Məhkəmə qərarları › İş №1(124)-52/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-52/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-52/2024 01.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, tərcüməçi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X3, anlaqsız vəziyyətdə cinayət törətməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə 24 fevral 1995-ci il tarixdə Türkiyə Respublikasının Sakarya şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, natamam orta təhsilli, Ankara şəhəri, Berberler sokak, ev 49, Altındağ Ankara ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Erdal oğlunun) anlaqsız vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilməsi ilə bağlı onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayaraq 23 may 2022-ci il tarixdə saat 23 radələrində arvadı Zərərçəkmiş şəxs qızma kirayə yaşadıqları ünvan 2 ünvanında yerləşən evin yataq otağında intim əlaqədə olmağı təklif etdikdən sonra sonuncunun buna etiraz etməsindən əsəbləşib, əvvəlcədən əldə etdiyi, qənaətinə görə arvadına məxsus olan intim şəkillərə əsaslanaraq arvadının bacısı Şahid2 əri X6 ilə mütəmadi intim əlaqədə olub ona xəyanət etməsindən şübhələnərək onu qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlib evin mətbəxinə keçərək ordan götürdüyü istintaqa məlum olmayan kəsicideşici xassəyə malik bıçaqla Zərərçəkmiş şəxs həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrindən, yəni sol qarınüstü nahiyədən 1, qarın nahiyəsindən 1, boyun nahiyəsindən 3, sifətindən 1, sağ bazu nahiyəsindən 2, sol bud nahiyəsindən 1, sağ süd vəzindən 1, sol süd vəzindən 1 xəsarət yetirməklə sonuncuya qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edərək qaraciyəri zədələyən və qarın nahiyəsinin sol yan səthinin daxilə nüfuz edərək enən çənbər bağırsağı və nazik bağırsağı zədələyən İİİ dərəcəli hemorragik şokla müşayiət olunan 2 (iki) ədəd deşilmiş kəsilmiş yaralarından sonra inkişaf edən bronxopnevmoniya, plevrit, dalağın hiperplaziyası, miokardın, qaraciyərin və böyrəklərin parenximatoz zülal distrofıyası və orqanizmin ümumi intoksikasiyası ilə müşayiət olunan peritonit nəticəsində baş verən poliorqan çatışmazlığından ölümünə səbəb olan qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edərək qaraciyəri zədələyən 1 (bir) ədəd deşilmiş kəsilmiş yarası və qarın nahiyəsinin daxilə nüfuz edərək enən çənbər bağırsağı və nazik bağırsağı zədələyən 1 (bir) ədəd deşimiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, boyun nahiyəsinin 3 (üç) ədəd kəsilmiş yarası, sifətin sol yarısının 1 (bir) ədəd kəsilmiş yarası, sağ bazunun 2 (iki) ədəd deşilmişkəsilmiş yarası, sol bud nahiyəsinin orta 1/3-nin arxa-bayır səthinin 1 (bir) ədəd deşilmişkəsilmiş yarası, sağ süd vəzinin aşağı-iç kvadratının 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol süd vəzinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarətlər, yəni çoxsaylı cəmi 11 xəsarət yetirməklə anlaqsız vəziyyətdə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq qərar çıxararkən ictimai təhlükəli əməlin törədilməsinə, həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədilməsinə, əməlin anlaqsız vəziyyətdə törədilməsinə və şəxsin məhkəmə baxışı zamanı da həmin vəziyyətdə olmasına, həmçinin, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının tətbiq edilməsinə ehtiyac olmasına dair məsələləri həll edərək belə nəticəyə gəlir ki, aşağıdakı səbəblərə görə Təqsirləndirilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə əsaslar mövcuddur. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, baş vermiş hadisənin təfərrüatlarını hazırda tam olaraq xatırlamır. Xatırladığı qədəri ilə zərərçəkmiş şəxsi onun xəyanət etməsi səbəbindən öldürmüşdür. Zərərçəkmiş şəxs ilə təxminən 10 il idi ki, evli olmuşdur. 3 övladları var. Evlilik müddətində zərərçəkmiş şəxs ilə aralarında tez-tez problemlər olurdu. Bu müddət ərzində o çox qısqanc olmuşdur. Hadisə baş verdiyi vaxt zərərçəkmiş şəxs ilə eyni evdə yaşayırdılar. Belə ki, onun “gmail” elektron poçt hesabının şifrəsini bildiyi üçün atasının mobil telefonunda həmin hesab vasitəsilə mərhum həyat yoldaşının “Google Drive” hesabına daxil olmuşdur. Daha sonra silinənlərin geri qaytarılması funksiyasını həyata keçirən adını bilmədiyi proqramı yükləmiş və həmin hesabda həyat yoldaşının müəyyən yazışmalarını və fotoşəkillərini tapmışdır. O, mərhum həyat yoldaşının çılpaq şəkillərini və bacısının əri ilə ona xəyanət etməsinə dair yazışmaları aşkar etmişdir. Mərhum həyat yoldaşının ona yalnız bacısının əri ilə deyil, başqa şəxslərlə də xəyanət etməsinə dair əsaslı şübhələri var idi. Belə ki, onunla aralarında mübahisə yarandıqda tez-tez ailəsinin evinə gedirdi. Onunla mobil telefon vasitəsilə danışdıqda kənardan tanımadığı kişi səsləri eşidir, bəzən də onun etdiyi zənglərə ümumiyyətlə, cavab vermirdi. Zərərçəkmiş şəxsə neçə dəfə bıçaq zərbəsi endirdiyimi xatırlamır. Onun ümumiyyətlə psixoloji problemlərim olmuşdur. Bu səbəbdən tibbi dərmanlar qəbul etmişdir. Belə ki, yuxusuzluqdan əziyyət çəkir, bəzi səslər eşidir və bəzi şəxslər gözünə görünürdü. Eşitdiyi səslərdə ona həyat yoldaşını öldürməyi barədə deyilirdi. Hadisə baş verdiyi vaxt dərmanları yanında yox idi. Bu dərmanlar Türkiyə Respublikasından gətirilməli idi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o göstərmişdir ki, 29 aprel 2022-ci il tarixdə gecə saatlarında arvadına cinsi əlaqədə olmağı təklif etmiş, lakin arvadı onunla cinsi elaqədə olmaq istəməmişdir. Həmçinin bu zaman onun cinsi orqanına (vagina) baxdıqda onun sulandığını görmüşdür. Arvadına “sən başqa kişi ile cinsi elaqədə olmusan, ona görə də mənimlə cinsi əlaqədə olmaq istəmirsən” demişdir. Arvadı ona “əgər başqası ilə cinsi elaqədə olmuşamsa gedək həkimə məni yoxlatdır” demişdir. Buna o qədər de əhəmiyyət verməmişdir. Təxminən 5 gün sonra işi ilə əlaqədar getdiyi Quba rayonundan gəlmişdir. Həmin gün gecə saatlarında yenə de arvadı ilə cinsi əlaqədə olmaq istədikdə onun cinsi orqanının qapandığını görmüş və arvadının başqa kişi ilə cinsi əlaqədə olaraq ona xəyanət etməsi fikri onda qətiləşmişdir. 29 apreldən əvvəl 22 apreldə arvadı ilə cinsi əlaqədə olmuşdur. Arvadının ona yeznəsi, yəni bacısının əri Onur Özçeliklə cinsi əlaqəda olaraq xəyanət etməsindən şübhələnmişdir. Belə ki, əvvəllər arvadı və Onurun bir-biri ilə baxışmalarının şahidi olmuşdur. Bununla bağlı arvadı ilə bir neçə dəfə mübahisə de etmişdir. Təxminən 19-20 may tarixində atasının telefonunu götürüb silinmiş mesaj, foto və videoları bərpa etdikdə arvadının təxminən 10 ədəd intim şəklini görmüşdür. Həmin şəkillərin çoxundan arvadının sifəti görünməsə də, başqa şəxsin cinsi orqanını ağzına aldığı şəkildə və paltarını geyindiyi şəkildə onun sifəti görünmüşdür. Bundan başqa sifəti görünməyən şəkillərdə arvadının bədəninin müxtəlif yerlərindən həmin şəkildəkinin arvadı olduğunu bilmişdir. Çünki arvadının əl və ayaq barmaqları balaca ve toppuş, döşlərindən biri isə digerinə nisbetən daha böyük olmuşdur. Şəkildəki kişi cinsli şəxsin ayağından onun Onur olduğunu bilmişdir. Bu şəkilləri arvadına göstərərək ona bu şəkillərin nə olduğunu soruşduqda arvadı ona şəkildəki qadının özü olmadığını demişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisələrinə aydınlıq gətirmək üçün atasını çağırmışlar. Atası isə mübahisənin davam etməməsi üçün şəkillərdəkinin Duyğu olmadığını demişdir. Bundan sonra bir neçə gün bu şəkillərə baxaraq özünün və ailəsinin gələcəyi haqqında düşünmüşdür. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində arvadı ilə yenidən cinsi əlaqədə olmaq istədikdə arvadı ona cinsi əlaqədə olmaq istəmədiyini demişdir. Bundan sonra arvadının sağ döşünün altında olan izi görüb arvadının yenidən ona xəyanət etməsinə əmin olmuş və evin mətbəxinə gedərək qab-qacaq qoyulan yerdən uzunluğu təxminən 20 sm olan, dəstəyi qara rəngli taxta materialdan olan çörək bıçağını götürərək yataq otağında olan arvadına yaxınlaşmış və ilkin olaraq onun sol ayağından xəsarət yetirmişdir. Bundan sonra arvadı “eləmə mən sənə olanları danışacam" demişdir. Arvadının bu sözlərindən əsəbləşib yenidən onun sağ boşluğuna, qoluna və digər nahiyələrinə əlindəki bıçaqla xəsarət yetirmişdir. Ən azı Duyğuya 5-6 bıçaq xəsarəti yetirmişdir. Bundan sonra Duyğu çarpayının üzərinə yıxılmışdır. Etdiyi əmələ görə peşman olaraq “Duyğu, ölmə uşaqlarımız var" demişdir. Bundan sonra, Duyğunun həyatını xilas etmək üçün tez yaxınlıqda yaşayan atasıgilə qaçmış və atasına olanları danışaraq istifadəsində olan “Ford Transit" markalı avtomobili işə salmasını və Duyğunu xəstəxanaya aparmasını xahiş etmişdir. Bundan sonra atası tez avtomobili işə salmış və tez yaşadıqları evə getmişdir. O və atası Duyğunu avtomobilə qoymuş və Bakı şəhərinə yola düşmüşlər. Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Göyçə” marketin yanında düşmüşdür. Hadisəni törətdiyi bıçaq da həmin vaxt əlində olmuşdur. Ordan yenidən evə gedərək uşaqlarının yanına getmişdir. Uşaqları da götürərək atasının evinə getmişdir. 24 may 2022-ci il tarixdə saat 04 radələrinədək yatmamış, uşaqlarını yatırmışdır. 24 may 2022-ci il tarixdə saat 16 radələrində evdən çıxaraq Sumqayıt şəhərinə getmişdir. Çünki hadisədən bir gün qabaq arvadının xəyanət etməsinə görə özü sol qoluna hadisəni törətdiyi bıçaqla xəsarət yetirmişdir. Bu səbəbdən də Sumqayıta getməkdə məqsədi xəstəxanaya gedərək tibbi yardım almaq olmuşdur. Sumqayıta gedərkən hadisə vaxtı istifadə etdiyi bıçaq da yanında olmuşdur. Sumqayıta atası və anası ile birlikdə getmişdir. Bakı-Sumqayıt yolunda DYP-nin Saray postuna az qalmış bıçağı avtomobilin oturduğu sağ qabaq hissəsindən yolun kənarına atmışdır. Corat qəsəbəsinin yaxınlığında yerləşən xəstəxanaların birində tibbi yardım almışdır. Mütəmadi arvadının səhhəti ilə maraqlanmışdır. 29 may 2022-ci ilədək atasıgilin evində qalmış və uşaqları ilə məşğul olmuşdur. 29 may 2022-ci il tarixdə saat 12 radəiərində atası onu Abşeron RPİ-yə gətirmişdir, RPİ-yə çatdıqda atası ona “Duyğu bu gün öldü, get təslim ol” demişdir. Bundan sonra Abşeron RPİ-nin növbətçi hissəsinə gedərək törətdiyi əməli etiraf etmişdir. (Cild 1, iş vərəqləri 148-151) Məhkəmədə barəsində icraat aparılan şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Oğuzhan 2013-cü ildə Duygu ilə evlənmişdir. Onların 3 uşağı var. Qızı Seren 2016-cı ildə Onur Özçekik ilə evlənmişlər. 2021-ci ildə maddi cəhətdən sıxıntısı olduğu üçün Oğuzhan, arvadı Duygu və oğlu Anıl ilə birlikdə Azərbaycana gəlmişlər və Abşeronda məskunlaşmışlar. Qızı Seren də ailəsi ilə bir il əvvəl Azərbaycana gəlmişlər. O da arvadı və nəvələri ilə 2022-ci ilin mart ayında Azərbaycana gəlmişdir. Qızı və oğlu öz ailələri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində kirayədə yaşayırdılar. Onun oğlu şizofreniya xəstəsidir. Türkiyədə bir çox bölgədə onu müalicə etdirmişdir. Azərbaycana gələrkən o dərmanlarını Türkiyədə qoyub gəlmişdi. Oğlu ilə gəlini Duyğu arasında münasibətlər normal idi. 19 mayda günorta saatlarında Çile ona mobil telefonunda olan bir ədəd çılpaq qadın şəkli göstərib həmin şəkildəki qadının Duygu olub-olmadığını soruşmuşdur. O da onun Duygu olmadığını demişdir. Oğuzhan isə həmin şəkildəki qadının Duygu olduğunu israrla deyirdi. 22 may 2022-ci ildə Oğuzhan sol qolun yaralayaraq özünə xəsarət yetirmişdi. 23 mayda saat 23 radələrində nəvəsi Mirac onlara gəlib “atam və anam münaqişə edirlər, tez gəl kömək et” demişdir. Çile ilə evdən çıxmış, evdən çıxandan sonra Oğuzhanın yolda onlara doğru gəldiyini görmüşdür. Oğuzhandan nə olduğunu soruşanda ona “gedin Duyguya kömək edin, ölməsin, xəstəxanaya aparın” demişdir. Oğuzhanın yaşadığı evə getmiş, evdə yataq otağında çarpayının üstündə Duygunu qan içində görmüşlər. Sonra onu avtomobilə yerləşdirərək xəstəxanaya aparmışlar. Oğlunun xəstə olmasına dair sənədlər vardır. Oğlu ilə hadisədən sonra qarşılaşanda ona Duygunu vurduğunu və onu xəstəxanaya aparmağını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayında yaşadıqları evin birinci mərtəbəsinin bir otaq və bir mətbəxdən ibarət hissəsini Təqsirləndirilən şəxs ailəsinə kirayə vermişlər. Onlar kirayə haqqı olaraq 140 manat verirdilər. Oğuzhan və Duygu arasında hər hansı bir münaqişənin şahidi olmamışdır. Onlar işləri ilə əlaqədar həftədə bir neçə gün evdə olmur, başqa rayonlara gedirdilər. 2022-ci il mayın 23-də saat 23 radələrində evdə olarkən Oğzuhan və Duygunun kiçik uşaqları Azra və Anıl Taha onlara gələrək gəlib “Vəsilə xala, anam öldü, gəl” dedikdən sonra onların yaşadığı otağa getmişdir. Orada Duygunu qanlar içində yerdə döşəyin üzərində uzanan görmüşdür. Həmin vaxt Duygunun qaynatası Erdal və qaynanası Çile də orada idi. Təcili tibbi yardım gec gələcəyini düşünərək Erdalın avtomobili ilə Duygunu xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayında yaşadıqları evin birinci mərtəbəsinin bir otağını 140 manat müqabilində Oğuzhan və Duyguya kirayəyə vermişlər. Onlar arasında hər hansı bir münaqişənin şahidi olmamışlar. 24 mayda saat 00 radələrində qohumunun toyundan evə gəlmişdir. Evə gələndə arvadının vəziyyətinin pis olduğunu görmüşdür. Nə baş verdiyini soruşanda Vəsilə “Kirayənişin Oğuzhan arvadı Duygunu bıçaqlayıb, uşaqları mənə bu barədə məlumat verdilər” demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Oğuzhan 2013-cü ildə Duygu ilə evlənmiş və onların 3 uşağı vardır. 2021-ci ildə Oğuzhan ailəsi ilə birlikdə Azərbaycana gəlmiş və Abşeronda məskunlaşmışdır. O da əri və nəvələri ilə birlikdə 2022-ci ilin mart ayında Azərbaycana gəlmişlər. 2022-ci il mayın 23-də nəvəsi Mirac onlara gəlib ərinə “atam və anam münaqişə edirlər, tez gəl kömək et” demişdir. Əri Erdal ilə evdən çıxıb onların evinə doğru gedəndə Oğuzhanın ilə qarşılaşmışlar. O onlara Duygunu bıçaqla vurduğunu, onu xəstəxanaya aparmağını demişdir. Evə getmişlər, evdə yataq otağında Duygunu qan içində görmüşlər. Sonra onu avtomobilə mindirib xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2016-cı ildə Onur Özçekiç ilə evlənmişdir. 2021-ci ildə Azərbaycana gələrək burada satıcılıqla məşğul olmağa başlamışlar. Bir müddət Lənkəran və Astara rayonlarında yaşamış, təxminən 5 aydır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində kirayədə yaşamışlar. Qardaşı Oğuzhan ailəsi ilə birlikdə Xırdalan şəhərində yaşayırdı. Onlar da səyyar satıcılıqla məşğul olurdu. 2022-ci ilin aprel ayında atası Erdal və anası Çile ilə birlikdə Azərbaycana gəlmişlər. 2022-ci ilin may ayının əvvəllərində atası demişdir ki, “X5sqanır”. O da ona bir daha onların evinə gedibgəlməyəcəklərini demişdir. 2022-ci il mayın 24-də səhər saatlarında atası zəng edib Oğuzhanın Duygunu bıçaqladığını demişdir. Qardaşı Oğuzhan telefonda şəkillərə baxıb gördüyü qadının Duygu olduğunu israr edirdi. Onlar ona həmin qadının Duygu olmadığını desələr də o, buna inanmırdı. Qardaşının psixikası pozulmuşdu. Onu bir neçə dəfə Türkiyədə müxtəlif yerlərdə müalicə etdirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 2016-cı ildə Şahid2 ilə evlənmişlər. 2021-ci ilin aprel ayında ailəsi ilə birlikdə Azərbaycana gəlmişlər. Bir müddət Lənkəran və Astara rayonlarında qalmışlar, sonra Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində kirayədə yaşamışlar. Qaynı Oğuzhan ailəsi ilə birlikdə 2021-ci ilin dekabr ayında Azərbaycana gəlmişdir. Onlar da səyyar satıcılıqla məşğul olurdu. 2022-ci ilin aprel ayında qaynatası Erdal qaynanası Çile ilə birlikdə Azərbaycana gəlib Xırdalanda yaşamağa başlamışlar. 2022-ci ilin may ayının əvvəllərində qaynatası onu çağırıb Oğuzhanın Duygunu ondan qısqandığını demişdir. O, bundan sonra Oğuzhanın yaşadığı evə ümumiyyətlə getməmiş və nə Duygunu, nə də Oğuzhanı görməmişdir. 2022-ci il mayın 24-də səhər saatlarında Erdal zəng edib Oğuzhanın Duygunu bıçaqladığını demişdir. Oğuzhanın psixoloji problemləri var idi, bir neçə dəfə onu müalicə etdirmişdilər. Dərmanlarını atmadığı üçün psixoloji durumu daha da pisləşmişdir. Məhkəmə, icraat üzrə dindirilmiş anlaqsız vəziyyətdə cinayətin törədilməsi istinad edilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 25 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən Şahid4 məxsus, Təqsirləndirilən şəxs və aləsinin kirayə yaşadığı evdir.(Cild 1, iş vərəqləri 25-29) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli 74 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində 7 (yeddi) ədəd deşilmiş-kəsilmiş yara və 4 (dörd) ədəd kəsilmiş yara aşka edilmişdir. Deşilmiş-kəsilmiş yaralardan 2 (iki) ədədi daxilə nüfuz edir. Meyitdə aşkar olunmuş xəsarətlər aşağıdakılardır: İ.Sol qarın üstü nahiyənin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ölçüdə. Yara döş sümüyünün xəncərəbənzər çıxıntısını tam kəsərək daxilə nüfuz edib, qaraciyərin sol payını dəlib keçir. 2.Qarın nahiyəsinin sol yan səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası. Yara daxilə nüfuz edərək enən çənbər bağırsağı və nazik bağırsağı zədələyir. 3. Boyun nahiyəsinin sağ yan səthinin kəsilmiş yarası; 4. Boyun nahiyəsinin sağ yan səthinin kəsilmiş yarası; 5. Boyun nahiyəsinin sol yan səthinin kəsilmiş yarası; 6. Sifətin sol yarısının kəsilmiş yarası; 7. Sağ bazunun yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası; 8. Sağ bazunun orta 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası; 9. Sol bud nahiyəsinin orta 1/3-nin arxa-bayır səthinin deşilmişkəsilmiş yarası; 10. Sağ süd vəzinin aşağı-iç kvadrantının deşilmiş-kəsilmiş yarası; 11. Sol süd vəzinin deşilmiş-kəsilmiş yarası. Qeyd olunan yara süd vəzini dəlib keçmişdir. Zərərçəkmiş şəxs meyitində qeyd edilən xəsarətlər həyatidirlər, ölümlə səbəbli əlaqəlidirlər, qərarın təsviri.hissəsində göstərilən xx.xx.2022- ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmamn əlamətlərinə malikdirlər. Həmin xəsarətlərdən qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edərək qaraciyəri, zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası və qarın nahiyəsinin daxilə nüfuz edərək enən çənbər bağırsağı və nazik bağırsağı zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaın əlamətlərinə malikdirlər. Digər xəsarətlər isə hər biri ayrıayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmamn əlamətlərinə malikdirlər. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), kəsilmiş yaralar isə iti kənarlı əşyanın (alətin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs ölümünə səbəb - qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edərək qaraciyəri zədələyən və qarın nahiyəsinin sol yan səthinin daxilə nüfuz edərək enən çənbər bağırsağı və nazik bağırsağı zedeleyen İİİ dərəcəli hemorragik şokla müşaiyet olunan 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaralarından sonra inkişaf edən ikitərəfli bronxopnevmoniya, plevrit, dalağın hiperplaziyası, miokardm, qaraciyərin və böyrəklərin parenximatoz zülal distrofıyası və orqanizmin ümumi intoksikasiyası ilə müşaiyət olunan peritonit nəticəsində baş verən poliorqan çatışmazlığı olmuşdur. Zərərçəkmiş şəxs ölümü xx.xx.2022-ci il tarixdə, saat 11:35-də Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik xəstəxanasında baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş deşilmiş-kəsilmiş və kəsilmiş yaraların qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilmələri mümkündür. (Cild 2, iş vərəqləri 1-46) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 404/2022-MTBŞ saylı rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu Abeta/H/(ll) (339/2022-MTBŞ saylı ekspert rəyinə əsasən). Ekspertizaya təqdim olunan 02 ədəd çubuqlu tampon, Zərərçəkmiş şəxs məxsus şalvar və köynək üzərində Abeta(H)/ll/ qruplu insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur. (Cild 1, iş vərəqləri 245-250) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli 1125 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər - sol saidin kəsilmiş yaraları kəsici xarakterə malik alətin (əşyanın) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyələrə özü tərəfindən bıçaqla yetirilmə nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (Cild 1, iş vərəqləri 241-244) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 339/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(ll). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Bu qan ləkələri Abeta/H(ll) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqləri 234-240) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbikriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 268-MTKŞ/2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 5 ədəd, arxa səthində 1 ədəd, sağ qolun arxa səthində 1 ədəd və şalvarın arxa səthində 2 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. (Cild 1, iş vərəqləri 229-233) İcraat materiallarında olan “ifadələrin yerində yoxlanılması haqqında” 31 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs öz ifadəsində göstərdiyi xüsusatları hadisə yerində də bir daha qeyd etmişdir. (Cild 1, iş vərəqləri 166-171) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 111 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətməmişdən əvvəl və törədərkən sayıqlama pozuntusundan əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi sayıqlama pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əziyyət çəkdiyi sayıqlama pozuntusu hal-hazırda da davam edir. Buna görə Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Əlavə olaraq qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs düçar olduğu psixi patologiya hal-hazırda davam etdiyinə görə onun müalicəyə ehtiyacı yarandığı müəyyənləşir. Odur ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədərkən sayıqlama pozuntusunun təsiri altında olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Balta ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Baltanın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 -ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında - diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), qavrama prosesinin bir qədər ləng olması, təfəkküründə ilişkənlik, yaddaş proseslərinin isə kifayət qədər aktiv olduğu aşkar olunur. Psixi-emosional vəziyyətində gərginlik, narahatlıq, sıxıntı, əhval- ruhiyyənin bir qədər enməsi, xarakterik xüsusiyyətlərində şübhəlilik, eqosentrizm, inamsızlıq müəyyən edilir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində oyamqlıq, qəzəb yaranmış, həmin halın yaranması həyat yoldaşının ona xəyanət etməsi düşüncələri, şübhələri, qısqanclıq fikirləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt) olmamışdır. (Cild 2, iş vərəqləri 111-120) Məhkəmədə dövlət ittihamçısının vəsatəti əsasında təyin edilmiş və məhkəmədə tədqiq edilmiş təkrar kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 32 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs sayıqlama pozuntusundan əziyyət çəkir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırda da o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində oyamqlıq, qəzəb yaranmış, həmin halın yaranması həyat yoldaşının ona xəyanət etməsi düşüncələri, şübhələri, qısqanclıq fikirləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt) olmamışdır. İcraat materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Duygu Baltaya məxsus şalvar, köynək, Təqsirləndirilən şəxs məxsus şalvar, 02 ədəd çubuqlu tampon maddi sübut kimi tanınaraq Abşeron rayon prokurorluğunun maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması görüntülərini əks etdirən disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(Cild 2, iş vərəqləri 166-178) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 220-222) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.1 və 477.2-ci maddələrini rəhbər tutaraq anlaqsız vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə, yəni xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətinin törədilməsi istinad edilən Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı qeyd edir ki, anlaqsız vəziyyətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin bu əmələ münasibətdə subyektiv cəhətdən yanaşması ona istinad edilən əmələ uyğun olmalıdır. Şəxsə istinad edilən əməllə bağlı istintaq orqanının gəldiyi nəticə ilə əlaqədar məhkəmə qeyd edir ki, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini psixi xəstəliyinə görə dərk etmək iqtidarında olmayan şəxs tərəfindən məhz xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətinin törədilməsi nəinki işin faktiki hallarına uyğun deyil, cinayət hüququnun nəzəriyyəsinə belə ziddir. Başqa sözlə əgər şəxs anlaqsızdırsa onun xüsusi amansızlılqla bağlı niyyətinin olması, yəni təqsirkarın qəsdinin zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilməsi, subyektiv cəhətdən xüsusilə amansızlığı ehtiva edən hərəkətləri dərk etməsi, onları arzu etməsi və icra etməsi istisna olunur, əks halda isə şəxs xüsusilə amansızlıqla hər hansı bir əməl törətmişsə, onda o, anlaqsız deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. Məhkəmə bu nəticəyə gələrkən “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmalına istinad edir. Belə ki, Ali Məhkəmənin Cinayət kollegiyası xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarında verilmiş təfsirlərdən çıxış edərək xüsusilə vurğulamışdır ki, “xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Bu isə şəxsin əqli, psixiki cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmasını, onun əqli inkişafının, psixi vəziyyətinin buna imkan verməsini tələb edir”. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, istintaq orqanın gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olub öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etməyərək və onu idarə edə bilməyərək zərərçəkmiş şəxsi məhz xüsusilə amansızlıqla öldürməsi ilə bağlı gəldiyi nəticə cinayət hüququnun əsaslarına, cinayət tərkibinin anlayışına zidd olmaqla yanaşı, səhv və məntiqsizdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir. O, hazırda da həmin vəziyyətdədir. Onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi barədə qərar çıxarılmalıdır. Eyni zamanda, tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə o, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. İcraat üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi istinad edilən Blta Oğuzhan barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Həmin Məcəllənin 95.0 və 95.0.3-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Bundan başqa, icraat materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 31 may 2022-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra həmin məhkəmənin qərarı ilə onun həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 161-165, Cild 2, iş vərəqləri 100-110) Məhkəmə həmçinin hesab edir ki, hazırkı qərar qanuni qüvvəyə minənədək anlaqsız vəziyyətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 474.1.2-ci maddəsinə müvafiq olaraq xüsusi tibb müəssisəsinə yerləşdirmək növündə təhlükəsizlik tədbirləri tətbiq edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri təhlükəsizlik tədbiri tətbiq olunduqdan sonra ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icraat materialları üzrə maddi sübutlar Abşeron rayon prokurorluğunun maddi sübutları saxlanc anbarında saxlanılan Duygu Baltaya məxsus şalvar, köynək, Təqsirləndirilən şəxs məxsus şalvar, 02 ədəd çubuqlu tampon məhv edilməlidir. İş materiallarında olan 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın ədalətli məhkəmə araşdırılması hüququndan və qanunsuz cəzalandırılmamaqdan bəhs edən 6 və 7-ci maddələrinin tələblərinə uyğun hesab edir. Belə ki, Konvensiyanın həmin maddələrinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 348.2, 383-385, 468, 472-473, 477-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs (Erdal oğlu) cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.3-cü maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs (Erdal oğlu) barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Qərar qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs (Erdal oğlu) barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 474.1.2-ci maddəsinə müvafiq olaraq xüsusi tibb müəssisəsinə yerləşdirmək növündə təhlükəsizlik tədbirləri tətbiq edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri təhlükəsizlik tədbiri tətbiq olunduqdan sonra dərhal ləğv edilsin. Həmin hissədə qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixiatriya Xəstəxanasına həvalə edilsin. İş üzrə maddi sübutlar – Abşeron rayon prokurorluğunun maddi sübutları saxlanc anbarında saxlanılan Duygu Baltaya məxsus şalvar, köynək, Təqsirləndirilən şəxs məxsus şalvar, 02 ədəd çubuqlu tampon məhv edilsin. İş materiallarında olan 02 ədəd disk iş materiallarında saxlanılsın Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar