Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-526/2025 25.02.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Nizami oğlunun sədrliyi, X12 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2nında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir (əkmiş və yetişdirmişdir). Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2025-ci ilin yaz-yay aylarında əkin mövsümündə yaşadığı ünvan 2nında yerləşən evin həyətyanı sahəsindəki yarımtikilidə torpağa qəsdən əkib onlara aqrotexniki qaydada qulluq edərək qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, bu fakt 18 iyul 2025-ci il tarixdə saat 01:10-01:40 müddətində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2nında yerləşən evin həyətyanı sahəsindəki yarımtikiliyə keçirilmiş baxış zamanı torpağa əkilmiş ümumi təmiz çəkisi 14996 qram olan yaş vəziyyətdə 22 ədəd və torpaqdan çıxarılmış ümumi təmiz çəkisi 214 qram olan qurudulmuş vəziyyətdə 04 ədəd olmaqla, ümumilikdə 26 ədəd ümumi təmiz çəkisi 15210 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir (əkmiş və yetişdirmişdir). Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü məhkəmə istintaqının əvvəlində qismən təqsirli bilmiş, sonra isə təqsirli bilməmiş sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, o çətənə bitkilərini bilməyərək əkmişdir. Onun özü bağbandır. Əkinlə məşğul olan biridir. Göy-göyərti əkən biri olmuşdur. Bilməmiş və necə gəldi əkmişdir. Balaca olmuşlar. 20-30 sm boyu olmuşdur. Daha sonra ətrindən narkotik tərkibli bitki olduğunu bilmişdir. Əvvəlcədən aydınlaşdırıb əkməmişdir. Əkdiyinin gül olduğunu zənn etmişdir. Həmin günə qədər narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmamışdır. O, toxumları bazardan almışdır. Narkotik tərkibli toxumlar olduğunu bilməmişdir. Ayda və ildə bir dəfə marixuanadan istifadə edən biri olmuşdur. Marixuananı alıb çəkmişdir. Bitkinin qoxusundan marixuana olduğunu bilmişdir. Əkdiyi bitkinin marixuana olduğunu biləndə sevinməmişdir. O, marixuana bitkisini əvvəldən görməmişdir. O, narkotik tərkibli bitki olduğunu biləndə bir gün sonra çıxarıb atmaq istəyəndə tutulmuşdur. Əvvəllər məhkumluğu olmuşdur. 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Marixuana ilə məhkum olunmuşdur. O, marixuana bitkisini ömründə görməmişdir. Özünü təqsirli hesab etməyini faktiki olaraq həmin narkotik tərkibli bitkilərin həyətində olması ilə əsaslandırmışdır. İstintaqda sərbəst ifadə vermişdir. Ona təzyiq olunmamışdır. Döyən və incidən olmamışdır. Narkotik tərkibli bitkilərə qulluq etməmişdir. Saxlanılandan sonra da boynuna almışdır. O, həmin bitkiləri gül bilmiş və dibinə su tökmüşdür. Bitkinin dibinə su tökmək qulluq deyildir. Dibini belləməmişdir. Onu əməliyyatçılar bir neçə saat əvvəl saxlamışlar. Daha sonra onu evinə gətirmiş və çəkiliş aparmışlar. Həmin narkotik tərkibli bitkilərin 11 ədədi ona məxsusdur. Qalanlarını polislər özləri əkmişlər. Bəzi narkotik çətənə kollarının yuxarı hissəsi əyilmiş vəziyyətdə olmuşdur. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan ibtidai istintaq zamanı ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. İstifadə etdiyi marixuanalardan topladığı 26 ədəd toxumu şəxsi istifadəsi üçün əkmək qərarına gəlmişdir. Bu məqsədlə həmin toxumları ünvan 3 ünvanında yerləşən ona məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsində yarımtikilinin içərisindəki otaqda 2025-ci ilin may ayının əvvəllərində əkmişdir. Həmin toxumlara mütəmadi olaraq qulluq etmiş, sulamış və diblərini təmizləyib yetişmələri üçün şərait yaratmışdır. Təxminən 2-3 gün əvvəl, yəni 2025-ci ilin iyul ayının ortalarında əkdiyi çətənə toxumlarından əmələ gələn 04 ədəd çətənə kolunu torpaqdan çıxarıb həmin yarımtikilinin içərisindəki otaqda quruması üçün saxlamış, qalan 22 ədəd çətənə kolunu isə yetişdirməyə davam etmiş və torpaqdan çıxarmamışdır. xx.xx.2025-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanında yerləşən yaşadığı evin qarşısında küçədə olan zaman bir neçə nəfər yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərinin polis əməkdaşları olduqlarını qeyd etdikdən sonra, ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib becərməkdə şübhəli olduğunu bildirmişlər. Bu barədə ondan soruşduqda yaşadığı evin həyətyanı sahəsində olan yarımtikilidə narkotik tərkibli bitkiləri əkib-becərdiyini etiraf etmiş və həmin bitkiləri əkdiyi yeri göstərə biləcəyini demişdir. O, polis əməkdaşlarının və aqronomun yaşadığı evin həyətində baxış keçirmələrinə etiraz etməmiş, bu zaman saat 01 radələri olarmış. O, polis əməkdaşlarının və aqronomun iştirakı ilə yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə torpaqda olan 22 ədəd çətənə kollarının və 04 ədəd qurumaq üçün torpaqdan çıxarıb saxladığı çətənə kollarının olduğu yerə gəlmişdir. Həmin 22 ədəd yaş vəziyyətdə torpaqda əkilmiş və quruması üçün torpaqdan çıxarıb saxladığı 04 ədəd çətənə bitkisinə baxış keçirilmiş, 22 ədəd çətənə kolu köklərindən çıxarılaraq qablaşdırılaraq götürülmüşdür. Onun yaşadığı evin həyətyanı sahəsində aşkarlanmış ümumilikdə 26 ədəd narkotik tərkibli çətənə bitkiləri özünə məxsusdur və şəxsi istfadəsi üçün əkmişdir. Bu barədə ailə üzvlərinin məlumatı olmamışdır. Həyətyanı sahəyə baxış keçirildikdən sonra Xaçmaz RPŞ-yə dəvət edilmiş, Xaçmaz RPŞ-də müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə kultivasiya etməsi barədə daxil olan əməliyyat məlumatı raport yazılaraq məruzə olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və bu qərar bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü rəhbərliyi altında Xudat PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 və polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etdikdən sonra 18 iyul 2025-ci il tarixdə Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X7 və aqronom-X5in iştirakı ilə saat 01 radələrində ünvan 3 ünvanında yerləşən evinin həyətyanı sahəsində yerləşən yarımtikiliyə Şahid3 tərəfindən videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkilməsi barədə məlumat əldə edildiyi və əraziyə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin fərdi yaşayış evinin özünə məxsus olmasını, həyətyanı sahəyə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirtmiş, baxış keçirilən zaman həyətyanı sahədəki yarımtikilidə torpaqda əkdiyi 22 ədəd yaş vəziyyətdə və 04 ədəd qurudulmuş vəziyyətdə narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Elvin Əliyev tərəfindən həmin bitkilər 22 ədəd və 04 ədəd sayılmaqla ağ rəngli sintetik kisəyə qoyularaq üzəri möhürlənməklə bağlanmışdır. Baxış əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış və görüntülərin köçürüldüyü 01 ədəd disk protokola əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə gətirilərək Növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, Xaçmaz rayonu, Xudat şəhəri, Niyazi küçəsi, ev 11-də yaşayan, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri, Niyazi küçəsi, ev 11-dəki, həyətyanı sahəsində yerləşən yarımçıq tikilidə tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə etibarlı mənbədən əməliyyat yolu ilə məlumat daxil olmuşdur. xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirlərinin keçrilməsi barədə” qərardan görünür ki, Xaçmaz rayonu, Xudat şəhəri, Niyazi küçəsi, ev 11-də yaşayan, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanusuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin evin həyətyanı sahəsində kultivasiya etməsi barədə daxil oluş məlumata əsasən əməliyyat axtarış tədbirlərinin keçrilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2025-ci il tarixdə ünvan 4 ünvanında yerləşən evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Əməliyyat qrupunun üzvləri videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs baxış keçirilməzdən əvəvl ondan həmin fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkilməsi barədə məlumat əldə edildiyi və əraziyə baxış keçirilməsinə etirazın olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs həmin fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs bitkiləri təqdim etmək üçün əraziyə daxil olmuş, həmçinin iştirakçılarda həmin ərziyə gəlmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımtikiliyə gələrək 22 ədəd torpaqda əkilmiş və 04 ədəd qurudulmuş vəziyyətdə oan çətənə bitkilərinə bənzər kolları təqdim edərək, həmin ərazidə 26 ədəd çətənə bitkisini əkdiyini bildirmişdir. X5 həmin bitkilərə baxaraq onların çətənə bitkiləri olmasını, aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldılmasın! və suvarılmasını bildirmişdir. Əspəndi Əspəndiyev həmin bitkiləri 22 ədəd və 04 ədəd sayaraq sintetik torbaya qoymuş və təhqiqatçı Elvin Əliyev tərəfindən möhürlənmiş, imzalanaraq baxış yekunlaşmışdır. xx.xx.2025-ci il tarixli mütəxəssis (aqronom) rəyindən görünür ki, həmin tarixdə Xaçmaz RPŞnin X11 əməkdaşları ilə birgə ünvan 5 ünvanında yerləşən mənzilin həyətyanı sahəsindəki yarım tikiliyə baxış keçirən zaman boylan təxminən 1 metrdən 3 metrədək, 22(iyirmi iki) ədədi torpaqda əkilmiş olmaqla yaş vəziyyətdə torpaq sahəsindən çıxarılaraq, 04 (dörd) ədədi isə torpaqdan çıxarılmış halda quru vəziyyətdə olan ümumilikdə 26(iyirmi altı) ədəd, tərkibində narkotik maddələr olan çətənə bitkilərinə bənzəyən bitkilər tərəfimizdən sayılaraq ekspertizaya təqdim etmək üçün mənim iştirakım ilə möhürlənərək qablaşdırıldı. Bildirirəm ki, baxış zamanı aşkarlanmış həmin tərkibində narkotik maddələr olan çətənə bitkilərinə bənzəyən bitkilərə aqrotexniki qulluq edilmişdir, dibləri yumşaldılmışdır, günəş şüalarının təsiri altında mütəmadi olaraq suvarılmışdır. Məhkəmə-bioloji ekspertizasının 18 iyul 2025-ci il tarixli 20/635 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “AR DİN “Zərflər üçün N 59 möhür əksi, “Təqsirləndirilən şəxs məxsus yarım-tikintidən aşkar edilmiş çətənə bitkiləri; 1. Şahid2; 2. Şahid1 3. Əspəndi Əspəndiyev 4.Təqsirləndirilən şəxs ; 5. Elvin Əliyev;” əl yazıları olan 01 ədəd kisə və “AR DİN “Zərflər üçün N 59 möhür əksi” olan 03 ədəd bağlamadakı ümumi sayı: 22 ədəd yaş vəziyyətdə ümumi təmiz: 14996,0 qram və “AR DİN “Zərflər üçün N 59 möhür əksi” olan 01 kisə bağlamadakı ümumi sayı 04 ədəd qurudulmuş vəziyyətdə ümumi təmiz çəkisi 214,0 qram olan bitki nümunələri eyni növə aid olub əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 05 ədəd kisə bağlamalarda ümumi sayı 26 ədəd, ümumi təmiz çəkisi 15210,0 qram olan eyni növə aid olub əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. 14 noyabr 2025-ci il tarixli “electron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. 19 iyul 2025-ci il tarixli Xaçmaz Rayon Məhkəməsinin 5(067)-184/2025 saylı qərarından görünür ki, əməliyyat müvəkkili Şahid1 “əməliyyat tədbirinin keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarı və qərarla bağlı prosessual hərəkətlər qanuni hesab edilmişdir. Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli 5865 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dipanser qeydiyyata alınması məsləhət görülür. Komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3290 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərini idarə edib qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman emosional sferasında hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən güclü ruhi həyəxan-fizioloji affekt halında olmamışdır. xx.xx.2025-ci il tarixli Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş məktubdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. xx.xx.2025-ci il tarixli Xaçmaz Rayon Məhkəməsinin məktubundan görünür ki, 2012-ci ildən hazırki vaxtadək məhkəmənin arxiv sənədləri və elektron məhkəmə infirmasiya sistemində olan məlumatlar yoxlanılmış, lakin vətəndaş Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyətli olmaması barədə məhkəmədə mülki işə baxılmadığı müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli, 1(067)-163/2016 saylı Xaçmaz Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. xx.xx.2019-cu il tarixli, 1(067)-114/2019 saylı Xaçmaz Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, 7(003)-1420/2020 saylı Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qərarından görünür ki, Məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 (bir) ay 06 (altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. xx.xx.2025-ci il tarixli Xaçmaz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(003)-1420/2020 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 06 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş Təqsirləndirilən şəxs cəzası xx.xx.2021-ci il tarixdə başa çatdığı üçün həmin tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmiş, xx.xx.2020-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 01 ay 05 gün vaxtından əvvəl cəzadan azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə kollarını əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə “Baxış keçirilməsi barədə” qərar qəbul olunmuşdur. ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımtikiliyə polis əməkdaşlarının və aqronom-mütəxəssisin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədən aqrotexniki qaydada qulluq edilmiş, ümumilikdə 26 ədəd (22 ədəd yaş və torpaqda əkilmiş, 4 ədəd torpaqdan çıxarılaraq qurudulmuş vəziyyətdə) narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilər aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin bitkilər materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum edilməsi və ya onların məhdudlaşdırılması ilə əldə edilən, habelə bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparıldığı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə video çəkilişlə baxış keçirilməsi barədə narkotik təbiətli çətənə bitkilərinə bənzər bitkilərin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsinə qiymət verməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs aşkar edilmiş çətənə bitkilərinin yarısının onun tərəfindən əkilmədiyini, ona aid olmadığını bildirsə də, çətənə bitkilərinin aşkar olunmasına dair videogörüntüdən görünür ki, çətənə kolları kompakt şəkildə əkilmişdir və çətənə kollarının aşkar olunduqları ərazidə sonradan əkilməyə dair izlər, ümumiyyətlə, torpaqda hər hansı işlərin görülməsi müşahidə olunmur. Həmçinin çətənə kollarınının sonradan əkilməsinə dəlalət edən hər hansı sübuta rast gəlinmir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsinə dair ifadəsində göstərdiyi hallar müdafiə taktikasından irəli gələn hərəkətlər kimi qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün məhkəmə istintaqı zamanı qismən etirafedici və ibtidai istintaqdakı tam etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ardıcıl ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş eks¬pertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edərkən qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin istifadəsinə görə məhkum olunsa da, həmin əməllərinə görə məhkumluğu ödənilsə də, o yenidən cinayət əməli törətmişdir. Həmçinin bundan əvvəlki cinayətləri az ağır cinayətlər kateqoriyasına aid olsa da hazırda törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid edilir. Bu isə onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs barəsində cəza təyin olunarkən, cəzanın həddinin onun şəxsiyyətinə uyğun olması nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(067)-115/2025 qərarından görünür ki, əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 18 iyul 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 60 (altımış) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 01 ədəd kağız paketdə 22 ədəd yaş və 04 ədəd quru vəziyyətdə, ümumilikdə sayı 26 ədəd olan çətənə (kannabis) bitkilərinin ekspert tədqiqatından sonra qalıq qalmış 15209,74 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxışın görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 60 (altımış) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 01 ədəd kağız paketdə 22 ədəd yaş və 04 ədəd quru vəziyyətdə, ümumilikdə sayı 26 ədəd olan çətənə (kannabis) bitkilərinin ekspert tədqiqatından sonra qalıq qalmış 15209,74 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxışın görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-526/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-526/2025
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver