Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-524/2025 13.02.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X11, X2 ibarət tərkib, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili X1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanında yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda hazırlamaqla saxlamış, habelə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir (əkmiş və yetişdirmişdir). Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq qəsdən hazırladığı külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı yaşadığı Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən evində saxlamış, habelə istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını 2025-ci ilin yaz aylarında yaşadığı həmin evin həyətində olan yarımtikilidə torpağa qəsdən əkib onlara aqrotexniki qaydada qulluq edərək qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, bu fakt 15 avqust 2025-ci il tarixdə saat 20:00-20:20 müddətində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində 41°48159°N, 48,78778°E koordinatlarında yerləşən evin həyətyanı torpaq sahəsində olan yarımtikiliyə baxış keçirilərkən ümumi çəkisi 5051,0 qram olan 8 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi, habelə həmin yarımtikilidə açıq vəziyyətdə olmaqla təmiz çəkisi 2681,0 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda hazırlamaqla saxlamış, habelə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir (əkmiş və yetişdirmişdir). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik tərkibli çətənə toxumunu əldə edərək maraq üçün onu əkib becərilməsi ilə məşğul olmuşdur. Həmin toxumları isə yaşadığı evin həyətyanı sahəsində əkmişdir. Hadisə günü polis əməkdaşları ona zəng etmiş və onda narkotik vasitənin olduğunu soruşmuş, o da narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra isə polis əməkdaşları onun yaşadığı ünvana gələrək həyətyanı sahəyə baxış keçirmişlər. O, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş və hər şeyi olduğu kimi demişdir. Aqronom tərəfindən aşkar olunmuş qurudulmuş marixuana isə ona məxsus olmuş, amma lazımsız olduğu üçün onu kənara qoymyş. O, polis əməkdaşları tərəfindən tutulana qədər yaşadığı evdə tək yaşamış, narkotik vasitədən 17 il bundan əvvəl istifadə etmişdir. Əkdiyi 8 ədəd narkotik tərkibli çətənə kollarıdır. Çətənə toxumlarını meşədən tapmışdır. O, ilk dəfə idi ki, narkotik tərkibli çətənə toxumu əkmiş, əkdiyi çətənə toxumlarına həftədə bir dəfə su verərək qulluq etmişdir. Narkotik tərkibli çətənə toxumları tez böyümüş və gül formasını almışdır. Kənara qoyduqları isə lazımsız olmuşdur. Əkdiyi narkotik tərkibli çətənə kollarından və qurudulmuş marixuanadan istifadə etməmişdir. Tərkibində narkotik maddələr olan toxumları maraq üçün əkmişdir. Etdiyi əməlin cinayət məsuliyyəti yaradacağını bilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olmamışdır. Etdiyi əmələ görə peşmandır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən bir ilə yaxındır ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurmaqla istifadə edir. 2025-ci ilin yaz aylarında o, yaşadığı məhəllədə gəzərkən yerdən bir ədəd sellofan büküm tapmışdır. Həmin bükümü açanda içində tumların olduğunu görmüş və anlamışdır ki, həmin tumlar çətənə bitkisinə aiddir. Bundan sonra o, həmin tumlar olan bükümü özündə saxlamış və yaşadığı evə gətirərək evinə bitişik olan yarımtikilidə tumları torpağa basıdırmaqla əkmişdir. Sonra isə əkdiyi toxumlara mütəmadi olaraq su vermişdir. Bir müddət sonra həmin yerdən ştillər cücərməyə başlamış və həmin ştillərin dibinə su vermiş ki, inkişaf etsin. Müəyyən vaxtlarda isə ştillərin diblərini yumşaltmış və gübrə tökmüşdür. Beləliklə də, həmin çətənə kolları böyüyərək boy atmışdır. O, bu müddət ərzində həmin kolların yarpaqlarını dərib qurudaraq istifadə etməyə başlamışdır. Orada cəmi 08 ədəd çətənə bitkisi olmuş, o, onlardan birini gövdəsindən qopararaq yarpaqlarını dərib kənara qoymuş ki, qurusun. Məqsədi o, olmuş ki, bitki hissələri quruduqdan sonra marixuana kimi istifadə etsin. O, həmin çətənə bitkilərini ancaq şəxsi istifadəsi üçün əkmişdir. Satmaq niyyəti olmamışdır və kiməsə də, satmamışdır. 15 avqust 2025-ci il tarixdə, saat 20 radələrində yaşadığı evdə olduğu zaman Xaçmaz RPŞ-nin əməkdaşları onun yaşadığı Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən ünvanın qarşısına gələrək ona yaşadığı evdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməyi barədə məlumat daxil olduğunu bildirmişlər və yaşadığı ünvanda həmin bitkilərin olub-olmamsını soruşmuşlar. O, polis əməkdaşlarına yaşadığı ünvanda həmin bitkilərin əkdiyini və onları təqdim edə biləcəyini bildirmişdir. Ona hüquq və vəzifələri izah olunmuş və yaşadığı ünvana baxış keçirilməsinə etirazının olub-olmamsı soruşulmuş. O, buna etiraz etməmiş və razılığını bildirərək bu barədə ərizə yazmışdır. Daha sonra onun iştirakı ilə həyətyanı sahəsinə baxış keçirmişlər. O, könüllü şəkildə həyətyanı sahəsində olan üstü açıq yarımtikilinin içərisində torpağda əkdiyi çətənə bitkisinin kollarını təqdim etmişdir. Daha sonra isə Xaçmaz RPŞ-nin təhqiqatçısı, digər polis əməkdaşlarının və aqronomun iştirakı ilə həmin çətənə bitkisinin kolları torpaqdan kökündən çıxarılaraq bir-bir sayılmış və ümumilkdə səkkiz ədəd olması müyyən edilmişdir. Aqronom tərəfindən həmin bitkilərə baxış keçirilmiş və onların qanunla qadağan olunan çətənə bitkiləri olduğunu və onlara aqrotexniki qulluq olduğunu, gün işığı düşdüyü yerdə əkildiyini bildirmişdir. Aşkar olunmuş səkkiz ədəd çətənə bitkiləri 01 ədəd sintetik kisəyə yığılıb möhürlənərək qablaşdırılmışdır. Elektron tərəzidə çəkilmiş və çəkisinin 5 kq-dan yuxarı olduğu müəyyən olunmuşdur. Bundan əlavə həmin yarım tikilidə çətənə bitkisinin hissələrindən yığıb qurudaraq saxladığı narkotik vasitə olan marixuana kütlələrini də, polis əməkdaşları aşkar etmişlər. Aşkar edilmiş həmin marixuana bir ədəd kisəclə qablaşdırılıb götürülmüşdür. Həmin marixuana kisə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 3 kq-dan artıq olması müəyyən edilmişdir. Həmin qablaşmaların üzərinə imzalarla təsdiq etmişlər. Baxış barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onu Xaçmaz RPŞ-yə gətirərək müdafiəçi ilə təmin edərək şübhəli şəxs qismində tutulmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, yaşadığı ünvandan aşkar olunmuş 08 ədəd çətənə bitkilərini əkməkdə tək məqsədi onları qurutduqdan sonra şəxsi istifadəsi məqsədilə çəkmək olmuşdur. Həmin çətənə bitkilərini o, tək əkmiş və heç kim ona köməklik göstərməmiş, bu haqda heç kimin məlumatı olmamışdır. Aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuananı həyətyanı sahəsində əkdiyi çətənə bitkisindən toplamış və qurudaraq saxlamışdır ki, gələcəkdə istifadə edər. Polis əməkdaşları tərəfindən evinin həyətinə keçirilən baxış zamanı və ondan sonra ona qarşı heç bir qanunsuzluq və kobud hərəkət edilməmiş, onun hüquqları pozulmamışdır. O, narkotik vasitəni öz istifadəsi üçün əkmiş və saxlamış, heç kimə satmamışdır. (Cild 1, iş vərəqləri 64-66) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-nə onun qanunsuz olaraq narkotik vasitələrin əkib-becərilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 15 avqust 2025-ci il tarixdə o və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Onu çağırıb qanunsuz olaraq narkotik vasitələrin əkib-becərilməsi ilə bağlı şübhəli bilindiyi üçün yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Daha sonra isə o, könüllü olaraq onlara yaşadığı evin yarımtikilisində narkotik vasitələrin əkib-becərilməsi ilə məşğul olduğunu bildirərək, onları təqdim etmişdir. Həmin narkotik vasitələrə baxış keçirən zamanı 8 ədəd çətənə bitkisi olduğunu müəyyənləşdirmişlər. Aşkar olunan narkotik vasitələrdən qurudulmuş marixuana evin həyətyanı sahəsinin bir küncündə saxlamışdır. Aşkar olunan narkotik vasitələrin çəkisi təxminən 2 kq 700 qrama yaxın idi. Narkotik vasitələr qablaşdırılaraq götürülmüş və müvafiq qaydada qaydada istintaqa təhvil verilmişdir. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakı ilə onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Bu məqsədlə əvvəlcədən dəvət edilmiş mütəxəssis-aqranom Şahid4 iştirakı ilə 15 avqust 2025-ci il tarixdə saat 20 radələrində Xaçmaz RPŞ-nin, TB-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən baxış keçirilməsindən ötrü Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən ünvana getmişlər. Baxış başlanan zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs evinə bitişik yarımtikilidə narkotik tərkibli bitkilər əkməsi barədə məlumat əldə edildiyi və həmin yerə videoçəkiliş aparılmaqla baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs məlumatın doğru olmasını, həmin evin ona məxsus olmasını, evə bitişik yarımtikilidə çətənə bitkiləri əkməsini, baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bitkiləri təqdim etmək üçün həyətə daxil oluş və bir neçə metr irəli gedərək onları fərdi yaşayış evinə bitişik olan yarımtikiliyə gətirmişdir. Təqsirləndirilən şəxs çətənə bitkilərinə bənzər kolları, həmçinin qurudulmuş vəziyyətdə olan çətənə bitkisinə aid yarpaqları təqdim edərək bildirmişdir ki, həmin bitkilər çətənə kollarıdır və həmin çətənə bitkilərini öz şəxsi istifadəsi üçün əkmişdir. Bundan sonra mütəxəssis Şahid4 həmin bitkilərə baxaraq onların çətənə bitkiləri olmasını, aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldılmasını və suvarılmasını bildirmişdir. Bundan sonra aşkar edilmiş bitkilər köklərindən çıxarılaraq kənara yığılıb sayılmış və onların ümumilikdə 08 (səkkiz) ədəd olması müəyyən edilmişdir. Habelə həmin kolların yamda qurudulmuş marixuna bitki kütləsi aşkar olunmuşdur. Torpaqda əkilmiş çətənə kollar və qurudulmuş vəziyyətdə olan çətənə bitkisinə aid yarpaqlar 02 ədəd sintetik torbaya yığılaraq qablaşdırılmış və üzəri imzalanıb möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün Təqsirləndirilən şəxs, daha sonra o, və digər iştirakçılar protokola imza etmişlər. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibət, düşmənçilik və ya ədavəti olmamışdır. (Cild 1, iş vərəqləri 89-91) Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 15 avqust 2025-ci il tarixdə Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur ki, Xaçmaz rayonu, köhnə Xaçmaz kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin yarımtikilisində həyətyanı sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olur. Bununla bağlı olaraq əməliyyat qrupu yaradılmışdır. O da həmin qrupun üzvü olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Onu çağırıb qanunsuz olaraq narkotik vasitələrin əkib-becərilməsi ilə bağlı şübhəli bilindiyi üçün yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Daha sonra isə o, könüllü olaraq yaşadığı evin yarımtikilisində narkotik vasitələrin əkib-becərilməsi ilə məşğul olduğunu bildirmiş, narkotik vasitələri könüllü olaraq təqdim edərək şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Daha sonra isə aşkar olunan narkotik vasitələr qablaşdırılaraq götürülmüş və müvafiq qaydada qaydada istintaqa təhvil verilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Xaçmaz RPŞ-nin CAB-nin polis leytenantı Şahid3 digər şahidlər Şahid1 və Şahid2 ifadələri ilə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 103-105) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş aqranom-mütəxəssis Şahid4 ifadəsində göstərmişdir ki, 15 avqust 2025-ci il tarixdə, saat 20 radələrində Xaçmaz RPŞ-nin əməkdaşlarının dəvəti ilə keçiriləcək baxışda aqronom-mütəxəssis kimi iştirak etmək üçün Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi istiqamətində getmişlər. Baxış keçirilməzdən əvvəl Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı Osman Məmmədov tərəfindən ona qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Baxış keçirəcəyi ünvana, yəni Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən fərdi yaşayış evinin qarşısına çatdıqdan sonra ona məlum olmuş ki, şəxsiyyəti barədə öyrəndiyi Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəkdir. Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı Osman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə polisdə məlumatın olduğunu bildirərək, yaşadığı evin həyətyanı torpaq sahəsinə videoçəklişdən istifadə etməklə baxış keçirilməsi zərurətinin olduğu izah edilmiş. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və məlumatın doğru olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı evin həyətyanı sahəsinə polis əməkdaşları ilə birgə daxil olmuş və bir neçə metr irəli gedərək fərdi yaşayış evinə bitişik olan yarımtikiliyə gətirmişdir. Təqsirləndirilən şəxs çətənə bitkilərinə bənzər kolları, həmçinin qurudulmuş vəziyyətdə olan çətənə bitkisinə aid yarpaqları təqdim edərək bildirmiş ki, həmin bitkilər çətənə kollarıdır və həmin çətənə bitkilərini öz şəxsi istifadəsi üçün əkmişdir. Bundan sonra o, həmin bitkilərə baxaraq onların çətənə bitkiləri olmasını, aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldılmasını və suvarılmasını bildirmişdir. Bundan sonra aşkar edilmiş bitkilər köklərindən çıxarılaraq kənara yığılıb sayılmış və onların ümumilikdə 08 (səkkiz) ədəd olması müəyyən edilmişdir. Habelə həmin kolların yamda qurudulmuş marixuna bitki kütləsi aşkar olunmuşdur. Torpaqda əkilmiş çətənə kolları və qurudulmuş vəziyyətdə olan çətənə bitkisinə aid yarpaqlar 02 ədəd sintetik torbaya yığılaraq qablaşdırılmış və üzəri imzalanıb möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş. Protokolun məzmunu olduğu kimi yazıldığı üçün Təqsirləndirilən şəxs, o, və digər iştirakçılar protokola imza etmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. (Cild 1, iş vərəqləri 106-108) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 15 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində 41°48159°N, 48,78778°E koordinatlarında yerləşən evin həyətyanı torpaq sahəsində olan yarımtikiliyə baxış keçirilərkən Təqsirləndirilən şəxs çətənə bitkilərinə oxşar kolları, həmçinin qurudulmuş vəziyyətdə olan çətənə bitkisinə aid yarpaqları təqdim edərək bildirmişdir ki, həmin bitkilər çətənə kollarıdır və həmin çətənə bitkilərini öz şəxsi istifadəsi üçün əkmişdir. Bundan sonra mütəxəssis tərəfindən həmin bitkilərə baxılmış və onların çətənə bitkiləri olmasını, aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldılmasını və suvarılmasını bildirmişdir. Bundan sonra aşkar edilmiş bitkilər köklərindən çıxarılaraq kənara yığılıb sayılmış və onların 08 ədəd olması müəyyən edilmişdir. Aşkar olunmuş çətənə bitkisinə bənzər kollar tərəzidə çəkilmiş və onların 5890 qram olması, habelə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin isə 3120 qram olmaıs müəyyən edilmişdir. Həmin çətənə kollarına bənzər bitkilər və qurudulmuş vəziyyətdə olan çətənə bitkisinə aid yarpaqlar 02 ədəd sintetik torbaya yığılaraq qablaşdırılmaqla götürülmüşdür. (cild 1, iş vərəqləri 18-19) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 15 avqust 2025-ci il tarixli protokolda əks olunan əməliyyatistintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 20) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 15 avqust 2025ci il tarixli mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən fərdi yaşayış evinə bitişik yarımtikiliyə baxış keçirilərkən aşkar edilərək götürülmüş ümumilikdə 07 ədəd kökdə yaş, 01 ədəd gövdəsindən qoparılaraq ayrılmış vəziyyətdə tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər bitki, habelə qurudulmuş vəziyyətdə çətənə bitkisinin hissələrinə bənzər bitki, habelə qurudulmuş vəziyyətdə çətənə bitkisinin hissələrinə bənzər kütlələrin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Həmin bitkilərin dibi boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. (Cild 1, iş vərəq 21) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi Sumqayıt Regional Bölməsi fiziki-kimyəvi ekspertizasının 16 avqust 2025- ci il tarixli, 20/736 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş çətənə kolları kisə bağlamadaki, ümumi sayı 07 (yeddi) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 4877,0 qram olan bitki nümunələri eyni növə aid olub əkilibbecəirlməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 01 ədəd nəm vəziyyətdə təmizi çəkisi: 174,0 qram olan bitki nümunəsi əkilib-becəirlməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqat təqdim edilmiş həmin kisə bağlamadaki ümumi sayı 08 (səkkiz) ədəd ümumi təmiz çəkisi 5051,0 qram olan eyni növə aid olub əkilib-becəirlməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir.Tədqiqata təqdim edilmiş kisə bağlamadaki, təmiz çəkisi 2681,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 43-46) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli, 6654 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə deməsinə görə 3 ildir narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə edir. (Cld 1, iş vərəqləri 111-112) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin” Təqsirləndirilən şəxs barəsində kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3705 saylı rəyinin nəticə hissəsindən görünür ki; Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs ojlunda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 1, iş vərəqləri 118- 120) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz Rayon Məhkəməsinin hakimi Nərmin Abiyevanın xx.xx.2025-ci il tarixli qərarı ilə əməliyyat müvəkkili Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2025ci il tarixli qərarı qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqləri 82-83) Cinayət işi materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 11 noyabr 2025-ci il tarixli qərardan görünür ki, 5050,84 qram çətənə bitkisi və 2680,90 qram marixuana maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 128-137) Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı çətənə bitkilərindən və marixuanadan istifadə etməməsi, tərkibində narkotik maddələr olan toxumları maraq üçün əkməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsində, həmçinin 24 oktyabr 2025-ci il tarixli, 6654 nömrəli rəydə də əks olunmuş, təqsirləndirilən şəxs tərəfindən verilən izahatda da onun narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməsi göstərilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli ağır və CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1 və 237.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəq 109) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza, həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 15 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 17 avqust 2025-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 30 dekabr 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 34, 79-81, 163) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq qalmış 5050,84 qram çətənə (kannabis) bitkiləri və 2680,90 qram marixuana məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 60 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq qalmış çətənə (kannabis) bitkilərinin 5050,84 qr qramı və marixuananın 2680,90 qramı məhv edilsin, 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-524/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-524/2025
13.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver