Məhkəmə qərarları › İş №1(124)-52/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-52/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-52/2022 20.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X16 xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə kömək etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, 2017-ci il tarixdə İran İslam Respublikasında olarkən tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan İlqar adlı şəxslə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri 300 manat pul müqabilində əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməklik göstərəcəyi barədə danışıb razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan İlqar adlı şəxs 2021-ci ilin yanvar ayında istifadəsində +**********654 nömrəli mobil nömrə ilə vatsapp sosial şəbəkə proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nar mobil telefon nömrəsi ilə əlaqə saxlayıb İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxs tərəfindən ona pul göndərilməsini bildirdikdən sonra 09 fevral 2021-ci il tarixdə saat 20 radələrində İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs onun mobil telefonuna zəng edərək istintaqa məlum olmayan yerdən və mənbədən əldə olunub Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə göndərilmiş, əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunda “Bol Market” adlı mağazanın yaxınlığında yerləşən zibil qutusunun içərisində gizlədilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddəni, yəni bir ədəd şəffaf rəngli sellofan bağlamada 28 iyun 2005-ci il tarixli və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan ağ rəngli kristal formada təmiz çəkisi 57,235 qram olan külli miqdarda psixotrop maddə metafetamini, 28 iyun 2005-ci il tarixli və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan təmiz çəkisi 1010.7 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 0.208 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq götürüb əldə etdikdən sonra həmin selofan torbada olan narkotik maddələrdən bir ədəd şəffaf rəngli selofan bükümdə 3.915 qram psixotrop maddə metamfetamini və bir ədəd şəffav rəngli selofan bükümdə 0.208 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əynində olan qara rəngli uzunqol idman gödəkçəsinin sol yan cibinə, qalan narkotik maddələri və 1 ədəd “CAS CUS 420 H”və OHAUS markalı elektron tərəzini isə bir ədəd ağ rəngli selofan bükümdə aparıb yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilinə daşımaqla saxlamış, 10 fevral 2021-ci il tarixdə saat 19:00 radələrində DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində saxlanılıb DİN-nin Baş Narkotiklə Mübariz İdarəsinin inzibati binasına gətirilərək idarənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli uzunqol idman gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükümdə 3.915 qram psixotrop maddə metamfetamin, bir ədəd şəffaf rəngli selofan bükümdə 0.208 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq X2 yaşadığı ünvan 2 ünvanında yerləşən evinə baxış keçirilən zaman evin yataq otağının girişdən sol tərəfində qapının arxasında olan bir ədəd ağ rəngli selafon torbanın içərisində 1 ədəd şəffaf rəngli selofan bükümdə 1010,7 qram (1 kq 010,7 qr) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şəffav rəngli selofan bükümdə təmiz çəkisi 53,320 qram ağ rəngli, kristal şəkilli psixotrop maddə hesab olunan metafetamin və 1 ədəd “CAS CUS 420 H”və OHAUS markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X5 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilmir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilir. O, 2013cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, 2014-cü ildə azadlığa buraxılmışdır. Hadisə günü o, öz avtomobili ilə Lökbatan qəsəbəsinə getmiş, dairəvi yolda olarkən polis əməkdaşları onu saxlamış və avtomobilinin cəriməsi olduğuna görə o, arxasını dönüb getmək istəmişdir. Bu zaman polis əməkdaşları onu saxlayıb öz maşınlarına mindirmiş və ona təzyiq göstərmişlər. Həmin vaxt polis əməkdaşları onun üstünü yoxlamış və onun üzərindən 2 qram tiryək aşkar olunmuşdur. Daha sonra o, polis əməkdaşları ilə birlikdə onun yaşadıqları evə getmiş, ancaq qapı bağlı olduğundan içəri girə bilməmişlər. Polis əməkdaşları evin ətrafını dolandıqdan sonra arxa tərəfdən evə daxil ola bilmişlər. Onlar evin həyətində axtarış aparmış, daha sonra polis idarəsinə getmişlər. Polis idarəsində bəzi rəsmiləşdirmə işləri aparıldıqdan sonra yenidən evə qayıtmış və evdə axtarış aparılmışdır. Bundan başqa təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o daha əvvəllər müalicə məqsədi ilə İran İslam Respublikasına getmiş və orda olduğu müddətdə heç kimlə tanış olmamışdır. Nə İlqar, nə də ki, Əli adlı adamı tanımır. Həmçinin 2013-cü ildən bəri narkotik vasitə istifadə edir. Əsasən marixuana qəbul etmiş, lakin metamfetamin və heroindən istifadə etməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəki sosial şəbəkə vasitəsi ilə əldə etmişdir. İstifadəsində olan “070 362 20 40” nömrəli mobil telefondan “Whatsapp”da qeydiyyatdan keçmişdir. Onun vasitələri satmaq niyyəti olmamışdır, verilən ittiham razı deyil. Təqsirləndirilən şəxs X5 ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində törətdiyi cinayət əməllərini təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmmişdir. Əvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təxminən 10 il olarki, narkotik vasitə hesab olunan heroin, marixuana və metamfetamindən istifadə edir.Təxminən 2017-ci ildə o, müalicə almaq üçün İran İslam Respublikasına getmişdir. Həmin vaxtı orada o, təsadüfən İlqar adlı şəxlə tanış olmuşdur. İlqara heç bir yerdə işləmədiyini və özünə iş axtardığını demişdir. Bundan sonra İlqar ona iş tapacağını demişdir. 2021-ci ilin yanvar ayında İlqar ona +**********654 nömrəli vatsapp nömrəsindən zəng vuraraq demişdir ki, “onun tanışı İran İslam Respublikasının vətəndaşı var adı Əlidir. Əli sənə pul göndərəcək onun işlərini görəsən”. Bundan sonra 09 fevral 2021-ci il tarixdə saat 20 radələrində Əli mənə zəng vuraraq demişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu Zabrat yolunda “Bol” marketin yaxınlığında zibil qutusunun yaxınlığında sellofan torbada narkotik vasitələr var həmin paketin içərisinə 300 manatda pul qoymuşdur ki, onun zəng edib mənə deyəcəyi yerə həmin paketi aparım”. O da Əlidən paketdə nə olduğunu soruşanda Əli ona demişdir ki, “torbanın içərsində narkotik var”. O da həmin günü onun dediyi yerə gedib orada olan narkotik vasitəni götürüb yaşadığı evə gəlmişdir. Bundan sonra telefonla gözləmişdir ki, Əli ona xəbər verdiyi yerə həmin bağlamanı aparıb qoysun. Amma bağlamanın içərsindən özünə metamfetamin, heroin və marixuana götürmüşdür ki, özü istifadə edər. Bağlamanın içərsində olan 300 manat pulu da götürüb öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin bağlamanı isə yaşadığı evdə yataq otağında qapının arxasına qoymuşdur. Bundan sonra 10 fevral 2021-ci il tarixdə o, Bakı şəhəri, Qaradağ rayonu, ərazisində Bakı Dairəvi yol ilə yolu keçmək istəyən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini DİN-in Baş Narkotiklə mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu DİN-nin Baş Narkotiklə Mübarizə idarəsinə dəvət etmişlər. O da işin nə yerdə olduğunu bildiyi üçün üzərində olan narkotik vasitələri kənara ata bilməmişdir. Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət etdikdən sonra onun üzərində ona təqdim edilmiş müdafiəçi X9 iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparmışlar. Şəxsi axatış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 2 ədəd sellofan bükülü aşkar olunmuşdur. Həmin bükülüləri təqdim edərək bildirmişdir ki, bükülüləri ona İran İslam Respublikası vətəndaşı Əli adlı şəxs göndərmişdir. Həmin bükümlər videoçəkilşlə götürülərək qablaşdırılmış və ona ekspertizaya göndəriləcəyi izah olunmuşdur. Sonra isə həmin vaxtı ona yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evinə baxış keçirəcəklərini bildirmişlər. O da buna etiraz etməyərək könüllü olaraq baxış keçirtmələri üçün ərizə yazmışdır. Bundan sonra DİN-nin Narkotiklərlə Mübarizə Baş idarəsindən yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki evinə gəlmişdir. Orada müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsi ilə yaşadığı evə baxış keçirilərkən İran vətəndaşı Əlinin göndərdiyi narkotik vasitələr olan sellefon torbanı yaşadığı evin yataq otağında qapının arxasında olan yeri polis əməkdaşlarına göstərmişdir. Həmin bükülünun içərsi açıldıqda içərsindən təxminən təxminən 53,320 qram psixotrop maddə metamfetamin və 1 kiloqram 10,7 qram çəkidə heroin o cümlədən 1 ədəd elektron tərəzi aşak olunaraq götürülmüşdür. Bundan sonra həmin üzərindən və evindən götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin ekspertizaya göndəriləcəyi ona izah edildikdən sonra bununla əlaqədar protokol tərtib olunmuş o da protokolla tanış olduqdan sonra protola imzalar etmişdir. O da etdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Həmin vaxtı ona heç bir təzyiq olmamışdır. (cild 1, vərəqə 225-227) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, Abşeron rayonu Xırdalan şəhəri sakini X2 narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, baş idarə rəhbərliyinə raportla müraciət etmişdir. X7 10 fevral 2021-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində yol kənarında saxlayaraq Baş Narkotiklə Mübarizə İdarəsinə aparmışlar. İdarədə olduqları zaman Cahangirzadə Oqtayın üzərinə baxış keçirilmış və narkotik vasitə aşkar edilmışdir. Bundan sonra X2 razılığı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evində thqiqatçı tərəfindən baxış keçirlmişdir. Baxış zamanı X5 yaşadığı evin qonaq otağından sola girişdə olan yataq otağının qapısının arxasından bir ədəd ağ rəngli selofan büküm çıxararaq təqdim etmişdir. Həmin selofan bükümü açıdqda içərisində iki ədəd şəffaf rəngli büküm və bir ədəd boz rəngli elektron tərəzi, bükümlərin içərisinə baxdıqda bükümlərdən birinin içərisində qəhvəyi rəngli toz şəkilli maddə, digər büküm içərində isə ağ rəngli kristal şəkilli maddə müşahidə olunmuşdur. Sorğu zamanı X5 bildirdi ki, yaşadığı evin qonaq otağından sola girişdə olan yataq otağının qapısının arxasından çıxararaq təqdim etdiyi bir ədəd ağ rəngli selofan bükümün içərisində olan iki ədəd bükümlərdən birində narkotik vasitə heroin, digər bükümdə isə psixotrop maddə metamfetamin və digəri isə bir ədəd boz rəngli elektron tərəzidir,həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs 09 fevral 2021-ci il tarixdə saat təxminən 20 radələrind ona məxsus mobil telefonla əlaqə saxlayaraq onun üçün göndərərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunda “Bol” marketin yaxınlığında yerləşən zibil qutusunda qoyduğu sellofan torbadan götürərək bir qismini üzərinə qoyub qalan qismini isə yaşadığı ünvan 3 ünvanında yerləşən evinə daşıyaraq evində saxlamışdır”. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, Şahid2 Şahid1la oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, ifadəsində göstərdi ki, oğlu X10 2013-cü ildə narkotik vasitələrə görə tutulduqdan sonra bir daha bu işlə məşğul olmamışdır. Polis əməkdaşlarının gəldiyi gün o, evdə olmuşdur. Onlar evi axtarmağa başladıqları zaman yataq otağına keçmiş və daha sonra onu mətbəxə salıb qapını bağlamışlar. Polis əmədaşlarının evdən aşkar etdikləri narkotik maddələri o daha öncə görməmiş və aşkar edilən narkotik vasitə onun oğluna aid olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 10 fevral 2021-ci il tarixli “Əməliyyat-axtarış təbdirlərinin keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə, etimad doğuran, məlum və qərəzsiz mənbədən Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 5-6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 10.02.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, X2 10 fevral 2021-ci il tarixdə üzərinə şəxsi axtarış aparılarkən Oqtay Cahangirzadə əynində olan qara rəngli uzunqol idman geyiminin sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, 2 ədəd selofan bükümü, sağ yan cibindən 1 ədəd siqaret qutusunu, yaşadığı mənzilin açarını, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və 110 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Oqtay Cahangirzadənin təqdim etdiyi selofan bükümlərə baxış keçirilən zaman bükümlərdən birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, digər bükümdə isə tünd yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə müəyyən edilmişdir. Həmin maddələr elektron tərəzi ilə çəkilərək qanunamüvafiq qaydada qablaşdırılmışlar. (cild 1, iş vərəqə 29-31) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X2 üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan üzərində “ZYKLEN DVD-R 4.7GB” yazıları yazılmış DVD formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, əynində qara rəngli uzun qol idman gödəkçəsi, qara rəngli idaman şalvar, ayağında qara rəngli ayaqqabı, ağzında mavi rəngli maska olan alçaqboylu şəxs əynində olan qara rəngli uzun qol idman gödəkçəsini sol yan cibindən iki ədəd selofan büküm çıxararaq təqdim etdi. Həmin iki ədəd selofan bükümlərin içərisinə baxdıqda bükümlərdən birinin içərisində ağ rəngli kristal şəkilli maddə, digər bükümün içərisində isə içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan marixuanaya oxşar bitki olduğu müşahidə olundu. Sorğu zamanı X5 bildirdi ki, əynində qara rəngli uzun qol idman gödəkçəsi, qara rəngli idaman şalvarl, ayağında qara rəngli ayaqqabı, ağzında mavi rəngli maska olan alçaqboylu şəxs onun özüdür, əynində olan qara rəngli uzun qol idman gödəkçəsini sol yan cibindən çıxararaq təqdim etdiyi iki ədəd şəffav rəngli sellofan bükümlərdən birinin içərisində psixotrop maddə metamfetamin, digər bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuanadır. Bildirmişdir ki, “həmin narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs 09 fevral 2021-ci il tarixdə saat təxminən 20 radələrində ona məxsus mobil telefonla əlaqə saxlayaraq onun üçün göndərərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunda “Bol” marketin yaxınlığında yerləşən zibil qutusunda qoyduğu sellofan torbadan götürərək bir qismini üzərinə qoyub qalan qismini isə yaşadığı ünvan 1 ünvanında yerləşən evinə daşıyaraq evində saxlamışdır”. (cild 1, iş vərəqə 62-94) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 10.02.2021-ci il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, X8 yaşadığı mənzilin yataq otağının qapının arxa hissəsindən 1 ədəd ağ rəngli sellofan paketi təqdim etmiş, həmin paketə evin qonaq otağında baxış keçirilmiş, paketin içərisindən 2 ədəd sellofan büküm və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Bükümlərdən birinin içərisindən narkotik vasitə heroinə bənzər kütlə, digərinin içərisindən isə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin maddələr təxmini çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmiş, psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu sellofanın çəksinin 56 qram olması, narkotik vasitə heroinə bənzər maddə olan sellofan isə çəkisinin 1 kq 12 qram olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 35-36) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X2 yaşadığı ünvan 1 ünvanında yerləşən evinə baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan üzərində “ZYKLEN DVD-R 4.7GB” sözləri yazılmış DVD formatlı diskə baxış keçiririlməsi haqqında protokoldan görünür ki, əynində qara rəngli uzun qol idman gödəkçəsi, qara rəngli idaman şalvarl, ayağında qara rəngli ayaqqabı, ağzında mavi rəngli maska olan alçaqboylu şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evin qonaq otağından sola girişdə olan yaq otağının qapısının arxasından bir ədəd ağ rəngli selofan büküm çıxararaq təqdim etdi. Həmin selofan bükümü açıdqda içərisində iki ədəd şəffaf rəngli büküm və bir ədəd boz rəngli elektron tərəzi vardır. Bükümlərin içərisinə baxdıqda bükümlərdən birinin içərisində qəhvəyi rəngli toz şəkilli maddə, digər büküm içərində isə ağ rəngli kristal şəkilli maddə müşahidə olundu. Sorğu zamanı X5 bildirdi ki, “əynində qara rəngli uzun qol idman gödəkçəsi, qara rəngli idaman şalvarl, ayağında qara rəngli ayaqqabı, ağzında mavi rəngli maska olan alçaqboylu şəxs onun özüdür, baxış keçirilən ev onun yaşadığı evdir, yaşadığı evin qonaq otağından sola girişdə olan yaq otağının qapısının arxasından çıxararaq təqdim etdiyi bir ədəd ağ rəngli selofan bükümün içərisində olan iki ədəd bükümlərdən birində narkotik vasitə heroin, digər bükümdə isə psixotrop maddə metamfetamin və digəri isə bir ədəd boz rəngli elektron tərəzidir”. Bildirmişdir ki, “həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs 09 fevral 2021-ci il tarixdə saat təxminən 20 radələrində ona məxsus mobil telefonla əlaqə saxlayaraq onun üçün göndərərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunda “Bol” marketin yaxınlığında yerləşən zibil qutusunda qoyduğu sellofan torbadan götürərək bir qismini üzərinə qoyub qalan qismini isə yaşadığı ünvan 1 ünvanında yerləşən evinə daşıyaraq evində saxlamışdır, ona deyilən yerə narkotik vasitəni qoyması müqabilində ona pul veriləcəkdi”. (cild 1, iş vərəqə 64-68) “Şəxsi axtarış və götürmə aparılması” barədə və “Baxış keçirilməsi və götürmə haqqında 10.02.2021-ci il tarixli protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəməkimyəvi ekspertizasının 11 fevral 2021-ci il tarixli 6/263 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...X2...üzərindən aşkar edilmiş” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,915 qram ağ rəngli kristaldan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “...X2...yaşadığı ünvanından aşkar edilmiş” yazısı olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1010,7 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 53,320 qram ağ rəngli kristaldan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində X2 yaşadığı ünvanından və üzərindən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 57,235 qramdır və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki kompanentlərə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində X2 yaşadığı ünvanından aşkar edilərək götürülmüş bir ədəd elektron tərəzinin üzərində heroin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (cild 01 iş vərəqə: 44-50) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 11 fevral 2021-ci il tarixli 7/7180 saylı rəyindən görünür ki, X1 götürülmüş bir ədəd selofan bükümdə olan təmiz çəkisi 0,208 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış vasitə qurudulmuş marixuanadır. (cild 01 iş vərəqə 51-54) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 05 aprel 2021-ci il tarixli 951 saylı rəyindən görünür ki, X3 Tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə: 175-176) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X5 əvvəllər Abşeron rayon məhkəməsinin 26.07.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 18.06.2014-cü il tarixli qərarı ilə cəzasının qalan 03 ay 14 gününü şərti olaraq azadlığa buraxılmışdır. Azərbaycan respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş sayılır. Odur ki, X2 hazırki dövrdə məhkumluğu yoxdur. (cild 1, iş vərəqə: 112- 114, 138-143) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq olunmuş 5 Saylı MTİİTS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X5 barəsində 5 Saylı MTİİTS-nə heç bir şikayət daxil olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmı baxışı zamanı X2 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1 maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsnin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilməsi əsassız olmuşdur. Belə ki, işin sübut olunan faktiki hallarına əsasən, təqsirləndirilən şəxs 2017-ci il tarixdə İran İslam Respublikasında olarkən tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan İlqar adlı şəxslə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri 300 manat pul müqabilində əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə danışıb razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan İlqar adlı şəxs 2021-ci ilin yanvar ayında istifadəsində +**********654 nömrəli mobil nömrə ilə vatsapp sosial şəbəkə proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nar mobil telefon nömrəsi ilə əlaqə saxlayıb İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxs tərəfindən ona pul göndərilməsini bildirdikdən sonra 09 fevral 2021-ci il tarixdə saat 20 radələrində İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs onun mobil telefonuna zəng edərək istintaqa məlum olmayan yerdən və mənbədən əldə olunub Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə göndərilmiş, əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunda “Bol Market” adlı mağazanın yaxınlığında yerləşən zibil qutusunun içərisində gizlədilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddəni, yəni bir ədəd şəffaf rəngli sellofan bağlamada 28 iyun 2005-ci il tarixli və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan ağ rəngli kristal formada təmiz çəkisi 57,235 qram olan külli miqdarda psixotrop maddə metafetamini, 28 iyun 2005-ci il tarixli və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan təmiz çəkisi 1010.7 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 0.208 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq götürüb əldə etdikdən sonra həmin selofan torbada olan narkotik maddələrdən bir ədəd şəffaf rəngli selofan bükümdə 3.915 qram psixotrop maddə metamfetamini və bir ədəd şəffav rəngli selofan bükümdə 0.208 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əynində olan qara rəngli uzunqol idman gödəkçəsinin sol yan cibinə, qalan narkotik maddələri və 1 ədəd “CAS CUS 420 H”və OHAUS markalı elektron tərəzini isə bir ədəd ağ rəngli selofan bükümdə aparıb yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilinə daşımaqla saxlamış, 10 fevral 2021-ci il tarixdə saat 19:00 radələrində DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində saxlanılıb DİN-nin Baş Narkotiklə Mübariz İdarəsinin inzibati binasına gətirilərək idarənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli uzunqol idman gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükümdə 3.915 qram psixotrop maddə metamfetamin, bir ədəd şəffaf rəngli selofan bükümdə 0.208 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq X2 yaşadığı ünvan 2 ünvanında yerləşən evinə baxış keçirilən zaman evin yataq otağının girişdən sol tərəfində qapının arxasında olan bir ədəd ağ rəngli selafon torbanın içərisində 1 ədəd şəffaf rəngli selofan bükümdə 1010,7 qram (1 kq 010,7 qr) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şəffav rəngli selofan bükümdə təmiz çəkisi 53,320 qram ağ rəngli, kristal şəkilli psixotrop maddə hesab olunan metafetamin və 1 ədəd “CAS CUS 420 H”və OHAUS markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında Oqtay Cahangirzadənin qeyd olunan narkotik və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsində bilavasitə icraçı qismində iştirakı əks olunmamış və sübuta yetirlməmişdir. İşin faktiki hallarına əsasən onlar İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan üzvü İlqar adlı şəxslə əlaqə saxlayıb, onun tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən əldə olunub dövlət sərhəddini keçirdikdən sonra əldə edəcəyinə əvvəlcədən vəd etmiş və bunu həyata keçirmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasına uyğun olaraq qaçaqmalçılığın törədilmə üsulu kimi mal və əşyaların gömrük sərhədindən kənar və ya gizli, yaxud da aldatma yolu ilə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli qərarın 17-ci bəndinə əsasən qaçaqmalçılıq malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması zamanı gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyanın gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Həmin Plenumunun 19-cu bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyəti istisna edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 34.2.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası CPM-in 33-cü maddəsinə əsasən cinayət prosesi həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 353.2.2-ci maddəsinə görə məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında"* 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarında qeyd edilmişdir ki, hökmdə işin məhkəmə tərəfindən müəyyən edilən halları, o cümlədən, edilmiş əməlin motiv və məqsədi, habelə məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Oqtay Cahangirzadə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o, cinayətin bilavasitə icraçısı deyil, köməkçi qismində iştirakçı hesab edilməli və əməlləri əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 32.5, 206.3.2-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X2 ittihamda qeyd olunan narkotik vasitələrin onun üzərindən aşkar olunmaması, narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, X2 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitələr və psixotrop maddənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması təqsirləndirilən şəxs X2 məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. X2 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X4 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması, 59-cu maddəsinə əsasən məhkəmə X2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən cinayətlərin residivi təqsirləndirilən şəxs X2 cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, X5 10 fevral 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 10 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 86-90). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs X4 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən X3 Tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan matemfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan- 1010.5 qram qalmış narkotik vasitə heroin, 57.035 qram psixotrop maddə metamfetamin və 0.188 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə olunmalı, 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanmalı, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunmaqla əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X1 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 5 il (beş) müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 il 6 ay (doqquz il altı ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 il (on) azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X2 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 10 fevral 2021-ci il tarixdən hesablansın. X5 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-də saxlanılan- 1010.5 qram qalmış narkotik vasitə heroin, 57.035 qram psixotrop maddə metamfetamin və 0.188 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə olunsun, 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunmaqla əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 186 (yüz səksən altı) manat ekspertiza xərci X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, X4 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: İmza Rəşad Əliyev Məruzəçi hakim: İmza Hafiz Əliyev Hakim İmza Fəhmin Hümbətov Əsli ilə düzdür, Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar