Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-53/2021 05.11.2021 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş №1(124)-53/2021 surəti AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM 05 noyabr 2021-ci il Sumqayıt şəhəri Sədrlik edən hakim Əliyev Rəşad Şəmşir oğlu Məhkəmə tərkibində olan hakimlər X9 və X14 Məhkəmə iclas katibi X5 Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 xx.xx.1996-cı ildə Sumqayıt şəhərində doğuluş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğulolan, Qubadlı rayonu Aşağı Mollu kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27/17, mənil 63-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksininn 6 saylı məhkəmə zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 fevral 2021-ci il tarixdə, saat 23:10-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan X2 baş etibarnamə ilə ona etibar etdiyi «BMW 323İ» minik markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobillə Koroğlu küçəsi ilə Bədəlbəyli küçəsinin kəsişməsindən üzü Koroğlu küçəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sərxoş vəziyyətdə, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə hərəkətdə olmuş və 50-ci maddəsinin 1-ci hissəsini tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək avtomobilin ön sağ tərəfi ilə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs vuraraq başın küt travması, sağ təpə-gicgah sümüyünün xətti sınığı, baş beyinə qansızma, sol aşağı ətrafın baldırının 1/3-dən travmatik amputasiya, sağ dirsək oynağının açıq sınığı, sağ təpə nahiyəsinin dərialtı hematoması, sağ budun aşağı 1/3-nin arxa səthinin, sol saidin orta 1/3-nin arxa səthinin, sifətin sağ, alın təpə nahiyəsinin sağ hissəsinin əhatə edən çoxsaylı yaraları ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, nəticədə Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs həmin əməli təqsirli olaraq törətməsi məhkəmə iclasına tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verərək Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib, göstərmişdir ki, 27.02.2021-ci il tarixdə “BMW 323İ” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili faktiki olaraq əmisi almışdır. Bu zaman onun adına avtomobilin sahibindən baş etibarnamə alınsa da, avtomobili rəsmi olaraq adına keçirilməmişdir. Bundan sonrta avtomiobil qalmış və elə həmin gün axşam 100 qram spirtli içki olan araq qəbul etdikdən sonra, sürücülük hüququ məhdudlaşdırılmasına baxmayaraq təxminən saat 23 radələrində Sumqayıt şəhəri 11 mikrorayon ərazisində işıqlandırılan küçədə avtomobili təxminən 70 km/saat surəti ilə idarə edərkən qəflətən iki maşın arasından onun qarşısına sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs çıxmış və sonuncu əvvəl dayansa da, anidən qaçmağa başlamışdır. Bu zaman o, ilk olaraq əyləci basmış, sonra isə qaz vermiş, yəni avtomobili sürətləndirmiş və bu vaxt toqquşma baş vermiş və nəticədə Bəhurz Əliyev xəsarət alaraq ölmüşdür. O, özü də hesab edir ki, avtomobili tam saxlasa, bu hadisə baş veməyəcəkdir. Zərər çəıkmiş şəxsin hüquqi varisinə maddi və mənəvi yardım etmişlər, bundan sonrakı dövrdə də, maddi yardım edəcəkdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadə verərək göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun atasıdır. Zərərçəkmiş şəxs gündüzlər bərbər, gecələr isə Sumqayıt şəhərində yerləşən 33 saylı tam orta məktəbdə mühafizəçi işləmişdir və hər gün axşam saat 23 radələrində evdən çıxaraq işə getmişdir. 28.02.2021-ci il tarixdə qonşuluqlarında yaşayan, lakin adını bilmədiyi bir nəfər onların evinə gələrək 27.02.2021-ci il tarixdə saat 23:10 radələrində Sumqayıt şəhəri ərazisində Koroğlu küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı atası Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən öldüyünü bildirmişdir. Sonradan onun məlumatı olmuşdur ki, atasını maşınla vurub öldürən şəxsin adı Təqsirləndirilən şəxsdur. Orxan ailəsi maddi yardım etmiş və etməyə davam edirlər, yas mərasimlərini vermiş, onlar barışmışlar və şikayətçi deyillər. Zərər çəkmiş şəxsin hüquqi varisinin məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq olunmuş ərizəsində vurulmuş maddi ziyanın ödənildiyini, təqsirləındirilən şəxslə barışdıqlarını, ondan şikayət və tələblərinin olmadığını göstərmişdir. Məhkəmə iclasında elan olunmuş Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsinin Yol patrul xidmətinin inspektoru, polis baş serjantı Şahid1 məhkəməyək icraatda şahid qismində verdiyi ifadəsindən görünür ki, sonuncu həmin ifadəsində göstəmişdir ki, 28.02.2021-ci il tarixdə saat 00:05 radələrində Sumqayıt şəhəri ərazisində xidmətdə olduğu vaxt Sumqayıt şəhəri, 11-ci mikrorayon Koroğlu prospektində piyadanın avtomaşınla vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal o, hadisə yerinə getmişdir. Hadisə yerinə gedəndən sonra məlum olmuşdur ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs BC kateqoriyalı, AE 024703 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “BMW 323i minik” markalı, **-ZO-*** qeydiyyat nişanlı avtomobillə yolu keçən piyadın vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində keçinmişdir. Sonra hadisə yerinə TTYS-dan həkim briqadası çağırılmışdır. Bundan sonra hadisə yeri sürücünün, hal şahidlərinin iştirakı ilə müayinə olunmuş, hadisə yerinin foto şəkilləri və sxemi çəkilməklə bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında elan olunmuş Şahid2 məhkəməyək icraatda şahid qismində verdiyi ifadəsindən görünür ki, sonuncu həmin ifadəsində göstəmişdir ki, X4 onun doğma qardaşıdır və Əliətdin bütün notariat hərəkətlərini etməyi üçün ona etibarnamə vermişdir. O, qardaşı Əliətdin Əhmədovun adına olan “BMW 323i minik” markalı, **- ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili 27.02.2021-ci il tarixdə saat 13:59-da baş etibarnamə ilə Təqsirləndirilən şəxs satmışdır. Cinayət işinin materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 27.02.2021-ci il tarixli, 1022 nömrəli tibbi müayinə” protokolundan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti vardır. Azərbaycan Respubliksı Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspetiza və potoloji anatomiya birliyi” publik hüquqi şəxsin 26.03.2021-ci il tarixli 33 sayı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: başın küt travması, sağ təpə-gicgah sümüyünün xətti sınığı, baş beyinə qansızma, sol aşağı ətrafın baldırının 1/3-dən travmatik amputasiya, sağ dirsək oynağının açıq sınığı, sağ təpə nahiyəsinin dərialtı hematoması, sağ budun aşağı 1/3-nin arxa səthinin, sol saidin orta 1/3-nin arxa səthinin, sifətin sağ, alın təpə nahiyəsinin sağ hissəsinin əhatə edən çoxsaylı yaraları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən 8-10 saat əvvəl olmaqla 28.02.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni YNH-si zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə - adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın kimyəvi müayinəsi nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin 18.05.2021-ci il tarixli, 8/942 saylı rəyindən görünür ki, «BMW 323İ» minik markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat ürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəklərində “Yol hərkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.(Ekseprtiza tədqiqatının dəyəri 100 manat olmuşdur). Cinayət işində olan Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş 03.03.2021-ci il tarixli 302-1154-1221 saylı məktubda Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilənlər sırasında olduğu qeyd olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat statistika informasiya idarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 28.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 01.03.2021-ci il tarixli 4(060)-78/2021 saylı qərarından görünür ki, həmin qərarla təqsirləndirilən şəxsin barəsində əvvəli 28.02.2021-ci il tarixdən heaablanmaqla 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qubadlı rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Mollu kənd İnzibati ərazı dairəsinin nümayəndəsi tərəfindən verilmiş 04.03.2021-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs və ailə üzvləri müsbət səciyyələndirilmiş, onun məcburi köçkün olması, ailəsinin vətənpərvərliklə seçilməsini və qardaşı X3 Vətən müharibəsi iştirakçısı və veteranı olduğu qeyd edilmişdir. İş üzrə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin qardaşı X6 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il Sərəncamları ilə “Xocavəndin azad olunması” və “Şuşanın azad olunması”medalları ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxs ona CM-nin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi, öz müdafiəsi üçün gətirdiyi dəlillər cinayət işi üzrə şahid ifadələri, məhkəmə-tibbi, məhkəmə yol nəqliyyat ekspertizalarının rəyləri, habelə tədqiq edimiş yuxarıda sadalanan digər sübutların məcmusu ilə təkzib olunmuşdur. Beləliklə, məhkəmə icasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 263-1.3-cü maddəsi ilə ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılığını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması, zəruri maddi yardım göstərilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, məcburi köçkün statusunda olmasını və qardaşı İsbəndiyar Məmmədovun Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il Sərəncamları ilə “Xocavəndin azad olunması” və “Şuşanın azad olunması”medalları ilə təltif olunmuş Vətən müharibəsi iştirakçısı olması təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirlndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə cəza olaraq müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnndan məhrumetmə və əsas cəza olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzaların növünü və həcmini müzakirə edərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq, müəyyən edilmiş zəruri hallara, o cüemlədən çoxsaylı məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu nəzərə alıb təqsirləndirilən şəxsə əlavə cəza təyin olunması ilə yanaşı azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və azadlıqdan məhrumetmə cəzasının CM-nin müvafiq maddəsində azadlıqdan məhrumetmə cəzası üçün nəzərdə tutulmuş müddətinin minimum həddinə təyin edilməsinin onun şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, belə olan halda CM-nin 56.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli çəkmə müəssisəsində çəkməli, əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsi icra etməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində olan həbs qətimkan tədbiri ilə bağlı müzakirə apararaq hesab edir ki, təqsirləndirilən şəxsin barəsində mövcud olan çoxsaylı yüngülləşdirici hallar onun barəsində hazırda qüvvədə olan həbs qətimkan tədbirinin daha yüngül qətimkan tədbiri ilə əvəz olunmasına yol verir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə baxışı başa çatdırıldığı, təqsirəndiriləm şəxsi ilk dəfə ehtiyyasılıqdan cinayət törətməsi və təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsin ailə üzvləri ilə barışması, onlara vurulmuş maddi ziyanı aradan qaldırması və mənəvi ziyanın aradan qaldırılması üçün mümkün tədbirləri görməsi onun barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvədə qalmasına mütləq zərurəti aradan qaldırdığına, digər tərfədən isə təqsirləndirilən şəxsin məcburi köçkün statusunda olması ilə yanaşı vətənpərvərliklə seçilən ailənin üzvü olması və qardaşının Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il Sərəncamları ilə “Xocavəndin azad olunması” və “Şuşanın azad olunması”medalları ilə təltif olunmuş Vətən müharibəsi iştirakçısı olması “Zəfər günü” ərəfəsində onun azadlığa buraxılmasının cəmiyyətin maraqlarına uyğun olduğunu göstərir ki, belə olan halda onun barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmaqla, təqsdirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilməli və ondan müvafiq iltizam alınmalıdır. Belə olan halda onun 28 fevral 2021-ci il tarixdən 05 noyabr 2021-ci il tarixədək həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmaqla üzərində saxlanılan qəti cəzalar müəyyən edilməli, və təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrumetmə cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəsissəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirəndirilən şəxsə təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasın onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilməlidir. Məhkəmə məsrəfləri ilə əlaqədar məhkəmə hesab edir ki, ekspertiza xərci olan 100(yüz) manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4(dörd) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5(beş) il müddətində azadlıqdan məhrumetmə cəzasına cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 28 fevral 2021-ci il tarixdən 05 noyabr 2021-ci il tarixədək hıbsdı saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhruemtmə cəzasının bir gününə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 4(dörd) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4(dörd) il 3 (üç) ay 22(iyirmi iki) gün azadlıqdan məhrumemtmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Ağil olunun barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından azad edilsin, ondan başqa yerə getməmək haqqında iltizam alınsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və bu cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəsissəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasın onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Təqsirləndirilən şəxsa təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsi icra etsin. Məhkəmə məsrəfləri olaraq 100(yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən bu müddətdə apellyasiya şikayəti və(və ya) apellyasiya protesti verilmədiyi halda həmin müddətə başa çatdıqdan sonrakı gün qanuni quvvəyə minir. Sədrlik edən: “imza” Rəşad Əliyev Hakimlər: “imza” Hafiz Əliyev “imza” Fəhmin Hümbətov Əsli ilə düzdür Sədrlik edən hakim: Rəşad Əliyev
Məhkəmə qərarları › İş №1(124)-53/2021
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-53/2021
05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver