Məhkəmə qərarları › İş №1(124)-53/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-53/2022

25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-53/2022 25.07.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmünə əsasən ilə Azərbaycan Respublıkası CM-nin 32,5, 206.2, 228.1, 228.4, 234.4.1, 234.4.3 və 240.3.2-cı maddələri ilə qəti olaraq 14(on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 2, mənzil 47-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, “Olimp” yaşayış kompleksi, ev 6, mənzil 25-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib daşımaqla saxlamış, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 7,634 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 100,877 qram çəkidə psixotrop maddə metamfetamini, təsiredici maddəsi tramadolun ümumi çəkisi külli miqdarda - 12,6 qram olan cəmi 56 ədəd “Tramadol Hydrochloride 225 mg 03 2023” adlı güclü təsir edən dərman preparatlarını və 0,077 qram çəkidə narkotik vasitə tiryəki əldə edib üzərində saxlamaqla qanunsuz olaraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Olimp” yaşayış kompleksi, ev 6, mənzil 25 ünvanına daşımış, külli miqdarda - 7,634 qram çəkidə narkotik vasitə heroini idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobildə, psixotrop maddə metamfetamindən bir ədəd bükümdə olmaqla 0,620 qramını ayıraraq 0,077 qram çəkidə narkotik vasitə tiryəklə birlikdə üzərində saxlamaqla Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 39-cu kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 14 mart 2021-ci il tarixdə saat 11:45-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 39-cu kilometrliyində saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin tarixdə saat 14:22-dən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan gödəkçəsinin sol iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd göy rəngli sellofan bükümdə 0,077 qram çəkidə narkotik vasitə tiryək və bir ədəd şəffaf sellofan bükümdə 0,620 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq Baş İdarənin həyətində Təqsirləndirilən şəxs məxsus “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilə 14 mart 2021-ci il tarixdə saat 15:50-dən keçirilən baxış və götürmə zamanı avtomobilin salon hissəsində ötürücü qutunun qarşısında qabaq paneldə yerləşən kiçik saxlanc yerindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə külli miqdarda - 7,634 qram çəkidə narkotik vasitə heroin və bir ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Olimp” yaşayış kompleksi, ev 6, mənzil 25 ünvanına sonuncunun razılığı və iştirakı ilə 14 mart 2021-ci il tarixdən saat 18:48-dən keçirilən baxış və götürmə zamanı mənzilin qonaq otağında giriş qapısından sol tərəfdə yerləşən paltar dolabının orta gözündən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 100,877 qram çəkidə psixotrop maddə metamfetamin və təsiredici maddəsi tramadolun ümumi çəkisi külli miqdarda - 12,6 qram olan cəmi 56 ədəd “Tramadol Hydrochloride 225 mg 03 2023” adlı güclü təsir edən dərman preparatları aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək göstərdi ki, o faktiki olaraq tarixini dəqiq xatırlamadığı tarixdə səhər saat 7-də yaşadığı evdən çıxıb dostu Rövşən və sonuncunun anası ilə birlikdə Rövşənin qohumunun hərbi xidmətdə olduğu Sumqayıt şəhəri “Nasosnu” adlanan ərazidə yerləşən hərbi hissəyə getmişdir. Saat 8-də Sumqayıt şəhəri “Nasosnu” adlanan ərazidə tutularaq öz maşınında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış və saat 9 radələrində oraya çatmışlar. Orada ona işgəncə verilmiş və nəticədə onun qaşı partlamışdır. Həmin gün axşam saat 5-də videoçəkilişlə üstünə baxış keçirilmişdir. Aparılarkən onun avtomobili digər şəxs tərəfindən idarə olunmuş, o isə arxada oturmuşdur. Onun yanında 2 nəfər olmuşdur. Onun saxlanması zamanı orada olan digər polis əməkdaşları başqa maşınla gəlmişlər. İttham aktında qeyd edilənlər yalandır. Onun üzərində, maşında və evdə heç bir narkotik vasitə olmamışdır. Onun istifadəsində cəmi 3 mobil telefon nömrəsi olmuşdur. Onlardan ********** və ********** nömrələri xatırlasa da, digər nömrə yadında deyil. O ifadələrini təzyiq altında imzalamışdır. Onun istifadəsində olan mənzilə də, saat 5 radələrində videoçəkilişlə baxış keçirilmişdir, və boş olsa da, guya baxış zamanı nə isə aşkar olunmuşdur. O, faktiki olaraq 3 gün sonra məhkəməyə aparılmışdır. Bu müddətdə o vəkil görməmiş və məhkəmədə ona işgəncə verilməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi xüsusatları araşdıraraq müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin ifadəsi özünü müdafiə xarakterlidir və göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında təqdiq edilmiş sübutların tədqiqi ilə tam təsdiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona CM-in 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək ifadələrində göstərmişdir ki, xx.xx.2021-ci il tarixli şübhəli şəxs qismində və xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bildirmişdir ki, narkotik vasitə heroin istifadəçisidir. Heroini hər gün istifadə edir. Heroini yandıraraq tüstüsünü iyləyirmiş. Narkotik vasitə heroini əsasən tanımadığı şəxslərdən əldə edirmiş. 2021-ci ilin mart ayının əvvəllərində şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində şəxsi işlərini görüb qurtardıqdan sonra Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsi yaxınlığında taksi axtarmağa başlamışdır. Qara rəngli “Mersedes” markalı avtomobilə yaxınlaşmış və sürücüdən Sumqayıta gedib getmədiyini soruşmuşdur. Həmin şəxs taksi sürücüsü olmadığını, lakin Sumqayıtda yaşadığı üçün onu da apara biləcəyini bildirmidir. Bir qədər söhbət etdikdən sonra sürücü adının Niyaməddin olduğunu bildirmişdir. Özünü həmin şəxsə təqdim etmişdir. Niyaməddin bir qədər söhbət etdikdən sonra ondan narkotik vasitə istifadə edib etmədiyini soruşmuşdur. İlk öncə tərəddüd etsə də Niyaməddin özünündə narkotik vasitə heroin istifadə etdiyini bildirdiyi üçün o da narkotik vasitə heroin istifadə etdiyini bildirmişdir. Niyaməddin hazırda üzərində narkotik vasitə heroin olub-olmamasını soruşmuş, ona hazırda üzərində narkotik vasitə olmadığını və bir neçə gündür ki, heç haradan narkotik vasitə tapa bilmədiyini bildirmişdir. Bundan sonra Niyaməddin idarə etdiyi avtomobilin yük yerində bir ədəd bağlama olduğunu və həmin bağlamanın içərisində narkotik vasitə, psixotrop maddə və bir neçə həblərin olduğunu bildirmişdir. Niyaməddin həmin paketi ona sata biləcəyini bildirmişdir. Ona sadəcə heroin istifadə etdiyini digər narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Bu zaman Niyaməddin ona paketi 1000 manata satacağını, həmin paketin içərisində təxminən 2-3 min manatlıq narkotik olduğunu bildirmişdir. Hazırda üzərində 700 manat olduğunu bildirmiş və Niyaməddin problem olmadığını 700 manatı ona verərək paketi ala biləcəyini bildirmişdir. Niyaməddindən həmin paketdə nə qədər narkotik vasitə heroin olduğunu soruşduqda narkotik vasitələrin miqdarını dəqiq bilmədiyini bildirmişdir. Yekunda Niyaməddinə 700 manat verərək həmin paketi ondan almışdır. Bundan sonra həmin paketi müvəqqəti yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Olimp” yaşayış kompleksi, ev 6, mənzil 25 ünvanına apararaq paketin içərisini açmış və içərisində narkotik vasitə heroin və tiryəkin, psixotrop maddə metamfetaminin və bir neçə həblərin olduğunu görmüşdür. Həmin paketin içərisindən bir qədər istifadə etmək məqsədi ilə heroin götürüb paketi yenidən bağlamışdır. Həmin paketi yaşadığı evin qonaq otağında yerləşən paltar dolabında gizlətmişdir. Sonrakı müddətdə paketdə olan şüşədən və tiryəkdən də istifadə etmişdir. 13 mart 2021-ci il tarixdə yenidən işləri ilə əlaqədar Bakı şəhərinə getməli olduğu üçün həmin gün müvəqqəti yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Olimp” yaşayış kompleksi, ev 6, mənzil 25 ünvanına gəlmişdir. Paltar dolabında yerləşən şkafı açaraq orada olan tiryəkdən və şüşədən hər birindən bir qədər götürüb göy rəngli və şəffaf rəngli bükümlərə bölmüşdür. Göy rəngli bükümdə tiryəki, şəffaf rəngli bükümdə isə metamfetamini qablaşdırmışdır. Bundan əlavə bir ədəd şəffaf sellofan bükümdə bir qədər narkotik vasitə heroində götürmüşdür. Həmin bükümləri cibinə qoysa da heroini idarə etdiyi “Hyundai Sonata” markalı **-PR-*** qeydiyyat nişanlı avtomobilin salon hissəsində ötürücü qutunun qarşısında qabaq paneldə yerləşən kiçik saxlanc yerinə yerləşdirmişdir. 14 mart 2021-ci tarixdə idarə etdiyi avtomobillə evdən çıxmaq istəyərkən tanışı Rövşən ona zəng edərək əmisi oğlu Pünhanın hərbi xidmətdə olduğunu bildirmiş və birlikdə onu ziyarət etmək üçün getməyi təklif etmişdir. Rövşəni ortaq tanışları vasitəsi ilə tanımış və normal münasibətləri olmuşdur. Rövşənin təklifi ilə razılaşmış və həmin gün saat 11 radələrində Rövşənin yaşadığı ünvan 1 ünvanının qarşısına getmişdir. Bir neçə dəqiqədən sonra Rövşən gələrək avtomobilə əyləşmişdir. Rövşən əmisi oğlu Pünhanın hazırda Sumqayıt şəhəri Nasosnu adlanan ərazidə yerləşən hərbi hissədə olduğunu və ora getməli olduqlarını bildirmişdir. Hərbi hissəyə çatdıqda avtomobildən düşmüşlər. Bu zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları özlərini təqdim etmələrini istəmişlər, ilk öncə o, öz anket məlumatlarını bildirmiş, daha sonra isə Rövşən öz anket məlumatlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin satışında şübhəli olduğunu bildirib onu və Rövşəni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Qeyd edilən idarəyə gəldikdən sonra onlara hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşur. Vəkillə söhbət etmiş, ona etirazının olmadığını bildirdikdən sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Daha sonra Rövşənin barəsində də tutmaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra onlara qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli olduqları və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərilərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə üzərilərinə baxış keçirilməyə başlanmışdır. İlk öncə ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra əynində olan gödəkçənin cibində narkotik vasitə tiryək və “şüşə” adlanan psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli gödəkçənin sol iç cibində olan bir ədəd qəhvəyi rəngli pul qabını, gödəkçənin sağ yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu və bir ədəd avtomobil açarını, gödəkçənin sol yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Təqdim etdiyi pul qabını açaraq qabın içində olan bir ədəd göy rəngli sellofan bükümü və bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək, göy rəngli sellofan bükümün içində narkotik vasitə tiryək və şəffaf rəngli sellofan bükümün içindən isə “şüşə” adlanan psixotrop maddə olduğunu bildirmişdir. Bundan əlavə pul qabının içindən ona məxsus olan şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamasi və 12 manat pul aşkar olunmuşdur. Sonra təqdim etdiyi bir ədəd göy rəngli sellofan büküm və bir ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda göy rəngli sellofan bükümün içərisində narkotik vasitə tiryəkə oxşar maddə və şəffaf rəngli sellofan bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddə olması bildirilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkə və psixotrop maddə metamfetaminə oxşar maddələri 10 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsi yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Niyaməddin” adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan əlavə “Niyaməddin” adlı şəxsdən narkotik vasitə tiryək və psixotrop maddə metamfetamindən əlavə narkotik vasitə heroin də əldə etdiyini və narkotik vasitə heroini isə hazırda BMCMİ-nin inzibati binasının həyətində saxlanılmış “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilin salon hissəsində gizlədib saxladığını və həmin narkotik vasitəni də təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə tiryək və psixotrop maddə metamfetaminə oxşar maddələr polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 12 manat pul, bir ədəd avtomobil açarı və bir ədəd pul qabı iş üzrə əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş iki ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Rövşənin üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış və şəxsi axtarış və götürmə aparılmasından əvvəl Rövşənə şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, Rövşən buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, hazırda üzərində bir ədəd bıçaq və bir ədəd beş barmaq adlandırdığı əşyalar olduğunu qeyd edib, əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibində olan beş barmağı, gödəkçəsinin sol yan cibində olan bir ədəd bıçağı, gödəkçəsinin sol iç cibində olan bir ədəd “İphone” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu və şalvarının sağ yan cibində olan 5 manat pulu çıxardıb təqdim etmişdir. Rövşənin təqdim etdiyi bıçağa və dəmir predmetə baxış zamanı polis əməkdaşları bıçağın dəmir materiallı, qatlanan, deşicikəsici xüsusiyyətə malik, mətbəx bıçaqlarından tamamilə fərqli bıçaq olmasını bildirmişlər. Rövşənin təqdim etdiyi və beş barmaq adlandırdığı predmetin isə dəmir materiallı və gümüşü rəngli olmasını və üzərində “DH-114” yazısının yazıldığını qeyd etmişlər. Şifahi sorğu zamanı Rövşən üzərindən aşkar edilmiş bıçağı və dəmir predmeti təxminən 3-4 ay əvvəl Sumqayıt şəhərində yerləşən dənizkənarı parkdan təsadüfən tapdığını, həmin əşyalara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Rövşənin üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Rövşənin üzərindən aşkar olunmuş bir ədəd bıçaq və bir ədəd dəmir predmet polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 5 manat pul Rövşənə qaytarılmışdır. Rövşənin üzərindən aşkar edilmiş bir ədəd “İphone” markalı və bir ədəd “Samsung” markalı telefonlar isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığı üçün protokolu imzalamışlar. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi üçün BMCMİ-nin həyətinə düşmüşlər. “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Bu barədə ona məlumat verilmiş və etiraz etmədiyini bildirmişdir. Baxışın keçirilməsi onu razılığı və iştirakı ilə aparılmışdır. Baxış zamanı ona təklif edilmişdir ki, idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bundan sonra idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilin salon hissəsində ötürücü qutunun qarşısında qabaq paneldə yerləşən kiçik saxlanc yerində olan bir ədəd sellofan bükümü götürüb təqdim etmişdir. Həmin sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində narkotik vasitə heroinə oxşar maddə olması bildirilmişdir. Şifahi sorğu zamanı idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə heroinə, üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkə və psixotrop maddə metamfetaminə oxşar maddələri 10 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsi yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Niyaməddin” adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri və psixotrop maddəni üzərində və idarə etdiyi avtomobildə saxlayıb daşıdığını bildirmişdir. Avtomobilə baxış keçirilməsi davam etdirilərkən avtomobilin yük yerində bir ədəd işlək vəziyyətdə olmayan elektron tərəzi aşkar olunmuşdur. Həmin elektron tərəzini yaşadığı evdə məişət işlərində istifadə etdiyini və nasaz olduğu üçün təmir etdirmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən iki ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobildən başqa əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığı üçün protokolu imzalamşlar. İlk əvvəl yaşadığı evdə gizlətdiyi narkotik vasitələr barədə heç bir məlumat verməsə də sonradan polis əməkdaşı ondan izahat alarkən yalan danışmağın mənasız olduğunu başa düşmüş və hazırda müvəqqəti yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Olimp” yaşayış kompleksi, ev 6, mənzil 25 ünvanında narkotik vasitə olmasını bildirmişdir. Bu zaman polis əməkdaşları ondan yaşadığı evə baxış keçirilməsinə etirazının olub olmadığını soruşmuşlar. Etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Həmin gün saat 18:48-də tədbir iştirakçıları ilə birlikdə kirayə yaşadığı ünvanın qarşısına gəlmişlər. Yaşadığı mənzilə “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Bu barədə ona məlumat verilmiş və etiraz etmədiyini bildirmişdir. Baxışın keçirilməsi onun razılığı və iştirakı ilə aparılmışdır. Kirayədə yaşadığı mənzil ünvan 2 ünvanın üçüncü giriş hissəsində və beşinci mərtəbəsində yerləşir. Baxış zamanı ona təklif edilmişdir ki, kirayədə yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bundan sonra iştirakçıları yaşadığı mənzilə dəvət edib mənzilin qonaq otağında giriş qapısından sol tərəfdə yerləşən paltar dolabının orta gözünü açıb bir ədəd şəffaf plastik qabın içində olan bir ədəd şəffaf sellofan bükümü və altı ədəd konvalyutda həbləri təqdim etmişir. Təqdim etdiyi bir ədəd sellofan bükümün içində “şüşə” adlanan psixotrop maddə olduğunu və təqdim etdiyi dərman həblərini isə ağrıları olan zaman qəbul etdiyini bildirmişdir. Sonra təqdim etdiyi bir ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Baxış zamanı dərman həblərinin ümumilikdə 56 ədəd olmaqla 06 ədəd konvalyutda olması və konvalyutların üzərində “Royal-225” söz və rəqəmlərin yazıldığı aşkar edilmişdir. Şifahi sorğu zamanı kirayədə yaşadığı ünvandan aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddəni və dərman həblərini, idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddəni, üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkə və psixotrop maddə metamfetaminə oxşar maddələri 10 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsi yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Niyaməddin” adlı şəxsdən öz şəxsi istifadəsi üçün ümumilikdə 700 manata aldığını, narkotik vasitələri, psixotrop maddələri və dərman həblərini üzərində, idarə etdiyi avtomobildə və yaşadığı ünvanda gizlədib saxladığını bildirmişdir. Bundan sonra kirayədə yaşadığı ünvandan aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar maddə və həblər polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən kirayədə yaşadığı mənzildən başqa əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra protokolun tərtibatı üçün zəruri şərait olmadığından BMCMİ-yə gedilmiş və orada protokol tərtib edilərək etiraz olmadığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə istintaqa verdiyi ifadələrində Niyaməddin adlı şəxxlə 10 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsi yaxınlığında tanış olduğunu, Niyaməddinin idarə etdiyi avtomobillə Sumqayıt şəhərinə gəldiyini, anket məlumatlarını dəqiq bilmədiyini, Şahid5 ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən xəbərinin olmadığını, Şahid5 aşkar edilmiş bıçaq və beşbarmaq adlanan dəmir predmetdən xəbərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs, ona 26 iyul 2021-ci il tarixdə CM-in 234.4.3 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan olunan zaman özünü elan edilmiş ittihamda qismən təqsirli bilərək istintaqa verdiyi ilkin ifadələrini təsdiq edərək aşkar edilən narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri şəxsi istifadəsi üçün əldə etdiyini və heç kəsə satmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 14 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatına əsasən, onun rəhbrliyi ilə yaradılmış əməliyyat qrupu tərəfindən Sumqayıt şəhəri “X5” qəsəbəsi ərazisinə getmişlər və 15 dəqiqə Bakı-Quba yolu, 39-cu kilometr deyirlər ora. Nasosnu hərbi hissə var, düz onun qabağında müşahidələr apardıqdan sonra, barəsində əməliyyat məlumatı olan Təqsirləndirilən şəxs bənzər şəxs aşkar edilmiş və onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu şəxs Təqsirləndirilən şəxs olduğunu təsdiqləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs baş idarəyə dəvət edilmiş və yanındakı şəxs X6 ilə birlikdə Baş idarəyə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs avtomobili onlar tərəfindən idarə olunmuş, ancaq, Təqsirləndirilən şəxs həmin avtomobildə gətirilməklə, çatan kimi avtomobil bağlanaraq açarları E.Əiyevin özünə verilmişdir. Baş idarədə xidməti otaqlardan birində videoçəkilişlə keçirlən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin və xatırladığı qədər tiryək aşkarlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomaşınına videoçəkilişlə baxış keçirilməklə xatırladığı qədər avtomobildən də, herion və tiryək aşkar olunmuşdur. Həmin vaxt keçirilmiş sorğu-sual nəticəsində Təqsirləndirilən şəxs kirayə yaşadığı “Olimp” yaşayış komleksində videoçəkilişlə psixotrop maddə olan metamfetamin və güclü təsirə malik olan “tromadol” həbləri gizlətdiyi müəyyənləşmiş və evə də, baxış keçirilərək həmin maddələrin evdə olması öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs döyülməmiş və ya ona işgəncə verilməmişdir. Hazırda o, məhkəməyədək icraat zamanı verdiyi ifadəsini də, təsdiq edir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psxiotrop maddələr əldə edərək saxlaması, üzərində, həmçinin idarə etdiyi avtomobildə daşıması bildirilmişdir. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 14 mart 2021-ci il tarixli qərar çıxarılmışdır. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 39-cu kilometrliyində olması qeyd edilmişdir. 14 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 39-cu kilometrliyinin yaxınlığına gedərək əməliyyat mövqeyi seçib gözləməyə başlamışlar. Həmin gün saat 12 radələrində xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsin “Hyundai Sonata” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğunu və yanında başqa bir şəxsin olduğunu da görüb onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işlədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş qərarla tanış edərək ondan özünü təqdim etməsini istəmişlər. Təqsirləndirilən şəxs anket məlumatlarını bildirdikdən sonra yanında olan şəxsin də anket məlumatları dəqiqləşdirmişlər. Həmin şəxs adının Şahid5 olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid5 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Baş İdarəyə gətirmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs və Şahid5 hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət olunaraq onlara təqdim olunmuşdur. Onlar hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs və Şahid5 şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin onlara hüquq və vəzifələri izah edilmişdir. Barələrində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs və Şahid5 paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2021-ci il tarixli qərarlara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və Şahid5 barəsində 14 mart 2021-ci il tarixdə saat 14:22-də şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibində narkotik vasitə tiryək və “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli parça gödəkçəsinin sol iç cibində olan bir ədəd qəhvəyi rəngli pul qabını, gödəkçəsinin sağ yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu və bir ədəd avtomobil açarını, gödəkçəsinin sol yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabını açaraq qabın içində olan bir ədəd göy rəngli sellofan bükümü və bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək, göy rəngli sellofan bükümün içində narkotik vasitə tiryək və şəffaf rəngli sellofan bükümün içindən isə “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Bundan əlavə pul qabının içindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamasi və 12 manat pul aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd göy rəngli sellofan büküm və bir ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda göy rəngli sellofan bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə tiryəkə oxşar maddə və şəffaf rəngli sellofan bükümün içərisində isə kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkə və psixotrop maddə metamfetaminə oxşar maddələri 10 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsi yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Niyaməddin” adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını və narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin “Niyaməddin” adlı şəxsdən narkotik vasitə tiryək və psixotrop maddə metamfetamindən əlavə narkotik vasitə heroin əldə etdiyini, narkotik vasitə heroini isə hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılmış idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilin salon hissəsində gizlədib saxladığını və həmin narkotik vasitənidə təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkə və psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 12 manat pul, bir ədəd avtomobil açarı və bir ədəd pul qabı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamasi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Şahid5 üzərinə şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid5 şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Şahid5 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, hazırda üzərində bir ədəd bıçaq və bir ədəd beş barmaq adlandırdığı əşyalar olduğunu qeyd edib, əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibində olan beş barmaq adlandırdığı dəmir predmeti, gödəkçəsinin sol yan cibində olan bir ədəd bıçağı, gödəkçəsinin sol iç cibində olan bir ədəd “iPhone” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu və şalvarının sağ yan cibində olan 5 manat pulu çıxardıb təqdim etmişdir. Şübhəli şəxs Şahid5 təqdim etdiyi bıçağa və dəmir predmetə baxış zamanı məlum olmuşdur ki, bıçaq dəmir materiallı, qatlanan, deşicikəsici xüsusiyyətə malik, mətbəx bıçaqlarından tamamilə fərqli bıçaqdır. Bıçağın üzərində “Spartan, CTS BD1” yazısı yazılmışdır, Şahid5 təqdim etdiyi və beş barmaq adlandırdığı predmet dəmir materiallıdır və gümüşü rəngdədir. Predmetin üzərində “DH-114” yazısı yazılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Şahid5 üzərindən aşkar edilmiş bıçağı və dəmir predmeti təxminən 3-4 ay əvvəl Sumqayıt şəhərində yerləşən dənizkənarı parkdan təsadüfən tapdığını, həmin əşyalara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Şahid5 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Şahid5 üzərindən aşkar olunmuş bir ədəd bıçaq və bir ədəd dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 5 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid5 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Şahid5 üzərindən aşkar edilmiş bir ədəd “İphone” markalı və bir ədəd “Samsung” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilə 14 mart 2021-ci il tarixdə saat 15:50də baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı **-PR-*** qeydiyyat nişanlı avtomobilə “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Bu barədə şübhəli şəxs Təqsirləndirilən şəxs məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmişdir. Baxışın keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR- *** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilin salon hissəsində ötürücü qutunun qarşısında qabaq paneldə yerləşən kiçik saxlanc yerində olan bir ədəd sellofan bükümü götürüb təqdim etmişdir. Həmin sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə heroinə, üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkə və psixotrop maddə metamfetaminə oxşar maddələri 10 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsi yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Niyaməddin” adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri və psixotrop maddəni üzərində və idarə etdiyi avtomobildə saxlayıb daşıdığını bildirmişdir. Avtomobilə baxış keçirilməsi davam etdirilərkən avtomobilin yük yerində 01 ədəd işlək vəziyyətdə olmayan elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin elektron tərəzini yaşadığı evdə məişət işlərində istifadə etdiklərini və nasaz olduğu üçün təmir etdirmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş bir ədəd sellofan bükümdə ona narkotik vasitə heroinə oxşar maddə və bir ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan iki ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etiraz daxil olmadığı üçün imzalarla təsdiq edilmişdir. Bundan sonra araşdırma zamanı Təqsirləndirilən şəxs izahatında etiraf edib bildirmişdir ki, müvəqqəti olaraq kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Olimp” yaşayış kompleksi, ev 6, mənzil 25 ünvanında psixotrop maddə metamfetamin gizlədib saxlayır və yaşadığı ünvana gedildiyi halda həmin psixotrop maddənində təqdim edə bilər. Bununla bağlı Təqsirləndirilən şəxs kirayədə yaşadığı həmin ünvana baxış keçirilməsi məqsədi ilə 14 mart 2021-ci il tarixdə saat 18:48-də tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs kirayədə yaşadığı qeyd olunan ünvanın qarşısına gəlmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Olimp” yaşayış kompleksi, ev 6, mənzil 25 ünvanına 14 mart 2021-ci il tarixdə saat 18:52-də “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Bu barədə şübhəli şəxs Təqsirləndirilən şəxs məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmişdir. Baxışın keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzil ünvan 2 ünvanın üçüncü giriş hissəsində və beşinci mərtəbəsində yerləşir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, kirayədə yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs iştirakçıları yaşadığı mənzilə dəvət edib mənzilin qonaq otağında giriş qapısından sol tərəfdə yerləşən paltar dolabının orta gözünü açıb bir ədəd şəffaf plastik qabın içində olan bir ədəd şəffaf sellofan bükümü və altı ədəd konvalyutda həblər təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu və təqdim etdiyi dərman həblərini isə ağrıları olan zaman qəbul etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Baxış zamanı dərman həblərinin ümumilikdə 56 ədəd olmaqla 06 ədəd konvalyutda olması və konvalyutların üzərində “Royal-225” söz və rəqəmlərin yazıldığı aşkar edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvandan aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddəni və dərman həblərini, idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddəni, üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkə və psixotrop maddə metamfetaminə oxşar maddələri 10 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsi yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Niyaməddin” adlı şəxsdən öz şəxsi istifadəsi üçün ümumilikdə 700 manata aldığını, narkotik vasitələri, psixotrop maddələri və dərman həblərini üzərində, idarə etdiyi avtomobildə və yaşadığı ünvanda gizlədib saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvandan aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar maddə və həblər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyulub qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Kərim Bağırov və digər iştirakçılar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşlar. Baş İdarədə Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 3 ünvana baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş və etiraz olmadığı üçün imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadələrinə uyğun ifadələr verdilər. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şahid ifadələrindən görünür ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində ifadə verərək Şahid5 göstərdi ki, unutduğu tarixdə onun xahişi ilə tanışı Təqsirləndirilən şəxs onunla anasını hərbi xidmətdə olan əmisi oğlunun yanına, hərbi hissəyə aparmış və hərbi hissənin qarşısında o, Təqsirləndirilən şəxslə birlikdə tutulmuşlar. Onlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış və videoçəkiliş aparılmaqla onların üzərlərinə şəxsi axtarış keçirilmişdir. Onlar Baş idarəyə ayrı-ayrı avtomobillərdə aparılmışlar. Bu zaman Təqsirləndirilən şəxs üzərindən az miqdarda narkotik vasitə, ondan isə bıçaq və beşbarmaq aşkar edilmişdir. Avtomobilə keçirilmiş baxışda iştirak etməmişdir. Onlara işgəncə verilməmiş, heç bir psixoloji təsir göstərilməmişdir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Şahid5 istintaqa verdiyi ifadələrində bildirmişdir ki, heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Güləş idmanı ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin fevral ayının ortalarından tanıyır. Ortaq tanışları vasitəsi ilə tanış olmuşlar. Normal münasibətləri olmuşdur. 14 mart 2021-ci il tarixdə Emillə əlaqə saxlayaraq Sumqayıt şəhərində hərbi xidmətdə olan əmisi oğlu Pünhanın yanına getməli olduğunu bildirmiş və ondan idarə etdiyi avtomobillə onu həmin ünvana aparmasını xahiş etmişdir. Emil onun təklifi ilə razılaşmış və həmin gün saat 11 radələrində yaşadığı evin qarşısına gəlmişdir. Evdən çıxaraq Emilin avtomobilinə əyləşmişdir. Onlar birlikdə Sumqayıt şəhəri Nasosnu adlanan ərazidə yerləşən hərbi hissəyə getmişlər. Hərbi hissəyə çatdıqda avtomobildən düşmüşlər. Bu zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini istəmişlər. İlk öncə Rövşən öz anket məlumatlarını bildirmiş, daha sonra isə o, öz anket məlumatlarımı bildirmişdir. Bundan sonra polis əməkdaşları Emilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin satışında şübhəli olduğunu bildirib Emili və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Qeyd edilən idarəyə gəldikdən sonra onlara hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Vəkillə söhbət etmiş və ona etirazının olmadığını bildirdikdən sonra barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra onlara qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli olduqları və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərilərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə üzərilərinə baxış keçirilməyə başlanmışdır. İlk öncə Emilə təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Emil əynində olan gödəkçənin cibində narkotik vasitə tiryək və “şüşə” adlanan psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli gödəkçənin sol iç cibində olan bir ədəd qəhvəyi rəngli pul qabını, gödəkçənin sağ yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu və bir ədəd avtomobil açarını, gödəkçənin sol yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Emil təqdim etdiyi pul qabını açaraq qabın içində olan bir ədəd göy rəngli sellofan bükümü və bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək, göy rəngli sellofan bükümün içində narkotik vasitə tiryək və şəffaf rəngli sellofan bükümün içindən isə “şüşə” adlanan psixotrop maddə olduğunu bildirmişdir. Bundan əlavə pul qabının içindən Emilə məxsus olan şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamasi və 12 manat pul aşkar olunmuşdur. Sonra Emilin təqdim etdiyi bir ədəd göy rəngli sellofan büküm və bir ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda göy rəngli sellofan bükümün içərisində narkotik vasitə tiryəkə oxşar maddə və şəffaf rəngli sellofan bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddə olması bildirilmişdir. Şifahi sorğu zamanı Emil üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkə və psixotrop maddə metamfetaminə oxşar maddələri 10 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsi yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Niyaməddin” adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan əlavə Emil “Niyaməddin” adlı şəxsdən narkotik vasitə tiryək və psixotrop maddə metamfetamindən əlavə narkotik vasitə heroin də əldə etdiyini və narkotik vasitə heroini isə hazırda BMCMİ-nin inzibati binasının həyətində saxlanılmış özünə məxsus “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilin salon hissəsində gizlədib saxladığını və həmin narkotik vasitəni də təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Emilin üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Emilin üzərindən aşkar olunmuş narkotik vasitə tiryək və psixotrop maddə metamfetaminə oxşar maddələr polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 12 manat pul, bir ədəd avtomobil açarı və bir ədəd pul qabı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Emilə qaytarılmışdır. Şəxsi axtarış zamanı Emilin üzərindən aşkar edilmiş iki ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun üzərimə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş və etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, hazırda üzərində bir ədəd bıçaq və bir ədəd beş barmaq adlandırılan əşyalar olduğunu qeyd edib, əynində olan göy rəngli gödəkçənin sağ yan cibində olan beş barmağı, gödəkçənin sol yan cibində olan bir ədəd bıçağı, gödəkçənin sol iç cibində olan bir ədəd “İphone” markalı mobil telefonu, şalvarın sağ yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu və şalvarın sağ yan cibində olan 5 manat pulu çıxardıb təqdim etmişdir. Təqdim etdiyi bıçağa və dəmir predmetə baxış zamanı polis əməkdaşları bıçağın dəmir materiallı, qatlanan, deşici-kəsici xüsusiyyətə malik, mətbəx bıçaqlarından tamamilə fərqli bıçaq olmasını bildirmişlər. Təqdim etdiyi və beş barmaq adlandırılan predmetin isə dəmir materiallı və gümüşü rəngli olmasını və üzərində “DH-114” yazısının yazıldığını qeyd etmişlər. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bıçağı və dəmir predmeti təxminən 3-4 ay əvvəl Sumqayıt şəhərində yerləşən dənizkənarı parkdan təsadüfən tapdığını, həmin əşyalara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd bıçaq və bir ədəd dəmir predmet polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 5 manat pul özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş bir ədəd “İphone” markalı mobil və bir ədəd “Samsung” markalı telefonlar isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilmiş və etirazı olmadığı üçün protokolu imzalamışdır. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə Emilin idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi üçün BMCMİ-nin həyətinə düşmüşlər. “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Bu barədə Emilə məlumat verilmiş və buna etiraz etmədiyini bildirmişdir. Baxışın keçirilməsi Emilin razılığı və iştirakı ilə aparılmışdır. Baxış zamanı Emilə təklif edilmişdir ki, idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bundan sonra Emil idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilin salon hissəsində ötürücü qutunun qarşısında qabaq paneldə yerləşən kiçik saxlanc yerində olan bir ədəd sellofan bükümü götürüb təqdim etmişdir. Həmin sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində narkotik vasitə heroinə oxşar maddə olması bildirilmişdir. Şifahi sorğu zamanı Emil idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə heroinə, üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkə və psixotrop maddə metamfetaminə oxşar maddələri 10 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsi yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Niyaməddin” adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri və psixotrop maddəni üzərində və idarə etdiyi avtomobildə saxlayıb daşıdığını bildirmişdir. Avtomobilə baxış keçirilməsi davam etdirilərkən avtomobilin yük yerində bir ədəd işlək vəziyyətdə olmayan elektron tərəzi aşkar olunmuşdur. Emil həmin elektron tərəzini yaşadığı evdə məişət işlərində istifadə etdiyini və nasaz olduğu üçün təmir etdirmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Emilin idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən iki ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən “Hyundai Sonata” markalı, **-PR- *** qeydiyyat nişanlı avtomobildən başqa əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və etirazı olmadığı üçün protokolu imzalamışdır. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 15 mart 2021-ci il tarixli 6/1048 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış paketdəki (№ 1) bir ədəd bükümdə təmiz çəkisi 0,077 qram olan tünd- qəhvəyi rəngli qətranabənzər maddə kustar usulla hazırlanmış narkotik vasitə - tiryəkdir, bir ədəd kiçik ölçülü polietilen paketdə təmiz çəkisi 0,620 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş...” sözləri yazılmış paketdəki (№ 2) bir ədəd bükümdə təmiz çəkisi 7,634 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs kirayədə yaşadığı...” sözləri yazılmış paketdəki (№ 3) bir ədəd sellofan torbada təmiz çəkisi 100,257 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 6 ədəd üzərilərində “Tramadol Hydrochloride 225 mg 03 2023” göstəriciləri olan dərman konvolyutlarında 56 ədəd qırmızı rəngli dərman həblərinin əsas təsiredici maddəsi tramadoldur və həmin həblərin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 12,6 qram təşkil edir. Üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş...” sözləri yazılmış paketdəki (№ 4) bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdar olduğu üçün onların çəkisi müəyyən etmək mümkün olmamışdır. 1 №-li və 3 №-li kağız paketlərdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 100,877 qram təşkil edir. Metamfetamin 2005-ci ii 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin və tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Cinayət işinıə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 iyun 2021-ci il tarixli 2002 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olna və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsnin xüsusi ilə mühüm işlər üzrə baş təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin protokola əsasən DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən 14 mart 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs və Şahid5 həmin tarixdə saat 11:45-də Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Bakı- Quba yolunun 39-cu kilometrliyində saxlanılaraq qeyd edilən idarəyə dəvət edilib orada həmin gün saat 14:22-də üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol iç cibindən bir ədəd göy rəngli sellofan bükümdə 0,077 qram çəkidə narkotik vasitə tiryək və bir ədəd şəffaf sellofan bükümdə 0,620 qram çəkidə psixotrop maddə metamfetamin, Şahid5 əynində olan gödəkçəsinin sağ yan cibindən qanunsuz olaraq əldə edib gəzdirdiyi kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik, istifadəyə yararlı bir ədəd soyuq silah hesab edilən predmet və gödəkçəsinin sol yan cibindən qanunsuz olaraq əldə edib gəzdirdiyi zavod üsulu ilə istehsal olunmuş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, istifadəyə yararlı, ümumi təyinatlı soyuq silah hesab edilən bir ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür.Şəxslərin üzərinə keçirilən şəxsi axtarış və götürmə “Sony” markalı videokamera aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Qeyd edilən “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olna və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsnin xüsusi ilə mühüm işlər üzrə baş təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 14 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin protokola əsasən Baş İdarənin həyətində Təqsirləndirilən şəxs məxsus “Hyundai Sonata” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobil həmin tarixdə saat 15:50-dən keçirilən baxış və götürmə zamanı avtomobilin salon hissəsində ötürücü qutunun qarşısında qabaq paneldə yerləşən kiçik saxlanc yerində olan 01 ədəd sellofan bükümdə külli miqdarda - 7,634 qram çəkidə narkotik vasitə heroin və bir ədəd üzərinə psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Nəqliyyat vasitəsinə keçirilən baxış və götürmə “Sony” markalı videokamera aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Qeyd edilən “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olna və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsnin xüsusi ilə mühüm işlər üzrə baş təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 14 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin protokola əsasən Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Olimp” yaşayış kompleksi, ev 6, mənzil 25 ünvanına sonuncunun razılığı və iştirakı ilə həmin tarixdən saat 18:48-dən keçirilən baxış və götürmə zamanı mənzilin qonaq otağında giriş qapısından sol tərəfdə yerləşən paltar dolabının orta gözündən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda – 100,877 qram çəkidə psixotrop maddə metamfetamin və təsiredici maddəsi tramadolun ümumi çəkisi külli miqdarda – 12,6 qram olan cəmi 56 ədəd “Tramadol Hydrochloride 225 mg 03 2023” adlı güclü təsir edən dərman preparatları aşkar edilərək götürülmüşdür. Mənzilə keçirilən baxış və götürmə “Sony” markalı videokamera aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Qeyd edilən “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş, müxtəlif nömrələrlə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısını təsdiq edən telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilmişdir. "xxxx" MMCnin təqdim etdiyi 01 ədəd “CD” disk sübut növü kimi qəbul olunmuş və iş materiallarına əlavə olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakiminin xx.xx.2021-ci il tarixli qərarına əsasən əməliyyat axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin hakiminin xx.xx.2021-ci il tarixli qərarına əsasən əməliyyat axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş prosessual sənədlər əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs və Şahid5 14 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.16 mart 2021-ci il tarixdə tərəfimdən Şahid5 cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 23 iyul 2021-ci il tarixdə hazırki cinayət işinin materiallarından Şahid5 barəsində CM-in 228.4-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və hazırki cinayət işi, yəni ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq davam etdirilməklə, 26 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. 23 iyul 2021-ci il tarixdə hazırki cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq 7,634 qram çəkidə narkotik vasitə heroinin, 0,077 qram çəkidə narkotik vasitə tiryəkin, 100,877 qram çəkidə psixotrop maddə metamfetaminin və təsiredici maddəsi tramadolun ümumi çəkisi 12,6 qram olan 56 ədəd “Tramadol Hydrochloride 225 mg 03 2023” adlı güclü təsir edən dərman preparatlarının əldə edilməsi, saxlanması və qanunsuz olaraq Təqsirləndirilən şəxs satılması faktına görə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinı əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 1(099)-159/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 32,5, 206.2, 228.1, 228.4, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq ona cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə 14(on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli hökmün tarixindən, yəni 14 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 31 may 2022-ci il tarixli 1(106)-414/2022 saylı qərarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin həmin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülümş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd etsə də, faktiki olraq bütün ittihamı təkzib etmiş və bunda əlavə özünün madafiəsi üçün ifadələrini işgəncə və təsir altında verdiyini göstərmişdir. Məhkəmə təqəsindən bununla bağlı göndərilmiş cinayət haqqında məlumat Nərimanov rayon prokurorluğunda araşdırılmaqla əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən 28 dekabr 2021-ci il tarixli qərarla cinayət işinin başanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ittihamı təkzib etməsi də, özünü müdafiə xarakterlidir və yuxarıda təhlil edilən sübutlar əsasında təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini əqsirli olaraq törətməsi tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmuyu ilə tam sübut olunmuş və ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, onun əməli CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsüf edilmişdir. Belə olan halda təqsirləndirilən şəxs ittham olunduğu CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib həmin maddəni sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona CM-nin 234.4.3cü maddəsi və 240.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CMnin 66.5-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti cıza olaraq təyin edilmiş 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə qeyd edir ki, belə olan halda təqsirləndirilən şəxs azalıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan 7,584 qram narkotik vasitə heroin 100,777 qram psixotrop maddə metamfetamin, 0,027 qram narkotik vasitə tiryək və 56 ədəd tramadol həbləri hazırki cinayət işindən ayrılmış ********* saylı cinayət işinə əlavə edilməli, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalı, 04 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə 08(səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04(dörd) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 15(on beş) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 7,584 qram narkotik vasitə heroin 100,777 qram psixotrop maddə metamfetamin, 0,027 qram narkotik vasitə tiryək və 56 ədəd tramadol həbləri hazırki cinayət işindən ayrılmış ********* saylı cinayət işinə əlavə edilsin. 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. 04 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: imza Rəşad Əliyev Hakim: imza Hafiz Əliyev Hakim: imza Fəhmin Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar