Məhkəmə qərarları › İş №1(124)-520/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-520/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-520/2024 07.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X11 Nizami oğlunun sədrliyi, X6 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kopleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan ‘‘İlqar” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Binəqdi rayonu “DSK” yolu adlanan ərazidə yerləşdirdiyi ümumi təmiz çəkisi 2017,1 qram, 10 ədəd selofan bükümdə, ayrı- ayrılıqda təmiz çəkiləri 346.3 qram, 164,0 qram, 305,8 qram, 300,0 qram, 343,0 qram, 101,1 qram, 249,4 qram, 101,1 qram, 2,2 qram, 95,0 qram tərkiblərinə görə eyni olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 12 aprel 2023-cü il tarixdə saat 05 radələrində “İlqar” adlı şəxsin təlimatı ilə 500 manat müqabilində ayrı- ayrı yerlərə yerləşdirmək şərti ilə götürüb qanunsuz əldə edərək həmin narkotik vasitələrdən 95,0 qram narkotik vasitə quruldulmuş marixuananı üzərində 346,3 qram, 164.0 qram, 305,8 qram, 300,0 qram, 343,0 qram, 101,1 qram, 249,4 qram, 110,3 qram, 2,2 qram narkotik vasitə marixuananı isə idarə etdiyi “Hyundai Getz” markalı, 77-DC- 497 dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində saxlamış, 12 aprel 2023-cü il tarixdə, saat 35:30-da Abşeron rayon polis idarəsinin Cinayət axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, «Sultan» şadlıq sarayının yaxınlığında qeyd olunan avtomobillə saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş və həmin gün orada saat 07:00-dan 07:30-a kimi üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilən zaman əynində olan tünd göy rəngli gödəkçənin sol iç cibindən həmin 95,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və idarə etdiyi “Hyundai Getz" markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən həmin 9 bükümdə ayrı-ayrılıqda 346,3 qram, 164,0 qram, 305,8 qram, 300,0 qram, 343,0 qram, 101.1 qram, 249,4 qram, 110,3 qram, 2,2 qram çəkilərdə çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd, markası olmayan, gümüşü rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, ittiham aktında işsiz kimi qeyd olunsa da 2007-ci ildən tutulduğu tarixə kimi ailə sürücüsü işləmişdir. Həmin gün də səhər 09:30-da evdən çıxaraq iş yerinə getmişdir. İş yeri Həsən Əliyev küçəsində yerləşir. İş yerinin yaxınlığında Cəlil Məmmədquluzadə küçəsində yerləşən avto servisə avtomobilini vermiş və işə getmişdir. Həmin günü axşam 22:30-a kimi işdə olmuşdur. O vaxta qədər avtomobil servisdə qalmışdır. Dayısı oğlunun avtomobili ilə Daxili İşlər Nazirliyinin xəstəxanasının arxasında olarkən polis əməkdaşları iki xidməti avtomobillə biri arxadan digəri öndən gələrək, onu saxlamışlar. Daha sonra polis əməkdaşları onu avtomobildən düşürərək qandal vurub arxa oturacağa əyləşdirmişlər. Polis idarəsinə gəldikdən sonra narkotiki boynuna alması üçün təzyiq göstərmişlər. Boynuna götürmədiyi üçün onu ailəsi ilə bağlı hədələmişlər. Onun telefonundan smslər çıxmamışdır. Polis əməkdaşları onun icazəsi və xəbəri olmadan onun avtomobilini servisdən götürərək polis idarəsinə gətirmişlər. İdarə etdiyi avtomobilinin açarını ondan almışlar. Avtomobili gətirməyə kimin getdiyini bilməmişdir. O, marixuana istifadə etmişdir. Üstündə olan 90 qram ona məxsus olmuşdur. İki kiloqram marixuana onda olmamışdır. Həmin narkotiki polislər özləri qoymuşlar. O, istintaq zamanı verdiyi təsdiq etmədiyini və bu barədə ibtidai istintaq vaxtı müstəntiqə ifadəsini dəyişdirmək istədiyini bildirsə də, müstəntiq bu məsələni məhkəmədə həll etməli olduğunu bildirmişdir. O öz müdafiəçisi ilə konfidensial görüş istəmiş, lakin bu təmin olunmamışdır. Vəsatətinin təmin edilməməsi ilə bağlı şikayət etmişdir. Üzərində çıxan 90 qram avtomobildə olmuşdur. Avtomobildə olan ona aid olmamışdır. İki ilə yaxın marixuna qəbul etmişdir. Avtomobilinin markası Hyundai Getsdir. Avtomobili ustaya ayın 11-i saat 09:45-də vermişdir. Rəng işi ilə bağlı avtomobilini ustaya vermişdir. X7 küçəsində yerləşmış və Neptun marketin yaxınlığında olmuşdur.11 aprel tarixində saxlanılmışdır. Saat 09:30-a qədər evdə yatmış və daha sonra işə getmişdir.11 aprel 23:00-00:00 arası Daxili İşlər Nazirliyinin xəstəxanasının arxasında olarkən polis əməkdaşları onu saxlamışlar. Həmin günü digər müddət ərzində işdə olmuşdur. Həmin günü işə öz avtomobili ilə gəlmiş və daha sonra avtomobilini ustaya vermişdir. İş yeri ilə servisin arası 20-30 metr məsafədə olmuşdur. Həmin ərazilərdə kamera olsa da o, videogörüntülərlə bağlı maraqlanmamışdır. Üzərində olan 90 qram ona məxsus olsa da, avtomobildən çıxan ona məxsus olmamışdır. Avtomobili ustaya təxminən 09:45-10:00 arası qoymuşdur. 09:45də öz avtomobili ilə işə gəlmişdir. Dayısı oğlunun avtomobilini işdən çıxandan sonra götürmüşdür. Onun avtomobili ilə tutulduğu yerə getmişdir. Öz avtomobili işdən çıxana kimi ustada qalmışdır. Tutulandan sonra onu dayısı oğlunun avtomobili ilə idarəyə aparmışlar. Onun üzərinə baxış keçirilmiş və açar aşkar olunmuşdur. Avtomobilini onun iştirakı olmadan gətirmişlər. Hər iki avtomobilə idarədə baxış keçirilmişdir. İfadəsini verməmişdən qabaq döyülmüşdür. Polisin dedikləri ilə razılaşmadığı halda ailəsinin gətiriləcəyi barədə hədələmişlər. Evinə də gedib baxış keçirmişlər. İran vətəndaşı olan İlqarı tanımamışdır. İranlı ilə əlaqəsı olması və 500 manat almağı ilə bağlı hissə yalandır. 95 qram ona aid olsa da qalan hissə ona məxsus olmamışdır. O, müdirinin Mazda markalı avtomobilini idarə etmişdir. 12 aprel tarixdə Mazda markalı avtomobillə uşaqları müəyyən yerlərə aparmışdır. İş yerindən saat 22:30-da çıxmışdır. Üzərində olan narkotiki evində gizlətmişdir. Həmin narkotiki evdən götürmüşdür. Tutulana qədər narkotik onun üzərində olmuşdur. 95 qramı həmin günü evdən götürmüşdür. Əhməd Rəcəblidə olan zaman 95 qram üzərində olmuşdur. 12 aprel tarixində X12 ətrafında olmamışdır. Həmin günü Abşeron rayonunun ərazisində olmamışdır. Xəsarəti olmamışdır. İz qalmayan nahiyələrinə vurmuşlar. Polislər ona təsir etmişlər, lakin ciddi təzyiqə məruz qalmamışdır. Əməliyyat yerlərini gördükləri üçün onu döyməmişlər. Onu hədələdikləri üçün təzyiqə və təsirə məruz qaldığını həbs seçilərkən bildirməmişdir. Xəsarətlərini məhkəmədə bildirsə də bədənində izlər qalmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyinə görə ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 12 aprel 2023cü il tarixdə saat 05:10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Sultan” şadlıq sarayının yaxınlığında piyada hərəkətdə olduğu zaman 02 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini təqdim etmişlər. Ona narkotik vasitə marixuananın qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demiş və barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla tanış etmişlər. Saxlandığı yerdə müvafiq sənədləşmə işlərinin aparılmasının mümkün olmadığını qeyd etmiş və onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O,buna etirazının olmadığını bildirmiş və xidməti avtomobilə əyləşərək polis əməkdaşlarının müşayəti ilə Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Polis İdarəsində ona hüquq və vəzifələri, eyni zamanda üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Vəkilinin olub-olmadığı soruşulmuş, o, vəkilinin olmadığını demiş, öz hesabına vəkil dəvət etmək istəyib-istəməməyi soruşulmuşdur. O, dövlət hesabına müdafiəçi ilə təmin olunmağını istəmişdir. Ona Abşeron rayon Vəkil Bürosunun vəkillərinin adlı siyahısı təqdim edilmiş, o, dövlət hesabına müdafiəçi dəvət edilməsi üçün müvafiq ərizə yazmış, Abşeron rayon Vəkil Bürosunun vəkili X13 gəldikdən sonra ona təqdim edilmişdir. Müdafiəçiyə etirazının olubolmadığı soruşulmış, müdafiəçiyə etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən vəkili X13 ilə aralarında konfidensial görüşün keçirilməsinə şərait yaradılmış, konfidensial görüşdən sonra müdafiəçinin iştirakı ilə onun üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş, sonra üzərində qanunla qadağan olan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. O, sağ əli ilə əynində olan tünd göy rəngli gödəkçənin sol iç cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş narkotik vasitə marixuananı çıxardaraq təqdim etmişdir. Sellofan torbanln üzərində yazılmış “100" rəqəminin nə olduğu soruşulduqda o, həmin rəqəmin narkotik vasitənin çəkisi olduğunu və özü yazdığını demişdir. Verilən suallara cavab olaraq həmin narkotik vasitə marixuananı “Whatsapp” sosial şəbəkəsi vasitəsilə danışaraq tanış olduğu “İlqar” adlı İran İslam Respublikası vətəndaşının tapşırığı ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərdiyi məkan vasitəsilə ilə Bakı şəhəri, Binəqədi rayonu, “DSK” adlanan yolun kənarından götürdüyünü, həmin narkotik vasitə marixuananı deyilən ünvanlara qoyub “Whatsapp”sosial şəbəkəsi vasitəsilə ona məkanını göndərdikdən sonra 500 manat pul göndərəcəyini vəd verdiyini demişdir. Üzərində başqa nə olduğu soruşulduqda o, əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən “Realmi” markalı mobil telefonu, əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən "xxxx" ASC tərəfindən verilmiş qara rəngli “Leobank” kartını, 01 ədəd 20 manat 01 ədəd 10 manat olmaqla ümumilikdə 30 manat pulu və özünə məxsus “Hyundai Getz” markalı,77-DC- 497 dövlət qeydiyyat nişanlı avtomobilə aid açarı çıxardaraq təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və əynində olan tünd göy rəngli gödəkçənin sol iç cibindən şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuana qablaşdırılmış və imzalarla təsdiq etmişlər. Sonra üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Realmi” markalı mobil telefon və 01 ədəd “Leobank” kartı qablaşdırılmış və imzalarla təsdiq etmişlər. Daha sonra polis əməkdaşı ondan sağ ayağındakı qara rəngli bağlamanın nə olduğunu soruşduqda mən həmin bağlamanın karset olduğunu demişdir. Verilən suallara cavab olaraq idarə etdiyi “Hyundai Getz" markalı,**-DC- *** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə marixuana olduğunu, üzərindən aşkar edilərək götürülmüş bükümü “Sultan’’ şadlıq sarayının yanma qoymalı olduğunu və ailə üzvləri bilməsin deyə narkotik vasitə marixuananın qalan hissəsini həmin avtomobildə saxladığını demişdir. Sonra vəkilinin iştirakı ilə baxış keçirilməsi məqsədilə çəkiliş dayandırılmadan Abşeron rayon Polis İdarəsinin həyətində saxlanılan “Hyundai Getz” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanma getmişlər. Avtomobilin yük yerinə baxış zamanı oradan ümumilikdə 09 büküm olmaqla 08 ədəd şəffaf sellofan bağlamada və 01 ədəd üzərinə “110” rəqəmi yazılmış qara rəngli polietilen torbanın içərisinə qoyulmuş şəffaf sellofan bükümdə narkotik vasitə marixuana və 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Verilən suallara cavab olaraq o, həmin elektron tərəzini narkotik vasitə marixuananı hissələrə ayırarkən çəkisini müəyyən etmək məqsədilə saxladığını demişdir. Daha sonra aşkar edilərək götürülmüş 09 büküm narkotik vasitə marixuana və 01 ədəd gümüşü rəngli elektron tərəzi qablaşdırılmış və imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməkdaşı Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, Abşeron rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinin CAŞ-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 12 aprel 2023-cü il tarixdə o, CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 05:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, «Sultan» şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs razılaşaraq idarə etdiyi «Hyundai Getz» markalı,**-DC-*** dövlət nömrə nişanlı avtomobilə birlikdə Polis İdarəsinə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən sağ əli ilə əynində olan tünd göy rəngli gödəkçənin sol iç cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş narkotik vasitə marixuanaya bənzər kütləni çıxardaraq təqdim etmişdir. Sellofan torbanın üzərində yazılmış “100” rəqəminin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin rəqəmin narkotik vasitənin çəkisi olduğunu və özü yazdığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananı “Whatsapp” sosial şəbəkəsi vasitəsilə danışaraq tanış olduğu “İlqar” adlı İran İslam Respublikası vətəndaşının tapşırığı ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərdiyi məkan vasitəsilə ilə Bakı şəhəri, Binəqədi rayonu, “DSK” adlanan yolun kənarından götürdüyünü, həmin narkotik vasitə marixuananı deyilən ünvanlara qoyub “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona məkanını göndərdikdən sonra 500 manat pul göndərəcəyini vəd verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa nə olduğu soruşulduqda o, əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən “Realmi” markalı mobil telefonu, əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən "xxxx" ASC tərəfindən verilmiş qara rəngli “Leobank” kartını, 01 ədəd 20 manat 01 ədəd 10 manat olmaqla ümumilikdə 30 manat pulu və özünə məxsus “Hyundai Getz” markalı, 77-DC- 497 dövlət qeydiyyat nişanlı avtomobilə aid açarı çıxardaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və əynində olan tünd göy rəngli gödəkçənin sol iç cibindən şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuanaya oxşar kütlə, 01 ədəd “Realmi” markalı mobil telefon və 01 ədəd “Leobank” kartı qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Getz"markalı,**-DC-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə marixuana olduğunu, üzərindən aşkar edilərək götürülmüş bükümü “Sultan” şadlıq sarayının yanma qoymalı olduğunu və ailə üzvləri bilməsin deyə narkotik vasitə marixuananın qalan hissəsini həmin avtomobildə saxladığını bildirmişdir. Daha sonra vəkilin iştirakı ilə baxış keçirilməsi məqsədilə çəkiliş dayandırılmadan Abşeron rayon Polis İdarəsinin həyətində saxlanılan “Hyundai Getz” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına getmişlər. Avtomobilin yük yerinə baxış zamanı oradan ümumilikdə 09 büküm olmaqla 08 ədəd şəffaf sellofan bağlamada və 01 ədəd üzərinə “110” rəqəmi yazılmış qara rəngli polietilen torbanın içərisinə qoyulmuş şəffaf sellofan bükümdə narkotik vasitə marixuanaya bənzər kütlə və 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin elektron tərəzini narkotik vasitə marixuananı hissələrə ayırarkən çəkisini müəyyən etmək məqsədilə saxladığını bildirmişdir. Daha sonra aşkar edilərək götürülmüş 09 büküm narkotik vasitə marixuana və 01 ədəd gümüşü rəngli elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təziq və təsir olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 işin halları ilə bağlı Şahid1lə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o avtomobil ustası (rəngsaz) kimi fəaliyyət göstərir və təqsirləndirilən Təqsirləndirilən şəxs ona avtomobilini təmir məqsədilə verdiyi üçün oradan tanıyır. Təqsirləndirilən şəxs ona sonuncu dəfə nə vaxt avtomobili təmir məqsədilə verdiyini xatırlamır. Lakin xatırladığı odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs uzun müddətdir ki, görmür və təqsirləndirilən avtomobilini onun yanına gətirmir. Sonradan ona məlum olmuşdur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbs edilmişdir. Ona avtomobillər təmir məqsədilə təhvil verilərkən həmin avtomobilləri yalnız öz sahiblərinə qaytarmışdır. O təqsirləndirilən Təqsirləndirilən şəxs avtomobilinin başqa şəxslər tərəfindən, həmçinin polis əməkdaşları tərəfindən aparıldığını xatırlamadığını, belə bir hal baş vermiş olsa yaddaşında qalmalı olmasını bildirdi. Avtoservisin müşahidə kameralarının olduğunu lakin hadisənin baş verdiyi tarixdən üzün müddət keçdiyi üçü həmin görüntülərin qalmadığını qeyd etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1983-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1983-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1983-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddə daşıması barədə alınmış məlumat əsasında Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri “Sultan” şadlıq sarayının yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sol iç yan cibindən bir ədəd ağ, üzərində qırmızı-qara rəngli naxışları olan selofana bükülmüş narkotik vasitə olan marixuanaya bənzəyən kütlə, idarə etdiyi “Hyundai Getz” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən 8 ədəd iri şəffav rəngli, bir ədəd kiçik şəffav rəngli selofan olmaqla ümumilikdə 9 ədəd selofanda olan narkotik maddə olan marixuanaya bənzəyən kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 12 aprel 2023-cü il tarixli 7/521 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan polietilen bağlamadakı 09 (doqquz) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 346,3 qram; 164,0 qram; 305,8 qram; 300,0 qram; 343,0 qram; 101,1 qram; 249,4 qram; 110,3 qram; 2,2 qram və üzərində “...Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi - 95,0 qram olan bitki mənşəli kütlələrtərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-2017,1 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Məhkəmə-narkoloji 13 iyul 2023-cü il tarixli, 4407 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Halhazırda müayinə zamanı Məmmədov X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserdə profilaktiv qeydiyyata alınması məsləhət görülür. Ambulator kompleks məhkəmə-psixiatrik ekspertizasının 13 iyul 2023-cü il tarixli 1912 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s.sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs İşfrif oğlunun hazır ki, psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmənin müdafiə tərəfinin vəsatəti əsasında əməliyyatda iştirak etmiş əməliyyat müvəkkillərinin anten məlumatlarına dair sorğusuna əsasən "xxxx" MMC –dən və "xxxx" MMC-dən daxil olmuş disklərə baxış keçirilən zaman təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tibb ekspertizasının 17.04.23-cü il tarixli 704 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin Abşeron RPİ-dən 31 iyul 2024-cü il tarixdə daxil olmuş “müvəqqəti saxlama yerinin daxili intizam qaydaları”na 2 nömrəli əlavə edilmiş müvəqqəti saxlama yerində saxlanılan şəxslərin uçotu kitabında aparılmış qeydlərin surətindən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 540 saylı sıra nömrəsi ilə 12 aprel 2023-cü il tarixdə qeydiyyata alınmış və 14 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1983-cü il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan marixuana və avtomobilinə baxış zamanı həmçinin avtomobilin yük yerindən marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzindən daxil olmuş sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs “on iki barmaq bağırsaq xorası, kəskin qanaxma ilə” əsas diqanoz qoyulmuşdur. Bundan başqa diqanoz qeydində “on iki barmaq bağırsaq xorası, mədəaltı vəziyə penetrasiya, kəskin qanaxma ilə” qeydləri yazılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X9 adlı və xx.xx.2015-ci təvəllüdlü X10 adlı iki azyaşlı övladı var. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə və əməliyyatın davamı olaraq avtomobilinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitə marixuananın aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, ibtidai istintaq zamanı psixi təsir və təzyiqlərə məruz qaldığını bildirsədə iş materiallarında buna dair heç bir sübuta rast gəlinməmiş, həmçinin müdafiə tərəfi bu barədə heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa cinayət işinin materiallarında olan məhkəmə tibb ekspertizasının müvafiq rəyindən təqsirləndirilən Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət və xəsarət izinin olmaması müəyyən olunur. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs nakotik vasitələrdən istifadə etsədə həmin vasitələrin satışı məğul olmadığını bildirsədə onda aşkar edilmiş nakotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və həmin narkotik vasitəni realizə etmək üçün tərəzinin olması Təqsirləndirilən şəxs həmin vasitələri satış məqsədilə əldə etməsinə dəlalət edir. Bundan başqa bütün məhkəmə istintaqı müddətində təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanaya bənzər kütlənin ona məxsus olduğunu, avtomobilindən aşkar olunmuş narkotik vasitənin isə, avtomobil polis əməkdaşdları tərəfindən Polis İdarəsinin həyətinə gətirildiyinə görə avtomobilinin onun nəzarətində olmadığını oradan aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını qeyd edərək, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatları Polis İdarəsinə müvafiq sorğular verərək və əməliyyat müvəkkillərinin anten məlumatlarını sorğu edərək, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs avtomobilini təhvil verdiyi bildirdiyi ustanı dindirərək onun ifadəsində göstərdiyi xüsusatları araşdırmışdır. Lakin arşadırma nəticəsində təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində və vəsatətlərində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Qeyd olunanlara istinadən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə dair vəsatətləri əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyrisəmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan övladlarının olmasını və bağırsaq xorası xəstəliyinin olmasını (CM 59.1.4 və 59.2), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran ( müəyyən olunmamışdır) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 78 (yetmiş səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtombildən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 2017,1 qram narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 78 (yetmiş səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşerov RPŞ-nin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş ümumi qalıq çəkisi 2017,1 qram narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar