Məhkəmə qərarları › İş №1(124)-52/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-52/2025

30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-52/2025 30.06.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Pirallahı rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, 22 yanvar 2024-cü il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına» daxil olan bir bükümdə 2,785 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib üzərində saxlamış və daşımış, 23 yanvar 2024-cü il tarixdə saat 00:30 radələrində Abşeron RPİ-nin X13 əməkdaşları tərəfindən o, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Abşeron RPİ-nin X16 gətirilmiş və bölmənin inzibati binasında həmin gün saat 01:45-dən saat 01:57-yə kimi üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən həmin bir ədəd bükümdə 2,785 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisinə Vüsal adlı tanışının doğum günü ilə bağlı getmişdir. Taksi avtomobilindən məktəbin yaxınlığında düşmüş və tualet üçün yer axtarmışdır. Birdən səs eşitmiş və səs gələn tərəfə baxdıqda bir neçə şəxsin orada olduğunu görmüşdür. Onlara salam verdikdə onu yanlarına çağırmışlar. Onlara yaxınlaşaraq nə olduğu soruşduqda isə polis bölməsində biləcəyini demişlər. Həmin şəxslər onu döyərək polis bölməsinə gətirmişlər, orada da onu döyərək boynuna narkotik götürməsini demişlər. Təqsirləndirilən şəxs ifadəsinə əsasən o, bir neçə dəfə yalnız marixuana növündə narkotik vasitə istifadə etdiyini onlara demişdir. Daha sonra, polislər onun buraxılması üçün 5.000 manat məbləğində pulun verilməsini tələb etmişlər. Onlara həmin məbləğdə pulunun olmadığını dedikdə ondan valideynlərinə zəng edərək pul istəməsini tələb etmişlər. Buna görə polislərə atasını və anasının telefon nömrələrini demiş, polislər isə əvvəlcə onun atasına, sonra isə anasına zəng etmişlər və buraxılması üçün pul tələb etmişlər. Valideynləri pul tələb etmək üçün vaxt istədikdə isə polislər onu saat 06-dək saxlamışlar. Həmçinin təxminən saat 01:00-02:00 radələrində polislər yenidən valideynlərinə zəng edərək, pulu tapıb-tapmadıqlarını soruşmuşlar, valideynləri isə hələ pul tapa bilmədiklərini demişlər. Valdeynləri pul tapıb gətirə bilmədikləri üçün onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirmə aparalılacağı deyilmişdir. Polislər videoçəkiliş aparılmazdan əvvəl ona bir bükümdə narkotik vasitə vermişlər və videoçəkiliş zamanı narkotikin ona məxsus olmasını deməyi tapşırmışlar, bunu dediyi halda isə onu rəsmiləşdirilmədən sonra buraxılacağını vəd etmişlər. Onlara inandığından və döyüldüyünə görə deyilənlərə əməl etmiş, lakin polislər vədlərinə əməl etməmişlər və o, həbs olunmuşdur. Onu saxlayan polis əməkdaşları Şahid1 və Elvin Hüseynov olmuşdur. Həmçinin orada “rəis” kimi çağırılan başqa bir şəxs də olmuşdur. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, polislər onu döymüşlər, döyülməsi nəticəsində qolunda, belində və sinəsində xəsarətlər olmuşdur. Polis əməkdaşları onu aldadaraq, barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında döyüldüyünü deməməyini və narkotiki etiraf etməyi tapşırmışlar və demişlər ki, onsuzda evə buraxılacaqsan. Həmin xəsarətlər istintaq təcridxanasına aparılarkən orada müəyyən olmuşdur. Tutulana qədər isə onda heç bir xəsarət olmamışdır. Həmçinin biləklərində qandal vurulması nəticəsində xəsarətlər də olmuşdur. Polislər ona bu xəsarətləri vəkilə göstərməməyi demişlər. Lakin tutulduqdan sonra döyülməsi və xəsarət alması barədə şikayət etmiş və prokurorluqda bununla bağlı araşdırma aparılmışdır. İstintaqın ilkin mərhələsində verdiyi ifadə polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində alınmışdır. Hüquqi savadı olmadığı üçün deyiləni etmişdir. Həmçinin polislər onu 23 yanvar 2024-cü il tarixdə saat 00:30 radələrində deyil, 22 yanvar 2024-cü il tarixdə saat 20-21 radələrində tutmuşlar. Tutulması barədə atası məlumat aldıqdan sonra bacısının və anasının da məlumatı olmuşdur. Ekspertizaya tutulduqdan sonra aparılmışdır. Qolunda olan xəsarətlər qandal vurularaq döyülmə nəticəsində əmələ gəlmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə baxışı zaman elan olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tutularkən, istintaqın ilkin mərhələsində verdiyi və işin faktiki halları ilə uzlaşmayan eyni məzmunlu izahatı və ifadəsinə əsasən o, verilmiş ittiham üzrə ona istinad edilən cinayət əməlini etiraf edərkən göstərmişdir ki, 23 yanvar 2024-cü il tarixdə saat 00:30-da Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, orta məktəbin yaxınlığında olan vaxt polis əməkdaşları ona yaxınlaşmışlar. Abşeron RPİ-nin Qobu PB-nə gətirmişlər və üzərində şəxsi axtarış aparılan zaman bir ədəd bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. Həmin maddəni xx.xx.2024-cü il tarixdə axşam saat 23 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində tanımadığı şəxsdən 20 manata almışdır. (Cild 1, iş vərəqləri 34-35, 57-59) Lakin istintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs müqavilə əsasında vəkilinin iştirakı ilə ifadə verərərkən, məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə verməklə 22 yanvar 2024-cü il tarixdə saat 20 radələrində saxlanıldığını, onda heroin növündə narkotik olmadığını, polis əmnəkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalması nəticəsində narkotik vasitəni üzərinə götürdüyünü və “etirafedici” ifadə verdiyini, valideynlərindən buraxılması üçün 5.000 manat pul tələb edildiyini və bu məbləğdə pul verə bilmədikləri üçün onun narkotik vasitə heroinin istifadəçisi kimi tutulduğunu göstərmişdir. (Cild 1, iş vərəqləri 152-154) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 23 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna özü rəhbərlik etməklə, qrupun üzvü polis nəfəri Elvin Hüseynov olmuşdur. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində saxlanılmış, Abşeron Rayon Polis İdarəsinin X16 dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış zamanı ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan heroinə bənzər vasitəni təqdim etmişdir. Daha sonra, verilən suallara cavab olaraq o, göstərdi ki, Təqsirləndirilən şəxs gecə saatlarında, yəni 23 yanvar 2024-cü il tarixdə təxminən saat 00:00-01:00 radələrində saxlamışlar və onun valideynlərinə zəng olunmamışdır. Elmər Bababayevə qarşı hər hansı təzyiq edilməmiş, o, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində məktəbin yanında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlayan zaman onun bədənində hər hansı xəsarət olmamışdır. Saxlanıldıqdan sonra təxminən 1-1,5 saat sonra Təqsirləndirilən şəxs müvəqqəti saxlanılma yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin əldə edilməsi, gəzdirilməsi və saxlanması barədə əməliyyat məlumatı daxil olmuş və onun ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələrinə dair əməliyyatqeydiyyat işi təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirildiyi üçün açılmamışdır. Əməliyyat tədbiri zamanı üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin polis nəfəri X9 ifadəsində göstərdi ki, 23 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. O, əməliyyat qrupunun üzvü, əməliyyat müvəkkili Şahid1 isə qrupun rəhbəri olmuşdur. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində saxlanılmış və X16 dəvət edilmişdir. Bölmədə müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən onun üzərində şəxsi axtarış aparılmış və ona üzərində olan qanunsuz vasitələri təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan 01 bükümdə heroin növündə narkotik vasitəni təqdim etmişdir. Daha sonra, E.Hüseynov verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı müqavimət göstərməmiş, ona qarşı da hər hansı təzyiq olmamışdır. Onun valideynlərinə zəng olunması və pul istənilməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tutularkən onun üzərində hər hansı bir xəsarət olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdə saat 19 radələrində evdən çıxıb getmişdir. Həmin gün təxminən saat 21:30 radələrində istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona ***-***-**-** nömrəsindən zəng gəlmiş və özünü polis əməkdaşı kimi təqdim edən şəxs oğlu Elmarın narkotik vasitə ilə tutulduğunu və polis bölməsində olduğunu bildirmişdir. Lakin hansı polis bölməsində olduğunu deməmişdir. Həmin polis əməkdaşına oğlu narkotikə görə tutulduğu təqdirdə onun dalınca polis bölməsinə gəlməyəcəyini demişdir. Az sonra həmin nömrədən yenidən zəng gəlmiş və 5.000 manat müqabilində Elmarın buraxılması təklif olunmuşdur. Lakin onlara həmin məbləğdə pulunun olmadığını demişdir. Daha sonra o, Elmarın anası ilə boşandığından onlardan ayrı evdə, lakin eyni məhəllədə yaşadığını deməklə qeyd etmişdir ki, oğlu Elmarı sonuncu dəfə tutulduğu gün görmüş, onun bədəni üzərində hər hansı bir xəsarət olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, ailəli olduğuna görə, atası, eləcə də anası və qardaşı Elmardan ayrılıqda yaşayır. 22 yanvar 2024-cü il tarixdə axşam 10-a işləmiş, 10-un yarısı atası ***-***-**-** nömrəsinə zəng edərək qardaşı Elmarın tutulmaqla polis bölməsində olduğunu, bu barədə ***-***-**-** nömrəsindən məlumat verilməklə Elmarın buraxılması üçün pul istənildiyini bildirmişdir. Atası ilə anası boşandığından bundan sonra anasının ***-***-**-** mobil nömrəsinə zəng edərək məlumat vermişdir. Daha sonra o, göstərdi ki, qardaşı Elmar tutulmamışdan təxminən 2 gün əvvəl onun evində olmuş, bu zaman Elmarda hər hansı bir xəsarətin olmasını müşahidə etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 22 yanvar 2024cü il tarixdə axşam saatlarında ona qızı zəng edərək Elmarın tutulduğunu demişdir. Sonra Elmarın öz nömrəsindən saat 21:40 radələrində ona “Votsapla” zəng gəlmişdir. Həmin şəxs ona oğlu Elmarın tutulduğunu və polis bölməsində olduğunu demişdir. Buna görə yaşadıqları ərazi üzrə polis bölməsinə gedib oğlu Elmarı soruşmuş, lakin orada Elmarın saxlanılmadığını demişlər. Sonra oğlu Elmarı yığmış, lakin o, cavab verməmişdir. Bir az sonra ona yenidən zəng gəlmiş və oğlu Elmarın buraxılması üçün ondan 5.000 manat pul istəmişlər. O, isə həmin məbləğdə pulunun olmadığını demiş. Hətta özünü təqdim etməyən şəxs ona demişdir ki, oğlunun buraxılması üçün kart vasitəsi ilə də 5.000 manat pulu köçürə bilər. Lakin ona yenə də pulunun olmadığını demişdir. Axırıncı dəfə 23 yanvar 2024-cü il tarixdə saat 02 radələrində ona zəng gəlmiş və pul tapa bilib-bilmədiyi soruşulmuş, cavab olaraq isə pul tapa bilmədiyini demişdir. Bundan başqa, Tamella Babayeva göstərmişdir ki, oğlu Elmarı sonuncu dəfə tutulmamışdan əvvəl 22 yanvar 2024cü il tarixdə görmüş və onun bədəni üzərində hər hansı bir xəsarəti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərmiş. Sərnişin kimi taksidən istifadə edən İlqar adlı şəxs şəxsiyyət vəsiqəsinin olmadığını deməklə öz şəxsiyyət vəsiqəsi ilə öz adına onun üçün mobil nömrə almasını xahiş etdiyindən, ona öz adına qeydiyyata alınmış ***-***-**-** nömrəsini alıb vermişdir. İlqara həmin nömrəni təxminən 2022-ci ildə alıb vermişdir. Təqsirləndirilən şəxs adlı şəxsin valideynlərinə onun nömrəsindən zəng olunaraq pul istəməsindən onun xəbəri olmamış, çünki nömrə onun istifadəsində olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş məhkəmə-tibb eksperti X8 ifadəsində göstərdi ki, 06 fevral 2024-cü il tarixdə Abşeron rayonu müvəqqəti saxlama yerində Təqsirləndirilən şəxs tibbi müayinədən keçirmişdir. Həmin tarixdə onun bədənində hər hansı xəsarət izi aşkar etməmişdir. Lakin təqsirləndirilən şəxsin adına olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidməti tərəfindən tərtib olunan müvafiq tibbi sənəd təqdim olunmuş və həmin sənədlərdə Təqsirləndirilən şəxs xəsarətləri barədə qeydlər olmuşdur. Bu sənədlər əsasında isə Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması barədə ekspert rəyini tərtib etmişdir. Daha sonra verilən suallara cavab olaraq ekspert Cəfər Abdullayev göstərdi ki, təqsirləndirilən şəxs piyada hərəkət edən zaman mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq ilk olaraq Qobu RPİ-nə, daha sonra Abşeron RPİ-nə gətirilməsini və saxlanılan zaman polis əməkdaşları tərəfindən yumruq və təpiklə ona xəsarət yetirdiklərini iddia etmişdir. Təqsirləndirilən şəxsin deməsinə görə 3 nəfər mülki geyimli polis əməkdaşlarının əl və ayaqla ona xəsarət yetirmişlər. Təqsirləndirilən şəxsi 17 gün sonra müayinə etdiyindən onun bədəni üzərində xəsarətlər olmamışdır. Buna görə də yalnız tibbi sənədlər əsasında rəy vermişdir. Təqsirləndirilən şəxsin bədəni üzərində olan qançır və qartmaqlı xəsarəti yaranma müddətinə görə ayırmamış və ümumilikdə müayinədən 4-8 gün əvvəl yaranmasını göstərmişdir. Yaranın qartamaqlaması müddətləri ilə bağlı konkret olaraq hansı ədəbiyyata istinad etməsini göstərə bilmir. İstinad etdiyi ədəbiyyatı ifadə verərkən qeyd edə bilmir. Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə tutularaq, 25 yanvar 2025-ci il tarixdə istintaq təcridxanasına gətirilmiş və orada tibbi müayinə aparılarkən xəsarətləri qeydə alınmışdır. Yalnız sarımtıl qançırın olmasına görə ümumilikdə bütün xəsarətlərin yaranması müddətini rəydə 4-8 gün əvvəl baş verməsini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu ilk dəfə Qobu PB-də görmüş və onun müdafiəçisi olmuşdur. Təqsirləndirilən şəxsin iştirakı ilə video çəkiliş gecə saatlarında aparılmış, dəqiq saatını xatırlamır. Təqsirləndirilən şəxsin əhval-ruhiyyəsindən müəyyən şübhələr yaranmış, onun təzyiqə məruz qala bilməsini hiss etmiş, buna görə də təqsirləndirilən şəxsdən ilk olaraq, polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalıb-qalmamasını soruşmuş, lakin o, fiziki təsirə məruz qalması ilə bağlı heç nə deməmişdir. Məhkəmə yuxarıda təsvir edilən ifadələrin və digər sübutların mötəbərliyi üzrə qiymətləndirilməsindən öncə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihama əsasən o, 23 yanvar 2024-cü il tarixdə saat 00:30-da Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində saxlanılaraq Abşeron RPİ-nin Qobu PB-nin ərazisinə gətirilmiş və orada saat 01:45-dən 01:57-dək üzərində şəxsi axtarış keçirilmişdir. Məhkəmə istintaqı zamanı cinayət işinə əlavə edilmiş “Google maps” internet xəritələrindən çıxarışdan görünür ki, Aşağı Güzdək qəsəbəsindən X6 məsafə 13,3 km olmaqla, bu məsafə avtomaşınla ən yaxşı halda 19 dəqiqəyə qət edilə bilər. (Cild 2, iş vərəqi 102) Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində olan ***-***-**-** mobil nömrəsinə aid antena yerləşməsinə uyğun məlumatlara əsasən, o, 22 yanvar 2024-cü il tarixdə saat 21:10-dan, həmin gün saat 22:44-dək “Ruzi market_Qobu way/ Abşeron rayonu, Hökməli qəsəbəsi/Abşeron/ (40.432xx/xx.71332)” qeydiyyatında olan antenanın əhatə dairəsində olmuşdur. (Cild 2, iş vərəqləri 106-108) Qeyd edilən “40.43222 49.71332” GPS koordinatlarını “Google maps” internet xəritələrinə daxil etdikdə görünür ki, bu antena X13 inzibati binasından 450 m. aralıqda yerləşməklə həmin polis bölməsinin ərazisindən aparılan danışıqlar qeyd edilən GPS koordinatlı antenin əhatə dairəsinə düşür. Çıxarışlar iş materillarına əlavə olunur. (Cild 2, iş vərəqləri 103-104) Təqsirləndirilən şəxs telefon danışıqlarının bundan sonrakı təhlili onu göstərir ki, 22 yanvar 2024-cü il tarixdə saat 22:33-də ona bacısı Şahid5 ***-***-**-** nömrəsindən zəng etməklə 125 saniyə ərzində, saat 22:44-də isə ***-***-**-** nömrəsindən anası Tamella Babayeva zəng etməklə 327 saniyə ərzində danışıqlar aparmışlar və bütün bu müddət ərzində Təqsirləndirilən şəxs “Ruzi market_Qobu way/ Abşeron rayonu, Hökməli qəsəbəsi/Abşeron/ (40.432xx/xx.71332)” antenin əhatə dairəsində olmuş, anası ilə danışıqdan sonra bir daha nömrənin aktivliyi olmamışdır. (Cild 2, iş vərəqləri 106-108) Halbuki istintaq orqanının gəldiyi nəticəyə görə bundan sonra 23 yanvar 2024-cü il tarixdə saat 00:30-da Təqsirləndirilən şəxs hazırkı ərazidən 13,3 km məsafədə aralıqda olan Aşağı Güzdək qəsəbəsi ərazisində olmuş və orada tutulmuşdur. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin sorğu verməklə əldə etdiyi telefon danışıqlarına aid məlumatlara əsasən Təqsirləndirilən şəxs tutulduqdan sonra onun atası Şahid3 istifadəsində olan ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən zəng gəlmiş və övladının tutularaq polis bölməsində olduğu bildirilməklə onun buraxılamsı üçün 5.000 manat məbləğində pul tələb edilmişdir. (Cild 2, iş vərəqləri 109-111) Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, həmin nömrə hazırda həbsdə saxlanılan Şahid6 adına olmuşdur. Dindirmə zamanı Şahid6 göstərmişdir ki, taksi sürücüsü kimi işləyərkən ***-***-**-** nömrəsini 2022-ci il tarixdə üzərində şəxsiyyət vəsiqəsi olmayan İlqar adlı müştəriyə alıb vermiş, həmin nömrə onun istifadəsində olmamışdır. Lakin “Nar Mobile” mobil rabitə operatoru tərəfindən təqdim olunmuş ***-***-**-** nömrəsi ilə daima danışıqlar aparmış abonentlərin anket məlumatlarından, Daxili İşlər Nazirliyinin internet səhifəsi olan “mia.gov.az” saytından çıxarışdan görünür ki, bu nömrə ilə daima danışan şəxslər X13 əməkdaşları Cavid Dünyamalıyev, Rəvan Kamilov və Təqsirləndirilən şəxs tutulmasını həyata keçirən istintaq qrupunun rəhbəri əməliyyat müvəkkili Şahid1 olmuşdur. (Cild 2, iş vərəqləri 112-123) Bundan başqa, iş materiallarına əlavə edilmiş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 01 may 2025-ci il tarixli, İş № 1(124)-72/2025 №-li qərarı ilə tam sübuta yetirilmişdir ki, ***-***-**-** nömrəsi ilə daima danışıqlar aparmış X3 adına olan ***-***-**-** nömrəsi əslində X13 əməkdaşı Rəvan Kamilovun istifadəsində olmuş, həmin işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham olunan Bəhruz Yunisov, Qobu PB-nin əməkdaşları tərəfindən oxşar xarakterli kobud qanun pozuntularına yol verilməklə tutulduğundan, məhkəmədə dövlət ittihamçısı irəli sürülmüş ittihamın müdafiəsindən və təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina etmişdir. (Cild 2, iş vərəqləri 186-194) X13 əməkdaşı olması ehtimal edilən ***-***-**-** nömrəsinə aid telefon danışıqları və antena məlumatlarının bundan sonrakı təhlili onu göstərir ki, həmin nömrədən 22 yanvar 2024-cü il tarixdə saat 21:29-da Təqsirləndirilən şəxs atası Şahid3 zəng olunmuş və 94 saniyə ərzində danışıq aparılmışdır. Danışığın bundan əvvəl və sonrakı vaxtlarda daxil olmaqla aparıldığı ərazi isə “Ruzi market_Qobu way/ Abşeron rayonu, Hökməli qəsəbəsi/Abşeron/ (40.432xx/xx.71332)” qeydiyyatında olan antenanın əhatə dairəsində olmuşdur. Yuxarıda qeyd edildiyi kimi iş materiallarına əlavə edilmiş “40.43222 49.71332” GPS koordinatlarının “Google maps” internet xəritələrindən çıxarışından görünür ki, bu antena X13 inzibati binasından 450 m. aralıqda yerləşir və həmin müddət ərzində Təqsirləndirilən şəxslə ***-***-**-** nömrəli abonent eyni antenanın əhatə dairəsində olmuşlar. Göründüyü kimi həm şahid ifadələri, həm də təkzibolunmaz texniki məlumatlarla tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə saat 00:30 radələrində Aşağı Güzdək ərazisində olmamış və həmin saatda orada tutulmamış, onun öz ifadəsində göstərdiyi kimi 22 yanvar 2022-ci il tarixdə saat 21:10-dan etibarən o, artıq X16 gətirilmiş və orada saxlanılmışdır. Təqsirləndirilən şəxsin valideynlərinin ifadələrinə əsasən isə bu müddət ərzində övladlarının buraxılması üçün onlara zəng olunaraq 5.000 manat məbləğində pul gətirilməsi tələb olunmuş, pul gətirilməyəcəyi halda isə tutulmasının rəsmiləşdiriləcəyi deyilmişdir. Protokola əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışının saat 01:45-də keçirildiyini nəzərə alsaq, təqsirləndirilən şəxsin 4 saatadək müddət ərzində polis nəzarətində olması işin mübahisəsiz halı kimi özünü büruzə verir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işində qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 14 fevral 2024-cü il tarixli qərar və həmin material üzrə zəruri sənədlərin surəti götürülmüşdür. (Cild 2, iş vərəqləri 133-135) İlk növbədə həmin materialda ilkin ifadəsində üzərində narkotik olmasını “etiraf” edən Təqsirləndirilən şəxs onda heroin növündə narkotik vasitənin olmaması, polis əməkdaşları tərəfindən tutularkən döyülməyə məruz qalması ilə bağlı izahat verməsi diqqət çəkir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Abşeron RPİ-nin MSY-də tərtib edilmiş 23 yanvar 2024-cü il tarixli aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müvəqqəti saxlama yerinə gətirilərkən hər iki dizdə sıyrıntısı, hər iki biləyin qızartısı və onurğa üzərində qartmaqlamış yara izi vardır. Deməsinə görə həmin xəsarətləri tutulmazdan öncə almışdır. (Cild 2, iş vərəqi 136) Lakin məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanası tərəfindən təqdim olunmuş məlumatdan və həmin müəssisədəsə Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibb kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş, sorğu zamanı həbs olunarkən xəsarət aldığını bildirmiş, bədəninə baxış keçirilən zamanı döş qəfəsinin sol nahiyəsində, gövdənin sol nahiyəsində 3-4 sm sarımtıl rəngli qançır, sağ dirsək nahiyəsində hər iki biləyin arxa nahiyəsində və bel nahiyəsində 2-3 sm ölçüdə üzəri qartmaqlı yaralar müşahidə edilmişdir. (Cild 2, iş vərəqləri 65-70) Bu tibb sənədləri əsasında tərtib edilmiş Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə dair 06 fevral 2024-cü il tarixli, 212 №-li ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş məhkumun tibbi kitabçasında qeyd olunan xəsarətlər aşağıdakılardır: döş qəfəsinin sol nahiyəsinin, gövdənin sol hissəsinin sarımtıl qançırları, sağ dirsək və hər iki biləyin arxa səthinin və bel nahiyəsində qartmaqlı yaraları. Ekspert göstərmişdir ki, burada qeyd olunan "sarımtıl qançır” və “qartmaqlı yaralar” cümlələrindəki xəsarətlərin yaranma müddətinə dəlalət edən “sarımtıl” və “qartmaq” sözlərinə istinad edərək fikir söyləmək olar ki, bu xəsarətlər 25 yanvar 2024-cü il tarixli Bakı İstintaq təcridxanasındakı həkim müayinəsindən 4-8 gün əvvələ qədər olan müddətə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən yaranmağa xarakterikdir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (Cild 2, iş vərəqləri 137-139) Rəyin anamnez hissəsində göstərilmişdir ki, müayinə olunanın deməsinə görə 3 nəfər mülki geyimli polis əməkdaşları tərəfindən əl və ayaqla vurularaq döyülmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 127.2-ci maddəsinə əsasən ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar ekspertin rəyində öz əksini tapmalıdır. Həmin Məcəllənin 127.3-cü maddəsinə əsasən isə ekspertin rəyi məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Sözü gedən prosessual normaların tələbi baxımından məhkəmə kollegiyası qeyd edir ki, məhkəmədə dindirilən yuxarıda qeyd edilən rəyi tərtib etmiş tibb eksperti Cəfər Abdullayev hansı ədəbiyyata istinad edərək yarada qartmağın 4-8 gündə yaranması nəticəsinə gəlməsi ilə bağlı ağlabatan izah verə bilməməmiş və tərtib etdiyi rəydə də, aparılmış tədqiqatın üsullarını açıqlamamış, yəni tibbi və məhkəmə təbabəti sahəsində olan hansı normativ xarakterli aktlara, təlimatlara və ya tibb ədəbiyyatına istinad etdiyini göstərmişdir. Belə təsəvvür yaranır ki, ekspert xəsarətin yaranmasını mütləq şəkildə Təqsirləndirilən şəxs tutulmasından əvvəlki tarixə, yəni 22 yanvar 2024-cü il tarixdən əvvələ uyğunlaşdırmağa çalışmışdır. Halbuki, məhkəmə nümunə kimi tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Rusiya Federasiyasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “Bərk küt əşyalarla yetirilən mexaniki zədələrin məhkəmə-tibbi ekspertizası” dərsliyində konkret olaraq göstərilmişdir ki, yarada qartmağın əmələ gəlməsi 12-24 saatdan 3-4 günədək müddətdə əmələ gəlir. Bu isə ekspertin gəldiyi nəticəni, yəni yarada qartmağın 4-8 gün ərzində yarana bilməsini təkzib edir. (Cild 2, iş vərəqləri 157-159) Göründüyü kimi ekspert rəyi xəsarətin yaranma müddəti hissəsində işin digər obyektiv halları ilə uzlaşmadığından məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 127.3-cü maddəsi tələbi baxımından ekspert rəyində göstərilən xəsarətlərin mövcudluğu ilə razılaşır, lakin xəsarətlərin məhz təqsirləndirilən şəxsin tutulması tarixindən bir gün əvvəlki tarixədək uyğun olması hissəsində ekspert rəyi ilə gəlinmiş nəticə ilə razılaşmayaraq, xəsarətlərin Təqsirləndirilən şəxs tutulması zamanı alınması mümkünlüyünü istisna etmir. Belə ki, iş üzrə dindirilmiş Təqsirləndirilən şəxs özünün, anasının, atasının və bacısının da ifadələrindən görünür ki, 22 yanvar 2024-cü il tarixdə tutulmasından əvvəl onun bədəni üzərində hər hansı bir xəsarət olmamışdır. Bu səbəbdən məhkəmə Abşeron RPİ-nin müvəqqəti saxlama yerində tərtib olunmuş tibbi müayinə aktını mötəbər sənəd kimi qəbul etmir. Çünki Penitensiar Xidmətin təcridxanasında tibbi müayinədən keçərkən, sonra prokurorluğa izahat verərkən və ekspert müayinəsindən keçərkən təqsirləndirilən şəxs məhz tutulma zamanı xəsarət aldığını göstərdiyi halda, yalnız Abşeron RPİ-də tərtib olunmuş aktda xəsarətləri tutulmazdan əvvəl almasını göstərməsi məhkəməyə inandırıcı gəlmir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkələrin edilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 14 fevral 2024-cü il tarixli qərarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Belə ki, şahid ifadələrinə əsasən Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PBnin əməkdaşları tərəfindən tutularaq bölməyə aparılarkən tam sağlam olmuş, sonradan onun bədənində aşkar edilmiş xəsarətlərin məhz onun saxlanılmasından sonra polis əməkdaşları tərəfindən yetirilməsi ehtimal olunur. Bu hal isə Təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış izahat və ifadələrin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Belə ki, cinayət təqibi gedişində Təqsirləndirilən şəxs yalnız şübhəli şəxs kimi tutulub azadlığı məhdudlaşarkən polis əməkdaşlarına verdiyi ilkin izahat və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, eləcə də şəxsi axtarış zamanı videoçəkilişdə özünə qarşı ifadə verməklə onun üzərində narkotik vasitə heroinin olmasını göstərmişdir. Bundan sonrakı müddətlərdə o, istintaqın gedişində verdiyi əlavə ifadəsində, prokurorluqda döyülmə ilə bağlı aparılan araşdırma üzrə və məhkəmədə verdiyi ifadələrində döyülmə və işgəncəyə məruz qaldığını bildirməklə üzərinə narkotik vasitənin “qoyulduğunu” və boynuna almağa məcbur olduğunu göstərmişdir. Məhkəmədə haqlı suallar yaranır ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini hər hansı bir təsir olmadan könüllü etiraf etdiyi halda, istintaqın sonrakı mərhələsi, prokurorluqda gedən araşdırma zamanı və məhkəmə istintaqı zamanı hansı səbəbdən etiraf xarakterli ifadələr verməyi davam etməmiş, əksinə ilkin ifadələri təkzib edərək döyülmə və işgəncə nəticəsində ondan etiraf xarakterli ifadələr alındığını bildirmişdir? Bu suallar mövcud olduğu bir vəziyyətdə ittiham tərəfi məhkəməyə təqdim etdiyi sübutlara daha diqqətlə yanaşıb, təkzibolunmaz və sual doğurmayan sübutlar təqdim etməli idi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Şəxsi axtarış keçirilməsi barədə” 23 yanvar 2024-cü il tarixli protokol, eləcə də Təqsirləndirilən şəxs ilkin izahatı, təqsirləndirilən şəxs qismində ondan alınmış 24 yanvar 2024-cü il tarixli ifadəsi mötəbərliyi şübhə altına alınan sübutlar olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin izahat və protokollar ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünə qarşı alınmış etirafedici ifadələrə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Belə ki, İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X1 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın həmin maddəsi çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı iş üzrə qəbul etdiyi 11 yanvar 2007-ci il tarixli qərarda qeyd etmişdir ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyriinsani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (bax, məsələn, Selmuni Fransaya qarşı (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; Labita İtalyaya qarşı (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və Dikme Türkiyəyə qarşı, №20869/92, § 89, İHAM 2000-Vİİİ) Avropa məhkəməsi həmçinin vurğulamışdır ki, «şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır» (bax, Tomasi Fransaya qarşı, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40- 41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Bundan başqa, sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Polis əməkdaşları Şahid1 və Elvin Hüseynovun həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Təqsirləndirilən şəxsi tutaraq ona qarşı sübut toplayan, ittihamın təsdiq olunmasında maraqlı olan, eləcə də vəzifələrinə uyğun olaraq biri-digərinə tabe olan polis əməkdaşlarının verdikləri ifadələr isə qərəzsiz və obyektiv ifadə kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr Təqsirləndirilən şəxs vеrilmiş ittihamın təsdiqi ilə yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının da təsdiqi vasitəsidir. Polis əməkdaşlarının cinayət təqibi üzrə prosessual fəaliyyətinin əsaslığı və şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradova Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 28 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin İ hissəsinin 1- 18-ci bəndlərində əməliyyat-axtarış tədbirlərinin bütün növləri qapalı siyahı şəklində təsbit edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.1-ci maddəsinə və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri sırasına “insanların güdülməsi” tədbiri daxildir. Prosessual qanunvericilikdə məhkəmə nəzarətinin həyata keçirilməsini tənzimləyən Lİİ fəslinin digər normalarından göründüyü kimi, məhkəmə nəzarəti yalnız bu tədbirin keçirilməsi üçün məhkəmə qərarının alınmasından ibarət deyil, məhkəmə qərarı olmadan da əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarı əsasında keçirildikdə belə, həmin qərarın və keçirilmiş tədbirin qanunauyğunluğunun sonradan yoxlanılması da məhkəmə nəzarətinin predmetinə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-ci il tarixli 8 №-li Qərarının 31-ci bəndində tövsiyyə olunmuşdur ki, cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr məhkəmə nəzarətinin həyata keçirilib-keçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyat-axtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktın (müvafiq məhkəmə qərarının olmasına) özü-özlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPM-in 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər. Yuxarıda təsvir edilənlərə əsasən məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili Şahid1 23 yanvar 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarının mətnindən görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, onun izlənilməsi və güdülməsi, tutulduqdan sonra polisə gətirilməsi və üzərinin yoxlanılması, müvafiq tədbir aparıldıqdan sonra qərarın 48 saat ərzində məhkəmə nəzarəti həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. İttihama əsasən Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 23 yanvar 2024-cü il tarixdə saat 00:30 radələrində Qobu PB-dən 13,3 km aralıqda yerləşən Aşağı Güzdək qəsəbəsində tutulmasını nəzərə alsaq, qərarın formal olaraq tərtib edilməsi ilə bağlı əsaslı şübhələr yaranır. Bununla belə məhkəmənin sorğusuna əsasən götürülmüş “Əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” Abşeron rayon məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 5(012)-84/2024 №li qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili Şahid1 qərarı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması əsası ilə geri qaytarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs ətrafında keçirilmiş, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri qanuni əsas olmadan keçirildiyindən, əldə olunmuş sübutların mötəbərliyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələblərinə baxımından da şübhə altına alındığından (şəxsin daha əvvəl tutularaq polis bölməsində saxlanılmasına, döyülmə və işgəncəyə məruz qalmasına dəlalət edən əsaslı şübhələrin olması) məhkəmə tərkibinə belə nəticəyə gəlməyə əsas verir ki, iş üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və ittiham tərəfinin məhkəməyə sübut kimi təqdim etdiyi dəlillər hüquqi qüvvəsi olmayan etibarsız sübutlar hesab olunmalıdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 23 yanvar 2024-cü il tarixli, 6/4459 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 245” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs ...” və s. yazılar, imzalar olan 01 ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 2,785 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (Cild 1, iş vərəqləri 39-43) Həmin ekspert rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə heroinlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2024-cü il tarixli, 2546 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir, lakin onda kanabioidlərdən (marixuana) istifadə etmə halı olmuşdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 148-149) Göründüyü kimi ekspert rəyi ilə də Təqsirləndirilən şəxs heroin növündə narkotik vasitədən istifadə etmədiyi təsdiq olunduğu halda, mötəbərliyinə əsaslı şübhələr Təqsirləndirilən şəxs alınmış ilkin izahat və ifadədə qeyd olunmuşdur ki, o, “narkotik vasitələrdən bədənimdə olan ağrılara görə mütəmadi olaraq istifadə edirəm” deyərək etirafedici ifadə vermişdir. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi dəlillər yuxarıda qeyd edilən prosessual qanunvericiliyin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, təqsirləndirilən şəxsə qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Təqsirləndirilən şəxs bəraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra həbsdən azad edilməlidir. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” və “Sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,685 qram olan narkotik vasitə heroin, istintaq hərəkətinin aparılmasına dair videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 2,685 qram çəkidə narkotik vasitə heroin, həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən məhkəmə ekspertizalarının aparılması ilə bağlı 110 manat məbləğində xərclər təqsirləndirilən şəxsə aid edilməməli və cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bununla belə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin və o, verilmiş ittiham üzrə təqsirsiz hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə mövcud olan 110 (yüz on) manat məbləğində məhkəmə xərcləri ona aid edilməsin, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun olaraq həll edilsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 2,685 qram çəkidə narkotik vasitə heroin, həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar