ-nin YPXA-nın 1-ci Tağımın YPX inspektoru Şahid3 ifadəsindən görünür ki, o Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir.( iş vərəqə 100-103) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci Bölüyünün polis əməkdaşı Şahid7 ifadəsindən görünür ki, o Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir.( iş vərəqə 166-169) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ‘"Şəxsi axtarışın keçirilməsi haqqında’’ xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” diskdən görünür ki, həmin diskə daxil olduqda içərisində “00080” və “00081” kimi qeyd olunmuş video faylların olması müəyyən edilmişdir. “00080” kimi qeyd olunmuş fayla daxil olaraq içərisindəki videogörüntüyə baxdıqda müəyyən olunmuşdur ki, müstəntiq Rafiq Qəmbərov özünü təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir, sonuncu da özünü təqdim edir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmaqla Sumqayıt ŞPİ-nin 5-ci PB- yə gətirildiyini bildirilir və polis əməkdaşlarına da özlərini təqdim etməsi xahiş olunur, polis əməkdaşları da özlərini təqdim edirlər. Sonra müstəntiq Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili X3 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Müstəntiq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd “Samsung A40” markalı mobil telefonu, şalvarının sol yan cibindən 1 ədəd 10 manatlıq və 3 ədəd 1 manatlıq pul əskinazlarım çıxararaq təqdim edir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin sonuncunun üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonun özünə məxsus olduğunu, üzərində ***- ***-**-** saylı mobil nömrənin olduğunu, 14 iyul 2023-cü il tarixdə kobil telefonu vasitəsilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxsin ona göndərmiş olduğu Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində qoydurduğu ünvana tanışı Bəxtiyar adlı şəxsin idarə etdiyi “Honda” markalı avtomobillə getdiyini, həmin ünvanda Hüseyn adlı şəxsin qoymuş olduğu narkotik vasitə olan marixuananı götürərək Bəxtiyar adlı şəxsin avtomobilinin sağ ön ayaqaltı hissəsinə qoyduğunu, həmin narkotik vasitəni 1000 manat pul qarşılığında başqa ünvana aparıb qoyacağı ilə İran vətəndaşı Hüseyn adlı şəxslə razılaşdığını, narkotik vasitəni əldə etdikdən sonra Bəxtiyar adlı şəxslə birlikdə Sumqayıt şəhərinə geri qayıtdıqlarını, lakin Bakı-Quba-Dağıstan yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində DYP əməkdaşları tərəfindən saxlanıldıqlarını, saxlanılan zaman Bəxtiyar adlı şəxsin avtomobildən düşərək qaçdığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 13 manat pul sonuncuya qaytarılır, bir ədəd mobil telefon isə qablaşdırılaraq götürülür. Sonda isə çəkiliş dayandırılır.(cild 1,iş vərəqə: 27-28. 35. 85-86) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd "DVD" diskdən görünür ki, həmin diskə daxil olduqda içərisində “00080" və "00081“ kimi qeyd olunmuş video faylların olması müəyyən edilmişdir. “00081” kimi qeyd olunmuş fayla daxil olaraq içərisindəki videogörüntüyə baxdıqda müəyyən edilir ki, müstəntiq Rafiq Qəmbərov özünü təqdim edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əldə etdiyi narkotik vasitəni Bəxtiyar adlı şəxsin idarə etdiyi Honda markalı avtomobilində saxladığını bildirdiyi qeyd edir. Sonra isə müstəntiq iştirakçılara özlərini təqdim etmələrini bildirir və iştirakçılar da özlərini təqdim edirlər. Baxış keçirilməsinə başlamadan öncə Təqsirləndirilən şəxs sərnişin qismində olduğu ‘’Honda insight” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim, sonuncu avtomobildə sərnişin oturacğınm alt hissəsində narktoik vasitə olduğunu bildirir. Bundan sonra müstəntiq tərəfindən “Honda İnsight” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtmobilə baxış keçirilməsinə başlanılır. Baxış zamanı avtomobilin saloununda qolaltı saxlanc yerindən Şahid1 Elton oğluna məxsus AZE******** seriya nömrəli şəxsiyyət vəsiqəsi, BA415567 seriya nömrəli sürücülük vəsiqəsi, AA383644 seriya nömrəli məcburi köçkün vəsiqəsi, “Honda İnsight” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin BB393299 seriya nömrəli qeydiyyat şəhadətnaməsi, etibarnamə, fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə, 4269 7420 1472 2819 və 4169 7388 4107 8466 nömrəli Kapital Banka məxsus kartlar, 4098 7104 6726 5003 nömrəli Leobanka məxsus kart, Bakı Kart plastik kartı, 2 ədəd mağaza kartları, 7 manat pul, digər saxlanc yerindən aşkar edilmiş X5ma məxsus AA175049 seriya nömrəli məcburi köçkün vəsiqəsi, sonuncuya məxsus P3679260 nömrəli xarici pasport və sənəd surətləri aşkar olunur. Bundan başqa baxış zamanı “Honda İnsight” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü oturacağının alt hissəsindən 1 ədəd qara rəngli dəri tərlik, 1 ədəd qara rəngli mayka, 1 ədəd üzərində ağ rəngli gül naxışları olan tünd göy rəngli köynək aşkar olunur, BDYPİ-nin YPXA-nm YPX inspektorları həmin geyimlərin avtomobilin sürücüsünə məxsus olduğunu, saxlanılan zaman sürücünün qaçmaq istədiyini gördükdə mane olmaq istədiklərini, həmin əşyaların onların əlində qaldığını, lakin sürücünün qaçıb uzaqlaşdığını bildirirlər. Bundan başqa baxış zamanı avtomobilin ön sağ oturacağının ayaqaltı hissəsindən qara rəngli sellofan torba aşkar olunur, həmin torba açıldıqda içərisində 5 ədəd şəffaf sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli ot kütləsinin olması müəyyən edilir. Həmin kütlələr ayrı- ayrılıqda elektron tərəzidə çəkilən zaman çəkilərinin 1050 qram, 1085 qram, 885 qram, 1045 qram, 1020 qram, ümumilikdə isə 5080 qram olması müəyən edilir. Avtomobildən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sorğu zamanı Ramin brahimov xx.xx.2023-cü il tarixdə mobil telefon vasitəsilə əlaqə saxladığı İran Respublikasının vətəndaşı Hüseyn adlı şəxsin ona göndərmiş olduğu Hövsan qəsəbəsi ərazisindəki ünvana Bəxtiyar adlı tanışının idarə etdiyi Honda İnsight markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə getdiyini, həmin ünvandan Hüseyn qoymuş olduğu narkotik vasitəni götürdüyünü, həmin narkotik vasitəni 1000 manat pul qarşılığında başqa bir ünvana aparacağını, narkotik vasitəni əldə etdikdən sonra Bəxtiyar ilə birlikdə Sumqayıt şəhərinə geri qayıtdıqlarını, lakin Bakı- Quba-Dağıstan sərhədi yolunun 30-cu kilometrliyində polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, saxlanılan zaman Bəxtiyarın avtomobildən düşüb qaçdığını bildirir. Həmin narkotik vasitəyə bənzər kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılır və üzərində qeydlər aparılaraq imzalanır. Sonda isə çəkiliş dayandırılır.(cild 1,iş vərəqə: 32-35, 85-86) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd "DVD" diskdən görünür ki, həmin diskə daxil olduqda içərisində “00080" və "00081“ kimi qeyd olunmuş video faylların olması müəyyən edilmişdir. “00081” kimi qeyd olunmuş fayla daxil olaraq içərisindəki videogörüntüyə baxdıqda müəyyən edilir ki, müstəntiq Rafiq Qəmbərov özünü təqdim edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əldə etdiyi narkotik vasitəni Bəxtiyar adlı şəxsin idarə etdiyi Honda markalı avtomobilində saxladığını bildirdiyi qeyd edir. Sonra isə müstəntiq iştirakçılara özlərini təqdim etmələrini bildirir və iştirakçılar da özlərini təqdim edirlər. Baxış keçirilməsinə başlamadan öncə Təqsirləndirilən şəxs sərnişin qismində olduğu ‘’Honda insight” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim, sonuncu avtomobildə sərnişin oturacğınm alt hissəsində narktoik vasitə olduğunu bildirir. Bundan sonra müstəntiq tərəfindən “Honda İnsight” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtmobilə baxış keçirilməsinə başlanılır. Baxış zamanı avtomobilin saloununda qolaltı saxlanc yerindən Şahid1 Elton oğluna məxsus AZE******** seriya nömrəli şəxsiyyət vəsiqəsi, BA415567 seriya nömrəli sürücülük vəsiqəsi, AA383644 seriya nömrəli məcburi köçkün vəsiqəsi, “Honda İnsight” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin BB393299 seriya nömrəli qeydiyyat şəhadətnaməsi, etibarnamə, fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə, 4269 7420 1472 2819 və 4169 7388 4107 8466 nömrəli Kapital Banka məxsus kartlar, 4098 7104 6726 5003 nömrəli Leobanka məxsus kart, Bakı Kart plastik kartı, 2 ədəd mağaza kartları, 7 manat pul, digər saxlanc yerindən aşkar edilmiş X5ma məxsus AA175049 seriya nömrəli məcburi köçkün vəsiqəsi, sonuncuya məxsus P3679260 nömrəli xarici pasport və sənəd surətləri aşkar olunur. Bundan başqa baxış zamanı “Honda İnsight” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü oturacağının alt hissəsindən 1 ədəd qara rəngli dəri tərlik, 1 ədəd qara rəngli mayka, 1 ədəd üzərində ağ rəngli gül naxışları olan tünd göy rəngli köynək aşkar olunur, BDYPİ-nin YPXA-nm YPX inspektorları həmin geyimlərin avtomobilin sürücüsünə məxsus olduğunu, saxlanılan zaman sürücünün qaçmaq istədiyini gördükdə mane olmaq istədiklərini, həmin əşyaların onların əlində qaldığını, lakin sürücünün qaçıb uzaqlaşdığını bildirirlər. Bundan başqa baxış zamanı avtomobilin ön sağ oturacağının ayaqaltı hissəsindən qara rəngli sellofan torba aşkar olunur, həmin torba açıldıqda içərisində 5 ədəd şəffaf sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli ot kütləsinin olması müəyyən edilir. Həmin kütlələr ayrı- ayrılıqda elektron tərəzidə çəkilən zaman çəkilərinin 1050 qram, 1085 qram, 885 qram, 1045 qram, 1020 qram, ümumilikdə isə 5080 qram olması müəyən edilir. Avtomobildən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sorğu zamanı Ramin brahimov xx.xx.2023-cü il tarixdə mobil telefon vasitəsilə əlaqə saxladığı İran Respublikasının vətəndaşı Hüseyn adlı şəxsin ona göndərmiş olduğu Hövsan qəsəbəsi ərazisindəki ünvana Bəxtiyar adlı tanışının idarə etdiyi Honda İnsight markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə getdiyini, həmin ünvandan Hüseyn qoymuş olduğu narkotik vasitəni götürdüyünü, həmin narkotik vasitəni 1000 manat pul qarşılığında başqa bir ünvana aparacağını, narkotik vasitəni əldə etdikdən sonra Bəxtiyar ilə birlikdə Sumqayıt şəhərinə geri qayıtdıqlarını, lakin Bakı- Quba-Dağıstan sərhədi yolunun 30-cu kilometrliyində polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, saxlanılan zaman Bəxtiyarın avtomobildən düşüb qaçdığını bildirir. (İş vərəqə: 32-35, 85-86) Protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1022 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş1 (bir) ədəd qara rəngli polietilen torbada üzəriləri skoçla bağlanmış 5 ədəd şəffaf sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 815,0 qram, 1015,0 qram. 970,0 qram, 980,0 qram, 950,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 4730,0 qramdır. Tədqiqata təqdim olunmuş 5 ədəd sellofan bağlamalarda olan marixuanalar tərkiblərinə görə eynidir. (cild 1,iş vərəqə) Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X9 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5414 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 1,iş vərəqə: 128-129) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki,**-KE-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş Təqsirləndirilən şəxs məxsus 05 ədəd bükümdə ümumi mtəmiz çəkisi 4730,0 qram marixiuana və 01 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 4729,5 qram qurudulmuş marixuana saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. (cild 1, iş vərəqə 194-212) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 66.3-cü maddələri ilə ona 07 (yeddi) il 03 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 27 (iyirmi yeddi) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir.(cild 1,iş vərəqə: 110-116) Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (cild 1, iş vərəqə 118) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində 200 qram narkotik vasitə olmasına dair məhkəmədə verdiyi ifadəsini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin hətta qanunda həmin növ narkotik vasitə üçün nəzərdə tutulmuş külli miqdardan da dəfələrlə artıq olmasını, bu miqdarda narkotik vasitənin şəxsi istifadə üçün saxlanılmasının qeyri-mümkünlüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məqsədi məhz narkotik vasitənin satışı olmuşdur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almaqla yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni əvvəllər məhkum olunmaqla məhkumluğunun ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın qanunda göstərilən məqsədlərinə nail oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 66.3-cü maddələri ilə ona 07 (yeddi) il 03 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 27 (iyirmi yeddi) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. CM-nin 83.3.4-cü maddəsinə əsasən onun məhkumluğu ödənilməmiş hesab olunur. CM-nin 18-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır ki, bu hal da cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələblərinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) nəzərə alınmasını imperativ edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 7, 18, 52-53, 76-77) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5414 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt şəhər polis idarəsində saxlanılan- **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş Təqsirləndirilən şəxs məxsus 05 ədəd bükümdə ümumi təmiz çəkisi 4730,0 qram qurudulmuş marixuanalar məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olaraq Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt şəhər polis idarəsində saxlanılan- **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş Təqsirləndirilən şəxs məxsus 05 ədəd bükümdə ümumi təmiz çəkisi 4730,0 qram qurudulmuş marixuana məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olaraq Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar