Məhkəmə qərarları › İş №1(124)-53/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-53/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-53/2025 14.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - sədrlik edən hakim Rzayeva Aynur Tapdıq qızı, hakimlər Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxxxx 1971-ci ildə Laçın rayon Minkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Laçın rayonunun Minkənd kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri Yeni Yaşayış Massivi 8-ci məhəllənin 1-ci məhəllə 147 saylı evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 228.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə saat 14 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Sumqayıt şəhəri Yeni Yaşayış Massivi 8-ci məhəllənin 1-ci məhəlləsi 147 saylı evin həyətyanı sahəsində əvvəllər söz verib tərgitsə də, yenidən spirtli içki qəbuluna başlamasını oğlu Zərərçəkmiş şəxs yaxınlarına xəbər verdiyini bilib buna qəzəblənərək irad tutduqda aralarında mübahisə yaranmış, mübahisə zamanı ailə münaqişəsi zəmnində həmin hərəkətlərindən ötrü qisas alıb öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs üstünə təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış çapacaqla hücum çəkərək kürəyinin sol tərəfindən qəsdən bir dəfə vurub fiziki ağrılar yetirmiş, Zərərçəkmiş şəxs ondan yaxa qurtarmaqdan ötrü oradan qaçarkən arxasınca təqib etmiş, evin koridorunda digər oğlu Şahid1 onun əlindən həmin çapacağı qəflətən alıb kənarlaşdırdıqda əvvəlcədən istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edib özündə saxladığı və həmin vaxt üzərində gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı “kəpənək" formalı deşici-kəsici xassəyə məxsus ov bıçağı ilə Zərərçəkmiş şəxs sinəsindən və sol qoltuqaltı nahiyəsindən qəsdən ən azı üç dəfə vurub döş qəfəsinin sol yarısının döş boşluğuna keçən kəsilmiş-deşilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, döş qəfəsinin sol yarısının və sol qoltuqaltı nahiyənin döş boşluğuna keçməyən iki ədəd səthi yarası kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, oğlu Şahid1 yenidən onun hərəkətlərinin qarşısını alıb həmin bıçağı ələ keçirməklə tərksilah etdikdən sonra niyyətini başa çatdırmaq məqsədi ilə həyətyanı sahəyə çıxaraq zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mismarçıxaran çəkici götürüb Məhəmmədli Əhmədovun üzərinə hücum çəksə də, Şahid1 onun hərəkətlərinin qarşısını almış, eyni vaxtda evin girişində Şahid1 Redmi markalı mobil telefonunu götürüb döşəməyə vuraraq sındırmaqla xəsarət almış Zərərçəkmiş şəxs tibbi yardım göstərilərək həyatını xilas etmək üçün həmin anda təcili yardım çağırılması imkanından məhrum etmiş, nəticədə Zərərçəkmiş şəxs müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərib, yaxını olan qardaşı Şahid1 və arvadı Şahid2 gözü qarşısında onlara xüsusi əzab verdiyini dərk edərək xüsusi amansızlıqla qəsdən həmin alətlərlə bir neçə dəfə vursa da, bəzi zərbələrin paltarın qalınlığına görə bədən səthinə zərər yetirə bilməməsi, Zərərçəkmiş şəxs fəal müqaviməti, hadisə yerində olmuş digər oğlu Şahid1 onun hərəkətlərinin qarşısını alması və oradan zərərçəkmiş şəxsi Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına vaxtında aparmaqla tibbi yardım göstərilməsi ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs öldürməyi başa çatdıra bilməmiş, qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmiş və zərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə, yəni qəsdən adam öldürməyə cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində hadisə vaxtı içkili olduğunu, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İş üzrə zərər çəkmiş şəxs onun oğludur. Hadisə vaxtı əlində kəsər olmuş, içkili olduğu üçün bilmədən zərər çəkmiş şəxs oğlu Məhəmmədəliyə atmışdır. Qəssab olduğu üçün evində kəsici alətlər olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, o, həftədə 3-4 dəfə spirtli içkilərdən araq içmişdir. O, uşaqlarının hamısı ilə hadisə baş verən evdə yaşadıqlarını, hadisə vaxtı gəlninin evdə uşağını yatırdığını bildirmişdir. Hadisə vaxtı oğlu Tunarın evdə olduğunu bilməmişdir. Oğlu - iş üzrə zərər çəkmiş şəxs Məhəmmədəli ilə birlikdə yaşadıqları evin həyətində olduqlarını, spirtli içkinin təsirində olduğu üçün mübahisənin nəyin üstündə baş verdiyini xatırlamadığını, hadisə vaxtı onda bıçaq olmadığını, həmin vaxt kəsərin qapıda olduğunu qeyd etmişdir. O, uzaqdan kəsəri Məhəmmədəlinin üstünə atanda kəsər onun qarın nayihəsinə dəymiş, kəsəri bir dəfə atmışdır. Hadisədən sonra o, qapının ağzında oturub siqaret çəkmiş, bu vaxt Məhəmmədli xəstəxanaya aparılmış, polis əməkdaşları da onu polis bölməsinə aparmışdırlar. O, üzərində bıçaq gəzdirmədiyini, üzərində ov bıçağı olmadığını bildirmişdir. Hadisə günü yarım litrə yaxın arağı tək içmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü elan edilmiş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, 1989-1991-ci illərdə SSRİ ordu sıralarında X3 dəniz qoşunlarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmət dövründə travma, kontuziya, yaralanma almamışdır. 1994-cü ildə Aygün Mehdiyevə ilə evlənmiş, 1997-ci ildə həmin nikahdan Şahid1 adlı oğlu, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs adlı oğlu və hazırda 20 yaşlı qızı Aytac Əhmədova doğulmuşdur. 1998-ci ildən Sumqayıt şəhəri BTZ bağları ərazisindəki fərdi evdə yaşamış, qaynatasının hədiyyə etdiyi sənədsiz torpaqda özünə hazırda ailəsinin yaşadığı evi tikib fasiləsiz yaşamışdır. Həmişə tikintidə fəhlə işləmiş, orta hesabla aylıq 300-400 manat qazanc əldə etmişdir. 2017-2018-ci illərdə oğlu Zərərçəkmiş şəxs toyunu etmiş, oğlu Məhəmmədəli öz tələbə yoldaşı Cəlalə ilə sevib evlənib yaşadığı evə gəlin köçərək birgə yaşamışdır. Məhəmmədəli evlənəndə özünün və ailəsinin heç bir üzvünün buna etirazı olmamış, xeyir-dua ilə toy etmişlər. Digər övladları isə subaydır. Sumqayıt şəhəri BTZ bağlarındə qeyd etdiyi evdə arvadı Aygün, övladları Şahid1, Zərərçəkmiş şəxs, Aytac Əhmədova, oğlu Məhəmmədəlinin Cəmalə, nəvələri Əli, Aysun ilə birlikdə yaşamışdır. Ailədə işləyib aylıq 300-400 manat qazanc gətirmiş, arvadı Aygün parnikdə aylıq 300-350 manat əmək haqqıya fəhlə işləmiş, Məhəmmədəli qəssab kimi işləyib gündəlik qazanc əldə etmişdir. Ailənin dolanışığı bu gəlirlərin hesabına təmin edilmişdir. Narkotik vasitələr, psixotrop maddələr, güclü təsir edən maddələrdən heç vaxt qəbul etməmiş, cavan vaxtlarından mütəmadi olaraq həftədə ən azı 2 dəfə spirtli içki qəbul etmişdir. Araq və pivə içkilərinə üstünlük vermişdir. Spirtli içki qəbul etdiyinə görə ailədə narazılıq olmuş, lakin, heç vaxt bu mövzunun üstündə ailədə söz-söhbət yaranmamışdır. 28 fevral 2024-cü ildə saat 9 radələrində yuxudan oyanmış, oyananda artıq arvadı Aygün işə getmişdir. Yuxudan oyandıqdan sonra Sumqayıt şəhərinin mərkəzinə gəlmişdir. Həmin gün işləməyə həvəsi olmadığından Sumqayıt şəhərində biraz gəzişdikdən sonra saat 12 radələrində Karvan ticarət mərkəzinin yaxınlığındakı restoranların birində oturmuşdur. Restoranda 250 qram markasını bilmədiyi araq içərək yemək yemişdir. Saat 13 radələrində restorandan çıxıb evə gəlmişdir. Evə gələndə arvadı Aygün hələ də işdə olsa da, uşaqlar və nəvələri evdə olublar. Evin qapısı açıq olmuş, içəri daxil olduqda evin həyətində oğlu Məhəmmədəlini görmüşdür. Sərxoş olduğuna görə Məhəmmədəlini gördükdə səbəbsiz yerə onu danlamağa başlamışdır. O Məhəmmədəlini danlayarkən hansı sözləri işlətdiyinin yadına gəlmir. Oğlu Məhəmmədəlini danlamağa başladıqdan sonra Məhəmmədəli sərxoş olduğunu ona irad tutmuşdur. Oğlu Məhəmmədəlinin ona irad tutmağı xoşuna gəlməmişdir, ona “xoşlamırsansa, evdən çıx’’ demişdir. Məhəmmədəli evli olsa da, özünə ayrıca ev alıb köçməmiş, oğlu Tunar da subaydır. Turanın gələcəkdə ailə qurduğu zaman yaşadıqları evin sahəsi birlikdə yaşamağa kifayət etməyəcəyini, Məhəmmədəliyə dəfələrlə özünə ayrı ev alıb çıxmasını demiş, lakin, Məhəmmədəliyə bu sözlərinin faydası olmamışdır. Bütün bunlara baxmayaraq Məhəmmədəlinin ona irad tutması da onu hiddətləndirmişdir. Məhəmmədəlinin sözü sərxoş olduğuna görə onu hiddətləndirdiyindən Məhəmmədəlini qorxutmaq üçün vurmaq qərarına gəlmişdir. Həyətdə dəmir materialdan dəyirmi şəkildə su qabı, su qabının üstündə tikinti aləti olan kərki olmuşdur. Həmin kərki ona məxsus olub, fəhlə işlədiyinə görə tikintidə işlətmişdir. Kərkini götürüb Məhəmmədəliyə yaxınlaşmışdır. Məhəmmədəli onun kərkini götürdüyünü görüb aralaşmış və arxasını ona çöndərəndə əlindəki kərki ona dəymişdir. Sərxoş olduğuna görə kərkinin Məhəmmədəlinin bədəninin harasına dəyməsini xatırlamır. Hirsli olduğuna görə əlini həyət divarına çırpıb qəzəbini azaltmaq istəmişdir. Məhəmmədəlini vurduqdan sonra peşman olmuş və həyətdə oturmuşdur. Bir qədər sonra həyətə polis əməkdaşları gələrək onu kərki ilə birlikdə Sumqayıt şəhər Polis İdarəsinə gətirmişdir. Polis İdarəsində olanda Məhəmmədəlinin bədən xəsarəti aldığını və Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparıldığını bilmişdir. Hadisə ilə əlaqədar xatırladıqları bundan ibarətdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, oğlu Məhəmmədli Əhmədova xəsarətləri yaşadıqları evin həyətində yalnız bir yerdə eyni anda bir dəfə vurmaqla yetirmişdir. Məhəmmədli Əhmədova qeyd edilən xəsarətləri yetirdikdən sonra həyətyanı sahədə oturub siqaret çəkərək etdiyi davranışı düşünmüş, sərxoş olduğunu və oğlu Məhəmmədəliyə xəsarət yetirdikdən sonra etdiyinin səhv olmasını başa düşmüşdür. Məhəmmədli Əhmədova xəsarət yetirəndə yanlarında heç kim olmamış, buna görə də həmin anı görən olmamışdır. Məhəmmədli Əhmədova xəsarət yetirdikdən sonra qışqırıq səsinə böyük oğlu Tunar gəlmiş, onlar birlikdə evdən çıxıb getmişdir. Haraya getdiklərini bilməmişdir. Özü isə həyətdə gözləmişdir. Sərxoş olduğundan, oğlu Məhəmmədəlinin ona sərxoş olmağını irad tutmasına görə hirslənib Məhəmmədəliyə xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsi ilə bağlı verilən suallara cavab olaraq Əhmədov X1 telefonunu sındırmağını xatırlamadığını, əvvəlcədən oğlu Məhəmmədəli ilə aralarında dava-dalaş olmadığını, hadisə vaxtı oğlunu öldürmək niyyətinin olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 30 mart 2024-cü il tarixli qərarla zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdi ki, atası Təqsirləndirilən şəxs spirtli içkini çox qəbul etmiş və belə hallardan sonra özündə olmamışdır. Ona həmişə içki içməyi ilə bağlı irad tutmuş, lakin o dediyi sözə əhəmiyyət verməmişdir. Atasının xətrini çox istədiyi Elxan adlı qohumlarına onun araq içməyi ilə bağlı məsələni deməsi atası ilə aralarında mübahisəyə səbəb olmuşdur. Atası əvvəl bir il ərzində Elxana söz vermiş və araq içməmişdir. Ona görə də yenə Elxana desə, atasının onun sözünə qulaq asıb araq içməyəcəyini düşünmüşdür. O, Elxana bu barədə məlumat vermiş, Elxan da ona narahat olmamasını və atası ilə danışıb məsələni yoluna qoyacağını demişdir. Hadisə günü səhərsəhər atası ilə aralarında heç bir mübahisə olmamış və onu işə yola salmışdır. Həmin gün axşam atasının işdən gəlmədiyini görüb və yaşadıqları evin həyətindəki taxta oturacaqda əyləşərək birlikdə yemək yemələri üçün atasının işdən gəlməyini gözləmişdir. Bir az keçdikdən sonra atası evə çox sərxoş vəziyyətdə gəlmiş və özündə olmamışdır. Atası hirslənərək Elxanla nə üçün içki içməyi ilə bağlı danışdığını soruşmuşdur. O da atasına sağlamlıq vəziyyətini düşündüyü üçün belə bir vərdişdən kənarlaşmağını bildirmişdir. Atası həmin gün çox əsəbi olmuş, o, həyətlərindən evin içərisinə keçdiyi zaman həyətdə yem yığılan qabın üstündəki kəsəri atası ona tərəf atmış və kəsər ona dəymişdir. Əvvəlcə xəsarət aldığını bilməmiş, evdən çölə çıxanda qardaşını kömək üçün səsləmiş, həmin vaxt qardaşı evdə yatmış,arvadı da uşağı yatızdırmışdır. Qardaşı səs-küyə gəlmiş və onu xəstəxanaya aparmışdır. Atasına qarşı şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, atası ona çapacaqla hücum etməmişdir. Müstəntiqə verdiyi ifadələrin bəzilərinin yadında olduğunu, oxuyub-yaza bildiyini qeyd etmişdir. Həmin vaxt arvadı aşağı düşüb onu elə vəziyyətdə gördükdən sonra huşunu itirmişdir. O, atasının əlində ancaq kəsər olduğunu xatırlamış, kəsər dedikd mismar çıxardanı nəzərdə tutmuşdur. O, bir yerindən xəsarət almış, aldığı xəsarət nəticəsində 4 tikiş qoymuşdurlar. Müstəntiqlə düşmənçiliyi və ədavəti olmadığını, ibtidai istintaq zamanı atası ilə onu üzləşdirmədiklərini bildirmişdir. İttiham aktında adı çəkilən bıçaq onun özünə məxsus bıçaq olmuş, həmin bıçağı polis əməkdaşları evdə pəncərənin önündə görmüşdürlər. O, bıçağı üzərində gəzdirmədiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçinin sullarına cavab olaraq göstərmişdir ki, savadı olmadığı üçün ola bilər ki, hər hansı bir sənədə məzmununu bilmədən imza çəkmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ibtidai və orta təhsilini Sumqayıt şəhəri BTZ bağları ərazisində yerləşən Ç.Quliyev adına Qubadlı rayonu, Çardaqlı kənd orta məktəbində almışdır. 2016-cı ildə orta təhsilini bitirib Sumqayıt Tibb Kollecinə daxil olaraq ortopedik stomatologiya ixtisası üzrə 3 il təhsil almışdır. Əlqolunda kəsiklər olduğuna görə hərbi xidmətə yollanmaq yaşı çatanda Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Psixiatriya Xəstəxanasında 1 gün qalmış, hərbi xidmətə yararsız hesab edilmişdir. Sumqayıt şəhəri BTZ bağları ərazisindəki evdə atası Ərzuman, anası Aygün, bacısı Aytac, qardaşı Tunar ilə birlikdə yaşamışdır. 2017-ci ildə tələbə yoldaşı Cəlalə Əsgərli ilə evlənmiş, həmin nikahdan 4 yaşlı qızı Aysun, 2 yaşlı oğlu Əli doğulmuşdur. Evləndikdən sonra soyadını götürən arvadı Cəlalə onların evinə köçüb yaşamışdır. Evləri 2 mərtəbəlidir, yuxarı mərtəbədə 3 yataq, 1 qonaq otağı vardır. Atası, anası ayrı, öz ailəsi və uşaqlarıyla ayrı, qardaşı Tunar isə ayrı otaqlarda qalmışdır. O evlənəndə ailəsinin razılığı olmuş, bu mövzuda heç bir mübahisələri olmamışdır. O əvvəllər məhkum olunmamışdır. Atası Ərzuman ilə münasibəti əvvəllər həmişə yaxşı olmuşdur. Atası Ərzuman spirtli içki aludəçisdir, demək olar ki, imkan tapanda hər gün spirtli içki qəbul edir. Bu səbəbdən də ailədə tez-tez problemlər baş vermişdir. Çox vaxt o və qardaşı Tunar atası Ərzumana spirtli içki qəbul etməsi ilə əlaqədar irad tutmuşdur, atası bu iradla razılaşmadıqda da aralarında mübahisələri olmuşdur. İçki qəbul edəndə atası Ərzuman yersiz narazılıqlar yaratmışdır. Ailədə qazanan şəxslər atası, anası, o və qardaşı olmuşdur. Atası aylıq 300-350 manat fəhləlik etməklə pul qazanmış, o gündəlik qəssablıq edərək öz xərclərini ödəmiş, anası parnikdə 350 manat maaşa işləmiş, qardaşı Tunar isə cins itlərin ticarəti ilə məşğul olmuşdur. Abşeron rayonu ilə Sumqayıt şəhərinin birləşdiyi Ceyranbatan ərazisində Laçın rayonundan məcburi köçkün gəlmiş şəxslərin ət kəsimi ilə məşğul olduğu yerdə işləmişdir. Ailədə həmişə atası Ərzumanın spirtli içki qəbulundan imtina etməsi üçün çalışmışdırlar. Sonuncu dəfə atası Ərzuman qohumları Elxana söz vermişdir ki, bir daha heç vaxt spirtli içki qəbul etməyəcək, buna baxmayaraq atası sözünün üstündə dayanmamışdır. Artıq atasına təsir etməkdən ötrü qohumlarla danışmaq fikrinə düşmüş və bu fikrini qardaşı Tunar ilə də bölüşmüşdür. Tunar da buna müsbət baxmışdır. 27 fevral 2024-cü ildə günortaya yaxın atası Ərzuman evə sərxoş vəziyyətdə gəlmiş, o və Tunar atasına irad tutmuş, həmin söhbət zamanı o atası Ərzumana artıq spirlti içki qəbul etməyinə davam etdiyini, öz sözündə durmadığını qohumları Elxana xəbər verəcəyini demişdir. Atası bu sözünə də əhəmiyyət verməmişdir. Həmin gün axşam saatlarında qohumları Elxana zəng edərək atası Ərzumanın yenə də spirtli içki qəbul etməyə davam etdiyini xəbər vermişdir. Çünki Elxana verdiyi sözün üstündə dayanan atası Ərzuman 1 ilə yaxın spirtli içməmişdir. Atası Ərzuman qohumları Elxanın sözündən keçmir. Bu səbəbdən də elə Elxanın atasına təsir edə biləcəyini düşünərək zəng edib xəbər vermişdir. 28 fevral 2024-cıı il tarixə keçən gecə işdə olmuş, saat 10 radələrində işini bitirib evə gəlmişdir. Saat 12 radələrində yaxınlıqdakı kafelərin birində kabab bişirtdirərək evə gətirmişdir. Atasının evdə olmadığını bilmiş, hara getdiyini bilməmiş, ancaq, işə gedəcəyini düşünmüşdür. Həmin vaxt atasının nahar vaxtı gələcəyini düşünüb ki, birgə süfrə açsın. Həyətdə kürəyi evə üzü ıt saxladığı yer tərəfə özlərinin ağac oduncaqlarından hazırlanmış stolda oturub istirahət etmişdir. Saat 13-14 radələrində atası Ərzuman evə gələrək onunla mübahisə etməyə başlamışdır. Atası Ərzuman ona qarşı nalayiq ifadələr işlədərək qohumu Elxana nəyə görə atasının spirtli içki qəbul etməsini xəbər verdiyini soruşmuş, bundan narazılıq edərək ona qəzəb göstərmişdir. O durub atası ilə üz-üzə danışmamış, onun sərxoş olmasının danışığından bəlli olduğuna görə də mənasız mübahisə etmək fikri olmamışdır. Danışdıqları yerdə birdən birə atası arxa tərəfindən keçmiş və həmin anda əlində çapacağın olduğunu görmüşdür. Çapacağı atası havada soldan sağa ona tərəf istiqamətləndirərək bir neçə dəfə hərəkət etdirmişdir. Zərbənin ona dəyib-dəyməməsini dəqiq xatırlamır. Atasının əlində çapacaqla ona zərər yetirəcəyindən qorxmuşdur. Atasının əlindən yaxa qurtarmaq üçün koridordan keçib küçəyə çıxmış, ancaq atası Ərzuman da onun arxasınca düşərək əlində çapacaqla gəlmişdir. Koridorda olanda ikinci mərtəbəyə qalxan pilləkənin üstündə həyəcandan arvadı Cəlaləni huşunu itirmiş vəziyyətdə görmüşdür. Buna baxmayaraq atası arxasınca düşdüyünə görə arvadına kömək edə bilməmişdir. Həmçinin, atasının onu məhz Elxana zəng edərək spirtli içki qəbul etməyini xəbər verdiyinə görə ona xəsarət yetirəcəyini bilmişdir. O evin qapısını əli ilə möhkəm tutub atasının çölə çıxmasının qarşısını almışdır. Həmin vaxtda atası onu nalayiq ifadələrlə söyərək təhqir etmişdir. O həyətdə olanda pəncərədən qardaşı Tunar baxdıqda, işarə verərək mübahisə böyüməməsi üçün aşağı düşməməsini demişdir. Təxminən 7-8 dəqiqə sonra hər şeyin sakitləşdiyini düşünüb qapını açıb içəri daxil olmuşdur. İçəri girəndə atası Ərzumanın əlində çapacağı görməmişdir. O belə başa düşmüşdür ki, qardaşı Tunar artıq atası Ərzumanın əlindən çapacağı alıb. Atası giriş pilləkana tərəf dayanmış, atası onu görən kimi bıçaqla bədəninin sol tərəfindən vurmuşdur. Atasının əlindəki bıçağı aydın şəkildə görmüşdür. Elə həmin anda qardaşı Tunar içəri girib sol əli ilə atasının sağ qolunu buraraq bıçağı onun əlindən almışdır. Atası onu vurduğuna görə elə həmin yerdə yıxılmışdır. Atası ona qara rəngli açılıb qatlanan kəpənək şəkilli cib bıçağı ilə vurmuş, həmin bıçaq atasının özünə məxsus olmuş, bəzən üstündə gəzdirmiş, bəzən də evdə qoymuşdur. Atasının əlindən bıçağı alan Tunar onu itələyib ondan uzaqlaşdırmışdır. Atası Tunarın onun hərəkətlərini dayandırmasına görə koridordan həyətyanı sahə tərəfə getmişdir. O qardaşı Tunara atasının onu ürəyindən vurduğunu deyib onu xəstəxanaya aparması üçün kömək istəmişdir. Qardaşı onun qollarına girib onu dikəltmişdir. Həmin vaxt həyətyanı sahədən qayıtmış, əlində taxta sapı olan kəsər olmuşdur. O darvazadan çölə sürünərək çıxmış, qışqırıb Tunarı səsləyərək təcili tibbi yardım çağırmasını demişdir. Sonradan qardaşı Tunar ona demişdir ki, həmin vaxt təcili tibbi yardım çağırmaq istəyəndə atası Ərzuman onun telefonunu yerə vuraraq sındırmışdır. Telefonunu ona görə sındırmışdır ki, ona tibbi yardım göstərmək üçün təcili yardım çağırmaq mümkün olmasın. Artıq telefon da sındığına görə təcili tibbi yardım çağıra bilməmişdirlər. Buna görə də qardaşı qoluna girmiş, yol ilə Qubadlı rayonu, Çardaxlı kənd tam orta məktəbinə qədər hərəkət etmişdirlər. Burada məktəbin direktor müavini Mehman müəllimlə qabaqlaşmışdırlar. Onlar həmin məktəbdə oxuduqlarına görə Mehman müəllimlə bir-birlərini tanımışdırlar. Mehman müəllim onlara kömək etmiş və özünə məxsus Opel markalı dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına onu aparmışdır. Daha sonra cərrahi əməliyyat olunmuşdur. Başqa heç nə xatırlamır. Atası Ərzuman mübahisə başlayanda onun Elxana zəng vurub atasının spirtli içki qəbul etməsini davam etdirdiyi barədə xəbər verdiyini demiş, bundan sonra ona hücum çəkib onu öldürmək istəmişdir. Atasının onu öldürmək istəməyinin səbəbi onun Elxana dedikləri ilə bağlı olmuşdur. Mübahisə başladıqdan sonra əlinə çapacağı götürəndə artıq onu vuracağını başa düşüb həyətyanı sahədən küçəyə qaçmış, bu andan sona qədər 30-40 dəqiqə vaxt keçmişdir. Atası Ərzuman yalnız onu söyüb təhqir etmiş, qonşular hadisəni görməmiş, bu sözləri də eşitməmişdir. Hadisə zamanı ondan başqa heç kim xəsarət almamışdır. Həmin bıçağın atası Ərzumanın öz bıçağı olduğunu və onu məhz həmin bıçaqla ürəyinin yanından vurub xəsarət yetirdiyini, çapacaqla və kəsər ilə də ona xəsarət yetirmək istədiyini bildirmişdir. Atası fəhlə işlədiyindən kəsər onun tikinti aləti idi, çapacaq isə evin əşyası idi. Atasından heç vaxt şikayəti olmamışdır, aralarında yalnız atasının mütəmadi spirtli içki içməsi ilə əlaqədar narazılığa görə münaqişələri olmuşdur. Başqa mövzuda aralarında heç vaxt mübahisələri olmamışdır. Atası əvvəllər heç vaxt qardaşını və onu öldürəcəyini deməmişdir. Hadisə vaxtı isə onu söyüb təhqir etmişdir. Qardaşı onun üçün təcili tibbi yardım çağırmaq istəyəndə telefonunu vurub sındırmışdır ki, təcili yardım çağıra bilməsinlər. Buna görə də qardaşı onu piyada oradan aparmışdır. Yolda isə Mehman müəllim onu qardaşı ilə görüb öz avtomobili ilə xəstəxanaya aparmışdır. O həmin gün atasının kiminlə birlikdə spirtli içki qəbul etdiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə günü qardaşı — iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs onu çağırmış və o da aşağı düşərək qardaşını xəstəxanaya aparmışdır. Hadisənin necə, harada baş verməsi ilə bağlı ətraflı heç bir məlumatı olmamışdır. Hadisənin baş verdiyi zaman o, evdə yuxarı mərtəbədə yatmışdır. Yerdə kəsər görüb onu çöldə su çəninin yanında gizlətmişdir.O, prokurorluqda ifadə verdiyini, Sumqayıt ŞPİ-də ifadə vermədiyini bildirmişdir. Qardaşı ona atalarının onu kəsərlə vurduğunu demişdir. O, ifadəsini müstəntiqin hadisə yerində yoxladığını, prokurorluqda atası ilə üzləşdiyini, atasının əlindən bıçaq və çapacağı almadığını, hadisə vaxtı telefonunun düşüb sındığını, ibtidai istintaq zamanı verdiyi ifadəyə məzmununu oxumadan imza çəkdiyini bildirmişdir. Şahid1 məhkəmə iclası zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri BTZ bağları deyilən ərazidə fərdi evdə atası Ərzuman, anası Aygün, bacısı Aytac, qardaşı Məhəmmədəli, qardaşının arvadı Cəlalə, onların övladları Aysun, Əli ilə birlikdə yaşamışdır. O itlərin seleksiya yolu ilə cinsləşdirilməsi və nəticədə cins itlərin ölkə xaricinə fərdi olaraq satıcı ilə məşğul olaraq qazanc əldə etdiyini bildirmişdir. Aylıq qazancı stabil deyil, qazancından ailənin xərclərinin ödənilməsinə köməklik də göstərmişdir. Ailənin pul qazanan üzvləri atası, anası və qardaşı olmuşdur. Anası Aygün parnikdə işləyir, atası Ərzuman fəhlə işləyir, qardaşı Məhəmmədəli isə qəssablıq edərək gündəlik qazanc etmişdir. Bacısı Aytac isə Dövlət Gömrük Komitəsinin Akademiyasında tələbədir. Atası Ərzuman mütəmadi olaraq spirtli içki qəbul etmiş, bu da ailədə narazılığa səbəb olmuşdur. Bu zəmində tez-tez o, anası və qardaşı ilə atası arasında mübahisələr baş vermişdir. Qardaşı Məhəmmədəli ilə atasının münasibəti normal olmuşdur. 28 fevral 2024-cü ildə saat 13-14 radələrində yuxudan oyanmış, evin ikinci mərtəbəsindəki otaqda yatmışdır. Yuxudan qışqır- bağır səslərinə oyanmışdır. İkinci mərtəbənin koridorunda heç kəsi görməmişdir. Pəncərədən küçə həyətinə baxmış, qardaşı Məhəmmədəli əli ilə evin dəmir qapısını əli ilə saxlamışdır. Məhəmmədəli bir əli ilə qapını saxlayıb digər əli ilə ona işarə verərək aşağı düşməməyi başa salmışdır. Qardaşının işarəsindən atası Ərzumanın yenə içkili olduğunu və ailədə problem yaratmasını başa düşmüş, buna görə də atasını yola vermək və mübahisənin böyüməməsi üçün aşağı düşməməyi düzgün hesab etmişdir. O 10 dəqiqəyə yaxın gözləmiş və aşağı düşməmişdir. Səs-küy, qışqırığın artdığını eşidəndə artıq pilləkanla aşağı düşmüşdür. Aşağı düşəndə koridorda pilləkənin yanında arxası pilləkən tərəfə atası Ərzumanın əlində taxta tutacağı olan dəmir çapacaqla dayanıb gözlədiyini görmüşdür, Ərzuman həmin vaxt qardaşı Məhəmmədəliyə qışqırıb oğraş, şərəfsiz və bu kimi küçə söyüşləri işlətmişdir. Atası sağ əlində tutduğu çapacağı yanından arxa tərəfə saxladığına görə səsini çıxartmadan əlindən baltanı alıb həyətyanı sahəyə girib mavi rəngli dəmir su boçkasının yanında qoyaraq gizlətmişdir. Atası onun arxasınca gəlməmişdir. Koridorda atası özünə məxsus kəpənək deyilən qatlanıb açılan bıçaqla qardaşına vurmuş, qardaşı qarajın ağzında bir ayağını uzadıb, digərinin üstünə çöküb oturmuş vəziyyətdə, atası isə onun başında sağ əlində tutduğu bıçağı geriyə hərəkət etdirdiyindən təkrarən vurmaq istədiyini düşünüb arxası tərəfindən sol əli ilə sağ qolunu geriyə buraraq əlindəki bıçağı almışdır. Atası sərxoş olduğuna görə əlini buranda yıxılmışdır. Atası bıçağı əlindən aldıqdan sonra koridordan həyətyanı torpaq sahəsinə doğru hərəkət etmişdir. Əyninə paltar geyinmək üçün yuxarı öz otağına qalxmışdır. Otaqda pəncərənin ağzına atası Ərzumanın qardaşı Məhəmmədəlini vurduğu bıçağı qoymuşdur. Əyninə paltar geyinib yenidən aşağı düşmüşdür. Məhəmmədəlini əvvəlki yerində oturmuş vəziyyətdə görmüşdür. Məhəmmədəli ona “atam məni ürəyimdən vurub, mənə kömək elə, qaçaq xəstəxanaya" sözünü demişdir. O Məhəmmədəlinin qollarına girib dikətmək istəyəndə üst-başını qanlı görmüş və əlinə də qan yaxılmışdır. Həmin anda atası Ərzuman koridorla həyətyanı sahədən qayıtmış və əlindəki taxta sapı olan kəsərlə gəlmiş, yaxınlaşanda “dəymə” deyərək kömək eləməməyini demiş, yaxınlaşan kimi isə ona “sənə dedim ona kömək eləmə” cümləsini işlətmişdir. O atasının əlindəki kəsəri görüb əli ilə atasının kəsəri tutduğu əlini əlində saxlayıb özünü geri itələmiş, “bizi bədbəxt elədin, bəsdir, artıq dayan” sözünü demişdir. Atası təkrarən kəsəri o tərəfə sağa-sala havada hərəkət etdirmiş, lakin, ona kəsərlə xəsarət yetirməmişdir. Atasını birinci dəfə itələdikdən sonra qardaşı ona təcili tibbi yardım çağırmağını, atasının onu ürəyindən vurduğunu demişdir. O aşağı düşəndə öz telefonunu orada idman alətinin üstünə qoymuş və ora qaranlıq olduğuna görə işığı yanlı vəziyyətdə olmuşdur. Qardaşının təcili tibbi avtomobili çağırmaqla bağlı ona dediyini atası da eşitmiş və telefonun işığı yanılı olduğundan görüb ona məxsus Redmi markalı telefonu götürüb yerə çırpmışdır. O atasının bu hərəkətim qardaşının sözündən sonra etdiyinə görə təcili tibbi yardım çağırmaması üçün etdiyini başa düşmüşdür. Artıq atasına nə isə deməyin mənası yox idi. Buna görə də onu bir neçə dəfə özündən itələyib uzaqlaşdırmış və qardaşını qaldıraraq küçəyə çıxarmışdır. Artıq atası hərəkətini dayandırmış, telefonu da vurub sındırdığından təcili yardım çağıra bilmək mümkün olmamışdır. Buna görə də yaşadıqları evdən küçə ilə Qubadlı rayonu, Çardaxlı kənd tam orta məktəbinə qədər hərəkət etmişdirlər. Burada məktəbin direktor müavini Mehman müəllimlə qabaqlaşmışdırlar. Onlar həmin məktəbdə oxuduqlarına görə Mehman müəllimlə birbirlərini tanımışdırlar. Mehman müəllim onlara kömək etmiş və özünə məxsus Opel markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına qardaşı Məhəmmədəlini çatdırmışdırlar. Xəstəxanada qardaşı cərrahi əməliyyat olunmuşdur. Sonradan atasının evə gələn polis nəfərləri tərəfindən saxlanılıb Sumqayıt şəhər Polis İdarəsinə aparıldığını bilmişdir. Hadisə ilə əlaqədar qardaşı ilə və ailə üzvləri ilə söhbət edəndə ona atasının həmişəki kimi yenə alkoqol sərxoşluğunda evə gəlməsini, atası evə gələndə qardaşının həyətyanı torpaq sahəsində oturmasını, atasının qəfildən çapacaqla qardaşı Məhəmmədəliyə hücum edərək arxadan ona bir neçə dəfə vurması ona məlum olmuşdur. Məhəmmədəli həyətdə əyilib oturduğuna görə çapacaqla zərbəsi qardaşının kürəyindən dəymiş, çapacaq küt olmuş və qardaşının əynindəki paltarın qalınlığından atasının vurduğu həmin zərbədən qardaşı bədənindən xəsarət almamışdır. Sonradan qardaşı küçəyə qaçsa da, atası onun arxasınca əlində çapacaqla düşmüş, qardaşı atasının ona xəsarət yetirməməsi üçün küçədən çöl qapısını əli ilə saxlayıb, evdən çıxmasının qarşısını almış, həmin vaxt o ikinci mərtəbədən pilləkanla aşağı düşəndə çapacağı atasının əlindən aldıqdan sonra Məhəmmədəli yenidən içəri girəndə isə atası özünə məxsus kəpənəkşəkilli qatlanan, bağlanan bıçaqla vurmuşdur. Atasının qardaşını neçə dəfə bıçaqla vurduğunu bilməmişdir. Hadisənin səbəbinə gəldikdə isə atasının mütəmadı spirtli içməsindən beziblər, buna görə də onun spirtli içki içməsinin qabağını almaq istəmişdirlər. Atası sonuncu dəfə şəxsən hörmət etdiyi qohumları Elxana bir daha spirtli içki içməməyə söz vermişdir. Hadisədən bir gün qabaq, yəni 27 fevral 2024cü ildə gündüz saatlarında evdə atası yenə içkili olmuş, onlar atası ilə söhbət edərək spirtli içki içməsini pisləmiş, söhbət zamanı qardaşı Məhəmmədəli atasına bir daha spirtli içki etməməyinə dair qohumları Elxana verdiyi sözü xatırlatmış, bu isə atasının xoşuna gəlməmiş və evdə ağır kəlmələr işlətmişdir. Həmin gün atasının spirtli içki içməsi ilə əlaqədar qardaşı Məhəmmədəli qohumları Elxana zəng edərək atasının sözünün üstündə durmadığını xəbər vermiş, Məhəmmədəlinin fikri belə olmuşdur ki, qohumların qınağı hesabına atasının spirtli içki içməsinin qarşısını almaq mümkün olar. Hadisə vaxtı da atası Məhəmmədəlinin bu hərəkəti xoşuna gəlmədiyinə görə içkili vəziyyətdə evə gəlmiş və qardaşı Məhəmmədəlini qəfləti vurub öldürmək istəmişdir. Atası hadisədən sonra spirtli içkinin təsirinə görə ağlı başında olmadığından bu hadisəni törətdiyini demişdir. Atasının qardaşı Məhəmmədəli bir gün əvvəl qohumlarına atasının spirtli içki qəbul etməsinə dair verdiyi sözün üstündə durmadığını xəbər verdiyindən ondan qisas almışdır. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, əvvəllər heç vaxt belə bir hal olmamışdır. Sadəcə atası həmişə spirtli içki qəbul edər, sərxoş vəziyyətdə ailədə mübahisələr yaradardı. Mübahisə zamanı atası Təqsirləndirilən şəxs qardaşı Məhəmmədəlini öldürəcəyini, onun isə Məhəmmədəliyə kömək etməməyini demişdir. Məhəmmədəli qışqırıq səslərindən sonra mübahisə böyüməsin deyə aşağı düşməmiş, bu müddətdə 10 dəqiqə zaman keçmiş, o aşağı düşəndən, artıq atası Ərzumanın hərəkətləri səngimiş və bundan macal taparaq evdən çıxıb gedə bildikləri ana qədər 30-40 dəqiqə vaxt keçmişdir. Mübahisə zamanı atası Ərzuman yalnız qardaşı Məhəmmədəlini söyüb təhqir etmiş, qonşular hadisəni görməmiş, bu sözləri də eşitməmişdir. Təqsirləndirilən şəxs ona qardaşı Məhəmmədəliyə köməklik etməməli olduğunu və qardaşı Məhəmmədəlini öldürəcəyini demişdir. Hadisə zamanı qardaşı Zərərçəkmiş şəxs başqa heç kim xəsarət almamışdır. O əlindən çapacağı, kəsəri, bıçağı alanda, Məhəmmədəliyə xəsarət yetirməsinin qarşısını alarkən ola bilsin ki, atası Ərzumanın özü də xəsarət almışdır. Həmin bıçaq atası Ərzumanın öz bıçağı olmuş, atası fəhlə işlədiyindən kəsər onun tikinti aləti olmuş, çapacaq isə evin əşyası olmuşdur. Hər üç əşya ilə atası qardaşına xəsarət yetirmək istəmiş və o, bunun qarşısını almışdır. Atasından heç vaxt şikayətləri olmamış, aralarında yalnız atasının mütəmadi spirtli içki içməsi ilə əlaqədar narazılığa görə münaqişələri olmuşdur. Başqa mövzuda aralarında heç vaxt mübahisənin olmadığını bildirmişdir. Atası əvvəllər heç vaxt qardaşı Zərərçəkmiş şəxs öldürəcəyini deməmişdir, hadisə vaxtı isə Məhəmmədəlini öldürəcəyini demişdir. 30 dəqiqədən çox atası qardaşına hücum etmiş, sərxoş olduğundan gücü çatmadığını başa düşmüş və o artıq qardaşını aparanda arxalarınca düşməmişdir, çünki yenidən hücum etsə də, uğursuz olacağını artıq başa düşmüşdür. Qardaşı ona təcili tibbi yardım çağırmağını deyəndə onun telefonunu vurub sındıraraq həkim çağırmaqlarına mane olmuş və o məcbur olaraq oradan qardaşını xəstəxanaya özü aparmalı olmuşdur. Qırılan telefon onundur, hadisə vaxtı telefonun ekranı sınmışdır, digər hissələri isə yararlıdır, ümumi dəyərinin 300 manat olar Atasının həmin telefonu sındırması ilə əlaqədar heç bir şikayəti yoxdur. Hadisə vaxtı Məhəmmədəlinin uşaqları yuxarı mərtəbədə öz otaqlarında olmuş və hadisəni görməmişdirlər. Həmin gün atasının kiminlə birlikdə spirtli içki qəbul etdiyini bilmir. Şahid1 elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə bağlı verilən suallara cavab olaraq bildirmişdir ki, qardaşını ilk dəfə görəndə onun yarasının bıçaq yarası olduğunu düşündüyü üçün ifadəsində xəsarətin bıçaq yarasına oxşadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, hadisə vaxtı evdə olmamış, işdə olmuşdur. Hadisədən əvvəl belə hallar baş verməmiş, Təqsirləndirilən şəxs ailəsinə, uşaqlarına bağlı bir insan olmuş, sadəcə olaraq çox içki içən olmuş və hadisə günü də içkili olmuşdur. Evdən gəlini ona zəng edib oğlu Məhəmmədəlinin yaralanıb xəstəxanaya aparıldığını demiş, bunu eşidəndən sonra təcili xəstəxanaya getmişdir. İbtidai istintaq zamanı ərinin əleyhinə ifadə verməmək hüququ ona izah olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə günü yatmış, əri ilə qayınatasının səsini eşidərək ayılmış, daha sonra həyəcandan özünü itirmişdir. O, mübahisənin nəyin üstündə baş verdiyini bilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Qayınatası ilə münasibətlərinin yaxşı olduğunu, əri ilə atasının da münasibətlərinin yaxşı olduğunu bildirmişdir. Elxanı qohum olaraq tanıdığını, yaxından tanımadığını bildirmişdir. O, qayınatasının spirtli içkilərə meyilli olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPX Taborunun İİ bölüyünün polis nəfəri, polis serjantı Şahid5 ifadəsində göstərdi ki, onlar təqsirləndirilən şəxsin yaşadığı ərazidə xidmət aparan zaman həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əsəbi halda oturmuş, ona yaxınlaşdıqda əsəbləşdiyini, başqa bir şey olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üst-başı qan olduğuna və yanında kəsər olduğuna görə şübhəli şəxs kimi görünmüş və aidiyyəti üzrə polis bölməsinə aparılmışdır. O, Ərzumanın əlində həmin vaxt heç nə görməmiş, lakin yanında yanında kəsər olmuş, kəsərin üzərində qan olmamışdır. Təqsirləndirilən şəxs kiməsə zərər yetirməsi ilə bağlı məlumat verməmiş, onların bu barədə sonradan xəbəri olmuşdur. Hadisə günü Ərzuman arxa oturacaqda əyləşdiyi üçün sərxoş olub-olmadığı bilinməmişdir. Şahid Sumqayıt ŞPİ-nin PPX Taborunun İİ bölüyünün polis nəfəri, polis serjantı Şahid6 məhkəmə iclası zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 28 fevral 2024-cü ildə polis nəfəri Şahid5 və manqa komandiri Şahid7 ilə birlikdə 9187 çağırışlı avtopatrulda xidmət aparılmışdır. Xidməti Fiat Doblo markalı **-PF-*** dövlət qeydiyyat nişanlı polis avtomobilində aparmışdırlar. Həmin gün saat 14:20 radələrində Sumqayıt şəhəri Yaşıldərə ərazisində xidmətdə olduqları müddətdə Qubadlı rayonu, Çardaxlı kənd orta məktəbin direktoru onun ***-***-**-** mobil nömrəsinə zəng edərək məktəbin yaxınlığında bıçaqlanma hadisəsinin baş verdiyi barədə məlumat vermişdir. Onlar ətrafda insanlardan soraqlaşıb Sumqayıt şəhəri BTZ bağları ərazisinə gəlmişdirlər. Məlumatda qeyd edilən yerə saat 15 radələrində gələrək hadisəni törədən şəxsi öz yaşadığı evin yaxınlığında aşkarlamışdırlar. Həmin şəxsin şəxsiyyəti müəyyən edərək xx.xx.1971 -ci il təvəllüdlü Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs aşkar etmişdirlər. Təqsirləndirilən şəxs əlində kəsər tikinti aləti Sumqayıt şəhəri BTZ bağları ərazisindəki fərdi evin qarşısında yerdə oturmuşdur. Təqsirləndirilən şəxs kəskin alkoqol iyi gəlmiş, sərxoş halda olmuş, ayaq üstə güclə dayanmış, lakin, suallara normal cavab vermişdir. Təqsirləndirilən şəxs nə etməsini soruşduqda, onlara oğlu Zərərçəkmiş şəxs xəsarət yetirdiyini etiraf etmiş və oğlunu avaralığına görə vurduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs oğlu Məhəmmədəlini hansı alətlə vurduğunu soruşduqda, əlindəki kəsərlə vurduğunu bildirmişdir. Həmkarları ailənin gəlini Cəlalə ilə söhbət etdikdə. Cəlalənin qaynatası Ərzumanın Məhəmmədəliyə əlindəki kəsərlə deyil, bıçaqla vurduğu barədə məlumat verdiyini demişdirlər. Məlumatda bıçaqlanma qeyd edildiyinə görə kəsər ilə xəsarəti yetirməsi onlara inandırıcı gəlməmiş, bununla belə özü oğlu Məhəmmədəlini kəsərlə vurduğunu dediyinə görə xidməti avtomobillərinə həmin kəsərlə mindirmişdirlər. Şəxsdən kəskin alkoqol iyisi gəldiyinə görə onu Sumqayıt şəhər Narkoloji dispanserində sərxoşluq müayinəsindən keçirməklə Sumqayıt şəhər Polis İdarəsinə təhvil verdiklərini bildirmişdir. O əvvəllər Təqsirləndirilən şəxs və onun oğlu Zərərçəkmiş şəxs tanımadığını, aralarında heç bir münasibətin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmiş, oğluna xəsarət yetirdiyini səmimi etiraf etmiş və onu polis idarəsinə dəvət etdikdə onlarla birlikdə gəlmişdir. Təqsirləndirilən şəxs qolunda, əlinin üstündə cızıq kimi xəsarətlər olmuşdur. Onlar oğlu Məhəmmədəlinin bu xəsarətləri ona yetirdiyini soruşduqda, bunu təkzib edərək oğlu Məhəmmədəlinin ona xəsarət yetirmədiyini demişdir. Lakin, hansı şəraitdə bu cızıqların yaranması barədə heç nə deməmişdir. Şahid Sumqayıt ŞPİ-nin PPX Taborunun İİ bölüyünün manqa komandiri, polis baş serjantı Şahid7 məhkəmə iclası zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid5 və Şahid6la oxşar məzmunlu ifadə vermişdir. Şahid4 məhkəmə iclası zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Laçın rayonuna ermənilərin məlum hücumu və rayonun işğalından sonra 1992-ci ildən Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinə köçüb burada yaşamışdırlar. Təqsirləndirilən şəxs ilə qohumluğu olmasa da, münasibətləri yaxşı olmuşdur. Belə ki, Ceyranbatan qəsəbəsinə köçdükdən sonra Ərzuman ona doğma yanaşmış, ticarətlə məşğul olmağına dəstək göstərmiş, Ərzumanın hesabına qazanc əldə edə bilmişdir. Bu səbəblərdən onun Ərzumana doğma münasibəti olmuş, Ərzuman sanki doğma dayı kimi ona məhəbbət göstərmişdir. Ərzuman spirtli içkiyə meyilli oluş, bu səbəbdən ailədə Ərzumandan narazılıq olmuşdur. Təxminən bir il əvvəl bir yaxın kimi evlərində qonaq olanda Ərzumana spirtli içki qəbul etməyini irad tutmuş, Ərzuman da ona bir daha spirtli içki qəbul etməyəcəyinə söz vermişdir. Bundan sonra da maraqlanıb Ərzumanın spirtli içki içib-içmədiyini yoxlamış, Ərzumanın ona verdiyi sözün üstündə durub spirtli içki qəbul etmədiyini öyrənmişdir. 27 fevral 2024-cü ildə axşam saatlarında Ərzumanın oğlu Məhəmmədəli ona zəng edərək Ərzumanın yenə də spirtli içki qəbul etməyə davam etdiyini xəbər vermişdir. O telefonda Məhəmmədəliyə səbrli olmağı və atası Ərzumanla münaqişə etməyərək mehriban davranmağı tapşırmış, bir-iki günə vaxt edib Ərzuman ilə görüşəcəyini bildirmişdir. Məhəmmədəli ona zəng etməkdə haqlı olub, çünki atası Ərzuman onun sözündən çıxmırdı. O bu barədə Ərzumana zəng edib heç nə deməmiş, çünki görüşüb üz-üzə danışmaq istəmişdir. Səhəri gün isə Ərzumanın oğlu Məhəmmədəlini bıçaqla vurduğunu xəbər tutmuşdur. Sonradan maraqlandıqda öyrənmişdir ki, onunla Məhəmmədəlinin zəng edərək danışdığı gün evdə Ərzumanın spirtli içki qəbul etməsi ucbatından mübahisələri yaranmışdır. Həmin mübahisə zamanı Məhəmmədəli Ərzumana spirtli içki qəbulunu davam etdirməsini ona xəbər verəcəyini demişdir. Ərzuman isə bunu özünə sığışdıra bilməyib və səhərisi gün gələrək Məhəmmədəlini bıçaqlamışdır. Ərzuman ilə Məhəmmədəli arasında başqa səbəbdən mübahisə, əmlak problemi, borc, qisas və oxşar problemlər olduğunu eşitməmiş, bilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 fevral 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-ə müraciət edərək atası Təqsirləndirilən şəxs ailə-məişət münaqişəsi zəmnində ona xəsarət yetirilməsi ilə bağlı məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası TƏBİB PHŞ “Sumqayıt Tibb Mərkəzi PHŞ Təcili Tibbi yardım xəstəxanası tərəfindən daxil olmuş məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 14:30-da xəstəxananın səhiyyə şöbəsinə stasionar müalicəyə daxil olmuşdur. (Diaqnozu — döş qəfəsinin sol yarısının boşluğa keçən kəsilmiş-deşilmiş yarası, sol qoltuqaltı, döş qəfəsinin sol yarısının ön yan səthinin kəsilmiş yarası) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs məxsus Sumqayıt şəhəri, BTZ bağlarında yerləşən fərdi evdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 fevral 2024-cü il tarixli “götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tikinti aləti olan çapacaq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 mart 2024-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş uzunqol köynək, qısaqol mayka, uzunqol mayka, uzunqol gödəkçə və cins şalvar götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 mart 2024-cü il tarixli “əşyalara baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, ümumilikdə əşyalar Zərərçəkmiş şəxs hadisə vaxtı üstündə olmuş paltarlar Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kərki (kəsər), hadisə yerindən götürülmüş çapacaq və bıçaqdan ibarətdir. Həmin əşyalara ayrılıqda baxış keçirildi. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş gödəkçənin sol ön tərəfdə 65 mm uzunluqlu bir ədəd dəlib-keçən zədə var. Bu zədəyə uyğun astar səthdə, qövsvari formalı, 25mm uzunluqlu zədə; ön səthinin sol yan nahiyəsində əvvəlki zədədən 14 mm yuxarıda və solda, düz xətti formalı, uzunluğu 18mm olan, yuxarı ucu sol qolun dairəvi tikişində qurtaran bir ədəd dəlib- keçən zədə var. İlk qeyd edilən zədədən 50mm öndə və nisbətən aşağıda, sınıq xətt formalı, uzunluğu 12 mm olan bir ədəd dəlib-keçən zədə var. Gödəkcənin arxa səthinin sol yarısında, aşağı kənarda, düz xətti formalı, 7 mm uzunluqlu bir ədəd dəlib-keçməyən zədə var. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş köynəyin üzərində ön səthinin sol yarısında, aşağı kənarda 30 mm uzunluqlu bir ədəd dəlib-keçən zədə var. Həmin zədədən öndə və nisbətən aşağıda, 3 mm uzunluqlu bir ədəd dəlib-keçən zədə var. Köynəyin sol qolunun ön səthində, 16 mm uzunluqlu bir ədəd dəlib-keçən zədə var. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş alt maykanın ön səthinin sol yarısında 25mm uzunluqlu bir ədəd dəlib-keçən zədə var. Həmin zədədən solda 16 mm və 27 mm uzunluqlu iki ədəd dəlib-keçən zədə var. Zədələrdən biri sol qoltuqaltı nahiyədə və arxa səthin sol yarısında yerləşir, qatladıqda bir-birinin üzərinə düşür və bir təsirdən törənməyə uyğun gəlir, qeyd edilən ilk zədədən öndə və nisbətən aşağıda 7 mm uzunluqlu bir ədəd dəlib-keçən zədə var. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş maykanın üzərində zədə aşkar edilmədi. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş şalvarın üzərində zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd aşağı çevrilmiş enli tiyəsi olan uzunsaplı kəsici tikinti aləti (kəsər/kərki) dəstək və metal hissədən ibarətdir, ümumi uzunluğu 435mm-dir. Çəkicin metal hissənin üzərində işlənmə izləri, əzilmələr aşkar edildi. Hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd üzərində «X2» sözləri həkk edilmiş dəmir materialından kəsici çapacaq qatlanmayan tiplidir, tiyə və dəstəkdən ibarətdir. Dəstəyin üzərində işlənmə izləri aşkar edilir. Hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd dəmir materialdan qara rəngli açılıb-yığılan bıçaq qatlanan tiplidir, dəstək və tiyədən ibarətdir, bağlı vəziyyətdə ölçüləri 132x30x9mm, açıq vəziyyətdə ümumi uzunluğu 220mm-dir. Hadisə yerinə baxış zamanı götürülmüş Şahid1 məxsus Redmi markalı telefonun ekranı şüşədəndir, sınmış vəziyyətdədir. Cinayət işinin materiallarında olan 30 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokol, həmin protokola əlavə edilmiş foto şəkillər və disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkəti iştirakçılarını Sumqayıt şəhəri BTZ-bağları adlanan ərazidə fərdi yaşayış sahəsinə gətirərək hadisənin burada baş verdiyini göstərmişdir. Təqsirləndirilən şəxs tərəfindən hadisə yerində verilmiş ifadələrində bildirmişdir ki hadisə baş verən günü (xx.xx.2024-cü il tarixdə) 2 radələrində evə içkili vəziyyətdə gəlmiş, evə daxil olduqdan sonra oğlu Zərərçəkmiş şəxs evin həyətyanı sahəsindəki oturacağın yanında ayaqüstü vəziyyətdə görmüşdür. Oğlunu gördükdən sonra Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyinə görə aralarında mübahisə yaranmışdır. O, içkili vəziyyətdə olduğuna görə aralarında baş verən mübahisəni dəqiqliklə xatırlamır. Təxminən 1-2 dəqiqə mübahisədən sonra oğlu Məhəmmədəlini qovmuşdur. Təqsirləndirilən şəxs bunun arxasınca evin divarının yanında göy rəngli boş su qabının üzərindən kəsəri (kərkini) götürmüşdür. Kəsəri (kərkini) götürməsini oğlu Məhəmmədəli görməmişdir. Zərərçəkmiş şəxs həyətyanı sahəni tərk edərək evə doğru qaçmışdır. Kəsəri (kərkini) oğlu Məhəmmədəlini qorxutmaq üçün götürmüşdür. Kəsəri (kərkini) götürdükdən sonra Təqsirləndirilən şəxs evə daxil olmuş və Məhəmmədəlinin arxasınca getmişdir. Məhəmmədəli onun əlində kərkini (kəsər) dəhlizdə görmüş, Məhəmmədəlini dəhlizdə kəsərlə vurmuşdur. Oğluna kəsərlə bir dəfə vurmuşdur. Zərbədən sonra oğlu Məhəmmədəli evdən qaçıb getmiş, o isə həyətyanı sahəyə keçib oturmuşdur. Oğlu Məhəmmədəli ilə birlikdə digər oğlu Tunar da evdən çıxmışdır. Oğlu Məhəmmədəlini vurmasını heç kim görməmişdir. Hadisə vaxtı nəvələri yuxarı otaqda olmuş, hadisəyə qarışmamışdırlar. Oğlu Məhəmmədəlini kəsər ilə bilmədən vurmuş və başqa zərbə yetirməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli “zərər çəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında haqqında” protokol və həmin protokola əlavə edilmiş diskdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs göstərdikləri və hadisənin baş vermə mexanizmi ilə əlaqədar izah etdikləri, o cümlədən ona dəqiq xəsarətin yetirildiyi yer, Şahid1 Təqsirləndirilən şəxs əlindən cinayətin alətlərini aldığı yer, habelə hadisənin gedişatı ilə əlaqədar digər mühüm əhəmiyyətli hallar müəyyən edilmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı müəyyən edilmiş yerlə hadisə yerində maddi sübutların aşkar edildiyi yer, Şahid1 ifadəsi və ifadəsi yerində yoxlanılan zaman hadisənin baş verdiyi yerlər kimi göstərdikləri yerlər, habelə Təqsirləndirilən şəxs mübahisənin başladığı və Zərərçəkmiş şəxs xəsarət yeritdiyi yerlər kimi göstərdiyi yer ilə eynilik təşkil etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı təkrar etmiş, Təqsirləndirilən şəxs isə cavabında hadisə vaxtı sərxoş olduğundan hadisənin detallarını xatırlamadığını, o cümlədən Məhəmmədəlini bıçaqla vurmadığını, üstünə çapacaqla hücum etmədiyini, Məhəmmədəlini kəsərlə vurmasını xatırladığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 513 nömrəli xx.xx.2024-cü tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən 1 aydan çox vaxt keçdikdən sonra müayinə olunduğundan bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmət 3 saylı İstintaq təcridxanasınm tibbi sanitar hissəsində müayinə olunan zaman sağ əlin ön və arxa səthində, sol əlin ön səthində qartmaqlı yara aşkar edilmişdir. Eyni zamanda sərxoşluğun müayinəsi aparılarkən xx.xx.2024-cü il tarixdə tibbi müayinə zamanı sol əlin, başın arxa hissəsinin xəsarətləri müəyyən edilmişdir. Xəsarətlərin (yaraların) ölçüsü, forması, rəngi və s. yazılmadığından onların müddətini, nə ilə yetirilməsini, dərəcəsini, özü tərəfindən özünə yetirilməsini, başqa şəxsə hücum edərkən hərəkətlərinin qarşısının alınması şəraitində yarana bilməsini və s. təyin etmək mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 914 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki vəziyyəti onun istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs idrak prosesləri və intellektual imkanları normaya uyğundur. Qıcığa qarşı həssaslıq, inadkarlıq, özünəməxsus mövqe və prinsipə məxsus olmaq və.s kimi xarakter xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs qeyd edilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbləri situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 854 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs məruz qaldığı cinayət ilə əlaqədar vəziyyəti düzgün qavrayıb təsvir edə bilir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hazırki vəziyyəti onun istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək imkanından məhrum etmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 2211 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən maddələrdən istifadə etmə halları aşkar olunmur. Hal- hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Narkoloji Dispanserindən verilmiş A/368 nömrəli protokoldan görünür ki Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu orta dərəcə ilə aşkar olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübutların məhkəmə-tibbi-kriminalistik tədqiqatınə dair xx.xx.2024-cü il tarixli 146/MTKŞ-2024 nömrəli rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin, uzunqol köynəyin və uzunqol alt maykasının hər birinin ön səthinin sol yan nahiyəsində üç ədəd dəlib-keçən deşilmiş-kəsilmiş zədə, gödəkcənin arxa səthinin sol yarısında bir ədəd dəlib-keçməyən deşilmiş-kəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. - Zərərçəkmiş şəxs məxsus paltarların (gödəkcə, uzunqol köynək, uzunqol alt maykası) ön səthinin sol yan nahiyyəsində olan dəlib-keçən deşilmiş- kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Gödəkcənin arxa səthinin sol yarısında olan zədənin xarakterinə, morfoloji əlamətlərinə, təqdim edilmiş bıçağın və çapacağın konstruktiv xüsusiyyətlərinə görə demək olar ki, bu zədə təqdim edilmiş bıçağın və çapacağın hər birinin iti ucunun təsirindən törənə bilər. - Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın və cins şalvarın üzərində zədə aşkar edilmədi. - Təqdim edilmiş çəkic (kəsər) və çapacaq zavod üsulu ilə hazırlanmış, təsərrüfatməişət təyinatlıdır və soyuq silah hesab edilmirlər, - Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan ov bıçağıdır (“Kəpənək” formalı) və deşici-kəsici xassəyə malik soyuq silahdır. Təqdim edilmiş maddi sübutların üzərində məhkəmə-tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələgəlmə mexanizmi aşağıdakı kimidir: - çəkicin (kəsərin) və çapacağın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt nəticəsində əmələ gəlmiş ləkələrdir, - bıçağın tiyəsi üzərində olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkədir, - gödəkcənin astar səthinin sol yarısında olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkədir, - gödəkcənin ön səthinin sol yarısında və sol döş cibin ətrafında olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt nəticəsində əmələ gəlmiş ləkələrdir, - uzunqol köynəyin üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir, - uzunqol alt maykasının üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik və az dinamiki kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakter ləkədir, - qolsuz maykanın üzərində olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakteri ləkədir, - cins şalvar üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt nəticəsində əmələ gəlmiş ləkələrdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübutların məhkəmə tibbi bioloji tədqiqinə dair” xx.xx.2024-cü il tarixli 214/2024-MTBŞ rəyindən görünür ki, Təqsirləndirilən şəxs qan qrupu ABO sistemi üzrə O alfa, beta /l/-dir. Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə B alfa /İİl/-dir. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, 01 ədəd çapacaq, 01 ədəd mismar çıxaran çəkic, Zərərçəkmiş şəxs məxsus gödəkcə, kofta, köynək, alt mayka və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda B və H antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa, Balfa (H)/l11/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər əgər onun qanında müşayiətçi H antingeni varsa. Qanın qarışıq olduğu və hadisə zamanı ƏhmədovƏrzuman Məhəmmədəli oğlunda qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə həmçinin onunda qarışmış qanının olması inkar olunmur. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində olan qanın yaranma müddətini təyin etmək mümkün deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 517 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin sol yarısının döş boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin sol yarısının və sol qoltuqaltı nahiyənin döş boşluğuna keçməyən 2 ədəd səthi yarası. Qeyd olunan xəsarətlər deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçaqla yetirilmişdir, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə döş qəfəsinin sol yarısının döş boşluğuna keçən yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Döş qəfəsinin sol yarısının və sol qoltuqaltı nahiyənin döş boşluğuna keçməyən 2 ədəd səthi yarası-sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarət qarşılıqlı mübarizə şəraitində-dalaşma zamanı yetirilə bilər, özü tərəfindən özünə yetirilməsi inkar olunur. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətin təqdim edilən uzun saplı kəsici tikinti alətin (kərki) və kəsici çapacaqla yetirilə bilməsi inkar olunur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi soyuq silah hesab edilməyən mismar çıxaran çəkic, hadisə yerindən götürülmüş soyuq silah hesab edilməyən çapacaq və soyuq silah hesab edilən ov bıçağı cinayətin aləti olduğundan, hadisə yerindən götürülmüş ekranı sınmış vəziyyətdə Şahid1 məxsus Redmi markalı telefon və hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş gödəkçə, uzunqol köynək, uzunqol alt maykası, cins şalvar və qolsuz mayka maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş tələbnamələrə alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt Bələdiyyəsi Yeni Yaşayış massivinin 8-ci məhəlləsi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs, rəsmi olaraq boşansa da, faktiki olaraq birgə yaşadığı arvadı Aygün Əhmədova, oğulları Zərərçəkmiş şəxs və Şahid1, qızı Aygün Əhmədova, gəlini Şahid2 və nəvəsi Aysun Əhmədova Sumqayıt şəhəri “Yeni Yaşayış massivi” 8-ci məhəllə 1 saylı məhəllə 147 saylı evdə yaşamışdır. Əzruman Əhmədov barəsində xasiyyətnaməyə əsasən qonşular ilə münasibəti pis olmamış, içkiyə bir qədər aludə olan insandır, tədbirlər zamanı ictimiyətlə birlikdə iştirak etmişdir, bununla da məişətdə müsbət səciyyə olunur. Zərərçəkmiş şəxs barəsində xasiyyətnaməyə əsasən məişətdə müsbət səciyyə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs olan atası Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, atasından heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara istinad edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 228.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində içkili olduğu üçün bilmədən əlindəki kəsəri oğlu Məhəmmədəliyə atması, həmçinin hadisə vaxtı bıçaq və çapacaqdan istifadə etməməsi, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməməsi, ümumiyyətlə hadisə vaxtı onda bıçağın olmaması, hadisə yerində olan ov bıçağı vasitəsilə zərər çəkmiş şəxsə xəsarət yetirməməsi, Zərərçəkmiş şəxs hansı şəraitdə bıçaq xəsarəti almasından məlumatı olmaması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Həmçinin, cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli qərarının 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərər çəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərər çəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərər çəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərər çəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4 və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən, zərər çəkmişə dəymiş zərəri aradan qaldırması həmin məcəllənin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarına əsasən, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CMin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-nin müvafiq Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən, yəni 15 il müddətindən çox ola bilməz. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 15 il cəzanın müddətinin dördə üçü müddətindən artıq olmayan cəza təyin etməklə Təqsirləndirilən şəxs qəti olaraq 11 il 03 ay müddətindən artıq cəza təyin edə bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 01 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 fevral 2024cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 fevral 2024-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunun maddi sübutların saxlama otağına verilmiş Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi soyuq silah hesab edilməyən mismar çıxaran çəkic, hadisə yerindən götürülmüş soyuq silah hesab edilməyən çapacaq və soyuq silah hesab edilən ov bıçağı məhv edilməli, hadisə yerindən götürülmüş ekranı sınmış vəziyyətdə Şahid1 məxsus Redmi markalı telefon onun özünə qaytarılmalı və hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş gödəkçə, uzunqol köynək, uzunqol alt maykası, cins şalvar və qolsuz mayka onun özünə qaytarılmalı, qəbul etmədikdə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 28 fevral 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunun maddi sübutların saxlama otağına verilmiş, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi soyuq silah hesab edilməyən mismar çıxaran çəkic, hadisə yerindən götürülmüş soyuq silah hesab edilməyən çapacaq və soyuq silah hesab edilən ov bıçağı məhv edilsin, hadisə yerindən götürülmüş Şahid1 məxsus Redmi markalı telefon onun özünə qaytarılsın və hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş gödəkçə, uzunqol köynək, uzunqol alt maykası, cins şalvar və qolsuz mayka onun özünə qaytarılsın, qəbul etmədikdə məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar